Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Ensiklopediyası – 33-cü yazı. BƏDƏLAN İnzibati Ərazi Dairəsi (Yenilənib)


Ərazinin özəllikləri

- Sovet hakimiyyətinin ilk illərində rayonda mövcud olan 4 ilk partiya təşkilatından biri də məhz Bədəlan kəndində təsis edilmişdi.                         Bədəlan kəndi    

 1955-ci ildə Azərbaycanda ikinci, Masallı rayonunda ilk çay fabriki Bədəlanda fəaliyyətə başlamışdır. Fabrikin hesabına kənddə demək olar ki, sənaye məhəlləsi yaranmışdır: işçilər üçün yaşayış binaları, texniki peşə məktəbi, aptek binaları inşa edilmişdir.                                                                                 Bədəlan kəndi

                                                                                                     

1958-ci ildə Rayonda ilk Mədəniyyət klubu Bədəlanda tikilmiş, sonra inşa edilən klubların əksəriyyəti həmin binanın lahiyəsi əsasında hazırlanmışdır. 1989-1990-cı illərdə kənd klubunda "Honi" jurnalı nəşr olunmuşdur.               Bədəlan kəndi

 

- SSRİ-nin təhsil tarixində 14 yaşında  ali məktəbə daxil olan 2 azyaşlıdan biri  – bədəlanlı Müşfiq Kərimov olub.                                       Bədəlan kəndi

 

- İlk talışdilli kitabdan biri - "Yolon sıxan"  Aşurludan olan Cabbar Əliyev tərəfindən hazırlanıb. Bakı-1990.                                                                                      Bədəlan kəndi

 

- Azərbaycan DİN-nin ilk İnterpol rəisi  Aşurludan olan Məmməd Mikayılov olub.                                                                                                      Bədəlan kəndi

- Fuad Zərbiyev  2002-ci ildə Haaqa Universitetinin diplomunu almışdır. Həmin il bu diplomu Haaqa Universitetindən yanlız 2 nəfər  - Fuad Zərbiyev və bir Amerika vətəndaşı almışdır.                                                   Aşurlu kəndi

- Kənd qəbristanlıqlarında zona üçün xarakterik olan qoç fiqirlu daş abidə və üzəri ərəb qarafikasının nəstəliq xətti ilə yazılmış, qılınc və şeypur təsviri olan qədim məzar daşları mövcuddur.                                                                 Aşurlu kəndi

 

 

Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

 
İşçi qrupun telefonları:

 
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

 
Əlizaman Baxış:  - 0 50 427 70 25
 
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

 
     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Güllütəpə, Musaküçə, Şıxlar, Banbaşı, Hişkədərə, Xıl, Viləş İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Bədəlan İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

 
1. Boradigah
   2. 
Qızılağac
   3. 
Kolatan
 
4. Xırmandalı
 
5. Qəriblər
 
6. Qızılavar
 7. 
Mahmudavar
 
8. Təzəkənd
 
9. Köhnə Alvadı
 
10.Qodman
  11.
Yeyənkənd
 
12. Səmidxan
 
13. Çaxırlı
 
14. Miyanku
 
15. Təklə
 
16. Göyəçöl
 
17. Türkoba
 
18. Həsənli
 
19. Lürən
 
20. Şərəfə
 
21. Sığdaş
 
22. Öncəqala
 
23. Tüklə
 
24. Qarğalıq
 
25. Sərçuvar
 
26. Təzə Alvadı 
 
27. Güllütəpə 
 
28. Musaküçə 

29. Şıxlar

30. Hişkədərə

31. Xıl

32.Viləş
 

 

Bədəlan İnzibati Ərazi Dairəsi 4 kəndi – Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir.

Bədəlan ərazi dairəsinin coğrafi mövqeyi: Respublikanın cənub-şərqində, Lənkəran ovalığında, rayon mərkəzindən 12 km məsafədə yerləşir.

 

Həmsərhəd olduğu ərazi dairələri: Şərqdən Xıl, Sərçuvar, şimaldan Qızılavar, Lürən, qərbdən Kolatan, cənub-şərqdən Sığdaş, Tüklə, cənubdan Boradigah əraziləri ilə həmsərhəddir.

 

Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: maldarlıq, tərəvəzçilik, sitrus meyvəçilikyi.

 

Bədəlan İnzibati Ərazi Dairəsinin tabeliyində olan kəndlər:

Bədəlan kəndi

Çayqıraq kəndi 

Aşurlu kəndi

Dəmirçi kəndi

 

Ərazinin əhalisi: 

1886-cı ildə Rusiya İmperiyası tərəfindən ailələr üzrə aparılmış kameral siyahıya-alınmaya əsasən Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, Kolatan və Xanalion kəndlərində ümumilikdə 201 evdə 1358 nəfər (966 nəfəri kişi, 392 nəfəri  qadın) əhali yaşadığı qeyd edilib. 1914-cü il tarixə "Qafqaz kalendarı"nda çarizmin rəsmi məlumatına görə Bədəlan kəndində hər iki cinsdən ümumilikdə 1555 nəfər əhali yaşayırdı.

 

İndi:

8661 nəfər (İ. ə. d. üzrə 01.01.2021-ci il taixə). 

O cümlədən; kişi - 4486 nəfər, qadın – 4375 nəfər

O cümlədən:                  

Bədəlan kəndi:     2767 nəfər; o cümlədən: kişi:1428 nəfər, qadın: 1339 nəfər.

Çayqıraq kəndi: 1603 nəfər; o cümlədən: kişi: 810 nəfər, qadın: 793 nəfər.

Aşurlu kəndi:   2185 nəfər:   o cümlədən:  kişi: 1090 nəfər, qadın: 1085 nəf.

Dəmirçi kəndi: 2306 nəfər,  o cümlədən:   kişi: 1158 nəfər, qadın: 1158 nəf. 

 

Ərazinin ümumi sahəsi: 1271 ha

Dövlət torpağı:    

Bələdiyə mülkiyyəti:

Xüsusi mülkiyyət (ray torpaqları):  

Həyatyanı sahə:   

 

O cümlədən; 

Bədəlan kəndi üzrə:                382 ha

Çayqıraq kəndi üzrə:              260 ha, 

Aşurlu kəndi üzrə:                  289 ha, 

Dəmirçi kəndi üzrə:                343,35 ha 

 

Ərazidə memarlıq abidələri:

 

1843-cü ildə çarizm tərəfindən aparılmış kameral siyahıyaalınmaya aid arxiv sənədlərinə görə kəndin Aşurlu ərazisində məscidin və onun nəzdində mədrəsə tipli məktəbin fəaliyyət göstərməsi qeyd edilib. Sonrakı illərdə bu məscid yenidən tikilisə də, hazırda o memarlıq abidəsi kimi dövlət tərəfindən tarixi abidələrin inventar fonduna daxil edilərək qorunur. Hazırda dini icma formasında Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərində 5 məscid2 ziyarətgah fəaliyyət göstərir. 

 

Ərazidə uzunömürlülər:

 

Nəciyev İbrahim Zərbəli oğlu. 1901-08.01.2005=104 yaş.           Bədəlan k.

Cəfərov Musa Əhməd oğlu. 1880-08.02.1982=102 yaş.                        Çayqıraq k.

İbrahimov kərbəlayı Qəni kərbəlayı İbrahim oğlu. 1864-01.1971=107 yaş. Aşurlu k.

Paşayeva Mina Əsəd qızı. 1870-1977=107 yaş.                                     Aşurlu k.  

 Abbasova məşədi Zərəfşan kərbəlayı İsrafil qızı.1870-15.05.1980 = 110 yaş.                                                                                                                       Dəmirçi k.

Hüseynov kərbəlayı İbrahim kərbəlayı Məmmədhüseyn oğlu. 1868-1979 = 111 yaş.

                                                                                                       Dəmirçi k.

Məşədi Molla Məhərrəm kərbəlayı Bağır oğlu. 1880-1985=105 yaş.  Dəmirçi k.

Kərbəlayı Ağahüseyn kərbəlayı Cavad oğlu. 1876-01.1982= 106 yaş.           Dəmirçi k.

Məmmədova Həcər Kərbəlayi Səfər qızı      -   1906-2011= 105 yaş      Dəmirçi

 

Ərazidə infrastruktur:                    (Şəkilləri)

 

14 ərzaq mağazası, 

1 yanacaq doldurma məntəqəsi, 

1 poçt şöbəsi, 

1 tibb məntəqəsi, 

1 tam,2 ümumi orta məktəb, 

1 EATS, 

1 Texniki-Peşə məktəbi, 

5 ödəniş terminalı,

3 iaşə obyekti fəaliyət göstərir. 

 

 

Ərazidə ilklər: (Ayrı-ayrı kəndlər üzrə)

 İlk təhsillilər:

Qulamov Qulaməli Şahəli oğlu – Azərbaycan DPİ-nu bitirib.      Bədəlan kəndi

(Ətraflı “Alimlər” bölümündə)

Yavər Məmmədrəhim oğlu Rəhimov      -                                    Çayqıraq kəndi

Həbibova Xavər Məhərrəm qızı     -   Əməkdar müəllim                Dəmirçi kəndi

         

İlk ali təhsilli müəllim:

 

Şükür Həbibov Ağa oğlu      –       coğrafiyaçı,  Gəncə Pedaqoji İnstitutunda ikiillik kurs                                                                                               Dəmirçi kəndi

Qulamov Qulaməli Şahalı oğlu  - ADPİ-nin filologiyasını bitirib.   Bədəlan kəndi.

 

 

İlk ali təhsilli aqronomlar:

 

Əkbərov Fəyyaz Əkbər oğlu                   -        əməkdar aqronom. 

 

İlk qadın məmurlar:

Yaqut Rəhmətova – Kənd XDS-nin sədri olub (Qızılavar kəndindən)

Reyhanxanım Abuzərova     -        Rayon Partiya Komitəsində məsul işdə olub.

 

İlk tibb işçisiləri:

 

Dövlət İsgəndərov

İslam Əhmədov

 

İlk qadın təhsilliləri:

Həbibova Xavər                             Dəmirçi kəndi

 

İlk bələdiyyə sədrləri:

Nağıyev Hacırza                                       Bədəlan kəndi

Davud Əliyev                                  Dəmirçi kəndi

Abıəli Rəsulov                                 Çayqıraq kəndi

Niftulla Əzizov                                Aşurli kəndi

 

 

Zabitlər:

 

Hərbi zabitlər:

 

Bəşirov Zahid Babulla oğlu – Daxili Qoşunlarda mayor,  Bədəlan kəndi 

Şükürov Tural Camal oğlu  -  Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin zabiti, hərbi hissə komandirinin müavini vəzifəsində çalışır. Zenit-raket divizionunun qərərgah rəisi, komandir vəzifəsini icra edir. Mayor hərbi rütbəsi vardır.                                   Bədəlan kəndi                                  

Abbasov Çingiz Salman oğlu          -        kapitan

                                                                                              Bədəlan kəndi

 

                   

Polis zabitləri və hüquq mühafizə işçiləri:

Nuriyev Mürsəl Yaqubulla oğlu (1906-1957) – Masallı Rayon Polis Şöbəsində cinayət-axtarış şöbəsinin rəisi olmuşdur.               Aşurlu kəndi

 

Şükürov Fazil Nurulla oğlu (1903 -1972) - milis mayoru, bir neçə rayonda polis rəisi olub.

                                                                                                       Bədəlan k.

Tağıyev Əbülfəz İsa bəy oğlu (1910 -1962) - Bir neçə rayonda polis işçisi kimi çalışmışdır.

Həbibov Qulam İbrahim oğlu – mayor, Lənkəran Rayon DİŞ-də çalışıb. Müharibə veteranıdır.                                                                                               Bədəlan k.

Cabbarov Mansur Şamil oğlu (1912-1975) - Bir neçə rayonda polis işçi kimi çalışmışdır. Müharibə veteranıdır.   Bədəlan

Salmanov Mirzə Əziz oğlu    (1931-....) – kapitan. Bakı Şəhərinin Səbayel rayonunda işləyib.                                                                                                                          

 

         Bədəlan kəndi

 

Mikayılov Məmməd Dövlət oğlu  -          bir neçə rayonda polis rəisi işləyib.  Aşurlu k.

Əzimov Elşad Yaşar oğlu  -    Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində çalışır. Ədliyyə müşaviridir.   Bədəlan k.

Mehdiyev Fikrət Ədilşah oğlu - Gəncə şəhər Apelyasiya Məhkəməsində hakim vəzifəsində çalışır.                                                                                                      Bədəlan k.

Babayev Kamil Ağababa oğlu      -  Azərbaycan Respublikası Baş Prokurorluğu Hərbi Prokurorluğunun şöbə prokuroru vəzifəsində çalışır. Ədliyyə mayordur.               

                  Aşurlu kəndi

 

Məcidov Həmid Hacıağa oğlu         – polis kapitanı.   Masallı və Cəlilabad RDİŞ-də işləyib. Aşurlu

Əzimov Elvin Təzəxan oğlu  -        Masallı Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavinidir,   polis polkovnik-leytenantıdır.                                             Bədəlan k.

Abdullayev İlqar Əbülfəz oğlu      -         Sumqayət şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqidir. Polis Baş leytenantıdır.                            Aşurlu k.

Məmmədov İqrar Həmdulla oğlu  –       polis mayoru- RF-in Novo-Kuznetsk şəhərində işləyir.        Aşurlu kəndi

 

 

Ərazinin yazarları:

 

Bədəlan kəndi üzrə:

 

Səfərov Əvəz Nəbi oğlu  (Əvəz Nəbioğlu) – şair-publisist

Aydın Mütəllim oğlu Şükürov (1948 -2005) Yaradıcı ziyalı, 9 kitabın muəllifidir.

Rasim Ayaz oğlu Əzimov               -        yazıçı-publisist

Şərafəddin Südeyf oğlu Həsənov (Şərafəddin İlkin) - Şair, Prezident təqaüdçüsüdür.

Camal və Ədalət Abdinov qardaşları  - yazar, bir neçə kitab müəllihləri.

Pərviz Rasim oğlu Əzimov    -   “Marketoloq, Rəqəmsal, Marketinq, Bələdçi” kitabının müəllifidir.      

 

Aşurlu kəndi:

 

Həmdulla Məmmədov - yazar

(Bax,  yuxarıda “Kəndin tanınmışları” bölümünə)

 

Dəmirçi kəndi:

 

Asif Abaszadə     -  yazar      

 

 

1945 –ci ildən 1950-ci ilədək Bədəlan kənd XDS İK-nin ərazisinə 8 kənd 6 kolxoz daxil idi. 

 

Ərazinin təhsil ocaqları 

 

       Bədəlan kənd inzibati ərazi dairəsində 640 yerlik Bədəlan tam orta məktəbi, 

Çayqıraq kənd ümumi orta məktəbində 140 yerlik

Dəmirçi kənd ümumi orta məktəbində 220 yerlik müasir məktəb binaları fəaliyyət göstərir. 

 

Bədəlan kəndində 60 yerlik uşaq-bağça kompleksi və Masallı Peşə Məktəbi fəaliyyət göstərir. 

 

Bədəlan kəndində kitabxana müdiri və kitabxanaçının çalışdığı 9300 kitab fonduna malik kitabxana fəaliyyət göstərir.

 

Dəmirçi kəndində Bədii Yaradıcılıq Klubu fəaliyyət göstərir. Bir vaxtlar kənd Mədəniyyət Evində yetişən bir neçə müğənni hazırda respublikada tanınır. 

 

Ərazidə 1950-ci ilə kimi kolxoz və sovxoza rəhbərlik edənlər:

 

BƏDƏLAN kəndi üzrə: 

1.Hüseynov Allahyar – müharədən əvvəl, kolxoz sədri

2.Həsənov Əyyub –müüharibədən əvvəl kolxoz sədri

3.Mirzəyev Mahmud – müharibə dövründə kolxoz sədri

4.Şükürov Mütəllim – müharibə dövründə

 

AŞURLU kəndi üzrə: 

 

1.  İsa Əliyev

2. Abdulla Eyvazov 

3.Kamil Bağışov 

4.Ənivəs Bağışova –Kamil Bağıovun hıyat yoldaşı olub. Kamil hərbiyə gedəndən donra onu əvəz edib.

5.Şahmar Mikayılov –müharibə qurtaran ərəfədə

 

DƏMİRÇİ kəndi üzrə:

 

1. Dadaşov Kəlbi Dadaş oğlu                           Dəmirçi kəndindən.

2. Ağaverdi                                                        Ərkivan kəndindən.

3. Əmir

4. İzzət Sadıqov                                       Dəmirçi kəndindən.

5. Həsənov Murtuza                                 Dəmirçi kəndindən.

6. Bağışov Nəzər                                       Dəmirçi kəndindən.

 

ÇAYQIRAQ kəndi üzrə: 

 

1. Mənəf Cəfərov

2.Novruzov Məmmədəli

3. İbiş İmanov

4. Eynalı Eyvazov

 5.Muxtar Rəfiyev 

6. Süleyman Bağırov 

 

     1950-cı ildən sonra 4 kənd birləşərək Əzizbəyov adına kolxoz təşkil olunmuş və təsərrüfata aşağıdakı şəxslər rəhbərlik etmişlər: 

 

1. Şahmar Mikayılov                                           Aşurlu

2. Abuzər Hüseynov                                             Təklə kəndindən

3. Daxıl Əzimov                                                  Bədəlan

4. Xaliq Qurbanov -                                            Qızılavar

5. Həsən Eyvazov                                                          Aşurlu

6. Murtaza Mikayılov                                          Aşurlu

7. Fəttah Fəttayev -                                              Ərkivan

8. Əfsər Bağırov                                                  Çayqıraq

9. İbadulla Cəbrayılov                                        Dəmirçi

10. Hacırza Nağıyev                                           Bədəlan 

 

(Ətraflı hər kəndin “Tanınmışları: bölümündə)

 

Ərazidə kəndxuda, XDS İK sədrləri və ərazi nümayəndələri:

 

1. Ağa Həbibov                       Dəmirçi

2. Musa Nağıyev Bədəlan

3. Qiyas                                   (Lənkəran rayonunun Boladi kəndindən) 

4. Süleyman Bağırov               Çayqıraq

5. Fazil Şükürov                      Bədəlan

6. Xanlar Həşimov                            ( Masallı şəhərindən)

7. Mütəllim Şükürov                Bədəlan

8. Qiyas Rzayev                       (rayonun Türkoba kəndindən)

9. Rəşid Əbilov                                  (rayonun Mahmudavar kəndindən)

10.Yaqut Rəhmətova -            (rayonun Qızılavar kəndindən)

11.Babayev Firudin -                                 Aşurlu kəndindən

12. Ağarza Həsənov                         Bədəlan

13. Rzayev Tarix -                                       Aşurlu kəndindən

14. Abuzərova Reyhanxanım -          (Masallı şəhərindən)

15. Həmdulla Bəşirov                       Bədəlan

16. Eldar Əhmədov                          Bədəlan

17. Hidayət Fərzullayev                    Bədəlan

18. İbadulla Cəbrayılov                   Dəmirçi

19. İntiqam Əkbərov                         Bədəlan

20. Əliniyaz Babayev                        Aşurlu

21. Mərdan Nağıyev                         Bədəlan

22. Zakir Bağışov                             Aşurlu

23. Loğman Şahbazov                     Bədəlan

24. Hacırza Nağıyev                        Bədəlan

 

Bələdiyyələr: 

 

     1999-cu ildə ilk bələdiyyə sədrləri aşağıdakı şəxslər olmuşlar:

Bədəlan kəndi üzrə: Hacırza İbrahim oğlu Nağıyev 

Aşurlu kəndi üzrə: Niftulla Şirvan oğlu Əzizov 

Dəmirçi kəndi üzrə: Davud Sərdar oğlu Əliyev

Çayqıraq kəndi üzrə: Abiəli Bəndalı oğlu Rəsulov 

 

Bələdiyyələr sonralar birləşərək vahid ərazi strukturu kimi fəaliyyət göstərməyə başladılar. Bədəlanda birləşmiş bələdiyyənin sədrləri aşağıdakı şəxslər olmuşdur:

 

İdris Abiəli oğlu Tağıyev                 Bədəlan

Mətanət Şakir qızı Paşayeva            Dəmirçi

 

(Ətraflı hər kəndin Bələdiyyələr” bölümündə)

 

Kəndin müxtəlif yüksək vəzifələrdə işləmiş tanınmışları:

 

Kənddə:

 

Bədəlan kəndi üzrə

 

 Musa Nağı oğlu Nağıyev (1852 -1944) – kəndxuda    Bədəlan kəndi

                                                                                                                   

 Şükürov Mütəllim Kərbəlayı Nurulla oğlu (1893 - 05 mart 1968) – kənd sovetinin sədri, kolxoz sədri.                                                                Bədəlan

 

Bağırov Süleyman Rza oğlu  (1908 - 25.07.1961)  – Rayonun müxtəlif kəndlərində kolxoz sədri, RPK-da məşul vəzifələrdə və  Mahmudavarda sovxoz direktoru işləyib.

 

Rayonda və qonşu kəndlərdə bir sıra vəzifələrdə çalışıb  (yalnız rayonda olanlar)

 

Bədəlan kəndi:

 

Dadaş Mehdi oğlu Cəfərov  (25 dekabr 1912-20 iyun - 1980) – həkim

Əzimov Qürbət Ağa oğlu (1914-1993)  – məktəb müdiri işləyb. Müharibə veteranıdır.

Əzimov Daxıl Şahmar oğlu (1920 - iyun 1990)   – Masallı Rayon PK-də I və II katib işləyib.                                                                   Bədəlan.

Mahmud Qənbər oğlu Quliyev (1929 - yanvar 1989)  – Rayon İstehlak Cəmiyyətində çalışıb.                                                        Aşurlu

 (Ətraflı hər kəndin “Rayonda tanınmışlar” bölümündə) 

Əfsər Süleyman oğlu Bağırov (1931 - 25.07.1995) - Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi və digər rəhbər işlərdə çalışıb.

İsabala Şahmar oğlu Kərimov (09 may 1920 -1957) - Bir neçə dil bilib, Milli Təhlükəsislik Nazirliyində çalışıb, Masallı Torpaq şöbəsinin müdiri olub.

Ağayev Ağadədə Novruz oğlu - Masallı rayon Statistika İdarəsinin müdiri olmuşdur

Əzimov Yalçın Təzəxan oğlu   2004/09-cu illər bələdiyyə seçkilərində Bakı şəhəri Nərimanov rayonu Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir.

Mikayıl Dövlət oğlu Mikayılov - Masallı Rayon Kooperativlər ittifaqının sədri işləyib.

 (Ətraflı hər kəndin “Rayonda tanınmışlar” bölümündə)  Aşurlu

 

 

 

Ölkədə:               (rayon və ölkə ayrılmalıdır)

 

Mirzə İsa Tağıyev (1870 - 1928) –  Astaradan Biləsuvara qədər Polis rəisi olub. Bədəlan.

 

Mürsəl Yaqubulla oğlu Nuriyev (1906-1957) - Təhlükəsizlik Komitəsində. 

Cəfər Mahmud oğlu Cəfərov (01 yanvar 1905 - fevral 1969)- Biləsuvar Partiya Komitəsinin 1 katibi olmuşdur. 

Ağayev Ələkbər Möhsüm oğlu - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi və digər vəzifələrdə çalışıb.

 

Firdovsi İbadulla oğlu Cəbrayılov  - 2009/14-cü illər bələdiyyə seçkilərində Bakı şəhəri Səbayıl rayonu Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hazırda Bakının Nizami Rayonunda Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi.

 

Ağababa Fərman oğlu Babayev  -   Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində müxtəlif illərdə məhkəmə hakimi vəzifələrində çalışmışdır.

 

Məmməd Dövlət oğlu Mikayılov -  Bakı şəhəri Nəsimi, Suraxanı rayonlarında Polis İdarələrinin rəisi, Azərbaycan Respublikası DİN-nin tabeliyində İnterpol Baş İdarəsinin ilk rəisi vəzifələrində çalışmışdır.

Qurban Lazım oğlu Qurbanov - Xəzər Gəmiçilik İdarəsinin tabeliyində Tikinti İdarəsinin rəisi vəzifəsində çalışır.

Baloğlan Xanoğlan oğlu Əşrəfov    - müğənni,   əməkdar artist.

(Ətraflı Bədəlan kəndinin “Ölkədə tanınmışlar” bölümündə)

 

Çayqıraq kəndi üzrə    

 

Kənddə: 

 

Bağırov Aşur Möhbalı oğlu  - ilk ali təhsilli məktəb direktoru.

Əkbərov Fəyyaz Əkbər oğlu - Azərbaycan Respublikasının Əməkdar aqronomu.

  Ölkədə

Həbib Rəhimov    -   “AzərKonsert” Birliyinin solisti

 

Aşurlu kəndi

Kəndin tanınmışları:

 

Kənddə:               Kənd- rayon – ölkə ayrılmalı

Mikayılov Salman İsgəndər oğlu (25 may 1925 - ... ) – məktəb direktoru

Həmdulla Nüsrət oğlu Məmmədov    – orta məktəbin direktoru

                                      – (Ətraflı “Aşurlu kəndinin tanınmışları” bölümündə)

 

                                      – 

 

Rayonda:

Məcidov Yaşar Hacıağa oğlu  – FHN_nin Masallı Rayon üzrə idarə rəisi. Aşurlu

 

 

Ölkədə:

Əhədov Ələkbər                                                   –  Ağdaşda, Lerikdə məhkəmə hakimi

 

Dəmirçi kəndi üzrə:

Kənddə: 

Cahangir Abdurza oğlu Abbasov (1925-1988)   –  (Ətraflı “Tanınmışlar” bölümündə)

Baba Mövsüm oğlu Kazımov (Osnəğə Bobo) (1926) - kinomexanik  (Ətraflı “Tanınmışlar” bölümündə)

 

 

Rayonda:

 

Cavadov Rəşid Mürşüd oğlu – Masallı Rayon VAZ-ın Masallı rayonu üzrə Texniki Xidmət stansiyasının müdiri.

 

 

Yüksək Dövlət mükafatları, fəxri adlar və orden-medal alanlar:

 

Əliyev Canı Rəsul oğlu         -        “Qırmızı Əmək Bayrağı” ordeni  Çayqıraq kəndi

                   

Əkbərov Fəyyaz Əkbər oğlu  - Azərbaycan Respublikasının əməkdar aqronomu fəxri adı verilib.                                                                                   Çayqıraq kəndi

Bağırov Əfsər Süleyman oğlu                 - 2 dəfə “Əməkdə fərqlənməyə görə” medalı, “Lenin yubiley medalı” və bir çox “Fəxri fərman”larla təltif olunub. Çayqıraq kəndi

Məmmədov Həmdulla Nüsrət oğlu                   -   ali kateqoriyalı müəllim, ali kateqoriyalı medodist, Qabaqcıl maarif xadimidir.                                                      Aşurlu kəndi

Abasov Cahangir Abdurza oğlu (1925-1988) – “Qırmızı Əmək bayrağı” ordenli.

                                                                                                       Dəmirçi kəndi

Ərazinin I Qarabağ müharibəsində iştirak edənlər: 

Şəhidlər:

 

      1. Davud Allahman oğlu Qulamov (Bədəlan - 1956 – 1992) 

2. Arif Eynulla oğlu Fərzullayev (Bədəlan - 1965 – 1992)

3. Eldəniz Akif oğlu Rəsulov (Bədəlan - 1976 – 1997)

4. Nəsib Qərib oğlu Həsənov (Bədəlan - 1975 – 1994)

5. Bəxtiyar Gənci oğlu Gənciyev (Aşurlu - 1973 – 1993)

6. Kamran Gülverdi oğlu Həsənov (Çayqıraq - 1973 – 1993)

7. Zakir Vəliəhəd oğlu Abbasov (Çayqıraq - 1976 – 1994 

8. Nəsimi Nəcəf oğlu Vəliyev (Bədəlanm - 1974 – 1993)

9. Mətləb Nəriman oğlu Bağırov (Dəmirçi - 1975 – 

 (Ətraflı hər kəndin “Qarabağmüharibəsi iştirakçıları” bölümündə)

 

Veteranların sayı: 2 nəfər

1. Bağırov Güloğlan Mehbalı oğlu – kiçik leytenant   Çayqıraq

2. Allahverdiyev Eldəniz İman oğlu                                    Çayqıraq

(Ətraflı hər kəndin “Qarabağ müharibəsi iştirakçıları” bölümündə)

 

II Qarabağ müharibəsində

Şəhid:

1. Əsəd Mahir oğlu Əsədli                (Çayqıraq - 1995 – 2020) 

(Ətraflı hər kəndin “Şəhidlər” bölümündə”)

 

 

 

Ərazidə alimlər: 

 

Qulamov Qulaməli Şahəli oğlu  - Kəndin ilk alimi Filogiya elmləri üzrə fəlsəfə doktorudur.                                                                   Bədəlan kəndi

 

Xəlilov İdris Eynəli oğlu  -  Tibb elmləri namiozədi, professordur.                                                                                             Bədəlan kəndi

Kərimov Müşfiq İsrafil oğlu (28. 09.1969) -     Tibb elmləri namzədidir.                                                                                                       Bədəlan kəndi

 

Bağırov Beytulla Süleyman oğlu (Beytulla Şahsoylu) -

       Filologiya üzrə fəlsəfə doktorudur.               Çayqıraq kəndi

Bəşirov Yusif Murtuza oğlu -  Filologiya üzrə fəlsəfə doktorudur.                                                                                                                 Çayqıraq kəndi

Zərbiyev Tarverdi Zəbi oğlu – tibb elmləri namuzədi Aşurlu

Zərbiyev Fuad Tarverdi oğlu – tibb üzrə fəlsəfə dok. Aşurlu

Məmmədov Xəlil Teymur oğlu  - Kimya üzrə fəlsəfə doktorudur.                                                                                                        Dəmirçi kəndi 

Mikayılov Ənvər Məmmədəli oğlu  -  kafedra müdiri olmuşdur.  Texnika elmləri namizədi                                                                                              Dəmirçi kəndi

(Ətraflı hər kəndin “Alimlər” bölümündə) 

 

  

 

 

Bədəlan kəndi

 

 

Əhalinin sayı:     (01.01.2021-ci il taixə) 2767 nəfər

O cümlədən;        kişi:  1428,           qadın:  1339 nəfər.   

 

Həmsərhəd kəndləri: Şərqdən Xıl, Sirəbil, qərbdən Aşurlu, 

Şimaldan Çayqıraq, cənub-qərbdən Xanəlion, Məmmədoba, cənubdan Babaser ilə həmsərhəddir.

 

Coğrafi mövqeyi:

     Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında, rayon mərkəzindən 12 km məsafədə yerləşir. Bədəlan kənd İnzibati Ərazi Dairəsi dövlət əhəmiyyətli, Masallı-Lənkəranı birləşdirən  avtomobil yolunun üstündə yerləşir. 

 

Təbii şəraiti:

 Bədəlan kənd İnzibati Ərazi Dairəsində zonaya xas olan rütubətli subtropik iqlim hakimdir. Ərazidə sarı torpaqlar çoxluq təşkil edir. Bu torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Sitrus, dənli, texniki və yem bitkilərinin əkilməsi üçün də bu torpqalar münbitdir. Tütünçülük, çayçılıq və baramaçılıq sahələri bir vaxtlar kəndin iqtisadiyyatında mühüm yer tuturdu. Bu torpqalarda ildə hətta 3 dəfə məhsul əkib-becərmək mümkündür. Ərazi rekrasiya ehtiyatlıdır.

 

Bədəlan ərazisindən keçən Bədəlan çayı Talış xanlığının 2 mahalının Dəştvənd və Uluf mahallarının ərazisindən keçərək sərhəd rolunu oynayırdı.

 

 

  Kəndin əsas məşğuliyyəti:

 

     Bədəlan kənd İnzibati Ərazi Dairəsi rayonun inkişaf dinamikasına görə ən qabaqcıl yaşayış məntəqəsidir. 

Sovetlər dövründə kənddə çay fabriki fəaliyyət göstərsə də, sonralar öz fəaliyyətini dayandırmışdır.

 Dənli bitkilər və taxılçılıq bir vaxtlar kəndin əsas məşğuliyyəti olub. Bir vaxtlar kənddə tarixən bu zonaya xas olan çəltikçilik geniş yayılmışdır. Beləki, burada çəltiyin "Ənbərəbu", "Sədri", "Haşimi" növlərindən torpaq sahələrinin əkilməsində geniş istifadə edilirdi. Hazırda kənddə buğda və arpa sahələri az da olsa, mövcuddur. Əhali tarixən kənd təsərrüfatı və xırda sənətkarlıqla məşğul olmuşdur. 

 

Kəndin adının mənası və tarixi keçmişi haqqında: 

         

        “Bədəlan - bu toponim talış dilində Bədəlon adlanır. Bədəl şəxs adıdır (ərəbcə: qarşılıq, əvəz, tay, bərabər, nümunə və s. deməkdir; “an” (on) şəxs  bildirən şəkilçidir”. 

        Bu toponimi Bədəl nəsli, bədəllilər mənasında qəbul etmək bizcə daha doğrudur. Şamaxı bölgəsindəki bədəlli toponimi də Bədəl şəxs adı əsasında yaranmışdır. Bədəlan sözü talış dilində həm də “bəd qarğalar” mənasını versə də, fikrimizcə bu yaşayış yeri zootoponim deyil, etnotoponimdir. (Musarza Mirzəyev - “Talış toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan nəşriyyatı -1993, səh. 38, Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. “Maarif “ nəşriyyatı - 1992, səh. 10).

     Kəndin arxeoloji mənzərəsi göstərir ki ərazinin yaşı tunc dövrünə gedib çıxır. Bütün bunlar Səfəvilər dövründə ordunun döyüşlərdən sonra bu kəndə çəkilməsini, kənd əhalisinin həmin orduda vuruşaraq yaralanmasını və ordunun yaralı döyüşçülərinə sığınacaq verməsini deməyə əsas verir. 

Talış xanlığının və bölgənin tarixi ilə bağlı yazılmış "Əxbərnamə" və "Cavahirnameyi Lənkəran" əsərlərində də kəndin tarixinə aid bir sıra qiymətli məlumatlar yer almışdır. “Əxbarnamə”də Mirhəsən xanın rəhbərliyi ilə işğalçılara qarşı vuruşan Talış xanlığı qoşunlarının döyüşdən geri çəkilən zaman məhz Bədəlan kəndinə sığınması bu kənd əhalisinin bölgədə etibarlılığını və döyüşkənliyini göstərən ən parlaq nümunədir. Qeyd edilən mənbələrdə hətta müharibələrdən və bölgə çarizmin nəzarətinə keçəndən sonra belə, rus qoşunlarının Ərkivan qalasından Lənkəran qalasına manevr və yerdəyişməsi zamanı Bədəlan ərazisindən keçən zaman kəndlilərin silahlı hücumlarına məruz qalması diqqəti çəkir. 

Mənbələrdə hazırkı Bədəlan kəndi talış xanlığının tarixi ərazilərindən olan Uluf və Dəştvənd mahallalrına daxil olması qeyd olunub. Çarizm dövründə kənd inzibati bölgüyə əsasən Lənkəran "uezd"inə, Azərbaycan Demokratik Cumhuriyyəti və sovet hakimiyyətinin ilk illərində isə Lənkəran qəzasına daxil olmuşdur. 

     1930-cu ildə Masallı yaşayış məntəqəsi mərkəz olamqla eyni adlı inzibati rayon təşkil edildi və o vaxtdan kənd həmin rayonun tabeçiliyinə verildi. Sovet hakimiyyətinin ilk illərində rayonda mövcud olan 4 ilk partiya təşkilatından biri də məhz Bədəlan kəndində təsis edilmişdi. 

    Bədəlan kəndinin ilk sakinləri bu yerlərə Lerikin Barzavu, ora isə İranın Nəmin kəndindən gəlmişlər. 

 

  Kəndin tarixi abidələri:                

 

     1843-cü ildə çarizm tərəfindən aparılmış kameral siyahıyaalınmaya aid arxiv sənədlərinə görə kəndin Aşurlu ərazisində məscidin və onun nəzdində mədrəsə tipli məktəbin fəaliyyət göstərməsi qeyd edilib. Sonrakı illərdə bu məscid yenidən tiklisə də, hazırda o memarlıq abidəsi kimi dövlət tərəfindən tarixi abidələrin inventar fonduna daxil edilərək qorunur. Hazırda dini icma formasına Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərində 5 məscid2 ziyarətgah fəaliyyət göstərir. 

     Kənddə bir sıra digər tarixi abidələr də mövcuddur. Beləki, kənd ərazisində erkən tunc dövrünə aid olan bir sıra abidələr və kurqanlar vardır. Orta əsr abidələrindən Piəğəb ziyarətgahı, Rəsullulah bulağı, Qaraxan təpəliyi, Ğənqəl qalası və sair tarixi abidələr də aşkar edilib. Kənddə mövcud olan tarixi hamam kompleksi hazırda sıradan çıxmış və yerində yenisi tikilmişdir. Kənd qəbristanlıqlarında zona üçün xarakterik olan qoç fiqirlu daş abidə və üzəri ərəb qarafikasının nəstəliq xətti ilə yazılmış, qılınc və şey-pur təsviri olan qədim məzar daşları mövcuddur.

 

PİƏĞƏB - qədim məzarı. 

Rəvayətə görə vaxtı ilə Peyğəmbərin övladlarının qətlinə fərman vermiş hökmdarın zülmündən ətrafa səpələnən hörmətli seyidlərdən biri burada dəfn olunmuşdur.

 

Piəğəb ziyarətgahı, Dəmirçi kəndinin arxasında yerləşir.

 

 

 

 

BƏDƏLONİ ŞAĞLAKU və  ĞƏRƏXANİ ZƏMİN qalaları 

 

      XVIII əsrin əvvəllərində müstəqil Talış xanı Seyid Abbasın oğlu Qara xanın şərəfinə Bədəlanda "Qara xan qalası" nın tikilməsi barədə elmi mənbələrdə dəqiq məlumat yoxdur. Asaqqalların söylədiklərinə görə Qara xan düzü tarixdə mövcud olub. Hal-hazırda Bədəlanda böyük bir sahə həmin şəxsin adı ilə adandırılır. Mənbələrdən məlum olur ki, Talış hakimi Mir Mustafa xan Ərkivan, Kolatan və Bədəlan kəndlərinin ərazisində yerləşən sərin və şəfqətli bulaqların suyundan içməyi çox xoşlarmış və bu təbii neməti yaşadığı Lənkəran şəhərinə də axıtmaq istəyib. Bu məqsədlə o, XVIII əsrin sonunda xanlığın şimal hissəsindəki kəndlərdən 40 bulağın suyunu təxminən 30 kilometr  uzunluğunda olan xüsusi gildən hazırlanmış borularla yerin altı ilə Lənkərana çəkdirmişdir (Musarza Mirzəyev ''MƏNİM MASALLIM'' BAKI-1991 səh-25). Kənd ağsaqqallarının bildirdiyinə görə, bu su xətti də məhz Gərəxandan keçirmiş. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, Talış dağlarının ətəklərində kurqan tipli qəbir abidələri aşkarlanıb. İnstitutdan bildiriblər ki, bu torpaq örtüklü kurqanların diametri 45-50 metrdir, uzun illər təsərrüfat işləri zamanı ciddi dağıntılara məruz qalmalarına baxmayaraq onların üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində nadir hallarda rast gəlinir. Kurqanların düzülüşü şərq-qərb istiqamətlidir. A. Ağalarzadə deyib ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid edilir.

 

 


 

 

 

 

 

Rəsulullah bulağı

 

ĞƏNĞƏLİĞALA qalası

     Qala üç tərəfdən təbii istehkamlarla əhatə olunub, cənub tərəfindən Bədəlan çayı keçir. Bu təbii maneələr qalaya şərq, cənub və şimal tərəfdən düşmən hücumlarının qarşısını almağa imkan verirdi. Qalanın yerləşdiyi ərazi çay yatağından təxminən 25-30 metr hündürlükdədir. Qalaya yol qərb tərəfdən olmuşdur. Həmin ərazi Aşurlu kənd sakinləri Məcidovların sahəsi olub və hazırda kənd sakini Sadayın evi ordadır. Qaladan bir az aşağıda - Qala ilə indiki qəbristanlıq arasında "Rəmozoni vişə" adlanan meşəlik olub. Həmin ərazidə Gəngəl - tikanlıq, Qanqal - Böyürtikan kolları çoxdur.  Ona görə də qala Gəngəliqala adlanır. Ğənğəliqalanın aşağısından axan "Şətələ ru" (Dəli çay) - Bədəlan çayı kəndin mərkəzindəki körpu ilə keçərək Lənkəranın Qumbaşı kəndində dənizə tökülür. Kənd sakini Baloğlan Məmmədovun fikrincə,  qala gözətçi damı kimi nəzərdə tutulmuş, 1 nəfər keşik çəkə bilən növbəli sistemlə daimi yola nəzarət edilmişdir.

 

BƏDƏLAN  AŞURLU ƏHLİ QUBOR qəbristanlığı   

 

     Bədəlan kənd qəbiristanlığındakı iki qoc-daş xatirə (şəkli) abidəsi nəzəri çəlb edir. Bir-birindən 5-6 metr məsafədə olan bu xatirə abidələri indiyə qədər gördüklərimizdən həçm etibarilə kicik olmaları ilə fərqlənir (eni 10, uzunu 60, hündürlüyü 40 sm). Bildiyimiz kimi Azərbayçanın əsasən maldarlıqla məşğul olan dağ və dağətəyi rayonlarında əsrlərdən bəri xatirə abidələrini əksər hallarda at və ya qoc şəklində düzəldirmişlər. Adətən bu qoc-daşları qaldırmaq ücün iki adam lazım olur. Bədəlandakı qoc-daşların cəkisi isə 12 kq deyil. Onların ikisi də bir həçmli, eyni təsvirli, yazısız və tarixsizdir (ətrafdakı baş daşları 18-19-cu əsrlərə aiddir). Qocların bir tərəfində ox-yay, toppuz, qılınç, xənçər, döyüş baltası və sapand təsvir olunmuşdur. Təsvirlərə əsasən abidə sahibinin döyüşcü olduğu güman edilir. Qoçun o biri tərəfində kuzə və nəleyn - ayaqqabı təsvir olunmuşdur ki, bu da mərhumun o dünyaya təmiz, pak köçdüyünə işarədir (Əmmar Abbasov, tarix elmləri namizədi. "ELM və HƏYAT", mart 1991). Bu qəbiristanlığın qədimliyini ifadə edən bir neçə əlamət vardır. Birincisi, burada içərisində oxunması mümkün olmayan qəbirüstü qaya parçasını və çox iri gövdəsi olan nil ağaclarını, daşdan hazırlanmış qoç fiqurlu başdaşlarını və qazıntı zamanı torpaq altında qalan dəmir lövhələrdən yazıları oxumaq mümkün olmayan uzunluğu 40 sm, eni isə 30 sm olan başdaşlarını göstərmək olar. Nil ağacı çox gec böyüdüyü üçün buradakı ağacların yoğun gövdəsi də qədim tarixilərdən xəbər verir. Aqil babalarımız həmin yeri qəbiristanlıq üçün seçərkən bir neçə əsas amili nəzərə alıblar. İlin yağmurlu fəsillərində də burada qəbir qazarkən torpaqdan suyun çıxması müşahidə olunmur (Bədəlanda yerləşən hər üç qəbiristanlıqda bu amillər var). Qəbiristanlıq əsas yaşayış mərkəzlərinə görə elə bir yerdə salınmışdır ki, orada yaranan çöküntülərin torpaq məsamələri ilə su mənbəyinə axması mümkun deyil.


 

 

 

 

 

 

 

 

 

 

 

             Daş qəbirlər təpəliyi -   Azərbaycanda eramızdan əvvəl II minilliyə aid olan qəbirlər tapıldı.

Mir Tağı ziyarətgahı

 

 

     "Mir Tağı" ziyarətgahı XX əsrin yadigarıdır. 1905-1975-ci illərdə bu kənddə Mir Tağı Nağıyev adında seyid yaşamışdır. Vəsiyyətinə görə onu yaşadığı evin həyətində dəfn etmişlər. Mir Tağı sağlığında xeyirxahlığı və insaniyyətinə görə nəinki bədəlanlıların, eləcə də qonşu rayonların əhalisinin hörmətini qazanmış, müqəddəs şəxsiyyət hesab olunmuşdur. Ona hamı inanırdı (M. Mirzəyev).

 

 

 

 

 

 

 

 

Bədəlan sovxoz hamamı

 

 

     Bu bina giriş zalı ilə yanaşı, 1 ümumi və 4 ayrı-ayrı otaqlardan ibarət olmaqla, həftə ərzində müxtəlif günlərdə kişi və qadınlara xidmət göstərmişdir.

 

                     


 

Azərbaycan ETTİ-nun Masallı Dayaq Məntəqəsi

 

 

Kənddə ilk məktəbin açılması: 

 

Bədəlanda ilk məktəb 1929-ci ildə açılmışdır. 1937-ci ilə kimi məktəblərdə dərslər talış dilində tədris olunmuşdur. Bədəlan kənd orta məktəbi1959-cu ildə istifadəyə verilmişdir. 

 


 

 

 

 

 


Bədəlan kənd tam orta məktəbin yeni binası 1990-cı ildə tikilmişdir.

 

 

Məktəbə rəhbərlik edənlərin siyahısı:

 

Şükür Hüseynov             (Lənkəran rayonunun Separadi kəndindən)

Zahir Əkbərov                         Bədəlan

Xavər Həbibova                      Dəmirçi 

Salman Mikayılov                   Aşurlu 

Əli Əliyev                                (Masallı rayonunun Ərkivan kəndindən)

Həmdulla Məmmədov             Aşurlu

Əvəz Səvərov                           Bədəlan

İdris Tağıyev                           Bədəlan

Arif Mehdiyev                          Bədəlan

 

 

Kəndin ilk ali təhsillisi:   

 

Qulamov Qulaməli Şahəli oğlu kəndin ilk ali təhsillisi olmuşdur.O, 1952-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, əvvəlcə Bədəlan kənd orta məktəbində işləmiş, sonra isə elmi işlə əlaqədar olaraq Bakıya köçmüşdür. 1968-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. Uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda müəllim  vəzifəsində işləmişdir. 2002-ci ildə vəfat etmişdir.

 

Kəndin təhsil ocaqları: 

640 yerlik Bədəlan tam orta məktəbi fəaliyyət göstərir. 

Masallı Peşə Məktəbi fəaliyyət göstərir. 

60 yerlik uşaq-bağça kompleksi   

Bədəlan kəndindəki kitabxana 9300 kitab fonduna malikdir. 

 

       


 

 

 

 


      Sovet dövründən yadigar qalan uşaq bağçasının binası

 

Kənddə Mədəniyyət Evi:


 

Kolxoz quruculuğu: 

 

     Bədəlan kənd XDS İK-nin ərazisinə 8 kənd 6 kolxoz daxil idi. 

1950-ci ilə kimi BƏDƏLAN kəndi üzrə Kənd XDS İK sədrləri: 

1.Hüseynov Allahyar 

2.Hüseynov Əyyub 

3.Mirzəyev Mahmud 

4.Şükürov Mütəllim 

 

42 seçki məntəqəsini əhatə edən 71 saylı Dairə Secki Komissiyası Bədəlan kəndində yerləşir.


 

 


                       71 saylı DSK-nın inzibati binası

 

Masallı rayonunda rayon mərkəzindən əlavə tək Bədəlan kəndində "Danışıq məntəqəsi" mövcüd olub (1998-2000).

 

 


 

Bələdiyyələr: 

 

     İlk bələdiyyə sədrləri aşağıdakı şəxslər olmuşdur:

Bədəlan kəndi üzrə:  1999-cu ildə ilk bələdiyyə seçkilərində Hacırza İbrahim oğlu Nağıyev bələdiyyə sədri seçildi.

 

Bələdiyyələr sonralar birləşərək vahid ərazi strukturu kimi fəaliyyət göstərməyə başladılar. Bədəlanda birləşmiş bələdiyyənin sədrləri aşağıdakı şəxslər olmuşdur:

İdris Abiəli oğlu Tağıyev 

Mətanət Şakir qızı Paşayeva

 

Bədəlan Çay fabriki 


      Masallı Çay Fabriki (Bədəlan kəndində) Azərbaycan SSR-də  Yeyinti Sənaye muəsisəsi kimi 1955-cı ildə yaradılmışdır. Fabrikə soluxdrucu, burucu, quruducu, çeşidləyici və s. sexlər daxıldir və Masallı rayonunda yığılan yaşıl çay yarpağını emal edirdi. 

Emal etdiyi "Buket", "Ekstra", "Əla növ" məxməri quru çaylarını (1981 ildə 1190,8 t.) 2№-li Lənkəran, Bakı və İrkutsk çay bükücü fabriklərinə göndərirdi. Fabrikdə istehsal prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdı. 10-cu beşillikdə 4 peçi yenidən qurulmuşdur. (ASE. VI cild. Bakı-1982. səh-383). Fabrikin inzibati ərazisində aptek, kitabxana, dərzi və papaqçı dükanları daxil olmuşdur. Bədəlan çay fabrikinin tikintisinə nəzarət işi Mahmudavarda işlədiyinə baxmayaraq, əslən Bədəlan XDS İK-nin Çayqıraq kəndindən olan Bağırov Süleyman Rza oğluna həvalə edilmişdi.


Çay fabrikinə aşağıda adları çəkilən şəxslər rəhbərlik etmişlər:

1. Həşimov Mirzəxan    -   Qodman kəndindən

2. Xəlilov Möhsüm       -   Türkoba kəndindən

3. Cəfərov Loğman       -   Boradigah kəndindən

4. Abuşov Əvəz              -   Kolatan kəndindən

5. Əsədov Cavanşir       -    Boradigah kəndindən

6. Qurbanov Rzabala     -   Türkoba kəndindən

7. Cəbiyev Qəzənfər       -   Mahmudavar kəndindən

8. Tağıyev Asif               -   Şatıroba kəndindən

9. Rəsulov Şakir             -    Bədəlan kəndindən

10. Kişiyev Almas           -   Türkoba kəndindən

11. Xancanov Niftulla    -   Bədəlan kəndindən

 

“NAMİD” VİDEOSTUDİYASI

   

    XX əsrin axırlarında (1997-1998) sovet dövrünun televiziya antenalarının tamamilə ləğv olunduğu vaxtlarda televizor ustası, videomühəndis Namid, Bədəlan və ətraf kəndlərdə Türkiyə şou kanallarını yayınlamışdır. O, həmin vaxtlarda hətta toy şənliklərini də butun kəndə canlı yayınlayırdı.

 

"Honi" jurnalının təsis edilməsi haqqında

 

     "Honi" jurnalı 1989-cu ilin noyabr ayından nəşr olunub və həmin ildə 2 nömrəsi çap olunub. 

 

137 nömrəli Masallı Kənd Texniki peşə məktəbi

 
      1968-ci ildə Bədəlandakı peşə məktəbi Prişib (indiki Göytəpə şəhəri) Peşə Məktəbinin filialı kimi 
Masallı Kənd Peşə məktəbi adı ilə fəaliyyət  göstərib.

Direktorlar:
Əmirov Sucəddin Yaqub oğlu (iyun 1968 - 4 0ktyabr 1968)

İsayev Mirzəbala Mirzə oğlu ( oktyabr 1968 - avqust 1970)

Əliyev Məmməd Heydər oğlu (sentyabr 1970 - 14 oktyabr 1975)

Şükurov İsmayıl Şükur oğlu (14 oktyabr 1975 - 1 dekabr 1978)

Məmmədov Nazir Baba oğlu (1 dekabr 1978 - 11 oktyabr 1981)

Quliyev Vəlihəd Yəhya oğlu (11 fevral 1982 - 23 sentyabr 1983)

Bağırov Zakir Əfsər oğlu ( 10 may 1984 - 25 avqust 1997)

Xəlilova Reyhanxanım Baba qızı (25 avqust 1997 - 20 fevral 2013)

Nağıyev Mərdan İbrahim oğlu (20 fevral 2013 - 7 iyun 2017)

Kərimov Afər Əliməmməd oğlu (1 iyul 2017 - )

 

    Məktəbin əsas tədris korpusu və iki əsas köməkçi tədris korpusları 1955-ci ildə inşa edilmişdir. 

 

Əhmədov Yaqub Əli oğlu kitabxanaçı işləmişdir

 

 

Kəndin tanınmışları: 

 

Kənddə :

Şükürov Mütəllim Kərbəlayı Nurulla oğlu (1893 - 05 mart 1968)

 

      Masallı rayonunun Banbaşı, Kolatan, Hişkədərə, Qodman, Bədəlan kəndlərində sovet sədri vəzifəsində işləmişdir. 1941-1943-ci illərdə Bədəlan kənd XDS İK-nin sədri, 1943-cü ildən 1950-ci ilə kimi "Əzizbəyov" kolxozunun sədri vəzifəsinə seçilmişdir. 1951-1959-cu illərdə isə "Əzizbəyov" kolxozunda sədr muavini vəzifəsində işləmişdir. Bədəlanda çay fabrikinin, kənd hamamının tikilməsində, ilk radio qovşağının qurulmasında əməyi çox olmuşdur.

 

Şahmar Mikayılov (1912 - 1983)  

 

Təsərrüfat rəhbəri kimi onun dövründə xeyli quruculuq işləri görülmüşdür

 

      "Frunze" adına kolxoza 1945-ci ildən sədr seçilmişdir. 1950-ci ildə Bədəlan ərazisində yerləşən dörd kolxoz - "Qırmızı Azərbaycan'', "26 Bakı Komissarı", "Əzizbəyov" və "Frunze'' birləşərək ''Əzizbəyov'' kolxozu adında fəaliyyətə başlamışdır. Kolxoza Şahmar Mikayılov sədr seçilmişdir. O, birinci dəfə un dəyirmanı tikdirmişdir. Bu dəyirman kəndin yuxarı başında su ilə hərəkətə gələrək işləyirdi. Sonralar kəndin işıqlanması layihəsi həyata keçirilmiş, su ilə işləyən dəyirman elektrik ilə işləməyə başlamışdır. Kolxozun idarə binası, kənd hamamı, məktəb binası,  çay fabriki Ş. Mikayılovun kolxoza rəhbərlik etdiyi dövrdə tikilib istifadəyə verilmişdir.   Bu illərdə kəndin ərazisində çox böyük bir göl salınmışdır (hal-hazırda həmin göldən əsər-əlamət qalmayıb). Göl həm çəltik sahələrini suvarmış, həm də yay aylarında kəndin balıq ehtiyacını ödəmişdir. Ş. Mikayılov 1959-cu ildə yenidən mühasib işləmişdir. Şahmar Mikayılovun dini təhsili   olmuşdur. O, ateizmin tüğyan etdiyi dövrdə də ''Quran'' oxuyur, dini mərasimlərdə iştirak edirdi. 

 

İsgəndərov Dövlət Mikayıl oğlu (1912 – 1969) - Rayonun bir neçə kəndində tibb işçisi kimi çalışmışdır.


      1936-cı ildə Xalq Səhiyyə Komissarlığı nəzdində üçillik Tibb Məktəbinə daxil olub. O, Masallı rayonunun Ərkivan, Mahmudavar, Miyankü, Qodman, Qızılavar, Boradigah, Bədəlan kəndlərində tibb fəaliyyəti göstərmişdir. D. İsgəndərov işlədiyi illərdə Bakı şəhərinin bir sıra tibb müəssisələrində təcrübə toplamışdır. İşlədiyi illərdə xalq qarşısında onun xidmətləri əvəzsiz olmuşdur.

 

Hacırza Nağıyev          - Masallı Rayon İH Başçısının Bədəlan ərazisi üzrə nümayəndəsi.

 

1963-cü ildə doğulub. 1981-1982-ci illərdə Masallı Aqrar-Sənaye Birliyində Baş mühasibin müavini, M.Əzizbəyov adına sovxozda və Fermer Təsərrafatında 1999-cu ilədək Baş mühasib, 2000-2006-cı illərdə Bədəlan bələdiyyəsinin sədri, 2006-2013-cü illərdə 71 saylı Seçki Dairəsinin sədri, 2019-cu ildən Bədəlan İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifələrində çalışmışdır. II dərəcəli Dövlət qulluqçusudur.

 

Bağırov Zakir     - 137 saylı Masallı Texniki-Peşə məktəbinin direktoru olub.

 

1955-ci ildə doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1984-1997-ci illərdə 137 saylı masallı Texniki-Peşə məktəbinin direktoru olub. 1920-ci ilə qədər Bədəlan orta məktəbində tarix müəllimi işləyib.  

 

Arif Mehdiyev – Bədəlan məktəbinin direktoru.


1960-cı ildə doğulub. 1981-ci ildə ADPİ-ni bitirib. 1984-cü ildən Bədəlan kənd orta məktəbində müəllim, 2012-ci ildən məktəbin direktoru işləyir.

 

Nağıyev Mərdan İbrahim oğlu               -        Bədəlan Ərazi nümayəndəsi.

 

1968-ci ildə Bədəlan kəndində doğulub. 1998-2013-cü illərdə Masallı RİH Başçısının Bədəlan Kənd Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini və nümayəndəsi olub. 2013-2017-ci illərdə Masallı Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb.

 

Teymur Əkbərov – Bədəlan kənd danışıq məntəqəsinin müdiri olub.

 

1972-ci ildə doğulub. 1990-ci ildən Bədəlan kənd rabitə şöbəsində, 1998-2000-ci illərdə sonra Kənd Rabitə şöbəsinin və kənd danışıq məntəqəsinin müdiri olub. Kənddə ictimai fəallığı ilə seçilən insanlardan biridir.

 

Şahbazova Məhbubə Mursəl qızı

 BDU-nun filologiya fakültəsində təhsil almışdır. Bədəlan kənd tam orta məktəbində 2016-cı ildən təlim-tərbiyə işləri üzrə direktor müavinidir. 2014-cü ildə rayon üzrə keçirilən “Ən yaxşı  müəllim”müsabiqəsinin qalibidir. Şeir və məqalələri yerli və ölkə mətbuatında dərc olunmuşdur. 

 

 

 

 

Paşayeva Mətanət Şakir qızı – Bədəlan bələdiyyəsinin (4 kənd üzrə) sədri

 


Lənkəran Humanitar Kollecinin və Qərbi Kaspi Universitetini bitirmişdir. 1920-ci il bələdiyyə seçkilərində  sədri seçilmişdir.

 

 

Rayonda:

 

Nağıyev Kərbalayi Musa Nağı oğlu (1852 -1944)

      Uzun müddət Bədəlan, Kolatan, Sığdaş, Xıl, Sərçuvar kəndlərinin kəndxudası olmuşdur (1888-1919). 

Mirzə İsa Tağıyev (1870 - 1928) – Ərazidə polis şöbələrinə başçılıq etmişdir.

     Bədəlan kəndində anadan olmuş, Talış regionunda böyük hörmətə malik olan alicənab dölət məmuru, mülkədar olmuşdur. Bakıda rus dilində təhsil almış, Astaradan Biləsuvaradək olan əraziyə nəzarət edən polis idarəsinə başçılıq etmiş, kəndxudaların fəaliyyətini tənzim etmişdir. Savadlı olduğuna görə ona “Mirzə” deyə müraciət etmişlər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ona “kulak” damğası vurulmuşdur.  Bədəlanda ikimərtəbəli evi (sonradan xəstəxana olmuş və 1984-cü ildə yanmışdır), torpaq sahələri, dəyirmanı, dükanı, mal-qarası, xidmətçiləri olmuşdur. Bədəlan çayı üzərindəki taxta körpü də (1958-ci ildə yenisi ilə əvəz edilib) İsa bəyin yadigarı olmuşdur. Onun həyat yoldaşı mahmudavarlı Mir Mustafa xanın qızı idi. 1910-cu ildə oğlan övladı dünyaya gəlmiş, adını Əbülfəz qoymuşlar.

 

Cəfərov Dadaş Mehdi oğlu  (25 dekabr 1912-20 iyun - 1980) 40-cı illərdən rayonun ilk al təhsilli həkimlərindən olmuşdur.       Atası Mehdi Molla Cəfər oğlu Tehranda ali tibbi təhsil alsa da, müəllim kimi fəaliyyət göstərdiyinə görə el arasında “Mirzə Mehdi” adı ilə çağırılmışdır. Mirzə Mehdi 1918-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra ailə doğulduğu Lənkəran şəhərindən doğma Çayqıraq kəndinə köçür. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1940-cı ildə oranı bitirmişdir. Təyinatla Masallı rayonuna işləməyə göndərilib. İlk gündən Qızılavar həkim məntəqasinə müdir vəzifəsinə təyin olunub. 1946-cı ilin aprelindən 1954-cü ilin iyul ayına kimi həmin məntəqədə müdir işləyib. 1954-cü ildən 1976-cı ilə kimi Bədəlan kənd xəstəxanasının müdiri olub. 1976-cı ilin iyul ayından ömrünün axırına kimi Masallı rayon təcili yardım stansiyasının müdiri vəzifəsində və həkimi kimi işləyib.

Əzimov Daxıl Şahmar oğlu (1920 - iyun 1990) 

Rayon Partiya Komitəsinin 2-ci katibi və digər vəzifələrdə işləyib.

 

      Bədəlanda dopğulub, Lənkəran Pedaqoji Məktəbində oxumuşdur. 1936-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək rayonun bir sıra kəndlərində müəllimlik etmişdir. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. Nümunəvi xidmətinə görə Sov İKP sıralarına qəbul olunmuşdur. Müharibədən sonra Masallı Rayon Partiya Komitəsində hərbi şöbə müdirinin müavini, müdiri, təbliğat-təşviqat şöbəsinin müdiri, 1950-ci ildən 1960-cı ilə kimi RPK-nın III katibi, II katibi və altı ay RPK-nın I katibi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində Bakı Ali Partiya Məktəbini və ADU-nun tarix fakültəsini bitirmişdir. Uzun müddət Masallı Rayon Əmək və Müharibə Veteranları Şurasınn sədri omuşdur. Daxıl Əzimov 1960-1962-ci illərdə Bədəlan və Qızılavar kəndlərini əhatə edən "Əzizbəyov" adına kolxozun sədri vəzifəsində işləmişdir. 1962-ci ildən 1973-cü ilə kimi Masallı Rayon Kommunal Təsərrüfat İdarəsinin müdiri, 1973-cü ildən 1975-ci ilə kimi Masallı Rayon Qaz İdarəsinin rəisi, 1975-ci ildən ömrünün sonuna kimi Təmir-Tikint İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

 

 

Mikayılov Murtuza İsgəndər oğlu          -        Masallı Rayonlararası Dövlət Damazlıq Stansiyasında direktor işləmişdir.

 

01.03.1929-cu ildə Bədəlan kəndində doğulub. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Masallı MTS-ə təyinat almış, rayonun Kirov adına sovxoza zootexnik göndərilmiş, 17 fevral 1961-ci ildən 11.10.1962-ci ilə kimi Masallı rayonlararası Dövlət Damazlıq Stansiyasında direktor işləmişdir. 1965-ci uildən rayonun bir neçə sovxozunda direktor və zootexnik vəzifələrində çalışmışdır. 

 

 

 

Nəzərov Vidadi  Baxşəli oğlu         -        Masallı Dövlət Regional Kollecin direktoru.

 

1959-cu ildə Bədəlan kəndində doğulub. 1981-ci ildə ADPİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Bədəlan və Dəmirçi kənd məktəblərində müəllim, Masallı Rayon Tİ-də metodist vəzifələrində çalışıb. Hal-hazırda Masallı Dövlət Regional Kollecində direktor işləyir. “Tərəqqi” medalı ilə təltif olunub.

 

İdris Tağıyev      -   Masallı Dövlət Regional Kollecində müəllim.

 


1957-ci ildə doğulub. ADPİ-nin biologiya fakültəsini bitirib. Bədəlan məktəbində müəllim, 1997-2014-cü illərdə direktor işləmişdir. 2014-2019-cu illərdə Bədəlan kənd bələdiyyəsinin sədri olub. Hazırda Masallı Dövlət Regional Kollecində müəllim işləyir.          

 

Aytən Şükürova                   -    Dəmirçi məktəbinin direktoru.

 


 

1981-ci ildə Lənkəranın Gərmətük kəndində doğulub. Lənkəran Dövlət Universitetinin coğrafiya fakültısini bitirib. Dəmirçi məktəbində müəllim və 2006-cı ildən isə direktor işləyir. Yaxşı işini görə Masallı Rayon İH və Təhsil Şöbəsindən Fəxri Fərmanlar alıb. 2019-cu ildə məktəb Ümumrespublika Festivalında II yeri tutub.  

 

 

 

 

Kərimov İsabala Şahmar oğlu (09 may 1920 -1957) - Milli Təhlükəsislik Nazirliyində çalışıb. 

      Kənd məktəbini başa vurduqdan sonra müharibəyə gedib. Almanlarla vuruşa-vuruşa zabitlik kursunu da bitirib. Müharibədən sonra Milli Təhlukəsizlik Nazirliyində işləyib. Ərəb, fars, alman, ingilis və rüs dillərində sərbəst danışa bilib. Uzun müddət Cülfa şəhərində Sovet-İran keçid məntəqəsində tərcüməçi vəzifəsində işləyib. Port-İliç (Liman) və Prişib (Göytəpə) hərbi hissələrində zabit olmuşdur. İsabala Kərimov qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakültəsini bitirmişdir. Səhhəti ilə əlaqədar olaraq hərbi işdən ayrılaraq kənd təsərrüfatı işinə keçmişdir. Masallı rayonunun baş aqronomu, Torpaq Şöbəsinin müdiri, MTS-nin baş aqronomu vəzifələrində işləmişdir. Kolatan və Güllütəpə kəndlərindəki kolxozlarda sədr vəzifəsində çalışıb. 

 

Yalçın Təzəxan oğlu Əzimov 

2004/09-cu illər bələdiyyə seçkilərində Bakı şəhəri Nərimanov rayonu Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir.

 

Şahbazov Loğman İman oğlu                 -  71 saylı Masallı kənd Dairə seçki komissiyasının sədri vəzifəsində işləyir.


 

09.01.1961-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur.1985-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirmişdir. 2014-2019 cu illərdə Masallı rayonu İcra Hakimiyyətinin başçısının Bədəlan kənd inzibati ərazi dairəsi nümayəndəsi kimi işləmişdir. 2019-cu ildən indiyə kimi 71 saylı Masallı Kənd Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

 

Ölkədə

 

Cəfərov Cəfər Mahmud oğlu (01 yanvar 1905 - fevral 1969) - Kənd Təsərrüfatı Nazirliyində taxıl məntəqələri üzrə nazir müavini olmuşdur

 

      1922-ci ildən Sov.İKP-nin üzvü olan C. Cəfərov 1937-ci ildə Leninqrad Ali Partiya Məktəbini bitirmişdir. 1940-cı ildən 1943-cü ilə kimi Kənd Təsərrüfatı Nazirliyində taxıl məntəqələri üzrə nazir müavini olmuşdur. 1948-ci ildən 1953-cü ilə kimi Biləsuvar rayon Partiya Komitəsiin brinci katibi, 1953-ci ilin sonundan 1957-ci ilə kimi Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi, daha sonra isə Yardımlı rayon Partiya Komitəsində ikinci katib vəzifələrində işləmişdir. 1963-cü ildən 1966-cı ilə kimi Cəlilabad taxıl məntəsinin müdiri olmuşdur. 1966-cı ilin ortalarından 1969-cu ilə kimi Əzizbəyov adına sovxoz partiya təşkilatının katibi vəzifəsində çalışmışdır.  

 

Tağıyev Əyyub Abiəli oğlu

 


1933-cü ildə Bədəlanda anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Daha sonra Ali Partiya Məktəbini bitirmişdir. Lökbatanda böyük çörək kombinatının baş direktoru işləmişdir.

 

Şahbazov İman Əbülfəz oğlu -    (1935-1985)

Lənkəran Kənd Təsərrüfatı Texnikumunu bitirib. Kirovabad (indiki Gəncə) KTİ_nun iqtisadiyyat fakültəsini bitirib. Kolxoz və sovxozlarda aqronom, partiya təşkilatçısı, Baş iqtisadçı, Meyvə-Tərəvəz Nazirliyinin Maliyyə-Müfəttiş qrupunun üzvü vəzifələrində çalışmışdır. 

 

Babayev Ağababa Fərman oğlu 

     Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində müxtəlif illərdə məhkəmə hakimi vəzifələrində çalışmışdır.

Hacıyev Güləli Mirzəməmməd oğlu        -        SSRİ Ali Sovetinin deputatı olub.

1941-1945-ci il müharibəsindən sonrakı ilk beşillikdə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə deputat seçilib.

 

Qurbanov Qurban Lazım oğlu 

Xəzər Gəmiçilik İdarəsinin tabeliyində Tikinti İdarəsinin rəisi vəzifəsində çalışır.

 

Məmmədova Bacıxanım Rəzzaq qızı      -        1975-1980-ci illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 

 

 

 

Əşrəfov Baloğlan          Xanoğlan oğlu   -        Respublikanın əməkdar artisti.


      08 oktyabr 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə Masallı rayon 7 illik Musiqi Məktəbini bitirmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi  "Turac təranələri" radio olimpiadasının qalibi olub.

      1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin Ümumittifaq festivalı"nda qalib olmuş, fəxri diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim etmişdir.

      1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib.      1982-ci ildə keçirilən “İstedadlar axtarırıq” konsret müsabiqəsinin qalibi olmuşdur.

      1989-cu ildə yaratdığı "Şəhriyar" (“AzərKonsert Birliyi”nin nəzdində) ansamblını yaradıb.

Haqqında "Səsi quran sədasıdır" adlı kitab yazılıb.      2007-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

 

 

İmanbəyli Elnur Loğman oğlu      - ADA universitetində təhsil proramı üzrə mütəxssis.

 

23.09.1994-cü ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 2011-2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasın oxumuşdur. Hal-hazırda Yunanıstanın “ARİSTOTEL “ Universitetində magistr təhsili alır.

 

Zabitlər:

 

Hərbi zabitlər:

 

Bəşirov Zahid Babulla oğlu –    Daxili Qoşunlarda mayor.

 

Tural Camal oğlu Şükürov  - Azərbaycan Silahlı Qüvvələri mayoru

 


     Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin zabiti, hərbi hissə komandirinin müavini vəzifəsində çalışır. Zenit-raket divizionunun qərərgah rəisi, komandir vəzifəsini icra edir. Mayor rütbəsndədir.                     

 

Abbasov Çingiz Salman oğlu        -        kapitan

 


 

II Qarabağ Müharibəsi veteranı. “Cəsur döyüşçü” medalı ilə təltif olunub.       

 

Polis zabitləri və hüquq və mühafizə işçiləri :

Şükürov Fazil Nurulla oğlu (1903 -1972) - milis mayoru, bir neçə rayonda polis rəisi olub.         

      1924-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1931-1934-cü illərdə Qubada, 1934-37-ci illərdə Astraxanbazarda (indiki Cəlilabad) milis rəisi, 1938-39-cu illərdə orada Yol Şöbəsinin, 1939/41-ci illərdə Masallı Rayon Torpaq Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1943-cü ildə Salyan, 1945-1948-ci illərdə Lənkəran Rayon Milis Şöbələrinin rəisi vəzifəsində işləyib. Respublika DİN-də Baş təlimatçı vəzifəsinə irəli çəkilib. 1957-ci ildən milis mayoru kimi ömrünün sonuna qədər Masallıda OADKYC-nin rayon şöbəsinin sədri olmuşdur.

 

Tağıyev Əbülfəz İsa bəy oğlu (1910 -1962) - Bir neçə rayonda polis işçisi kimi çalışmışdır.                   

     17 yaşında fəhlə-kəndli milisi sıralarına daxil olmuşdur. Lənkəran, Lerik, Qazax, Şamxor, Samux, Qutqaşen (indiki Oğuz) rayonlarında milis orqanlarında işləmişdir. 1930-1933-cü illərdə Ə. Tağıyev Qutqaşen (indiki Oğuz) rayonunda fəaliyyət göstərmişdir. Qutqaşen (Qəbələ) rayonunun Bum kəndində kollektivləşməyə müqavimət göstərən qüvvələrin zərərsizləşdirilməsində Ə. Tağıyevin iştirakı ilə milis qüvvələrinin böyük rolu olmuşdur. Əldə olan sənədlərdən məlum olmuşdur ki, düşmən qüvvələrin hücumu nəticəsində Ə. Tağıyevin 4 yaşlı Şərif adlı oğlu öldürülmüşdür. Sovet hakimiyyətinə sədaqətlə qulluq etməsinə baxmayaraq Ə. Tağıyev bəy oğlu olduğuna görə 1937-ci ilin noyabr ayının 03-də həbs edilir, məhkəməsiz 3 il azadlıqdan məhrum edilir. Lakin onun evi və əmlakı müsadirə edilmir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti kollegiyasının 17.09.1958-ci il tarixli qərarına əsasən Ə. Tağıyevin məhkəməsiz 1937-ci ildə həbs olunması ilə əlaqədar olaraq XDİK-nın qərarı ləğv edilmiş, ona ölümündən sonra bəraət verilmişdir (Əsas: Azərbaycan SSR Ali Məhkəməsinin 02.10.1958-ci il tarixli məktubu). 1962-ci ildə onun ailə üzvlərinə ölümü barədə şəhadətnamə göndərilmişdir. Ə. Tağıyevin oğlu Aslan İsayev Masallı rayonunun Qızılavar kəndində yaşamışdır.

 

Cabbarov Mansur Şamil oğlu (1912-1975) - Bir neçə rayonda polis işçi kimi çalışmışdır. 


     

1912-ci ildə Bədəlan kəndində anadan olub. Kənd yeddilik məktəbini bitirib. Ailə vəziyyətləri ağır olduğu üçün Lənkərana köçüblər. Lənkəran Rayon Milis Şöbəsində işə düzəlmişdir. Milis işində işləyə-işləyə orta təhsil alıb. Muharibədən sonra Mansur Cabbarovu göndərişlə Bakı Milis Məktəbinə göndəriblər. Məktəbi başa vrduqdan sonra Lənkəran Böyükbazar məhəlləsində, Nərimanabad, İstusu qəsəbələrində və eləcə də Masallı, Lerik, Yardımlı rayonlarında sahə müvəkkili vəzifəsində işləmişdir. 1971-ci ildə təqaüdə çıxıb. 1975-ci ildə vəfat edib.

 

Mikayılov Məmməd Dövlət oğlu  -   Bakı şəhəri Nəsimi, Suraxanı rayonlarında Polis İdarələrinin rəisi, Azərbaycan Respublikası DİN-nin tabeliyində İnterpol Baş İdarəsinin ilk rəisi vəzifələrində çalışmışdır.        

 

Nuriyev Nail Nuru oğlu – DİŞ Daxili Qoşunlar polkovnik-leytenantı.

 


1963-cü ildə Bədəlan kədində doğulub. 1982-ci ildə RF-in Komi şəhərində Daxili Qoşunlarda xidmət edib.  1995-ci ildə Sankt-Peterbuq (Leninqrad) Daxili Qoşunların Milis Akademiyasına göndərilib. 2000-ci ildən DİN sistemində çalışır. Polis polkovnik-leytenantıdır.

 

Əzimov Elşad Yaşar oğlu  -    Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində çalışır. Ədliyyə müşaviridir.

 

Mühdiyev Fikrət Ədilşah oğlu - Gəncə şəhər Apelyasiya Məhkəməsində hakim vəzifəsində çalışır.

 

Babayev Kamil Ağababa oğlu 

     Azərbaycan Respublikası Baş Prokurorluğu Hərbi Prokurorluğunun şöbə prokuroru vəzifəsində çalışır. Ədliyyə mayordur.

 

Əzimov

Elvin Təzəxan oğlu    Masallı Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavinidir,   polis polkovnik-leytenantıdır.

 

 

Abdullayev İlqar Əbülfəz oğlu     Sumqayət şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqidir. Polis Baş leytenantıdır. 


Din xadimləri:

 

Vəliyev Nəzir Bəşir oğlu (Məşədi Nəzir)

           

Bədəlandan Xanaliona gedən yolu xalq onun adı ilə adlandırıb – Məşədi Nəzir yolu.

 

Bədələn kəndi üzrə (Balaca məhəllə və Şağlaku) din xadimləri:

 

Kərbəlayı Kişi Əli oğlu Əlyev   

Hacı Paşa Cəfər oğlu Hüseynov

Həsənov Füzuli Abasəli oğlu (1955)

Şükürov İdris Dəmir oğlu (1957)

Balayev Hacı Ağaboyli Oruc oğlu (1955)

Rzayev Hacı Rafiq Sabir oğlu (1974)

Vəliyev Hacı Seymur Sabir oğlu (1978)

Əzimov Bəhruz Rasim oğlu (1983)

 

Məscidlər: 

 

Şağlakü Cümə məscidi 1994-cü ildə inşa edilib. Yenidən təmir edilərək 20 sentyabr 2014-cü ildə açılışı olmuşdur.

Şağlaku Cümə məscidi

 

II Dünya Müharibəsində iştirak edənlər: 318 nəfər iştirak etmiş, onlardan 57 nəfəri həlak olmuş və ya itkin düşmüşdür. 

 

6 nəfər isə əlil olmuşdur. II Dünya və Qarabağ müharibələrində şəhid və həlak olanların xatirəsi kənddə əbədiləşdirilmişdir. 


 

 II Dünya müharibəsi iştirakçılarının xatirəsinə abidə-kompleks.     

 

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olan sakinləri haqqında: 

 

      Ölkəmiz müstəqilliyə qovuşan ərəfədə erməni işğalçılarına qarşı döyüşlərdə kəndin onlarla sakini könüllü iştirak etmişdir. Beləki, Qarabağ uğrunda gedən döyüşlərdə kənd sakinlərindən aşağıda adları çəkilən 4 nəfər şəhid olmuşdur. 

 

I Qarabağ müharibəsində:   

1. Davud Allahman oğlu Qulamov (Bədəlan - 1956 – 1992)

2. Arif Eynulla oğlu Fərzullayev (Bədəlan - 1965 – 1992)

3. Eldəniz Akif oğlu Rəsulov (Bədəlan - 1976 – 1997)

4. Nəsib Qərib oğlu Tağıyev (Bədəlan - 1975 – 1994)

   

 

 

    II Qarabağ müharibəsi iştirakçıları:

Qarabağ şəhidlərinin xatirəsinə qoyulan abidə   komplleksi

 


 

Şəhidlər, qazilər, veteranlar: 

 

2-ci Qarabağ mühharibəsi iştirakçıları: 

Bağışov Farid Yavər o.      -                       qazi. 

Babayev Nəsrullah Fəxrəddin o. 

Balayev Amin Balabəy o. 

Mirzəyev Əmrah Bahadur o. 

İsizadə Qüdrət Maşallah o. 

Həsənov Elgün Həzərxan o.         -           qazi. 

Şabanzadə İlkin Təhməz o. 

Səmədov Elnur Təyyar o. 

Əliyev Aslan Bahadur o.             -         MAXE. 

İsgəndər Vahid Kənan o. 

Quliyev Rasim Cabir o.


 

 

Səhiyyə:              

 

1948-ci ildə ilk xəstəxana, 1952-ci ildə ilk aptek fəaliyyətə başlamışdır. Xəsətəxana ilk dəfə Mirzə İsanın müsadirə olunmuş imarətində 1984-cü ilə qədər fəaliyyət göstərmişdir. Həmin ildə xəstəxana binası elektrik cərəyanının qısa qapanmasından yanmışdır. Haliyədə kənddə həkim ambulatoriyası fəaliyyət göstərir. 

 

Bədəlanda aptek xidməti haqqında:                

 

     Bədəlanda ilk aptek 1955-ci ildə yaradılıb. 363-№ li aptek Lənkəran rayonlararası Apteklər İdarəsinin nəzdində idi. Əvvəl hazırkı Texniki Peşə Məktəbinin o vaxtllar yaşayış evləri olan bınasının 1-cı mərtəbəsində bir otaqda fəaliyyət göstərmişdir. 137№-li Texniki Peşə Məktəbi fəaliyyətə başlayandan sonra həmin binaya köçürulmuşdur.

     İlk əzaçı Abdulla Masallı şəhər sakini olmaqla 1964-cü ilə qədər orada işləmişdir.
Masallı rayon Yeyənkənd kənd sakini Aydın Fəyyaz oğlu Qədirov ( 20 mart 1940 - 12 fevral 2016) 20 il burada işləyib (1964-1984).

     Boradigahlı İbrahimov Sənan Mirağa oğlu da həmin aptekdə 20 il fəaliyyət göstərib (1984-2004). Aptekin fəaliyyəti dövründə muxtəlif vaxtlarda (məzuniyyət dövrlərində) Masallıdan olan İbrahim İsa oğlu və qızılavarlı Təbriz burada əzaçı vəzifəsində işləmişlər. 

Qeyd. Lənkəran Rayonlararası Apteklər İdarəsi 1936-1988 ci illərdə fəaliyyət göstərib. 

1997-ci ildə yenidən bərpa olunub (Lənkəran Ensiklopedik Məlumat kitabı).

 

Poçt və rabitə:              

 

     Bədəlanda poçt və rabitə xidməti 1950-ci illərdən fəaliyyətə başlamışdır. İlk əvvəl kommutator - nömrəsiz telefonlarla rabitə sistemi mövcud olmuşdur. 1960-cı ildən sonra kənddə 100 abonentlik ATS fəaliyyətə başlamışdır. Bu sahədə o illərdə Azərbaycan SSR Rabitə Nazirliyi sistemində işləyən, Bədəlan əsilli Ulduz Şükürovun böyük xidmətləri olmuşdur. Lakin 100 abonentlik rabitə əhalinin ehtiyaclarını ödəmədiyindən Əfsər Bağırov, İbadulla Cəbrayilov və Rəhman Şahbazovun təşəbbüsü ilə kənddə 1000 abonentlik ATS istifadəyə verilmişdir. İlk poçt müdirləri Yunus Boradigahlı, Qurban Fərzullayev, Teymur Əkbərov, Bəylər Yusubov, İsa Quliyev, Yalçın Fərzullayev olmuşlar. Həmin illərdə kənddə mövcud olan yeganə “Danışıq məntəqəsi” ətraf kəndlərdə yaşayan əhaliyə rabitə xidməti göstərmişdir.

 


Danışıq məmntəqəsi

 

Alimlər 

 

Qulamov Qulaməli Şahəli oğlu - filologiya üzrə fəlsəfə doktoru, Bədən Tərbiyəsi və İdman Universitetində dosent.

 

 

- 1927-ci ildə Masallı rayonunun Bədalan kəndində dülgər ailəsində anadan olub.

- 1946-ci ildə Bədəlan kənd orta məktəbini bitirib.

-  1952-ci ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil-ədəbiyyat fakültəsini bitirib.

- Bir müddət kənddə  muəllim işlədikdən sonra elmi işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçüb.

- Azərbaycan  Bədən Tərbiyəsi İnstitutunda pedaqogikadan dərs deyib. Dossent olub.

- 1968 ci ildə namizədlik dissertasiyasını müdafiə edib.  Onun  sonrakı   fəaliyyəti də müəllimlik və elmi tədqiqatla baglıdır.

- 05 sentyabr 2000-ci ildə vəfat etmişdir.

 

 

Zərbiyev Fuad Tarverdi oğlu- hüquq üzrə elmlər doktoru, Curtis hüquq şirkətində böyük hüquqşünas

 

 

 
          - 14 sentyabr 1977-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur.

- 1994-cü ildə Bədəlan kənd tam orta məktəbini əla qiymətlərlə bitirmişdir.

 - 1998-ci ildə BDU beynəlxalq hüquq fakültəsini qırmızı diplomla bitirmişdir.

- 2002-ci ildə İsveçrənin Haqqa Universitetinin diplomunu almışdır. Həmin il bu diplomu Haaqa Universitetindən yanlız 2 nəfər -Fuad Zərbiyev və bir Amerika vətəndaşı almışdır.

- 2002-2003-cü illərdə Fransanın Strasburq şəhərində Avropa Çalışmaları İnstitutunda  magistraturanı fərqlənmə ilə bitirib.

- 2004-cü ildə Strasburq şəhərində İnsan  Hüquqları üzrə Beynəlxalq İnstitutunu da fərqlənmə ilə  bitirmişdir.

- 2009-cu ildə İsveçrənin  Cenevrə şəhərindəki Beynəlxalq  İnkişaf Tədqiqatları İnstitutunda hüquq elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

- 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Masaçussets ştatında yerləşən Harvard Universitetində  doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.

-  Azərbaycan, fransız, ingilis, rus və türk dillərini mükəmməl bilir.

- 2011-ci ilin oktyabrından hal-hazıra kimi Amerikada Curtis hüquq şirkətində böyük hüquqşünas vəzifəsində işləyir.

- Bir sıra elmi məqalələrin və kitabların müəllifidir. 

 

 

Xəlilov İdris Eynəli oğlu tibb üzrə fəlsəfə doktoru, "Oksigen" klinikasında həkim.

 



 - 1955-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub.

- 1979-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

- 1984-86-cı illərdə Ak. İ.Y.Cazovun rəhbərliyi altında SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardioloji Elmi mərkəzində ordinaturanı,   1987-91-ci illərdə aspiranturanı bitirir və dissertasiyanı müdafiə edib tibb elmləri namizədi olur.
 - 1992-96-cı illərdə İranda çalışır, İran Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru adını alır.

  - 1999-cu ildə Bakıya gələrək ilk özəl kardioloji klinika açmış və xaricdəki həmkarları – rusiyalı professor Akçurin, iranlı doktor Mandiqar və amerikalı Ansarı ilə iş əlaqələri yaratmışdır.

 Kərimov Müşfiq İsrafil oğlu (28. 09.1969)  -  Tibb elmləri namzədidir.

     Orta məktəbi vunderkind kimi sinifdən-sinfə keçməklə vaxtından əvvəl bitirmişdir. Hələ 15 yaşında ikən böyük qardaşı Ədalətlə birlikdə ali məktəbə - N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmuşdur. 1990-cı ildə 21 yaşında ali məktəbi bitirmişdir. 1990-1992-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "göz xəstəlikləri" ixtisası üzrə kliniki ordinaturanı bitirib. 1996-1999-illərdə Odessa şəhəri V.P. Filatov adına Göz Xəstəlikləri və Toxuma Təbabəti İnstitutunda aspiranturanı bitirib. 1999-cı ildə Odessa şəhərində tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Poliqlotdur, bir neçə dil bilir.

Zərbiyev Tarverdi Zərbi oğlu – tibb elmləri namizədi, “Oksigen” klinikasında həkim.

-  17 aprel 1951-ci ildə Cəlilabad rayonunun Şorbaçı kəndində anadan olub.

- 1961-ci ildə ailəsi Masallı rayonunun Bədəlan kəndinə köçüb.

- 1967-ci ildə Bədəlan kənd orta məktəbini əla qiymətlərlə bitirib.

- Həmin il AZ. DTİ-nin pediatriya fakültəsinə daxil olub.    
 - 1973-cü ildə Tibb İnstitutunu bitirib Bakı şəhər 3 saylı klinik xəstəxanasına təyinat alır.

- 1974-cü ildə Masallı rayonuna gəlir və Masallı Rayon Uşaq Xəstəxanasında sahə həkimi və Vərəm Əleyhinə Dispanserdə iləyib.

- 1976-cı ildə Vərəm Əleyhinə Dispanserə Baş həkim təyin olunur.

-  1984-cü ildə SSRİ Vərəm İnstitutunun aspiranturasına qəbul edirlir.

- 1987-ci ildə aspiranturanı bitirib elmi işini yazır və 1989-cu ildə aprelin 25-də müdafiə edərək elmlər namizədi olur.

- 1990-cı ildə Az. Respublikası Səhiyyə Nazirliyi yanında attestasiya komissiyası ona ali dərəcəli  həkim-fiziatr adı verir.

- T.Zərbiyev 16 mart 1994-cü ildə yenidən Masallı Rayon Ağ Ciyər Xəstəlikləri Dispanserinin Baş həkimi təyin olunmuşdur.

 

Yazarlar:

Abdinov Ədalət İdris oğlu – 


16.10.1958-ci ildə Bədəlan kəndində doğulub. 1985-ci ildə ADU (indi BDU)-nun Kitabxanaçılıq fakültəsini, 1987-ci ildə SSRİ Jİ nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1984-cü ildə SSRİ Jİ-nın üzvü olub. Azərbaycan Təhsil Nazirliyində, Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Nazirlər Kabinetinin Mətbu orqanlarında çalışıb. 3 kitab müəllifidir. 2014-cü ildən Azərbaycan KP-nin İdeoloji Məsələlər üzrə katibidir.

Həsənov Şərafəddin Südeyf oğlu (Şərafəddin İlkin)

1964-cü ildə doğulmuşdur. Şair, Prezident təqaüdçüsüdür. 7 kitab müəllifidir.


 

 

 

 

 

 

 

Şükürov Aydın Mütəllim oğlu (1948 -2005) 

    1970-ci ildə ADPİ-nun fizika fakültəsini bitirib. 1980-2005-ci illərdə Dəmirçi kənd 8-illik məktəbinin direktoru vəzifəsində işləmişdir. Yaradıcı ziyalı, 5 kitabın muəllifidir. Onların arasında "Ata yurdum, ana yuvam Bədəlan"  adlı kitabı Bədəlan kəndi haqqında ilk və yeganə məlumat kitabıdır. 3 cildlik “Masallının təhsil fədailəri” və “Mələk simalı insanlar” kitablarının müəllifidir.

 

 

 

Əzimov Rasim Ayaz oğlu 

     20.11.1955-ci ildə anadan olmuşdur. 1979-cu ildə BDU-nun coğrafiya fakültəsini bitirmişdir. Həmin ildə Masallı rayonunun Qızılavar kəndində müəllim, Dəmirçi məktəbində 20 il məktəb direktorunun müavini vəzifəsində işləmişdir. Rayon qəzeti “Çağırış”da və ölkənin digər mətbu orqanlarında publisistik yazıları və bədii nümunələri ilə çıxış etmişdir. 

 

 

 

Əzimov Pərviz Rasim oğlu – bloger və marketoloq.

1988-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur.  2010-cu ildə Lənkəran Dövlət Universitetini bitirib. Çin, Almaniya, Potuqaliya və digər Avropa ölkələrinin ali təhsil ocaqlarında təcrübə mübadilələri aparıb. Marketoloq, bloger, menecer, jurnalistdir. “Bizim market” və “Novas Home” şirkətinin marketinq direktorudur. Bloger və marketoloqlar üçün “Rəqəmsal Marketinq bəllədçi” məlumat kitabının müəllifi və “Bu günün marketinqi”, “Praktik siyasət” kitablarının həmmüəllifidir. 

 

Əvəz  (Səfərov) Nəbioğlu                - şair-publisist

 

1946-cı ildə doğulub. Bədəlan məktəbini “Gümüş medal”la bitirib. BDU-nun filologiya fakültəsində oxuyub. Bədəlan orta məktəbində müəllim, 1980-1997-ci illərdə direktor işləmişdir. Respublikanın dövri mətbuatında şeirləri ilə çıxış etmişdir. ”Haralardasan” şeirlər kitabının müəllifidir.

 

Xeyriyyəçilər

 

Kərimov Əlövsat Səfiəli oğlu - Bədəlan kəndinin Balaca məhəlləsindən olub, Rusiyanın Murmansk şəhərində yaşayır.

 

İnfrastrukrur

 

    Bədəlan kənd İnzibati Ərazi Dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412)

 

 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir. 

 

Elektrik enerjisindən itifadə edən abonentlərin sayı 1838 nəfər, təbii

qazdan istifadə edən abonentlərin sayı isə 1585 nəfərdir. 

 

Kənddə 20 mağaza, 7 avtomobil təmiri sexi, 5 plastik qapı-pəncərə sexi, 2 aptek, 2 çörəkbişirmə sexi, 9 ictimai iaşə müəssisəsi, 1yanacaqdoldurma məntəqəsi, şadlıq evi və mərasim zalı əhaliyə xidmət göstərir.

 

71 saylı Masallı Kənd Dairə Seçki Komissiyası özündə 42 Məntəqə Seçki Komissiyasını birləşdirməklə Bədəlan kəndində fəaliyyət göstərir. 

 

Sovet dönəmində 25 çarpayılıq xəstəxana binası əhaliyə tibbi xidmət göstərmiş, haliyədə 1 həkim ambulatoriyası əhaliyə tibbi yardım göstərir.

 

Kəndin adı:                            Çayqıraq kəndi 


 

 

 


 

Əhalisi:                                  1603 nəfər (01.01.2020-ci il tarixə). 

O cümlədən;          kişi - 810 nəfər,   qadın - 793 nəfər.

 

Ərazisi:                260 ha

 

Kənd əhalisinin məşğuliyyəti:                  Əkinçilik, makdarlıq, xırda ticarət.

 

Həmsərhəd olan kəndlər:      Aşurlu, Bədəlan, Qızılavar, Lürən və Xıl kəndləri ilə.

 

Kəndin coğrafi mövqeyi:      Lənkəran ovalığında, dağətəyi, düzən sahədə yerləşir.

 

Kəndin adının mənası:

 

     Çayqıraq sözü hidrotoponimdir, yəni hidrotermin əsasında yaranıb. Bu yaşayış yerinin əvvəlki adı Ruəkəno olmuş, bu söz Azərbaycan dilinə tərcümə edilərək Çayqıraq adlandırılmışdır. Ruəkəno kalka toponimə çevrilərək Çayqıraq şəklinə düşmüşdür. Bu yaşayış yeri Kolatan çayının sahilində yerləşdiyinə görə talışlar onu Ruəkəno (Çayqıraq) adlandırmışlar (Musarza Mirzəyev, Şahrza Ağayev “Masallı toponimləri”, Bakı-1992, “Maarif nəşriyyatı, səh. 54, Musarza Mirzəyev “Talış toponimlərinin qısa izahlı lüğəti”, Bakı-1993, “Azərbaycan” nəşriyyatı, səh 53).



Kəndin tarixi: 

 

 

Tarixi abidələri

 

“Sepərzə sığ” (Dalaq daşı)

 

     

“Sepərzə sığ” – Çayqıraq kənd qəbristanlığında “Sıparzə sığ” (Dalaq daşı) deyilən bir hikmətli və şəfaverici daş mövcuddur. Bu daşlar hər hansı seyid və digər üləmalara aid  deyil. Çünki bu qəbir daşları xalq tərəfindən ziyarətgah kimi qəbul edilməyib. Lakin bu daşlarda şəfavericilik əlamətinin olmasına inam var. Dalağı xəstə olanlara şəfa verdiyinə inanırlar. Başdaşlarının arxasında tapança rəsmləri var. Ehtimala görə bu qəbirlər müqəddəs bir seyidin qəbridir. (Bu qəbir daşları elmi şəkildə tədqiq olunmayıb).

 

 

 

 

 

Çayqıraq (Ruəkəno) məscidi

 

     Çayqıraq məscidi Cəfərov Molla Xəlil adlı şəxsin təşəbbüsü və əhalinin vəsaiti hesabına 1989-1990-cı illərdə inşa edilmişdir. 2010-cu ildə Rəsulov Zaman Bəndəli oğlunun vəsaiti hesabına, Hacı Məmmədağanın köməyi ilə məscidin nəzdində “Hüseyniyyə” binası inşa edilmişdir. 

 

 

 

 

 

                   Çayqıraq  (Ruəkəno)  məscidi

 

Mərasim evi:                 

2018-ci ildə kənd məscidi icmasının təşəbbüsü və Cəfərov Qədiməli Vəli oğlunun vasitəçiliyi ilə 200 nəfərlik mərasim zalı istifadəyə verilmişdir.

 

Çayqıraq körpüsü

 

Kəndin girəcəyində 10 metr uzunluğunda, 9 metr enində, 7 metr qabaritdə olan körpü 1980-ci illərin əvvəllərində istifadəyə verilib. Tikintidə xidmətlərinə görə körpü Molla Xəlil körpüsü adlanır.

 

                           Çayqıraq körpüsü  -   Molla Xəlil körpüsü də deyilir.

 

II Dünya Müharibıəsi:

Çayqıraq kəndindən II Dünya Müharibəsində 29 nəfər həlak olmuş və ya itkin düşmüşdür.

 

İlk məktəb:

 

Kənddə ilk məktəb 1933-cü ildə Məşədi Musanın evində ibtidai məktəb açılıb. Əhmədova Layə məktəbin ilk müdiri olub. 1970-ci ildə əsas məktəbə çevrilib.  14 sentyabr 2016-cı ildə yeni inşa edilən məktəbin açılışı olmuşdur. 

 

                                                  Yeni məktəb      

 

Hazırda 140 yerlik Çayqıraq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 

   Çayqıraq kəndində ümumi orta məktəbin qarşısında I Qarabağ və Vətən müharibəsində şəhid olanların xatirəsinə abidə ucaldılmışdır.

 


 

Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi

 

 


 

 

Çayqıraq kəndi üzrə məktəb direktorlarının siyahısı:

 

Əhmədova Layə  - Mahmudavar kəndi.

Zahir Əkbərov      - Bədəlan kəndi.

Davud Əliyev       - Qızılavar k.

Xanoğlan Əşrəfov          - Bədəlan k.

Aşur müəllim        - Ərkivan k.

Elxan Əliyev         - Qızılavar k.

Aşur Bağırov        - Çayqıraq k.

Tahir Bağırov      - Çayqıraq k.

 

İlk ali təhsilli

     

Rəhimov Yavər Məmmədrəhim oğlu olmuşdur. O, Masallı Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır. 

I Qarabağ Müharibəsi şəhidləri:                                

Kamran Gülverdi oğlu Həsənov (Çayqıraq - 1973 – 1993)


Zakir Vəliəhəd oğlu Abbasov (Çayqıraq - 1976 – 1994 )

 

  

 

I Qarabağ Müharibəsi veteranları:

Allahverdiyev Elsevər İman oğlu   -        qazi.

Bağırov Güloğlan Mehbəli oğlu    -        qazi, leytenant.

 

II Qarabağ müharibəsi iştirakçıları:

Şəhidlər:                                                                      

 

Əsədli Əsəd Mahir oğlu  - könüllü


 

1995-ci il iyun ayının 17-də Çayqıraq kəndində doğulub. 2012-ci ildə Azərbaycan Dövlət İqtasidiyyat Universitetinə daxil olub. 2016-cı ildə hərbi xidmətdə olub. Tovuz hadisələrindən sonra könüllü olaraq döyüş zonasına getmək üçün yazılıb. Füzuli və Xocavənddə ağır döyüşlərdə iştirak edib. Noyabrın 9-da Xocavənd rayonu ərazisində şəhid olub. Müvafiq sərəncamla “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

 

Qazilər:

Həsənov Elgün Həzərxan oğlu 

 

Veteranlar:

Əkbərov Sahib Mərdan oğlu

Yusubov Sabir Sahib oğlu

 

Kəndin tanınmışları:

 

Kənddə

 

Bağırov Aşur Möhbalı oğlu  - 


     01 oktyabr 1952-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fiologiya fakültəsinə qəbul olunub.  1984-cü ildə məktəbin tə'lim-tərbiyə işləri üzrə direktor müavini. 1994-cü ildən Çaqıraq kənd əsas mətəbinin direktoru vəzifəsinə seçilmişdir. İlk ali təhsilli direktordur.

Əkbərov Fəyyaz Əkbər oğlu

     1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Sovxozda baş aqronom işləyib. 1981-ci ildə ona Azərbaycan Respublikasının əməkdar aqronomu fəxri adı verilib. 1993-cü ildən YAP-ın üzvüdür.

Bağırov Zakir Əfsər oğlu     -        məktəb direktoru.

ADU-nun tarix fakültəsini bitirib. Masallı Peşə Məktəbində müəllim, direktor müavini, 1984-1987-ci illərdə direktor işləmişdir. 

Bağırov Tahir Ağagül oğlu  -        məktəb direktoru. 

 


 1963-cü ildə doğulub. 2017-ci ildən Çayqıraq orta məktəbinin direktorudur. 2020-2021-ci tədris ilində təlimin keyfiyyət səviyyəsinə görə rayon üzrə birinci yeri tutmuşdur.

Rayonda:

Əkbərov Nurməmməd Saru oğlu – hidromeliator-mühəndis  

Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini  bitirib. Viləşçay Su Dəryaçasında aparıcı mütəxəssis kimi çalışır.

 

 

Bağırov Süleyman Rza oğlu  (1908 - 25.07.1961) - Rayonda və qonşu kəndlərdə bir sıra vəzifələrdə çalışıb. 

      1908-ci ildə Lənkəran qəzasının Çayqıraq kəndində anadan olmuşdur. 1929-cu ildə Bədəlanda ilk kolxoz təşkil olunanda 21 yaşında həmin kolxoza üzv olub. Bacarıqlı işçi kimi nüfuz qazandığına görə o, Aşurlu kəndindəki kolxoza sədr vəzifəsinə seçilib. 1925-ci ildə ÜİLKGİ sıralarına daxil olub. Az müddətdən sonra Lənkəran şəhərində Partiya Məktəbinə daxil olub. Həmin məktəbi bitirdikdən sonra Masallı MTS-də siyasi şöbə üzrə təlimatçı vəzifəsində çalışıb. 1934-cü ildə Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə göndərilib. Ailə vəziyyətinin pis olması səbəbindən həmin məktəbi sona qədər başa vura bilməmişdir. Bədəlan kənd XDS İK-də 3 il sədr vəzifəsində işlədikdən sonra Masallı rayon Partiya Komitəsində partkabinetin müdiri vəzifəsində çalışmışdır.

      1938-ci ildən 1940-cı ilin sentyabr ayına kimi Masallı Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində, 1941-ci ildə Masallı rayon İK-də sədr müavini vəzifələrində çalışmışdır. 1943-cü ildən 1944-cü ilin aprel ayına kimi 416-cı Taqonroq diviziyasında 74-cü polkun xüsusi rabitə rotasının siyasi rəhbəri vəzifəsində çalışmışdır. Müharibənin sonuna yaxın xəstələnərək doğma rayonuna qayıtmışdır. O, Boradigah İstehlak Cəmiyyətinin sədri, 1946-cı ildə Yeddioymaq kənd XDS İK-in sədri, kolxozlar birləşdirildikdən sonra Krupskaya adına kolxozda sədr vəzifələrində işləmişdir. 1952-1955-ci illərdə Bədəlan Çay fabrikinin tikintisinin təşkilatçısıdır.1956-1959-cu illərdə Mahmudavar kolxozunun sədri, 1960-1961-ci illərdə Masallı Rayon Sosial Təminat Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, 17 iyul 1961-ci ildə qəflətən vəfat etmişdir.

 

Bağırov Əfsər Süleyman oğlu (1931 - 25.07.1995)   -        Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi və digər rəhbər işlərdə çalışıb.

 

 

      1931-ci ildə Bədəlan sovetliyinin Çayqıraq kəndində anadan olmuşdur. Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. İlk əmək fəaliyyətinə 1955-1960-cı illərdə MTS-in M.F.Axundov adına kolxozunda aqronomluqdan Qızılavar, Kolatan və Musakücə kəndlərində kolxoz sədri vəzifəsinə qədər çalışmışdır. 1961-ci ildə Masallı-Yardımlı rayonlararası Dövlət Tədarük Müfəttişliyinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 1971-ci ildə Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 23.12.1983-cü ildə Bədəlan kəndində sovxoz direktori vəzifəsinə göndərilmişdir. 1992-ci ildə Masallı Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı üzrə məsləhətçi vəzifəsində işləmişdir. Ə. Bağırov ömrünün sonlarına qədər Masallı Rayon Torpaq Şöbəsində çalışmışdır. 2 dəfə “Əməkdə fərqlənməyə görə” və digər medallarla, “Zərbəçi döş nişanı”, bir çox “Fəxri fərman”larla təltif edilmişdir. 25.07.1995-ci ildə vəfat etmişdir.

 

Əsədov Höccət İzzət oğlu      -         Masallı Rayon Baytarlıq İdarəsində labarotoriya müdiri işləyib.

Ölkədə:      

Rəhimov Ağarəhim Yavər oğlu     - Respublika Müəllimlərinin təkrar hazırlığı Mərkəzində müəllim işləyir.

Rəhimov Şakir Ağaşükür oğlu        -        mühəndis-mexanik

 

1955-ci ildə doğulub. Bakı şəhəri Səbayel Rayon Kommunal Təsərrüfatı İdarəsində müdir vəzifəsində çalışıb. 2007-ci ildə sahə rəisi vəzifəsində çalışır.

 

Kəndin yüksək mükafat alanları:

Əliyev Canı         -        “Qırmızı Əmək Bayrağı” ordeni                

Bağırov Əfsər     -        “Şərəf nişanı” ordeni     

 

Zabitlər və hərbi qulluqçular:

Bağırov Şaiq Zakir oğlu                -        tibb xidməti polkovnik-leytenantı 

1916-cı il Aprel döyüşlərində iştirak etmiş və II Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralanmış əsgərlərimizin müalicəsində yaxından iştirak etmişdir.

 

Cəfərov Qədiməli Vəli oğlu            -        Sovet ordusunda proporşik rütbəsində olub.

1955-ci ildə doğulub. Orta tibb təhsillidir. Sovet ordusunda proporşik rütbəsində olub. Müstəqillik dövründə hərbi xidmətini Qarabağ müharibəsində davam etdirib. I Qarabağ müharibəsi veteranıdır. Kənddə bir çox xeyriyyə işlərinin təşkilatçısı kimi fərqlənib. 2020-ci ildə vəfat edib. 

 

İncəsnət sahəsində tanınmışlar:

 

Həbib Rəhimov             -        müğənni

     1948-ci ildə Çayqıraq kəndində doğulmuşdur. A. Zeynallı adına Bakı Musiqi Məktəbindəxalq artisti H.Hüseynovun sinfini bitirmişdir. “AzərKonsert” Birliyinin solisti kimi respublikanın ayrı-ayrı rayonlarında və bir sıra dövlət tədbirlərində solo ifaçı kimi uzun illər fəaliyyət göstərnişdir. 

2019-cu ildə vəfat etmişdir.


1984-cü ildə V.İ. Lenin (indiki H. Əliyev adına sarayda 

çıxışı zamanı.

 

Rzayev Mehdi Səməd oğlu – Pianoçu.


Pianoçuların ABŞ-da keçirilən Beynəlxalq Onlayn müsabiqəsində I yeri tutmuşdur.

 

Alimlər

 

Bağırov Beytulla Süleyman oğlu (Beytulla Şahsoy)   -  fəlsəfə elmləri doktorudur. AMEA-nın Əlyazmalar İnstitunda aparıcı elmi işçidir. “Toy və halay mahnıları”, “Qarı nənənin nağılları”, üç cildlik “İran fəlsəfəsinin tədqiqi” kitablarının müəllifidir. 1500 səhifəlik sonuncu kitabı 2018-ci ildə Azərbaycan Prezidentinin kitabxanasında “İlin birinci kitabı” kimi dəyərləndirilib. 1918-ci ildə vəfat edib. 

Bəşirov Yusif Murtaza oğlu 

      Filologiya üzrə fəlsəfə doktorudur. AMEA-nın Ədəbiyyat İnstitutunda elmi işçisi olmuşdur. Ərəbşünas mütəxəssis kimi Suriyada tərcüməçi kimi fəaliyyət göstərir. 

 

Din xadimləri:

 

Əlifəttah Rəhim oğlu (1882-1962)- Ərdəbildə dini təhsil alıb. Dini fəaliyyətinə görə sovet dönəmində 8 il həbs olunub.

Cəfərov Hacı Bəymirzə Əlibala oğlu (1962 )(Çayqıraq məscidinin imamı)

Bağırov Allahverən Mehbəli oğlu

Əhmədov Hacı Aqil Canəli oğlu (1981 )(Bakı İslam Universitetinin tələbəsi)

Bağırov Kərbəlayı Ceyhun Bağır oğlu (1980)

 

Kəndin xeyriyyəçiləri:

 

Məmmədov Məmmədağa Sultanağa oğlu – Rəsulov Zaman Bəndəli oğlu ilə birlikdə qadınlar üçün nəzərdə tutulmuş təziyyə otağı tikdiriblər.                    -

Əliyev Kamal Mirzəxan oğlu          – kəndin xeyriyyə işlərində maddi köməyi ilə yaxından iştirak edir.

Bəşirov Ələsgər Yəhya oğlu  -        kəndin xeyriyyə işlərində maddi köməyi ilə yaxından iştirak edir.

 

 

 

      Kəndin adı:                                Aşurlu kəndi

 

Əhalisi:      (01.01.2021-ci il tarixə) 2184 nəfər; 

O cümlədən;         kişi -    1090,       qadın -   1085 nəfər.

 

Ərazisi:                         289 ha 

Həmsərhəd kəndlər: Şimaldan Bədəlan, şərqdən Çayqıraq, şimal-qərbdən Qızılavar, qərbdən Böyük Kolatan kəndləri ilə həmsərhəddir.

Coğafi mövqeyi:

     Aşurlu kəndi Lənkəran ovalığında, rayon mərkəzindən 10 km cənubda Masallı – Boradigah – Lənkəran magistral yolunun hər iki tərəfində yerləşir. Qızılavar kəndi ilə sərhəddə Kolatan çayı axır. Kəndin torpağı münbit, relyefi düzənlikdir.

Əhalinin məşğuliyyəti:

     Kəndin əhalisi tarixən əkinçilik, maldarlıq, bostançılıq, çəltikçiliklə məşğul olmuşlar. Haliyədə də həmin adət-ənənələr davam etdirilir.

 

Kəndin tarixi haqqında və adının mənası:

 

3 ehtimal var:

1. XIX əsrin ortalarında Rusiyanın İrandakı səfiri şair Qriboyedovun sərəncamı ilə İranın Aşur şəhərindən Aşur bəyin ailəsini Şimali Azərbaycana köçürüblər. Aşurlu kəndi Aşur şəhərindən gələnlərdən yaranıb. “Aşur” sözü ərəbcə “həşərə” sözündən yaranıb, “on” deməkdir (Diqqət elə:”Aşura” mərasimi).

2. Aşurlu kəndinin adamları İraq ərazisindən Şimali Azərbaycanın Muğan ərazisinə gələrkən “Aşırlı” formasında deyilib, bu zonada bir neçə belə kənd var.   

3. İslam dininidə şiə təriqətinin I İmamı Həzrət Əlinin tərəfdarları arasında Əliyə həddənartıq etiqad edərək onu fetihləşdirən, Allaha bərabər tutan əliallahilər olmuşlar. O vaxtdan “Aşırlı” – yəni həddən artıq, həddən aşırı, həddini aşan, tüğyan edənlər “aşırılar” kimi tarixə düşmüşlər.  

     Aşurlu kəndinin adının mənası ilə bağlı Musarza Mirzəyev və Şahrza Ağayevin “Masallı toponimləri” və “Talış toponimlərinin izahlı lüğəti” kitablarında heç bir məlumat verilmir. “Azərbaycan toponimlərinin izahlı lüğəti” kitabının 64-cü səhifəsində Aşurlu kəndi ilə bağlı aşağıdakı qısa məlumata rast gəldik: “Aşurlu - oyk. sadə. Masallı rayonunun Bədəlan i ə. v.-də kənd Lənkəran ovalığındadır”. 

 

  Aşurlu kəndinin adının mənası ilə bağlı Musarza Mirzəyev və Şahrza Ağayevin “Masallı toponimləri” və “Talış toponimlərinin izahlı lüğəti” kitablarında heç bir məlumat verilmir. “Azərbaycan toponimlərinin izahlı lüğəti” kitabının 64-cü səhifəsində Aşurlu kəndi ilə bağlı aşağıdakı qısa məlumata rast gəldik: “Aşurlu - oyk. sadə. Masallı rayonunun Bədəlan i ə. v.-də kənd Lənkəran ovalığındadır”. 

 

 

Kənddə abidələr:

 

Məscid:

1850-ci ildə kənd ağsaqqalı hacı Məhəmməd Kəbə ziyarətindən qayıdan zaman orada bir məscidin memarlıq üslubu onun diqqətini cəlb eləmiş və kənd ustalarına belə bir məscid tikilməsi məsləsini qaldırır. Tikinti başa catandan sonra indiki məscidin 30-35 m cənubda olan köhnə məscid sökülür.

 

 



Aşurlu kənd  Cümə məscidi Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin 2003-cü il tarixli 8 saylı bülletenində qeydiyyata alınmışdır. 

 

Aşurlu kəndinin Dəboğoba məhəlləsində yerləşən ləm   

  Kərbalayi Qəni İbrahimovdan yadigar qalan, yaşı 100-dən çox olan ləmin 1975-ci ildə dam örtuyu indiki vəziyyətə gətirilib, həmin vaxtlaradək istirahət üçün həmin ləmdən istifadə olunub.


 

 

 

 

 

Dəboğobada yerləşən ləm. Belə tikililərə “kuləfirəngi” də deyirlər. Bunun da mənası “külək tutan yer”, “külək dəyən yer” deməkdir.

 

Aşurlu kənd məktəbi:

 

İlk məktəb binası 1926-1928-ci illərdə Molla Mirzağanın evində təşkil olunub. Sonra Aşurlu kən məscidinin yardımçı binasında fəaliyyət göstərib. 

Məktəbin ilk müəllimləri:

Tağıyev Abıyəli            (Bədəlan k.)

Əşrəfov Xanoğlan        (Bədəlan k.)

Həbibov Yadulla                   (Dəmirçi kəndindən)

Mirzəyev Ağahüseyn   (Bədəlan kəndindən)

Əzimov Cahangir        (Bədəlan kəndindən)

1948-ci ildə Aşurlu məktəbinin fəaliyyəti dayandırılıb. Məktəbin şagirdləri Bədəlan kəndində Alişah Nağıyevin evində fəaliyyət göstərən yeddiillik məktəbdə oxumuşlar. Məktəbin direktoru ərkivanlı Qədir müəllim olmuşdur.


Din xadimləri:

Ağayev Möhsüm Möhsün oğlu – Ali dini təhsilli olmuşdur. 1930-cu illərdə sibirə sürgün edilmişdir.

 

İsgəndərov Şahrza Həsən oğlu (1903-1975)

     Ayətulla Hacı Şeyx Rza Lənkərani 1916-cı ildə atası Kərbalayi Həsənin məsləhəti ilə Ərdəbil şəhərinə oxumağa göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduğuna görə Vətənə qayıda bilməyən Şahrza özünə Lənkərani ləqəbini seçir və Ərdəbildən Qumdakı dini məktəbə göndərilir. Orada müəllimlərinin təklifi ilə İraqın Nəcəf şəhərinə oxumağa gedir. "Şeyx Rza" ləqəbi ilə çağırılır. Təhsilini müvəffəqiyyətlə başa vuran Şeyx Rza Qum şəhərinə gəlir, onu Ərdəbil şəhərindəki mədrəsəyə göndərirlər. Burada müctəhidlik rütbəsi alır, ailə həyatı qurur, beş oğul, üç qız atası olur. İranın sabiq prezidenti Əliəkbər Rəfsancani və Ayətulla Fazil Lənkərani onun şagirdləri olmuşlər. Tehran şəhərində dünyasını dəyişmiş, Məsumeyi-Qumda dəfn edilmişdir. 

     Haliyədə Şahrzanın böyük oğlu Rəsul Tehran Universitetinin müəllimidir, fizika-riyaziyyat üzrə alimdir. 

Məmmədov Molla Şali

İsrafilov Kərbəlayı Mahir Gülməmməd oğlu (1955) - Aşurlu kənd Cümə məscidinin imamı

İbrahimov Hacı İmran Qələm oğlu (1966)

Əsgərov Hacı Bahaddin Vəkil oğlu (1973)

Nağıyev Hacı Mirtaleh Mirşam oğlu (1975) - Bakı İslam Universitetinin tələbəsi

 

Kəndin tanınmışları:

 

Kənddə:

 

Mikayılov Salman İsgəndər oğlu (25 may 1925 - ... )

      Orta məktəbi bitirdikdən sonra Lənkəran şəhərində müəllimlik kursunu bitirmiş, rayonun bir çox kəndlərində müəllim işləmişdir. 1946-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, ali təhsilli dil-ədəbiyyat müəllimi kimi rayona qayıtmışdır. 12 il Bədəlan kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Onun təşəbbüsü ilə kənddə geniş orta məktəb binası tikilmişdir. 1963-cı ildən təqaüd yaşına qədər müəllim işləmişdir. 

 

Eyvazov Həsən            -        Kolxoz sədri

 

 

Rayonda:

 

Nuriyev Mürsəl Yaqubulla oğlu (1906-1957) – Masallı Rayon Polis Şöbəsində cinayət-axtarış şöbəsinin rəisi olmuşdur. 

 


 

 Masallı rayonuun Bədəlan ərazisinin Aşurlu kəndində anadan olub. 1933-cü ildə Tiflisdəki Milis məktəbini bitirib. Masallı Rayon Milis Şöbəsində cinayət axtarışı bölməsinin rəisi, Bədəlan kənd sovetliyində maliyyə müfəttişi, Bədəlan sovxozunda inşaat briqadiri vəzifələrində çalışıb.

 

 

Rzayev Nəcəf İmanqulu oğlu – Masallı MTS-də çayçılıq üzrə baş aqronom.

 

23 iyun 1920-ci ildə Aşurlu kəndində doğulub. Müharibəyə qədər Lənkəran Subtropik Texnikumunu bitirb. Masallı Rayon Kənd Təsərrüfatı idarəsində aqronom işləyib. 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak edib. Müharibədən sonra Masallı rayon MTS-də çayçılıq üzrə Baş aqronom, Bədəlan ərazisində M.Əzizbəyov adına kolxozda briqadir, Yanğındanmühafizə üzrə mühəndis, aqronom, sovxozluq vaxtı Baş aqronom, sovxoz nəzarət komissiyasının sədri, sovxoz həmkarlar təşkilatının sədri vəzifələrində çalışıb. 27.10.1992-ci ildə vəfat edib.  

 

Məmmədov Həmdulla Nüsrət oğlu - Rayon Təhsil Şöbəsinin metodisti və məktəb direktoru olmuşdur.

 

    1938-ci ildə Bədəlan sovetliyinin Aşurlu kəndində anadan olmuşdur.  M. F. Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitunun fransız dili fakültəsində oxuyub. 1963-cü ildən Bədəlan kənd orta məktəbində müəllim, iki ildən sonra direktor müavini, 1966-cı ildən 20 ilə yaxın direktor vəzifələrində işləyib. “Marksizm-Leninizm” universitetini Qırmızı diplomla bitirmişdir. 1993-cü ildə onu RTŞ-də metodist olub. O, ali kateqoriyalı müəllim, ali kateqoriyalı medodist, Qabaqcıl maarif xadimidir. Fransızca-azərbaycanca lüğətin, bir sıra şeirlərin müəllifidir, fransızcadan bir çox şeir və hekayələri tərcümə etmişdir. Vaxtilə məktəbdə yaratdığı şagirdlərdən ibarət ansamblın mahnılarının sözlərini, musiqisini özü yazıb. Respublikanın əməkdar artisti Baloğlan Əşrəfov, tanınmış müğənni Həbib Rəhimov ilk dəfə həmin ansamlda çıxış etmişlər.  

     O, Bədəlan kənd Ağsaqqallar Şurasının sədri, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifələrinədə çalışmışdır. “Müəllimlər müəllimi” fəxri adını almışdır. Fransanı ölkəmizdəki səfirliyinin cənub bölgəsi üzrə Fransız Dili Mərkəzinin rəhbəridir.

 

Quliyev Mahmud Qənbər oğlu (1929 - yanvar 1989)

Masallı Rayon Kooperativlər İdarəsinin müdiri olmuşdur.

 

 

      Atası Qənbər kolxozda anbar müdiri vəzifəsində işləyərkən yoxlama zamanı 50 kq taxıl artıq olduğuna görə həbs olunub. O, 12 yaşında ikən zəhmətə qatlaşaraq əziyyət çəkmişdir. Bakı Ticarət Texnikumunu bitirmişdir. Əvvəlcə satıcı, sonralar isə Masallıda iri mağazada müdir vəzifəsində işləmişdir. Masallı Şəhər Kooperativlər İdarəsində müdir, sonralar isə anbardar olmuşdur. O, ömrünun sonuna qədər həmin vəzifədə işləmişdir.

 

 

Ağayev Ələkbər Möhsüm oğlu      -        Azərbaycan Rabitə Nazirliyinin Cənub bölgəsi üzrə nümayəndəsi.


 

03. 05. 1948-ci ildə Yardımlı Rayonunun Peştəsər kəndində doğulub. 1967-1968-ci illərdə Bakı Rabitə Elektrotexnika məktəbində oxuyub. Cəlilabad Televiziya Mərkəzində çalışıb. Azərbaycan Politexnik İnstitutunu bitirib. 2016-cı ilə kimi Azərbaycan Rabitə və İnformasoyalar  Nazirliyinin Cənub bölgəsi üzrə nümayəndəsi vəzifəsini yerinə yetirib. 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.2008-ci ildə “Rabitə ustası” fəxri adını alıb.

 

Mikayıl Mikayılov  -  Masallı Rayon Kooperativlər İttifaqının sədri işləyib.

 

 

Nuriyev Mərdan Nuri oğlu – Rayon Məişət Xidməti Kombinatında Baş mühasib.

 

1953-cü ildə Bədəlan kəndində doğulub. 1970-1972-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunda oxuyub. 1974-1982-ci illərdə Masallı rayon Elektrik Şəbəkəsində mühasib, 1982-1987-ci illərdə Masallı rayon Məişət Xidməti Kombinatında Baş mühasib, 1997-2012-ci illərdə Masallı Rayon Rabitə Qovşağında Baş mühasib vəzifəsində çalışıb.     

 

Əzizov Niftulla Şirvan oğlu  -        Masallı Rayon Aqrar-Sənaye Birliyinin Baş zootexniki olub.

                 

25.10.1947-ci ildə Aşurlu kəndində doğulub. 1968-1973-cü illərdə kirovabad (indi Gəncə) Gənc Təsərrüfatı İnstitutunda oxumuşdur. 1973-1980-ci illərdə Masallı rayonunun Dmitrov adına, “Kommunizm yolu”   sovxozlarındada baş zootexnik, 1980-1998-ci illərdə Masallı rayon Aqrar Sənaye Birliyində Baş zootexnik vəzifəsində çalışmışdır. 1999-2009-cu illərdə Aşurlu bələdiyyəsinin sədri, 2003-2012-ci illərdə Masallı Rayon MM-də özəl məsləhətçi-mütəxəssis kimi çalışıb. Dövlət qulluqçusu kimi təqaüddədir. 

 

Seymur Nuriyev Malik oğlu   -   Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri. 

 

 

 

Aşurluda 1977 –ci ildə anadan olub. İqtisad Universitetini və İdarəetmə Akademiyasını bitirmişdir. Masallı RİH Başçısının müavini vəzifəsində çalışmışdır. Hazırda Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışır.

 

 

 

I Qarabağ müharibəsində şəhid olan:

 

Gənciyev Bəxtiyar Gənci oğlu (Aşurlu k.) – 1973 – 1993) (İtkin düşüb)

 

 

 

 

II qarabağ müharibəsində iştirak edənlər:

 

 

Zabitlər:

Polis və hüquq-mühafizə işçiləri: 

Nuriyev Nail Nuru oğlu                 -        polkovnik-leytenant

1963-cü ildə Aşurlu kəndində doğulub. 1982-ci ildə RF-in Komi şəhərində Polis Məktəbini bitirib. 1995-ci ildə Leninqrad (indi Sankt-Peterburq) Hərbi Akademiyasına göndərilib. 2000-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. 

 

Məmmədov İqrar Həmdulla oğlu – polis mayoru

 

01.10.1966-cı ildə Aşurlu kəndində anadan olub. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Texniki Unuversitetində oxuyub. RF-in Kemerovo vilayəti Novokuznetsk şəhər Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində çalışır.

 

 

Alimlər:

 

Əliyev Akif Ağəli oğlu   -    Filologiya üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Dillər Universitetinin dosentidir.

 

Məmmədov Namiq Ağahüsüyn oğlu – tibb üzrə fəlsəfə doktoru

- 1949-cu ildə Masallının Bədəlan kəndində anadan olub.
 
- 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, Xabarovsk vilayətinin Beloqorsk şəhərinə göndərilir.

- 1977-ci ildə Vətənə qayıdır, Bakıdakı Ə.Əliyev adına Respublika Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə klinikasında şöbə müdiri işləmişdir. 
- N. Məmmədov 
1983-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya klinik xəstəxanasının Artorologiya şöbəsinin müdiridir.  

 

Mikayılov Ülfət Salman oğlu   -   Tibb üzrə fəlsəfə doktorudur. Respublika Pataloji-Anatomiya Birliyində ekspertdir. 

 

Məcidov Zaur Əlifəttah oğlu - tibb üzrə fəlsəfə doktoru, Cəlilabad Müalicə-Dioqnostika mərkəzində həkim.

 

 


 
- Bədəlan kəndində anadan olub, kənd orta məktəbini bitirib.

- Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra işləmək üçün 2001-ci ildə İ.İ. Meçnikov adına Sankt-Peterburq Tibb Akademiyasına daxil olub. Elə oradaca işləyə-işləyə aspiranturada da təhsil alır.

- “Düz bağırsağınbəd xassəli şişləri zamanı aparılan sfinkter saklayıcı əməlliyyat” mövzusunda elmi işini müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 

- Cəlilabad Diaqnostika Mərkəzində işləmişdir. Hal-hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərir.
 - 28 yaşında alimlik adı alan Zaur Məcidov 20 metodik vəsaitin, 18 elmi məqalənin, 8 məruzənin müəllifidir.

Yazarlar:

 

Məmmədov İlqar Həmdulla oğlu  -        şair

01.06.1968-ci ildə Aşurlu kəndində doğulub.    1992-ci ildən Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşayır, is adamıdır,  mətbuatda Azərbaycan, talış, rus dillərində şeirləri çap olunub. El şənliklərində şeirlərinə musiqi qoşub mahnı oxuyurlar.  

 

 

Ziyalılar və tanınmışlar                  

 

Bağışov Müzəffər Qiyas-                                    Vəkil 

Əbilov Məhərrəməli Rəhman oğlu   -        İcma Rəhbəri

Əhədov Ələkbər Vəlihəd oğlu          -        məhkəmə sədri

Əlifəttayev Müqabil Əliağa oğlu               -        Dini icmanın rəhbəri

Məcidov Yaşar Hacıağa oğlu           -        FHN-nin Masallı çöbəsində yanğınsöndürmə işçisi.                   

Məcidov Famil Yaşar oğlu               -        Maliyyə Şöbəsinin işçisi.                           

 

Kəndin adı: Dəmirçi kəndi

 

Əhalisi: 2306 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 1158 nəfər, qadın – 1158 nəfər

Ərazisi: 343, 35 ha 

Həmsərhəd kəndlər:

Şərqdən Sirəbil, cənubdan Mollaoba, qərbdən Babaser, şimaldan Bədəlan kəndləri ilə həmsərhəddir.

Coğrafi mövqeyi:

     Dəmirçi kəndi Lənkəran ovalığında, rayon mərkəzindən 15 km məsafədə yerləşir. Bir vaxtlar ərazidə Babaser kəndi ilə sərhəd boyunca gur axan dağ çayı mövcud olmuşdur. Kəndin torpağı münbit, əkinə yararlıdır.

 

Əhalinin məşğuliyyəti:

 

     Kəndin adının mənşəyindən də bəlli olduğu kimi yerli əhali tarixən dəmir məmulatları, onlardah hazırlanan əmək alətərinin kustar üsulla hazırlanması və alqı-satqısı ilə məşğul olmuşdur. Həmçinin kənddə əkinçilik, maldarlıq, bostançılıq ənənələri bu gün də davam etdirilir.

 

Kəndin adınınn mənası:

  

   Dəmirçi – kalka toponimidir. Dəmirçi toponimi “dəmir” sözü və “çi” şəkilçisinin birləşməsindən yaranmışdır. Burada dəmirçiliklə məşğul olan sənətkarların yaşaması ilə əlaqədar toponim Dəmirşi adlanıb. Bu toponim talış dilində Osnəğə adlanır ki, Azərbaycan dilində eyni məna kəsb edir. Beləki, “oson” – dəmir, “ə” birləşdirici səs, “ğə” -çi şəkilçisini əvəz edir. (Musarza Mirzəyev - “Talış toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan nəşriyyatı - 1993, səh. 41; Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. “Maarif “ nəşriyyatı - 1992, səh. 21).

 

 

İlk məktəb:

 

     Dəmirçi (Osnəğə) kənd ümumi orta məktəbinin tarixi 1925-ci ilə gedib çıxır. Həmin məktəb Mirəlinin (Ğani kinənin) malikanəsində təşkil edilmiş, gecə təhsili də həyata keçirilmişdir. Dərsləri Astara, Lənkəran, Masallının müxtəlif kəndlərindən gələn müəllimlər icra etmişlər. Müəllimlərdən Sərhəng (Sərhəd) Axundov, Musa, Şirməmməd, Pilağa Məmmədov, Məmməd Xanmuradov, Bayram, Bağı, Novruz Astara rayonunun müxtəlif yerlərindən olmuşlar.

     Yadulla Nurullayev, Vəliağa, Şükür, Abdulla, Zəkəriyyə, Şəkür Hüseynovlar, Əbdül Məmmədov, Ğaşa və Əbülfət (Əbülfəz) Əkbərovlar Lənkəranın Separadi, Fəttah Becanov, Məmməd Cəfərov, Rəfi İbadov, Müzəffər Nəsirli Gərmətük sovetliyindən, Qınbi Qurban və Xanəli Masallının Boradigah kəndindən (indi qəsəbədir), Böyükağa Mollaobadan, Süleyman və Qasid Cəlilov qardaşları Bədəlandan (Qasid əvvəllər Gəyəçöl kəndində də müəllim işləmişdir), Mövsüm Ağayev və Alış Alışov Aşurludan, Şükür və Qafur Həbibov qardaşları Dəmirçidən olmuşlar. Bu müəllimlərin bir çoxu 1941-1945-ci illər müharibəsində həlak olmuşlar. 

     Dəmirçi kənd məktəbi əvvəllər ikisinifli olmuşdur. Mirəlinin (Ğani kinənin) malikanəsində yerləşən məktəb binası 1990-cı ilədək mövcud olmuşdur. Kənd sakinləri həmin ərazini Mirhadının yurdu kimi tanıyırlar. Əslən Çayqıraq kəndindən olan Ğani kinənin əsl adı Kifayət omuşdur.

     1962-ci tədris ilində kənddə yerləşən “Qırmızı Azərbaycan” kolxozunun maldarlıq fermasının həyətində ikiotaqlı, birmərtəbəli bina məktəb üçün ayrılmışdır. Mirəlinin (Ğani kinənin) malikanəsində yerləşən məktəb buraya köçürülmüşdür. Otaqların biri tədris üçün, digəri sağıcılar üçün ayrılmışdır. Günün birinci yarısında Balağa Həsənov 1-ci sinifdə, kəndin gəlini Xavər Məhərrəm qızı Həbibova günün 2-ci yarısında hazırlıq sinifində dərs keçmişlər. Həmin bina məktəb kimi 1968/69-cu tədris ilinə kimi fəaliyyət göstərmişdir. Bədəlan kəndində Çay fabrikinin tikintisi illərində uşaq bağçası üçün nəzərdə tutulmuş bina məktəb üçün ayrılmış, fermanın həyətində fəaliyyət göstərən məktəb binası ilə paralel işləmişdir. İlk illərdə burada dərslər qeyri-rəsmi, 1968/69-cu tədris ilindən sonra rəsmi olaraq ibtidai məktəb kimi keçirilmişdir.

     1979-1980-ci tədris ilində məktəb natamam orta məktəbə çevrilmiş, direktoru Aydın Mütəllim oğlu Şükürov olmuşdur. 2005-ci ildən məktəbin direktoru Aytən Nadir qızı (Əkbərova) Şükürovadır. Məktəb1989/90-cı tədris ilində natamam orta, 1992/93-cü tədris ilindən əsas təhsil, 2010-2011-ci tədris ilindən ümumi ota məktəb kimi fəaliyyət göstərir.

 


     

 

Yeni məktəb                                             

Köhnə məktəb

 

Hazırda 220 yerlik Dəmirçi kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 

 

İlk müəllim:

 

 

Həsənov Balağa Qüdrət oğlu –

 

 02 may 1935-ci ildə Dəmirçi kəndində anadan olub.1964-cü ildə Lənkəran Pedməktəbini, 1972-ci ildə ADU (indi BDU)-nun filologiya fakültəsini bitirib. 02.04.2016-cı ildə vəfat edib.

 

İlk direktor:

 

Əzimov Qürbət Ağa oğlu (1914-1993) – 1968-1969-cu illərdə Dəmirçi məktəbinin ilk direktoru olmuşdur.


      1933-1934-cü illərdə Lənkəran Pedaqoji Məktəbini bitirib. Babaser, Rüdəkənar məktəblərində müdir vəzifəsində işlədikdən sonra Bədəlan kənd orta məktəbində müəllim, sonra isə 1968-1969-cu illərdə Dəmirçi kənd ibtidai məktəbində müdir vəzifəsində işləmişdir. Dəmirçi ibtidai məktəbi əsas məktəbə çevriləndən sonra öz ərizəsi ilə həmin məktəbdə müəllim işləməyə başlamışdır.

 

1950-ci ilə qədər Dəmirçi kəndində “Qırmızı Azərbaycan” kolxozu fəaliyyət göstərib. Kolxozun ilk sədrləri:

1. Dadaşov Kəlbi dadaş oğlu                            Dəmirçi kəndindən.

2. Ağaverdi                                                        Ərkivan kəndindən.

3. Əmir

4. İzzət Sadıqov                                        Dəmirçi kəndindən.

5. Həsənov Murtuza                                Dəmirçi kəndindən.

6. Bağışov Nəzər                                       Dəmirçi kəndindən.

 

Dəmirçi kənd bələdiyyəsi:

 

1999-2004-cü illərdə ilk bələdiyyə sədri Əliyev Davud Sərdar oğlu olmuşdur. 

2004-2006-cı illərdə Ağayev Miriş Ağabala oğlu olub.

2006-cı il Bələdiyyə seçkilərində bələdiyyələr birləşdirildi. 

 

İlk ali təhsillilər:           

Şükür Həbibov Ağa oğlu  –  Gəncə Pedaqoji İnstitutunda  coğrafiya fakültəsini bitirib. 


1919-cu ildə doğulub. Gəncədə ikiillk ali məktəb kursu keçərək coğrafiya ixtisası qazanıb. II Dünya Müharibəsində iştirak edib. 1948-ci ildə vəfat edib.

 

Həbibov Qafur Ağa oğlu

 

  

1919-cu ildə Dəmirçi kəndində doğulub. Lənkəran Pedməktəbini və Bakı şəhərində rus dili ixtisası üzrə 3 aylıq kurs bitirib. 1940-1943-cü illərdə II Dünya Müharibəsində iştirak edib. Müəllim işləməklə bərabər Masallı rayonunda memar kimi də fəaliyyət göstərib.

 

İlk təhsilli qadın:

 

Həbibova Xavər Məhərrəm qızı     -  Əməkdar müəllim


1919-cu ildə Lənkəran qəzasının Gərmətük kəndində doğulub. 1934-36-cı illərdə Lənkəran Pedaqoji Məktəbində oxuyub. Masallının Dəmirçi kənd ibtidai məktəbində müəllim, Bədəlan kənd məktəbində müəllim və direktor işləmişdir. Əməkdar müəllimadına layiq görülüb. 27.04.1970-ci ildə vəfat edib.

 

Dəmirçi kəndi üzrə ilk məktəb direktorları:

Boradigahlı Qurban (Qınbi Qurban)

Lənkəranlı Sərhəd 

Separadili Əbdül 

Separadili Zəkəriyyə 

Separadili Şəkür 

                 

 

Alimlər

 

Xəlil Teymur oğlu Məmmədov - Kimya üzrə fəlsəfə doktorudur

AMEA-nın Kimya İnstitutunda elmi işçi olmuşdur.

                              

20.01.1920-ci ildə Dəmirçi kəndində doğulmuşdur. 1938-ci ildə Neft və Kimya İnstitutunu bitirmişdir. 1940-1945-ci illərdə orduda olub və II Dünya Müharibəsində iştirak edib.  Neft-Kimya Proseslərinin tədqiqatı ilə məşğul olub, İnstitutun Baş elmi işçisi olub. Kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 30 il EA-nın Kimya İnstitutunun Həmkarlar Təşkilatının sədri olub. 02.05.1988-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

 

 

 

Ənvər Məmmədəli oğlu Mikayılov – texnika elmləri namizədi.

Politexnik İnstitutunu bitirmişdir. Ali məktəbdə müəllim işləmiş, dosent, kafedra müdiri olmuşdur. 

 

I Qarabağ müharibəsi şəhidi:

 

Bağırov Mətləb Nəriman oğlu (Dəmirçi - 1975 – 1994)

II Qarabağ müharibəsində iştirak edənlər: 

1. Baxışov Farid Yavər oğlu – 14.10.1994.

“Cəsur döyüşçü”, Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın alnmasında göstərdiyi igidliyə görə” medalları.

 

2. Əliyev Aslan Bahadır oğlu – 24.10.1006. 

“Cəsur döyüşçü”, “Qubadlının, Füzulinin, Cəbrayılın alnmasında göstərdiyi igidliyə görə” medalları.   

 

Yüksək Dövlət mükafatları, fəxri adlar və orden-medal alanlar:

                            

Abbasov Cahangir       - “Qırmızı Əmək Bayrağı” ordeni               

 

Kəndin tanınmış adamları

 

Kənddə :

 

Abbasov Cahangir Abdurza oğlu (1925-1988) – “Qırmızı Əmək bayrağı” ordenli.


     Atası Abdurza Cabbarov (Adı kişi) vəfat etdikdən sonra balaca Cahangir anası Məşədi Zərəfşan ilə birlikdə Bədəlan kəndindən ata yurdu olan Dəmirçiyə köçmüşdur. 14 yaşından anası ilə birgə "Qırmızı Azərbaycan" kolxozunda işləyib. “Qırmızı əmək bayrağı” ordeni, “Əmək veteranı” və digər medallarla təltif olunub. Dəfələrlə MSK-nın sədri və üzvü olub.1960-1988-ci illərdə 7 dəfə Kənd XDS-nin deputatı çeçilib. 6 dəfə Masallı Rayon Xalq Məhkəməsində iclasçı və RPK-nin konfrans üzvü seçilib.  

 

Cavadov Qulam Ağahüseyn oğlu – sovxozda mühasib işləmişdir. 


1924-cü ildə doğulub. II Dünya Müharibəsində iştirak edib. Kəndin nüfuzlu adasmı kimi hörmət sahibi olub. 16.06.1978-ci ildə vəfat edib.

Cəbrayılov İbadulla Yadulla oğlu

 

 

1948-ci ildə Dəmirçi kəndində anadan olub. 1968-ci ildə Bakı Politexnik Texnikumunu bitirb.M.Əzizbəyov adına kolxozda (sovxozda) mexanik, Baş mühəndis, 1992-ci ildən direktor vəzifələrində çalışıb.1997-ci ildən RİH-i Başçısının kənddə nümayəndəsi olub. 10.07.1999-cu ildə vəfat edib.

 

 

 Abbasov Asif Cahangir oğlu        - Ali kateqoriyalı müəllim.


17.09. 1957-ci ildə Dəmirçi kəndində doğulub. Lənkəran Pedaqoji Məktəbini və 1992-ci ildə ADPİ-nin ibtidai təlim pedaqogikası və metodikası fakültəsini bitirib. 1997-ci ildə Ali kateqoriyalı müəllim və 2012-ci ildə “Xalqın nüfuzlu ziyalısı” fəxri adlarına layiq görülüb. 1998-ci ildə Təhsil Nazirliyinin “Fəxri fərman”ı, 2021-ci ildə “Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının 100 illiyi” döş nişanı ilə təltif olunub. 1995-ci ildən Dəmirçi məktəb Həmkarlar təşkilatıənın sədridir. AJB-nin üzvü və “Qızıl qələm” media mükafatçısıdır.1990-cı ildən Kənd XDS-nin deputatı seçilir. 1999-ci ildə Təhsil İnstitutunun disertantı olub. “Aşkarlıq” qəzetinin xüsusi müxbiri, KəndMSK-nın üzvü, katibi, müavini və sədri olub.Təhsil şöbəsinin və məktəb rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub.

 

Rəşid Cavadov Mürşüd oğlu

 


 

27.10.1950-ci ildə Dəmirçi kəndində doğulub. 1968-1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Pİ-da oxumuşdur. VAZ-ın Masallı rayonundakı texniki xidmət stansiyasında  müdir işləmişdir.1990-95-ci illərdə Masallı RXDS-nə deputat seçilmişdir.1996-2007-ci illərdə Nəqliyyat Nazirliyinin Əlibayramlı (indiki Şirvan) şəhərindəki Lisenziya Nəzarəti İdarəsinin rəisi kimi çalışıb. 2007-ci ildə vəfat edib.

 

İmanbəyli İradə Loğman qızı                  -  “AzEdu” Təhsil platformasının Masallı rayon üzrə  Koordinatorudur.


09 mart 1991-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub. Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Dövlət Universitetində oxuyub. 2010-cu ildə Dəmirçi kənd ümumi orta məktəbində, 2017-ci ildən Masallı Dövlət Regional Kollecində müəllim işləyib. 2021-2022-ci tədris ilində Dəmirçi kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub. 2021-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan Gənc Müəllimlər Assosiyasıyasının, 2022-ci ildən “AzEdu” Təhsil platformasının Masallı rayon üzrə  Koordinatorudur.

Rayonda:

 

Mikayılov Cəbrayıl İsmayıl oğlu – (1988-1972-ci illər) 

 

Məmmədəli Mikayılov 

    Məmmədəli Mikayılov Məmməd Əmin Rəsulzadənin dostu olub. Məmmədəli Mikayıov dostunun xatirəsinə bir oğlunun adını Məmmədəmin qoyub. Məmmədəli Mikayılov çox savadlı və dünya görüşlu adam olmuşdur. O, çox zəhmli adam olduğundan bir çoxları onun qarşısında özlərini itirərmişlər. Hətta onun barəsində yaxın dostuna, o dövrün tanınmış ali ruhanilərindən biri sayılan Molla Cəlal Axunda camaat şikayət də edib. Axund gülərək cavabında deyib ki, əslinə qalsa, mən də sizin gündəyəm. Sonralar Məmmədəli Mikayılov muxtəlif vaxtlarda Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, və digər yüksək vəzifələrdə  işləmiş Teymur Quliyevlə ailəvi dost olub. 

 

Abdulla Həsən oğlu Əliyev (Aşıq Abdulla) 


      1878-ci ildə Lənkəran qəzasının Dəmirçi kəndinədə anadan olmuşdur. Uşaqlıq illərində Lənkəranda nökərçilik etsə də, nəfəs alətlərində ifaçılıq sənətinə orada yiyələnmişdir. Uzun illər Talış regionunda irili-xırdalı toy şənliklərində, dövlət tədbirlərində nəfəs alətləri (zurna, balaban) ifaçısı kimi çıxışlar etmiş, xalqın dərin rəğbətini qazanmışdır. O, 19.12.1974-cü ildə doğulduğu Dəmirçi kəndində 96 yaşında vəfat etmişdir.

 

 

Ölkədə:

Məmmədov Cəlil Teymur oğlu – Azavtotəmirtikinti trestinin rəisi olub.


 

1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda hidromeliator-mühəndis ixtisası üzrə oxuyub. Zaqafqaziya üzrə Tikinti İdarəsinin rəisi olanda Gəncə Maşınqayırma Zavodunun tikintisi onun təşəbbüsü və iştirakı ilə tikilib. 1978-1980-ci illərdə Marksizm-Leninizm İnstitutunda oxuyub. Respublika Baş Kolxoztikinti Trestinin və Azavtotəmirtikinti trestinin rəisi vəzifələrində çalışıb. 14.06. 1992-ildə vəfat edib. Bakı, Mərdəkan qəbristanlığında dəfn edilib. 

 

Mikayılov Əfsər Məmmədəli oğlu –Azərbaycan K/T-ı Nazirliyində aparıcı əməkdaş.

K/T-ı Nazirliyinin Cənub zonası üzrə kuratoru olmuşdur.

 

 

Arzu Bağırova 

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri. Həm də xeyriyyəçidir, yüzlərlə köməksiz insanlara yardım göstərmişdir.

 

Zabitlər:

Həbibov Qulam İbrahim oğlu (10 avqust 1920-1994) – mayor 


      10.08.1920-ci ildə Lənkəran qəzasının Dəmirçi kəndində anadan olub. 1928-1935-ci illərdə Bədəlan kənd natamam orta məktəbində təhsil alıb. 1935-1940-cı illərdə Lənkəran Subtropik Bitkilər Texnikumunun aqronomluq şöbəsində təhsil alıb. 1940-1942-ci illərdə doğma kəndində "Polinski'', sonralar isə "Qırmızı Azərbaycan" kolxozunda aqronom vəzifəsində  işləyib. 1942-1945-ci illərdə II Dünya müharibəsində iştirak edib. 1945-1946-cı illərdə Bakı Milis Məktəbində oxuyub. Astraxanbazar (Cəlilabad), Puşkin (Biləsuvar) rayonlarında milis rəisı, Kirovabad (Gəncə) şəhərində milis rəisinin müavini, Kirovabad şəhər DİŞ-nin 4-cü şöbəsinin rəisi, Xudat və Lənkəran şəhərlərində cinayət axtarış şöbəsinin baş əməliyyatçısı olmuşdur. 1970-ci ildə təqaüdə çıxmış, 1972-1975-ci illərdə Lənkəran kolxoz bazarının direktoru vəzifəsində işləmişdir. 05.05.1995-ci ildıə vəfat edib, Lənkəran şəhərinin "Böyükbazar" qəbiristanlığında dəfn olunub. Milis mayoru idi.

 

Digər tanınmış ziyalılar

 

Əliyev Xanoğlan Xanlar oğlu         -   qabaqcıl təhsil işçisi.

Həsənov Əfsər Əjdər oğlu      - Bakı Sabir adına kollecin müəllimi

Xancanov Niftulla Əyyub oğlu – Masallı Çay Fabrikinin direktoru

 

Xeyriyyəçilər:

 

Cəbrayılov Firdovsi İbadulla oğlu

 
 

 

1978-ci ildə Dəmirçidə anadan olub. 2015-ci ilin yanvaından 2019-cu ilin fevralınadək Bakı şəhəri Səbayel rayon bələdiyyəsinin sədri olub. Son parlament seçkilərində deputatlığa namizəd olmuşdur. Bakı şəhəri Nizami rayonunda MKT Birliyinin sədridir.

 

Hacı Eynulla Yadulla oğlu Əsədov  -   kəndin Piəmin (Piətəğ) ziyarətgahını təmir edib, yaxınlığında ehsanat evi tikmişdir. 

 

Hacı İlqar hacı Eynulla oğlu – kəndin xeyriyyə işlərində çalışıb.

 

Din xadimləri

 

Hacı Müseyib Kərbəlayı Əsəd oğlu 

 

      Bakı şəhərində 30 ilə yaxın rövzəxan vəzifəsində çalışıb. Hələ 1975-ci ildə Həcc ziyarətinə gedən ilk zəvvarlardan biri olub.

 

Molla Sərdar Fəttah oğlu Bağırov


 

Dəmirçi kədinin nüfuzlu din xadimlərindən biri olmuşdur. O, qayğıkeş bir insan kimi camaatın xeyir-şər məclislərində könüllü xidmət göstərmişdir.

 

Molla Məhərrəm Bağırov

 

     Dəmirçi əsilli, respublika səviyyəsində tanınmış din xadimlərindən biri olmaqla, Nizami, Füzuli yaradıcılığına bələd olmuşdur. Mədrəsə təhsili almasına baxmayaraq ədəbiyyat, tarix və digər elmlərdən xəbərdad olmuşdur. Ona görə də rəsmən 30 il işlədiyi Bakı şəhərindəki “Göy məscid”də dindarlar arasında böyük nüfuza malik olmuşdur. 

 

Barat Bağırov 

 


 

      1946-cı ildə Masallı rayonunun Dəmirçi kəndində doğulub, ilk dini təhsilini dövrünün tanınmış din xadimi Şeyx Qüdrət Abbasovdan almışdır. 1980-ci ildən Ağdam şəhər Cümə məscidinin imamı idi. "Birinci Qarabağ müharibəsi”ndə Ağdam uğrunda şəhid olan 6600 nəfəri son mənzilə Hacı Barat yola salmışdır. 1988-ci ildə Qarabağ münaqişəsinin ilk şəhidləri - Əli Hacıyev və Bəxtiyar Quliyevi o dəfn edib. Onlardan biri Qarağaclı, digəri isə Şıxbabalı kəndində torpağa tapşırılıb. 20 noyabr 2020-cı ildə vəfat edib, Dəmirçi kənd qəbiristanlığında dəfn olunub. 

 

 

Məmmədov kərbəlayı Nəsir Daxıl oğlu (1961) - Dəmirçi kənd “Həzrət Əbəlfəz” məscidinin imamı

 

 Məscidlər

 

     İndiki Dəmirçi (Osnəğə) “Həzrət Əbəlfəz” məscidinin yaxınlığında 1854-1954-cü illərdə  digər bir məscid tikilmişdir.


 

Dəmirçi (Osnəğə) kənd Cümə məscidi

 

 

Kəndin ilk səyyar kino qurğusu:

Baba Mövsüm oğlu Kazımov (Osnəğə Bobo) (1926)  - kənddə ilk kino-mexanik

 

    Müharibə dövründə Bədəlana ilk səyyar kino qurğusu gətirilib. Təxminən 1949/50-ci illərdə kənddə daimi kino qurğusu qoyulub. Baba Mövsüm oğlu Kazımov 1952-ci ildə kolxozun göndərişi ilə kinomexanik məktəbinə oxumağa gedib. 1955-ci ildən 1968-cı ilə kimi Bədəlan kəndində kinomexanik kimi çalışıb. 

 

 

 

 

 

  Bədəlan İnzibati Ərazi Dairəsi haqqında ensikopedik məlumatların ərsəyə gəlməsində Teymur Əkbərov, Rasim Əzimov, Zakir Bağırov, Mərdan Nuriyev, Həmdulla Məmmədov,  Asif Abbasov, Aşur Bağırov  yaxından kömək göstərmişlər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]