Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” – 15-ci yazı. Təklə İnzibati Ərazi Dairəsi


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 (70) 322 75 23 (Watshap)

Əlizaman Baxış:  - 0 50 427 70 25  (Watshap) 

Faiq Hüseynzadə +7 921 278 51 21 (ancaq vatsap)


     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər,   Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Təklə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
  2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
  3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-7-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html

10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.
https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html

12. https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html

13. https://cenub.az/11422-masall-ensiklopediyas-axrl-nzibati-razi-dairsi-13-c-yaz.html

14. https://cenub.az/11457-masall-ensiklopediyas-14-c-yaz-miyank-nzibati-razi-dairsi.html

 

 


TƏKLƏ  İnzibati Ərazi Dairəsi 


Ərazinin özəlliikləri


1. Rayonun yeganə kəndidir ki, Azərbaycanda 38, dünyanın bir çox ölkələrində, hətta Çində onunla eyni adlı - Təklə kəndi var.


2. Rayonun ilk xalq artisti İlham Əsgər bu ərazidəndir.


3. Rayonda ilk  Dəmir Yol Stansiyası bu ərazidə salınmışdır. 



Ərazinin rəhbər işdə çalışanlar:


Kənddə:

Qasımov Hənifə Sadıq oğlu  -  Kəndin kolxoz sədri olub.(Təklə kəndi)

Əliyev Mustafa İsa oğlu - Ərazi nümayəndəsi işləyib.(Təklə kəndi)

Mehdiyev Meybulla - uzun müddət kolxoz sədri 

işləmişdir.                                                                               (Mollahəsənli kəndi)

Tağıyev Mahmud  - uzun müddət kolxoz sədri işləmişdir.

(Mollahəsənli kəndi)

Tağıyev Abdulla Hüseyn oğlu – Kənd XDS və kolxoz sədi olub. 

                                                                                              (Mollahəsənli kəndi).

2.Həsənov Mürsəl  İba oğlu – kolxoz sədri, taxıl tədarükü kombinatının direktoru olub.                                     (Sığıncaq kəndi).      

3.Tarverdiyev Abıseyn Bəhrəm oğlu – uzun müddət kənd XDS-nin  sədri olub.                                                            (Sığıncaq kəndi).      
4.Rzayev Təvəkkül Xosu oğlu - Təklə ərazisndə “Həzi Aslanov” adına sovxozun Baş mühasibi və direktoru olub.   (Sığıncaq kəndi).               

5. Ağayev İbadulla Yadulla oğlu – Masallı RİH-nin Təklə Ərazisi üzrə nümayəndəsi işləyib.                   (Sığıncaq kəndi).      

 

Rayonda:


1.Savalanlı Şirməmməd Nuru oğlu – Masallı Rayon Komsomol Komitəsinin I katibi vəzifəsində işləyib. (Təklə kəndi)


2.Bayram Bayramov – Rayon Sovxoztikinti İdarəsinin müdiri vəzifəsində işləyib.           (Təklə kəndi)


3. Nurullayev Sədulla Xasay oğlu –  Rayon Kənd Təsərrüfatı İdarəsində Baş mühasib işləyib. (Təklə kəndi)


4. Əkbərov Əkbər Ağalələ oğlu –Rayon Maliyyə Şöbəsinidə müdir                                                                   (Xoşçobanlı kəndi).

5. Əkbərov Bahadır Əliş oğlu –Hərbi Vətənpərvərlik və Mütəxəssis hazırlığı Mərkəzinin Masallı Rayon Filialının direktorudur.                                                  (Xoşçobanlı kəndi)

6. Cəfərov Soltanağa Məmmədəli oğlu - Masallı Təhsil şöbəsində inspektor işləyib.

7. Cəfərov Famil Soltanağa oğlu - Masallı Rayon İH-də Baş məsləhətçi işləyib.                                     (Xoşçobanlı kəndi)

8. Tağıyev Maarif Abdulla oğlu - Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimin müavini işləyib. (Mollahəsənli kəndi).


9. Tağıyev Zakir Abdulla oğlu – stomotoloq-həkim (Mollahəsənli kəndi) 

10. Həsənov Əfsər Mürsəl oğlu  - Ali təhsilli aqronom. Üzümçülük və Şərabçılıq Trestinin Baş direktoru vəzifəsində işləyib. 

                                                                                              (Sığıncaq kəndi).

11. Cavadov Əlicavad Müslüm oğlu - Masallı Dəmir Yolu Stansiyasının rəisi işləyib.                               (St. Masallı)

12. Bəhmənov Əlisurət – Masallı Rayon komsomol komitəsində şöbə müdiri.


Respublikada:


Zeynalov Talıb İbrahim oğlu – Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. (Təklə kəndi)

Əliyev Ramiz Beytulla oğlu - Əməkdar həkimdir (Xoşçobanlı kəndi).
Əsgərov İlham Təvəkkül oğlu - Respublikanın xalq artisti.

 (Xoşçobanlı kəndi)

Rüstəmov Həsənbala Nəriman oğlu - 2 dəfə Azərbaycan    Respublikası Ali Sovetinin deputatı olub. (Xoşçobanlı kəndi).

Tağıyev Asəf Abdulla oğlu - Azərbaycan Səhiyyə Nazirliyində Hərbi-Tibbi Təchizat idarəsinin rəisi işləyib.  (Mollahəsənli kəndi).

Tağıyev Vasif Abdulla oğlu - Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləmişdir. (Mollahəsənli kəndi). 

Tağıyev Nurəddin Əbülfəz oğlu - Özəl “AzərStar” Tikinti Şikətinin Vitse Prezidentidir.                                          (Mollahəsənli kəndi).  

Əliyev Bahadır Atamalı oğlu – kino aktyoru.(Sığıncaq kəndi).

Abdullayeva Xəzəngül Mahmud qızı   - I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.   (Sığıncaq kəndi).
Cavadov Heybət Əjdər oğlu - “AzərSu” Səhmdar Cəmiyyəti sədrinin müavini.                                        (Sığıncaq kəndi).

 

İLKLƏR:


Əliyev Rəşid Qulam oğlu – ilk ali təhsilli müəllim. (Təklə kəndi)

Əsgər Abasov  -   kolxozun ilk sədri (Təklə kəndi).

Tağıyev Fazil Həşim oğlu – ilk ali təhsilli (Xoşçobanlı kəndi).
Kəlbiyev Sami Yusif oğlu -  ilk ali təhsilli  (Mollahəsənli kəndi).

Hüseynov Məmi Məmməd oğlu – ilk məktəb direktoru (Sığıncaq kəndi).

Kazımov Dədəkişi Lələkişi oğlu olub – ilk ali təhsilli 

                                                                                   (Sığıncaq kəndi).

Hüseynov Abuzər Hüseyn oğlu   - Kolxoz quruculuğunun ilk illərində ilk kolxoz sədri olub.                               (Sığıncaq kəndi).

Qasımov Əli Yunus oğlu – ilk ali təhsilli (Ləngan kəndi).

Cavadov Əlicavad Müslüm oğlu  - ilk ali təhsilli (St. Masallı)

Kərimov Kərim Əsəd oğlu – kəndin ilk həkimi

Statistik məlumatlar:


Təklə ərazi dairəsi 6 - 

Təklə, Mollahəsənli, Sığıncaq, Xoşçobanlı, Ləngan və St. Masallı   əhatə edir.


Ərazi dairəsinin əhalisi:  cəmi:               8501 nəfər   (01. 01. 2021-ci il tarixə).

                        o cümlədən:   kişi:  40131 nəfər;    qadın:     4370 nəfər.


Ərazi dairəsinə daxil olan torpaq sahəsi:         Cəmi: 3166 ha.

            a) Əkin sahəsi:                                                            2020 ha            

            b) Bələdiyyə torpaqları:                                    898 ha

            c) Yaşayış yerlərinin yerləşdiyi torpaq sahəsi:156 ha


Ərazi Dairəsi üzrə Qəhrəman Anaların sayı:        62 nəfər. (Məlumat Təklə Ərazi nümayəndəliyindən götürülüb). 

                                   

Ərazinin infrastrukturu:


            a) Məktəb binası           -  3 tam orta məktəb, 1 ibtidai məktəb binası

            b) Kənd XDS-nin və İH-nin Ərazi nümayəndəliyi binası – 1

 

            

e) Həkim məntəqəsi – 1

 


e) Uşaq bağçası binası (yaşayış evi kimi istifadə olunur).


 



            j) Məscidlər – 8 məscid var.

ə) Yollar – ərazidə cəmi 46,3 km yol var -  o cümlədən: Göytəpə-Viləş yolundan kəndə 3,8 km asfalt yol. Kəndiçi yollar 42,5 kim.

i) 1 artezian quyusu var.


Hüquqşünaslar:


Abbasov Əsgər Əli oğlu – Baş ədliyyə müşaviri.(Təklə kəndi).

Bayramov Əli Yusif oğlu – Lənkəranda, Yardımlıda və digər rayonlarda prokuror işləyib (Təklə kəndi).
Zeynalov Zakir Nuru oğlu  - Respublika Vəkillər Kollegiyasının üzvü (Təklə kəndi).
Kərimov İqamət Novruz oğlu – Yardımlı və Masallı Rayon Polis Şöbələrində işləmişdir.                                               (Mollahəsənli kəndi)
Kazımov Tahir Lələkişi oğlu  -  Respublika Prokurorluğunda  şöbə rəisi, General-mayordur. (Sığıncaq kəndi).

 

Ərazinin şəhidləri:


I Qarabağ şəhidləri:
Bəşirov Elşən Dənizxan oğlu  -             (Təklə kəndi)
Cəfərov Rəfael Gülhüseyn oğlu –                      (Təklə kəndi)

Bağırov Rövşən Malik oğlu -                             (Xoşçobanlı kəndi).

Dəmirov Firudin Əlibala oğlu   ---     Mollahəsənli kəndi). 

Hüseynov Ədalət Vaqif oğlu  --     (Mollahəsənli kəndi).

Həsənov Fuad Sərhəd oğlu   -    (Sığıncaq kəndi).

Qarayev Məhəmməd Ağababa oğlu  - (Sığıncaq kəndi).

Musayev Murad Qurbanəli oğlu   -  (Ləngan kəndi).
Xudaverdiyev Taleh Yusif oğlu – (St. Masallı)

Əliyev Rasim Ağabala oğlu – (St. Masallı).


II Qarabağ şəhidləri:


Mustafayev Musa Əlövsət oğlu – (Xoşçobanlı kəndi).

Bağırov Məmmədağa Həsənağa oğlu – (Xoşçobanlı kəndi).


II Qarabağ qaziləri:

Məmmədzadə Bəhruz Qasım oğlu – baş gizir. (Sığıncaq kəndi)

Quliyev Nurlan Ruslan oğlu - əsgər.            (Sığıncaq kəndi)


Zabitlər:


Tağıyev Ələddin Əbülfəz oğlu – Azərbaycan Silahlı Qüvvələri zabiti – mayor.                                       (Mollahəsənli kəndi).

Kazımov Tahir Lələkişi oğlu   -General-mayordur.

(Sığıncaq kəndi).
Abdullayev İmran Abdulrəhman oğlu – polkovnik-leytenant. 

(Sığıncaq kəndi).

Əsgərov Samir Sabir oğlu – polkovnik leytenant.(Sığıncaq kəndi).

Cəfərov Mirməmməd Mircəfər oğlu – polis polkovniki.(Sığıncaq kəndi).

 

Alimlər: 

 

Sadıqov Həsənbala Hənifə oğlu -  Tarix elmləri doktoru, professor. (Təklə kəndi) 

Tağıyev Sərxan – Əczaçılıq elmləri doktoru, professor


Tağıyev Sərxan Əbülfəz oğlu  - tibb elmləriüzrə fəlsəfə doktoru 

(Mollahəsənli kəndi) 


Yazarlar:


Bayramov Əli Yusif oğlu – yazıçı-publisist (Təklə kəndi)

Rafiq Tağı – publisist-şair.                    (Xoşçobanlı kəndi).

Cəfərov Soltanağa Məmmədəli oğlu –  AYB-nin üzvü.

(Xoşçobanlı kəndi)

Abbasov Yədulla İbadulla oğlu  - Yazıçı-publisistdir. 

(Sığıncaq kəndi).

Eyniyev Asiman Çingiz oğlu – yazıçı publisist (Ləngan kəndi).


Yüksək dövlət mükafatları alanlar:


Əhmədova Gülqədəm Nəhmət qızı Sosialist Əməyi Qəhrəmanı.                                                       (Sığıncaq kəndi).
 
Şəmiyev Bəybala Xalıq oğlu  - Lenin orderinə layiq görülüb. 

(Sığıncaq kəndi).

Quliyev Saday İsabala oğlu   - Lenin ordeni alıb. (Sığıncaq kəndi).


Ərazinin adını daşıyan Təklə kəndinin tarixi:


1-ci məlumat 


Təklənin yaranma tarixi 1427-ci ilə təsadüf edir. Təklə (Təkəli) – etnonimdir - tayfa, etnos adıdır. Bu adı Qızılbaşların Təkəli tayfası ilə bağlayırlar. Qədim Oğuz-Səlcuq türk tayfalarından biri də belə adlanır. Bu tayfalar İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda, Gürcüstanda, Qazaxıstanda və digər yerlərdə məskunlaşıblar. Bu Anadolu Türk qolu olaraq Güney Azərbaycanda Şahın ətrafında toplaşmışlar. Sonralar 1459-cu ildə Güney Azərbaycandan Şimali Azərbaycana yığışmağa başlamışlar. N. Süleymanov “Azərbaycanda Səfəvilər dövləti” əsərində yazır:”1531-ci ildə Çuxa Sultan Təkəlinin ölümündən sonra təkəli əmirləri öz hökmranlıqlarını qoruyub saxlamaq üçün Azərbaycan hakimi Üləma Sultan Təkəlini vəkil vəzifəsinə gətirmək üçün mübarizəyə başladılar”
.  Buradan belə görünür ki, Səfəvilərin hakimiyyətinə qədər Təkəlilər mövcud imiş və yüksək mövqelərdə varmışlar. Haliyədə Azərbaycanda 38, dünyanın bir çox ölkələrində, hətta Çində Təklə kəndi var.

Sonra Təklə eli isminə Timurlu müvərrixi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. XIV – XV əsrlərdə Üç Oxlara tabe olan bəzi boy və oymaqlar zaman-zaman yaşadıqları yerlərdən Təkə elinə gəlib yerləşiblər. Beləliklə, Türkmanlar (Oğuzlar) Azərbaycanlıların etnogenizmində iştirak etmiş türk tayfalarından biri kimi Səlcuqların tərkibində Azərbaycana və Orta Asiyaya gəlmişlər. Artıq XVI əsrdə Sarıq, Yomut və Təkə tayfaları “Təkəli” adı ilə tanınırdılar. 

            (Məlumatlar Süleyman Əlisanın “Təklə eli - tərəkəmə dünyası”  kitabından götürülüb).


Kəndin tarixi haqqında 2-ci məlumat:


Səfəvi hökmdarı Şah Təhmasibin dövründə yazılmış və haliyədə Sankt-Peterburqda saxlanılan 5 hissədən ibarət “Təzkireyi-Şah Təhmasib” əsərinin ilk iki hissəsi (1-ci hissə “Üləma bəy Təkəli”, 2-ci hissə “Qazi xan Təkəli”) birbaşa Təkəlilərin tarixindən bəhs edir. 

            1540-cı ildə tayfa başçısı Qazi xan Təkəli və tayfası Səfəvi hökndarı I Təhmasibin hakimiyyətini qəbul edib Salyan yaxınlığında Mahmudabad şəhəri ərazisində məskunlaşdılar. 1541-ci ildə Qazi xan I Təhmasib tərəfindən saraya çağırılır və qətlə yetirilir. Başçısız qalan tayfa bütün Azərbaycan ərazisinə dağılır. Əhalinin bir hissəsi də indiki Masallı rayonunun Təklə kəndi ərazisində məskunlaşır. Təklə əhalisi köçəri deyil, köçəri maldarlar olmuşlar.

(Mənbə: H.Sadıqov: Təklə tayfasının keçmişinə və bu gününə həsr edilən tədqiqat əsəri” məqaləsi. “Azərbaycan” qəzeti, 18 aprel 2014-cü il).    


Kəndin yaşlı adamlarının dediklərindən:


Kəndin Abdulla Təkləsi adlanmasının da maraqlı tarixçəsi var. Deyilənə görə, bu əraziyə köçüb gələn ilk sakin Bağır və Abdulla olmuşlar. Abdulla Yazqıraq çayının sol sahilində məskən salır və Təklə tayfasından gəldikləri üçün kəndi Təklə adlandırırlar. Çay daşqınları olanda onların sağ sahillə əlaqələri kəsilirmiş. Odur ki, Bağır kişi Abdullaya sağ sahildə yer ayırır və adamlar ora köçürlər. Yeni salınmış kənd Abdullanın adı ilə Abdulla Təkləsi adlanır. 


Təklə kəndində tirələr-tayfalar:


Kənddə əsasən 7 tirə mövcuddur: 

1. Ceyranlılar                2. Göycələr                  3. Allahverdililər

4. Şahqazililər               5. Bəylər                                  6. Hüsənlilər

7. Aşağıbaşlılar

Tirələrdən birinin “Şahqazili” adlanması təkləlilərin Qazi xan Təkəli ilə bağlılığına inamı artırır. Yaşlı adamların kəndi həm də Xan Təklə kimi adlandırmaları da təsadüfi deyil. 


Adın mənası:


“Təklə” sözünün mənası “tək” və “tənha” kimi anlaşılır. “Təkəli” kimi götürəndə “tək əli (əl mənasında)”  və ya “tək Əli (adam adı kimi)” mənalandırılır. 

“Təklə” coğrafi ad kimi müxtəlif tarixi mənbələrdə Takla, Takle, Tekle, Tekla, Təklo, Tokle, Tekli, Təklə və s. kimi variantlarda göstərilir ki, bu da adın müxtəlif xalqların dillərində dialektlərin təsirinə məruz qalması ilə izah olunur. 

(Mənbə: Filologiya elmləri doktoru Bilal Alarlının “Bir adın iziylə” məqaləsi).   


Təklə kəndinin əhalisi: 2097 nəfər (01. 01. 2021-ci il tarixə).

            O cümlədən:   kişi:  992 nəfər;   qadın:   1105 nəfər.  


 Ərazisi:                                              1384 ha


Coğrafi mövqeyi:
 
Aran, Masallı rayonunun şimal-qərbində, Bakı-Astara dəmir yolunun sağ və sol tərəflərində yerləşir.

 

Kənd əhalisinin məşğuliyyəti:

Əkinçilki və maldarlıq.

Kəndin həmsərhəd olduğu kəndlər:
Şimali-qərbdən Cəlilabad r-nun Kazımabad, Maşlıq kəndləri, Masallı rayonunun Mollahəsənli, Çaxırlı, Ləngan kəndləri ilə həmsərhəddir.

Təklə kəndində ilk məktəb:

 

1930-cu ildə ilk ibtidai məktəb açılıb. 1950-ci ildə orta məktəb yaradılıb. 

Yeni məktəb 1987-ci ildə tikilib.


 

 

 

İlk müəllimləri:

İlk məktəb açılan kimi orada rayonun Qızılağac kəndindən olan Ağaverdi Məmmədov (tibb elmləri namizədi, məşhur həkim Üzeyir Məmmədovun atası), rayonun Şərəfə kəndindən Zeydulla müəllim dərs demişlər.

Miriyev Aqil, Zeynalov Yusif, Nurullayev Ələşrəf, Behbudov Aslan da kəndin ilk müəllimləri olmuşlar.


Kəndin ilk ali təhsillisi:

 

Əliyev Rəşid Qulam oğlu

 

Müharibədən qabaq Lənkəran Pedaqoji məktəbinui bitirib, müharibədən sonra Lenin adına ADPİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. O, uzun müddət Təklə kənd orta məktəbində dil-ədəbiyyat fənnini tədris edib. Vəfat edib. 


Tarixi abidələri:


Yeraltı kurqan


Təklə kəndinin ən qədim abidəsi Masallı abidələri siyahısında inventar №1559 sayı ilə qeyd olunmuş Viləbuta yeraltı kurqanıdır. “Viləbuta” sözünün mənası “azad (uca)” “alov” anlamındadır. Kurqandan və onun ətrafından tapılan müxtəlif sikkələr, zinət əşyaları və digər əşyalırın qalıqları (kəmərbaşlığı, tunc qolbaq, çini qab tikələri) onun hətta tunc dövrünə aid olduğuna ehtimalı artırır. Güman edilir ki, bu ərazidə hələ eramızdan qabaq IV-II minilliklərdə yaşayış olmuşdur. 


Kolxoz təsərrüfatı:


İlk kolxoz 1930-cu ildə yaradılıb. Təklə kəndində K. Marks adına kolxozun ilk sədri Əsgər Abasov olmuşdur.


Məscid


Kənddə 2 məscid var. 

1-ci məscid 1990-cı ildə tikilib. Məscidin inşasında Hacı Bayram İmran oğlunun və Seyfi Abıyevin xüsusi dəstəyi və iştirakı olmuşdur.

 


2-ci məscid 2002-ci ildə tikilibBu məscid Nuriyev kərbəlayi Muxtar Qulam oğlunun rəhbərliyi və yaxından dəstəyi ilə inşa edilmişdir.


 

Nuriyev Muxtar Qulam oğlu



 


Kəndin din xadimləri:


Molla Hacı Cəfər Axund – 1845-ci ildə Masallının Təklə kəndində doğulub. İbtidai təhsilini kənddə alıb, orta təhsilini almaq üçün Ərdəbil şəhərində mədrəsədə oxuyub. Nəcəf-Əşrəf şəhərində ali ruhani təhsil alıb. 1935-ci ildə vəfat edib. 


Şeyx Əli Cəfərov Hacı Cəfər Axund oğlu –

 

1897-ci ildə Masallı rayonun Təklə kəndində anadan olub. İranın Qum şəhərində 14 il ali ruhani təhsil alıb və müctəhid rütbəsinə qədər yüksəlmişdir. 1956-cı ildə vəfat edib.


Molla Museyib Ceyranlı,            Molla Həmid Aşağıbaşlı, 

Molla Abbas Göycəli,               Şeyx Hatəm Göycəlinin də bir təhsilli ruhani kimi kənddə fəaliyyətləri çox olub. 


Hacı Miryəhya Dənizxan oğlu Bəşirov

 
 
12.01.1966-cı ildə Masallı rayonun Təklə kəndində anadan olub. Hacı Mir Qiyas Təhməzovdan təhsil alıb. Kənddə dini ayinləri yerinə yetirir.

Hacı Mübariz İsmayıl oğlu Quliyev
 
 

13 yanvar 1966-cı ildə Masallı rayonun Təklə kəndində anadan olub. Hacı Mir Qiyas Təhməzovdan təhsil alıb və kənddə dini ayinləri yerinə yetirir.


Mikayılov Seyran Əli oğlu - Təklə kənd Dini İcmasının sədri. 1-ci məscidin rəhbəri.

 

Hüseynov Güləhməd Məmməd oğlu – Təklə kənd Dini İcmasının sədr müavini, 2-ci məscidin rəhbəri.

 


II Dünya Müharibəsinin iştirakçıları: 


Zeynalov Yusif Məmməd oğlu – 1918-ci ildə Masallı rayonunun Təklə kəndində doğulub. II Dünya müharibəsində iştirak edib və 1942-ci ildə əsir düşüb. Əsir düşərgəsində yoxlama zamanı yoxlayıcı bunun azərbaycanlı olduğunu bilir və onu əsir düşərgəsində çıxan qəzetə işə düzəldir. O, müxbir kimi fəaliyyət göstərir. 1943-cü ildə Musavat partiyasının Çexiyanın paytaxtı Praqada keçirilən qurultayında jurnalist kimi iştirak edir. Bu qurultayda iştirak edən Musavat Partiyasının başqanı Məmməd Əmin Rəsulzadə ilə tanış olur. Bir müddət sonra Məmməd Əmin onu Türkiyəyə dəvət edir. Yusif Zeynalov eyni zamanda bir şair kimi də ad çıxarmışdı. Onun Vətən haqqında, əsirlikdə keçirdiyi əzablı günlər, doğmalarının həsrəti ilə bağlı şeirləri müxbiri olduğu qəzetin səhifələrində dərc olunurdu. Elə buna görə də müharibədən sonra əsirlikdən qurtaranda bu yazılarını bəhanə edərək onu həbs edirlər. Həbsdən qurtarandan sonra kəndə qayıdan Yusif Zeynalov Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsində qiyabi yolla təhsil alır. Uzun müddət Təklə kənd orta məktəbində alman dili müəllimi işləyir.  Vəfat edib.


Abbasov Əsgər Əli oğlu – Baş ədliyyə müşaviri.

 

25 mart 1920-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olub. 1937-1940-cı illərdə Bakı maliyyə-Kredit Texnikumunda təhsil alıb. 1940-cı ildə hərbi xidmətə çağırılıb və II Dünya Müharibəsində iştirak edib. Berlinə qədər döyüşüb. Dəfələrlə SSRİ Ali Baş Komandanı İ. Stalinin imzaladığı təşəkkürnamələrlə, 2 orden və bir neçə medalla təltif olunub. 1946-cı ildə ordudan tərxis olunub. Qısa müddətdə kəndə kolxoz sədri kimi fəaliyyət göstərib. 1946-1948-ci illərdə Bakı Hüquq Məktəbində oxuyub və Respublikanın bir çox prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində qiyabi oxuyub. Uzun müddət bir neçə rayonda və əsasən Cəlilabad Rayon Prokurorluğunda məsul vəzifələrdə çalışıb. 1978-ci ildən 1992-ci ilə qədər işlədiyi müddətdə fəaliyyəti dəfələrlə SSRİ və Azərbaycan SSR Baş Prokurorluqları tərəfindən növbədənkənar rütbə, təşəkkürlər və qiymətli hədiyyələrlə qiymətləndirilib. 11 mart 1992-ci ildə vəfat edib.       


Alimlər: 


 
Sadıqov Həsənbala Hənifə oğlu -  Tarix elmləri doktoru, professor. 

 


1946-cü ildə Masallı rayonunun Təklə kəndində anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində Lenin təqaüdü ilə oxuyub və fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildən təyinatla gəldiyi  Gəncə Dövlət Universitetində işləyir. 1971-1975-ci illərdə əvvəlcə dissertant, sonra Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur.1975-ci ildən tarix elmlər namizədi, 1992-ci ildən tarix elmləri doktorudur. 1983-cü ildə dosent adı almışdır. 1992-ci ildən professordur. 1992-1995-ci illərdə Gəncə Dövlət Universitetinin rektoru işləmişdir.1998-2008-ci illərdə Türkiyə Respublikasının Yüzüncü İl Universitetində xarici vətəndaş statusunda professor, eyni zamanda “Postsovet ölkələri üzrə rektor yardımçısı-prorektor“ işləmişdir. 2008-ci ildə Gəncə Dövlət Universitetində Ümumi tarix kafedrasına müdir seçilmişdir. 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar müəllimidir. 2011-2015-ci illərdə Tarix və Coğrafiya fakültəsinin dekanı işləmişdir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqədar tədqiqatlarına görə (5 kitab:-Onlardan biri: Azərbaycan Xalq Cümhuriyyətinin paytaxı və mübariz qərargahı - Gəncə. 2018)  Azərbaycan Respublikası prezidentinin “Cümhuriyyət“ medalı ilə təltif olunmuşdur.10-larla monoqrafiyanın müəllifidir. Azərbaycanda erməni məsələsinin tədqiqi üzrə “Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan”:kitabı Türkiyə Respublikasında hazırlanaraq,2012-ci ildə Bakıda  çap olunub. Kitab Türkiyə Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə Dostluq qrupu tərəfindən təqdimatı keçirilib. 250-dən artıq məqaləsi konfrans materiallarında, jurnal və nüfüzlü qəzetlərdə çap olunmuşdur. 1998-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində fəaliyyət göstərən üç indeksli (tarix, arxeologiya, etnoqrafiya) tarix ixtisası üzrə müdafiə şurasının üzvü olmuşdur. Hal-hazırda mərkəzi Türkiyə Respublikasında  və 12 ölkədə ofisi olan  Qafqaz Strateji Araştırmalar Mərkəzinin Azərbaycan şöbəsinin üzvüdür. Gəncə Dövlət Universitetinin professoru, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiridir. 


Müxtəlif vəzifələrdə çalışanlar:


Kənddə:

Qasımov Hənifə Sadıq oğlu
 
Masallı rayonun Təklə kəndində anadan olub. Kəndin ilk kolxoz sədri 1946-1951 ci illərdə işləyib.


Tağıyev Abdulla – 1943-cü ildə Təklə kənd XDS-nin sədri olub.


 
Əliyev Mustafa İsa oğlu
 
11.05.1950-ci ildə anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Ərazi nümayəndəsi işləyib. Vəfat edib.


Rayonda:


Savalanlı Şirməmməd Nuru oğlu – 1920-ci illərin aktivi olub. rayonun Həsənli kəndində partiya-sovet işində çalışıb. Masallı Rayon Komsomol Komitəsinin I katibi vəzifəsində işləyib.


Bayram Bayramov – Masallı Rayon Sovxoztikinti İdarəsinin müdiri vəzifəsində işləyib.


Nurullayev Sədulla Xasay oğlu – Masallı Rayon Kənd Təsərrüfatı İdarəsində Baş mühasib işləyib. Müharibəyə gedib, qayıtmayıb.


Respublikada və ölkədən kənarda:


Zeynalov Talıb İbrahim oğlu – Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

Kərimov Kərim  Əsəd oğlu-   1925-ci ildə Masallə rayonun Təklə kəndində doğulub, II Dünya Müharibəsində iştirak edib, 1947-1953-cü illərdə ATİ-nin müalicə-profilaktika fakültəsində təhsil alıb. Qazaxıstan SSR-də həkim işləyib. 1959-cu ildə Azərbaycana qayıdıb, müxtəlif tibb müəssisələrində həkim işləyib. Son iş yeri Cəlilabad rayon Göytəpə xəstəxanasında həkim-rentgenoloq işləyiv. Vəfat edib.


Hüquq sahəsində:


Bayramov Əli Yusif oğlu - prokuror
1945-ci ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında rayon prokuroru və Respublika prokurorluğunda məsul vəzifələrində işləyib. Yazıçı-publisistdir. “Qızıl qələm” mükafatçısıdır

Zeynalov Zakir Nuru oğlu  - Respublika Vəkillər Kollegiyasının üzvü
 1949-cu ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında prokuror köməkçisi işləyib. Hazırda vəkillər kollegiyasında işləyir.


I Qarabağ Şəhidləri:

 

Bəşirov Elşən Dənizxan oğlu  - 1973-1993-cü ilin aprelin 02-də şəhid olub.

Cəfərov Rəfael Gülhüseyn oğlu - 19 aprel 1986- 19 iyul 2005-ci ildə şəhid olub.

 

II Qarabağ m-si haqqında


II Qarabağ Müharibəsində 9 nəfər iştirak edib. 2 nəfər qazidir.


Şəhidlər bulağı

 



Yazarlar:

Bayramov Əli Yusif oğlu – yazıçı-publisist

(Ətraflı “Müxtəlif vəzifələrdə işləyənlər” bölümündə)


TƏKLƏ kəndində nə çatmır?


Orden və medal alanlar:
 Müxtəlif rəhbər vəzifələrində fəxri adlar və mükafatlar alanlar:

Qəhrəman analar: sayı

Digər tanınmışlar (musiqi, idman, və sair):


Kəndin adı:                              Xoşçobanlı


 


Əhalisi: (01. 01. 2021-ci il tarixə)           2168 nəfər;

            O cümlədən:  kişi: 1030 nəfər;   qadın:  1138 nəfər.

 

Ərazisi:                                               429 ha


Kəndin tarixi və adının mənası: 

 XVIII əsrin axırlarına təsadüf edir və1780-ci ildən hesablanır. İranın Xoy vilayətindən gələnlər Xoşçobanlı kəndinin əsasını qoyublar. Gələndə çox sayda mal-qara və qoyunlar gətiriblər. Elə kəndin adı da buradan götürülüb-Xoy çobanları, Xoy şəhərindən gələnlər.

 

Coğrafi mövqeyi:
 
Masallı rayonunun şimal-qərbində, Masallı-Astara dəmir yolundan şimalda, Aran ərazidə yerləşir.

 

Kəndin əsas məşğuliyyəti:
 
Maldarlıq, tərəvəzçilik, taxılçılıq və kartofçuluq.

 

Kəndin sərhədləri:
 
Şərqdən Masallı rayonunun Təklə, şimaldan Xırmandalı, şimal-şərqdən Sığıncaq və cənub-şərqdən  Mollhəsənli kəndləri ilə həmsərhəddir.

 

Kəndin məktəbi:        Yoxdur.


Kəndin ilk ali təhsillisi:


Tağıyev Fazil Həşim oğlu
Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. Uzun müddət Təklə kənd orta məktəbində coğrafiya fənnini tədris edib. Təklə kənd orta məktəbində direktor işləyib və vəfat edib.

 

II Dünya Müharibəsi iştirakçıları:                     6 nəfər.   


Məscid:                         2 məscid var


Din xadimləri:              Nağıyev Mirənnağı Mirqədir oğlu.


 
Kəndin tanınmış adamları: 


Rayonda:


1. Əkbərov Əkbər Ağalələ oğlu – 1935-ci ildə Xoşçobanlı kəndində doğulub. 1957-ci ildə ADFPİ-nun dil-ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirmişdir. Ali Partiya Məktəbini bitirdikdən sonra Masallı RP komitəsində təlimatçı, Rayon Sığorta İdarəsində müdir, Rayon Maliyyə Şöbəsinidə müdir, Nizami adına sovxozun direktoru vəzifələrində işləyib. 


2. Əkbərov Bahadır Əliş oğlu – 1951-ci ildə Xoşçobanlı kəndində doğulub. 196801973-cü illərdə Az. Politexnik İnstitutunun mexanika fakültəsində oxuyub. 1979-cu ildən Masallı Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardlım Cəmiyyətində “Sürücülük” məktəbinin müdiri olub. Hazırda Hərbi Vətənpərvərlik və Mütəxəssis hazırlığı Mərkəzinin Masallı Rayon Filialının direktorudur.


3. Cəfərov Famil Soltanağa oğlu 10 fevral 1974-cü ildə doğulmuşdur. 1993-1997-ci illərdə ADPU-da bakalavr, 1997-1999-cu illərdə magistr təhsili alıb. 1999-2014-cü illərdə Masallı və Lənkəran Yer Quruluşu İdarələrində mühəndis işləmişdir. 2014-cü ildən Masallı Rayon İH-də Baş məsləhətçidir.  


Respublikada:


1. Əliyev Ramiz Beytulla oğlu - Əməkdar həkimdir
 20.02.1947-ci ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə ADTİ-na daxil olub və 1971-ci ildə bitirib. Təyinatla Qaradağ rayonunda həkim sonra xəstəxananın baş həkimi və səhiyyə şöbəsinin müdiri işləyib.. Ailəlidir. İki övlad atasıdır.


2. Əsgərov İlham Təvəkkül oğlu - Respublikanın xalq artisti.

 


16 iyul 1958-ci ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. İncəsənət İnstitutunu bitirib.1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir
[4]. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Azxərbaycan Dövlət Radiosunun “Bulaq” verilişinin aparıcısı olub. 28.10. 2000-ci ildə əməkdar, 15 may 2006-cı ildə xalq artisti adını alıb. 2 dəfə Prezident Mükafatlarını alıb. C.Cabbarlı mükafatı laureatıdır.  06. 09. 2015-ci ildə vəfat edib. 


 
3. Rüstəmov Həsənbala Nəriman oğlu
 
Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. Əmək fəaliyyətinə görə 2 dəfə Azərbaycan   Respublikası Ali Sovetinin deputatı olub. Vəfat etmişdir. Dəqiq məlumat yoxdur.



Yazarlar: 

Rafiq Tağı – publisist-şair.


 


5 avqust 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. 1972-ci ildə Azərbaycan DTİ-nu bitirib. Sabirabadın Yolçubəyli, Masallı rayonunun Həsənli kəndlərində Baş həkim, 1979-90-cı illərdə Rusuyanın Kalinin və Moskva şəhərlərində, 1990-cı ildən Bakı şəhər Təcili Yardım Stansiyasında işləmişdir. 2006-cı ildə “Sənət qəzeti”ndə çap olunan “Avropa və biz” məqaləsinə görə həbs edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il əfv fərmanı ilə azad olunub. Lakin həmin məqaləyə görə iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. 2011-ci ilin 19 noyabrında o, naməlum şəxslər tərəfindən bıçaqlanır və 23 noyabrda vəfat edir. 

6 kitab müəllifidir. “EQO” yaradıcılıq Ordeninin və Azad Yazarlar Ocağının üzvü olub.


2. Cəfərov Soltanağa Məmmədəli oğlu –  Azərbaycan Yazıçıları Birliyinin üzvü.

1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. 1966-70-ci illərdə ADPİ-nin coğrafiya fakültəsində oxuyub. 1970-1993-cü illərdə Sığıncaq məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1993cü ildən 2016-cı ilə qədər Masallı RTŞ-də böyük məsləhətçi və TQDK-nin rayon üzrə məsul katibi olmuşdur. Bir neçə bədii və elmi kitabların müəllifidir. AJB-nin üzvüdür.


I Qarabağ Müharibəsi Şəhidləri:
 
1. Bağırov Rövşən Malik oğlu - 28 oktyabr 1976 - 29.12.1999-cu ildə şəhid olub.


II Qarabağ Müharibəsi haqqında:

Şəhidlər:

 


1. Mustafayev Musa Əlövsət oğlu – 23. 03. 2001- 23. 10. 2020.

2. Bağırov Məmmədağa Həsənağa oğlu – 02. 12. 1997 – 24. 11. 2020.


XOŞÇOBANLI kəndi  ---   nə çatmır??


II Dünya Müharibəsində iştirak edənlər (tam məlumat – ölən-qalan): 

Orden və medal alanlar:
 Fəxri adlar və mükafatlar alanlar:

Qəhrəman analar: sayı

Sovet dönəmində və müasir dövrdə tanınmış insanlar, rəhbər vəzifələrdə işləyənlər:

Digər tanınmışlar (musiqi, idman, vəsair):


Kəndin adı:                  Mollahəsənli


 

 

Əhalisi: (01. 01. 2021-ci il tarixə)           1257 nəfər;

            O cümlədən:  kişi: 654 nəfər;   qadın:   603 nəfər.          

 

Ərazisi:                                    373 ha


Kəndin adının mənası və tarixi:           


XV əsrin ortalarında Türkiyənin Kəmərqaya adlanan köyündən yerli ağsaqqallardan küsüb gəlmiş, kənddə mirzəlik etmiş, Molla Həsən adlı şəxsin adı ilə bağlıdır. Hazırda Mollahəsənli kəndində Mollahəsənlilər nəsli ilə İbrahimlilər, Köçərilər və Sarıcəfər tayfaları yaşayırlar.
             Kəndin tarixi 1550-ci ildən hesablanır – təqribən 600 ilə yaxın. 5 mart 2013-cü ildə Təklə inzibati ərazi dairəsindən St.Masallı qəsəbəsi ləğv edcilərək Dövlət reyestrindən çıxarılmışdır. St. Masallıı qəsəbəsinin mülkiyyətində olan 58,8 ha ərazi bütövlükdə Təklə kənd ərazi dairəsi tərkibində Mollahəsənli kəndinin inzibati ərazisi ilə birləşdirilmişdir.


Coğrafi mövqeyi:

 

Masallı rayonunun şimal-qərbində, Bakı-Astara dəmir yolunun şimalında, Muğan zonasında, aran ərazidə yerləşir.

 

Kəndin əsas məşğuliyyəti:    Maldarlıq, tərəvəzçilik, taxılçılıq və kartofçuluq.

 

Kəndin sərhədləri:

 

Şimal-qərbdən Xoşçobanlı, qərbdən Təklə, şərqdən Sığıncaq kəndləri ilə həmsərhəddir.

 

Kənddə ilk məktəb:                  1936-cı ildə yaradılıb.

 

Kəndin ilk ali təhsillisi:

 

Kəlbiyev Sami Yusif oğlu - O, 1918-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. APİ-nu bitirib. Bir müddət dil-ədəbiyyat müəllimi işləyib. Sonralar rəhbər vəzifələrdə işləməklə keçmiş H. Aslanov adına sovxozun direktoru olub. II Dünya müharibəsi veteranıdır. 


II DünyaMüharibəsiiştirakçıları:    14 nəfər  


Alimlər:


Tağıyev Sərxan Əbülfəz oğlu

 

1944-cü ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olmuşdur. 1962-1967-ci illədə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsində oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ildə həmin İnstitutun “Dərman preparatlarının texnologiyası” kafedrasında professordur, (elmlər doktorudur). . 


Kəndin tanınmışları:


Kənddə:


Mehdiyev Meybulla      – uzun müddət kolxoz sədri işləmişdir.

Tağıyev Mahmud  - uzun müddət kolxoz sədri işləmişdir.

Tağıyev Abdulla Hüseyn oğlu - 1906-cı ildə anadan olub. Ali təhsil alıb. Təklə kənd sovet sədri və Həzi Aslanov sovxozunun direktoru vəzifəsində işləmişdir. 1940-cı ildə indiki Masallı Dəmir yolu vağzalının Mollahəsənli kəndi ərazisində salınmasına nail olub.




Rayonda


Tağıyev Maarif Abdulla oğlu - 1938-ci il anadan olub. 1958-1964-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxumuşdur. Astara rayon Mərkəzi xəstəxanasında həkim, sonra Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimin müavini və poliklinikanın müdiri vəzifəsində işləyib. 2012-ci ildə vəfat edib.


Tağıyev Zakir Abdulla oğlu - 1942-ci ildə anadan olub. 1965-ci ildə ADTİ-nun stomatologiya fakültəsini bitirib. 1965-1976-cı illərdə Lənkəran stomatologiya şöbəsində, 1976-2002-ci illərdə Respublika Stomatologiya poliklinikasında işləyib. Hazırda təqaüdçüdür.

 

Respublikada:


Tağıyev Asəf Abdulla oğlu - 1939-cu ildə anadan olmuş, 1960-cı ildə ADTİ-na qəbul olub. 1965-ci ildə ADTİ-nu bitirib. 1965-1966-cı illərdə Azərbaycan Respublikasında Baş Apteklər idarəsində şöbə rəisi, 1980-88-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyində Hərbi-Tibbi Təchizat idarəsinin rəisi, 2004-cü ilə kimi Səhiyyə Nazirliyində digər rəhbər işlərdə çalışmış və hazırda təqaüdçüdür.

 

Tağıyev Vasif Abdulla oğlu - 1955-ci ildə anadan olub. 1972-ci ildə Bakı şəhərində 6 saylı orta məktəbi bitirib. 1981-ci ildə Azərbaycan İqtisadiyyat Universitetini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləmiş hazırda iş adamıdır. Bakı şəhərində yaşayır.


Kərimov İqamət Novruz oğlu - 1949-cu ildə anadan olub. Türkmənistan Respublikasının Marı rayon Elektrik stansiyasının tikintisində işləmiş və əmək kollektivinin göndərişi ilə Türkmənistan Daxili İşlər Orqanına işə qəbul edilmişdir. 1973-cü ildə Türkmənistan Respublikasının Aşqabad Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1983-cü ildə Azərbaycan Daxili İşlər orqanında xidmətini davam etdirmək üçün Yardımlı rayon Polis Şöbəsinə göndərilmişdir. 1988-ci ildə Masallı rayon Polis Şöbəsində işləmişdir. Erməni İşğalçılarına qarşı 1988-1989-cu illərdə Zəngilan, Qubadlı, Laçın, Şuşa və Qarabağın başqa bölgələrində cəsarətlə vuruşmuşdur. Hazırda Masallı rayon İHB-nın Təklə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsidir.

Tağıyev Nurəddin Əbülfəz oğlu


 1961-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1968-1978-ci illərdə Təklə kənd orta məktəbini bitirib. 1978-1983-cü illərdə Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almışdır. Hazırda Özəl “AzərStar” Tikinti Şikətinin Vitse Prezidentidir.


Zabitlər:


Tağıyev Ələddin Əbülfəz oğlu – Azərbaycan Silahlı Qüvvələri zabiti – mayor.
 1965-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1973-1983-cü illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1989-cu illərdə N. Nərmanov adına ADTİ-nin Əczaçılıq Ali təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda “N” saylı hərb hissədə komandir müavinidir. Mayor rütbəsindədir.


I Qarabağ müharibəsi şəhidləri:

1. Dəmirov Firudin Əlibala oğlu   ---     02.02.1968 - 29 sentyabr 1992-ci il.

 



2. Hüseynov Ədalət Vaqif oğlu  --     25.10.1980 - 25 oktyabr 1999-cu il.

 

Kənd məscidi

 


Kəndin din xadimləri:


MOLLAHƏSƏNLİ kəndi    ---   nə çatmır?? 

Müxtəlif rəhbər vəzifələrində fəxri adlar və mükafatlar alanlar:

Qəhrəman analar: sayı

Digər tanınmışlar (musiqi, idman, vəsair):


Kəndin adı:                             Sığıncaq

 

Əhalisi:  (01. 01. 2021-ci il tarixə) 2331 nəfər;

            O cümlədən:   kişi: 1137 nəfər;    qadın:  1194 nəfər.
Ərazisi:                                               703 ha.


Kəndin adının mənası:
 
Pənah gətirmək, Sığınacaq mənasına uyğun olaraq, Sığınacaq, sonra isə Sığıncaq adlandırılıb. Bura qədim türk yaşayış məskənidir.


Kəndin tarixi:

 

Kəndin tarixinə nəzər saldıqda məlum olur ki, kəndin tarixi qədimlərə gedib çıxır. Çünki qədim qəbrlərin üstündə at və qöç şəkli olan məzar daşları var. Sovetlər dövründə mənfur ermənilər şayə yayaraq bildiriblər ki, qoç və at heykəli olan məzardaşlarda qiymətli metallar, yəni qızıl var. Bu şayələr nəticəsində bu məzar daşları dağıdılıb. Son məskunlaşma 500 ildən çox deyil. Kəndin tarixi XVI-XVII əsrlərə gedib çıxır.
 Xəzər dənizi sularının çəkilməsi ilə əlaqədar olaraq cənubdan, xüsusilə Ərdəbil mahalından Qocabəyli, Hacıxocalı, Qaralar, Homunlu, Obalar və Bəydili tayfaları bu əraziyə köç etmişlər. Bu köçmələrə görə kəndin adı Sığıncaq adlanmışdır. Yaşlı şəxslərin dediyinə görə, kəndin əvvəli indiki Quruqobu deyilən ərazidə, sonra isə Əzimqumu deyilən yerdə olub. Əhalinin son məskunlaşma yeri Ağqobu çayının bulaqları və içməli suyu bol olan sahilləri seçilmişdir.


Sığıncaq kəndinin formalaşması:

 

1878-ci ildə Bakı quberniyasına daxil olan ərazilərin xəritəsində daha dəqiq göstərilmişdir. Kəndin ərazisi sayılan Elyas qışlağının da ərazisi Sığıncaq torpağı kimi qeyd olunur. Elyas qışlağı, deyilənə görə, Əmənbəyin qızına verdiyi cehizdir. Elyas qışlağı 1878-ci ilin fevralında çap edilmiş Bakı quberniyasının 384 saylı sərənvamı ilə tərtib edilmişdir. 1930-cu ilədək Lənkəran qəzasının Prişib nahiyyəsinə daxil olmuş, 1930-cu ildən Masallı rayonun inzibati vahidinə daxil edilmişdir.

 

Coğrafi mövqeyi:
 
Masallı rayonunun şimal-qərbində , Bakı-Astara dəmir yolunun şimalında, Muğan zonasında, aran ərazidə  yerləşir.

 

Kəndin əsas məşğuliyyəti:
 
Maldarlıq, tərəvəzçilik, kartofçuluq və taxılçılıq.

 

Həmsərhəd olduğu kəndlər:
 
Cənubdan Çaxırlı, qərbdən Xoşçobanlı, şimaldan Hacıtəpə, Xırmandalı və cənub şərqdən Həsənli kəndləri ilə həmsərhəddir.


Məscid:  

Kənd formalaşan vaxtdan – XVI-XVIII əsrlərdən məscid olmuşdur. Köhnə məscid 1918-ci il “Qaçaqaç”ı zamanı erməni və malakan vandallığı nəticəsində yandırılmışdır. 

Yeni məscid 2007-ci ildə kənd camaatının maddi və mənəvi dəstəyi ilə inşa edilmişdir.  Memarı Məmmədov Məmmədtağı Mürsəl oğludur.


Məktəb:

1926-cı ildə bəy ailəsi kimi “kulak” edilmiş kənd sakini Həsən Uğur oğlunun ikimərtəbəli evi müsadirə edilmiş və I mərtəbəsinin 2 otağında məktəb fəaliyyət göstərir. 

İlk müəllim rayonun Ərkivan kəndindən olan Mirməmməd müəllim olub. 

1947-48-ci dərs ilində çiy kərpicdən 7-illik məktəb tikilib. Məktəbin rəhbərləri qonşu kəndlərdən gəlib.

1969-70-ci dərs ilində məktəb 8-illik təhsilə keçib.  Məktəbin ilk direktoru sığıncaqlı Hüseynov Məmi Məmməd oğlu olmuşdur. O, bu vəzifədə 1970-1987-ci illərdə işləyib.

1991-ci ildə məktəb tam orta məktəb statusu alıb.

2012-ci ildə kənddə kənddə yeni tipli orta məktəb binası inşa edilib. Məktəbin direktoru Əliyev Əhliman Elmalı oğlu ADPU-nun tarix fakültəsini bitirib. 20 ildən yuxarı məktəbə rəhbərlik edir.


Kəndin ilk ali təhsillisi:

 

Kazımov Dədəkişi Lələkişi oğlu olub. Azərbaycan DPİ-nun riyaziyyat fakültəsini bitirib.


II Dünya Müharibəsi iştirakçıları: 125 nəfər. 35 nəfər həlak olub.

Kəndin tanınmış adamları:

Kənddə:


Kəndin kənd soveti və kolxoz-sovxoz direktoru işləyənlər:
1.Hüseynov Abuzər Hüseyn oğlu   - Kolxoz quruculuğunun ilk illərində ilk kolxoz sədri olub.

2.Həsənov Mürsəl  İba oğlu – kolxoz sədri, taxıl tədarükü kombinatının direktoru olub.        

3.Tarverdiyev Abıseyn Bəhrəm oğlu – uzun müddət kənd sovetinin sədri olub.
4.Rzayev Təvəkkül Xosu oğlu - Təklə ərazisndə “Həzi Aslanov” adına sovxozun Baş mühasibi və direktoru olub.           

5. Ağayev İbadulla Yadulla oğlu – Masallı RİH-nin Təklə Ərazisi üzrə nümayəndəsi işləyir.

 

Rayonda:


Həsənov Əfsər Mürsəl oğlu  - Ali təhsilli aqronom. Üzümçülük və Şərabçılıq Trestinin Baş direktoru vəzifəsində işləyib.

.

Respublikada:


Əliyev Bahadır Atamalı oğlu – kino aktyoru.

 
 1933-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunu bitirib. Aktyor olub. Bir çox kinolarda maraqlı rolları oynayıb. 16 sentyabr 2002-ci ildə vəfat edib.


Kazımov Tahir Lələkişi oğlu  - General-mayordur.
 (Ətraflı “Zabitlər” bölümündə)


Abdullayeva Xəzəngül Mahmud qızı   - Bir çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1960-cı ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 


 
Cavadov Heybət Əjdər oğlu - “AzərSu” Səhmdar Cəmiyyəti sədrinin müavini.
 1962-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan XalqTəsərrüfatı İnstitutunda oxuyub. Müxtəlif vəzifələrdə işləyib.


Yüksək dövlət mükafatları alanlar:


Əhmədova Gülqədəm Nəhmət qızı Sosialist Əməyi Qəhrəmanı.
 
1922-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1987-ci ildə vəfat edib.


Şəmiyev Bəybala Xalıq oğlu  - Lenin orderinə layiq görülüb. Vəfat edib.


Quliyev Saday İsabala oğlu   - Lenin ordeni alıb.

 

Yazararlar:

 

Abbasov Yədulla İbadulla oğlu   - Yazıçı-publisistdir.

1949-cu ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1967-ci ildə Təklə orta məktəbini bitirib və elə həmin il Azərbaycan Neft Kimya İnstitunun Energetika fakultəsinə daxil olub və 1971-ci ildə oranı bitirmişdir. Bir neçə kitabın müəllifidir. 


Kəndin din xadimləri:

 

1.Şeyx Mikayıl Ələkbər oğlu -1873-1925-ci illərdə yaşayıb
2.Şeyx Hüseynov Məhəmməd Novruz oğlu 1879-1936-ci illərdə yaşayıb
3.Hacı Şahbazov Ramil Qardaşəli oğlu – 21.09.1977-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. Molla yanında təhsil alıb.
4.Hüseynov Məftun Ələkbər oğlu -19.11.1973-cü ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. İranın Qum şəhərində təhsil alıb.

I Qarabağ Müharibəsi şəhidləri:


1. Həsənov Fuad Sərhəd oğlu    -    1973-19.07.1992-ci illər. Ağdərə rayonunda şəhid olub. Bakıdakı Şəhidlər xiyabanında 41 şəhidlə birlikdə Qardaşlıq məzarında dəfn edilib.

 

2. Qarayev Məhəmməd Ağababa oğlu  - 10.11.1973- 30. 09. 1992-ci il. Laçında şəhid olub.  

 

II Qarabağ müharibəsi haqqında: 22 nəfər müharibə iştirakçısı var. 2 nəfəri qazidir:


Məmmədzadə Bəhruz Qasım oğlu – baş gizir.

01. 06. 1981-ci ildə doğulub. Bakıda gizirlik məktəbində kurs keçib. 22 il XTQ tərkibində qüsursuz xidmət edib. 5 noyabrda Şuşanın alınmasında xüsusi fəaliyyət göstərib. “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə”, Cəbrayılın, Kəlbəcərin, Laçının və Şuşanın alınmasına görə və  “II Qarabağ müharibəsi” medalları ilə təltif olunub. Silahlı Qüvvələr veteranıdır, II qrup əlildir.


Quliyev Nurlan Ruslan oğlu - əsgər.

10 may 2001-ci ildə doğulub. 13 iyul 2020-ci ildə Tovuzda yaralanıb. Bir neçə medalla mükafatlandırılıb.  


Zabitlər:


Kazımov Tahir Lələkişi oğlu   -Ədliyyə General-mayorudur.
 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-1981-ci illərdə  ADU-nin Hüquq fakultəsində. Əvvəlcə Gəncə şəhərində müstəntiq, prokuror köməkçisi və respublika prokurorluğunda Ağır Cinayətlərə dair İdarənin rəisi işləyib.


Abdullayev İmran Abdulrəhman oğlu – polkovnik-leytenant. 

1975-ci ildə anadan olub. Bakı Birləşmiş Komandirlər Məktəbini bitirib. 2016-cı uildə Aprel döyüşlərində iştirak edib. II Qarabağ döyüşlərində yaralanıb. Göstərdiyi igidkliklər görə Cəbrayılın, Zəngilanın, Füzulinin, Qubadlının azad olunmasına görə medalları ilə mükafatlandırılıb. 


Əsgərov Samir Sabir oğlu – polkovnik leytenant.

07. 07. 1975-ci ildə doğulub. 1992-1996-cı illərdə Bakı Ali Dənizçilik Məktəbində oxuyub. 2016-cı ildıə Aprel döyüçlərində iştirak edib. II Qarabağ döyüçlərində 073 saylı Briqadanın rabitə rəisi kimi Şuşaya qədər döyüş yolu keçib. Fəaliyyətinə görə “Vətən uğrunda igidliyə görə” , “Şücaətə görə”, Cəbrayılın, Füzulinin, Şuşanın alınmasına görə medalları ilə təltif olunub.  Silahlı Qüvvələr veteranıdır.

 

Kəndin adı:        Ləngan  


Əhalisi: (01. 01. 2021-ci il tarixə)  648 nəfər ;

                        o cümlədən: Kişi: 318 nəfər;    qadın: 330 nəfər. 


Ərazisi:          298 ha


Kəndin tarixi və adının mənası: 


Kəndin tarixi 1870-ci ildən başlayır.
 Məhəmməd Hüseyn oğluorada ilk dəfə məskunlaşıb. Onun ardınca gələnlər gec-ləng gəldikləri üçün kəndin adınıda “Ləng” sözünə uyğun olaraq Ləngan adlandırıblar.


Coğrafi mövqeyi: 

 

Masallı rayonunun şimal-qərbində, Bakı-Astara dəmir yolundan şimalda, Muğan zonasında, aran ərazidə yerləşir.


Kəndin əsas məşğuliyyəti: 
 
Maldarlıq, tərəvəzçilik və kartofçuluq.


Həmsərhəd kəndləri: 

 

Cənubdan Əhmədli, şərqdən Təklə və şimal-şərqdən  St.Masallı kəndinin ərazisi və qərbdən Cəlilabad rayonun Kazımabad kəndləri ilə həmsərhəddir.


Kənddə məktəb: 


Ləngan kəndində 2007-ci ildə ibtidai məktəb açılıb. 

İlk müəllim rayonun Çaxırlı kəndindən Gözəlov Səfər olmuşdur.


Kəndin ilk ali təhsillisi: 
 
Qasımov Əli Yunus oğlu 

 

1922-ci ildə Masallı rayonun Ləngan kəndində anadan olub. Kimya-biologiya müəllimi işləyib, II Dünya müharibəsi iştirakçısı olub və 1990-cı ildə vəvat edib.


II Dünya Müharibəsi iştirakçıları:  

1. Əliyev Alı İzzət oğlu,

 2. Ağayev Əvəz Nurulla oğlu 

3. Qasımov Əli Yunus oğlu

4. Həsənov Adıböyük Məhəmməd oğlu


Qəhrəman analar:

1. Eyniyeva Zəhra Məmmədəli qızı

2. Ağayeva Zenfira Mahmud qızı


Din xadimləri: 
 
Qasımov Əbdülhüseyn Əliməmməd oğlu
04.07.1967-ci ildə Masallı rayonunun Ləngan kəndində anadan olub və yerli din alimlərində təhsil alıb. Kənddə dini ayinləri yerinə yetirir.
Keçmişdə və bu günə qədər ərazidə rəhbər vəzifə tutanlar: 


Kənddə:
 
Əliyev Alı İzzət oğlu – Təklə Kənd XDS-nin sədri olub.
 1928-ci ildə Masallı rayonun Ləngan kəndində anadan olub. Kolxoz və sovxozda müxtəlif vəzifələrdə işləyib. Bir müddət Təklə Kənd XDS-nin sədri olub. II Dünya Müharibəsində iştirak edib.


I Qarabağ şəhidi: 
 
Musayev Murad Qurbanəli oğlu
 
18 dekabr 1975- 26 aprel 1994-cü il.


II Qarabağ müharibəsi iştirakçıları: 4 nəfər – 2 qazi.

1. Vəliyev nahid Akif oğlu – hərbiçi;   qazi.

2. Qarayev Sənan Nemət oğlu               qazi.

3. Məmmədov Əmrah Valeh oğlu 

4. Baxşiyev Laçın Kəmaləddin oğlu – könüllü.


Yazarlar:

Eyniyev Asiman Çingiz oğlu – yazıçı publisist, 2 kitab müəllifidir.


Xeyriyyəçi:

Eyniyev Pərviz Mübariz oğlu – RF-nın Perm şəhərində yaşayır. Kənd məscidinin tikintisində, kəndarası yolların və kənd qəbristanlığının təmirində maddi dəstəyi ilə yardımçı olub.



 

LƏNGAN kəndi  ---  nə çatmır??


Kəndin məktəbi – ilk açılması

İlk müəllim

Orden və medal alanlar:
 Müxtəlif rəhbər vəzifələrində fəxri adlar və mükafatlar alanlar:


Kəndin adı:                                         St. Masallı
Əhalisi: 01.01. 2021-ci il tarixə  648 nəfər.

                        O cümlədən: kişi: 318 nəfər;      qadın: 330 nəfər.      


Ərazisi:            37 ha

 

Coğrafi mövqeyi:
 
Aran, Masallı rayonunun şimal-qərbində, Bakı-Astara dəmir yolunun üstündə yerləşir.

 

Həmsərhəd olduğu kəndlər:   

Kənd Mollahəsənli kəndinin tərkibindədir, Əhmədli, Sığıncaq kəndləri ilə həmsərhəddir.


Kəndin adının mənası və tarixinə dair:
 
1940-cı ildə Tağıyev Abdulla Hüseyn oğlu (Mollahəsənli kəndindən) Təklə kənd XDS-nin sədri işləyən dövrdə Dəmir Yolu Stansiyasının tikilməsi üçün yeri o təyin etmişdir. Yeni salınan yaşayış məntəqəsi də həmin Stansiyanın yaxınlığında salınmışdır. Kənd Mollahəsənli və Sığıncaq kəndlərinin qabaq hissəsində salınıb. Vağzalın yerinin Mollahəsənli kəndinə aid torpaqda təyin edilməsi münasibəti ilə Mollahəsənli kənd sakini, o, dövrdə ferma müdiri işləyən, hazırda Təklə kənd Ağsaqqallar Şurasının sədri 87 yaşlı Abbasov Ağababa Ağadədə oğlu tərəfindən bir erkək kəsilib kasıblara paylanmış və oraya Stansiya Masallı adı verilmişdir.

Masallı Dəmiryol Stansiyası 1940-cı ildə tikilmişdir. İlk qatar 1940-cı ilin mart ayının 20-də stansiyaya daxil olmuşdur. 


Kəndin ilk ali təhsillisi:

 

Cavadov Əlicavad Müslüm oğlu
 
Uzun müddət Masallı Dəmir Yolu Stansiyasının rəisi işləyib. Vəfat etmişdir.

Kəndin tanınmışları: 

Kənddə:


Rayonda:


Respublikada:
 
Cəfərov Mirməmməd Mircəfər oğlu – polis polkovniki.
 
01.07.1949-cu ildə anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Sonralar təqaüdə çıxana kimi Ədliyyə Nazirliyinin nəzdində müxtəlif həbsxanalarda həbsxana rəisi vəzifəsində çalışıb. Polkovnik rütbəsinə kimi yüksəlib. Hazırda təqaüdçüdür. 


Kəndin din xadimi:
 
Ağayev Mirağa Musa oğlu

 

1933-cü ildə Masallı rayonun Qodman kəndində anadan olub. Müharibə vaxtı valideynlərilə St. Masallı kəndinə köçərək hazıradək orada yaşayır. Kənddə dini ayinləri yerinə yetirir.

I Qarabağ şəhidləri:
 
1. Xudavediyev Taleh Yusif oğlu - 22 aprel 1974-cü ildə doğulub. 20 aprel 1994-cü il.


2. Əliyev Rasim Ağabala oğlu - 29.10.1974- 22.05. 1994-cü ildə Ağdərə bölgəsi.


İnfrastruktur:

Məktəb, poçt, məscid.

 


St. Masallı   ---- nə çatmır??

Orden və medal alanlar:
 Müxtəlif rəhbər vəzifələrində fəxri adlar və mükafatlar alanlar:

Qəhrəman analar: sayı

Yazarlar:

Digər tanınmışlar (musiqi, idman, vəsair):

II Qarabağ müharibəsi haqqında:


Təklə İnzibati Ərazi Dairəsi ilə bağlı materialların toplanmasında yaxından köməyə görə Cəfərov Soltanağa, Əliyev Əhliman və Rzayev Əhmədə təşəkkür edirik. 


Hazırladı: “Masalli ensiklopediyası”nı hazırlayan qrup






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10