Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel



22 mart 2025

15:00

Kulis.az Rahid Uluselin "Çən  qurğuşunadlı yeniessesini təqdim edir.

Mələk insanların mübarək üzünə



Dünyanın çən həyatını qurğuşun kimi yaşayır bəşəriyyət.

Dünya müharibələrindəçarpışmalarında işlədilmiş silahlarıqurşun-güllələri əridib bir yerə yığsannəhəngbədheybətkələkötür bir Heykəl yapılar.

Adı da, təxminənbelə: “Bəşəriyyətin Qırğın TarixinəQəhqəhə”. Özü  tiran-fatehlərin mumiya-postamentiüzərində...

Çən gəlir...  bütün metallarınqan  sümüklərintel iliklərindil  bəbəklərinəl  hörüklərintabut  bələklərin... qarışığından yoğurulub qurğuşunlaşmış bu Heykəli yalayıbansığallayırtumarlayıban yumşaldır...

Heykəldən çən damcılanırqan kimigöz yaşı kimiQançır-Heykəlin ora-burası yumşalsa da, o yerindən qımıldanmır.

Çən dalğa-dalğa Titan-Heykəli bələyib ötürÖtüb keçəndəsaralıb zəhərlənir. Min kilometrlərlə sürünüb tövşüyəndənözünü dağa-daşa çırpandan sonra arınırbüllurlaşır.

Dolanıb yenə gəlir... Heykəlin üzərinə daşarlanır... Qurğuşun-Heykəl yenə qımıldanmır...

Çən bütün Dünya Okeanını yerindən çalxamaqözünə çevirməkqüdrətində olsa da, canına insan iniltilərini çəkmiş Heykəli yenənarın-narınsərin-sərin qucaraq yumşaltmaq amacında...

Bu mehrdən Heykəl yenə yumşalmırgərildikcə gərilir... Qarı-Heykəlin postamentindəki fateh sümükləri artıq dözmürçilik-çilik olub şaqqıltıyla çökür...

Heykəl yenə çatlamırAltındakı uçurumdan qarsına-qarsınadipdiri Yerə sancılır – Qılınc-Toxum kimi.

Bu Heykəl-Toxum Yeri lərzəyə gətirirYer ağrı çəkirHərgah o, bu bicbalanı bir daha doğsa, el içində – yəni Kainatda rüsvayolacaq.

Yer mələk əllərini qaldırıb Bu Heykəl-Bicbalanı canındanqurşun-güllə çıxarırmış kimi zingildədə-zingildədə dartıbçıxarırFəzaya tullayır...

Çən yenə gəlir... Ayaqları postamentindən – artıq ovulub tozaçevrilmiş fateh sümüklərindən üzülən Heykəl-Toxum fəzada gurÇən axınlarının qabağında diyirlənib ovalana-ovalana gedir... Görünməz olur...

bir daha Yerüzünə əkiləcəkmibitəcəkmi?! Bunu Çənsığalından dalğalanan yamacdakı otlar – zaman-zaman Heykəlinqartımış zindan ayaqları altında yaprıxanYerin gücüÇəninruhu ilə azad olan otlar deyir.

İynələnmiş tər-körpə nazəndə otlar bir-birinə titrək-titrəksöykənibürkək-ürkək pıçıldaşır: “...Əkməsələrbitməz... Əkməsələr bitməz...”

...İnsanoğlunun Yerüzündəki təbii gözəlliklərlə nəfəs-nəfəsəyaratdığı mübarək gözəlliklərdə bir Çən yüngüllüyüÇən mehriÇən səriniÇən yumşaqlığı var...

Çən – Yerüzünün mehlənə-mehlənəşehlənə-şehlənə gəzənruhudu – fəlsəfi düşüncənin dolanıb da çağ-çağ üzərinə gəldiyiDünya Ruhu”...

...Dünyanın Qurğuşun tarixindən Çən həyatına dönəcək yolunubəlkəelə öz canı ilə tikir bəşəriyyət?!

Çən güclüdüryoxsa Qurğuşun?!

Axı, Napoleon da başı daşdan-daşa dəyəndən sonra ... axır etirafeləmişdi kiRuh – Qılıncdan güclüdür...

Qılınc-Qurğuşunu doğrayan Ruh-Çən!

Biz sənin narın zərrələr






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10