Hişkədərə kəndi Masallı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Masallı şəhərindən 17 km cənubda yerləşir.
Ərazisi 420 hektar, əhalisi təqribən 3 min nəfərdir.
Hişkədərə toponimi talış dilində Hışkədə adlanır. Talış dilində “hışk”- quru, “ə”- birləşdirici sait, “də”- dərə deməkdir. Hişkədərə Hışkədənin təhrifə uğramış adıdır. Hışkədə/Hişkədərə Azərbaycan dilinə tərcümədə “quru dərə” mənasını verir.
Hişkədərə ərazisində aşkar olunmuş arxeoloji nümunələrə görə Masallı rayonunun ən qədim yaşayış məntəqəsi hesab olunur. Kənd eyni zamanda respublikamızın ən qədim yaşayış məntəqələrindən biri sayılır. Belə ki, Hişkədərə Masallı rayonunda yeganə yaşayış məntəqəsidir ki, ərazisində Paleolit (Qədim daş) dövrünə, daha dəqiq onun Üst Paleolit mərhələsinə (e.ə. 35-12-ci minillik) aid maddi mədəniyyət nümunələri (çaxmaqdaşı alətləri, qaşov, nizə ucu, kəsici biz, bıçaq tipli alətlər) aşkar olunmuşdur.
Hişkədərədə eyni zamnda Tunc dövrünə (e.ə.IV-II minillik) aid 7 (+3) kurqan və 2 nekropol (qədim qəbiristanlıq) da qeydə alınmışdır.
Hişkədərə kəndinin adı “Azərbaycan Respublikası ərazisində Daş dövrü abidələrinin yerləşmə xəritəsi” və “Azərbaycan Respublikasının Erkən tunc dövrü (e.ə. IV minilliyin II yarısı – III minillik) abidələrinin xəritəsi”nə daxil edilmişdir.
“Erkən tunc dövrü abidələrinin xəritəsi”ndə kəndin adı səhvən Hişkərə şəklində yazılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Hişkədərə kəndində 10-u ölkə əhəmiyyətli, 1-i yerli əhəmiyyətli arxeoloji, 1-i ölkə əhəmiyyətli və 2-si yerli əhəmiyyətli memarlıq abidəsi olmaqla ümumilikdə 14 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.
Bu abidələr aşağıdakılardır:
Ölkə əhəmiyyətli arxeoloji abidələr
Yerli əhəmiyyətli arxeoloji abidələr
1. Əli Məhəmməd şah qəbiristanlığı (inv: 5960; Orta əsrlər dövrü)
Ölkə əhəmiyyətli memarlıq abidəsi
Yerli əhəmiyyətli memarlıq abidələri
Hişkədərə kəndi ərazisində rəsmən qeydə alınan tarix və mədəniyyət abidələrinin sayına görə Masallı rayonunda Ərkivan qəsəbəsindən (17) sonra ikinci yerdə durur. Üçüncü yerdə 12 abidə ilə Mahmudavar kəndi qərarlaşmışdır.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi













