Bu gün, oktyabrın 19-də, saat 14:30-da Ərkivan qəsəbə stadionunda Ərkivan Futbol Klubu Lənkəran futbol klubu ilə ,Masallının VİLƏŞ Futbol klubu isə Masallı şəhər stadionunda Salyanın Xıdırlı kənd Futbol klubu ilə qarşılaşacaq.
Neçə vaxtdır ki, Lənkəran-Astara iqtisadi zonası (Astara, Lənkəran, Masallı, Cəlilabad və sai) və ətraf rayonlarda normal stadionlar olsa da, onların ölkə miqyasında təmsil olunan bir komandası belə yoxdur. Halbuki vaxtı ilə Xəzər- Lənkəran Viləş komandaları ölkənin ən adlı-sanlı komandaları sırasınnda idi. Hətta Viləş 1 dəfə ölkə çempionatında mükafata layiq 3 cü yeri tutmağa nail olub.
Bu ildən isə komandalarımızla bağlı xoş xəbərlər gəlməkdədir. Belə ki. AFFA-nın Region liqasında komandaların sayı 67-ə çatıb. Həmin komandalar sırasında Masallıının 2, Lənkəranın 1, Cəliliabadın 1 eləcə də Salyanın 3 (Naxçıvan da bura daxildir), Biləsuvar, Neftçala futbol klubları da daxildir. Ümumilikdə cənub qrupunda 9 komanda yarışascaq. Hər zonada daha yaxşı nəticə göstərmiş 3 komanda növbəti mərhələyə çıxacaq. Ərkivan FK – nin baş məşüçisi Ramil Həsənov əməkdaşımıza bildirib ki, vaxtı ilə Viləş futbol komandasında 9 futbolçu ilə təmsil olunan Ərkivan bu gün də futbol ənənələrini qoruyur. Son illər komandamız Həvəskarlar liqasında olduqca uğurlu nəticələr əldə edib.
İlk oyunumuz Lənkəran futbol klubu ilədir. Hazırda Ərkivan stadionunda ciddi abadlıq işləri aparılır. Komandanın konkret sponsoru yoxdur. Komandanı almaq istəyənlər, hətta Türkiyədən də almaq istəyənlər var. Lakin biz razılaşmırıq. İnanırıq ki, Ərkivanın tanınmış, ölkə miqyasında tanınmış xeyriyyəçiləri iş Gülağa Tənha, Abdulla, Abdullayev, Məşkur Qasımov, Qalib Məmmədov, Hikmət Məmmədov komandamıza kömək əlini uzadacaq.
Hazırda ərkivanlı futbolçular ölkənin bir çox tanınmış klublarında çıxış edir. Hazıkı Əkivan klubunun əksəriyyəti isə ərkivanlılardan və qonşu rayonlarının futbolçularından formalaşıb.
Salyanın Xıdırlı futbol klubu ilə oyuna ciddi hazırlaşırıq. Komandanın ciddi maddi ehtiyacları var. Hələ ki, Masallı Elektronestin rəhbəri Ruslan Baxışov, bir qədər də şəhər bələdiyyəsi qismən yardım edib. Sabah nahardan sonra hamınızı şəhər stadionuna komandamızın oyununa baxmağa dəvət edirik.
Region liqasının cənub qrupunda çıxış edəcək komandalar:
1.Masallı Viləş FK
2. Masallı Ərkivan FK
3. Salyan FK
4. Salyan OİK FUTBOL KLUBU
5. Naxçılvan FK
6. Neftçala fk
7. Lənkəran FK
8 .Cəlilabad fk
9. Biləsuvar FK
Hazırladl: Turan Əlisoy