Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

CƏNUB.AZ təqdim edir: Ərkivanın ilk hərbi polkovniki


20 mindən artıq əhalisi olan Ərkivan qəsəbəsinin ölkəyə, rayona şöhrət olan çoxlu adlı-sanlı övladları var. 50-dən artıq alimi (onların sırasında 1 akademiki, 20-dən artıq elmlər doktoru, onlarla fəlsəfə doktoru, eləcə də 100-ə yaxın titullu idmançısı, ölkə miqyaslı məşhur din xadimləri, jurnalistləri, digər yazarları, mədəniyyət işçisi olan Ərkivan qəsəbəsinin layiqli polis və hərbi qulluqçuları da az deyil. Belə ki, 10-a yaxın polis polkovniki olan Ərkivanın bizə məlum, hələlik bir hərbi polkovniki də var.

Telman bəylə yaxından tanış olaq:

Polkovnik Şahbazov Telman Eyvaz oğlu 12 avqust 1966-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Masallı rayonunun Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində yerləşən orta məktəbdə almışdır.

Elə orta məktəbi bitirdiyi il, 1983-cü ildə Leninqrad – indiki Sankt-Peterburq şəhərindəki Ali Hərbi İnşaat Mühəndisləri Məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra isə 2018-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik kursunu, daha sonra 2019-2022-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasını uğurla bitirmişdir.

T. Şahbazov SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətini Həştərxan vilayətində:

25.06.1988 – 05.1992-ci illərdə Baş Hərbi Xüsusi Tikinti İdarəsində iş icraçısı, mexanika və nəqliyyat şöbəsinin mühəndisi, baş mühəndisi, daha sonra Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətini 05.1992 – 03.06.2007-ci illərdə Baş Hərbi Tikinti İdarəsinin mexanika və nəqliyyat şöbəsində böyük mühəndis, şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir.

03.06.2007 – 25.03.2014-cü illərdə TTM-nin Ümumi fənlər kafedrasının bölmələrin idarə edilməsi silsiləsinin müəllimi,

25.03.2014 – 28.02.2015-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin Döyüş maşınları və avtomobil hazırlığı kafedrasının döyüş maşınları silsiləsinin baş müəllimi,

25.06.2014 – 28.02.2015-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Maddi-texniki təminat kafedrası rəisinin müavini – dosent,

28.02.2015 – 13.10.2017-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə kursunun rəisi,

13.10.2017 – 29.11.2019-cu illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun rəisi,

29.11.2019 – 13.06.2022-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji əməliyyat məharəti fakültəsinin rəisi,

13.06.2022-ci ildə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Strateji əməliyyat məharəti fakültəsinin rəisi vəzifələrində çalışmışdır.

15 elmi məqalənin müəllifi, 4 metodiki vəsaitin həmmüəllifi və 12 elmi konfrans iştirakçısıdır.

18.10.2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Milli təhlükəsizlik və Hərbi nəzəri elmlər ixtisası üzrə “Dosent” elmi adı verilmişdir.

Xidmət müddətində qüsursuz fəaliyyətinə və hərbi xidmətdə fərqlənməyə görə ondan artıq hərbi medalla təltif olunmuşdur.

Telman Şahbazov sanki dünyaya hərbçi olmaq üçün gəlib. Qətiyyətli, cəsarətli əməlləri ilə həmişə nümunə olub. Bir hərbçi kimi nə qədər sərtdirsə, bir insan kimi olduqca humanist, xeyirxah, imkanı daxilində xeyriyyəçi, doğma yurda, öz kəndinə, obasına bağlı adamdır.

Bu günlər Telman Şahbazovun 60 yaşı tamam olur. Onun müdriklik yaşını təbrik etməklə yanaşı, arzu edirik ki, yaxın vaxtlarda onu daha uca zirvələrdə görək.

Cənub.az üçün hazırladı: Elcan Bəhlulzadə








{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10