Bu gün dəyərli dostumuz, qardaşımız, həm də həmkarımız Sücəddin Şərifovun ad günüdür. Biz öncə onu “Azadlıq” və “Məkan” qəzetlərinin redaktoru kimi tanıdıq. Ötən il, 50 yaşında isə o, “Boradigah Tarixi Qaynaqlarda” adlı bir dəyərli kitabı ərsəyə gətirdi. Mən Masallının qəsəbə və kəndlərinə dair 20 -dən artıq kitab ilə tanışam. Tam əminliklə deyə bilərəm ki, bu kitab bu qəbildən yazılmış kitablar içində ən mükəmməlidir. Yəqin ki soruşacaqsınız ki, "niyə?” təkcə sola sağa baxılıb yazılan kitab deyil. "Boradigah Tarixi Qaynaqlarda’ kitabı ciddi qaynaqlara və mənbələrə əsaslanan kitabdır. Şəxsən şahidiyəm ki, S.Şərifov bu kitabı yazarkən günlərlə aylarla arxivlərdə, kitabxanalarda araşdırma aparıb. Bu kitab böyük zəhmətin və araşdırmaların məhsuludur. Adını çəkdiyimiz kitabda təkcə Boradigahın tarixi yox eləcə də, rayonun ticarət, səhiyyə, təhsil mədəniyyət ... tarixi yer alıb. Bəhs etdiyimiz kitabda Boradigah qəsəbəsinin 100 - dən artıq, o cümlədən 10 -dan artıq ziyallı qadınları haqqında məlumtlar toplanıb. Yəqin ki, gələcəkdə bu kitabda toplanmış məlumatlar əsasında maraqlı bir filmdə çəkmək olar. Kitab nöqsanlardan da xali deyil. Biz bu nöqsanları müəllifin diqqətinə şəxsən çatdırdığımız üçün burada sadalamırıq . Sücəddin Şərifovun təkcə bir "nöqsan"ını deyə bilərik ki, o, çox xeyirxahdır. Ona müraciət edən hər bir şəxsin probleminin həlli üçün qüvvəsini əsirgəmir.
Bu kitab haqqında ölkənin bir çox alimləri yazarları, millət vəkilləri öz dəyəli fikirlərini söyləmişdir. Həmin şəxslərin qısa siyahısını sizə təqdim edirik:- T.E.D Mireldar Babayev, Əliniyaz Məmmədov. Professor Qulu Məhərrəmli, Xalq yazıçısı Elmira Axundova, professor Vaqif Nəsir, Yazıçılar birliyinin Lənkəran regional bölməsinin rəhbəri Qafar Cəfərli, T.E.D Cəmil Həsənli, Şairə publisist Səadət Cahangir, jurnalistlər Aydın Canıyev, Xəqani Səfəroğlu, vəkil Aslan İsmayılov, araşdırmaçı İldırım Şükürzadə Bizə elə gəlir ki, bu kitabın Masallı rayonunda geniş auditoriyada təqdimatı təşkil olunmlı, eləcədə böyük ərazini və bir necə kəndi əhatə etməsinə baxmayaraq, Bədəlan, Güllütəpə, Təzə Alvadı, Qarğalıq, Şərəfə, Müsaküçə, Xil, Qodman və tarixi haqqında kitab yazilmayan digər ərazi vahidləri bu kitabdan nümunə götürüb öz əraziləri haqqında kitab hazırlamalıdırlar. Bir daha Sücəddin Şərifovu ad günü və adı çəkilən kitab münasibəti ilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Cenub.az / Zahir Əmənov













