Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alim ilk dəfə dərs dediyi ucqar kəndində şagirdləri ilə görüşdü


Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 22 yaşlı gənc Masallı rayonunun Güllütəpə kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Dörd il çalışdığı bu məktəbdə o hansı iz qoymuşdur ki, uzun illərdən sonra şagirdləri yenidən onunla görüşmək istəmişdir? Bu sualın cavabı o gənc müəllimlə — Rahid Ulusellə keçirilən görüşdə aydın oldu. Vaxtilə şagirdlərinin qəlbində qığılcım yandırmış müəllim indi artıq ölkəmizin seçkin filosofu, alimi, Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professoru, Fəlsəfə Cəmiyyətinin Beynəlxalq Federasiyasının üzvü, Azərbaycanda və xaricdə 32 kitabı, 300-dən çox məqaləsi çap olunan Rahid Ulusel üçün bu görüş həm də sanki hesabat xarakterli idi. O, gördüyü işlərdən, elmi fəaliyyətinin nəticəsindən, dünya səviyyəli konqreslərdə etdiyi çıxışlardan, Güllütəpədən başlayıb Seul, Stokholm, Afina, Harvard Universitetlərində davam edən məruzələrindən söz açdı. Müəllim və şagirdlər — artıq bu gün kəndin, rayonun, ölkənin müxtəlif sahələrində çalışan mütəxəssislər — məktəb illəri ilə bağlı unudulmaz xatirələrini bölüşdülər. Kəndin Şəhidlər xiyabanını ziyarət etdilər. Filosof Rahid Ulusellə 50 ildən sonra keçirilmiş bu görüş qoyulan izin, çəkilən zəhmətin itməsinə bir örnək, ən başlıcası isə müəllimlik fəaliyyətinə verilən bir dəyərdir.

 






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10