Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Partiya sədrinə “XXI əsrin qəhrəmanı” və “Sözün müharibə rəngi" kitabları hədiyyə edildi



Ötən gün Ədalət Partiyasının qərargahında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə bayram tədbiri keçirilib. Partiyanın Gənclər Təşkilatı üzvlərinin aparıcılığı ilə keçirilən bayram tədbirində partiya rəhbərliyi və üzvləri, ziyalılar, media nümayəndələri və qonaqlar iştirak ediblər. Tanınmış yazıçı - publisist Nurəddin Ədiloğlu Ədalət Partiyasının sədri Mütəllim Rəhimliyə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində igidlik göstərən əslən Tovuz rayonunun Çeşməli kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Aydın oğlu Həsənovun döyüş yolundan bəhs edən “XXI əsrin qəhrəmanı” və şanlı Zəfər tariximizdən bəhs edən “Sözün müharibə rəngi" adlı bədii-publisistik kitablarını hədiyyə edib. Partiya sədri  M. Rəhimli müəllifin hədiyyə etdiyi hər iki kitabın bugünümüz üçün,  eləcə də gələcək nəsillər üçün əhəmiyyətli bir qaynaq olduğunu söyləyərək qeyd edib ki, belə sənədli-publisistik  kitablar gənc nəslin ölkənin keşməkeşli tarixini öyrənməsi, onlarda Vətənə sevgi və vətənpərvərlik tərbiyəsinin aşılınmasında böyük rol oynayacaq...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10