Təşkilatın rəhbərliyi bəyan edir ki, "SANİTARİYA-GİGİYENA, DEZİNFEKSİYA XİDMƏTLƏRİ" olaraq fəaliyyətimizi regionlarda da genişləndirdiyimizi məmnuniyyətlə diqqətinizə çatdırırıq.
Artıq Cənub bölgəsinin sakinləri və müəssisələri daha peşəkar, operativ və müasir standartlara uyğun sanitariya, gigiyena və dezinfeksiya xidmətlərindən öz regionlarında yararlana bilərlər.
Yeni açılan Cənub Regional Ərazi Şöbəmiz ən müasir avadanlıqları və təcrübəli mütəxəssis heyəti ilə xidmətinizdədir. Məqsədimiz hər kəsin təmiz və sağlam mühitdə yaşamasını və işləməsini təmin etməkdir.
Bizi bu əlamətdar gündə dəstəkləyən hər kəsə minnətdarlığımızı bildirir, region sakinlərini və müəssisələrini əməkdaşlığa dəvət edirik.
Ünvan: Masallı şəhəri Səməd Vurğun küçəsi 10 (Regional Vergilər İdarəsinin şimal tərəfi, "Cənub Xəbərləri" qəzetinin keçmiş redaksiyası)













