Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AFFA-nın “Region liqasında cənub bölgəsini hansı komandalar təmsil edəcək?



Bu gün, oktyabrın 19-də, saat 14:30-da  Ərkivan qəsəbə stadionunda Ərkivan  Futbol Klubu Lənkəran futbol klubu ilə ,Masallının    VİLƏŞ Futbol klubu isə Masallı şəhər  stadionunda Salyanın Xıdırlı kənd Futbol klubu ilə qarşılaşacaq.

Neçə vaxtdır ki,  Lənkəran-Astara iqtisadi zonası (Astara, Lənkəran, Masallı, Cəlilabad və sai) və ətraf rayonlarda normal stadionlar olsa da,  onların ölkə miqyasında  təmsil olunan bir komandası belə yoxdur. Halbuki  vaxtı ilə Xəzər- Lənkəran Viləş komandaları ölkənin ən adlı-sanlı komandaları sırasınnda idi. Hətta Viləş 1 dəfə ölkə çempionatında mükafata layiq 3 cü yeri tutmağa nail olub.

Bu ildən isə komandalarımızla bağlı xoş xəbərlər gəlməkdədir. Belə ki. AFFA-nın Region liqasında komandaların sayı 67-ə çatıb. Həmin komandalar sırasında Masallıının 2, Lənkəranın 1, Cəliliabadın 1  eləcə də Salyanın 3 (Naxçıvan da bura daxildir), Biləsuvar, Neftçala  futbol klubları da daxildir. Ümumilikdə  cənub qrupunda   9 komanda yarışascaq.   Hər zonada daha yaxşı nəticə göstərmiş 3 komanda növbəti mərhələyə çıxacaq. Ərkivan FK – nin  baş məşüçisi Ramil Həsənov əməkdaşımıza bildirib ki, vaxtı ilə Viləş futbol komandasında 9  futbolçu ilə təmsil olunan Ərkivan bu gün də futbol ənənələrini qoruyur. Son illər komandamız Həvəskarlar liqasında olduqca uğurlu nəticələr əldə edib.

İlk oyunumuz Lənkəran futbol klubu ilədir. Hazırda Ərkivan stadionunda ciddi abadlıq işləri aparılır. Komandanın konkret sponsoru yoxdur. Komandanı almaq istəyənlər, hətta Türkiyədən də almaq istəyənlər var. Lakin biz razılaşmırıq. İnanırıq ki,  Ərkivanın  tanınmış, ölkə miqyasında tanınmış  xeyriyyəçiləri iş  Gülağa Tənha, Abdulla, Abdullayev, Məşkur Qasımov, Qalib Məmmədov, Hikmət Məmmədov komandamıza kömək əlini uzadacaq.

Hazırda ərkivanlı futbolçular ölkənin bir çox tanınmış klublarında çıxış edir. Hazıkı Əkivan klubunun  əksəriyyəti isə    ərkivanlılardan və qonşu rayonlarının futbolçularından formalaşıb. 

 Salyanın   Xıdırlı futbol klubu ilə   oyuna ciddi  hazırlaşırıq. Komandanın  ciddi maddi ehtiyacları var. Hələ ki, Masallı Elektronestin rəhbəri Ruslan Baxışov, bir qədər də şəhər bələdiyyəsi qismən yardım edib. Sabah nahardan sonra hamınızı şəhər stadionuna komandamızın oyununa baxmağa dəvət edirik.

Region liqasının cənub qrupunda çıxış edəcək komandalar:

1.Masallı Viləş FK

2. Masallı Ərkivan FK  

3. Salyan FK    

4.  Salyan OİK FUTBOL KLUBU

5. Naxçılvan  FK

6. Neftçala fk

7. Lənkəran  FK

8 .Cəlilabad fk

9. Biləsuvar FK

Hazırladl: Turan Əlisoy







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10