ƏRAZİNİN ÖZƏLLİKLƏRİ:
1. Qafqaz İslam Ordusunun tərkibində Daşnaklara qarşı vuruşda və Çanaqqala müharibəsində Çaxırlı ərazi vahidinin sakinlərindən 5 nəfər iştirak etmişdir.
2. Sovxoz vaxtında kollektiv Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin diplomu və 12 dəfə Azərbaycan SSR Ali
Sovetinin fəxri fərmanı ilə təltif olunub.
3. 1873-1889-cu illərdə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində əslən sankt-peterburqlu mülkədar Ter-Stepanov Çaxırlı kəndində əkilən “Akulə” çəltiyi ilə iştirakına görə gümüş medal və diplomla təltif olunmuşdu.
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: - 0 50 427 70 25
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, və Köhnə Alvadı, Qodman Yeyənkənd, Səmidxan İnzibati Ərazi dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Çaxırlı İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)
8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html
9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html
10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html
12.https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html
Çaxırlı İnzibati Ərazi Dairəsi 5 kəndi əhatə edir:
Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, Bala Təklə kəndləri.
(İmanlı kəndi qeyri-rəsmi olaraq qeyd olunur).
Ərazinin əhalisi: 01. 01. 2021-ci il tarixə: 5022 nəfər;
O cümlədən: kişi: 2588 nəfər; qadın: 2434 nəfər.
Ərazisi: 2153 ha.
Ərazinin coğrafi mövqeyi:
Çaxırlı İnzibati Ərazi Dairəsi Lənkəran ovalığında, rayon mərkəzindən 10 km şimalda, yeni çəkilmiş Ələt –Astara magistral yolunun sağ tərəfində yerləşir.
Ərazininin infrastrukturu:
Ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 yaradıcılıq klubu, 1 həkim məntəqəsi, 3 feldşer-mama məntəqəsiı, 1 elektron avtomat stansiyası, 1 poçt məntəqəsi, 1 kitabxana fəaliyyət göstərir.
Qafqaz İslam Ordusunun tərkibində Daşnaklara qarşı vuruşda və Çanaqqala müharibəsində iştirak edən Çaxırlı ərazi vahidinin sakinləri:
1. Ağayev Hüseyn Ağaqulu oğlu (Çaxırlı kəndi, 1893-1989)
2.Musayev Vəlihəd Şahbaz oğlu (Çaxırlı kəndi, 1886-1947)
3.Niftiyev Məmməd İsmayıl oğlu (Sarıcəfərli kəndi,1895-1963)
4.Rzayev Alşan Museyib oğlu (Kəlbəhüseynli k., 1885-1983)
5.İsmayılov Qoca Abuş oğlu (Kəlbəhüseynli k., 1889-1965)
Ərazidə yüksək Dövlət mükafatI alanlar:
1.Fətullayeva Bəsti Xanəli qızı - Lenin ordeni, Çaxırlı kəndi
2. Dadaşova Mirəstə Alşan qızı - Lenin ordeni, Çaxırlı kəndi
3.Mehtiyeva Nəfisə Alqulu qızı - Lenin ordeni, Çaxırlı kəndi
4. Əsgərova Nisəxanım Şiralı qızı - Lenin ordeni, Çaxırlı kəndi
5. Kazımov Məmməd Əlibala oğlu (Məmməd Dadaş) (1905-1987) - “Şərəf nişanı" ordenli. Çaxırlı kəndi
6. Nəbiyeva Dürrə Əmirəslan qızı - “Qırmızı Əmək Bayrağı” ordenli. Çaxırlı kəndi.
7. Əhmədov Əlisa Mirzə Əhəd oğlu - “Qırmızı Əmək Bayrağı” ordenli. Çaxırlı kəndi.
(Ətraflı “Dövlət mükafatları alanlar” bölümündə)
Ali Sovetin deputatları:
FətullayevaBəsti Xanəli qızı - sağıcı. Çaxırlı kəndi.
Əmiraslanov Qəni Almas oğlu - kolxoz sədri. Çaxırlı kəndi.
Ərazidə şəhidlər:
I Qarabağ şəhidləri:
Rzayev Rüfət Vaqif oğlu – Çaxırlı kəndi.
Əbilov Nicat Əbil oğlu - Kəlbəhüseynli kəndi
Ağayev Yavər Balaxan oğlu - Bala Təklə kəndi.
II Qarabağ şəhidləri:
Bağırov Namiq Nurəddin oğlu - Çaxırlı kəndi.
Ağayev Ağamalı Şamil oğlu - Çaxırlı kəndi.
Vəliyev Məhəmməd Nail oğlu - İmanlı kəndi.
Şahbazov Kənan Natiq oğlu - Kəlbəhüseynli kəndi
Gözəlov Ziya Zahid oğlu - Kəlbəhüseynli kəndi
Ərazinin tanınmışları:
Rayonda:
Hüseynov Cahangir Əmiraslan oğlu (Əmiraslanov Bahaddinin atası) Həmin vaxtın Gimnaziyasını bitirmiş kişilərindən biri, Muğanda qurulan Sovet Respublikasının sədr müavini olub. Çaxırlı kəndi.
Əmirəslanov Bahaddin Cahangir oğlu - Masallı Yağ-Süd zavodunun müdiri işləyib. Çaxırlı kəndi.
Fətullayeva Firəngiz Yadulla qızı - Masallı rayon Maliyyə idarəsində rəis müavini işləyir. Çaxırlı kəndi.
Fətullayeva Asudə Yadulla qızı - Masallı RKK-nin ikinci katibi işləmişdir.
Çaxırlı kəndi.
Fətullayev Yadulla Həsənalı oğlu – Yardımlı rayonunda Torpaq Şöbəsinin müdiri işləyib. Çaxırlı kəndi.
Paşayev Səfalı Bayraməli oğlu – Masallı Poçtaptının müdiridir. Çaxırlı kəndi.
Əhmədov Vaqif Əbülfəz oğlu – Masallı Mərkəzi Xəstəxanasının Baş həkimi Çaxırlı kəndi
Məmmədova Asudə Sərhəd qızı – Masallı Rayon Komsomol Komitəsinin katibi işləmişdir. Çaxırlı kəndi.
Həsənov Baba Həsənağa oğlu - II dərəcəli Dövlət qulluqçusu. Masallı RİH-ümumi şöbənin müdiri işləyib.
Sarıcəfərli kəndi.
Ölkədə:
Fətullayev Fətulla Yadulla oğlu - Bakı Dənizçilik Akademiyasında şöbə müdiri işləyib. Çaxırlı kəndi.
Xəlifəli Tahir Abdulhüseyn oğlu – 10 ildən artıq Lənkəran Melorasiya İdarəsinin rəisi.
Xəlifəli Sabir Abdulhüseyn oğlu – Ukrayinadakı ali məktəblərdə müəllim.
Quliyev İlqar Fərzulla oğlu - YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri (2019-cu ildən). Çaxırlı kəndi
.
Əsgərov Bülbül Feyruz oğlu - Dövlət Gömrük Komitəsində idarə rəisi olub, gömrük polkovniki rütbəsində. Çaxırlı kəndi.
Niftiyev Məzahir Nəzirməmməd oğlu -- Uzaq Səfərlər kapitanı.
Sarıcəfərli kəndi.
Xəlifəli Ramiz Məmmədsadıq oğlu- Bakı şəhər Səbaryil rayonun icra hakimiyyətində memar.
Ölkədən xaricdə tanınmışlar:
Əmiraslanov Əmiraslan Bahaddin oğlu - “OLİMP” xarici ticarət MMC-nin Baş direktoru. Çaxırlı kəndi.
Allahyarlı Nihad Vüqar oğlu - “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri. Çaxırlı kəndi.
Quliyev Ramazan Ərzulla oğlu – polkovnik, İnterpolun nümayəndəsi.
Sarıcəfərli kəndi.
Mahmudov İqbal Böyükkişi oğlu - Ukraynada Azərbaycan Diasporasının sədri. Bala Təklə kəndi.
(Ətraflı “Tanınmışlar” bölümündə)
Ərazidə ilklər:
İlk müəllim
Nəbiyev Məmməd Fəyyaz oğlu - Çaxırlı kəndi
İlk ali təhsilli:
Əhmədov Əbülfəz Mirzə Əhəd oğlu - Çaxırlı kəndi
İlk elmlər doktoru:
Bəşirov Abbas Bəşir oğlu - Kəlbəhüseynli kəndi
İlk ali təhsilli qadın:
Məmmədova Asudə Sərhəd qızı – Çaxırlı kəndi
Əliyev Qəyyum Qulam oğlu - İmanlı kəndi
Rzayev Əli Eynulla oğlu --- Kəlbəhüseynli kəndi.
Niftiyev Nadir Məhəmməd oğlu - Sarıcəfərli kəndi
(Ətraflı kənd haqqında məlumat səhifəsində).
İlk bələdiyyə sədrləri:
Məmmədov Ziyafət Yunus oğlu - Çaxırlı kəndi
Əliyev Vəkil Qulam oğlu -- İmanlı kəndi.
Alimlər:
(13 fəlsəfə, 6 elmlər doktoru)
Cəfərli Barat Adəm oğlu – K/ t-tı üzrə fəlsəfə doktoru. Çaxırlı kəndi.
Nəbiyev Əliş Fəyyaz oğlu - Filologiya üzrə fəlsəfə doktoru, Çaxırlı kəndi.
Əhmədov Musa Əlisa oğlu - Texniki elmlər üzrə fəlsəfə doktoru. Çaxırlı k.
Nəbiyev Mirzə Məmməd oğlu - Texniki elmlər üzrə fəlsəfə doktoru, Çaxırlı k.
Əsgərli Fizuli Feyruz oğlu - Filalogiya üzrə fəlsəfə doktoru. Çaxırlı k.
Xəlifəli Sabir Abdulhüseyin oğlu - İqtisadiyyat üzrə fəlsəfə doktoru, Çaxırlı k.
Fətullayev Hikmət Şahpələng oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Çaxırlı kəndi.
Fətullayev Sabutay Hikmət oğlu - İqtisad elmləri üzrə fəlsəfə doktoru.
Çaxırlı kəndi.
Eminbəyli Nazilə Şahbaz qızı: Pedoqoji elmlər üzrə fəlsəfə doktoru. Çaxırlı kəndi.
İbrahimov Əlimusa Gulmusa oğlu - Siyasi məsələlər üzrə fəlsəfə
doktoru. Çaxırlı kəndi.
Bəşirov Abbas Bəşir oğlu (1934-1998) – kəndin ilk elmlər doktoru, fizika-riyaziyyat elmləri doktoru - Kəlbəhüseynli kəndi.
Paşayev Aydın Məmməd oğlu - filologiya elmlər doktoru. Kəlbəhüseynli k.
Xəlilov Rahid Süleyman oğlu—fəlsəfə elmlər doktoru. Kəlbəhüseynli k.
Bəşirov Seyran Müzəffər oğlu: Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. Kəlbəhüseynli kəndi.
Abuşov Oktay Qulamhüseyn oğlu: Fizika-riyaziyyat elmləri üzrə
fəlsəfə doktoru. Kəlbəhüseynli kəndi.
Niftiyev Gündüz Məhəmməd - (1949-1991). Fizika-riyaziyyat elmləri doktoru. Sarıcəfərli kəndi.
Niftiyev Nadir Məhəmməd oğlu - (1934-cü il) fizika-riyaziyyat elmləri doktoru. Sarıcəfərli kəndi.
Əsgərov Faiq Ərzulla oğlu- (1959-cu il) Texniki elmlər doktoru.
Sarıcəfərli kəndi.
Gözəlov Səyavuş Səfər oğlu - (1956-cı il) Kimya üzrə fəlsəfə doktoru
Sarıcəfərli kəndi.
(Ətraflı “Alimlər” bölümündə)
Ərazinin adını daşıyan Çaxırlı kəndinin adının mənası və tarixi:
Abasqulu ağa Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli, çakar, çakır tayfasının adı ilə bağlıdır.
Çəkərlilər eramızın əvvəlində Şimali Qafqazda yaşamış türkdilli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışdır. Qaraqoyunluların çəkurlu tayfası da tarixdən məlumdur. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək məskunlaşıb. Ümumiyyətlə, “çağırlı” oronimi cüzi fonetik dəyişikliklə (ğ-k) çakar etonomini olduğu kimi özündə saxlamışdır.
Oykonimin qazax tayfa ittifaqına daxil olan 57 ailədən ibarət çaxırlı tirəsi İmişli və Cəbrayıl rayonlarında, digər bir nəsli Göyçay rayonunda məskunlaşmışdır. Həmən rayonlarda da Çaxırlı kəndi vardır.
Çaxırlı etotoponimi ilə bağlı müxtəlif coğrafi adlar mövcuddur. Cənubi Azərbaycanda da Çaxırlı kəndi var.
İrəvan quberniyasının Novobayazid qəzasında da (Vardenis rayonu, Basar keçər) Çaxırlı adlı kənd olmuşdur. Həmin kənd qazaxların çaxırlı tayfasına mənsub ailələrin Qızılbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Türkiyənin Sivas vilayətində də Çakırlı köyü vardır. Azərbaycanda Masallı rayonu ərazisində Çaxırlı təpəsi, İmişli rayonunda Çaxırlı qobusu, Cəbrayıl rayonunda Çaxırlı dərəsi, Göyçay rayonunda Çaxırlı çökəyi və s. oronimlərə də rast gəlirik.
Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cağırlı adlı tayfadan gəlir. Belə ki, digər Şahsevən tayfalardan fərqli olaraq Cağırlı tayfası Muğan ərazisində 15-ci əsrdən yaşayıblar. Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub. Məsələn, 1490-cı illərdə Ağqoyunlu Rüstəm Mirzənin müdafiəçilərindən biri olan Həsən bəy Çakurlu Ərdəbil və Muğanın hakimi olub. Səfəvilər dövləti yaranandan ta 1612-ci ilə qədər Ərdəbil və Muğanın hakimləri Çakurlular olublar.
1612-ci ildə Şah Abbas onları daha da şimala, Salyan və ətraflarına köçürür. Sonrakı illərdə tarixi mənbələrdə Şirvan və Şəki ətrafında yaşayan çakurluların adı çəkilir. 19-cu əsrin əvvəllərində çakurluların bir hissəsi köçərək Qarabağdakı Hacıəlili tayfalarına qoşulur.
Haliyədə Masallı rayonunun Çaxırlı kəndində məskunlaşan əhalinin bura gəlməsindən qabaqlar burada yaşayış məskəni olub. Həmən kənd haliyədə “ocaq başı” kimi tanınan yerdə məskunlaşıb. Güclü zəlzələ nəticəsində həmən yaşayış məskəni dağılıb. Kənd bütünlüklə batıb. Keşmiş rus dilli bəzi aidiyyatı xəritələrdə bu yer Çaxırlıdakı zəlzələnin mərkəzi kimi göstərilir (belə qeyd olunur - “Epid tsentr Çakarlinskaya zemletresenie”) Kənd əhalisi keçmiş əjdadlarının yurdu kimi həmişə oranı müntəzəm ziyarət edirlər.
Yadigar Türkel adlı müəllifin fikrini görə: " Bu “çaxırlılar” türklərin Çakır uğurunun adıdır, Anadoluda , eləcə də türklər yaşayan başqa yerlərdə yayılmışdır”.
Masallı rayonunun Çaxırlı kəndində yaşayanların İmişli rayonunun Çaxırlı kəndindən gəlməsi rəvayət olunur. Çünki hər iki kənd arasında yaxın qohumluq əlaqələri vardır.
Bütün araşdırmalardan məlum olur ki, Çaxırlı kəndi oykonimi qədim bulqar tayfa birliyinə daxil olan çakar/çakır tayfasının adını daşıyır.
Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsr mənbələrində , həmçinin XVIII-XIX əsr mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin adı rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxirli və s. kimi yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür”. Alimin fikrincə, toponimin düzgün yazılışı Çakirli olmalıdır.
Kəndin qədimliyini təsdiq edən kurqanlar mövcuddur. Belə ki, 1960 və 1998-ci illərdə su anbarı kimi tanınan istil deyilən yerdə qazıntı aparılarkən, orada tapılan küp qəbirləri bunu bir daha təsdiq edir. Tapılan küplərdə insan skeletləri, muncuqlar və digər istifadə olunan əşyalar var idi.
Tarixi abidələr:
Kurqanlar
Çaxırlı kəndindəki kurqanlardan biri təsərrüfat işləri zamanı hamarlanıb əkin sahəsinə çevrilib, həmən ərazidə, ona bitişik su anbarı salınıb. Qazıntı işləri aparılan zaman burada küp qəbir aşkar olunmuşdu (işərisində insan skeleti və muncuqlar olub).
Seyid Nəbiyəddin Səfəviməqbərəsi.
Seyid Nəbiyəddin Səfəvi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığındakı
Şərəfabad kəndindəndir. Səfəvilərlə Ağqoyunlu hökumdarı Rüstəm Mirzə arasında təqiblər başlayandan sonra Seyid Nəbiyəddin Səfəvi ilə 7-8 ailə Cənubi Azərbaycanın Ərdəbil şəhəri ətrafındakı Şərəfabad kəndindən köçərək (XV əsrdə) indiki Masallı rayonundakı Şərəfə kəndinin indi yerləşdiyi ərazidə kəndin əsasını qoymuşlar.
Seyid Nəbiyəddin Səfəvinin məzarı Masallı rayonu Çaxırlı kəndinin qəbiristanlığındadır. Qardaşının məzarı isə Masallı rayonu Çaxırlı ərazi vahidinin Sarıcəfərli kənd qəbirəstanlığındadır.
Onun məzarı həmişə müqəddəs inanc yeri kimi Çaxırlı və qonşu kənd sakinləri tərəfindən ziyarət edilir.
Bu məzarüstü gümbəzi 1979-cu ildə Çaxırlı ərazi inzibati dairəsiniin Kəlbəhüseynli kənd sakini Əsgərov Məmmədağa Salam oğlu tərəfindən tikilib (həyat yoldaşının ağır xəstəlikdən sağalması üçün Allaha dua edib, niyyəti bu məzarı abadlaşdırmaq olub).
Seyid Nəbiyəddin Səfəvinin məzarı tikili günbəzin işərisinə daxil olarkən pilləkələrin sağ tərəfindədir. Binanın içərisindəkilər simvolik olaraq yaradılıb.
Tikilmiş binanın uzunluğu 3,8 m, eni 3,2 m, hündürlüyü 3 metrdir.
Çaxırlı məscidi
Kəndin şərq tərəfində, Azanlı məhəlləsində (azan gələn yer) yerləşir,
Əvvəlki məscid dövrünün çox möhtəşəm məscidlərindən biri olub, 1930-1932-ci ilə kimi fəaliyyət göstərib, sonradan məlum səbəblər üzündən sökülüb
(Kənd camaatı ibadətini ayrı-ayrı şəxsi evlərdə icra ediblər, başqa bir yerdə, elə əvvəlki yerə yaxın yerdə bir məscid tikilib istifadə edilib). Buna baxmayaraq, əvvəlki məscidin yeri həmişə kənd sakinləri tərəfindən hörmətlə ziyarət edilib.
1987-ci ildə kənd sakinləri 1930-1932-ci illərdə sökülən məscidin yerində əvvəlki məscidin forması saxlanılmaqla uzunluğu 22 metr, eni isə 11 metr olan məscid tikiblər. Eyni zamanda məscidin şərqində (gün çıxanında) hündür bir minarə tikilib.
Bu məscidin içərisində 3 sütun vardır. Sütunlar beton borulardandır, aşağı hissələri taxta ilə örtülüb
Minbəri 6 pilləlidir; döşəməsi betondur, üzəri xüsusi ibadət xalçaları
ilə örtülmüşdür.
Binanın şərq tərəfində bir böyük pəncərə və minarəyə qalxmaq üçün qapı vardır. Binanın ön tərəfində üç böyük pəncərə vardır. Binanın qərb hissəsində dörd kiçik pəncərə vardır.
Məscid hazırda müasir istilik sistemi ilə təchiz olunmuşdur.
Çaxırlı kənd əhalisinin məşğuliyyəti:
Keşmişdə burada yoxsul əhalinin çəltikçilik və heyvandarlıqla məşğul olması qaynaqlarda xəbər verilir. Çaxırlıda becərilən çəltik bütün Lənkəran qəzasında məşhur olub, sərgi salonlarında nümayiş etdirilib. Tarixi mənbələrdə göstərilir ki, 1873-1889-cu illərdə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən əslən Sankt-Peterburqlu mülkədar Ter-Stepanov “Akulə” çəltiyi ilə iştirak etmiş və gümüş medal və diplomla təltif olunmuşdu.
İndi kənd əhalisi, əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq və tərəvəzçiliklə məşğul olur.
Kolxoz və sovxoz vaxtında südlük və kökəltmədə olan cins inəklər Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmişdir. Orada onların təqdimatında qabaqcıl malabaxan kimi Qədirov Nadirşah Bədir oğlu iştirak etmişdir.
O, dövrdə qazanılan nailiyyətlərə görə kollektiv Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin diplomu, 12 dəfə Azərbaycan SSR Ali
Sovetinin fəxri fərmanı ilə təltif olunub.
Kənddə məktəb:
Kəndin qədimliyinə baxmayaraq ilk vaxtlarda məktəbi olmayıb. Kənd sakinləri dərsə qonşu Şərəfə kəndinə gediblər. Kənddə ilk məktəb olaraq kəndin imkanlı şəxsi Mirzə Əhəd kişinin evi müsadirə olunmuş və ibtidai məktəb kimi fəaliyyət göstərməyə başlayıb. Sonra bu məktəb Şahüseyn kişinin damı adlanan yerə köçürülüb.
İlk müəllim Nəbiyev Məmməd Fəyyaz oğlu
Kəlbəhüseynli kəndində müsadirə olunmuş iki mərtəbəli evdə yeddi illik məktəb 1930-cu ildə şagird qəbuluna başlayıb. Lakin məktəbin adı Çaxırlı kənd yeddiillik məktəbi olub.
Sonradan Çaxırlı kəndinin özündə keçmiş kolxoz binasında ibtidai məktəb fəaliyyətə başlayıb.
1958-ci ildə Çaxırlı kəndində peşə təmayüllü istehsalat təlimi
verən ümumtəhsil orta məktəb istifadəyə verilib. Nümunəvi təhsil sistemi olduğuna görə başqa kəndlərdən də burada təhsil almağa gəliblər.
Aşağıda adları qeyd olunanlar 1929- cu ildən hal-hazıra kimi ayrı-ayrı vaxtlarda Çaxırlı məktəbinin direktoru işləyib: (Məmməd Nəbiyevin şəxsi arxivindəki qeydlərə görə).
1. Xəlifəli Abdulhüseyn
2. Əhmədov Əbülfəz
3. Abdullayev Abdulla
4. Məmmədov Yunus
5. Əhmədov Əlisa
6. Axundov Müşdəba
7. Ağayev Novruz
8. Abuşov İbrahim
9. Nəbiyev Məmməd
10. Əliyeva Leyla
11. Abuşov İbrahim
12. Qədirov Yarımşah
13. Musayev Həvosət
14. Bağırov Kərəm
15. Məmmədov Allahverdi
Köhnə məktəb.
Yeni məktəb
Kəndin ilk ali təhsillisi:
Əhmədov Əbülfəz Mirzə Əhəd oğlu – (haqqında ətraflı “II Dünya müharibəsi iştirakçıları” bölümündə).
II Dünya Müharibəsində iştirak edənlər:
ƏHMƏDOV ƏBÜLFƏZ MİRZƏ ƏHƏD OĞLU - (1909- 23.06.1944)
1909- cu ildə Masalli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İlk təhsilini ərəb, fars və rus dillərini mükəmməl bilən atası Mirzə Əhəddən almışdır. 1924-28-ci illərdə Lənkəran şəhərindəki ikidərəcəli məktəbdə oxumuş, 1928-29-cu dərs ilində Lerik rayonunun Əliabad kəndində məktəb müdiri işləmişdir. 1929-30-cu illərdə Bakı Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, dövlətli adamın oğlu olduğuna görə institutdan çıxarılmışdır.
1930-31-ci illərdə Astara şəhərindəki beynəlmiləl məktəbdə müdir, 1931-32-ci illərdə Masallı Rayon Xalq Maarif Şöbəsində inspektor işləmişdir.
1932-36-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakultəsində təhsil almış, institutu bitirdikdən sonra 1936-37-ci dərs ilində Masallı RXMŞ-da inspektor işləmişdir.
1937-ci ildən 21 mart 1942-ci ilə kimi Digah orta məktəbinin (Ağ məktəb kimi tanınırdı) direktoru işləmişdir.
21 mart 1942-ci ildə könüllü surətdə hərbi xidmətə getmiş, Gürcüstandakı hərbi komandirlər məltəbini bitirdikdən sonra cəbhəyə göndərilmişdir.
Leytenant Ə.Əhmədov Minskdən 200 km məsafədə yerləşən, Belarusun qədim yaşayış məskənlərindən biri olan Mogilyov vilayətində qızğın gedən döyüşlərdə vuruşurdu. Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhv etmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbçi də qətlə yetirilib.
Leytenant Əhmədov Belarusun işğaldan azad oluması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərərək 23 iyun 1944-cü ildə Moqilyov vilayətinin Çausi rayonunun Kamenka kəndində döyüş zamanı həlak olmuşdur. Mogilyov vilayətinin Osinovka kənd orta məktəbinin həyətində həlak olanların xatirəsini əbədiləşdirən abidə kompleksini ziyarət edib. Abidə kompleksindəki əsgər Əbülfəz müəllimin şəkli əsasında hazırlanıb. Kompleksdə həmən kəndin azad olunmasında həlak olan əsgərlərin adları ayrı-ayrı lövhələrdə yazılıb. Həmyerlimizin məzarı bu gün də Belarusiya vətəndaşlarının and yerinə dönmüşdür. Həmən kənd məktəbində sovet dönəmində pioner drujinalarından birinə leytenant Əhmədovun adı verilmiş və döyüş yolunu əks etdirən guşə yaradılmışdı. Sovetlər dönəmində Belorusiya respublikası Mogilyov vilayəti Çausi rayonunun Osinovka kəndinin məktəb şagirdləri ilə Masallı rayonunun Digah kəndinin şagirdləri arasında həmyerlimizin şərəfinə bir-birlərinə dostluq məktubları yazırdılar. 1991-ci ildə rayonumuzdan bir qrup ictimaiyyət nümayəndələri Belorusiya respublikasına gedərək abidə kompleksini ziyarət edib, kənd ictimaiyyəti ilə görüşlər keçirmişlər. Həmin qrupun tərkibində rayon müharibə veteranları şurasının sabiq sədri Atabala Hacıyev, “Çağırış”(Yeni həyat) qəzetinin əməkdaşı Rəsul Rzayev, RKK-nin ikinci katibi Baba Həsənov, RPK-nin şöbə müdiri Yəhya Şahverdiyev, RİK-nin sədr müavini Əlniyaz Əkbərov, rayon hərbi komissarının müavini Telman Həsənov, Rayon İstehlak Cəmiyyətinin sədri Səftər Qəmbərov, Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Vaqif Əhmədov iştirak etmişlər. Leytenant Əbülfəz Əhmədovun kənd qəbiristanlığında da abidəsi vardır. Qardaşlıq qəbiristanlığından gətirilən torpaq məzara tökülərək ruhunu yaşadır. Kəndimizdə olan qəbirüstü abidəsi hər il 9 may Qələbə günü və 23 iyun - həlak olduğu gün kənd sakinləri və rayon ictimaiyyəti tərəfindən təntənəli surətdə ziyarət edilir.
Çaxırlı kəndindən 18 nəfər Qəhrəman ana adına layiq görülmüşdür.
Yüksək Dövlət mükafatları alanlar:
1.Fətullayeva Bəsti Xanəli qızı - Lenin ordeni, Çaxırlı kəndi
2. Dadaşova Mirəstə Alşan qızı - Lenin ordeni, Çaxırlı kəndi
3.Mehtiyeva Nəfisə Alqulu qızı - Lenin ordeni, Çaxırlı kəndi
4. Əsgərova Nisəxanım Şiralı qızı - Lenin ordeni, Çaxırlı kəndi
5. Kazımov Məmməd Əlibala oğlu - “Şərəf nişanı" ordenli. Çaxırlı kəndi
6. Nəbiyeva Dürrə Əmiraslan qızı - “Qırmızı Əmək Bayrağı” ord. Çaxırlı k.
7. Fətullayeva Bəsti Xanəli qızı - Qızıl ULDUZ. Çaxırlı kəndi.
(Ətraflı “Tanınmışlar” bölümündə)
Azərbaycan SSR Ali Sovetinin deputatları:
FətullayevaBəsti Xanəli qızı -Sosialist Əməyi Qəhrəmanı
1921-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub, 1949-cu ildən Sov.İKP-nın üzvü, 1958-ci ildə I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, 1957-ci ildə Azərbaycan KP MK-nın üzvü, 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı, 1981-ci ildən İttifaq əhəmiyyətli pensiyaçı olub. 1986-cı ildə vəfat edib.
Əmiraslanov Qəni Almas oğlu - 1906-cı ildə doğulub.
1940-1967-ci illərdə 30 ilə yaxın “Pravda” sovxozuna rəhbərlik etmiş və I çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1967-ci ildə vəfat edib.
Nəbiyeva Dürrə Əmirəslan qızı - “Qırmızı Əmək Bayrağı” ordenli. Çaxırlı kəndi
Alimlər:
Çaxırlı kəndi üzrə 10 nəfər fəlsəfə doktoru vardır:
1. Cəfərli Barat Adəm oğlu: Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
25 fevral 1930-cu ildə Masallı rayonu Çaxırlı kəndində dəmirçi ailəsində anadan olmuşdur.
1947-ci ildə Lənkəran Pedoqoji texnikomunu bitirdikdən sonra bir il Yardımlı rayonunun Kürəkçi kəndində müəllimlik etmişdir.
1949-cu ildə Bakı Dövlət Universitetinin geoloji –coğrafiya fakultəsinə daxil olmuş və 1954-cü ildə oranı bitirmişdir.
1954-1956-cı illərdə Azərbaycan Elmlər Akademiyasının torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1957-ci ildə həmən İnstitutda aspiranturaya daxil olub, 1962-ci ildə torpaqşünaslıq sahəsində dissertasiya işi yazıb müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi - alimlik dərəcəsi almışdır.
1976-1982-ci illərdə Yəmən Xalq demokratik Respublikasının Kənd Təsərrüfatı Departamentində ekspert-torpaqşünas kimi işləmişdir.
1982-1989-cu illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Erroziya bölməsinə rəhbərlik etmişdir.
O, 1982-ci ildə “Çay gətirmələrinin öyrənilməsi və rekultivaziyası” laboratoriyasını təşkil etmiş və 1989-cu ilə kimi ona rəhbərlik etmişdir.
1991-1996-cı illərdə AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya rəhbəri və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
1997-2002-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Torpaq Ehtiyatlarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Milli Məclisin Aqrar Komissiyasının işçi qrupunun tərkibində torpaq qanunvericiliyinə dair xeyli sayda hüquqi normativ aktların hazırlanmasında yaxından iştirak etmişdir.
Fəaliyyəti dövründə respublikamızda və eləcə də xarici ölkələrdə torpaqşünaslığa aid keşirilən qurultay, elmi konfrans və beynəlxalq konqreslərdə məruzələrlə çıxış etmişdir.
70-dən çox elmi əsərin, eləcə də 35 –dən çox rayon və təsərrüfatın torpaq xəritələrinin müəllifidir. Mühüm kənd təsərrüfatı əhəmiyyətli bir ixtiranın və bir neçə səmərələşdirici təklifin müəllifidir.
Ailəlidir, iki övladı vardır.
Haliyədə təqüddədir, Çaxırlı kəndində yaşayır.
2.Nəbiyev Əliş Fəyyaz oğlu (1929-2007):
Filologiya üzrə fəlsəfə doktorudur.
1929-cu ildə Masallı rayonu Çaxırlı ərazi vahidinin Çaxırlı kəndində anadan olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində müəllim işləyib.
Onlarla elmi məqalənin, jurnalistikaya aid dərs vəsitinin müəllifidir.
1990-cı il 20 yanvar hadisılırində yaralanıb.
2007-ci ildə Bakı şəhərində vəfat edib, orada da dəfn edilib
İki övladı vardır.
3.Əsgərli Füzuli Feyruz oğlu (1945-2021) - Filologiya üzrə fəlsəfə doktorudur.
18 mart 1945-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub.
Orta təhsilini Çaxırlı kənd orta məktəbində alıb.
1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Filologiya fakultəsinin əyani şöbəsini bitirib.
“Rus uşaq nəşrinin Azərbaycan dilinə tərcüməsi problemləri (1950-1980-ci illər)” mövzusunda dissertasiya müdafiə etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosentidir.
Ondan artıq dərsliyin və kitabın, yüzdən artıq elmi-nəzəri və publisistik məqalənin müəllifidir.
Təhsil Nazirliyi tərəfindən “İlin müəllimi”, “İlin nüfuzlu ziyalısı” fəxri adlarına layiq görülmüşdür.
Uzun illər bədii tərcümənin nəzəri problemləri ilə yaxından məşğul olmuş, bir sıra dünya xalqlarının (eston. Litva, qazax, rus, türkmən, gürcü və sair) bədii nümunələrini Azərbaycan dilinə tərcümə etmişdir.
2021-ci ildə vəfat edib, Bakı şəhərində dəfn olunub.
4. Xəlifəli Tahir Abdulhüseyn oğlu- 1iyun 1938-ci ildə Alvadı kəndində anadan olub, Çaxırlı məktəbində təhsil alıb, Azərbaycan Dövlət Politenik İnstitutunu bitirib. Lənkəran Su idarəsinin rəisi, Yuxarı -Xanbulançay Hidoqovşağı idarəsində rəis müavini. Əmək veteranı medalına layiq görülüb və əmək xidmətlərinə görə ona Volqa maşını hədiyyə edilib.
5. Xəlifəli Sabir Abdulhüseyn oğlu (1946-2013) - İqtisadiyyt elmləri üzrə fəlsəfə doktorudur.
01 dekabr 1946-cı ildə Masallı rayonu Çaxırlı kəndində anadan olub.
1952-1963-cü illərdə Masallı rayonu Çaxırlı kənd orta məktəbində oxuyub.
1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu kimyəvi-texnoloji proseslərin avtomat laşdırılması ixtisası üzrə bitirib.
1968-1969-cu illərdə orduda xidmət edib.
1977-1981-ci illərdə Moskva İdarəetmə İnstitutunun aspiranturasında əyani təhsil almış, müdafiə edərək iqtisadiyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1981-1986-cı illərdə Voroşilovqrad Maşınqayırma İnstitutunda baş müəllim, 1986-1988-ci illərdə həmən İnstitutun mühasibatlıq uçotu və statistikası kafedrasının dosenti işləyib.
1992-ci ildə Ukrayna respublikasının Luqansk vilayəti üzrə vergi idarəsində şöbə rəisi işləmişdir.
1993-cü ildə Azərbaycan İqtisadiyyat Universitetində elmi tədqiqat sektorunun müdiri işləyib.
1993-1999-cu illərdə Luqanski Dövlət Universitetində dosent vəzifəsində çalışmışdır.
1999-2006-cı illərdə Ukrayna Əmək və Sosial Siyasət Nazirliyinin Regional İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
2006-cı ildə təqaüdə çıxaraq Azərbaycana gəlmiş, 2013-cü ildə anadan olduğu Çaxırlı kəndində vəfat etmişdir.
Bir qız övladı vardır
6. Əhmədov Musa Əlisa oğlu- texnika elmləri namizədi.
30 iyun 1946-cı ildə Masallı rayonunun çaxırlı kəndində anadan olub
1963-cü ildə Çaxırlı kənd orta məktəbini bitirib.
1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib,
Azərbaycan su problemləri elmi tədqiqat institutunda əmək fəaliyyətinə başlayıb.
1969-1971-ci illərdə hərbi xidmətdə olub.
1971-ci ilin sonlarında Moskva şəhərində Pamfilov adına Kommunal Təsərrüfat Akademiyasının aspiranturasına daxil olub, “Yeraltı duzlu suların hiperfiltirləmə yolu ilə şirinləşdirilməsi üçün apparatların tədqiqatı və işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1975-1981-ci illərdə Azərbaycan su problemləri elmi tədqiqat institutunda böyük elmi işçi və sektor müdiri vəzifəsində çalışmışdır
1989-cu ildən həmin İnstitutda laboratoriya müdiri vəzifəsində çalışır.
2007-ci ildə Avropa Parlamentinin keçirdiyi “Dayanaqlıq üzrə dünya mükafatı” müsabiqəsində iştirak edərək 109 ölkədən təqdim olunan 853 layihə içərisində beynəlxalq jüri tərəfindən “Azərbaycan üzrə milli qalib “ mükafatına layiq görülmüşdür.
1980-ci ildə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalını və “SSRİ-nın ixtiraçısı” medalını almışdır.
İki ixtiranın, onlarla səmərələşdirici təklifin, 70-dən artıq elmi məqalələrin müəllifidir.
Ailəlidir, iki övladı vardır.
Bakı şəhərində yaşayır.
7.Fəyyazov Mirzə Məmməd oğlu - texnika elmləri namizədi.
1946-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub.
1964-cü ildə Çaxırlı kənd orta məktəbini bitirib.
1964-1969-cu illərdə Azərbaycan Neft Kimya İnstitutunda oxuyub.
“AZƏRSU” səhmdar cəmiyyətində məsul vəzifələrdə çalışıb.
Bakı Neft Akademiyasında, Sumqayıt Sənaye İnstitutunda müəllim işləyib.
Haliyədə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.
Ailəlidir,
Bakı şəhərində yaşayır.
8. İbrahimov Əlimusa Gülmusa oğlu - Siyasi məsələlər üzrə fəlsəfə doktoru
11may 1966-cı ildə Masallı rayonu Çaxırlı kəndində anadan olub.
Orta təhsilini Çaxırlı kənd orta məktəbində almışdır.
Bakı Dövlət Universitetini bitirib.
2015-ci ildən siyasi məsələlər üzrə fəlsəfə doktorudur.
2016-cı BDU-nun dosentidir.
Haliyədə Bakı Dövlət Universitetində müəllim işləyir.
Yüzə yaxın elmi məqalənin və iki kitabın müəllifidir.
Ailəlidir
Bakı şəhərində yaşayır.
9. Fətullayev Hikmət Şahpələng oğlu - İqtisadiyyat üzrə fəlsəfə doktoru
1962-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub
1979-cu ildə Çaxırlı kənd orta məktəbini bitirib.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (İndiki İqtisadiyyat Universiteti) bitirdikdən sonra Sankt-Peterburq şəhərində təhsilini davam etdirərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Hazırda Vergilər Nazirliyində işləyir, Baş Vergi müfəttişidir, Vergi qanunvericiliyinə və tədrisinə dair bir çox layihələrin hazırlanmasında iştirak etmişdir.
Ailəlidir, üç övladı vardır
Bakı şəhərində yaşayır
10. Eminbəyli Nazilə (Şahbazova) Şahbaz qızı - pedoqoji elmlər üzrə fəlsəfə doktoru.
1970-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1977-1987 -ci illərdə Çaxırlı kənd orta məktəbində oxuyub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəşinə daxil olub. Universiteti bitirdikdən sonra Masallı şəhər 3 saylı məktəbində müəllim işləyib. 2005-ci ildə ailəsi ilə birlikdə Türkiyə Cümhuriyyətinin Van şəhərinə köçür. 2005-2013-cü illərdə Van Yuzuncu Yil Universitetində Eqitim fakultəsində müəllim lşləyir.
2013-cü ildən Milli Eqitim Bakanlığı Abdurrəhman Qazi MKB Anadolu liseyində müəllim işləyir.
2018- ci ildə pedoqoqika üzrə dissertasiya yazaraq müdafiə edib, pedoqoji elmlər üzrə fəlsəfə doktoru adını almışdır.
İki övladıvar: Qızı Ərzurum Universitetinin tibb fakultəsində, oğluisə Elaziq Universitetinin hüquq fakultəsində oxuyur.
Türkiyədə yaşayır.
11. Fətullayev Sabutay Hikmət oğlu - İqtisad elmləri üzrə fəlsəfə doktoru.
13 iyun 1991-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, 2008-ci ildə Bakı Türk Liseyini bitirmiş, qəbul imtahanlarından 685 bal toplamaqla Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika fakültəsinə , eyni zamanda Bolqariyada Amerika Universitetinə daxil olmuşdur.
Təhsilini Bolqariyada Amerika Universitetində davam etdirmiş, 2012-ci ildə həmin universiteti bakalavr səviyyəsində bitirmişdir.
2012-13-cü illərdə orduda - sərhəd qoşunlarında xidmət etmişdir.
2014-cü ildə Avstraliyanın Melburn Universitetində keçirilən müsabiqədə magistr və doktorantura səviyyəsi üzrə 5 illik təqaüd proqramını qazanmışdır.
2019-cu ildə elm sahəsində dünyanın ilk 20 universitetlərinin reytinq siyahisində olan Melburn Dövlət Universitetində iqtisadiyyat sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir.
Haliyədə həmin universitetdə elmi-tədqiqat işləri ilə məşğuldur.
Ailəlidir, Avstraliyada yaşayır.
Müxtəlif vəzifələrdə işləyənlər:
Kənddə:
1929-1999-cu illərdə Çaxırlı kəndində təsərrüfata aşağıda adları qeyd olunan şəxslər rəhbərlik edib. (Məmməd Nəbiyevin şəxsi arxivindəki qeydlərə görə).
1. Rzayev Abuş ---------------------------------------------------------1929-cu ildə
2.Nəbiyev Məmmədbağır-------------------------------------1930-1931-ci illərdə
3.Səfər (El arasında Şutu deyilirmiş), Şərəfə kəndindən olub - 1932-ci ildə
4.Paşayev Abdul -----------------------------------------------1933-1934-cü illərdə
5.Hüseynalı, Şərəfə kəndindən -----------------------------1934-1935-ci illərdə
6. Ruhullayev İsaq ---------------------------------------------1936-1939-cu illərdə
7. Əmirəslanov Qəni -------------------------------------------1940-1967-ci illərdə
8.Seyfullayev Elbəyi --------------------------------------------1967-1970-ci illərdə
9.Ruhullayev Ruhulla -------------------------------------------1971-1977-ci illərdə
10.Kərimov Maşallah ------------------------------------------1977-1984-cü illərdə
11. Qubadov Tofiq ---------------------------------------------1984-1994-cü illərdə
12. Kərimov Həsrət --------------------------------------------1994-1999-cu illərdə
Kəndin ilk bələdiyyə sədri: Məmmədov Ziyafət Yunus oğlu(1999-2009-cu illər)
Kəndxuda, kənd XDS sədrləri, ərazi nümayəndəsi işləyən kənd sakinləri:
1. Mollayev Abuş (Çaxırlı kəndindən)
2. Əkbərov Mirzəyar (Çaxırlı kəndindən)
3. Teymurov Xalıq (İmanlı kəndindən)
4. Rzayev Vəliməmməd (Çaxırlı kəndindən)
5. Bağırov Asif (Çaxırlı kəndindən)
6. Əhmədov Mirzə (Çaxırlı kəndindən)
7. Cavadov Oktay (Çaxırlı kəndindən)
8. Qubadov Musa (Çaxırlı kəndindən)
Rayonda:
Əmiraslanov Bahaddin Cahangir oğlu
1906-cı ildə anadan olub, ilk orta məktəb təhsilini qonşu Şərəfə kəndində alıb, 18 yaşında Bakı şəhərinə fəhlə işləməyə gedib.
Orada hüquq kurslarını bitirib (Vahid Qəhrəmanovun hüquq kursları).
Lerik rayonunda prokuror, Yardımlı və Masallı rayonlarında milis şöbəsinin rəisi işləyib. 1940-cı ildən ömrünün axırına kimi Masallı Rayon Yağ-Süd idarəsinin, sonralar Masallı Rayon Yağ-Süd zavodunun müdiri işləyib.
01.11.1960-cı ildə vəfat edib, məzarı Çaxırlı kənd qəbiristanlığındadır.
Fətullayev Yadulla Həsənalı oğlu -
Fətullayev Yadulla Həsənalı oğlu 1910-cu ildə Masallı rayonunun Çaxırlı kəndində kəndli ailəsində dünyaya göz açmışdır. 1917-ci ildə Şərəfə ibtidai məktəbində oxumuş, orta məktəbi bitirib. Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olaraq 1932-ci ildə aqronom ixtisasına yiyələnir. İmam Mustafayev adlı (1954- 1959- cu illərdə Azərbaycan KP MK-nın birincı katibi olmuş) tələbə ilə münasibətləri daha yaxın olur. İnstitutu müvəffəqiyyətlə qurtardığına görə təyinatla Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat laboratoriyasına göndərilir. Ailə qurduqdan sonra Masallı rayonundakı “Pravda” kolxozunda baş aqronom işləməyə başlayıb. 1949- cu ildə Yardımlı rayonuna torpaq şöbəsinin müdiri təyin edulib. Sonralar orada rayonun baş aqronomu işləyib. Bir müddət orada işlədikdən sonra Masallı rayonunun Şərəfə kəndində “Sabir”adına kolxozda baş aqronon işləyib. Həmişə elmi nəticələrə əsaslanan Y.Fətullayev işlədiyi ərazilərdə təcrübə-sınaq sahələri təşkil edib, orada öz elmi tədqiqat işlərinini aparıb. Kənd Təsərrüfatı İnstitutunun aspiranturasını bitirmişdi. Eyni zamanda Moskva Ali Partiya məktəbində təhsi almış, rus dilini mükəmməl öyrənmişdir. Zəngin şəxsi kitabxanası olub, çox mütaliə etdiyinə və müəyyən əsaslı mülahizələrinə görə yoldaşları arasında ona “mirzə” deyərmişlər.
1962-1963-cü illərdə Masallı 2 saylı məktəbində müəllim kimi kənd təsərrüfatı əməyi fənnini tədris edib
Səhhətində yaranmış problemlə əlaqədar 1964-cü ildə o, Rayon Kənd Təsərrüfatı İdarəsində işləməyə dəvət alır və fəaliyyətini davam etdirir.
Haqqında XATİRƏLƏR: Azərbaycan KP MK-nin o zamankı birinci katibi İ.Mustafayev rayona gələn vaxtı deyib: "Yadulla Fətullayevi çağırın, onunla görüşüm." Bu xəbəri Yadullaya deyəndə, deyib: "İş başındayam , qurtarıb gələrəm". Onun əməksevərliyini, sadəliyini, əyilməzliyini yaxşı bilən İ.Mustafayev gözləməyə məcbur olub. İşini qurtarıb gəldikdən sonra Yadulla ilə çox səmimi görüşüb.
Bir dəfə də Y.Fətullayev yazdığı elmi işinin əlyazmasını götürüb gedir Mərkəzi Komitəyə. Qəbul otağında deyir, birinçi katibin qəbuluna gəlmişəm, onunla görüşməliyəm. Nahar fasiləsi vaxtı imiş, nəhayət, fikri İmam Mustafayevə çatdırırlar. O da nahar fasiləsi vaxtında görüşəcəyini bildirir. Görüş zamanı hal-əhvaldan sonra İ.Mustafayev soruşur: “Fətullayev, mənə dair nə qulluğun?” Fətullayev: “Elmi işimin əl yazmasıdı gətirdim ki, həm baxasan, həm də bunun maşinkadan çıxarılmasına köməklik edəsən”, dedikdə Mustafayev: "Ay qardaş, mən elə bildim rayonların birinə birinci katib getmək istəyirsən, fikirləşdim ki, hansı rayonu istəyəcəksən", deyir.
Yadulla Fətullayev sadə, həmişə hər yerdə sözünü düz deyən, öz halal zəhməti ilə dolanan, xeyirxah bir insan olub. Yaşadığı illərdə heç kimin qəlbinə dəyməmiş, əksinə, hamıya öz köməkliyini göstərmişdir. O, öz vəzifə borcunun öhdəsindən layiqincə gəlməyi dövlətə xidmət kimi qiymətləndirən şəxslərdən biri olub. Qarşısına qoyduğu yolda bilirdi ki, tapşırılan və etimad edilən işin öhdəsindən layiqincə gəlməklə, xeyixahlığı və sadəliyi əməllərində yaşatmaqla insanların qəlbində yaşaya bilər. Və belə də edirdi.
O, eyni zamanda qayğıkeş və mehriban ailə başçısı olub. Həyat yoldaşı Bibixanım xanımla 7 övlad (3 oğlan, 4 qız) böyüdüb tərbiyə edib.
Yadulla Fətullayev ömrünün 55-ci baharında, 1965-ci il 21 apreldə müalicə məqsədi ilə getdiyi sanatoriyada vəfat edib, doğulduğu Masallı rayonunun Çaxırlı kəndində dəfn edilmişdir.
Fətullayev Fətulla Yadulla oğlu - 1947-ci ildə anadan olub.
Bakı Dənizçilik məktəbini bitirdikdən sonra ilk anda Xəzər dənizində əmək fəaliyyətinə başlayır. İşlədiyi müddətdə qiyabi yolla sahib olduğu peşə üzrə ali təhsil alır. Gəmi kapitanı rayonumuzun ilk gəmi kapitanlarından biri olub. Ömrünün son dövrünü Bakı Dənizçilik Akademiyasında şöbə müdiri işləyib. 2001-ci ildə 54 yaşında Bakı şəhərində vəfat edib.
Fətullayeva Firəngiz Yadulla qızı - Masallı rayon Maliyyə idarəsində rəis müavini işləyir.
Əhmədov Vaqif Əbülfəz oğlu – Masallı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi işləmişdir.
16 dekabr 1940-cı ildə Masallı rayonunun Çaxırlı kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim-rentgenoloq, həkim-kordioloq, Baş həkimin müavini və RMX-nin Baş həkimi vəzifələrində işləmişdir.
Haliyədə təqaüddədir.
Paşayev Səfalı Bayraməli oğlu – Masallı Poçtaptının müdiridir.
14 noyabr 1964-cü ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində doğulub. 1992-ci ildə Azərbaycan Texniki Universitetini bitirib, Latviyada hərbi xidmət keçmişdir. Masallıda çilingər kimi əmək fəaliyətinə başlamışdır. Masallı Rayon Rabitə Qovşağında Baş İdarənin təlimatçısı, Rabitə Nazirliyinin Cənub bölgəsinin səlahiyyətli namayəndəsi və digər vəzifələrdə çalışmışdır. 01 aprel 2021-ci ildən Masallı Poçt Filialının rəhbəri vəzifəsində işləyir. 2000-ci ildən YAP Masallı Rayon Təşkilatının sədr müavinidir. “Tərəqqi” medalına layiq görülüb.
Fətullayeva Asudə Yadulla qızı - Masallı RKK-nin ikinci katibi işləmiş, hazırda Azərbaycan Tibb Universitetinin kitabxanasında dissertasiya şöbəsinin müdiridir.
Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı Rayon Təşkilatının sədri
Əliyev Seyfəddin Abusət oğlu 29 avqust 1972-ci ildə Masallı Rayonun Çaxırlı kəndində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2001-ci ildə
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyas bitirib.
Müxtəlif vaxtlarda Masallı Rayon İcra hakimiyyətində, Gənclərr, idman, Turizm idarəsində, Masallı Telekomunikasiya Qovşağında müxtəlif vəsifələrdə və 70 saylı Masallı şəhər DSX-da işləyib.
1997-ci ildən daha yüksək vəzifələrə təyinat alaraq RİHB aparatının öncə sənədlərlə və vətəndaşların müraciəti ilə iş, daha sonra isə Masallı rayon İcra hakimiyyəti başçısı apartatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. YAP Masallı rayon təşkilatının sədri, 1 dərəcəli Dövlət Qulluqçusudur.
Hazırda YAP Masallı Rayon Təşkilatının sədri, 1-ci dərəcəli Dovlət qulluqçusudur.
Məmmədova Asudə Sərhəd qızı - kəndin ilk ali təhsilli qadını.
1961-ci ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti), 1982-83-cü illərdə Çaxırlı kənd tam orta məktəbində riyaziyyat müəllimi, 1984-1986-ci illərdə Masallı Rayon Komsomol Komtəsinin katibi, 1987-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri vəzifələrində çalışmışdır. Masallı rayonu M.Qarayev adına Sığıncaq kənd tam orta məktəbinin və Ərəb kənd orta məktəbinin direktoru işləmişdir.
Dəfələrlə Masallı rayon partiya komitəsinin və Masallı RİH-in və YAP Masallı rayon təşkilatının fəxri fərmanları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi və Rusiya həmkarlar İttifaqının medalları ilə təltif olunub. YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvü olub (2006-2010).
Hüseynov Cahangir Əmirəslan oğlu (Əmiraslanov Bahaddinin atası) o vaxtın Gimnaziyasını bitirmiş kişilərindən olub, Muğanda qurulan Sovet Respublikasının sədr müavini olub. Ərəb və rus dilini yaxşı bilib. Boydan balaca olmasına baxmayaraq, gur səsi olub.
Ölkədə:
Ölkə daxilində rəhbər vəzifədə işləyən Çaxırlılar:
Kazımov Məmməd Əlibala oğlu (Məmməd Dadaş) (1905-1987) - respublika əhəmiyyətli fərdi təqaüdçü, “Şərəf nişanı" ordenli.
1905-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Opta məktəbi qonşu Şərəfə kəndində bitirib.
Lənkəran şəhərində milis şöbəsində işləmişdir. 1925-1926-cı illərdə Lənkəran Qəza Komsomol Komitəsində təbliğatçı işləmiş, 1927-ci ildə Bakı Mərkəzi Partiya məktəbinə daxil olmuşdur. 1928-ci ildə Tbilisidə Zaqafqaziya Kommunist Universitetinə daxil olub, 1932-ci ildə oranı bitirdikdən sonra Azərbaycan Mərkəzi Komitəsinin qərarı ilə Zaqatala II dərəcəli partiya məktəbinə direktor təyin olunmuşdur.
1934-cü ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Lənkəran Rayon Partiya Komitəsinə şöbə müdiri təyin olunub. Eyni zamanda Lənkəran Partiya Məktəbinin direktoru vəzifəsini yerinə yetirmişdir.
1937- ci ildə işində qazandığı uğurlara görə Azərbaycan KP MK-nın qərarı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Təbliğat Şöbəsində təlimatçı vəzifəsinə təyin edirlər. Bir müddət burada işlədikdən sonra Məmməd Kazımovun bu irəliləyişlərini qəbul edə bilməyən bədxahları onun haqda KP MK-nın birinci katibi Mircəfər Bağırova yanlış məlumat verirlər. Verilən məlumatı tam araşdırmayan M.Bağırov onu 1941-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə Lənkəran rayonunda “Avrora” çay sovxozuna siyasi şöbə rəisi təyin edir. Sonradan həmən sovxozun direktoru təyin olunur və "AVRORA" sovxozu respublikada qabaqcıllardan biri olur. Bunun nəticəsi olaraq təsərrüfatın yekunları ilə əlaqədar Ümumrespublika toplantısında M.Bağırov M.Kazımova müraciət edir ki, "sən o, çətin dağ şəraitində, texnika olmaya-olmaya bu nəticəni necə əldə etdin?" M.Kazımov ayağa qalxıb utana-utana deyir ki, "mən texnika olmadığını nəzərə alıb bir neşə uzun qulaq (eşşək) aldım, səbətlər toxudub onlara yükləyərək dağ şəraitində əkəcəyimiz kolları və yığdığımız məhsulu daşıyıb itkiyə yol vermədik. " M.Bağırov M.Kazımov haqda yanlış informasiya verənləri əli ilə göstərərək deyir: "O iş üslubunu bu uzunqulaqlara da başa salmaq lazımdır." Sonradan respublika rəhbərliyinə dəvət alsa da, M.Kazımov özünə doğma bildiyi diyardan və təsərrüfatdan ayrılmağı məsləhət bilmir. Partiya və hökumət M.Kazımovun xidmətlərini nəzərə alaraq, onu “Şərəf nişanı” ordeni və bir neçə medalla mükafatlandırmışdır. Məmməd Kazımovun ( Lənkəranlılar ona hörmət əlaməti olaraq “Dadaş” deyərdilər) əməyini yerli əhali heç vaxt unutmur. O, təqaüdə çıxdıqdan sonra da Lənkəranda, Vel kəndində sovxozlararası pioner düşərgəsinin və Lənkəran Konserv Zavodunun tikintilərində fəal iştirak etmişdir. Son iş yeri Lənkəran Konserv Zavodunun direktoru vəzifəsi olub. Məmməd Əlibala oğlu Kazımov 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Kazımov Yunsur Əlibala oğlu Naxçıvan Muxtar respublikasında, Gəncədə prokuror, Cəlilabad və Neftçala rayonlarında prokurorluq orqanlarında işləmişdir
Kazımov Telman Məmməd oğlu uzun müddət Respublika Xüsusi Tikinti-Quraşdırma naziri işləmiş, X və XI çağırış Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçilmişdir, əməyi bir neçə orden və medallarla qiymələndirilmişdir.
Nəbiyeva Dürrə Əmiraslan qızı - “Qırmızı Əmək Bayrağı” ordenli.
1900-cü ildə Çaxırlı kəndində anadan olub. 1950-ci ildə “Pravda” kolxozunda tütünçülükdə göstərdiyi fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. 1984-cü ildə vəfat edib. Məzarı Çaxırlı kənd qəbiristanlığındadır.
Əhmədov Əlisa Mirzə Əhəd oğlu - 1912-ci ildə Çaxırlı kəndində anadan olmuşdur. Çaxırlı kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
Əmiraslanov Əmiraslan Bahaddin oğlu - “OLİMP” xarici ticarət MMC-nin Baş direktoru.
1940-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub.
Masallı şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Türkologiya şöbəsinə daxil olub. İkinci kursda oxuyarkən Azərbaycan radiosunda təcrübəçi kimi fəaliyyət göstərməklə, universiteti qurtardıqdan sonra orada redaktor, baş redaktor və şərhçi (komentator) kimi fəaliyyət göstərib.
1970-ci ildə Türkiyə Respublikasına əmək ezamiyyətinə getməklə orada Sovet İttifaqının tikdiyi sənaye müəssisələrinin mərkəzində tərcüməçi, iqtisdadçı və işlər idarəsində müdir işləmişdir.
Sonralar Sovet səfirliyində iqtisadi əlaqələr idarəsində iki il fəaliyyət göstərib. Eyni zamanda Türkiyədə MDB ölkələri üzrə Baş məsləhətçi kimi işləyib.
1993-95-ci illərdə İstanbulda “OLİMP” xarici ticarət MMC-nin Baş direktoru işləyib.
Türkiyədən qayıtdıqdan sonra “Günay” qəzetində Baş redaktorun beynəlxalq məsələlər üzrə müavini və digər mətbuat orqanlarında məsul vəzifələrdə çalışmışdır.
Hal-hazırda təqaüddədir, Bakı şəhərində yaşayır.
Ailəlidir, İki oğlu, bir qızı vardır.
Əsgərov Bülbül Feyruz oğlu - (1950-2005).
01 yanvar 1950 –ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub.
1967-ci ildə Çaxırlı kənd orta məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) daxil olub.
1972-ci ildə institutu bitirdikdən sonra zabit kimi iki illik hərbi xidmətə göndərilib.
Hərbi xidməti bitirdikdən sonra müxtəlif tikinti idarələrində iş icraçısı, mühəndis vəzifələrində çalışıb.
1981-ci ildən etibarən Bakı şəhəri İcra hakimiyyətinin Əsaslı Tikinti idarəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1990-93-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “Gilan” firmasında vitse-prezident vəzifəsində işləyib.
1996-2005-ci illərdə Dövlət Gömrük Komitəsində idarə rəisi kimi gömrük polkovniki rütbəsində fəaliyyət göstərib.
06 avqust 2005-ci ildə vəfat edib.
Xəlfəli Ramiz Məmmədsadıq oğlu - memar.
01. 05. 1962-ci ildə Masallı rayonunun Çaxırlı kəndində doğulub.
1969-1979-cu illərdə çaxırlı kənd orta məktəbində oxuyub. 1981-1983-cü illərdə hərbi xidmətdə olub.
1984-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsində oxuyub.
1989-1997-ci illərdə Masallı Rayon Təsərrüfat hesablı Layihə-Smeta bürosunda III dərəcəli mühəndislikdən büronun rəisinə kimi vəzifələrdə işləmişdir.
1997-1999-cu illərdə Masallı Şəhər Nümayəndəliyində memar kimi fəaliyyət göstərib.
1999-2002-ci illərdə Masallı RİH nəzdində reklam idarəsində memar olub.
2002-2006-cı illərdə Dəştvənd MMC-nin direktoru işləmişdir.
2009-2016-cı illərdə Bakı .əhərio Səbayel rayonunun memarı kimi fəaliyyət göstərib.
Allahyarlı Nihad Vüqar oğlu- “DAVAM” Ümumrespublika Gənclər hərəkatının sədri (2020-ci ildən).
Respublika YAP Gənclər təşkilatı idarə heyətinin üzvü (2020-ci ildən).
04.10.1980-ci ildə anadan olub.
2003-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib.
Nihad Allahyarlı ictimai fəaliyyətə Azərbaycan Dövlət İqtisad Universiteti THİK-nin sədr müavini olaraq başlayıb. Daha sonra “Eurovision 2012” mahnı müsabiqəsi və “U-17 Qadınlararası Dünya Çempionatı”nın Əməliyyat Komitələrində fəaliyyət göstərib.
2013-2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin təlim və karyera mərkəzinin rəhbəri, 2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes İnkubatorun layihələr və kommunikasiya departamentinin rəhbəri kimi çalışıb.
2013-cü il Azərbaycan Respublikasında Prezident seçkilərində Cənab İlham Əliyevin seçki platformasına dəstək məqsədi ilə həyata keçirilən “10 il” kampaniyasının rəhbəri, “Mənim Prezidentim” layihəsinin koordinatoru olub.
2016-cı ildə Prezident İlham Əliyevin təklifi əsasında baş tutan Azərbaycan Respublikasında Referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun vəkili kimi təşviqat prosesində Şamaxı, Sabirabad və Qazax rayonlarında yerli əhali ilə görüşlərdə iştirak edib.
N. Allahyarlı 2016-2018-ci illərdə mərkəzi ofisi Almaniyanın Berlin şəhərində yerləşən YPİDA Beynəlxalq Qeyri-Hökümət Təşkilatının İdarə Heyətinin üvzü və alt qurumu olan “Əlaqələndiricilər Şurası”nda ölkə təmsilçisi kimi fəaliyyət göstərib. Bu günə qədər 57 lokal, 11 beynəlxalq layihəyə rəhbərlik edərək icraçısı olub.
2019-2020-ci illərdə ölkənin ən böyük tələbə kontingetnin təhsil aldığı Bakı Dövlət Universtetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
Səbail Bələdiyyəsinin üzvüdür. 2019-cu il Bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsindən 8 minə yaxın seçicinin dəstəyini qazanaraq, Səbail bələdiyyəsinin üzvü seçilib və ölkə üzrə ən çox səs toplayan namizədlərdən olub. 2020-ci il ölkəmizdə baş tutan növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olub.
“DAVAM” Ümumrespublika Gənclər hərəkatının sədri (2020-ci ildən).
YAP Gənclər təşkilatı idarə heyətinin üzvü (2020-ci ildən).
Quliyev İlqar Fərzulla oğlu - YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri (2019-cu ildən).
YAP Gənclər Təşkilatı İdarə Heyətinin üzvü (2020-ci ildən).
1990-ci ilin avqustun 29-da anadan olmuşdur. 2008-ci ildə Sumqayıt şəhərində Texniki və Təbiət Elmləri liseyini bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin bakalavr pilləsi üzrə Faydalı qazıntı yataqlarının axtarışı ve geoloji plana alınması ixtisasını bitirmişdir.
2015-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin magistr pilləsi üzrə Geokimya ixtisasını bitirmişdir.
2017-ci ildən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının Geoekologiya (2508.01) ixtisası üzrə qiyabi doktorantıdır.
I Qarabağ müharibəsi haqqında:
Kəndin I Qarabağ şəhidi:
Rzayev Rüfət Vaqif oğlu – 1976- cı ildə doğulub.1994-cü ildə şəhid olmuşdur.
Çaxırlı kəndindən I Qarabağ müharibəsində 6 nəfər iştirak edib (1 şəhid):
1. Aslanov Emin Qurbanqulu oğlu
2. Gözəlov Malik Məmmədağa oğlu .
3. Abdullayev Fazil Hidayət oğlu
4. Şahbazov Emil Şahbaz oğlu - II qrup əlil, 5. Talıbov Ramik Əliheydər oğlu
Çaxırlı kəndindən II Qarabağ müharibəsinin şəhidləri:
1. Bağırov Namiq Nurəddin oğlu - 30.08.1984 - 08.10.2020.
MAHHXHQ
2. Ağayev Ağamalı Şamil oğlu - 23.09.1996 - 20.10.2020.
Çaxırlı kəndinin II Qarabağ müharibəsi iştirakçıları - 18 nəfər (2 şəhid).
Din xadimləri:
Şeyx Rəhmət Axund Bayram oğlu
Şeyx Rəhmət Axund Bayram oğlu 1885-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İlk təhsilini şərəfəli Molla Məmməd axund, digahlı Molla Məmmədqulu axund, Qurban axund kimi ruhanilərdən almışdır.
Ərəb-fars dillərini yaxşı mənimsədiyindən Rəhmət Bayram oğlu 1905-ci ildə - 20 yaşında İranın Zəncan şəhərində ali ruhani təhsili verən mədrəsəyə daxil olur. Adətən bu mədrəsəyə orta ruhani təhsili olan məzunlar tələbəliyə götürülürdü.
Zəncandan sonra Rəhmət Bayram oğlu təhsilini daha da artırmaq həvəsilə Tehran Universitetinə daxil olur. Orada təhsilini başa vurduqdan sonra Nəcəf şəhərinə gedir və Ali Ruhani Universitetində oxuyur. Valideynlərinin vəfat etməsinə görə bacıları sahibsiz qaldığına görə 1923-cü ildə vətənə qayıdır. Öz doğma kəndinə ali ətəhsilli ruhani rütbəsi ilə qayıdan Şeyx Rəhmət kənddəki ağsaqqalların köməyi ilə mədrəsə açıb, tələbələr hazırlayır. Çaxırlıdakı mədrəsəyə hətta qonşu kəndlərdən də təhsil almağa tələbələr gəlirdi.
30-cu illərdə guya kolxoz quruculuğuna əngəl olanları aradan götürmək adı altında mötəbər ruhanilər kimi Şeyx Rəhmət axund da incidilib. Həbsə alınmaq təhlükəsindən gizlənərək Çaxırlıdan baş götürüb Muğan kəndlərində sığınasaq tapan Şeyx Rəhmət axund əsasən Köçəkli kəndində məskunlaşır. Bu qorxulu vaxtlarda Köçəkli kənd sakini Babalı Şeyxə həyan durub.
Şeyx Rəhmətin gizlində yaşamaq dövrünə o vaxtlar rəhbər vəzifələrdə çalışan Mikayıl Süleyman oğlu Abıyevin cəsarətli addımları son qoyur. M.Abıyev Şeyx Rəhmətin sərbəst və asudə yaşaması üçün ona DİŞ-dən pasport alıb verir. Şeyx Rəhmət axund Bayram oğlu 1970-ci ildə may ayında 85 yaşında dünyasını dəyişmişdir. Məzarı Çaxırlı kənd qəbiristanlığındadır.
Təhməzov Mirqiyas Mirxas oğlu – Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə Qazisi olmuşdur.
01.07.1944-cü ildə Yardımlı rayonunun Teləvar kəndində anadan olmuşdur. İlk ruhani təhsilini Biləsuvar (keçmiş Puşkin) rayonunda Molla Hüseyn Axundun, daha sonra isə Lerik rayonunda Şeyx Qələm Axunddan almışdır. 1965-ci ildə Masallı rayon Çaxırlı kəndinə köçmüşdür. Çaxırlı kəndində yaşadığı müddətdə “Pravda” sovxozunda fəhlə işləməklə yanaşı gecə məktəbində orta təhsilini davam etdirmişdir. “Pravda” sovxozunda işlədiyi dövrdə əmək fəaliyyətinə görə dövlət tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Sovxozda işləməklə yanaşı dini təhsilini Çaxırlı kəndinin Axundu Şeyx Rəhmətin yanında davam etdirmişdir. 1987-ci ildə Rayon Sovetinin deputatı seçilmişdir. Keçmiş sovetlər dövründən bu günə kimi xeyirxah işlərlə məşğul olmuş, təmənnasız olaraq insanların xeyir və şər məclislərində iştirak edir. 1996-cı ildə Masallı rayonunun “Cümə” məscidinə Axund təyin olunmuş, 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi vəzifəsinə irəli çəkilmişdir. Ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşü Bakı şəhərində “Bibiheybət” məscidinin təməlqoyma mərasimində olmuşdur.
19 iyul 2020-ci il tarixdə vəfat etmişdir.
Ölkədən xaricdə yüksək vəzifələrdə işləyənlər:
Quliyev Əsədulla Murtuz oğlu – polkovnik, Dünya Azərbaycanlıları Qurultayının nümayəndəsi olub.
16 may 1951-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub.
Orta təhsilini Çaxırlı kənd orta məktəbində alıb.
1970-ci ilin may ayından 1992-ci ilin iyul ayına kimi SSRİ-nin və Rusiya Federasiyasının hərbi qüvvələrində müxtəlif məsul vəzifələrdə çalışıb. Rota, batalyon, alay (polk) komandirlərinin müavini, hərbi-siyasi şöbənin rəisi və Privoljski-Ural hərbi dairəsinin hərbi müfəttişi kimi vəzifələrdə olub.
1972-76-cı illərdə Sverdlovski ali hərbi-siyasi tank-artilleriya məktəbində təhsil alıb.
1983-87-ci illərdə Moskva şəhərində hərbi-siysi akademiyada oxuyub.
1992-ci ildə polkovnik rütbəsi ilə istefaya çıxıb.
1992-ci ilin avqustundan 1997-ci ilin oktyabrına kimi “CЭT” istehsalat- kommersiya firması Baş direktorunun müavini və “Ural-Start” kompaniyasının Baş direktoru işləyib.
1996-cı ildə “Beynəlxalq Menecment Akademiyası”nın diplomununu alıb. 1997-ci ildən 2001-ci ilə kimi Kaşnoqorski kombinatında baş direktorun müavini işləyib.
2001-2004-cü illərdə Rusiya Federasiyası Akademiyasının metallurgiya zavodunun Baş direktoru olub.
2004-cü ildə “Sverdlovski- Azərbaycan Ticarət Evi”nin Baş direktoru, Ural Federal dairəsində “Ural-Azərbaycan Dostluq cəmiyyəti”nin prezidenti olub.
Noyabr 2004-cü ildə Sverdlovski Qubernatorunun qərarı ilə orada milli məsələlər üzrə müşavir təyin olunub.
Sverdlovski və Çelyabinskidə dəfələrlə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində təşkilatçılardan biri olub.
Dünya Azərbaycanlıları Qurultayının nümayəndəsi olub.
Ulu öndər Heydər Əiyevlə 3 dəfə 1980, 2000, 2001-ci illərdə görüşüb .
Xidmətlərinə görə 2 orden, 7 medalla və fəxri fərmanlarla təltif olunub.
Ailəli olub, iki oğlu vardır: Nizami və Vadim
2012-ci ildə Sverdlovskidə avtomobil qəzasında həlak olub, məzarı doğulub boya-başa çatdığı Çaxırlı kəndindədir.
Kənddə olmuş tanınmış insanlar:
1.İmam Mustafayev – Azərbaycan KP MK-nın I katibi olub.
2.Mirzə İbrahimov - xalq yazıçısı.
3. Xəlil Rza Ulu Türk - xalq şairi.
4.Əhmədiyyə Cəbrayılov - Fransanın milli qəhrəmanı.
5.Məmməd Araz - xalq şairi.
6.Məmməd Rahim - xalq şairi.
7.Əliağa Kürçaylı - Azərbaycan SSR əməkdar incəsənət xadimi
8.İsmayıl Şıxlı - xalq yazıçısı.
9.Əli Vəliyev - xalq yazıçısı.
10. Xanım Ən Dörsi - ABŞ-ın səfiri
11. Ken Yamaşito - USAİD-ın Avro-Asiya üzrə regional direktoru 12. Skot Teylor - USAİD-ın Azərbaycan üzrə direktoru
13. Dünya bankının ölkə üzrə direktoru
14.Züleyxa Seyidməmmədova - İlk qadın təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı.
Kəndin adı: İmanlı
Kəndin adının mənası:
İmanlı kəndinin adı İman adlı adamın adı ilə bağlıdır.
Kəndin tarixi haqqında:
İmanlı kəndi Masallı rayonunun Çaxırlı İnzibati Ərazi Dairəsinə daxil olan kənddir.
Yaşlı adamların verdiyi məlumata görə, kəndin ilk adı Çuxuroba olmuşdur. XIX əsrin əvvəllərində Talış-Lənkəran zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayi İman xan adlı bir şəxs ailələri ilə birlikdə burada məskunlaşmışdır. Həmən ailələrin orada oturaqlaşmasından sonra kənd sakinləri arasında böyük hörmət sahibi və imanlı şəxs olan Kərbəlayi İmanın şərəfinə İmanlı adlandırılmışdır. .
İmanlı kəndi 1841-ci ilədək Talış əyalətinin, 1841 – 1930 –cu ilədək Lənkəran qəzasının,
1930-cu ildən isə Masallı rayonunun tərkibindədir.
1950-ci ilə kimi Sarıcəfərli kəndi ilə birlikdə “Gənc işçi” kolxozunun tərkibində olmuşdur.
1950-ci ildən 2000-ci ilə kimi “Pravda” kolxozunun tərkibində olmuşdur. 2000-ci ildən 2010-cu ilə kimi ayrıca bələdiyyə kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən Çaxırlı bələdiyyəsinin tərkibindədir.
Əhalisi: 01.01. 2021-ci il tarixə 236 nəfər;
O cümlədən: kişi: 119 nəfər; qadın: 117 nəfər.
Ərazisi: 70 hektar
Coğrafi mövqeyi:
İmanlı kəndi Lənkəran ovalığında, Masallı rayonunun şimalında yerləşir. Ərazisi düzənlikdir. Kəndin içərisindən Taxta çayı axır.
Kəndin əsas məşğulyəti:
Əkinçilik və maldarlıq
Həmsərhəd olduğu kəndlər:
Binə Xocavar və Sarıcəfərli kəndləri ilə həmsərhəddir.
Məscid: 1990-cı ildə inşa edilmişdir.
Kəndin ilk ali təhsillisi:
Əliyev Qəyyum Qulam oğlu.
II Dünya müharibəsində 6 nəfər iştirak edib.
Onlardan 3 nəfər müharibədə həlak olub, 3 nəfər qayıtdiqdan sonra burada vəfat edib.
Ələkbərov İbrahim Əliş oğlu
1918-ci ildə İmanlı (o vaxtı Çuxuroba) kəndində anadan olub, 1943-cü ildə II Dünya müharibəsində Volqoqradda (keçmiş Stalinqrad) kapitan rütbəsində qəhrəmancasına həlak olub. Qəbri məşhur MAMAY təpəsindədir, adı oradakı divarda yazılıb.
Kəndin tanınmışları:
Həmidli Nurlan Ramiz oğlu
16 Aprel 1990-cı ildə İmanlı kəndində doğulub. 631 balla BDU-nin tətbiqi riyaziyyat fakultəsinə daxil olub. Haliyədə Çənubi Koreya Respublıkasında təhsilni davam etdirir.
I Qarabağ müharibəsində 2 nəfər iştirak edib.
II Qarabağ şəhidi:
Vəliyev Məhəmməd Nail oğlu – 27. 09. 1996-cı ildə doğulub – 29. 09. 2020-ci ildə şəhid olub.
II Qarabağ döyüşlərində iştirak edənlər: 2 nəfər.
1. Nəsirov Nemət Abduləhəd oğlu --- 1977-ci ildə doğulub.
2. Xəlilov Samid Tahir oğlu - 01. 07. 1994-cü ildə doğulub.
Kəndin ilk bələdiyyə sədri Əliyev Vəkil Qulam oğlu olmuşdur (1999-2009-cu iilər).
İmanlı kəndi ----- nə çatmır?
2. Rəhbər vəzifələrdə işləyənlər.
3. I Qarabağ şəhidləri və ya veteranları
4. orden-medallılar
5. Qəhrəman analar.
Kəndin adı: Kəlbəhüseyinli
Əhalisi: 01.01. 2021-ci il tarixə 1531 nəfər;
O cümlədən: kişi: 770 nəfər; qadın: 761 nəfər.
Ərazisi: 600 hektar
Kəndin əsas məşğulyyəti: əkinçilik və heyvandarlıq.
Həmsərhəd kəndləri:
Çaxırlı, Sarıcəfərli, Əhmədli kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Çox tanınmış el ağsaqqalı Kərbəlayi Hüseynin adı ilə bağlıdır. Yaşlıların dediyinə görə, XVII əsrdə Şah Təhmasibin dövründə əhali buraya köçüb məskən salmışlar. Kəndin qədim adı Qaladibidir.
Kəndin ilk adı qalanın yanında yerləşdiyinə görə “Qala dibi” (Qala Çaxırlısı) olub.. 1930-cu illərdə kolxozlaşma gedən vaxtlarda Kəlbəlayi Hüseynin adı ilə Kəlbəhüseynli adlanıb.
İndiki mövcud Çaxırlı kəndi də keçmişdə yaşlı insanlar tərəfindən “Çöl Çaxırlı” adlanırdı. (Qala Çaxırlısından çıxıb bir az kənarda yaşadıqlarına görə).
Tarixi abidələri:
“Qala” XVII-XVIII əsrlərdə I Pyoturun dövründə ruslar tərəfindən salınmış və müdafiə xarektirli olmuşdur. Digər məlumatda qeyd olunur ki, “Qala” – kəndin ən qədim tarixi abidələrindəndir. Torpaq qaladır. Qalanın hər iki tərəfində böyük giriş və çıxış qapıları olmuşdur. İndi xeyli çökmüş və uçulmuş qalanın nə vaxt ucaldıldığı barədə dəqiq məlumat yoxdur. Böyük ehtimalla, Səfəvilər imperiyası dövründə hərbi məqsədlə tikilmişdir.
Kurqan-təpə.
Kənddə ilk məktəb:
1937-1938-ci illərdə açılıb.
İlk ali təhsilli ziyalılar:
1.Rzayev Əli Enulla oğlu
2.Bəşirov Müzəffər Bəşir oğlu
3.Abuşov İbrahim Şahbaz oğlu
4.Bəşirov Abas Bəşir oğlu
Məscid:
Din xadimləri:
1. Molla Hüseyn - 1847-ci ildə anadan olub, ilk dini təhsilini dayılarından alıb, özünün mədrəsəsi olub, onlarla din xadimlərinin təhsil almasında zəhməti olub. 1946-cı ildə vəfat edib.
2. Molla Höccət - 1883-cü ildə anadan olub, ilk dini təhsilini Molla Hüseynin mədrəsəsində alıb, 1950-ci ildə vəfat edib.
3. Molla Həsən - 1890-cı ildə anadan olub, ilk dini təhsilini Molla Hüseyn mədrəsəsində aldıqdan sonra Qum şəhərində təhsil alıb. Ali dini təhsilini Nəcəf şəhərində alıb. Təhsilini başa vurduqdan sonra ağır xəstəlik üzündən orada vəfat edib. Qəbri Nəcəf şəhərindədir.
4.Molla Müctəba Həkim Həsən oğlu - 1900-cü ildə anadan olub, ali dini təhsilini Nəcəf şəhərində alıb. 1942-ci ildə BVM-də Kirim şəhərində həlak olub.
5. Molla Qulamhüseyn - 1906-cı ildə anadan olub.
İlk dini təhsilini atası molla Hüseynin mədrəsəsində alıb, 1922-ci ildə Ərdəbil şəhərində “Əliəkbər məktəbi”nə daxil olur. 7 il orada təhsil aldıqdan sonra vətənə qayıdıb dini fəaliyyətlə məşğul olur. Vəfat etdiyi günə qədər yaşadığı Kəlbəhüseynli kəndində və eyni zamanda ətraf kəndlərdə də mollalıq edir. 1983-cü ildə vəfat edib.
6. Hüseynov Mirzəcan Qulamhüseyn oğlu - 1939-cu ildə anadan olub.
İlk dini təhsilini atası molla Qulamhüseyndən alıb. Kənd məscidinin mollası olmaqla yanaşı Bakı şəhərindəki məscidlərdə də dini fəaliyyətlə məşğul olub.
7.Hüseynov Qılman Mirzəcan oğlu - 1973-cü ildə anadan olub.
İlk dini təhsilini babası molla Qulamhüseyndən və atası molla Mirzəcandan alıb. İslam Universitetini bitirib. Kənd məscidinin axundudur.
II Dünya müharibəsində iştirak edənlər:
İkinci dünya müharibəsində 14 nəfər iştirak etmişdir. 4 nəfər müharibədə həlak olmuşdur.10 nəfər isə müharibədən sonrakı illərdə vəfat etmişdir.
Ağamir İbrahimov - Belarusiya cəbhəsində partizan hərakatının fəal üzvü olmuşdur.
Kəlbəhüseyinli kəndi I Qarabağ döyüşlərində bir şəhid verib.
Əbilov Nicat Əbil oğlu.
II Qarabağ müharibəsində iştirak edənlər:
1.Məmmədov İlkin Ağakərim oğlu , II qrup əlil, Kəlbəhüseynli k.
2.Məmmədov Xasay Ağakərim oğlu, II qrup əlil, vəfat edib, K/hüseynli k.
6.İbrahimov Rövşən Qəhrəman oğlu, Kəlbəhüseynli k.
7.Alışov Fərrux Əvəz oğlu, I qrup əlil, Kəlbəhüseynli k.
10.Əliyev Fəxrəddin Abusət oğlu, II qrup əlil, Kəlbəhüseynli k.
11.Rzayev Fəqani Vidadi oğlu, Kəlbəhüseynli k.
13.Paşayev Vəfalı Bayramalı oğlu, Kəlbəhüseynli k.
II Qarabağ müharibəsinin şəhidləri
1.Şahbazov Kənan Natiq oğlu - 23.07.2002 - 02.10.2020,
əsgər, Kəlbəhüseynli kəndi
2.Gözəlov Ziya Zahid oğlu - 19.01.2002 - 22.11.2020
əsgər, Kəlbəhüseynli kəndi
Kəndin tanınmışları
Alimlər:
Kəlbəhüseynli kəndi üzrə 3 elmlər doktoru vardır.
1 . Bəşirov Abbas Bəşir oğlu (1934-1998) – kəndin ilk elmlər doktoru, fizika-riyaziyyat elmləri doktoru.
1934-cü ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. İlk təhsilini Kəlbəhüseynli kəndində yerləşən Çaxırlı yeddiillik məktəbində, sonradan Masallı rayon mərkəzindəki orta məktəbdə davam etdirmişdir.
1955-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu qurtarıb.
1966-cı ildə texniki elmlər namizədi elmi dərəcəsini alıb.
1967-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun dosenti olmuşdur.
1988-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
1989-cu ildən professor olmaqla Azərbaycan Pedoqoji İnstitutunda fizika fakultəsində kafedra müdiri işləmişdir.
1998-ci ildə vəfat etmişdir
2. Paşayev Aydın Məmməd oğlu - filologiya elmləri doktoru.
22 yanvar 1939-cu ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. İlk təhsilini (1946-1956) Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən Çaxırlı yeddiillik məktəbində, sonra isə Təklə orta məktəbində davam etdirmişdir.
1957-ci ildə Bakı şin zavodunun tikintisində çalışmışdır. 1958-1960-cı illərdə hərbi xidmətdə olub.
1967-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun axşam şöbəsinin filologoya fakultəsində oxuyub.
1980-ci ildən indiki BDU-nun dissertantı olmuş, 1989-cu ildə “Azərbaycan dilində ləqəblər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Bakı şəhərinin müxtəlif məktəblərində, Azərbaycan Xarici Dillər İnstitutunda, Xəzər Universitetində, Bakı Avropa liseyində müəllim işləmişdir.
04 dekabr 1990-cı il tarixdən Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun metodist müəllimidir.
“Azərbaycan antroponimiyasının leksik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
1958-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 1985-ci ildə “Baş müəllim”, 1990-cı ildə “Metodist müəllim” adlarına layiq görülmüş, 1990-cı ildə “Əmək veteranı medalı” ilə təltif olunmuşdur.
Ailəlidir, 4 övladı vardır.
3. Xəlilov Rahid Süleyman oğlu (Rahid Ulusel) —fəlsəfə elmlər doktoru, professor.
1954-cü ildə Masallı rayonunun Kəlbəhüseynli (əski adı – Qaladibi) kəndində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologoya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1975-2002-ci illərdə Masallı rayonunun Güllütəpə, Çaxırlı kənd və Masallı şəhər məktəblərində müəllim, Masallı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, “Yeni qəzet”in baş redaktoru vəzifələrində çalışmışdır.
2002-ci ildən Azərbaycan Atatürk Mərkəzinin elmi əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi olmuşdur.
2005-ci ildən Qərb Universitetində fəlsəfə və mədəniyyətşünaslıq fənni üzrə müəllim işləyir.
- “Qlobalistika və Sivilizologiya” EAB-nın sədridir.
- Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- 200-dən çox məqaləsi Azərbaycanda və Xaricdə çap olunmuşdur.
- Yuri Borevin “Estetika” kitabını (Təhsil, 2010) Azərbaycan dilinə tərcümə etmişdir,
- 17 kitabın müəllifidir.
- 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
- Professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun dissertasiya şurasının üzvü, Beynəlxalq Biokosmologoya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti, “Biokosmologiya- neo-Aritotelizm” jurnalının redaksiya heyətinin və Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq fedrasiyasının üzvüdür.
O, XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), XXIII Dünya Fəlsəfə Konqresində (Afina, 2013) və bir sıra nüfuzlu Beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir.
Kəlbəhüseynli kəndi üzrə 2 nəfər fəlsəfə doktoru vardır.
1. Bəşirov Seyran Müzəffər oğlu - fizika-riyaziyyat elmləri namizədi.
1954-cü ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub.
1971-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirib.
1975-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu bitirib.
1975-1981-ci illərdə Masallı rayonunda fizika müəllimi kimi fəaliyyət göstərmişdir.
1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olub, 1984-cü ildə oranı bitirmişdir.
1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Haliyədə Bakı şəhərində C.Naxçıvanski adına hərbi liseydə müəllim işləyir
Ailəlidir,
Bakı şəhərində yaşayır
2.Abuşov Oktay Qulamhüseyn oğlu - Fizika-riyaziyyat elmləri üzrə
fəlsəfə doktoru.
1961-ci ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub.
1978-ci ildə Çaxırlı kənd orta məktəbini bitirib.
1979-1985-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib.
Təyinatla Kazan şəhərinə gedib və orada aspiranturaya daxil olaraq, 1989-cu ildə dissertasiya yazıb müdafiə edərək riyaziyyat elmləri namizədi olub.
Kazan Universitetinin dosentidir.
Ailəlidir,
Kazan Şəhərində yaşayır
Kənddə stadion:
Digər idman qurğuları:
KƏLBİHÜSEYNLİ kəndi ------- nə çatmır?
Qəhrəman ana: ----- sayı.
İlk müəllim kim olub?
Yükək mükafat və təltiflər alan kənd sakinləri:
Yazarlar:
Başqa sahələrdə məşhurlar --- musiqi, idman və sair:
Kəndin adı: Sarıcəfərli.
Əhalisi: 01. 01. 2021-ci il tarixə 563 nəfər:
o cümlədən: kişi: 285 nəfər; qadın: 278 nəfər.
Ərazisi: 130 hektar
Kəndin adının mənası:
Sarı Cəfər adlı şəxsin adı ilə bağlıdı.
Kəndin qısa tarixi:
Kəndin əhalisi İran ərazisindən indiki İmişli rayonuna köçmüş, oradan Çaxırlı kəndində məskunlaşmağa başlamışlar. Hazırda İmişli rayonunun Çaxırlı kəndində həmin tayfaların qohumlarından yaşayan var.
Kəndin əsas məşqulyəti: Maldarlıq və əkinçilik.
Həmsərhəd olduğu kəndlər:
Binə Xocavar, Çaxırlı, Şərəfə, Kəlbəhüseyinli kəndləri ilə həmsərhəddir.
Tarixi abidəsi: Kənddə keçmişdən qalan məscid binası tarixi abidə kimi qorunub saxlanılır.
Sarıcəfərli kənd qəbirəstanlığında Mir Mahmud ağanın qəbirüstü məqbərəsi - (Mir Mahmud ağa Şərəfə kəndinin yaradıcısı (XV əsr) Seyid Nəbiəddin Səfəvinin qardaşıdır).
Kənddə ilk məktəbin açıldığı tarix:
Sarıcəfərli kəndində məktəb 1994-cü ildə açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Niftiyev Nadir Məhəmməd oğlu
Kəndin ziyalısı:
Babayev Sədcat Sadıq oğlu - “Ali dərəcəli” müəllim.
1933-cü ildə anadan olmuşdur. 1956-cı ildə Macarıstan qiyamının yatırılmasında iştirakına görə müharibə veteranıdır.1957-1959-cu illərdə Lənkaran Pedeqoji texnikumunda,1962-1968-ci illərdə V.İ.Lenin adına ADPİ-nin dil-ədəbiyyat fakultəsində oxumuşdur.Təlim-tərbiyə işində fəal iştirakına görə “Onuncu beşilliyin qalibi” döş nişanına, 1980-cı ildə “Sosializm yarışının qalibi” adına, 1988-ci ildə “Əmək veteranı” medalına layiq görülüb. 1982-ci ildən Baş müəllimdir. Hazırda təqaüddədir.
Məlikov Sabir Hənfə oğlu
1951-ci ildə Masallı rayonun Sarıcəfərli kəndində anadan olub. İlk təhsilini də bu kənddə alıb. Daha sonra ailə vəziyyəti ilə Bakıya köçüb, 9-10-cu sinifləri orada bitirib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını uğurla bitirərək Lənkəran Dövlət Dram teatrına təyinat alıB. 1 il orda çalışıb.1976-cı ildə Azərbaycan Gənc Tamaşaçılar Teatrına dəvət alıb. Haliyədə orada çalışır.
Lənkəran teatrında V.Şekspin , C.Cabbarlının, S. Vurğunun, C. Məmmədquluzadənin, ümumilikdə 50-ən artıq müəllifin əsərlərindən aktyor kimi rol alıb.
Daha sonra səhhəti ilə bağlı teatrda inzibati işə keçib.
Alimlər:
Kənddə 3 elmlər doktoru var.
1. Niftiyev Gündüz Məmməd oğlu (1949-1991). Fizika-riyaziyyat elmləri doktoru
1949-cu ildə Masallı rayonunun Sarıcəfərli kəndində anadan olmuşdur.
1956-1966-cı illərdə orta təhsilini Çaxırlı kənd orta məktəbində alıb.
1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda oxuyub.
1970-1971-ci illərdə Masallı rayonunun Qızılavar kəndində fizika müəllimi işləyib. Elə həmən ili ADPİ-nun aspiranturasına daxil olur.
1975-ci ildə “A3 B6 birləşmələrdə lokal səviyyələrin enerji spektrlərinin və çevirmə effektinin tədqiqi “ mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Bu dissertasiya mövzusu Lenin komsomolu mükafatına layiq görülüb.
Onun yarımkeçiricilərdən bəhs edən məqalələri respublika və xarici ölkə qəzet və jurnallarında dərc olunub.
Gənc alim 24 müəlliflik şəhadətnaməsi alıb.
1990-cı ildə “Qallium, indium və lantonoid halkogenid monokristallarında 3-a və 4-f element aşkarlarının spektroskopiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsini almışdır.
1975-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.
1991-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
2. Əsgərov Faiq Ərzulla oğlu - texniki elmlər doktoru.
1959-cu ildə Masallı rayonu Sarıcəfərli kəndində anadan olmuşdur.
Orta təhsilini (1966-1976-cı illər) Kəlbəhüseynli və Çaxırlı məktəblərində almışdır.
1977-1978-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alıb.
1980-1982-ci illərdə hərbi xidmətdə olub, 1982-1984-cü illərdə Masallı rayon kimya birliyində çalışıb.
1984-cü ildə Sankt-Peterburq “Arsenal”zavodunda sıravi işçi olmaqdan başlayaraq zavodun baş direktoru vəzifəsinə qədər yüksəlmişdir.
D.Ustinov adına Sankt Peterburq Hərbi Mexanika İnstitutunu bitirib.
Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakultəsini də bitirmişdir.
Texniki elmlər doktorudur, onlarla elmi məqalənin və bir neçə kitabın müəllifidir.
General-leytenant rütbəsindədir. Əməyi K.Siolkovski mükafatı, Y.Qaqarin medalı və bir sıra digər medallarla qiymətləndirilmişdir.
Ailəlidir, iki övladı vardır.
Sankt-Peterburq şəhərində yaşayır.
3. Niftiyev Namik Nadir oğlu - fizika-riyaziyyat elmləri doktoru.
1961-ci ildə Masallı rayonu Sarıcəfərli kəndində ziyalı ailəsində dünyaya gəlib.
Orta təhsilini (1968-1978) Kəlbəhüseynli və Çaxırlı kənd məktəblərində almışdır.
1968-1982-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda oxuyub, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1982-1987-ci illərdə Masallı şəhər 2 saylı və Yeddioymaq kənd orta məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir.
1987-1991-ci illərdə Bakı şəhərinin müxtəlif məktəblərində müəllim işləyib. 1987-ci ildə istehsalatdan ayrılmamaqla Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Bərk cisimlər fizikası” kafedrasının aspiranturasına daxil olur.
1991-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru adını alıb. 1991-2008-ci illərdə Azərbaycan Pedoqoji Universitetində laborant, baş laborant, laboratoriya müdiri vəzifələrində çalışıb.
2009-cu ildən həmin universitetdə dosent olmaqla fizika fakultəsində müəllim işləyir.
2015-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika- riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
70 elmi məqalənin və iki dərs vəsaitinin müəllifidir.
Ailəlidir, iki övladı vardır.
Bakı şəhərində yaşayır.
1 nəfər fəlsəfə doktoru vardır.
1. Gözəlov Səyavuş Səfər oğlu - Kimya üzrə fəlsəfə doktoru.
1956-cı ildə Masallı rayonunun Sarıcəfərli kəndində anadan olmuşdur.
1973-cü ildə Çaxırlı kənd orta məktəbini bitirib.
1973-1977-ci illərdə Azərbayca Dövlət Pedoqoji İnstitutunun kimya fakultəsində oxuyub.
1977-1978-ci illərdə Yardımlı rayonunda kimya müəllimi işləyib.
1978-1980-ci illərdə hərbi xidmətdə olub.
1982-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi kimya İnstitutunda işləyib.
1989-cu ildə müdafiə edərək kimya elmləri üzrə elmlər namizədi elmi dərəcəsini almışdır.
1989-1992-ci illərdə Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunda çalışmışdır.
1992-1994-cü illərdə Ali Hərbi Məktəbdə təhsil almışdır.
Azərbaycan Ali Hərbi Dənizçilk məktəbində qoşun-döyüş hazırlığı kafedrasının baş müəllimi işləmişdir.
2003-2007-ci illərdə H.Əliyev adına Ali Hərbi məktəbdə taktika-döyüş əməliyyatları kafedrasının baş müəllimi və tədris şöbəsinin elmi işlər üzrə müavini olmuşdur.
2008-ci ildən Memarlıq və İnşaat Universitetində Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosentidir, mayor rütbəsindədir.
Sarıcəfərli kəndinin din xadimi:
Axund Molla Sadıq
1894-cü ildə anadan olub, ilk dini təhsilini qohumu Molla Hüseynin mədrəsəsində alıb, sonra Ərdəbil şəhərində “Əliəkbər məktəbi”ndə 7 il təhsil alıb. Vətənə qayıdaraq öz kəndlərində və ətraf kəndlərdə dini fəaliyyəti ilə məşğul olub. 1989-cu ildə vəfat edib, məzarı Sarıcəfərli kənd qəbiristanlığındadır.
Babayev Abdulrza Sadıq oğlu, 1939- cu ildə Masallı rayonu Sarıcəfərli kəndində anadan olub, ilk dini təhsilini atası molla Sadıqdan alıb. Yaşadığı kənddə və Bakı şəhərinin məscidlərində dini fəaliyyətlə məşğul olub, 1997-ci ildə vəfat edib. Məşhəd, Kəlbəla və Həcc ziyarətlərində olub.
Babayev Əbdulqafar Sadıq oğlu,
1946-cı ildə Masallı rayonunun Sarıcəfərli kəndində anadan olub.
Dini təhsilini atası molla Sadıqdan alıb, kənddə və ətraf kəndlərdə dini fəaliyyətlə məşğuldur. Məşhəd, Kəlbəla və Həc ziyarətlərində olub.
Babayev Rəşad Əbdulqafar oğlu,
1977-ci ildə Masallı rayonunun Sarıcəfərli kəndində
anadan olub, ilk dini təhsilini atası molla Əbdulqafardan alıb, sonra Bakı İslam Universitetində təhsil alıb. Bakı şəhərinin məscidlərində dini fəaliyyətlə məşğuldur
II Dünya müharibəsində iştirak edənlər:
İkinci dünya müharibəsində Sarıcəfərli kəndindən 23 nəfər müharibəyə getmişdir.18 nəfər müharıbədən qayıtmamış, 5 nəfəri sağ qayıdıb.
Kənddən I Qarabağ döyüşlərində iştirak edənlər:
Kərimov Zaur Müzakir oğlu - II qrup əlil.
Rəhbər vəzifədə işləyənlər:
Rayonda:
Həsənov Baba Həsənağa oğlu – II dərəcəli Dövlət qulluqçusu.
07. 02. 1959-cu uildə Masallı rayonunun Sarıcəfərli kəndində doğulub. Azərbaycan DPİ-nun tarix fakültəsini və 1985-ci ildə Moskva Ali Komsomol məktəbini bitirib.
1985-1991-ci illərdə Rayon Komsomol Komitəsində təlimatçı və II katib işləmişdir.
1991-1992-ci illərdə RİH Başçısının köməkçisi olmuşdur.
1998-2004-cü illərdə Masallı Rayon İdman və Turizm İdarəsində rəis müavini və Baş inspektor vəzifələrində işləyiib.
2004-2014-cü illərdə Masallı RİH-də Böyük və Baş məsləhətçi və ümumi şöbənin müdiri vəzifələrində çalışmışdır.
Haliyədə Masallı Dövlət Regional Kollecində metodist vəzifəsindədir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ölkədə:
Digər tanınmışlar:
Niftiyev Məzahir Nəzirməmməd oğlu
1964-cü ildə Sarıcəfərli kəndində anadan olub. Bakı Dənizçilik Akademiyasını və Bakı Dövlət Universtetinin Coğrafiya fakultəsini bitirib. Uzaq səfərlər kapitanıdır.
Ölkədən xaricdə tanınmışlar:
Quliyev Ramazan Ərzulla oğlu – polkovnik, İnterpolun nümayəndəsi.
1955-ci ildə Masallı rayonunun Çaxırlı ərazi dairəsinin Sarıcəfərli kəndində anadan olub. İlk təhsilini Kəlbəhüseyinli məktəbində alıb, Çaxırlı kənd orta məktəbini bitirmişdir. Ali təhsilli hüquqşunasdır. Litva respublikasının Kaunas şəhərində daxili iş orqanlarında polkovnik rütbəsinə qədər yüksəlmiş, İNTERPOL-un nümayəndəsi olmuşdur.
SARICƏFƏRLLİ kəndi ------- nə çatmır?
1. Kənddən II Qarabağ döyüşlərində iştirak edənlər:
2. Qəhrəman ana: sayı
3. Yazarlar:
4. Yüksək dövlət mükafatları alanlar
5. Digər tanınmışlar.
Kəndin adı: Bala Təklə
Əhalisi: 595 nəfər
O cümlədən: kişi: 285 nəfər; qadın: 310 nəfər.
Ərazisi: 500 hektar
Kəndin adının mənası:
Tək Əli tayfasından olmasına işarədir.
Kəndin qısa tarixçəsi:
Bala Təklə kəndi Şərqi Anadolu vilayətindən İrana köçürülmüşlər. Şah İsmayıl Xətai hakimiyyəti dövründə İranda yaşamışlar. Sonra ŞahTəhmasibin hakimiyyəti döründə təkləlilər sıxışdırılaraq indiki Səlyan rayonunun Qarabucaq kəndi ərazisində yerləşmişlər. Sonralar hazırkı ərazidə məskunlaşmışlar. Bala Təklə kəndinin 600 ilə yaxın tarixi vardır.
Kəndin əsas məşquliyyəti: Əkinçılik və maldarlıq.
Həmsərhəd olduğu kəndlər:
Çaxırlı, Şərəfə və Həsənli kəndləri ilə həmsərhəddir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Bala Təklə kəndində ilk məktəb 1930-cu ildə açılmışdır.
İkinci Dünya müharibəsində iştirak edənlər:
14 nəfər olmuşdur. Onlardan 4 nəfəri qayıtmamış,10 nəfəri sağ qayıtmışdır.
Kəndin şəhidi:
Ağayev Yavər Balaxan oğlu - 1972-də doğulub.
1972-ci ildə Bala Təklə kəndində anadan olmuşdur.1989-cu ildə hərbi xidmətə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq milli orduya yazılmışdır. Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bala Təklə kəndindən II Qarabağ müharibəsi iştirakçıları
1.Həsənov Orxan Şöhrət oğlu, 24.06.1997, əsgər
2. Rəfiyev İmran Siyasət oğlu, 27.10.1996, əsgər
3.Rəfiyev Hicran Siyasət oğlu, 31.03.1990, əsgər
4.Aslanov Kəmaləddin Kəmaləddin oğlu, 28,08.!998, əsgər
Xaricdə yaşayan tanınmışlar:
Şirinov İmanxan Abasqulu oğlu - həkim-cərrah.
Mahmudov İqbal Böyükkişi oğlu - Donetski (Ukrayna) vilayətində Azərbaycan diasporunun sədri olmuşdur.
Çaxırlı İnzibati Ərazi Dairəsi haqqında materialların hazırlanmasında yaxından kömək eləmiş Ziyafət Məmmədova təşəkkür edirik.