Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensklopediyası” təqdim edir – 8-ci yazı. Təzəkənd İnzibati Ərazi Dairəsi


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi… tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

İşçi qrupunun telefonları
Zahir  Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 0 50 429 05 96:
 0 70 542 54 30
Əlizaman Baxış:  - 0  50 427 70 25
     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar və Mahmudavar kəndləri ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Qızılavar Inzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
(Əvvəlki linklər burada:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
 2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
 
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
 4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)


TƏZƏKƏND Ərazisi dairəsi 1 kəndi əhatə edir: 

Təzəkənd kəndi.


Kəndin adının mənası:

Kəndin torpağının alınması 1920-ci illərə təsadüf edir. Ərazidə daimi yaşayış 1925-ci ildən olmuş və bu yaşayış məntəqəsi Babakosa adlandırılmışdır. 1928-ci ildə bu yaşayış məntəqəsinə kənd statusu verilmişdir.  Kəndə elə bu vaxtdan - 1928-ci ildən Lerik rayonunun Çayrud kəndindən Mirhüseyn kişi ( ləqəbi Cahil ) öz yaxın qohumları ilə birlikdə daimi yaşamağa qərar verirlər. 1931-ci ildə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Təzəkənd adlandırılıb. 


Kəndin tarixindən:


Sovet hakimiyyətinə qədər bu ərazidə yaşayış olmayıb. Ərazi Lənkəran xanlığına aid olub. Ərazi balıqçılığı inkişaf etdirmək üçün Qumbaşı kəndində yaşayan malakanlara icarəyə verilmişdi. Bu yerlər dənizə yaxın, otlaq üçün yaxşı şərait olduğu üçün Cənubi Azərbaycanın Ərdəbil şəhərindən Lerik rayonunun Çayrud kəndində məskunlaşan seyidlər nəslindən olan və çoxlu mal-qarası olan tayfa başçısı Mir Hüseyn kişi öz adamlarından qızıl pul yığaraq bu torpaqları almışlar. Beləliklə, əhali yaylaq-qışlaq edərək burada məşkunlaşmışlar. Sovet vaxtı çoxlu mal-qaraları olduğuna görə bunlar repressiyaya məruz qalırlar. Bu işlərdə kənd camaatına kömək edən Lənkəran qəzasının o vaxtkı rəhbərlərindən biri Şirəli Axundov olmuşdur. Onun təklifi ilə camaat kolxoz quruculuğuna qoşulur və bütün mal-qarlarını kolxoza verib canlarını sürgündən qurtarırlar.


Əhalisi: (01. 01. 2021-ci il tarixə)   3456 nəfər;

                O cümlədən: kişi: 1786 nəfər:    qadın:  1670 nəfər.

 

Ərazisi:                          920 ha    


 Coğrafi mövqeyi: 
Təzəkənd kəndi Masallı rayon mərkəzindən 16 km məsafədə Xəzər dənizinin qərb sahilində yerləşir.

 Kəndin əsas məşğuliyyəti: 
Kənd əhalisinin əsas məşğuliyyəti ovçuluq, heyvandarlıq və əkinçilikdir. 

 

Həmsərhəd olduğu kəndlər: 
Kənd şimaldan Qızılağac, cənubdan Lənkəran rayonun Qumbaşı kəndi, qərbdən Sərçuvar və Yeddioymaq kəndləri, şərqdən Xəzər dənizi və Qızılağac Milli Parkı ilə həmsərhəddir.

 

Kolxoz: 

Kənddə kolxoz 1932-ci ildə yaradılmış və ilk kolxoz sədri Mir Hüseyn ( Mir Cahil) olmuşdur.

 Kənddə ilk məktəbin açıldığı tarix: 

Təzəkənd kəndində 1937-ci ildə ilk ibtidai məktəb açılmışdır. Məktəbin ilk müəllimi Masallı rayonunun indiki Kürdəbaz kəndindən Mahmud adlı müəllim olmuşdur. 

2003-cü ildə 240 yerlik müasir tipli məktəb tikilib.  

Kəndin ilk ali təhsillisi: 
Cəfərov Məmmədhəsən Abdulhəsən oğlu -  1922-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuş  olmuşdur. O, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dil və ədəbiyyat ixtisası üzrə daxil olmuş, 1955-ci ildə həmən universiteti bitirmiş və kənd məktəbində müəllim, sonra 1955-ci ildən 22 il direktor vəzifəsində işləmişdir. “Qabaqcıl Maarif 

xadimi”dir.


II Dünya müharibəsində iştirak edənlər: 20 nəfər iştirak etmiş, 9 nəfər həlak olmuşdur.        

 

Qəhrəman anaların sayi:              23 nəfər.


Kəndin I Qarabağ şəhidləri: 
Nəbiyev Rövşən Sahib oğlu – (09.01.1969-26.011993-cü il, Ağdam rayonu) 

Əliyev Roman Camal oğlu – (19.06.1983-08.10.2002-ci il, Fizulidə) 

 

I Qarabağ veteranları:   18 nəfər.   

o cümlədən, 2 qazi:

1. Ağayev Fuad Əjdər oğlu

2.Qafarov Mahir Əvəz oğlu.


II Qarabağ veteranları:   17 nəfər, o cümlədən, 2 qazi:

1. Salayev Bəxtiyar Aləddin oğlu.

2. Əliyev  Nurlan Mehdi oğlu.


Alimlər:
Əliyev Fikrət Xanhüseyn oğlu - tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti

06 iyun 1967-ci ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1992-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Tibb Universitetinin patoloji-anatomiya kafedrasının dosenti vəzifəsində işləyir. Eyni zamanda M. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin patomorfologiya şöbəsinə rəhbərlik edir. 45 elmi məqalənin, 2 metodik dərs vəsaitinin müəllifidir. 10-a yaxın elmi məqaləsi müxtəlif xarici ölkələrin elmi-tibbi jurnallarında çap olunmuşdur. 


Tağıyev Əbülfəz Nağı oğlu  - biologiya üzrə fəlsəfə doktoru.

01 yanvar 1969-cu ildə Masallı rayonunun Təzəkənd kəndində anadan olmuş, 1996-cı ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Hal-hazırda Bakı Dövlət Universitetində biologiya fakültəsində müəllim işləyir. 


Babayev Kəmaləddin Müzəffər oğlu
 -  tibb üzrə fəlsəfə doktoru.

26 aprel 1964-cü ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1986-cı ildə ATİ-nun Stomatologiya fakültəsini bitirmişdir. 2003-2010-cu illərdə ABU-da baş müəllim işləmiş, 2004-cü ildə ADTU-da terapevtik-stomatologiya üzrə dissertant olmuş, 2006-cı ildə müdafiə edib. Hal-hazırda “Dentist BK” stomatoloji klinikada işləyir. 


Tanınmışlar:

Məhərrəm Dəmiroğlu Səfərov – SSRİ Jurnalistlər İttifaqının üzvü.

1946-cı ildə Masallı rayonunTəzəkənd kəndində anadan olmuşdur. Azərbaycan DPİ, Azərbaycan Jurnalistlər İttifaqı                                                                                                            yanında Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. O, 1977-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan jurnalistlər birliyinin, 2006-cı ildən Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. H. B. Zərdabi mükafatının laureatıdır. 


Rahib Sahib oğlu Nəbiyev -  Ali Məhkəmənin hakimi.

19 sentyabr 1963-cü ildə Masallı rayonunTəzəkənd kəndində anadan olmuşdur. 1987-1993-cü illərdə BDU–nun Hüquq fakültəsində oxumuşdur. 2000-2007-ci illərdə Bərdə rayon məhkəməsində hakim işləmişdir. 2007-2008-ci illərdə Gəncə şəhərinin Kəpəz rayon məhkəməsində hakim işləmiş, 2008-ci ildən Gəncə Apelyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının sədri vəzifəsində işləmiş, hazırda Ali Məhkəmənin hakimidir. 


Vəlişov Kamal Yolçu oğlu – polis polkovniki.

Bakı şəhəri Səbayel Rayon Polis İdarəsində işləyir, “İgidliyə görə medalı” ilə tətif olunub.


Cəfərov Kamran Məmmədhəsən oğlu – polkovnik-leytenant, I Qarabağ veteranı. 


Quliyev Raməddin Mirverdi oğlu – polkovnik-leytenant, “N” saylı hərbi hissədə xidmətdədir. Aprel döyüşləri iştirakçısı və II Qarabağ Müharibəsi veteranı.


Xeyriyyəçilər:

Hacı Mir İlyas – Məktəbə kombi qızdırıcı sistem çəkdirib. I Qarabağ şəhidi Rövşən Nəbiyevin büstünü qoydurub. Kəndə gələn 1,5 km yolun asfaltlanmasını təmin edib. Bir çox tikintilərin inşasına və bir çox ağır xəstələrin müalicəsinə yardım edib.


Yazarlar:

Qalib Əziz -  2 kitabın müəllifi.


Məscidlər:  Kənddə 2 məscid var:

1-ci məscid 1990-cı ildə köhnə məscidin yerində tikilib.

2-ci məscid 1996-cı ildə kənd camaatının və xeyriyyəçilərin köməyi ilə inşa edilib. 


İnfrastruktur: 240 yerlik 1 orta  məktəb, 2 məscid, 1 tibb məntəqəsi, 1 poçt-rabitə şöbəsi, 7 kommersiya və iaşə obyekti fəaliyyət göstərir. 



Təzəkənd Ərazi Dairəsi haqqında məlumatların toplanmasında kənd sakini Ağayev Fuad Əjdər oğlu yaxından kömək etmişdir.


“Masallı ensiklopediyası”nı hazırlayan qrup. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10