“Masallı ensiklopediyası”- Qızılavar İnzibati Ərazi Dairəsi-6-cı yazı
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi… tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupunun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 0 50 429 05 96:
0 70 542 54 30
Əlizaman Baxış: - 0 50 427 70 25
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı və Qəriblər kəndləri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Qızılavar Inzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
(Əvvəlki linklər burada:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html)
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
Qızılavar İnzibati Ərazi Dairəsi
tabeliyində olan kəndlər:
Qızılavar kəndi
Dəlləkoba kəndi
Qızılavar İnzibati Ərazi Dairəsi üzrə əhali sayı: 4164 nəfər ( 01.01.2021-ci il taixə). O cümlədən; kişi - 2167 nəfər, qadın - 1997 nəfər
Qızılavar kəndi: 2624 nəfər. O cümlədən; kişi - 1362 nəfər, qadın 1262 nəfər
Dəlləkoba kəndi: 1540 nəfər. O cümlədən; kişi - 805 nəfər, qadın - 735 nəfər
1849-cu il siyahıyaalınmasında ----- 96 ev, 604 nəfər;
1863-cü il ------- 102 ev, 614 nəfər;
1873-cü il ------ 105 ev, 621 nəfər;
1886-cı il ---------141 ev, 814 nəfər;
İnzibati Ərazi Dairəsi üzrə ƏRAZİ: 523 ha
Kəndin adının mənası:
Qızılavar toponimində “qızıl” qiymətli metal adı deyil, əlamət bildirən sifət, “a” birləşdirici səs, “var” isə ünsürdür. (Qızıl - həmçinin farsdilli və türkdilli tayfalarda şəxs adı, “avar” isə tayfa adıdır. Keçmişdə kənd evlərinin damına döşənən qamı-şaoxşar ota, ümumiyyətlə, qaba quru ota da avar deyilib). “Var” ünsürü müxtəlif mənalarda işləndiyi üçün Qızılavar toponiminin mənasını da müxtəlif şəkildə izah etmək olar.
Coğrafiya elmləri namizədi Elxan Nuruyev yazır: “Azərbaycanın bir sıra tolonimlərində iştirak edən “var” sözü qədim İran dillərində heyvan saxlamaq üçün hasarlanan yer, möhkəmləndirilmiş kənd yeri deməkdir. Lakin inqilabdan əvvəl Azərbaycanda “var” həm də kənd, yud mənalarında işlənmişdir. “Var” dedikdə konkret olaraq alaçıq yeri, geniş mənada isə, məsələn, hər cür icmanın yaylaqda malik olduğu otlaq yeri başa düşülür (“Azərbaycan Respublikası Şəki-Zaqatala zonasının toponimiyası”, səh. 33. Bakı - 1988).
Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbovun fikrincə, Talışdilli toponimlərin Azərbaycan variantında işlənən “var” ünsürü (Şilavar, Qızılavar, Siyavar və s.) talış dilində “vo” sözü ilə uyğundur, “vo” isə talış dilində yer, məskən deyil, külək deməkdir. “Var” ünsürlü toponimlərə toponim olmayan giləvar (talışca: giləvo - isti külək) sözünü də əlavə edə bilərik” (“Lənkəran” qəzeti, 23 iyun 1987-ci il). Bu mülahizələrə uyğun olaraq Qızılavar toponimi talış dilində “Ğızlovo” adlanır ki, bu da qızıl yel, qızıl külək mənasını verir... (Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. səh.16-17)
Bir çox qaynaqlarda, elmi ədəbiyyatlarda Qızılavar “Gızılovo” və “Qızılabad” şəklində qeyd olunur. Bu toponimin “qızıl küləkli yer” və “isti küləkli yer”, “qızıl rəngli yer”, “qızıl torpaqlı yer” və s. mənaları vardır.
Həmsərhəd kəndlər:
Qızılavar kəndi
qərbdən Kolatan və Bala Kolatan kəndləri,
şərqdən Çayqıraq kəndi,
şimaldan Dəlləkoba və Pircana kəndləri,
cənubdan Aşurlu, Bədəlan kəndləri
ilə həmsərhəddir.
Coğrafi mövqeyi:
Qızılavar kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonunun Ərkivan-Boradigah-Lənkəran şose yolunun kənarında yerləşir. Rayon mərkəzindən 5-6 km aralıdır. Şose yolu kəndi iki hissəyə bölür: şərq hissə məzrə sahəsi adlanır, əsasən çökəklik və düzənlikdir, qərb hissə isə bandaro (dağ yolu) adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. Kəndin cənubundan Kolatan çayı axır.
Kəndin əsas məşğuliyyəti:
Heyvandarlıq, taxılçılıq və ticarət kəndin əsas məşğuliyyət sahələridir.
Kəndin tarixi abidələri:
Qızılavar qəbristanlığı - Qoçabəy təpəsi adlanır, kurqandur.
Toyba məhəlləsindəki məscid - XIX əsrə aid tarixi abidədir, təmir olunub.
Peysə məhəlləsindəki məscid - təzə tikilib.
Piə Seydi Ğəb ocağı - Pirani seyidin dəfn olunduğu yerdir, ocağın dəqiq tarixi məlum deyil. Yaşlı sakinlərin dediklərinə görə buralardan keçən, yaxud bu ətrafda yaşayan qoca seyid burada vəfat etmiş və dəfn olunmuşdur. Qəbirin üstündə daş qoç başı fiquru vardır. Ola bilər ki, bəlkə də bu başdaşıdır. Qoca seyidin kəndin ilk sakinlərindən olduğu da söylənilir. Həmin qəbir istilin içində kiçik bir təpədə yer-ləşirdi, ətrafı su bassa da təpəyə su çıxmırmış. Bu müqəddəs yerə qonşu rayon və kəndlərdən də adamlar ziyarətə gələrmişlər, indi də gəlirlər. Hal-hazırda ocağın ətrafı abadlaşdırılıb.
1795-ci ilə aid daş kitabə - baş daşı. Nəbati elementlərdən istifadə olunaraq yazılan və gözəl ornamentə oxşayan kitabənin mətni belədir: “Hüvəl-baqi. Molla Şüca-ad-Din ibn Aşur bək. Vəfatuhu fi şəhri rabi səni, mutabiq sənə 1210 - O (Allah) əbədidir. Aşur bəy oğlu Molla Şücaəddin. Vəfatı 1210-cu il rabi səni ayı (1795, oktyabr)”.
Ləm - yay istirahəti üçün ətrafı açıq olan ikimərtəbəli tikili. Kəndə belə tikililər çox olmuşdir. Hazırda Nüsrətin ləmi kimi tanınan bir ləm qalmışdır.
Mədəli Hüseynin evi - ikimərtəbəli ev. 300 ilə qədər tarixi var. “Mədəli Hüseynin evi”nin birinci mərtəbəsi çiy kərpicdən hörülmüşdür. Divarın qalınlığı 60 sm-dən çoxdur. Otaqlarda qab-qacaq qoymaq üçün xeyli rəflər düzəldilmişdir. Evin ikinci mərtəbəsi ağacdan, taxta parçalarından tikilmiş, onların araları samanla qarışdırılmış palçıqla doldurulmuşdur. Divarın üstü palçıqla suvanmışdır. İkinci mərtə-bənin tavanı da pqlçıqla suvanıb ki, evə soyuq daxil olmasın. Evin damı kirəmitlə örtülmüşdür. Damın ətrafında taxta üzərində bəzəklər vurulmuşdur. Uzun illərin zəlzələləri, tufanları, küləkləri evə zərrə qədər təsir etməmişdir.
1941-1945 ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə.
Kənddə ilk məktəbin açılması:
İlk məktəb binası 1930-cu ildə tikilib. Bu məktəb binası əvvəl üç otaqlı, sonra altı otaqlı olmuşdur. Məktəbin tikintisində kənd sakini Soltan Axundovun böyük xidmətləri olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Əlövsət Axundov 1920-ci illərin əvvəllərində Leninqradda (Sank-Peterburq) ali iqtisad təhsili almışdır. Vətənə qayıdarkən xəstələnib, vəfat etmişdir.
II Dünya müharibəsində iştirak edənlər: 115 nəfər
İnzibati Ərazi Dairəsinin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş sakinləri haqqında:
Mirzəyev Əfqan Tərlan oğlu
03 yanvar 1973-cü ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1988-ci ildə Qızılavar kənd orta məktəbinin VIII sinfini bitirmişdir. Sonra 137 saylı Bədəlan kənd Texniki Peşə məktəbində təhsil almışdır. O 1991-ci ilin yazında ordu sıralarına çağırılmışdır. Ağdam bölgəsinin Şahbulaq, Xındırıstan, Şelli, Muğanlı və Qasımlı kəndlərinin ermənilərdən müdafiə olunmasında fədakarlıq göstərmişdir. Uzundərə uğrunda gedən döyüşdə onun idarə etdiyi tank minaya düşmüş özü və iki yoldaşı yaralanmışdır. O bir müddət müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. Əfqan Mirzəyev 1993-cü il iyulun 18-də Ağdamın Qasımlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Subay idi, Qızılavar kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda Qızılavar kənd tam orta məktəbi onun adını daşıyır.
Heybətov Elşən Əliabbas oğlu (Dəlləkoba kəndi)
01 mart 1975-ci ildə Masallı rayonunun Dəlləkoba kəndində anadan olmuşdur. Dəlləkoba kənd orta ümumtəhsil məktəbini və Ə. Mir-zəyev adına Qızılavar kənd tam orta məktəbini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılımışdır. Onun döyüş yolu Şişqayadan başlamışdır. Öz həyatını dəfələrlə təhlükəyə ataraq döyüş dostlarını xilas etmişdir. 1994-cü il yanvarın 17-də Şişqaya uğrunda qanlı döyüşlər gedərkən Elşən Heybətovun daxil olduğu dəstə mühasirəyə düşsə də quduz düşmənə layiqli müqavimət göstərmişlər. Elşən Heybətov 1994-cü ilin fevralında Fizuli rayonunda Şişqaya uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. Subay idi. Dəlləkoba kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda Dəlləkoba kənd orta ümumtəhsil məktəbi onun adını daşıyır.
Kəndin yaradıcı insanları
Şairlər Ağayev Xanəli (Xanəli Tolış) Şirəli oğlu - şair.
1940-cı ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmiş, 1969-cu ildə Bakı Dövlət Universitetininin tarix fakültəsinin qiyabi şöbə-sini bitirmişdir. 1961 -ci ildə Qızılavar kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamış, 2011-ci ildə pedaqoji fəaliyyətini başa vurmuşdur. O cümlədən, 3 il hərbi xidmətdə olmuş və 25 il məktəb direktoru işləmişdir. Bədii yaradıcılığa 1956-cı ildən başlayıb. Xanəli Tolışın “Qaranquş yuvası”, “Vənəşə”, “Şinə çay”, “Kərbəla karivanı”, “Bağışla” adlı 5 kitabı çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ağayev Camal (Camal Lələ oğlu) Şirəli oğlu, şair.
1952-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1957-1968-ci illərdə Qızılavar, 1968-1969-cu illərdə Bədəlan kənd orta məktəblərində oxumuşdır. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1974-1975-ci illərdə Neftçala rayonun Qədimkənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1975-1984-cü illərdə Masallı rayonunun Qızılavar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Hal-hazırda E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbində müəllimi işləyir. Onun aşağıdakı kitabları çap olunub: “Eşqim, Taleyim”, “Oşumi zanq eğandə”, “Ucalıq”, “Öəzəlon”, “De lələ söhbət”, “Yaşayır Nizami həqiqətləri”, “Bəştə yurdi soyb beşəmon”, “Çəmə di əhvoloton”, “Bayramlı, yaşlı dünya”.
Şahbazov Tofiq (Tofiq İlham) Eynəli oğlu - şair.
1941-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 9 yaşında 1-ci sinifə getmiş, 4-cü sinifdə oxuyarkən gözlərinin işığını itirmişdir. 1963-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Qızılavar kəndində müəllim işləmişdir. 14-15 yaşlarından yaradıcılığa başlamışdır. Şeir-lərini talış və Azərbaycan dillərində yazmışdır. O “Kafte”, “Qizil gül”, “İki xoruz”, “Kərbəladan gələn səslər”, “Kitabların anası”, “Xəzinələrin açarı”, “Az toloşim” kitablarının müəllifidir. Tofiq İlham 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 1999-cu ildə vəfat etmişdir.
Qurbanov Tahir Xalıq oğlu - hərbi-həkim, şair.
1947-ci ildə Masallı rayonunun Dəlləkoba kəndində anadan olmuşdur. Tatyan ibtidai məktəbini, Qızılavar kənd ümumi orta məktəbini və Bədəlan kənd tam orta məktəbini bitirmişdir. 1965-1971-ci illərdə ADTİ-da təhsil almışdır. 1971-1973-cü illərdə hərbi həkim kimi hərbi xidmətdə olmuşdur. 1973-1988-ci illərdə Akademik M. Cavadzadənin klinikasında şöbə mü-diri, Respublika Klinik Xəstəxanasında reanimasiya şöbəsinin müdiri vəzifələtində işləmişdir.1988-ci ildən ömrünün sonuna kimi Müdafiə Nazirliyinin Baş Anestoloji Mərkəzinin və reanimasiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. Tibb xidməti polkovniki idi. O, Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş, erməni qəsbkarlarının hücumuna məruz qalan Şuşa şəhərini sonuncu tərk edənlərdən biri olmuşdur. T. Qurbanov əsl şair idi. Orta məktəb illərindən mətbuatda şeirləri çap olunurdu. Şair-lərdən A. Əlizadə, M. Araz, M. Kazım, S. Rüstəmxanlı, N. Kəsəmənli, Ç. Əlioğlu, Ş. Aslan və başqaları onun dostları idilər. Tahir Xalıq oğlu Qurbanov 2003-cü ildə vəfat etmişdir. Bir oğlu, bir qızı vardır.
Mədəniyyət sahəsində yaradıcı adamlar
1950-ci illərin sonunda Masallıda keçirilən musiqi festivalında xanəndəlik üzrə qalib olmuşdur. Moskvada keçiriləcək festivala vəsiqə qazanmışdır.
Abbasov Qəribəli Zaman oğlu
1950-ci illərin sonunda Masallıda keçirilən musiqi festivalında zurna-balaban ifaçılığı üzrə qalib olmuşdur. Moskvada keçiriləcək festivala vəsiqə qazanmışdır.
Rəhbər vəzifədə işləyənlər
Cəfərov Ağzcəfər Mircəfər oğlu - filoloq.
Komsomol işçisi, LKGİ MK-nin Masallı rayon Komitəsində şöbə müdiri, Qızılavar kəndindəki M. F. Axundov adına sovxozda direktor, Qızılavar kənd XDS-nin sədri, Masallı rayon İH-nin Qızılavar i. ə. d. üzrə icra nümayəndəsi vəzifələrində işləmişdir.
Əzizov Əmanət Əli oğlu
Masallı və Lənkəran rayonlarında TKQ-nın rəisi və müavini, bu rayonlarda poçtamtın rəsi, YAP Masallı rayon təşkilatının sədri vəzifələrində calışmış, hazırda Masallı rayon İH-nin Qızılavar i.ə.d. üzrə nümayəndəsi vəzifəsində çalışır.
Hüseynov Camal Həsənəli oğlu - iqtisadçı, maliyyəçi.
Masallı rayon Maliyyə şöbəsində müfəttiş, 1990-ci ildən Masallı rayon Dövlət Vergi Müfəttişliyində aparıcı-mütəxəssis, Lerik rayon Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifələrində işləmişdir. 2005-ci ildən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Masallı rayon Komitəsinin sədri vəzifəsində çalışır.
Hüseynov Kamran Təhməz oğlu - təhlükəsizlik xidməti əməkdaşı, polkovnik
Azərbaycan Respublikası Ali Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsində, Azərbaycab Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində, 16.03.2020-ci il tarixdən
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işləmişdir.
Hüseynov Raqib Abiəli oğlu - avtomexanik-mühəmdis, yerüstü nəqliyyat vasitələri və nəqliyyyatın istismarı, yol hərəkətinin təşkili üzrə mütəxəssis.
Azərbaycan Texniki Universitetini (1998-2002) bitirib. 2010-cu ildən daxili işlər orqanlarında çalışır. 2013-cü ildən 1 saylı Asan Xidmət Mərkəzində hüquq-mühafizə orqanları əməkdaşı kimi xidmət edib. 2017-ci ildən
Azərbaycan Respublikası DİN DYPİ-nin Lənkəran regional Qeydiyyatı -İmtahan və Nəqliyyat Vasitələrinin Texniki Baxışı şövəsində baş dölət avtomobil müfəttişi vəzifəsində işləyir.
Hüseynov Israfil Təhməz oğlu - mühəndis-inşaatçı.
Azərbaycan Yazıcılar və Jurnalistlər birlilərinin uzvu, Azərbaycan Ziyalı Ocagı İctimai Birliyin Sədr muavini, Azərbaycan Respublikası WKC növləri uzrə karate-do Federasiyasının Fəxri Prezidenti, Pespublikanın Fəxri Bədən Tərbiyyəsi və İdman İşcisi.
İbadov Mustafa Murtuz oğlu - həkim-pediatr.
10 saylı zona Tibbi Sosial-Ekspert Komissiyasının sədri.
İbadov Səxavət Murtuz oğlu - həkim-terapevt.
Respublika Tibbi Sosial-Ekspert Mərkəzinin sədr müavini.
İsayev Sirac Rufulla oğlu - bioloq-müəllim.
Qızılavar kənd opta məktəbində müəllim, Masallı rayon İH-də ümumi şöbənin müdiri, Masallı şəhər 2 saylı orta məktəbində direktor vəzifələrində işləmişdir.
İslamov Samit Yusif oğlu- filoloq.
1960-cı ilin avqustun 23-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1962-ci ildə ailələri ilə birlikdə Qızılavar kəndinə köçmüşdür. 1977-1978-ci illərdə M. F. Axundov adına sovxozda fəhlə işləmiş, 1978 - 1983-cü illərdə M. F. Axundov adına APRDƏİ-da ali təhsil almışdır. 1983-1987-ci illərdə C. Cabbarlı adına Ərkivan kənd orta məktəbində təyinatla müəllim işləmişdir. 1987-1997-ci illərdə Ə. Heybətov adına Dəlləkoba kənd əsas məktəbində əvvəl müəllim və son bir ildə isə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1997-ci ilin aprel ayının 17-də Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktə-binə direktor təyin olunmuşdur. 1999-2000-ci illərdə 71 saylı Masallı kənd seçki dairəsinin üzvü olmuşdur. XII müəllimlər qurultayının üzvü, uzun illər Masallı RTŞ-nin Şura üzvü olmuşdur. 2000-ci ildən YAP-ın üzvüdür. Ailəlidir. Bir oğlu, üç qız övladları vardır.
İsmayılov İsrafil Cəbrayıl oğlu (bax “Kəndin ilk ali təhsillisi” bölümünə)
İsmayılov Əlvan İsrafil oğlu - hüquqşünas.
1978-1979-cu illərdə Bakı şəhər Daxili İşlər idarəsində işləyib. Astara, Lerik rayonlarında polis rəisi vəzifəsində çalışmışdır. Polkovnik əsgəri rütbəsi vardır.
Ismayılov Qılman Israfil oğlu
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinin Auditi Baş İdarəsinin Baş Dövlət Vergi müfəttişi.
Həşimov Əşrəf Əbülfəz oğlu - hüquqşünas
Astara rayon Məhkəməsinin sabiq sədri.
Qənbərov Akif Mütəllim oğlu
Milli Məclis katibliyinin işçisi.
Həmidov Sakit Qiyas oğlu
1945-ci ildə Dəlləkoba kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Həmkarlar Təşkilatı Maliyyə İdarəsi rəisi vəzifəsində işləmişdir.
Şahbazov Sərhəd Qasım oğlu
1960-cı ildə anadan olmuşdur. Lənkəran Hava Limanında Polis məntəqəsinin rəisi vəzifəsində çalışmış.. 1999-cu ildə vəfat etmişdir.
Quliyev Ramiz Müslim oğlu
1 № li İslah Əmək Koloniyasının sabiq rəisi.
Qurbanov Subahir xalıq oğlu
Azərərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarənin sabiq rəisi, general-mayor.
Qurbanov Xalıq İsmayıl oğlu
30 il Bədəlan və Qızılavar kəndlərində kolxoz sədiri vəsovxoz direktoru vəzifələrində çalışmışdır.
O, 1923-cü ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1933-cü ildə Qızılavar kənd ibtidai məktəbinə daxil olmuş, 1937-ci ildə təhsilini Bədəlan kənd orta məktəbində davam etdirmiş, 1942-ci ildə 8-ci sinfi bitirdikdən sonra könüllü şəkildə alman faşizminə qarşı II Dünya müharibəsi cəbhələrinə getmişdir. 1944-cü il mayın 5-də müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınmışdır. 1945-ci ildə Masallı şəhərində təşkil olunmuş 3 ayliq mühasiblik kursunu bitirmiş, . 1953-1955-ci illərdə Masallı axşam fəhlə-kəndli gənclər orta məktəbində təhsil almışdır. 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. O, rayonun Qədirli (1945-1946), Bədəlan (1946-1947, 1959-1962), Ərkivan (1947-1950), Tatyan (1950-1955), Qızılavar (1955-1959) kolxozlarında baş mühasib vəzifələrində, 1962-1964-ci illərdə Bədəlan, 1964-cü ildən 1992-ci ilə kimi M. F. Axundov adına sovxozda sədr vəzifəsində işləmişdir. Onun rəhbərliyi dövründə M.F.Axundov adına sovxoz dəfələrlə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Azərbaycan KP MK-nın, Respublika Nazirlər Sovetinin, Həmkarlar İttifaqı və LKGİ-nın keçici Qırmızı Bayraqlarını almış, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin xatirə bayrağına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalna, fəxri fərmanlarına və mükafatlarına layiq görülmüş, rayonda hər il keçirilən məhsul bayramlarının fəallarından biri olmuşdur. “Döyüş şöhrəti”, “Birinci dərəcəli Vətən Mü-haribəsi”, “İkinci dərəcəli Vətən Müharibəsi”, “Şərəf nişanı”, “Qırmızı bayraq”, “Xalqlar dostluğu”, “Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı” ordenlərinə, “V.İ. Leninin anadan olmasının 100 illik yubleyi”, “Əməkdə igidliyə görə”, “Qafqazın müdafiəsinə görə” medallarına, həmçinin Böyük Vətən müharibəsinin 10, 20, 30, 40, 50-illik yubley medalları, fəxri döş nişanları ilə təltif olunmuş, saysız-hesabsız fəxri fərmanlar, qiymətli hədiyyələrə layiq görülmüşdür. O, Masallı rayon Partiya Komitəsinin üzvü, rayon Sovetinin deputatı və Rayon XDS İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1999-cu ildə vəfat etmişdir.
Malıyev Böyükağa Əliağa oğlu - əmtəəşünas.
Masallı rayon Kooperativlər İttifaqı sistemində müxtəlif vəzifələrdə çalışmış, hazırda AzDövlət Sığorta Şirkətinin Masallı bölməsinin rəhbəridir.
Məmmədov Yusif Əli oğlu
Yardımlı PRK-nin 1-ci, Masallı RPK-nin 2-ci katibi iləmişdir
20 may 1947-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon Dövlət Statistika Müfəttişliyində statist kimi əmək fəaliyyətinə başlamışdır. 1965-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1971-ci ildə hə-min institutu bitirmişdir. 1970-1971-ci illərdə Masallı rayonunun M. F. Axundov adına sovxozunda aqronom işləmişdir. 1971-1972-ci illərdə Sovet Ordusu sıralarına xidmət etmişdir. 1972-1980-cı illərdə Masallı rayonunun M. F. Axundaov adına sovxozunda aqronom işləmişdir. 1980-1987-ci illərdə Masallı rayon partiya komitəsində təlimatçı, şöbə müdüri, katib və II katib vəzifələrində işləmişdir. 1987-1990-cı illərdə Yardımlı rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1991-ci ildən hal-hazıra kimi Masallı rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində işləyir. Bakı Ali Partiya Məktəbini qiyabi bitirmişdir.
Mircavadzadə Mirmehdi Mirxas oğlu - həkim cərrah.
Masallı rayon Mərkəzi Xəstəxanasında həkim, şöbə müdiri vəzifələrində işləmiş, hazırda özəl “TUVA” Tibb Mərkəzinin rəhbəridir.
Rəhimli Muxtar Əbülfəz oğlu - aqronom.
Masallı rayon Partiya Komitəsində təlimatçı, Təzə Alvadı kəndində sovxoz direktoru, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsində məsləhətçi.
Rəhmətova Yaqut Yaqub qızı
Partiya-soveet işçisi, uzun illər Qızılavar kənd XDS-nin sədri vəzifəsində işləmişdir.
Alimlər
Ağayev Elnur Xanəli oğlu – tarixçi elmləri namizədi, hazırda Kıprız Respublikasında “Avropa” Universitetində müəllim işləyir
1971-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Qızılavar kənd məktəbini bitirmişdir. Sovet ordusunda xidmət etmişdir. 1992-ci ildə Ankara şəhərində Hacıtəpə Universitetinin tarix fakültəsinə daxil olmuş, 1997-ci ildə Hacıtəpə Universitetini bitirmişdir. Uzun müddət “Yeni Türkiyə” nəşriyyatında işləmişdir. Hal-hazırda Kıprız Respublikasında “Avropa” Universitetində müəllim işləyir. Tarix elmləri namizədidir.
Əzizov Vəsadət Əli oğlu- həkim-kardioloq.
2000-2005-ci illərdə Azərbaycan Respublikası
Milli Məclisinin deputatı olmuşdur. Tibb elmləri doktoru, professor
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professordur. 1955-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1972-ci ildə Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1978-ci ildə institutu bitirdikdən sonra bir il 1 saylı Bakı şəhər Klinik Xəstəxanasının bazasında internaura kursunu bitirmişdir.
1979-1983-cü illərdə Naxçıvan Respublika Xəstəxanasında həkim (terapevt, kordioloq) vəzifəsində çalışmışdır. 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda daxil olmuş və 1985-ci ildə Moskva şəhər Ümumittifaq Kardioloji Elmi Mərkəzində müvəffəqiyyətlə və vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda işləmişdir. 1990-cı ildə Moskva şəhər Ümumittifaq Kardioloji Elmi Mərkəzinə məqsədli doktoranturaya göndərilmişdir. 1993-cü ildə V. Əzizov doktorluq dissertasiyasını müdafiə etmiş və 1994-cü ilədək Azerbaycan Dövlət Tibb Üniversitetinin Pediatriya fakültəsinin Daxili Xəstəliklər kafedrasında assistent vəzifəsində çalışmışdır.
1994-cü ilin iyun ayının 22-dən 1998-ci ilin oktyabr ayının 12-dək akademik J. Abdullayev adına Elmi-Tədqiqat Kardilogiya İnstitutunun direktoru vəzifəsində işləmişdir. Hazırda Azerbaycan Dövlət Tibb Üniversitetinin Daxili xəstəliklər kafedrasının müdiridür. İngilis və fransız dillərini bilir.
160-dan çox elmi əsərin, o cümlədən 6 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Əsərləri dünyanın bir çox ölkələrində çap olunmuşdur. Beynəlxalq konqreslərdə iştirak etmiş, bir sıra bölmə iclaslarında sədrlik etmişdir. Evlidir, iki övlad atasidir.
Həşimova Rahilə - tibbi elmlər namizədi, dosent.
Qurbanova Şəhla Müzəffər qızı - tarix elmlər namizədi.
Qurbanov Şair Xalıq oğlu - sanitariya həkimi, tibb elmlər doktoru, professor.
Respublika Taun Əleyhinə Dispanserinin baş həkiminin müavini vəzifəsində işləmişdir.
Payızov Müqəddəs Güləli oğlu - şərqşünas, filologiya elmləri namizədi.
O 1946-cı ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1952-1959-cu illərdə Qızılavarda, 1959-1963-cü illərdə qonşu Bədəlan kəndində təhsil almış, orta təhsili başa vurmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur. Azərbaycan Televiziyasında ərəb dilində verilişlər redaksiyasında, Əlyazmalar İnstitutunda işləmişdir. “XVI əsr türkdilli əlyazma abidəsi “Tərcüman-əs Sihan”-ın dil və kaleoqrafik təhlil” mövzusunda elmi iş yazmış, müdafiə etmiş və elmlər namizədi adını almışdır. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi işləmiş, 35 elmi məqalənin müəllifi, 8 kitabın tərtibçisi, bir neçə kitabın tərcüməçisidir.
Hüseynov Həsənağa Hüseynəli oğlu – Kənd Təsərrüfatı elmləri namizdəi.
Payızov Cəmil Nəbiəli oğlu
1955-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Hazırda Maliyyə Nazirliyində işləyir.
Kəndin din xadimləri:
Axundov Allahqulu İranda təhsil almış, böyük din xadimi olmuşdur. Bir sıra dini
kitablar yazmışdır. İranda yaşamış, hazırda vəfat etmişdir.
Axundov Möhsün Bakıda Qazi vəzifəsində işləmişdir.
Molla Eynulla öz evində və Aşurlu məscidində dərs deyib. Qızılavar kənd məscidinin tikintisində xidmətləri olmuşdur. 1920 -ci illərin əvvəllərində vəfat etmişdir.
Molla Muxtar Eynulla oğlu İran İR-da təhsil
almışdır. Orada yaşayıb vəfat etmişdir.
Molla Mirzəcan - öz dövründə yeni doğulmuş uşaqların qeydiyyatını aparmış Qızılavar məscidinə minbər bağışlamışdır.
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Əliyev Qardaşxan Sərxan oğlu Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyasında sahibkarlıqla məşğul olur.
Fətullayev Həbib Nübuvvət oğlu Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyasında sahibkarlıqla məşğul olur.
İnfrastrukrur
Qızılavar İnzibati Ərazi Dairəsində
2 orta məktəb,
1 ATS,
1 poçt-rabitə şöbəsi,
1 yanacadoldurma məntəqəsi,
2 məscid,
20-dən atrıq ictimai-iaşə və ticarət obyektləri, “TUVA” Tibb Mərkəsi fəaliyyət göstərir.
Dəlləkoba kəndi
Əhalisi:1540 nəfər. O cümlədən; kişi - 805 nəfər, qadın - 735 nəfər
Ərazisi: 314.13 hektar
Kəndin adının mənası:
Dəlləkoba (keçmiş adı talışca: Qədə Ğızılovo - Kiçik Qızılavar)
Dəlləkoba “dəllək” və “oba” sözlərinin birləşməsindən yaranmış kalka (tərcümə) və areal toponimidir (yəni iki və daha artıq ərazidə işlədilən eyni adlı toponim)... (Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. səh.20)
Dəlləkoba (talışca: Dəlokobə) adı əsasən sənətkarlıqla (bərbər, dəllək) bağlı olmuşdur. Qonşu kəndlərin dəlləyə olan ehtiyacını bu kəndin sənətkarları - dəlləkləri ödəmişlər. Bu kənddə çox sayda dəllək olduğuna görə kənd Dəlləkoba adlandırıl-mışdır.
Coğrafi mövqeyi:
Dəlləkoba kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonunun Ərkivan-Boradigah-Lənkəran şose yolunun kənarında yerləşir. Rayon mərkəzindən 5-6 km aralıdır. Şose yolu kəndi iki hissəyə bölür: Şərq hissə məzrə sahəsi adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissə bandaro (dağ yolu) adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir.
Kəndin əsas məşğuliyyəti:
Heyvandarlıq, taxılçılıq və ticarət kəndin əsas məşğuliyyət sahələridir.
Həmsərhəd olduğu kəndlər:
Dəlləkoba kəndi
şimaldan Ərkivan qəsəbəsi, Molla Yusifli və Lürən, cənubdan və şərqdən Qızılavar, qərbdən Bala Kolatan kəndləri ilə həmsərhəddir.
Kəndin tarixi abidələri:
Dəlləkoba məscidi - XIX əsrə aid abidədir, hazırda yenidən qurulub.
Şabanın evi - 150 ilə qədər yaşı olan evi məşhur usta Şaban özü tikib.
Butə-Kəlbi Kulət - kurqandır.
Kənddə ilk məktəbin açılması:
Kənddə ilk dəfə 1940-ci illərdə yaşlı kişi və qadınlar üçün iki sinifli ibtidai məktəb fəaliyyətə başlayıb. Bu məktəb fermanın sağıcılar evindəki iki otaqdan iba-rət idi. E. Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb binası 1964-cü ildə tikilib.
Kəndin ilk ali təhsillisi:
İsmayilov İsrafil Cəbrayıl oğlu - baytar həkimi
1934-cu ildə Masallı rayonunun Dəlləkoba kəndində dindar bir ailədə anadan olmuşdur. Bədəlan kənd orta məktəbini bitirmişdir. 1956-cı ildə Gəncə şəhərində Azerbaycan Kənd Təsərüfatı Institutun baytarlıq fakültəsini bitirmişdir. 1963-cü ilə kimi rayonun baytarlıq təsərrüfatlarında müxtəlif vəzifələrdə çalışıb. Rayon Baytarlıq Müalicəxanasının, Dövlət Damazlıq və Süni mayalanma Stansiyasının müdiri və M. F. Axundov adına kolxozun sədri vəzifəsində işləmişdir. 1963-cü ildə Masallı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli cəkilib, 1971-ci ilədək bu məsul vəzifədə calışmışdır. 1971-ci ildən ömrünün sonunadək rayondakı Quşculuq-İnkubator Stansiyasının direktoru vəzifəsində işləmişdir. O, 8 övlad atası olmuşdur. 2008-ci ildə vəfat etmişdir.
2-ci Dünya Müharibəsində iştirak edənlər: 81 nəfər
Kəndin din xadimləri:
Molla Rza Şaban oğlu Məmmədov
İranın Ərdəbil şəhərində Mirzə İbrahim Mədrəsəsində təhsil almış və 10 il orada işləmişdir. Kəndə qayıtdıqdan sonra evində dini dərs demiş, çoxlu tələbələri olmuşdur. 1920-ci illərin axırlarında vəfat etmişdir.
Molla Mirəziz
XX əsrin əvvələrində evində mədrəsə açmış və orada dini dərs demişdir. Məşhur rövzəxan olmuşdur.
Molla Şəkur Mikayıl oğlu
1920-ci illərdə İrana təhsil almağa getmişdir. Sərhəd bağlandıqdan sonra orada qalmışdır. Qum şəhərində mədrəsədə dərs demişdir. Orada yaşayıb vəfat etmişdir. İki oğlu və bir qızı var.
Molla Mirəkbər Cavad oğlu Cavadov
Molla Hüseynəli Qurban oğlu Hüseynov
Molla Cəbrayıl İsmayıl oğlu Qurbanov
İranın Ərdəbil şəhərində Mirzə İbrahim mədrəsəsində təhsil almışdır. Azərbaycanın Talış bölgəsində dinin inkişafında böyuk xidmətləri olmuşdur. 1945-1950-ci illərdə Dəlləkoba kəndində M.F.Axundov adına kolxozun sədri işləmişdir.
Molla Müzəffər Cəbrayıl oğlu Qurbanov
1941-ci ildə Masallı rayonunun Dəlləkoba kəndində anadan olmuşdur. Bakı Yeyinti Sənaye İnstitunu bitirmişdir. Ticarət təşki-latlarinda, çay fabriklərində və rayon ASB-də sənaye şöbəsinin müdiri, Bakı İslam Universitetində müəllim işləmişdir. Azərbaycan İslam Partiyasının sədri olmuşdur. 1991-ci ildə Məşhəd, 1995-ci ildə Kərbala, 1992-ci ildə Həcc ziyarətində olmuşdur. 2004-cü ildə vəfat etmişdir. 3 oğul 2 qız böyüdüb tərbiyə etmişdir.
Kəndin tanınmışları:
Kənddə
Məmmədov Əhməd Rza oğlu - müəllim
1924-cü ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1934-cü ildə Qızılavar kənd ibtidai məktəbini 1941-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1942-1945-ci illərdə Dəlləkoba kənd M.F. Axundov adına kolxozunda briqadir işləmişdir. 1945-ci ildən müəllimlik fəaliyyətinə başlamış, rayonun bir sira məktəblərində müəllim, həm də ictimai əsaslarla komsomol təşkilatı katibi işləmişdir. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1962-1990-cı illərdə Qızılavar kəndində yoldaşlıq kənd məhkəməsinin sədri işləmişdir. 1965-ci ildə kommunist partiyasına daxil olmuşdur. 1984-cü ildə qocalığa görə pensiyaya çıxmışdır. El ağsaqqalı kimi işlədiyi kollektivin sevimlisi olmuşdur.
Rayonda
Hüseynov Həsənağa Hüseynəli oğlu - mühəndis, kənd təsərrüfatı elmləri namizədi.
Masallı rayon Aqrar Sənaye Birliyində, Lənkəran Rayonlararası Yer quruluşu İdarəsində mühəndis vəzifələrində işləmişdir.
Paşayev Azadxan Qardaşxan oğlu - riyaziyyatçı, Əməkdar müəllim
“Masallı Ensiklopediyası”nı hazırlayan qrup.
Mənbə olaraq istinad edilən ədəbiyyat və materiallar:
Azərbaycan Sovet Ensiklopediyası I -VII cild. Bakı - “Qızıl Şərq” mətbəəsi - 1976.
Musarza Mirzəyev - “Mənim Masallım”. Bakı - “Azərbaycan” nəşriyyatı - 1991.
Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. Bakı - “Maarif” nəşriyyatı - 1992.
Musarza Mirzəyev - “Talış toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan” nəşriyyatı - 1993.
Musarza Mirzəyev - “Mahmudavar”. Bakı - “Sabah” nəşriyyatı - 1997.
Musarza Mirzəyev - “Qızılavarın qızıl oğlu (İki cəbhənin qəhrəmanı)”. Bakı - “MBM” - 2011.
“ Masallı” müstəqil qəzeti - “Masallının görkəmli şəxsiyyətləri, müqəddəs məkanları ziyarət edənləri və istedadlı gəncləri barədə”. 15-30 sentyabr - 1995.
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu - “Əxbarnamə” (Talış xanlığının tarixindən). Bakı - “DİZAYN EL MMC” nəş-riyyatı (2009).
İldırım şükürzadə - “1840-1930-cu ilə qədər Azərbaycanda hansı qəzalar fəaliyyət gös-tərib?
Novruz Novruzov - “Masallı”. Bakı. 1990
Çatışmazlıqlar:
Tanınmış şəxsiyyətlər barədə məlumatlar:
1. Şəxsin adı, familiyası, atasının adı
2. 5x10 ölçüdə 1 ədəd fotoşəkil ( mümükün deyilsə pasport fotoşəkli)
3. Doğum tarixi, döğum yeri (əgər vəfat etmişdirsə, vəfat tarixi göstəril-məlidir).
4. Yaşayış yeri
5. Ibtidai və orta təhsil aldığı illər və ünvan
6. Orta texniki və ya ali təhsil aldığı illər və ünvan
7. İxtisası
8. Elmi dərəcəsi
9. İşlədiyi, fəaliyyət göstərdiyi sahələr və ünvan
10. Təltiflər (orden və medallar)
11. Aldığı fəxrı adlar və mükafatlar
12. Əlavə məşğuliyyət sahələri (istedad tərəfləri - şair, yazıçı, ilahiy-yatçı, bəstəçi, ifaçı, ixtiraçı və s.)
13. Qəhrəman analar (uşaqların sayı cinslər üzrə)
Kənd barədə məlumatlar:
1. Kəndin inzibati binalarının və məscidlərinin qabaq fasaddan fotoşəkilləri (10X15 sm ölçüdə)
2. Kənddə idarəçiliyin tarixi (kəndxudalar, kənd soveti sədrləri, kolxoz sədrləri, sovxoz direktorları, ərazi nümayəndələri, bələdiyyə sədrləri) haqqında illər üzrə adlı məlumatlar