Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

CƏNUB BÖLGƏSİNDƏ YENİ TURİZM TƏŞƏBBÜSÜ “Azərbaycan Cənub Turizm Assosiasiyası” təsis olundu


Azərbaycanın cənub bölgəsində – Lənkəran, Astara, Masallı və Lerikdə turizmin inkişafına təkan verəcək önəmli bir addım atılıb! 5 iyul tarixində Lənkəranda – Palıdlı Sahildə keçirilən görüşdə “Azərbaycan Cənub Turizm Assosiasiyası” rəsmi olaraq təqdim olundu. Tədbirə turizm, mədəniyyət və biznes sahəsində çalışan mütəxəssislər, eləcə də yerli icmalardan olan fəal şəxslər qatıldılar.

Bu assosiasiya bölgənin turizm potensialını ortaya çıxarmaq, yerli insanlara yeni iş imkanları yaratmaq və kənd təsərrüfatını turizmlə birləşdirmək məqsədi ilə qurulub. İştirakçılara bildirildi ki, assosiasiyanın fəaliyyəti nəticəsində gənclər və qadınlar üçün yeni gəlir imkanları yaranacaq, yerli məhsullar turistlərə təqdim olunacaq, bölgənin təbiəti və mədəniyyəti qorunacaq, həm də yeni layihələr və əməkdaşlıqlar üçün zəmin yaradılacaq.

Bu təşəbbüs, sadəcə bir təşkilat yaratmaq deyil, Cənub bölgəsinin gələcəyinə sərmayə qoymaq, insan potensialını üzə çıxarmaq və kəndlərdə həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Turizm sahəsində maarifləndirmə, təlimlər və təşviq tədbirləri ilə assosiasiya həm yerli sakinlərə, həm də gələcək qonaqlara faydalı olmağa çalışacaq.

Bu gün başlanan yol bölgənin gələcəyi üçün böyük ümidlər və imkanlar vəd edir. Azərbaycan Cənub Turizm Assosiasiyası – Cənubun inkişafına birgə töhfə vermək üçün sizi də dəvət edir!

 

 

ASSOSİASİYANIN TƏSİSÇİLƏRİ

MEHMET UYSAL, 

Palidli Sahil hotel GM

Turoyd Azerbaycan BŞK.

----

SAMİR AXUNDOV,

“Cənub Mirvarisi” Turizm şirkətinin rəhbəri

 

Lənkəran, 5 iyul 2025






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10