Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiiyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb massallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi bu gündən başlayaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov (qrupun rəhbəri):- 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 050 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: – 0 50 427 70 25
Beləliklə, bu silsilədən 4-cü yazını sizə təqdim edirik:
Əvvəlki, Boradigah, Qızılağac və Kolatan kəndi ilə bağlı yazıların linki burada:
https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.htmlhttps://cenub.az/10929-masall-ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
XIRMANDALI ərazi dairəsi
1. Xırmandalı ərazi dairəsi üç kəndi – Xırmandalı, Hacıtəpə, Ərəb kəndlərini əhatə edir.
2. Xırmandalı ərazi dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən şimalda, Muğan zonasında, aran ərazidə, düzənlik sahədə yerləşir.
3. Həmsərhəd olduğu ərazi dairələri:
Şimaldan Neftçala,
qərbdən Cəlilabad rayonlarının əraziləri ilə,
cənub-qərbdən Təklə, cənubdan Həsənli ərazi dairələri ilə,
şərqdən Xəzər dənizinin qərb sahilləri ilə,
cənub-şərqdən Qarğalıq ərazi dairəsi ilə həmsərhəddir.
4. Xırmandalı ərazi dairəsinin tarixi haqqında:
a) Sovet dövrünə qədər – Çar hökuməti vaxtında (1859-1917) Bakı quberniyasının Lənkəran qəzası Muğan (Göytəpə) pristavlığına daxil olub. 1917-1929-cu illərdə Lənkəran qəzasının Prişib (Göytəpə) dairəsinə.
b) Sovet dövründə - Kənd XDS İK-nin yarandığı tarix: 1930-cu ildə Masallı rayonuna daxil olub.
c) Müstəqillik dövründə - ərazi dairəsinin yarandığı tarix: 1991-ci il
5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi: Cəmi: 2544 ha.
a) Əkin sahəsi: 1370 ha
b) Bələdiyyə torpaqları: 75 ha
6. Ərazi dairəsinin əhalisi: 8060 nəfər. 01. 01. 2021-ci il tarixi
7. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, maldarlıq, balıqçılıq
8. Ərazi dairəsində inzibati tikintilərin tarixi haqqında:
a) Kolxoz-sovxoz idarələri – 1979-cu ildə tikilmişdir.
b) Məktəb binası – 1975-ci ildə yeni tipli məktəb tikilib.
c) Kənd soveti və İH-nin Ərazi nümayəndəliyi binası 1967-ci ildə
e) Həkim məntəqəsi – 2015-ci ildə tikilib.
d) İdman qurğuları və stadion – 2001-ci ildə futbol meydançası tikilib.
z) Uşaq bağçası - 1979-cu illdə 80 yerlik uşaq bağçası binası tikilib.
ə) Yollar –Masallı-Xırmandalı yolunun Prişib (Göytəpə)-Kalinovka (Viləş kəndi) yoluna birləşən hissəsi 1949-cu ildə tikilməyə başlayıb, 1954-cü ildə yekunlaşıb və xalq dilində “şoşe yolu” (şose yolu) adlanıb.
9. Ərazi dairəsinin ərazisində suvarma sistemləri – Hacıtəpə kəndində Çandıq istili və Xırmandalı kəndində Beçə istili 1936-cı ildə II kollektivləşmədən sonra tikilmişdir.
Kəndin adı: Xırmandalı
Əhalisi: 5199 nəfər
2021-ci il 01 yanvar tarixinə
Ərazisi: 1263 ha
Rayon mərkəzindən 17 km şimal-qərbdə, Xəzər dənizindən qərbdə, Muğan zonasında, düzənlik ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə ovçuluq və heyvandarlıq, indi isə əkinçilik və heyvandarlıq.
Həmsərhəd olduğu kəndlər:
Cənubdan Hacıtəpə, cənub-qərbdən Təklə, cənub-şərqdən Ərəb kəndləri, şərqdən Cəlilabad r-n ərazisi, şimaldan Neftçala r-n Xolqarabucaq kəndi.
Kəndin adının mənası:
Bununla bağlı müxtəlif fikirlər var. Bəzi mənbələrdə xırmandalular tayfasının adı ilə bağlanır. Bu tayfanın bayat soyuna mənsubluğunu da deyirlər. Əlisa Nicatın “Qızılbaşlar” romanında tayfanın adı “Xırmandolu” kimi çəkilir. Qızılbaş ordusunda mübarizlikləri, şücaətləri ilə seçilmişlər.
Digər fikirlərə görə, “Xırman” sözünün mənası “xır” fars dilində tikan, “man” məkan kimi açıqlanır ki, bu da tikanlı yerin arxası, o üzü deməkdir. Həqiqətən kəndin yerləşdiyi ərazidə hər növ tikanlı bitkilərin olduğu indi də görünür. Bəzi yerlərdə hətta keçilməz sədd yaranmışdır.
Kəndin ilk sakinləri
Xırmandalı kəndinin ilk sakinləri xərbəndəlü və bayat tayfalarının nümayəndələri olmaqla Orta Asiyadan Cənubi Azərbaycanın Qəzvin vilayəti ətrafına, oradan da Ərdəbil xanlığının ərazisinə köçmüşlər. XVIII əsrdə xərbəndəlülər kimi Gür tayfasının nümayəndələri də indiki Masallının Xırmandalıkəndi yaxınlığında, çayın ətrafında məskən salmışlar. Yaxınlıqdan keçən Gür-gür çayının adı da bu Gür tayfasının adından götürülmüşdür. ( Ə.Zahidov, “Muğan” kitabı, səh. 106-114).
Tarixi abidələri:
Kənddə köhnə tikili və abidə yoxdur. Sovet dönəmində ərazi məkəzi olduğu üçün bir neçə inzibati və mədəni məqsədlə binalar inşa edilmişdir.
1960-cı illərdən sonra 80 yerlik uşaq bağçası binası, Kənd sovetinin (indi Ərazi nümayəndəliyinin) ikimərtəbəli binası,600 yerlik yeni tipli məktəb binası, poçt, Mədəniyyət evi, tibb məntəqəsi, ATS binası, kitabxana binası tikilmişdir.
Xırmandalıda tarix və diyarşünaslıq muzeyi:
2005-ci ildə Xırmandalı kənd Mədəniyyət Mərkəzinin nəzdində muzeyin işçisi Əmirəli Yaqubovun şəxsi təşəbbüsü və vəsaiti ilə yerli ərazinin tarixi keçmişinə aid eksponataların nümayiş eydirildiyi zəngin muzey yaradılmışdır. Muzey indi də fəaliyyətdədir.
Balıq vətəgəsi – Bu balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar.
Bakı milyonçusu, kürü kralı kimi tanınan Mayılov qardaşları kommersiya şirkətinin təsisçilərindən olan Danil Mayılov Rusiya imperatoru II Aleksandrın (1855-1881) 1860-cı il sərəncamı ilə mülk olaraq onlara verilmiş Xırmandalı kəndinin Xəzər dənizi sahilində balıq vətəgəsinin əsasını qoymuşlar. 1917-ci ilə kimi tam gücü ilə işləyən bu vətəgə balıq ovlanması və emalı ilə məşğul olan və öz dövrünün istehsal gücünə görə seçilən çox mükəmməl kapitalist müəssisəsi olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanda fabrik-zavod istehsalı XIX əsrin ortalarında meydana gəlmişdir, onda Mayılovun Xırmandalıda fəaliyyətə başlayan balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar.
Balıq ovu gəlirli sahə olduğu üçün vətəgələr və ov yerləri iltizama verilirdi.
Belə ki, 1814-cü ildə Şəki xanlığının sərhədlərindən başlayaraq, Xəzər dənizinə qədər Kür çayında balıq tutmaq ayrı-ayrı adamlara 20 il müddətinə iltizama verilmişdi. 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycanın işğalını başa çatdıran çar Rusiyası Azərbaycanın təbii sərvətlərinə xüsusi maraq göstərirdi. Yayılan məlumata görə həmin vaxt işçi qüvvəsi kimi 500 nəfər həştərxanlı qadınları bu kəndə gətiriblər.
(Daha ətraflı 02.10. 2014-ci il “Cənub xəbərləri” qəzeti “Mayılovların Xırmandalı vətəgəsi”.)
Məscidlərin sayı-2
XX əsrin əvvəlləində tiklmiş köhnə məscidin yerində XX əsrin sonunda kənd sakini xeyriyyəçi Qasımov Niftəli Baba oğlu (1962-2007) öz şəxsi hesabına yeni məscid tikdirmişdir.
İlk respublika:
25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, mərkəzi Göytəpə kəndində olan Muğan diktaturasının rəhbəri İlyaşeviç həbs olundu. Diktaturaya sadiq qüvvələr Lənkəranı tərk edərək Muğana keçdilər.
1919-cu ilin iyun ayında leytenant Xoşev Lənkərana hücum edərək sovet respublikasını devirmək istəsə də bacarmadı.
Astaranın alınması
İyunun 17-si isə ADR-ə sadiq olan Hüseyn Ramazanovun dəstələri, İrandan gələn köməkçi qüvvələrlə Astaranı ələ keçirmişdi.
Lakin 23 iyul 1919-cu ildə diktatura ordusu şimaldan, ADR ordusu isə cənubdan hücum edərək Muğan Sovet Respublikasına son verdilər.
Din xadimləri:
1. Məşədi Şeyx Zahid Hüseyn oğlu – 1823-cü ildə doğulmuşdur. İlk təhsilini qonşu kənd mollasından, orta ruhani təhsilini isə Ərdəbil şəhərində almışdır. Sonra ali ruhani təhsili almaq üçün Nəcəf-ül Əşrəfə getmişdir. Təhsildən sonra kəndə qayıdaraq öz hesabına molla məktəbi açmış, kənd uşaqlarına dini təhsil vermişdir. 1893-cü ildə vəfat etmişdir.
2. Sovet dönəmində Molla İmanəli, Balaş kişi, Molla Yusif kəndin dini işlərini yola vermişlər.
3. İndi Hacı Nifti, Hacı Aməd, Hacı Əvəz, Hacı Asif kimi din biliciləri dini məsələləri həyata keçirirlər.
Kənddə ilk məktəbin açıldığı tarix:
Xırmandalı kəndində ilk ibtidai məktəb 1920-ci ildə açılmışdır. Kənd sakin Yadulla Şirin oğlunun evinin 1-ci mərtəbəsində 10 uşaqdan ibarət bir sinif təşkil olunmuşdur. Məktəbdə ilk müəllim Astara rayonunun Pensər kəndindən gəlmiş Baldadaş Dadaşov olmuşdur. Bu ibtidai məktəb1930-cu ildə 7 illik, 1950-ci ildə orta məktəbə çevrilmişdir.
1975-ci ildə yeni tipli orta məktəb binası tikilib.
Kəndin ilk ali təhsillisi:
1. Zahidov Ruhulla Sərdar oğlu ilk ali təhsill alıb, II Dünya müharibəsində həlak olub.
Alimləri:
1. Füzuli Bayat (Füzuli Xeyrulla oğlu Gözəlov), 28 aprel 1958-ci ildə Masallı bölgəsinin Xırmandalı kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində oxumuşdur. 1987-1990-cı illərdə dissertasiya müdafiə edərək “Filologiya üzrə fəlsəfə doktoru”, 1997-ci ildə“Filologiya üzrə elmlər doktoru” elmi adını almışdır. Füzuli Bayatın bu günə qədər 37 kitabı nəşr edilmişdir.
2. Əsgər Sərdar oğlu Zahidov- tarix üzrə fəlsəfə doktoru,
(7 noyabr 1928-ci i 4 aprel 2000-ci il. Xırmandalı kəndi)
Xırmandalı kəndində, sonra direktor işlədiyi Həsənli kənd orta məktəblərində Əsgər müəllimin təşəbbüsü ilə tarix –diyarşünaslıq muzeyi yaradılmışdır. Masallıda yaradılmış Dövlət tarix və Diyarşünaslıq muzeyinə Əsgər müəllimin rəhbərliyi ilə qədim Muğanın Şəhriyar, Xırmandalı, Hacıtəpə kəndlərinin ərazilərindən tapılmış 500-ə yaxın eksponat təhvil verildi. 1968-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
3. Gözəlov Əziz Paşa oğlu –filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti .
1936 –cı ildə Masallının Xırmandalı kəndində doğulub. Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunu bitirəndən sonra 60-cı illərdə SSRİ-nin Əlcazairdəki səfirliyində tərcüməci kimi fəaliyyət göstərmişdir.
Xarici Dillər Universitetində tərcümə kafedrasına rəhbərlik etmişdir. Əziz müəlim 2005-ci ildə faciəvi çəkildə dünyasını dəyişmişdir.
4. Qasımov Rakif Atakişi oğlu – kimya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti
1955-ci ildə Masallı rayonunun Xırmandalı kəndində doğulmuşdur. 1973-cü Azərbaycan Dövlət Universitetinə (BDU) daxıl olmuşdur.
.40-dan çox elmi məqalə; 3 dərslik müəllifidir.
5. Quliyev Ağaşirin Simran oğlu - texnika üzrə fəlsəfə doktoru. 1 iyul 1955-ci ildə Masallı rayon Xırmandalı kəndində anadan olmuşdur. 1973-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimya ixtisası üzrə axşam şöbəsində ali təhsil almışdır. 29 mart 2011-ci il tarixli qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 29 avqust 2003-cü ildə “Şöhrət ordeni”-nə layiq görülmüşdür.
6. Abbasov Mürvət Əzim oğlu - tarix üzrə fəlsəfə doktoru. 1965-ci il 1 avqustda Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1986-1991-ci illərdə Baki Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2012-ci ildə Baki Dövlət Universitetində "İraq-İran müharibəsində azərbaycanlıların iştirakı və İranda müasir etnik-siyasi durum" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəsəfə doktoru elmi dərəcəsi almışdır. ADPU-nun Cəlilabad filialında və Masallı şəhərindəki "Dəfinə" liseyində ixtisası üzrə müəllim işləyir.
Rəhbər vəzifələrdə işləmişlər, orden-medal alanlar və kəndin tanınmışları:
1. Hüseynov Sərdar Zahid oğlu - ... -cu ildə Masallı rrayonunun Xırmandalı kəndində doğulmuşdur. 1920-ci ildə Xırmandalı kəndinin də daxil olduğu Cəraylı İnqilab Komitəsinə sədr göndərilmişdir.
2. Ocaqverdi Nifti oğlu – (... – 1937), kəndin 30-cu illərin əvvəllərində seçilmiş ilk kolxoz sədri.
3. Fərzəliyev Abdulxalıq Şıxverdi oğlu – kəndin kolxoz sədri olmaqla rayonda tanınmış sədrlərdən olmuşdur.
4. Əhmədov Sarıbala Atabala oğlu – “Şərəf nişanı” ordenli
5. Zahidov Əfsər Əsgər oğlu - Bakıda mətbəə müdiri və “Şans” müəssisəsinin direktorudur.
Masallı rayonunun Xırmandalı kəndində doğulub. Ukrayna Poliqrafiya İnstitutunu bitirib.
6. İbrahimli Məhərrəm Muştuluq oğlu – “Tərəqqi” medallı (2017-ci ildə).
10 may 1959-cu ildə anadan olub. 1992-ci ildə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının sosiologiya fakültəsini bitirib. 2000-ci ildən 2020-ci ilə qədər RİH-in Xırmandalı Ərazi dairəsi üzrə nümayəndəsi olub.
Sosialist Əməyi Qəhrəmanı:
Hüseynov Hacı Mir Məhəmməd Səməd oğlu--- 10 may 1927-ci ildə doğulub. 1941-ci ildə kolxozda əmək fəaliyyətinə başlayıb. 1949-cu ildə Bakı Baş Tikinti İdarəsində əvvəl bənna kimi fəaliyyətə başlamış, sonra briqadir kimi kollektivə başçılıq edirb. Briqadası kommunist əməyi kollektivi adlanb.
Sovet İttifaqı Kommunist Partiyasının XXV və XXVI qurultaylarına nümayəndə seçilmişdir. Əməkdar inşaatçıdır. 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb. 2 dəfə Lenin ordeninə, 1 dəfə Qırmızı Əmək bayrağı ordeninə layiq görülüb.
28 aprel 2001-ci ildə vəfat edib.
Haqqında Yazıçı Nurəddin Ədiloğlu “Bizim ağamız” sənədli povestini yazmışdır.
Hüseynli Məmmədhüseyn Rizvan oğlu – 1981- ci ildə Xırmandalı kəndində anadan olub, ali təhsilli hüquqşünasdır. Masallı RİHB-də hüquq şöbəsinin müdiri işləmişdir. Hazırda Masallı İHB-nin 1-ci müavini vəzifəsində çalışır.
II Dünya müharibəsində iştirak edənlər:
Xırmandalı kəndindən II Dünya müharibəsində 264 nəfər iştirak etmişdir. Onlardan 164 nəfəri həlak olmuşdur. (Dəqiqləşdiriləcək)
Qəhrəman analar: Sayı 20 nəfər
Kəndin Qarabağ müharibəsi şəhidləri: (haqlarında qısa məlumat)
1. Məmmədov Xıdır Məmmədqulu oğlu – 1973 - 1994
2. Qəmbərov Şaiq Şahalı oğlu - 1969 - 1994
3. Səfərov Abasəli Ərəstun oğlu - 1974 - 1993
4. Abbasov Fədail Abbas oğlu - 1974 - 1994
5. Qasımov Rüstəm Qənimət oğlu - 1975 - 1994
6. Ələsgərov Zaur Ələsgər oğlu - 1975 - 1994
II Qarabağ müharibəsi iştirakçıları – qazilər:
Kəndin yazarları:
1. Xudakərim Fərzəliyev (Məftun) Ağakərim oğlu –
1927-ci ildə Masallı r. Xırmandalı k-də doğulmuşdur. Az.Dövlət Univeritetinin (indi BDU) filologiya fakültəsini bitirmişdir. Respublikanın və rayonun mətbuatında satirik, lirik şeirləri və bəhri-təvilləri ilə çıxış etmişdir. 1998-ci ildə “Əlacı axtar özündə” adlı kitabı nəşr edilib. 2002-ci ildə vəfat etmişdir.
2. Hüseyn Zahidov Əsgər oğlu ( Hüseyn Əsgəroğlu) –
02 sentyabr 1950-ci ildə Masallı rayonunun Xırmandalı kəndində doğulmuşdur. 1971-1976-cı illərdə H.B. Zərdabi adına Gəncə DPİ-nin tarix fakultəsini fərqlənmə diploma ilə bitirmişdir. 2007-ci ildə Əməkdar müəllim adını almışdır. İlk kitabı “Axtaracaqsan məni” 1997-ci ildə nəşr olunmuşdur. 28 kitabın müəllifidir – 6 şeirlər və 22 elmi-metodiki. 1976-cı ildən Gəncə çəhərində yaşayır. Şeirləri respublikanın qəzet və jurnallarında mütəmadi dərc olunmuşdur.
3. Arif Fərzəli Xudakərim oğlu –
1956-cı ildə Masallı r. Xırmandalı kəndində doğulub. 1973-cü ildə Bakı 5 saylı kimya-biologiya təmayül məktəbini bitirib. 1978-ci ildə ADU-nun (indi BDU) kimya fakültəsini, 1991-ci ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirmişdir. 1975-ci ildən respublikanın qəzet və jurnallarında şeir və publisistik yazıları ilə çıxış etmişdir. “Gənclik” jurnalının bölgə müxbiri, Masallıda çıxan “Qala” qəzetinin redactor müavini, “Masallı ziyalısı” qəzetinin Baş redaktoru olmuşdur. “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarınin müəllifidir. 1994-cü ildən AYB-nin üzvüdür. 2012-ci ildə Prezident təqaüdçüsü olub.
4. Nurəddin Muğanlı (Nurəddin Ədiloğlu) –
Yazıçı-publisist Nurəddin Ədiloğlu (Muğanlı) 1 fevral 1958 - ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.“Millət”, “Avrasiya”, “Hüriyyət” qəzetlərinin bölgə müxbiri işləyib. 1995-2002-ci illərdə baş redaktoru olduğu "Masallı" müstəqil qəzeti 1998-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübariz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb. “Mars” jurnalının məsul redaktoru və “Qarabağa aparan yol” qəzetinin redaktor müavini vəzifələrində çalışıb. Hazırda "İki sahil" gündəlik-ictimai-siyasi qəzetinin ədəbi işçisi, “Yurd” ədəbi-bədii, elmi-publisistik jurnalının publisistika şöbəsinin müdiridir.
1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyininüzvüdür.2016 -2018-cı illər İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzvü olub.
Povest və hekayələri, publisistik məqalələri, esseləri Azərbaycanda, Türkiyədə və İranda ədəbi dərgilərdə dərc olunub. "Azərnur", "Bakı açıq şəhərdi", “Qara Sarmaşıq", "Kiçik Paris", “Ömür vağzalı”, “Şah İsmayıl”, “Sonuncu monoloq”, “Masallı Mamed”, “Sarəng zirvəsi”, “Mənim Bağdagül nənəm”, “Taxt və Tabut”, “Bumeranq”, “Sözün müharibə rəngi” və başqa kitabların müəllifidir.Xocalı faciəsinə həsr etdiyi "Şəhidlər anası" pyesinin Masallı Xalq Teatrının səhnəsində 1994-2002-ci illərdə dəfələrlə tamaşası göstərilib, 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalan həmin tamaşa II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub.N.Ədiloğlu "Masallının rabitə dünyası" (1998), "Masallı XX əsrdə" (2000), "Seyid Sadıq" (2002) sənədli filimlərinin ssenari müəllifidir.
Cəfərov Balamirzə Ağamirzə oğlu (balamirzı Cəfərli) – 15 dekabr 1953-cü ildə Masallı rayonunun Xırmandalı kəndində doğulub. 1969-72-ci illərdə Bakı 1 saylı Tibb texnikumunda oxuyub. 1984-cü ldə RF-in Barnaul şəhərində SSRİ DİN-n xüsusi hüquq məktəbini bitirib. Ehtiyatda olan zabit, Qarabağ Müharibəsi veteranı olub. Qarabağ qazisidir.1970-ci ildən mətbuatda şeirləri ilə çıxış etmişdir. Masallı rayonundakı “Göy qurşağı” ədəbi məclisinin üzvü olub. “Vətən”, “Media” mükafatlarını alıb. “Söz daşı” kitabının müəllifidir. 2017-də vəfat etmişdir.
Musiqiçilər :
1. Yasər Yaqubov – qarmonçu, uzun illər Xırmandalı Mədəniyyət Evinin direktoru işləmişdir.
Kəndin adı: Hacıtəpə
Əhalisi:
1940-cı ilə qədər kənddə 94 ailə ........ 405 nəfər əhali olmuşdir.
2021-ci il 1 yanvar siyahıyaalınmasında ... 213 ev ...... 1555 nəfər olmuşdur.
Ərazisi: 872 ha
Coğrafi mövqeyi:
Masallı şəhərindən 13 km şimalda, Xəzər dənizinin qərb sahilində, Muğan zonasındadır. Ağqobu çayı kəndin ortasından keçir.
Həmsərhəd olduğu kəndlər:
Hacıtəpə kəndi şimaldan Xırmandalı, şərqdən Ərəb, cənub-şərqdən Köçəkli vəTəkdam, cənubdan Həsənli, cənub-qərbdən Sığıncaq, Molla Həsənli, Təklə kəndləri ilə həmsərhəddir.
Kənd əhalisinin əsas məşğuliyyəti:
İlk məskunlaşan vaxtlarda ovçuluq və heyvandarlıq, qismən əkinçilik olmuşdur. XX əsrdə isə Sovet dönəmində əkinçilik və heyvandarlıq önə keçmişdir.
Kəndin adının mənası:
Kənddə olan iki təpənin – Vışkatəpə və Bayındırtəpələrinin arasında salındığına görə “Haçatəpə” adlanmış, sözün səs dəyişməsi nəticəsində - “Hacıtəpə” kimi yazılmışdır. Canlı danışıq dilində “Həştəpə” kimi tələffüz olunur.
Tarixi haqqında:
Hacıtəpə kəndinin 300 ilə yaxın yaşı var. Hacıtəpə kəndi B.e.ə. salınmış və XIV-XVI əsrlərə qədər burada özünəməxsus mədəniyyəti olan bir şəhər olmuşdur.
Kəndin ətrafında qazıntılar və əkin zamanı tapılan müxtəlif əşyalar bu yerlərin qədimliyini göstərir. Qədim şəhər haqqında Ə. Zahidov “Muğan” kitabında ətraflı məlumat vermişdir:
Professor Ə. Zahidovun “Muğan” kitabında “Səni axtarırıq, Muğan!” sərlövhəli yazıda deyilir: “Nəhayət, böyük bir şəhərin qalıqlırını aşkara çıxarırıq. Bu yer Gür-gür (Gur-gur) çayı ilə Ağ qobu çayı arasındadır. Bu yer Q.Təbrizinin göstərdiyi yerə uyğun gəlir. Doğrudan da, Talış meşələrindən başqa Azərbaycanın elə bir yeri yoxdur ki, bu ölçüyə uyğun gəlsin (yəni, qırağında şəhər, həm də yaxınlığında şəhər olsun). Həqiqətən, Təbrizdən Muğan şəhərinə gəlmək üçün Talış meşələrindən keçmək lazım idi. Vaxtı ilə Talış meşələri Muğan şəhərindən cəmi bir neçə kilometr aralı olubmuş. Deməli, Muğan şəhərinin yeri haqqında tarixçi və coğrafiyaşünasların verdiyi məlumatlarla Q.Təbrizinin təsvir etdiyi yer bir-birinə uyğun gəlir. Haqqında danışdığımız yerdə “Haçatəpə” (indi “Hacıtəpə” adlanır) kəndi yerləşir. Kəndin ətrafında bir neçə belə təpə vardır ki, kənd adamları onlara “Vışkatəpə”, “Əmənkişitəpə”, “Dəyirmantəpə”, “Bayındırlıtəpə”, “Qumlu bazı təpə” adlarını vermişlər. Şəhər qalığının ərazisi “Qumlu bazı” deyilən təpədən “Vışkatəpə”yədək uzanır. Kənddən şimala bir yol gedir. Xırmandalı və hacıtəpəlilər bu yolu indi də “Muğan yolu” adlandırırlar. Yəni, Muğana gedən yol. Bu da Muğan şəhərindən Muğan düzünə gedən yol deməkdir.” “Əbu Səidlə Uzun Həsən arasında 1468-ci ildə qanlı vuruşma nəticəsində Muğan şəhəri dağılır”.
Yuxarıda adları çəkilən təpələr haqqında yenə o kitabdan oxuyuruq: ““Vışkatəpə” şəhər sənətkarlarının yaşadığı məhəllə olmuşdur. Burada mis tullantılarına daha çox rast gəlirik ki, bu da misgərliklə əlaqədardır.
“Bayındırlıtəpə”
“Bayındırlıtəpə”də rəngli saxsı qab-qacaq qırıntıları ilə yanaşı, müxtəlif muncuqlar da tapılmışdır. Burada torpaq təndirlər və təndirdə “gizlədilmiş” qab-qacaqlar da aşkar edilmişdir ki, bunların da üstünü torpaq örtmüşdür. “Əmənkişitəpə”də torpaq evlərin yeri xırda təpələr halında indi də qalmaqdadır. Bu ərazidə muncuqlar, müxtəlif rəngsiz qab-qacaq qırıntıları, dən üyütmək üçün əl daşı və sair tapılmışdır. “Bayındırlıtəpə” ilə “Əmənkişitəpə” arasında “Ağqobu” çayının hər iki tərəfində sərdabəli qəbirlər, qədim qəbiristanlıq, dəfn edilməmiş müxtəlif insan “qəbirləri”, Bizansda hazırlanmış muncuqlarla birlikdə təsərrüfat küpləri, yazılı daş və bir sıra əmək alətləri aşkara çıxarılmışdır.” Tədqiqatçı alim Ə. Zahidov bu yerlərdə tapdığı bütün mis, gümüş pulları və başqa tapıntıları Azərbaycan tarix muzeyinə təhvil vermişdir. Bu tapıntıları aşkarlayanlar arasında həmkəndlilərimiz Ənvər Əzizov və Eldar Məmmədquliyev də olmuşlar. Onların tapdıqları içərisi mis pullarla dolu olan saxsı küp Azərbaycan tarix muzeyinə təhvil verilmişdir. Məlum olmuşdur ki, bu pullar Atabəylər dövləti dövründə zərb edilmişdir. Bu, Muğan şəhərinin mövcudluğu haqqında fikirlərin doğruluğuna bir sübutdur.
10 oktyabr 2020-ci il tarixdə Xırmandalı mədəniyyət mərkəzinin işçisi Əmralı Yaqubovun Hacıtəpə kəndində aparılan qazıntı zamanı tapdığı daş kitabə bu yerin tarixinin eramızdan əvvəllərə gedib çıxmasından xəbər verir. Bu daş kitabə Hacıtəpə kəndinin yerləşdiyi ərazidə olmuş Çəndağ-Çəndik-Çandıq şəhər qalasının qalıqlarındandır.
Hacıtəpə kəndində tapılmış daş kitabə. Eramizdan əvvələ aiddir.
Kənddə soy və tayfalar:
Kəndə “Hacı Vəli uşağı” və ya “Dəlicəfərli”, “Bayındurlu”, “Məmmədkərimli”, “Əcirli”, “Axundlu”, “Quzatlı”, “Həmidli”, “Salmanlı”, “Şükürlü”, “Əhmədli”, “Kürdlər” və sair soylar da vardır. Onların adı soy başçılarının adları, ya da gəldikləri yerin adı ilə belə adlandırılmışdır.
Kəndin “ağköynəklilər”i
1925-1940-cı illər arası kənddən 10 nəfərdən yuxarı adam rayon mərkəzində partiya və sovet işində işləyirdi. Ağ köynək, qalafe şalvar geydiklərinə görə onlara “ağköynəklilər” deyərmişlər. Onların bəzilərinin adları unudulsa da, çoxları indi də xatırlanır:
İsa Eyvazov,
Əti Əhmədov,
Zəbi Quliyev,
Zeynal Mayılov,
Nəsir Salmanov,
Sahib Bağışov,
Fazil Quliyev,
Qədir Hüseynov,
Salman Salmanov,
İsrafil Kərimov,
Əmirzada Eminov,
Yusif Eminov kimilər kəndin salnaməsində parlaq səhifələr yazmışlar.
Kəndin rəhbər vəzifələrdə işləyən ilk kadrları:
Salmanova Leyla Fərəc qızı – 1919-cu ildə doğulub. Savad kursunu bitirib. 1950-1976-cı illərdə kənd sovetinin sədri işləyib. 5 avqust 1995-ci ildə vəfat etmişdir.
Əliyev Məhərəm Yarış oğlu – 1910-cu ildə doğulub. Lənkəran Pedaqoji məktəbini bitirib müəllim və direktor işləmişdir. Tbilisidə zabitlik kursunu oxuyub. Lənkəran K/təsərrüfatı texnikomunu bitirib, kolxozda baş aqronom, sədr vəzifələrində işləyib. 22 Mart 1989-cu ildə vəfat etmişdir.
Həmidov Məhərrəəm Museyib oğlu – 1926-cı ildə doğulub. Bakı Milis məktəbini bitirib. Biləsuvar, Cəlilabad, Salyan rayonlarında sahə müvəkkilindən milis rəisinə qədər işləyib. 1997-ci il martın 5-də vəfat etmişdir.
Hüseynov Qədir Ağa oğlu – 1903-cü ildə doğulub. Partiya məktəbini bitirib, rayonun Ərəb, Hacıtıpə, Çaxırlı, Həsənli kəndlərində sovet sədri işləyib. 1964-cü il aprelin 19-da vəfat etmişdir.
Baxışov Əsgər Səməd oğlu – 1895-ci ildə doğulub. Krasnodarda kurs bitirib. Hacıtəpə kəndində sovet sədri işləyib. 1981-ci ilin 31 mayında vəfat edib.
Mayılov Zeynal Bayraməli oğlu - 1906-cı ildə Hacıtəpə kəndində doğulub. Lənkəran Patiya məktəbini bitirib. Rayon PK-də təlimatçı, Hacıtəpə kəndində kolxoz sədri işləyib. 1956-cı ildə vəfat edir.
Salmanov Nəsir Fərəc oğlu – 1909-cu ildə doğulub. Lənkəran Pedaqoji məktəbini bitirib Cəlilabadda müəllim işləyib. Sonra Lənkəran Partiya məktəbini bitirib Hacıtəpə və Xırmandalı kəndlərində sovet sədrinin katibi və sədr işləyib. Rayon Maliyyə şöbəsində baş vergi müfəttişi işləyib.
Hacıtəpədə ilk məktəbin açıldığı tarix:
Hacıtəpə kəndinin ilk müasir dünyəvi ibtidai məktəbi 1925-ci ildə yaradılmışdır. Buna qədər kəddə mollaxana fəliyyət göstərib. 1950-ci ildə 7 sinifli məktəb binası tikilib. 1980-ci ildə yeni məktəb binası tikilməklə ilk dəfə orta məktəb olmuşdur.
Kənddə ilk müəllimlər Bakıdan gəlmiş İsrafil və İsmayıl olmuşdur. Onlardan sonra Salyandan gəlmiş Həsən və arvadı Bəyim müəllimlər dərs demişlər.
Kəndin ilk müəlllimləri Əzizov Əziz İsgəndər oğlu və Eminov Əmirzada Rəf oğlu olmuşlar.
Kədin məscidi və din xadimləri:
Kənddə ilk məscid XIX əsrdə tikilmişdir. Bu məscid 1918-ci ildə erməni daşnaklarının cənub bölgəsinə hücumu zamanı yandırılıb və dağıdılmışdı. Daha sonra 1930-cu illərdə, 1960-cı illərdə məscid tikilmişdir. İndiki müasir məscid 2005-ci ildə tikilmişdir. Məscidə Quliyev Nəcəfqulu Ağaqulu oğlu axund təyin olunmuşdur.
Molla Məcid Lənkərani kəndin ilk yüksək təhsilli ruhanilərindən biri olmuşdur. O, təhsilini İraqın Nəcəf şəhərində almış, geri qayıdaraq kəndə gəlmişdir. Sovet hakimiyyətinin ilk illərində yaranan quruluşdan xoşlanmamış və Təbriz şəhərinə köçmüçdür. Orada da vəfat etmişdir.
Axund Əhəd Çar hökuməti vaxtında böyük nüfuz sahibi olub. Nəcəfdə təhsil aldığı üçün savadlı, ziyalı bir şəxs kimi tanınıb. Dini məhkəmənin Muğan zonası üzrə üzvü olub.
Molla Abısalam (Axund Əhədin oğludur) ilk təhsilini alaraq İraqın Nəcəf şəhərinə getmişdir. Nəcəfdən qayıdandan az sonra vəfat edir.
Molla Museyib də öz dövrünün güclü ruhanilərindən olub. O da Nəcəf şəhərində ali ruhani təhsil alıb. Şura kökuməti dövründə də yaşayıb.
Hacı Adil Məmmədhəsən oğlu ilk dini təhsilini kənd dindarı Molla Nəsirdən almış, sonra isə öz dövrünün mükəmməl din xadimi Hacı Əlibalanın yanında dini təlim görmüşdür.
Hacıtəpə kəndinin ali təhsilliləri - 200 nəfərdən çox (1950-2020-ci illər)
İlk ali təhsilli
Bağışov İltimas Abutalıb oğlu – 1933-cü ildə Masallı rayonunun Hacıtəpə kəndində doğulub. 1953-cü ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini iqtisadiyyat fakültəsini bitirib.
Orta ixtisas təhsillilər:
100 nəfərə yaxın orta ixtisas məktəblərini bitirənlər var.
Qəhrəman analar: Kənddə 23 Qəhrəman Ana var.
I Dünya Müharibəsində iştirak edənlər: cəmi 74 nəfər, onlardan 35 nəfər həlak olub, 39 nəfər sağ qayıtmışdır.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş sakinləri haqqında:
1. Baxışov Rizvan Rəzzaq oğlu 1963-cü il martın 28-də Hacıtəpə kəndində anadan olub. Baş leytenant Baxışov Rizvan Rəzzaq oğlu 28 avqust 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşdə şəhid olmuşdur.
2. Zeynalov Zeynal Əli oğlu 1972-ci ildə Hacıtəpə kəndində anadan olub.
3. Məlikov Amil Əliheydər oğlu 1967-ci il 13 iyulda Hacıtəpə kəndində anadan olub. Daşaltı hadisələrində şəhid olub.
4. Ağayev Pərviz Gülağa oğlu 1991-ci il sentyabr ayının 21-də Hacıtəpə kəndində doğulub. 11 noyabr 2009-cu ildə şəhid olub.
I Qarabağ müharibəsi veteranları: 17 nəfər.
II Qarabağ Müharibəsində şəhid olan olmamışdır. 28 nəfər döyüşlıərdə iştirak etmişdir.
Kəndin rəhbər vəzifədə çalışmış adamları:
Quliyev Zəbi Əhəd oğlu
1910-cu ildə doğulub. Bakı Partiya məktəbinə daxil olaraq 1931-ci ildə oranı bitirir. 1931-ci ildən 1941-ci ilə kimi Zəbi Quliyev Göynük, Şəki, Masallı, Samux rayonlarında gənclər ittifaqının (sonralar komsomol komitəsi adlandırıldı) I katibi vəzifələrində, Samux rayon Rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləyir. II Dünya müharibəsinin ilk birinci ilində Tbilisi şəhərində hərbi-siyasi məktəbdə oxuyur. 416-cı məşhur Taqanroq diviziyasının 1373-cü alayına siyasi rəhbər təyin edlir. Müharibədən sonra Mərkəzi Komitə onu Şəki ŞPK-nin II katibi, Göyçay və Tovuz rayonlarına PK-nin I katibi vəzifələrinə təyin edir. Az. Pİ-nun tarix fakültəsini də bitirir. 1952-ci ildə Moskvaya MK yanında Ali Partiya məktəbinə göndərilir. 1963-cü ilə qədər MK-da, təqaüdə çıxana kimi Ali Sovet aparatında işləmişdir. 1972-ci ilin sentyabrında Z.Quliyev 62 yaşında vəfat etmişdir. 2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verilmişdir.
Bayramov Hacağa Bayraməli oğlu
Bayramov Hacağa 14 aprel 1925-ci ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi bitirib Bakı Dəmiryol texnikumunun “Paravoz istismarı texnologiyası” ixtisası fakültəsinə daxil olur. 1977-ci ildə Rostov Dəmiryol İnstitutunda oxuyur. 1970 və 1975-ci illərdə VIII və IX çağırış SSRİ Ali Sovetinə deputat seçilir. 1982-86-cı illərdə Bakı vaqon bələdçiləri deposunda Həmkarlar komitəsinin sədri vəzifəzində çalışır. Sov. İKP-nin XXV qurultayına, Azərbaycan KP XXVIII-XXIX qurultaylarına nümayəndə seçilir. SSRi Həmkarlar İttifaqları Mərkəzi Şurasının XV qurultayına nümayəndə göndərilir. Ali Sovet büdcə komissiyasının üzvü kimi məsul vəzifəni də aparmışdır. 1986-cı ildə dekabr ayının 22-də 52 yaşında ürək çatışmazlığından vəfat edir.
Kamalov Tapdıq Cəlal oğlu
20 aprel 1939-cu ildə Hacıtəpə kəndində doğulmuşdur. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində oxumuş, 1970-ci ildə oranı bitirmişdir. 1977-ci ildə Lenin rayonu Razin (ibdiki A.Bakıxanov) qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. XVIII, XIX, XX çağırış Bakı Şəhər Sovetinə deputat seçilmişdir. 1973-cü ildən dəfələrlə Lenin Rayon PK-nin üzvü seçilmişdir. Azərbaycan KP-nın XXXII qurultayının nümayəndəsi olmuşdur. 1990-95-ci illər Razin (Bakıxanov) rayonu 25 saylı seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1995-ci ildən 2000-ci ilə qədər Bakı Şəhəri Xətayi RİH-i başçısının I müavini vəzifəsində çalışmışdır. 2000-cı ildən 2005-ci ilə qədər 70 saylı Masallı-Yardımlı seçki dairəsindən MM-nə millət vəkili seçilmişdir. “Əmək şöhrəti”, “Əmək veteranı” medalları ilə təltif edilmişdir.
Alimlər:
Həmidov İlham Məhərrəm oğlu – tibb üzrə elmlər doktoru
Həmidov İlham 1953-cü ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi “Qızıl medal”la bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Respublika Uroloji xəstəxanasında işləyə-işləyə Tibb İnstitutunun aspiranturasında oxuyur. 1984-cü ildə müdafiə edir və tibb elmləri namizədi alimlik dərəcəsi alır. 2000-ci ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alır. 100-ə yaxın elmi məqalənin, iki metodik vəsaitin, iki elmi kitabın müəllifidir. 1996-cı ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ Laborotoriyasının müdiridir. O, həmçinn Lenin komsomolu mükafatı laureatıdır.
Kəndin tarixi abidələri və müasir tikililəri:
Kənddə 1 orta məktəb, 1 tibb ambulator məntəqə, 1 kitabxana, 1 klub, 1 poçtxana fəaliyyət göstərir.
Kənddə Astan ocağı adlandırılan bir abidə var. İndi abidə şəklində görünən bu tikinti vaxtilə çökəklikdə bir neçə kərpicdən ibarət olan kaha formasında bir yer idi.
Xeyriyyəçilər
2007-ci ildə kəndin iş adamlarından olan xeyriyyəçi Zeynal Zeynalovun köməkliyi ilə həmin yerdə kərpicdən türbə tikilmiş, ocaq abidə şəklinə salınmışdır.
2018-ci ildə kənd xeyriyyəçisi Sədulla Vəli oğlu Abıyevin şəxsi vəsaiti hesabına “Mərasim evi” tikilmişdir.
2021-ci ilin yanvar ayında kənddə Xeyriyyə Cəmiyyəti yaradılıb. İlk gündən kənd yollarının qumlanması, kənd qəbristanlığının təmiri, digər işlər görülmüşdür.
Kəndin folklor nümunələri:
Ta qədimdən kəndin yerləşdiyi ərazidə baş verən hadisələrdən ikisi əfsanələşib bu günə qədər gəlib çıxmışdır. “Muğan haqqında əfsanə” Hacıtıpə kəndinin salınmasından çox əvvəllər burada olan şəhərin haqqındadır.
“Qanlı göl” əfsanəsi isə kəndin yaxınlığında olan Çandıq (Çənnik və ya Çəndəğ) su hövzəsində baş verən bir qanlı hadisə haqqında yaradılmışdır.
Kənd bələdiyyəsi
1999-cu ildə ilk bələdiyyə seçkisində Əhmədov Firudin Əti oğlu ilk bələdiyyə sədri seçildi.
Kəndin yazarları:
Baxışov Əlizaman Əsgər oğlu (Əlizaman Baxış) – 1950-ci ildə doğulmuşdur. ADU (BDU)-nun filologiya fakültəsini bitirmişdir. “Talisman” qəzetində redaktordur. 4 kitabın - “Hacıtəpə - keçmişdə və indi” tarixi-ensklopedik, “Qayaların dağ harayı”, “Ömür kitabı” bədii-publisistik, “Yaxşı ki varsan” şeirlər kitablarının müəllifidir.
Rəhilə Həsənzadə - N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunu bitirib. Ekspress Universitetinin müdavmi olub. Şeirlər yazır. “Bir ovuc Azərbaycan torpağı” kitabının müəllifidir.
İlhamə Əzizova – Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Mənim atam” kitbının müəllifidir.
Əliyeva İlhamə Əhməd qızı – BDU-nun Jurnalistika fakültəsini bitirib. “Masallı” kitabının müəllifidir.
Kəndin adı: ƏRƏB ------
Əhalisi: 1306 nəfər
Ərazisi: 401 ha
Coğrafi mövqeyi:
Rayon mərkəzindən şimalda, Muğan zonasında, Xəzər dənizinin qərb sahilində, düzənlik sahədə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq.
Həmsərhəd olduğu kəndlər:
Şimal-qərbdıən Xırmandalı, qərbdən Hacıtəpə, cənub-şərqdən Köçəkli kəndləri ilə həmsərhəddir.
Kəndin tarixi və adının mənası:
Ərəblərin VIII əsrin sonlarında Azərbaycan ərazisinə gəlişi ilə əraziyə ərəb qoşunlarının tərkibində İraq türkmanları da olmuşdur. Onların bir çoxu ərazidə məskunlaşmışlar. Belə ki Azərbaycanın bir çox ərazilərində Ərəb kəndləri yaranmışdır. Əslində o kəndlərdə məskunlaşanların milli tərkibləri türk əsilli ərəblər olmuşlar. Akademik Z.Bünyadovun hesablamasına görə respublikada 28 Ərəb kəndi var. Masallı rayonunun Ərəb kəndində yaşayanlar isə 300 ildən qabaq Şamaxıdan köçüb gələnlərdir.
Tarixi abidələri:
2 məscid var – 1-ci məscid 2010-cu ildə, 2-cisi isə 2012-ci ildə inşa edilmişdir.
1 Mərasim evi var.
Din xadimləri:
Axund Hacı Əhliman Hüseynov İsmayıl oğludur. ADU-nun tarix fakültəsini bitirib.
Qəhrəman analar: 22 nəfər.
Kənddə ilk məktəbin açıldığı tarixi:
1936-cı ildə Ərəb kənd ibtidai məktəbi “kulak” edilmiş bir nəfər varlı adamın evində açılmışdır. İlk məktəb binası 1957-ci ildə tikilib və ibtidai ibtidai məktəb olub. 1976-cı ildə məktəb 8 illik təhsilə keçib və yeni məktəb binası inşa edilib. 2012-ci ildə yeni tipli natamam orta məktəb binası tikilib.
Kənddə ilk ali təhsilli:
Hüseynov Süleyman Təhməz oğlu – 1950-ci il təvəllüdlüdür. 1968-ci ildə ADU-nun (indi BDU) filologiya fakültəsini bitirib.
Kəndin ali təhsilliləri: 70 nəfərdən çoxdur.
Qarabağ uğrunda müharibədə şəhid olanlar:
1. Hacıyev Müqəddəs Vəlişan oğlu - 1974-cü il təvəllüdlü. 1993-cü il Kasapet uğrunda gedən döyüşdə həlak olmuşdur.
2. Tağıyev Fariz Zülfüqar oğlu -1974-cü il təvəllüdlü. 1994-cü il yanvarın 10-da Aşağı Veysəlli uğrunda gedən döyüşdə həlak olmuşdur.
3. Məmmədov Mirtahir Mirməmməd oğlu - 22.07.1973-cü ildə doğulub. 1973-cü ildə 08 fevraldan itkin düşüb.
I Qarabağ müharibəsi iştirakçıları: 16 nəfər.
II Qarabağ müharibəsi şəhidləri:
1. Qasımov Cəbrayıl Baloğlan oğlu – 19.07.1976-cı ildə doğulub. 09. 10. 2020-ci ildə şəhid olub.
2. Qurbanov Masim Hafiz oğlu – 07. 01. 2001-ci ildə doğulub. 10.01. 2021-ci ildə şəhid olub.
II Dünya Müharibəsində İştirak edənlər:
Ərəb kəndindən II Dünya Müharibəsində İştirak edənlərin sayı 42 nəfər olmuşdur.
Kəndin tanınmışları və rəhbər vəzifələrdə olanlar:
Hacıyev İlham Museyib oğlu – 1963-cü ildə Masallı rayonunun Ərəb kəndində doğulub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Qaradağ Rayonu İH Başçısının 1-ci müavini işləyib.
Alimlər:
1. Şəmmədov Ramiz Zeynal oğlu - biologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetində dekan.
- 9 may 1968-ci ildə Masallı rayonunun Ərəb kəndində doğulmuşdur.
- İbtidai və natamam orta təhsilini Ərəb kənd məktəbidə, orta təhsilini Hacıtəpə kənd tam orta məktəbində almışdır.
- 1985-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxıl olub, 1993-cü ildə oranı bitirmişdir.
- 2000-ci ildə elmi iş götürüb və 2004-cü ildə müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2. İsmayılov Taleh Hüseyn oğlu – filologiya elmləri namizədidir.
1963-cü ildə Masallı rayonunun Ərəb kəndində doğulub. AZ. DPİ-nun filologiya fakültəsini bitirib. Bakı şəhərindəki “Zəngi” liseyində müəllim işləyir.
Xeyriyyəçilər:
1. Hacı Zahid Əjdər oğlu Cabbarov – 1955-ci ildə Ərəb kəndində doğulub. Az. Politexnik İnstitutunun inşaat fakültəsini buitirib. Kənddə bir çox xeyriyyə işləri görüb:
1. Məscid – 2012-ci ildə tikilib.
2. Tibb məntəqəsi – 2019-cu ildə.
3. Kəndarası və kəndiçi yolların (qardaşı Cabbarla birlikdə) tikintisi – 2016-2020-ci illıərdə.
4. Mərasim evinin tikintisi.
5. Bir çox dindarı Həcc və Kərbəla ziyarətlərinə göndərib.
6. Bir neçə kənd sakini üçün ev tikdirib.
Xırmandalı İnzubati Ərazi Dairəsininə dair materialın hazırlanmasında qrup üzvlərinə Əşrəf Cəfərov, Məhərrəm İbrahimov, Süleyman Hüseynov yaxından köməklik göstərmişdir.
“Masallı ensiklopediayası”-nı hazırlayan qrup