Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Rayonunda 12 ədəd 8 mərtəbəli möhtəşəm binaların inşa olunmasına başlanmışdır.



Cenub.az bildirir ki, “MASALLI YAŞAYIŞ KOMPLEKSİ” İstismar müddətini başa vurmuş,  1969-1971 ci illərdə tikilmiş 2 mərtəbəli binaların yerində inşa ediləcək.

Artıq ərazidə söküntü işlərinə start verilmişdir. Hazırda  24 binanın söküntüsünə start verilib.

İlk növbədə Masallı şəhərində,     İcra hakimiyyəti Başçısının  Binası ilə üzbəuz,  H.Əliyev adına parkın şərq tərəfinə yaxın ərazidəki 2 mərtəbəli, istismar müddəti bitmiş, əsasən 1971-ci ildə tikilmiş, əksəriyyətinin zirzəmisi  çirkab sularla dolu olan  yaşayış binaları söküləcək. Artıq   30 və 38 binaların söküntüsünə başlanılıb.

Bu işləri icra edəcək şirkətin rəhbəri Yalçın Kazımovun cenub.az-a bildirdiyinə görə . vətəndaş yeni binaya köçənə qədər evi sökülmüş hər ailə  hər ay  250-300 manat kirayə haqqı alacaq. Bundan əlavə evi sökülmüş hər ailəyə əvvəl yaşadığı binanın kvadratına uyğun (20- 30 faiz artıq) olmaqla yeni inşa edilən binada mənzil veriləcək.


Ərazidə Uşaq bağçası,  məktəb,  digər zəruri binalar, yaşıllıq zonalara, idman-əyləncə qurğuları inşa ediləcək.

Dİgər mənbələrdən əldə etdiyimiz məlumata görə, analoji binaların Cəlilabad rayonunda da inşa ediləcəyi  planlaşdırılır.

Yaxın vaxtlarda Masallıda  kompleksin təntənəli təməlqoyma mərasimi olacaq.

Cenub.az bildirir ki, bu sadaladıqlarımız layihənin birinci mərhələsində görüləcək işlərdir.

Layihə Azərbaycan Respublikasının mövcud səhərsalma  qanunvericiliyinə və təsdiq olunmuş baş plana uyğun şəkildə aidiyyəti qurumların nəzarəti altında həyata keçiriləcəkdir.

Layihənin rəhbəri Yalçın Kazımovun cenub.az-a bildirdiyinə görə 8 ədəd 12 mərtəbəli binanın inşaat işlərinin 10 ay müddətində başa çatdırılması nəzərdə tutulub.

Görülən işlər barədə bizi operativ və ətraflı məlumatlandırdığı üçün sahibkar Yalçın Kazımova təşəkkür edirik.

Xatırladaq ki, binalar sakinlərə tam təmirli şəkildə təhvil veriləcək.

Cenub.az. Turan Əlisoy






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10