Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiiyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb massallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Qrupunun rəhbəri: Zahir Əmənov:- 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 050 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: – 0 50 427 70 25
Faiq Hüseynzadə
Beləliklə, bu silsilədən 3-ci yazı ilə tanış olun:
1-ci və 2-ci yazıların – Boradigah qəsəbə və Qızılağac İnzibati Ərazi Dairələri haqqında yazıların linkləri burada:
https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
https://cenub.az/10929-masall-ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
Kəndin adı: Kolatan
Böyük Kolatan kəndi
Bala Kolatan kəndi
Bağıroba kəndi
Adının mənşəyi:
Kolatan toponiminin yaranması haqqında müxtəlif fikirlər vardır. Təqdiqatçılara görə Kolatan kəndinin yeri vaxtilə meşəlik olmuşdur. Kəndin əhalisi meşələri qıraraq, yerində yaşayış məskəni salmışlar. Talış dilində qırılmış meşə yerinə “kulət” deyilir. Azərbaycan dilində isə bu söz Kolatan şəklində işlədilir. Hazırda Böyük Kolatan, Bala Kolatan, Bağıroba kəndlərindən ibarət olan bu yaşayış məskəni bir neçə məhəlləyə bölünür. Kəndin məhəllələrinə Küjə, Jioba, Mionə, Seyidoba, Abidə daxilidir.
Əhalisi: 5758 nəfər (İ. ə. d. üzrə 01.01.2021-ci il tarixə). O cümlədən: kişi - 3024, qadın - 2734
O cümlədən; Böyük Kolatan kəndi üzrə - 3529 nəfər (kişi -1861, qadıın -1668)
Kolatan kəndində hal hazırda əsasən talış mənşəli, talış dilli əhali yaşayır. Kəndin yerləşdiyi ərazi tarıxən aborigen xalqlar sırasına daxil olan talışların kompakt yaşadıqları böyük coğrafi məkanın tərkib hissələrindən biridir.
1804-cü ildə Kolatan kəndində cəmi 40 yaşayış evi mövçud idisə, indi bu rəqəm 1098-ə yaxındır.
Kolatan inzibati ərazi vahidinin əhalisi müxtəlif dövrlərdə həmin kənddə məskunlaşmış ayrı-ayrı gəlmə tayfalardan yaranmışdır.
Bala Kolatan kəndinin ilk sakinləri əsasən dağ talışları, nəminlilər və digər yerlərdən köçüb gələn tayfalar olmuşlar.
Kəndin orta hissəsində kompakt yaşayanlar əslən İranın Ərşə mahalından gələnlər olmaqla, həmin məhəllə “Mənsimoba” adlanır. Aşağı məhəllədə isə əslən Lerik rayonunun Qurdəsər kəndindən gələnlər yaşayırlar.
Kəndin yuxarıbaş məhəlləsinin ilk sakinləri indiki Lerik rayonun Mastair kəndindən gəlmişlər. Beləliklə, Bala Kolatan kəndinin əhalisi əsasən adı çəkilən üç nəslin törəmələridirlər.
Böyük kolatanlılar - Muxtar Seyfi oğlu Babayev (1861-1967, 106 yaş), Hilal Gülməmməd oğlu Abdullayev (1878-1979, 101 yaş), Xanımcan Mir-ismayıl qızı Şıxəliyeva (1886-2001, 115 yaş), Umi Hənifə qızı Babayeva (1891-2007, 116 yaş), Həzər Mirtağı oğlu Bağırov (1910-2011, 101 yaş), Bala Kolatanlılar - Bayraməli Nəzir oğlu Həmidov (1887-1990, 103 yaş), Zeynəb Mirismayıl qızı Abbasova (1893-2007, 114 yaş), və b. inzibati əra-zinin uzunömürlü sakinləri olmuşlar.
Ərazisi: 1239 ha
01.01.1813-cü ilə qədər Kolatan kəndi müstəqil Talış xanlığının inzibatı ərazinə daxil olmuşdur.
Həmsərhəd olduğu kəndlər:
Qodman, Ərkivan, Qızılavar, Bədəlan, Xanalion, Sığdaş, Babaküçə kənd-ləri ilə həmsərhəddir.
Coğrafi mövqeyi:
Kolatan kəndi Xəzər dənizindən 20-25 km qərb istiqamətdə, Talış sıra dağlarının Burovar silsiləsindən 2-3 km, rayon mərkəzindən 11 kilometr aralıda yerləşir. Kəndin özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 27 m hündürlükdə yerləşir.
Dəniz səviyyəsindən 27 metr hündürlükdə yerləşən kəndin ərazisindən 3 dağ çayı axıb keçir. Böyük Kolatan, Bala Kolatan və Bağıroba kəndlərini dağ çayları - Kolatan- çay (Səbon), Bədəlançay üç hissəyə ayırır.
Kəndin yerləşdiyi ərazi, olduqca səfalı guşə olmaqla yanaşı, həyat və yaşayış üçün əlverişli imkanlara malikdir. Həmin ərazilərdə zəngin su ehtiyatlarına malik olan, insanı valeh edən büllur bulaqların tarixi orta əsrlərə gedib çıxır. Çay yamacları boyunca onlarla saf suyu olan gur bulaqlara rast gəlmək olar. Həmin bulaqlar tibbi nöqteyi-nəzərdən və ekoloji cəhətdən insan həyatı üçün faydalı, fiziki-kimyəvi tərkibi etibarilə həyati əhəmiyyət daşıyır.
Kolatan ərazisində əhalinin gündəlik istifadəsi üçün yararlı, su ehtiyatı ilə bol olan 20-dən artıq təbii bulaqlar vardır. Onlardan “Sardonəxıl” (azərb.: sərin axar), “Saleh honi”, “Yolə honi” (azərb.: Böyük bulağ), “Rəzdağe honi, “Umburədoy honi” (azərb.: Dəmirağacı bulağı), “Korə honi” (azərb.: Kar bulaq), “Çür-çür” (azərb.: Damcılı bulaq), “Cabbari honi”, “Hafthoni” (Yeddi bulaq), “Tərd honi”, Allahyari honi”, “Mirzəmmədi honi”, “Nüsxə honi”və s. misal gətirmək olar. Talış dilində “honi” bulaq deməkdir. Bir sıra bulaqları ayrı-ayrı dovrlərdə müxtəlif şəxslər araşdıraraq tapmış, təmir-abadlıq işləri aparmışlar. Nəticədə xalq arasında bir sıra bulaqlara həmin tarixi şəxsiyyətlərin adları verilmişdir.
Kəndin tarixi abidələri:
Kolatan kəndinin ərazisində “Ğoşəbutə”, “Osyo təpə” adlı dörd kurqanın mövcud olması, “Sığəçolə” qalası, “Peşkə” adlı ərazilərdə İran Sasani şahlığına və ərəb xilafəti dövrlərinə aid olan maddi-mədəniyyət abidələrinin - mis, gümüşdən olan sikkələrin, qızıl əşyalarının, keramika nümunələrinin, müxtəlif növ qılıncların tapılması kəndin tarixinin qədimlıyınə dəlalət edir. “Küp qəbirlər”in, “Qanqal qalası”, “Çoləbil qala şəhəri”, “Dəli ru”, “Osyo kut”, kimi tarixi arxeoloji qazıntıların aşkar edilməsi həmin ərazilərin qədim insan məskəni olmasına canlı sübutdur.
Qədim dövrlərdə Kolatan ərazisində mövçud olan həyat XVII əsrin sonu - XVIII əsrin ortalarında yenidən çanlanmağa başlamışdır.
1859-1860-çı illərdə tikilmiş iki məsçid Kolatanın keçmiş tarixi haq-qında çox şey deyir. 1813-çü ildə Talış xanlığı çar Rusiyası tərəfindən işğal edilənə qədər Kolatan əhalisinin əsas məşğuliyyəti çəltikçilik olmuşdur. Qafqaz Arxeqrafiya Komissiyasının Aktlarına görə 1804-çü ildə Ko-latanda 40 yaşayış evi mövçud olmuşdur.
Sovet hakimiyyətindən sonrakı dövr
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Kolatan və Xanalion kəndləri Bədəlan kənd sovetliyi tabeliyinə verilmişdir.
1954-cü ildə Kolatan XDS yaradılaraq Böyük Kolatan, Bala Kolatan, Xanalion, Sığdaş, Babakücə və Ninalov kəndləri onun tərkibinə daxil edilmişdir.
Həmin vaxta qədər Sığdaş, Babakücə və Ninalov kəndləri Sığdaş kənd sovetliyinə, Bala Kolatan kəndi Qızılavar kənd sovetliyinə tabe idi.
1926-cı ildə Lənkəran qəzası 13 sahəyə ayrılmış, Kolatan kəndi Bora-digah sahəsinin tərkibinə qatılmışdır.
1929-cu ildə Azərbaycan SSR-də rayonlaşma ilə əlaqədar olaraq Lənkəran qəzası ləğv edilmişdir.
1930-cu ildə Azərbaycan SSR-in tərkibində rayonlaşma aparılaraq müstəqil inzibati ərazi vahidi kimi Masallı rayonu təşkil edilmiş, Kolatan kəndi onun tərkibinə daxil edilmişdir.
17 mart 1992-ci ildə Kolatan XDS İK ləğv edilərək onun bazasında Böyük Kolatan, Bala Kolatan, Sığdaş, Babakücə, Ninalov və Xanalion kəndlərini əhatə edən İcra nümayəndəliyi yaradılmışdır.
1992-ci ilin iyul ayında Sığdaş, Babakücə, Ninalov, Xanalion kəndləri ayrılaraq Sığdaş kəndi mərkəz olmaqla yeni inzibatı-ərazi vahidi yaradılmışdır.
1954-cü ildən başlayaraq Kolatan inzibati-ərazi vahidinə aşağıda adları qeyd edilən şəxslər rəhbərlik etmişlər:
Kolatan kəndində Kənd XDS-nin sədrl işləmiş şəxslər:
1. Sadıxov Dövlət Nağı oğlu (1954-1956) - Böyük Kolatan k.
2. Şiriyev Bayram Murtuza oğlu (1957-1958) - Bala Kolatan k.
3. Nağıyev Dövlət Nağı oğlu (1959-1960) - Böyük Kolatan k.
4. Fərziyeva Gülsənəm İsa qızı (1961-1966) - Böyük Kolatan k.
5. Ağayev Nəriman Əli oğlu (1966-1973) - Bala Kolatan k.
6. Dadaşov Vəkil Əziz oğlu (1973-1978) - Babakücə k.
7. Rüstəmov Əmir Fəttah oğlu (1978-1986 - Babakücə k.
8. Bəşirov Həmid Xəlil oğlu (1986-1990) - Bala Kolatan k.
9. Zeynalov Novruz Əbdüləli oğlu (1990-1992) - Böyük Kolatan k.
Kənd inzibati-ərazi vahidi üzrə icra nümayəndələri:
1. Tağıyev Urşan Həzər oğlu (1992-1998) - Böyük Kolatan k. (1992-ci ildən Kolatan kənd i.ə.v. üzrə ərazi nümayəndəsi)
2. Bəşirov Həmid Xəlil oğlu (1998-1999) - Bala Kolatan k.
3. Mikayılov Valeh Möhübbət oğlu (2000-2010) - Bala Kolatan k.
4. Ağayev Səyavuş Ədalət oğlu (2010-2011) - Böyük Kolatan k.
5. Mikayılov Valeh Möhübbət oğlu (2012-2017) - Bala Kolatan k.
6. Ağayev Səyavuş Ədalət oğlu (2017-ci ildən indiyə kimi, 2-ci dəfə)
1950-ci ildə Kolatan kəndində Azərbaycan KP MK-nın I katibi vəzifəsində işləyən Mircəfər Bağırovun öğlu Volodya Bağırovun adını daşıyan kollektiv təsərrüfat forması - “koxoz” yaradılmış, sonralar həmin təsərrüfat “Papanin” və “Kommunizm yolu” adlarını daşımışdır. 1964-cü ildə “Kommunizm yolu” kolxozunun bazasında dövlət təsərrüfatı - “sovxoz” yaradılmışdır. Aşağıda adları qeyd edilən şəxslər həmin təsər-rüfatlara rəhbərlik etmişlər:
Kolxoz sədrləri:
1. İsa Kərbəlayi Şahbaz oğlu Davudov - Böyük Kolatan k., Yaxşı-bəy nəsli, Kujə/Kücə məhəlləsi (1929-1930)
2. Eynulla Cabbarov - Bədəlan s., Aşurlu k. (1931-1932)
3. Abuş Hüseynov - Lənkəran r., Qumbaşı k. (1932-1933)
4. Davud Hüseynov - Gəyəçöl k. (1933) - 4 ay
5. .............Qasımov ( ) (1933) - (4 ay)
6. Heydər Qasım oğlu Nəciyev (1910-?) - Böyük Kolatan k., Rzaqulu nəsli, Qasım törəmələri, Jioba məhəlləsi, Böyük Vətən Müharibəsində həlak olmuşdur. (1934-1936)
7. Kamil ........... - Bədəlan s, Aşurlu məhəlləsi, Böyük Vətən Mü-haribəsində həlak olmuşdur.
8. Abış (“Keçəl Abış”) - Lənkəran r. Port İliç (indiki Liman) q.
9. Hənifə Nüsrətulla oğlu Şərifov (1905-1985) - Böyük Kolatan k., Dövlətxan nəsli, Kujə məhəlləsi, Böyük Vətən Müharibəsi iştirakçısı (1937) - 6 ay
10. Balaxan Kərbəlayi Cabbar oğlu Xəlilov (1905-1980) - Böyük Kolatan k., Şahsuvar nəsli, Kujə məhəlləsi, Böyük Vətən Müharibəsi iştirakçısı (1937) - 3 ay
11. Heydər Qasım oğlu Nəciyev (ikinci dəfə sədr seçildikdən sonra
şərlənərək həbs edilsə də, az müddətdən sonra bəraət almışdır.)
12. Dövlət Məşədi Nağı oğlu Sadıxov (1910-1976) - Böyük Kolatan k, Bağıroba məhəlləsi, Canibəy nəsli, Böyük Vətən Müharibəsi iştirakçısı (1937-1942)
13. Şərəfxan Bəşir oğlu Ağayev (1910-?) - Böyük Kolatan k., Cövlan nəsli, Kujə məhəlləsi, Böyük Vətən Müharibəsində həlak olmuşdur. (1942) - 1 il
14. Murtuza Həsənov - Bədəlan s., Dəmirçi k. (1942-1943)
15. Mirzəbaba Babayev - Kolatan k., Əflan nəsli, Məşədi İsa törəmələri, Jioba məhəlləsi (1943) - 5 ay
16. Feyruz Əliyev - Kolatan k. Şahsuvar nəsli, Kujə məhəlləsi, Böyük Vətən Müharibəsi iştirakçısı (1943) - 8 ay
17. Murtuza Həsənov - Bədəlan s., Çayqıraq k. (1944-1945)
18. Dövlət Sadıxov - Kolatan k. (1945-1949) -2-ci dəfə
19. Həbib Ağayev - Kolatan k., Əflan nəsli, Jioba məhəlləsi (1949-1951) (sədrlik fəaliyyəti dövründə həbs edilmiş, 07 avqust 1953-cü ildə verilən amnistiyadan sonra bəraət almışdır.
20. Tağı Rəziyev - Kolatan k., Əflan nəsli, Jioba məhəlləsi (1951) - 3 ay
21. İsabala Kərimov - Bədəlan k. (1952-1953)
22. Tağı Rəziyev - Kolatan k. (1954-1955) -2 il (2-ci dəfə)
23. Həbib Ağayev - Kolatan k. (1955-1959) - 2-ci dəfə
24. Əfsər Bağırov - Çayqıraq k. (1959 -1960)
25. Fazil Məmmədov - Kolatan k., İbrahim nəsli, Jioba məhəlləsi (1960-1961)
26. Oğlan Cəbiyev - Kolatan k., Şahsuvar nəsli, Kujə məhəlləsi (1962-1964)
Bala Kolatan kəndində “Staxanov” adına kolxoz təsərrüfatı 1936-cı ildə yaradılmışdır. Aşağıda adları qeyd edilən şəxslər həmin təsərrüfata rəhbərlik etmişlər (illər üzrə tarixlər təxminidir):
1. Zaman Abasov - Qızılavar k. (1936-1940)
2. Feyzi Abıyev - Bala Kolatan k. (1940-1943)
3. Səfərəli Cahangirov - Bala Kolatan k. (1943-1945)
4. Əsəd Qulamov - Bala Kolatan k. (1945-1946)
5. Məhərrəm Abdullayev - Bala Kolatan k. (1947) - 1 il
6. Əsəd Qulamov - Bala Kolatan k. (1948-1950)
1950-ci ildə Bala Kolatanda kolxoz təsərrüfatı ləğv edilərək Böyük Kolatan kəndindəki “Volodya Bağırov” adına kolxozla birləşdirilmişdir.
Sovxoz direktorları:
1. Oğlan Cəbiyev - Kolatan k. (1964 -1971)
2. Mirhüseyn Tağıyev - Kolatan k., Seyid Mürtəza nəsli, Kujə/Kücə məhəlləsi (1971-1977)
3. Mirzəli Əbilov - Bala Kolatan k. (1977-1989)
4. Həmid Bəşirov - Bala Kolatan k. (1989-1990) (Eyni vaxtda Kolatan kənd XDS-nin sədri və sovxoz direktoru vəzifələrini daşımışdır.)
5. Asif Abdullayev - Kolatan k. (1990-1994-cü ilin may ayına kimi)
6. Əliməmməd İbrahimov - Kolatan k. (1994-cü ilin may-noyabr aylarında axırıncı sovxoz direktoru vəzifəsində işləmiş, həmin ildə Kolatan kəndində kollektiv təsərrüfat forması dağılmışdır.
Maarif və təhsil
Kolatan inzibati ərazisində məktəblərin yaranması prosesi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan SSR-də rəsmi olaraq 20 okyabr 1923-cü ildə latın qrafikalı əlifbaya keçdilər. Həmin dövrə qədər iki əlifba - ərəb və latın qrafikası tətbiq edilirdi.
01 yanvar 1929-cu ildən SSRİ-də ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Azərbaycan SSR-də latın qrafikalı əlifbaya keçdikdən 5 il sonra Türkiyə Cümhuriyyəti də həmin əlifbaya keçdi. Lakin buna cavab olaraq 10 il sonra (1939) İ. V. Stalin tərəfindən türklərin bu addımına qarşı kirill əlifbası Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq edildi.
Böyük Kolatan kəndində ibtidai məktəb ilk dəfə olaraq 1930-cu ildə yaradılaraq fənlər talış dilində (1930-1936), yuxarı siniflərdə (5-10) isə Azərbaycan dilində tədris edilmişdir.
Azərbaycan SSR Xalq Maarif Komissarlığı və Dövlət Plan Komitəsi işin planauyğun təşkili məqsədilə yarım milyona qədər adamın savadsızlığını ləğv etməyə dair beşillik plan tərtib etdilər. Xalq Komissarları Soveti yanında savadsızlığı ləğv etmək işinə rəhbərlik etmək üçün hökumət başçısı Qəzənfər Musabəyovun sədrliyi altında 1928-ci ildə xüsusi respublika komissiyası təşkil edilmişdi. Ölkənin hər yerində olduğu kimi Böyük Kolatanda da savadsızlığın ləğvi ilə əlaqədar olaraq xüsusi kursların açılması, yaşlı adamların ora cəlb olunması istiqamətində böyük işlər aparılırdı. Eyni zamanda paralel olaraq kəndli-gənclər məktəbində də xeyli sayda gənclər təhsil alırdılar. 30-cu illərin ortalarından başlayaraq koxozda çalışan bütün kolxozçular qrup halında savadsızlıqla mübarizə kurslarına cəlb etmişdilər. Bu sahədə Kolatan kəndinin ilk pedaqoq-müəllimi Həbib Ağayevin müstəsna xidmət-ləri olmuşdur.
İbtidai məktəbi Kolatanda bitirən şagirdlər 7-illik təhsillərini qonşu Bədəlan kəndində başa çatdırırdılar.
1940/41-ci tədris ilində Böyük Kolatan kəndində 7-illik təhsilin təməli qoyulmuşdur. Məktəbin ilk direktoru ərkivanlı Qədir Kazımov olmuşdur. 1947/48-ci tədris ilində Böyük Kolatan kənd 7-illk məktəbinin nəzdində kəndli-gənclər məktəbi də fəaliyyət gös-tərmişdir. Qədir Kazımov eyni zamanda kəndli-gənclər məktəbinin də direktoru vəzifəsində çalışmışdır. Həmin məktəblərə müharibədən əvvəl və ya müharibə illərində təhsildən yayınanlar cəlb olunmuşdular.
Kolatanda məktəb binaları haqqında
Yaşlı nəsillərin həyatda olan bəzi nümayəndələri Böyük Kolatan kəndində ilk məktəbin 1930-cü ildən mövcüd olduğunu təsdiqləyirlər. İlk məktəb binasınım Hidayət Məsi oğlunun evində, daha sonra Məşhədi Naibin evində olduğunu söyləyənlər vardır. Molla Burhan Axund Abdulla oğlu İrana getdikdən sonra onun evindən məktəb kimi istifadə edilmiş-dir. Molla Seyfulla Oruc oğlu (molla və məşhur rövzəxan ol-muşdur) sovet rejimindən canını qurtarmaq üçün İrana köçmüş, bütün əmlakı dölət orqanları tərəfindən müsadirə edilmişdir. İki mərtəbəli 8 otaqdan ibarət olan şəxsi evi Böyük Kolatan kənd məktəbi kimi istifadə edilmişdir.
1958-ci ildə “Kommunizm yolu” kolxozunun sədri Həbib Daxıl oğlu Ağayevin təşəbbüsü və rəhbərliyi ilə Böyük Kolatan kənd məktəbi üçün 5 otaqdan ibarət olan birmərtəbəli yardımçı bina tikilmişdir. 1971-ci ildə “Kommunizm yolu” sovxozunun direktoru Mirhüseyn Musa oğlu Tağıyevin təşəbbü- sü ilə 2 otaqdan ibarət olan ikinci bir yardımçı bina inşa edilərək məktəbin ixtiyarına verilmişdir.
1970-ci ildə Bala Kolatan əsilli Nəcəfəli Əmirov və “Kommunizm yolu” sovxozunun ilk partiya təşkilat katibi Əvəz Abuşovun təşəbbüsü ilə Kolatan kəndində dövrün tələblərinə uyğun olan müasir məktəb binasının layihə-smeta sənədləri tərtib edilərək Azərbaycan SSR Dövlət Plan Komitəsinə təqdim edilmişdir.
01 sentyabr 1975-ci ildə Kolatan kəndində bir tipli layihə əsasında tikllmiş, 540 yerlik, iki mərtəbəli məktəb binanın açılış mərasimi olmuşdur.2015-ci ildə Kolatan kənd orta məktəbi yenidən təmir edilərək əhalinin ixtiyarına verilmişdir.
Məscidlər
Böyük Kolatan kənd Cümə məscidi
Kənd camaatının vəsaiti və köməyi ilə Kolatan kəndinin mərkəzində məscid binası inşa edilmişdir. Dəqiq tarixi bilinməyən ilk kənd Cümə məscidi, yaşlı adamların söylədiklərinə istinad etsək, güman edilir ki, XIX əsrin I yarısında, divarında yazılan tarixi lövhəyə əsasən 1815-ci ildə tikilmişdir. 1988-ci ildə məsciddə aparılan təmir işləri zamanı orada tapılan daşın üzərindəki yazıya əsasən isə binanın 1859-cu ildə tikildiyi aşkar edilmişdir. Ümumilikdə götürsək məscidin XIX əsrin II yarısında tikilməsi güman edilir.
Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra zor və təzyiq nəticəsində dinə münasibət dəyişdirildi. Məscidlərdə dini ibadətlər qadağan edildi. Ona görə də kənddəki məscidlər camaatın üzünə bağlandı, onlardan kolxoz -sovxoz təsərrüfatı üçün ambar kimi istifadə edildi. Sovet dövləti və kommunist ideologiyası “dini puç və əfsanə” hesab etdiyinə görə dini təbliğatı tamamılə qadağan etmişdi. 1980-cı ildən başlayaraq qanunlar bir qədər yumşaldı, əhali yavaş-yavaş məscidlərə ayaq açmağa başladı.
Məscidlər uzun illər ərzində baxımsızlıq nəticəsində pis vəziyyətə düşmüş, divarlarında iri çatlar əmələ gəlmişdi. Tarixi abidə kimi Kolatan Cümə məscidi kənd sakinlərinin təşəbbüsü və rayon rəhbərliyinin köməyi sayəsində sovxozun vəsaiti hesabına 1985-ci ildə tamamilə sökülərək yenidən inşa edilmişdir. Məscidin daxili və xarici görkəmi tamamilə dəyişdirilməklə, gözəl ibadətgaha çevrildi. Yeni minarə tikilərək, gündə 3 dəfə azan verilməyə başladı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Böyük Kolatan kənd Cümə məscidi 4889 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiy-yətli memarlıq abidəsi kimi qeydə alınmışdır.
Bağıroba kənd Cümə məscidi
Kəndin əhalisinin və dindarlarının sayının artması, ərazisinin böyüməsi nəticəsində 1884-cü ildə Kolatan kəndinin Bağıroba məhəlləsinin mər-kəzində 7x12 metr ölçüdə kənd camaatının köməyi və vəsaiti hesabına ikinci Cümə məscidi tikilmişdir. Sovet dönəmində (1920-1991) məsciddən yerli kolxoz-sovxoz təsərrüfatı üçün anbar kimi istifadə edilmişdir.
1950-ci ildə məscid/ambarın damı çökdüyündən kənd sakini Əsəd Nəhmət oğlu Fətullayevin təşəbbüsü və kənd ağsaqqallarının dəstəyi ilə dam örtüyü təmir olunmuşdur. 1980-ci ildə məscidin divarı uçmaq təhlükəsi ilə üzləş- diyindən kənd ağsaqqalları Sərhəng Sadıxov, Xıdır Dadaşov, Aslan Sadı-xov, Ağazahir Səmədov, Hacıəli Məmmədov, Əliağa Kişiyev və b. təşəb-büsü və kənd əhlinin maddi vəsaiti ilə dam örtüyü linglə qaldırılmış, divar-ları üç gün müddətində mişar daşından hörüldükdən sonra dam həmin divar üzərinə qoyulmuşdur.
1989-cu ildən sonra məscid yenidən qapılarını dindarların üzünə açmışdır. 2002-ci ildə məscid tamamilə sökülmüş, yerində isə haliyədə həmin məscidin imamı Hacı Nadir Xıdır oğlu Dadaşovun təşəbbüsü və birbaşa iştirakı ilə kənd sakinlərinin maddi vəsaiti hesabına yenidən inşa edilmişdir.
Məscid kənd sakinlərinin vəsaiti hesabına zaman-zaman təmir olunmuş, həmin ənənə bu gün də davam edir.
Bala Kolatan kənd Cümə məscidi
Əhalinin və dindarların sayının artmasını, məsafənin uzaqlığını nəzərə alaraq kəndin ağsaqqalları Bala Kolatanda da Cümə məscidinin tikilməsini məsləhət bilmişlər.
1990-cı ildən etibarən sovet hakimiyyəti dağılmağa başladığı dövrdən etibarən dini mərasim və ibadətlərin keçirilməsi tamamilə azad şəkildə xalqın ixtiyarına verildi. Beləliklə, kənd camaatının vəsaiti və iməciliklər hesabına, Hacı Aydın Ağamalı oğlu Sahibovun maddi köməyi ilə məscid binasının bünövrəsi qoyulmuşdur.
Sonralar məscid binasının tikintisinin davamçıları olan İlqar, Mühacir, İqdam qardaşları (Ağalar Bəşirovun övladları) artezian quyusunun qazılmasında, taxta döşəmələrin qurulmasında iri məbləğdə maliyyə dəstəyi göstərmişlər.Yasər Bahaddin oğlu məscidin həyətinin hasara alınmasına, Zabil Xudaqulu oğlu binanın daxilinə su xət-tinin çəkilməsinə, xalça döşənməsinə, Hacı Xanxanım Fərman qızı topla-dığı təqaüd pulları ilə iki minarənin ucaldılmasına, Cəmşid Fərhad oğlu Əhədov binanın bayır tərəfdən suvaq-bəzək işlərinə, Əhmədşükür Yaqub oğlu Əmirov (mərhum) binanın ventilyasiya-istilik sisteminin quraşdırıl-ması işlərinə öz şəxsi maddi vəsaitlərini sərf etmişlər. Abbas Həbib oğlu Həbibovun maddi vəsaiti hesabına 2017-ci ildə məscid üçün 200 nəfərlik xeyir-şər zalı tikilmişdir.
Seyidoba məhəlləsinin Cümə məscidi
Məscid 1997-ci ildə məhəllə sakinlərinin vəsaiti hesabına tikilmişdir. Mişar daşından hörülən məscidin uzunluğu 14 metr, eni isə 8 metrdir. Fasadda iki qapı və iki pəncərə, sağ tərəfdə bir pəncərə yerləşdirilmişdir. Qapı və pəncərələr tağlıdır. İnteryerdə tavana dayaq məqsədilə iki sütun yerləşdirilmişdir. İbadət zalına suvaq çəkilmiş, emusiya ilə haşiyələn-mişdir.
Kəndin infrastrukturu:
Kolatan inzibati ərazi vahidində 3 məscid, 2 orta məktəb binası (640 yerlik), 1 həkim ambulatoriyası, 1 poçt-rabitə şöbəsi, 1 ATS (hazırda 365 internet istifa-dəçisi var), 1 uşaq bağçası (80 yerlik), 1 kərpic zavodu, 10 kommersiya, 7 ictimai-iaşə obyekti, 7 mebel və ağac-oyma sexi, 3 maşın təmiri sexi və s. fəaliyyət göstərir.
İdman
Kolatanda tarixən idmanın ayrı-ayrı növlərinə (güləş, ağırlıqqaldırma, voleybol və s.) böyük maraq göstərilib. Təxminən 15 il ərzində (XX əsrin 60/80-ci illərində) kəndin futbol komandası, fasiləsiz olaraq həm ev sahibi kimi, həm də rəqib komandaların meydançalarında keçirilən yarışlarda 1-ci yeri qazanmışdır. Son illərdə kənd stadionu kolatanlı xeyriyyəçilərin yardımı ilə müxtəlif idman yarışlarının keçirilməsi üçün əsaslı təmir edilmişdir.
Kəndin iqtisadiyyatı:
Kəndin əhalisi sovet hakimiyyəti qurulana qədər tarixən maldarlıq, çəltikçiliklə məşğul olmuşdur. XX əsrin 90-cı illərinin ortalarına qədər kənd əhalisinin əsas məşğuliyyəti mərhələli şəkildə əkinçilik, heyvandarlıq, çəltikçilik, çayçılıq və bostan məhsulları yetişdirmək olmuşdur.
Kəndin əsas çəltik sahələri 5-7 km aralıda Lürən, Xıl (talışca: Holicon sahəsi), İskəndərli (Qarqovan sahəsi - talışca: Ğarğon) kəndlərinin həmsərhəd ərazilərində yerləşmişdir.
Hazırda fərdi təsərrüfatlarda 1372 baş iri buynuzlu mal-qara, 1609 baş qoyun-quzu bəslənilir. Ərazidə 9 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Əkinə yararlı 612 hektar sahənin 75 hektarında buğda, 35 hektarda isə arpa əkilir.
Talış dağlarının “Sığəçolə” ərazisində 35 hektara yaxın çay şitilləri əkilib. Yaxın zamanlarda əkin sahəsi 100 hektar ərazini əhatə edəcək.
1941/45-ci illər Bötük Vətən Müharibəsində, 1991/2020-ci illər Qara-
bağ müharibəsi uğrunda gedən döyüşlərdə rəşadət göstərən və şəhid olan sakinlər haqqında:
1941-1945-ci illərdə Kolatan inzibati ərazisindən Böyük Vətən Müharibəsinə 150 nəfər gənc ordu sıralarına yollanmışdır. Onlardan 115 nəfər şəhid olmuş, itkin düşmüşdur. Kəndin mərkəzində müharibə qəhrəmanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq onların şərəfinə abidə kompleksi ucaldılmışdır.
Qarabağ uğrunda gedən döyüşlərdə də Kolatan kəndinin igid övladları mərdliklə vuruşmuş, bir neçə nəfər şəhidlik zirvəsinə ucalmışdır. Böyük Kolatan kənd orta məktəbi, şəhid Simran Rzayevin adının daşıyır. Mək-təbin qarşısında şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə ucaldılmışdır. Kolatan xeyriyyəçiləri tərəfindən kəndin Jioba məhəlləsindəki “Şəhidlər bulağı”ı da vətənin müdafiəsi uğrunda canlarını qurban vermiş iğidlərin əziz xatirəsini yad etmək, əbədiləşdirmək məqsədilə inşa edilmişdir.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olan övladları haqqında məlumat.
Ağayev Hikmət Şali oğlu
1961-ci ildə anadan olmuşdur. 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Həmin il Fizuli istiqamətində, Haramı düzü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Bala Kolatan kəndindəki qəbristanlıq-
da dəfn olunmuşdur.
Qasımov Habil Yusif oğlu
1972-ci ildə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. 1993-cü ilin iyun ayının 16-da Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Baxşiyev Altay Xanəli oğlu
1973-cü ildə anadan olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılmış, 1993-cü ilin avqust ayının 28-də cəbhədə ağır yoluxucu xəstəliyə tutularaq Lənkəran hərbi qospitalında vəfat etmişdir. Bala Koltan kənd qəbristanlığında dəfn olunmuşdur.
Qulamov Rafət Rəfael oğlu
1973-cü ildə anadan olmuşdur. 1997-ci ildə zabit rütbəsində hərbi xidmətə çağrılmışdır. 1998-ci il aprel ayının 8-də Xanlar (indiki Göygöl) rayonunun Tuğana kəndi yaxınlığında gedən atışma zamanı düşmən güllə-sindən şəhid olmuşdur.
Rzayev Simran Siyab oğlu
1973-cü ildə anadan olmuşdur. 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılmış, həmin ilin iyul ayının 8-də Ağdərə rayonunun Umudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Qafarov Ramin Ayaz oğlu
1977-ci ildə anadan olmuşdur. 1997-ci ildə hərbi xidmətə çağrılmışdır. 1999-cu ilin dekabr ayının 14-də Tovuz rayonunun Ağdam kəndi yaxınlığında, düşmən tərəflə atışma zamanı şəhid olmuşdur.
Tağıyev Naib Təyyar oğlu
1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Əli Turac oğlu Quliyev
2001-ci ildə Kolatan i.ə.d. Bağıroba kəndində doğulmuşdur. 2020-ci ilin noyabr ayında erməni faşistlərinə qarşı II Qarabağ Müharibəsi zamanı gedən döyüşlərdə qəhərəmancasına həlak olmuşdur.
Kəndin tanınmış adlı-sanlı adamları
Molla Burhan Axund Abdulla oğlu (Müctəhid)
(1860 - 1937)
1860-cı ildə Lənkəran qəzasının Böyük Kolatan kəndində doğulmuşdur. İraqın Ən-Nəcəf ş. 25 ildən artıq təhsil almış, müctəhid ali dini rürbəsini qazanmışdır. Təhsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdaraq dini mədrəsə açmışdır. Sovet hakimyyəti tərəfindən ciddi təqib və təzyiqlərə məruz qaldıqdan sonra baş götürərək İrana qaçmışdır. 1937-ci ildə İranın Ərdəbil şəhəri yaxınlığındakı Nəmin nahiyəsinin Yeycə kəndində vəfat etmiş, orada dəfn edilmişdir.
Molla Əbülfəz Axund Əhəd oğlu İmaməliyev
(1870 - 1937)
1870-ci ildə Lənkəran qəzasının Bala Kolatan kəndin-də doğulmuşdur. İraqın Ən-Nəcəf ş. təhsil almışdır. Bala Kolatan kəndində dini mədrəsə açmışdır. Ağır təzyiqlərə və təqiblərə məruz qalmış, bütün əmlakı müsadirə edilmişdir. 1937-ci ildə həbs edilərək Bakı şəhərindəki Bayıl həbsxanasında güllələnmişdir.
Molla Cəlal Axund Gülməməd oğlu
(1885 - 1961)
1885-ci ildə Lənkəran qəzasının Böyük Kolatan kən-dində anadan olmuşdur. Iranın Tehran Darülfünununun fəlsəfə-astronomiya fakültəsində 10 il, İraqın Ən-Nəcəf ş. 15 il təhsil alıb, AXC dövründə Musavat partiyasının Ma-sallı nahiyəsinin katibi olmuşdur. İlk dəfə olaraq dünyəvi təhsil sistemini, yazı taxtasında tədris qaydalarını tətbiq
etmişdir.
1929-cu ildə həbs edilətək Azərbaycan DSİ-nin 28. 01. 1930-cu il tarixli qərarı ilə güllələnmə cəzasına məhkum edilmişdir. Zaqafqaziya DSİ-nin 03.03.1930-cu il qərarı ilə həmin cəza 10 il konslagerə sürgün etmək cə-zası ilə əvəz edilmiş, Qazaxıstan SSR-in Çu vilayəti ərazisində sürgün həyatı yaşamışdır.
Molla Cəlal Axund Gülməməd oğlu 1961-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində vəfat etmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun 14.08. 1991-ci il tarixli rəyi və SSRİ Ali Sovetinin 16.01.1989-cu il tarixli “30, 40 və 50-ci illərdə Siyasi Repressiya qurbanlarının hüquqlarının bərpası haqqında” fərmanının I maddəsinə əsasən Molla Cəlal Axund Gülməməd oğlunun hərəkətində cinayət tərkibi olmadığı üçün o, təmizə çıxarılmışdır.
BAYRAM MURTUZA OĞLU ŞİRİYEV
Bayram Murtuza oğlu Şiriyev 1911-ci ildə Lənkəran qəzasının Bala Kolatan kəndində anadan olmuşdur. İlk əvvəl Bala Kolatan kənd ibtidai məktəbini, sonra isə Bədəlan kənd 7 illik məktəbini bitirmişdir. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır.
1930-cu ildə hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında göstərdiyi yüksək intizama və xüsusi bacarığına görə hərbi hissənin rəhbərliyi onu Zaqafqaziya Hərbi Dairəsinin Dağ Nişançılar Diviziyasına kiçik komandir təyin etmişdir. Ordu siralarında qorxmazlıq nümayiş etdirən B. Şiriyev hərbi rəhbərliyin təklifi ilə ilk dəfə olaraq təyyarədən paraşütlə tullanmaq arzusunu bildirmiş və sınaqdan ləyaqətlə çıxmışdır. Beləliklə, digər əsgər yoldaşları da ondan nümunə götürərək paraşütçü-desant olmağa maraq göstərmişlər. Həmin cəsurluğuna görə də ona “paraşütçü Bayram” ləqəbi verilmiş, hərbi hissə komandirliyinin dərin hörmətini qazanmışdır. O, orduda kiçik leytenant hərbi rütbəsinə qədər yüksəlmiş, vzvod komandirinin müavini olmuşdur.
Bayram Şiriyev Azərbaycan SSR-in yaradılmasının 15 illiyi münasi-bətilə 1936-cı ildə Moskvada təşkil olunmuş sovet dövlət və partiya rəhbərliyinin qəbuluna dəvət olunmuş, respublikanın qabaqcıl dövlət, partiya, elm, mədəniyyət və əmək qabaqcıllarının içərisində kiçik ordu komandiri kimi iştirak etmişdir. Məhz həmin qəbulda Bayram Şiriyev SSRİ Ali Soveti Mərkəzi İcraiyyə Komitəsinin “Fəxri Fərman”ı, “Şərəf Nişanı” ordeni, adlı “qızıl saat”la təltif edilmişdir. B. Şiriyevə “Şərəf Nişanı” ordenini dövlət başçısı İosif Stalin, qol saatını isə SSRİ-nin müdafiə naziri Kliment Voroşilov şəxsən təqdim etmişlər.
O, işlədiyi illər ərzində bir sıra partiyasovet orqanlarında mühüm vəzifələrdə çalışmış, o cümlədən, 04.1942 - 03.1944-cü illərdə Masallı rayon XDS İK-nin sədri vəzifəsində işləmışdır.
Bayram Murtuza oğlu Şiriyev 1996-cı ildə 85 yaşında vəfat etmiş, Bala Kolatan kəndində dəfn edilmişdir.
HƏBİB DAXIL OĞLU AĞAYEV
Həbib Daxıl oğlu Ağayev 1913-cü ildə Lənkəran qəzasının Böyük Kolatan kəndində anadan olmuşdur. Bədəlan kənd 7-illik məktəbini bitirdikdən sonra, Lənkəran Pedaqoji Texnikumuna daxil olmuş və 1933-cü ildə həmin təhsil ocağını uğurla bitirmişdir (Kolatanda ilk müəllim olmuşdur).
Həbib Ağayev dini təhsil almış, Molla Cəlal Gülməmməd oğlundan “Quran”ın qiraətinə yiyələnmişdir.
Qısa müddət ərzində müəllim işlədikdən sonra rayon Masallı rayon Xalq Məhkəməsində katib və sonra rayon Taxıl Tədarükü İdarəsində müdir vəzifələrində çalışmışdır.
1941-ci il müharibəsində iştirak etmiş 769 saylı artilleriya alayında topçu komandir (artilleriya komandiri) olmuşdur.
Müharibədən qayıtdıqdan sonra Masallı rayon İctimai-Təminat Şöbə-sinin müdüri vəzifəsində çalışmış, Masallı rayon Partiya Komitəsinin qərarına əsasən 1948-ci ildə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozuna sədr vəzifəsinə göndərilmişdir.
Həbib Ağayev 2 dəfə kolxoz sədri seçilmiş, (1948-1952 və 1955-1959-cu illər) ömrünün sonuna kimi həmin təsərrüfatda çalışmışdır.
O, əmək cəbhəsində və BVM illərində ”Qırmızı ulduz”, I dərəcəli “Vətən mühatibəsi” ordenləri, ”İgidliyə görə”, ”Qafqazın müdafiəsi uğrunda”, ”Almaniya üzərində qələbəyə görə”, “Qələbənin 20 illiyi”, Qələbənin 30 illiyi”, ”Silahlı Qüvvələrin 50 illiyi” medalları ilə təltif edilmişdir.
1980-ci ilin sentyabr ayında Kolatan kəndində vəfat etmişdir.
FAZİL ƏZİZ OĞLU MƏMMƏDOV
Fazil Əziz oğlu Məmmədov 28 aprel 1920-ci ildə Lənkəran qəzasının Böyük Kolatan kəndində sıravi əkinçi kəndli ailəsində anadan olmuşdur.
1934-1939-cu illərdə Lənkəran və Salyan Pedaqoji Texnikumlarında (qiyabi) təhsil almışdır.
Rusiyanın Çita şəhərində hərbi xidmət etmişdir.
1942-1945-ci illərdə Volxov cəbhəsində Kensberqin alınması və Lenin-qradın blokadası uğrunda gedən qanlı döyüşlərdə üç dəfə ağır yaralanmış, müalicə olunmaq üçün hərbi qospitala göndərilmişdir. 1945-ci ilin iyun ayında ordu sıralarından tərxis olunaraq arxa cəbhəyə - doğma vətəni Azərbaycana göndərildikdən sonra doğulduğu Kolatan kəndində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1946-cı ildə V. İ. Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini uğurla başa çatdırmaqla Kolatan kəndinin ilk ali təhsilli filoloqu müəllimi.
1952-ci ilin yanvar - mart aylarında Masallı rayon Xalq Maarifi şöbə-sinin müdiri, 1961-1962-ci illərdə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozun-da sədr vəzifələrində işləmişdur.
1962-ci ildən 1985-ci ilə kimi Böyük Kolatan kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışdir.
Orduda nümayiş etdirdiyi igidliyə görə bir sıra orden və medallarla təltif olunmuşdur. O cümlədən, I-II dərəcəli “Şöhrət” ordenlərinə, “İgidliyə görə”, “Berlinin alınmasına görə” (Stalin medalı) medallarına və bir sıra digər təltiflərə layiq görülmüşdür.
F. Məmmədov 1991-ci ilin avqust ayının 22-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş, Kolatan kəndində dəfn edilmişdir.
NOVRUZ ABDULƏLİ OĞLU ZEYNALOV
Novruz Abduləli oğlu Zeynalov 22 aprel 1926-cı ildə Lənkəran qəzasının Böyük Kolatan kəndində varlı kəndli ailəsundə doğulmuşdur.
24.11.1944-cü ildə hərbi xidmətə çağırılmış və SSRİ Hərbi Dəniz Qüvvələrinin Baltik Dənizi Donanmasında 1951-ci ilə kimi (7 il) xidmət etmişdır.
26.11.1944-cü ildən 09.05.1945-ci il tarixə qədər Böyük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirakçı olmuşdur.
20.03.1964-cü ildə Masallı rayon Baş Süd Zavodunda direktor vəzifəsinə təyin edilmişdir.
1970/75-ci illərdə Moskva Ət və Süd Sənayesinin Texnologiyası İnstitutunda kənd təsərrüfatı məhsullarının tədarükünün iqtisadiyyatı və təşkili fakultəsində qiyabi təhsil almışdır.
26.10.1990-cı ildə Ərkivan kənd XDS İK-nin sədr müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Kolatan kənd XDS İK-nin sədri vəzifəsinə təyin edilmişdir.
N. Zeynalov bir sıra medallarla təltif olunmuşdur.
Novruz Zeynalov 7 aprel 1998-ci ildə Böyük Kolatan kəndində vəfat etmişdir.
NƏCƏFƏLİ YAQUB OĞLU ƏMİROV
Nəcəfəli Yaqub oğlu Əmirov 15 may 1929-cu ildə Lənkəran qəzasının Bala Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, sonradan orta təhsilini Masallı şəhərində xüsusi təmayüllü internat məktəbində davam etdirərək başa vurmuşdur.
1946-cı ildə Bakı şəhərində D. Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin institutu fərlqlənmə diplomu ilə bitirmişdir.
1951-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dövlət Nəzarət Komitəsində (Госконтрол - sonralar Xalq Nəzarət Komitəsi) nəzarətçi-müfəttiş kimi işə başlamışdır.
1954-cü ildə Maliyyə Nazirliyinin Büdcə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişdir.
1957/59-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsində təşkilat şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır.
1959-cu ildə Azərbaycan KP MK-nin birinci katibi Vəli Axundov onu Azərbaycan KP Mərkəzi Komitəsinə işə dəvət edir və Cənub zonası üzrə məsul təşkilatçı (ответ. организатор) vəzifəsinə təyin edir.
. Mərkəzi Komitədə fəaliyyət göstərdiyi illərdə o, Şıxəli Qurbanov, Süleyman Tatlıyev, Əli Kərimov, Həsən Həsənov kimi görkəmli ictimai-siyasi və partiya-sovet işçiləri ilə çiyin-çiyinə çalışmışdır.
1963-cü ildə Azərbaycan SSR Maliyyə Nazirliyinin Büdcə İdarəsinə rəis vəzifəsinə təyin olunan N. Əmirov, 13 il Qurban Xəlilov və Baxşəli Baxşəliyev kimi görkəmli, işgüzar nazirlərin tabeliyində fəaliyyət göstər-mişdir.
1977-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Kənd Təsərrüfatı şöbəsində referent kimi əmək fəaliyyətini davam etdirmiş, daha sonrakı dövrlərdə baş referent və şöbə müdirinin müavini vəzifələrinə qədər irəli-ləmişdir.
1989-cu ildə səhhəti ilə əlaqədar olaraq respublika əhəmiyyətli təqa-üdçü kimi əmək fəaliyyətini başa vurmuşdur.
N. Əmirov işlədiyi illər ərzində “Lenin”, “Xalqlar Dostluğu” ordenlə-rinə, Azərbaycan SSR Nazirlər Sovetinin, ÜLKGİ-nin “Fəxri Fərman”- larına, “Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Fəxri işçisi” adına, “ÜLKGİ-nin yubiley medalı”na, Əməkdar iqtisadçı” adına layiq görülmüş-dür.
Nəcəfəli Yaqub oğlu Əmirov 1991-ci ildə ağır xəstəlikdən sonra vəfat etmişdir.
ƏFQAN BALAXAN OĞLU CƏBİYEV
Əfqan Balaxan oğlu Cəbiyev 1930-cu ildə Azərbaycan SSR Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1947-ci ildə Ə. Cəbiyev Masallı şəhər Digah kənd orta məktəbini bitirdikdən sonra Masallı rayon Xalq Maarıf Şöbəsində makinaçı vəzifəsin-də çalışmışdır.
1954-cü ildə V. İ. Lenin (indiki N. Tusu) adına Azərbaycan Dövlət Peda-qoji İnstitutunun kimya-biologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1958-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.
1958-ci ildən Kolatan kənd 7 illik məktəbində müəllim, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində işləmişdir.
Ə. Cəbiyev uzun illər Masallı rayon Xalq Məhkəməsində xalq iclasçısı kimi ictimai işdə çalışmışdır.
Ə. Cəbiyev 1998-ci ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat etmiş, Böyük Kolatan kəndində dəfn edilmişdir.
OĞLAN MÜRSƏL OĞLU CƏBİYEV
Oğlan Mürsəl oğlu Cəbiyev 20 iyun 1932-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1947-ci ildə Kolatan kənd yeddillik məktəbini müvəffəqiyyətlə bitirərək Lənkəran Subtropik Bitkilər Texnikumuna daxil olmuşdur.
1950-ci ildə həmin texnikumu bitirərək Masallı rayon torpaq şöbəsinə aqronom vəzifəsinə təyin olunmuşdur.
1951/52-ci illərdə sovet ordusu siralarında hərbi xidmətdə qulluq etmişdir.
1953-cü ildə Masallı rayonundakı M. İ. Kalinin adına Boradigah MTS-nə aqronom vəzifəsinə təyin edilmişdir.
1955-ci ildə respublikada MTS-lər ləğv olunduqdan sonra o, Masallı rayonunun “Dimitrov” adına kolxozuna baş aqronom vəzifəsinə təyin olunmuşdur.
1958-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən ağır avtomobil qəzasına düşmüş, həmin ildə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozuna aqronom vəzifəsinə təyin edilmuşdur.
1962-ci ildə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozuna secki yolu ilə sədr seçilmişdir.
1964-cü ildə kolxozlar ləğv edildikdən sonra həmin təsərrüfatın baza-sında - “Kommunizm yolu” sovxozuna direktor vəzifəsinə təyin olunmuş-dur.
1964-cü ildə Kirovabad (indiki Gəncə) şəhərindəki Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin institutu bitirərək alim-aqronom ixtisasını almışdır.
1962/71-ci illərdə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozunda (sovxozunda) sədr (direktor) vəzifələrində işləmişdir.
1971-ci ildə Azərbaycan KP Masallı rayon Partiya Komitəsinin tapşırığı
ilə həmin rayonun “Dimitrov” adına sovxozuna direktor vəzifəsinə təyin edilmişdir.
1976-ci ildə şəxsi ərizəsinə əsasən işdən azad olunaraq Masallı rayon Aqrar Sənaye Birliyinə çayçılıq və subtropik bitkilər üzrə böyük aqronom vəzifəsinə təyin olunmuşdur.
1980-ci ildə Masallı rayonunda yeni yaradılan Çayçılıq Birliyinə baş aqronom vəzifəsinə təyin olunmuşdur.
1990-cı ildə Masallı rayon İcra Hakimiyyətinin təqdimatı ilə Çayçılıq Birliyinə direktor vəzifəsinə təyin edilmişdir.
1992-ci ildə Çayçılıq Birliyi ləğv edildikdən sonra Kolatan kəndindəki 3 saylı Çay fabrikinə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
1998-ci ildə Kolatan kəmdindəki 3 saylı Çay fabriki ləğv edildikdən sonra həmin fabrikin bazasında İngiltərə iş adamları ilə müştərək yaradılmış Tütün Fermentasiya Zavoduna baş aqronom vəzifəsinə təyin olunmuşdur.
2000-ci ildə həmin zavod ləğv edildikdən sonra işdən azad olunaraq yaşa görə əmək pensiyasına çıxmışdır.
1958-ci ildən Sov. İKP-nin, 2010-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
2004-2012-ci illərdə Masallı rayon Ağsaqqallar Şurasının üzvu olmuşdür.
İş fəaliyyəti dövründə müxtəlif illərdə onun əməyi dövlət orqanları tərəfindən orden, (Şərəf nişanə ordeni) və sıra medal , ”Fəxri Fərman”larla və müxtəlif mükafatlarla qiymətləndirilmişdir. O cümlədən;
08.03.2018-ci ildə Böyük Kolatan kəndində vəfat etmişdir.
SOLTAN ƏBÜLFƏZ OĞLU MƏMMƏDOV
25 mart 1934-cü ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1941-1946-ci illərdə doğma kəndində ibtidai təhsilini başa vurduqdan sonra, 1951-ci ildə Bədəlan kəndində orta məktəbi bitirmişdir.
1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olmuş, 1957-ci ildə həmin institutda ali təhsilini müvəf-fəqiyyətlə başa vurmuşdur.
1957-ci ildə təyinatla Türkmənistan SSR Cərco vilayətinin Moskva rayonunda əmək fəaliyyətinə başlamışdır.
1957-1961-ci illərdə Türkmənistanda 4 illik əmək fəaliyyətini başa vurduqdan sonra təyinatla Masallı rayon Mərkəzi Xəstəxanasında sıravi infeksionist həkim kimi işə başlamışdır.
1961-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq fərmanına əsasən əməkdə fərqlənməyə görə “Şərəf Nişanı” ordeninə layiq görülmüş-dür.
1964-1975-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyi Tibb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Şurasının qərarı ilə “Fəxri Fərman”la (2 dəfə) təltif edillmişdir.
1965-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanasında infeksion şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.
1973-1981-ci illərdə Masallı rayon Sanitar Epidemioloji Stansiyanın baş həkimi vəzifəsində çalışmışdır.
Türkmənistanda (4 dəfə) və Azərbaycanda (7 dəfə) səhiyyə sahəsində göstərdiyi əmək fəaliyyətinə görə yuxarı orqanlar tərəfindən fəxri fər-manlara layiq görülmüşdür.
1994-cü ildə əmək cəbhəsində göstərdiyi rəşadətli əməyə görə “Əmək veteranı” yubiley medalına layiq görülmüşdür.
O, uzun illər ərzində Masallı rayonunda vərəm, malyariya, vəba, qara yara və s. infeksion və yoluxucu xəstəliklərə qarşı mübarizədə gərgin əmək sərf etmişdir.
S. Məmmədov yaşadığı illər ərzində xoş rəftarı, insanpərvərliyi, peşə bacarığı ilə ictimaiyyət arasında böyük nüfüza və hörmətə malik olmuşdur.
14 iyul 2018-ci ildə 84 yaşında vəfat etmiş, doğulduğu Böyük Kolatan kəndində dəfn edilmişdir.
ƏVƏZ HEYDƏR OĞLU ABUŞOV
Əvəz Heydər oğlu Abuşov 21 iyun 1934-cü ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan ol-muşdur. 1947-ci ildə Kolatan kənd yeddillik məktəbini, sonra isə Boradigah qəsəbə orta məktəbini bitirmişdir.
1951/53-cü illərdə Sığdaş kənd yedillik məktəbində katib vəzifəsində işləmişdir.
1953-cü ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1958-ci ildə həmin institutun aqronomluq fakültəsini bitirərək aqronom ixtisasını almışdır.
1958/64-cü illərdə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozunda baş aqronom vəzifəsində işləmişdir.
1961/70-ci illərdə Masallı rayon XDS-nə, Kolatan kənd XDS-nə, 1963/67-ci illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
1964/73-cü illərdə “Kommunizm yolu” sovxozunda azad ilk partiya təşkilatı katibi vəzifəsində işləmişdir.
1973/78-ci illərdə Azərbaycan SSR Masallı rayonu Bədəlan Çay Fabrikinin direktoru vəzifəsində çalışmışdır.
1976-cı ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
1978/80-ci illərdə Masallı rayon Kənd Təsərrüfatı İdarəsində toxumçuluq üzrə aqronom vəzifəsində işləmişdir.
1980-ci ildən ömrünün sonuna qədər Masallı rayon Dövlət Toxumçuluq Müfəttişliyinin rəisi vəzifəsində işləmişdir.
Müxtəlif illərdə orden (Oktyabr inqilabi ordeni), eləcə də medallarla, fəxri fərmanlarla təltif olunmuş-dur.
BAĞIR HƏZƏR OĞLU BAĞIROV
Bağır Həzər oğlu Bağırov 12 may 1937-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1952-ci ildə Lənkəran Dövlət Pedaqoji Texnikumunda
1959/65-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya-jurnalistika fakültəsində təhsil almışdır.
1965/79-cu illərdə Masallı rayonunun Sığdaş kənd 8-illik məktəbində direktor vəzifəsində çalışmışdır.
1995/2007-ci illərdə Masallı rayon Təhsil Şöbəsində inspektor vəzifə-sində işləmişdir.
2011-ci ildən yaşla əlaqədar olaraq təqaüdə çıxmışdır.
B. Bağırov müxtəlif illərdə dövri mətbuatda bir sıra publisistik məqalə, şeir, oçerk və s. ədəbi əsərləri ilə çıxış etmişdir.
O, Kolatan kəndinin ilk filoloq-jurnalisti, hal hazırda isə ən qocaman müəllimlərindən biri sayılır.
ADIL ƏSƏD OĞLU NƏHMƏTOV
Adil Əsəd oğlu Nəhmətov 14 dekabr 1939-cu ildə Masallı rayonunun Böyük Kolatan kəndinin Bağıroba məhəlləsində anadan olmuşdur.
1961-ci ilə kimi Masallı rayon Bədəlan Çay Fabrikində işləmiş, həmin ildə Bakı Yeyinti-Sənaye Texnikumuna daxil olmuşdur.
1963-cü ildən Bakı Şərab Zavodunda fəhlə kimi əmək fəaliyyətni davam etdirmiş, orada briqadir, sex rəisinin müavini, sex rəisi vəzifələrində çalışmışdır.
1964-cü ildə təhsil aldığı texnikumu müvəffəqiyyətlə bitirmişdir.
1965-ci ildə Moskva Yeyinti-Sənaye İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur.
1967-ci ildən Bakı Yeyinti - Sənaye Texnikumunda müəllim işləmişdir.
1972-ci ildə Moskva Yeyinti-Sənaye İnstitutunda təhsilini başa çatdırmışdır.
1973-cü ildə Azərbaycan SSR Üzümçülük və Şərabçılıq Komitəsinin təyinatı ilə Cəlilabad rayon Üzümçülük-Şərabçılıq Trestinə rəis müavini vəzifəsinə təyin edilmişdir.
1980-ci ildə A. Nəhmətovun işlədiyi müəssisənin bazasında Cəlilabad rayon Aqrar Sənaye Birliyi yaradılmış və o, həmin müəssisədə rəis müavini vəzifəsinə təyin edilmişdir.
1988-ci ildə Cəlilabad Şərab Zavodunun direktoru vəzifəsinə irəli çəkil-mişdir.
A. Nəhmətov ümumilikdə 22 il Cəlilabad rayonunda şərabçılıq sahəsin-də müxtəlif vəzifələrdə işləmişdir.
Hazırda A. Nəhmətov yaşa görə təqaüddədir.
İMAMVERDİ YAVƏR OĞLU HƏMİDOV
İmamverdi Yavər oğlu Həmidov 1941-ci ildə Masallı rayonun Qızılavar kənd XDS-nın Bala Kolatan kəndində anadan olmuşdur.
1954-cü ildə Bədəlan kənd orta məktəbinə daxil olmuş, 1957-ci ildə orta təhsilini başa vurmuşdur.
1957-ci ildə Bakı Statistika Texnikumuna daxil olmuş, 1959-cu ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini qiyabi davam etdirməklə, Masallı rayonunun Qodman kəndindəki “Dimitrov” adına kolxozunda baş iqtisadçı vəzifəsində işləmişdir.
1960-cı ildə Bakı Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakül-təsinin ərəb dili və filologiyası şöbəsinə daxil olmuşdur. Tələbəlik dövründə - III kursda oxuyarkən bir il müddətinə Yəmən Ərəb Respubli-kasına tərcüməçi göndərilmişdir.
1966-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azər-baycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdir. Aspiranturada təhsilini davam etdirmək üçün 1967-ci ildə Moskva şəhərindəki SSRİ EA-nın Şərqşünaslıq İnstitutuna ezam edilmiş-dir.
1970-ci ildə namizədlik, 2009-cu ildə filologiya üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 2013-cü ildən professor vəzifəsini daşıyır.
1969-cu ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. Ötən illər ərzində həmin institutda elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərmiş, 1973-1976-cı illərdə institutun elmi katibi vəzifəsində çalışmışdır.
1997-ci ildən həmin institutda Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyir.
O, dörd kitabın - “İbn Kuteybə Dinəvəri” (rus dilin-də), “Əbu Bəkr əl-Valibi” və onun “Əxbar əl-Məcnun və əşaruhi”, “Azərbaycan - ərəb ədəbi əlaqələrindən səhifələr”, “Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədə-biyyatşünaslığında” (ərəb alimləri Nasr Məhəmməd və Fatimə əz-Zəhra ilə birlikdə), müəllifi olmaqla yanaşı, həm də 100-ə yaxın elmi məqaləni ərsəyə gətirmişdir. O, 10 elmi kitabın redaktoru olmuşdur.
İ. Həmidov qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, onun əlaqə-lərinin müxtəlif məsələlərinə həsr edilmiş 20 beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir. İxtisası və elmi işləri ilə əlaqədar olaraq Qahirədə, Moskvada, Sankt-Peterburqda, Urmiyədə, Tehranda, Təbrizdə və habelə Əlcəzair, Suriyanın ali təhsil müəssisələrində elmi mühazirələr oxumuşdur.
Onun bir sıra elmi məqalələri Rusiyada, Ukraynada, Türkmənistanda, İraqda, İranda, Misirdə, Türkiyədə, Yəməndə, Əlcəzairdə, Birləşmiş Ərəb Əmirliklərində elmi və ədəbi jurnallarda rus, ərəb, fars, və ingilis dillərində nəşr edilmişdir.
Ərəb dilini sərbəst bilən İ. Həmidov tərcüməçilik fəaliyyəti də göstərir. 1963-1964-cü illərdə Yəmən Xalq Demokratik Respublikasında, 1976-1980-cı illərdə Yəmən Ərəb Respublikasında, 1985-1989-cu illərdə İraq Respublikasında ərəb dili üzrə təcüməçi işləmişdir.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1997-2006-cı illərdə Azərbaycan Dövlət Ali Diplomtiya Kollecində, 2000-2011-ci illərdə Bakıda Misir Mədəniyyət Mərkəzində ərəb dili müəl-limi vəzifələrində çalışmışdır.
AMEA-nın “Ədəbiyyat dünyası” və “Metafizika” jurnallarının idarə heyətinin üzvüdür.
Bakı Beynəlxalq Multikultural Mərkəzinin üzvü və Talış İcmasının rəhbəridir.
Poliqlotdur - rus, ərəb, talış dillərində sərbəst danışır, türk, fars dillərini yaxşı bilir, ingilis dilində lügətdən istifadə etməklə danışa bilir.
Ailəlidir. Üç qız övladı, 5 nəvəsi vardır.
Filoloq (azərbaycan və ərəb filologiyası üzrə), şərqşünas, ədəbiyyat-şünas, yazıçı, tərcüməçi, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü İ. Həmidov bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.
SƏYAVUŞ BALAXAN OĞLU CƏBİYEV
Səyavuş Balaxan oğlu Cəbiyev 10.08.1942-ci ildə Azərbaycan SSR Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1954-cü ildə kənddəki yeddillik məktəbi bitirdikdən sonra Bədəlan kənd orta məktəbində təhsilini davam etdirmişdir.
1963-cü ildə sənədlərini eyni vaxtda Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna və Azərbaycan Dövlət Politexnik İnstitutlarına təqdim edərək hər iki instituta qəbul olunmuşdur. Lakin, sevimli peşəsinə (dərzilik) uyğun gələn tikiş texnologiyası ixtisasını seçmişdir.
1969-cu ildə Ç. İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirərək təyinatını Qazaxıstan SSR Şərqi Qazaxıstan Vilayətinin paytaxtı Ust-Kamenaqorsk şəhərindəki tikiş fabrikinə almışdır.
15.08.1969-cu ildən həmin tikiş fabrikində usta köməkçisi, usta, sex rəisi və 9 il müddətində təchizat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
1979-cu ildə Orta Asiya Hərbi Dairəsi uzrə 288 saylı Hərbi Ticarət İdarəsinə rəis təyin olunmuşdur.
1980-ci ildə Leninqrad Hərbi Akademiyasının arxa cəbhə üzrə 6 aylıq kursunu fərqlənmə ilə bitirmişdir.
1981-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq vətənə qayıtmışdır. Həmin ildən Bakı şəhərində Ə. Bayramov adına Tikiş Fabrikində texnoloq, istehsalat şöbəsinin rəisi, filialın direktoru vəzifələrində çalışmışdır.
1983-cü ildən Bakı şəhərindəki V. Volodarski adına Tikiş Fabrikində baş mühəndis vəzifəsində işləmişdur.
1985-ci ildə Ə. Bayramov adına Tikiş Fabrikində direktor əvəzi və müavin vəzifələrinə təyin edilmişdir.
1987-ci ildə “Azərİttifaq”ın göstərişi ilə Tikiş Fabriklərinə nəzarət edən baş mühəndis vəzifəsində çalışmışdır.
Yeni iş yerləri açmaq, işsizliyi aradan qaldırmaq məqsədilə Lənkəran, Astara, Masallı rayonlarında tikiş fabriklərinin filiallarını açmışdır.
1992-ci ildən keçmiş V. Volodarskiy adına Tikiş Fabrikində, indiki “Bakı Tikiş Evi”ndə sex rəisi vəzifəsində işləmişdir.
O, arxa cəbhədə göstərdiyi rəşadətli əməyə görə “Şərəf Nişanı” ordeninə, Qazaxıstan SSR-nın “Sosializm yarışı əlaçısı” medalına və digər fəxri adlara layiq görülmüşdür. İşlədiyi illər ərzində əməyi digər təltif, mükafat, fəxri fərmanlarla qiymət-ləndirilmişdir.
S. Cəbiyev 18.10.2018-ci ildə Bakı şəhərində vəfat etmiş, Batamdar qəsəbəsində dəfn edilmişdir.
QAİL FAZİL OĞLU MƏMMƏDOV
Qail Fazil oğlu Məmmədov 27.09.1948-ci ildə Böyük Kolatan kəndində müəllim ailəsində anadan olmuşdur.
İlk təhsilini kənd məktəbində aldıqdan sonra 1963-cü ildə Bakı Dövlət Politexnik Texnikumunun inşaat şöbəsinə daxil olmuş, 1967-ci ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirmiş-dir.
1969-cu ildə orduda xidmətini başa vurduqdan sonra Masallı rayonunun Bədəlan kəndindəki 137 saylı Texniki-Peşə Məktəbində müəllim işlə-mişdir.
1971-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
1971-ci ildə Sumqayıt şəhərindəki Kompressor zavodunda əmək fəaliyyətini davam etdirmiş, mühəndis vəzifəsində çalışmışdır.
1975/76-cı illərdə Sumqayıt şəhər məhkəmə orqanlarında çalışmışdır.
1978/82-ci illərdə xalq məhkəmələri seçkilərində Sumqayıt şəhər xalq hakimi seçilmişdir.
1982/83-ci illərdə Bakı şəhər Məhkəməsində xalq hakimi vəzifəsinə seçilmişdir.
1983/2000-ci illlərdə ona daha yüksək etimad göstərilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmişdir.
2000/07-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi seçilmişdir.
2007-ci ildən Bakı şəhər Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışır.
1992-ci ildə müqəddəs Həcc ziyarətində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas”ı fəxri adına layiq görülmüşdür.
ZƏBƏRXAN FEYRUZ OĞLU ƏLİYEV
Zəbərxan Feyruz oğlu Əliyev 07 noyabr 1950-ci ildə Masallı rayonu-nun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1957-ci ildə Böyük Kolatan kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
1965/67-ci illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində orta təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
1968-ci ildə Azərbaycan Dövlət Univeritetinin tarix fakultəsinə daxil olmuş, 1973-cü ildə tarixçi ixtisası üzrə ali təhsil almışdır.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin qiyabi aspiranturasina daxil olmuşdur.
1977-ci ilin noyabr ayıından etibarən Azərbaycan Dövlət Universitetin- də assistent, baş müəllim işləmişdir.
1983-cü ildə siyasi elmlər namizədi elmi dərəcəsini almış, 1990-cı ildən həmin universitetdə dosent vəzifəsində çalışmışdır.
O, 50-yə yaxın elmi, elmi-populyar məqalələrin müəllifidir. Respublika mətbuatında 40-a yaxın elmi məqalələri çap olunmuşdur.
1990-ci ildə “Məişətin mənəvi əsasları“ adlı elmi monoqrafiyası çap olunmuşdur.
1999-cu ildən Azərbaycan Respublikasi L. Lütfizadə adına Müasir Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvüdür.
2009-cu ildən “Odlar Yurdu” Universitetində “Sosial və ictimai fənlər” kafedrasının müdiri vəzifəsində çalışır.
Provizor-təşkilatçı, provizor-homotoksikoloq,
təbib, yazıçı-publisist, şair, jurnalist-tədqiqatçı, poliqlot, tərcüməçi, musiqiçi-ifaçı, həvəskar bəs-təçi, kinossenarist, maarifçi XODAŞİRİN OĞLAN OĞLU CƏBİYEVİN (CABBARİ) HƏYAT VƏ YARADICILIĞI.
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbari) 15 dekabr 1954-cü ildə Azərbaycan SSR Masallı rayonunun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1961-ci ildə Böyük Kolatan kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə həmin orta məktəbin 10 illik tam kursunu fərqlənmə ilə bitirmişdir.
1971-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş, 1976-cı ildə həmin institutu bitirərək provizor ixtisasını almışdır.
01 mart 1976-cı ildən 11 aprel 1997-ci il tarixə qədər 145/595
saylı Masallı rayon Mərkəzi Apteklərində və Mərkəzi rayon
Xəstəxanasında müxtəlif xıdməti vəzifələrdə, ictimai işlərdə çalışmışdır. O cümlədən, 1982/95-ci illərdə 13 il həmin tibb ocağında səhiyyə işinin təşkili məsələləri üzrə Tibbi Şurasının üzvü olmuşdur.
28.12.1978-ci ildən 11.04.1997-ci ilədək (20 ilə yaxın) 595 saylı Masallı rayon Mərkəzi Aptekinin müdiri vəzifəsində işləmişdir.
02.04.1979-cu ildə Talış-Muğan zonasında ilk dəfə olaraq bütün gün ərzində əhaliyə fasiləsız dərman yardımı göstərən, üç növbəli iş rejimi ilə işləyən aptek xidmətinin əsasını qoymuşdur.
17.06.1981-ci ildə daşıdığı vəzifəyə vicdanlı münasibətinə, əməkdə qazandığı uğurlu nailiyyətlərə görə respublika Baş Apteklər İdarəsi tərəfindən ona “Təşəkkür” elan edilmişdir.
21.09.1981-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanası ilk komsomol təşkilatının işində göstərdiyi fəal iştirakına və nümunəvi fəaliyyətinə görə Azərbaycan LKGİ Masallı rayon Komitəsinin “Fəxri Fərmanı”na layiq görülmüşdür.
28.12.1982-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanası ilk komsomol təşkilatında uzun müddət fəal ictimai işlər
apardığına görə Azərbaycan LKGİ Masallı rayon Komitəsi
tərəfindən komsomol bileti əbədi xatirə olaraq ona təqdim edilmişdir.
1982-ci ildən 1995-ci ilədək Tibb İşçiləri Həmkarlar Təşkilatı Masallı rayon Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.
Masallı rayonunda səhiyyənin, əczaçılıq işinin tərəqqisi və
inkişafında, aptek xidmətinin ibtidailikdən ən yeni avadanlıq
və qurğularla təchiz olunmasına qədər, bir sıra uğurlu addımlar atmış, peşəkar əczaçı kadrların hazırlanması sahəsində gərgin əmək sərf etmişdir. O, işlədiyi müddət ərzində Masallı rayonunda 14 yeni tipli aptek binalarının
inşasına nail olmuşdur.
1978/97-ci illər ərzində onun ardıcıl və yorulmaz səyləri nəticəsində rayonda aptek şəbəkəsinin sayı dislokasiya üzrə yüksək templə inkişaf edərək 11-dən 60-a qədər yüksəlmişdir.
Yeni texnologiya əsasında, nəzarət-analitik qaydalara uyğun olaraq, hazırlanması yalnız zavod şəraitində mümkün olan inyeksion, vena daxili steril dərman maddələrinin, göz damcılarının, məlhəmlərin və digər mürəkkəb tərkibli 100-dən artıq dərman preparatlarının aptek şəraitində hazırlanmasına nail olmuşdur.
1983-cü ildən etibarən Masallı rayonu ərazisində yaşayan əhalinin rahat və operativ dərman yardımı almasını təmin etmək məqsədilə 595 saylı Mərkəzi Aptekinin nəzdində
“Sorğu Məlumat Bürosu”nu yaratmışdır.
Uzun illər ərzində Masallı rayonu ərazisində yabanı halda bitən dərman bitki xammalının (İtburnu, Yemişan, Qaragilə, Gicitkan, Gəndəlaş, Bağayarpağı və s.) toplanıb tədarük edilərək, dövlətə təhvil verilməsini təşkil etmişdir.
1983 -cü ildə Sov. İKP sıralarına daxil olmuşdur.
1986-cı ildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Səhiyyə Nazirliyi Baş Apteklər Idarəsi, Azərbaycan Əczaçıları və Farmakoloqları Elmi Cəmiyyətləri ilə birlikdə, respublika əczaçılarının Masallı rayonunda keçirilən səyyari konfransının təşkilatçısı olmuş, nümunəvi iş təcrübəsi respublikada yayılmışdır. Beləliklə, o, elmi-nəzəri və praktiki əsaslarla əczaçılıq işinin Masallı rayonunda ilk təşkilatçısı və qurucusu olmuşdur.
1988-ci ildə “SSRİ-nin Səhiyyə Əlaçısı” fəxri adına layiq görülmüşdür. Həmin ildə SSRİ Səhiyyə Nazirliyinin RSFSR-in Qorkiy (indiki Nijniy Novqorod) şəhərində keçirilən səyyari Ümumittifaq simpoziumunda kənd rayonları içərisində yeganə qabaqcıl nümayəndə kimi Azərbaycan əczaçılarını ləyaqətlə təmsil etmişdir.
Müxtəlif illərdə respublikada əczaçılıq işinin təşkili, inkişaf perspektivləri ilə bağlı keçiirilən umumittifaq
simpoziumlarında iştirak etmişdir.
1980-ci ildən etibarən ardıcıl olaraq Azərbaycan Əczaçılarnın qurultaylarına nümayəndə seçilmişdir.
Səmərəli iş fəaliyyətinə, yüksək təşkilatçılıq bacarığına, əməkdə fərqlənməyə görə onun adı respublika Baş Apteklər İdarəsinin “Şərəf lövhəsi”nə yazılmışdır.
1990-cı ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Atestasiya Komissiyası tərəfindən 1-ci kateqoriyalı provizor-təşkilatçı ixtisas dərəcəsini almışdır.
Sovet ordu hissələrinin Bakı şəhərinə yeridilərək “Yanvar qırğını” törədilməsinə etiraz əlaməti olaraq 23.01.1990-cı il tarixdə Sov. İKP sıralarından imtina edərək xaric olmuşdur.
1992-ci ildə Moskva şəhərində “Farmindustriya” İstehsalat Birliyində keçirilən Umumittifaq müşavirəsinin iştirakçısı olmuşdur.
I Qarabağ Müharibəsi dövründə (1991/94-cü illər) könüllü
batalyonlarda və Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi silahlı birləşmələrinin tərkibində döyüşən Masallı rayon Polis Şöbəsi əməkdaşlarının dərman və sarğı materialları ilə təminatını öz şəxsi vəsaiti hesabına həyata keçirmişdir.
11.04.1997-ci ildə hakimiyyət orqanları küçə-bazarlarda qeyri peşə adamları tərəfindən kütləvi şəkildə qanunsuz dərman maddələri və sarğı materiallarının alverinə rəvac verdiyinə qarşı etiraz əlaməti olaraq 20 ilə yaxın dövr ərzində daşıdığı 595 saylı Masallı rayon Mərkəzi Aptekinin müdiri vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdır.
Masallı rayonunda qanunsuz dərman və sarğı materiallarının alverinə qarşı 1995/97-ci illərdə apardığı mübarizəyə cavab olaraq 1997-ci ilin oktyabr ayının 16-da ona məxsus olan yaşayış evi (Masallı ş.) bədniyyət qara qüvvələrin təhriki ilə əvvəlcədən yüksək peşəkarlıqla hazırlanmış ssenari əsasında qarət edilmiş, cinayət işi hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilmişdir.
1997-ci ildən 2007-ci ilə kimi Rusiya Federasiyasının Tolyatti, Ulyanovsk şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ”İRAY” MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.
2007-ci ildə (Bakı ş. “Azərnəşr”. Akademik M. N. Vəliyeva, T. M. İmanov, İ. T. İmanov) çap olunan “XX əsr Azərbaycan əczaçılığının inkişafında vacib ensiklopedik məlumatlar” adlı 2 cildlik kitabın “Respublika üzrə tanınmış əczaçı mütəxəssislər” bölməsində X. Cəbiyevin əmək fəaliyyəti barədə (səhifə 318-321) ətraflı məlumat verilmişdir.
1997-ci ildən başlayaraq müxtəlif illərdə dövri mətbuatda
publisistik məqalələrlə çıxış etmiş, bir sıra hekayə və şeirlərin müəllifidir. İlk ədəbi yaradıcılıq nümunəsi olan “Sözün fəziləti haqqında - muğamda söz” adlı publisistik məqaləsi 1997-ci ildə “Söz” jurnalında (№ 1-2) dərc olunub.
Görkəmli tarixi şəxsiyyət Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığından bəhs edən “Şəms - zülmətlə şəfəq arasında“ adlı elmi-publisistik, bədii-sənədli kitabın (“Bakı Mətbəəsi” ASC. Bakı - 2021-ci il) müəllifidir. Həmin kitabın motivləri əsasında “Tərk etmə məni” sənədli kinofilmin çəkilişində əmək sərf etmişdir.
Tanınmış ictimai xadim Teymur bəy Bayraməlibəyovun 1885-ci ildə qələmə aldığı “Talış xanlığının tarixi” sənədli oçerkini rus dilindən Azərbatcan dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirmişdir (Bakı, “Apostol - “A” nəşriyyatı - 2021-ci il).
2015-ci ildə X. Cəbiyevin (Cabbari) ssenarisi əsasında Masallı hidrogen-sulfidli mineral su bulaqlarını tərənnüm edən "Həyat çeşməsi" adlı televiziya filmi çəkilmişdir.
Tibbə dair “Homeopatiya, Homotoksikologiya, Sanum - terapiya və mualicələr”, “Tibb tarixi haqqında və təbabət latın dilində” adlı iri həcmli (hər ikisi rus dilində) tibbi tədris vəsaitlərinin müəllifidir.
Masallı rayonunun musiqi tarixinin araşdırıcısıdır. İfaçılıq sənəti ilə bağlı iri həcmli “Muğam dünyasının açarları”,
“Muğam xəzinəsi - xalqın zəkası, qəlbin sədası, ruhun qidası” adlı elmi-publisistik məqalələrin müəllifidir.
Hal hazırda “Oğurlanmış taleyin hekayəti” adlı üç cildlik avtobioqrafik sənədli-bədii povest, “Masallının musiqi ulduzları” bədii-publisistik almanax, “Həqiqətlə üz-üzə” adlı seçilmiş əsərlər toplusu üzərində işləyir. Ümumilikdə 8 iri həcmli bədii-sənədli, elmi kitabların müəllifidir.
Həvəskar bəstəçidır, bir sıra mahnı və təsniflərin müəllifdir. 1962/78-ci illərdə Masallı rayon Pionerlər Evində, Mədəniyyət Evində müğənni-ifaçı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Jurnalist-tədqiqatçı, yazıçı-publisistdir.
2013/18-ci illərdə Beynəlxalq Homotoksikoloqlar Akademiyasının Almaniyanın Baden-Baden şəhərindəki Elmi Şurası tərəfindən tətbiqi homotoksikologiyanın əsas kursunu bitirərək “Bioloji təbabətdə tətbiq edilən müalicə üsulları” üzrə imtahan vermək yolu ilə 3 doplom və 12 dəfə 1-ci kateqoriyalı sertifikata layiq görülmüşdür.
2014/2019-cu illərdə Masallı, Cəlilabad, Biləsuvar rayonlarında bioloji təbabət müalicə üsullarının təbliği və bu sahədə peşəkar mütəxəssis kadrların hazırlanmasında 5 ilə
yaxın dövr ərzində gərgin əmək sərf etsə də, Masallı şəhərində yeni inşa edilən Bioloji Təbabət Klinikasında işləməsini,
idarəçilik üsulu baxımından özü üçün məqbul hesab etməmişdir.
2019/2020-ci illərdə Masallı şəhərindəki “OZON” Klinikasında tibbi xidmətin təşkili üzrə menecer vəzifəsində çalışmışdır.
Poliqlotdur - azərbaycan, talış, rus, fars, latın dillərini bilir və sərbəst danışır.
Heç bir siyasi partiya və qurumun üzvü deyil, siyasi baxışları və ambisiyası yoxdur.
Tibbi xidmət üzrə istefada olan zabitdir.
Azərbayca Respublikasının Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür.
Ailəlidir - üç övlad atasıdır, yeddi nəvəsi vardır.
Hal hazırda yaşa görə təqaüdə çıxmışdır.
28.01.2012-ci ildə ixtisasca ali təhsilli hüquqşünas olan oğlu
Nurlan Cabbarlı 32 yaşında avtomobil qəzası nəticəsində həlak olmuşdur. Onun ölümündən 2.5 ay sonra dünyaya gələn
övladı Nurlanə Cabbarlını və həyat yoldaşı Sevanə Cabbarlını öz himayəsinə götürmüşdür.
2019-cu ildə aktual mövzulara həsr edilmiş publisistik yazılara görə və anadan olmasının 65 illik yubileyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna layiq görülmüşdür.
2019-cu ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təqdimatı ilə Rusiya Federasiyası Veteranlar Birliyinin Birgə Fəaliyyətin Koordinasiyası Komitəsinin “SSRİ-Əfqanıstan müharibəsinin 30 illiyi” xatirə medalına layiq görülmüşdür.
2020-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatını qazanmışdır.
2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təqdimatı ilə Rusiya Federasiyası Prezidentinin 13.06.2019-cu il tarixli fərmanına uyğun olaraq "1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə görə” yubiley medalı ilə təltif edilmişdir.
Müstəqillik dövründə Masallı rayonunun ictimai həyatında göstərdiyi xidmətlərə və səmərəli fəaliyyətinə görə aşağıdakı
təltiflərə layiq görülmüşdür:
1. 28.12.2014 və 28.12.2019-cü illərdə Masallı rayon Ziyalılar Cəmiyyəti tərəfindən verilən “Fəxri Fərman”.
2. 17.06.2017 və 28.12.2019-cu illərdə Masallı rayon
Ağsaqqallar Şurası tərəfindən verilən “Tərifnamə”.
3. 17.06.2017-ci ildə Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən verilən “Fəxri
fərman”.
X. Cəbiyevin həyat və yaradıcılığından bəhs edən “Xodaşirin Cəbiyev (Cabbarlı) - 65. “İnsanlığın ünvanı” adlı bədii-publisistik kitab nəşr edilmişdir (redaktor: Əlizaman Baxış, məsləhətçi: Ələşrəf Niftiyev. “Elm və təhsil” nəşriyyatı. 2019-cu il. 172 səh.).
XODAŞİRİN CƏBİYEVİN ADININ QISA TARİXÇƏSİ.
XODAŞİRİN adını daşımasının da maraqlı bir tarixçəsi var. Ana babası Hilal Gülməmməd oğlu Abdullayev mahir ağac ustası olduğuna görə, XX əsrin 30/40-cı illərində İranın liman şəhəri olan Ənzəlidə yerli ustalarla birlikdə balıqçılıq vətəgəsində qayıq düzəldirmiş. Orada o, milliyyətcə gilək əsilli Xodaşirin adlı zahirən bənzərsiz gözəlliyə malik olan bir cavan oğlanla dostluq əlaqələri qurur. Lakin 1946-cı ildə Cənubi Azərbaycanda Milli Demokratik Azadlıq Hərəkatı başlanır, nəticədə SSRİ ilə İran arasında sərhədlər bağlanır.
Hər dəfə İrandakı dostu yadına düşəndə Hilal kişi uşaq kimi hönkürtü vuraraq ağlayar, canından da əziz sandığı dostunu beləcə daim xatırlayarmış. 1954-cü ilin qış gecələrinin birində qızı Bacisabanın oğlan övladını dünyaya gətirməsi xəbərini eşidəndə Hilal kişinin nisgilinə son qoyulur. Ertəsi gün sevinci aşıb-daşaraq qonşu Bağıroba məhəlləsindən Böyük Kolatanın Kujə məhəlləsinə üz tutur və yeni doğulan uşağa unudulmaz dostunun şərəfinə Xodaşirin adını verir. Gələcəkdə həmin adı dəyişmək istəyənlər üçün əlavə olaraq bir söyüş də qoyur. Xodaşirin sözü fars dilində “şirin Allah”, “Allahın şirin bəndəsi” deməkdir.
Qeyd və qısa izahatlar:
I. Provizor latın dilində iki söz birləşməsindən (pro - “gələcək”, vizor - “görürəm”) ibarət olmaqla “uzaqgörən”, “bilikli”, “tədarük görən” anlamına gəlir.
Provizor dərman preparatlarının istehsalı, saxlanması, satışı ilə məşğul olan ali əczaçılıq təhsili olan mütəxəssisdir. Peşə fəaliyyətinin ixtisas növlərinə uyğun olaraq iş fəaliyyəti aşağıdakılardır:
1. Kimya-əczaçılıq zavodlarında, əczaçılıq fabriklərində, depo və apteklərdə təchizat, istehsalat işləri
2. Təşkilatçılıq-idarəetmə işləri
3. Nəzarət-icazəvermə işləri
4. Elmi-tədqiqat işləri
II. Əczaçılıq - kompleks elmi-praktik əsaslarla dərman xammallarının (substansiyaların) təbii mənbələrdən axtarışı və yaradılması problemlərini öyrənən, onların təhlükəsizliyi, tədqiqi, saxlanması, satışı (marketinqi) ilə məşğul olan elm sahəsidir.
EHTIBAR DÖVLƏT OĞLU SADIXOV
Ehtibar Dövlət oğlu Sadıxov 03.11.1955-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1963/73-cü illər ərzində Böyük Kolatan kənd orta məktəbində təhsil almışdır.
10.07.1984-cü ildə Lənkəran Sovxoz Texnikumuna daxil olmuş, 1987-ci ildə həmin texnikumda təhsilini qiyabi yolla başa vurmuşdur.
1990-cı ildə Kolatan Çay Fabrikində baş texnoloq vəzifəsində işləmiş-dir.
1986-cı ildə RF-nın Sverdlovsk şəhərində Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1991-ci ildə həmin institutun xalq təsərrüfatının planlaşdırıl-ması fakültəsində qiyabi yolla iqtisadçı ixtisasına yiyələnmişdir.
1995-ci ildə Kolatan Çay Fabrikinə direktor vəzifəsinə təyin edilmiş-dir.
1995-ci ildə Tütkiyənin iş adamları ilə həmin fabrikin nəzdində “Azər-saro” İstehsalat Şirkətini yaratmışdır.
1997/2005-ci illərdə Masallı rayon İcra Hakimiyyətində hüquq şöbə-sində məsləhətçi və icra başçısının köməkçisi vəzifələrində işləmişdir.
2003/2007-ci illərdə “Aqrotek” İstehsalat şirkətini yaradaraq Şri Lan-kanın iş adamları ilə birgə əkinçilik fəaliyyəti ilə məşğul olmuşdur.
2007-ci ildən fermer təsərrüfatına rəhbərlik edir.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərən-camı ilə “III dərəcəli Əmək” ordeninə layiq görülmüşdür.
ANAR CAMAL OĞLU İSGƏNDƏROV
Anar Camal oğlu Isgəndərov 10.01.1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1963/73-cü illərdə Böyük Kolatan orta məktəbində təhsil almışdır.
1973-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.
1978-ci ildə həmin universiteti bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişdir. İlk əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Böyük Kolatan kənd orta məktəbində tarix müəllimi vəzifəsində işləmişdir.
A. İsgəndərov 1982-ci ilin yanvar ayından Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fəlsəfə kafedrasında kabinet müdiri vəzifəsində çalışmış, eyni zamanda, həmin institutun kimya texnologiyası fakültəsinin azad komsomol təşkilat katibi seçilmişdir.
O, 1984-cü ilin mart ayından Bakı Dövlət Universitetinin tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasında çalışmağa başlamışdır.
1985/1989-cu illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsilini qiyabi yolla davam etdirmiş, 1989-cu ildə tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə həmin universitetdə dosent vəzifəsinə seçilmişdir.
A. İsgəndərov 1989/99-cu illərdə tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1999-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
2004-cü ilin aprel ayında “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2004-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı verilmişdır.
A. İsgəndərov respublikamızda və xarici ölkələrdə 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərindən biri kimi tanınır.
2003-cü ildə A. İsgəndərovun geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyası nəşr olunmuşdur. Həmin ildə “Azərbaycan Xalq Cümhüriyyəti” biblioqrafiya əsəri də işıq üzü görmüşdür.
2006-cı ildə A. İsgəndərovun “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920 illər)” adlı fundamental əsəri nəşr olunmuşdur. Elmi ictimaiyyət əsərdən razı qalaraq, onun xarici dillərə tərcümə olunması məsləhət bilinmişdir.
A. İsgəndərovun 2009-cu ildə azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan “Təzəpirin tarixi” adlı kitabı elmi ictimaiyyət tərəfindən yük-sək qiymətləndirilmişdir.
2011-ci ildə azərbaycan, rus və ingilis dillərində onun “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar’’ adlı yaddaş kitabçası nəşr olunmuşdur.
O, 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlara həsr olunan maraqlı tədqiqat işini başa çatdırmış, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində “Realites of Azerbaijan: 1917-1920” adı ilə nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. “Realits of Azerbaijan: 1917-1920” əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Həmin əsər 2012-ci ildə azərbaycan dilində nəşr olunmuşdur. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibindəki fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiyə, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan Parlamentinin təşkili, Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir. Əsər Bakı Dövlət Universitetinin xüsusi mükafatına layiq görülmüşdür. A. İsgəndərovun bu illər ərzində 6 monoqrafiyası, 4 dərs vəsaiti, 15 proqramı, 200-dən artıq elmi məqaləsi nəşr olunmuşdur.
O, dəfələrlə beynəlxalq və respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxış etmişdir. 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 78-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə həmin ölkənin baş nazirinin qol saatı və “Altun” medalı, 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırılmalarına görə Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qızıl döş nişanı”, 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
A. İsgəndərov dövrü mətbuatda və müxtəlif televiziya kanallarında Vətən tarixinin ayrı-ayrı problemləri ilə bağlı müntəzəm çıxışlar edir.
Onun rəhbərliyi altında 8 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda Anar İsgəndərovun rəhbərliyi altında 3 əyani aspirant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqat işlərini davam etdirir. O, tarix elmləri üzrə 3 elmlər doktorunun elmi məsləhətçisidir.
A. İsgəndərov BDU-də fakültə və universitet Elmi Şuralarının, Azər-baycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür.
11.01.2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti I. Əliyevin sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdür.
2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüşdür.
2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2019-cu ildə Azərbaycan Respublikasında keçirilən növbədənkənar parlament seçkilərində 71 saylı Masallı seçki dairəsindən Millət vəkili seçilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fondu Himayəçilər Şurasının üzvü seçilmişdir.
O, “Kəlam”, “Tarix və onun problemləri” jurnallarının redaksiya şura-sının üzvüdür.
A. İsgəndərov 1999-cu ildə müqəddəs Həcc ziyarətində olmuşdur.
SAMİT AĞALAR OĞLU BƏŞİROV
Samit Agalar oğlu Bəşirov 31.12.1981-ci ildə Azərbaycan SSR Masallı rayonu Kolatan i.ə.d. Bala Kolatan kəndində anadan olmuşdur.
2001-ci ildə Bala Kolatan kənd orta məktəbini bitirərək həmin ildə Azərbaycan Bətən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizə fakültəsinə daxil olmuşdur.
2005-ci ildə həmin ali məktəbi bitirdikdən sonra bir il Azərbaycan milli ordusu sıralarında xidmət etmişdir.
2008-ci ildən 2011-ci ilə kimi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis serjantı kimi əmək fəaliyyətinə başlamışdır.
2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur.
2013-cü ildə həmin universitetdə ali təhsilini başa vurduqdan sonra idman sahəsində çalışmış və bir sıra qələbələr əldə etmişdir.
Onun idman sahəsində qazandığı uğurlu nəticələr aşağıdakılardır:
- Kik-boks idman növü üzrə İdman ustası
- 2009-cu ildə Tayvanın Bankok şəhərində keçirilən dünya çempiona-tında - II yer
- 2010-cu ildə Braziliyanın San-Paulo şəhərində keçirilən dünya çem-pionatında - I yer
- 2011-ci ildə Polşanın Varşava şəhərində dünya kuboku uğrunda keçirilən yarışda - I yer
TELMAN MEHMAN OĞLU SALAYEV
01 mart 1985-ci ildə Masallı rayonu Kolatan i.ə.d. Bağıroba məhəlləsində anadan olmuşdur. 2003-cü ildə Böyük Kolatan kənd orta məktəbini bitirmişdir. 2003/ 2007-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziy-yat və kibernetika fakültəsində təhsil almışdır. Orta məktəbdə və universitetdə təhsil aldığı illərdə voleybol üzrə idman yarışlarında işrirak etmişdir. BDU-da voley-bol üzrə komandanın kapitanı olmaqla, bir sıra univer-sitetlərarası yarışların, olimpiadaların qalibi olmuşdur.
2007/08-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi qulluqda olmuşdur. 2009-ci ildən DİN sistemində polis serjantı rütbəsində əmək fəfəaliyyəti ilə məşğuldur. Həmin nazirliyin hər il təşkil etdiyi bir sıra idman yarış-larının qalibi olmuşdur.
2014-cü ildən Azərbaycan Respublikası Voleybol Fe-derasiyasının I dərəcəli hakimidir.
Bir sıra respublika və beynəlxalq idman yarışlarında hakimlik etmiş, sertifikatlara layiq görülmüşdür.. 2015-ci ildə Bakıda keçirilən I Avropa oyunlarında, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səmərəli fəaliyyətinə görə DİN-nin “Əla xidmətlərə gö-rə” döş nişanı ilə təltif edilmişdir.
Kəndin adı: Bala Kolatan
Adının mənası:
Kolatan toponiminin yaranması haqqında müxtəlif fikirlər vardır. Təqdiqatçılara görə Kolatan kəndinin yeri vaxtilə meşəlik olmuşdur. Kəndin əhalisi meşələri qıraraq, yerində yaşayış məskəni salmışlar. Talış dilində qırılmış meşə yerinə “kulət” deyilir. Azərbaycan dilində isə bu söz Kolatan şəklində işlədilir. Hazırda Böyük Kolatan, Bala Kolatan, Bağıroba kəndlərindən ibarət olan bu yaşayış məskəni bir neçə məhəlləyə bölünür.
Əhalisi: 1.142 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən: kişi - 611, qadın- 531 nəfər
Bala Kolatan kəndinin ilk sakinləri əsasən dağ talışları, nəminlilər və digər yerlərdən köçüb gələn tayfalar olmuşlar. Kəndin orta hissəsində kompakt yaşayanlar əslən İranın Ərşə mahalından gələnlər olmaqla, həmin məhəllə “Mənsimoba” adlanır. Aşağı məhəl-lədə isə əslən Lerik rayonunun Qurdəsər kəndindən gələnlər yaşayırlar. Kəndin yuxarı-baş məhəlləsinin ilk sakinləri indiki Lerik rayonun Mastair kəndindən gəlmişlər. Belə-liklə, Bala Kolatan kəndinin əhalisi əsasən adı çəkilən üç nəslin törəmələridirlər.
Kəndin ən uzunömürlü sakinləri Bayaraməli Nəzir oğlu Həmidov (1887-1990, 103 yaş), Zeynəb Mirismayıl qızı Abbasova (1893-2007, 114 yaş) və b. olmuşdur.
Ərazisi: 195 ha
Həmsərhəd kəndlər:
Böyük Kolatan, Qodman, Ərkivan, Qızılavar
Coğrafi mövqeyi:
Kolatan kəndi Xəzər dənizindən 20-25 km qərb istiqamətdə, Talış sıra dağlarının Burovar silsiləsindən 2-3 km, rayon mərkəzindən 11 kilometr aralıda yerləşir. Kəndin özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 27 m hündürlükdə yerləşir.
Füsünkar təbiəti, ab-havası, relyefinə görə Kolatan kəndi Masallı rayonunun ən səfalı guşələrindən biri olmaqla, göz oxşayan əsrarəngiz gözəlliklərə malik olan yaşayış yerlə-rindən biridir. Kəndin ərazisindən 1 dağ çayı - Kolatançay (keçmiş adı Səbon adlanır) axıb keçir.
Kənddə idarəçilik:
İran şahlığı və çar Rusiyası dövründə Bala Kolatan kəndi Lənkəran qəzasının tərki-bində olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lən-kəran qəzasının Qızılavar kənd sovetliyinə tabe idi.
1926-cı ildə Lənkəran qəzası 13 sahəyə ayrılmış, Bala Kolatan kəndi Boradigah sa-həsinin tərkibinə qatılmışdır.
1929-cu ildə Azərbaycan SSR-də rayonlaşma ilə əlaqədar olaraq Lənkəran qəzası ləğv edilmişdir.
1930-cu ildə Azərbaycan SSR-in tərkibində rayonlaşma aparılaraq müstəqil inzibati ərazi vahidi kimi Masallı rayonu təşkil edilmiş, Bala Kolatan kəndi onun tərkibinə daxil edilmişdir.
17 mart 1992-ci ildə Kolatan XDS İK ləğv edilərək onun bazasında Böyük Kolatan, Bala Kolatan, Sığdaş, Babakücə, Ninalov və Xanalion kəndlərini əhatə edən İcra nüma-yəndəliyi yaradılmışdır.
1992-ci ilin iyul ayında Sığdaş, Babakücə, Ninalov, Xanalion kəndləri ayrılaraq Sığ-daş kəndi mərkəz olmaqla yeni inzibatı-ərazi vahidi yaradılmışdır.
Bala Kolatan kəndində “Staxanov” adına kolxoz təsərrüfatı 1936-cı ildə yaradılmış-dır. Aşağıda adları qeyd edilən şəxslər həmin təsərrüfata rəhbərlik etmişlər (illər üzrə tarixlər təxminidir):
1. Zaman Abasov - Qızılavar k. (1936-1940)
2. Feyzi Abıyev - Bala Kolatan k. (1940-1943)
3. Səfərəli Cahangirov - Bala Kolatan k. (1943-1945)
4. Əsəd Qulamov - Bala Kolatan k. (1945-1946)
5. Məhərrəm Abdullayev - Bala Kolatan k. (1947) - 1 il
6. Əsəd Qulamov - Bala Kolatan k. (1948-1950)
1950-ci ildə Bala Kolatanda kolxoz təsərrüfatı ləğv edilərək Böyük Kolatan kəndin-dəki “Volodya Bağırov” adına kolxozla birləşdirilmişdir.
Kənddə ilk məktəb:
Bala Kolatanda əvvəlcə Əbsəli kişinin bir otağlı evindən, sonra isə Əmrah kişinin evinin müsadirə edilmiş bir otağından məkətəb kimi istifadə edilmişdir. Məktəb uşaqları sayca az olduqlarına görə, bir otaqda eyni vaxtda iki muxtəlif siniflərin şagirdləri dərs kecməklə tədris prosesi davam etdirilmişdir.
1972-ci ildə həmin ibtidai məktəb kəndin yetirməsi, görkəmli şəxsiyyət, alicənab insan Nəcəfəli Yaqub oğlu Əmirovun (Allah ona rəhmət eləsin!) köməyi ilə 8-illik mək-təbə çevrilmişdir. Hacı Aydın Ağamalı oğlunun şəxsi vəsaiti ilə tikilmiş əlavə sinif otaqlarının hesabına 2000/01-ci tədris ilində təhsil ocağı “orta məktəb” statusunu almış-dır. Məktəb bütün fəaliyyət dövrü ərzində rayonun qabaqcıl təhsil müəssisələrindən biri sayılmışdır.
1965-ci ilə kimi Bala Kolatan kənd ibtidai məktəbinə əslən Ərkivan qəsəbəsinin Pələnküştə məhəlləsindən olan müəllim Mürsəl Bayramov, 1965-ci ildən 1972-ci ilə kimi əslən Böyük Kolatan kəndindən olan müəllim Əli İsmayılov rəhbərlik etmişdir. 1972-ci ildən 2010-cu ilə qədər Allahverdi Nəzirov məktəbin direktoru vəzifəsində çalışmışdır.
Bala Kolatan kənd məktəbinə rəhbərlik edənlər:
1. Bayramov Mürsəl (1947 - 1965 - ci illər)
2. İsmayılov Əli Nəzir oğlu (1965 - 1972 - ci illər)
3. Nəzirov Allahverdi Yavər oğlu (1972 - 2011- ci illər)
4. Qulamov Elmar Rəfail oğlu (2011 - ci ildən indiyə kimi)
İlk müəllim:
Bala Kolatan kəndində doğulmuş (sonralar daimi yaşamaq üçün Lənkəran rayonuna köçmüş) Şıxəli Əli oğlu Ağayev Bakı Dövlət Uni-versitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirərək kəndin ilk ali təhsilli müəllimi olmuşdur.
Məscidlər:
Əhalinin və dindarların sayının artmasını, məsafənin uzaqlığını nəzərə alaraq kəndin ağsaqqalları Bala Kolatanda da Cümə məscidinin tikilməsini məsləhət bilmişlər.
1990-cı ildən etibarən sovet hakimiyyəti dağılmağa başladığı dövrdən etibarən dini mərasim və ibadətlərin keçirilməsi tamamilə azad şəkildə xalqın ixtiyarına verildi. Belə-liklə, kənd camaatının vəsaiti və iməciliklər hesabına, Hacı Aydın Ağamalı oğlu Sahi-bovun maddi köməyi ilə məscid binasının bünövrəsi qoyulmuşdur. Sonralar məscid binasının tikintisinin davamçıları olan İlqar, Mühacir, İqdam qardaşları (Ağalar Bəşiro-vun övladları) artezian quyusunun qazılmasında, taxta döşəmələrin qurulmasında iri məbləğdə maliyyə dəstəyi göstərmişlər.Yasər Bahaddin oğlu məscidin həyətinin hasara alınmasına, Zabil Xudaqulu oğlu binanın daxilinə su xəttinin çəkilməsinə, xalça döşən-məsinə, Hacı Xanxanım Fərman qızı topladığı təqaüd pulları ilə iki minarənin ucaldıl-masına, Cəmşid Fərhad oğlu Əhədov binanın bayır tərəfdən suvaq-bəzək işlərinə, Əh-mədşükür Yaqub oğlu Əmirov (mərhum) binanın ventilyasiya-istilik sisteminin quraş-dırılması işlərinə öz şəxsi maddi vəsaitlərini sərf etmişlər. Abbas Həbib oğlu Həbibovun maddi vəsaiti hesabına 2017-ci ildə məscid üçün 200 nəfərlik xeyir-şər zalı tikilmişdir.
Din xadimləri:
Molla Əbülfəz Axund Əhəd oğlu İmaməliyev (1870 - 1937)
1870-ci ildə Lənkəran qəzasının Bala Kolatan kəndin-də doğulmuşdur. İraqın Ən-Nəcəf ş. təhsil almışdır. Bala Kolatan kəndində dini mədrəsə açmışdır. Ağır təzyiqlərə və təqiblərə məruz qalmış, bütün əmlakı müsadirə edilmişdir. 1937-ci ildə həbs edilərək Bakı şəhərindəki Bayıl həbsxanasında güllələnmişdir.
Molla Şamil (İbrahim) Nəziri (1908 - 1946)
Şamil Nəzir oğlu Həmidov 1908-ci ildə Lənkəran qə-zasının Bala Kolatan (talışca: Qədə Kuləton) kəndində ərbab kəndli ailəsində anadan olmuşdur. Bala Kolatan kəndi-nin əsasını üç nəsil və üç ailə qoymuş, uzun illər ərzində kənd böyüyüb inkişaf edərək indiki vəziyyətinə gəlib çatmışdır. Kənddə məskunlaşan üç nəsildən birinin başçısı - Seməd oğlu Nəzər kişi Lerikin Mastair kəndindən köçüb gəlmişdir ki, o da əslən İranın Nəmin nahiyəsindən olmuşdur. Onun törəmələri yerli əhalinin xeyli hissəsini təşkil etməklə, kəndin yuxarı - günbatan tərəfində cəmləşmişlər. Nəzər kişinin ilk yurdu, ocağı indiki kənd qəbristanlığı ərazisində olmuşdur. Haliyədə onun nəvə-nəticələrinin böyük bir hissəsi Bala Kolatan kəndinin “Həmidoba” məhəlləsində məskunlaşmışlar. Həmin tayfanın övladlarından biri də Həmid kişinin nəvəsi Molla Şamil Nəzir oğlu (Nəziri) olmuşdur.
Molla Şamil Nəzir kişinin 5 oğlundan (Bayram, Yavər, Meydanəli, Möhübbət) biri - sayca 3-cü övladı olmuşdur. O, vaxtilə həm kənddə mollaxanada, həm də İranın Ərdə-bil şəhərində dini savad almış və orada yaşamışdır. Ötən əsrin 30-cu illərinin repressiya-sından canını qutarmaq üçün vətənindən baş götürərək qonşu İrana getmiş, Ərdəbil şəhəri yaxınlığındakı kiçik Sarıxanlı kəndində yaşayan ata-baba dostlarına sığınaraq orada məskunlaşmışdır. Orada bir sıra çətinliklərə məruz qaldığına görə əsil adını dəyi-şərək İbrahimlə əvəz etmişdir.
Molla Şamil Nəziri İranda mollalıq edərək çətin, əzablı həyat yolu keçmişdir. 1946-cı ildə SSRİ ilə İran arasında sərhədlər bağlandıqdan sonra onun döğma vətəninə gediş-gəlişi mümkün olmamış və həmin ildə İranın Germi şəhəri ətrafında yerləşən yaşayış məntəqələrinin bi-rində vəfat etmiş, orada dəfn olunmuşdur.
Ziyalılar:
Bayram Murtuza oğlu Şiriyev (Daha ətralı Kolatan kəndinin tanınmışlarında)
Nəcəfəli Yaqub oğlu Əmirov. (Daha ətralı Kolatan kəndinin tanınmışlarında)
İmamverdi Yavər oğlu Həmidov. (Daha ətralı Kolatan kəndinin tanınmışlarında)
Samit Agalar oğlu Bəşirov (Daha ətralı Kolatan kəndinin tanınmışlarında)
BVM-i və Qarabağ müharibəsi iştirakçıları:
Böyük Vətən Müharibəsində həlak olan döyüşçülərdən 13 nəfəri Bala Kolatan kən-dinin payına düşürdü. Əldə olan məlumata görə müharibəyə 30 nəfərə yaxın gənc yola salınmışdı ki, onların 6 nəfəri isə müxtəlif bədən xəsarətləri ilə tərxis olunmuşdular. Ümumiyyətlə,1939/45-ci illər müharibəsində iştirak edən Bala Kolatan cavanları: Muş-taba Həmidov, Yavər Həmidov, Rüstəm Zərbiyev, Rəcəb Abıyev, Əsəd Qulamov, Feyzi Abıyev, Tərlan Abdullayev, Möhübbət Həmidov, Həmzə Ağayev, Nəhmət Salmanov, Güləli Rəhimov, Xodaş Şabanov, Vəliağa Mənsimov, Kamil Baxşiyev, Cəfər Məmmədov, Ağayar Məmmədov, Məmməd Əhədov, Şirməmməd Şiriyev, Curoğ Əhədov, Mirzağa Heydərov döyüş meydan-larında fədakarcasına vuruşmuşdular. Onlardan Vəliağa bir ayağını itirməklə, Feyzi, Nəhmət ayaqlarından, Yavər, Əsəd, Tərlan isə qolların-dan yaralanmaqla müharibədən qayıtmışdılar. Şəhid və itkin düşməklə müharibədən qayıtmayan kənd sakinləri aşağıdakılardır:
1. Baxşiyev Kamil Ağababa oğlu
2. Canməmmədov Ataxan Mehrəli oğlu
3. Əhədov Curoğ Cabbar oğlu
4. Əhədov Məmməd Səmənd oğlu
5. Həmidov Müştəba Bəşir oğlu
6. Heydərov Mirzağa Həsən oğlu
7. Heydərov Qələmirzə Mənsim oğlu
8. Heydərov Təhməz Mənsim oğlu
9. Qulamov Ali Seyfulla oğlu
10. Məmmədov Cəfər Əmrah oğlu
11. Məmmədov Bəxti Məmmədyar oğlu
12. Məmmədov Ağayar Məmmədyar oğlu
13. Şiriyev Şirməmməd Həbib oğlu
Qarabağ uğrunda gedən döyüşlərdə kəndin şəhid olan igid döyüşçüləri aşağıdakılardır:
1. Ağayev Hikmət Şali oğlu
2. Baxşiyev Altay Xanəli oğlu
3. Qulamov Rafət Rəfail oğlu
Xeyriyyəçilər:
Abbas Həbib oğlu Həbibov
Cəmşid Fərhad oğlu Əhədov
Əhmədşükür Yaqub oğlu Əmirov
Hacı Aydın Ağamalı oğlu Sahibov
Hacı Xanxanım Fərman qızı Babayeva
İlqar, Mühacir, İqdam Bəşirov qardaşları
Yasər Bahaddin oğlu Məmmədov
Zabil Xudaqulu oğlu Qulamov
Kəndin adı: Bağıroba
Adının mənşəyi:
Kəndin ərazisində Bağır adlı tarixi şəxsiyyətin olması təsdiqlənmir. Kənd ağsaq-qallarının bildirdiyinə görə kəndin indiki ərazisində sıx meyvə bağları olmuşdur. 300 ildən artıq yaşı olan həmin ağacların qalıqlarına ötən əsrin əvvəllərində rast gəlmək mümkün idi. Kəndin adının həmin nənşədən yarandığı ehtimal edilir. Beləki, kəndin adı talış dilində üç sözün birləşməsindən əmələ gəlmişdir - “bağ”, “ro”, “oba” (Bağ yolu obası). Kəndin ərasisində ilk əvvəl Qarabağ tərəfdən gələn iki qardaş, sonralar başqa tayfadan olan daha 4 qardaş özlərinə yurd-yuva qurmuşlar. İndiki sakinlər həmin şəxs-lərin törəmələri hesab edilirlər. Kolatan i. ə. d.-nin tərkibində məhəllə kimi mövcud olan Bağıroba kəndi 1998-ci ildə kənd statusu almışdır.
Ərazisi: 288 ha
Əhalisi: 1.087 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən: kişi-552, qadın-535 nəfər
Bağıroba kəndində hal hazırda əsasən talış talış dilli əhali yaşayır. Kəndin uzun-ömürlü sakinlərindən biri Muxtar Seyfulla oğlu Babayev olmuşdur. O, Lənkəranda Talış xanı Mir Həsən xanın dəftərxanasında mirzəlik etmişdir. Onun Lənkəran əsilli həyat yoldaşı Hidayət xanın qızı Səkinə xanım olub.
Kəndin uzunömürlü sakinləri Muxtar Seyfi oğlu Babayev (1861-1967, 106 yaş), Hilal Gülməmməd oğlu Abdullayev (1878-1979, 101 yaş), Xanımcan Mirismayıl qızı Şıxəliyeva (1886-2001, 115 yaş), Umi Hənifə qızı Babayeva (1891-2007, 116 yaş) və b. olmuşlar
Əhalinin məşguliyyəti
Tarixən yerli əhali çəltikçilik, taxılçılıq, heyvandarlıq və XX əstin 40-cı illərindən başlayaraq çayçılıqla məşğul olmuşlar.
Həmsərhəd olduğu kəndlər:
Böyük Kolatan, Xanalion, Sığdaş, Babaküçə kəndləri ilə həmsərhəddir.
Coğrafi mövqeyi
Bağıroba kəndi Xəzər dənizindən 20-25 km qərb istiqamətdə, Talış sıra dağlarının Burovar silsiləsindən 2-3 km, rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Kəndin özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 27 m hündürlükdə yerləşir.
Füsünkar təbiəti, ab-havası, relyefinə görə Bağıroba kəndi Masallı rayonunun ən səfalı guşələrindən biri olmaqla, göz oxşayan əsrarəngiz gözəlliklərə malik olan ya-şayış yerlərindən biridir. Kəndin ərazisindən 2 dağ çayı - “Sardonəxıl” və “Sığdaş” çayları axıb keçir. Kəndin yerləşdiyi ərazi, olduqca səfalı guşə olmaqla yanaşı, həyat və yaşayış üçün əlverişli imkanlara malikdir. Həmin ərazilərdə zəngin su ehtiyatlarına malik olan, insanı valeh edən büllur bulaqların tarixi orta əsrlərə gedib çıxır. Çay ya-macları boyunca onlarla saf suyu olan gur bulaqlara rast gəlmək olar. Həmin bulaqlar tibbi nöqteyi-nəzərdən və ekoloji cəhətdən insan həyatı üçün faydalı, fiziki-kimyəvi tərkibi etibarilə həyati əhəmiyyət daşıyır. Bağıroba ərazisində əhalinin gündəlik istifa-dəsi üçün yararlı, su ehtiyatı ilə bol olan bulaqlar vardır ki, onlardan biri də “Sardo-nəxıl” (azərb.: sərin axar) bulağıdır. Talış dilində “sard” - soyuq, “xıl” - dərin, durğun, axarsız su hövzəsi deməkdir.
Maddi-mədəniyyət abidələri
Kəndin əhalisinin və dindarlarının sayının artması, ərazisinin böyüməsi nəticəsində 1884-cü ildə Kolatan kəndinin Bağıroba məhəlləsinin mərkəzində 7x12 metr ölçüdə kənd camaatının köməyi və vəsaiti hesabına ikinci Cümə məscidi tikilmişdir. Sovet dönəmində (1920-1991) məsciddən yerli kolxoz-sovxoz təsərrüfatı üçün anbar kimi istifadə edilmişdir. 1950-ci ildə məscid/ambarın damı çökdüyündən kənd sakini Əsəd Nəhmət oğlu Fətullayevin təşəbbüsü və kənd ağsaqqallarının dəstəyi ilə dam örtüyü təmir olunmuşdur. 1980-ci ildə məscidin divarı uçmaq təhlükəsi ilə üzləşdiyindən kənd ağsaqqalları Sərhəng Sadıxov, Xıdır Dadaşov, Aslan Sadıxov, Ağazahir Səmədov, Hacıəli Məmmədov, Əliağa Kişiyev və b. təşəbbüsü və kənd əhlinin maddi vəsaiti ilə dam örtüyü linglə qaldırılmış, divarları üç gün müddətində mişar daşından hörüldük-dən sonra dam həmin divar üzərinə qoyulmuşdur.
1989-cu ildən sonra məscid yenidən qapılarını dindarların üzünə açmışdır. 2002-ci ildə məscid tamamilə sökülmüş, yerində isə haliyədə həmin məscidin imamı Hacı Na-dir Xıdır oğlu Dadaşovun təşəbbüsü və birbaşa iştirakı ilə kənd sakinlərinin maddi və-saiti hesabına yenidən inşa edilmişdir.
Kəndin ərazisində yerli əhali tərəfindən aparılan qazıntılar zamanı su kəhrizləri məqsədilə istifadə edilən nehrəyəbənzər qədim saxsı borular aşkar edilmişdir.
İlk ali təhsilli
Kəndin ilk ali təhsilli mütəxəssisi ixtisasca fizika-riyaziyyat müəllimi olan Rəcəb Sabir oğlu Rəsulov olmuşdur.
Din xadimləri:
Baba Qurban oğlu Müslümov
Fazil Hənifə oğlu Dadaşov
Qurbanəli Saleh oğlu Salayev
Nadir Xıdır oğlu Dadaşov
Tanınmçış ziyalılar
Adil Əsəd oğlu Nəhmətov (üzümçüçük və şərabçılıq üzrə mütəxəssis)
Aydın Bəhlul oğlu Quliyev (Masallı rayonunda kamança ifaçılığı üzrə ilk mütəxəssis,
A. Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir).
Dölət Nağı oğlu Sadıxov - təhsili barədə səhih məlumat yoxdur. (40 ilə yaxın Bambaşı və Kolatan kəndlərində XDS-nin sədri vəzifəsində işləmişdir.
Ehtibar Sadıxov (ali təhsilli aqronom, II dərəcəli “Əmək” ordeninə layiq görülmüş-
dür).
Fərzi İsa oğlu Fərziyev - mühasib-hesabdar
Hacıbaba Bəhlul oğlu Quliyev (ibtidai təhsil metodikası üzrə sinif müəllimi)
Qədiməli İsaq Əmiraslanov (inşaatçı-mühəndis)
Nurulla Abas oğlu Eynullayev - mühasib-hesabdar
Vəkil Ağabala oğlu Ağayev (ibtidai təhsil metodikası üzrə ali təhsilli sinif müəllimi)
Xeyriyyəçilər:
Əsəd Nəhmət oğlu Fətullayev
Adil Əsəd oğlu Nəhmətov
Aslan Sadıx oğlu Sadıxov
Xıdır Qubad oğlu Dadaşov
Ehtibar Dövlət oğlu Sadıxov
BVM-də döyüşənlər:
Şəhid olanlar:
Bağı Qəni oğlu Səmədov
Davud Əbülfəz oğlu Seyfullayev
Əbdüləli Saleh oğlu Babayev
Gülağa Qafur oğlu Səmədov
Həşim Hüseyn oğlu Zahirov
Qubad Hənifə oğlu Dadaşov
Nəsrəddin Baba oğlu Babayev
Rəsul Fəyyaz oğlu Rəsulov
Şahab Atakişi oğlu Kişiyev
Vəli Həsən oğlu Rəhmətov
Vahab Atakişi oğlu Kişiyev
Sağ qalanlar:
Baba Qurban oğlu Müslümov
Əliheydər Rəhman oğlu Kişiyev
Haciəli Hilal oğlu Məmmədov
Qurbanəli Saleh oğlu Salayev
Rəcəb Sabir oğlu Rəsulov
I-II Qarabağ müharibəsində döyüşənlər:
Cəmil Şabala oğluRəhmanov
Əmrah Əsgər oğlu Qurbanov
Fərahim İltifat oğlu Bağırov
İlkin Elşən oğlu Əmiraslanov
Kamran Yaşar oğlu Əmiraslanov
Orxan Əbülfət oğlu Quliyev
Şəhidlər:
Əli Turac oğlu Quliyev
2001-ci ildə Kolatan i.ə.d. Bağıroba kəndində doğulmuşdur. 2020-ci ilin noyabr ayında erməni faşistlərinə qarşı II Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə qəh-ərəmancasına həlak olmuşdur.
Qeyd:
Bağıroba kəndinin tarixi və etnoqrafiyası ilə bağlı məlumatların toplanmasında əməyini əsirgəmyən ruhani, kənd Cümə məscidinin imamı Hacı Nadir Xıdır oğlu Dadaşova dətin təşəkkür və minnətdarlığımızı bildiririk.
Mənbə olaraq istifadə edilmiş ədəbiyyat:
Azərbaycan Sovet Ensiklopediyası I -VII cild. Bakı - “Qızıl Şərq” mətbəəsi - 1976.
Musarza Mirzəyev - “Mənim Masallım”. Bakı - “Azərbaycan” nəşriyyatı - 1991.
Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. Bakı - “Maarif” nəşriyyatı - 1992.
Musarza Mirzəyev - “Taıəş toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan” nəşriy-yatı - 1993.
“Masallı” müstəqil qəzeti - “Masallının görkəmli şəxsiyyətləri, müqəddəs məkanları ziyarət edənləri və istedadlı gəncləri barədə”. 15-30 sentyabr - 1995.
Vaqif Yusifli - “Ərkivan və ərkivanlılar”. Bakı - “Sabah” nəşriyyatı (1996).
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu - “Əxbarnamə” (Talış xanlığının tarixindən). Bakı - “DİZAYN EL MMC” nəş-riyyatı (2009).
Abdurrəhman Səmədov - “Ərkivan salnaməsi”. Bakı - “Viktori” nəşriyyatı (2009).
Allahvardi Nəzirov - “Yazdım ki, unudulmayaq”. AMEA Geologiya və Geofizika İnstitutu «Nafta Press» nəşriyyatının mətbəəsi. Bakı - 2015.
Urşan Tağıyev - “Kolatan və kolatanlılar”. Bakı. 2020-ci il.
İldırım şükürzadə -“1840-1930-cu ilə qədər Azərbaycanda hansı qəzalar fəaliyyət göstərib?”
Novruz Novruzov - “Masallı”. Bakı. 1990
Yazı “Masallı ensklopediyası” qrupu tərəfindən hazırlanmışdır.