Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fizika Olimpiadalarının Uğurlu Müəllimi - Emil Bayramov


 


        Bayramov Emil Allahverən oğlu 2006-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 2010-cu ildə ali təhsilini uğurla başa vurmuşdur. Universitetdə təhsil aldığı illərdə fəallığı və bilik səviyyəsi ilə seçilən Emil müəllim, tələbələr arasında keçirilən XIII Respublika Olimpiadasında bürünc medal qazanaraq elmə olan marağını praktik nəticələrlə sübut etmişdir.

         Ali təhsildən sonra tədris fəaliyyətinə başlayan Emil müəllim artıq 14 ildir ki, fizika müəllimi kimi fəaliyyət göstərir. O, bu illər ərzində şagirdlərinə yalnız bilik verməklə kifayətlənməyib, onları elm yarışlarında da uğurla təmsil etməyə hazırlamışdır. Onun  rəhbərliyi ilə 20-dən artıq şagird Respublika və zona səviyyəli olimpiadalarda qalib olmuşdur.

       Pedaqoji uğurlarına görə Emil Bayramov 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri rman, 2023-cü il  Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuşdur. Bu mükafatlar onun təhsilə verdiyi töhfənin dövlət səviyyəsində də yüksəkqiymətləndirildiyini göstərir.

       Əlavə olaraq, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəllimlərarası Respublika Olimpiadasında Emil müəllim 1-ci yerin sahibi olmuşdur. Bu, onun müəllimliklə yanaşı, elmi səviyyədə də daim öz üzərində çalışdığını və inkişaf etdiyini göstərir.

     Emil Bayramov bu gün də işinə eyni həvəs vəməsuliyyətlə yanaşaraq, yeni qalibləyetişdirməkdədavam edir. Onun uğurlu fəaliyyəti bir daha sübut edir ki, əsl müəllim yalnız dərs demir, həm də gələcəyin ziyalılarını formalaşdırır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10