Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İNDİKİ ASTARA RAYONU 1911-Cİ İLİN SİYAHIYAALINMASINDA




İndiki Astara rayonu 1911-ci ilin siyahıyaalınması zamanı Lənkəran qəzasının Lənkəran nahiyəsinin (sahəsinin) tərkibində olmuşdur. Rus dilində aparılan siyahıyaalınmada yaşayış məntəqələrinin adları, onların tərkibinə daxil olduqları icmalar, əhalinin etnik tərkibi, evlərin sayı, kişi və qadınlar ayrı-ayrılıqda verilməklə əhalinin ümumi sayı və ərazidə mövcud olan obyektlər öz əksini tapmışdır. 

Siyahıyaalınma zamanı indiki Astara rayonu ərazisində 36 yaşayış məntəqəsinin (kəndin) adı qeyd olunmuşdur ki, bu yaşayış məntəqələri də 6 kənd icmasında birləşmişdir. 

Kənd icmaları aşağıdakılar olmuşdur:

1. Astara - (rus hissəsi).  2. Bütəsər.  3. Ərçivan.  4. Rudəkəran.  5. Səncərədi.  6. Təngərud.

Özündə ən çox kənd birləşdirən icmalar Təngərud (18) və Rudəkəran (9), ən az kənd birləşdirən icmalar isə Astara, Səncərədi (1) və Ərçivan (2) icmaları olmuşdur. 

Siyahıyaalınmada adları qeyd olunan yaşayış məntəqələri aşağıdakılardır:


                      ASTARA - RUS HİSSƏSİ

1. Astara: - ev 197, əhali 1857 nəfər (kişi 875, qadın 982).


                      BÜTƏSƏR KƏND İCMASI

1. Bütəsər: - ev 282, əhali 3864 nəfər (k 1687, q 2177)

2. Vaqo: - ev 88, əhali 1210 nəfər (k 615, q 595)

3. Pirikalçaşaş: - ev 2, əhali 29 nəfər (k 11, q 18)

4. Torabi: - ev 7, əhali 120 nəfər (k 53, q 67)


                       ƏRÇİVAN KƏND İCMASI

1. Ərçivan: - ev 124, əhali 780 nəfər (k 433, q 347)

2. Maşxan: - ev 44, əhali 257 nəfər (k 134, q 123)


                    RUDƏKƏRAN KƏND İCMASI

1. Alaşa: - ev 74, əhali 491 nəfər (k 272, q 219)

2. Artupa: - ev 55, əhali 403 nəfər (k 202, q 201)

3. Giləkəran: - ev 91, əhali 546 nəfər (k 319, q 227)

4 - 9.  Rudəkənar, Qapıçı-Məhəllə, Qum, Mollaməscid, Saarap, Suparibağ: - ev 100, əhali 781 nəfər (k 419, q 362)


                   SƏNCƏRƏDİ KƏND İCMASI

1. Səncərədi: - ev 52, əhali 298 nəfər (k 147, q 151)


                  TƏNGƏRUD KƏND İCMASI

1 - 6.  Təngərud, Sım, Tiləkənd, Şəmətük, Nyuhabut, Acakənd: - ev 120, əhali 842 nəfər (k 466, q 376)

7 - 13.  Şui, Rəcikəş, Uzali, Bamabat, Miki, Puy, Sım: - ev 70, əhali 529 nəfər (k 303, q 226)

14 - 18.  Miki, Anzapun, Sahiyə kəş, Şatakücə, Siyaku: - ev 130, əhali 878 nəfər (k 504, q 374)


Qeyd edək ki, Hamoşam kəndi Tüliconi kənd icmasının tərkibində verilmişdir. Hamoşam kəndində 1 ev, 9 nəfər (k 5, q 4) qeydə alınmışdır. 

Tüliconi Lerik rayonunun tərkibindədir. Tüliconi kənd icması Alazəpin, Biləsər, Hamoşam, Kaqoy və Tüliconi kəndlərini əhatə etmişdir. Hal-hazırda Alazəpin, Biləsər Lənkəran rayonunun, Hamoşam Astara rayonunun, Kaqoy və Tüliconi kəndləri isə Lerik rayonunun tərkibindədir.


Siyahıyaalınma zamanı Rudəkənar kəndinin adı Rudəkənarud (Рудакенарудь) kimi yazılmış və həmçinin Miki və Sım adında 2 kənd qeydə alınmışdır. 

Maraqlıdır ki, hər iki Miki və Sım Təngərud kənd icmasının tərkibində qeydə alınmışdır. 

Siyahıyaalınma zamanı ən çox ev  Bütəsər (282), Astara (197), Ərçivan (124), Giləkəran (91), Vaqo (88) və Alaşada (74), ən az ev isə Hamoşam (1), Pirikalçaşaş (2) və Torabi (7) kəndlərində qeydə alınmışdır.

Bir çox kəndlərin əhalisi və evlərin sayı ayrı-ayrılıqda deyil, ümumi şəkildə verildiyindən burada onların əhalisinin və evlərinin konkret sayını müəyyən etmək mümkün deyildir. 

Ən çox əhali Bütəsər (3864 nəf.), Astara (1857), Vaqo (1210) və Ərçivanda (780) yaşamışdır. 

Bütəsər qəzanın ən iri yaşayış məntəqələrindən biri sayılmışdır. 

Siyahıyaalınmada adları qeyd olunan yaşayış məntəqələri üzrə əhalinin milli tərkibi Astaradan başqa, digər 35 kəndin hamısı üçün talış yazılmışdır. Astara yaşayış məntəqəsinin əhalisinin milli tərkibi isə rus, erməni və talış qeyd olunmuşdur.


Qeyd edək ki, Astara rayonu  8 avqust  1930-cu ildə yaradılmışdır. Rayon inzibati cəhətdən 1 şəhər (Astara), 2 qəsəbə (Kijəbə, Ərçivan) və 89 kənddən ibarətdir.


İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi


P. S.  Bütəsər indiki Pensər kəndidir. Astara 1945-ci ildən şəhər, Ərçivan isə 2012-ci ildən şəhər tipli qəsəbədir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10