Ərazinin özəllikləri:
Köhnə Alvadı kəndində olan Təpə-kurqanlar VII-IX əsrlərə aiddir.
Akademik Z.Bünyadov özünün “Azərbaycan VII-IX əsrlərdə” əsərində yazır ki, N.Korolyov Bəzz qalasının yerləşdiyi ərazinin xəritəsində qalaya gedən yollardan birinin Alvadı yaşayış məntəqəsindən keçdiyini göstərmişdir.
Suvarma məqsədilə tikilmiş 2 su anbarının sahillərində xeyriyyəçilərin təşəbbüsü və maddi köməyi ilə Park salınmışdır.
İsrafilzadə Vəli Rəşadət oğlu – paraolimpiada oyunlarında üzgüçülük üzrə Avropa çempionu.
Köhnə Alvadı kəndi rayonda yeganə kənddir ki, hələ indiyə qədər dükanlarında spirtli-içki satılmır.
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Faiq Hüseynzadə: +7 921 278 51 21 (acaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd kəndləri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Köhnə Alvadı İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)
8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html
Köhnə Alvadı ərazi dairəsi 1kəndi – Köhnə Alvadı kəndini əhatə
edir.
Kənd Masallı rayon mərkəzindən 6 km şimal-qərbdə, köhnə Bakı-Astara magistral yolunun üstündə, düzənlik sahədə yerləşir. Tatyan çayı Köhnə Alvadı kəndini iki yerə ayırır.
Kəndin əsas məşğuliyyəti: Qədimdən ticarət, heyvandarlıq və müasir dövrdə qismən də əkinçilik.
Həmsərhəd olduğu kəndlər: Qərbdən Tatyanoba və Güllütəpə, cənubdan Banbaşı, şimaldan Meşəkanarı, cənub-şərqdən Böyük Xocavar kəndləri ilə həmsərhəddir.
Əhalisi: (01. 01. 2021-ci il tarixə) 4308 nəfər
O cümlədən: kişi: 2191 nəfər; qadın: 2127 nəfər.
1849-cu il siyahıyaalınmasında 114 ev, 977 nəfər;
1863-cü il ------------------------- 149 ev, 1010 nəfər;
1873-cü il ------------------------- 160 ev, 1334 nəfər;
1886-cı il --------------------------- 177 ev, 1402 nəfər;
Ərazisi: 791,16 ha;
O cümlədən:
Əkin sahəsi: 394 ha:
Bələdiyyə torpaqları: 261 ha:
Yaşayış üçün istifadə edilən torpaq sahəsi: 88 ha.
Dövlət mülkiyyətinə saxlanılan torpaqlar ; 47.61 ha.
Bələdiyyənin ehtiyat fonduna verilən torpaq ; 14.23 ha.
Kəndin gələcək inkişafına ayrılan torpaq: 6.29 ha.
Kənd altında: 82.71 ha.
Kəndin adının mənası:
Köhnə Alvadı kəndi Tatyanoba kəndinin şərqindən başlayaraq , köhnə Bakı- Astara avtomobil yoluna kimi Tatyan çayı boyunca uzanan yaşayış məntəqəsidir. Uzunluğu 2.9 km, eni isə 600 metrəyə yaxındır. Dəmbəlov dağının zirvsindən kəndə nəzər saldıqda Köhnə Alvadı ərazisinin həqiqətən də ovalvari bir şökəklikdə, uzunsov vadidə yerləşdiyinin şahidi oluruq. Qədimdə bu çökəklik “al” – “qırmızı”lalə gülləri ilə bəzəndiyndən , kənd də öz tarixi adını bu iki sözün - "al və vadi", yəni “qırmızı vadi” sözlərinin birləşməsindən götürmüş və Alvadı adlanmışdır.
Kəndin tarixi:
Kəndin yaşayış məskəni kimi mövcud olması əldə olan mənbələrə görə iki min ilə gedib çıxır. Akademik Z.Bünyadov özünün “Azərbaycan VII-IX əsrlərdə” əsərində yazır ki, N.Korolyov Bəzz qalasının yerləşdiyi ərazinin xəritəsində qalaya gedən yollardan birinin Alvadı yaşayış məntəqəsindən keçdiyini göstərmişdir. Kəndin ərazisindən tapılan qəbiristanlıqda böyük bir küp çıxmış və küpün içərisində Eldəgizlər dövrünə aid mis pullar, zərgərlik alətləri və zərgərlik məmulatı mirvari (pasta) boyunbağı, daş alətləri, sapand və onun daşı və s. olması kəndin qədimliyindən xəbər verir. Kəndin əvvəlki yerinin şimalında , çayın kənarında indi də öz varlığını qoruyub saxlamış , hündürlüyü təxminən on iki m. olanbir " Kurqan- təpə mövcuddur. Bu təpə-kurqanın ətəklərində 50-60 il bundan qabaq qazıntılar zamanı qəbrlər aşkar edilmiş, bu qəbirlərdə insanın kəllə və çənə sümükləri, gümüş pullar, qab-qacaq, bişmiş kərpiclər tapılmışdır. Belə məlum olur ki, Alvadı kəndi VI-VII əsrlərdə mövcud imiş. Kənd o vaxtlar indi abidə kimi qorunan təpə-kurqanın yanında, “Dağlağan” deyilən yerdə, Tatyan çayının sahilində, Tatyan kəndindən 2,9 km şərqdə olub. Tatyan çayının daşması ilə kəndi tez-tez su basması təhlükəsi kənd camaatına kəndin indiki yerdə - bir qədər hündür yerdə salınmasını məcbur edib.
Köç zamanı kəndin bir neçə sakini ayrılaraq şimal tərəfə köç etmiş və indiki Təzə Alvadı kəndinin bünövrəsini qoymuşlar.
Kəndin tarixi abidələri:
Təpə-kurqanlar VII-IX əsrlərə aiddir. Kəndin yaxınlığında olan bu təpə-kurqanlar Şirvanın şimal torpaqlarından başlayaraq cənubda Astara rayonuna qədər tikilmişdir. Bir növ xəbər və siqnalların ötürülməsi üçün müasir poçt rolunu oynayırdı.
Köhnə Alvadı kənd dəyirmanı:
Köhnə Alvadı kənd dəyirmanı 1950-ci illərin yadigarıdır. İndi işlək vəziyyətdə deyildir. Tarixi abidə kimi qorunur.
II Dünya müharibəsində iştirak edənlər: 70 nəfər – 35 nəfər həlak olub, 35 nəfər sağ qayıdıb. Onların şərəfinə kənd qəbristanlığında xeyriyyəçi Ədalət Qarayevin maddi köməkliyi ilə abidə ucaldılıb.
II Dünya və Qarabağ Müharibələrində iştirak edən və həlak olanların şərəfinə 2 abidə qoyulub.
Köhnə Alvadı məscidi - 1902-1907-ci illərdən mövcuddur.
Məktəb – Sovetlər vaxtı 840 yerlik nəzərdə tutulan bu məktəbin binası yarımçıq qalıb. Bir hissəsi təmir edilib.
Yeni məktəb
Qəhrəmanlıq salnaməsi:
1918-ci ildə hakimiyyətdən devrilmiş Çar odrusu ilə yerli əhali arasında məşhur “Qızılağac davası” olmuşdur. O vaxtlar bu döyüşlərdə Köhnə və Təzə Alvadı kəndlərininin hər birindən 8 nəfər (cəmi 16 nəfər) iştirak eləmiş və həlak olmuşlar. Köhnə Alvadı kəndindən həlak olanlar:
1. İsmayıl Seyfulla oğlu
2. Əhməd Abdulhəsən oğlu
3. Əbülqasım Əhməd oğlu
4. Nəzir Məlik oğlu
5. İsrafil Vəli oğlu
6. Hüseynalı Şəkəralı oğlu
7. Ağabala Abuş oğlu
8. Abbas Abdulla oğlu
(Əli Mahmudoğlunun “Kəndimiz və sakinləri” kitabından)
Köhnə Alvadı kəndinin repressiya qurbanları . (1937 ci il.)
- Hacı İskəndər bəy və həyat yoldaşı Fatma xanım.
- Bayraməli Qurbanəli oğlu
və həyat yoldaşı Maral Məmmədqulu qızı Tağıyeva, - oğlu Əlhüseyn 9-10 yaşında, İsaq Bayraməli oğlu 1 yaş yarımında .
Milli hökumətin əsgəri olduğuna görə bolşeviklərin düşməni kimi həbs edilmiş və Qazaxıstan SSR-in Cambul viləyətində , Çu rayonunun " Hовый пут" kolxozunda sürgün həyatı yaşamışlar.
- Fatma Məhərrəm qızı 8-9 yaşında .
Kənddə ilk məktəbin açıldığı tarix:
1920-1930-cu illərdə savadsızlıq kursları açıldı. 1930-1940-cı illərdə 7-illik məktəb fəaliyyət göstərirdi. II Dünya m-si başlananda məktəblər bağlandı. 1945-ci ildə kənddə ibtidai məktəb binası tikilib. Burada Çaxırlıdan gəlmiş Kərimov Kərim Cəlal oğlu və bacısı Kərimova Həyat dərs demişlər.
İlk məktəb direktoru:
1946-cı ildə kəndin yetirməsi Seyfullayev Bəylər Xələf oğlu məktəbin ilk müdiri olub.
1924-cü ildə Köhnə Alvadı kəndində anadan olub. Azərbaycan pedaqoji institutunda təhsil alıb. 1946-cı ildən 1981-ci ilə kimi, düz 35 il Köhnə Alvadı kənd məktəbinə rəhbərlik edib. Nümunəvi işinə görə dövlət tərəfindən müxtəlif mükafatlarla təltif edilib. Onun rəhbərliyi dövründə 1950-ci ildə kənddə orta məktəb yarandı və çiy kərpicdən bina tikildi. 21 iyun 1981 ci ildə vəfat edib.
İlk Kənd XDS İK sədrləri:
Məhəmmədhüseyn Axund Məhəmməd oğlu – Kənd XDS sədri
Əhmədov Əbülhəsən Həmid oğlu - Kənd XDS sədi, “Şöhrət” ordenli.
Kəndin ilk ali təhsillisi:
İbrahimov Almas Məhəmməd oğlu
1923-cü ildə Masalılı rayonunun Köhnə Alvadı kəndində anadan olub. Azərbaycan Dövlət Redaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. Kənddə ilk ali təhsillidir. Masallının bir neçə kəndində rus dilini tədris edib. Son iş yeri Köhnə Alvadı kəndi olub. 7 avqust 1996- cı ildə vəfat edib.
Kolxoz-sovxoz:
1930-cu illərdə kolxozlaşma başlayanda kənddə “Molotov” adına kolxoz yaradılıb. 1943-cü ildə bir neçə ətraf kəndlər – Kosakül, Binə Xocavar, Böyük Xocavar və Banbaşı kəndləri birləşdirilərək əvvəl “Sovet Azərbaycanı” kolxozu, sonra isə 1960-cı illərdən sovxozu adlandırılıb. 1991-ci ildə Köhnə Alvadı kəndi ayrılaraq ayrıca sovxoz olub.
İlk kolxoz sədrləri:
1. Məmmədov Abdulla Alı oğlu – 1930-cu ildə İlk kolxoz sədri olub.
2. Həsənov İsa Mustafa oğlu - 1934-cü ildə kolxoz sədri olub.
3. Məmmədov Alxas Əbil oğlu - 1943-cü ildə kolxozun sədri olub.
4. Cəfərov İsa Şükür oğlu - 1946-cı ildə kolxozun sədri olub.
İlk sovxoz direktorları:
1. Əliyev Kəlbihüseyn Qulam oğlu – - ilk sovxoz direktoru olub.
2. Əlişov Əli Mahmud oğlu - sovxoz direktoru olub.
3. Məmmədov Əvəz Seyfulla oğlu – sovxoz direktoru olub.
İlk kənd bələdiyyəsinin sədri:
Əsgərov Müctəba Qubad oğlu - 1999-2004-cü illərdə
Məmmədov Ramiz Əlxas oğlu - 2005-2014-cü illərdə
Qəhrəman analar: 40 nəfər.
Kəndin müxtəlif vəzifələrdə işləyən tanınmışları:
Kənddə:
Köhnə Alvadı kəndinin ilk vəzifəlilərindən Hacı Əli və
Hacı Bağır Həsən oğullarının olduqları deyilir. Çar Rusiyası dövründə 25 il kəndxuda vəzifələrini icra ediblər. Yaşadıqları tarix, təxminən 1870- 1926 cı illəri əhatə edir. Şura hökuməti qurulduqdan sonra bütün torpaqları və əmlakları müsadirə olunub.
Qaçaq Məhərrəm
1885-ci ildə Köhnə Alvadı kəndində anadan olub. Köhnə Alvadı kəndinin ən igid, cəsur kişilərindən biri olub. O vaxtkı çar məmurlarına qarşı çıxıb, haqsızlığa dözməyib, oğru və quldurlara qənim kəsilib. Elə ona görə də qaçaq düşüb. Lap axırda özü təslim olub və Qazaxıstana sürgün olunub. Bundan sonra Məhərrəmdən xəbər çıxmayıb.
Məhəmmədhüseyn Axund Məhəmməd oğlu - təxminən 1864-65-ci illərdə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub .1923 -1924 cü illərdə kənddə komsomolun yerli təçkilatının katibi, 1924 -1926-cı illərdə isə kənd sovetinin sədri vəzifəsini icra edib. Kənd ağsaqqallarının dediyinə əsaslansaq deyə bilərik ki, kənddə ilk kənd sovetinin sədri kimi tarixə düşüb.1926-cı ildə vəfat edib .
Məmmədov Abdulla Alı oğlu - İlk kolxoz sədri olan Köhə Alvadılıdır . 1890-cı illərdə Köhnə Alvadı kəndində anadan olub. 1931-ci illərdə "Molotov " adına kolxozun sədri olub . 1941- 1945-ci illərdə II Dünya müharibəsinə gedib, müharibədə həlak olub.
Həsənov İsa Mustafa oğlu - kolxozun sədri olub.
1898-ci ildə Köhnə Alvadı kəndində anadan olmuşdur. Astraxanbazar rayonunun ( indiki Cəlilabad) Prişib qəsəbəsində (indiki Göytəpə şəhəri) dövlət qulluqçusu kimi işə başlamışdır .Təxminən 1934-cü illər dən sonra Köhnə Alvadı kəndində kolxozun sədri seçilmişdir . Kolxoz sədirliyindən çıxdıqdan sonra da işləməyini davam etdirmiş, sıravi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu il noyabırın 4-də vəfat edib.
Cəfərov İsa Şükür oğlu - Köhnə Alvadı kolxozunun sədri olub.
1906-cı ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub . Köhnə Alvadı Kənd İstehlak Cəmiyyətinin sədri, Köhnə Alvadı kolxozunun sədri seçilib və xəstəliyi ilə əlaqədar imtina edib. Düzlüyü və etiqadı ilə nüfuzlu adam olub. 1946-cı ildə vəfat edib.
Məmmədov Alxas Əbil oğlu - kolxozun sədri olub.
1909-cu ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Kənd ibtidai məktəbində oxumuşdur. 1941-1945 ci il II Dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə yaralanaraq ordudan təxris olunmuşdur. Kəndə qayıtdıqdan sonra kənd əhalisinin dəstəyi ilə kənddə kolxozun sədri seçilmişdir. İşlədiyi dövrlərdə kənd əhalisini o illərdə çətin vəziyyətdən çıxarmağı bacarmış, onun vaxtında kənddə kərpic və kirəmid sexləri istifadəyə verilmişdir. O, bu vəzifədə 1958-ci ilə qədər fəaliyyət göstərmişdir.1969-cu il sentyabırın 12-də vəfat etmişdir.
Qarayev Salman İmran oğlu - kənd XDS-nin sədri olub.
1921-ci il aprelin 25-də Köhnə Alvadı kəndində anadan olub.1941-1945-ci illər II Dünya müharibəsində arxa cəbhə veteranıdır. Təzə Alvadı və Çaxırlı kəndlərində kənd sovetinin sədri vəzifələrini icra edib.1995-ci il avqustun 21-də vəfat edib .
Məmmədov Əvəz Seyfulla oğlu – sovxoz direktoru və tədarük məntəqəsinin müdiri işləmişdir.
Şükürov Hüseyn Musa oğlu - Masallı Rayon Mərkəzi Xəstəxanasında baş mühasib işləyib.
1933-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Bakı Maliyyə - Kredit Texnikumunu bitirmiş, 1980 –1986-cı illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında baş mühasib, 1986 –1990- cı illərdə Köhnə Alvadı kəndində "Sovet Azərbaycanı" sovxozunda mühasib vəzifələrində çalışmışdır. 2021-ci ilin aprel ayının 14-də vəfat edib.
İbişov İbiş Abdulla oğlu - anbar müdiri və xeyriyyəçi.
1925-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Bir çox xeyriyyə işləri ilə məşğul olmuş, kənd ağsaqqalı kimi bütün xeyir-şər işlərində iştirak etmiş, insanlar arasında sülh, dostluq yaradılmasına çalışmışdır. " Sovet Azərbaycanı” sovxozunda anbar müdiri işlədiyi müddətdə heç nədən çəkinmədən camaata yardım etmişdir. 29 oktyabr 1988-ci ildə vəfat edib.
Ağayev Vəliş Əlibala oğlu - RİH Başçısının Ərazi üzrə nümayəndəsi olub.
1952-ci ildə doğulub. Lənkəran Pedaqoji Texnikumunu və ADPİ-nun filologiya fakültəsini bitirib. 1997-2006-cı illərdə Masallı Rayon İH Başçısının Köhnə Alvadı İnzibati Ərazisi üzrə nümayəndəsi olub. 25.10.2006-cı ildə vəfat edib.
Seyfullayev Məmməd Mansur oğlu - kənd bələdiyyəsinin sədri olub.
1951-ci il sentyabrın 15-də Masallı rayonunun Köhnə Alvadı kəndındə anadan olub. 1971-ci ildə ADU-nun geoloji coğrafiya fakültəsində qiyabi oxuyaraq Güllütəpə və Köhnə Alvadı kənd orta məktəblərində coğrafiya müəllimi işləyib. 2009-cu ildən 2014-cü ilə kimi Köhnə Alvadı kənd blədiyyəsinin sədri vəzifəsini icra edib. Hal-hazırda təqaüddədir.
Məmmədov Vaqif Alxas oğlu - kənd bələdiyyəsinin sədridir.
1950-ci il fevralın 14-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 1973 -1976-cı illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında oxumuşdur. 1970-1990-cı illərdə Masallı Kooperativ İttifaqında işləmişdir. 2015-ci ildən Köhnə Alvadı kənd bələdiyyəsinin sədridir.
Süleymanov İsa Qaraxan oğlu - Masallı RİH-in Köhnə Alvadı kəndi üzrə icra nümayəndəsi olub.
1967-ci il iyunun 6-da Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub.1989-cu ildə RF-in Omsk İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. 2006-cı ildən 2019-cu ilə kimi Köhnə Alvadı kəndındə Masallı RİH-in Köhnə Alvadı kəndi üzrə icra nümayəndəsi işləyib.
Şükürov İsa Eldar oğlu - texnik-mühəndis
1960-cı il fevralın 29-da Köhnə Alvadı kəndində anadan olub. Bakı Sənaye-Pedaqoji Texnikumunda, Azərbaycan İnşaat Mühəndisləri institutunda təhsil alıb, tikinti mühəndisidir. Rayonun tikinti müəssisələrində tikinti mühəndisi, Azərenerjinin Masallı filialında mühəndis vəzifələrində çalışıb.1999-cu ildə Köhnə Alvadıda inşa edilən təzə məsçidin layihə müəllifidir.
Rayonda:
Qarayev İsa İmran oğlu – (1915-02.07.1984). – RXMŞ-da Baş mühasib.
1937-ci ildə Masallı Rayon MTS-də siyasi idarənin I katibi işləmişdir. 1945-1956-cı illərdə Maliyyə Nazirliyi Rayonlararası İdarəsinin cənub zonası üzrə Baş müfəttişi işləyib. 1956-1977-ci illərdə Masallı RXMŞ-in Baş mühasibi işləmişdir.
Seyfullayev Mansur Xələf oğlu - Masallı Kooperativlər İttifaqının sədri
1913-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub.1942-1945-ci illərdə müharibədə olub. 1959-1961-ci illərdə Köhnə Alvadı kəndində kolxoz sədri işləyib. Sonra isə Masallı Kooperativlər İttifaqının sədri, daha sonra Masallı Yol-Təmir İdarəsinin müdiri vəzifələrində şalışıb. 1991-ci il may ayının 20-də vəfat edib.
İsrafilov Vəli Mikayıl oğlu - Masallı Rayon Əmanət bankının müdiri işləmişdir.
10 dekabr 1936-cı ildə doğulub. 1963-1967-ci uillərdə Azərvbaycan xalq Təsərrüfatı İnstitutunda oxuyub. 1984-1989-cu illərdə Masallı rayon Əmanət Bankının müdiri, 1989-1995-ci illərdə Az. maliyyə Nazirliyinin cənub bölgəsi üzrə Baş müfəttişi vəzifələrində çalışıb. 07.03.2009-cu ildə vəfat edib.
Məmmədov Ramiz Əlxas oğlu - Masallı Rayon İH Başçısının Masallı şəhəri üzrə nümayəndəsi işləmişdir.
1933-cü il Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub.1953-1958-ci illərdə DU-nun (indi BDU) tarix fakültəsini bitirmişdir. Köhnə Alvadı məktəbində bir il müəllim, sonra isə iki il məktəbin direktoru olmuşdur.1961-ci ildən Masallı RPK-in təşkilat şöbəsində iki il təlimatçı kimi çalışmış, sonra isə səkkiz il şöbənin müdiri vəzifəsində işləmişdir. 1972-ci ildən başlayaraq 17 il Masallı rayon şəhər sovetinin sədri olmuşdur. Təqaüdə çıxdıqdan sonra 2005-ci ildən Köhnə Alvadı kənd bələdiyyəsinin sədri seçilmişdir. 2014-cü il dekabırın 13-də vəfat etmişdir.
Məmmədov Əvəz Seyfulla oğlu - Masallı tərəvəz bazasının direktoru olub.
14 iyun 1937-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub.1963-cü ildə Bakı Plan-İqtisad Texnikumunu bitirmişdir.1965-1969-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakultəsində oxumuşdur. Masallı tərəvəz bazasının direktoru, 1976-cı ildən Masallı rayon Güllütəpə kəndindəki "Səməd Vurğun" adına sovxozun direktoru, sonra Yeyənkənd kəndindəki "Odessa" sovxozunun direktoru olmuşdur. 1983-cü ildən ömrünün sonuna kimi Köhnə Alvadı kəndi sovxozunun direktor müavini vəzifəsini daşımışdır. 22 dekabr 1992-ci ildə vəfat edib.
Əsgərov Müctəba Qubad oğlu - Masallı Rayon Kooperativlər İttifaqının sədri olub.
1937-ci il oktyabırın 22 də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir . 1980-1984-cü illərdə " Sovet Azərbaycanı" sovxozunun direktoru ,1984 ildən Masallı Rayon Kooperativlər İttifaqının sədri, 1987-ci ildən "Köhnə Alvadı" sovxozunda baş iqtisadçı, 1999-2004-cü illərdə Köhnə Alvadı kənd bələdiyyəsinin sədri vəzifələrində fəaliyyət göstərmişdir. 29 oktyabr 2009-cu ildə etmişdir.
Əliyev Kəlbihüseyn Qulam oğlu – Masallı Rayon Məişət Evinin direktoru vəzifəsində işləmişdir.
1938-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. 1976-cı ildən 1981-ci ilə kimi Masallı Rayon Məişət Evinin direktoru, 1981-ci idən 1983-cü ilə kimi Aqrar Sənaye Birliyində şöbə müdiri , 1983-cü ildən 1992-ci ilə kimi Köhnə Alvadı kənd sovxozunun direktoru vəzifələrində çalışmışdır. 07.08. 2018-ci ildə vəfat edib.
Şükürov Əmir Musa oğlu - Masallı tütün kombinatında sex rəisi, istehsalat müdiri vəzifələrində çalışıb.
22 noyabr 1937-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda oxuyub. 1967-ci ildən " Sovet Azərbaycanı” sovxozunda aqronom,1968-1985-ci illərdə Masallı tütün kombinatında sex rəisi, istehsalat müdiri vəzifələrində çalışıb. Kənddə ilk iş adamı kimi 1988-ci ildən Köhnə Alvadı kərpic zavodunu tikərək istehsala başlamışdır. Kənddə xeyriyyəçi kimi də fəaliyyət göstərir. 17 oktyabr 2005-ci ildə vəfat etmişdir.
Əlişov Əli Mahmud oğlu – Masallı Rayon PK-nın II katibi olub.
1938-ci il aprelin 14 də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 1967-1970-ci illərdə Rayon Komsomol Komitəsinin I katibi işləmişdir.1970-1871-ci illərdə "Sabir " adına sovxozun direktoru olmuşdur. 1971-1975-ci illərdə Masallı Rayon PK-nin katibi və ikinci katibi vəzifələrində çalışıb. 1976-1982-ci illərdə "Nizami " adına sovxozun direktoru, 1982-1986-cı illərdə Masallı Meyvə-Tərəvəz Konserv Zavodunun direktoru olmuşdur.1991-1992-ci illərdə "Köhnə Alvadı " sovxozunun direktoru, 1992-ci ildə Masallı Rayon "Aqrokonbinat”ın Baş direktoru olmuşdur. 2000-ci ildən təqaüddə. Bir neçə kitabın müəllifidir.
Məmmədov İnşallah Alxas oğlu - “Çağırış" qəzetinin redaktoru olub.
1941-ci il oktyabrın 20-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 1969-1975-ci illərdə Azərbaycan Dövlət Univetsitetinin jurnalistika fakültəsində qiyabi təhsil almışdır .Təhsil aldığı müddətdə Masallı rayon " Çağırış" qəzetində əməkdaş kimi işə başlamışdır. Bir müddət sonra həmin qəzetin redaktoru vəzifəsində çalışmışdır. 17 noyabr 2003-cü ildə vəfat etmişdir .
Nurullayev Rasim Kamil oğlu – Masallı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi.
22.04. 1963-cü ildə Köhnə Alvadı kəndində doğulub. 1997-2002 Azərbayan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsində oxuyub. 2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsində oxuyub. 2014-cü ildə Maliyyə Nazirliyi yanında maliyyə elm-tədris mərkəzində hazırlıq kursu keçib.
07.07.1989-24 .04. 1990-cı illərdə Masallı Üzüm Emalı Zavodunda kimyaçı mühəndis,24.04.1990-12 .07. 1995-ci illərdə həmin idarədə istehsalat rəisi. 10.08.1996-30.04.1998-ci illərdə Ədalət-P Şirkətində Baş mühasib, 03.05.1999-01.05.2007- ci illərdə Masallı Rayon Təhsil Şöbəsində Baş mühasib, 01. 05. 2007-06.01.2010-cu illərdə Təhsil Şöbəsində uçot qrup rəhbəri, 06.01.2010- 01.08. 2016-cı illərdə Təhsil Şöbəsinin baş məsləhətçisi işləmişdir.
Masallı Rayon Təhsil Şöbəsinin, Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və YAP-ın Masallı Rayon Təşkilatının Fəxri fərmanları və “Yubiley döş nişanı” və sair təltiflərlə mükafatlandırılıb.
Əkbərov Məhərrəm Əli oğlu - Masallı Rayon Kooperativ İstehlak Cəmiyyətində Baş mühasib olub.
1926-cı ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub .Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib 1970-1988-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında müfəttiş kimi şalışıb və Masallı Rayon Kooperativlər İttifaqı İistehlak Cəmiyyətində Baş mühasib vəzifəsində işləyib. 2014-cü il avqustun 28-də vəfat edib.
Əliyev Ərəstun Bayram oğlu - Masallı Rayon Rabitə Qovşağı rəisinin birinci müavini və Baş mühəndis vəzifəsində çalışmışdır.
1954- cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində doğulmuşdur. 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunda oxumuşdur. 1989-2011- ci illərdə Masallı Rayon Rabitə Qovşağı rəisinin birinci müavini və Baş mühəndis vəzifəsində çalışmışdır. 2008-ci ildə "Rabitə ustası " döş nişanı ilə təltif olunmuşdur. Hal -hazırda Masallı rayon Köhnə Alvadı kənd rabitə qovşağının stansiya mühəndisi vəzifəsində çalışır.
Sadıqzadə Laçın Cəfər oğlu -Masallı Rayon İH Başçısının Masallı şəhəri üzrə nümayəndəsi işləmişdir.
Mirzəyev İnqilab Balaxan oğlu - Masallı Rayon İcra Hakimiyyətində Aqrar Şöbədə işləyir.
1959 cu ildə Masallı rayon Köhnə Alvadı kəndində anadan olub .1987 ci ildən Dövlət texniki İnventarlaşdırma İdarəsinin baş mühəndisi və Masallı Rayon Dövlət Reyesteri Xidmətinin rəisi işləmişdir. Hal-hazırda Masallı Rayon İcra Hakimiyyətində Aqrar Şöbədə işləyir.
Abuşiv Ruslan Mürsəl oğlu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının direktor müavinidir.
20 dekabr 1972-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub.1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Univerisitetini bitirib.1997-2013-cü illərdə DSMF Masallı Rayon Şöbəsində Baş məsləhətçi və gəlirlər sektorunun müdiri, DSMF -nin iri sığorta edənlərlə departamentinin proqnoz, uçot və təhlil şöbsinin müdiri, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının direktor müavinidir.
Ölkədə;
Qarayev Siyasət Salman oğlu - Meşə Təsərrüfatı Nazirliyində (indiki Ekologiya Nzirliyi) şöbə rəisi vəzifələrində çalışmışdır.
1949-cu il iyulun 10-da Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. Leninqrad Meşə Təsərrüfatı Akademiyasıni bitirib. 1969-1971-ci illərdə "Sovet Azərbaycanı " sovxozunda şöbə mühasibi, 1972-1975-ci illərdə Bakı Şəhəri Mərkəzi Ststistika İdarəsində şöbə müdiri,1975-2019-cu illərdə Meşə Təsərrüfatı Nazirliyində (indiki Ekologiya Nzirliyi) şöbə rəisi vəzifələrində çalışmışdır. 1992-1997-ci illərdə Nazirliyin Kollegiya qərarına əsasən Masallı Rayon Meşə Təsərrüfatı İdarəsinə direktor təyin olunmuşdur. 2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "Fövqalədə Hallar Nazirliyinin on illiyi" medalına layiq görülmüşdür. Hal-hazırda təqaüddədir.
Əlibəyli Qulamhüseyn Surxay oğlu - (08. 09. 1958) dövlət və siyasi xadim.
Azərbaycan Milli Məclisinin I və II çağırış deputatı, Aydınlar Partiyasının sədri - (2009-cu ildən). (Ətraflı “Alimlər” bölümündə)
Mirzəzadə Asim Vilayət oğlu – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
1990-cı il noyabırın 7-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 2008-2012-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. 2014-2019-cu illərdə "ATASĞORTA" ASC -də hüquqşünas və şöbə müdiri vəzifəsində çalışıb. 2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyətdədir.
Həsənov Musa Qulamhüseyn oğlu – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
1986-cı ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 2004-cü ilin mayında Lənkəran türk litseyini əla qiymətlərlə bitirib. 2006-2012-ci illərdə Türkiyədə Ankara Universitetinin hüquq fakültəsində təhsil alıb. 2014-2018 ci illərdə ƏMDK- də hüquqşünas kimi işə başlayıb. 2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyət göstərir.
Yüksək dövlət mükafatları alanlar:
Nurullayev Kamil Yadulla oğlu - “Şərəf nişanı” ordenli.
01 .10.1931-ci ildə Masallı rayon Köhnə Alvadı kəndində doğulub. 1951-56-cı illərdə Lenin adına Azərbaycan DPİ-da oxuyub. 01.09. 1955 -27.08.1962-ci illərdə Cəlilabad rayonu Xanəgah kəndində müəllim , 22.08.1960-27.08.1960-cı illərdə Təzə- Alvadı kəndində müəllim, 27.08.1962-25.09.1971-ci illərdə K.Alvadı kəndində müəllim işləmişdir. 1960-cı ildən dünyasını dəyiişənə kimi Masallı RXMŞ-da ixtisası üzrə ştatdankənar metodist işləmişdir.
20.07 .1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1971 ci ildə vəfat edib.
Əhmədov Əbülhəsən Həmid oğlu - Kənd XDS İK sədri, “Şöhrət” ordenli
1936-cı il may ayının 5-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub . 1966-1968-ci illərdə Göyçay Kənd Təsərrüfatı məktəbində təhsil alıb . "Sovet Azərbaycanı " sovxozunda mexanizator işləyib..Bakı Ali Partiya Məktəbini bitirib .1976-cı ildə Ərazidə 21 il kənd XDS İK-in sədri işləmişdir. Köhnə Alvadı kəndində ilk Kənd XDS İK sədri olub.1956-cı ildə Macarıstanda döyüş yolu keçib. " Şöhrət“ ordeni ilə təltif olunub.
Qurbanov Aynur İsaq oğlu - “Şöhrət” ordenli.
9 oktyabr 1963-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub .1983-1986- cı illərdə Bakı Neft Texnikumunda oxumuşdur. İxtisası üzrə Dövlət Neft Şirkətinin neft-qaz çıxarma opetatoru kimi işə başlamışdır. 2001-ci ildə Respublika Prezidenti H. Əliyev tərəfindən "Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Kəndin I Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş sakinləri haqqında:
I Qarabağ uğrunda döyüşlərdə Köhnə Alvadı kəndi 3 şəhid vermişdir:
Əsgərov Əlihasil Hüsü oğlu - 25.VI. 1965 - 22.X.1992.
Adı Köhnə Alvadı məktəbinə verilib.
Həsənov Zöhrab Məmmədxan oğlu - 20. VIII. 1974 - 27.XII.1993.
Məlikzadə Fuad Seymur oğlu - 23.XI. 1990 - 03.VII.2009.
2013-cü ildə Kənd bələdiyyəsinin təşəbbüsü ilə bu üç şəhidin abidəsi tikilmiş, adları lövhəyə həkk olunmuşdur.
II Qarabağ Müharibəsi qaziləri və veteranları:
İştirakçı 18 nəfərdir; Şəhid yoxdur.
o cümlədən:
4 nəfər qazidir.
14 nəfər veterandır.
II Qarabağ müharibəsində iştirak etmiş hərbiçilərin siyahısı :
Qazilər:
1. Yahyazadə Fuad Həsən oğlu .
01.04.2001. - yaralandığı tarix : 20.10.2020. (Füzuli rayonu).
2. Yunusov İsaq Mahir oğlu.
06.07.1998. - yaralandığı tarix : 21.10.2020. (Füzuli rayonu)
3. Əliyev Zabil Zahid oğlu.
11.06.1996. - yaralandığı tarix 08.11.2020.(Füzuli rayonu)
4. Zeynalov Mirəbəlfəz Mirdaməd oğlu.
11.02.2000. - yaralandığı tarix : 04.10.2020 (Kəlbəcər) və 28.10.2020.(Füzuli rayonu
Veteranlar:
1) Bəylərzadə Bəylər Əziz oğlu 21.09. 2020 .
2) Fərəcov Sahil Hasil oğlu. 21.09.2020.
3)Şahmarov İsrail Vətən oğlu. 21.09.2020.
4)Cəfərov Mirbəşir Mirfətta oğlu. 29.09.2020.
5) Əliyev İltifat Rəşadət oğlu. 29.09.2020.
6) Məmmədli Toğrul Vüqar oğlu. 29.09.2020.
7) Həsənov Qismət Məmmədxan oğlu. 29.09.2020.
8)Vəlişov Saleh Abuzər oğlu. 29.09.2020.
9) Nağıyev Azər Zahid oğlu. 01.10.2020.
10)Məmmədov Rza Fariz oğlu. 12.10.2020.
11)Mirzəyev Rauf Qəmbər oğlu. 12.10.2020.
12. İsaqzadə Yusif Yasər oğlu. Doğulduğu tarix 12.03.1999.
01.07.2020-ci ildən hərbidə.
13. Mirzəyev Heydər Raqif oğlu . 08 .11.2020. Qarabağ veteranı .
14. Tağlyev Cavid Əlyar oğlu. Döyüşdə olduğu tarix 2020.
2021-ci ildə hərbidə olub. İki medalı var.
Alimlər:
Bağırzadə Elşən Rəsul oğlu - iqtisadiyyat üzrə elmlər doktoru
- 4 sentyabr 1982-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur.
- 1999-cu ildə Masallı şəhərində “Dəfinə” riyaziyyat və ingilis təmayüllü lisey məzunu olmuşdur.
- 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr dərəcəsi, 2005-ci ildə magistr dərəcəsi almışdır.
- 1 aprel 2014-cü ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
- 2010-cu ildən “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimi olub.
- 2014 il aprelin 3-dən İqtisad Universitetinin rektorunun müşaviri, “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir.
- Azərbaycanda və xaricdə 40-dan çox elmi məqaləsi dərc edilib.
- 1 dərs vəsaitinin müəllifi, 1 kitabın həmmüəllifidir.
- 2009-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Böyük Elmi Şurasının qərarı ilə “İlin Gənc Tədqiqatçısı” və “İlin ən yaxşı müəllimi” mükafatlarına layiq görülüb.
- 2012-ci ildə aspirant və gənc tədqiqatçıların XIII Respublika konfransında 1-ci yerə layiq görülmüşdür .
- Hər il keçirilən “Avrasiya Sosial Elmlər Forumu”nun təsisçilərindən biri, Vergilər Nazirliyinin “Azərbaycanın Vergi Jurnalı”nın rəyçisi, Türkiyənin Haccettepe Universitetinin “Sosyoekonomi” elmi jurnalının elmi məsləhətçisidir.
Əlibəyli Qulamhüseyn Surxay oğlu - hüquq üzrə fəlsəfə doktoru, ADU-nun müəllimi.
1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir. 1995–2008-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, 2009-cu ildən isə Aydınlar Partiyasının sədridir.
1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri idi.
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) II çağırış Milli Məclisin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
2008-ci ildə baş tutan Prezident seçkilərində mübarizə apardı. 2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) qalmaqallı formada istefa verməsindən sonra o, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu bildirib. Keçmiş AXCP üzvləri tərəfindən qurulan Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Cəbrayılov Faiq Nizam oğlu - Tibb üzrə fəlsəfə doktorudur.
1985-ci il dekabırın 22-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2013-2017-ci illərdə Göz Xəstəlikləri İstanbul Cərrahpaşa tibb fakültəsində təhsilini davam etdirib. Tibb üzrə fəlsəfə doktorudur.Türk Oftolmoloji Dərnəyinin , Türk Həkimləri Birliyinin üzvüdür.
Zabitlər:
Qarayev Samir Siyasət oğlu - polis polkovniki
1980-ci ildə Bakıda doğulmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, "Heydər Əliyev təqaüdü” ilə oxumuş və 2003-cü ildə fərqlənmə diplomu ilə universiteti bitirmişdir. 2003-cü ildə daxili işlər orqanlarında işə başlamış, hal-hazırda DİN-də şöbə rəisidir. Polis polkovnikidir. İşlədiyi müddətdə bir çox fəxri fərmanlarla təltif olunmuşdur.
Mirzəyev Əliheydər Ələkbər oğlu – Silahlı Qüvvələr mayoru.
10 avqust 1942 ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub . Əmək fəaliyyətinə Masallı Rayon Hərbi Komissarlığında başlayıb. İmişli, Dəvəçi və Quba Rayon Hərbi Komisarlıqlarında rəis müavini vəzifəsində fəaliyyət göstərib. Mayor rütbəsinə qədər yüksəlib. 24 mart 2006-cı ildə vəfat edib.
Vəliyev Qurban Zeynal oğlu - Silahlı Qüvvələr mayoru.
1969-cu ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 1987-1992-ci illərdə Rusiya Federasiyasının Saratov Ali Hərbi məktəbində oxumuşdur. 21.08.1995--13.08.1997-ci illərdə “N” saylı hərbi hissənin kimya xidməti rəisi, 29.08.1997--14.06.2014-cü ilə kimi hərbi hava qüvvələrinin kimya xidməti rəisi vəzifələrində çalışmışdır. 1993—1994-cü illərdə I Qarabağ savaşında Füzuli - Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir. 01.07.2014-cü ildə mayor rütbəsində ehtiyata buraxılmışdır . 01.09.2015-ci ildən Bakı şəhərində Vətən Müharibəsi qəhrəmanı Ramiz Qasımov adına 216 saylı orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır.
Məmmədov Musa İsa oğlu - Fövqəladə Hallar Nazirliyinin kapitanı
1927-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. .Azərbaycan SSR Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində xidmət edib. Kapitan rütbəsində olub. Kənddəki Kurqan - təpə tarixi abidəsinin qorunub saxlanılmasında müstəsna rolu olub . 02 fevral 2020-ci ildə dünyasını dəyişib .
İbişov Füzuli İbiş oğlu - polis mayoyu.
1960-cı il martın 26-da Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub . 1982 ci ildə Azərbaycan SSR DİN-in mühafizə idarəsində milis nəfəri kimi işə başlayıb. 1986-1988-ci illərdə N.K.Rzayev adına Bakı orta milis məktəbində , 1996-1999cu illərdə "Odlar yurdu" Univetsitetinin Qazax filialında təhsil almışdır. Salyan RPŞ-də sahə müvəkkili, 2009-cu ilə qədər Masallı RPŞ-də əməliyyat müfəkkili və respublikanın digər bölgələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Polis mayorudur. 1- ci Qarabağ müharibəsi veteranıdır.
Qarayev Tahir Salman oğlu - polis mayoru
1955-ci il iyulun 20-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. DİN-in partiya təşkilatı mühafizə idarəsində milis nəfəri kimi işə başlayıb. 1982-ci ildə SSRİ DİN-n N.K.Rzayev adına milis məktəbinə daxil olub. 1985-ci ildə məktəbi bitirərək leytenant rütbəsi ilə Cəllabad Rayon Milis Şöbəsində sahə inspektorluğuna təin olunub. 1990-cı ildən Masallı RPŞ-də sahə inspektoru, 1991-ci ildə Boradigah polis bölməsinə baş əməliyyatçı təyin edilib. DİN-nin əmri ilə moyor rütbəsini alıb. I Qarabağ savaşında Şuşa şəhərində, Qubadlıda, Ağdərədə döyüşüb. Prezident təqaüdçüsüdür. Müharibə veteranıdır. DİN - tərəəfindən bir çox medal və döş nişanları ilə təltif olunub. Hal-hazırda təqaüddədir.
Ağabalayev Məmmədbağır Bayrı oğlu – Gömrük xidməti kapitanı
1946-cı il yanvar ayının 01-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. 1964-1970-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. Köhnə Avadı kəndində ingilis dili müəllimi, 1990-cı ildən Astara gömrük məntəqəsində işləmmişdir. Gömrük xidməti kapitanıdır. 2002-ci il noyabırın 12-də vəfat edib .
Bağırov Rəhim Həsənağa oğlu - Baş leytenant
1974-cü il may ayının 05-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub .1992-1998 ci illərdə Azərbaycan dövlət tibb institutunda təhsil alıb.1999-cu ildən Masallı rayon mərkəzi xəstəxanasında anestazoloq- reanimatoloq kimi işə başlayıb. 2001-ci ildə Qarabağ bölgəsində hərbi xidmətdə olub və "leytenant" rütbəsini alıb. 2003-cü ildə isə "baş leytenant" rütbəsində ordudan tərxis olunub. Ordudan təxris olduqdan sonra Masallı rayon mərkəzi xəstəxanasında öz işinə bərpa olunub. Pandemiya dövründə bir çox insanların həyatının xilas olmasında çox böyük xidmətləri olub .
Kəndin din xadimləri:
Kəndin ilk ali ruhani təhsilliləri:
Molla Qasım Şirməmməd oğlu - (XVIII əsrin sonu-XIX əsrin ortları). Nəcəf-ül-Əşrəfdə təhsil alıb. Kəndin ilk ali ruhani təhsillisi.
Hacı Məhəmməd axund Qaryağdı oğlu - (sadəcə Hacı axund) 1803-cü ildə Köhnə Alvadı kəndində anadan olub. Ali ruhani təhsilini İraqın Nəcəf şəhərində almışdır. Kənddə ilk kənd sovetinin sədri işləmiş Məhəmmədhüseyin Məhəmməd oğlunun atasıdır.1863-cü ildə kəndə qayıtmış, həm din xadimi, həm də həkim kimi fəaliyyət göstərmişdir. 1924 cü ildə vəfat etmişdir .
Hacı Zeynalabdin axund - (Məzlum Axund) - (1867-1948).
Köhnə Alvadı kəndində anadan olmuşdur. İlk təhsilini Ərdəbil şəhərində, ali ruhani təhsilini isə Nəcəf-ül-Əşrəfdə alıb. Sovet hakimiyyətinin təqiblərindən qaçaraq Cənubi Azərbaycana gedir və Parsabad şəhərinin Cümə məscidinin axundu olur. 1948 ci ildə vəfat edib.
Müctəhid Şeyx Həsən Hatəmi (Lənkərani) Molla Qasım oğlu -
1850-ci ildə Köhnə Alvadı kəndində anadan olmuşdur. Ali dini təhsilini İraqın Nəcəf şəhərində almışdır. Ömrünün sonuna qədər Nəcəf şəhərində qalmış və 1942-ci ildə orada vəfat etmişdir.
Müctəhid Şeyx Müctəba Hatəmi
1887-ci ildə Təzə Alvadı kəndində anadan olmuşdur. Müctəhid Şeyx Həsən Hatəminin oğludur. Ali dini təhsilini İraqın Nəcəf şəhərində almış, sonra İranın İsfahan şəhərində təhsilini davam etdirmişdir. 1986-cı ildə Qum şəhərində vəfat etmişdir .
Müasir dövrdə:
Cəfərov Mirtağı Mirqubad oğlu - kənd məscidinin axundu.
1966-cı il fevralın 7-də Masallı rayonunun Köhnə Alvadı kəndındə anadan olub.1990-cı ildən 1998 ci ilə kimi İran İslam Respublikasının Qum şəhərində dini təhsil alıb. 2010-cu ildə kənddə dini icmanın sədri, sonra isə Axund təyin olunub.
Aqil Asdan oğlu və Ələddin İdris oğlu Qum şəhərində təhsil alıb, kəndin dini ayin və tədbirlərini yerinə yetirirlər.
Kənd xeyriyyəçiləri:
Köhnə Alvadı kəndində xeyriyyəçilik toplum şəklində olur. Bütün vəsait bir yerə toplanır və xalq tərəfindən müəyyən edilmiş cəmiyyətin iştirakı ilə xeyriyyə işləri görülür. Onların xeyriyyəçiliyi ilə görülən işlər:
- Əslində 840 yerlik olan məktəbin bir hissəsi təmir olunub istifadəyə verildi, digər hissə hələ də qalır.
- Kənddə bir neçə ictimai binaların tikintisi onların vəsaiti ilə olub.
- Kəndiçi yolların tam asfaltlanması başa çatıb.
- Kənddəki bütün ağır xəstələrin müalicəsi bu cəmiyyətin hesabına olub.
- Kənddə yeni məscid tikiblər.
- Kənddə 2 Mərasim Evi tikilib (qadın və kişilər üçün ayrı-ayrı).
- Dəfn mərasiminə lazım olan bütün avadanlıqlar təşkil olunub.
- Kənddə hər evin qapısı ağzında zibil qabları (iri çəlləklər) qoyulub – hər gün 2 yük maşını onları aparır.
Köhnə Alvadı kəndi Masallı rayonunun kəndləri içərisində özünəməxsus dəsti- xətti ilə seçilən nadir kəndlərdəndir. Kənddə yaşayan əhalinin demək olar ki, 80%-i biri-biriləri ilə qohumluq əlaqsi vardır. Müxtəkif tayfalardan təşkil olunmalarına baxmayaraq, kənd əhalisı bir-birlərinə çox mehribandır. Kəndin imkanlı adamlarının sayəsində kənd çox yüksək səviyyədə inkişaf etmiş, demək olar ki, kəndin müasir qəsəbəyə çox bənzəri vardır. Kənd şəhər tipli bir mədəniyyətə məxsusdur. Köhnə Alvadının bütün kəndiçi yolları asfaltlanmış, kəndin yuxarı hissəsindən kəndin aşağısına kimi içməli su ilə təmin edilmiş, hər bir evin yanında zibil qutuları qoyulmuş və hər gün sübh tezdən kəndin zibil daşıyan maşını yığılımış zibilləri zibilxanaya daşıyır. Kənd xeyriyyəçilərinin maddi vəsaiti hesabına kəndə lazım olan bütün infrastrukturlar qurulmuş, hər cür tələblərə cavab verən avadanlıqlarla təmin edilmişdir. Kəndin xeyriyyəçi insanlarının yardımı ilə imkanı olmayan ağır xəstələr nəzərdən qaçmır, onlara hər cür dəstək verilir.
Kəndə xüsusi gözəllik verən iki göl salınmlşdır. Gölün sahilində uşaqların və qocaların istirahəti üçün hər cür şərait yaradılmış, hətta qonşu kənddən də bu parka istirahət etməyə gələnlər vardır.
Köhnə Alvadı kəndi rayonda yeganə kənddir ki, hələ indiyə qədər dükanlarında spirtli-içki satılmır. Ağsaqqala hörmət, onların hörmətini ehtiramla saxlamaqda Köhnə Alvadı kəndi bir çox kəndlərə nümunə ola bilər.
Bütün bu xeyriyyə işlərində əməyi olan insanlar:
Hacı İskəndər Tağı oğlu.
İbişov İbiş Abdulla oğlu ,
Şükürov Əmir Musa oğlu
Nurullayev Rasim Kamil oğlu.
Nurullayev Yadulla Musa oğlu
İbişov Əhəd Məzahim oğlu
Seyfullayev Asəf Bəylər oğlu
Cəbrayılov Ədalət Qurban oğlu
Rüstəmov Rəzzaq Mirzağa oğlu
Bağırov Rəsul Məmmədbağır oğlu
Qarayev Ədalət Salman oğlu
Rüstəmov Əhmədağa Mirzağa oğlu
Abuşov Əlzaman İmanqulu oğlu.
Həmidov Həsrət Nüsrət oğlu
Əbülhəsənov Alxas Həmid oğlu - Digah kəndindən Təzə Alvadıya kimi hər il öz traktoru ilə yolların çuxur yerlərini Viləş çayının qumu ilə təmir edərmiş.
Yazarlar:
Əlişov Əli Mahmud oğlu – 8 kitab müəllifidir.
(Ətrtaflı “Kəndin rayonda tanınmışları” bölümündə)
İdman sahəsində:
İsrafilzadə Vəli Rəşadət oğlu – paraolimpiada oyunlarında üzgüçülük üzrə Avropa çempionu.
18 oktyabr 2002-ci ildə doğulub. 2017-ci ildə idman ustası adını alıb. 2021-ci ildə Londonda keçirilən üzgüçülük üzrə Avropa çempionatında Avropa çempionu olub. Ölkə Prezidentinin Fərmanı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
İnfrastruktur:
Köhnə Alvadı bələdiyyə binası.
Köhnə Alvadı İcra nümayəndəliyinin binası.
Köhnə Alvadı poçtxanası.
Köhnə Alvadı kəndində ilk poçt şöbəsi 1987-ci ildə istifadəyə verilmiş və Rəhimov Natiq Cəfərqulu oğlu ilk poçt şöbə rəisi olmuşdur .
1997-2010-cu illərdə Zakir Abı oğlu,
2010-2013-cü illərdə Qasımov Pənah Abdulsəmid oğlu,
2013-2015-ci illərdə Şükürov İsa Eldar oğlu,
2015-2018-ci illərdə Hüseynov Cavad Cəbrayıl oğlu,
2018-ci ildən bu günə kimi isə Əliyev Bayram Ərəstun oğlu poçt şöbə rəisi vəzifəsində işləmişlər.
Köhnə Alvadı həkim-mama məntəqəsi.
Köhnə Alvadı EATS binası.
Köhnə Alvadı kəndində 500 nömrəli ilk ATS (avtomat telefon stansiyası) Masallı RRQ -da baş mühəndis işləyən Ərəstun Bayram oğlunun təşəbbüsü ilə 1995-ci ildə kəndə gətirilmiş, 1998- ildə 1000 nömrə ilə istifadəyə verilmişdir. Kənd bələdiyyəsinin sədri Ramiz Məmmədovun və Kənd İcra nümayəndəsi İsa Süleymanovun əhaliyə müraciətindən sonra Yadulla Musa oğlu kənd xeyriyəçilərindən vəsait toplayaraq, binanın tikintisinə başlanmış, bina çox qısa müddətdə tikilib istifadəyə verilmişdir. 2012-ci ildən İNTERNET xidməti EATS işçiləri tərəfindən xalqa xidmət edir. Ərəstun Bayram oğlu EATS -ə rəhbərlik edir.
Köhnə Alvadı ailəvi istirahət mərkəzi. Ramazan Qurbanovun rəhbərliyi ilə istifadədədir.
Kənddə həmçinin, aptek, çörəkbişirmə sexi, mebel sexləri, baytarlıq apteki, 2 su anbarı, kəndin ortasından keçən Tatyan çayının üstündə 2 geniş dəmir-beton körpü və çoxlu sayda ticarət və ictimai-iaşə obyektləri vardır.
İstirahət parkı:
Suvarma məqsədilə tikilmiş 2 su anbarının sahillərində xeyriyyəçilərin təşəbbüsü və maddi köməyi ilə Park salınmışdır.
Köhnə Alvadı Kərpic sexi. 1993-cü ildə yaradılıb.
Köhnə Alvadı Ərazi Vahidi üzrə məlumatların toplanmasında bizə yaxından köməklik göstərən İsa Eldar oğlu Şükürova təşəkkür edirik.