Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır.
Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: - 0 50 427 70 25
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, və Köhnə Alvadı, Qodman kəndləri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Yeyənkənd İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)
8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html
9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html
10. https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
YEYƏNKƏND İnzibati Ərazi Dairəsi – 11-ci yazı
Yeyənkənd Inzibati Ərazi Dairəsi 3 kəndi – Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərini əhatə edir.
Yeyənkənd İnzibati Ərazi Dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən cənub-qərqdə,
Talış dağlarının ətəyində yerləşir.
Həmsərhəd olduğu ərazi dairələri:
şimaldan Banbaşı İnzibati Ərazi Dairəsi,
cənubdan Talış dağları ilə,
cənub-şərqdən Qəriblər İnzibati Ərazi Dairəsi ilə,
qərbdən Güllütəpə Inzibati Ərazi Dairəsi ilə həmsərhəddir.
Ərazi dairəsinin əhalisi:
01. 01. 2021-ci il tarixə - 3534 nəfər;
o cümlədən: kişi: 1819 nəfər; qadın: 1715 nəfər.
Ərazi dairəsinə daxil olan torpaq sahəsi: Cəmi: 610 ha.
a) Əkin sahəsi: 204 ha.
b) Bələdiyyə torpaqları: 333 ha.
c) Yaşayış yerlərinin yerləşdiyi torpaq sahəsi: 13 ha.
Ərazidə özəllik:
Azərbaycan Kənd İnvestisiya Layuihəsi çərçivəsində kənd yollarına çınqıl döşənib, artezian quyuları qazılıb, tibb məntəqəsi və ağsaqqallar üçün istirahət mərkəzi tikilib.
Ərazinin I Qarabağ müharibəsi şəhidləri:
Eyvazov Cəmil İsmayıl oğlu - (1974 – 2001). (Yeyənkənd).
İsmayılov Ərzuman Əlizamin oğlu -(1974-05.02.1994). (Abasbəyli)
(Ətraflı “Şəhidlər” bölümündə).
Ərazinin rəhbər işdə çalışmış şəxsləri
Kənddə
1. Fərəcov İsa Ruhulla oğlu - Kəndin ilk sovet sədri. (Yeyənkənd).
2.. Hüseynov Tofiq Qəyyum oğlu – Yeyənkənddə icra nümayəndəsi işləyib. (Xəlfələr).
3. Sadıqov Şakir Əmiş oğlu – Xəlfələr kəndinin ilk ali təhsillisi, məktəb direktoru işləyib. (Xəlfələr).
3. Babayev Əhməd Ağaxan oğlu – məktəb direktoru işləyib. (Xəlfələr).
4. Xosiyev Sakit Eldar oğlu – Yeyənkənd bələdiyyəsinin sədri olub. (Xəlfələr).
Rayonda
1. Adıgözəlov Ağabba Baba oğlu –Rayon Xalq Maarif Şöbəsinin müdiri olub. (Yeyənkənd)
2. Abbasov Adil Allahqulu oğlu – Masallı Rayon Komsomol Komitəsinin I katibi, sovxoz direktoru vəzifələrində işləyib. (Yeyənkənd)
3. Abbasov Əlipənah Allahqulu oğlu, Cəlilabad Meşə Təsərrüfatı İdarəsinin müdiri.4. Abbasov Aşur Qiyas oğlu, Masallı Təbiəti Mühafizə İdarəsinin rəisi.
5. Abbasov Əsgər Kamil oğlu, Güllütəpə kəndi, Cəlilabadın Qarazəncir kəndlərində həkim məntəqəsinin müdiri.
6. Əliyev Ağahəsən Məmmədhüseyn oğlu - Masallı Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri işləyib. (Yeyənkənd)
7. Adıgözəlov Əlixan Ağabba oğlu – Masallı Rayon Tikinti İdarəsinin müdiri işləyib.(Yeyənkənd).
8. Fərəcov Fəyyaz Qədir oğlu – Masallı Rayon MTS-in rəisi işləyib. (Yeyənkənd).
9. Şükürov Şükür Rəcəb oğlu – Masallı Rayon Kimya Birliyinin rəisi işləmişdir. (Yeyənkənd).
10. Həşimov Albaba İsmayıl oğlu – Masallı Rayon Ət Tədarükü İdarəsinin müdiri işləmişdirş. (Yeyənkənd).
11. Xəlilov Qeyrət Ağaverdi oğlu – Masallı Rayon MX-da şöbə müdiri işləmişdir. (Yeyənkənd).
12.. Nağıyev Əli Məmmədhüseyn oğlu – “ZaminBank”-ın Masallı filialının müdiri və Masallı Rayon Rabitə Şöbəsinin rəisi işləmişdir. (Yeyənkənd).
Digər rayonlarda
1. Adıgözəlov Hənifə hacı Zəkəriyyə oğlu – Şamaxıda çalışıb (Yeyənkənd).
2.Adıgözəlov Hacıəli Oruc oğlu - Zaqatala Dövlət Qoruğunun direktoru olub. (Yeyənkənd).
3. Nurullayev Ramiz Vəliş oğlu – Biləsuvar və Beyləqan rayon məhkəmələrində hakim olmuşdur. (Yeyənkənd).
4. Xəmmədli Əmrah Göyüş oğlu – Bakı. həkim-şair. 10 kitabın müəllifi. (Xəlfələr).
Ölkədən kənarda
1. Nəcəfov Nəcməddin Əliqubad oğlu – Sinqapur Neft Şirkətinin əməkdaşı. (Yeyənkənd).
2. Nağıyev Cabir Bayram oğlu – Rusiyanın Kazanda şəhərində Tikinti Şirkətinin Prezidenti. (Yeyənkənd).
3. Allahverdiyev Vəlixan Ağaxan oğlu – Rusiyanın Federasiyası Kazan şəhərində bizneslə məşğuldur. (Xəlfələr).
4. Əhədzadə Sübhan Kamran oğlu - Azərbaycanın Tatarıstandakı diasporasının sədri, yazar, 5 kitabın müəllifidir. (Abasbəyli)
Ərazidə yüksək dövlət mükafatı alan:
Əhmədova Laləzar Məmi qızı – Lenin ordeni. (Yeyənkənd)
Ərazi üzrə bir alim vardır
Adıgözəlov Hacıəli Oruc oğlu - biologiya elmləri namizədi, Zaqatala dövlət qoruğunun direktoru olub. (Yeyənkənd).
(Ətraflı “Alimlər” bölümündə)
Ərazinin xeyriyyəçiləri:
2. Fərəcov Hacı Nəsib Asəf oğlu – dini-milli adətlərin yerinə yetirilməsinə yardım edib, kəndin ən imkansız sakininə minik maşını bağışlayıb, kənd məscidini avadanlıqla təmin edib. (Yeyənkənd).
3. Kazımov hacı Nizami hacı Tağı oğlu – kənd qəbristanlığı üçün talvar tikdirib, ora su çəkdirib. (Yeyənkənd).
4. Xəlilov hacı Əlizamin Ağaverdi oğlu – kənddə keçirilən bütün xeyriyyə işlərində maddi yardımı ilə iştirak edir. (Yeyənkənd).
5. Məcidov hacı Məmmədəli Zəki oğlu – kəndin girəcəyində xeyli sayda ağac əkdirib, su təminatı üçün boru ilə təmin edib. (Yeyənkənd).
6. Xəlilov hacı Kamal Ağa verdi oğlu – imkansız ailələrə mütəmadi yardımlar edir. (Yeyənkənd).
7. Adıgözəlov kərbəlayı Hasil Qurbanəli oğlu – kəndii yolların çınqılla örtülməsini təmin edib. (Yeyənkənd).
8. Azərbaycan Kənd İnvestisiya Layuihəsi çərçivəsində kənd yollarına çınqıl döşətdirib, artezian quyuları qazıdırıb, tibb məntəqəsi və ağsaqqallar üçün istirahət mərkəzi tikildirib. (Yeyənkənd).
(Ətraflı Xeyriyyəçilər” bölümündə).
Ərazi dairəsində inzibati tikintilərin tarixi haqqında:
a) Kolxoz-sovxoz idarələri – 1950-ci ildə tikilib, indi yoxdur.
b) Məktəb binası – ilk bina 1968-ci ildə, yeni 2009-10-cu il.
c) Kənd soveti və İH-nin Ərazi nümayəndəliyi binası -1979
e) Həkim məntəqəsi – 2015-ci il
j) Məscidlər – Yeyənkənddə 1999-cu ildə, Abasbəylidə 1995-ci ildə, Xəlfələrdə 1997– ci illərdə tikilib.
i) Ziyarətgahlar – Qara Seyidin məzarı, XIX əsrə aiddir.
Ərazidə su qurğularından 3 artezian quyusu var.
Ərazinin adını daşıyan kəndin adı: Yeyənkənd
Əhalisi:01. 01. 2021-ci il tarixə 1764 nəfər;
o cümlədən: kişi: 933 nəfər; qadın: 831 nəfər.
Ərazisi: 240 ha
Kəndin adının mənası və tarixi haqqında:
Yegən Qızılbaş tayfa ittifaqına daxil olan törədir, nəsildir. Lənkəran xanının oğlanlarından biri olan Yegan bəyin (və ya Yegə) adı ilə bağlıdır. Əvvəlcə Yegankənd adlanmış, sonra səsdəyişməsi ilə əlaqədar Yeyənkənd şəklinə düşmüşdür. XVII əsrin ortalarında Viləş çayı kənarında məskunlaşmışlar. İlk binə quran Nəbili tayfası, ardınca Məmmədcəfərli tayfası olmuşdur.
Coğrafi mövqeyi:
Rayon mərkəzindən 10 km məsafədə və Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Güllütəpə,
şərqdən Banbaşı,
qərbdən Abasbəyli,
cənubdan isə Viləş çayı vasitəsi ilə Allahyarlı kəndi ilə əhatələnib.
Kəndin tarixi abidələri:
Qara seyidin ocağı - XIX əsrə aiddir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1930-cu ildə açılmışdır. Məktəbin ilk müdiri rayonun Ərkivan kəndindən olan Bayramov Vəkil olmuşdur. Bu vaxta qədər bu məktəbdə Yeyənkənd kəndindən olanlarla birlikdə başqa rayon və kəndlərdən gələn 200-dən çox müəllim işləmişdir.
Yeni məktəb:
2009-2010-cu illərdə 460 yerlik məktəb binası inşa edilmişdir.
Kolxozun təşkili və ilk kolxoz sədri:
1931-ci ildə Yeyənkənd kəndində kolxoz yaradılmış və Fərəcov Fəyyaz Qədir oğlu ilk sədr seçilmişdir.
İlk həkim:
Adıgözəlov Əlisa Oruc oğlu – kəndin ilk həkimi olmuş, Ərkivan kəndində tibb işçisi işləmiş, 1939-cu ildə hərbi xidmətə getmiş, II Dünya Müharibəsində həlak olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Adıgözəlov Hənifə hacı Zəkəriyyə oğlu –
1888-1890-cı illərdə Yeyənkəndə anadan olub. İlk təhsilini Lənkəran şəhərində almışdır. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Leninqrad (İndiki Sankt-Peterburq) İqtisad İnstitutunda oxumuş və Azərbaycana qayıdaraq Şamaxıda inqilabdan əvvəl Çar dəftərxanasında işləmişdir. Öz ərizəsi ilə bu vəzifədən istefa verərək Şamaxı rayonunda müəllim işləmişdir. 1918-ci ildə xain erməni qiyamçıları tərəfindən qayınatası ilə birlikdə süngülənərək öldürülmüşdür. Adı Mirhəsən xan haqqında yazılan kitabda qeyd olunmuşdur. Yaşlı adamların dediklərinə görə 26 Bakı Komissarlarından olan Məşədi Əzizbəyovla qohumluq əlaqələri olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Yeyənkənd kəndindən II Dünya Müharibəsində 57 nəfər iştirak edib.
Nağıyev Məmmədhüseyn Əli oğlu – müharibə iştirakçısı, kapitan rütbəsində.
12 sentyabr 1918-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində doğulub. 12 sentyabr 1938-ci ildə hərbi xidmətə çağırılır və II Dünya Müharibəsinin başlaması ilə əlaqədar orduda qalır. Hərbi-hazırlıq kursu keçərək leytenant rütbəsi alır. Müharibə başlayanda baş leytenant kimi əvvəl Belorusiyada, ardınca Stalinqrad və Ukrayna cəbhələrtində vuruşur. Qafqaz uğrunda döyüşlərdə xüsusilə fərqlənir. Berlinə qədər döyüş yolu keçir və 4 sentyabr 1946-cı illdə kapitan rütbəsilə ordudan tərxis olunur. 1953-cü ildə Lənkəran Pedaqoji məktəbini bitirib Masallı və Cəlilabad rayonlarında müəllim və məktəb direktoru işləyib. 1996-cı ilə qədər müəllim işləyir. 17 may 2002-ci ildə vəfat edib.
Oğlanlarından biri – Ağahəsən Əliyev RPK-da şöbə müdiri, digəri Əlhüseyn Əliyev öz kəndlərində sovxoz direktoru, Əli Əliyev isə ZaminBankın Masallı filialının rəhbəri və Masallı Poçtamtının müdiri işləyib.
Kəndin I Qarabağ müharibəsi şəhidi:
Eyvazov Cəmil İsmayıl oğlu - 1974 – 2001-ci ildə itkin düşüb.
25 oktyabr 1974-cü ildə Masallı rayonunun Yeyənkənd kəndində anadan olub. 1992-ci ildə ordu sıralarına çağırılır və 702 saylı hərbi hissənin tərkibində döyüşlərə qatılır. Cəbrayıl və Füzuli rayonlarında vuruşur. 23 avqust 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşür.
I Qarabağ müharibəsi işrtirakçıları:
1. Fərəcov Vasif İzzət oğlu
2. Fərəcov Nəsib Asəf oğlu.
3. Məcidov Cəmil Əjdər oğlu.
4. Həmidov Maqsud Həmid oğlu.
5. İsayev Eyvaz Şirvan oğlu.
6. Abasov Camal Şaban oğlu.
7. Eyvazov Əfrayıl İsmayıl oğlu.
8. Abbasov İnkişaf Kamil 0ğlu
II Qarabağ müharibəsi iştirakçıları:
1. Yavərov Yaşar Sənan oğlu – zabit, 20. 08. 1976-cı il.
2. Şükürov Rəşad Güləli oğlu – zabit, 28. 05. 1990-cı il.
3. Əsgərov Xəyal Nəsrəddin oğlu – zabit, 11.03. 1999-cu il.
4. Bayramov Asif Cəlil oğlu – zabit, 12. 06. 1997-ci il.
5. Nəcəfov Fərid Faiq oğlu – MAXİ, 02. 07. 1987-ci il.
6. Xalıqzadə Xalıq Mirzə oğlu – MAXİ, 03. 02. 1999-cu il.
7. Mikayılov Rahim Rauf oğlu - əsgər, 23. 12. 1999-cu il.
8. Mustafayev İmran Xansuvar oğlu - əsgər, 27. 06. 1998-ci il.
9. Şükürov Rasim Faiq oğlu - əsgər, 11. 09. 2001-ci il.
10. Eynullayev Rəvan Rəhman oğlu - əsgər, 27. 12. 2001-ci il.
11. Eynullayev Əlikərim Xanəli oğlu - əsgər, 03. 10. 2001-ci il.
12. Heybətzadə Zeynal İntizam oğlu - əsgər, 23. 09. 2001-ci il.
13. Nağıyev Daşqın Dağıstan oğlu - əsgər, 28. 02. 2002-ci il.
14. Mustafayev Simran Mahir oğlu - əsgər, 01. 10. 2002-ci il.
15. Kamilzadə Cavidan Telman oğlu - gizir, 1993-ci il.
Məcidov Səyyad Məcid oğlu – kəndin ilk bələdiyyə sədri olub.
Qəhrəman anaların sayı: 12 nəfər.
Məscid:
1999-cu ildə Nağıyev Cabir Bayram oğlunun xeyriyyəçiliyi ilə inşa edilmişdir.
Axund Əbilqasım Şərif oğlu – Lənkəran qəzasının qazisi olub.
1828-ci ildə Yeyənkənddə doğulub. İraqın Nəcəf-ül-Əşrəf şəhərində ali ruhani təhsil alıb. Kənddə məktəb açıb, təmənnasız dərs demişdir. Kənddə xeyriyyəçiliklə məşğul olub. 1904-cü ildə vəfat edib.
Axund Möhsün Əbilqasım oğlu – (1879- 1941). İraqın Nəcəf-ül-Əşrəf şəhərində ali ruhani təhsil alıb.
Əhmədov Mirhəsən Mirsəftər oğlu – (1952). Müasir məscidin axundu.
Kənd xeyriyyəçiləri haqqında:
1. Nağıyev Cabir Bayram oğlu – Kazanda Tikinti Şirkətinin Prerzidenti.
1966-cı ildə Yeyənkənddə doğulub. Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra Azərbaycan Tikinti Nazirliyində işləyib. Sonrakı həyatını Tatarıstan Respublikasının Kazan şəhərinə bağlayıb. Xeyriyyəçiliklə məşğuldur. Kənddə məscid inşa etdirib, məktəb üçün artezian quyusu qazdırıb, su təminatı üçün dəmir ayaqlar üstündə su çəni qurdurub.
2. Fərəcov hacı Nəsib Asəf oğlu – dini-milli adətlərin yerinə yetirilməsinə yardım edib, kəndin ən imkansız 1 sakininə minik maşını bağışlayıb, kənd məscidini avadanlıqla təmin edib.
3. Kazımov hacı Nizami hacı Tağı oğlu – kənd qəbristanlığı üçün talvar tikdirib, ora su çəkdirib.
4. Xəlilov hacı Əlizamin Ağaverdi oğlu – kənddə keçirilən bütün xeyriyyə işlərində maddi yardımı ilə iştirak edir.
5. Məcidov hacı Məmmədəli Zəki oğlu – kəndin girəcəyində xeyli sayda ağac əkdirib, suvarma təminatı üçün boru ilə təmin edib.
6. Xəlilov hacı Kamal Ağaverdi oğlu – imkansız ailələrə mütəmadi yardımlar edir.
7. Adıgözəlov kərbəlayı Hasil Qurbanəli oğlu – kəndin yolların çınqılla örtülməsini təmin edib.
Kəndin yüksək vəzifələrdə işləyən sakinləri:
Kənddə:
Adıgözəlov hacı Zəkəriyyə Adıgözəl oğlu
1835-1840-cı illərdə Yeyənkənddə doğulub. Kənddə ilk dəfə həcc ziyarətində olub. Səxavəti və xeyirxahlığı ilə hörmət qazanmışdır. Ərazidə və ətraf kəndlərdə sosial vəziyyəti çətin olan ailələrə daim yardım eləmişdir. O zaman Lənkəranda tikilən bir məscidin tikintisinə maddi yardım etmişdir. Onun və oğlu Hənifənin də adları Mir Həsən xan haqqında yazılan kitabda qeyd olunmuşdur. Hacı Zəkəriyyə 1925-1930-cu illərdə vəfat etmişdir.
Əhmədov Əhməd Şərif oğlu – kolxoz sədri
Fərəcov İsa Ruhulla oğlu - Kəndin ilk sovet sədri.
1906-cı ildə doğulub. Kolxoz quruculuğunda fəal iştirak edib, KP-nın sırlarına daxil edilib. Sovet sədri kimi kənd yoluna çınqıl döşənməsinin ilk təşkilatçısı olmuşdur. Müharibə dövründə onun xeyriyyəçiliyi sayəsində kənd camaatı çətinlik çəkməmişdir.
Məmmədov Mislim Qulam oğlu – qocaman tibb işçisi
1952-ci ildə doğulub. 1968-ci ildə Yeyənkənd orta məktəbini bitirdikdən sonra Lənkərən Tibb Texnikumuna daxil olmuş, 1971-ci ildə texnikumu bitirib Masallı Rayon Mərkəzi Xəstəxanasında tibb işçisi kimi fəaliyyətə başlamışdır. 40 ildən artıq bir müəssisədə ardıcıl olaraq fəaliyət göstərmişdir. Bu günədək Yeyənkənd ərazisində və qonşu Banbaşı kəndi də daxil olmaqla insanların sağlamlığı istiqamətində təmənnasız olaraq bilik və bacarığını əsirgəmədən xidmət göstərir. Onu ərazidə xeyixah insan, xeyriyyəçi və hər kəsə təmənasız yardım göstərən bir insan kimi tanıyırlar. İki dəfə yüksək səs çoxluğu ilə bələdiyyə üzvü seçilib.
Ağammədov Göyüş Xəmməd oğlu – kənd XDS-nin sədri
Hüseynov Tofiq Qəyyum oğlu – kənt sovet sədri
Eynullayev Əlicavad Cəfər oğlu – kənd sovet sədri
Teymurov Məhrəməli Malik oğlu – kənd sovet sədri
Əliyev Rasif Ağasən oğlu –ərazi nümayəndəsi
Nağıyev Barat Məmmədhüseyn oğlu – ərazi nümayəndəsi
Fərəcov Fəxrəddin İzzət oğlu – 20 il məktəb direktoru.
1949-cu ildə Yeyənkənddə doğulub. 1967-1971-ci illərdə ADPİ-nin filologiya fakültəsində oxuyub. Cəlilabad və Masallı rayonlarında müəllim işləmişdir. 1993-cü ildən 2008-ci ilə qədər Yeyənkənd orta məktəbində direktor olmuşdur.
Adıgözəlov Şəməddin Ağababa oğlu - Yeyənkənd kənd XDS-də Baş mühasib işləmişdir.
1960-cı ildə Yeyənkənd kəndində doğulub. Lənkəran Sovxoz Texnikumunda oxumuşdur. “Odessa” sovxozunda tədarükçü, 1983-1987-ci illərdə sovxozda briqadir, 1988-1990-cı illərdə Yeyənkənd Kənd XDS İK-də hərbiyə çağırış üzrə nümayəndə, 1990-1996-cı illərdə Masallı RİH-in Yeyənkənd üzrə nümayəndəliyində mühasib vəzifələrində çalışmışdır. 1996-cı ildən Tatarıstanın Kazan şəhərində bizneslə məşğul olur. Kəndin xeyriyyə işləri ilə məşğul olur. 44 günlük Vətən Müharibəsində cəbhəyə yardımlar etmişdir.
Əliyev Əlihüseyn Məmmədhüseyn oğlu – sovxoz direktoru
Nəcəfov Mürsəl Qubad oğlu – sovxoz direktoru
Məcidov Səyyad Məcid oğlu - bələdiyyə sədri
Əliyev Ceyhun Məmmədhüseyn oğlu – Poçt müdiri
Rüstəmov Qardaşxan Zeydulla oğlu – EATS-in rəisi
Abbasov Əsgər Kamal oğlu – tibb məntəqəsinin müdiri
Adıgözəlov hacı Zəkəriyyə Adıgözəl oğlu1835-1840-cı illərdə Yeyənkənddə doğulub. Kənddə ilk dəfə həcc ziyarətində olub. Səxavəti və xeyirxahlığı ilə hörmət qazanmışdır. Ərazidə və ətraf kəndlərdə sosial vəziyyəti çətin olan ailələrə daim yardım eləmişdir. O zaman Lənkəranda tikilən bir məscidin tikintisinə maddi yardım etmişdir. Onun və oğlu Hənifənin də adları Mir Həsən xan haqqında yazılan kitabda qeyd olunmuşdur. Hacı Zəkəriyyə 1925-1930-cu illərdə vəfat etmişdir.
Rayonda:
Adıgözəlov Ağabba Baba oğlu –Rayon Xalq Maarif Şöbəsinin müdiri olub.
1918-ci ildə Yeyənkənd kəndində doğulub. Masallı rayonunun Ərkivan kəndindəki “Ağ məktəb”də oxuyub. Lənkəran Pedaqoji məktəbini bitirib, Azərbaycan DPİ-nun tarix fakültəsinə daxil olur. Təhsilini yarımçıq qoyub II Dünya Müharibəsində iştirak edir. 1946-cı ildə ordudan tərxis olunub və ali təhsilini davam etdirib, institutu bitirir. 1950-ci ildə Masallı 1 saylı orta məktəbində müəllim və direktor işləyir. Qiyabi olaraq Bakı Ali Partiya Məktəbində təhsil alır. Rayon PK-si onu Masallı Rayon Xalq Maarif Şöbəsinə müdir təyin edir. 1951-ci ildən 1961-ci ilə kimi Rayon PK-nin Büro üzvü olmuşdur. Öz xahişi ilə təsərrüfatı geridə qalan doğma kəndi Yeyənkəndə - “28 Aprel” sovxozuna direktor gəlir. Yaxşı işinə görə onu 1962-ci ildə Masallı Rayon Kooperativlər İttifaqına sədr göndərirlər. Lakin orada işləmək ona qismət olmur. Həmin gün vəfat edir.
Abbasov Adil Allahqulu oğlu – Masallı Komsomol Komitəsinin I katibi, sovxoz direktoru vəzifələrində işləyib.
1931-ci uildə doğulub. 1948-1953-cü illərdə Lənkəran Pedaqoji məktəbində oxuyub. ADPİ-un coğrafiya fakültəsini fərqlənmə ilə bitirib. 1957-ci ilin noyabrından 1961-ci ilin dekabrına kimi Masallı Rayon Komsomol Komitəsinin I katibi olmuşdur. 1962-ci ilin yanvarından 1963-cü ilin yanvarına kimi Masallı RPK-də təlimatşı, şöbə müdiri vəzifələrində çalışıb. 1963-cü ilin sentyabrından 1987-ci ilin iyun ayına kimi Yeyənkənddə “Odessa” kolxozunda sədr, sonra sovxoz direktoru olmuşdur. 1987-ci ildən Yeyənkənd orta məktəbində müəllim işləmişdir. 2007-ci ildə vəfat edib.
Əliyev Ağahəsən Məmmədhüseyn oğlu - Masallı Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri olub.
06 fevral 1951-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində doğulub. 1965-ci uldə kənd məktəbinin 9-cu sinfini bitirib Lənkəran Pedoqoji məktəbinə daxil olmuşdur. 1969-cu ildə məktəbi bitirib Yeyənkənd məktəbində müəllim işləmiş, 1969-1971-ci illərdə ordu sıralarında olmuşdur. 1972-1977-ci illərdə Azərbaycan DPİ-nun riyaziyyat fakültəsində oxumuşdur. Həmin ildən Masallı Rayon Komsomol Komitəsində təlimatçı, 1979-1980-ci illərdə şöbə müdiri işləmişdir.
1980-1984-cü illərdə Masallı Rayon PK-də təlimatçı, 1984-1987-ci illərdə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1987-1989-cu illərdə RSFSR-in Qorki Ali Partiya Məktəbində oxumuş və rayona qayıdandan sonra yenidən Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsini aparmışdır.
SSRİ dağılandan sonra rayon partiya komitələri fəaliyyətlərini dayandırmış və A. Əliyev bir müddət müxtəlif məktəblərdə müəllim, direktor müavini və sair vəzifələrdə işləmişdir.
1999-cu ildən ömrünün sonuna kimi Masallı RİH-nin Yeyənkənd Ərazisi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Adıgözəlov Hacıbaba Baba oğlu -
1932-ci ildə Yeyənkənd kəndində doğulmuşdur. Gürcüstan Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir. Cəlilabad və Yardımlı rayonlarında Meşə Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışmışdır. 1994-cü ildə vəfat edib.
Adıgözəlov Əlixan Ağabba oğlu – Masallı Tikinti İdarəsinin müdiri işləmişdir.
Fərəcov Fəyyaz Qədir oğlu – Masallı Rayon MTS-in rəisi işləmişdir.
1920-ci illərin əvvəllərində kənddə təşkil olunmuş savad kurslarında oxumuşdur. 1926-1930-cu illərdə Yeyənkənd muzdurlarının, sonra isə kənd firqə təşkilatının özək katibi olmuşdur. 1931-ci ildə Yeyənkənd kəndində yaradılan kolxoza ilk sədr seçilib. 1934-1941-ci illərdə Masallı Rayon Partiya komitəsində təbliğatçı, “Yeni həyat” rayon qəzetinin redaktoru kimi vəzifələri ifa etmişdir. 1941-1947-ci illərdə Masallı Rayon Maşın-Traktor Stansiyasında siyasi rəhbər, 1947-1960-cı illərdə kolxoz sədri, 1964-1972-ci illərdə şöbə müdiri və sair vəzifələri aparmışdır. 1972-ci ildə fərdi təqaüdçü kimi pensiyaya çıxıb. 1977-ci ildə vəfat edib.
Nağıyev Əli Məmmədhüseyn oğlu – “ZaminBank”-ın Masallı filialının müdiri və Masallı Rayon Rabitə Şöbəsinin rəisi işləmişdir.
Şükürov Şükür Rəcəb oğlu – Masallı Rayon Kimya Birliyinin rəisi işləmişdir.
Həşimov Albaba İsmayıl oğlu – Masallı Rayon Ət Tədarükü İdarəsinin müdiri işləmişdir.
Xəlilov Qeyrət Ağaverdi oğlu – Masallı Rayon MX-da şöbə müdiri olub.
Ölkədə və ölkədən kənarda fəaliyyət göstərənlər:
Adıgözəlov Hənifə hacı Zəkəriyyə oğlu – Şamaxı Şərab Zavodunun direktoru işləmişdir.
Nurullayev Ramiz Vəliş oğlu – Biləsuvar və Beyləqan Rayon Məhkəmələrində hakim olmuşdur.
Nəcəfov Nəcməddin Əliqubad oğlu – Sinqapur Neft Şirkətinin əməkdaşı.
06 iyun 1989-cu ildə Masallı rayonunun Yeyənkənd kəndində doğulub. 2001-ci ildə yüksək qiymətlərlə Bakı Özəl Türk liseyinin Lənkəran filialına daxil olur. 2004-cü ildə 80-dən çox olkənin qatıldığı Beynəlxalq fizika olimpiadasının ən gənc iştirakçıs olur. 2005-ci ildə Respublika fizika olimpiadasında gümüş, yenə həmin il Sinqapurda keçirilən olimpiadada bürünc medal alır. Sinqapur Olimpiadasında ən reytinqli iştirakçı kimi Sinqapurun Nanyanq Texnologiya Universitetinin fizika fakültəsinə dəvət alır və qəbul olunur. 2010-cu ildə təhsilini başa vuran kimi Azərbaycan Respublikasının Sinqapurdakı ofisində işə qəbul edilir. 2017-ci ildə özəl sektorda Neftin daşınması üzrə Gəmiçilik Şirkətinin direktoru vəzifəsinə təyin olunur.
Fərəcov Almaz İsaq oğlu – RF-nın Kazan şəhərində Xeyriyyə Cəmiyyətinin sədri.
1956-cı ildə Yeyənkəb kəndində doğulub. Rusiya Federasiyasının Kazan şəhərində biznes fəaliyyəti göstərir. azərbaycanlılarda ibarət Xeyriyyə cəmiyyətinin işlərini idarə edir. Yeyənkənddə xeyriyyə işlərinin təşkilatçısıdır. Köməksizlərə, xəstələrə edilən yardımlara nəzarət edir, kənddə gedən abadlıq işlərinə yaxından köməklik göstərir.
Adıgözəlov Elvin Şəməddin oğlu – Tatarıstan çempionu, idman ustalığına namizəd.
21.01. 1987-ci ildə Yeyənkənd kəndində doğulub. 9 yaşından Masallıda, sərbəst güləş üzrə idman ustası Xıdır müəllimin yanında təlim almışdır. Ailə vəziyyəti ilə əlaqədar Tatarıstanın Kazan şəhərinə köçmüş, “Batır” idman klubunda məşqlərini davam etdirmişdir. Bir neçə turnirin diplomçusu olmuş, Tatarıstan çempionudur. Sambo üzrə idman ustalığına namizəddir. Hal-hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur. Kazan Unuversitetinin turizm və idman fakültəsində oxuyur.
Adıgözəlov Mehdi Hacıbaba oğlu - İqtisadiyyat Nazirliyinin əməkdaşı.
1972-ci ildə Yeyənkənd kəndində doğulub. Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirb. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində işləmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyində işləyir.
Adıgözəlov Elnur Mehdi oğlu - Respublika Şəhərsalma və Arxitektura Komitəsində işləyir.
1994-cü ildə Yeyənkənd kəndində doğulub. 2 Universitet bitirib, 4 dil bilir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Layihə İnstitutunda və Şəhərsalma və Arxitektura Komitəsində çalışır.
Zabitlər:
Fərəcov Faiq Fəraməz oğlu –DİN-nin polkovnik-leytenantı, İnterpol əməkdaşı.
Abdullayev Fərasət Nəzər oğlu – polkovnik. Arxangelsk Vilayət DİN-nin əməkdaşı.
Abbasov Asif Fərman oğlu – Azərbaycan SQ mayoru.
26 may 1975-ci ildə doğulub. 1993-1997-ci illərdə Bakı Ali Ümumqoşunları məktəbində oxumuşdur. 1997-2003-cü illərdə I Gəncə Korpusunda, 2003-2008-ci illərdə Bərdə Korpusunda, 2008-2013-cü illərdə Ağstafa Hərbi Korpusunda qərargah rəisi kimi fəaliyyət göstərmişdir. 10 fevral 2015-ci ildə qəflətən dünyasını dəyişmişdir.
Eyvazov Əfrayıl İsmayıl oğlu – Silahlı Qüvvələr mayoru.
1990-cı ildə könüllü olaraq Qarabağ müharibəsində vuruşub. 1995-ci ildə hərbidən mayor rütbəsil-ndə istefaya çıxıb və müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri Neft Şirkıətində idarə rəisi olmuşdur.
Şükürov Rəşad Güləli oğlu – Azərbaycan SQ kapitanı.
28 may 1990-cı ildə doğulub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində oxumuşdur. 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçmişdir. 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Bu döyüşlərdəki xidməti “İgidliyə görə” medalı ilə mükafatlandırılmışdır. 27 sentyabr 2020-ci ildə başlanan müharibədə iştirak etmiş, xüsusi igidlik və rəşadət göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni və Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasına görə medalları ilə təltif olunmuşdur.
Eyvazov Əfrayıl İsmayıl oğlu – Silahlı Qüvvələr mayoru.
1990-cı ildə könüllü olaraq Qarabağ müharibəsində vuruşub. 1995-ci ildə hərbidən mayor rütbəsil-ndə istefaya çıxıb və müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri Neft Şirkıətində idarə rəisi olmuşdur.
Fərəcov hacı Nəsib Asəf oğlu – FHN-nin əməkdaşı
Fərəcov Sudeyf Asəf oğlu – FHN-nin əməkdaşı
Adıgözəlov Vüqar Əlixan oğlu – RF-in Dövlət Təhlükəsiszliyi orqanının əməkdaşı.
Alimlər:
Adıgözəlov Hacıəli Oruc oğlu - biologiya elmləri namizədi, Zaqatala dövlət qoruğunun direktoru olub.
22 dekabr 1928-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində doğulub. 1945-ci ildə orta məktəbi, 1949-cu ildə Bakı Meşəçilik məktəbini, 1957-ci ildə Moskva Dövlət Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir. Təyinatla Zaqtala rayonuna göndərilir. 1959-cu ildə Zaqtala Meşə Təsərrüfatı İdarəsinə müdir təyin olunur. 1970-ci ildə aspiranturanı bitirib müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alır. 1972-ci ilə kimi Zaqatala Dövlət qoruğunda elmi işçi kimi çalışır. 1980-ci ildən ömrünün sonuna kimi Zaqatala “Meşəçilik, Meyvəçilik və Bağçılıq” dayaq məntəqəsinin müdiri kimi fəaliyyət göstərir. 1988-ci ildə vəfat edir.
Kəndin yazarları:
Adıgözəlov Nəhmət Qurbanəli oğlu –
Yavərli Yaşar Sənan oğlu –
Nəcəfova Sevda Əlizamin qızı -
Poçt-rabitə xidmətində ilklər:
İlk ATS 1977-78-ci illərdə yaradılıb. İlk rəis Əliyev Əlövsət Məmmədhüseyn oğlu.
İlk poçt 2006-cı ildə yaradılıb. Poçtda ilk rəis Nağıyev Barat Məmmədhüseyn oğlu olub.
İnfrastruktur:
Kənddə bir 460 yerlik məktəb binası (2009- 2010-cu ildə tikilib), 1 poçt, 1 EATS, 3 artezuian quyusu, 5 otaqdan ibarət 1 feldşer-mama məntəqəsi (2015-ci il), kənd ağsaqqalları üçün istirahət mərkəzi var.
Kəndin adı: Abasbəyli
Əhalisi: 01. 01. 2021-ci il tarixə 939 nəfər :
O cümlədən: kişi: 474 nəfər; qadın: 465 nəfər.
Ərazisi: 100 ha
Coğrafi mövqeyi:
Abasbəyli kəndi Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Yeyənkənd, şimaldan Güllütəpə, cənubdan Allahyarlı və qərbdən Xəlfələr kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Abasbəyli kəndi bir adamın adı ilə bağlı yaranmış nəslin adından götürülüb. XVII əsrin 40-50-ci illərində Lənkəran xanın oğlu Abas bəy indiki yerdə torpaq sahəsi almış, oba salmış və onun adı ilə Abasbəyli adlandırılmışdır.
Kəndin ilk ali təhsillisi:
Paşayev Əhmədbəy Paşa oğlu
Kəndin I Qarabağ müharibəsi şəhidi:
İsmayılov Ərzuman Əlizamin oğlu (1974-05.02.1994)
1974-cü ildə Abasbəyli kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə çağırılıb, Füzuli bölgəsində döyüşlərə qatılıb. 05. 02. 1994-cü ildə Şişqaya istiqamətində gedən döyüş zamanı şəhid olub.
I Qarabağ müharibəsi iştirakçıları:
1. Baxşıyev Vasif Mirağa oğlu
2. Əliyev Bəyməmməd Yunus oğlu
II Qarabağ müharibəsi iştirakçıları:
1. Teymurlu Səid İmaməddin oğlu – gizir, 01.11.1999-cu il. Qazi.
2. Mahmudov Hidayət Rza oğlu – MAXİ, 26. 05. 1996-cı il.
3. Ağayev Nəriman Cavanşir oğlu – gizir, 15. 08. 1990-cı il.
4. Ağayev Sahil Şərbət oğlu – əsgər, 21. 09. 1998-ci il.
5. Nadirli Nadir Tahir oğlu – əsgər, 02. 10. 2001-ci il.
6. Babayev Məhəmməd Qabil oğlu – əsgər, 14. 08. 2001-ci il.
7. Teymurov Murad Taleh oğlu – əgər, 16. 05. 2000-ci il.
8. Məmmədov Məmməd İlham oğlu -əsgər, 12.07.1990-cı il. Kəndin din xadimləri:
Babayev Zakir Məmmədağa oğlu
Ölkədən kənarda yaşayan kənd tanınmışları:
Kəndin yazarları
Əhədzadə Sübhan Kamran oğlu - Azərbaycanın Tatarıstandakı diasporasının sədri, 5 kitabın müəllifidir.
1954-cü ildə doğulub. 1976-cı ildə ADPİ-nin tarix fakültəsini bitirib. Masallı rayonunda müəllim, rayon qəzetində müxbir, “Bilik” cəmiyyərtində mühazirəçi kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Tatarıstan Respublikasında bizneslə məşğuldur. Azərbaycan-tatarıstan Milli Mədəniyyət Assosasiyasının Təftiş Komissiyasının sədridir. Kəndlə sıx əlaqəsi var, xeyriyyəçiliklə məşğuldur.
Kəndin xeyriyyəçiləri:
Teymurov Saleh İbrahim oğlu – RF-in Penza şəhərində biznes işi ilə məşğuldur.
25 noyabr 1957-ci ildə Abasbəyli kəndində doğulub. 1981-ci ildən 1989-cu ilə kimi RF-in Surqut adi kiçik bizneslə fəaliyyətə başlasa da, tezliklə biznesini genişləndirmiş və Tatarıstan Respublikasında, RF-in Penza şəhərində uğurlu biznes işini yaratmışdır. 1990-cı illərdən xeyriyyəçilik işləri ilə məşğuldur. Abasbəyli kəndinin yolunu təmir etdirmiş, yeni məscid tikintisinə, məktəbin təmirinə, kənddə artezian quyusunun qazılmasına əsaslı yardımlar eləmişdir. Masallı rayonu ərazisində apardığı tikinti işlərində yeni iş yerlərinin açılmasına şərait yaradıb. Masallı şəhərində bir neçə mağaza və marketlərin, o cümlədən bu yaxınlarda şəhərin mərkəzində açılmış “Rahat market”in tikintisi onun şəxsi xetriyyəçiliyi sayəsində başa gəlmişdir.
Kəndin adı: Xəlfələr
Əhalisi: 01. 01. 2021-ci ilə olan tarixə 831 nəfər;
o cümlədən: Kişi: 412 nəfər; qadın: 419 nəfər.
Ərazisi: 685 ha
Coğrafi mövqeyi:
Xəlfələr kəndi Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq.
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Banbaşı, qərbdən Talış meşələri, şimaldan Allahyarlı, cənubdan Tatyanoba kəndləri ilə əhatələnib.
Kəndin adının mənası:
Şəxs adı ilə bağlıdır. XVIII əsrin ortalarında İranın Xəlfələr kəndindən gəlmiş iki qardaş – Xəlfə Kərim və Xəlfə Rəhim burada məskunlaşmışlar. Hər iki Xəlfəni birləşdirərək “Xəlfə” sözünə “lər” cəm şəkilçisi artırmaqla Xəlfələr adlandırılıb. Bu, təxminən 1839-cu ildə olmuşdur. Beləliklə, Şahsevənlərə mənsub Xəlfəli nəslinin burada məskunlaşması nəticəsində yaranmışdır.
Xəlfələr kəndinin keçmiş adı Milli Xəlfələr olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Sadıqov Şakir Əmiş oğlu – Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirib.
Məscid: 1997-ci ildə tikilmişdir.
II Dünya Müharibəsində iştirak edənlərin sayı: 3 nəfər.
Qəhrəman ana: 1 nəfər.
I Qarabağ müharibəsi iştirakçısı: 1 nəfər.
Cəbiyev Gülsəfa Ağakişi oğlu
II Qarabağ müharibəsi iştirakçısı: 2 nəfər.
1. Sadıqlı Şamil Zakir oğlu – əsgər, 20. 11. 1996-cı il.
2. Zəkullazadə Əlizadə Asəf oğlu – əsgər, 01. 06. 1996-cı il.
Kəndin tanınmışları:
Kənddə:
Hüseynov Tofiq Qəyyum oğlu – Yeyənkənddə icra nümayəndəsi işləyib.
1953-cü ildə Masallı rayonunun Xəlfələr kəndində doğulub. Ali təhsilli müəllimdir. 1992-ci ildən 1996-cı ilə kimi Masallı RİH Başçısının Yeyənkənd ərazisi ezrə nümayəndəsi işləyib. 1996-cı ildən ərazi nümayəndəsinin müavini işləyir.
Sadıqov Şakir Əmiş oğlu –kəndin ilk ali təhsillisi, məktəb direktoru işləyib.
1938-ci ildə Masallı Rayonunun Xəlfələr kəndində doğulub. Orta məktəb təhsilini 1953-56-cı illərdə Ərkivanın “Ağ məktəb”ində alıb. 1962-1967-ci illərdə Azərbaycan XDİ-nun fransız dili fakültəsində oxuyub. 1971-1993-cü illərdə Yeyənkənd orta məktəbində direktor olmuşdur. Sonrakı illərdə ömrünün sonuna – 2010-cu ilə kimi müəllim işləmişdir.
Babayev Əhməd Ağaxan oğlu – məktəb direktoru işləyib.
Xosiyev Sakit Eldar oğlu – Yeyənkənd bələdiyyəsinin sədri olub.
Rayondan kənarda:
Nurullayev Ramiz Vəliş oğlu - Biləsuvar və Beyləqan Rayon Məhkəmələrinin hakimi işləmişdir.
Ölkədən kənarda:
Allahverdiyev Vəlixan Ağaxan oğlu – Rusiya Federasiyası Kazan şəhərində bizneslə məşğuldur.
Kəndin yazarları:
Xəmmədli Əmrah Göyüş oğlu – həkim-şair. 10 kitabın müəllifi.
Yeyənkənd İnzibati Ərazi Dairəsi haqqında məlumatların toplanmasında bizə yaxından kömək edən Fərəcov Fəxrəddin İzzət oğluna dərin təşəkkürümüzü bildiririk.
“Masallı ensiklopediyası”nı hazırlayan qrup