Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallının ensiklopediyası” – 10-cu yazı. Qodman İnzibati Ərazi Dairəsi


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları

Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)

Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30

Əlizaman Baxış:  - 0 50 427 70 25

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, və Köhnə Alvadı kəndləri ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Qodman İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
   2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
   3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html


10-cu yazı - Qodman inzibati ərazi dairəsi 


Tabeliyində olan kəndlər:


Qodman kəndi

Məmmədrzakücə kəndi

Əzizabad kəndi


Özəllikləri- Ərazinin 4 yetirməsi polis rəisi, 1-i məhkəmə hakimi olmuşdur. Qodman kəndində Mansur Əliyevin 5  yazar oğlu  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qodmanda boya başa çatmış   Əliyeva Lalə 1947-53-cü illərdə  Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. O həm də kənd XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır..


Kəndin adının mənası:


Ehtimallar və reallıqlar 


      Qodman sözünün mənası haqqında müxtəlif mülahizələr vardır. Bu toponim ingilis dilində “Qud mən” (yaxşı adam) sözü ilə əlaqələndirən bir qrup kənd əhalisinin fikrincə, bu yaşayış yeri ingilislər tərəfindən bina edilmişdir. 1812-ci ildə  yaşayış yerinin qonşuluğunda yerləşən Ərkivan qalasında İran qoşunlarının tərkibində inğilis hərbi müşavirləri olmuşdur. Bu haqda qaynaqlarda məlumatlar verilir. Lakin bu ehtimal Qodman sözünün ingilis sözündən yaranmasına heç bir əsas vermir. 

Qodman sözünü alman familiyası daşıyan bir şəxsin burada məskunıaşması ilə bağlayanlar da vardır. Keçən əsrdə Qodmanın da daxil olduğu Lənkəran qəzasında yəhudi, alman və s. millətlərin nümayəndələri yaşamışdır. Lakin Qodman sözünün alman mənşəli olması da ağlabatan deyildir. 


Bizcə, Qodman sözünün mənasını ərəb və talış dillərində axtarmaqla düzgün nəticəyə gəlmək mümkündür. 


Məlumdur ki, bu toponim talışca “Ğodmon” (Ğıdmon) adlanır ki, bu da “Ğədimon” sözünün fonetik dəyişkənliyə məruz qalmış şəkli olub, mənası “qədimlər” deməkdir. Bu sözün ərəb dilində işlənən “qədimon” (mənası: qədim zamanda, köhnədən bəri, qədimdən bəri deməkdir) və “qüdəma” (ərəbcə: qədim sözünün cəmi, qədimlər) sözləri ilə bağlıdır. (Bax: “Ərəb və fars sözləri lüğəti”. Səh. 113, 131. Bakı -1985). 

Deməli, Qodman sözünün mənası qədimlər, qədimdən bəri deməkdir. 

     Qodman sözünün “Qədim” şəxs adı əsasında yaranmasını qəbul etsək, bu yaşayış yerinin tayfa adı əsasında yaranmasına şübhə yeri qalmır. Talışlarda Ğədim, Ğədiməli şəxs adları geniş işlənir. 

Buna görə də Qodman sözü etnonim şəklində anlaşıla bilər. Talış toponimlərindən olan Ğosməlion sözündə “Ğosm” - Qasım deməkdir. “Ğədim” sözü də bina müvafiq dəyişərək “Ğodm” şəklinə düşüb. 

Qodman sözü Ğədimon sözünün fonetik dəyişmiş formasıdır. “Ğodm” şəxs adı, “on” (-an) cəmlik bildirən şəkilçidir. 

Bədəlon, Xanalion toponimləri kimi Qodman da nəsil, tayfa əsasında yaranıb. (Musarza Mirzəyev, Şahrza Ağayev. “Masallı toponimləri” səh. 15-16. “Maaraf” nəşriyyatı. Bakı - 1992)

      “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ində (“ŞƏRQ-QƏRB” mətbə-əsi. Bakı - 2007, səh. 63) də Qodman sözünün etimologiyası yuxarıdakı kimi şəxs, nəsil, tayfa adı ilə əlaqələndirilsə də, digər mülahizələr də yürüdülür. Lüğətdə qeyd edilir ki, kəndin adı talış dilindəki “qod” (kiçik təpə) sözündən və məkan bildirən “man” şəkilçisindən ibarət olub, “kiçik təpədəki yer” mənasını bildirir.

     Qodman kəndinin əsasının təxminən 1737-ci ildə qoyulduğu ehtimal edilir. 


Əhalisi:


     1859-1864-cü illərdə çar məmurları tərəfindən həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfər kişi, 134 nəfər qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı.


Inzibati ərazi dairəsi üzrə - 2686 nəfər (01.01.2021-ci il tarixə)

O cümləfən; kişi - 1363, qadın -  1333

Qodman kəndi üzrə - 1508 nəfər. O cümlədən; kişi - 764, qadın – 744


Ərazisi: 449 ha


Coğrafi mövqeyi:      


     Qodman kəndi rayon mərkəzindən 7-8  km aralıda, Xəzər dənizindən  20-25 km qərb istiqamətdə, Talış dağlarının Burovar silsiləsinin ətəklərində yerləşir. Kəndin Böyük Kolatan, Qəriblər, Sığdaş kəndləri ilə sərhəddi böyunca Kolatan çayı (tarixi adı: Səbon) axır. Özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 27 m yüksəklikdə yerləşir. Kəndin yerləşdiyi ərazi səfalı guşə olmaqla yanaşı, həyat və yaşayış üçün çox əlverişli imkanlara malikdir.



Xüsusi qeyd: Qəriblər İnzibati Ərazi Dairəsinə daxil  Qəriblər, Şıxlar, İsi və Dəmbəlov kəndləri də 1998-cu ilə kimi Qodman İnzibati Ərazisinə daxil olmuşdur.


 Kəndin əsas məşğuliyyəti:


     Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq olmuşdur. İndi taxılçılıq, əkinçilik və maldarlıqdır.


Həmsərhəd kəndlər:


Qərbdən Əzizabad, Qəriblər, 

şimaldan Ərkivan,

şərqdən Kolatan,

cənubdan Məmmədrzakücə, Sığdaş.


Kəndin tarixi abidələri: 


1.  Kənd məscidi XIX əsr abidəsidir. 

2. Kəndin Piyəkon sahəsində köhnə kənd yerində və qəbiristanlıqda 2 ədəd qoç başlı daş abidə olmuşdur.

3. Kurqanlar - Kəttoband və Bırnəband


Kənddə ilk məktəb və məktəb binaları haqqında:


     Qodman kəndində ilk məktəb 1926-cı ildə, sovet hakimiyyəti dövründə kənd məscidində açılmışdır. Yeni məktəb binası 1970-ci ildə, hazırkı məktəb isə 2012-ci ildə istifadəyə verilib.


Kənddə ilk müəllim: (Məlumat yoxdur)


Kəndin ilk ali təhsillisi:


Babayev Aslan Xubalı oğlu 1926-cı ildə Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. O, 1946-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomobil nəqliyyatının istismarı şöbəsinə daxil olmuşdur. 1950-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. A. Babayev Avtomobil (Nəqliyyat) Yolları Nazirliyində iş fəaliyyətinə başlamışdır. 

     20 avqust 1953-cü ildə  avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur.


Ərazidə rəhbər işdə çalışanlar

(2600 əhalisi olan ərazinin yetirmələri)


1. Mürşüdov Qurban İlyas oğlu- Masallı Rayon İcraiyyə Komitəsinin sədri, Masalılı Təhsil Şöbəsinin müdiri,

2. Həşimov Mirzəxan --- Bədəlan Çay Fabrikinin yaradıcısı və direktoru,

3. Səmədov Vəkil – Rayon Mədəniyyət şöbəsinin müdiri,

4. Quliyev Azad Əkbər oğlu (Azad Talışoğlu)- Bakı Şəhər Baş Milis İdarəsinin rəisi,

5.  Həşimov Qəyyum Rəzi - Ucar, Zərdab, Yardımlı və digər rayonların polis rəisi,

6. Əliyev Şəmsəddin Mansur oğlu- Bakı şəhəri Abşeron rayon Milis Şöbəsinin rəis müavini, rəis əvəzi, Binəqədi rayon Milis İdarəsinin rəisi vəzifələrində işləmişdir,

7. Əliyev Ziya Fəxrəddin oğlu- Bakı Şəhər Nizami rayon Polis İdarəsinin rəisi, 

8. Tahirov Zamin – Balakən Rayon Məhkəməsinin hakimi,

9. Həşimov Rəzi bəy Həşim oğlu- Lənkəran Milis İdarəsində Cinayət Axtarış Şöbəsinin müdiri,

10. Şiriyev Fikrət Abuzər oğlu – BDU-nun prorektoru olmuşdur,

11. Mansurzadə Ağaddin Mansur oğlu- “Ülfət”qəzetinin redaktoru,

12. Əliyev Fəxrəddin (Fəxrəddin  Ziya) Mansur oğlu - Respublika Səhiyyə Nazirliyinin Statistika İdarəsinin rəisi

13. Əzimov Ətulla Bağı oğlu – Masallı Meşə Təsərrüfatı İdarəsinin müdiri,

14. Kazımov Əligüşad İbad oğlu - Masallı rayon Profilaktik Dezinfeksiya Stansiyasının müdiri,

15. İbrahimov İsabala İsi oğlu - Rayon Baytarlıq idarəsinin müdiri,

16. Böyükağa Talıblı - Azərbaycan SSR Xalq Ədliyyə Komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi və digər rəhbər işlərdə çalışmışdır. (Atası Əzizabad kəndindən olmuşdur)

17. Mürşüdov Zeynal - 34 saylı Masallı Səyyat Mexanikləşdirilmiş Dəstənin rəisi

(Bu şəxslər barədə digər bölümlərdə daha ətraflı məlumatlarla tanış ola bilərsiniz)

.

II Dünya Müharibəsində iştirak edənlər:


50 nəfər müharibəyə getmişdir. 

26 nəfər şəhid olmuşdur .

24 nəfər sağ qayıtmışdır.

 Kənd sakini Babayev Əkbər Əyyan oğlu İtaliyada, Adriatik dənizinin sahillərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə birlikdə alman faşistlərinə qarşı partizan hərəkatında iştirak etmişdir.


Qarabağ uğrunda şəhid olanlar: 4 nəfər


Kazımov Cəlal Abuzər oğlu 


     01 sentyabr 1973-cü ildə Qodman kəndində anadan olmuşdur. 01.06.1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhid olmuşdur. Qodman kənd tam orta məktəbi onun adını daşıyır.


Səmədov Məmmədağa Cəbrayıl oğlu


     05.10.1963-cü il tarixdə Qodman kəndində anadan olmuşdur. O, Qarabağ müharibəsi zamanı könüllü şəkildə müharibəyə getmiş və orda şəhid olmuşdur.


Həşimov Balı Mövlan oğlu 


     20.01.1977- ci il tarixdə Qodman kəndində anadan olmuşdur. 20.01.1996-cı ildə hərbi xidmət zamanı şəhid olmuşdur.


Zərbiyev Rahim Oktay oğlu


     30.10.1979-cu ildə Qodman kəndində anadan olmuşdur. 22.07.1998-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.


Alimlər:


Şiriyev Fikrət Abuzər oğlu 


     1957-ci ildə Qodman kəndində anadan olmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Filoloq, Filologiya elmlər doktoru, professordur. Bakı Dövlət 

Universitetində prorektor vəzifəsində çalışmışdır.


Yazarlar:


Əliyev Ağaddin Mansur oğlu(Ağaddin Mansurzadə) - jurnalist, yazıçı-publisist.


      1940-cı ildə Qodman kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Respublikanın bir sıra mətbuat orqanlarında ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. “Ülfət” qəzetinin baş redaktoru işləmişdir. 2007-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.


Əliyev Fəxrəddin Mansur oğlu(Fəxrəddin Ziya) - həkim, şair.


      1953-cü ildə Qodman kəndində anadan olmuşdur. 1977-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsini bitir-mişdir. SSRİ-Əfqbıstan Müharibəsi illərində tərcüməçi işləmiş, müharibə veteranı-dır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Statistika İdarəsinin rəisi vəzifəsində işləmişdir. Bir neçə şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Bir-liyinin üzvüdür. 


Əliyev Nurəddin Mansur oğlu (Nurəddin Mənsur) - mühəndis, şair.


     1944-cü ildə Qodman kəndində anadan olmuşdur. Bir neçə şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.


Əliyev Şəmsəddin Mansur oğlu 


      1948-ci ildə Qodman kəndində anadan olmuşdur.  1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Bakı şəhəri Abşeron rayon Milis Şöbəsinin rəis müavini, rəis əvəzi, Binəqədi rayon Milis İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Əliyev Zülfüqar Mansur oğlu (Zülfüqar Qodmanlı) - şair


     15 iyun 1933-cü ildə Qodman kəndində anadan olmuşdur. LKGİ-nın Sumqayıt şəhər Komitəsində, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində və bir sıra mühüm dövlət vəzifələrində işləmişdir. 24 mart 1998-ci il tarixdə vəfat etmiş-dir  Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.


Quliyev Azad Əkbər oğlu (Azad Talışoğlu)


     21 yanvar 1924-cü ildə Qodman kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. BVM iştirakçısı olmuş, döyüş əməliyyatı zamanı ağır yaralanmışdır. Uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Bakı şəhəri Milis İdarəsinin rəisi, DİN-nin Pasport və Qeydiyyat İdarəsinin rəisi 

vəzifələrində işləmişdir. Milis polkovniki hərbi rütbəsi olmuşdur. O, ədəbiyyat sahəsində Azad Talışoğlu təxəllüsü ilə fəaliyyət göstərmiş, bir sıra şeirlər kitabının müəllifi,  SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur. 17 may 2008-ci il tarixdə vəfat etmişdir.


Din xadimləri:


XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Molla Cəfər, Molla Mir Fəyyaz, Molla Almaz, Molla Bədəl, Molla Səmənd və Kərbəlayi Molla Rza tanınmış din xadimləri olmuşlar. Molla Cəfər, Molla Mir Fəyyaz, Kərbəlayi Mola Rza ali təhsilini Qum və Bağdad şəhərlərində almışlar.


Əliyev Ziya Fəxrəddin oğlu- hüquqşünas.


      Respublika hüquq-mühafizə orqanları sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2021-ci ildən Bakı şəhər Nizami rayon Polis İdarəsinin rəisi 

vəzifəsində çalışır.


Əzimov Ətulla Bağı oğlu – aqronom


1934-ci ildə Qodman kəndində anadan olub. Qodman kəndindəki Dimitrov adına kolxozda (sovxozda) aqronom, baş aqronom, sovxoz direktoru, Masallı rayon Yemçilik Birliyinin direktoru, Masallı Meşə Təsərrüfatı İdarəsinin direktoru vəzifələrində işləmişdir. 2017 -ci ildə Qodman kəndində vəfat etmişdir. 


Həşimov Qəyyum Rəzi oğlu - hüquqşünas.


      1922-ci ildə Qodman kəndində andan olmuşdur. Ağdam, Puşkin (Biləsuvar), Astara, Yardımlı və Ucar rayonlarında Milis Şöbələrinin rəisi vəzifəsində işləmiş-

dir. Milis polkovniki hərbi rütbəsi olmuşdur. O, 1993-cü il tarixdə vəfat etmişdir.


Kazımov Əligüşad İbad oğlu - sanitariya həkimi.


     20 yanvar 1947-ci ildə Qodman kəndində anadan olmuşdur. Masallı rayon Profilaktik Dezinfeksiya Stansiyasının baş həkimi vəzifəsində işləmişdir. Hazırda

dünyasını dəyişmişdir.


Mürşüdov Qurban Mirilyas oğlu - filoloq


     1920-ci ildə Qodman kəndində anadan olmuşdur. 1950-ci ildən Yardımlı RPK-nın II katibi, Masallı Rayon İcraiyyə Komitəsinin sədri, RXMŞ-nın müdiri, DOAKYC-nin sədri vəzifələrində çalışmışdır. O, 01 iyul 1984-cü il tarixdə vəfat etmişdir. (Bax yuxarıda “Kəndin ilk ali təhsilliləri” bölümünə)


Həşimov Rəzi bəy Həşim oğlu 


1897-ci ildə Lənkəran qəzasının Qodman kəndində doğulmuşdur. Yaşadığı ictimai-siyasi dövrün tanınmış və parlaq simalarından biri olmuşdur. Sövet hakimiyyətinin ilk illərində fəal kommunistlərdən biri kimi kolxoz quruculuğunda böyük 

xidmətləri olmuşdur. 1969-ci ildə Qodman kəndində vəfat etmişdir.


Həşimov Kamil Rəzi bəy oğlu - hüquqşünas


      1928-ci ildə Qodman kəndində doğulmuşdur. Azərbaycan Dövlət 

Universitetinin hüquq fakültəsini bitirmişdir. Lənkəran şəhər Daxili İşlər Şöbəsində müstəntiq, Qodman kəndindəki Dimitrov adına kolxozda (sovxozda) müxtəlif vəzifələrdə işləmişdir. 1996-ci ildə Qodman kəndində vəfat etmişdir.


Həşimov Mürüvvət Rəzi bəy oğlu - riyaziyyatçı- fizik, məllim


1930-cu ildə Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. 1937-ci ildə Masallının Digah kəndindəki internat məktəbinin 1-ci sinfinə daxil olub. 1947-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək Ağdamda 2 illik Müəllimlər İnstitutuna daxil olub. 1953-cü ildə ildə Azərbaycan Dövlət Pedaqoji Institutunun fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1958-ci ildən başlayaraq Bakı şəhərinin Ramana qəsəbəsində, Qodman kəndində uzun illər müəllim və məktəb direktoru vəzifələrində çalışıb. Xanəndə - ifaçı kimi Bakı şəhərində, Abşeron rayonunun və regionumuzun müxtəlif el şənliklərində iştirak etmişdir. Azərbaycan radiosunun “Qızıl fondu”nda M. Həşimovun səs yazıları qorunub saxlanır.


Zeynal Mürşüdov - mühəndis

34 saylı Masallı Səyyat Mexanikləşdirilmiş Dəstənin rəisi, 1958-61-ci illərdə Masallı İsti su Sanatoriasına ilk şose yolunun çəkilməsində, sanatoriyanın tikintisində müstəsna əməyi omuş, Qodman kəndindəki “Dimitrov” adına kolxozun sədri vəzifəsində çalışmışdır.

Lalə Əyyub qızı Əliyeva (1923-2014)

1947-1953-cü illərdə Qodman kənd XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, həmin illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Güləndam Dadaş qızı Həşimova - hüquqşünas

Qodman kəndindəki  “Dimitrov” adına sovxozda ilk komsomol təşkilatının katibi, Masallı rayon XDS İcraiyyə Komitəsində hüquqşünas, ümumi şöbənin müdiri, Masallı rayon Vergi Müfəttişliyində hüquqşünas vəzifələrində işləmişdir.

Səmədov Vəkil Muxtar oğlu - (ixtisası bəli deyil)


     15 iyun 1924-cü ildə Qodman kəndində anadan olmuşdur. Masallı rayon Mədəniyyət Şöbəsinin, Baramaçılıq İdarəsnin, Kino Birliyinin müdiri, Ərkivan qəsəbə XDS-nin sədri vəzifələrində işləmişdir. O, 26 dekabr 1991-ci il tarixdə vəfat etmişdir.

Qeyd: Oruc kişi (Oci)-müharibə veteranı olub. barəsində tam məlumat əldə olunmadı. (Doğum və ölüm tarixi, fəaliyyəti, daşıdığı vəzifələr və s.)


İnfrastruktur


     Qodman inzibati ərazi vahidində 2 məscid, 1 orta məktəb binası, 1 həkim ambulatoriyası, 1 poçt-rabitə şöbəsi, 1 ATS, 10 kommersiya, 2 maşın təmiri sexi və s. fəaliyyət göstərir.


Qodman kəndi üzrə nə çatmır?


Kənddə ilk müəllim:

Xeyriyyəçilər:

Qəhrəman anaların sayı-36

Orden və medallar alanlar:


Kəndin adı: Məmmədrzakücə 


Kəndin adının mənası: 


     Məmmədrzakücə kəndinin adı kənddə ilk məskunlaşan Məmmədrza adlı şəxsin adı ilə bağlıdır. Məmmədrzakücə - Məmmədrza adlı bir şəxsin məhəlləsi, onun nəsli-nin yaşadığı yer anlamına gəlir. (Musarza Mirzəyev, Şahrza Ağayev. “Masallı toponimləri” səh. 15-16. “Maaraf” nəşriyyatı. Bakı - 1992).

      Yazıçı-publisist, jurnalist - araşdırıcı Xodaşirin Cəbiyev (Cabbarlı) 04.11.2012-ci ildə Masallı rayonunun musiqi tarixi ilə bağlı tədqiqat apararkən el xanəndəsi, Qodman kənd sakinin rəhmətlik Mürüvvət Həşimovdan müsahibə alarkən Məmmədrzakücə və Əzizabad kəndlərinin tarixi keçmişi haqqında da məlumatlar toplamışdır. 

Onun qənaətinə görə M. Həşimovun ulu babası Məmmədrza bəy Lənkərandan Masallının indiki Məmmədrzakücə kəndinin ərazisinə köçərək orada məskunlaşmışdır. Kəndin ilk  sakini və əsasını qoyan Məmmədrza bəy olmuşdur. O, təkcə Lənkəranda deyil, ümumən Azərbaycanda tanınan - geniş, çox şaxəli olan “kələntərlilər” nəslinin nümayəndəsi olmuşdur. Onun  əmisi  oğlu   Əziz bəy də Lənkərandan köçüb gələrək qonşu ərazidə - indiki Əzizabad  kəndində  məskun-laşmışdır. Hər iki kənd bu gün ilk sakinlərinin - Məmmədrza və Əziz bəyin adını daşıyır “CƏNUB  XƏBƏRLƏRİ” qəzeti № 32 30.11.2012-ci il.

Əhalisi:       736 nəfər  (01.01.2021-ci il tarəxə). O cümlədən; kişi - 361,  qadın - 375 nəfər.

Ərazisi: 186 ha 


Coğrafi mövqeyi:


     Məmmədrzakücə kəndi rayon mərkəzindən 9-10  km aralıda, Xəzər dənizindən  20-25 km qərb istiqamətdə, Talış dağlarının Burovar silsiləsinin ətəklərindəki təpəlikdə yerləşir. Kəndin Əzizabad, Qodman kəndləri ilə sərhəddi böyunca 

Kolatan çayı (tarixi adı: Səbon) axır. Özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 40 m yüksəklikdə yerləşir. Kəndin yerləşdiyi ərazi səfalı guşə olmaqla yanaşı, həyat və yaşayış üçün çox əlverişli imkanlara malikdir.


Kəndin əsas məşğuliyyəti: 


Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq, arıçılıq olmuş, indi isə taxılçılıq, maldarlıq, arıçılıqdır.


Həmsərhəd olduğu kəndlər:


Şimaldan Əzizabad, 

şərqadən Qodman, 

cənubdan Sığdaş 

qərbdən Talış sıra dağlarının Burovar silsiləsi ilə həmsərhəddir.


Kənddəki tarixi abidələr və müasir tikililər: (Məlumat yoxdur)


İlk məktəb: -məktəb olmayıb



II Dünya Müharibəsində iştirak edənlər:


     Məmmədrzakücə kəndindən 25 nəfər müharibəyə getmiş, 

onlardan 17 nəfər həlak olmuşdur. 


Alimlər:


İbrahimov Hacıbala İskəndər oğlu - hüquqşünas, hüquq elmlər namizədi.


     20 mart 1958-ci ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Rusiya 

Federasiyasının Ulyanovsk şəhərində uzun illər yaşamış, Moskva Dövlət Universitetinin Ulyanovsk filialının hüquq fakültəsini bitirmişdir. Hazırda Bakı şəhərində Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunda işləyir. 


Kəndin tanınmış ziyalıları:


Əliyev Bəşarət Gülağa oğlu - həkim-stomatoloq.


     1952-ci ildə Məmmədrzakücə kəndində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir. Masallı və Cəlilabad rayonlarının Mərkəzi Xəstəxanalarında həkim-stomatoloq vəzifələ-rində çalışmışdır. Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayr. Haliyədə yaşa görə təqaüdə çıxmışdır.


Əliyev Ədalət Gülağa oğlu - kənd təsərrüfatı mütəxəssisi


      1950-ci ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir.


İbrahimov Rəhim Güllər oğlu - hüquqşünas


1974-ci2 ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Ali Polis Akademiyasını bitirmişdir. Masallı, Lənkəran rayon Polis Şöbələrində müxtəlif vəzifələrdə işləmişdir. 



İbrahimov Bəhlul Lazım  oğlu - ( filoloq)


1929-cü ildə Qodman XSD-nin Məmmədrzakücə kəndində anadan olmuşdur.

Uzun illər Qodman kənd orta məktəbində müəllim və məktəb direktoru vəzifə-lərində çalışmışdır. 1999-cu ildə Məmmədrzakücə kəndində vəfat etmişdir.


Əliyev İsabala İsgəndər oğlu - baytar həkimi.


     13 sentyabr 1950-ci ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. 

Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmiş-dir.

Baytarlıq sahəsində müxtəlif xidməti vəzifələrdə, Masallı rayon İH-nin Qodman 

i.ə.d. üzrə nümayəndəsi vəzifəsində çalışmış, Masallı rayon Baytarlıq İdarəsinin 

baş həkimi vəzifəsində işləmişdir.


İbrahimov Rəhim Güllər oğlu (Bax yuxarıda “Kəndin tanınmış ziyalılar” bölümünə)


İbrahimov Sarvan Bəhlul oğlu - jurnalist.


     1969-cu ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. “Azərbaycan müəllimi” qəzetinin redaktor müavini vəzifəsində işləyir.


Əliyev Gülağa Mirzəli oğlu - mühasib


   1929-cu ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Bakı Plan-Uçot Texnikumunu bitirmişdir. Uzun illər Masallı rayonunun müxtəlif təsərrüfarlarında mühasib, baş mühasib vəzifələrində çalışmışdır. Haliyədə dünyasını dəyişmişdir.


Tahirov Cəbrayıl ... oğlu - mühasib. (Barəsində məlumat yoxdur).


Tahirov Zamin Cəbrayıl oğlu - hüquqşünas.


     11 noyabr 1964-cü ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Ulyanovsk şəhərində yaşamış, Moskva Dövlət Universitetinin Ulyanovsk filialının hüquq fakültəsini bitirmişdir. Masallı İcra hakimiyyətində şöbə müdiri, Quba rayonunda hakim işləyib, hazırda Balakən  rayon Məhkəməsində hakim vəzifəsində işləyir. 


7. Tarixi abidələr və müasir tikililər

8. Tahirov Cəbrayıl ... oğlu - mühasib. (Barəsində geniş məlumat yoxdur).


Kəndin adı:   Əzizabad 

Kəndin adının mənası: 


      Əzizabad kəndinin adının mənası Sığdaş ərazisinin kəndxudası olmuş Əziz bəyin adından götürülmüş və kənddə ilk məskunlaşanlar Əziz bəyin 6 (altı) oğlanları olmuşdur. (Daha ətraflı: bax Qodman kəndinin adının mənası bölümünə).


Əhalisi:          442 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 228, qadın - 214 nəfər.


Ərazisi:          138 ha


Coğrafi mövqeyi:


     Əzizabad kəndi rayon mərkəzindən 8-9 km cənub-qərb istiqamətdə, Xəzər dənizindən 20-25 km qərb istiqamətdə, Talış dağlarının Burovar silsiləsinin ətəklə-rində yerləşir. Kəndin Qəriblər, Qodman kəndləri ilə sərhəddi böyunca Kolatan çayı (tarixi adı: Səbon) axır. Özünün mütləq hündürlüyü okean səviyyəsinə uyğun olaraq Xəzər dənizindən indiki halda 20 m yüksəklikdə yerləşir. Kəndin yerləşdiyi ərazi səfalı guşə olmaqla yanaşı, həyat və yaşayış üçün çox əlverişli imkanlara malikdir.


Kəndin əsas məşğuliyyəti:


Əvvəllər çayçılıq, tərəvəzçilik, arıçılıq və maldarlıq olmuş, indi taxılçılıq, maldarlıq, əkinçilik, arıçılıqdır.


Həmsərhəd kəndlər:


Şimal-qərbdən Qəriblər,

şimaldan və şərqdən Qodman,

cənubdan Məmmədrzakücə  kəndləri ilə həmsərhəddir.


İlk məktəb:


     Feyruz kişinın həyətində 2 otaqlı ibtidai məktəb olmuşdur. 1970-ci ildə fəaliyyətini dayandırmışdır.


Kəndin ilk ali təhsilliləri haqqında məlumat:


Qənbər MirƏjdər oğlu Talıblı - alim-aqronom, kənd təsərrüfatı elmləri namizədi.


     1905-ci ildə Əzizabad kəndində anadan olmuşdur. Hələ uşaqlıq illərindən əmisi, 

görkəmli ictimai-siyasi xadim Böyükağa Talıblı tərəfindən himayəyə götürülmüşdür. 1936-cı ildə Leninqrad Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunda çalışmış, uzun illər həmin institutun Lən-kəran filialının direktoru olmuşdur. 


II-ci Dünya Müharibəsində iştirak edənlər:


Əzizabad kəndindən 11 nəfər müharibəyə getmişdir. 

Onlardan 9 nəfər həlak olmuş, 

2 nəfər sağ qayıtmışdır.



Alimlər:


Qənbər Əjdər oğlu oğlu Talıblı (Bax yuxarıda “Kəndin ilk ali təhsilliləri haq-qında” bölümünə).


Kəndin ziyalıları haqqında: (Ətraflı məlumat yoxdur) 


Əsədov Muxtar ... oğlu - filoloq (fars dili və ədəbiyyatı üzrə), müəllim.


      1946-cı ildə Əzuzabad kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Böyük Kolatan, Qodman kənd orta məktəblərində müəllim, tədris işləri üzrə dərs hissə müdiri vəzifələrində işləmişdir.


Rəhbər vəzifələrdə işləyənlər:


Talıblı Böyükağa Mir Qasım oğlu - inqilabçı, ictimai-siyasi və dövlət xadimi


     Atası  Mir Qasım Lənkəran qəzasının Əzizabad kəndində doğulmuş, Lənkəranda və Salyanda müxtəlif işlərdə çalışmışdır. Böyükağa isə 21 mart 1897-ci ildə Salyan şəhərində qulluqçu ailəsində doğulmuşdur.

Daha sonra Rusiyada ali məktəbə daxil olmuş, əvvəllər Petroqrad Vilayət Komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyir. Bir müddətdən sonra  o, Moskvaya  qayıdır.

        1920-ci ildə B. Talıblı Sovet Azərbaycanına göndərilərək Fəhlə-Kəndli Müfəttişliyi komissarının müavini, sonra isə Xalq Təsərrüfatı Şurasının sədri vəzifəsinə təyin edilir.

     1921-ci ildə o, Azərbaycan K (b) P Bakı Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının üzvü seçilmişdir. Həmin dövrdə eyni zamanda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.

     O, 1921-ci il mart ayının 30-dan 1921-ci il aprel ayının 15-dək “Kommunist” qəzetinin ikinci rəsmi redaktoru olmuşdur.

Sonralar Azərbaycan SSR Xalq Ədliyyə Komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru, Respublika prokuroru (1926-1930, 1931-1932) Bakı Plan İdarəsinin sədr müavini və sədri kimi mühüm və məsul dövlət vəzifələrində çalışmışdır.

         


Cahangirov Süleyman ... oğlu - (təhsili barədə məlumat yoxdur).


     1927-ci ildə Lənkəran qəzasının Əzizabad kəndində doğulmuşdir. Uzun illər Qodman kənd XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1998-ci ildə Əzizabad kəndində vəfat etmişdir.


Fəttayev Hamlet Feyruz oğlu - mühəndis (təhsil alması barədə məlumat yox-dur).


     14 oktyabr 1966-cı il də Əzizabad kəndində anadan olmuşdur. Azərbaycan 

Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat İnstitutunda şöbə rəisi vəzifəsində işləyir.


Əlizadə  Süleyman oğlu Cahangirov - aqronom (Əzizabad)

1957-ci ildə Əzizabad kəndində doğulmuşdur. Gəncə Kənd Təsərrüfatı Akademiyasınıın aqronomlüq fakültəsini bitirmişdir. Qodman i.ə.d. üzrə ərazi nümayəndəsi vəzifəsində işləmişdir.

Sülyman Səttar oğlu Cahangirov (1921-1999)

25 il Qodman XDS İK-nin sədri vəzifəsində işləyib.


Muxtar İbrahim oğlu Əsədov - şərqşünas



Əzizabad kəndi   - nə çatmır?


1. Qəhrəman anaların sayı

4. Orden və medalllar alanlar:

5. I – II Qarabağ müharıbəsi iştirakçıları: (məlumat yoxdur)


“Masallı Ensiklopediyası”nı hazırlayan qrup







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10