Ərazinin özəllikləri
1. Rayonun ilk müəllimi – Mirzə Nəzirməmməd Bəşirov II Səmidxan kəndində anadan olmuşdur.
2. II Səmidxanlı xanəndə Ərzulla Əliyev Xan Şuşinskini heyrətə gətirdi.
(Ətraflı II Səmidxanın tanınmışları bölümündə)
3. Rayonda “Qoç heykəli”nin saxlandığı yeganə qəbristanlıq Səmidxan ərazisindədir.
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: - 0 50 427 70 25
Faiq Hüseynzadə: +7 921 278 51 21
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, və Köhnə Alvadı, Qodman Yeyənkənd kəndləri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Səmidxan İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)
8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html
9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html
10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html
Səmidxan İnzibati Ərazi Dairəsi
29.03. 2000-ci ildə Şərəfə ərazi dairəsindən ayrılaraq müstəqil ərazi olaraq yaradılmışdır.
1. Səmidxan İnzibati Ərazi Dairəsi 4 kəndi – Səmidxan, Alışanlı , II Səmidxan, Ətcələr kəndlərini əhatə edir.
2. Səmidxan ərazi dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən şimalda, Bakı-Astara magistral yolundan şimal-şərqdə, düzənlik sahədə yerləşir.
3. Həmsərhəd olduğu İnzibati Ərazi Dairələri:
Şimaldan Qarğalıq,
cənubdan Masallı,
qərbdən Şərəfə,
cənub-şərqdən Öncəqala
İnzibati Ərazi Dairələri ilə həmsərhəddir.
5. Ərazi dairəsinin əhalisi: 01. 01. 2021-ci il tarixə 3746 nəfər.
o cümlədən: kişi: 1868 nəfər; qadın: 1878 nəfər.
6.Ərazi dairəsinə daxil olan torpaq sahəsi: Cəmi: 1128 ha.
a) Əkin sahəsi: 595 ha.
b) Bələdiyyə torpaqları: 398 ha.
c) Yaşayış yerlərinin yerləşdiyi torpaq sahəsi: 157 ha.
Ərazidə ilklər:
I Səmidxanda ilk müəllim:
Allahverdiyev Abdulhəsən Həsən oğlu
I Səmidxanda ilk ali təsilli:
Kərimov Malik Həmzə oğlu
I Səmidxanda ilk alim:
Quliyev Mahmudağa Əbülfəz oğlu
Alışanlıda ilk məktəb müdiri:
Məktəbin ilk müdiri Ağayev Mikayıl Ağalı oğlu
Alışanlıda ilk ali təhsilli:
Rəcov Adil Ədil oğlu
Ətçələrdə ilk ali təhsilli:
Balaşov Həşim Abı oğlu
II Səmidxanda ilk ali təhsilli:
Şükürov İsmayıl Şükür oğlu
Ərazidə şəhidlər:
Həşimov Seymur Qulu oğlu – Səmidxan kəndi.
Şirəliyev Raci Qafil oğlu - Alışanlı kəndi
Abbasov Vüqar Xeyrulla oğlu - Alışanlı kəndi
Əzizov Elxan Sakit oğlu Alışanlı kəndi
İbayev Mərdan Qardaş oğlu - Ətçələr kəndi
Ağayev Rasim Həsənağa oğlu - Ətçələr kəndi
(Ətraflı “Kəndin şəhidləri” bölümündə)
Alimlər:
Quliyev Mahmudağa Əbülfəz oğlu - iqtisadiyyat elmləri namizədi (Səmidxan kəndi)
(Ətraflı “Alimlər” bölümündə)
Ərazinin tanınmışları:
Kənddə:
Həsənov Əmənulla Absalam oğlu - Kənd XDS-də katib (Səmidxan kəndi)
Həsənov Həzrətqulu Absalam oğlu- Sabir adına sovxoz (Şərəfə)həmkarlar təşkilatının sədri (Səmidxan kəndi)
Allahverdiyev Həsən Abdulhəsən oğlu – Kənd XDS-də katib (Səmidxan k.)
Kərimov Cavanşir Malik oğlu - RİH-n İƏN-nin müavini (Səmidxan kəndi)
Zeynalov Ramiz Maşalla oğlu – Səmidxan kolx.nun sədri (1995-1998). (Səmidxan k.)
Əmənov Adbala Rəcəb oğlu – Səmidxan kolx.-nun sədri
(1998-1999) (Səmidxan)
Rüstəmov Həbib Xanoğlan oğlu – məktəb direktoru(Alışanlı kəndi)
Mehdiyev Şaban Gülbala oğlu – bələdiyyə sədri (Ətçələr kəndi)
Fərəcov İsmayıl Fərəc oğlu - Sabir adına sovxozun direktoru (II Səmidxan)
Həbibov Əbülfəz Kərim oğlu – Fermer təsərrüfatının başçısı (II Səmidxan)
Həsənov Fikrət Məlik oğlu – Səmidxan kənd t/orta məktəbinin direktoru (2012-19).
(Ətraflı “Kəndin tanınmışları” bölümündə)
Rayonda:
Səmidxan kəndindən:
Kərimov İdris Yaqub oğlu – Masallı Su İdarəsinin rəisi işləyib.
Məmmədov İmanqulu Qulu oğlu– Masallı Rayon Aqrar Sənaye Birliyində baş zootexnik.
Vəliyev Süleyman Məmmədağa oğlu - Masallı RİH-ndə iqtisadçı
Səlimov Valeh Hilal oğlu - Masallı RMX-a müalicə həkimi
Əmənov Adıbala Rəcəb oğlu - Masallı Rayon Kommunal Xidməti İdarəsində baş mühasib
Bakı şəhəri və digər rayonlarda
Kərimov Xanalı İdris oğlu – SOKARın “Neftqaztikinti” trestinin 7 saylı Tikinti-Quraşdırma bölümündə sahə rəisi.
Zeynalov Siyasət İdris oğlu – Bakı şəhəri “Sipark” tikinti şirkətində sahə rəisidir.
Kərimov Taleh Malik oğlu - Bakı Nəqliyyat Departamentində həkim
Allahverdiyev Qeyrət Abdulhəsən oğlu - Lənkəranın Liman (keçmiş Port-İliç) şəhərindəki Polis şöbəsində sahə rəisi
Əkbərov Qələmşah Qaraş oğlu - Cəlilabad Rayon Diaqnostika Mərkəzində şöbə müdiri
Alışanlı kəndindən:
Əliyev Qulamhüseyn Abdulhüseyn oğlu - Rayon Aqrar Sənaye Birliyində zootexnik işləmişdir.
Ətçələr kəndindən:
Ağayev Mahir Ağa oğlu - Masallı Rayon İcra Hakimiyyətinin tikinti şöbəsində məsləhətçi işləyir.
Mansurov Tapdıq Cəbi oğlu - Rayon Mülki Müdafiə Qərargahının rəisi işləmişdir.
II Səmidxan kəndindən:
Şükürov İsmayıl Şükür oğlu - Bədəlan peşə məktəbinin direktoru.
Ağayev Cavanşir Suleyman oğlu - Rayon İctimai İaşə Müəssisəsində müdir işləmişdir.
Quliyev Əlibala İbrahim oğlu - Masallı rayon cəzaçəkmə müəssisəsində kadrlar şöbəsinin müdiri işləmişdir.
Rəhmətov Fərhad Sahib oğlu - FHN-in Cənub bölgəsi üzrə Baş mütəxəssisidir.
(Ətraflı “Kəndin rayonda tanınmışları” bölümündə)
Ölkədə:
Mansurov Güloğlan Xanoğlan oğlu - Bakı şəhərində tikinti tresində baş mühəndis işləmişdir. (Ətçələr kəndi)
Mansurov Firqət Xanağa oğlu - Azərneft şirkətinin tikinti şöbəsində baş mühəndis işləyir. (Ətçələr kəndi)
(Ətraflı “Kəndin ölkədə tanınmışları” bölümündə)
Ölkədən kənarda yaşayan iş adamları:
Səmidxan kəndindən:
1. Şükürov Çingiz Eldar oğlu Moskva şəhərində bizneslə məşğuldur.
2. Zeynalov Musa Maşallah oğlu - Tumen vilayətinin Surqut şəhərində bizneslə məşğuldur.
3. Aslanov Qərib Soltanağa oğlu - Voronej şəhərində bizneslə məşğul olur.
4. Kərimov Cəlal Qurban oğlu - Rusiya Federasiyasının Voronej şəhərində Biznes sahəsində çalışır.
5. Həsənov Həsənağa Məlik oğlu – RF-in Surqut şəhərində bizneslə məşğuldur.
6. Məlikov Nəriman Məlik oğlu – RF-in Surqut şəhərində bizneslə məşğul olur.
Alışanlı kəndindən:
5. İmanov İmanxan Məhərrəm oğlu - Ukrayna Respublikasının Donetski şəhərində bizneslə və elmi işlə məşğul olmuşdur. Vəfat etmişdir.
Ətçələr kəndindən:
6. Həşimov İlham Həşim oğlu - Rusiyanın Tumen oblastinin Surqut şəhərində həkim.
7. Ağayev Şahin Ağa oğlu - Moskva şəhərində biznes işi.
(Ətraflı hər kəndin ölkədən kənar tanınmışları bölümündə)
SƏMİDXAN İnzibati Ərazi Dairəsi 4 kəndi birləşdirir ---
Səmidxan ,
Alışanlı,
II Səmidxan,
Ətcələr kəndləri.
Ərazi Dairəsinin adını daşıyan kəndin adı: I Səmidxan
Əhalisi: 01. 01. 2021-ci il tarixə 1088 nəfər.
O cümlədən: kişi: 541 nəfər; qadın: 547 nəfər.
Ərazisi: 320 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində, Lənkəran ovalığında, düzən qara torpaq ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə çəltikçilik və maldarlıq, hazırda taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.
Həmsərhəd olduğu kəndlər:
Qərbdən Ağakişibəyli, Şərəfə, şimaldan Ətçələr, şərqdən Alışanlı, cənub-şərqdən Öncəqala, II Səmidxan kəndləri və cənubdan Masallı şəhəri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Səmidxan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
I Səmidxan kəndinin əsası təxminən 300 il bundan öncə Səmidxan və Əmirxan qardaşları tərəfindən qoyulmuşdur. Bu əraziyə əhali əsasən Azərbaycanın müxtəlif yerlərindən gələrək məskunlaşmışlar.
Masallının yaşayış məskənı olaraq salınması və ilkin məskunlaşmas da Musa xanın hakimiyyəti dövründə olduğu bidirilir. Ərzurumun Gər-gər mahalından köç edərək Cənubi Azərbaycanın Masal mahalına və oradan da çoxsaylı at ilxıları ilə bu əraziyə gəlmış iki qardaş - Köylən və Səmid xan qardaşları qızılağaclı Musa xandan bu yerdə yurd salmağa icazə verməsini xahiş edirlər.
Musa xanın icazəsi ilə kimsənin yaşamadığı Yuxarıbaş məhəlləsi Köylən xana yaşayış yeri olaraq yurd kimi verilır.
Masallı kəndinin bünövrəsi belə qoyulur. Səmid xana isə indiki Səmidxan kəndinin ərazisini Musa xan verir. Qardaşlar xahişlərinin yerinə yetirilməsinə görə Musa xana at ilxısı bağışlayırlar. Deyilənlərə görə, Köylənlilər hər sözün başında məsəl çəkərmişlər, özü də türk ləhcəsində məsəli masal kimi işlədirmişlər.
Kəndin tarixi abidələri barədə məlumat:
Səmidxan kənd məscidi bundan əvvəl 1890-cı ildə inşa edilmişdir, 1990-cı ildə köhnə məscidi sökərək yerində kənd əhalisinin vəsaiti hesabına təzə məscid tikilmişdir.
Kəndin qəbirastanlığı təxminən 300 il bundan əvvəl salınmışdır, qəbirəstanlıqda 2002-ci ildə Seyid İmanqulu adlı üləmanın qəbrüstü sərdabəsi tikilmişdir.
Seyid İmanqulu məqbərəsində türk xalqlarına mənsub totem kimi qəbul edilmiş qoç heykəli saxlanılır. Bunun da tarixi Orta əsrlərə gedib çıxır.
Mərasim evi – 2018-2019-cu illərdə inşa edilmişdir.
Səmidxan kəndində məktəb olmamışdır, 1936-cı ildə qonşu Ətçələr kəndində yerləşən Fərzulla bəyə məxsus evdə ibtidai məktəbi açılmışdır. Sonradan kənddə ilk məktəb binası 1955-cı ildə I Səmidxan kəndində inşa olunmuşdur. Məktəbdə təhsil 7 illik təhsil sisteminə çevrilmişdir.
Hazırda həmin məktəb M.İbayev adına Səmidxan kənd tam orta məktəbi kimi fəaliyyət göstərir.
Kəndin ilk müəllimi:
Allahverdiyev Abdulhəsən Həsən oğlu - 1922-ci ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu qurtarmışdır. Böyük Vətən Müharibəsinin veteranı olmuşdur. Allahverdiyev Abdulhəsən Həsən oğlu kəndin və ərazimizin ilk müəllimi olmuşdur. Həm də kasıb uşaqların təhsil almasında xeyriyyəçi kimi uşaqlara geyim və dərs ləvazimatını öz hesabına təşkil etmişdir. 1944-cü ildən 1990-cı il tarixdə vəfat edən günədək Səmidxan kənd orta məktəbində müəllim işləmişdir.
Kəndin ilk ali təhsillisi:
1. Kərimov Malik Həmzə oğlu - 1928-ci ildə Səmidxan kəndində doğulub.
Lənkəran Pedaqoji məktəbini, 1964-cü ildə isə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitututunu bitirmiş, uzun illər Səmidxan kənd orta məktəbinin direktoru işləmişdir. 2011-ci ildə 82 yaşında vəfat etmişdir.
II Dünya müharibəsində iştirak edən və həlak olanlar:
25 nəfər iştirak edib. Onlardan 17 nəfəri həlak olub, 8 nəfəri sağ qayıdıb.
I Qarabağ müharibəsində 5 nəfər iştirak edib:
Onlardan 1 nəfər şəhid olub:
Həşimov Seymur Qulu oğlu – 1973-cü ildə doğulub, 1993-cü ildə şəhid olub.
1 nəfər qazi:
Abasov Mehrab Mirzağa oğlu – 1972-ci ildə doğulub. 1992-94-cü illərdə
Qarabağ döyüşlərində iştirak edib və yaralanıb.
3 veteran var:
II Qarabağ müharibəsində 6 nəfər iştirak edib:
1. Aslanov Abbasəli Habil oğlu – 01. 05. 1990-cı ildə doğulub.
2. Aslanov Əbdülmütəllim Arzuman oğlu – 20. 10. 1997-ci ildə doğulub.
3. Əmənov Rauf Ağagül oğlu – 01. 03. 1989-cu ildə doğulub.
4. Nağıyev Ülvi Nahid oğlu – 21. 04. 2001-ci ildə doğulub.
5. Rüstəmov Əlşad Əjdər oğlu – 15.12. 2001-ci ildə doğulub.
6. Aslanov İsmayıl Baloğlan oğlu –
Qəhrəman analar: 8 nəfər.
Alimlər:
Quliyev Mahmudağa Əbülfəz oğlu – iqtisadiyyat elmləri namizədi.
1952-ci ildə Səmidxan kəndində doğulub. 1967-ci ildə Plan-Uçot Texnikumunu qırmızı diplomla bitirib. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi- iqtisad fakültəsini də Fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə elmi işini müdafiə edib. Neft-Kimya İnstitutunda müəllim işləyib. 1986-cı ildə vəfat edib.
Kəndin tanınmışları:
Kənddə:
Həsənov Əmənulla Absalam oğlu 1926-cı ildə anadan olmuşdur. Orta təhsil almışdır. Uzun müddət Həsənli, Şərəfə və Səmidxan Kənd XDS-də katib işləmişdir. 1993-cü ildə vəfat etmişdir.
Həsənov Həzrətqulu Absalam oğlu – 1950-ci ildə doğulub. 1972-ci ildə Salyan Kənd Təsərrüfatı Texnikumunu bitirib. “M.Ə.Sabir“ adına sovxozda müxtəlif vəzifələrdə işləmişdir. 1975-ci ildən 1990-cı ilədək “Respublika Həmkarlar Komitəsinin M.Ə.Sabir adına sovxozda yerli təşkilatın sədri, 1990-cı ildən – sovxoz ayrılıb Müstəqil Səmidxan sovxozu olanda müxtəlif vəzifələrdə işləmişdir. Təqaüddədir, Kənd Ağsaqqallar Şurasının üzvüdür.
Zeynalov Ramiz Maşalla oğlu – Texniki Nəzarət İdarəsinin Baş müfəttişi olub.
1952-ci ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1969-cu ildə Şərəfə kənd tam orta məktəbinin XI sinfini bitirib. 1972-ci ildə Göyçay Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1975-1980-ci illərdə Omsk Kənd Təsərrüfatı Akademiyasında oxumuşdur. 1995-1998-ci illərdə Səmidxan kolxozunun sədri seçilmişdir. 1998-2000-ci illərdə Masallı rayon İH-də Hüquq şöbəsində təlimatçı işləmişdir. 2000-2005-ci iilərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Texniki Nəzarət şöbəsinin Masallı rayonu üzrə Texniki Nəzarət İdarəsinin Baş müfəttişi vəzifəsində işləmişdir.
Allahverdiyev Həsən Abdulhəsən oğlu - 1968-ci ildə anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisadi İnstitutunu bitirmişdir. İqtisadçı kimi uzun müddət rayonda özəl sektorda çalışmışdır və 2004-cü ildə kənd bələdiyyəsinin sədr müavini işləmişdir. 04 mart 2010-cu ildən Masallı RİH Başçısının Səmidxan ərazisi üzrə nümayəndəsi işləyir.
Həsənov Fikrət Məlik oğlu – məktəb direktoru.
07. 02. 1954-cü ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1961-1971-ci illərdə orta məktəbdə təhsil alıb. 1973-1977-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indi Gəncə Dövlət Pedaqoji Universiteti) tarix fakültəsində oxuyub. 2012-ci ilə qədər müəllim, 2012-ci ildən 2019-cu ilə kimi Səmidxan kənd tam orta məktəninin direktoru vəzifəsində çalışıb. 2019-cu ildən təqaüddədir.
2015-ci ildən Respublikanın Qabaqcıl Təhsil İşçisidir.
Kərimov Cavanşir Malik oğlu - 1959-cu ildə anadan olmuşdur.
1976- 1981-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaatçı-mühəndis ixtisası fakültəsində oxumuşdur. 1981-1999-cu illərdə rayonun müxtəlif tikinti təşkilatlarında usta, iş icraçısı, baş mühəndis vəzifələrində işləmişdir. 1999-2000-ci illərdə Masallı Rayon Qaz İstismar İdarəsində Şərəfə ərazisi üzrə sahə rəisi işləmişdir. 29 mart 2000-ci il tarixdən haliyədə kimi Masallı Rayon İHB-in Səmidxan ərazisi üzrə nümayəndənin müavini işləyir.
Rayonda:
1. Kərimov İdris Yaqub oğlu – Masallı Rayon Su Təsərrüfatı İdarəsinin müdiri.
10 mart 1936-cı ildə Masallı rayonunun Səmidxan kəndində anadan olmuşdur. 1955-1957-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunun meliorasiya fakültəsində oxuyub. 1970-1987-ci illərdə Masallı Rayon Su Təsərrüfatı İdarəsinin rəisi işləmişdir.
2. Məmmədov İmanqulu Qulu oğlu – Masallı Rayon Aqrar Sənaye Birliyində baş zootexnik işləmişdir.
1949-cu ildə anadan olmuşdur. 1976-cı ildə Azarbaycan KTİ-nun Baytarlıq, 1984-cü ildə Moskvada Umumittifaq KTİ-nun zoomuhəndislik fakültələrini bitirmiş, Rayon Aqrar Sənaye Birliyində baş zootexnik, Təsərrüfatlararası Qarışıq Yem İstehsalı Kompleksinin direktoru işləmişdir. Yazar kimi tanınır, şerləri bir neçə almanaxda çap olunmuş, haliyədə respublikanın müxtəlif mətbuat səhifələrində dərc olunmaqdadır. Təqaüddədir, I Səmidxan kəndində Ağsaqqallar Şurasının sədridir.
3. Vəliyev Süleyman Məmmədağa oğlu: 1955-ci ildə anadan olmuşdur.
Saratov İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini, Saratov Ali Partiya məktəbini bitirmiş, Masallı Rayon Aqrar Sənayev Birliyində iqtisadçı, Masallı Rayon Partiya Komitəsində təlimatçı, Masallı Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində iqtisadçı işləmişdir. Haliyədə Bakı şəhərində yaşayır, bizneslə məşğuldur.
4. Kərimov Taleh Malik oğlu: Bakı Nəqliyyat Departamentində həkim.
1954-cü ildə anadan olmuşdur.
1978-ci ildə Azərbaycan Tibbi İnstitutunun müalicə - profilaktika fakültəsini bitirmiş, 1979-81-ci illərdə Masallı Rayon Təcili Yardım Stansiyasında həkim işləmişdir. 1982-ci ildən Bakı şəhər 5 saylı poliklinikasında baş həkimin müavini işləyib. Haliyədə Bakı Nəqliyyat Departamentində həkim işləyir.
5. Səlimov Valeh Hilal oğlu - Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Masallı Rayon Məntəqəsində həkim komissiyasının sədri
1955-ci ildə anadan olmuş, 1979-cu ildə Azərbaycan Tibbi İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1979-2004-cü illərdə Masallı rayon Qarğalıq kənd Sağlamlıq Mərkəzində direktor vəzifəsində işləmişdir. 1992-96-cı illərdə I Qarabağ müharibəsində Füzuli rayonu Əhmədiyyə kənd hərbi qospitalında şöbə müdiri kimi çalışmışdır. 2009-cu ildən Masallı RMX-da müalicə-terapiya şöbəsinin müdiri işləməklə bərabər Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Masallı Rayon Məntəqəsində həkim komissiyasının sədri olmuşdur. 2020-ci ildə COVİD-lə mübarizə zamanı fəaliyyət göstərərkən vəfat etmişdir.
6. Zeynalov Siyasət İdris oğlu – “Sipark” şirkətində sahə rəisi işləyir.
19 mart 1956-cı ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1963-1973-cü illərdə Masallı şəhər 3 saylı tam orta məktəbində oxuyub. 1974-1985-ci illərdə İnşaat Mühəndisləri İnstitutunda (indiki İnşaat Mühəndisləri Universiteti) oxuyub. 1988-1990-cı illərdə Nasallı 2 saylı Mebel Fabrikində direktor, 1990-2005-ci illərdə Masallı Rayon 4 saylı Təmir-Tikinti Trestində müdir vəzifələrində çalışıb. 2005-ci ildən Bakı şəhərində “Sipark” tikinti şirkətində sahə rəisi kimi fəaliyyət göstərir.
7. Allahverdiyev Qeyrət Abdulhəsən oğlu 1957 ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Şəhər Milis məktəbini qurtarmışdır. 1985-ci ildən Lənkəran rayonunun Liman (keçmiş Port-İliç) şəhərindəki Polis şöbəsində sahə rəisi işləmişdir. Taqaüddədir.
8. Əkbərov Qələmşah Qaraş oğlu 1957-ci ildə anadan olub, 1984-cü ildə Azərbaycan Tibbi İnstitutunun müalicə fakültəsini bitirmişdir. 1985-ci illərdə Masallı Rayon MX-da həkim işləyib. 2011-ci ildən Cəlilabad Rayon Diaqnostika Mərkəzində şöbə müdiri işləyir.
9. Əmənov Adıbala Rəcəb oğlu 1960-cı ildə anadan olmuş, haliyədə Masallı Rayon Kommunal Xidməti İdarəsində baş mühasib işləyir.
10. Kərimov Xanalı İdris oğlu – SOKARın “Neftqaztikinti” trestində 7 saylı Tikinti-Quraşdırma bölümündə sahə rəisi.
28 dekabr 1961-ci ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1969-1979-cu illərdə Şərəfə kənd tam orta məktəbində oxuyub. 1988-ci ildə M. Əzizbayef adına Neft və Kimya İnstitutunda oxuyub. 1993-1996-cı illərdə Masalıı 11 saylı İSMD-də Baş mühəndis və idarə rəisi işləmişdir. 1996-2015-ci illərdə SOKARın “Azərneftyağ” İB-də sahə rəisi işləmişdir. 2015-2016-cı illərdə Gürcüstan Respublikasında Beynəlxalq Dünya Bankının maliyyələşdirdiyi böyük layihədə - Telavi və Kareli rayonlarının içməli su xəttinin çəkilişində sahə rəisi vəzifəsində çalışıb. 2016-cı ildən SOKARın “Neftqaztikinti” trestinin 7 saylı Tikinti-Quraşdırma bölümündə sahə rəisidir.
Ölkədən kənarda yaşayan ali təhsilli kənd adamları:
1. Şükürov Çingiz Eldar oğlu 1962-ci ildə anadan olmuş, Rusiya Lomonosov adına MDU-nu bitirmiş və orada ayrı-ayrı sənaye müəssisəsində işləmişdir. Haliyədə Moskva şəhərində biznes sahəsi ilə məşğuldur.
2. Zeynalov Musa Maşallah oğlu 1959-cu ildə anadan olmuş, Ali təhsilli Ukrayna Dövlət Texniki Universiteti bitirmişdir. Ayrı-ayrı sahələrdə çalışmış, lakin haliyədə Tumen vilayətinin Surqut şəhərində bizneslə məşğuldur.
3. Aslanov Qərib Soltanağa oğlu 1964-cü ildə anadan olmuş, ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində Texniki İnstitututnda almış, haliyədə Voronej şəhərində biznes sahəsində məşğul olur.
4. Kərimov Cəlal Qurban oğlu 1969-cu ildə anadan olmuş, ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində alıb. Biznes sahəsində çalışır.
İDMAN
Kərimov Yaqub Xanalı oğlu – ikiqat dünya çempionu.
23. 04. 1986-cı ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1993-2004-cü illərdə Bakı şəhəri 147 saylı texniki-humanitar liseyində oxuyub. 2004-2008-ci illərdə Bakı Kooperasiya Universitetində oxuyub. Kinq-boks idman növü ilə məşğul olur. Bir neçə dəfə Respublika çempionu, Avrasiya çempionu, 2002-ci ildə Tbilisidə, 2004-cü ildə Batumidə keçirilən Dünya çempionatında qalib olaraq ikiqat dünya çempionu olmuşdur.
Kəndin din xadimləri:
Şeyx Məhərrəm – XIX əsrin sonu XX əsrin əvvəllərində tanınmış din xadimi olmuşdur. Xaricdə yüksək dini təhsil almışdır. Kəndin xeyriyyə işlərində yaxından iştirak eləmiş, kəndin ən mötəbər ağsaqqalı olmuşdur. Vəfat etmişdir.
XEYRİYYƏÇİLƏR
Həsənov Həsənağa Malik oğlu
06 iyun 1960-cı ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. 1981-1985-ci illərdə RF-in Ryazan Kənd Təsərrüfatı İnstitutunuda oxuyub. Ryazan İstilik Cihazları Zavodunda təchizat şöbəsinin rəisi işləyib. 1986-cı ildən Ryazanda, 1995-ci ildənTümen vilayətinin Surqut şəhərində bizneslə məşğul olub. Oğlu Həsənov Emin Həsnağa oğlu Almaniyanın Bremin şəhərində həkim işləyir. Kəndin abadlıq işlərində xeyriyyəçi kimi yaxından iştirak edir:
1.Kəndin elektrik təchizatının yeniləşdirilməsi onun maddi dəstəyi ilə həyata keçirilmişdir.
2. Kəndiçi yolların əsaslı təmirinə maddi yardım eləmişdir.
3. Kənd “Mərasim evi”nin tikintisinə əsaslı vəsaitlə yardım eləmişdir.
4. II Qarabağ Müharibəsində şəhid vermiş 2 ailənin övladlarının 18 yaşa qədər bütün təminatını öz üzərinə götürmüşdür.
Məlikov Nəriman Məlik oğlu
15. 07. 1967-ci ildə Masallı rayonunun Səmidxan kəndində doğulub.
1993-cü ildə Ç İldırım adına Azərbaycan Politexnik (indiki Texniki Universitet) İnstitutunu bitirib. Hazırda RF-in Tümen vilayətinin Surqut şəhərində bizneslə məşğuldur. Oğlu Məlikov Əmrah Nəriman oğlu Almaniyanın Saarlonis şəhərində həkim işləyir. Bir çox xeyriyyə işlərinə dəstək olub:
1. Bakıda II Qarabağ Müharibəsində həlak olmuş 2 şəhid ailəsinin bütün təminatını öz üzərinə götürmüşdür.
2. Kəndin abadlaşdırılmasında öz maddi dəstəyi ilə yaxından iştirak edir.
Əliyev Səbuhi Səxavət oğlu
30.07.1978-ci ildıə I Səmidxan kəndində doğulub. 1996-1997-ci illərdə Azərbaycanda hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına gedib, orada bizneslə məşğul olub. Onun maddi dəstəyi ilə Səmidxan kəndində müasir tələblərə cavab verən futbol meydançası tikilib. Kəndiçi yolların işıqlandırılması, elektrik xətlərinin təmiri və sair xeyriyyə işləri planlaşdırılır.
Məmmədov Rəşad İmanqulu oğlu
09.VI.1976-cı ildə I Səmidxan kəndində doğulub. 1995-1998-ci illərdə Azərbaycanda hərbi xidmətini başa vurandan sonra Rusiya Federasiyasına gedib, orada bizneslə məşğul olur. II Qarabağ müharibəsi başlayan gündən döyüşən əsgərlərimizə kömək qrupu yaradaraq hər ay mütəmadi olaraq şəhid ailələrinə və qazilərimizə maddi yardım edir.
ZABİTLƏR:
Səlimov Güləli Hilal oğlu – milis (polis) mayoru
10 avqust 1958-ci ildə Masallı rayonunun Səmidxan kəndində doğulub. RF-in Ryazan şəhərindəAli Milis Məktəbini bitirib. Sverdlovsk şəhərində Cəzaçəkmə Müəssisəsində rəis işləyib. Milis (polis) mayorudur.
İnfrastruktur:
Kənddə 1 orta məktəb,
1 həkim məntəqəsi,
96 yerlik uşaq bağçası,
1 EATS,
1 poşt məntəqəsi,
1 məscid, 1 Mərasim evi (2019-cu ildə tikilib)
I SƏMİDXAN kəndi --- nə çatmır?
Fəxri ad və orden-medal alanlar:
Kəndin adı: Alışanlı
Əhalisi: 01. 01. 2021-ci il tarixə 1107 nəfər.
O cümlədən: kişi: 550 nəfər; qadın: 557 nəfər.
Ərazisi: 398 ha
Coğrafi mövqeyi: Masallı şəhərinin şərqində qara torpaq düzənlikdə yerləşir.
Əhalinin əsas məşğuliyyəti: Keçmişdə maldarlıq, çəltikçilik və taxılçılıq, hazırda taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.
Həmsərhəd olduğu kəndlər: I Səmidxan, Ətçələr, Kürdəbaz, Qarğalıq, Hüseynhacılı, Öncəqala kəndləri.
Kəndin adının mənası: Əlişan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi: Əlişan təxminən 250 il bundan əvvəl Şamaxı bölgəsindən köçərək bura gəlmiş, sonralar onun ətrafında başqa yerlərdən gələnlər sakin olmuşlar.
Alışanlı kəndinin qonşuluğunda Xəlfələr adlı kiçik bir kənd də olmuşdur. Sonradan Alışanlı kəndinə birləşib, Xəlfələr adı yaddaşlardan silinib. Xəlfələr kəndi təxminən 200 il bundan əvvəl Laçın rayonundan bir neçə tayfa gəlib məskunlaşmış insanlardan yaranmışdı. Milli mənsubiyyətcə kürdlər olmuşlar.
Kəndin tarixi abidəsi:
İlk məscid 1992-ci ildə kənd əhalisinin vəsaiti hesabına tikilmişdir.
Yeni məscid 2000-ci illərin əvvəllərində inşa edilməyə başlamışdır.
Kənd qəbirəstanlığı 2008-ci ildə salınmışdır. Buna qədər vəfat edənlər I Səmidxan kənd qəbristanlığında dəfn edilirdi.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1966-cı ildə ibtidai məktəb açılmışdır. Məktəbin ilk müdiri Ağayev Mikayıl Ağalı oğlu olmuşdur. Haliyədə həmin məktəb ümumi orta məktəi kimi fəaliyyət göstərir.
Kəndin ilk ali təhsillisi :
Rəcov Adil Ədil oğlu - 1940-cı ildə anadan olmuşdur. O, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirmişdir. Əvvəllər Səmidxan 8 illik məktəbində müəllim, sonralar uzun müddət Alışanlı ümumi orta məktəbinin direktoru işləmişdir. Vəfat etmişdir.
Böyük Vətən Müharibəsində iştirak edənlər: 6 nəfər
Kəndin tanınmışları:
Kənddə:
Rüstəmov Həbib Xanoğlan oğlu - 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirmişdir. Həmin ildən Şərəfə tam orta məktəbində müəllim işləmişdir. Haliyədə Alışanlı ümumi orta məktəbində direktor vəzifəsində işləyir.
Rayonda:
Əliyev Qulamhüseyn Abdulhüseyn oğlu - 1928-ci ildə anadan olmuşdur. Şamaxıda Baytarlıq Texnikumunu bitirmişdir. Qarğalıq kəndində “Varlı həyat” sovxozunda baytar həkim, direktor, rayonun Baş zootexniki, M.Ə.Sabir adına sovxozda baş həkim və Rayon Aqrar Sənaye Birliyində zootexnik işləmişdir. 2013-cü ildə vəfat etmişdir.
Kəndin I Qarabağ müharibəsində şəhid olanlar:
1. Şirəliyev Raci Qafil oğlu – 10 may 1974-cü ildə anadan olmuş, 22 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
2. Abbasov Vüqar Xeyrulla oğlu - 28 sentyabr 1975-ci ildə anadan olmuş, 16 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
3. Əzizov Elxan Sakit oğlu 02 dekabr 1980-ci ildə anadan olmuş, Bakı Ali Ümümqoşun Komandirləri məktəbini bitirmiş, zabit olmuşdur. 01 avqust 2004-cü ildə hərbi xidmət zamanı şəhid olmuşdur.
II Qarabağ müharibəsində iştirak edənlər:
1. Babayev Tərlan Asəf oğlu – 21. 11. 1996-cı ildə doğulub.
2. Ağayev Elvin Ağa oğlu – 01. 09. 1996-cı ildə doğulub.
3. Həsənov Xalid Xalıq oğlu – 12. 05. 1996-cı ildə doğulub.
4. Abışov Rəvan Zahid oğlu – 14. 09. 1998-ci ildə doğulub.
5. Ağayev Ağakişi Allahverdi oğlu – 01. 07. 1993-cü ildə doğulub.
6. Əzimov Elməddin Şakərəm oğlu – 14. 01. 1996-cı ildə doğulub.
7. Xanəliyev Cavad Faiq oğlu – 30. 03. 1001-ci ildə doğulub.
Kəndin din xadimləri:
1. Məmmədov Əşrəf Alışan oğlu - Nəcəf şəhərində yüksək dini təhsil almış, Sovet hakimiyyəti qurulandan sonra müxtəlif vəzifələrdə işləmiş və 1937-ci ildə Qazaxstana sürgün edilmişdir.
2. Abbasov Niftulla Novruz oğlu – Alışanlı kənd dini icmasının sədri olub. Vəfat edib.
3. Şirəliyev Qafil Adış oğlu – 1940-cı ildə doğulub. Kəndin dini məsələlərini icra edir.
Ölkədə və kənarda yaşayan kənd tanınmışları haqqında:
1. İmanov İmanxan Məhərrəm oğlu - Ukrayna Respublikasının Doneçki şəhərində yaşayır, bizneslə və elmi işlə məşğul olmuşdur. Vəfat edib.
ALIŞANLI kəndi --- nə çatmır?
1. Qəhrəman analar – sayı
2. Kəndin tanınmışları – fəxri ad, orden-medal alanlar, başqa rayonlarda vəzifələrdə işləyənlər:
3. Başqa məşhurlar
Kəndin adı: Ətçələr
Əhalisi: 01. 01. 2021-ci il tarixə 1060 nəfər.
O cümlədən: kişi: 542 nəfər; qadın: 518 nəfər.
Ərazisi: 208 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində və düzənlik sahədə yerləşir.
Əhalinin əsas məşğuliyyəti:
Keçmişdə maldarlıq və taxılçılıq, hazırda maldarlıq, taxılçılıq və tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Alışanlı, I Səmidxan, Şərəfə və Kürdəbaz kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Yaşayış məntəqəsi XIX əsrdə İranın Abdullian kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış “atçılar” adlı tayfanın adının təhrif olunmuş formasıdır. Etnotoponimdir.
Kəndin qısa tarixçəsi:
Təxminən 200 il öncə Azərbaycan müxtəlif bölgələrindən gələnlərin hesabına formalaşmışdır.
Kəndin tarixi abidəsi barədə məlumat:
Ətcələr kəndindəki birinci köhnə məscid 1950-ci ildə kənd əhalisinin vəsaiti hesabına tikilmişdir. İkinci təzə məscid isə 1993-cü ildə Ağayev Şahin Ağa oğlu tərəfindən inşa edilmişdir.
Kənd qəbirastanlığı isə 1876-cı ildə salınmışdır.
Kəndin ilk ali təhsillisi:
1. Balaşov Həşim Abı oğlu Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. O, respublikanın müxtəlif yerlərində çalışmış, son illərdə Masallı Rayon Qaz İstismar İdarəsində mühəndis işləmişdir. Vəfat etmişdir.
II Dünya Müharibəsində iştirak edənlər: 9 nəfər; 5 nəfəri həlak olub.
Kəndin I Qarabağ şəhidləri:
İbayev Mərdan Qardaş oğlu - 26 iyul 1967-ci ildə anadan olmuş, 22 iyun 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Ağayev Rasim Həsənağa oğlu - 28 mart 1975-ci ildə anadan olmuş, 18 mart 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
II Qarabağ müharibəsində iştirak edənlər:
1. Əsədov Şamxal Firudin oğlu - 06. 12. 1996-cı ildə doğulub.
2. Əliyev Nurlan Əli oğlu - 24. 01. 1991-ci ildə doğulub.
Kəndin tanınmışları:
Kənddə:
Mehdiyev Şaban Gülbala oğlu 1960-cı ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Politexnik İnstitututnun avtomobil nəqliyyatın istismarı fakültəsini bitirmişdir. Uzun müddət rayon nəqliyyat sistemində baş mühəndis kimi fəaliyyət göstərmişdir, haliyədə Səmidxan bələdiyyəsinin sədri işləyir.
Həbibov Əbülfəz Kərim oğlu 1960-cı ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Həmin ildən rayonun müxtəlif tikinti təşkilatlarında baş mühəndis işləmişdir. Haliyədə kənddə fermer təsərrüfatı ilə məşğul olur.
Rayonda:
Ağayev Mahir Ağa oğlu 1969-cu ildə anadan olmuşdur. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirmişdir. Uzun müddət tikinti üzrə mühəndis işləmişdir, Haliyədə Masallı Rayon İcra Hakimiyyətinin tikinti şöbəsində məsləhətçi işləyir.
Mansurov Tapdıq Cəbi oğlu: - Orta ixtisaslı aqronom M.Ə.Sabir adına kolxozda sədr, Masallı Rayon Məişət Xidməti idarəsinin rəisi və Rayon Mülki Müdafiə Qərargahının rəisi işləmişdir. Vəfat etmişdir.
Ölkədə:
Mansurov Güloğlan Xanoğlan oğlu 1959-cu ildə anadan olmuşdur. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin institutunun inşaatçı- mühəndis ixtisasını bitirmişdir. Həmin ildə Bakı şəhərində tikinti tresində baş mühəndis işləmişdir. Haliyədə Bakı şəhərində bizneslə məşğuldur.
Mansurov Firqət Xanağa oğlu 1963-cü ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitututna qəbul olmuş, 1993-cü ildə həmi institutunun inşaatçı-mühəndis ixtisasını bitirmişdir. Həmin ildən indiyədək Azərneft şirkətinin tikinti şöbəsində baş mühəndis işləyir.
Ölkədən kənarda yaşayan kənd tanınmışları və xeyriyyəçilər:
1.Həşimov İlham Həşim oğlu Ali təhsillli, Azərbaycan Dövlət Tibbi İnstitutunu bitirmiş, haliyədə Rusiyanın Tumen oblastinin Surqut şəhərində yaşayır.
2. Ağayev Şahin Ağa oğlu 1968-ci ildə anadan olub, Azərbaycan Dövlət İnşaat Mühəndislər İnstitututnu bitirmiş, hal-hazırda Moskva şəhərində yaşayır. Kənd məscidinin tikintisini şəxsi vəsaiti hesabına həyata keçirib.
ƏTÇƏLƏR kəndi ---- nə çatmır?
1. Qəhrəman analar (sayı):
2. Fəxri adlar, orden və medal alanlar:
3. Din xadimləri:
Kəndin adı: II Səmidxan
Əhalisi: 01. 01. 2021-ci il tarixə 491 nəfər.
O cümlədən: kişi: 235 nəfər; qadın: 256 nəfər.
Ərazisi: 202 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şimal şərqində, düzənlik ərazidə yerləşir.
Həmsərhəd olduğu kəndlər:
I Səmidxan, Öncəqala kəndləri və Masallı şəhəri.
Kəndin adının mənası:
Səmidxan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
II Səmidxan kəndinin əsası təxminən 300 il bundan öncə Səmidxan və Əmirxan qardaşları tərəfindən qoyulmuşdur. Bu əraziyə əhali əsasən Azərbaycanın müxtəlif yerlərindən gələrək məskunlaşmışlar.
Kəndin tarixi abidəsi barədə məlumat:
II Səmidxan kənd məscidi 1996-cı ildə kənd əhalisinin vəsaiti hesabına inşa edilmişdir.
Kənd qəbirastanlığı 1996-cı ildə salınmışdır. Buna qədər vəfat edənlər I Səmidxan kənd qəbirastanlığda dəfn edilirdi.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə 1972-ci ildə ilk ibtidai məktəb açılmışdır. Məktəbin ilk müdiri Kərimov Malik Həmzə oğlu olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Şükürov İsmayıl Şükür oğlu - Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. O, Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Masallı Rayon Partiya Komitəsində təlimatçı, Masallı Çay fabrikinin və Bədəlan Peşə məktəbinin direktoru olmuş, digər vəzifələrdə işləmişdir. 1996-cı ildə vəfat etmişdir. İ.Şükürov həmçinin şeir yaradıcılığı ilə məşğul olmuşdur. Onun bir sıra şerləri dövri mətbuatda çap olunmuşdur.
İkinci Dünya Müharibəsində iştirak edənlərin sayı: 3 nəfər
Kəndin özəlliyi:
Rayonun ilk müəllimi – Mirzə Nəzirməmməd Bəşirov II Səmidxan kəndindən olmuşdur.
Sovet hakimiyyətinə qədər İranda ali ruhani təhsili almış, Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra rayonun müxtəlif məktəblərində müəllimlik etmişdir. Sonralar Rayon Ağsaqqallar Şurasının sədri işləmiş, vəfatına qədər fərdi təqaüdçü olmuşdur.
Kəndin tanınmışları:
Fərəcov İsmayıl Fərəc oğlu. (Ətraflı “İlk ali təhsillilər” bölümündə)
Ağayev Cavanşir Suleyman oğlu: 1940-cı ildə doğulub. Bakı Ali Partiya məktəbini qurtarmaqla Masallı Rayon Partiya Komitəsində təlimatçı, Rayon İctimai İaşə Müəssisəsində müdir işləmişdir. Haliyədə təqaüdçüdür.
Quliyev Əlibala İbrahim oğlu 1959-cu ildə anadan olmuş, Rostov Ali Milis məktəbini bitirmiş, Masallı rayon cəzaçəkmə müəssisəsində kadrlar şöbəsinin müdiri işləmişdir. Haliyədə təqaüdçüdür.
Rəhmətov Fərhad Sahib oğlu - 1952-ci ildə doğulub. Özbəkistan Politexnik İnstitutunun inşaat-mühəndisi fakültəsini bitirib. Rayonda müxtəlif vəzifələrdə işləmişdir. Haliyədə FHN-in Cənub bölgəsi üzrə Baş mütəxəssisidir.
Əliyev Ərzulla – XX əsrin məşhur xanəndəsi .
Xanəndə Ərzulla haqqında məşhur xatirə:
II Səmidxan kəndinin ən qocaman ağsaqqalı Hacı Ələkbər Qulam oğlu maraqlı xatirə danışdı:
- Bir dəfə kəndimizin yaşlı adamlarından biri olan İbrahim Kərimov Ərzulla haqqında danışarkən dedi ki, Lənkəranda bir qohumun toyunda idik. Ərzulla da bizimlə birlikdə qonaq qismində toya çağırılmışdı. Böyük bir toy məclisi idi. Toyu o dövrün məşhur xanəndəsi Xan əmi aparırdı. Biz məclisə daxil olanda Xan əmi oxuduğu dəstgahı yekunlaşdırırdı. Biz əyləşəndən sonra mən təklif elədim ki, Ərzulla da bir muğam oxusun. Ərzulla razılaşmadı, Xan əminin yanında oxumağa çəkindi. Lakin onu tanıyanlar da var idi və hamı israrla onun oxumasına izn vermək üçün Xan əmiyə müraciət etdilər. Xan əmi razılaşdı və Ərzullanı yanına dəvət elədi. Əlindəki qavalı ona verəndə Ərzulla paltarının altından öz kiçik bəzəkli qavalını çıxarıb oxumağa hazır vəziyyət aldı. Bu zaman musiqiçilər Ərzulladan nə oxuyacağını soruşanda o, nə istəsəniz çalın, mən yetirəcəm, dedi. Musuqiçılər “Çahargah” muğamını başladılar. Ərzulla oxuduqca bütün məclisdəkilər heyranlıqla dinləyirdilər. Tarçı onu nə qədər zilə çəkirdisə, Ərzulla fərqinə varmadan öhdəsindən gəlirdi. Muğam bitincə bütün məclis ayaq üstə onu alqışladı. Xan əmi ayağa qalxıb “Mərhəba!” dedi və Ərzullanın alnından öpüb məclisə müraciətlə əlavə elədi:”Ay camaat, sizin belə oxuyanınız vardısa, məni niyə çağırırsız? Bundan sonra bu kişi ilə toylarınızı yola verə bilərsiniz”.
Kəndin din xadimləri:
XX əsrin ortalarına qədər:
1. Şeyx İsrafil
2. Molla Fərəc
Müasir dövrdə:
1. Ələkbərov Ələkbər Qulam oğlu -- 1939-cu ildə doğulub. Haliyədə II Səmidxan kəndinin dini məsələlərini yerinə yetirir.
2. Qurbanov Hüseyn Əlihüseyn oğlu -- 1969-cu ildə doğulub. Haliyədə II Səmidxan məscidində dini icmanın sədridir.
II Səmidxan kəndində 2019-cu ildə artezian quyusu qazılmışdır.
II SƏMİDXAN kəndi --- nə çatmır?
5. Qəhrəman analar:
Səmidxan İnzibati Ərazi vahidi haqqında məlumatların toplanmasında bizə yaxından kömək edən Həsənov Həzrətqulu Abısalam oğluna və Məmmədov İmanqulu Qulu oğluna təşəkkür edirik.
“Masallı ensklopediyası”nı hazırlayan qrup.