Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” – 14-cü yazı. Miyankü İnzibati Ərazi Dairəsi


Özəllikləri

- Hidrogen - sulfidli “Qamov” Ailə - İstirahət Mərkəzi kəndin günbatan ərazisində, Talış dağların qoynunda fəaliyyət göstərir.

- Uzun illər rəhbər vəzifələrdə işləmiş, 13 övlad atası olan - İman Tahirov

- Kubin kəndində doğulan, haliyədə Hollandiyada siyasi mühacir həyatı yaşayan beynəlxalq dərəcəli hüquqşünas, hüquq üzrə beynəlxalq ekspert, insan haqları müdafiəçisi, yazıçı-publisist Ataxan Əbilov

- Dünyada tanınmış iş adamı, milyarder, xeyriyyəçi Mübariz Mənsimovun atası Qurban kişi Miyankü əsillidir. 


     Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30 (Watshap)

Əlizaman Baxış:  - 0 50 427 70 25

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mah-mudavar, Təzəkənd, və Köhnə Alvadı, Qodman Yeyənkənd, Səmidxan, Çaxırlı İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Miyankü İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
 2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
 3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html

10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.
https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html

12. https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html

13. https://cenub.az/11422-masall-ensiklopediyas-axrl-nzibati-razi-dairsi-13-c-yaz.html



Miyankü inzibati ərazi dairəsi






Ərazi dairəsi 31.03.2000-ci ildə yaradılıb


İlk ərazi nümayəndəsi Babayev Aydın, müvini İbadov Mübariz və mühasib Kazımov Əlizadə olmuşdur.  


Tabeliyində olan kəndlər:


Miyankü kəndi

Kubin kəndi

Nəzəroba kəndi (Dico kəndi)


     Dico kəndinin heç bir rəsmi sənədlərdə adı keçmir, Kubin kəndindən 4 km qərbdə Talış dağlarının arasında yerləşir. Rəsmi olaraq Kubin kəndinin bir məhəlləsi sayılır. Burada elektrik və rabitə xətti yoxdur, yol çəkilməmişdir. Sovet vaxtı orada 12 evdə 66 nəfər yaşayırdı,  indi isə cəmi 3 ailə qalıb. Onlar meşə gözətçiləri ailələridir. Burada - dağın ətəklərində sərin bulaq suyu, arı balı və   qoz ağacları bitir. Adının mənası “di” - kənd, “co” - yer, ərazi, sahə, yəni “kənd yeri”, “yurd yeri” mənalarını verir.


Ərazisi: 706.44   ha


Əhalisi:  2603 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 1303, qadın -1300 nəfər


 


Miyankü  kəndi  tarixi   keçmişihaqqında


     Dağların arasında yerləşən Quni Menku, tədricən düzənlik yerlərə köçərək Mədo Menku ilə birləşmiş və XVIII əsrdə Miyankü kəndi yaranmışdır. Bu yerlərdə Talış xanlarının mülkləri, torpaq, əkin və meşə sahələri olmuşdur. Miyankü xanlıqlar dövründə Talış xanlığının Uluf mahalının, qəzalar dövründə isə Lənkəran qəzasının əvvəl Ərkivan nahiyyəsinin, sonra isə Boradigah dairəsinin tərkibində olmuşdur. Talış xanlığından bəhs edən “Cavahirnameyi - Lənkəran” (Səidəli Kazımbəyoğlu, 1869) və “Əxbarnamə” (Mirzə Əhməd Mirzə Xudaverdioğlu, 1883) kitablarında və eyni zamanda Musarza Mirzəyevin “Mənim Masallım” kitabında (B., 1991) kənd haqqında ətraflı məlumatlar verilmişdir. 2004-cü ildə isə kənd haqqında ayrıca kitab yazılmışdır. Müəllifi X. Tahirov olan “Miyankü dünən və bu gün” kitabında Miyankü və miyankülülərdən bəhs olunur. 


Kəndin adının mənası


       A. Bakıxanovun “Gülistani-İrəm” əsərində və digər qaynaqlarda Miyankuh toponimlərinə rast gəlirik. Mionku talış dilində: “miyon” orta, ara, mərkəz, “ku (h)” isə dağ, təpə deməkdir. Miyonku - dağarası, təpəarası mənasında işlənir. (Musarza Mirzəyev, Şahrza Ağayev. “Masallı toponimləri” səh. 38. “Maaraf” nəşriyyatı. Bakı - 1992, Musarza Mirzəyev. “Talış toponimlərinin qısa izahlı lüğəti”, səh. 47. “Azərbaycan” nəşriyyatı. Bakı - 1993. )


Miyankü kəndi üzrə:


Əhali:  1559 nəfər 

O cümlədən; kişi - 784, qadın - 774 nəfər


Ərazisi:  459,81  ha 


Coğrafi mövqeyi


     Miyankü kəndi rayon mərkəzindən 22 km cənub-qərb istiqamətdə, Talış dağlarının Burovar silsiləsinin şərq yamacında, Talış çayının sahilində, dağətəyi düzənlikdə yerləşir Kəndin ərazisindən Qamov (İstisu), Quni və Nığlədə (Dərin dərə) çayları axır. Çaylar az sulu olduğuna görə sovetlər vaxtında qarşısında çay plantasiyalarının suvarılması üçün bir-neçə bəndlər qurulmaqla su anbarları yaradılmışdır. Bunlardan ən böyüyü Nığlədə çayı üzərində beş  su bəndidir. 

     Miyankü kəndində beş  körpü vardır: Məktəbi pard, Şahmari pard, Cırtobə pard, Fətəli pard, Səfəroba pard. Miyankü kəndində bir-neçə qəbristanlıq vardır: Tıbərəğ   və Qədə tıbə qəbristanlıqları və hazırda istifadə edilən Cırtobə qəbristanlığı.


Həmsərhəd kəndlər


Şərqdən Hişkədərə və Mişkəmi kəndləri,

qərbdən Talış dağları, 

şimaldan Kubin

və cənubdan Nəzəroba kəndləri ilə həmsərhəddir.







Kəndin əsas məşğuliyyəti 


     Keçmişdə əsasən maldarlıq, çəltikçilik, taxılçılıq olmuşdur. Hazırda maldarlıq, əkinçilik, arıçılıq inkişaf etdirilir.


Kəndin tarixi abidələri


     Miyankü qədim tarixə malik kəndlərindən biridir. Burada olan “Tıbərəğ” və “Çılqəzon” qəbristanlıqları, “Yonqəsığ” daş abidəsi, daş qoç fiqurları, “Yoləğələ” və “Qədəğələ” adlı qalalar kəndin tarixi keçmişindən soraq verir. Masallı rayonunda rəsmi olaraq qeydə alınmış tarix və mədəniyyət abidələri sırasında Miyankü kəndində yerləşən abidələrin heç birinə rast gəlinmir. Hişkədərə tarix diyarşünaslıq muzeyində Miyanku kəndi ərazisinda tapılmış xeyli maraqh maddi-mədəniyyət nümunələri saxlanılır. Burada qorunan, Miyankü arazisində tapılmış maddi mədəniyyət nümunələrinin Veri qəbristanlığında və ümumiyyətlə, Talış Muğan Mədəniyyətinin nümunələri ilə oxşarlığı heyrətamizdir. İşçilərin göz bəbəyi kimi qoruduqları muzeydə saxlanılan mədəniyyət nümunələrinə nəzər yetirək:

1. E.ə. XIII-IX əsrlərə aid tuncdan hazırlanmış qılınc tiyələri, tunc baltalar, misir pastasından hazırlanmış muncuqlar, tunc və gümüş bilərziklər, çaxmaq daşından quraşdırılmış oraq, qara cilalı saxsı qablar.

2. E.ə. III minilliyə aid daş toxa, daş həvəngdəstə 

3. E.o. I minilliyə aid gil qab parçalan, bir ucunda palong, başı tasviri olan xart daşı 

4. Orta əsrlərə aid qara çıraq, su boruları (gildən) mis aftafalar, döymə üsulu ilə hazırlanmış mis pullar, qılmc, nizə. qamçı (sallaq), ox ucluqları.

     Hiskədərə tarix-diyarşünaslıq muzeyində: qorunan eksponatlar haqqında tarix elmləri namizədi, dosent Məmmədəli Hüseynovun maraqlı mülahizələri vardir. Onun tikrincə bu ərazilərdə (Hişkədərə, Miyanku və ətraf ərazilar X. T.) tapilmiş daş alətlər 30-40 min il bundan avvələ aid olub, bir daha göstərir ki, bu yerdə daş dövrü abidələri mövcuddur" (M. Mirzəyev. “Mənim Masallım”. B.1991, səh 45).

     Digər tarixçi alim, tarix elmləri namizədi Fərman Mahmudov bolgəmizdə olan kurqanlar haqqında yazır. Mahmudovun qeyd etdiyi kimi arxeoloji materiallar içərisində xronoloji cəhətdən daha qədim dövrlərə aid olan çaxmaqdaşı alətləri diqqəti cəlb edir, qaşov və nizə ucu  maraqlı olmaqla bu abidələr paleolit dövrünə aiddir. Xəncər və qılınclar isə e.ə. III minlikdə hazırlanmışdır. (Tarix, fəlsəfə, hüquq jurnalı №2. 1970)


"TIBƏRƏĞ" QƏBRİSTANLIĞI


     Kəndin ərazisində yerləşən qədim abidələrdən biri də Tibərəğ dağındakı qəbristanlıqdır. Bu qəbristanlıq da sirli tarixə malikdir. Bura "Çilqəzon" (40 metrlik məzar) yaxud "Çilkəson" (40 nəfərlik mazar) qabristanlığı adlanır. Qəbristanlıq dağın günçıxan tərəfdən yuxarı hissəsində bir hektardan çox sahəni əhatə edir. Əvvəllər  bu ərazi meşəlik olmuşdur. Deyilənlərə görə orada "Vanqə bəlel" (səs çıxaran palıd ağacı) deyilən iki nəhəng palıd ağacı varmiş. Külək əsərkən həmin ağacların gövdələri bir-birinə sürtünərək uca səs çıxarırmış.


KURQANLAR


     Kürqan" türk mənşəli söz olub, adətən, yarımkürə formalı olan  qəbrüstü abidə, süni şəkildə yaradılmış təpəyə deyilir. Kurqanların yaranma tarixi son Neolit (yeni daş) va Eneolit (mis daş) dövrünə aid edilir. Bu dövrlar müvafiq olaraq e.ə. V-III minilliklari shatə edir. (M. Mirzəyev "Mahmudavar" . B. Sabah 1997, səh. 9).

     Kəndin ərazisinə daxil olan torpaqlarda bir neçə kurqan olmuşdur. Bu kurqanlar da təəssüf ki, öyrənilməmişdir. Həmin kurqanlar sovxoz dövründə təsərrüfat işləri zamanı dagıdılmışdır. Böl-gəmizdəki kurqanlar Qafqaz dağlarına qədər uzanıb getsə də, onların sirri, əlbəttə, tam aydın deyil. Qədim Misirdə olduğu kimi bu təpələrdən poçt-rabitə vasitəsi kimi istifadə olunmasını bildirənlər də var. Belə qənaətə gəlmək olar ki, kurqanların, qabristanlıqların tarixi baxımından Miyankü kəndinin ərazisində azı son yeddi min il ərzində yaşayış mövcud olmuşdur. Tarix elmləri namizədi, dosent Məmmədəli Hüseynovun fikirlərinə əsaslansaq, tapılmış daş alətlər bu ərazidə 30-40 min il bundan əvvəl yaşayışın olmasına inanmaq mümkündür.


Kənddə ilk məktəb və digər məktəb binaları haqqında:







     İlk məktəb 1932-ci ildə açılıb. İlk direktor Lənkəran rayonu Gərmətük kənd sakini Əbülqasım Qasımov olmuşdur. İlk məktəb binası kəndin Kazımoba məhəlləsində olub. Dərslər talış dilində keçirilmişdir. İlk dərslik 1929-cu ildə çapdan çıxmış M. Nəsirli və Ş. Mürsəlovun müəllifi olduqları “Səvodin bıbən”(savadlı olun) kitabı olmuşdur. Sonralar məktəb Molla Musa axundun evinə köçürülüb. 1950-ci ildə Miyankü kolxozu Hişkədərəyə birləşdikdən sonra boş qalmış idarə binası məktəbə verilmişdir. 1991-ci ildə sovxoz tərəfindən ilk tipik məktəb binasının bünövrəsi qoyulsa da tikinti yarıda qaldı. 1932-ci ildən ibtidai, 1948-ci ildən natamam orta, 1990-ci ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Şəhid Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin indiki binası  2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əslən bu kənddən olan azərbaycanlı milyarder Mübariz Mənsimovun vəsaiti hesabına tikilmişdir. 


Məktəbə rəhbərlik etmiş şəxslərin siyahısı:


Qasımov Əbülqasım

Ramazanov Rza

Cəfərov Mahmud

Əliyev Ərəb Murtuza oğlu

Bağırov Məmmədağa Murtuza oğlu

Hüseynov Əbdül Fətəli oğlu

Eynullayev Şahhüseyn Qənbər oğlu

Novruzov İdris Novruzəli oğlu

Ağayev Moğbil Zeynal oğlu

Dadaşov Canəli Yunus oğlu

Fətullayev Nizami Həzərxan oğlu

Rəcəbov Əbülfət Ağarza oğlu

Abbasova Zöhrə Mikayıl oğlu

Tahirov Xudaqulu Mikayıl oğlu


Məktəbdə 210 şagird təhsil alır, 24 müəllim vardır.


Kəndin ilk müəllimi


     Kəndin ilk müəllimi Dadaşov Canəli Yunus oğlu 1940-ildə anadan olub, 1965-ci ildə AzPİ-ni bitirib, ingilis dili müəllimi olub.  1968-1984-cü illərdə Miyankü orta məktəbinin  direktoru   və 1999-2004-cü illərdə Miyankü bələdiyyəsinin ilk sədri vəzifələrində  işləyib, hazırda pensiyaçıdır.


İlk ali təhsilli şəxslər 


 

     İbadov Qurbanəli Əmirəli oğlu bu kənddən olan  ilk baş aqronom, ilk partkom və ilk ərazi nümayəndəsi olmuşdur. 


     Q. Ibadov 19.01.1942-ci ildə anadan olub. 1965-ci ildə Az.KTİ-ni alim-aqronom ixtisası üzrə  bitirib. İkinci ali təhsili Bakı Ali Partiya məktəbində almışdır. 1965-ci ildən 1987-ci ilədək sovxozda partkom, aqronom, baş aqronom, 1987-1993-cü illərdə Hişkədərə kənd sovetinin sədri  və  Hişkədərə ərazi nümayəndəsi vəzifələrində işləyib. Dəfələrlə fəxri fərmanlar və tərifnamələrlə təltif olunmuşdur. 25 mart 1993-cü ildə vəfat etmişdir.


 

     Tahirov Zülfüqar Ağalı oğlu - aqronom, ekoloq, Tüklə kənd XDS İK-nin sədri


      17.12.1940-cı ildə Miyankü kəndində anadan olmuşdir 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirmişdir. Sovxozda aqronom,  uzun illər Tüklə kənd sovet sədri və Masallı rayon Yaşıllaşdırma İdarəsində ekoloq vəzifələrində çalışmışdır. 06.10.2005-ci ildə vəfat etmişdir.


Rəhbər vəzifələrdə işləyənlər: 


    Mənsimov Mübariz Qurban oğlu – Türkiyədə Respublikasında “Palmali” şirkətlər qrupunun rəhbəri


 Tahirov İman Ağali oğlu – baş mühasib, sovxoz direktoru, təşkilatçı, yenilikçi

    Tahirov Faiq Abdul oğlu – patiya işçisi, sovxoz direktoru, islahatçı

İbadov Qurbanəli Əmirəli oğlu bu kənddən olan  ilk baş aqronom, ilk partkom və ilk ərazi nümayəndəsi olmuşdur. 

    Tahirov Zülfüqar Ağalı oğlu - aqronom, ekoloq, Tüklə kənd XDS İK-nin sədri

Nəzərov Cəlil Oruc oğlu –18 il Masallı səhiyyəsinə rəhbərlik edib,  həkim-uroloq

    Tahirov Mahmud Eynəli oğlu ali təhsilli həkimdir. London şəhərində yaşayır. 














     Tahirov İman Ağali oğlu – baş mühasib, sovxoz direktoru, təşkilatçı, yenilikçi


1927-ci ildə Miyankü kəndində anadan olub. 1939-cu ildə Bakı Plan Uçot Texnikumuna daxil olub və iqtisadçı-statist (mühasib) ixtisasına yiyələnib. 1942-ci ildən 1964-cü ilə qədər 25-minçilər Voroşilov adına, Şaumyan adına, Dzerjinskiy adına, "Pravda" kolxozlarında baş mühasib vəzifəsində işləmişdir. 1964-cü ildən 1968-ci ilə qədər Dimitrov adına sovxozda direktor, 1971-1990-cı illərda Masallı rayon 3№-li Tikinti Trestində baş mühasib vəzifəsində çalışmışdır. 1990-1991-ci illərdə Miyankü sovxozunda direktor, 1992-1999-cu illərdə Şatıroba sovxozunda mühasib və digər vəzifələrdə çalışıb. 1991-ci ildə ilk dəfə kəndə asfalt çəkdirib, idarə binası və qaraj tikdirib, yeni məktəbin özülünü qoydurub. Xidmətlərinə görə "Qələbə", "V. İ. Leninin anadan olmasının 100 illiyi, BVM-in 30-40 illikləri, "Əmək rəşadətinə gəra" medalları ilə təltif olunmuşdur. 1947-ci ildən SSRI ləğv olunana qədər Sov IKP-nin üzvü, partiya təşkilat katibi va kənd sovetinin deputatı olmuşdur.

     13 övladı vardır. 2000-ci ildə müqəddəs Kərbəla ziyarətində olmuş, 20.02.2005-ci ildə vəfat etmişdir.


     Tahirov Faiq Abdul oğlu – patiya işçisi, sovxoz direktoru, islahatçı


     15.01.1957-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1974-cü ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1989-cu illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləmişdir. 1989-1991-ci ildə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Sovxozlar ləğv edilənədək Miyankü sovxozunun direktoru və Aqrar İslahat Komissiyasının sədri vəzifələrində işləmişdir. Viləş Masallı Futbol komandasının direktoru olmuşdur. Hazırda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.


     Tahirov Eldar İman oğlu – mühəndis- geoloq, hidrotexnik


     1955-ci il noyabr ayının 3-da Masallı rayonunun Miyankü kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1962-1970-ci illarda Miyankü kənd səkkizillik, 1971-1972-ci illərdə Hişkədərə kənd orta məktəbində oxumuşdur. 1974-1979-cu illərdə Azərbaycan Neft və Kimya Institutunun geoloji-kəşfiyyyat fakültəsində təhsil almış, mühəndis-geoloq və hidrotexnik ixtisaslarını almışdır. 1982-1986-ci illərdə İnşaat Mühəndisləri institutunda ikinci ali təhsil almışdır. 1979-1981-ci illərdə Tüla-kömür"də  istehsalat birliyinin dağ işləri ustası, baş geoloq vəzifəsində işləmişdir. 1981-1986 illərdə Kənd Tikinti Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.










     Rəhmanov Arif Oruc oğlu – mühəndis-elektrik, Tüklə EY-da sahə rəisi

1947-ci ildə Miyankü kəndində anadan olmuş, 1975-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. Tüklə elektrik yarımstansiyasının sahə rəisi vəzifəsində çalışıb. Pensiyaçıdır. Atası Oruc kişi kəndin ilk sovet sədri olub. 


     Əbilov Telman Cəbrayıl oğlu – hüquqşünas, hərbiçi 


     1959-cu ildə Miyankü kəndində doğulub. BDU-nun hüquq falültəsini bitirib. Sovxozda hüquqşünas işləyib. 1992-1994-illərdə Milli Ordu sıralarında könüllü xidmət edib. Qarabağ veteranıdır.  Korpus Komandirinin köməkçisi olub. Ehtiyatda olan zabitdir. Bakı şəhərində yaşayır. Bir oğlu, 3 qızı vardır. 


     Babayev Nizami Əli oğlu - əmtəəşünas


1951-ci ildə Miyankü kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib. O vaxtdan Bakıda müxtəlif vəzifələrdə işləyir.


     Rəhmanov Hacı Asif Oruc oğlu - yol mühəndisi, Yol Polisi işçisi


     1953-cü ildə Miyankü kəndində anadan olmuş,1970-ci ildə Hişkədərə orta məktəbini və 1975-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Yol hərəkətinin təşkili fakültəsini bitirmişdir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində cinayət axtarışı şöbəsində işləmişdir, təqaüddədir.


     Şabanov Sabir Əli oğlu – yer quruluşu mühəndisi


1939-cu ildə Miyankü kəndində anadan olmuşdur. Yer quruluşu Layihə İnstitutunun mütəxəssisi olmuş, rayonda rəhbər vəzifələrdə çalışmışdır. 2020-ci ildə vəfat etmişdir. 


     Bağışov Məmmədrza Bılə oğlu – statistik, mühasib


1937-ci ildə Miyankü kəndində anadan olub. Masallı rayon Statistika  İdarəsində, Miyankü sovxozunda və başqa idarələrdə baş mühasib işləyib. 2009-cu ildə vəfat edib.


     İbadov Mübariz Qurbanəli oğlu – kompüter mühəndisi


     19.06.1970-ci ildə Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. 1987-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakultəsini bitirərək “kompyüter mühəndisi” ixtisasına yiyələnmişdir. 1993-2018 ci illərdə Hişkədərə və Miyankü ərazi nümayəndəliklərində müavin vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci ildə daxil olmuş, III qurultayının nümayəndəsi olmuşdur. 











     İbadov Elşən Qurbanəli oğlu – mühəndis, hərbiçi, sahibkar


     20 sentyabr 1971-ci ildə Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. 1988-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1989- 1994-cü illərdə Texniki Universitretdə təhsil alaraq mühəndis ixtisasını almışdır. 1999-2003-cü illərdə Milli Orduda baş leytenant rütbəsində rota komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 01 aprel 2008-ci ildən “PALSÜD” şirkətində bölgə satış müdiri və 01.01.2012-ci ildən “PALSÜD” Satış Mərkəzinin direktoru vəzifələrində şalışmışdır. İqtisadiyyat üzrə 2013-cü il “Uğur” Milli Mükafatına layiq görülmüşdür. “Xırman” MMC satış müdiri, 2014-2016 ilədək BƏRDƏ YAĞ-PENDİR AZQİDA MMC satış müdiri vəzifələrində çalışmışdır. 16.01.2016-cı  ildə qəflətən vəfat etmişdir.


     İbadov Bəxtiyar Qurbanəli oğlu – sanitariya həkimi, zabit, gömrük işçisi

     01.09.1974-cü ildə Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. 1992-ci ildə Hişkədərə orta məktəbini bitirmiş və Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. 1999-cu ildə Universiteti sanitar həkim ixtisası üzrə bitirmiş, Masallı rayon Sanitariya və Epidemiologiya Stansiyasında fəaliyyətə başlamışdır. Həkim dezinfeksionist, gigiyenist, uşaq və yeniyetmə qidalanması üzrə sanitar həkim, şöbə müdiri vəzifələrində çalışmışdır. 2004-2005-ci illərdə Respublika Sanitar Nəzarət Mərkəzində baş leytenent kimi həqiqi hərbi xidmətdə olmuşdur. 01 avqust 2012-ci ildən Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Şöbəsində baş inspektor vəzifəsində çalışır.


     Məmmədov Sətulla Ramazan oğlu – baş mühasib


     25.11.1958-ci  ildə Miyankü kəndində anadan olub. Miyankü sovxozunda, bank sektorunda və digər təşkilatlarda mühasib vəzifələrində işləyib. 2013-cü ildən Masallı RMX-nin baş mühasibi vəzifəsində işləyir.


     Nəzərov Cəlil Oruc oğlu – həkim-uroloq


02 may 1957-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1974-cü ildə Hişkədərə kənd orta məktəbini bitirib.1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. Masallı RMX-də uroloq-həkim kimi fəaliyyətə başlayıb. 1990-cı ildən urologiya şöbəsinin müdiri təyin olunmuş, 1000-dən çox cərrahiyyə əməliyyatlarını həyata keçirmişdir. 2003-2020-ci illərdə Masallı RMX-nin baş həkimi vəzifəsində işləyib.










     Qənbərov Firudin Qənbər oğlu – həkim-pediatr


1955-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1972-ci ildə Hişkədərə kənd orta məktəbini tərifnamə ilə bitirmişdir. 1973-1979-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alaraq  pediatriya fakültəsini bitirmişdir. Bir çox həkim məntəqələrində həkim-pediatr və müdir vəzifələrində  işləmişdir. Dəfələrlə fəxri-fərmanlara layiq görülmüşdür. Hazırda FHN Masallı Regional Təcili və Təxirə salınmaz Tibbi Yardım Stansiyasının müdiri vəzifəsində çalışır. 


     Nəzərov Cabbar Oruc oğlu – həkim, nəqliyyat mütəxəssisi 


1953-cü ildə Miyankü kəndində anadan olub. Azərbaycan Tibb Universitetini  bitirib. İki ali təhsili var. Zığ avtobus parkının müdiri, 2 saylı Binəqədi avtobus parkının mühəndisi işləmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində çalışıb. 3 qızı, 2 oğlu vardır.


     Qənbərov Ağadadaş Qənbər oğu – mühəndis, memar, meliorator, meşəçi


     Miyankü kəndində anadan olub. Miyankü 8 illik və Hişkədərə ümumi orta məktəblərində təhsil alıb. Memarlıq və İnşaat İnstitutunu bitirib. Uzun müddət inşaat sahəsində və meşə təsərrüfatı müəssisələrində çalışıb.  Meliorasiya İdarəsində mühəndis işləyir.


     Tahirov Ağasadıq Müseyib oğlu – energetik-mühəndis


1959-cu ildə Miyankü kəndində anadan olub. Saratov şəhərində ali təhsil alıb. Rusiya Federasiyasında energetika sahəsində baş mühəndis vəzifəsində çalışıb. Hazırda özəl şirkətdə işləyir.


     Qənbərov Qədir İsaq oğlu - hüquşünas

Miyankü kəndində doğulub. Hüquq-mühafizə orqanlarında uzun illər çalışıb. Hazırda Bakı şəhər icra hakimiyyətində hüquqşünas işləyir.








    Kazımov Əlizadə Şamil oğlu – mühasib, xəzinədar


1946-cı ildə Miyankü kəndində anadan olmuş, Bakı Plan-Uçot Texnikumunu bitirmiş və 40 il tikinti sahəsində, bələdiyyədə mühasib, kassir işlərində çalışmışdır. 2012-ci ildə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Miyankü ərazi nümayəndəsinin (2000-2012-ci illərdə) ilk mühasibi olmuşdur. 


     Tahirov Süleyman Müştəba oğlu – həkim


     Miyankü kəndində doğulub. Azərbaycan Tibb Universitetini bitirib. Bakı şəhərində İcra Hakimiyyəti strukturlarında çalışır.








Tahirov Xeyrulla Mikayıl oğludövlət qulluqçusu


     1958-ci ildə Miyankü kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Uzun illər Hişkədərə və Miyankü sovxozlarında həmkarlar təşkilatının sədri vəzifəsində çalışıb. İki oğlu və iki qızı var. Hal hazırda özəl sektorda çalışır.









Tahirov Mahmud Eynəli oğlu ali təhsilli həkimdir. London şəhərində yaşayır. 






   Ağayev Söhrab Rzaqulu oğlu - hüquqşünas


     Miyankü kəndində doğulub. RF Saratov şəhər Polis Şöbəsinin əməkdaşı, polis mayoru olub. Pensiyaçıdır.


Orden və medal alanlar:













     Rəhmanov Elşən Sabir oğlu 14 avqust 2009-cu  il tarixdə"Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.


     Əliyev Kişi Ağakişi oğlu - aqronom, çay ustası


Miyankü kəndində doğulub. Çayçılıq briqadiri olub. Müxtəlif orden və medallarla təltif edilib. Ona “Jiquli” markalı avtomobil hədiyyə edilmişdir. Miyanküdə yeni təşkil olunmuş məktəbda təhsil almışdır. Doğulduğu ailə kasıb olduğundan kiçik yaşlarından başlayaraq, həmyaşıdları kimi fəhləliklə çörək pulu qazanmışdır. Lənkəran Suvtropik Bitkilər Texnikumunu bitirdikdən sonra kənddə çayçılıq briqadiri işləmişdir. Verilən tapşırıqları vaxtında və keyfiyyatlə yerinə yetirən gənc briqadir tezliklə həmkarları arasında seçilməyə və tanınmağa başlamışdır. İşlədiyi müddətdə zəhməti partiya va hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. K. Əliyev "Şöhrət", "Sərəf nişanı" ordenləri və 7 dəfə "Əməkdə fərqlənməyə görə" medallarla təltif edilib. 1980-cı ildə Bakıda fəallar yığıncağında mərhum prezidentimiz Heydər Əliyev ilə görüşmüşdür. Həmin yığıncaqda Kişi Əliyev çıxış etmiş və öz briqadasının iş təcrübəsi haqqında danışmışdır. K. Əliyev böyük bir ailəyə başçılıq etmişdir. 3 oğul, 10 qız atasıdır. 06.02.2005 ildə vəfat edib.


     Tahirov İman Ağalı oğlu (Bax yuxarıda “Rəhbər vəzifədə işləyənlər” bölümünə)


     Tahirov Baxşəli - idmançı, hərbiçi


     Ordu idmançıları arasında agırlıq qaldırma üzrə SSRI birinciliymin qalibi, Azərbaycan KP MK-nin sabiq 1 katibi Mircəfər Bagırovun məhkəməsinin iştirakçısı olmuşdur.


Alimlər: 








     Ağayev Səyyad İsaq oğlu - riyaziyyatçı, iqtisad üzrə fəlsəfə doktoru

     25 aprel 1976-cı ildə Masallı rayonunun Kubın kəndinə anadan olmuşdur. 1982-1993-ci illərdə Kubin kənd E. Xamiyev adına əsas məktəbdə, 1991-1993-cü illərdə Hişkədərə kənd E. Ağayev adına orta məktəbdə təhsil almışdır. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin bakalavr; 2001-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin informatika ixtisası üzrə magistr pilləsini, 2007-2010:-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Ekonometrika”  ixtisası üzrə əyani doktoran-turasını bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2014-cü il tarixli (protokol N03) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi veril-mişdir. 


Xamiyev Mətləb Cahangir oğlu - kimyaçı, kimya üzrə fəlsəfə doktoru

03 dekabr 1988-ci ildə Kubin kəndində anadan оlmuşdur. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinin “kimya və biologiya” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2010- cu ildə  bitirmişdir. 2010-cu ildə isə həmin universitetin magistratura pilləsinin “Qeyri-üzvi kimya” ixtisasına daxil olmuş, 2012-ci ildə  bitirmişdir. 2012-ci ildə Azərbaycan Milli Elmlər Akade-miyası akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Proses-ləri İnstitutununda 2314.01 - “Neft-kimyası” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. Hal-hazırda Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 

M. Xamiyev 2017-ci ildə Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.031 şifrli Dissertasiya Şurasında 2314.01. – “Neft kimyası” ixtisası üzrə elmi dərəcə almaq üçün uğurla dissertasiya işini müdafiə etmişdir. Azərbaycab Respublikası Prezident yanında Ali Attestasiya Komissiyasının 05 fevral 2018-ci il qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.



Nəzərov Fətulla  Boyli oğlu – mühəndis, texnika elmləri namizədi, ixtiraçı

     11 yanvar 1958-ci ildə Miyankü kəndində anadan olub. Hişkədərə orta məktəbində təhsil alıb, M. V. Lomonosov adına MTU-nu bitirib, mühəndis, texnika elmləri namizədi, bir neçə ixtiranın müəllifidir. Dünyəvi elmlər sahəsində kəndin ilk alimidir.



Babayeva Məryəm İbrahim qızı – fioloq (alman dili üzrə), filoloğiya üzrə fəlsəfə doktoru

     1953cü ildə anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dillər Universitetinin “Alman dili filolo-giyası” ixtisası üzrə alıb. Elmlər namizədidir. Müxtəlif vaxtlarda Almaniyada, Gürcüstanda, Avstriya-da və Azərbaycanda keçirilən çoxlu sayda təkmilləşdirmə kurslarında iştirak edib. Dəfələrlə Hollan-diyada, Almaniyada və İtaliyada keçirilən alman dili müəllimlərinin beynəlxalq qurultayının iştirakçısı olub.

Azərbaycan Dillər Universitetində “Müasir alman dili” kafedrasının müəllimidir. Məqsədi “Alman dili xarici dil kimi” məşğələlərinin ən yeni metodlarını əsaslı şəkildə təhlil etmək və onlardan fayda-lanmaq, eləcə də dərs zamanı 4 bacarığı: oxuma, yazma, eşitmə, danışma bacarıqlarını eyni zamanda paralel şəkildə tələbələrə çatdırmaqdır. 2011-ci ildən BDM-də A1-B2 səviyyələri üzrə Alman dilini tədris edir. Kəndin ilk xanım alimidir.










     Tahirov İlham Mikayıl oğlu – filoloq, dil nəzəriyyəsi üzrə fəlsəfə doktoru


     1963-cü ildə Miyankü kəndində anadan olmuş, 1980-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1981-1986-cı illərdə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. “Azərbaycan dili” ixtisası üzrə namizədlik (1994), “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq (2008) dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktorudur (2008).  Ailəlidir, bir oğlu və bir qızı vardır.














Tahirova Elyanə Nail qızı – bioloq, biologiya üzrə fəlsəfə doktoru


     21.09.1985-ci ildə Bakı şəhərində anadan olub. AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının elmi işçisidir. Biologiya üzrə fəlsəfə doktorudur. 2015-ci ilin ən fəal gənc alimi mükafatının laureatıdır.




II Dünya Müharibəsində iştirak edənlər:


76  nəfər müharibəyə getmişdir. 

49  nəfər şəhid olmuşdur .

27  nəfər sağ qayıtmışdır.

     Miyankü camaatı igid eloglularını heç vaxt unutmur. Onların xatirəsi Miyanku məktəbinin həyətində ucaldılmış abidə ilə əbədiləşdirməklə qan yaddaşına köçürülmüşdür. 1985-ci ildə alman faşizmi üzərində qələbənin 40 illiyi münasibətilə ucaldılmış abidənin tikintisində məktəb müallim-lərinin (Canəli, Balaga, Mirzə, Mehman, Cahangir, Mutəllim, Nizami, Xudaqulu, Adil, Şahmar, Sabir, Allahverən, Səriyyə, Sahnaz, Zöhrə, Balabəy) böyük zəhməti olmuşdur. Lakin köhnə məktəb söküləngən sonra abidə  dağılmışdır.


  


   


Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar: 


I Qarabağ müharibəsi iştirakçıları:


  1. Ağayev Eldəniz Xudaverdi
  2. Həmidov Zahid Fətulla 
  3. Şabanov Əlipaşa Sabir oğlu 
  4. Tahirov Teymur Abdulhüseyn 
  5. Həmidov Zakir Əhəd 
  6. Həsənov Rakif Rəşid


II Qarabağ müharibəsi iştirakçıları:


1.Fariz Məmmədov

2.Hüseynov Natiq Şirzad oğlu 

3.Kazımov Natiq Nazim oğlu

4.Tahirov Şəhriyar İmran oğlu

5. Həsənov Valeh Mail oğlu

6. Hüseynov Qismət Fərhad oğlu

7. Rufullayev Raqif Zahir oğlu

8. Nəhmətov Emil   İbrahim oğlu

9. Polkovnik Elşən Rəhmanov


Qarabağ şəhidləri:











     Aslanov Nadir Ənvər oğlu  1 iyun 1971-ci ildə     anadan olub,1981ci ildə Miyankü kənd   orta məktəbinin 8-ci sinfini, 1989-cu ildə Bədəlan kənd peşə məktəbini bitirib. 1990-1992-ci illərdə Sovet Ordusunda xidmət edib.1993-cü ilin fevral ayında  Milli Ordu sıralarına yazılıb, fevralın 11-də Ağdərə uğrunda gedən döyüşlərdə həlak olub. Subay idi. Miyankü tam orta  məktəbi onun adını daşıyır.












   Həsənov Etibar Feyruz oğlu  1975-ci ildə anadan olub. 1992-ci ildə Miyankü kənd orta məktəbini  bitirib. 1993-cü ilin oktyabr ayında  Milli Ordu siralarına çağırılıb. 1994-cü ilin yanvar ayında Fizuli rayonu uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Subay idi.










    Mirzəyev Elvin Əlövsət  oğlu 29.07.1986-cı ildə anadan olmuşdur. 13 noyabr 2005- ci ildə Qarabağda şəhid olmuşdur. Subay idi.


Yazarlar: 










     Tahirov Rasif İman oğlu – riyaziyyatçı, yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

     1959-cı ildə anadan olub 1977-ci ildə Hişkədərə kənd orta məktəbini bitirib. İxtisasca Bakı Dölət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. ”Təki sən bağışla”, ”Dözüm boydayam” və sair  şer kitablarının müəllifidir.  ”Məndən sevgi istə” şer kitabı Türkiyədə təkrar çap olunmuşdur. Şerlərinə mahnılar bəstələnmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,  “Qızıl qələm” media mükafatı laureatıdır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi mətbəəsinin direktoru,  seanews.com   internet saytının və “Dəniz” qəzetinin baş redaktorudur. 24 iyun 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2018ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmişiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif olunub. O, “Azərbaycan Dəniz Donanmasının Fəxri işçisi”dir.


   Məmmədov Sadıx Məhərrəm oğlu 1964-cü ildə Miyankü kəndində anadan olmuşdur. Hişkədərə kənd orta məktəbini bitirdikdən sonra Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Erkən yaşlarında anasını itirdiyi üçün “Ceyranlı” təxəllüsü ilə şeirlər yazmışdır. Şeirlər kitabı çap edilmişdir.





Paşayev Əkbər Ağamirzə oğlu 1969-cu ildə Miyankü kəndində anadan olmuşdur. Talış və  azərbaycan dillərində gözəl şerlərin müəllifidir. Şerlərinə mahnılar bəstələnmişdir.


 Yusifli İlqar Ramazan oğlu  1976-cı ildə Miyankü kəndində anadan olub. Kənd kitabxanasının müdiridir. “Şo bıkə mıni” şerlər kitabı çapdan çıxmışdır. 


Tahirov Xudaqulu Mikayıl oğlu – filoloq (rus dili üzrə), müəllim


1953-cü ildə Miyankü kəndində anadan olmuşdur. M. F. Axundov adına  Azərbaycan Pedoqoji Rus dili və ədəbiyyatı Institutunu 1982-ci ildə bitirmişdir. Miyankü məktəbində rus dili müəllimi işləyib. 1995-ci ildən şəhid Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktorudur. ”Miyankü dünən və bu gün” kitabının müəllifidir.






SƏHİYYƏ


     Miyankü kəndində İlk tibb məntəqəsi 1930 ildə yaradılıb. İndi həkim məntəqəsi fəaliyyət göstərir. Burada ali və orta ixtisas təhsilli tibb işçiləri işləyir. Məntəqə köhnə olduğu üçün sökülmüş, yerində 2017 ildə təzə bina inşa edilmişdir. Yaşlı insanların dediyinə görə Miyanküdə ilk tibb məntəqəsi XX əsrin 30-cu illərinin sonunda yaradılmışdır. Kəndin ilk tibb işçisi Fətəli Tahirov olmuşdur. Kolxozun nəzdində yaradılmış həmin məntəqənin işçisinə əmək günü hesabına maaş ödənilmişdir. Kənddə ilk tibb işçisi Lənkəran rayonunun Veravul kəndindən olan Akif adlı bir şəxs olmuşdur. Onunla bərabər Misri adlı miyankülü qadın sanitar işləmişdir. Təxminən 2 il sonra türkobalı Əbdül məntəqəyə müdir, elə həmin kənddən Şərqiyyə adlı qadın mamà işləmişdir. Daha sonra hişkədərəli Nüsrət Tağıyev və uzun müddət hişkədərəli Əliəhməd Əhədov müdir, lənkəranlı Rəhimə, boradigahlı Sənubər, miyankülü Gülnisə və Səkinə Tahirovalar sanitar işləmişlər. 1968-ci ildən son vaxtlara qədər Şafabəyim Rəh-mətova mama vəzifəsində işləyib.

      Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.04.1991-ci il tarixli 88 №-li Masallı rayon Mər-kəzi Xəstəxanası üzrə 13.07.1992-ci il tarixli 76 №-li omrləri ilə Miyanküdə feldşer-mama məntəqəsi ləğv edilmiş, əvəzində kənd həkim ambulatoriyası yaradılmışdır Məntəqənin müdiri, Azərbaycan Tibb Universitetinin məzunu Tahirov Qəzənfər Fətəli oğlu təyin edilmişdir. Ambulatoriyada S. Nəzərova - pediator, T.Abdullayeva – stomatoloq, S. Rəhmatova - mama, Ş. Ağayev - feldşer, S. Nəzərov tibb işçisi, A. Əliyeva - laborant, S. Ibrahimova - tibb işçisi olmuşdur.


Miyankü  kənd   həkim məntəqəsi  işçiləri barədə

MƏLUMAT                      2016

s\s

Soyadı,adı və atasının adı

vəzifəsi

Ünvanı

  • 1.      

Hüseynova     Sumayə Nəhmət qızı

Tibb bacısı

Miyankü

  • 2.      

Aslanov Taleh Məzahir oğlu

Tibb qardaşı

Miyankü

  • 3.      

Ağayev Şahin İsaq  oğlu

Tibb qardaşı

Kubin

  • 4.      

Rəhmətova Şəfabəyim Bəhlul qızı

Maman

Hişkədərə

  • 5.      

Həsənova Nisə Şirməmməd qızı

Xadimə

Miyankü

  • 6.      

Tahirova Firəngiz Ağahüseyn qızı

Xadimə

Miyankü


 

Mirzəyev Vüqar Allahverən oğlu Miyankü kəndində anadan olub. Orta ixtisaslı tibb işçisidir. Masallı RMX-də  işləyir.


Din xadimləri: 













     Molla Musa Axund (1868-1958) Miyankü kəndində anadan olmuş, orada boya-başa çatmış və təhsil almışdır. Nəcəf şəhərinə ali  dini təhsil almağa gedib. Molla Musa burada 25 il oxuyaraq astronomiya elminə yiyələnmiş və axund rütbəsi almışdır. Miyankü kəndinə qayıdandan sonra evlənmiş və otuzuncu illərin əvvəlində mədəni mərkəz sayılan Boradigaha köçmüşdür. Birinci arva-dının ölümündən sonra Boradigahın varlı taciri Məşədi Zeyninin qızı Məryəm xanımla evlənmişdir. Lakin 30-cu illərin repressiyaları dövründə Musa Axundun başı çox müsibətlər çəkmişdir, uzun müddət qaçıb dağlarda gizlənməyə məcbur olmuşdur. Rəhmətlik İldır (Eldar) onu atın belinə qoyub dəfələrlə təhlükəli yerlərdən uzaqlaşdırmışdır. Musa Axund Boradigahın adət-ənənələrində çox yeni-liklər etmişdir: kimsəsizlərin dəfninə el yardımını təşkil etmiş, hüzür məclisinə hərənin evdən bir qab yemək gətirməsinə son qoymuşdur, muharibə dövründə əskər arvadlarını başqalarına kəbin etməyin qarşısını almışdır və s.

       O vaxtlar qan davası çox düşərmiş, hətta Boradigahda duel yerinə oxşar bir yer də olub (köhnə bazarın qabağında). Lakin Musa Axund bu qan intiqamlarına öz nüfuzu sayəsində son qoymuşdur. Axundun məzəli əhvalatları da çox olmuşdur.

     Musa Axundun yeddi- 5 oğlan və 2 qız övladı olub. Onun ölümü də xalqın yaddaşında dəhşətli hadisə kimi qaıb - sanki təbii fəlakət baş vermişdi, "göydən kül yağırdı" deyirlər.


     Molla Xəlil Axund  XIX əsrin sonlarında  Miyankü kəndində anadan olmuşdur.O, Nəcəf və Kərbəlada, Qumda ali dini təhsil alıb orada fəaliyyət göstərmişdir.


     Şeyx Şaban Axund 19-20-ci əsrlərdə  bölgəmizin   ən görkəmli din xadimlərindən olmuşdur. İran və İraqda ali dini təhsil alıb.Öz doğma kəndində fəaliyyət göstərmiş və burada vəfat etmişdir.

Məşədi Ənvər, Molla Bilal, Molla Bayraməli, Kərbəlayi Məzahir Nəzərov kəndin hörmətli molla-lar olmuşlar.










     Hazırda kəndin axundu Hacı Allahverdi Tahirov dini mərasimlərə rəhbərlik edir. Molla Namik Fərziyev, Kərbəlayı Vəliməmməd Şabanov, Vahid Tahirov, Habil Həmidov, Aftandil Aslanov xeyir-şər məclislərində iştirak edən mollalardır.


Məscidlər












     Miyankü kəndində ilk məscid 1910-cu ildə tikilib. 1992-cı ildə kənd sakinləri tərəfindən bərpa olunmuş və yenidən tikilmişdir. 2010-cu ildə “Miyankü kənd məscidi dini icması” yaradılmış və onun rəhbəri, kənd ağsaqqallar şurasının sədri Məmmədov   Sadıx Məhərrəm oğludur.


DƏNİZÇİLƏR


     Tahirov Rasif İman oğlu (Bax yuxarlda “Yazatlar” bölümünə)

     Liftiyev Güloğlan Dadaş oğlu  - gəmi kapitanı


20.12.1962-ci   ildə Miyankü kəndində anadan olub. Gəmi kapitanıdır.


     Tahirov Valeh İman oğlu – poliş əməkdaşı


     1974-cü ildə Miyankü kəndində doğulub. Uzun illər Polis orqanlarında çalışıb. İki oğlu var.


     Qənbərov Əyyub Ağadadaş oğlu – dənizçi


Miyankü kəndində anadan olub. Ali Dənizçilik Məktəbini bitirib.


DƏMİRYOLÇULAR


     Tahirov Əhliman Abdul  oğlu – dəmiryolçu, maşinist


1959 ildə Miyankü kəndində anadan olub. Krasnovodsk şəhərində dəmiryolçu maşinist ixtisasina yiyələnib. Salyan deposunda maşinist işləyir. Oğlu Vüsal 2017-ci ildə Bakı Dəmir Yol Kollecini bitirib.


     Nəhmətov İbrahim Mirzərza oğlu – dəmiryolçu, metropoliten işçisi


02.10.1964-ildə Miyankü kəndində anadan olub. Bakıda təhsil alib. Bakı metrosunda maşınıst işləyir.


     Həsənov Cahil Hacibala oğlu -  dəmiryolçu, metropoliten işçisi


1964-ildə Miyankü kəndində anadan olub. Bakıda təhsil alıb. Bakı metrosunda maşinist işləyir.


    Qənbərov Qurbanəli  İsaq oğlu - dəmiryolçu, sərnişin qatarı işçisi


Miyankü kəndində anadan olub. Bakıda təhsil alib. Bakı-Moskva qatarında pravadnik işləyir. Sabiq nazir Ziya Məmmədovun tələbə yoldaşı olmuşdur.


     Fərziyev Xeyrulla Məhərrəm oğlu  - dəmiryolçu, maşinist


     Bakı şəhərində yaşayır, uzun illər dəmir yolunda maşinist kimi çalışır. 


AVİASİYA SAHƏSİNDƏ İŞLƏYƏNLƏR


     Rəhmanov Elmar Asif oğlu 16.09.1979-cu ildə doğulub.  Silk Way Airlines Şirkətində işləyir.


     Tahirli   Elmar Faiq Oğlu 20.06.1985 ildə doğulub. Heydər Əliyev adına Beynəlxalq Hava lima-nında işləyir.


İnfrastruktur:


Tam orta məktəb - 1

Həkim məntəqəsi - 1

İnzibati idarə binası- 1

Çayxana - 1

Bərbərxana - 1


Xeyriyyəçilər 










     Mənsimov Mübariz Qurbanəli oğlu - iş adamı, dənizçi, milyarder, xeyriyyəçi, mesenat


     1968-ci ildə anadan olmuşdur. PALMALİ şirkətlər qrupunun prezidenti, Xəzər-Lənkəran futbol klubunun fəxri  prezidentidir. Kəndin giriş qapısının 2001 ildə ilk dəfə qoyulması və 2020 ildə yenidən daha müasir formada təmir-bərpa edilməsi, kənd yolunun asfaltlaşdırılması, işıqlandırılması, Miyankü kənd tam orta məktəbinin  inşa edilməsi, məscidin təmiri, kəndin qazlaşdırılması və s. Mübariz Mənsimovun şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. İstismara verdiyi nəhəng tankerlər dünya okeanlarında Azərbaycan xalqının tarixi məkanlarının və dahi şəxsiyyətlərinin adını yaşadırlar.

     Kəndin abadlığında, digər xeyriyyə işlərində Kazımov Barat Şahab oğlu, Rəhmanov Asif Oruc oğlu,  Tahirov Faiq Abdul oğlu,  Əliyev Ramin Kişi oğlu, Məmmədov Tofiq Şirməmməd oğlu, Nəzərov Cabbar Oruc oğlu, Qənbərov Vidadi Cahangir oğlu, Kazımov Nazim Əlizadə oğlu, Liftiyev Oktay Dadaş oğlu, Dadaşov Eldəniz Beytulla oğlu və başqa eloğlular yaxından  köməklik göstərirlər.


Qəhrəman anaların sayı:- 6 nəfər




Kolxoz


     Miyankü kəndində kolxozlaşma 1930 ildə başlanıb. İlk kolxoz sədri mişkəmili Həsən Mustafa oğlu, mühasibi isə Xanoğlan Tahirov olmuşdur. Miyankü kolxozu 26 Bakı komissrlarından olan Stepan Şaumyanın adını daşımışdır. Kolxozda maldarlıq, çəltikçilik və sonradan çayçılıq inkişaf etdirilmişdir. Kolxoz idarə heyətinin rəhbərləri aşağıdakılar olmuşlar:

Məmməd Aslanov

Rəzzaq Babayev

Şamil Kazımov

Teymur Nehmətov

Muxtar Babayev

Əhəd Məmmədov

Müseyib Tahirov

Xanoğlan Tahirov

Böyükağa Rəcəbov

Ağabala Əhmədov

Səfər Bağışov

Əli Şabanov

İman Tahirov

Heybət Nemətov

Müseyib Baxşiyev

Qələmirzə Mirhətəm oğlu

     1950-ci ilə qədər Miyankü ətraf kəndlər üçün mərkəz olmuşdur. Lakin 1950-ci ildə hişkədərəlilərin “möhür” siyasəti nəticəsində kolxozun idarəsi rayon rəhbərliyinin qərarı əsasında Hişkədərə kəndinə köçürülmüşdür. Bu vaxta qədər isə Miyankü sovetliyi Miyankü, Kubin, Nəzəroba, Hişkədərə, Mişkəmi, Rüdəkənar, Tüklə və Məmmədoba kəndlərini əhatə edirdi. Bu tarixdən sonra Miyankü, Kubin və Nəzəroba kəndləri sanki blokadaya alınmış, 1990-cı ilədək davam etmiş sovetlər   dövründə burada heç bir infrastruktur layihəsi həyata keçirilməmişdir. 




Sovxoz


     Azərbaycan SSR Nazirlər Sovetinin 12.12.1989-il tarixli 501 nömrəli qərarı və Masallı rayon Aqrokombinatının 29.12.1989-cu il tarixli 41 nömrəli əmri ilə  “Miyankü” sovxozu yaradıldı.











     Tahirov Faiq Abdul oğlu – kənd təsərrüfatı və partuya işçisi, təsərrüfat rəhbəri, islahatçı 


     15.01.1957-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1974-cü ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş dir.1986-1989-cu illərdə Masallı rayon Partiya Komitəsində təbliğatçı işləmiş dir.1989-1991-ci ildə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Sovxozlar ləğv edilənədək Miyankü sovxozunun direktoru və Aqrar İslahat Komissiyasının sədri işləmişdir.

     Bağışov Məmmədrza Bılə oğlu, və Məmmədov Sətulla Ramazan oğlu sovxozda baş mühasib işləyiblər. 


     Mərhnm Ağayev Seyran Söhrab oğlu iqtisadçı, Tahirov Xeyrulla Mikayıl oğlu həmkarlar təşkilatının sədri,










     Fərziyev Həsənağa Əli oğlu kassir, İbrahimova Təranə Sabir qızı kadr inspektoru, Əbilov Telman Cəbrayıl oğlu hüquqşünas işləyib. Sovxozda 14 çay briqadası  fəaliyyət göstərib.










     Əbilov Telman Cəbrayıl oğlu – hüquqşünas, hərbiçi

1959-cu ildə Miyankü kəndində doğulub. BDU-nun hüquq falül təsini bitirib. Sovxozda hüquqşünas işləyib. 1992-1994-illərdə Milli Ordu sıralarında könüllü xidmət edib. Qarabağ veteranıdır.  Korpus Komandirinin köməkçisi  olub. Ehtiyatda olan zabitdir. Bakı şəhə rində yaşayır. Bir oğlu, 3 qızı vardır.

İlk sürücü


 

     Tahirov Abdul Güləli oğlu 1920-cü ildə Miyankü kəndində anadan olmuşdur. Kəndin ilk sürücüsü olmuşdur.O, 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçısı, 416-cı Taqanroq Diviziyasının döyüşçüsü olmuş, Berlin şəhərinə qədər ağır döyüş yolu keçmiş,  “İgidliyə görə”, ”Vətən uğrunda” və başqa orden və medallarla təltif edilmişdir. Müharibədə üç qardaşı həlak olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovla müharibə zamanı şəxsən görüşmüş və ona əsgər şəkmələri hədiyyə edilmişdir. 1999-cı ildə vəfat etmişdir.


Ərazi nümayəndəliyi


     Azərbaycan Respublikası Milli Məclisinin qərarı və rayon İcra Hakimiyyətinin başçısı Teymur Yəhyayevin 23.03.2000-ci il tarixli 15 saylı sərəncamı ilə Miyankü ərazi nümayəndəliyi təşkil edilmişdir. Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir.


     Babayev Aydın Muxtar oğlu   - müəllim, pedaqoq, dövlət qulluqçusu


1944-cü ildə Kubin kəndində anadan olub, Pedoqoji İnstitutu bitirmiş və 2000-ci ilədək Kubin kənd   ibtidai məktəbinin direktoru olmuşdur. 1 aprel 2000-ci ildən 25 iyul 2000-ci il tarixədək Miyankü ərazi nümayəndəsi vəzifəsində işləyib. 25.07.2000-ci ildə vəfat edib.   


     Babayeva Mətanət Kişi qızı - müəllim, pedaqoq, dövlət qulluqçusu


18 noyabr 1967-ci ildə Mişkəmi kəndində anadan olub.  01sentyabr  2000-ci ildən 1 oktyabr 2012-ci ilədək ərazi nümayəndəsi işləmişdir. Hazirda Kubin kənd ümumi orta məktəbində sinif müəllimi işləyir. 


     Məmmədov Xəlil Oruc oğlu – filoloq, şərqşünas, dövlət qulluqçusu


1967-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1984-cü ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Miyankü məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 2004-cü ildə Miyankü bələdiyyəsinin sədri seçilmişdir. 01 oktyabr 2012-ci ildən 2020 ilədək Miyankü kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi vəzifəsində işləyib. 2021 ci ildə vəfat edib.


     Kazımov Əlizadə Şamil oğlu - mühasib


1946-cı ildə Miyankü kəndində anadan olmuş,Bakı Plan -Uçot texnikumunu bitirmiş və 40 il partiya-hökümət işlərində çalışmışdır. 2012-ci ildə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Miyankü ərazi nümayəndəsinin (2000-2012-ci illərdə) mühasibi olmuşdur. 


     Tahirov İmran İman oğlu - mühasib


01.09.1966-cı ildə Miyankü kəndində anadan olmuş, 1983-cü ildə Hişkədərə orta məktəbini və 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Yanvar 2013-cü ildən   ərazi nümayəndəsinin mühasibi təyin edilmişdir.  iyul 2017 ildən müavin və 2020 ildən ərazi nümayəndəsi işləyir.


     İbadov Mübariz Qurbanəli oğlu – dövlət qulluqçusu

01.04.1993- 01.04.2000 ilədək Hişkədərə və 2000-2018 illərdə Miyankü ərazi nümayəndəsinin müavini vəzifəsində işləmişdir. İşlədiyi dövrdə bir çox təşəkkürnamə, fəxri fərman və tərif-namələrə layiq görülmüşdür.    


     Muxtarlı Fuad - mühasib


     1996-cı ildə Təzə Alvadı kəndində doğulub. İyul 2017-ci ildən noyabr 2017-ci tarixədək ərazi nümayəndəliyinin baş mühasibi işləyib.


     Nuri Elşən - mühasib


10.11.2017-ci ildən Miyankü ərazi mümayəndəliyinin baş mühasibidir.


               BƏLƏDİYYƏ


     1999-cu ildə ilk dəfə bələdiyyə seçkiləri keçirildi. Bələdiyyənin ilk üzvləri aşağıdakılar olmuşdur:

Dadaşov Canəli

Həsənov Feyruz

Həsənov Əbdülhüseyn

Nəsirov Əlican

Rəcəbov Daşdəmir

Tahirov Qəzənfər

Şabanov Ağaməmməd

Kazımov Əlizadə

Tahirov Xudaqulu


     Dadaşov Canəli Yunus oğlu - filoloq (ingilis dili), müəllim


     1940-ildə anadan olub, 1965-ci ildə AzPİ-ni bitirib, 1968-1984-cü illərdə Miyankü ümumi orta məktəbinin  direktoru, ingilis dili müəllimi və 1999-2004-cü ildə Miyankü bələdiyyəsinin ilk sədri vəzifələrində  işləyib, hazırda pensiyaçıdır.


     Məmmədov Xəlil Oruc oğlu 2004-2012-ci  illərdə bələdiyyə sədri işləyib. 


     Yusifli Ülkər Mərdan qızı – riyaziyyatçı, müəllim


     1976-cı ildə Hişkədərə kəndində anadan olub, BDU-nu bitirb. Miyankü kənd məktəbində riyaziyyat müəllimi işləyir. 2014-2019 cü ildə Miyankü bələdiyyəsinin sədri işləyib.


     Kişiyev Sərhad Ağaverdi oğlu – müəllim


     1953-cü ildə Miyankü kəndində anadan olub, APİ-ni bitirib, Miyankü tam orta məktəbində  sinif müəllimi işləyib. 2012-2014-cü illərdə bələdiyyə sədri olub. 2019- cu ildə yenidən bələdiyyə sədri seçilib.          

     Ağaməmməd Şabanov – xəzinədar


     Miyankü kəndində anadan olub. Orta ixtisas təhsillidir.  Bələdiyyə üzvü olub, bələdiyyədə kassir vəzifəsində çalışıb. Bakı şəhərində yaşayır.




POÇT VƏ RABİTƏ


     Miyankü kəndində rabitə xidməti 1976-cı ildən inkişaf etmişdir. O vaxta qədər isə əraziyə Hişkədərə poçtu xidmət göstərirdi. Həmin il  Bakı Rabitə Texnikumunun məzunu Əlican Nəsirov öz şəxsi vəsaiti ilə kəndin mərkəzində “Duknə co” adlanan yerdə poçt binası tikmiş və ilk şöbə rəisi olmuşdur. 1999-cu ildə özünü maliyyələşdirə bilmədiyi üçün poçt şöbəsi ləğv edilmiş, 2012-ci ildə yenidən bərpa edilmişdir.









Məmmədov Şirməmməd Hüseyn oğlu – rabitə-poçt işçisi


10.08.1929-cu ildə Miyankü kəndində anadan olub. Uzun illər Hişkədərə kəndində  poçt müdiri vəzifəsində işləyib. 18.02.2017-ci  il tarixdə vəfat edib.








    Nəsirov Əlican Bilal oğlu  - elektrik-rabitəçi, xeyriyyəçi


1948-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1976-cı ildə Bakı Elektrik və Rabitə Texni-kumunu bitirmişdir. Öz şəxsi vəsaiti ilə kənddə poçt binası tikdirmiş və 2010-cu ilə qədər burada işləmişdir. 30.04.2015-ildə vəfat etmişdir.


     Həsənov Pərviz Feyruz oğlu - ATS işçisi


     1970-ci ildə Miyankü  kəndində anadan olub. Bir-neçə il Hişkədərə kəndində ATS-də işləyib. Bakı şəhərində yaşayır. İki oğlu var.


     Kazımov Nazim Əlizadə oğlu – ATS işçisi


     1970-ci ildə Miyankü kəndində doğulub. Bakı Elektrik və Rabitə Texnikumunu bitirib. Masallı rabitə şöbəsində və Hişkədərə ATS-ində işləyib. Hazırda Rusiya Federasiyasında yaşayır, sahibkar və xeyriyyəçidir.


Ziyalılar











Ağayev Mehman Fazil oğlu – kimyaçı-bioloq, müəllim

1944-cü ildə Miyankü kəndində anadan olmuşdur. Ali məktəbi bitirdikdən sonra pensiyaya çıxarıldığı vaxta qədər doğma məktəbdə kimya-biologiya müəllimi kimi çalışmışdır. Məktəbin ən 












     Fərziyev Cəmaləddin Həsənağa oğlu – kimyaçı, müəllim, direktor müavini

     1967-ci ildə Miyankü kəndində anadan olmuşdur. Miyankü kənd 8-illik və Hişkədərə kənd ümumi orta məktəblərində təhsil almışdır. BDU-nun Kimya fakultəsini bitirdikdən sonra şəhid Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində pedoqoji fəaliyyətə başlamışdır. İctimai işlərdə fəallığı, maarifçilik təəssübkeşliyi və kəndin sosial problemlərinin  həllində aktivliyi,  təşəbbüskarlığı ilə daim seçilir. Uzun illərdir ki, məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini kimi məsul vəzifədə çalışır.


     Mirzəyev Allahverən Qurban oğlu – fizik, müəllim


1959-cu ildə Miyankü kəndində anadan olmuşdur. Ali təhsilli fizika müəllimi idi. Uzun illər boyu Miyankü  tam orta məktəbində direktor müavini işləyib. Nizam intizamı, sadəliyi və qayğıkeşliyi ilə müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdı. 2020-ci ildə COVİD19 səbəbindən dünyasını dəyişmişdir.


      Tağıyev Səfaqət Əli oğlu – yer quruluşu mühəndisi


     1958-ci ildə anadan olub. Uzun illər  Yer quruluşu Layihə İnstitutunun mütəxəssisi olmuşdurPensiyaçıdır. 


     İbadov Elgün Kamal oğlu – iqtisadçı, maliyyəçi, yanğın əleyhinə mübarizə işçisi


     1985-ci ildə Bakı şəhərində ticarətçi ailəsində anadan olmuşdur.Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan İqtisadiyyat Universitetində maliyyə işi ixtisasına yiyələnmişdir. Milli Ordu sıralarında xidmət keçdikdən sonra FHN Lənkəran Regional Yanğın Nəzarəti İdarəsinin Masallı rayonu üzrə inspektoru vəzifəsinə təyin edilmişdir.Evlidir, bir oğlu var.


     Tahirov Fəxrəddin Vahid oğlu – mülki müdafiə mütəxəssisi


2017-ci ildə FHN Akademiyasini bitirb. Lənkəran Regional Mülki Müdafiə qoşunlarında FHN zabiti kimi xidmət edir.










     Rəcəbov İlqar Ağarza oğlu – lifr rəsərrüfatı mühəndisi


1967-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1984-cü ildə Hişkədərə orta məktəbini, 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Bakı şəhər   lift təsərrüfatında mühəndis vəzifəsində çalışır. Evlidir-bir oğlu və bir qızı vardır.  


     Hidayətov Əlifərman Əli oğlu - sanitariyan həkimi


1956-cı ildə Rüdəkənar kəndində anadan olub. Hişkədərə orta məktəbini bitirdikdən sonra 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. 1978-ci ildə sanitar-gigiyena ixtisasına yiyələnmışdir.   Masallı rayon Mərkəzi Xəstəxanasında həkim-laborant işləyir. Ərazimizdə ilk ali təhsilli həkim olmuşdur.





      Tahirov Qəzənfər Fətəli oğlu – həkim-ftiziatr


1959-cu ildə Miyankü kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin məzunudur. Miyankü həkim məntəqəsinin müdiri işləyib. Hazırda Masallı rayon Vərəm Dispanserində həkim işləyir.


      Səfərov Soltanağa Balağa oğlu – baytar həkimi


1950 ildə anadan olub. Gəncə KTİ-nin baytarlıq ixtisasını bitirib.  Müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bakı şəhərində sanitar həkim işləyir.


     Bağışov Nəriman Salman oğlu – həkim 

Miyankü kəndində doğulub. Bakı şəhərində Təcili Yardım Stan-siyasında həkim işləyir.

Xalq təbabəti ilə məşğul olan kitabxanaçı 

    Əkbərov Hidayət Əsgər oğlu - biblioqraf


     1937-ci ildə Miyankü kəndində anadan olub, orta məktəbi bitirdik-dən sonra Miyankü məktəbində kitabxanaçı işləyib. Hidayət təbib füsunkar təbiətimizin bəxş etdiyi müalicə otlarını şəxsən özü toplayaraq  müxtəlif xəstəliklərdən əziyyət çəkən  insanlara müalicə etmiş-dir. 04.11.2014-cü il tarixdə vəfat etmişdir.


KİTABXANA

     Miyankü kənd kitabxanası uzun illərdir fəaliyyət göstərir. Burada Əkbərov Hidayət Əsgər oğlu, Rufullayeva Nazagül Əlibala qızı, Rufullayev Əlibala Qaraxan oğlu işləyiblər. Kənd kitabxanası müxtəlif yerlərdə, hətta bir zamanlar vaqonda yerləşib. Hazırda Miyankü kənd kitabxanası ərazi nüma-yəndəliyinin binasında  yerləşir. Lazımi avadanlıqlarla təmin olunub. Daimi oxucuları vardır. Kitab-xana müdiri Yusifli İlqar Ramazan oğludur.




Kəndin adı: Kubin



Əhalisi:    608  nəfər 




Ərazisi:   154,95 ha







Kəndin tarixi keçmişi haqqında


     XIX əsrin  ikinci yarısında Hacıbala və Şirvan qardaşları  Lerik  raonu Tanqəbın Kəndindən gəlib Kubin kəndinin əsasını qoyublar. 

Kəndin adınınn mənası


     Talış dilindən tərcümədə “ku”-dağ və “bın”-dib, yəni “dağın dibi” mənasını verir.

Coğrafi mövqeyi


Rayon mərkəzindən 22.3   km cənubda yerləşirTalış dağlarının şərq ətəyində yerləşir. Ərazisi düzənlikdir. Burada iki su bəndi vardır.


Həmsərhəd kəndlər


     Cənubdan Miyankü, şərqdən Mişkəmi, şimaldan Tiaqani və qərbdən Talış dağları ilə həmsərhəddir.

Kəndin əsas məşğuliyyəti 


     Keçmişdə olduğu kimi maldarlıq, arıçılıq və əkinçilikdir.

Qamov-İstirahət Mərkəzi kəndin günbatan ərazisində, dağların qoynunda fəaliyyət göstərir. Müalicəvi istisu vannaları vardır. Burada asudə vaxtı səmərəli keçirməkdən ötrü  hər cür şərait vardır.

 

Kəndin tarixi abidələri

Yoxdur



Məscidlər


     Kubin kəndundə məscid ilk dəfə 1992-ci ildə iş adamı Əlixan Vəli oğlu Əbilovun təşəbbüsü ilə onun və kənd sakinlərinin şəxsi vəsaiti hesabına inşa olunmuş və həmin məscid kənd qəbristanlığının həyətində yerləşmişdir. 2010-cu ildə Əlixan Əbilov və kənd ağsaqqalların ümumi razılığı əsasında həmin məscid sökülmüş, yerinə iş adamı Hacı Fizuli Tərlan oğlu Nəzərovun şəxsi vəsaiti hesabına kəndin girəcəyində hazırkı məscid tikilmişdir. Sökülən məscidin materiallarından qonşu Nəzəroba kəndində məscid tikintisi zamanı istifadə olunmuşdur.

Kənddə ilk məktəb və məktəb binaları haqqında:


     1964-cü ildə Kubin ibtidai məktəbi  açilib. 2017-2018-ci tədris ilində  AzKİL - 2 layihəsi əsasinda kənddə yeni 8 otaqlı ümumi orta məktəb binası inşa edilmişdir.

 


Kəndin ilk müəllimi 


Babayev Xanəhməd İsa oğlu kəndin ilk müəllimi olmuşdur. 












İlk ali təhsilli şəxslər








Babayev Xanəhməd İsa oğlu - müəllim, pedaqoq


     20.07.1937-ci ildə Kubin kəndində anadan olmuşdur. Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. 1964 cü ildən Miyankü və Kubin məktəblərində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda pensiyaçıdır.






Babayev Aydın Muxtar oğlu – müəllim, pedaqoq

     20.10.1943-cü ildə anadan olub. Orta təhsilini Miyankü və Mahmudavar məktəblərində almışdır. 1963cü ildə Pedoqoji məktəbi və 1970-ci ildə  ADPU-nun pedaqoqika fakultəsini bitirmişdir. 1966-2000 illərdə Kubin kənd əsas məktəbinin direktoru olmuş, 2000-ci ilin aprel –iyul aylarında Miyankü  kənd ərazi nümayəndəsi  vəzifəsində işləyib. 25.07.2000 ildə vəfat edib.



Məmmədov Şahismayıl Səlim oğlu – texniki fənlər mütəxəssisi, müəllim

28.02.1959-cu ildə Kubin kəndində anadan olmuş, 1976-cı ildə Hişkədərə orta məktəbini bitirmiş, 1977-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun texniki fənlər fakültəsinə daxil olmuşdur. 1981-ci ildə institutu bitirərək Kubin natamam orta məktəbində müəllim işləmişdir. 2000-ci ildən həmin məktəbin direktoru təyin edilmişdir. 




Xamiyev Şirzad Oğlan oğlu - müəllim, pedaqoq

1959-cu ildə Kubin kəndində anadan olmuşdur. Hişkədərə orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedoqoji İnstitutuna qəbul olunmuşdur. Ali təhsil aldıqdan sonra doğma məktəbdə işə başlamış və hal-hazıra kimi burada çalışmaqdadır.







     Babayeva Mətanət Kişi qızı – mühasib, müəllim

1967-ci ildə Mişkəmi kəndində anadan olmuş, 1985-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1986-cı ildə Mərkəzi Statistika İdarəsinin mühasibat kursunu, 1996-cı ildə Gəncə Məişət Kollecinin ibtidai sinif müəllimi fakültəsini bitirmişdir. Kubin məktəbində kitabxanaçı, müəllim işləyib. 2000-ci ildən  2012-ci ilin oktyabr  ayınadək Masallı RİHB-nin Miyankü ərazi nümayəndəsi və YAP Miyankü ilk təşkilat sədri vəzifəsində işləmişdir. Hazırda Kubin məktəbinin müəlliməsidir.




II Dünya Müharibəsində iştirak edənlər:


6 nəfər müharibəyə getmişdir. 

4 nəfər şəhid olmuşdur .

2 nəfər sağ qayıtmışdır.


Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar:


II Qarabağ müharibəsi iştirakçısı:


  1. Xamiyev Natiq Mirağa oğlu










     Xamiyev Eldar Sahib oğlu 25.06.1975-ci ildə Kubin kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 31.03.1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.


Alimlər:


Ağayev Səyyad İsaq oğlu  (Bax yuxarıda i.ə.d.-nin “Alimlər” bölümünə)

Xamiyev Mətləb Cahangir oğlu  (Bax yuxarıda i.ə.d.-nin “Alimlər” bölümünə)


Yazarlar:

Yoxdur


Din xadimləri: 




     Xamiyev Əkbər Miri oğlu 1979-cu ildə Kubin kəndində anadan olmuşdur. Müqəddəs Həcc ziyarətində olmuşdur. 2010-cu ildə Kubin kənd məscidi dini icma rəhbəri seçilmişdir.

Rəhbər vəzifələrdə işləyənlər:









     Əbilov Həzərxan Vəli oğlu  - kimyaçı, müəllim

1956-cı ildə Kubin kəndində anadan olmuşdur. 1983-cü ildə BDU-nun kimya fakültəsini bitir-mişdir. 1987-ci ildən Bakı şəhəri Binə qəsəbəsində müəllim və 1994-cü ildən 136 saylı məktəbin direktoru işləmişdir. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak emişdir. Hazırda Xəzər rayonTəhsil Şöbəsində həmkarlar Təşkilatının sədridir.

İnfrastruktur


Ümumi orta məktəb - 1

Tibb məntəqəsi - 1

Məscid - 1


Xeyriyyəçilər






     Nəzərov Fizulu Tərlan oğlu Kubin kəndində anadan olub. Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kubin kəndində yeni məscid və tibb  məntəqəsini tikdirib, yeni transformator qoydurub, yolu təmir edib.

Qəhrəman anaların sayı:


Qəhrəman analar -  2


Ziyalılar



Babayev Maşallah Musarza oğlu 1954-cü ildə Kubin kəndində doğulub.  Kənd bələdiyyəsinin ilk sədri olub.  

     Babayev Şahin Azərbaycan Texniki Universitetini bitirib. Bakı şəhərində yaşayır. Dövlət Neft şirkətində mühəndis işləyir.









      Əbilov Ataxan Vəli oğlu - hüquqşünas, beynəlxalq hüquq üzrə ekspert, insan haqları müdafiəçisi, yazıçı-publisist


     1965-ci ildə Kubin kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1983-1985-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin konsti tusiya hüququ kafedrasında əmək fəaliyyətinə başlamış, 1991-1997-ci illərdə həmin universitetində çalışmışdır. 1997-2007-ci illərdə qeyri-hökumət sektorunda hüquqi tədqiqat və hüquq müdafiə fəaliyyətilə məşğul olmuşdur. Azərbaycan Hüquqşünaslar Forumunun İdarə Heyətlərinin üzvü ol-muşdur. Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyətinin məsul katibi, "Bey-nəlxalq hüquq" jurnalının redaktoru vəzifələrində çalışmışdır.

2009-cu ildən Niderland Krallığında yaşayır. O, 2017-ci ildə Niderland Krallığında İnholland Tətbiqi Elmlər Universitetinin Sosial-Hüquqi Xidmət fakültəsini bitirmişdir. Niderlandda qaçqın və qeyri-leqallara yardım sektorunda çalışır. 100-dən çox elmi-publisistik məqalələrin, 10-dan artıq kitab və monoqrafiyanın, o cümlədən Azərbaycan və Avropa Şurası əlaqələri ilə bağlı “Avropa Şurası və Azərbaycan”, “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan”, “Azərbaycan Avropa ailəsində” kitablarının müəllifi, universitetlərin Hüquq və Beynəlxalq hüquq fakültələrinin tələbələri üçün yazılmış “Beynəlxalq xüsusi hüquq” dərsliyin həmmüəllifidir.

     "Demokratiya dərsləri" kitabı 2020-ci ildə Bakı şəhərində Qanun nəşriyyatında işıq üzü görüb.

Niderland dilində "Qeyri-leqalların əsas hüquqlarının nəzəri və praktik aspektləri" elmi-tədqiqat işi Ümumniderland İlleqal Təşkilatının rəsmi saytında yer alıb. Hüquq müdafiə fəaliyyətinə və ictimai-siyasi mövqeyinə görə 1997-ci ildə Bakı Dövlət Universitetindən uzaqlaşdırılıb.

     Azərbaycanın Avropa Şurasına üzv olmaqla bağlı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Azərbaycanda öyrənilməsi, təbliği və tətbiqi istiqamətində geniş fəaliyyət göstərmişdir. Bakı şəhərində ilk dəfə olaraq Avropa Məhkəməsinə müraciətetmə Mərkəzinin açılmasında fəal rol oynamış və sonralar ona rəhbərlik etmişdir.

     Hazırda hüquq müdafiə fəaliyyətini davam etdirir.

     Ailəlidir, iki övladı var.









     Məmmədov Şakir Səlim oğlu – texniki fənlər üzrə müəllim


     Kubin məktəbinin əmək təlimi müəllimidir. Əmək fəaliyyətinə Hişkədərə məktəbində başlayıb. Bir dəfə meşədə canavar hücumuna məruz qalan Şakir müəllim onu yalın əlləri ilə boğub öldürmüşdür. Sakit təbiətli bir insanın canavarı öldürməsi o zaman  hamıya maraqlı gəlmişdi.







     Xamiyev Məmməd Soltan oğlu – filoloq (rus dili üzrə)

     Dico kəndində doğulub. Ali təhsilli rus dili müəllimidir.








     Babayev Hacrza Musarza oğlu - layihəçi-mühəndis, yer quruluşu mütəxəssisi


     1959-cu ildə anadan olub. Uzun illər Yer quruluşu Layihə İnstitutunun mütəxəssisi olub. Kubin kənd seçki komissiyasının sədridir. Pensiyaçıdır.








     Ağayev İsaq Əziz oğlu - feldşer


     Uzun illərdir ki, Boradigah qəsəbə xəstəxanasında tibb qardaşı işləyir.









     Ağayev Şahin İsaq oğlu - feldşer


     1974-cü ildə anadan olub. Miyankü həkim ambulatoriyasında tibb qardaşı işləyir. Evlidir iki oğlu var.









     Xamiyev Cahangir Soltan oğlu  - feldşer


Dico məhəlləsində anadan olub. Masallı RMX-də tibb qardaşı işləyir. Bundan başqa kənd təsərrüfatı ilə, əsasən arıçılıqla məşğul olur. İki oğlu vardır.


Tahirov Rasif İman oğlu  - fizik, müəllim


     Kubin kəndində doğulmuşdur. Uzun illər həmin kənd məktəbində fizika müəllimi vəzifəsində çalışmışdır. Haliyədə Bakı şəhərində yaşayır.


Orden və medal alanlar:


     Əbilov  Həzərxan Vəli oğlu təhsil sahəsində fərqləndiyinə görə 03.10.2007 -ci ildə  “Tərəqqi” medalı ilə təltif edilib. 





Kəndin adı: Nəzəroba


Əhalisi : 397 nəfər

Ərazisi :   91,68 ha     











Kəndin tarixi keçmişi haqqında


Təxminən XIX  əsrin ortalarında  İrandan gələn İmam Nəzər adlı şəxs ilk dəfə məskunlaşıb. Kənddə məscid və  qəbristanlıq vardır.

Kəndin adının mənası


Talış dilindən tərcümədə “Nəzərin obası” deməkdir.


Coğrafi mövqeyi


     Rayon mərkəzindən 23.3 km cənubda, Talış dağlarının şərq yamacında yerləşir, ərazisi düzənlikdir. Burada bir neçə su bəndi vardır. Kəndin içi ilə Nığlədə (talışca: “dərin dərə”) çayı axır.


Həmsərhəd kəndlər 


Şimaldan Miyankü, 

Şərqdən Hişkədərə və Mahmudavar, 

cənubdan Rüdəkənar, 

qərbdən Talış dağları ilə həmsərhəddir. 


Kəndin əsas məşğuliyyəti


     Sovet dövründə burada çayçılıq və sitrus meyvəçilik inkişaf etmişdir. Yenidənqurmanın acınacaqlı dönəmində bağlar ləğv edilərək yerində buğda və çəltik əkilməyə başlandı. Əkinçilik cəmi bir-neçə il davam etdi. Haliyədə maldarlıq, arıçılıq və əkinçilik mövcuddur.

Kəndin tarixi abidələri

Yoxdur


Kənddə ilk məktəb və məktəb binaları haqqında:

Yoxdur


Kəndin ilk müəllimi 


     Nəzərov Sabir Həzərxan oğlu 1939-cu ildə Nəzəroba kəndində doğulub. Ali təhsilli sinif müəllimi olmuşdur. Pensiyaya çıxana qədər Miyankü kənd ümumi orta məktəbində pedoqoji fəaliyyət göst-ərmişdir. Nəzəroba kəndində vəfat etmişdir.

İlk ali təhsilli şəxslər


     Tahirov Balağa Hacıağa oğlu 1940–ci ildə Nəzəroba kəndində doğulub, 1966-cı ildə  AzKTİ–nin aqronomluq ixtisası üzrə bitirib,  sovxozda partkom və aqronom vəzifəsində çalışıb, haliyədə pensiyaçıdır.

II Dünya Müharibəsində iştirak edənlər: 


2 nəfər müharibəyə getmişdir. 

2 nəfər sağ qayıtmışdır.


Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar: 


I Qarabağ müharibəsi iştirakçıları:


1.Tahirov Fuad Balağa oğlu,

2.Fətullayev Pərvin Fəxrəddin oğlu


II Qarabağ müharibəsi iştirakçıları:


1.Xamiyev Mirtahir Atakişi oğlu

2. Nəzərov Baba Şahverən oğlu.


Alimlər: 

Yoxdur


Yazarlar: 

Yoxdur


Din xadimləri: 


Molla Məşədi Nəzir Nəzərov  ömrünün sonuna kimi kəndin xeyir-şərində iştirak etmiş və hörmətli kənd ağsaqqalı olmuşdur.







     Nəzərov Rauf Nurəddin oğlu Nəzəroba kəndində doğulub. Kənd  mollasıdır, xeyir-şər  və dini məclislərində iştirak edir.


Məscidlər











     Kəndin tarixində ilk dəfə 2017-ci  ildə kənd sakinləri tərəfindən məscid binası inşa edilmişdir.


Rəhbər vəzifələrdə işləyənlər: 






     Fətullayev Elşən Mirbəşir oğlu - hüquqşünas, ədliyyə işçisi

     Nəzəroba kəndində doğulub. BDU-nun hüquq falultəsini bitirib. Məhkəmə orqanlarında çalışır.

ZİYALILAR

     Nəzərov Sabir Həzərxan oğlu – ibtidai sinid müəllimi

     Nəzəroba kəndində doğulub. Ömrünün sonuna kimi Miyankü tam orta məktəbində sinif müəllimi işləyib. Vəfat etmişdir.






Fətullayev Balabəy Ağabəy oğlu – riyaziyyatçı, müəllim

1955 ildə anadan olub.  Ömrünün sonuna kimi Miyankü kənd məktəbində riyaziyyat müəllimi işləyib. 11.12.2012 ildə vəfat etmişdir.






     Nəzərov Nazim Nəzir oğlu – rabitə-poçr işçisi

     1970-ci ildə Nəzəroba kəndində anadan olmuş, 1987-ci ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. 71 saylı Miyankü seçki məntəqəsinin katibi və 2010-cu ildən Miyankü kənd poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Evlidir, üç övladı vardır.





     Tahirov Zakir Balağa oğlu - hüquq-mühafizə orqanları işçisi, xeyriyyəçi

1962-ci ildə Nəzəroba kəndində anadan olub. Hişkədərə kənd orta məktəbini bitirib. Uzaq Şərq Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib, sonradan ticarət sahəsində şalışıb. 2004-2009-cu illərdə Nəzəroba kənd bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Yolların cari təmirini həyata keçirirb, kənd məscidi üçün yer ayırıb. Daxili İşlər Nazirliyinin Arxiv İdarəsində işləyib. 28.04.2018 ildə vəfat edib.









     Mirzəyev Gülağa Şabala oğlu - feldşer


1959-cu ildə anadan olub. Tibb qardaşıdır. Kubin tibb məntəqə-sində müdir vəzifəsində işləyir.


     Nəzərov Sahil Oruc oğlu - feldşer


1951-ci ildə Nəzəroba kəndində doğulub. Uzun illər Masallı RMX Təcili Yardım Stansiyasında tibb qardaşı kimi çalışıb. Hazırda Boradigah qəsəbə xəstəxanasında işləyir. Pensiyaçidir.







     Nəzərov Şahverən Oruc oğlu – filoloq (rus dili üzrə)

     1963-cü ildə Nəzəroba kəndində doğulub. Ali təhsilli rus dili müəl-limidir. Miyankü tam orta məktəbində işləyir.






     Zamanov Elşad Polad oğlu – müəllim, pedaqoq

1961-ci ildə Nəzəroba kəndində anadan olmuşdur. APİ -ni  bitirib. Nadir Aslanov adina Miyankü tam orta məktəbində tarix müəllimi işləyir. Miyankü bələdiyyəsinin sədr müavinidir.

İnfrastruktur 


Məscid 1


Xeyriyyəçilər 


     Rufullayev Əvəz Əlibala oğlu 1971 ci ildə Nəzəroba kəndində doğulub.  RF Rostov şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.


Qəhrəman anaların sayı:


Qəhrəman ana - 1


Orden və medal alanlar:

Yoxdur




Hazırladı- İbadov M. Q.

16.08.2021-ci il.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10