Ərazinin özəllikləri
- Talış xanı Mir Həsən xanın ən çox arxalandığı yaşayış yerlərindən biri
- Tarixlərdən yadigar qalan Murtuza Əli məscidi
- Pələngi diri tutduqlarına görə xan tərəfindən gözləri çıxarılan Həsənxan və Hüseynxan qardaşlarının vətəni
- Mir Kazım Aslanlı - Sarəngin uşaqlıq illərində sığınacaq yeri olan kənd
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi …, tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyi-miz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, biz-dən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardım-çı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Hə-sənli, Lürən İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Sığdaş İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızlavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
Sığdaş İnzibati Ərazi Dairəsi
Sığdaş kəndi
Babakücə kəndi
Xanalion kəndi
Ninalov kəndi
Kəndin adının mənası
Sığdaş toponimi “sığ” və dəşt” sözlə-rindən yaranmışdır. Kəndin ilk adı Siqdəşt olmuşdur. “Sığ” talış dilində - daş, “dəşt” fars və talış dillərində - çöl, bayır, biyaban deməkdir.
Bu toponimin farca,”səng-dəşt” sözlərindən yaranması mülahizəsi səhvdir.
Mahmudavar kəndi ərazisində olan Sığbas qədim yaşayış yerinin adı da Sığdaş toponiminə müvafiq şəkildə yaranmışdır. (Müsarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponim-ləri” səh.50. “Maarif” nəşriyyatı”. Bakı-1992-ci il, (Müsarza Mirzəyev - “Talış topo-nimlərinin qısa izahlı lüğəti” səh. 44. “Azərbaycan nəşriyyatı”. Bakı-1993-cü il).
...Sığdaş çayının sahilinfə Lənkəran ovalığındadır. Oykonim “sığ” (talış dilində: daş və “daş” sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəli “dəşt” (çöl, biya-ban, düz) sözünün qısaldılmış formasıdır“ (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (“ŞƏRQ-QƏRB” mətbəəsi. Bakı - 2007, səh. 188).
Sığdaş kəndi haqqında tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu qələmə aldığı “Əxbərnamə” əsərində (“DİZAYN EL” MMC nəştiyyatı. Bakı-2009 səh. 54) Sığdaş adını “Siqdəşt” kimi qeyd etmişdir. Kəndin adının bu cür işlədilməsi müəllifin əslən Qarabağlı olması və ləhcədə olan dəyişikliklə bağlı olsa da, Sığdaş adının kökü və toponomik mənası dəyişməmiş qalır.
İnzibati Ərazi Dairəsinnin əhalisi: 4252 nəfər (01.01.2021-ci il tarixə). O cüm-lədən; kişi - 2162, qadın – 2089 nəfər.
Sığdaş kəndi üzrə: 1708 nəfər. O cümlədən; kişi - 861, qadın - 847 nəfər.
Kəndin ərazisi:445,58 kv km
Kəndin coğrafi mövqeyi:
Sığdaş kəndi rayon mərkəzindən 15 km cənub-qərb istiqamətdə yerləşir. Kənd dəniz səviyyəsindən 200-230 metr hündürlükdə, Talış dağlarının Burovar silsiləsinin qoynun-dakı təpəlikdə yerləşir. Kəndin cənub tərəfi boyunca çox da gur axmayan Sığdaş çayı Bağıroba, Bədəlan kəndləri istiqamətində axıb gedir. Kəndin ərazisi əsasən təpəliklər-dən, çınqıllı-daşlı torpaq örtüyündən ibarətdir.
Həmsərhəd olduğu kəndlər:
Cənub və qərbdən Talış sıra dağları,
şimal-qərbdən Ninalov kəndi,
şimal-qərbdən Babakücə,
şərqdən Böyük Kolatan,
cənub-şərqdən isə Xanalion kəndləri ilə həmsərhəddir.
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə əsasən çayşılıq, maldarlıq, əkinçilik, bostançılıq, xırda sənətkarlıq, arıçılıq və qismən də qonşu yaşayış məskənləri ilə ticarət etmək olmuşdur. Hal hazırda əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, qismən də arıçılıq sayılır.
Kəndin tarixi abidələri:
Sığdaş kəndi keçmişdə Talış xanlığının Uluf mahalına daxil olan yaşayış məntəqəsi olmuşdur. Kəndin tarixi çox qədim dövrə təsadüf edir. Kənd ağsaqqallarının verdiyi məlumata görə yaşayış məntəqəsinin tarixi təxminən 800 ilə qədər olan bir dövrü əhatə edir. Beləki, kəndin ilk sakinləri hələ 11-12-ci yüzilliklərdə ilk dəfə kəndə gələrək məs-kunlaşmışlar. Sığdaş kəndində tarixi abidələr çoxdur. Bunlar əsasən, keçmişdə qazılmış su quyularından, qədim qəbiristanlıqlardan və qəbir daşlarından ibarətdir. Bu tarixi abidələrdən ən qədimi bə tanmışı “Mürtuza Əli” məscididir. Bu ocaq öz müqəddəsliyi ilə nəinki Talış regionunda, hətta bütün Azərbaycanda məşhurdur. Ocağın yaranması haqqında iki tarixi-dini fərziyyə mövcuddur. Rəvayətə görə ocağın belə müqəddəs və şəfalı olması Həzrəti Əlinin bu yerlərdən keçməsi ilə əlaqədardır. Bu barədə Ərkivan kəndinin sakini, baytarlıq elmləri namizədi, tanınmış alim Əbdürrəhman Səmədov “Ər-kivanın salnaməsi” adlı kitabında maraqlı məlumatlar vermişdir. Onun yazdığına görə 640-650-ci illər arası Həzrəti Əli(ə) buradan keçən zaman təpənin başında yerləşən bir yerdə qılıncını yerə çalmış, həmin yerdən də su fəvvarə vurmuşdur. O vaxtdan etibarən quyunun müqəddəsliyi və həmin yerə etiqad başlanmışdır. Sonralar həmin quyunun yanında balaca bir ziyarətgah tikilmişdir. Hazırda isə həmin qədim ocaq 2000-ci ildə yenidən tikilərək xalqın istifadəsinə verilmişdir.
Digər fərziyyələrə və bəzi tarixi mənbələrə görə vaxtilə Şah İsmayıl Xətainin baş-çılıq etdiyi Səfəvi-qızılbaş ordusunun indiki Masallı ərazisində yerləşən Qızılağac kəndində qışladığı vaxt “Mürtuza Əli” məscidinin yerləşdiyi indiki yer əsgərlər, zabitlər və atlar üçün su mənbəyi rolunu oynamışdır. Ordunun yerləşdiyi yerdə su qıtlığı oldu-ğundan məhz bu yerdən su daşınmışdır. Bu yerin müqəddəs olması isə daha çox Səfəvi şeyxlərinin buraya gəlməsi və burada su quyuları qazdırması ilə bağlıdır. Bəhs etdiyimiz dövrdə Səfəvi şeyxlərinin əhali arasında böyük nüfuzu və hörməti olduğundan bu yer tezliklə ziyarətgah kimi məşhurlaşmışdır. “Mürtuza Əli” məscidinin tarixi müxtəlif mənbələrdə 11-12-ci əsrlərin abidəsi kimi qeyd edilir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Sığdaş kəndində ilk dəfə 4 sinifli ibtidai məktəb olmuşdur. Bu məktəb 1936-cı ildə İbrahim Axund adlı şəxsin evində açılmışdır. 1937-ci ildə isə həmin məktəb Axund Ağamalı-nın evinə köçürülmüşdür. Kənddə ilk dövlət məktəbi binası 1950-ci ildə tikil-mişdir. 1978-ci ildən həmin məktəb orta təhsil ocağına çevril-mişdir.
Murtuza Əli məscidi
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsillisi Əhədov Yaqub Sərdar oğlu olmuşdur. O, 1941-1945-ci illərdə Gəncədə baytarlıq ixtisası üzrə ali təhsil almışdır.
Kəndin tanınmış ziyalaları
Ölkədə
Qurbanov Mühacir Kərbəlayı Məhəmməd oğlu - jurnalist
1942-ci ildə Sığdaş kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin jur-nalistika fakültəsini bitirmişdir. Sumqayıt şəhərində və Masallı rayonunda çıxan mətbu orqanlarında müxbir, ədəbi işçi vəzifələrində işləmişdir. Uzun illər Masallıda çıxan “Çağırış” qəzetində məktublar şöbəsinin mudiri vəzifəsində çalışıb. Ömrünün son illə-rində Sığdaş kəndində sovxoz təsərrüfatına rəhbərlik etmişdir. 2002-ci ildə vəfat etmiş-dir.
Nəsirzadə Sərhəd ... oğlu - filoloq (fars dili və ədəbiyyatı üzrə), müəllim, yazıçı
1945-ci ildə Sığdaş kəndində anadan olmuşdur. Gənclik illərindən Bakı şəhərində yaşamışdır. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. S. C. Pişə-vəri adına fars dili üzrə təmayüllü internat məktəbində işləmişdir. Bir neçə bədii kitabın müəllifidir.
Qurbanov Bəşir Kərbəlayı Məhəmməd oğlu - hüquqşünas, ədliyyə müşaviri
1945-ci ildə Sığdaş kəndində doğulmuşdur. Gənclik illərindən Bakı şəhərində yaşa-mışdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Uzun illər Bakı şəhər 1№-li Norariat Kontorunun müdiri vəzifəsində çalışmşdır. 2008-ci ildə qəflətən qəza nəticəsində vəfat etmişdir.
Həsənov Xanverdi Əlifxan oğlu - hüquqşünas, ədliyyə işçisi
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Notarial xidməti işçisidir.
Uzun müddət Masallı rayonu üzrə notariat xidmətində, haliyədə Yardımlı rayon Nota-rial Xidmət İdarəsində notarius vəzifəsində çalışır.
Rayonda
Əliyev Oğlan Dövlət oğlu - musiqiçi-vokalist, müəllim
1950-ci ildə Sığdaş kəndində anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının volal şöbəsini bitirmişdir. Masallı rayonunun Böyük Kola-tan kənd orta məktəbində, Masallı şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində müəllim vəzifələrində çalışmışdır. El şənliklərində, rayonda keçirilən dövlət tədbirlərində tanın-mış qarmon ifaçısı kimi çıxışlar etmişdir. Ömrünün çiçəkləndiyi bir vaxtda vəfat etmiş-dir.
Kişiyev Güləli Xudayar oğlu - filoloq, müəllim
1950-ci ildə Sığdaş kəndində anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu, V. İ. Lenin adına APİ-nun filologiya fakültəsini bitirmişdir. Uzun illər Sığdaş kənd orta məktəbində müəllim və partiya orqanlarında çalışmışdır.
Kənddə
Qurbanov Əliməmməd Söhbət oğlu - coğrafiyaçı, müəllim
1926-cı ildə Sığdaş kəndində anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu, V. İ. Lenin adına APİ-nun coğrafiya fakültəsini bitirmişdir. Uzun illər Sığdaş kənd orta
məktəbində müəllim vəzifəsində çalışmışdır. 2001-cı ildə vədat etmişdir.
Qurbanov Baba Kərbəlayı Məhəmməd oğlu (Baba Qurban) - feldşer, şair
1930-cu ildə Sığdaş kəndində anadan olmuşdur. Lənkəran Tibb Məktəbini bitirmiş, ixrisasca orta tibb işçisi olmuşdur. Uzun illər doğulduğu kənddə Feldşer-mama məntə-qəsinin müdiri vəzifəsində çalışmışdır. Bir neçə şeirlər kitabının və bədii əsərin müəlli-fidir.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Sığdaş kəndindən Böyük Vətən müharibəsində 60 nəfər iştirak etmişdir. Onlardan
32 nəfəri şəhid olmuş, 28 nəfər sağ qayıtmışdır. Hazırda sağ qalan yoxdur.
Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən və həlak olan sakinlər haqqında:
Əliyev Əlqəmə Fəzzəl oğlu
1975-ci ildə Sığdaş kəndində anadan olmuşdur. O, 1992-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, Silahlı Qüvvələrin “N” saylı hərbi hissə-sində 2 il erməni quldurlarına qarşı mərdliklə vuruşmuşdur. 1994-cü ilin aprelində qızğın döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Şəhid Amid Salayev Şəhid ailələri ilə görüş
Kəndin din xadimləri:
Kəndin tanınmış din xadimi Şahmarov Hacı Tahir Talıb oğludur. O, 1955-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur. Özünün cəlbedici səsi ilə bütün Azərbaycanda tanınan Hacı Tahir həm din xadimi, həm də müəllim kimi tanınır. Hal hazırda o, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin “Təzə Pir” məscidində imamın müa-vini vəzifəsində çalışır.
Molla Əshab Vahab oğlu Qurbanov
İnfrastruktur
Sığdaş inzibati ərazi vahidində 1 “Murtuza-Əli məscidi” (ocağ kompleksi), 1 orta məktəb binası, 1 feldşer-mama məntəqəsi, 1 poçt şöbəsi, 1 ATS, 5 kommersiya obyekti və s. fəaliyyət göstərir.
Kəndin adı:Babakücə
Kəndin adının mənası:
Rayonumuzda Musakücə, Bağlakücə, Qızılakücə, Həsənəkücə və s. toponimlər var-dır ki, “kücə” ünsürü ilə düzəlir. Kücə ünsürü “kuco” (kujə sözündən yaranmış, “təpəli yer”, “məhəllə”, “məkan” vı s. mənalarda işlənir. Babakücə toponiminin mənası “Baba nəslinin yaşadığı yer” deməkdir. (Musarza Mirzəyev, Şahrza Ağayev. “Masallı topo-nimləri” səh. 12. “Maaraf” nəşriyyatı. Bakı - 1992, Musarza Mirzəyev. “Talış toponim-lərinin qısa izahlı lüğəti” səh. 38).
Kəndin tarixi haqqında bilgilər əsasən kənd ağsaqqallarının verdiyi məlumatlara əsaslanır. Ağsaqqalların dediyinə görə kəndin ilk sakini Rəhmətov Nəsir Rəhmət oğlu
olmuşdur. O, təxminən 300 il bundan əvvəl kəndə gələrək, orada məskunlaşmışdır.
Əhalisi: 768 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 416, qadın - 352 nəfər
Ərazisi: 185,9 kv km
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə kəndin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Haliyədə də əsa-sən əkinçilik və maldarlıq üstünlük təşkil edir.
Həmsərhəd olduğu kəndlər:
Cənub qərbdən Ninalov kəndi,
şimaldan Məmmədrzakücə kəndi, şimal-
şərqdən Seyidoba kəndi,
şimal-şərqdən Kolatan kəndi,
qərbdən isə Sığdaş kəndi ilə həmsərhəddir.
Coğrafi mövqeyi
Babakücə kəndi raypn mərkəzindən 16 km məsafədə, Talış dağlarının Burovar silsiləsinin ətəklərində, dəniz səviyyəsindən 35 metr hündürlükdə, füsünkar bir guşədə yerləşir. Kəndin ərazisi dərə-təpəliklərdən ibarət olmaqla, əkinçilik üçün az yararlıdır.
Əhalinin məşğuliyyəti
Kənd əhalisi tarixən maldarlıq, əkinçilik, arıçılıqla məşgul olmuş, həmin ənənə bu gün də davam edir.
Kənddə ilk məktəbin açıldığı tarix:
İlk məktəbin açılması 1931-1932-ci illərə təsadüf edir. Həmin təhsil ocağı 4 sinifli ibtidai məktəb olmuşdur.
İlk müəllim:məlum deyil
Kəndin ilk ali təhsillisi:
Babakücə kəndinin ilk ali təhsilli adamları Rüstəmov Əmir Fəttah oğlu və Əliyev Məmməd Heydər oğlu olmuşdur.
II Dünya müharibəsində iştirak edənlər:
20 nəfər iştirak edib. Onlardan yalnız 1 nəfər - Xancanov Xankişi Balaş oğlu son illərə qədər yaşamışdır.
I Qarabağ müharibəsində iştirak edən və şəhid olan sakinlər haqqında:
Əkbərov Vurğun Simran oğlu - ətraflı mılumat yoxdur
Əliyev Vilayət Lətif oğlu - ətraflı məlumat yoxdur
Kəndin adı: Xanalion
Əhalisi: 1351 nəfər (01.01.2021-ci iltarixə). O cümlədən; kişi - 673, qadın - 678 nəfər
Ərazisi: 356 kv km
Kəndin adının mənası:
Şəxs və nəsil adları əsasında yaranmış toponimlərdəndir. “Xanəli” şəxs, “on” cəmlik bildirən şəkilçidir. Yoponimin mənası Xanəli nəsli deməkdir. (Müsarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri” səh. 52. “Maarif” nəşriyyatı”. Bakı-1992-ci il, (Müsarza Mirzəyev - “Talış toponimlərinin qısa izahlı lüğəti” səh. 52. “Azərbaycan nəşriyyatı”. Bakı - 1993-cü il).
Kənd ağsaqqallarının verdiyi məlumata görə kəndin 350 ildən çox tarixi vardır. Xanalion kəndinin adının mənası Xanəli xanın adı ilə bağlıdır. Təqribən 1650-1680-ci illərdə Talış xanlarından olan Xanəli xan ilk dəfə burada məskən salmışdır. O vaxtdan etibarən həmin yaşayış yeri “Xanəli”, “Xanəlioba”, “Xanalion” adlanmışdır. Mənası talışca: “xanın yaşadığı yer”, “xanın olduğu yer” deməkdir.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Sığdaş və Kolatan,
cənubdan Məmmədoba,
şərqdən Bədəlan,
cənub-qərbdən Talış sira dağları ilə həmsərhəddir.
Coğrafi mövqeyi
Xanalion kəndi rayon mərkəzindən 16 km cənubda, Talış dağlarının Burobar silsilə-sinin ətəklərində, dəniz səviyyəsindən 27 metr yüksəklikdə, əsrarəngiz bir guşədə yer-ləşir. Kəndin ərazisi əsasən düzənlik və dərə-təpəliklərdən ibarət olmaqla, şimal və cə-nubdan iki dağ çayı ilə ayrılır.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, arıçılıq və baramaçılıq, ovçu-luq olmuşdur. Hal hazırda əsasən, əkinçilik və maldarlıq üstünlük təşkil edir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk ibtidai məktəb 1946-1947-ci illərdə açılmışdır. Sonralar, 1974-cü ildən 8 illik orta məktəb fəaliyyət göstərməyə başlamışdir.
İlk müəllim: ...
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli adamı Qədirov Cəfər Əliağa oğludur. 1945-ci ildə Xana-lion kəndində doğulmuşdur. O, 1969-cu il-də M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyat İnstitutunu bitirmişdir.
Kəndin tanınmış ziyalıları:
Babayev Xanoğlan ... oğlu - alim-aqronom
1933-ci ildə Xanalion kəndində doğulmuşdur. Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Uzun illər Kolatan kəndindəki “Kom-munizm yolu kolxozunda (sovxozunda) müxtəlif vəzifələrdə çalışmışdır.
II Dünya müharibəsində iştirak edənlər:
Xanalion kəndindən Böyük Vətən müharibəsində 45 nəfər iştirak etmişdir. Onlardan 21 nəfər döyüşlərdə həlak olmuş, 24 nəfər sağ qayıtmışdır.
I-II Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edən və şəhid olan sakinlər haqqında:
Bağışov Nizami Mirzağa oğlu
1994-cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda
Xanalion kənd əsas məktəbi Bağışov Nizami Mirzağa oğlunun adını daşıyır.
Babayev Mail Atakişi oğlu
1994-cü ildə Beyləqan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Kəndin din xadimləri:
Xanalion kəndinin tanınmış din xadimlərin-dən biri Molla Mirzəli Axund olmuşdur. O, təqribən XVIII yüzillikdə yaşamışdır.
XANALİON kəndi üzrə nə çatmır???
1. Kənddə ilk müəllim
2. Qəhrəman anaların sayı
3. Müasir inzibati tikililər haqqında
4. Yüksək vəzifələrdə və digər müxtəlif vəzifələrdə işləyənlər:
5. Orden və medal, digər dövlət mükafatları ilə təltif olunanlar:
6. Abidələr: məscid və sair. (fotoşəkilləri ilə)
7. Xeyriyyəçilər
8. Qarabağ şəhidləri haqqında ətraflı məlumat
9. II Dünya müharibəsində iştirak edənlər haqqında dəqiq məlumat
Kəndin adı: Ninalov
Kəndin adının mənası:
Ninalov sözünün “od olmayan yer”, “erkək qarğa” mənalarında oması ehtimal edilir. Fikrimizcə bu söz “niləlon” sözündən yaranıb. “Nil” - ağac növü, “ə” - birləşdirici səs,
“lon” isə yer deməkdir. (Müsarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri” səh. 40. “Maarif” nəşriyyatı”. Bakı-1992-ci il, (Müsarza Mirzəyev - “Talış toponimləri- nin qısa izahlı lüğəti” səh. 48. “Azərbaycan nəşriyyatı”. Bakı - 1993-cü il).
Ninalov kəndinin tarixi ilə bağlı ağsaqqalların verdiyi məlumatlara əsasən kəndin ilk sakinləri Zərbiyev Siozoə və Əkbərov Əkbər olmuşlar. Onlar təxminən 300-350 il bun-dan əvvəl kəndə gələrək, orada məskunlaşmışlar. Ninalov kəndinin adının mənası talış-ca: “nil ağacından düzəldilmiş növ (nov)” mənasını verir. Növ (nov) bulaqlarda suyun axmasını istiqamətləndirmək üçün düzəldilib qoyulan ağac əşyadır. Ninalov ərazisi dağ bulaqları və çaylarla zəngin olduğundan burada bu cür novlara tez-tez rast gəlmək olur. Kəndin adının da məhz buradan qaynaqlandığı güman edilir.
Əhalisi: 425 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 213, qadın - 212 nəfər
Ərazisi: 106 kv km
Coğrafi mövqeyi:
Ninalov kəndi talış sıra dağları-nın əhatəsində yerləşir. Şimal istiqa-mətdə yerləşən
Məmmədrzakücə kəndi boyunca nis-bətən kiçik təpələr və düzənlik var-dır. İlin yaz və payız aylarında əsən “qara yel” və “xəzri” küləkləri kəndə ziyan vurmur. Kəndin yer-ləşdiyi ərazidə qış sərt, yay isti keçir.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, arıçılıq və maldarlıq olmuşdur. Hazırda
da əkinçilik, maldarlıq və qismən də arıçılıq üstünlük təşkil edir.
Həmsərhəd olduğu kəndlər:
Qərbdən Talış sıra dağları,
şimaldan Talış sıra dağları və Məmmədrzakücə kəndi,
şərqdən Babaküçə kəndi,
cənubdan isə Sığdaş kəndi ilə həmsərhəddir.
Kəndin dörd tərəfi dağ silsilələri ilə əhatə olduğuna görə kənd cazibədar xarici gözəlliyə malikdir.
Kəndin tarixi abidələri:
Ninalov kəndinin ərazisi tarixi və arxeoloji baxımdan əhəmiyyətli olan abidələrlə zəngindir. Bunlardan ikisi daha çox diqqəti cəlb edir:
1. Piyəkon tarixi abidəsi
Bu ad talışca: Pıə - “ata”, kə - “ev”, “on” -cəm şəkilçisidir. Yəni “ataların evi” məna-sını verir. Bu abidə dağ yamacında yerləşən qədim yaşayış məskənidir. Çox güman ki, bu yer Ninalov əhalisinin əvvəl yaşadığı yaşayış məskəni olmuşdur. Sonralar hərbi-siya-si sabitlik dövründə əhali dağ yamaclarından kəndin indiki yerləşdiyi əraziyə enərək burda məskunlaşmışlar.
2. Səhhət qalası.
Bu abidə yerli sakinlər arasında daha çox “Ğələ sün” kimi tanınır. Talışca: “Qala
sütunu” mənasını verir. Abidə kəndin yuxarı hissəsində tikilmiş qədim bir qalanın qalıq-
larıdır. Qalanın yerləşdiyi mövqedən və quruluşundan aydın olur ki, yadellilərin hücum-larından qorunmaq üçün tikilmiş müdafiə qalasıdır. Hər iki abidə XVII-XVIII əsrlərin tarixi abidəsi kimi səciyyələndirilir. Bu gün hər iki qədim tikili ətrafda yaşayan sakinlər
tərəfindən hörmət və rhtiramla yad edilir.
Kənddə ilk məktəbin açılması:
Ninalov kəndində ilk məktəbin açılması 1939-1940-cı illərə təsadüf edir.
İlk müəllim: ...
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli şəxsləri Əkbərov Yunus Məmmədqulu oğlu və Əkbərov Yavər Məmmədqulu oğlu olmuşlar.
II Dünya müharibəsində iştirak edənlər:
Ninalov kəndindən Böyük Vətən müharibəsində 10 nəfər iştirak etmişdir.
Neçəsi həlak olub, neçəsi sağ qayıdıb bəlli deyil.
Qarabağ müharibəsində döyüşən və şəhid olalar haqqında: məlumat yoxdur
Ninalov kəndi üzrə nə çatmır???
1. Kənddə ilk müəllim
2. Qəhrəman anaların sayı
3. Müasir inzibati tikililər haqqında
4. Yüksək vəzifələrdə və digər müxtəlif vəzifələrdə işləyənlər:
5. Orden və medal, digər dövlət mükafatları ilə təltif olunanlar:
6. Abidələr: məscid və sair. (fotoşəkilləri ilə)
7. Xeyriyyəçilər
Mənbə olaraq istinad edilən ədəbiyyat və materiallar:
Azərbaycan Sovet Ensiklopediyası I -VII cild. Bakı - “Qızıl Şərq” mətbəəsi - 1976.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”i. “ŞƏRQ-QƏRB” mətbəəsi. Bakı –
2007.
Musarza Mirzəyev - “Mənim Masallım”. Bakı - “Azərbaycan” nəşriyyatı - 1991.
Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı toponimləri”. Bakı - “Maarif” nəşriyyatı - 1992.
Musarza Mirzəyev - “Talış toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan” nəşriyyatı –
1993.
“Masallı” müstəqil qəzeti - “Masallının görkəmli şəxsiyyətləri, müqəddəs məkanları ziyarət edənləri
və istedadlı gəncləri barədə”. 15-30 sentyabr - 1995.
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu - “Əxbarnamə” (Talış xanlığının tarixindən). Bakı - “DİZAYN
EL MMC” nəşriyyatı (2009).
İldırım şükürzadə - “1840-1930-cu ilə qədər Azərbaycanda hansı qəzalar fəaliyyət göstərib?
Novruz Novruzov - “Masallı”. Bakı. 1990
Sığdaş Inzibati Ərazi dairəsi üzrə ensiklopedik məlumatların toplanması davam edir.
“Masallı ensiklopediyası”nı hazırlayan qrup