Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallıı ensiklopediyası” – 18-ci yazə. Həsənli İnzibati Ərazi Dairəsi


Ərazinin özəllikləri:


1. Həsənli kənd qəbristanlığında Ağqoyunlular hökmdarı Uzun Həsənin dövlət gerbi olan Qoç heykəl mövcuddur.


2. Həsənli kəndinin Korlar (Qorlar) tayfasından olan Məmmədalı kərbəlayı Qurban oğlu XX əsrin əvvəllərində Türk ordusunun yüksək rütbəli zabiti olmuşdur.


3. Rayonda idmanın inkişafındakı xidmətlərinə görə Həsənli kənd sakini Xosrov Məhərrəmov Respublika İdman Komitəsi tərəfindən mükafatlandırılmış və 1967-ci ildə Masallı “Məhsul” idman cəmiyyətinin sədri Bəhlul Babayevlə birtlikdə Moskvaya – Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə nümayəndə kimi göndərilmişdi. 

4. Ərazinin Məmmədxanlı kəndindən olan Mustafayev Ələkbər Əsgər oğlu – qaçış üzrə Azərbaycan çempionu olub, idman ustalığına namizəddir.

5. Dərslik kimi istifadə olunan Azərbaycan tarixi kitabının 7-ci cildində Həsənli kəndi haqqında məlumat verilir.




Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Əlizaman Baxış:  - 0 50 427 70 25 

Faiq Hüseynzadə: +7 921 278 51 21 (ancaq vatsap)


     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, 

Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Həsənli İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
  2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
  3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html

10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.
https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html

12. https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html

13. https://cenub.az/11422-masall-ensiklopediyas-axrl-nzibati-razi-dairsi-13-c-yaz.html

14. https://cenub.az/11457-masall-ensiklopediyas-14-c-yaz-miyank-nzibati-razi-dairsi.html

15. https://cenub.az/11576-masall-ensiklopediyas-15-ci-yaz-tkl-nzibati-razi-dairsi.html

16. https://cenub.az/11609-masalli-ensiklopediyas-16-ci-yaz-gyl-inzibati-razi-dairsi.html

17. https://cenub.az/11665-masall-ensiklopediyas-17-ci-yaz-trkoba-nzibati-razi-dairsi.html

 


18-ci yazı


Həsənli İnzibati Ərazi dairəsi 

Həsənli İnzibati Ərazi Dairəsi dörd kəndi – Həsənli, Təkdam, Köçəkli və Məmmədxanlı kəndlərini əhatə edir.


Həsənli ərazi dairəsinin coğrafi mövqeyi: 

Ərazi dairəsi Masallı rayon mərkəzindən şimalında yerləşir. Ərazinin bütün sahəsi  düzənlik olub, Lənkəran ovalığındadır. 


Həmsərhəd olduğu ərazi dairələri:

Şimaldan Xırmandalı ərazi dairəsi ilə, cənubdan Çaxırlı ərazi dairəsi ilə, qərbdən Təklə ərazi dairəsi ilə, şərqdən Qarğalıq ərazi dairəsi ilə həmsərhəddir.


Ərazinin müxtəlif rəhbər vəzifələrdə işləyən sakinləri:


Kənddə:


1. Məmmədov Səfər Kərim oğlu – 1945-47-ci illərdə Həsənli “Şən-həyat” kolxozunun sədri olub.                                (Həsənli kəndi)


2. Məmmədov Məmməd Teymur oğlu– 1947-1952-ci illərdə Həsənli “Şən-həyat” kolxozunun sədri olub.                                (Həsənli kəndi)


3. Ağayev Aydınəli Ağamalı oğlu – (1949-1989). “Şən-həyat” sovxozunun Baş mühasibi və direktoru işləyib.                        (Həsənli kəndi)


4. Kərimov Zakir Səfər oğlu – (1989-2019). Həsənli “Şən-həyat” sovxozunda 2 dəfə müxtəlif vaxtlarda direktor işləyib. (Həsənli kəndi)


5. Qafarov Bəxtiyar Əhməd oğlu –Baş aqronom və direktor işləyib. 

                                                                                                          (Həsənli kəndi)

                                                                       (Həsənli kəndi)           

6. Hüseynov Abasqulu Qulamhüseyn oğlu – Həsənli KXDS –nin sədri olub.    (Məmmədxanlı kəndi)

7. Hüseynov Əliağa  Ağəli oğlu -- Həsənli RİH-nin Ərazi nümayəndəsi işləyib. Sonralar Qızıl Aypara Cəmiyyəti Rayon Təşkilatının sədir.


8. Hüseynov Vəzir Ağəli oğlu – Masallı RİH-in Həsənli ərazisi üzrə nümayəndəsi.        

(Ətraflı hər kəndin “Yüksək vəzifələrdə işləyənlər” bölümündə)      



Rayonda:


Məmmədov Həşim Hüseyn oğlu – Sovet hakimiyyətinin ilk illərində Masallı Rayon Prokurorluğunda mirzə olub.    (Həsənli kəmndi)


Əhədov Hüseynbala Maqsud oğlu – Masallı RTŞ-nin müdiri işləyib.

(Həsənli kəndi)


Cəbiyev Sübhan Kamran oğlu – (1951- 2007).  Masallı RİH-də məsul vəzifədə işləyib.                                                                      (Həsənli kəndi)


Heydərov Adil Böyükağa oğlu –(1947).   Masallı Rayon Mədəniyyət Mərkəzində metoduist və şöbə müdiri işləmişdir. (Həsənli kəndi)


Rahmanov Əlisa –Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində Baş mühəndisi və müdir müavini işləmişdir.                           ( Həsnli kəndi)


Rzayev Mirzəbala Əli oğlu - Masallı Rayon Viləş-Tikintidə Baş hidromeliator işləyib.                                                    (Həsənli kəndi)


Hüseynov Cahangir Vəzir oğlu – Masallı rayon Polis İdarəsində istintaq şöbəsində işləyir.                                                      (Həsənli kəndi)


Əliyev Cəmaləddin                            Masallı Rayon Mədəniyyət Mərkəzində

Baş rejissor.                                                               (Həsənli kəndi)


Hüseynzadə Abas Əli oğlu - 2020-ci ildən Masallı Rayon İH-də işləyir. 

(Həsənli kəndi)

Abıyev Mikayıl Süleyman oğlu – Rayon İK-nin sədr müavini və sədri olmuşdur.                                                                                 (Məmmədxanlı kəndi)            


Abıyev Malik Mikayıl oğlu – Masallı Rayon Aqrqr Sənaye Birliyinin rəisi işləyib.                                                                        (Məmmədxanlı kəndi)


Abıyev Nadir Mikayıl oğlu – Masallı Rayon İH-də birinci müavin vəzifəsində çalışmışdır.                                             (Məmmədxanlı kəndi)

 Abiyev Qadir Mikayıl oğlu – Astara buraxılıqş-keçid məntəqəsinin sədr müavini.

Abıyev Səməd Mikayıl oğlu – Masallı Telekommunikasiya Qovşağının rəisi.                                                                                        (Məmmədxanlı kəndi)


Mirzəyev Ramazan Məmməd oğlu - sahibkar. (Köçəkli kəndi) 

(Ətraflı hər kəndin “Yüksək vəzifələrdə işləyənlər” bölümündə)      

Ölkədə:


Hüseynov Yusif Nuru oğlu – Azərkəndkimya İstehsalat Elm Birliyində şöbə müdiri işləmişdir.                                                 (Həsənli kəndi)


Rahmanov Ramiz Məmməd oğlu – AzərNeft Birliyində idarə rəisi olub.

                                                                                              (Həsənli kəndi) 


Rzayev Ramiz Bəhrəm oğlu – Respublika Prokurorluğunda şöbə müdiri, Baş ədliyyə müşaviri.                                                         (Həsənli kəndi)


Muxtarlı Nəsir Muxtar oğlu – Azərbaycan Respublikası Prezident Aparatında bölmə müdiri vəzifəsində işləyib.                        (Həsənli kəndi)


Rəhmanov Elmin Əlisa oğlu – “Aqroservis” ASC İdarə Heyətinin sədridir.                                                                                (Həsənli kəndi)           


Qaraşov Ağaqardaş Ağamalı oğlu             -    Respublika Meşə Təsərrüfatı Nazirliyində şöbə müdiri.                                     (Köçəkli kəndui)


Xəlilov Hikmət Malik oğlu – “Aqroservis” ASC-nin Masallı-Yardımlı rayon bölməsinin müdiri.                                       (Köçəkli kəndi)


Abıyev Əhəd Mikayıl oğlu  - Daşkəsən Rayon İH-nin Başçısı.

 (Məmmədxanlı kəndi)

Abıyev Abı Mikayıl oğlu – Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi.                   (Məmmədxanlı kəndi)

(Ətraflı hər kəndin “Yüksək vəzifələrdə işləyənlər” bölümündə)      



Həsənli ərazi dairəsinin tarixi haqqında:


            Çar hökuməti vaxtı (1859-1917) Bakı quberniyasının  Lənkəran qəzası Muğan (Göytəpə) pristavlığına, 1917-1929-cu illərdə Lənkəran qəzasının Prişib (Göytəpə) dairəsinə daxil olub.


Sovet dövründə - Kənd XDS İK-nin yarandığı tarix - 1930-cu ildə Masallı rayonuna daxil olub.

Müstəqillik dövründə - Ərazi Dairəsinin yarandığı tarix – 1991-ci il.


Ərazi dairəsinə daxil olan torpaq sahəsi:  Cəmi: 1983 ha.

            a) Əkin sahəsi:                                                                      1161 ha                      

            b) Bələdiyyə torpaqları:                                                586 ha          

            c) Yaşayış yerlərinin yerləşdiyi torpaq sahəsi:     246 ha

          

Ərazi dairəsinin əhalisi: 6736  nəfər - 01 yanvar 2021-ci ilə olan məlumat.

                        O cümlədən:  kişi: 3413 nəfər;     qadın:   3323 nəfər 


Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, maldarlıq. 


Ərazi dairəsinin infrastrukturu:

            

Məscidlər:Həsənlidə ilk məscid  (Primitiv şəkildə də olsa) 1840-cı 

ildə, sonra 1880, 1904-cü illərdə tikilib və 1970-ci ildə     təmir edilib.


Köçəklidə:1994-cü ildə çiy kərpicdən ilk məscid tikilib. 2013-cü ildə iş adamı Hacı Ramazan Mirzəyevin maliyyə dəstəyi ilə yeni məscid inşa edilib.


                                   Təkdam: ilk məscid 1982-ci ildə, yenisi 2006-cı ildə. 

                                   

Məmmədxanlıda: 2012-ci ildə tikilib.          


Həsənlidə hamam  1957-ci ildə (o vaxt kolxoz sədri olmuş Məmmədov Məmməd Teymur oğlunun şəxsi təşəbbüsü ilə) kənd əhalisinin gücü ilə tikilmişdir. 


Həsənlidə klub – 1952-ci ildə tikilib.

 Hamam və klubun memarı, həm də bənnası Molla Abbas Qafarov Fədai olub. Hər iki tikili indi də mövcuddur.
 
            

Ziyarətgahlar  - 

Seyid Sadıq Məqbərəsi – 1970-1975-ci illərdə tikilmişdir. (Həsənli kəndi)

Mir Ulduz Ağanın məzarı üstündə sərdabə - 2006-2007-ci illərdə tikilib.

(Həsənli kəndi)


Yollar 

 Həsənli-Köçəkli və Həsənli-Məmmədxanlı yolları 1957-58-ci illərdə kolxoz sədri Abıyev Mikayılın təşəbbüsü ilə salınıb. 

Çar Rusiyası dövründə (1914-cü ildə) Prişib (indi Göytəpə) ilə Alçalı (sonra Kalinovka, indi Viləş) rus kəndlərini birləşdirən və “Nikolay yolu” adlandırılan yol ərazinin cənub sərhəddi bouyunca keçir və Masallı-Xırmandalı yolunun bir hissəsini təşkil edir.  

2021-ci ilin iyun ayından Həsənli-Köçəkli yolu xeyriyyəçi Hacı Ramazan Mirzəyevin köməyi ilə yenidən asfaltlaşdırılır.  


Ərazi dairəsinin ərazisində suvarma sistemləri – istillər, su anbarları, su qurğuları:  

- 1936-cı ildə Həsənli istili salınıb, 2020-ci ildə yenidən bərpa edilib.

- 2019-cu ildə Həsənli kəndində artezian quyusu qazılıb.

- 1975-ci ildə Məmmədxanlı kəndində artezian quyusu qazılıb, indi də istifadə edilir.


Ərazidə ilklər:


İlk müəllim kadrları

1.İsmayılov İsa Qasım oğlu (Əliqocalı tayfası)           (Həsənli kəndi)

2.Əkbərov Xanoğlan Yusif oğlu (Əlipənahlı tayfası)  (Həsənli kəndi)

3. Hüseynov Kamil Seyfulla oğlu -  müəllim                      (Təkdam kəndi)


İlk ali təhsillilər: 
 
Bəşirov İdris Həsən oğlu    –                      aqronom         (Həsənli kəndi)


Kərimov Arif Tapdıq oğlu –                       müəllim           (Köçəkli kəndi)


Hüseynov Abasqulu Qulamhüseyn oğlu –          müəllim (Məmmədxanlı kəndi)


Kərimov Qardaşxan Səfər oğlu -   müəllim      (Təkdam kəndi)   


İlk təhsilli:

Xəlilov Malik Babalı oğlu –             tibb işçisi.          (Köçəkli kəndi)

            (Ətraflı hər kəndin “İlklər” bölümündə)


Fəxri ad alanlar:

Hüseynov Rövşən – Əməkdar müəllim                             (Həsənli kəndi)


İlk bələdiyyə sədrləri:

Qafarov Sudeyf Abbas oğlu -                                            (Həsənli kəndi)

Mehrəliyev Yaşar Culan oğlu -                                          (Köçəkli kəndi)

Hüseynov Kamil Seyfulla oğlu -                                        (Təkdam kəndi)

Hüseynov Adəm Yadulla oğlu -                             (Məmmədxanlı kəndi)


2009-cu ildə ayrı-ayrı kənd bələdiyyələri birləşərək Ərazi bələdiyyələri şəklində formalaşdı. Həsənli İnzibati Ərazi dairəsində keçirilən ilk birləşmiş bələdiyyə seçkilərində Hüseynov Pərviz Rövşən oğlu sədr seçilmişdir. Haliyədə bələdiyyə sədridir.

            .

Alimlər:


 
1. İsmayılov Nizami Şayı oğlu – texnika elmləri doktorudur. (Həsənli kəndi)

 2. . Hüseynov Əyyar Şahverən oğlu - Zoologiya elmləri doktoru, professordur.                                                                       (Köçəkli kəndi)

3.  Məmmədov Məmmədhüseyn İlyas oğlu –  biologiya elmləri namizədi.

(Həsənli kəndi)


4. Xəllov Cəlil Malik oğlu – Siyasi elmlər üzrə fəlsəfə doktorudur. (Köçəkli kəndi)


5. Quliyev Nurəddin Əlihüseyn oğlu - elmlər namizədidir . (Köçəkli kəndi)

6. Quliyev Akif Əlihüseyn oğlu –  psixologiya üzrə elmlər namizədi. 

                                                                                                                      (Köçəkli kəndi)

Abıyeva Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) – filologiya üzrə fəlsəfə doktoru,                                                                     (Məmmədxanlı kəndi)

(Ətraflı “Alimlər” bölümündə)


Şəhidlər:


I Qarabağ müharibəsi şəhidləri:

 

1. Soltanov Hünər Musa oğlu        -                      (Həsənli kəndi)

 2. Musayev Azər Ərzuman oğlu   -           (Həsənli kəndi

3. Orucəliyev Qurbanəli Əlibala oğlu       -           (Həsənli kəndi)           

4. Fərəcov Röyal Təşər oğlu                      -           (Həsənli kəndi)


5. Rəhimov Sərhəddin Yadulla oğlu         -           (Köçəkli kəndi)

6. Yaqubov Ceyhun Sabir oğlu                  -           (Köçəkli kəndi)

7. Şamiyev Fəttah Hümmət oğlu               -           (Köçəkli kəndi) 

8. Orucov Gülhüseyn Nəbi oğlu                -           (Köçəkli kəndi)

9. Rəhimov Əli Fətulla oğlu                        -           (Köçəkli kəndi)


10. Məmmədov Hafis Həmdulla oğlu   –   (Məmmədxanlı kəndi)


 11. Cəfərov Bəhruz Sədulla oğlu -                       (Təkdam kəndi)


II Qarabağ Müharibəsi şəhidləri:


İsmayılov Əli Arif oğlu                     –                     (Həsənli kəndi)


Abasov İntiqam Yavər oğlu            -                      (Köçəkli kəndi)  

(Ətraflı hər kəndin “Şəhidlər” bölümündə)



Yüksək Dövlət mükafatları alanlar:


1. Əhədov Maqsud Həsənbala oğlu – zabit, 1995-ci ildə “Azərbaycan Bayraq” ordeni.                                                                                   (Həsənli kəndi)


2. Məmmədov Vüqar Məmmədhüseyn oğlu – zabit, 1995-ci ildə “Dövlətçiliyin qorunmasında göstərdiyi igidliyə görə” medalı. (Həsənli kəndi)


3. Əhədov Həsən Maqsud oğlu – “Tərəqqi” medalı.         (Həsənli kəndi)


4. Abıyev Mikayıl Süleyman oğlu – “Qırmızı Əmək Bayrağı” ordeni. 

(Məmmədxanlı kəndi)


5. Ağayeva Sura Murtuz qızı - “Qırmızı Əmək Bayrağı” ordeni.

 (Məmmədxanlı kəndi)


6. Xəlilov Cəlil Malik oğlu – “Qarabağ” ordeni və “Şuşa” medalı. 

(Köçəkli kəndi)

(Ətraflı hər kəndin “Yüksək dövlət mükafatları alanlar” bölümündə)


Zabitlər:


Əhədov Maqsud Həsənbala oğlu – polkovnik      (Həsənli kəndi)

Məmmədov Vüqar Məmmədhüseyn oğlu -  polkovnik (Həsənli kəndi)

Məhərrəmov Zaman Əliş oğlu –    polkovnik-leytenant. (Həsənli kəndi)

Soltanov Vüqar Hakim oğlu – tibb xidməti polkovnikidir. (Həsənli kəndi)

Məmmədov Namiq Əlifağa oğlu – polkovnik-leytenantı (Həsənli k.)

Məhərrəmov Zaman Əliş oğlu – polkovnik-leytenant.      (Həsənli kəndi)

Hüseynov Yalçın Rövşən oğlu – mayor                           (Həsənli kəndi)

Abuzərov Zaur Mehman oğlu   -  mayor               .           (Həsənli kəndi)

Dövlətov Saləddin Əliyoldaş oğlu – mayor                                  (Həsənli kəndi)


Nurullayev Musa İsabala oğlu – polkovnik-leytenant.      (Təkdam kəndi)

İsmayılov Abas Əbil oğlu –          mayor                     (Təkdam kəndi)

Vəlişov Elşad Adəm oğlu –           mayor                   (Təkdam kəndi)

Xəlilov Cəlil Malik oğlu -                 polkovnik.                              (Köçəkli kəndi)

Abıyev Qadir Mikayıl oğlu – gömrük polkovniki    (Məmmədxanlı kəndi)

Hüseynov Tacəddin Fürudin oğlu – mayor                (Məmmədxanlı kəndi)

(Ətraflı hər kəndin “Zabitlər” bölümündə)


Yazarlar:


Əsədov Aslan Rəcəb oğlu (Aslan Həsənli) -  şair (Həsənli kəndi)

Dadaşov İlham Qulam oğlu –         Şair.                            (Həsənli kəndi)

Qafarov Sudeyf Abbas oğlu –        yazıçı-publisist    (Həsənli kəndi)

Məsləhət Tufan (Alışova)    -           şair.                             (Həsənli kəndi)

Qafarov Səxavət Abbas oğlu – şair.                                  (Həsənli kəndi)

Şəkur Qafarov                      -           yazıçı-publisist.                       (Həsənli kəndi)

Fazil Məhərrəmov -              yazıçı.                         (Həsənli kəndi)           

Hüseynov Tofiq Yadulla oğlu – şair-publisist.       (Məmmədxanlı kəndi)

(Ətraflı hər kəndin “Yazarlar” bölümündə)


Ərazinin adını daşıyan kəndin adı:    Həsənli

 

Əhalisi:                                  3325 nəfər (01 yanvar 2021-ci ilə).

                                   o cümlədən, kişi:  1690 nəfər; 1635 nəfər.

 

Ərazisi:                                  827 ha
 

Coğrafi mövqeyi: 
 
Masallı rayon mərkəzindən şimalda, Muğan zonasında, düzənlik sahədə yerləşir.

Kəndin əsas məşğuliyyəti:            Heyvandarlıq və əkinçilik

 

Həmsərhəd olduğu kəndlər: 
 
Cənub-şərqdən  Məmmədxanlı, 

şərqdən Təkdam, 

şimaldan Hacıtəpə, 

qərbdən Sığıncaq və 

cənub-qərbdən Çaxırlı kəndləri ilə həmsərhəddir.

 

Kəndin adının mənası:
 
Həsənli kəndi təqribən 350 il bundan əvvəl qurulmağa başlamışdır. 2 rəy var: 


1) Urmiya ətrafından gələn Həsənli tayfasının adı ilə adlandırılıb.

 2) Kənddə məskunlaşan ilk adamın - Həsənin adı ilə adlandırılıb. 


Kəndin tarixi haqqında:


XVII əsrin əvvəllərində Təbriz şəhərinin 12 km-də salınmış Həsənli qala-şəhəri zəlzələ nəticəsində dağılmış, sağ qalanlar Arazın bu tayına keçərək müxtəlif ərazilərdə yurdlar salmışlar. Bu köçənlərdən Həsən adlı bir tayfa başçısı indiki Həsənli kəndinin yerləşdiyi ərazidə bina qoymuş və sonra bu kənd onun adı ilə Həsənli adlandırılmışdır. 

Həsənli ərazisi tarix boyu müxtəlif işğallara məruz qalmışdır. Tarixən Sasanilərin, ərəblərin, səlcuqların, monqolların, rusların işğalına məruz qalsa da, müstəqil Azərbaycan dövlətlərinin - Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Afşarların tərkibində də olmuşdur. Nadir Şahın imperiyası dağıldıqdan sonra bu ərazilər Muğan mahalı kimi Lənkəran –Talış xanlığının tərkibinə daxil olur. 1826-cı ildə rus imperiyası Lənkəran-Talış xanlığının,  daxili müstəqilliyini ləğv etdikdən sonra bu ərazilər Lənkəran qəzasının Prişib (indiki Göytəpə) uyezdinə tabe edildi. 1930-cu ildə qəzalar ləğv edilərək rayonlar yaradıldı və Həsənli ərazisi daxil olmaqla qonşu kəndlərlə birlikdə Masallı rayonuna daxil edildi.  


Qaçaqaç hadisəsi:


1918-ci ildə Kalinovka kəndində (indi Viləş kəndi) yerləşən rus ordusunun erməniqarışıq nümayəndələri Prişib (indiki Göytəpə) istiqamətində gedərkən yolları üstündə olan kəndlərə müdaxilələr edirdilər. Buna cavab olaraq kəndlərin əli silah tutan sakinləri onlara müqavimət göstərmək istəsələr də, müasir silahlarla silahlanmış əsgərlər kəndləri toplardan atəşə tuturlar. Kəndlərin əhalisi ev-eşiklərindən qaçaq düşürlər. Bir hissə dağ kəndlərinə üz tutur, bir hissə isə Xəzər dənizinin sahillərindəki qamışlıqda gizlənirlər. 

Həsənli kəndinə atılan top mərmisi kənd məscidinin üstünə düşmüş və məscidin güldəstəsini dağıtmışdı. Kənd sakini Tapdıq Cəbi oğlu adlı birisi bir neçə gündən sonra qamışlıqdan çıxıb kəndə gəlir və sakitlik olduğunu görüb kənd camaatını geri çağırır.

Bu hadisə bu bölgənin tarixində Qaşaqaç kimi daim xatırlanır.  


Qozatdı: 

Çar Rusiyası zamanında kəndlərdə müxtəlif vəzifələrə seçkilər keçirilərkən “Qozatdı” deyilən bir qayda varmış. Kəndlərdə seçki hüququ olan bir neçə adam seçilirmiş ki, onlara qəməran deyərmişlər. Kəndin nüfuzundan və əhalisinin sayından asılı olaraq qəməranların sayı müəyyənləşirdi. Həsənlidə 12 belə qəməran varmış ki, bu, o zamanlar kəndin böyük nüfuzu olduğunu göstərir. 

Seçki günü camaat meydana toplaşır, ortalığa bir kisə qoz qoyularmış. Seçici hüququ olan qəməranlar qozlardan seçilən adamın adı olan ayrı-ayrı dar ağızlı qablara atdırarmışlar. Kimin adına çox qoz atırlarmış, həmin adam vəzifəyə seçilərmiş. O vaxtdan bu qayda “Qozatdı” kimi xatirələrdə qalıb.   


Kəndin tarixi abidələri: 


 
1. Həsənli kənd Məscidi, XIX əsrin son illərində - 1880-ci ildə tikilmişdir. 1904-cü ildə yenidən tiklilib, sonralar əsaslı təmir edilib.


 


Mərasim evi:             2014-15-ci illərdə tikilmişdir.





2. Seyid Sadıq Məqbərəsi  

XIX əsrdə yaşamışdır. Seyid Sadıq Ağanın məqbərəsi 1970-ci illərdə tikilmişdir.







3.Hacı Mir Ulduz Ağanın məzarı üstündə sərdabə - 2006-2007-ci illərdə.











4. Hamam  1957-ci ildə (o vaxt kolxoz sədri olmuş Məmmədov Məmməd Teymur oğlunun şəxsi təşəbbüsü ilə) kənd əhalisinin gücü ilə tikilmişdir. 




5. Klub – 1952-ci ildə tikilib.


Hamam və klubun memarı və bənnası Molla Abbas Qafarov Fədai olub. Hər iki abidə indi də mövcuddur.




 

6. II Dünya Müharibəsində həlak olanlara abidə


7. Kənd qəbristanlığında Ağqoyunlular hökmdarı Uzun Həsənin dövlət gerbi olan Qoç heykəl mövcuddur.


 



Kənddə ilk məktəbin açıldığı tarix: 


Sovet hakimiyyətindən əvvəl – XIX əsrin ortalarından kənddə fərdi evlərdə dini məktəblər olmuşdur: 


1. Molla Hidayətin məktəbi

2. Molla Gülüşün məktəbi

3. Molla Səfərin məktəbi

 

Kənddə ilk dünyəvi məktəb ibtidai məktəb olmaqla 1928-ci ildə Məhərrəm uşaqlarının evində (Muxtarın evi) açılmışdır. İlk müəllim Bakıdan Həsən müəllim və Ərkivandan İzzət müəllim olmuşlar.

Bu məktəb 1948-ci ildə sökülüb, kəndin ortasındakı boş sahədə yeni yeddiillik təhsil bazasında məktəb binası tikilib. İlk direktor Çaxırlı kəndindən Bağırov Həsən müəllim olmuşdur.

1953-54-cü illərdə ümumi orta məktəbə çevrildi. 1976-cı ildə 640 şagirdlik yeni tipli məktəb tikildi.





 Həsənli kəndinin ilk müəllim kadrları 


1.İsmayılov İsa Qasım oğlu (Əliqocalı tayfası) və 

2.Əkbərov Xanoğlan Yusif oğlu (Əlipənahlı tayfası) olmuşlar . Hər ikisi II Dünya müharibəsində həlak olub.

 

Kəndin ilk ali təhsillisi: 
 
Bəşirov İdris Həsən oğlu – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini qurtarıb, uzun müddət rəhbər vəzifələrdə işləmişdir.


Qəhrəman anaların sayı:                32 nəfər


 II Dünya Müharibəsində iştirak edənlərin sayı:   
120 nəfər iştirak edib, onlardan 51 nəfəri həlak olub. 

2 nəfər orden və medalla təltif olunub:


1. Əhədov İsa Musa oğlu – SSRİ Silahlı Qüvvələrinin Ali baş Komandanı İ. Stalinin imzası ilə 3 Fəxri Fərman alıb.

                            


2. Məhərrəmov Sərhəd Muxtar oğlu


20 Yanvar qətliamında yaralanmış kənd sakinləri:


1. Musayev Nəriman Şaban oğlu – Türkiyədə müalicə olunmuşdur.

2. Əhədov Maqsud Həsən oğlu – Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətində işləyir. 

(Ətraflı “Zabitlər” bölümündə).


Kəndin I Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olmuş sakinləri haqqında: 

 


Şəhidlər:

I Qarabağ şəhidləri.




 1. Soltanov Hünər Musa oğlu -
(1974-1993-cü ildə Ağdərədə).


 2. Musayev Azər Ərzuman oğlu - (1965 ci ildə doğulub.1994-cü ildə Goranboyda şəhid olub).


3. Orucəliyev Qurbanəli Əlibala oğlu - (1974-cü ildə doğulub.1995-ci ildə şəhid olub).


 4. Fərəcov Röyal Təşər oğlu - (1992-ci ildə doğulub. 2010-cu ildə şəhid olub). 


I Qarabağ müharibəsi qaziləri:


1. Abdullayev Möhübbət İltifat oğlu

2. Cəbiyev Famil Xanoğölan oğlu

3. Qafarov Bəhruz Səxavət oğlu

4. Hüseynov Əkbər Mirzəbala oğlu

5. Məhərəmov Sədrəddin Xosrov oğlu

6. Nurullayev Vəli Əlibala oğlu

7. Nurullayev Siyasət Hüseynbala oğlu

8. Məlikzadə Cahid Hidayət oğlu


I Qarabağ müharibəsinin zabit  veteranları:

Eynullayev Vüqar Gülağa oğlu - kapitan



II Qarabağ Müharibəsi şəhidi:


1. İsmayılov Əli Arif oğlu – (2002-ci ildə doğulub.  2020-ci ildə şəhid olub).


II Qarabağ Müharibəsi qaziləri:

1. Fərəcov Rufulla Zaur oğlu - 2002-ci ildə doğulub.

2. Quliyev Şadman Şamxal oğlu – 2002-ci ildə doğulub.

3. Babayev Elmir Yaşar oğlu – 2002-ci ildə doğulub.


II Qarabağ müharibəsində iştirak eləmiş veteran zabitlər:

1. İsmayılov Cavid Rahim oğlu – kapitan

2. Məlikzadə Samir Hidayət oğlu - kapitan

3. Rzayev Faiq Ataş oğlu – kapitan

4. Rzayev Mail Ataş oğlu – baş leytenant

5. Məmmədov İlyas Abdulhüseyn oğlu – baş leytenant

6. Məhərrəmov Elgün Əliş oğlu – baş leytenant

7. Həziyev Qoşqar Saleh oğlu – baş leytenant

8. Quliyev Kənan İqbal oğlu – tibb xidməti leytenantı

9. İsmayılov Seymur Rasim oğlu – baş leytenant


Kənddə bələdiyyə:

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində Qafarov Sudeyf Abbas oğlu ilk bələdiyyə sədri seçilmişdir.


Kənddə fəxri ad alanlar:


Hüseynov Rövşən Yunus oğlu                              - əməkdar müəllim.

10 sentyabr 1942-ci ildə Masallı rayonunun Həsənli kəndində doğulub. 1964-cü ildə V. İ. Lenin (indi N.Tusi) adına Azərbaycan DPİ-nin fizika fakültəsini bitirib. Masallı rayonu Həsənli kənd orta məktəbində müəllim işləmişdir. Təcrübəsi geniş yayılmış, metodiki yazıları respublika qəzet və jurnallarında dərc olunmuşdur. Qabaqcıl maarif xadimi, Azərbaycanın və SSRİ-nin Xalq Maarif əlaçısıdır. Respublika müəllimlərinin VII Qurultayının nümayəndəsi olub. 1987-cı ildə əməkdar müəllim fəxri adına layiq görülüb. Şeirləri dövrü mətbuatda dərc olunub. “Mənim qəlb ağrılarım” kitabının müəllifidir.   2001-ci ildə vəfat edib.


Alimlər:

 

1. İsmayılov Nizami Şayı oğlu – texnika elmləri doktorudur.

           

1952-ci ildə Masallı rayonunun Həsənli kəndində doğulub.   1974-cü ildə Azərbaycan Politexniki İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1974-84-cü illərdə Gəmi Təmiri Zavodunda işləyib. 1984-cü ildən Azərbaycan Texniki Universitetində müəllim işləyir. 150-dən artıq elmi əsərin, 2 ixtiranın, 12 dərslik və dərs vəsaitinin müəllifidir. “Elmi əsərlər” jurnalının məsul katibidir. Az. TexnikiUniversitetində Dissertasiya Şurasının elmi katibidir. 


2. Məmmədov Məmmədhüseyn İlyas oğlu –  biologiya elmləri namizədi.

Elmi-Tədqiqat Genetika institutunda elmi işlə məşğul olmuş, biologiya elmləri namizədi adını almış, uzun müddət həmin institutun həmkarlar təşkilatının sədri və partiya təşkilatının katibi olmuş, seleksiya-genetke bölməsinin rəhbəri işləmişdir.


3. Məmmədzadə Kərimulla Zəbulla oğlu – filologiya üzrə fəlsəfə doktoru. 

17 aprel 1981-ci ildə Masallı rayon Həsənli kəndində anadan olub. “Qafqaz” Universitetinin Türk dili və ədəbiyyatı fakültəsini bitirib. 2015-ci ildə “Gelibolulu Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsərinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.  

2016-cı ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  2020-ci ilin dekabr ayında AMEA Rəyasət Heyəti Elm və Təhsil idarəsinin Magistratura şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2020-ci ilin may ayından AMEA Rəyasət Heyəti aparatı Elmi təşkilat İdarəsində baş mütəxəssis və eyni zamanda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində aparıcı elmi işçi vəzifələrində çalışır. 4-ü xaricdə dərc olunmaqla 29 elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. 


Kəndin tanınmışları və rəhbər vəzifələrdə işləyənlər:


Kənddə:


1. Məmmədov Səfər Kərim oğlu – 1946-49-cu illərdə Həsənli “Şən-həyat” kolxozunun sədri olub. Əməyi SSRİ Xalq Nailiyyətləri Sərgisi tərəfindən 1 ədəd motosikl və Fəxri Fərmanla mükafatlandırılıb.


2. Məmmədov Məmməd Teymur oğlu – 1947-1952-ci illərdə Həsənli “Şən-həyat” kolxozunun sədri olub.


3. Ağayev Aydınəli Ağamalı oğlu – (1949-1989). “Şən-həyat” sovxozunun Baş mühasibi və direktoru işləyib.


4. Kərimov Zakir Səfər oğlu – (1949-2019). Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həsənli “Şən-həyat” sovxozunda Baş baytar həkim, 2 dəfə müxtəlif vaxtlarda sovxoz direktoru işləyib.


5. Qafarov Bəxtiyar Əhməd oğlu – 1950-ci uildə doğulub. Lənkəran Kənd Təsərrüfatı Texnikumunu bitirib. “Şən-həyat” sovxozunda Baş aqronom, sovxoz direktoru vəzifələrində işləyib.


5. Hüseynov Vəzir Ağəli oğlu – Masallı RİH-in Həsənli kəndində nümayəndəsidir.


Rayonda:


1. Məmmədov Həşim Hüseyn oğlu – Sovet hakimiyyətinin ilk illərində Masallı Rayon Prokurorluğunda mirzə vəzifəsində, sonra isə 1930-cu illərdə Həsənli kəndində Sovet sədri işləyib. 1937-ci ildə Həsənli kənd məscidinin təmirində kömək etdiklərinə görə atası ilə bilrlikdə Sibirə sürgün ediliblər. 


2. Əhədov Hüseynbala Maqsud oğlu – Masallı Rayon Təhsil Şöbəsinin müdiri olub.

 


1943-cü il aprelin 1-də Masallı rayonunun Həsənli kəndində kolxozçu ailəsində anadan olmuşdur . Həsənli kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş , 1964-cü ildə həmin İnstitutun pedaqoqika və psixologiya fakültəsini bitirmişdir . 1964-1965- ci illərdə hərbi xidmətdə olmuş , 1965-1970-ci illərdə Həsənli kənd orta məktəbində müəllim , 1970-1973 -cü illərdə Masallı Rayon Komsomol Komitəsində şöbə müdiri , 1973- cü ildə Həsənli kənd XDS İK-nin sədri , 1973-1974 - cü illərdə Şərəfə kəndindəki Sabir adına sovxozda ilk partiya təşkilatının katibi, 1974-1975 -ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı vəzifələrində işləmişdir.

1975-1977-ci illərdə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmiş və yenidən 1977-1979- cu illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı vazifəsində işləmişdir.

1979-cu ildən ömrünün sonuna kimi Masallı Rayon Təhsil Şöbəsinə rəhbərlik etmişdir.

İşlədiyi müddətdə dəfələrlə rayon və respublika təşkilatları tərəfindən Fəxri Fərmanlara layiq görülmüş , "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur...


3. Cəbiyev Sübhan Kamran oğlu – (1951- 2007).   Masallı RİH-də məsul vəzifədə işləyib. 


4. Heydərov Adil Böyükağa oğlu –(1947).   Masallı Rayon Mədəniyyət Mərkəzində metoduist və şöbə müdiri işləmişdir.


5. Rahmanov Əlisa – Azərbaycan Politexniki İnstitutunu bitirib. Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində Baş mühəndisi və müdir müavini işləmişdir.  


6. Rzayev Mirzəbala Əli oğlu - Azərbaycan Politexniki İnstitutunu bitirib. Masallı Rayon Viləş-Tikintidə Baş hidromeliator işləyib.


7. Hüseynov Əliağa Ağəli oğlu – Masallı Rayon Qırmızı Aypara Cəmiyyətinin sədri olub.

(1940-2020). Uzun müddət məktəb direktoru, kənd XDS sədri, 2003-2005-ci illərdə Masallı Rayon Qırmızı Aypara Cəmiyyətinin sədri olub.


8. Əliyev Cəmaləddin – Masallı Rayon Mədəniyyət Mərkəzində Baş rejissordur.


9. Hüseynov Cahangir Vəzir oğlu – Masallı Rayon Polis İdarəsində istintaq şöbəsində işləyir. 


10. Hüseynzadə Abas Əli oğlu – Rayon İH-də işləyir.

1975 -ci ildə doğulub. Azərbaycan DPU-nu bitirib. Əvvəl müəllim, sonra RTŞ-də metodist , 2020-ci ildən Rayon İH-də işləyir. 


Ölkədə:


1. Hüseynov Yusif Nuru oğlu – Masallı Rayon Kimya Birliyinin sədri olub.

(01. 12. 1950). 1967-1972-ci illərdə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun aqranomluq fakültəsini bitirib. 1975-79-cu illərdə Masallı RKK-nin II katibi, 1979-cu ilin may-dekabr aylarında Rayon Bitki Mühafizə İdarəsinin rəisi, 1979-1982-ci illərdə Rayon “Kənd Kimya İstehsalat” Birliyinin sədri olmuşdur. 

            1982-ci ilin martından 1986-cı ilin avqustuna kimi Azərkəndkimya İstehsalat Elm Birliyində şöbə müdiri işləmişdir.

            1986-88-ci illərdə Masallı Rayon Kimya Birliyinin sədri,

            1988-90-cı illərdə Həsənli “Şən-həyat” sovxozunun direktoru,

            1990-95-ci illərdə Masallı Rayon Texniki Təchizat İdarəsinin rəisi,

            2003-2016-cı illərdə RİH-nin Həsənli Ərazisi üzrə nümayəndəsi işləyib. 

            Masallı Rayon Kimya birliyində sədr olduğu vaxt 1982-ci ilin  nəticələrinə görə Azərbaycan KP MK-nin  və Azərbaycan SSR Nazirlər Sovetinin Keçici Qırmızı Bayrağı ilə mükafatlandırılıb.


2. Rahmanov Ramiz Məmməd oğlu – Azərbaycan Geologiya Birliyi İdarəsində rəis

05 dekabr 1950-ci ildə doğulub. 1969-1972-ci uillərdə M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda oxuyub. Təyinatla Azərneft Birliyi Əlibayramlı (indi Şirvan) Qazma İşləri İdarəsinin Neftçala Qazma İşləri İdarəsində buruq ustası, qazma rəisi, İstehsalat Sahə rəisi, İstehsalat Texniki Şöbə müdiri, Baş mühəndis vəzifələrində çalışmışdır. 1984-cü ildən 2000-ci ilədək Azərbaycan Geologiya Birliyi İdarəsində Baş mühəndis, dəstə rəisi kimi fəzifələdə işləmişdir. Haliyədə təqaüddədir.    

3. Rzayev Ramiz Bəhrəm oğlu – Respublika Prokurorluğunda şöbə müdiri işləyib. Baş ədliyyə müşaviri.


4. Muxtarlı Nəsir Muxtar oğlu – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri olub.

1974-cü ildə doğulub. Türkiyədə Ankara  Universitetinin hüquq fakültəsini bitirmişdir (1992-1996). Daha sonra Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət bələdiyyə idarəetməsi fakültəsində magistr təhsili almışdır. 2005-2006-ci illərdə  “Turquoiaz” MMC-də şöbə müdiri kimi çalışmışdır.    

2007-ci ildə Masallı Rayon İH-də baş inspektor kimi fəaliyyətə başlamışdır. 2007-2009-cu illərdə böyük məsləhətçi təyin edilib. 

2009-2012-ci illərdə  Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini – Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri şöbəsinin müdiri işləyib. 

2012-2014-c illərdə Masallı RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 

2014-2015-ci illərdə Masallı RİH Başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri, 

2015-2016-cı illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, 

2016-2019-cu illərdə isə Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. 

2019-cu ilin may ayından həmin ilin dekabrına qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi, 2019-cu ilin dekabrından 2020-ci ilin aprelinə qədər isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri olub. 



5. Rəhmanov Elmin Əlisa oğlu – “Aqroservis” ASC İdarə Heyətinin sədridir. 

25 avqust 1982-ci ildə Masallı rayonunun Həsənli kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin inzibati idarəetmə fakültəsini bitirib. Əmək fəaliyyətinə 2006-cı ildə “Lənkəran RET” MMC-də satış üzrə mühəndis kimi başlayıb. 2009-2018-ci illərdə Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsində məsləhətçi, daha sonra “Aqrolizinq” ASC-də daxili nəzarət və təhlil şöbəsinin  müdiri, “Aqrolizinq” ASC İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərib. 2019-cu ilin iyulundan “Aqroservis” ASC İdarə Heyətinin sədridir. 


6. Dövlətov Əlizaman Əmralı oğlu (1948)  – prokurorluq işçisi, ədliyyə müşaviri, polkovnik-leytenant.


1948-ci ildə Masallı rayonu Həsənli kəndində doğulub. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indi BDU)  hüquq fakültəsində oxuyub və oranı Qırmızı diplomla bitirib. Respublikanın Qazax rayonunda müstəntiq, Yevlax, Lənkəran, Cəlilabad rayonlarında prokuror köməkçisi, prokuror müavini, Kürdəmir rayonunda zona prokuroru vəzifələrində çalışmışdır. Veteran prokuror statusu ilə təqaüdə çıxmışdır.


Yüksək Dövlət mükafatları alanlar:


1. Əhədov Maqsud Həsənbala oğlu – – “Azərbaycan Bayrağı” ordeni. 

(Ətraflı “Zabitlər” bölümündə)


2. Məmmədov Vüqar Məmmədhüseyn oğlu – zabit, 1995-ci ildə “Dövlətçiliyin qorunmasında göstərdiyi igidliyə görə” medalını alıb.


3. Əhədov Həsən Maqsud oğlu – “Tərəqqi” medallı.


Zabitlər:


Həsənli kəndinin Korlar (Qorlar) tayfasından olan Məmmədalı kərbəlayı Qurban oğlu XX əsrin əvvəllərində Türk ordusunun yüksək rütbəli zabiti olmuşdur.


Əhədov Maqsud Həsənbala oğlu  - Polkovnik. 

Birinci Qarabağ müharibəsi qəhrəmanı. Erməni işğalçılarına qarşı bir neçə ağır döyüşün iştirakçısı olub, uzun müddət təmas xəttində xidmət göstərib. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ildə Azərbaycan Bayrağı ordeni ilə təltif olunub. 


Məmmədov Vüqar Məmmədhüseyn oğlu –  polkovnikdir.

1970-ci ildə doğulub. 1987-1991-ci illərdə Kiyev AH Komandirlər Məktəbində oxuyub. Azərbaycan Müdafiə Nazirliyində işləyir. 


Soltanov Vüqar Hakim oğlu – tibb xidməti polkovnikidir.

1976-cı ildə doğulub. 1999-cu ildə Azərbaycan DTİ-nu bitirib. 2016-cı il aprel döyüşlərində və II Qarabağ müharibəsində iştirak edib.


Məmmədov Namiq Əlifağa oğlu – tibb xidməti polkovnik-leytenantıdır.

1981-ci ildə doğulub.2003-cü ildə Azərbaycan DTİ-nu bitirib. II Qarabağ müharibəsində iştirak edib. 


Məhərrəmov Zaman Əliş oğlu – polkovnik-leytenant.

31 oktyabr 1977-ci ildə doğulub. 1994-cü ildə BDU-nun riyaziyyat fakültəsini bitirib. Azərbaycan Silahlı Qüvvələrində xidmətə keçib. II Qarabağ müharibəsində iştirak edib.



Hüseynov Yalçın Rövşən oğlu – mayor, II Qarabağ müharibəsi veteranı.

21 fevral 1979-cu ildə Masallı rayonu Həsənli kəndində doğulub. 1996-2000-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 2000-2001-ci illərdə 701 saylı hərbi hissədə taqım komandiri kimi həqiqi hərbi xidmət keçib. Taleyini hərbiyə bağlayan Yalçın Hüseynov müxtəlif hərbi hissələrdə zabit kimi xidmət etmişdir. 2014-cü ildə mayor hərbi rütbəsini alıb. “Qüsursuz xidmətə görə” və digər medallara layiq görülüb. 27 sentyabrda başlayan Vətən müharibəsi iştirakçısıdır. Xidmətləri layiqincə qiymətləndirilib. Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə təsis edilmiş medallarla təltif olunub. Haliyədə 2021-ci ilin sentyabr ayından ordudan tərxis olunub ehtiyata buraxılmışdır.


Abuzərov Zaur Mehman oğlu   -  mayor rütbəsində.

1974-cü ildə doğulub. 1993-1997-ci illərdə H.Əliyev adına Bakı AHB Komandirlər Məktəbində oxuyub. II Qarabağ müharibəsi iştirakçısıdır.


Dövlətov Saləddin Əliyoldaş oğlu – mayor rütbəsindədir.

1976-cı ildə doğulub. 1995-1999-cu illərdə Dövlət Sərhəd Xidməti AM-də oxuyub. IIQarabağ müharibəsi iştirakçısıdır.



Yazarlar:


1. Əsədov Aslan Rəcəb oğlu (Aslan Həsənli) -  şair, 1948-ci ildə doğulub.4 şerlər kitabı çapdan çıxmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


2. Dadaşov İlham Qulam oğlu - Şair, 1948-ci ildə doğulub. 3 şeirlər kitabı çapdan çıxmışdır.

 

3. Qafarov Sudeyf Abbas oğlu – 1951-ci ildə doğulub. “Ənbiyyalar məclisi” adlı 7 cildlik dini–fəlsəfi, “Daş yazan başlar” adlı 2 cildlik elmi-tədqiqat və xalq təbabətinə aid “Loğman” kitabları çapdan çıxmışdır. Dünyanın bir çox Universitetlərinin və Elmi Cəmiyyətlərinin Diplomlarını almış və doktoru seçilmişdir. 2020-ci ildə vəfat edib.


4. Məsləhət Tufan (Alışova) – 3 şeirlər kitabı çapdan çıxıb. AYB-nin üzvüdür.


5. Qafarov Səxavət Abbas oğlu – 1946-cı ildə doğulub. “Bu bədən ruha libasdır, geydirib Rəbbim mənə” şeirlər kitabının müəllifidir. “Qızıl qələm” mükafatı laureatı olub. Vəfat edib. 


6. Şəkur Qafarov – “Peyğəmbərlərin həyatı” kitabının müəllifidir.


7. Fazil Məhərrəmov - 1940-cı ildə doğulub. “Masallı coğrafiyası” (1910) kitabını yazıb. “Həsənlinin tarixi” kitabını yazır.


Kəndin din xadimləri: 

 

1. Məşədi Gülməmməd Nurməmməd oğlu - XVIII əsrin 90-cı illərində kənddə ilk mədrəsə açmışdır. 

2. Hacı Məmməd Manaf oğlu - 1850-1910-cu illərdə yaşamış, kənd qəbiristanlığının və məscidinin sahəsini cəmiyyətin istifadəsi üçün bağışlamışdır. 

3. Molla Abbas Qafarov - Fədai təxəllüsü ilə qəzəl, qəsidə, mərsiyələr yazmış, zamanın savadlı din alimi olmuş, kənddə klub və hamam onun şəxsi memarlığı və ustalığı ilə tikilmişdir.

4. Hacı Əlibala Şahbazov – 1936-cı ildə Həsənli kəndində doğulub. Nəcəf alimi Şeyx Rəhmətdən dərs alıb. Uzun müddət rayonda dinin inkişafında xidmətləri olub.  

5. Hacı Mirzəcan Axund – 2001-ci ildən məscidin axundu təyin olunub.


Kəndin seyyid və övliyaları:

Seyid Sadıq Ağa – 1787-ci ildə Cənubi Azərbaycanda anadan olub. Sonradan Həsənli kəndinə gəlib, burada möcüləri ilə böyük nüfuz qazanmışdır. 1887-ci ildə Həsənli kəndində vəfat edib. Məzarı kənd qıbristanlığındadır. Məzarı üstündə sərdabə tikilmişdir.


Hacı Mİr Ulduz ağa – 1936-cı ildə doğulub, 2006-cı ildə vəfat etmişdir. Məzarı üstündə sərdabə tikilmişdir. 


İdman:


1960-cı illərdə Həsənlidə həm fytbol, həm də voleybol idmanları yüksək səviyyədə inkişaf etmişdi. Hər iki idman növünə aid qurğular vardı. İdmanın inkişafındakı xidmətlərinə görə Xosrov Məhərrəmov Respublika İdman Komitəsi tərəfindən mükafatlandırılmış və 1967-ci ildə Masallı “Məhsul” idman cəmiyyətinin sədri Bəhlul Babayevlə birtlikdə Moskvaya – Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinə nümayəndə kimi göndərilmişdi. 


Musiqi:


Aşıq Hacalı – XIX əsrdə tanınmış aşıqlardan olmuşdur və 90 il yaşamışdır.

Onun nəticəsi Yusif Əsədov cənub bölgəsində məşhur qarmon ustası olub.


Həsənli kəndinin infrastrukturu:


a) Kolxoz-sovxoz idarələrinin binası – 1952-ci ildə tikilib.

            b) Məktəb binası -1948-ci ildə, 1976-cı ildə yeni tipli məktəb tikilib.

            c) Kənd soveti və İH-nin Ərazi nümayəndəliyi binası - 1975-ci ildə tikilib.


 

            

e) Həkim məntəqəsi




            j) Poçt – 


            d) İdman qurğuları və stadionlar – 1966-cı ildə voleybol meydançası.

            z) Uşaq bağçası – Həsənli kəndində əvvəl 1946-cı ildə, sonra 1975-cı ildə tikilib.



x) Hamam    1957-ci ildə tikilib.




h) Klub           1952-ci ildə tikilib.


p) Tut bağı                1950-ci illərdə salınıb.




ş) Qocalar üçün istirahət mərkəzi 





Kəndin adı:                Köçəkli


Əhalisi:          2192 nəfər 01 yanvar 2021-ci il məlumatı;

                        o cümlədən: kişi 1105 nəfər,  qadın: 1087 nəfər.


Köçəkli və Qədirlii kəndlərində birlikdə:


1849-cu il  siyahıya alınmasında   54 ev,   304 nəfər;

1863-cü il ---------------------------   66 ev,   404 nəfər;

1873-cü il ---------------------------   78 ev,    497 nəfər;

1886-cı il  ---------------------------    91 ev,    612 nəfər;

 

Ərazisi:                                  588 ha


Coğrafi mövqeyi:

Xəzər dənizinin cənub-qərb çökəkliyində yerləşir, Masallı rayon mərkəzindən şimal-şərqdə, 15 km məsafədədir.


Kəndin əsas məşğuliyyəti:

Heyvandarlıq, əkinçilik, ovçuluq – XVIII-XIX əsrlərdə balıq ticarəti əhəmiyyətli rol oynayıb.


Həmsərhəd olduğu kəndlər:

Şimaldan Ərəb, qərbdən Həsənli vəTəkdam, cənub-şərqdən  Eminli kəndləri ilə həmsərhəddir.


Kəndin adının mənası və kəndin tarixinə aid:


Köçmək sözündən götürülərək, köçəri tayfalarının oturaq həyata keçməsindən əmələ gəlmişdir. Kəndin 400 ildən artıq yaşı var. Şirvan zonasından köçüb gələn köçəri tayfaların məskunlaşdığı qeyd olunur. Bir də Ərdəbildən gələnlər olub. 

İndi də tayfalardan biri “salyanlılar” tayfası adlanır.

Kənddə əsas 5 tayfa möcuddur: Ağamirzəli, Ağakərimli, Çökək, Salyanlı, Əcirli. Tayfalar bir qayda olaraq köçəri həyat sürmüşdür. Toponimçi Professor Nadir Məmmədovun araşdırmalarına əsasən, ilk daimi məskunlaşmanı Ağamirzəli tayfası çay kənarında, barxanın üstündə salmışdır.

Məlum olduğu kimi, Köçəkli kəndi Xəzər dənizinin cənub-qərb çökəkliyində yerləşir, dəniz səviyyəsindən 28 metr aşağıdır. Kəndin adının yaranmasını çökəklik sözündən yarandığını iddia edənlər də olmuşdur.


Kəndin tarixinə aid:


Köçəkli kəndi XX əsrdə 2 dəfə təcavüzə uğrayıb: 


1-ci dəfə 1918-ci ildə baş verən “Qaçaqaç” hadisəsi zamanı rus-erməni birləmələrinin kəndə hücumu zamanı kənd camaatı kənddən çıxaraq yaxınlıqdakı qamışlıqda və yulğunluqda gizlənmişdir.


2-ci dəfə təbii təcavüz olub: 1930-cu ildə Araz çayının daşması ilə sarı palçıqlı su kəndi altına almış, kənd camaatı başını götürüb Neftçala və Salyan rayonlarına üz tutmuşdur. Bu, bir müddət davam etmişdir. Palçıqlı su çəkiləndən sonra kəndə qayıtmışlar.  


Kənddə ilk məktəbin açıldığı tarix:


Kənddə ilk məktəb 1939-cu ildə birsinifli, 1945-ci ildə isə 4 illik ibtidai məktəb açılmışdır. 1967-ci ildə 8 illik məktəb yaranmışdır.   Məktəbin ilk direktoru Həsənlidən olan Məhərrəmov Fazil olmuşdur.

Kənddə müasir yeni tipli məktəb tikilmişdir.


İlk məktəb direktoru Xallıcallı kəndindən olan 1928-ci il təvəllüdlü, kimya-biologoya müəllimi Muradov Murad Fəttah oğlu, sonra Surxay müəllim olmuşdur.


 

Yeni məktəb  15 sentyabr 2012-ci ildə tikilib.


Kəndin ilk təhsillisi:

Xəlilov Malik Babalı oğlu – kəndin ilk tibb işçisi.



12 noyabr 1933-cü ildə anadan olmuş,1951-ci ildə Lənkəran Tibb məktəbinə daxil olub və ikinci kursu bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 3 illik hərbi xidmət keçdikdən sonra təhsilinin son kursunu  M.Qorki  adına Bakı şəhər 1 nömrəli tibb məktəbində başa vurmuşdur. Peşə fəalliyyətinə Masallı rayon mərkəzi xəstəxanasıda tibb işçisi kimi başlamışdır. Eminli kənd ferdşel-mama məntəqəsinin ilk  müdiri işləmişdir və bu vəzifədən də təqaüdə çıxmışdır.30.12.2005-ci ildə vəfat etmişdir. Vəfatından sonra haqqında “Yeri görünən ağsaqqal” kitabı dərc edilmişdir. 


Kəndin ilk ali təhsillisi:

Kərimov Arif Tapdıq oğlu – Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsi.


Kolxoz-sovxoz

Sovet hakimiyyətinin ilk illərində kollektiv təsərrüfatlar yarananda Köçəklidə “Zərbəçi” kolxozu yarandı. II Dünya müharibəsindən sonra Həsənli kəndininə aid olan “Şən həyat” kolxozuna qatıldı. 1964-cü ildə kolxozların sofxoz təsərrüfatına çevrilməsi zamanı Köçəkli kəndi də “Şən həyat” sovxozunun tərkibində qaldı. 


Sovet hökumətinin o vaxtkı rəhbəri V.İ. Leninin təşəbbüsü ilə artellər yarananda ilk dəfə Köçəkli kəndində donuzçuluq sovxozu yaradılmış (dövlət təsərrüfatı) və sovxoz direktoru Marozov olmuşdur. Məqsəd ordunu ətlə təmin etmək idi. Lakin kənd əhalisi müsəlman olduğu üçün donuzlara baxmaqdan imtina etmiş və bir ildən sonra bu təsərrüfat ləğv edilmişdir.



II Dünya müharibəsində iştirak edənlər:            27 nəfər.


Kəndin I Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olmuş sakinləri haqqında:

1. Rəhimov Sərhəddin Yadulla oğlu ------ (10.04.1973-14.08.1992)

2. Yaqubov Ceyhun Sabir oğlu --------------(22.04.1974-26.06.1993)

3. Şamiyev Fəttah Hümmət oğlu ---------- (10.02.1975-27.03.1996)

4. Orucov Gülhüseyn Nəbi oğlu-------------- (20.04.1982-20.03.2001)


5. Rəhimov Əli Fətulla oğlu                28.05.1995-01.08.2014


II Qarabağ müharibəsində şəhid olanlar:


Abasov İntiqam Yavər oğlu ----------------   (21.09.1978-29.09.2020)


Kənddə ilk bələdiyyə sədri:

Mehrəliyev Yaşar Culan oğlu  - 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində sədr seçilmişdir.                    



Kəndin alimləri haqqında:


1. Hüseynov Əyyar Şahverən oğlu -03.11.1960- cı ildə doğulub. Zoologiya elmləri doktoru. Azərbaycan Aqrar universitetində müəllim işləyib. 31.07.2020-ci ildə vəfat edib. 

2. Xəllov Cəlil Malik oğlu – Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Silahlı Qüvvələrin ehtiyatında olan polkovnikdir.

1958-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olmuşdur. 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbini bitirmişdir. 1991-ci ildə (qiyabi) Düşənbə Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə namizədlik dərəcəsi almışdır ( siyasi elmlər üzrə fəlsəfə doktoru). 1982-2012-cı illərdə SSRİ Dövlət Təhlükəsizli Komitəsinin Sərhəd Qoşunlarında, Azərbaycan Respublikasının Sərhəd qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləmişdir:

- Sərhəd dəstəsinin qərargah rəisi, 

- Sərhəd qoşunlarının şöbə rəisi, 

- Sərhəd qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini, 

- Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında fakultə rəisinin müavini, 

- Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi.

Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Respublika Veteranlar Təşkilatının sədr müavinidir. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. 

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin cənub bölgəsində separatçı qüvvələrə qarşı mübarizədə Cəlil Xəlilov təlimatı şəxsən Heydər Əliyevdən almışdır.Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilmişdir. 

Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçəlik Akademiyasının dosentidir. 4 elmi kitabın və 1 dərsliyin müəllifidir.

İki oğlu var. Övladlarından biri məşhur 2016-cı ilin aprel döyüşlərində və II Qarabağ müharibəsində mühüm tapşırıqlar yerinə yetirmiş, Ali Baş Komandan tərəfindən “Şuşa” medalı və “Qarabağ” ordeni ilə təltif olunmuşdur.

3. Quliyev Nurəddin Əlihüseyn oğlu - elmlər namizədidir. Azərbaycan Slavyan Universitetində təsərrüfat işləri üzrə prorektor işləyir,.

4. Quliyev Akif Əlihüseyn oğlu –  psixologiya üzrə elmlər namizədi, 1954-cü uildə anadan olub. Slavyan Universitetində Baş müəllimdir.


Kəndin tanınmışları:


1.Mirzəyev Ramazan Məmməd oğlu – sahibkar - xeyriyyəçi. Kəndin abadlaşdırılmasında fəal rol oynayıb – məscid və mərasim evi tikdirib, kənd yollarının təmirini və yenidən tikilməsini həyata keçirib.


2.Qaraşov Ağaqardaş Ağamalı oğlu -  Respublika Meşə Təsərrüfatı Nazirliyində şöbə müdiri.


3.Xəlilov Hikmət Malik oğlu - Aqroservis ASC-nin Masallı-Yardımla rayon bölməsinin müdiri. Silahlı Qüvvələrin ehtiyatında olan zabitdir. Xidməti fəaliyyətinə görə Milli Təhlükəsizlik Naziri və Sərhəd Qoşunları Komandanı tərəfindən rəğbətləndirilmişdir. “Silalı Qüvvələrin yubiley medalı”  və “Qüsursuz xidmətə görə medal”ı ilə təltif olunmuşdur.


4. Xəlilov Cəmil Cəlil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı il Aprel döyüşlərində “Vətən uğrunda” medalı və II Qarabağ müharibəsində döstərdiyi xidmətlərə görə “Qarabağ” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Hazırda xidməti yerində qulluqdadır.


Kəndin din xadimləri:


XX əsrin əvvəllərində din xadimlərinə qarşı kütləvi represiyaların keçirildiyi zaman Hacı Xəlilullah oğlu Babalı baş verə biləcək təhlükələrə baxmayaraq, məşhur Nəcəf-ül-Əşrəf alimi Şeyx Rəhmət axundu, onun həyat yoldaşı Fatma nənəni, qızları Həkimə və Cəmilə xanımı gizli yolla evinə gətirmiş, kitablarını kimsə şübhələnməsin deyə Həsənli kəndindən kiçik yaşlı Ənvər atla gətirmişdir.

 7 il müddətində 1937-1944-cü illərdə çoxlu təqib və təziqlərə məruz qalmasına baxmayaraq gizlətməyi bacarmışdır. 1944-cü ildə Babalı vəfat etmişdir və cənazə namazını vəsiyyətinə əsasən Şeyx Rəhmət axund özü qılmışdır.


1. Molla Qayib Əhməd oğlu - XX əsrdə kəndin savadlı din xadimi olmuşdur, islam dininin inkişafında böyük rolu olmuşdur.


2. Hacı Ağamirzə Xəlilov – Köçəkli kəndində ilk məscidin axundu.


 

Kənd məscidinin tikilməsində böyük xidməti olmuşdur, kəndin bütün dini mərasimlərinin həyata keçirilməsində yaxından iştirak etmişdir. Vəfat edib.


3. Hazırda Hacı Əfrahim Xəlilov Ağamirzə oğlu - dini məsələlərlə məşğul olur.


Kəndin infrastrukturu:

1 məktəb  -     2012-ci il 15 sentyabrında açılışı olub.


1 məscid kompleksi      -   2012-13-cü illərdə tikilib.





Mərasim evi              -           2014-cü ildə tikilib.




 1 kitabxana, 


1 tibb məntəqəsi       -           10 may 2020-ci ildə açılışı olub.




XX əsrin əvvəllərində Marozov adlı ilk sovxoz direktoru  Quyularbaşı deyilən yerdə qazdığı su quyusu sonralar quyuya donuz heyvanı düşdüyü və çıxarılması dövrün imkanları xaricində olduğundan korlanmışdır.

Kəndin cənub və şimal hissəsində ilk taxta körpülər tayfa başçısı Ağamirzənin oğlu Hacı Xəlilullah tərəfində tikilmişdir.



Kəndin adı:                           Məmmədxanlı

 

Əhalisi:  01. 01. 2021-ci ilə olan məlumat  602 nəfər;

            O cümlədən: kişi: 310 nəfər,    qadın:   292 nəfər.


1849-cu il  siyahıyaalınmasında   28 ev,   192 nəfər;

1863-cü il ---------------------------   34 ev,   240 nəfər;

1873-cü il ---------------------------   42 ev,    249 nəfər;

1886-cı il  ---------------------------    46 ev,     279 nəfər;

 

Ərazisi:                                             308 ha


Coğrafi mövqeyi: 

Taxtaçayın sağ sahilində, Lənkəran ovalığında, rayon mərkəzindən 8 km şimalda, Muğan zonasında,  düzənlik sahədə yerləşir.


Kəndin əsas məşğuliyyəti:

Əkinçilik , heyvandarlıq


Həmsərhəd olduğu kəndlər:

Şimal-qərbdən Həsənli, cənubdan Bala Təklə , cənub-şərqdən  Kürdəbaz və Şəhriyar, şərqdən Təkdam kəndləri ilə həmsərhəddir.



Kəndin adının mənası:

Kəndin bünövrəsi təqribən 300 ildən qabaq qoyulmuşdur. Kəndin ilk sakini Məmmədxanın şərəfinə adlandırılıb.

II Dünya müharibəsində iştirak edən və vəfat edənlərin sayı: 

6 nəfər iştirak edib,   onlardan 4 nəfəri sağ qalmışdır.


Kənddə  məktəb:


 


Kənddə ilk məktəb 1980-ci ildə ibtidai məktəb açılmış,1986-88-ci illərdə isə ictimaiyyətin köməyi ilə binası tikilmiş, natamam orta məktəb kimi fəaliyyət göstərir.


Məscid:           2012-ci ildə tikilib.




Mərasim evi:   2019-cu ildə inşa edilmişdir.


 


Kəndin ilk ali təhsillisi: 


Hüseynov Abasqulu Qulamhüseyn oğlu – 

1925-ci ildə doğulub. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini birtirib. 


Kəndin I Qarabağ şəhidləri:

1. Məmmədov Hafis Həmdulla oğlu – 

 

1974-cü ildə doğulub, 12 fevral 1994-cü ildə Füzulidə şəhid olub.


II Qarabağ müharibəsi veteranları:

1. Hüseynov Elman Adəm oğlu - Cəbrayılın və Qubadlının azad olunmasına görə medalları.

2. Hüseynov Samir Elçin oğlu - Cəbrayılın və Zəngilanın alınmasına görə medalları.

3. Qafarov Ceyhun İslam oğlu - Xocavəndin alınmasına görə medalı.


Kəndin tanınmışları – rəhbər işdə çalışanları:

Rayonda:


Abıyev Mikayıl Süleyman oğlu – Masallı Rayon İcraiyyə Komitəsinin sədr müavini və sədri olmuşdur.

 


1912-ci ildə Masallı r-nun Məmmədxanlı kəndində doğulub. 1924-28-ci illərdə Şərəfə kənd ibtidai məktəbində oxuyub. 1928-1930-cu illərdə Masallı 7 illik məktəbində oxuyub. 1938-1940-cı illərdə Lənkəran Pedaqoji məktəbində təhsil alıb. 1929-cu ildən ÜİLKGİ-nin, 1939-cu uildən Sov. İKP-nin üzvü olub. 1951-1953-cü illərdə ikiillik  Ali partiya məktəbini bitirmiş, uzun müddət sovet və partiya işində, rayonda rəhbər vəzifələrdə çalışmışdır. Rayon İK-nin sədr müavini və sədri olmuşdur. Vaxtilə direktor işlədiyi  Məmmədxanlı kəndindəki sovxoz onun adını daşımışdır.

            “Qırmızı Əmək bayrağı” ordeni (1949), “1941-1945-ci illərdə faşizm üzərində qələbəyə görə” (1950), “Qafqazın müdafiəsinə görə” (1950), və “Qələbənin 30 illiyi” (1975) medallarına, bir çox digər mükafatlara layiq görülüb.


Abıyev Malik Mikayıl oğlu – Masallı Rayon Aqrqr Sənaye Birliyinin rəisi işləyib.

 


23 iyun 1948-ci ildə Masallı rayonunun Məmmədxanlı kəndində doğulub. 1955-1966-cü illərdə orta məktəbdə, 1967-1972-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxuyub.1972-1973-cü illərdə hərbi xidmətdə olub. 1973-1978-ci illərdə rayonun Göyəçöl, Şərəfə, Banbaşı kəndlərində Baş aqronom, 1978-1988-ci illərdə Masallı Rayon Taxıl Tədarükü Məntəqəsində müdir, 1988-1991-ci illərdə Masallı Rayon Kənd Kimya Birliyində rəis vəzifələrində işləyib. 1991-ci ildən 1998-ci ilə kimi Masallı Rayon Aqrar Sənaye Birliyinin rəisi kimi çalışıb. 04 Yanvar 1998-ci ildə vəfat edib.


Abıyev Nadir Mikayıl oğlu – Masallı Rayon İH-də birinci müavin vəzifəsində çalışmışdır.

03 mart 1953-cü ildə Masallı rayonunun Məmmədxanlı kəndində doğulub. 1970-ci ildə Masallı rayonu Həsənli kənd orta məktəbini, 1975-ci ldə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu butirib. 1975-ci ildən 1980-ci ilə qədər Masallı Rayon Aqrar Sənaye Birliyində Böyük aqronom, 1982-ci ilə qədər mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1982-1987-ci illərdə Masallı Rayon Bitki Mühafizə Stansiyasında rəis, 1987-1993-cü illərdə Sərçuvar sovxozunda direktor, 1993-1997-ci illərdə Masallı Rayon Təsərrüfatlararası Qarışıq Yem İstehsalat Kompleksində direktor, 1997-2000-ci illərdə Masallı rayon TQYK-nın nəzdindəki “Mikayıl Abıyev” Şirkətinin prezidenti, 2000-2006-cı illərdə Masallı Rayon Torpaq və Xəritəçəkmə Şöbsində müdir, 2006-2020-ci illərdə Masallı Rayon İH-də birinci müavin vəzifələrində çalışmışdır. Haliyədə Regional İctimai Nəzarət Koalisiyasında sədrdir. 

Rus və fransız dillərində danışa bilir.  


Abıyev Səməd Mikayıl oğlu – Masallı Telekommunikasiya Qovşağının rəisidir.

 

20 sentyabr 1956-cı ildə Masallı şəhərində doğulub. 1964-1974-cü illərdə Masallı şəhər 3 saylı orta məktəbi bitirib. 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980-1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda oxuyub. 

1984-1990-cı illərdə Masallı İİB-də Böyük müfəttiş, 

1990-1996-cı illərdə “Süleymanlı” KM-nin direktoru, 

1998-2004-cü illərdə Masallı Rayon İstehlak Cəmiyyəti İdarə heyyətinin sədri,

2004-2005-ci illərdə Masallı Sosial Müdafiə Fondu Rayon Şöbəsinin sədri,

2005-2012-ci illərdə Masallı Rayon Maliyyə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2012 – cu ildən Masallı Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyir.   


Respublikada:

Abıyev Əhəd Mikayıl oğlu  - Daşkəsən Rayon İH-nin Başçısı.

1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil Kommunal İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.


Abıyev Abı Mikayıl oğlu – Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi.

 


17 yanvar 1951-ci ildə Masallı şəhərində anadan olub. 1968-1973-cü illərdə Azərbaycan KTİ-nun zooteknik fakültəsində oxuyub. 

Hərbi xidmətdən sonra 1974-1977-ci illərdə Nizami adına və “Sosializm” sovxozlarında Baş zootexnik, 1977-1989-cu illərdə Kənd t-ı Məhsullarının Tədarükü İdarəsində dövlət müfəttişi, sonradan direktoru, 1989-1992-ci illərdə Məmmədxanlı sovxozunda direktor, 1992-2002-ci illərdə bir çox firma və müəssisələrdə Baş zootexnik və direktor vəzifələrində çalışmışdır.

09. 10. 2002-ci ildən K/T-ı Nazirliyinin Lənkəran Ərazi K/t-ı İdarəsinin rəisidir.  


Kənddə ilk bələdiyyə sədri:


Hüseynov Adəm Yadulla oğlu – 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində sədr seçilmişdir.


Zabitlər:


Abıyev Qadir Mikayıl oğlu – gömrük polkovniki, Azərbaycan Respublikası Gömrük Komitəsinin Astara Gömrük İdarəsində rəis müavini olub.

 

1955-ci ildə Masallı rayonu Məmmədxanlı kəndində doğulub. 1962-1972-ci illərdə Masallı şəhər 3 saylı məktəbində, 1972-1976-cı illərdə Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsində oxuyub. 1976-cı ildə Masallı rayonunun Qızılavar kənd məktəbində müəllim, 1979-cu ildə Alışanlı məktəbində direktor, 1984-92-ci illərdə Masallı RTŞ-də metodist, inspektor vəzifələrində işləyib. 1992-1995-ci illərdə Masallı Şəhər Çörək Məmulatı Müəssisəsində direktor, 1995-2019-cu illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Astara Gömrük İdarəsində inspektor, rəis müavini vəzifələrində çalışıb. Gömrük polkovnikidir. Haliyədə təqaüddədir.


Hüseynov Tacəddin Fürudin oğlu – mayordur.


1974-cü ildə doğulub. 1992-1996-cı illərdə H. Əliyev adına Bakı AHB Komandirlər Məktəbində oxuyub. 


Alimlər:


Abıyeva Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) – filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tənqidçi.

1971-ci ildə Masallı rayonunun Məmmədxanlı kəndində doğulub. 1994-cü ildə BDU-nun filologiya fakültəsini bitirib. 1997-ci ildə “Hüseyn Cavid yaradıcılığnda insan konsepsiyası” mövzusunda dissertasiya müdafiə edib. 1996-cı ildən “Azərbaycan ensklopediyası” VPB-də çalışır. AYB-nin üzvüdür. Bir neçə elmi-publisitik və bədii əsərlərin müəllifidir.


Yazarlar:


HÜSEYNOV TOFİQ YADULLA OĞLU – publisist-şair, Əməkdar jurnalist, “Tərəqqi” medallı

  1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində anadan olub.

1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı (indi Şirvan) şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrində işləyib.

1990-cı ildə alternativ Əli Bayramlı Şəhər Sovetinə deputat seçilib. 1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru təyin olunub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən hal-hazıra kimi “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xususi müxbir kimi çalışır.

Mətbuatda səmərəli fəaliyyətinə görə 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 

Ədəbi fəaliyyətə 1964-cı ildə ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq “şeiri ilə başlayıb. 8 şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.


Abıyeva Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) – yazıçı-publisist.

(Ətraflı “Alimlər” bölümündə) 



Kəndin din xadimləri:

Məmmədov Məhəmməd Mənəf oğlu dövrünün yüksək dini təhsil görmüş adamı olub. 1935-ci ildə vəfat edib.


Məmmədov Əfqan Surxay oğlu 1990-cı ildə doğulub. Azərbaycan İqtisadiyyat Universitetini bitirib, sonra Ali dini təhsil almışdır.  


Qəhrəman anaların sayı ---- 7 nəfər.


Orden və medal alanlar:

Ağayeva Sura Murtuz qızı - (1932-2005) 12 dekabr 1973-cü ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 


İdman:

Mustafayev Ələkbər Əsgər oğlu – qaçış üzrə Azərbaycan çempionu, idman ustalığına namizəd.

1965-ci ildə doğulub. Orta təhsillidir. 6 km qaçış üzrə dəfələrlə Azərbaycan çempionu olub. 1983-cü ilin yayında Estonuyanın Tallin şəhərində keçirilən qaçış üzrə SSRİ birinciliyində Azərbaycanı təmsil edib və 7-ci yeri tutmuşdur. 


Kəndin adı:                           Təkdam
      

Əhalisi:          01. 01. 2021-ci ilə olan məlumat       -           617 nəfər:

                        o cümlədən: kişi: 308 nəfər;    qadın: 309 nəfər.


Ərazisi:                                  260 ha


Coğrafi mövqeyi:      Masallı rayon mərkəzindən 13 km şimal-şərqdə, Xəzər dənizi sahilində, Lənkəran ovalığında, Muğan zonasında,

düzənlik sahədə yerləşir. 


Kəndin əsas məşğuliyyəti:             Əkinçilik və heyvandarlıq, ovçuluq.


Həmsərhəd olduğu kəndlər:

Şərqdən Köçəkli və Ərəb, cənub-şərqdən Şəhriyar və Məmədxanlı, qərbdən Həsənli kəndləri ilə həmsərhəddir. 


Kəndin adının mənası:

Məhərrəm adlı şəxs (bəziləri Əkbər də deyir) Həsənli kəndində ailəsindən küsüb burada yurd salmış, uzun müddət haqqında heç bir məlumat olmamışdır. Ətraf kol-koslu olduğu üçün nəzərə çarpmamışdır. Bir müddət sonra onun damından çıxan tüstünü görürlər. Beləlikllə, onun tək binası olduğuna görə kəndə Təkdam adı verilmişdir. Kəndin tarixi 200 ilə yaxın bir dövrü əhatə edir.  


Tarixi abidələri:


Məscid – tikilmə tarixi: Kənddə ilk məscid 1982-ci ildə tikilib. 2006-cı ildə yeni məscid binası inşa edilib. 



Məscid – 2006.



Mərasim evi 2020-ci ildə tikilib.



Din xadimləri:


Molla Əbil İsmayılov yerli din adamlarından mükəmməl təhsil alıb və kəndin dini mərasimlərini yerinə yetirmişdir.  

İndi isə oğlu Hacı Hakim İsmayılov dini məsələlərə rəhbərlik edir.


II Dünya müharibəsindədə iştirak edənlər:     5 nəfər iştirak edib.


Qəhrəman anaların sayı:    10 nəfər.


Kənddə məktəb:  


Kənd uşaqları uzun müddət Həsənli məktəbində oxumuşlar. 1980-ci ildə ilk ibtidai məktəb açılıb. Sonra natamam orta təhsil verən məktəbə çevrilib. 2019-cu ildə H.Əliyev Fondunun dəstəyi ilə yeni tipli mobil məktəb inşa edilib. 


 


Kənddə ilk müəllim:


Kəndin ilk müəllimi Hüseynov hacı Kamil Seyfulla oğlu olmuşdur. O, 1969-cu ildə Lənkəran Pedaqoji məktəbini bitirib.


Kəndin ilk ali təhsillisi: 

Kərimov Qardaşxan Səfər oğludur. M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və ədəbiyyatı İnstitutunu bitirib.


Kəndin I Qarabağ şəhidi:

Cəfərov Bəhruz Sədulla oğlu 

 


02 mart 1994-cü ildə doğulub. 2012-ci ildə Qazax rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur


I Qarabağ Müharibəsi veteranları:

1. Mirzəyev İmanverdi Eyvaz oğlu – 1968-ci ildə doğulub.

2. Nurullayev Musa İsabala oğlu – polkovnik-leytenant.

(Ətraflı “Zabitlər” bölümündə)

3.  Abdullayev Xudaverdi Yasər oğlu 

4. Məmmədov Tahir Ələkbər oğlu  


II Qarabağ döyüşlərində iştirak edənlər:


1. Mirzəyev Şahin Allahşükür oğlu – 2002-ci ildə doğulub.

2. İsmayılov  Cəlil Vahid oğlu –                  qazi

3. Mirzəyev Naib İmanverdi oğlu – xüsusi təyinatlı, gizir işləyir.

4. İsmayılov Bəhruz Cəbrayıl oğlu -  baş leytenant, “İgidliyə görə” medalı ilə təltif olunub.


5. İsmayılov Hüseyn Sakit oğlu      – qazi.


Kənddə ilk bələdiyyə sədri:

Hüseynov Kamil Seyfulla oğlu – 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində ilk bələdiyyə sədri seçilmişdir.


Zabitlər:

1. Nurullayev Musa İsabala oğlu – polkovnik-leytenant.

 

17 fevral 1967-ci ildə doğulub. 1984-1988-ci illərdə Xarkov Ali Hərbi Qvardiya Tank Qoşunları məktəbində oxuyub. Macarıstan Respublikasında Tank Alayının taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1990- 1992-ci illlərdədən RF-in Luqansk vilayətindəki tank qoşunlarında bölük komandiri kimi çalışıb.1992-2000-ci illərdə I Qarabağ savaşında könüllü olaraq iştirak etmiş, bölük komandiri, briqadanın zirehli texnika xidməti rəisi, korpusun zirehli texnika xidməti rəisi, hərbi hissə komandiri, 2000-2007-ci illərdə Salyan kozarmasındakı təlim-tədris mərkəzində zirehli texnika xidməti rəisi kimi fəaliyyət göstərib. “Qüsursuz xidmətə görə” (25.07. 2005), “Tərəqqi” və digər medallarla mükafatlandırılıb. 2007-ci ildən ordudan tərxis olunub, ehtiyata buraxılmışdır.   


2. Vəlişov Elşad Adəm oğlu – mayor.

 


04 mart 1983-ci ildə doğulmuşdur. 2000-2005-ci illərdə Bakı Ali Hərbi Ümumqoşunlar məktəbində oxuyub. 27 sentyabr 2021-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.”Silahlı Qüvvələrin 90 və 95 illiyi”,  “Qüsursuz xidmətə görə”, “Cəbrayılın alınmasına görə” medalları ilə təltif olunub. 777 saylı hərbi hissədə RAS xidməti rəisidir.  


3. İsmayılov Abas Əbil oğlu – mayor.



1969-cu ildə doğulub. Rusiya Federasiyasında hərbi xidmətdə olub. I Qarabağ müharibəsində Azərbaycana gəlmiş və hərbi hissələrin birində düşmənə qarşı vuruşmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qiyabi bitirib. Mayordur. Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hüquq şöbəsində işləyir.


Həsənli İnzibati Ərazi Dairəsi haqqında məlumatların toplanmasında yaxından kömək edən Məhərrəmov Fazilə, Hüseynov Adəmə, Xəlilov ikmətə, Hacı Hakimə, Məhərrəm Quliyevə təşəkkür edirik.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10