Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” – 17-ci yazı . Türkoba İnzibati Ərazi Dairəsi


Özəllikləri:

- 1 akademik, 3 elmlər doktoru, 7 elmlər namizədi yetirən İnzibati Ərazi dairəsi 

- Dünyanın futbol ulduzlarından biri Mişel Platini ilə görüşən türkobalı həkim -stomatoloq Kamran Abdullayev

- Türkobalı 2 Xalq Nəzarəti Komitəsinin sədrləri - Sərraf Nurəliyev, Asif Tağıyev

- İlahiyat üzrə 8 kitabın müəllifi olan əmtəəşünas, dilçi, ilahiyyat üzrə fəlsəfə doktoru Mirəziz Seyidzadə

- Masallı rayonunun türkobalı ilk mama-ginekoloqu, həkim-cərrahı Ağabacı Rzayeva

- Bacı və qardaş Azərbaycanın tanınmış hüquqşünas alimləri  - Kişiyev 

Alxas Xalıq oğlu və Kişiyeva Zöhrə Xalıq qızı

- Masallı idmanının ən parlaq ulduzlarından biri - Güləhməd Əbilov

-- Quliyev Fəədat Səadət oğlu  - (Rusiyanın Milli Qəhrəmanı)

     Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30 (Watshap)

Əlizaman Baxış:  - 0 50 427 70 25

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mah-mudavar, Təzəkənd, və Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə Göyçöl İnzibati Ərazi Dairələri ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Türkoba İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
 2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
 3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html

10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.
https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html

12. https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html

13. https://cenub.az/11422-masall-ensiklopediyas-axrl-nzibati-razi-dairsi-13-c-yaz.html

14. https://cenub.az/11457-masall-ensiklopediyas-14-c-yaz-miyank-nzibati-razi-dairsi.html

15. https://cenub.az/11576-masall-ensiklopediyas-15-ci-yaz-tkl-nzibati-razi-dairsi.html

16. https://cenub.az/11609-masalli-ensiklopediyas-16-ci-yaz-gyl-inzibati-razi-dairsi.html


Türkoba   İnzibati  Ərazi  Dairəsi   


Tabeliyində olan kəndlər:

Türkoba kəndi

Şatıroba kəndi

Qəzvinoba kəndi

İnzubati Ərazi Dairəsinin əhalisi: 6458 nəfər (01.01.2021-ci il tarixə). 

Ocüm-lədən; kişi - 3285 nəfər, qadın - 3173 nəfər


İnzibat Ərazi Dairəsinin ərazisi: 1057 ha. O cümlədən; Türkoba kəndi üzrə: 391 ha


     Türkobalılar etnik mənsubiyyələrinə görə talışdırlar. Talışlarla yanaşı olaraq 

ömürlərini  bu   kəndlə  bağlamış, ailə  həyatı qurmuş onlarla  azərbaycan   türkü, rus, alman xalqlarının nümayəndələri  vahid   azərbaycanlı  kimi burada yaşayırlar.


Rəhbər vəzifədə işləyənlər: 


Kənddə


Əbilov Höccət Nürət oğlu 1889-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuş, kolxoz sədri vəzifəsində işləyib.

Ağayev Mirzə Ağababa oğlu – türkobalı,  Boradigah İstehlak Cəmiyyətinin sədri,

Tağıyev Tağı Məhərrəməli oğlu, hənddə ilk sovet sədri, kəndə möhürü o gətirib

Rzayev Qiyas Qulam oğlu –Rayon kooperatovlər ittifaqın sədr müavini

Kişiyev Almaz Nayıb oğlu – sovxoz direktoru

Əliyev Ərəb Murtuza oğlu – Rayon partiya komitəsində təlimatçı, Hişgədərə də sovxoz direktoru

Əliyev Əliabbas Yadulla oğlu – məktəb direktoru, müstəqilik dövründə ilk ərazi nümayəndəsi

Xəlilov Asif  Mövsüm oğlu – Ərazi nümayındısi, Yerli Aqrar İstehsalat birliyinin sədri.

Sadıxov Zahid Ayaz oğlu – kəndin ilk bələdiyyə sədri, hazırda ərazi nümayəndəsinin çüavini,

Qurbanov Altay Rzabala oğlu – kənddə bələdiyyə sədri,

Məmmədov Niyaməddin Süfəddin oğlu –  ərazi nümayəndəsi işləyib,

Əzizova Leyla Bilal qızı – hazırda ərazi nümayəndəsi,

Cəfərov Nofəl Əli oğlu – hazırda kənd bələdiyyəsinin sədri.

Rayonda

Baxışov Həsən Dadaş oğlu – Telman adına kolxozun sədri,

Nurəliyev Sərraf Murtuza oğlu (Bax kəndin ziyalıları bölümünə), rayonda Xalq Nəzarət Komitəsinin sədri,

Sadıxov Ayaz Ağababa oğlu (Bax kəndin ziyalıları bölümünə), Rayon partiya komitəsində təlimatçı, Lenin ordenli,

Qurbanov Rzabala Əli oğlu (Bax kəndin ziyalıları bölümünə), Rayon İcraiyyə Komitəsinin sədr müavi,

Baxışov Böyükağa Həsən oğlu (Bax kəndin ziyalıları bölümünə), Telman adına sovxozun direktoru,

Əkbərov Əliniyaz Nağı oğlu (Bax kəndin ziyalıları bölümünə) Masallı Rayon Partiya Komotəsində Partiya Nəzatə Komissiyasının sədri,

Nuriyeva Validə Dadaş qızı (Bax kəndin ziyalıları bölümünə), Masallı Rayon Partiya Komitəsinin katibi,

Ağayev Muxtar Məmmədtağı oğlu, Masallə Ət Kombinatında müdir,

Xəlilov Mövsüm Baba oğlu- Masallıdakı Qasımlı Tədarük Məntəqəsinin müdir,

Fətullayev Möhübbət Nayib oğlu – Avtobazanın müdiri,

Fətullayev Aydın Nayıb oğlu –Masallı Aqrar Sənaye Birliyindin Baş aqronomu,

Məmmədov Zöhrab Mehrab oğlu – Masallıdakı tikinti idarəsinin rəisi,

Baxışov Hüseynağa Həsən oğlu – Rayon Avtobazasında Baş mühəndis,

Talıbov Şahmar Sahib oğlu – Kərpic zavodunu  direktoru,

Rzayeva Ağabacı Qiyas qızı – rayonun ilk mama-ginekoloqu, Doğum şöbəsinin müdiri,

Əbilov Fəyyaz Nüsrət oğlu – Karantin idarəsinin  rəisi,

Rəcəbov Qəhrəman İlyas olu –tikinti  quraşdırma idarəsinin rəisi,

Ağayev Firudin Baloğlan oğlu – rayon elektrik şəbəkəsində baş mühəndis,

Fərzullayev Rafiq Sahib oğlu –Rayon partiya Komitəsində təlimatçı,

Ağayev Sabir Lətif oğlu – Rayonun baş zootexniki,

Rzayev Qubadəli Əli oğlu – notarius, İmişli rayonunda hakim,

Hüseynov Əliheydər Sərdar oğlu – Masallı rayon məhkəməsinin vəlili,

Xəlilov Elvin Asif oğlu – Masallı rayon məhkəməində hakimin köməkçisi,


Ölkədə

Quliyev Lətif Cəbi oğlu –Bakıda çörək zavodunu direktoru, Masallıda RPK-nın katibi,

Seyidzadə Əminə Dadaş qızı – ƏSDM nazirliyində şöbə müdiri

Zeynalov Abdulla Yadulla oğlu- Sumqayıtda Alminum zavodunda ştatlı partiya komitəsinin sədri,

Ağayev Faiq Mirzə oğlu – Azərbaycan Təhsil Nazirliyində inspektor

Ağayev Kazım Baloğlan oğlu – hərbi prokur olub,

Həbibov Vəliəhəd Baloğlan oğlu – Lənkəran məhkəməsində vəkil

Qurbanov Rasim Qurban oğlu – Xusisi Xidmət orqanlarında çalışıb,

Məmmədov Nəsimi Nəriman oğlu – Lənkəranda Yol Polisinin rəisi,

Hüseynov Hüseyn Muxtar oğlu –Lənkəranda Yol polisində rəis müavini,

Niftullayev Vaqif  Sadıx oğlu – Azərbaycan Vəkillər kollegiyasının üzvü, bir sıra polis bölmələrinin rəisi,

Niftullayev Balağa Sadıx oğlu  -Naxçvan MR-nin Şərur rayonun prokuroru, Respublika prokurorluğunda şöbə müdiri,

Mehrəliyev Şəmsəddin Dadaş oğlu – Uzaq Səfərlər kapitanı

Orucov Talıb Xalıq oğlu – Uzaq Səfərlər kapitanı,

İbrahimli Bəfadar Oğlan oğlu – Uzaq səfərlər kapitanı

İbrahimli Xalid Bəfadar oğlu – Uzaq Səfərlər kapitanı,

Sadıxov Səxavəddin Mirvəli oğlu – polkovnik, Şeyxin köməkçisi və mühafizəçisi olub,


Xaricdə

Quliyev Fəədat Səadət oğlu  - (Rusiyanın Milli Qəhrəmanı)


Kəndin adının mənası və tarixçəsi:

   “Türkoba” Masallı rayonunun ərazisində mənası məlum olan “şəffaf” toponimlər- dəndir. Belə ki, Türkoba “türklərin obası” deməkdir. Toponim tayfa, qəbilə adları əsasında yarandığı üçün buna onomastik sistemdə etnotoponim də deyilir. Bu toponimin yaranmasını türkdilli əhalinin bu əraziyə köçürülməsi və onların burada məskunlaşması ilə izah etmək olar.

     Türkoba   yaşayış  yerinin  yarnma   tarixi  və  buradakı   əhalinin  mənşəyi  haqqında   məlumat  çox  azdır. Lakin   tarixi  hadisələrə, elmi  və məntiqi   yanaşma metodu ilə  müraciət  edərək   araşdırmalar  aparsaq,  bu   toponim haqqında nəinki mülahizələr   soyləmək, hətta bu yerlərin yaranması tarixini dəqiqləşdirmək də mümkündür. Görkəmli  tarixçilərimiz A. A. Bakıxanovun  qeyd  etdiyi   kimi “...əgər  ölkənin   qəbilələri, kəndləri, binaları və qədim adları geniş surətdə tədqiq edilirsə, əhalinin mənşəyini təyin  etmək  mümkün  olacaqdır”.

       Beləliklə, Türkoba toponiminin əsasən XIII əsrdən yaranmağa başlanmasını nəinki tarixçilərimiz, hətta dilçi alimlərimiz də təsdiq edirlər. “ Türk “ sözünün mənasına gəldikdə qeyd edək ki, A. A. Bakıxanov bu sözü “gözəl”, M. Kaşğari, “günəş”, “gənc”, akademik A, Kononov, “güc-qüvvət“, “yaranmaq” D. Aytmuratov, “saçlı-hörüklü” kimi izah etmişlər. Lakin bu sözün dəqiqləşdirilmiş mənası elmə tam məlum deyildir.

     Biz Türkoba əhalisinin ağsaqalları ilə əlaqə  saxladıq onların dediklərinə görə  Tür-koba, türk mənşəli ad deyil, onun talışca adı “Tukoba” (talışca: tuk  - “bicar”, “oba”-  yer, məkan bildirir)  deməkdir. 

Coğrafi mövqeyi:                                   


      Türkoba yaşayış yeri rayon mərkəzindən 12 km cənubda - Boradigah-Lənkəran (şose) avtomobil yolunun hər iki tərəfində yerləşir. Türkoba  ərazisi münbüt və  məhsuldardır.  

Ərazisi və  coğrafi   mövqeyinə  görə Türkoba  daha   fərqlənir. Təsərrüfatın bütün   sahə-lərini  inkişaf  erdirmək   üçün  burada əlverişli  şərait   vardır.  


Əhalinin məşğuliyyəti:


     Əhali qədim çağlardan   çəltikçilik, tuütünçülüklə  məşğul   olmuşdur. Kəndin 

“Alçalıq”  deyilən   sahəsi  tərəvəz, bostan əkini  üçün   yararlıdır. Sovet  dönəmində  zəhmətkeş   adamlar tərəvəzçiliyi  daha çox inkişaf etdirərək burada kələm, xiyar, pomidor, bibər, patison, soğan  və  s. əkilmişdir.  Kəndin mərkəzində, qərb  hissəsində   çoxillik   bitki  sayılan   çayçılıq, maldarlıq  sahəsi  də   inkişaf  etmişdir. Haliyədə kənd əhalisinin  əsas  məşquliyyəti əkinçilik və maldarlıqdır. 


Həmsərhəd olduğu kəndlər: 


Türkoba kəndi 

şərqdən Lənkəran rayonunun Qumbaşı, Şirinsu, Boladi kəndləri, 

şimaldan Boradigah qəsəbəsi, 

qərbdən Qəzvinoba, Hişkədərə, 

cənubdan Mahmudavar kəndləri ilə həmsərhəddir.


Türkoba   kəndinin  tarixi  abidələri: 


1. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə (qısa məlumat)  

2. Kənd Cümə  məscidi  XIX   əsrin yadigarıdır. Sovet   dövründə qadağalar  olduğu  üçün ondan anbar kimi istifadə olunurdu. 1990-cı ildə Hacı Mirəziz Seyidzadənin  yaxından köməyi ilə turkobalılar məscidin yenidən açılmasına nail oldiular. 

3. BVM-də həlak olanların şərəfinə ucaldılmış abidə 


Kənddə ilk məktəbin açıldığı tarix: 


     Türkoba kəndində 1930-cü ildə ilk ibtidai məktəb açılmışdır. Məktəb ayrı-aryı adam-ların şəxsi evlərində yer-ləşmişdir. İlk  məktəb direktoru  Sadıq müəllim (ünvanı mə-lum deyil) olmuş, sonra məktəb ayrıca binaya köçürülmüş, təhsil ocağına Lənkəran  rayo-nunun   Separadi kəndindən olan İbadulla   müəllim  rəhbərlik  etmişdir.   


Kəndin ilk ali təhsillisi: 


Abdullayev Sahib Fərzulla oğlu- filoloq, müəllim


     1915-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. 1938-ci ildə Lənkəran Pedaqoji Texnikumunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonun Tatyanoba kənd 

məktəbindən başlayıb. Burada işləyə-işləyə qiyabi olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində oxuyub. 1941-ci ilə kimi müəllim işləyib. Faşist Almaniyası ölkəmizə hücum edəndə Türkoba kəndindən onlarla igid silaha sarıldı, Sahib Abdullayev də belələrindən idi. O, Berlinədək döyüş yolu keçmiş, faşistlərə qan uddurmuşdur. Orduda baş serejant olub, 1945-ci ildə cəbhədən qayıdıb. Masallının Mahmudavar, Türkoba, Miyankü, Tüklə, və Qəzvinoba kəndlərində müəllimlik edib. 50 ildən çox pedaqoji cəbhədə çalışıb. Şagirdləri filoloq, alim kimi yetişiblər. 1953-cü ildə şagirdi olmuş, filo-logiya elmləri namizədi Qulamhüseyn Əliyevlə bir yerdə çalışıb. Bahadur Tağıyev (fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müx-bir üzvü), Almas Kişiyev (alim-aqronom) Əbdül Kazımov (filoloq) və başqaları onun şagirdləri olublar. Sahib müəllim Masallının Qəzvinoba kənd 8 illik məktəbində 80-ci illərə kimi çalışıb. O, əsl bağban idi. Sonrada təqaüdə çıxmış, 12 iyun.1994-cü ildə vəfat etmişdir. 


Türkobada məktəb   direktoru vəzifəsində işləyən şəxslər:


Sahib  Fərzulla oğlu Abdullayev

Ərəb  Murtuza oğlu Əliyev (Türkoba k.)

Ramazam müəllim (Lənkəran  rayonu  Boladi k.)

Səyyad  Cəfərov (Boradigah qəs.) - 1954-1955-ci illərdə

Şamil Ağayev (Hişkədərə k.) - 1955-1987-ci illərdə

Səyyad  Quliyev (Türkoba k.) - 1979-1980-cı illərdə  

Validə  Nuriyeva (Türkoba k.) - 1980-1985-ci illərdə

Mütəllim  Ağayev (Türkoba k.) - 1985-1991-ci  illərdə

Səhifə Sadıqova (Türkoba k.) -  1991-1992-ci illərdə

Validə Nuriyeva (Türkoba k.) - 1992-2011-ci illərdə S.Vurğun adına orta məktəbin   direktoru vəzifəsində işləmişlər. 

     Hazırda S.Vurğun adına tam orta məktəbin  direktoru türkobalı Əfsər Nuriyevdir





Kənd orta məltəbinin qarşısında S. Vurğunun heykəli


Kolxoz quruculuğu:


Əbilov Höccət Nürət oğlu 

     1889-ci ildə Masallı rayonunun Türkoba kəndində ana-dan olmuş, ilk kolxoz sədri vəzifəsində işləyib.


                                Əliyev Yadulla Zeynal oğlu 


     1909-cu ildə Türkoba kəndində anadan olmuşdur. Miyankü kənd XZDS-nin sədri, Boradigah İstehlak Cəmiyyətinin sədri, kolxoz və sovxozda briqadir, ilk partiya təşkilatının katibi kimi fəaliyyət gös-tərmişdir. BVM-nin iştirakçısı olmuş, yaralanaraq 1944-cü ildə arxa cəbhəyə göndərilib. Latviyanın Dauqvpilsk şəhərindəki “Döyüş şöhrəti” muzeyində onun şərəfinə ay-rıca guşə yaradılıb. Ukraynanın Novolodsk orta məktəbində “Şöhrət muzeyi” Y. Əliyevin adını daşıyır. O, 14.04.1987-ci ildə vəfat etmiçdir.


Sovxozlar


     Türkoba kəndində “Kirov” adına ilk sovxoz1964-cü cü ildə yaradılmışdır.


Ərazi nümayəndəliyi

     Türkoba kəndində ilk ərazi nümayəndəliyi 1992-ci ildə noyabr ayın-da yaradılıb. İlk ərazi nümayəndəsi Əliyev Əliabbas Yadulla oğlu olmuşdur. O, 07.04.1941-ci ildə Türkoba kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Məktəb Həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi vəzifələrində işləmişdir. 1975-ci ildə Qəzvinoba kənd 8-illik məktəbində direktor, 5 il sonra 16 il kənd XDS -nin sədri vəzifələrində işləyib. O, 2014-cü ildə vəfat etmişdir.


Bələdiyyələr:


     Türkoba, Şatıroba, Qəzvinoba kənd bələdiyyələri 1999-cu ilin dekabr ayında keçiril-miş ilk bələdiyyə seçkilərində yaradılmışdır. Hər bir bələdiyyənin 11 nəfər üzvü olmuş-dur. Bələdiyyələrin ilk sədrləri seçilmişlər:

1. Sadıxov Zahir Ayaz oğlu - Türkoba k.

2. Əkbərov Müseyib Mikayıl oğlu – Şatıroba k.

3. Niftullayev Natiq Balağa oğlu - Qəzvinoba k.

     2019-cu ildən indiyə kimi Türkoba kənd bələdiyyəsinə Cəfərov Nofəl Əli oğlu sədr-lik edir.


Böyük Vətən müharibəsində iştirak edənlər, həlak olanlar:


İştirak  edənlər:   250  nəfər

Həlak  olanlar: 102 nəfər

Yaşayanlar: 1 nəfər

İbrahimov İslam Mikayıl oğlu 1926-cı ildə Türkoba kəndində anadan olmuş, 2015-ci 

ildə vəfat etmişdir. 

Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olan sakinlər haqqında:

Məmmədov Anar Cavad oğlu 

      25 aprel 1972-ci ildə Masallı rayonunun Qəzvinoba kəndində anadan olmuşdur. 1989-cu ildə S.Vurğun adına Türkoba kənd orta məktəbini bitirmişdir.Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsinə biganə qalmayıb. 1994-cü ilin fevral ayında könüllü olaraq vətəni qorumaq üçün cəbhəyə getmiş-dir.1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.

Əkbərov Natiq Xosrov oğlu  

     1973-cü ildə Masallı rayonunun Şatıroba kəndində anadan olmuşdur.1990-cı ildə S.Vurğun adına Türkoba kənd orta məktəbini bitirmişdir.1991-ci ildə ordu sıralarına çağırılmışdır.1994-cü ildə Ağdərə bölgəsində gedən döyüşlərdə qəhrəmancasına vuruş-muş və şəhid olmuşdur.


Əliyev  Şöhrət Fazil oğlu 

      1973-cü ildə Qəzvinoba kəndində anadan olmuşdur. 1991-ci ildə ordu sıralarında çağırılmışdır. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində itkin düşmüşdür.





Əliyev Ənvər Səlim oğlu 

1974-cü ildə Masallı rayonu Türkoba kəndində anadan olmuşdur. 1992-ci ildə ordu sıralarına çağırılmışdır. Murovdağ və Ağdərə istiqamət-lərində vuruşmuş-dur. 1994-cü ilin yanvar ayında Ağ-dərə döyüşlərində şəhid olmuşdur. 





Hüseynov Səttar Muxtar oğlu 

      1975-ci ildə Masallı rayonunun Şatıroba kəndində anadan olmuşdur.1990-cı ildə Şatıroba kənd ümumi orta məktəbini bitirmiş, 1993-cü ildə ordu sıralarına çağırılmışdır.1994-cü ilin aprel ayında Tərtər rayonunun Talış kəndi yaxınlığında torpaq-larımızın  müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralan-mış,1994-cü ilin may ayının 2-də şəhid olmuşdur.




Rzayev Emin  Tahir oğlu 

09 iyun 1977-ci ildə Masallı  rayonu   Türkoba  kəndində anadan ol-muşdur. 1994-cü ildə Türkoba kənd orta məktəbi bitirdikdən sonra “Təfəkkür” Univerisetinin IV kürsuna  qədər təhsil  almışrdır. 1999-cu ildə  könüllü olaraq əsgəri xidmətə  gedib. 2000-ci ilin sentyabr ayının 15-də Ordubad rayonunun Qapıçiq döyüş bölgəsində xidməti vəzifə-sini yerinə  yetirərkən aldığı  güllə   yarsından həlak  olmuşdur.



Cəfərov Zəfər Əli oğlu – Rusiyada vəkil işləyir.


Alimlər

Əliyev  Qulamhüseyn   Hüsrət oğlu - filoloq, filologiya elmləri doktoru, professor, yazıçı    

     1928-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Qulamhüseyn müəllim 1950-ci ildən Masallının təhsilinin inkişafına kömək edənlərdən olub. On iki ildən sonra fəaliyyətini Azərbaycanın institutlarında davam etdirib. Şairlərin yaradıcılıqlarını tədqiq edən alim bu sahədə böyük şöhrət tapmışdır. Çalışdığı hər iki universitetdə - 

- Azərnaycan Dillər Universiteti və N. Tusi adına Pedaqoji Univer-sitetdə çalışdığı dövrlərdə yüzlərlə filoloq, ədəbiyyatçınınn yetişmə-sində müstəsna əməyi olmuşdur.


Tağıyev Bahadir Hüseyn oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının muxbir  üzvü, fizika-riyaziyyat  elmləri   doktoru, professor, Azərbaycan Respublikasının  Döv-lət   mükafatı laureatı)


     1934-cü  ildə   martın 13-də  Masallı  rayonun Türkoba kəndində  anadan olmuşdur . 1941-1945-ci  illərdə Böyük Vətən Müharibəsinin  ağrı-açısını   hələ uşaqlıqdan dad-mış, öz zəhməti   bahasına  həyatda qazandığı  mövqeyə   çatmışdır. 

     1952-ci ildə V. İ. Lenin  adına (indiki Azərbaycan Dövlət Peda-qöji İnveristetinin) Azərbaycan Dövlət Pedaqoji İnistitutunun fizika  fakültəsinə   daxil  olmuşdur. 1956-ci   ildə univeristeti  fizika   ixtisası  üzrə  bititmişdir. B. N. Taqıyev 1959-cü  ilin   sonunda Azərbaycan MEA-nın Fizika İnistiunun aspiraturasına qəbul olunaraq keçmiş SSRİ EA-nın  Lenin-qrad şəhərindəki (indiki Sankt-Peterburq) Yarımkeçiricilər İnistutuna ezam olunmuşdur. Bahadir müəllim öz elmi fəaliyyətinə tanınmış alim, fizika-riyaziyyat  elmləri   doktoru, professor, SSRİ   Dövlət  Mükafatı  lauratı A.R. Regilin  rəhbərliyi   altında  başlamış və onun  sevimli aspirantlrından  biri olmuşdur. B. H. Tağıyev 1962-2001-ci illərdə  Azər-baycan  MEA-nın Fizika İnistitutunda  kiçik elmi işçi, böyük elmi  işçi, laboratoriya müdrü (1973-2002)  və   direktorun  ikinci  müavini (1993-2002) vəzifəsində işləmişdir. B. H. Tağıyev  Azərbaycan MEA-nın  Fizika   İnistitutunda “Lüminessensiyanın   fiziki  əsasları, lüminesensiya  texnikasının   inkişafı“ problem  şurasının  rəhbəri, Rusiya  Elm-lər   Akademiyasının lüminesesiya  şurasının   üzvüdür. B. H. Tağıyev 1964-cü ildən fizika-riyaziyyat elmlər namizədi, 1977-ci ildən fizika-riyaziyyat elmlər doktoru,1984-cü  ildən isə professordur.


Sultan Sərdar oğlu Hüseynov - zootexnik, kənd təsəttüfatı elmləri namizədi

     1935-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1954-cü ildə sənədlərini Gəncə Kənd Təsərrüfatı İnstitutuna verib, 1959-cu ildə ali məktəbi uğurlu qiymətlərlə bitirib, alim-zootexnik ixtisasına yiyələnmişdir. 1959-cu ildə Masallı rayonunun Təklə kəndindəki H. Aslanov adına sovxoza təyinat almışdır. Sonra Türkoba kəndindəki, Kirov adına kolxozda zootexnik işləmişdir. 1963-1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasında oxuduğu illərdə, başçılıq etdiyi təsərrüfatda xeyli təcrübə əldə etmiş-dir. 1973-cü ildə Ali Attestasiya Komissiyasının qərarına əsasən Sultan Hüseynova kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verildi. Aspiranturanı bitirdikdən sonra ömrünün sonuna kimi Azərbaycan Quşçuluq Sənayesi İdarəsində zootexnik vəzifəsində 

çalışdı. Sultan Sərdar oğlu Hüseynov 25 noyabr 1979-cu ildə vəfat etmişdi  


Əzizov  Əliabbas Qubad oğlu (Bax Qəzvinoba kəndi üzrə “Kənd ziyalıları bölümünə)


Kişiyev Alxas  Xaliq oğlu - hüquqşünas, hüquq elmləri doktoru, professor


     15 may 1939-cu ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini  bitirib. Təyinatla Salyanda təhqiqat üzrə əmə-liyyat müvəkkili, 1964-cü ildə DİN-nin İstintaq İdarəsinin baş müstəntiqi, şöbə rəisinin müavini, İşlər İdarəsinin rəisi, Polis Akademiyasının rəis müavini, 1996-ci ildə Azərbaycan Respub-likası Milli Elmlər Akademiyasının  Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aparıcı elmi işçi, ictimai elmlər kafedrasının professoru vəzi-fələrində çalışmışdır. O, ömrünün sonunadək Milli Elmlər Akademiyasının Cinayət Hüququ və Cinayətin prosesi şöbəsinin müdiri vəzifəsində işləmişdir.

     1967-ci ildə Azərbaycan SSR Rlmlər Akademiyasının aspiranturasına daxil olmuş və 

1972-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 

     1991-ci ildə Rusiya Federasiyası Lomonosov adına Moskva Dövlər Universitetində  hüquq üzrə doktorluq  dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

     O, 05 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. 


Bağışov Dadaş Həsən oğlu - filoloq, filologiya elmləri namizədi

                                

    1941-ci ildə Türkoba kəndində anadan olub. Ç. İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunun xarici dillər kafedrasında baş müəllim işləyib. Uzun müddət Azərbaycan Politexnik İnstitutunun dosenti vəzifəsinfə işləmiş, ömrünün sonuna kimi Özbəkistan Respublikası Çizal şəhər Pedaqoji Universitetinin xarici dillər kafedra-sına başçılıq etmişdir. Filologiya elmləri namizədi idi. Dadaş müəllimin iki övladı var və həyat yoldaşı Əhmədşina Faniya Abazan qızı 1941-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olmuşdur. Uzun müddət Bakı şəhərində yaşayıb, Azərbaycan Elmlər Akademiyasının tarix İnstitutunda baş elmi işçi işləyib, tarix elmləri doktorudur. 


Əzizov  Əliabbas Qubad oğlu - neft mühəndisi, texnika elmlər namizədi, Əməkdar mühəndis


     16 oktyabır 1941-ci ildə  Msalı   rayonu  Qəzvinoba kəndində  ana-dan olmuşdur. 1960-1965-ci illərdə Azərbaycan Neft kə Kimiya İnistitutunu bitirmişdir. Həmin   ildən V. İ. Lenin adına  Bakı Neftayır-ma  zavodunda operator, böyük operator, növbətçi sex  mühəndisi, zavodun novbətçi mühəndisi vəzifələrində işləyib. 1969-cu ilin dekabr   ayından Bakı Neft Kimiya Prosesləri İnistitutunun aspiranturasına qəbul  olunub.1973-cü  ildə oranı   bitirdikdən sonra “ Yeni   texnoloji proseslərin yaradılmasında və onun sınaqdan keçirilməsində”  mövzu-sunda disertasiya müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsini almışdır. 1973-cü ildə baş elmi  işçi, labaratoriya müdrü, şöbə mühəndisi, hal-hazırda Neft Kimiya Prosesləri İnistitunda baş mühəndis  vəzifəsin-də işləyir. Azərbaycan Pesrpublikasının Prezidentinin sərəncamı ilə Ə. Əzizov  “Əmək-dar mühəndis” fəxri  adı ilə təltif  edilmişdir. 


Fərzullayev Tofiq Sahib  oğlu - kimyaçı, alim-texnoloq, kimya elmləri namizədi

     1941-ci ildə Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində anadan olub. Mahmudavar kənd orta məktəbini 1958-ci ildə bitirib. Bakı şəhərində tikinti idarəsində çalışıb. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1966-cı ildə mühəndis-texnoloq ixtisasına yiyələnib. Təyinatını Bakı Neftayırma zavoduna almış, burada ixtisası üzrə uzun müddət işləyərək bir sıra özəl müəssisələrdə fəaliyyət göstərmişdir. Qeyri-standat neft emalı qurğularının layihə-ləşdirilməsində geniş fəaliyyəti olmuşdur. Bu sahədə çoxlu ixtiraları və yenilikləri vardır. O, ixtisası üzrə alım-texnoloq, kimya elmləri namizədidir. "NUR" firmasında baş texnoloq işləyir. Onun həyat yoldaşı Sədaqət xanım da kimyaçı, elmlər namizədidir. Beynəlxalq BTİ Neft şirkətində çalışır.


Fəttayev Miri Mircəlal oğlu - bioloq, biologiya elmləri doktoru


     1947-ci ildə Şatıroba kəndində anadan olub. 1966-cı ildə Azər-baycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinatını Azərbaycan Elmlər Akademiyasına alıb. 1972-ci ildə Masallı rayon Aqrar Sənaye Birliyində, rayon Sanitar Epidemioloji Stansiyasında çalışıb. 1974-cü ildə aspiranturaya daxil olmuş, namizədlik dissertasiyasını müda-fiə edib, 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. “Genetika maraqlıdır” kitabının müəllifləri Qəzənfər Musa-yev və Miri Fəttayev olmuşdur. 1981-ci ildə Ə. Əliyev adına Həkimləri Təkmilləş-dirmə İnstitutunda elmi işçi kimi çalışmışdır. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1996-cı ilin may ayının 07-də 49 yaşında vəfat etmişdir.


Ağayev Aydın Mirzəli oğlu - taixçi, tarix elmləri namizədi, pedaqoq, şərqşünas, tər-cüməçi, siyasi şərhçi

05 oktyabr 1950-ci ildə Masallı rayonunun Türkoba kəndin-də anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. 1973-cü ilin sentyabrından Türkoba kənd orta məktəbində tarix fənindən dərs deyib. Həmin ildə (1973-cü il) AMEA Yaxın və Orta Şərq Xalqları (indiki Şərqşünaslıq) İnstitutunun əyani olaraq aspiranturasına qəbul olunub. Aspi-rantlıq illərində təcrübə keçib. 1978-ci ildə Özbə-kistan MEA Şərqşünaslıq İnstitutunda tarix elmləri namizədi dissertasiyasının müdafiə edib. 1978-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyası, Yaxın və Orta Şərq Xalq-ları İnsti-tutunun elmi işçisi və baş elmi işçisi, 1980-1983-cü illərdə SSRİ Nazirlər Sovetinin xətti ilə Əfqanıstanda tərcüməçi, 1984-1987-ci illərdə Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda aparıcı elmi işçi işləyib. Respublikanın müxtəlif ali məktəblərində mühazirə oxuyub. 1987-1988-ci illərdə Moskva şəhər Sovetinin xətti ilə Əfqanıstanda tərcüməçi, baş tərcüməçi kimi çalışıb. 1989-1992-ci illərdə Elmlər Aka-demiyası Yaxın və Orta Şərq Xalqları İnstitutunda aparıcı elmi işçi işləyib. Bu illər ərzində Aydın müəllimin İranın müasir tarixinə dair, Beynəlxalq siyasətin aktual məsələlərinə dair, elmi və elmi-publisistik tədqiqatları nəşr edilib. 30-a yaxın elmi məqalələrin, bir sıra elmi-publisistik nəşrlərin müəllifidir. 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisində çalışır. 1992-1996-cı illərdə Milli Məclis Aparatının beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi, 1996-2006-cı ilə qədər MM Aparatının sosial qanunvericilik şöbəsində baş məsləhətçi, 2006-cı ildə Milli Məclisin Mətbuat xidmətinin KİV mate-rialların icmalı və təhvili sektorunun müdiri, 2006-cı ilin aprelindən MM Aparatının Analitik İnformasiya şöbəsinin müdiridir. Eyni zamanda Respublikada tanınmış polito-loqlardan biridir. Müxtəlif televiziya kanallarında Azərbaycanın beynəlxalq siyasəti və ümumən beynəlxalq siyasətə dair siyasi şərhlərlə çıxış edir. 


Kişiyeva   Zöhrə  Xalıq  qızı - hüquqşünas, kriminalist, hüquq elmləri namizədi


     1950-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuş-dur. Səkkizillik təhsili doğma Türkoba kənd məktəbində, orta təhsili qonşu Mahmudavar kəndində   almışdır. 1968-1974-cü illərdə   Azər-baycan Dövlət Univeristetinin hüquq fakultəsinin axşam  şöbəsində   təhsil  alıb. Bu çətin peşəni seçməkdə qardaşı, hüquq elmlər  dokto-ru Alxas Kişiyevin ciddi səyi olub.

     Z. X. Kişiyeva  hüquq   fakultəsini  bitirdikdən sonra bir  müddət  daxili   işlər orqan-larında işləmişdir. Əvəllər   Respublika Məhkəmə Ekspertiza İnistutunda laborantlıqdan aparıcı elmi işçiyə kimi mux-təlif vəzifələrdə çalışıb. 1982-ci ilə kimi Ədliyyə Nazirliyinin ETMEİ-də baş elmi işçi və baş ekspert vəzifəsində işləmləyib. 1982 -ci ildə Moskva Ümumittifaq Elmi Tədqiqat Ekspertiza İnstitutunun  aspiranturasına (qiyabi) daxil olub. 1986-cı ildə Moskvada RSFSR-in Əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Abraam İliç Vinberqin rəhbərliyi ilə “Sənədin müəllifini  müəyyən etmək məqsədilə Azərbaycan yazı nitqinin kriminalistik tədqiqatı” mövzu-sunda namizədlik dissertasiyasının müdafiə edərək almilik dərəcəsini   almışdır. Zöhrə Kişiyeva Respublika Prokurorluğunda prokuror-kriminalist, təşkilat-nəzarət şöbəsinin prokuroru, 1994-cü ildə Səbayil rayon prokurorluğunun böyük köməkçisi vəzi-fəsində  işləmişdir. 


Fəttayev Fərhad Qədir oğlu - sosioloq, politoloq, fəlsəfə elmləri namizədi

      1993-cü ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixo-logiya fakültəsinin Politologiya şöbəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Masallı rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsində təlimatçı vəzifəsizdə çalışıb. 1998-2000 -ci ilin sentyabrında BDU-nun politologiya kafedrasında magistratu- raya qəbul olunub, 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademi- yasının Fəlsəfə və İctimai-siyasi Tədqiqatlar İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsində böyük elmi işçisi vəzifəsində işləyib, əyani olaraq 2003-cü ildə aspiranturanı bitirib. 2007-ci ilin oktyabrın 16-da fəlsəfə elmləri namizədi (BDU-nun müdafiə şurasında) alimlik dərəcəsinə layiq görülmüşdür. 


Kəndin ziyalıları 


Həbibova Zeynəb Xudaverdi qızı - sovet işçisi, kolxoz quruculuğu fəalı

     1908-ci ildə Masallı rayonun Hişkədərə kəndində anadan olmuş-dur. Zeynəb dövrünün açıq fikirli zəhmətkeş qadını olmaqıa ilk çağı-rış - respublika Ali Sovetinin deputatı seçilib. 1926-ci ildə Türkoba kəndinə gəlin köçüb. 1937-1939-cu illərdə əmək cəhəsində zərbəçi kimi tanınmış, muxtəlif təsərrüfat işlərində çalışmış, vəzifə daşımış-dır. 1941-1943 ci illərdə Boradigahda İstehlak Cəmiyyətinin sədri, 1944-1945-ci  illədə Mahmudavar  kəndində XDS İk-nin sədri vəzi-fəsində işləmişdir. Uzun müddət “Kirov” adına sovxozda çalışmışdır. O, 15 avqust 2001-ci ildə vəfat  etmişdir.  


     Quliyev Lətif Cəbi oğlu - müəllim, xalq maarifi təşkilatçısı, partiya-sovet işçisi, müəssisə rəhbəri

     27 noyabr 1918-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1933-cü ildə Lənkəran Pedaqoji Texnikumuna qəbul olunmuşdur. 1936-cı ildə həmin texnikumu müvəffəqiyyətlə bitirən L. Quliyev təyinatını Cəlilabad rayonuna alaraq 3 il orada müəllim işləmişdir. 1939-cu ildə ordu sıralarına çağırılan Lətif Quliyev 1941-ci ildə Böyük Vətən Müharibəsi cəbhələrində iştirak etmişdir. 1943-cü ildə cəbhədə yararlanaraq müharibədən qayıtmışdır. Yaralı cəbhəçi  Masallı rayonun Bədəlan kənd məktəbində direktor vəzifəsində işləmişdir. 1951-ci ildə Masallı rayon Partiya Komitəsində əvvəlcə hərbi işlər üzrə təlimatçı, 1952-ci ildə isə üçüncü katib vəzifəsində çalışmışdır. Bütün vəzifələrdə etimadı doğruldan L. Quliyev  bir sıra medallara, təltiflərə layiq görülmüş-dür. 

     1954-cü ildə Masallı rayon Dövlət Bankının müdiri vəzifəsində işləmiş, Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad edilmişdir. Keçmiş Lenin (indiki A. Bakıxanov) rayonunda əvvəlcə 1 saylı çörək zavodunda kadrlar şöbəsinin müdiri, sonra 1978-ci ilin sentyabrına kimi direktor vəzifəsində çalışmış və təqaüdə çıxmışdır. Lətif Cəbi oğlu Quliyev 1978-ci ilin dekabrın 27-də 60 yaşında vəfat etmiş-dir.


Əliyev Ərəb Murtuza   oğlu - müəllim, pedaqoq, hərbiçi, partiya-sovet işçisi, təsər-rüfat rəhbəri


     14 iyul 1924-cü  ildə Masallı rayonun  Tütkoba   kəndində  anadan  olmuşdfr.1951-ci idə Azəraycan Dövlət Qiyabi Məllimlər İnistitu-tunu, 1954-cü   ildə  Ali partiya  məktəbini bitirmişdir. Masallı rayon Sulardan Xilasetmə Cəmiyyətinin sədri, Hişkədərə və Türkoba kənd-lərində XDS İK-nin sədri, Masallı rayon  Partiya  Komitəsinin   təbli-ğat və təşfiqat şöbəsini müdrü, Qasımlı Tərəvəz Bazasının  direktoru, Hişkdərə  kəndindəki “Şaumyan” adına kolxozun sədri vəzifələrində işləmişdir. 

     09 oktyabır 1942-ci ildə Masallı rayon Hərbi  Komisarlığından  cəhbəyə gedib.  Cəb-hədə   döyüş  şücaəti göstərərək Ali Baş  Komandanlığln “Qırmızı ulduz” ordeni  və altı  döyüş medalı ilə təltif edilmişdir. Kiçik leytenant, bölmə  komandiri  olmuş   Ə. Əliyev 11 noyabr 1945-ci   ildə  ordudan  qayıtmışdır. 


Xəlilov Möhsüm Baba   oğlu - hesabdar, mühasib, iqtisadçı, təsərrüfat rəhbəri

     20 aprel 1926-ci ildə Türkoba kəndində anadan olmuşdur. Kənd ibtidai, Mahmudavarda 7 illik, Lənkəran rayonunun Boladi kəndində orta məktəbi bitirib. 1941-ci ildən Türkoba kəndindəki kolxozda, 1944-cü ildən Şatıroba kəndindəki “Qırmizi Oktyabr “ kolxozunda hesabdar vəzifəsində işləmişdir. 1948-ci ildə kolxoz mühasibləri hazır-layan altı aylıq kursu bitirmişdir. O, müxtəlif illərdə Masallı rayo-nunun Babaser kəndindəki “İskra” kolxozunda, Türkoba kəndindəki “Kirov” adına kolxozda hesabdar və hesabdar müavini, 1951-ci ildən Masallının Təzə Alvadı kəndindəki “Sosializm“ kolxozunda mühasib, 1952-ci ildən Boradigah qəsəbə-sindəki “Telman” adına kolxozda mühasib, 1953-cü ildən Kalinin adına MTS-də baş təlimatçı-mühasib, 1958-ci ildən 1959-cu ilə kimi Hişkədərə kəndindəki kolxozda mühasib, mart 1960-cı ildən dekabr 1961-ci ilə kimi Türkoba kən-dindəki “Kirov” adına kolxozda mühasib vəzifəsində çalışmışdır. 

     Gəncə şəhərindəki kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan bir illik məktəbi bitirmişdir. 1 fevral 1963-cü ildən 4 avqust 1964-cü ilə kimi Azərbaycan KP Masallı rayon Partiya Komitəsində müfəttiş-partiya təşkilatçısı, Masallı və Boradigah Çay fabriklərinin direktoru vəzifəsində çalışmışıdır. 1962-1968-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirməklə iqtisadçı ixtisasına yiyələn-mişdir. 1972-ci ildən Türkoba kənd XDS İK-də mühasib, 1973-cü ildən Qasımlı Tərə-vəz Bazasının direktoru, 1975-ci ildən Masallı Aqrar-Sənaye Birliyində şöbə rəisi, 1978 -ci ildən həmin birliyin böyük iqtisadçısı, 1980-1985-ci illərdə “Azərkəndtikinti” Tres-tində böyük maliyyəçi-iqtisadçı, 1985-1986-cı illərdə Qızılağac Tərəvəz Tədarükü və Satışı Bazasının direktoru vəzifələrində işləmişdir. Ayrı-ayrı illərdə Mahmudavar, Bədəlan, Boradigah kənd və qəsəbə sovetlərinin deputatı seçilmiş, “Lenin yubiley medalı”, 1941-1945-ci illərdə “Fədakar əməyə görə“, Böyük Vətən Müharibəsinin 30 və 40 illiyi (ayrı-ayrı illərdə)  medalları ilə təltif olunmuşdur. M. Xəlilov 21 yanvar 2002-ci ildə vəfat etmişdir.


Nurəliyev Sərraf Murtuza oğlu - tarixçi, pedaqoq, partiya işçisi

     1929-cu ildə Türkoba kəndində anadan olmuşdur. 1952-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakül-təsini bitirmişdir. Həmin ildən Lənkəran rayonunun Separadi kənd məktəbində direktor müavini, Masalı rayonunun Mahmudavar orta məktəbində müəllim,  direktor müavini, Şatıroba 7 illik məktəbin-də direktor müavini, direktor, müəllim, Boradigah kənd 11 illik məktəbində direktor müavini, Şatıroba  8 illik məktəbində direktor, Türkoba orta məktəbində direktor müavini, “Kirov” adına sovxoz-da partiya komitəsinin katibi, Masallı Rayon Partiya Komitəsində təlimatçı, partiya komissiyanın sədri, 1975-1982-ci illərdə Masallı Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində işləmişdir. 2010-cu ildən Rayon Ağsaqqallar Şurasının üzvü idi. 13. 04.2011-ci ildə vəfat etmişdir.


Sadıqov  Ayaz   Ağöabala oğlu - alim-aqronom, aspirant, partiya işçisi, təsərrüfat rəhbəri

     1929-cu ildə masallı rayonun Türkoba kəndində anadan olmuş-dur. 1943-cü ildə “Kirov” adına kolxoza üzv qəbul olunmuş, 1952-1955-ci illərdə Kirovabad (indiki Gəncə)   şəhəridə  kolxoz sədrləri hazırlayan məktəbi bitirmiş, 1955-1961-ci illərdə “Kirov” adına sovxozda aqro-nom, 1961-1962-ci illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı, 1962-1964-cü illərdə Türkoba kəndindəki “Kirov” adına kolxozda sədr, 1964-cü ildə həmin sovxozda direktor vəzifələrində işləmişdir. Kiro-vabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnistitutunu qırmızı diplomla bitirmiş, kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili üzrə aspiranturanı bitirərək alim-aqranom  ixtisasına yiyələnmişdir. Təsərüfata rəhbərlik etdiyi dövrlərdə “Lenin” ordeni, “Fədəkar əməyə görə”, “Əmək cəhbəsi iştirakçısı”, “SSRİ-nin 50 illi-yi”, ”Sosializim yarışının qalibi”  medalları, döş nişanları ilə təltif olunmuşdur. O, 14 il “Kirov” adına sovxoza rəhbəırlik etmiş-dir. 1977-ci ilin  oktyabr ayında vəfat etmişdir. 

Qurbanov Rzabala Əli oğlu - aqronom, partiya-sovet işçisi, təsərrüfat rəhbəri

     1933-cü ildə Türkoba kəndində anadan olub. Türkoba və Şatı-roba kənd məktəblərində katib kargüzar, 1954-1964-cü illərdə Masallı rayonundakı S. M. Kirov adına sovxozda komsomol təşki-latının katibi, sovxozda çayçılıq şöbəsinin müdiri, sovxoz partiya komitəsinin katibi, 1972-1976-cı illərdə Boradigah Çay Fabrikinin direktoru vəzifələrində işləmiş, həmin ildə Masallı rayon XDS İK-nin XV çağırış X sessiyasında Masallı rayon XDS İK-nin birinci müavini seçilmiş, 1980-ci ilə kimi həmin vəzifədə çalışmışdır. 

    1980-1982-ci illərdə Masallı rayon Çayçılıq Birliyinin rəisi, 1982-1983-cü illərdə Masallı çay Fabrikinin direktoru, Telman adına (Masallı rayonu Boradigah qəs.) sov-xozun direktoru, Masallı rayon Çayçılıq İstehsalat Birliyində baş mühəndis-texnoloq, Masallı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində baş texnoloq işləmişdir. 1998-ci ildə Türkoba Yerli Aqrar İslahat Komissiyasının sədri seçilmiş, ömrünün sonuna kimi həmin vəzifədə çalışmışdır. İşi və fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Əməkdə fərqləndiyinə görə”, “Əmək igidliyinə görə” medalları, “Xalqlar dostluğu” ordeni ilə və bir çox Fəxri fərmanlarla təltif olunmuşdur. Fəaliyyəti dövründə yeddi dəfə Masallı rayon XDS-nin deputatı, 1959-cu ildən Sov. İKP- nin üzvü olmaqla yanaşı üç dəfə Masallı rayon Partiya Komitəsinin üzvü seçilmişdir. Boradigahda sovxoz direktoru işlədiyi 8 il müddətində inzibati idarə binası, müasir tipli xəstəxana binası, heyvandarlıq kompleksinin tikintisinə, Boradigah-Qumbaşı yoluna bişmiş asfalt örtük döşənməsinə nail olmuş, Boradigah qəbiristanlığına gedən yolun asfaltlaşdırılmasına nail olmuşdur. Qəsəbə məscidinin əsaslı təmiri üçün yaxından köməklik göstəmişrdir. Rəhbərlik etdiyi sovxoz SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin diplomunu almışdır. Hələ Bora-digah 1 saylı Çay Fabrikinin direktoru işlədiyi illərdə fabrikin layihəsinin hazırlanması və Gürcüstandan gətirilməsi üçün böyük zəhmət sərf etmişdir. Çayçılıq Aqrar Sənaye Birliyinin rəisi olduğu müddətdə Masallı rayonunda narıngi, feyxoa kimi çoxillik sitrus bitkilərinin, geniş plantasiyaların salınmasında gərgin zəhmət sərf etmişdir. Təcrübəli təsərrüfat rəhbəri kimi rayon miqyaslı problemlərin həllində yaxından iştirak edərək əhalinin dolanışığının təminatı üçün optimal variantlar düşünürdü. Lakin vaxtsız gələn amansız ölüm arzularının gerçəkləşməsinə imkan vermədi. R. Ə. Qurbanov 1998-ci ildə ömrünün 64-cü baharında dünyasını dəyişmişdir. 


Bağışov Böyükağa   Həsən  oğlu - aqronom, əmtəəşünas, təsərrüfat rəhbəri


     1934-cü ildə Masallı  rayon Türkoba   kəndində  anadan  olmuşdur. 1956-cı  ildə   Azətbaycan  Kənd  Təsərrüfatı   İnistutunun  aqronomluq fakultəsinin bitirib. 1959-cü ildən  “Qələbə“ kolxozunun  sədri, 1964-1969-cu illərdə Boradigah qəsəbəsindəki “Telman“ adına sovxozda   direktor, 1969-1971-ci illərdə Masallı rayon Kənd Təsərrüfatı İdarə-sinin rəisi, 1971-1983-cü ilə kimi “Telıman” adına sovxozun direk-toru vəzifələrində  çalışmışdır. 1962-ci ildə Azəraycan Dövlət Üni-veristetin ərzaq mallarının əmtəşünaslığı fakultəsinə daxil olub, 1965-ci ildə həmin universiteti bitirərək əmtəəşünas  ixtisasına   yiyələnib. 24 noyabır 1983-cü ildə dünya- 

sını  dəyişib. 


Ağayev Mütəllim Baloğlan oğlu - müəllim, xalq maarifi təşkilatçısı

     1936-cı ildə Masallı rayonu Türkoba kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunun xalq maarifi  təşkilatçılığının hazırlamması və ixtisaslaşdırması fakultəsinin  iki aylıq  kursunu bitirmişdir. S.Vurğun adına Türkoba kənd orta məktəbində   müəllim, direktor vəzifələrində işləmiş, “Sosializim yarışının qalibi“ döş nişanına layiq görülmüşdür. 6 yanvar 1995-ci ildə vəfat etmişdir. 


Əbilov Fəyaz Rüstəm oğlu - aqronom, bitki mühafizə və karantin mütəxəssisi

    Əbilov Fəyyaz Rüstəm oğlu 1938-ci ilin fevralın 20-də Masallının Türkoba kəndində anadan olmuşdur. İlk təhsilini 7-ci sinfə kimi doğma kəndində vaxtilə "Boyli"nin müsadirə olunmuş  evi olan məktəbdə, ikimərtəbəli binada dərs alıb. 1951-52-ci dərs ilində yeddinci sinfi, sonrakı illərdə isə qonşu Mahmudavar kənd orta məktəbini qurtarıb.

    1956-cı ildə kolxozda üç il işlənişdir.1960/66-ci illərdə Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunun "ümumi aqronomluq" şöbəsində təhsil alıb. 1966-cı ildə Türkoba kəndindəki “Kirov” adına sovxozda ferma və məntəqə müdiri (3 il), tütünçülük briqadiri (1 il), tərəvəz briqadiri (2 il) işləmişdir. Rekord məhsullar əldə etdiyinə görə həmin sovxozda 1970-ci ilə qədər (7 il) çayçılıq aqronomu vəzifəsində çalışmışdır.

    1970-ci ildən 1973-cü ilə kimi Masallı rayonunda baş dövlət tədarük müfəttişi, 1973-cü ildən  1998-ci ilə kimi Masallı Rayon Həmkarlar Təçkilatı Şurasının sədri və eyni zamanda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Puşkin (indiki Bilə-suvar) rayonları üzrə Karantin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində işləmişdir. O, Kommunist Partiyasının üzvü, fərdi, dövlət əhəmiyyətli pensiyaçı olmuşdur.

    Fəyyaz Əbilov 1998-ci ilin aprelində xəstə olduğuna görə ərizəsinə əsasən vəzifədən azad edilməmiş, müalicə üçün Moskvaya getmişdir, 4 dəfə üzərində cərrahiyyə əməliy-yatı aparılıb. O, 2013-cü ildə vəfat etmişdir. 


Kazımov Əbdül   Əli oğlu - filoloq, müəllim

     1936-cı ildə Masallı rayonu  Türkoba   kəndində anadan olmuşdur.  1957-cü ildə V. İ. Lenin  adına Azərbaycan Dövlət Pedaqoji  İnistitu-tunun  dil-ədəbiyyat fakultəsini bitirmişdir. 1957-1959-cu illərdə  Mah-mudavar kənd orta məktəbində dil-ədəbiyyat  müəllimi işləmiş, 1960-2012-ci illərdə S.Vurğun adına Türkoba tam orta məktəbində dil-ədə-biyyat  müəllimi  işləmişdir. 



Kişiyev Almas Naib oğlu - alim-aqronom, təsərrüfat rəhbəri

    1936-cı ildə Masallı rayonunun Türkoba kəndində kolxozçu ailəsində anadan olmuş-dur. Türkoba kənd 7-illik, Boradigah orta məktə-bini bitirmişdir. Türkoba məktəbində təsərrüfat müdiri kimi əmək fəaliyyətinə başlamışdır.

    1961-ci ildə Quba Kənd Təsərrüfatı Texnikumunu bitirib. Həmin ildən başlayaraq Türkoba kəndindəki S.M.Kirov adına kolxozda aqro-texnik, çay briqadiri, tərəvəzçilik üzrə aqronom vəzifələrində işləyib. 1970-ci ildən 1972-ci ilə kimi sovxozda tərəvəzçilik briqadiri işləyib. Məhsul bolluğu yaradılmasında kollektivi səfərbər edib. 

     1972-ci ildən başlayaraq Lənkəran rayonlararası Masallı məntəqə-sində aqronom işləyib. Sonra Masallı Dövlət Toxumçuluq müfəttiş-liyində aqronom-metodist, 1974-cü ilin dekabrından 1977-ci ilə qədər həmin idarədə rəis vəzifəsində işləyib. Həmin ildən Türkoba kəndindəki S.M.Kirov adına sovxozda direktor işləyib.

      1968-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirərk alim-aqronom ixtisasını 

alıb.

     O, "Sosializm yarışının qalibi" döş nişanı, "Əməkdə fərqlənməyə görə", "İgidliyə görə"medalları, "Qırmızı əmək bayrağı"ordeni ilə təltif edilmişdir. 

    A. Kişiyev 1994-cü ildə sentyabrın 16-da dünyasını dəyişib.                                     


Fətullayev Möhübbət Nayıb oğlu - kənd təsərrüfatı üzrə mexanik, nəqliyyatın istismarı üzrə mütəxəssis,, partiya işçisi, təsərrüfat rəhbəri

24.08.1939-cu ildə Türkoba kəndində kolxozşu ailəsində ana-dan olmuşdur. 1957-ci ildə Boradigah kənd orta məktəbini bitirib. Türkoba kəndində “Kirov” adına kolxozda 2 il kolxozçu işləmiş-dir. 1959-cu ildə Kirovabad (indiki Gəncə) şəhərində Azərbaycan Dövlət Kınd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanik-ləşdirməsi fakültəsinə daxil olub, 1964-cü ildə həmin institutu bitirib. 1964/65-ci illərdə Yardımlı rayon Mexanika Birliyində böyük mühəndis, 1966/68-ci illərdə Masallı Mexanika Birliyində istehsalata xidmət stansiyasında böyük mühəndis, 1968/71-ci illər-də Masallı rayon Texnika Birliyində istehsalata xidmət stansiyası üzrə direktor müavini, 1971/73-cü illərdə baş mühəndis, 1973-cü ildən rayonun Qodman kəndindəki “Dimitrov” adına sovxozunda baş mühəndis, həmin ilin sentyabr ayından Bədəlan kəndindəki “Əizbəyov” adına sovxozda ilk partiya komitəsinin katibi vəzifəsində çalışmışdər. 1974/76-cı illərdə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 18.06.1976-cı ildən 2722 saylı Hərbiləşdirilmiş Avtomobil Dəstəsinə rəis təyin edilmişdir. 04.12.2013-cü ildə vəfat etmişdir.


Talıbov Şahmar Sahib oğlu

      14.11.1939-cu ildə Türkoba kəndində anadan olmuşdur. 1962/68-ci illərdə Azər-baycan Dövlət Politexnik İnstitutun mexanika fakültəsini bitirmişdir. 1968-ci ildən Masallı Kənd Təsərrüfatı İdarəsindı mühən-dis, 1969-cu ildə rayon Yerli Sənaye Kombinatında baş mühəndis, 1976-cı ilə qədər Masallı Kərpic Zavodunun müdiri (həmin zavodun ilk yaradıcısı), 1976/79-cu illərdə Aqrar-Sənaye Birliyində mühəndis, 1979/98-ci illərdə Kənd-tikinti Nazirliyinin Masallı Tikinti-Təmir Müəssisələrində, 1979/82-ci illərdə Masallı Keramzit Zavodunda direktor, 1982/84-cü illərdə Mexanizasiya İdarə-sində baş mühəndis, 1984/88-ci illərdə Azərkənd-tikinti Trestində nəqliyyat və mexanizasiya şöbəsinin müdiri, 1988/98-ci illərdə İxtisaslaşdırılmış Avtonəqliyyat Müəssisəsinin direktoru, 1998/2004-cü illərdə Tikinti-Nəqliyyat Səhmdar Cəmiyyətinin sədri, 2004-cü ildən həmin cəmiyyətin baza-sında yaradılmış “Şahmar” firmasının direktoru vəzifələrində çalışmışdır. O, 2014-cü ildə vəfat etmişdir.


Zeynalov Abdulla Yadulla oğlu - filoloq, partiya işçisi,   həmkarlar təşkilatı xadimi

     28.03.1939-cu ildə Türkoba kəndində anadan olmuşdur. Ilk dəfə 1961-ci ildə Sumqayıtda əmək fəaliyyətinə başlayıb. Orada 1 saylı Trestdə, 18 saylı Tikinti İda-rəsində fəhlə işləmiş, 1964-cu S. M. Kirov adına ADU-nin filologiya fakültəsinin axşam şğbəsinə daxil olmuş, 1970-ci ildə oranı bitirmişdir.

     1965/66-cı illərdə Sumqayıt 7 saylı Texniki-Peşə məktəbində, 1967/71-ci illərdə 1 saylı Tikinti Trestinin komsomol komitəsinin katibi, 1971/77-ci illərdə Sumqayıt şəhər Partiya Komitəsində təlimatşı, 1978-ci ilə kimi Suprefosfat Zavodu Həmkarlar Komitə-sinin sədri, 1980-cı ildə həmin trestin partiya komitəsinin katibi vəzifələrində salışmış-dır. Sonralar Azərbaycan Həmkarlar İttifaqları Şurasının Sumqayıt və zonalar şöbəsinin müdiri, Sumqayıt Əmək və Məşğulluq Mərkəzinin  baş mütəxəssisi, direktor müavini vəzifələrində çalışmışdır. .

15 ilə yaxın Sumqayıt şəhər Sovetinin deputatı və 10 ildən artıq mülki və sənaye üzrə deputat komissiyasının sədri olmuşdur. 2003-cü ilin yanvar ayından təqaüdə çıxmış, sonra dünyasını dəyişmişdir.


Ağayev Firudin Baloğlan oğlu - neft mühəndisi, energetik-mühəndis

     1940-ci ildə Masallı rayon Türkoa kəndində anadan olmuşdur. 1969 -cu ildə Azərbaycan   Neft və Kimiya İnistitutunu bitirmişdir. Firudin Ağayev Masallı Elektrik Stansiyasında baş mühəndis, Lənkəran və Sumqayıt şəhərlərində növbətçi mühəndis, baş mühəndisin müavini,   ömrünün son günkərinə kimi Masallı Elektrik Şəbəkəsində baş mü-həndis vəzifəsində işləmiş, 31 iyul 2001-ci ildə vəfat etmişdir.  



Əkbərov Əliniyaz Nağı oğlu - iqtisadçı, partiya-sovet işçisi, dövlət qulluqçusu

    1940-cı ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuş-dur. Əmək fəaliyyətinə 1958-ci ildə kolxozdan başlayıb. 1959-cu ildən ordu sıralarında 2 il 9 ay xidmət etdikdən sonra Maliyyə Nazirliyinin əmri ilə (1962-ci ildə  inistituda imtahan verib qəbul ounduğuna görə) hərbi xidmətdən vaxtından əvvəl tərxis  olunmuş-dur. 1967-ci ildə inistitutu bitirərək əvvəlcə işlədiyi kolxozun baza-sında təşkil olunmuş Türkoba  kəndindəki soxozda 8 il baş iqtisadçı işləmişdir. 

     Ə. Əkbərov 1975-ci ildə Masallı rayon Partiya Komitəsinin par-tiya komisiyasının sədri vəzifəsinə təyin  olunub   Ə. Əkbərov rayon Partiya  Komitə-sində işlədiyi müddətdə Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dovrdə SSRİ Ali Soveti Rəyasət  Heyyətinin 03 oktyabr  1980-cı  il tarixli fərmanı  ilə “Əməkdə   igidliyə görə” medalı ilə təltif olunmuşdur. 1989-cu ildə Masallı rayon XDS İcrayyə Komitəsində işləmişdir .

     Ə. Əkbərov   Masallı  rayon  Çayçılıq  Birliyində, rayon Kənd Təsərrüfatı İdarəsində, Masallı rayon Aqrokombinatında muxtəlif vəzifələrdə, Azərbaycan Respublikası Maliy-yə Nazirliyinin nəzdindəki Auditor Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1993-cu ildən YAP-ın üzvü oilmaqla 2000-ci  ildən  2007-ci   ilə kimi YAP  Masallı rayon təşkilatında icra katibi və aparatın rəhəri   vəzifəsində işləmişdir. 2015-ci ildə Masalı rayonun Tür-koba kəndində vəfat etmişdir.


Rzayeva Ağabacı Qiyas qızı - həkim, ginekoloq-cərrah, SSRİ-nin Səhiyyə əlaçısı

 15 sentyabr 1941-ci ildə Masallı rayonunun Türkoba kəndində ana-dan olmuşdur. Türkoba 7 illik məktəbini tərifnamə ilə qutarmış, Mah-mudavar kənd orta məktəbində təhsilini davam etdirmişdir. Beləliklə, Ağabacı Rzayeva 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Döv-lət Azərbaycan Tibb İnstitutuna daxil olur. 1966-cı ildə Masallı RMX -da 0.25 cərrah, 1 oklad mama-ginekoloq vəzifəsinə təyin olunmuş-dur. 1967-ci ildən Masallı rayon MX-nın doğum şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 

     1968-ci ildə Masallı RMX baş həkiminin təyinatı ilə cərrahi əməliyyatlar aparmaq üçün Respublika Klinik Xəstəxanasına ezam edilmişdir. İki aydan sonra Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekoloq kafedrasının müdiri, professor Ş. İsrafilbəyli və xəstəxananın rəhbərliyinin imzası ilə müvafiq praktik imtahandan sonra A. Rzayevaya mamalıq-cərrahi əməliyyatların aparılması üçün "xeyir-dua" veril-di. 

     1972-1978-ci illərdə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini işləyərkən  evdə doğuşların ləğv edilməsi ilə bağlı daim səhuyyə maarifi ilə məşğul olmuşdur. O, 1979-cu ildə "Sosializm yarışının qalibi", 1984-cü ildə "SSRİ Səhiyyə əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1985-ci ildə I dərəcəli, 1995-ci ildən iki dəfə ali kateqoriyalı mama-ginekoloq adını almışdır. A. Rzayeva Respublika Qadınlarının I, II, III qurultaylarının, çoxsaylı respublika partiya fəalları yığıncaqlarının, Azərbaycan KP-nin XXVIII qurultayının nümayəndəsi olmuşdur. O, 20 may 2016-cı ildə vəfat etmişdir.


Qurbanov Qurban   Gülağa oğlu - müəllim, padaqoq, Qabaqcıl təhsil işçisi, “İlin ən 

yaxşı müəllimi”, Əməkdar müəllim

      1942-ci ildə anadan olub. 1957-ci ildə yediillik məktəbi tərif-namə ilə bitirib. 1966-cı ildən 1969-cu ilədək Türkoba kənd mək-təbində müəllimlik fəaliyyətinə başlayıb. Çalışdığı kollektivdə təc-rübəli pedaqoq kimi tanınıb. 1987-ci ildə baş müəllim adına, 2001-ci ildə Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsində birinci dərəcəli diplom, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, 400 nəfərin iştirak etdiyi “Qəlbimi uşaqlara verirəm” mühazirə müsa-biqəsində birinci dərəcəli diploma, 2005-ci ildə Respublika Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanına, 2007-ci ildə “Müəllimlər günü”ndə Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən təhsil sahəsində qazandığı uğurlara görə Fəxri Fərmana, 3 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezi-dentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.


Quliyev  Səyyad Lətif  oğlu - filoloq (ingilis dili üzrə), müəllim, xalq maarufu təşki-latçısı

    20 oktyabr 1944-cü  ildə Masallı ryonun Türkoba  kən-dində   anadan olmuşdur. 1961-ci ildə orta məktəbi  bitirdik-dən sonra Bakı şəhər 3 saylı çörək zavodunda fəhlə, 1962-ci ildə Türkoba   kənd  səkkizil-lik məktəində katib işləmişdir. 1964-cü ildə M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyat İnistitutruna qəbul  olunmuş, 1970-ci  ildə   həmin inistitutu bitirmişdir. 1966-1967-ci illərdə Türkoa kənd  orta   məktəbində ingilis  dili müəllimi, 1969-1970-ci tədris ilində tədris işləri üzrə direktor müavini, 1970-1979-cu illərdə tərbiyə işləri üzrə   direktor  müavini, 1979-1980-cı illərdə direktor  vəzifələrində işlə-mişdir. 1980-ci ildən 2012-ci ilə kimi S.Vurğun adına Türkoba kənd orta məktəbində tərbiyə işləri üzrə direktor  müavini vəzifəsində işləmişdir.


Əbilov Güləhməd ... oğlu - idman mütəxəssisisi, müəllim

     Əbilov Güləhməd ... oğlu  -ci ildə Türkoba kəndində anadan olub. O əsl idman fədaisi, qanı və canı ilə, bütün varlığı ilə idmana, bədən tərbiyəsinə bağlı bir insan olub. İdmanın futbol, voleybol, həndbol, basketbol, yüngül atletika, şahmat, dama və digər növ-lərini şagirdlərə həvəslə öyrətmişdir. Onun yetirdiyi idmançılar rayon və respublika turnirlərində mükafatlara layiq yerlər tutmuşlar. Türkoba kəndinin furbol və voleybol komandalarının, həmçinin rayon voleybol komandasının uzun illər kapitanı olmuşdur. Onun rəhbərliyi ilə Tür-kobanın futbol və voleybol komandaları dəfələrlə rayon çempionu olmuşdur. G. Əbilov mərd, qorxmaz, cəsarətli, sədaqətli bir insan olmuşdir. O,  -ci ildə dünyasını dəyişib.


Nuriyeva Validə Dadaş qızı - filoloq (ingilis dili üzrə), pedaqoq, xalq maarifi təş-kilatçısı ,partiya işçisi

     10 oktyabr 1945-ci ildə Masallı rayonun Türkoba kəndində  ana-dan olub. 1963-cü ildə Xarici Dillər İnistitutuna qəbul olunub. 1968 -ci ildən Türkoba səkkizillik məktəbində ingilis dili müəlimi  işlə-yib.

     1980-cı ildən 1985-ci ilin  noyabr ayına kimi Türkoba kənd  orta məktəbində direktor kimi fəaliyyət  göstərib. 

     1985-ci ildən 1991-ci ilin sentyabr ayına kimi Masallı rayon Partiya   Komitəsinin  katibi vəzifəsində, 1997-ci ilə  qədər S. Vur-ğun  adına Türkoba kəınd  orta  məktəbində dərs hissə müdrü, 1998 -ci ildən 2011-ci ilə kimi Türkoba kənd tam orta məktəbində direktor vəzifəsində işlə-mişdir. 


Məmmədov Zöhrab Mehrab oğlu - mühəndis, təsərrüfat rəhbəri


     25 sentyabr 1948-ci ildə Masallı rayonun Türkoba kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Politexnik İnisti-tutuna daxil olmuş, həmin ildən Azərit-tifaqın Bakı Sənaye Kominatında çalışıb.1970-ci ildə Azərbaycan  Respublikası Maarif Nazirliyi Lahiyə bürosunda çalışmış, həmin ilin  noyabrından 1972-ci ilə  kimi   Bakı Qaz İdarəsində I dərəcəli qaz çilingəri,  IV   dərəcəli usta  olub. 1973-cü ilin avqust ayından Bakıdan Masallıya  köçüb, rayon Təmir-Tikinti sahəsində istehsalat ustası, 1980-cı ildə  Masallı   Aqrar İstehsalat  Birliyinə inşaat  mühəndisi  vəzifəsinə qəbul olun-muşdur. 1981-ci ildə təşkilatçı-lığını  nəzərə  alaraq respublika Kənd Tikinti  Nazirliyinin 3 saylı Azərkənd-tikinti Trestinin 34 saylı səy-yar mexanikləşdirilmiş (SMD) dəstəsinin iş icraçısı vəzifəsinə irəli çəkilir. 1987-ci ildə Masallı Tikinti-Quraşdırma İdarəsində çalışmış-dır. Masallı Rayon  Sovetinin  deputatı olan Zöhrab  Məmmədov 1990-cı ildən 1992-ci il  aprelin   ayının 16-dək Masallı rayon Kənd Mənzil Kommunal Təsərrüfatı İdarəsinin müdiri vəzifə-sində   çalışmışdır. 


Tağıyev Asif Nəcəf oğlu – aqronom, partiya işçisi, təsərrüfat rəhbəri

1949-cu ildə Boradigah qəsəbəsində xidmətçi ailəsində doğulub. 1970/75-ci illərdə Kirovabad (indiki Gəncə) şəhərindəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Masalı rayonlararası Bitki Mühafizə Stansiyasında müşahidəçi aqro-nom, rayon Aqrar Sənaye Birliyində böyük aqronom, Bitki Mühafizə Stansiyasının rəisi, Boradigah 1 saylı Çay Fabrikinin direktoru, Tür-koba və Şatıroba kəndlərində sovxoz direktoru, Masallı rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələ-rində işləmişdir.


Ağayev Kazım Baloğlan oğlu - hüquqşünas, müstəntiq, prokurorluq orqanları işçisi

     Azərbaycan Dövlət Univeristetinin  hüquq fakultəsini  bitirib. 1987 -ci ilin mart ayında prokurorluq orqanlarında işə qəbul olun-maqla, Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi, Respublika Baş Prokurorluğu İstintaq  İdarəsinin   prokuroru, Ağcəbədi və Lerik   rayon prokuroru, Respublika Baş Prokurorluğunda İstintaq İdarəsinin  rəis   müavini - şöbə rəisi, Respublika   Hərbi  Prokurorluğunun İstintaq  İda-rəsinin  rəis   müavini vəzifəsində  işləmişdir. K. Ağayev  hazırda Azər-baycan  Respublikası   Hərbi  prokurorluğunun  şöbə prokuroru vəzifə-sində  çalışır. 


Ağayev Yusif   Heydər oğlu - hüquqşünas, müstəmtiq, prokurorluq orqanları işçisi

09 aprel 1951-ci   ildə Masallı  rayonun  Türkoba   kəndində  anadan olmuşdur. Orta  məktəbi bitirdikdən  sonra   bir  müddət  Sumqayıt 1 saylı İstilik Elektrik Mərkəzində  fəhlə  işləmiş, 1971-ci  ildə ADU-nin hüquq fakultəsinə  daxil olmuşdur. 1978-ci ildə oranı müvəffəqiyətlə  bitirmiş, iki il istehsalatda  çalışmışdır. 1980-cı ilin yanvarında  təyi-natla Naxçıvan şəhər Prokurorluğuna baş müstəntq, 1983-cü ilin  yan-var  ayından 1985-ci  ilin   fevral  ayına kimi Naxçıvan MR Prokuror-luğunda böyük müstəntiq, 1985-ci ilin fevralından 1989-cu ilin sentyabır ayına kimi orada Muxtar Respublika   prokurorunun  böyük  köməkçisi, 1989-cu ilin sentyabr ayın-dan 1990-cı ilin avqust ayına kimi MR Prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1990-cı ilin avqustundan 1991-ci ilin avqustuna kimi Əlibayramlı (Şivan)  şəhər   proku-rorluğunda baş  müstəntiq, 1991-ci ilin avqustundan 1994-cü ilin may ayına kimi Salyan rayon Prokurorunun  baş  müstəntiqi, 1994-cü ilin may ayından  1997-ci ilin mart ayına kimi Cəlilabad rayon Prokurorunun  baş müstəntiqi, 1997-ci ilin mart ayından 2001-ci ilin mart ayına kimi   Qobustan rayon Prokurorunun   müavini, 2001-ci ilin mart ayından 2006-cı ilin mart ayına kimi Xızı rayon Prokuroru, 2006-ci ilin iyun ayından Bakı şəhər Prokurorluğunda Dövlət İttihamı Mühafizəsi Şöbəsinin Prokuroru, 2007-ci ilin avqust ayından hal hazıra kimi Sumqayıt Şəhər Prokurorunun   köməkçisi vəzifəsində  işləyir. 


Süfəddin Pərvaz oğlu Məmmədov - idman mütəxəssisi, məşqçi

1957-ci ildə Türkoba kəndində anadan olub. 1977-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirən S. Məmmədov gələcək həyatını Türkoba kəndinə idmanın inkişafına sərf edib, uğurlu nəticələrə nail olub. Lürən, Qəzvinoba, Türkoba məktəblərində Süfəddin müəllim şagirdlərdə idmana böyük maraq oyadıb. Hazırda Türkoba kəndində idman metodisti işləməklə yanaşı, kənd məktəbində fiziki tərbiyə müəllimi işləyir. O, Güləhməd Əbi-lovun yetişdirməsidir. Süfəddin müəllim işlədiyi illər ərzində idmanın bütün növləri üzrə rayon və Respublika yarışlarında iştirak etmişdir. Rəhbərlik etdiyi futbol və voleybol komandaları rayon çempionu olmuşdur. Son illərdə yetirmələri olan Türkoba voleybolçularının rayon məktəbliləri arasında fəxri yer tutması dediyimizə sübutdur. S. Məmmədov məşqçisi olduğu və yarışa hazırladığı voleybolçular 3 il dalbadal respublika çempionu olmuşdur. Məktəb (gənclər yığma) komandası 2000-2012-ci illər ərzində Respublika və Azərbaycan çempionu olmuşdur. Onun yetirmələrindən 20-25 nəfər Res-publika yarışlarında ustalığa namizəd normasını doldurub, yetişdirdiyi idmançılardan Azərbaycanın gənclərdən ibarət yığma komandasında oynamışlar. SSRİ İdman Ustası Vasif Talıbov gənclər arasında olimpiya çempionu olub, SSRİ-nin yığma komandasında çıxış edib. 


Məmmədov Nəsimi Nəriman oğlu - yol hərəkətinin təhlükəsizliyi üzrə mütəxəssis

     19 mart 1958-ci ildə Türkoba kəndində anadan olub. 1974-1975-ci tədris ilində S. Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə Almaniyada ordu sıralarında xidmət edib. 1978-ci ildən Moskva şəhərində Lixaçov adına Avtomobil zavodunda fəhlə işləyib. Polis mayoru  Nəsimi  Məmmədov   çətin və zəhmət  dolu  bir  həyat yolu keçmişdir. 1979-1983-cü illərdə Orlovsk vilayətində Dövlət Yol Polisi ixtisası üzrə ali təhsil almışdır. 1983-1985-ci illərdə Bakı şəhər Baş Dövlət Polis İdarəsində baş inspektor, 1985-1993-cü illərdə DYPB- nin baş inspektoru vəzifəsində işləmişdir. Lənkəran rayonunda yol hərəkətinin  təhlükəsizliyi keşiyində  dayanan kollektiv bu gün N. Məmmədovun  təcrübəsindən   faydalanır, ondan dəyərli məsləhətlər   alır. 1993-cü ildən hal hazıra kimi Lənkəran şəhər DYPB-nin rəisi vəzifəsində işləyir, polis mayorudur. 


Ağayev Qasım Mirzəli oğlu - hüquqşünas, gömrük xidməti mütəxəssisi

     11 dekabr 1961-ci ildə  Masallı rayonun Türkoba kəndində  anadan olmuşdur. 1989-cü illərdə Bakı Dövlər Ünveristetinin hüquq fakül-təsini bitirmişdir. 1991/92-ci illərdə muxtəlif  orqanlarda   məsul vəzi-fələrdə  işləmiş, 1992-ci ildən Gömrük orqanlarında  gömrük inspek-toru kimi işə başlamışdır. Hazırda Astara Gömrük İdarəsində baş tədqiqatçı ,gömrük xidməti  polkovnik -lentinantıdır.  


Abdullayev Kamran Sahib oğlu - həkim-stomatoloq, iş adamı

  11 mart 1961-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. 1968-1978-ci illərdə S. Vurğun adına Türkoba kənd orta mək-təbini bitirib. 1978-ci ildən S. M. Kirov adına sovxozda Adil Ağa-yevin başçılıq etdiyi inşaat briqadasında çalışıb. 1979-1980-ci illərdə rayonumuzun Boradigah Çay Fabrikində işləyib. 1980-1982-ci illərdə Belarusiyanın Minsk şəhərində ordu sıralarında xidmət etmiş-dir. Orduda Sov. İKP-nin sıralarına qəbul edilmişdir. 1982-1983-cü illər-də 5 nömrəli Yol Tikinti İdarəsində işləmişdir. 1983-1988-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stoma-tologiya fakültəsini bitirmişdir. 1988-1989-cu illərdə Lənkəran şəhər stomatoloji polik-linikasında həkim-stomatoloq, 1989-1993-cü illərdə Masallı rayon Mərkəzi Xəstəxana- sının Tüklə kənd həkim ambulatoriyasında həkim-stomatoloq vəzifəsində çalışıb.  

       1993-cü ilin iyun ayından 1998-ci ilə kimi Sankt-Peterburq şəhərində “ERLAND” Alman firmasında həkim-stomatoloq, 1998-1999-cu illərdə xarici firmaların birində maliyyə direktoru vəzifəsində işləmişdir. 1999-cu il noyabrın 12-də Masallıda Böyük Britaniya - Azərbaycan Birgə Müəssisəsini (“İST“ -İnternational Soles Tobacco-Bey-nəlxalq Tütün Ticarəti) yaratmış, təsisçisi və baş direktoru olmuşdur. Müəssisə 2002-ci ilin mart ayına kimi fəaliyyət göstərmişdir. 2002-2007-ci illərdə Sankt-Peterburq şəhə-rində “TABAK OPTORQ” Şirkətinin maliyyə direktoru vəzifəsində işləmişdir. 2007-ci ildə doğma Azərbaycana qayıdıb, hazırda Kamran Abdullayev dünyamın 60-dan çox ölkəsində olmuşdur. Türkiyə, Fransa, İtaliya, Finlandiya, İspaniya, Andora, Pakistan, İraq, İran, Almaniya, Böyük Britaniya və s. ölkələrdə olmaqla, Qarabağ həqiqətlərini bütün dünyaya çatdıraraq doğma Azərbaycanımızın çiçəklənməsi naminə çalışmışdır. 

     2010-cu ildə Avstriyada Avropa Futbol Federasiyasının sədri, əfsanəvi futbolçu Mi-şel Platini ilə Minsk şəhərində görüşmüş, Azərbaycan futbolunun bu günü və gələcəyi barədə söhbətlər etmişdir. Kamran müəllim 2011-ci ildə AFFA-nın 100 illiyi ilə əla-qədar əfsanəvi futbolçunun Azərbaycana dəvət olunmasının təşəbbüskarı kimi çıxış etmişdir.


Sadıxov Zahid Ayaz oğlu (AğaZahid)





       Din xadimləri: 


1. Seyidzadə Mirəziz Mirəsgər oğlu - əmtəəşünas, ilahiyyatçı, fəlsəfə elmləri nam-izədi, yazıçı


     1949-cu il fevral ayının 14-də Türkoba kəndində anadan olub. 1958-1968-ci illərdə S. Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 1978-1982-ci illərdə Astara şəhər “Cümə” məscidində Axund vəzifəsində çalışıb. 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki ikiillik xarici dillər kursunun “Ərəb dili” şöbəsini əla qiymətlə başa vurub. 1984-1988-ci illərdə Masallı şəhər “Cümə“ məscidində Axund vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Bakı İslam Universitetində oxuyub. 1998-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri vəzifəsini icra edib. Qafqaz Müsəlmanları Tuhani İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvüdür. 1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İtti-faqının üzvüdür. “Qızıl Qələm“ media mükafatına layiq görülüb. 2000-ci ildən Azər-baycan Respublikası Ağsaqqallar Şurasının üzvü olmuşdur. 2002-ci ildə aylıq “Kəlam“ elmi-ədəbi, publisistik jurnalını təsis edib. Həmin dövrdən jurnalın baş redaktoru və 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 12 sentyabr 2004-cü ildə   ”İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu” adlı din nəzəriyyəsi və tarixi (ila-hiyyat) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 20 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verib. 1991, 1993, 1996, 1998, 2004-cü illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. Ailəlidir - beş övladı var. 


Kitabları:


 “İslami söhbətlər” (Dərslik, 448 səh. ) 1 hissə . Bakı -1996

“Allahımı belə tanıdım” (Bakı -1998)

“İslamı söhbətlər” (Dərslik, 524 səh.) 2 hissə . Bakı - 2002

“İslamı söhbətlər” (Dərslik, 688 şəh. Yeni nəşr) Bakı - 2003 

“İmam Əlinin qısa kəlamları” (Tərcümə, 30 şəh.) Bakı - 1991

“Bulud ağlamasa” (209 səh.) Bakı - 2006

“Elmin qapısı” (650 şəh.) Bakı - 2008

“Divan” (472 səh.) Bakı - 2008

2. Xəlilov Rövşən Firudin oğlu


Məscidlər və ziyarətgahlar









              Türkoba kənd Cümə məscidi                                         Seyid Əzizağa ziyarətgahı

Yazarlar:


Əliyev  Qulamhüseyn  Hüsrət oğlu (Bax “Alimlər” bölümünə)

Seyidzadə Mirəziz Mirəsgər oğlu (Əziz Pünhan) (Bax “Din xadimləri” bölümünə)

Məmmədov Məmmədağa Fəyyaz oğlu (Bax Qəzvinoba kəndi üzrə “Kənd ziyalıları”  bölümünə)

Əliyev Rafiq Yadulla oğlu (Əli Rafiq)

Sadıxov Elxan Eydman oğlu (Elxan Sadıq)

Həsənov Peyman Oğayət oğlu (Peyman Oğayət)

Sadıxov Zahid Ayaz oğlu (AğaZahid)


Qəhrəman analar: 6 nəfər


Səhiyyə:


1961/62-ci illərdə Türkoba kəndində MTS-də ilk feldşer-mama məntəqəsi yaradılmışdır. Baba Qurbanov, Əbdül Əliyev məntəqənin ilk müdirləri ol-muşlar. 1985-ci ildə Türkoba feldşer-mama məntəqəsinin bazasında həkim ambulatoriyası yaradıldı. Tofiq İsmayıl oğlu Fətullayev məntəqənin ilk mü-diri olmuşdur. Sonra isə türkobalı Bəhmən Ayaz oğlu Əliyev məntəqənin baş həkimi vəzifəsində işləmişdir. Həkim məntəqəsi 2014-cü ildə yeni binaya köçürülmüşdür. Hazırda Hüseynov Şahnəzər Əbdül oğlu məntəqənin müdiri vəzifəsində salışır.


Poçt və rabitə


      Türkoba kəndində poçt və rabitə şöbəsi 1956-cı ildə yaradılıb. Şöbənin ilk müdiri İdris adlı şəxs olub. Sonra isə Mirzə Cəfərov, Əlimərdan Hidayətov, Hüseynağa Ağayev, Malik Əliyev və b. olmuşlar. Hal hazırda poçt şöbəsinə 

Ağayar Səfərov rəhbərlik edir.


Xeyriyyəçilər:


Əliyev Əlizadə Yadulla oğlu

Əsgərov Nəsimi Bayraməli oğlu

Ağayev Əfsər Sabir oğlu

Həsənov Hafiz Oğayət oğlu

Sadıxov Səxavəddin Mirvəli oğlu

Ağayev Mirsalam Mürüvvət oğlu



İnfrastrukrur:


     Türkoba i.ə. dairəsində 2 tam orta, 1 ümumi orta məktəb binası, 4 məscid, 17 çayxana, 20   mağaza, 2 aptek, 2 kitabxana, 4 yeməkxana, 2 həkim ambu-latoriyası, 1 poşt şöbəsi, 5 bərbərxana, 2 kitabxana, 1 mebel sexi, 1 ağac materiallarının satışı və emalı sexi, 1 maşın təmiri sexi və s. vardır.


Kəndin adı: Qəzvinoba


Əhalisi: 1541 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 788, qadın - 753 nəfər


Ərazisi: 318 ha 


Kəndin adının mənası:


 
     Qəzvinoba şəffaf toponimidir. Bu yaşayış yerinin Qəzvinoba adlanması İranın Qəz-vin şəhərinin bir qrup sakinlərinin rayonumuzun ərazisinə köçüb gəlməsi ilə bağlıdır. Buranın ilk sakinləri XIII əsrdə həmin şəhərdən gələn türkdilli tayfalar olmuşdur. Onların yaşadığı məhəllə cəmi 2-3 ailədən ibarət olmuşdur. Məhəllə sonra böyüdüyünə görə bütün kənd Qəzvinoba şəklində adlanmağa başlamışdır.     

     “Qəzvinoba - Qəzinoba - qəzvinlilər obası deməkdir. Orta əsrlərdə İranın Qəzvin şəhərinin bir qrup sakini naməlum səbəblərdən bu yerlərə pənah gətirmiş və yeni yaşayış yeri Qəzvinoba adlanmağa başlamışdır” (Musarza Mirzəyev. “Talış toponimlə-rinin qısa izahlı lüğəti”, səh. 41, Musarza Mirzəyev, Şahrza Ağayev. “Masallı toponim-

ləri”, səh 19).


Coğrafi mövqeyi:


 
Rayon mərkəzindən cənub istiqamətdə, Masallı-Boradigah-Lənkaran şosse yolunun 25 km-nin hər iki hissəsində yerləşir.


Həmsərhəd olduğu kəndlər: 


Cənubdan Türkoba kəndi, 

şimaldan Boradigah qəsəbəsi, 

şərqdən Şatıroba, 

qərbdən Tüklə kəndləri ilə həmsərhəddir.


Əhalinin əsas məşğuliyyəti:


 Kənd əhalisi əsasən əkinçilik və ticarətlə məşğul olur.


Tarixi abidələri haqqında 


     Qəzvinoba kəndindəki “Vilə təpə” kurqanı tarixi abidədir. Uzaq keçmışlərdən xəbər   verir. Maraqlıdır ki, burada dəfn olunmuş naməlum şəxslərin xatirəsi ilə ələqadar  nə vaxtsa  əkilmiş güllər və çiçəklər  indi də   bitir. Görünür ki, yerli əhali  bu kurqanı  “gül butası”,  “güllü təpə”   adlandırmaqda səhvə yol verməmişlər. 


Böyük Vətən Müharibəsində iştirak edənlər, həlak olanlar və sağ qalanlar barədə 


İştirak edənlər   - 120 nəfər

Həlak olanlar   - 35 nəfər

Sağ  qlan  -         yoxdur. 


Qarabağ uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinlər haqqında:


 
Əliyev Şöhrət Fazil oğlu (Bax yuxarıda “Şəgidlər” bölümünə)

Məmmədov Anar Cavad oğlu (Bax yuxarıda “Şəgidlər” bölümünə)


Kəndin   ziyalıları: 


Cəfərov Əliniyaz Səməd oğlu - müəllim

      1915-ci ildə Qəzvinoba kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunda 2 illik kurs keçmişdir. Qəzvinoba, Boradigah qəsəbə 2 saylı orta məktəbində müəllim işləmişdir. 27.05.1986-cı ildə vəfat etmişdir.





Xanmuradov Məmməd Seyid Şərif (Kəkə) oğlu - ruyaziyyatçı-fizik, müəllim, xalq maarifi təşkilatçısı

      10.06.1916-cı ildə Lənkəran qəzasının Təngərüd kəndində anadan olub. 1936-cı ildən rayonun Bədəlan kənd məktəbində müəllim, 1944/45-ci illərdə tədris işləri üzrə direktor müavini, 1945/64-cü illərdə Şatıroba kənd 7-illik məktəbində müdir, direktor və tədris işləri üzrə direktor müavini, 1964/70-ci illərdə Türkoba kənd orta məktəbində müəllim, direktor müavini, 1970/88-ci illərdə Qəzvinoba kənd 8-illik məktəbində fizika-riyaziyyat fənləri üzrə müəllim işləmişdir. 07.03. 1990-cı ildə vəfat etmişdir.


Bağırov Məmmədağa Murtuza oğlu - tarixçi-coğrafiyaçı, müəllim, xalq maarifi təşkilatçısı

   1923-cü ildə Qəzvinoba kəndində anadan olub. APİ-nin tarix-coğrafiya fakültəsini bitirib. O. Miyankü, Molloba əsas, Mahmudavar orta məktəbinlərdə direktor, Boradigah qəsəbə orta məktəbində, Qəz-vinoba kənd 8-illik məkətəblərində muüəllim, direktor müavini vəzi-fəsində işləmişdir. 07.03.1989-cu ildə vəfat etmişdir.





Hüseynov Əbdül Fətəli oğlu - tarixçi-coğrafiyaçı, müəllim, xalq maarifi təşkilatçısı

     20.06.1927-ci ildə Qəzvinoba kəndində doğulmuşdir. APİ-nin tarix-coğrafiya fakültəsini bitirib. Müxtəlif illərdə Masallı rayonun Şatıroba məktəbində müəllim, 30 ildən artıq Tüklə kənd orta məktə-bində direktor vəzifəsində işləmiş, ömrünün sonuna qədər orada çalış-mışdır.





Qasımov Böyükxan Nüsrət oğlu - bioloq, baş müəllim, iş adamı

      20.09.1936-cı ildə Qəzvinoba kəndinin Qala məhəlləsində dün-yaya göz açıb. 1955/ 57-ci illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1963/68-ci illərdə ADU-nun biolo-giya fakültəsində təhsil almışdır. Pedaqoji fəaliyyətinə Mahmudavar kınd orta məktəbində başlayıb, 50 ilə yaxın müıllimlik fəaliyyəti ilə məşğul olujb. 12.09. 1986-cı ildə ona baş müəllim adı verilmişdir. 20.09.1997-ci ildə “Qala-1” kəndli-fermer təsərrüfatını yaratmışdır. 1996-cı ildə təqaüdə çıxmış, sonra dünyasını dəyişmişdir.


Ağayev Yəhya Murtuza oğlu - zootexnik, “Qırmızı sünbül“ mükafatı laureatı, 

Əməkdar zootexnik

12 noyabır 1937-ci ildə Masallı rayonun Qəzvinova kəndində   anadan olmuşdur. 1965-ci ildə ali təhsini başa vurduqdan sonra rayonun  ayrı-ayrı təsərrüfatlarında zootexnik kimi fəaliyyət göstərmişdir. Y.  Ağayev 1967-ci ildə Ümumittifaq LKGİ-nin “Qırmızı sünbül“ müka-fatını almış, əmək fəaliyyəti  respublikanın  “Əməkdar zootexnik” fəxri adı ilə qiymətləndirilib. 1973-cü ildə Masallı rayon Kənd Təsər-rüfatı İdarəsinin baş zootexniki təyin olunmuşdur. 1981-ci ildə Tüklə kəndindəki “Gürcüstan“, 1989-cu ildə “Qəzvinoba“ sovxozunun  direktoru, 1993-cü  ildə “Şatıroba“ sovxozuna baş vəzifələrinə zootexnik təyin edilmiş- dir.


Məmmədov Məmmədağa Fəyyaz oğlu - kimyaçı-bioloq, müəllim, padaqoq, Əməkdar müəllim, Qabaqcıl maarif xadimi, yazıçı

     1937-ci il Masallı rayonun Qəzvinoba kəndində anadan olmuş-dur. M. Məmmədov 1962-ci ildə Gəncə Dövlət Pedaqoji İnistitu-tunu bitirmişdir. Boradigah 2 saylı orta məktəbində kimiya-biolo-giya müəllimi vəzifəsində işləmişdir. Qabaqcıl   müəllim  kimi dəfə-lərlə respublika müəllimlərinin VI və VII qurultaylarında iştirak edib. “Əməkdar  müəllim”, “Qabaqcıl maarif xadimi”, baş müəllim, ali katiqoriyalı metodist müəllim fəxri adlarına layiq görülmüş, “Əməkdə igidliyə görə “medalı ilə təltif olunmşdur. LDU-nin nəş-riyatı onun ali məktəblərə qəbul olunanlara kömək məqsədilə test kitabını nəşr etmişdir. 

     M. Məmmədov “Ömür keçdi, gün keçdi” və “Nə yaxşı ki, sən varsan“ kitabının    müəllifidir.  


Niftullayev Balağa Sadıx oğlu - hüquqşünas, prokurorluq orqanları işçisi, baş ədliyyə müşaviri

     05.05.1937-ci ildə Qəzvinoba kəndində Qala məhəlləsində qulluq-çu ailəsində anadan olmuşdur. 1957/62-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almlıdır. Fəal tələbə olduğuna görə o, respublika Prokurorluöunda işə qəbul edilib. 05.08.1962-ci ildən 29.07.1963-cü ilə Lənkəran rayon pro-kurorluğunda təhqiqatçı-müstəntiq, 1960-cı ildə Gədəbəy rayon pro-kurorunun köməkçisi vəzifəsinə göndərilmişdir. 06.04.1966-cı ildə Respublika Prokurorunun əmri ilə Naxçıvan MR prokurorunun köməkçisi, 04.04.1967-ci ildə Naxçıvan MR-nın İliç (indiki Şərur) rayonunun pro-kuroru vəzifəsinə təyin edilmiş, 1974-cü ilə kimi həmin vəzifədə çalışmışdır. 10. 07. 1974-cü ildən 21.01.1980-cı ilə kimi Neftçala rayon prokurorunun köməkşisi, 21.01. 1980-ci ildə Respublika Prokurorluğunun şöbə prokuroru, sonralar şöbənin baş pro-kuroru təyin olnmuş, müxtəlif mükafatlara layiq görülmüşdür.

     17.08.1988-ci ildən  06.06.1997-ci ilə kimi Azərbaycan Nəqliyyat Prokurorluğunun istintaq şöbəsinin rəisi vəzifəsindı işləmiş, oradan təqaüdə çıxmışdır. Baş ədliyyə müşa-viri rütbəsinə qədər yüksəlmişdir.


Niftullayev Vaqif Sadıx oğlu - hüquqşünas, isyintaq-əməliyyat işçisi, vəkil

     18.101941-ci ildə Qəzvinoba kəndində anadan olub. 1960/63-cü illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1967/73-cü illərdə Azərbaycan Dövvlət Universitetinin hüquq fakültəsində təhsil almış-dır. Təhsil aldığı illərdə Azərbaycan Respublikası Maarif Nazirliyində təftişçi, sonra isə təftiş bölməsinin rəisi vəzifısində işləmişdir. 1973/95-ci illərdə Azərbaycan Respublikası DİN-nin Əzizbəyov, Kirov, Suraxanı rayonlarında, Bakı şəhər Baş Polis İdarəsində və Nazirliyin Baş İstintaq İdarəsində müstəntiq, baş müs-təntiq, istintaq şöbəsinin rəisi, rəisin müavini vəzifələrində salışmış, polis polkovnik-leytenantı rütbəsində təqaüdə çıxmışdır. Haliyədə Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının Rəyasət Heyəti-nin üzvü olmaqla, Bakı şəhərindəki 3 saylı Hüquq Məs-ləhətxanasında vəkil kimi fəaliyyətini davam etdirir.


Babayev Söhbət Heybət oğlu - cərrahi endoskopiya üzrə həkim

     1956-cı ildə Qəzvinoba kəndində anadan olub. 1980-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1987-ci ildə təhsilini başa vurub. 1990/92-ci illərdə Ural Həkimləri Təkmilləşdirmə İnstitutun kliniki ordinaturasında (cərrahi endoskopiya) təhsil alıb. Çelyabinsk şəhərində tibbə aid səmərəli təklifləri olan tibbi məqalələrlə daim çıxışlar etmişdir.

     1992-ci ildə vətənə gələrək Səhiyyə Nazirliyi tərəfindən Pespub-lika Diaqnostika Mərkəzinə göndərilmişdir. Həmin ildə Qarabağ müharibəsində hərbi-həkim kimi fəaliyyət göstərmişdir. 13.10.1992-ci ildə Mərkəzi Hərbi Klinik Qospitalın- da endoskopiya şöbəsinin rəisi vəzifəsinə təyin üdilmişdir. Azərbaycan ordusunda endo-skopiya xidmətinin təşkili ona tapşırılmış, Azərbaycan Silahlı Qüvvələrində bu işin təş-kili onun adı ilə bağlıdır. 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.


Həsənov Oktay   Güləli oğlu - filoloq (rus dili üzrə), müəllim, xalq maarifi təşkilatçısı

     15.10.1956-ci ildə Qəzvinoba kəndində anadan olmuşdur. 1975 /77-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. 1977/82-ci illər-də M. F. Axundov adına Xarici Dillər İnstitutunda təhsil alıb. Tür-koba kənd orta məktəbində 2008-ci ilin yanvar ayına kimi rus dili müəllimi işləmişdir. Həmin ildən 2019-cu ilə Qızvinoba kənd orta məktəbində direktor vəzifəsində işləmişdir. 2019-cu ildə vəfat etmiş-dir.



Əliyev Əzizulla Bayraməli oğlu - həkim-ftiziatr, səhiyyə təşkilatçısı

     1957-ci ildə Qəzvinoba kəndində anadan olub. 1980/86-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1986-cı ildən Masallı rayon Ağ Ciyər Xəstəlikləri Dispanserində həkim-laborant, həkim-ftiziatr vəzi-fələrində işləmişdir. 2006-cı ilin 01 aprel tarixindən həmin dispanse-rin baş həkimi vəzifəsinə təyin edilmişdir. Haliyədə dispanserdə sıravi həkim kimi fəaliyyət götərir.



Şükürov Əlvan Əliheydər oğlu - dəmir-yol mütəxəssisi, nəqliyyatda hərəkətin təh-lükəsizliyi üzrə polis işçisi

     01 aprel 1960-cı ildə Masallıl  rayonun  Qəzvinob kəndində  ana-dan olmuşdur. 1977-ci ildə Bakı Dəmir-Yol Texnikumunun tikinti  şöbəsinə daxil olmuş, 1980-cı ildə  həmin məktəbi bitirmişdir. 1980-1982-ci illərdə ordu sıralarında xidmətdən sonra Moskva şəhərinin Riysk vağzalında milis  nəfəri-serjant rütbəsində  çalışıb. 1983-1987-ci  illərdə Moskva Milis Akademiyasını bitirib. Moskva yaxınlığında DİO -da 15 il çalışıb, baş leytenant, mayor rütbəsinə  kimi   yüksəlib. Bakı Dəmir-Yol Nəqliyyatının Polis  idarəsinin XPM-nın rəisi vəzi-fəsində işləyib.  Hazırda Azərbaycan  Respublikası DİN  NBPİ-nin   DYNBPİ Sabunçu Xətt Po-lis   şöbəsinin rəis müavini, polis   mayorudur. 


Hüseynov Elçin Əbdül oğlu - neft mühəndisi, avtomobil nəqliyyatının istismarı üzrə mühəndis

     26.12.1965-ci ildə Qəzvinoba kəndində anandan olub. Hişkədərə kənd orta mək-təbini bitirdikdən sonra ordu sıralarında xidmət etmiş, Əfqanıstan-sovet müharibəsində iştirak etmişdir. 1982/86-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Leninqrad (Sankt-Peterburq) Politexnik İnstitutunun avtomobil nəqliyyatının istismarı şöbəsini bitirmiş, aspiranturaya qəbul olunmuşdur. Haliyədə həmin şəhərdə yaşayır və işləyir.


İlk məktəb 


    1946-cı ildə Qəzvinoba kəndində ilk məktəb yaradılıb və ilk müəllim Nüsrət Musa oğlu Qasımov olub. O, 1911-ci ildə Qəzvinoba kəndinin Qala məhəlləsində anadan olub. 1930-cu ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititrib. 

16.10.1930-ci ildə Yardımlı rayonunun Arus kəndində müəllim işlə-yib.

26.11.1931-ci ildə Telavar kənd məktəbinin müdiri, 25.09.1932-ci ildə Üçtəpə q/x cavanlar məktəbinin müdiri, 18.09.1933-cü ildə Ma-sallı rayon Tüklə kənd ibtidai məktəbinin müdiri, 01.03.1934-cü il Mahmudavar q/x cavanlar məktəbinin müdiri, 27.02.1935-ci il Bədəlan TOO məktəbində müəllim, 14. 12.1937-ci Masallı RXMŞ-nin metodisti, 14.08.1937-ci il Bədəlan TOO məktəbində dərs hissə müdiri, 30.09.1938-ci ildə Masallı RXMŞ-nin müdiri, 11.01.1939-cu ildə RXMŞ-nin Bədəlan TOO direktoru vəzifələrondə çalışmış, 26.01.1942-ci ildə ordu sıralarına şağrılmış, BVM-də həlak olmuşdur.


İlk ali təhsilli şəxslər: 


Nüsrət Musa oğlu Qasımov olub.


İlk kolxoz sədri


Hüseynov Səyyad Cabbar oğlu 1906-cı ildə Qəzvinoba kəndində anadan olmuşdur. 1938-ci ildə Qəzvinoba kəndindəki “Qızıl ordu” kolxozuna sədr seçilmişdir. 1941-ci ildə cəbhəyə getmiş, 1945-ci ildə qələbə ilə vətənə qayı-dan S. Hüseynov əhalinin istəyinə əsasən kənddə həmin kolxoza sədr seçil-mişdir. 1949/50-ci illərdə kolxoz sədrləri hazırlayan məktəbin nəzdində 6 aylıq kursu bitirmişdir. 1950-ci ildən kolxozlar birləşdikdən sonra Yürkoba kəndindəki “Kirov” adına kolxoxda anbardar işləmişdir. 31.12.1958-ci ildə vəfat etmişdir.


Yazarlar


Məmmədağa Fəyyaz oğlu Məmmədov (Bax yuxarıda “Kəndin ziyalıları” bölümünə)


Din xadimləri: 


Səmədi Bilal Əbil oğlu (1908-ci ildə Qəzvinoba kəndində anadan olub. 1920-ci illərin axırlarında atası gənc Bilalı və xalası oğlu, rayonun Babaser kəndindən olan, sonradan şeyx, axund kimi tanınan Qüdrəti Ərdəbil şəhərinə ruhani məktəbində təhsil almağa göndərmişdir. Şeyx Qüdrət vətənə qayıtsa da, Bilal Səmədi İranda fars-ərəb dillərinə mükəmməl yiyələndikdın sonra İraqın Ən - Nəcəf şəhərində ali ruhani təhsili almışdır. B. Səmədi 1986-cı ildə 80 yaşında vəfat etmiş, Qum şəhərindəki “Fəxri xiyaban”da dəfn edil-mişdir.


Kəndin adı: Şatıroba


Əhalisi: 1925 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 1030 nəfər, qadın -  895 nəfər


Ərazisi: 348 ha


Coğrafi mövqeyi:


 Rayon mərkəzindən 26 km cənubda, Türkoba ərazisinin şərqində Lənkəran rayonunun

Qumbaşı kəndi ilə həmsərhəddir.


Kəndin əsas məşğuliyyəti: 


 Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə - əkinçilik, maldarlıqla məşğul olur.


Həmsərhəd olduğu kəndlər: 


Şərqdən Lənkaran rayonunun Qumbaşı kəndi, 

qərbdən və cənubdan Türkoba kəndi, 

şimaldan Qəzvinoba kəndi ilə həmsərhəddir.


Kəndin adının mənası:


 
     Şatıroba toponiminin mənasını müxtəlif şəkildə izah etmək olar. Türklər çörək bişirən adama “şatır” deyirlər. Bərdə və Cəlilabad rayonlarında Şatırlı adında kəndlərin olması bu fikri təsdiq edə bilər. Şatıroba yaşayış yeri kimi təxminən 200-250 il bundan əvvəl yaranmışdır. Kənd əhalisinin fikrincə isə kəndin adı bu yaşayış yerinin talış dilindəki adı olan Şatoba sözündən yaranmışdır. Şatoba - “əyri oba” deməkdir. Bu ad kəndin coğrafi şəraitinə də tam uyğundur. Digər obalardan - Qəzvinoba və Türkobadan kənarda olduğuna görə belə adlandırılmışdır.

     “Şatıroba toponiminin mənasını müxtəlif şəkildə izah etmək olar. Kənsin adı Şatıroba deyil, Şatobadır. Şatoba toponimi təhrif edilərək Şatəroba şəklinə salınmışdır.belə toponim Talış zonası üçün xarakterikdir. Kənd talış dilində Şatoba adlanır, mənası “əyri oba” deməkdir. Talış dilində “şat” sözü ilə bağlı olan təkcə Lerik rayonunda Şatəpeşt (əyribel), Şatəxıncol ( əyriküpə quyusu), Şatədə (əyri ədərə), Şatə-ron (əyri yollar), Şatənqə adlarında hidronimlər və oronimlər vardır. Respublikamızın digər rayonlarında Əyrivəng, Əyridərə (Gədəbəy r.), Əyritala (Balakən r.) və s. topo-nimlər də Şatoba (Əyrioba) oykoniminə uyğun yaradılıb “ (Musarza Mirzəyev. “Talış toponimlərinin qısa izahlı lüğəti”, səh. 54-55, Musarza Mirzəyev, Şahrza Ağayev. “Ma-sallı toponimləri”, səh 56-57).


Kəndində tarixi abidələr:



“Seyyidbaba ocağı”nda - Mir Abdulla piri   

 

                                                                        Şatırobanın Seyidoba məhəlləsinin 

                                                                         günçıxan tərəfində “Qərib seyyidin qəbri” 

Məscidlər


Şatıroba kəndinin Fəttoba və Erəxoba məhəlləsində iki məscid vardır.








Eraxoba məhəlləsində məscid.                Fəttoba məhəlləsindəki məscidin təmirdən     

XX əsrə aid olan abidə.                           sonrakı görünüşü.


Böyük Vətən Müharibəsində iştirak edənlər, həlak olanlar və sağ qa-lanlar  haqqında :


İştirak edənlər   -160 nəfər

Həlak  olanlar    - 45  nəfər

Sağ qalan          - 1 nəfər 


Fəttayev Ağamir Möhüb oğlu 01 iyun 1924-cü ildə Şatıroba kəndində anadan olmuş, 2014-cü ildə vəfat etmişdir. 


Qarabağ uğrunda gedən döyüşlərdə Milli qəhrəman və şəhid olmuş sakinlər haqqında: 


  Hüseynov
 Səttar Muxtar oğlu (Bax yuxarıda “Şəhidlər” bölümünə)

Əkbərov Natiq Xosrov oğlu (Bax yuxarıda “Şəhidlər” bölümünə)


Kəndin ziyalıları: 


Kəndin digər tanınmışları: 



Səriyyə Paşa qızı Fəttayeva - tütünçü, Sosialist Əməyi Qəhrəmanı

      Yüksək tütün məhsulu təhvil verdiyinə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Həmin illərdə şatırobalı briqadir Aslan Nəzərov da “Lenin” ordeni ilə təltif edilmişdir. 


İlk məktəb 

               Şatıroba kəndində ilk məktəb 1946-cı ildə açılıb.


                                 İlk müəllim


Rəhimov Söhrab İsmayıl oğlu - riyaziyyatçı-mexanik, müəllim, xalq maarifi təşkilatçısı


     O, 29.03.1938-ci ildə Şatıroba kəndində anadan olub. İlk əvvəl Lənkəəran Pedaqoji Texnikumunu sonra isə 1957-ci ildə BDU-nin mexanika-riyaziyyat fakültəsini bitirərək müıllim kimi fəaliyyətə başlayıb. Yardımlı rayonunun Zevin, Masallı rayonunun Türkoba, Mahmudavar, Miyankü, Qodman, Qəz-vinoba kəndlərində fizika-riyaziyyat fənlərini tədris etmişdir. Ömrünün 33 ili təkcə Şatıroba kənd məktəbi ilə bağlıdır, 8 il həmin məktəbin direktoru vəzi-fəsində çalışıb. O, 2014-cü ildə dünyasını dıyişib.


İlk ali təhsilli şəxslər 


Rəhimov Söhrab İsmayıl oğlu (Bax yuxarıda “İlk müəllimlər” bölümünə)


Yazarlar


1. Hüseynov İsa Qardaş oğlu

     15.05.1962-ci ildə Şatıroba kəndində anadan olub. Jurnilst Sə-nətkarlığı İnstitutunu qiyabi bitirmişdir. AJB-nin üzvü,. Respub-likanın mütəlif qəzet və jurnallarında 250-dən artıq məqalə və bədii yazıları dərc olunmuş, 14 kitabın müəllifidir. 





2. Sadıxov Elxan Eydman oğlu


Ziyalılar


Rəhimov İsmayıl Ağarəhim oğlu – Masallı meşə idarəsinin müdir

Tağıyev Tağı Məhərrəməli oğlu -

Tağıyev Nəcəf Məhərrəməli oğlu – Masallı RPK-nın katibi,

Tağıyev Asif Nəcəf oğlu – Rayon Nəzarət Şöbəsinin müdiri

Malıyev Söhrab Həmzə oğlu –sovxoz partiya komitəsinin katibi,

Rəhimom Mirzahid Səfər oğlu -ərazinin tanınmış fiziki

Əkbərov Müseyib Mikayıl oğlu-Şatırobada ilk bələdiyyə sədir, məktəb direktoru,

Əkbərova Telnaz Kamil qızı – Çatıroba məktəbində direktor,

Hüseynov Qaraxan Mirzə oğlu -

Malıyev Adıgözəl Söhrab oğlu

Səfərov Rövşən Feyruz oğlubələdiyyə sədri, məktəb direktoru,

Abbasov Abasqulu Şahmar oğlu –kəndin tanınmış riyaziyyatçısı,

Ağayev Ağaddin Mirzəli oğlu – Şatıroba məktəbinin direktoru,

Ağayev Subəddin Mirzəli oğlu –Şatıroba məktəbinin direktoru

Səfərova Nazı Ağamalı qızı – “Tərəqqi” medallı,

Səfərova Ülviyyə Mirzəki qızı – Şatırobada məktəb direktor işləyib,

Rəhimov Rahid Vəliəhəd oğlu – Şatiroba məktəbində direktor

Səfərov Ağayar Vidadi oğlu –Terkoba kənd poçt şöbəsinin müdiri.


Din xadimləri: 


Molla İbrahim Hacıbala oğlu

Fəttayev Ağamir Möhüb oğlu

Həbibov Möhübbət Həbib oğlu

Fəttayev Mirəzim Seyidəmir oğlu

Rəhimov Elşad Aydın oğlu


Türkoba İnzibati Dairəsi üzrə materialların hazırlanmasında bizə yaxından kömək etdiyi üçün İsa Hüseynova dərin təşəkkürümüz bildiririk.


“Masallı ensiklopediyası”nı hazırlayan qrup.













 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10