Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masalli ensiklopediyası” – 16-ci yazı, GÖYƏÇÖL Inzibati Ərazi Dairəsi


“Masalli ensiklopediyası” – 16-ci yazı, GÖYƏÇÖL Inzibati Ərazi  Dairəsi  


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la , hər 2 nömrə Watshap, )


Xodaşirin Cəbiyev: - 0 50 429 05 96: 0 70 542 54 30 (Watshap)


Əlizaman Baxış:  - 0 50 427 70 25  (Watshap)

Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mah-mudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü,  Təklə kənd İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Göyəçöl İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
  2. 
https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
  3. 
https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. 
https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html
5. 
https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. 
https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
7. 
https://cenub.az/11164-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-mahmudavar-nzibati-razi-dairsi.html)

8. https://cenub.az/11185-masall-ensklopediyas-tqdim-edir-8-ci-yaz-tzknd-nzibati-razi-dairsi.html

9. https://cenub.az/11214-masallnn-ensiklopediyas-9-cu-yaz-khn-alvad-nzibati-razi-dairsi.html

10.https://cenub.az/11282-masallnn-ensiklopediyas-10-cu-yaz-qodman-nzibati-razi-dairsi.html
11.
https://cenub.az/11311-masall-ensiklopediyas-yeyenknd-nzibati-razi-dairsi-11-ci-yaz.html

12. https://cenub.az/11371-masall-ensiklopediyas-smidxan-nzibati-razi-dairsi-12-ci-yaz.html

13. https://cenub.az/11422-masall-ensiklopediyas-axrl-nzibati-razi-dairsi-13-c-yaz.html

14.​https://cenub.az/11457-masall-ensiklopediyas-14-c-yaz-miyank-nzibati-razi-dairsi.html​​​
15.​https://cenub.az/11576-masall-ensiklopediyas-15-ci-yaz-tkl-nzibati-razi-dairsi.html​​​


16-ci yazı – Göyəçöl İnzibati Ərazi Dairəsi


Göyəçöl İnzibati Ərazi Dairəsi bir kəndi – Göyəçöl kəndini əhatə edir.


 



Ərazinin özəllikləri:


1. Respublikada ən gənc – 20 yaşında Sosialist Əməyi Qəhrəmanı adını qazanan göyəçöllü xanım Güldəstə Ağayeva İsa qızı bu kəndin övladıdır.


2. 1970-ci ildə rayonda əltopu idman növünün ilk təşkilatçısı və oyunçusu İldırım Zamanov  (onun komandası respublika çempionatında 1-ci  yer tutub ) bu kənddəndir. 


3. Voleybol üzrə bu kənddən olan 3 idmançı  SSRİ   İdman Ustası adını qazanıb.


4. Yolu Niftiyev bu kənddə 40 il məktəb direktoru vəzifəsində çalışıb.


5. Eyni vaxtda Masallı rayonun  icra başçısı (Ağəddin Niftiyev) və onun 1-ci müavini (Həzənağa Abiyev) bu kənddən olub.



Ərazinin müxtəlif vəzifələrdə işləmiş sakinləri:


Kənddə:


Yaqubov Kitabəli Yaqub oğlu – Sovet hökuməti yarananda partiya fəalı olub. Kolxoz yarananda isə sədr seçilib.

Şükürov Şükür – kolxoza sədrlik edənlərdən olub, müharibədən qayıtmayıb.

Niftiyev Abduləli – kolxozda rəhbər vəzifə daşıyıb.

Əmiraslanova Kifayət – kənddə kolxoz sədri, Yeddioymaq  və İsgəndərli kəndlərində XDS-nin sədri olub.

Rüstəmov Rüstəm  - Xirmandalı kəndində XDS-nin sədri olub.

Tağıyev Məmməd – kolxoz sədri olub.

Tağıyeva İnci – kolxoz sədri və rayonda digər vəzifələrdə çalışıb.

Abıyev Əlipənah Nağı oğlu  - kənddəki “Komsomol” kolxozunun sədri olub.

Tağıyev Xəzər İsmayıl oğlu  -  RİH-nin Sərçuvar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi.

Nuriyev Alim İbrahim oğlu –  sovxozda Baş iqtisadçı.


Rayonda:


Şükürov Zeydulla Əkbər oğlu  Masallı Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi olub.

Niftiyev Yolu İman oğlu        –    Masallı Rayon Partiya Komitəsində partiya, həmkarlar, komsomol təşkilat şöbəsinin müdiri.

Niftiyev Ağaddin Aslan oğlu  - 1992–1993-cü illərdə Masallı RİH-in Başçısı vəzifəsində çalışıb. 

Abiyev Həsənağa Əlipənah oğlu  - Masallı RİH Başçısının I müavini işləyib.
Məmmədov Nizam Əlihəsən oğlu - Masallı RİH-də Mülki Müdafiə Qərargahının rəisi, şöbə müdiri, Baş məsləhətçi olub.

Bağırov Kamil Zülfü oğlu –   Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonunda Baş məsləhətçisidir.

Həsənov Oqtay İsabala oğlu   -   Masallı RİH Aparatının yerli idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi.

Nəzərov Hekayət  Qardaşxan oğlu  –  Millət Vəkili Məşhur Məmmədovun köməkçisi.

Abdullayev Ayaz – Masallı Rayon Maliyyə Şöbəsinin müdiri olub.

Tofiq  Əsgərov Akif -  Masallı İHB aparatında və hazırda Masallı Təhsil şöbəsində məsləhtçi.

Həsənov Xudayar- Hazırda Masallı kommunal Təsəərrüfat İstehsal Birliyinin müdiri,

Ayaz Abdullayev – Masallı sığorta idarəsinin müdiri.


Ölkədə:


1. Rəhimov Xudayar Hənifə oğlu   -  . “AzərAqrarTikinti” şirkətinin vtse-prezidnti, Cəlilabad Yol İdarəsinin Direktoro. Respublikanın Əməkdar mühəndisdir. 


2.Abdullayev Abduləli Mehman oğlu  polis polkovniki, respublika DİN-də  kadrlatr şöbəsinin müdiri işləyib


3. Nəhmətli Səftər – Təhsil Nazirliyində idarə rəisi və Nazirliyin Kollegiya üzvü olub.


4. Məlikova Ülkər Mustafa qızı –   "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert.


5. İsazadə Faiq Oktay oğlu -  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində müstəntiq.


6. Niftiyev Azər Ağaddin oğlu – Sosial Media Mərkəzinin direktoru.

(Ətraflı “ Ərazinin müxtəlif vəzifələrdə işləmiş sakinləri” bölümündə).


Ərazidə ilklər:


Bu kənddə İlk mədrəsə tipli məktəb 1922-ci ilə açılıb.


Göyəçöl kəndində ilk məktəb 1929-cu ildə açılıb.  


Bu kəndd İlk müəllim və direktor Lənkəran şəhərindən gəlmiş Əkbərov Yəhya Hacıağa oğlu olmuşdur. 


(Ətraflı “Kənddə məktəb və ilk müəllim” bölümündə) 

Niftiyev Yolu İman oğlu –  kənddə  ilk ali təhsilli müəllim olub.

 Şükürov Zeydulla Əkbər oğlu – kəndin ilk ədliyyə işçisi.

Niftiyev Səyyad         –               kənddən ilk polis işçisi.

Niftiyev Azər Ağaddin oğlu    -      Azərbaycanda ilk maarifləndirici tibbi informasiya resurslarını - Təbib.az və Klinik.az portallarını təsis edib.


Göyəçöl kəndinin əhalisi:  3619 nəfər;

o cümlədən:  kişi: 1969 nəfər;   qadın: 1950 nəfər. 


Ərazisi:                             832 ha


Ərazinin adını daşıyan Göyəçöl kəndinin adının mənası: Göy, geniş çöl anlamını verir.

 
Kəndin qısa tarixçəsi:


“Göyəçöl sözü göy cəmən, göy çöl mənalarını ehtiva etdiyindən heyvandarlığa yararlı hesab edilmiş, əcdadlarımız tərəfindən secilmiş və məskunlaşmaq üçün münasib hesab edilmişdir. Əvvəlcə Viləş cayının üstündə məskunlaşan əcdadlarımız təxminən 250 ildən cox o ərazidə yaşamış, təxminən 450 il əvvəl hazırkı yaşayış məntəqəsinə köçmüşlər. Həmin ərazi kəndin ən yüksək hissəsi olduğu üçün Müsakücə kəndindən Xıl kəndinə girişə qədər ilk evlər tikilmişdir. Beləliklə, kəndin yaşının 750 il olduğu müəyyən edilir. 

1982-çi ildə baş verən subasma zamanı geoloji xəritələr əsasında müəyyən etdik ki, kəndin bu hissəsi digər hissəsindən 1 metr-1,2 metr yüksəklikdədir.

125 yaşlı Ələsgər babanın deməsinə görə, Göyəçöl kəndinin bünövrəsini Şirvandan gələn yeddi qardaş qoyub. Sonralar Qarabağdan gələnlər də burda məskunlaşıblar.

Kəndin adı ərazinin toponomik şəraitinə uyğun olaraq Göyəçöl, Göyçöl, Gençöl və Gəyəçöl kimi adlanıb. Əhalinin sənədləşməsi zamanı Gəyəçöl kimi yazılıb. Kəndin tarixi adı barədə ilk dəfə 1982-çi ildə cap olunmuş ASE- nin 6-cı cildinin 108-ci səhifəsindəki şəkillərdə “ "Göyəçöl”   -  Azərb. SSR Masallı r-nunda kənd. Göyəçöl sovetliyinin mərkəzi. Rayon mərkəzindən 6 km c -ş-də, Bakı-Astara avtomobil yolu kənarında, Lənkəran ovalığındadır”, - yazılıb. 1930-cu ildən dövlət sənədlərində Göyəçöl yazılıb. 

1981-ildə Göyəçöldə sovetlik yaranarkən möhürdə Göyəçöl yazılmışdı. Eyni zamanda "Komsomol"sovxozunun möhüründə də Göyəçöl yazılmışdı”.

(Bu bölüm üçün materialları təqdim etdi: Nizam Əlihəsən oğlu).


 
Yaşlı nəslin nümayəndələrinin dediklərinə görə, bu kəndin tarixi qədim olsa da, indiki əraziyə köçmələri 300 ildən bir az artıq vaxta təsadüf edir. Əvvəl bu kənd Viləş çayının üstündə “Arxarası“ deyilən yerdə imiş. Əsasən çəmənlikdən ibarət olan bu böyük əraziyə geniş, göy çöl deyirlərmiş və hazırda Göyəçöl kimi formalaşmışdır. Göyəçöl kəndi 1980-ci il də Musaküçə kənd sovetliyindən ayrılmış, müstəqil Göyəçöl sovetliyi yaranmışdır. 

 
Coğrafi mövqeyi:         Köhnə Bakı-Astara magistral yolunun kənarında, Lənkəran ovalığında, düzənlik sahədə yerləşir.

 
Kəndlilərin əsas məşğuliyyəti:  Əkinçilik və heyvandarlıq, sənətkarlıq.


 
Həmsərhəd olduğu kəndlər:Qərbdən Musakücə, cənubdan Lürən, cənub-şərqdən Xıl,  şərqdən Şıxlar və Qasımlı kəndləri ilə həmsərhəddir.

 
Kənddə ilk məktəbin açıldığı tarix və ilk müəllimlər:

 

Göyəçöl kəndində ilk məktəbin açılışı 1929-cu ildə olub, məktəbin ilk müəllimi və direktoru Lənkəran şəhərindən gəlmiş Əkbərov Yəhya Hacıağa oğlu olmuşdur. Qazax rayonundan Sücayət müəllim və Musaküçə kəndindən Mamed (Məmməd) müəllim ilk müəllimlərdəndir.


 

Şəkil Göyəçöl məktəbinin 1992-çi ildə tikilmiş binasının qarşısında cəkilib.



Göyəçöl kəndində ilk məktəbin tarixinə aid ikinci fikir də var. Sovet hökuməti 1920-çi ildə yaranan kimi Nəriman Nərimanov ölkədə təhsilə ciddi önəm verib.Yerlərdə yaranan ilk partiya təşkilatları maarifləndirməyə səfərbər olub.


Kənd sakini Məmmədov Əlihəsən Məhəmmədcəfər oğlu 1910-cu ildə anadan olub. Onun deməsinə görə, o vaxt Yaqubov Kitabəli Yaqub oğlu kəndin partiya fəallarından biri kimi çalışıb. Bu, təxminən 1920-1922-çi illər arası olub. O vaxt Göyəçölün imkanlı adamı olan Abıyev Yunus Məşdi Abılı oğlunun ikimərtəbəli evi müsadirə edilib və həmin iki mərtəbəli ev indiki Milli Qəhrəman Mübariz İbrahimov adına küçədə olub. Həmin evdən məktəb, uşaq bağcası və kənd soveti binası kimi istifadə olunub. O vaxt Göyəçöl kəndi Lənkəran qəzasının tərkibində idi. Sovet dövründən əvvəl də Göyəçöldə mədrəsə tipli məktəb fəaliyyət göstərib. Bunları nəzərə alsaq, Göyəçöldə məktəbin tarixi 1922-çi ilə təsadüf edir. 

Müharibədən dərhal sonra  çiy kərpicdən kənddə məktəb binası tikilib. 1969-cu ildə Yolu müəllimin məktəb direktoru, Əlipənah Abıyevin sovxoz direktoru olduğu vaxt əvvəl palçıqdan, sonra qırmızı kərpicdən sinif olaqları tikilib və orta məktəb statusu alıb.

1992-çi ildə Göyəçöl kəndində ilk müasir tipli,  614 şagird yerlik məktəb binası tikilib. O vaxt Göyəçöl məktəbinin direktoru Şükürov Vaqif Şükür oğlu olub

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Göyəçöldə müasir tipli, 264 yerlik məktəb binası qısa  vaxt ərzində tikilib istifadəyə verilib. Məktəb direktoru İsrafilov Vasif Asif oğlu olub.



Kəndin ilk ali təhsillisi: 


Niftiyev Yolu İman oğlu


1921-ci ildə Masallı rayonun Göyəçöl kəndində anadan olub. 1950-ci ildə Pedaqoji İnstitutun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1957-ci ildə təhsilini bitirmişdir, Gəyəçöl kəndində pedaqoji fəaliyyətini davam etdirib. 2006-cı ildə 77 yaşında Göyəçöl kəndində vəfat edib.

 

Ərazinin I Qarabağ şəhidləri:


1. İsayev Elşad Yaşar oğlu
2. Paşazadə Siyavuş Əziz oğlu
3. Həsənov Nicat Xıdır oğlu
4. Hüseynov Bahəddin Süleyman oğlu
5. Eynullayev Əlizadə Abduləli oğlu
6. Quliyev Cəbi Subhan oğlu
 
(Ətraflı “Şəhidlər” bölümündə).


Ərazinin alimləri:


Elmlər doktorları:


Qafarov Ağadadaş Həsrət oğlu – iqtisad elmləri doktoru, professor.

Niftiyev Ağaddin Aslan oğlu --  riyaziyyat üzrə elmlər doktoru, professor.


Fəlsəfə doktorları:


Abdullayev Əbdüləli Mehman oğlu – hüquq üzrə fəlsəfə doktoru, dosent.

Niftiyev Şaiq Yolu oğlu    –          geologiya üzrə fəlsəfə doktoru. 

Şükürov Əlişirin Səyədulla oğlu - fizika-riyaziyyat elmləri namizədi.

Nəhmətli Səftər –                           kimya elmləri namizədi.

Niftili Anar Ağaddin oğlu  -          fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor. 

Əhmədov Saleh    -                       fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

Əmiraslanov Sadiq   -                   geologiya-minerologiya üzrə fəlsəfə doktoru


Dissertantlar:


Murtuzayeva Aybəniz Ağaddin qızı – riyaziyyat üzrə dissertant.

Məlikova Ülkər Mustafa qızı -     hüquq üzrə dissertant.

(Ətraflı “Alimlər” Bölümündə).


Ərazinin yazarları:


1. Şükürov Kəramət Rza oğlu  - şair-jurnalist.

2. Həsənov Həsənbala Həsən oğlu (Yetim)   –    şair-publisist. “Şərəf nişanı” ordeni

3. Əliyev Miriş İbrahim oğlu (Mirməmməd ağa)    – şair.

4. Məmiyev İlyas Məmiş oğlu (İlyas Ərnəfəs) -  yazıçı, şair, publisist.

5. Şükürov Əlişirin Səyədulla oğlu – şair-publisist.

6. Kənan Muxtar  - şair-ssenarist, 2 kitab müəllifidir.
 
7. Məmmədhüseyn Şükürlü – bir neçə şer kitabının müəllifi 


Ərazidə fəxri ad, orden-medal alanlar:


1. Həsənova Züleyxa Əskərəli qızı-  Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman anadır.

2. Ağayeva Güldəstə İsa qızı -Sosialist Əməyi Qəhrəmanıdır.
3. Həsənov Həsənbala Həsən oğlu - “Şərəf nişanı” ordenli.
 

Polis zabitləri:


1. Eynullayev Tələt Xiləli oğlu   – polis polkovnik-leytenantı.

2. Feyzullayev Şirbala Alı oğlu   – polis mayoru.

3. Bayramov Ağasəf Yasər oğlu  -  polis polkovniki. 

4. Niftiyev Səyyad – kənddən ilk polis işçisi. Yardımlı Rayon Polis Şöbəsinin rəisi müavini işləmişdir.

5. Abdullayev Abduləli Mehman oğlu – polis polkovniki.


 Ərazinin iş adamları, xeyriyyəçilər:


1. Əbülfəzov Qulu Fəttah oğlu - 
. Bakı şəhərində “NEW MED” Yeni Tibb klinikası mərkəzində baş həkim işləyir.

2. Quliyev Xaləddin Surət oğlu - ”Paşa-K” firmasında direktor vəzifəsində işləmişdir.
 3. Rzayev İlqar Davud oğlu   -  
“Riyad” Mühafizə baş idarəsində rəis müavini.
 4. Təzəxan və Mühacir Əmənovlar

6. Niftiyev Zaur 

7. Rəhimov Xudayar


II Dünya Müharibəsindədə iştirak edənlər:


II Dünya müharibəsində 300 nəfərə yaxın kənd sakini iştirak edib, onlardan 97 nəfəri geri qayıtmayıb, 203 nəfər sağ qayıdıb. 



Kəndin I Qarabağ müharibəsi şəhidləri:


 


1. İsayev Elşad Yaşar oğlu

1974-cü ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, 1991-ci ildə Göyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Səfiyan və Pircahan kəndlərinin müdafiəsində döyüşmüş, 1993-cü il martın 31-də Kəlbəcərə göndərildi. Murovdağda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub, kənd qəbiristanlığında dəfn olunmuşdur. Göyəçöl kənd uşaq bağçası şəhid Elşad İsayevin adını daşıyır.

2. Paşazadə Siyavuş Əziz oğlu

1974-cü ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, 1991-ci ildə Göyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə hərbi xidmətə çağırılmış Fizuli, Qubadlı, Laçın istiqamətində vuruşmuşdu. Laçın bölgəsinin Səfiyan kəndində gedən döyüşlərdə oktyabr ayının 9-da şəhid olmuş, kənd qəbiristanlığında dəfn edilib.

3. Həsənov Nicat Xıdır oğlu

 
1973-cü ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, 1990-cı ildə Gəyəçöl kənd orta məktəbini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə çağırılmışdır. Ağdam cəbhəsində, Qalayçılar, Fərrux, Qaralar, Serxavənd, Çıldıran, Qazançı kəndlərinin düşməndən təmizlənməsində igidlik və şücaət göstərmişdir. Oktyabrın 31-də Qazançı kəndinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur, kənd qəbiristanlığında dəfn olunub, Göyəçöl kənd tam orta məktəbi Nicat Həsənovun adını daşıyır.

4. Hüseynov Bahəddin Süleyman oğlu


1973-cü ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub. 1990-cı ildə Göyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Laçın bölgəsində döyüşlərdə iştirak etmiş, 1992-ci il oktyabrın 19-da Laçın bölgəsinin Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Kənd qəbiristanlığında dəfn olunub. Göyəçöl həkim məntəqəsi Bahəddin Hüseynovun adını daşıyır.

5. Eynullayev Əlizadə Abduləli oğlu

1975-ci ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, 1992-ci ildə Göyəçöl kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü il yanvarın 27-də Beyləqan ərazisində gedən döyüşlərdə şəhid olub. Kənd qəbiristanlığında dəfn olunub.

6. Quliyev Cəbi Subhan oğlu

1968-ci il də Masallı rayonu Göyəçöl kəndində anadan olub. 1985-ci ildə Göyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə getmişdir. 1994-cü ilin iyun ayında Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb, iyunun 2-də Bakı şəhərindəki hərbi qospitalda vəfat etmişdir. Kənd qəbiristanlığında dəfn olunub.

 
II Qarabağ Müharibəsi iştiralçıları:


Kənddə rəhbər işdə çalışanlar:


Kənddə:


Yaqubov Kitabəli Yaqub oğlu – Sovet hökuməti yarananda partiya fəalı olub. Kolxoz yarananda sədr seçilib. II Dünya Müharibəsinə gedib, qayıtmayıb.


Şükürov Şükür  – kolxoza sədrlik edənlərdən olub, müharibədən qayıtmayıb.


Niftiyev Abduləli – kolxozda rəhbər vəzifə daşıyıb.


Əmiraslanova Kifayət  – kənddə kolxoz sədri, Yeddioymaq  və İsgəndərli kəndlərində XDS-nin sədri olub. Rüstəmov Rüstəm Xirmandalı kəndində XDS-nin sədri olub.


Tağıyev Məmməd  – kolxoz sədri olub.


Tağıyeva İnci  –  kolxoz sədri və rayonda digər vəzifələrdə çalışıb.


Kəndin tanınmışları haqqında daha ətraflı məlumatlar


Abıyev Əlipənah Nağı oğlu  - (1924-1984). "Komsomol" kolxozunun sədri olub.


 


Oktyabr 1963- cü ildə "Komsomol"kolxozunun sədri kimi fəaliyyətə başladı. Ə. Abıyev orta ixtisas təhsilli mühasib idi. Buna qədər rayonun Yeddioymaq,Şərəfə, Banbaşı və Güllütəpə kəndlərindəki kolxozlarda mühasib, baş mühasib vəzifələrində işləmişdi.

Göyəçöldə 17 il rəhbər vəzifədə işləmişdir. Ə. Abıyev işlədiyi dövrdə Göyəçöl kənd xəstəxanası Baş həkim Ağahüseyn Ağayevin rəhbərliyi ilə respublikanın rayonlarında tanındı.

Kənddə hamam inşa edildi,1978-ci ildə 140-yerlik uşaq bağçası tikilib istifadəyə verildi. Sovxoz ücün idarə binası, heyvandarlıq fermaları tikildi. Ə. Abıyev 1966-1967 -ci illərdə sovxoz və kolxoz rəhbərlərinin bir illik ixtisasartırma kursunda təhsil almışdır ki, bu da ali təhsil səviyyəsinə bərabər bir status sayılırdı. Onun rəhbərliyi ilə kənddə bir çox infrastruktur dəyişiklikləri baş verdi:

-Kənd qəbristanlığının ətrafı hasarlandı.

- Göyəçölə gələn yolun təmiri oldu.

- Yolun ətrafına ağaclar əkildi.


Nuriyev Alim İbrahim oğlu – “Komsomol” sovxozunda Baş iqtisadçı. 


  5 yanvar 1949-cu ildə Göyəçöl kəndində dünyaya gəlmişdir. 1967-1972-çi illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda oxumuşdur. Təyinatla Masallı Rayon Statiska İdarəsində operator, 1975-çi ildən Göyəçöl "Komsomol" soxozunda əmək haqqı üzrə iqtisadçı, 1985-çi ildən isə SSRİ dağılana qədər baş iqtisadçı işləmişdir. Hazırda təqaüdçüdür.



Tağıyev Xəzər İsmayıl oğlu  - Masallı RİH-nin Sərçuvar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi. 

  20 May 1989-cu ildə Masallı rayonunun Göyəçöl kəndində doğulub.

Azərbaycan İnşaat və Memarlıq Universitetini bitirib. 2012-2018-ci illərdə müxtəlif şirkətlərdə nəzarətçi, topoqraf, icraçı mühəndis, sahə rəisi vəzifələrində çalışıb. 3-cü dərəcəli Dövlət qulluqçusudur.


Zeydulla Əkbər oğlu Şükürov  (1910-1993). Hüquqşünas.



Zeydulla Şükürov hüquq təhsili aldıqdan sonra Masallıda Ərzaq Ehtiyat Fondunun direktoru olub, Rayon Komsomol Komitəsində çalışıb və bu vəzifədən komsomol göndərişi ilə hüquq sahəsində işə göndərilib. Masallıda müstəntiq,Yardımlıda prokuror kimi fəaliyyət göstərmişdir. Partiya göndərişi ilə Masallı  Kənd Təsərrüfatı idarəsinə rəis göndərilmişdir. 1942-1958-ci illərdə Göyəçöl "Orcanikidze" kolxozunda sədr işləmişdir. 1963-cü ilin oktyabr ayından Göyəçöl “Komsomol” sovxozunda hüquqşünas olub. Kəndin ilk ədliyyə işçisidir.


Niftiyev Yolu İman oğlu – (16. 10. 1918-27. 09. 2006),  müəllim, Masallı Rayon Partiya Komitəsində partiya, həmkarlar, komsomol təşkilat şöbəsinin müdiri.

 

Masallı rayonunun Göyəçöl kəndində doğulub, Musaküçə kənd məktəbini 1930-cu ildə bitirmiş və Masallıda 1 nömrəli nümunəvi məktəbə daxil olmuşdur. O dövrlərdə xalq maarifində müəllimə ciddi ehtiyac olduğundan 1937-ci il yanvarın 4-dən müəllim işləməyə başlamışdır.

1938-1939-cu illərdə Lənkəran müəllimləri hazırlıq kursunda oxumuşdur. 1940-cı ildə Xıl kənd yeddiilik məktəbinə direktor təyin edilmişdir.


Niftiyev Ağaddin Aslan oğlu – MasallıRİH-n Başçısı olub. (1992-1993)

(Ətraflı “ Alimlər” bölümündə).


Abiyev Həsənağa Əlipənah oğlu  - Masallı RİH Başçısının I müavini işləyib.


 


1950-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, alim-aqronom ixtisasına yiyələnmişdir. 1971-1991-ci illərdə Masallı rayonunda müxtəlif vəzifələrdə işləmişdir. H. Abıyev 1991-ci ilin dekabrından 1994-cü ilə kimi Masallı RİH Başçısının birinci müavini olmuşdur. 2003-2009-cu illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Kənd Təsərrüfatının inkişafının Kreditləşdirilməsi” layihəsinin Regionla Məsləhət Mərkəzinin rəhbəri, 2009-cu ildən ömrünün sonunadək “Aqrar Sahənin İnkişafına Dəstək” ictimai birliyinin sədri olmuşdur. Dəfələrlə rayon sovetinin deputatı seçilmiş H. Abıyevin fəaliyyəti “Əmək igidliyinə görə” medalı ilə dəyərləndirilmişdir. 31.12. 2012-ci ildə vəfat etmişdir. 

 
Məmmədov Nizam Əlihəsən oğlu - Masallı RİH-də Mülki Müdafiə Qərargahının rəisi, şöbə müdiri, Baş məsləhətçi olub.

 

26 mart 1954-cü ildə doğulub. 1972-1977-cü illərdə ADU-da oxumuşdur. Masallı Rayon Mədəniyyət Şöbəsində, Masallı Rayon Mərkəzləşmiş Kitabxana   Sistemində metodist, sentyabr 1979-cu ildən 1981-ci ilə kimi Göyəçöl “Komsomol” sovxozunda azad komsomol təşkilat katibi, 9 iyun 1981-ci ildən 25 iyul 1987-ci ildək Göyəçöl Kənd XDS-nin sədri, 1avqust 1987-ci ildən avqust 1992-ci ilədək Masallı Rayon MKS-də metodist, direktor müavini, avqust 1992-ci ildən18 mart 20014-dək Masallı RİH-də Mülki Müdafiə Qərargahının rəisi, şöbə müdiri, Baş məsləhətçi vəzifələrində işləmişdir. 18 mart 2014-cü ildən 1-ci dərəcəli Dövlət qulluqçusu kimi təqaüddədir.   


Kamil Zülfü oğlu Bağırov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə Baş məsləhətçisidir.


06 oktyabr 1954-cü ildə Masallı rayonu Göyəçöl kəndində doğulub. 1972-1976-cı illərdə V.İ.Lenin adına APİ-nin filologiya fakültəsində oxuyub. 1992-2011-ci illərdə Masallı Rayon Təhsil Şöbəsində kadr inspektoru vəzifəsində işləmişdir. 2011-ci ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonunda Baş məsləhətçisidir. “Tərəqqi” müdalı ilə təltif olunub. 2-ci dərəcəli Dövlət qulluqçusudur. 


Nəzərov Hekayət  Qardaşxan oğlu  –  Millət Vəkili Məşhur Məmmədovun köməkçisi.

1954-cü ildə anadan olub. İxtisasca bədən tərbiyəsi müəllimidir. Masallı Rayon İHB-nin köməkçisi işləyib. Daha sonra EMBOOVOD  mebel şirkətində mühəndis işləyib. Hazırda Millət Vəkili Məşhur Məmmədovun köməkçisidir.


Həsənov Oktay İsabala oğlu - Masallı RİH Aparatının ərazi və yerli özünü idarəetmə şöbəsinin baş məsləhətçisi.

 

30 dekabr 1972-ci ildə Masallı rayonunun Göyəşöl kəndində doğulub. 1980-1990-cı illərdə Masallı rayonunun Göyəçöl kənd orta məktəbində, 1990-95-ci illərdə Azərbaycan İnşaat və Memarlıq Universitetinin Meliopasiya fakültəsində oxuyub.

1996-2002-ci illərdə kiçik sahibkarlıqla məşğul olub.

1999-cu uldə kecirilən Bələdiyyə seckilərində Masallı rayonu Göyəçöl bələdiyyəsinin üzvü secilib.

2001-ci ildə Gəncə Müəllimlər İnstitunda ixtisasdəyişmə kursunu bitirib, riyaziyyat və informatika müəllimi ixtisasına yiyələnib.

2002-ci ildə Göyəçöl kənd N.Həsənov adına tam orta məktəbində müəllim kimi əmək fəaliyyətini davam etdirib.

14 mart 2003-cü ildə Göyəçöl kənd ərazi nümayəndəsinin müavini təyin edilib.

12 oktyabr 2020-ci ildən Masallı RİH Aparatının ərazi və yerli özünü idarəetmə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

2-ci dərəcəli dövlət qulluqçusudur. 


Həsənov Xudayar - Hazırda Masallı Kommunal Təsərrüfat İstehsal Birliyinin sədri. Bundan əvvəl Göyəçol kəndində XDS-nin sədri, Masallı Komsomol Komitəsində 2-ci katib, İHB-nin Oncəqala ərazisi üzrə nümayəndə və digər vəzifələrdə çalışıb.


Ölkədə və ölkədən kənarda:


Rəhimov Xudayar Hənifə oğlu  - “AzərAqrarTikinti” şirkətinin vtse-prezidnti, Cəlilabad Yol İdarəsinin Direktor. Respublikanın Əməkdar mühəndisdir. 

.


 


1956-cı il dekabr ayının 27-də Masallı rayonu Göyəçöl kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. X. Rəhimov ölkənin tikinti sektorunda geniş miqyasda  fəaliyyət göstərir. Masallıda, Cəlilabadda, Lerikdə, Astarda və ölkənin digər yerlərində əksər sosial obyektlərin tikintisinə, yolların çəkilməsinə rəhbərlik edib.  Əməkdar mühəndis adına layiq görülüb.. Onlarla xeyriyyə işin onun adı ilə bağlıdır. r. 


Nəhmətli Səftər– Təhsil Nazirliyində idarə rəisi və Nazirliyin Kollegiya üzvü olub.

(Ətraflı “Alimlər” bölümündə)


Məlikova Ülkər Mustafa qızı – "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert.

(Ətraflı “Dissertantlar” bölümündə)


İsazadə Faiq Oktay oğlu -  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində müstəntiq.


 


22 avqust 1996-cı ildə Azərbaycan Respublikası Masallı rayonunun Göyəçöl kəndində doğulub. Yüksək nəticə - 668 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Hüquq fakültəsində ingilis qrupunda, sonradan SABAH qruplarında təhsil alaraq yüksək nəticə ilə 2017-ci ildə Universitetdən məzun olmuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra mərkəzi icra hakimiyyəti orqanında hüquq məsləhətçisi vəzifəsində şalışmışdır.

Faiq İsazadə haliyədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində müstəntiq vəzifəsində çalışır. 


Niftiyev Azər Ağaddin oğlu – Sosial Media Mərkəzinin direktoru.

 


25 iyul 1981-ci ildə Masallı rayonunun Göyəçöl kəndində doğulub. 1998-ci ildə Bakı 29 saylı orta məktəbi, 2002-ci ildə BDU-nun bakalavr, 2004-cü ildə magistr dərəcələrini bitirib.Gənclər Təşkilatları Milli Şurasının üzvü olub. 2005-ci ildən Respublika qəzetlərində jurnalist, şöbə müdiri, redaktor kimi çalışıb. 2011-ci ildən internet media sahəsində fəaliyyət göstərir. Qaynarinfo, Aktual.az, Anv.az, Sosium.az informasiya portallarına rəhbərlik edib. Azərbaycanda ilk maarifləndirici tibbi informasiya resurslarını - Təbib.az və Klinik.az portallarını təsis edib. Bir neçə millət vəkilinin mətbuat məsələləri üzrə köməkçisi olub. AJB İdarə Heyətinin üzvüdür. 


Alimlər:


Elmlər doktorları:


Qafarov Ağadadaş Həsrət oğlu – iqtisad elmləri doktoru, professor.

 


10. 04. 1951-ci ildə Masallı rayonunun Göyəçöl kəndində doğulub. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı Universitetini bitirib. AMEA-nın İqtisadiyyat İnstitutunda Baş elmi işçi kimi çalışıb.

139 elmi əsəri müxtəlif jurnallarda çap olunmuşdur. Xarici ölkələrin elm mərkəzlərində 17 elmi əsəri çap olunub. 9 elmi əsəri dünyanın müxtəlif jurnal və elm nəşriyyatlarında dərc olunub. 15 avqust 2021-ci ildə vəfat edib.


Niftiyev Ağaddin Aslan oğlu – riyaziyyat üzrə elmlər doktoru, professor.


 


1957-ci il oktyabr ayının 28-də Masallı rayonu Göyəçöl kəndində anadan olub. 1965-1975-ci illərdə Gəyəçöl kənd orta məktəbində oxumuşdur. 1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olmuş və 1980-ci ildə oranı bitirib. AMEA-nın Kibernetika İnstitutuna təyinat almışdır. 1982-ci ildə Riyaziyyat-kibernetika ixtisası üzrə aspiranturaya qəbul olmuş və 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1985-ci ildən Bakı Dövlət Universitetində kiçik elmi işçidən şöbə müdirinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1992–1993-cü illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Qondarma Talış Muğan Respublikasının rayonu işğal etmək planlarına qarşı mübarizə aparıb, özü və qohumları çoxsaylı işğəncələrə məruz qalıb. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ-də «İqtisadi sistemlərin riyazi modelləşdirilməsi» şöbəsinin müdiridir. Fransanın Nant Universiteti onu 2005-ci ilin aprel-may və 2007-ci il iyun-iyul aylarında professor kimi ölkəsinə dəvət etmiş və orada elmi kadrların hazırlanmasında yardımçı olmuşdur. A. A. Niftiyev 70-dən çox elmi məqalənin, bir dərs vəsaitinin və iki monoqrafiyanın müəllifidir. O, Fransa, Almaniya, Kanada, Rusiya, Türkiyə, İran və digər ölkələrdə keçirilən Beynəlxalq Konfranslara dəvət olunmuş, aldığı nəticələr burada müzakirə edilmiş və bəyənilmişdir. Bu Maliyyə vəsaiti daxilində onun təşəbbüsü ilə təşkil olunmuş Fransız, Azərbaycan və Gürcüstan riyaziyyatçılar qrupu qarşılıqlı səfərlər təşkil etməklə faydalı əməkdaşlıq etmiş və 2007-ci ilin dekabrında Fransanın Nant Universitetində «Tərs məsələlərlə və optimal formanın tapılması» adlı Beynəlxalq Riyaziyyat Konfransı keçirmişlər.  Məlumat üçün bildirək ki, onun  1 oğlu fəlsəfə doktoru, qızı isə dissertantdır.

 

Fəlsəfə doktorları:


Abdullayev Əbdüləli Mehman oğlu – 
Daxili İşlər Nazirliyinin veteranlarından biri, hüquq üzrə fəlsəfə doktoru, dosent.


 


1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-1965-ci illərdə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1965-1970-ci illərdə Qazaxstan Respublikasının Daxili İşlər Nazirliyinin Cinayət Axtarış şöbəsində çalışıb. 1970-1984-cü illərdə Azərbaycanın bir neçə rayonunda rəis vəzifəsində işləyib.1984-1987-ci illərdə Azərbaycan Respublikası Ali Milis Məktəbinin müdiri, 1988-1992-ci illərdə ARDNŞ-nin Baş Mühafizə idarəsində rəis müavini, 1993-cü ildə Ticarət Nazirliyinin Hüquq şöbəsinin müdiri, 1997-2000-ci ilə kimi Avrasiya Akademiyasında hüquq kafedrasının müəllimi, 2000-ci ildən bu günə kimi Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu və hüquq kafedrasında dosent vəzifəsində işləyir. Hüquqşünas alim 200-dən çox buraxılış işlərinə rəhbərlik etmiş, 20-dən çox elmi və tədris-metodiki əsərlərinin müəllifidir. Əbdüləli Abdullayev Qızıl Qələm media mükafatına layiq görülmüşdür.

 


Niftiyev Şaiq Yolu oğlu – geologiya üzrə fəlsəfə doktoru. 


1963-cü ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, 1980-ci ildə Göyəçöl kənd orta məktəbini bitirdikdən sonra Dövlət Neft Akademiyasının Geologiya-Kəşfiyyat fakültəsində oxuyub. 1990-cı ildə geologiya üzrə fəlsəfə doktoru olub. 2012-ci ildən FHN-in tikintidə təhlükəsizliyin Dövlət Nəzarəti Akademiyasında Texniki Axtarış şöbəsinin rəisi işləyir. İki monoqrafiyanın və 74 elmi məqalənin müəllifidir. Onun elmi işləri 12 ölkədə çap olunmuşdur. 


Şükürov Əlişirin Səyədulla oğlu- fizika-riyaziyyat elmləri namizədi, professor.


 

 

1963-cü il dekabrın 2-də Masallı rayonu Göyəçöl kəndində müəllim ailəsində anadan olub. 1981-ci ildə Göyəçöl kənd orta məktəbini bitirib və BDU-nun tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1986-cı ildə BDU-nu bitirib. Çoxsaylı elmi əsərlərin, «Ehtimal nəzəriyyəsinin elementləri» adlı metodik vəsaitin müəllifidir.  2008-ci ildə Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru seçilib. Professor Əlişirin Şükürov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Üç bədii kitabın müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır. Əsərləri bir neçə dilə tərcümə olunmuşdur.


Nəhmətli Səftər  kimya elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti.


 


           1956-cı ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub. Göyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kimya sahəsində elmi araşdırmalar aparan S.Nəhmətli 1990-cü ildə dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olan S.Nəhmətli 20 yanvar hadisələrinin araşdırılması məqsədilə Milli Məclisin yaratdığı İşçi Qrupunun rəhbəri olub. 1992-1993-cü illərdə Təhsil Nazirliyində idarə rəisi və Nazirliyin Kollegiya üzvü olub. 

1999-cu ildə Müsavat Partiyasına üzv olan S.Nəhmətli uzun müddət partiyanın Humanitar Şöbəsinə rəhbərlik edib. Ötən il partiya sıralarından istefa verən Səftər Nəhmətli ölkəmizin tanınmış təhsil ekspertlərindən sayılırdı. Eyni zamanda ictimai hüquq müdafiəçisi olaraq çoxsaylı məhkəmə proseslərində iştirak etmişdi.

2021-ci ildə vəfat edib.


Niftili Anar Ağaddin oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor. 

 


25 sentyabr 1982-ci ildə doğulub. 1998-ci ildə Bakı şəhəri 29 saylı orta məktəbi, 2002-ci ildə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcələri üzrə bitirib. 2004-2007-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsili alıb. 2010-cu ildə fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Anar 2004-cü ildən İT sahəsində fəaliyyət göstərir. Mühəndis-proqramçı olaraq "Sinam", "Azəri-proje", "Risk" şirkətlərində çalışıb. 2020-2021-ci illərdə mərkəzi qərargahı ABŞ-da yerləşən beynəlxalq şirkətin Çexiya nümayəndəliyində mühəndis-proqramçı olaraq fəaliyyət göstərib. Hazırda avia-naviqasiya xidmətləri üzrə dünyanın aparıcı şirkətlərindən olan"Risk" şirkətində aparıcı mütəxəssisdir. 

Dünyanın 50-ə yaxın ölkəsində, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Çin, Braziliya, Dominikan, Meksika, Qətər və digər dövlətlərin hava yolları şirkətləri üçün avia-naviqasiya proqramları hazırlayan komandanın əsas üzvlərindən biridir. Bu sahədə əldə etdiyi nəticələr dünyanın nüfuzlu elmi jurnallarında dərc edilib. Dünyanın aparıcı İT şirkətlərindən iş dəvətləri alıb. 



Dissertantlar:


Murtuzayeva Aybəniz Ağaddin qızı – Bakı Oksford Məktəbində kafedra müdiri və BDU Tətbiqi Riyaziyyat ETİ-nin elmi işçisidir. BDU-nun riyaziyyat üzrə dissertantıdır.


 


10 sentyabr 1990-cı ildə Bakı şəhərində doğulub. 2007-ci ildə Bakı şəhəri 95 saylı orta məktəbi, 2011-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bakalavr, 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsini magistr dərəcələri üzrə bitirib. 2013-2016-cı illərdə Bakı Dövlət Univversiteti Tətbiqi Riyaziyyat  Elmi-Tədqiqat İnstitutunda doktarantura təhsili alıb. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etməyə hazırlaşır.

BDU Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işçisi kimi fəaliyyət göstərən A. Murtuzayeva Bakının nüfuzlu özəl məktəblərində ingilis dillində riyaziyyat fənnini tədris edir. Hazırda Bakı Oksford Məktəbində kafedra müdiri və BDU Tətbiqi Riyaziyyat ETİ-nin elmi işçisidir. "Baku Modern School" da, Evrika liseyində eyni vəzifələrdə çalışır. 


Məlikova Ülkər Mustafa qızı -BDU-nun hüquq üzrə dissertantı.


 


1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, magistratura və aspirantura/doktorantura təhsili alıb. "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert, Bakı Dövlət Universiteti, "SABAH" Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.



Yazarlar:


 1. Şükürov Kəramət Rza oğlu
  - şair-jurnalist.


 


1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə alan Kəramət Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. “Yeni quruluş” qəzetinin redaktoru olan Kəramət həm də “Qobustan” jurnalında fəaliyyət göstərirdi.O, 1990-cı ildə “Dünyadan köçürəm” şerlər kitabını çap etdirmişdir. 


2. Həsənov Həsənbala Həsən oğlu  –    şair-publisist.

1930-cu ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub. 1953-1959-cu illərdədə Pedaqoji İnstitutun riyaziyyat fakültəsində qiyabi oxumuşdur. Gəyəçöl kəndində riyaziyyat müəllimi işəyib. Onun tələbələrindən 2 elmlər doktoru, 1 professor, çoxlu sayda elmlər namizədi yetişmişdir. 5 şeir və publisistik kitabın müəllifidir.

 

3. Əliyev Miriş İbrahim oğlu (Mirməmməd ağa)   – şair.

1936-cı ildə Masallı rayonu Göyəçöl kəndində anadan olmuşdur. Müdrikliyi ilə seçilən Mirməmməd ağa kənd əhli içərisində bir ağsaqqal kimi hörmət qazanmışdır. Mirməmməd ağanın 1991-ci ildə ilk dəfə toplu halında şeirləri nəşr edilmişdir. “Haşimi” təxəllüsü ilə mərsiyyələr yazmışdır. Gözəl sənətkar (dərzi) olan Mirməmməd ağa 15 avqust 1999-cu ildə vəfat edib.


4. Məmiyev İlyas Məmiş oğlu (İlyas Ərnəfəs) -  yazıçı, şair, publisist.

 

06 may 1962-ci ildə doğulub. Bir neçə kitabın müəllifidir. 21 noyabr 2015-ci ildə vəfat edib.


5. Şükürov Əlişirin Səyədulla oğlu – şair-publisist, tərcüməçi. 3 bədii kitabınm müəllifidir.

(Ətraflı “Alimlər” bölümündə). 


6. Kənan Muxtar  şair-ssenarist, 2 kitab müəllifidir.
 
  2008-ci ildə vəfat edib.



Fəxri ad, orden-medal alanlar:


1. Züleyxa Həsənova Əskərəli qızı - Sosialist Əməyin Qəhrəmanı, Qəhrəman anadır.

 


31 yanvar 1927-ci ildə Masallı rayon Göyəçöl kəndində anadan olub. Qəhrəman anadır - 11 övlad anasıdır (4 oğlan, 7 qız). 1941-ci ildən Masallı rayonu Göyəçöl kəndində Orcanakidze adına (əvvəl Çapayev adına) kolxozda manqa başçısı, 1964-cü ildən “Komsomol” sovxozunda manqa başçısı işləmişdir. 1948-ci ildə əkdiyi yeni “Trapezond” növlü tütün əkinində  3 hektar sahənin hər hektarından 25,3 sentner olmaqla yüksək məhsuldarlıq əldə edib. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adını almaqla Lenin ordeninə, “Oraq və çəkic” qızıl medalına layiq görülüb. 1971-ci ildə Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının nümayəndəsi, VIII çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. 2001-ci ildən Prezident təqaüdçüsü olub. 2011-ci il dekabr ayının 1-də 84 yaşında Göyəçöl kəndində vəfat etmişdir.

2. Ağayeva Güldəstə İsa qızı -  Sosialist Əməyin Qəhrəmanıdır.

1929-cu ildə Masallı rayonu Göyəçöl kəndində anadan olub, orta təhsilli, ailəli, 8 övlad anasıdır – (3 oğlan, 5 qız). 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməklə Lenin ordeni və “Oraq və çəkic” qızıl medalını almışdır. Sovet İKP-nin XX, Azərbaycan KP-nın XXV qurultaylarına nümayəndə seçilib. IV çağrış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. 1992-ci il iyul ayının 4-də 63 yaşında Gəyəçöl kəndində vəfat edib.

 
Polis zabitləri:


 1. Eynullayev Tələt Xiləli oğlu
 – polis polkovnik-leytenantı.


 


09 noyabr 1960-cı ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. Polis nəfəri rütbəsindən polis polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. ”Daxili işlər orqanlarında “Qüsursuz xidmətlərinə görə” III, II, və I dərəcəli fərqlənmə döş nişanları ilə təltif olunmuşdur. Hazırda Bakı şəhərində yaşayır, təqaüdçüdür.

2. Feyzullayev Şirbala Alı oğlu – polis mayoru.

 

20 yanvar 1954-cü ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. 1984-cü ildə Daşkənd Ali Milis məktəbinə qəbul olunmuş, hüquqşünas ixtisası almışdır. Müxtəlif illərdə rayon və şəhər polis idarələrində rəhbər vəzifələrndə çalışıb. Nümunəvi xidmətinə görə III, II, və I dərəcəli medallara, 1982-ci ildə “Milis əlaçısı” döş nişanına layiq görülmüşdür. Qarabağ müharibəsi veteranıdır. Hazırda Bakı şəhərində yaşayır, təqaüdçüdür.

 

3. Bayramov Ağasəf Yasər oğlu           -  polis polkovniki.        


 


01 may 1954-cü ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. Polis polkovniki A.Bayramov 1977-ci ildə Daşkənd Ali Milis məktəbinə daxil olub, 1981-ci ildə bitirib. Özbəkistan DİN-də peşə fəaliyyətinə başlamış, Daşkənd şəhər və rayonlarında istintaq üzrə rəis müavini vəzifəsinə çatmış, 2007-ci ildən Özbəkistan DİN-də istintaq müstəntiqi kimi fəaliyyət göstərmiş, 2011-ci ildə təqaüdə çıxmışdır. Özbəkistan Respublikasında Azərbaycan Diasporasının fəal üzvüdür. Hazırda Daşkənd şəhərində sahibkarlıqla məşğuldur.


4. Niftiyev Səyyad – kənddən ilk polis işçisi.

Yardımlı Rayon Polis Şöbəsinin rəisi işləmişdir.


5. Abdullayev Abduləli Mehman oğlu – polis polkovniki.

 (Ətraflı “Alimlər” bölümündə)



 
İş adamları, xeyriyyəçilər:


 
1. Əbülfəzov Qulu Fəttah oğlu - . Bakı şəhərində “NEW MED” Yeni Tibb klinikası mərkəzində baş həkim işləyir.

 


1956-cı ildə iyulun 1-də anadan olmuşdur. 1973-cü ildə orta məktəbi əla qiymətlərlə başa vurub Azərbaycan dövlət Tibb İnstitutuna daxil olub, 1980-ci ildə ali təhsilini başa vurub, həkim-epidemioloq ixtisasına yiyələnmişdir. Bakı şəhərində “NEW MED” Yeni Tibb klinikası mərkəzində baş həkim işləyir. Həkim eyni zamanda kəndində xeyriyyəçi kimi də tanınır. 


2. Quliyev Xaləddin Surət oğlu - ”Paşa-K” firmasında direktor vəzifəsində işləmişdir.
 
           

1967-ci ildə Masallı rayonu Göyəçöl kəndində anadan olmuşdur. Voronej şəhərində “Xalqlar Dostluğu” ordenli Meşəçilik İnstitutunu bitirmişdir. 1990-1997-ci illərdə ixtisası üzrə Xırdalan Meşə Melorasiya idarəsində meşəbəyi işləmişdir. 2004-cü ildən sahibkarlıqla məşğuldur. ”Paşa-K” firmasında direktor vəzifəsində işləmiş, hazırda sahibkarlıq fəaliyyətini Türkiyə Respublikası İstanbul şəhərində davam etdirir. Xeyriyyəçilik işləri ilə məşğuldur.

3. Rzayev İlqar Davud oğlu   -  “Riyad” Mühafizə baş idarəsində rəis müavini.

1965-ci ildə Masallı rayonu Göyəçöl kəndində anadan olmuşdur. 1982-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmişdir. 2006-cı ilə kimi müxtəlif təşkilatlarda çalışmış kiçik bizneslə məşğul olmuşdur. 2006-cı ildən “Riyad” Mühafizə Xidməti idarəsində çalışır, hazırda “Riyad” Mühafizə baş idarəsi rəis müavini vəzifəsində çalışır. Xeyriyyəçi, doğma kəndinin sosial problemləri ilə daim məşğul olur. Ali təhsillidir.


4. Təzəxan və Mühacir Əmənovlar – şəhid Əlizadə Eynullayev adına kənd stadionunun tikintisini maliyyələşdirmişlər..


5. Azər Quliyev – məktəb həyətinin yaşıllaşdırılması üçün 300 ağacın əkilməsi işinə yardım etmişdir.


6. Zaur Niftiyev – Göyəçöl Xeyriyyə Cəmiyyətinin üzvü, kənddə sanitar təmizlik aksiyalarının keçirilməsinə rəhbərlik edir, məktəbin və uşaq bağçasının həyətində ağac əkilməsinə təşkilatçılıq etmişdir.


7. Xudayar Rəhimov –


 


 Kəndiçi yolların asfalt örtüyünün yenilənməsi və elektrik dirəklərinin təmir edilməsi işlərinə maddi yardımını göstərmişdir.


Kənddə xeyriyyə işləri:


- Molla Cəmilin təşəbbüsü ilə su çəni quraşdırılıb, su xətti çəkilib.

- Qəbristanlıqda Məzlumun oğlunun təşəbbüsü ilə işıqlandırma sistemi qurulub.

- Kənddəki müqəddəs ocağın həyəti hasarlanıb, ətrafı asfaltlanıb, işıqlandırma sistemi ilə təmin olunub.

- 1989-cu ildə kənd camaatının gücü ilə köhnə məscidin yerində yeni günbəzli məscid inşa edildi. Bu işdə Niyaz Abıyev və Xudayar Rəhimovun xidməti çox olub. Məscidin qarşısındakı talvarı İlham Təbriz oğlu öz şəxsi vəsaiti hesabına inşa etdirib.

- Məscidin qarşısından keçən küçə kənd sakini Surətin oğlanlarının şəxsi vəsaitləri ilə 3 dəfə asfaltlanıb.

- Sovet dönəmində müasir vaxta qədər kənddə imkansız ailələrə yardım fondu olub və Mirməmməd ağa fonda rəhbərlik edib. Onun vəfatından sonra da fond fəaliyyət göstərir. Maraqlı odur ki, fond gizli fəaliyyət göstrir. 


Kəndin din xadimləri:


 
1. Molla Hüseyn Axund Məşədi Əlif oğlu
 
1810-cu ildə Göyəçöl kəndində anadan olmuşdur. Azərbaycandan Nəcəf-Əşrəfə oxumağa gedən birinci adamdır. Molla Hüseyn Axund 1885-ci ildə 75 yaşında vəfat etmişdir. Məzarı Göyəçöl kənd qəbiristanlığındadır. 

2. Axund Molla Əli Əjdər oğlu
 
1896-cı ildə Göyəçöl kəndində anadan olmuşdur. İlk ibtidai dini təhsilini kənd mollaxanasında almışdır. Sonra kənd camaatının köməyi və məsləhəti ilə Ərdəbil və Nəcəf şəhərlərində ruhani təhsili almışdır. Molla Əli Axund 1980-ci ildə Qum şəhərində 84 yaşında vəfat etmişdir. Məzarı Qum şəhərinin qəbiristanlığındadır.

 

Kəndin ilk peşəkar fotoqrafı Qulamhüseyn (Vadim Eyvazoğlu)  Mirzəyev


İdmançılar


3. Voleybol üzrə bu kənddən olan 3 idmançı  SSRİ   İdman Ustası adını qazanıb.

1. Əsgərov Azad Məmməd oğlu – həm də komandanın kapitanı olub.

2. Məmmədəliyev Elmdar Əllamə oğlu,

3. Nuriyev Kəramət Zabit oğlu  rayonun yığma komandasının tərkibində çempion olub və hər üçü idman ustası adını alıb. 


Abidələr:


Göyəçöldə Böyük Vətən Müharibəsində həlak olan və itkin düşənlərin xatirəsinə qoyulan “Ana və əsgər” abidəsi.


20 yanvar şəhidlərinin xatirə lövhəsi.


Qarabağ şəhidlərinin xatirəsini əbədiləşdirən abidə.

Abidələr kompleksi 2000-çi il Göyəçölün ilk Bələdiyyə sədri, Qarabağ müharibəsi veteranı Əbil Əli oğlu Muxtarovun şəxsi vəsaiti hesabına inşa edilmiş, 2019-cu ildə Bakıda yaşayan göyəçöllülərinin təşəbbüsü ilə yenidən və əsaslı şəkildə bərpa edilmiş,18 yanvar 2020-çi ildə açılışı olmuşdur.

Mirməcid Ağa priri

Kənd məscidlərii:


Kənddə 2 məscid var:

Köhnə məscid  

Yeni məscid            - 1989-cu ildə tikilib

 

Yeni məscid



İnfrastruktur:           

Göyəçöl kəndi Şəhid Əlizadə Eynullayev kücəsində 1-ci məscid, 

Şəhid Cəbi Quliyev kücəsi ilə Şəhid Bahəddin Hüseynov kücəsinin kəsişməsində 2-ci məscid

Şəhid Cəbi Quliyev kücəsinin sağ tərəfində Xəlifələr ocağı, 

Sol tərəfində, Şəhid Elşad İsayev kücəsi ilə kəsişmədə Göyəçöl kənd qəbiristanlığı, 

Şəhid Bahəddin Hüseynov kücəsində Göyəçöl kənd Bələdiyyəsi

Göyəçöl kənd poçtamptı

Göyəçöl Şəhidlər xiyabanı

Yaşlı insanlar üçün İstirahət mərkəzi, 

Göyəçöl kənd İnzibati ərazi dairəsinin binası

Göyəçöl həkim məntəqəsi, 

Şəhid Siyavuş Paşazadə kücəsində Mirməcid ağanın nəvəsi Mirəli Ağanın evi, 

Şəhid N. Həsənov adına Göyəçöl kənd tam orta məktəbinin yeni tikilmiş binası, 

Şəhid Elşad İsayev adına Göyəçöl kənd uşaq bağcası və körpələr evi yerləşir.

Nizami Gəncəvi kücəsində Şəhid Əlizadə Eynullayev adına stadion.

Məhəmməd Füzuli küçəsində Mirməcid ağa ocağı yerləşir.

Məktəb (2019-cu ildə), 140 yerlik uşaq bağçası (1978-ci il), hamam (1978-ci ildə), kənd xəstəxanası .

GƏYƏÇÖL kəndi ----- Nə çatmır? 

1. Qəhrəman anaların sayı

2. Tarixi abidələri haqqında geniş məlumat, tarixləri.

3. Şəkillər – hər sahədə.


Göyəçol İnzibati Ərazi Dairəsi haqqında məlumatların toplanmasında kənd sakini Məmmədov Nizam Əlihəsən oğluna yaxından köməyinə görə təşəkkür edirik.

 


“Masallı ensiklopediyası”nı hazırlayan qrup







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10