Özəllikləri:
- 1950-ci illərdə əvvəl hərbiçi ailələrinin Uşaq Evi kimi, sonralar isə, 1991-ci ilə qədər kənddə Gəray Əsədov adına “Alov yay pioner düşərgə”si fəaliyyət göstərmişdir.
- 6 noyabr 1971-ci ildə SSRİ-nin paytaxtı Moskvaya qədər səs salan SSRİ - İran qaz kəmə-rinin Tüklə ərazisindən keçən hissəsində insan tələfatı ilə nəticələnən qaz partlayışı.
- 1980-ci illərdən Tüklə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Heybət Əhədovun rəhbərliyi ilə “Səməd Vurğun müzeyi” yaradılmışdır.
- Kəndin ərazisində 1961-ci ildə quraşdırılmış 35/10/110kv-lıq Tüklə Elektrik yarımstansiyası və 1969-cu ildə çəkilmiş Tüklə qazpaylayıcı stansiyası fəaliyyət göstərir.
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Tüklə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
Tabeliyində olan kəndlər:
Tüklə kəndi
Məmmədoba kəndi
İnzibati Ərazi Dairəsinin ərazisi: 946 ha.
İnzibati Ərazi Dairəsinin əhalisi: 3987 nəfər (01.01.2021) O cümlədən; kişi: 1862 nəfər, qadın 2125 nəfər
Təsərrüfat sayı :428
Ev sayı: 316
Kəndin adının mənası və tarixçəsi:
Ehtimallar və reallıqlar:
- Bəzi tədqiqatçılar - M. Mirzəyev, Ş Ağayev, B. Abdullayev “Tüklə” sözünün “Tuk”- talış dilində bicar, “lə”- şəkilçisini isə kiçiltmə mənasını verən şəkilçi kimi izah edirlər, yəni kiçik bicar yeri, kiçik bicarlıq kimi izah edirlər. M. Mirzəyev daha başqa bir ehtimal yazır: “Tük” sözü həmçinin fars dilində dağ deməkdir. Bu baxımdan Tüklə kiçik dağ yeri mənasında da işlənə bilər. Bu sözün Tıklə sözündən olub, uc çıxıntının burada dağın çıxıntısı mənasında da yozumu vardır.
- Tüklə toponiminin mənasını araşdırarkən, Tüklə kəndinə ilk köç etmiş Tuki olmasını da gözdən qaçırmamaq lazımdır. Əsli XIII əsrdə Astara rayonun Butəsər (Pensər) kəndindən olmuş Şeyx Cəmallədinə bağlı olan Şeyx Tuki ( əsl adı Şeyx Tağıdır) o və sonradan onun soyundan olan davamçıları qədim dağ kəndi olan Varsamona köçmüş və orada fəaliyyət göstərmişdirlər. 1747-ci ildə Talış xanı Qara xanın (Siyo Əli) qərarı ilə Şeyx Tukinin nəslin-dən olan 13 ailə daha əvvəllər Varsamon dağ kəndinin qışlağı olan indiki Tüklə ərazisinə köçürülmüşdür. Məhz bu səbəbdən də ilk sakinlərin adına uyğun olaraq Tüklə toponiminin Şeyx Tukinin adı ilə bağlı olması ehtimalı da vardır.
Tüklə kəndi 3 məhəllədən - Çətin ru, Çtın ru, Değıjobadan ibarətdir. Və bir sıra tayfalardan - Əzimoba, Quluoba, Nəfəsoba, Əhədoba (Salyandan köçüb gələnlər), Həşimoba, Şükür-oba, Değıjoba, Tiyağanioba, Şındırobadan ibarətdir.
Coğrafi mövqeyi:
Tüklə kəndi rayon mərkəzindən 17 km cənubda, Talış dağlarının ətəyində səfalı bir yerdə yerləşir. Kəndin ortasından mənbəyini Talış dağlarından götürən, kəndi iki hissəyə bölən, kəndə xüsusi gözəllik verən Tüklə çayı axır. Çoxlu sərin, dumduru, şəffaf bulaqları vardır. Tüklə kəndi Qəzvinoba, Mişkəmi, Kubin, Babaser, Xanalion və Dövlət meşə fondu torpaqları ilə həmsərhəddir.
Qeyd: Tüklə kəndi sovetlik kimi 8 iyun 1981-ci ildən Hişkədərə kənd sovetliyindən ayrıl-mışdır. Ondan əvvəl isə 1957-ci ilə kimi Boradigah sovetliyinin tərkibində olmuşdur.
Kənd əhalisinin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. XIX əsrdə tikilmiş iki dəyir-man və məscid binaları 1970-ci illərdə sovet dönəmində dağıdılmışdır.
- Ərazisinin 564 ha əkinə yararlı torpaq sahəsi əhaliyə paybəlli torpaq kimi bölünmüşdür
- Həyətyanı torpaq sahəsi - 990 ha
- Yollar altında - 32 ha
- Kol-kos altında - 96 ha
- Çay, göl və dərələr - 63 ha
- Meşə zolağı - 15 ha
- Qəbiristanlıqlar 7 ha
- Dövlət fondu torpaqları 12 ha
- Və sair torpaqlar 76 ha.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan və şimal - şərqdən Qəzvinoba-Mollaoba kəndləri,
qərbdən Məmmədoba,
şərqdən Türkoba,
cənubdan Hişkədərə kəndləri ilə həmsərhəddir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1932-ci ildə qolçomaq kimi “Kulak” sayılan Məşədi Məmmədin ikimərtəbəli altı otaqlı evində talış dilində fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd edək ki, Tüklədə 1979-cu ildə təzə məktəb binası istifadəyə verilənə qədər kənd orta məktəbi Məşədi Məmmədin və onunla yanaşı tikilmiş eyni görkəmdə olan qardaşı Məşədi İbrahimin evində fəaliyyət göstərmişdir.
Kəndin ilk müəllimi Babayev Sayad olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilliləri Babayev İsmayıl və Ağayev Ağarəşid, ilk ali təhsilli həkimi isə Quliyev Mirzəbala olmuşdur.
Kənddə məktəb direktoru vəzifəsində işləyən şəxslər:
Sayad Babayev - Tüklə
Qılman Axundov - Boladi
Əliniyaz Cəfərov - Qəzvinoba
Əbülfəz - Mollaoba
Şəmsəddin Sanıyev - Qazax
Əbdül Hüseynov - Qəzvinoba (1964-1982)
Soltanağa Əliyev - Hişkədərə (1983-1986)
Nizami Fətullayev - Hişkədərə (1986-1990)
Heybət Əhədov - Tüklə (1990-1993)
Məmmədşah Mirzəyev - Hişkədərə (1993-1994)
Məmmədağa Əliyev - Hişkədərə (1994-2003)
Əlisultan Rəhmətov - Tüklə (2003-2015)
Mail Məmmədov (2016-2017)
Qurbanov Hakim - Mololon (2017 - indiyə kimi)
Kolxoz və sovxoz quruculuğu:
Tüklə kəndində 1932-ci ilə kolxoz - kollektiv təsərrüfatı yaradılmışdır. Əvvəl Voroşilov, sonralar isə Engelsin adını daşıyıb. 1951-ci ilə qədər ayrıca kolxoz olan Məmmədoba kəndi, 1951-ci ildə Engelsin adını daşıyan Tüklə kəndi ilə birləşdirilib, bir adla Gürcüstan kolxozu, 1964-cü il 4 oktyabrda kolxoz ləvğ olunaraq Gürcüstan sovxozu kimi bir yerdə fəaliyyət göstərmişlər. 1990-cı ildən Tüklə və Məmmədoba kəndləri yenidən ayrılaraq Tüklə kəndi Tüklə sovxozu adı ilə, Məmmədoba kəndi isə Məmmədoba sovxozu adı ilə fəaliyyət göstər-mişlər.
Kənddə kolxoz sədri və sovxoz direktoru vəzifəsində işləyənlər:
Əliheydər (1932-1935) - Lənkəran rayon Gərmətük kəndi
Məhərrəm (1935-1936) Boradigahlı
Mirbaba (1936-1937) Ərkivanlı
Rəcəb (1937-1938) Boradigahlı
Ağarəhim Quliyev (1938) Tüklə
Yusif Şükürov (1938-1939) Tüklə
Lətif İsmayılov (1939-1942) Tüklə
Şahmar Fərəcov (1942-1943) Tüklə
Nəhmət Rəhmətov (1943-1946) Tüklə
Sayad Babayev (1946-1950) Tüklə
Əjdər Əhədov (1951-1954) Hişkədərə
Mirzə Əhədov (1954-1964, 1964-1973)
Abbasov Müseyib (1973-1981) sovxoz direktoru
Dövlət Həbibov (1981) Tüklə
Yəhya Ağayev (1981-1989) Qəzvinoba
Ağarəşid Ağayev (1990-1996) Tüklə
Baxşıyev Möhübbət (1996-1997) BKFT
Rəhimov Əlipaşa (1997-2000) YAİKS
Kənddə idarəçilik
Yuxarıda qeyd edildiyi kimi Tüklə kənd ərazi vahidliyi kimi - Tüklə kənd sovetliyi Hişkədərə kəndindən 8 iyun 1981-ci ildə ayrılmışdır.
1. Kəndin ilk XDS İK-nin sədri Tahirov Zülfüqar Ağali oğlu (1981-1990), katib Əmirova Sevil Böyükağa qızı (1981-1990) olmuşdur.
2. Rəhimov Əlipaşa İslam oğlu 1990-1992-ci illərdə XDS İK-nin sədri, sonra 1992-1999-cu il ərazi nümayəndəsi işləmişdir. Katib Əkbərob Zakir Qasım oğlu (1990-1992) 1992-1997-ci illərdə müavin işləmişdir.
3. Tüklə ərazi nümayəndəsi Babayev Tofiq Sayad oğlu (1999-2012), müavin Ağayev Kərim Ramazan oğlu (1997-2012) olmuşdur.
4. Ağayev Kərim Ramazan oğlu 2012-ci ildən, müavin İbadova Flora Ədalət qızı 2012-ci ildən indiyə kimi işləyirlər.
Bələdiyyələr:
Tüklə kəndinin bələdiyə sədri İmaməliyev Eyvaz Qubad oğlu bələdiyyələr təsis edilən gündən bu günə qədər bələdiyə sədri vəzifəsində işləyir (2000-ci ildən).
Tüklə kəndində elektrikləşmə və rabitə
1961-ci ildə kənddə ilk dəfə elektrik lampaları quraşdırılmış, 1966-cı ildə 110 (35)10 kv-luq elektrik yarımstansiyası tikilmişdir. (Foto)
1993-cü ildə kənddə 300 nömrəlik ATS qurularaq istifadəyə verilmişdir. 2008-ci ildə ETAS istifadəyə verilmişdir. ATS-in müdiri Yalçın Həbibovdur.
Tüklə kəndində ilk poçt şöbəsi 1972-ci ildə açılmışdır. İlk poçt şöbəsinin müdiri vəzifə- sində Əlican Nəsirov (Miyankü), Əhəd (Mahmudavar), Cabir Nəsirov ( Hİşkədərə), Xalid İsmayılov, Sevil Əmirova (Tüklə) işləmişlər.
Səhiyyə
Tibb məntəqəsi - 1950-ci ildə Tüklə kəndində 3 kəndi - Tüklə, Məmmədoba, Tiyaqani əhatə edən feltşer-mama məntəqəsi açılmışdır. İlk tibb işçisi boradigahlı Zümrüd Əliqulu qızı Talışlı və Firudin Hüseynov (Hişkədərə) olmuşdur.
II Dünya müharibəsində iştirak edən və həlak olanlar:
1941-ci ildə 47 evdən ibarət 400 nəfərə qədər əhalisi olan Tüklə kəndindən 86 nəfər müharibəyə getmiş 48 nəfəri qayıtmış 38 nəfərin isə qara xəbəri gəlmişdir. Bir evdən 4 qardaş müharibəyə getmiş, heç biri qayıtmamış, bir evdən 3 qardaş müharibəyə getmiş heç biri qayıtmamış,bir evdən 3 qardaş müharibəyə getmiş 1-i qayıtmış 2-si qayıtmamış, 4 ailədən 2 qardaş getmiş heç biri qayıtmamışdır.
Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə
şəhid olan sakinlər:
1990-cı illərdə vətənin üstünü qara buludlar alandan, Qarabağ savaşı başlayan gündən Tüklənin vətənpərvər oğulları ən ön cərgədə, birincilər sırasında vətənin müdafiəsinə qalxdılar və böyük qəhrəmanlıqlar göstərdilər. 8 nəfər xəsarət alaraq yaralanmış, 10 nəfər isə şəhid olmuşdur.
1.Həşimov Nazim Cahil oğlu
2.Qubadov Barat Qurban oğlu
3.Quliyev Qafar Muxtar oğlu
4.Mehtiyev Cəmil Atakişi oğlu
5.Həbibov Polad Soltan oğlu
6.Xankişiyev Mübariz Orucəli oğlu
7.İbadov Elşən İmran oğlu
8.Rufullayev Seymur Məmmədhüseyn oğlu
9.Həşimov Orxan Rüfət oğlu
Şükürov Elmar Niyaz oğlu
Xamiyev Vidadi Kazım oğlu
Şəhidlər:
İbadov Əli İbad oğlu - 1974-cü ildə Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta mək-təbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1993-cü il fevralın 9-da Ağdərə uğrunda döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Xanverdiyev Rəsul Balağa oğlu - 1975-c il 11 oktyabrda Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü il yanvarın 20-də Papravənd kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Mehdiyev Söhrab Əliş oğlu - 1973-cü il 23 sentyabrda Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü il aprelin 30-də şəhid olmuşdur. Subay idi.
Mehtiyev Sərxan Əskər oğlu - 1975-c il 11 fevralda Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1994-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü il mayın 12-də Qaraqaşlı kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Həşimov Habil Mirzə oğlu - 1974-cü ildə Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1992-ci il 30 dekabrda hərbi xidmətə çağırılmışdır, 40 gündən sonra - 9 fevralda Ağdərə döyüşlərində itkin düşmüşdür. Subay idi.
İsmayılov Vasif Süleyman oğlu - 1974-cü ildə Tüklə kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1992-ci il 30 dekabrda hərbi xidmətə çağırılmışdır, 40 gündən sonra - 9 fevralda Ağdərə döyüşlərində itkin düşmüşdür. Subay idi.
Xəlilov Zəfər Asəf oğlu - 1985-ci 22 oktyabrda ildə Tüklə kəndində anadan olmuş, Şəhid Əli İbadov adına Tüklə kənd orta məktəbini bitirmişdir. 2004-cü ildə hərbi xidmətə çağırılmışdır. 31 may 2005-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Subay idi.
Nəcəfov Əli Seyran oğlu - 1998-ci il mayın 24-də Masallı rayon Tüklə kəndində anadan olmuşdur. Şəhid Əli İbadov adına Tüklə kənd orta məktəbini bitirmişdir. 2020-ci ildə ali təhsil aldıqdan sonra hərbi xidmətə çağırılmışdır. 20 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərində şəhid olmuşdur. Subay idi.
Rəhbər vəzifədə işləyənlər:
Kənddə
Ağayev Aydın Höccət oğlu (1946) Məmmədoba sovxozunun direktoru
Ağayev Kərim Ramazan oğlu (1973) 1996-2012 Tüklə ərazi nümayəndəsinin müavini, 2012 -ci ildən ərazi nümayəndəsi.
Əkbərov Zakir Qasım oğlu (1951) 1990-1996 Tüklə ərazi nümayəndəsinin müavini
İbadova Flora Ədalət qızı )1989) - 2013-cü ildən Tüklə ərazi nümayəndəsinin müavini işləyir.
Rayonda
Ağayev Sabir Fərzulla oğlu 1936-1986 - Masallı rayon Statistika İdarəsinin rəisi
Ağayev İltifat Sabir oğlu (1962-2020) - Masallı rayon polis şöbəsində rabitə işi üzrə inspek-tor
Ağahüseyn Əskərov - Sənaye Kombinatının müdiri
Əşrəf Fətulla oğlu Şükürov - Masallı Dövlət Bankının mühasibi
Sabir Fərzulla oğlu Ağayev - Rayon Statistika İdarəsinin rəisi
Ağarəşid Ağarəzi oğlu Ağayev - Maşın-Melorasiya İdarəsinin rəisi, Masallı 14 saylı Təmir-Tikinti İdarəsinin rəisi
Mirzə Qafur oğlu Əhədov - Masallı rayon Aqrar Sənaye Birliyi Həmkarlar İttifaqının mühasibi
Canəli Xeyrulla oğlu Şükürov - Koçinovi Rayon Partiya Komitəinin ikinci katibi
Ölkədə
Ağakişi Balakişi oğlu Qubadov - polis mayoru, Lənkəran şəhər DİŞ-nin yanğından mühafizə idarəsinin rəis müavini
Əlisultan Məmməd oğlu İsmayılov (1951-2006) - polis zabiti, polkovnik leytenant, DİN-nin işlər idarəsində baş inspektor
Oktay Ağarəşid oğlu Ağayev - Lənkəran Hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda şöbə rəisi
Adıgözəl Eyvaz oğlu Həbibov - Dövlət İmtahan Mərkəzində sektor müdiri
Vilayət İbad oğlu İbadov - ARDNŞ-də şöbə rəisi
Xaricdə
Fərhad İbad oğlu İbadov - ARDNŞ Geofizika və Geologiya idarəsinin rəis müavini, baş geoloq
Nizami Bəşir oğlu İbadov - Bakı Elektrik Şəbəkəsi ASC-nin Səbail rayon şəbəkəsinin rəisi
Mirnağı Mirhəsən oğlu Şirinov - Polis mayoru, Sumqayıt, Lənkəran və Masallı rayon-larına DİŞ-nin Yanğından Mühafizə İdarəsinin rəis müavini
Faiq Sabir oğlu Quliyev - AR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində baş aqranom
Mirzə İsrafilov oğlu Quliyev - Polkovnik leytenant, ATU Hərbi Tibb Fakultəsinin baş müəllimi
Alimlər
Babayev İsmayıl Sayad oğlu - 08.02.1938-ci ildə Tüklə kəndində anadan olmuşdur. Tüklə yeddiillik məktəbini, Boradigah orta məktəbini bitirmişdir.1954-1958-ci illərdə Azərbaycan Texniki İnsititunu bitirmişdir.SSRİ Nazirlər Sovetinin mükafat laureatı, 130 elmi əsərin, 21 ixtiranın müəllifi, texnika elmlər doktoru, professordur. 25 noyabr 1995-ci ildə təsadüfi avtomobil qəzasında həyatını itirmişdir.
Mirzəyev Qaraxan Ağaxan oğlu - 18.01.1951-ci ildə Tüklə kəndində anadan olmuşdur. Tüklə kənd səkkizillik məktəbini bitirmiş sonra təhsilini Sumqayıt şəhərində on birillik məktəbini bitirmişdir. S.M. Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1974-cü ildə bitirmişdir. 1979-cu ildə M.V.Lomonosov adına MDU-nun mexanika- riyaziyyat fakültəsinin aspirantı olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, M.V.Lomonosov adına MDU-nun riyazi analiz kafedrasının müdiri və professorudur.
Bağışov Əlimərdan Aşur oğlu - 09.04.1958-ci ildə Tüklə kəndində anadan olmuşdur.Tüklə kənd orta məktəbini, N. Nərimanov adına ATİ-nin Müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, ATU-nun urologiya kafedrasının professorudur.
Babayev Rafiq Sayad oğlu- 14.06.1961-ci ildə Tüklə kəndində anadan olmuşdur. Tüklə kənd orta məktəbini bitirmişdir. 1983-cü ildə S.M. Kirov adına ADU-nun tətbiqi riyaziyyat fakültə-sini bitirmişdir. Fizika-riyaziyyat elmləri namizədi, dosentdir. “1001 mahnı” poliqrafiya mət-bəəsinin təsisçisi, “1001 mahnı” kitabının müəllifidir. 04.12.2012-ci ildə vəfat etmişdir.
Din xadimləri:
Molla Sadıq Novruz oğlu -Tüklənin dinn xadimləri dedikdə ilk öncə Molla Sadıq Novruz oğlu xatırlanır. Molla Sadıq 1878-ci ildə Tüklə kəndində anadan olmuşdur. İlk dini təhsilini kənd mollalarınadan almış, sonra isə İranın Ərdəbil şəhərində ruhani məktəbini bitirmiş, təhsilini davam etdirmək üçün İranın Nəcəfi-Əşrəf şəhərində ali ruhani məktəbini bitirmişdir. Ərəb Fars dillərini mükəmməl bilirdi. 1917-ci ildə doğma Tüklə kəndinə qayıtmışdır. Tüklə və ətraf kəndlərdə mollalıq etmiş və böyük nüfuz qazanmışdır. Lerik rayonuna məcburi köç etmiş və fəaliyyətini orada davam etdirmişdir. 1940-cı ildəLerikdə vəfat etmiş və orada dəfn olun-muşdur.
Hacı Sücaət Şükür oğlu Şükürov - 04.09.1965-ci ildə Tüklə kəndində anadan olmuşdur. İlk dini təhsilini Hacı Mirəziz ağadan almışdır. Bakıda ruhani mədrəsəsini sonra isə Bakı İslam Universitetini bitirmişdir.Şirvan şəhər məscidinin axundu işləmişdir. Hal-hazırda kənd məsci-dinin axundudur. Tüklə kəndinin din adamları Mehtiyev Əliş, Xankişiyev Əyyub, Quliyev İsrafil, Məşədi Nayib, Məşədi Ağarəzi, Molla Firdovsi, Molla Üzeyir, Molla Soltan, Molla Yaşar, Molla Balayar, Molla Əliyar, Mirhabil, Teymur, Rabil kənd mollalarıdırlar.
Tüklə kəndinin tarixi abidələri:
Yazarlar:
Vilayət İbad oğlu İbadov
20.09.1963-cü ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur.1982-ci ildə Bakı Energetika Texnikumunu, 1990-cı ildə isə Neft Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. İxtisas üzrə mühəndis-elektrikdir.Hal-hazırda ixtisası üzrə çalışır. “Mənim haqqım” şeirlər kitabının müəllifidir. Bu kitab onun ilk yaradıcılıq nümunəsidir.
Səxavət Səxa (Baxışov Səxavət Aşur oğlu)
02.04.1960-cı ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur.1977-ci ildə Tüklə kənd orta məktəbini fərqlənmə ilə bitirmişdir.Bədii qiraətçi kimi şeirə, qəzələ böyük həvəs göstərmişdir. Vaxtaşırı dövri mətbuatda müxtəlif məqalələrlə çıxış etmişdir. El şənliklərinin tanınmış aparıcısıdır. Əbəs yerə deyil ki, onu “Elin Aşıq Ələsgəri” adlandırırlar. Unudulmaz müəllimi, şair Əliyev Soltanağa Qafil oğluna (Akif Soltan) həsr etdiyi “Sanmayın Soltanı köçüb gedəndi” şeirlər kitabı oxucularla ilk görüşüdür.
Məmmədova Adilə Əli qızı
1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Tüklə kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Hal-hazırda təqaüdçüdür. Tüklə kəndində yaşayır. “101” bayatı kitabı çap olunmuşdur.
Rəhimov Peyman Əlipaşa oğlu
04.06.1984-cü ildə Tüklə kəndində anadan olmuşdur. Ali təhsilli filoloqdur. Bakı şəhərində müəllim işləyir. Ali məktəbə hazırlaşan abituriyentlər və müəllimlər üçün “Azərbaycan dilinin qramatikası” və ədəbiyyat nəzəriyyəsi” vəsaitlərinin müəllifidir.
Rəhmətov İlkin Əlisultan oğlu
24.05.1974 ildə anadan olmuşdur. Azərbaycan Texniki Univeristetini bitirmişdir. İnforma-tika müəllimi və mütəxəssisi kimi fəaliyyət göstərir. Tüklə şəhidlərinin xatirəsinə yazdığı “Mən sizdən ayrılmazdım” kitabının müəllifidir.
Qəhrəman analar:
Tüklə kəndində çoxuşaqlı ailələr çoxdur. Tüklə kəndində 23 qəhrəman ana (10 və çoxuşaqlı) var.
Orden, medal, fəxri adlar alanlar
İbadov Fərhad İbad oğlu - Tərəqqi medallı, Əməkdar mühəndis
Xeyriyyəçilər:
Tüklə kəndi mərd, mübariz , ziyalı oğulları ilə yanaşı xeyriyyəçi övladları da vardır. “Əl tutmaq Əlidən qalıb” kəlamını əsas tutaraq xeyriyyəçi oğlanlarımız həmişə kəndin xeyir-şər işlərində, ictimai işlərində, abadlıq bəra işlərində heç vaxt köməkliklərini əsirgəmirlər. “Sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə xeyriyyəçilik edən çoxlu xeyriyyəçilər vardır. Hacı Seyran Nəcəfov
Məşədi Məhərrəm İsmayılov
Raci Xankişiyev
Mədət Ağayev
Əbdül İsmayılov
Müşfiq Xanverdiyev məhz belə xeyriyyəçilik fəaliyyəti göstərir.
İnfrastrukrur
Tüklə ərazisində 2 məscid, 1 orta məktəb, 1 həkim ambulatoriyası, 1 feltşer mama məntə-qəsi, 1 poçt rabitə şöbəsi, 1 ATS, 2 çayxana, 2 kitabxana, 1 sənətkarlıq klubu və 3 mağaza fəa-liyyət göstərir. Ərazidə 2 dövlət əhəmiyyətli obyekt fəaliyyət göstərir. 1961-ci ildə quraş-dırılmış 35/10/110kv-lıq Tüklə Elektrik yarımstansiyası və 1969-cu ildə çəkilmiş Tüklə qaz-paylayıcı stansiyası fəaliyyət göstərir. Kəndi bir-birinə birləşdirən 7 körpü vardır.
Kəndin adı: Məmmədoba kəndi
Ehtimallar və reallıqlar
Talış dilində Mədübə sözü dəyişikliyə uğrayaraq Azərbaycan dilində Məmmədoba adını almışdır. Ancaq reallıqda kəndin adı “Mədubə”-dir. Bu iki ad başqa məfhum ifadə edir - hər ikisi insan adı ilə bağlıdır. Talış dilində səsləndirdiyimiz Mədübə adı “Mədi”-şəxs, insan adı bildirir. “bə” isə oba sözünün qısaldılmış formasıdır. Məmmədoba sözü də şəxs adından - “Məmməd” və “oba” sözündən yaranmışdır. Yəni “Mədübə” Mədinin yaşadığı yer, oba, Məmmədoba isə Məmmədin yaşadığı yerdir.
Əhalisi: 1410 nəfər O cümlədən; kişi: - 625 nəfər, qadın - 785 nəfər
Ərazisi: 421 ha.
Təsərrüfat sayı: 334
Ev sayı: 228
Coğrafi mövqeyi
Məmmədoba kəndi rayon mərkəzindən 20 km aralıda, cənub qərb istiqamətdə, Talış dağ-larının ətəyində yerləşir. Çox mənzərəli və səfalı təbiəti var. Ərazidən çoxlu bulaqlar və kəndə xüsusi yaraşıq verən Məmmədoba çayı axır.
Həmsərhəd olan kəndlər:
Şərqdən Tüklə kəndi,
cənubdan Tiyağani kəndi,
qərbdən dövlət meşə fondu torpaqları ilə,
şimaldan Xanalion kəndi ilə həmsərhəddir
.
Qeyd: Məmmdoba kəndi Tüklə inzibati ərazisinə daxil olan kənd olmaqla əvvəllər Tüklə kəndi ilə birlikdə Boradigah, sonralar isə Hişkədərə kənd sovetliyinin tərkibinə daxil olmuş-dur.
Kəndin əsas məşğuliyyəti
Sovet təsərrüfatı dövründə çayçılıq, tərəvəzçilik, maldarlıq əsas məşğuliyyət sahələri olub. İndi isə kənd əkinçilik və heyvandarlıqla məşğuldur.
Kəndin tarixi abidələri
- 1915-ci ildə tikilmiş Məmmədoba kənd məscidi
250-dən artıq yaşı olan Məm-mədoba kənd məscidinin qarşı-sında olan Nil ağacı
Məmmədoba kənd Cümə məscidi Tarixi qədim olan Nil ağacı
Kəndin ilk məktəbi və ilk müəllimi
Məmmədobada ilk məktəb 1930-ci ildə Məşhədi Dadaşın ikimərtəbəli evində açılmışdır.
Kəndin ilk müəllimi Lənkəranın Boladi kəndindən Əyyub müəllim olub.
Kəndin ilk ali təhsillisi Ağayev Sabir Fərzulla oğlu olmuşdur.
Məmmədoba kəndində 2017-ci ilə kimi fəaliyyət göstərən orta məktəb olmuşdur. Uzun müddət məktəbə Əliyev Ağayar Zülfüqar oğlu məktəb direktoru kimi rəhbərlik etmişdir. Məktəb direktorları 2010-2011-ci illərdə Şahmarov Rüfət, 2011-2017-ci illərdə Qurbanov Hakim Mirzə oğlu olmuşdur.
Şəhid Fizuli Əliyevin adını daşıyan Məmmədoba natamam orta məktəbində Elşad Şəfəq-qətov, Ramiz Quliyev, Pənah Mehtiyev, Şahüseyn Hacıyev, İltifat Hacıyev, Vəli Şəfəqqətov, Şakir Dadaşov kənd yetirmələri kimi müəllim işləmişlər.
2017-ci ildə Şəhid Füzuli Əliyevin adını daşıyan Məmmədoba natamam orta məktəbi bağlanaraq şəhid Əli ibadov adına Tüklə kənd tam orta məktıbinə birləşdirilmişdir.
Kənd kolxoz və sovxoz illərində
Məmmədoba kəndində 1930-cu ildə kollektiv təsərrüfat yaradılmış, əvvəl “Qızıl talış” son-ralar “Baydukov” adı ilə fəaliyyət göstərmişdir. İlk kolxoz sədrləri Yusif Bağırov, Bağır Ağayev, Əjdər Əhədov olmuşdurlar. Məmmədoba kəndi - Baydukov kolxozu 1951-ci ildə Tüklə kəndi ilə birləşdirilmiş və Əjdər Əhədov kolxoz sədri seçilmişdir.
İkinci Dünya müharibəsində iştirak edənlər
Məmmədoba kəndindən böyük vətən müharibəsinə 27 nəfər getmiş, 15-i həlak olmuş, 12 nəfəri sağ qayıtmışdır.
Qarabağ müharibəsi şəhidləri
Əliyev Fizuli Əmrah oğlu - 1973-cü ildə Məmmədoba kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü il yanvarın 29-də Şişqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Ağayev Rüstəm Ramazan oğlu - 1970 ci ildə Məmmədoba kəndində anadan olmuş. 1993-cü ildə könüllü cəbhəyə yollanmış döyüşlərin birində yaralanıb əsir düşmüşdür.26 yanvar 1994-cü ildə Ermənistanin Spitak həps düşərgəsində güllələnmişdir.8 aprel 1994-cü ildə cənazəsi vətənə gətirilmiş kənd qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.
Əliyev İlqar Hidayət oğlu - 1972-ci il dekabrın 1-də Məmmədoba kəndində anadan olmuş, Tüklə kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Ağdərə və Füzuli bölgələrində iştirak edib. 1993-cü il yanvarın 24-də Xıromort kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.
Din xadimləri
Kazımov Muxtar Sadiq oğlu - 1900-cü ildə Məmmədoba kəndində anadan olmuşdur. Ərdəbil və Nəcəf şəhərlərində ali dini təhsil almışdır. Höccətül-islam dini rütbəsinə qədər ucalmışdır. 22.08.1981-ci ildə Ərdəbil şəhərində vəfat etmiş, Səttarabad (Qasimiyyə) qəbiris-tanlığında dəfn olunmuşdur.
Hacı Şəfəqqətov Qurbanəli
Məşhədi Ağayev Burhan
Arzu Məhərrəmov
Arif Məhərrəmov
Nuriyev Mehrab
Qəhrəman analar- 12 nəfər
Xeyriyyəçilər
Ağayev Saleh
Ağayev Alim
Şəfəqqətov Elşad
Hacıyev Rafət
Kəndin adı - Tiyəğani
Kəndin adının mənası
Ehtimal və reallıqlar
“Tiyəğani” toponimi talış dilində tikanlı yer, tikanlıq mənasını verir. Bəziləri isə bu sözü dağ bulağı - “Tiyəhoni” mənasında işlədirlər. Bəzi mənbələrdə əyri salınmış yer mənasında izah edirlər. Tiə (tiyə) - tikan mənasında deyil, həm də sütun mənasında işlənir - peştə tiyə - onurğa sütunu. Ən real qəbul edilmiş variant budur ki, tiyəğani - tikanli yer mənasını verir.
Ərazisi: 74 ha
Əhalisi: 365 nəfər O cümlədən; kişi: 175 nəfər, qadın: 190 nəfər (01.01.2021-ci il tarixə)
Təsərrüfat sayı:67
Ev sayı: 62
Kəndin əsas məşğulliyəti əkinçilik və heyvandarlıqdır.
Coğrafi mövqeyi
Tiyəğani kəndi rayonumuzun ən gözəl kəndlərindən biridir. Üç tərəfdən su bəndləri ilə əhatə olunmuş kənd Talış dağlarının Burovar silsiləsinin ətəklərində, rayon mərkəzindən 22 km cənub qərbdə yerləşir.
Həmsərhəd kəndlər
Şərqdən - Tüklə və Mişkəmi kəndləri,
cənubdan - Kubin kəndi,
qərbdən - dövlət meşə torpaqları ilə,
şimaldan - Məmmədoba kəndi ilə həmsərhəddir.
Kəndin ilk ali təhsillisi
Mehtiyev Pənah Sayad oğlu (1961)
İkinci dünya müharibə iştirakçıları
12 nəfər müharibəyə getmiş, 5 nəfər qayıtmış, 7 nəfər həlak olmuşdur
Qəhrəman analar:7 nəfər
Xeyriyyəçilər:
Dadaşov Mehrab
Cavzıyev Ədalət
Din xadimləri
Molla Əskər Mehtiyev
Molla kərbəlayi Baxşəli
Molla Hacı Hidayət Dadaşov
Tüklə İnzibati Ərazi Dairəsi ilə bağlı yazının hazırlanmasında qrupa yaxından köməklik göstərdiyinə görə məktəbin müəllimi Əlipaşa Rəhimova və ona yardımçı olmuş Savalan Məmmədova, Elşad Şəfəqqətov, Ramiz Quliyev və başqalarına qrup rəhbərliyi dərin təşəkkürünü bildirir.
Qeyd: Yazıya əlavə məlumatlar daxil ediləcək.\
“Masallı iensklopediyası”nı hazırlayan qrup
Qeyd: Növbəti yazılar Hişkədərə, Sərçuvar və Qarğalıq İnzibati Ərazi dairələri barədə olacaqdır.