Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallıı ensiklopediyası” - 22-ci yazı. Öncəqala İnzibati Ərazi Dairəsi


  Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi …, tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyi-miz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, biz-dən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardım-çı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Əlizaman Baxış:  - 0 50 427 70 25

Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Hə-sənli, Lürən, Sığdaş İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Öncəqala İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

1. Boradigah
  2. 
Qızılağac 
  3. 
Kolatan
 
4. Xırmandalı
 
5. Qəriblər
 
6. Qızlavar
 
7. Mahmudavar

8. Təzəkənd

9. Köhnə Alvadı

10.Qodman
 
11.Yeyənkənd

12. Səmidxan

13. Çaxırlı

14. Miyanku

15. Təklə

16. Göyəçöl

17. Türkoba

18.  Həsənli

19. Lürən

20. Şərəfə

21. Sığdaş



 






Ərazinin özəllikləri:

Qurbanov Ağaqulu Qədir oğlu –1918-ci ildə gənc yaşlarında ikən könüllü olaraq Azərbaycan Dviziyasında “Dəmir alay”ın taqım komandirinin müavini kimi xidmət edir.                                                                (Öncəqala kəndi)


Fərəcov Fərəculla Seyfi oğlu - 1942-ci ildə 416-cı Taqanroq diviziyasında vuruşub. Sovetlər İttifaqında hərbi nazir Qreçkonun göstərişi ilə 9 may Qələbə günü Moskvada keçirilən parada çağırılıb. 

                                                                                                          (Öncəqala kəndi)

            (Ətraflı Öncəqala kəndinin “Kənddə tanınmışlar” bölümündə)


Zahidov Atabala Kazım oğlu - 1964-cü ildə Respubilka xalq yaradıcılığı festivalının laureatı, 1987-ci ildə ailə ansambllarının Ümumittifaq Musiqi Festifalının qalibi diplomu ilə təltif olunmuşdur        .                       (Öncəqala kəndi)

            (Ətraflı Öncəqala kəndinin “Musiqi və folklor” bölümündə)


Fərəcov Ədalət Nurulla oğlu - Kimya-biologiya elmləri doktoru, professor. 

Məşhur “91-lər”dən biri olmuşdur.

            (Ətraflı “Alimlər” bölümündə)


Məmmədov Ehtiram Arif oğlu  - 2017-ci ildə Almaniyanın Liverkuzen şəhərində Beynəlxalq Portret Ustalarının iştirakı ilə keçirilən müsabiqədə 1-ci yeri tutmuşdur.



Ərazidə ilklər: 


Öncəqala kəndində yaranan və Y.M. Sverdlovun adını daşıyan ilk kolxoza, ilk kolxoz sədri 1896-cı il təvəllüdlü Əhmədov Mirzəkişi Təhməz oğlu seçilib.                                                                                     (Öncəqala kəndi)


1989-cu ildə böyük sovxoz təsərrüfatları yenidən bölündü. Öncəqala sovxozu yarandı və ilk direktor Güləhməd Səmədov təyin edildi.

                                                                                                          Öncəqala kəndi)           

İlk ali ruhani təhsilli  Hacı Mirzə Məhəmməd Molla Mücrüm Axund olmuşdur.                                                                                         (Öncəqala kəndi)


Kənddə ilk məktəb təxminən 1928-ci ildə acılmışdır. (Öncəqala kəndi)


Sovet dövründə kəndin ilk ali təhsillisi Məmmədov Məmməd Abdulhəsən oğlu olmuşdur.                                                                                 (Öncəqala kəndi)


1999-cu ilin 23 noyabrında ilk bələdiyyə seşkiləri keçirildi. Əhmədov Urşan ilk bələdiyyə sədri seçildi.                                                    (Öncəqala kəndi)


Kəndin ilk təhsillisi Cavadov Təyyar Əzim oğlu – sinif müəllimi.

(Öncəqala kəndi)

İlk müəllimlər: Hüseynov Zakir Mirxəlil oğlu - coğrafiya müəllimi  

                        və       Şükürov Nuru Həsən oğlu – sinif müəllimi.

(Öncəqala kəndi)


İlk alim Zeynalov Naib Eynal oğlu - texnika elmləri doktoru, professor. 

(Öncəqala kəndi)

İlk məktəb təxminən 1930-cu ildə açılıb. Yeni məktəb 2011-ci ildə inşa edilib.                                                                                       (Hüseynhacılı kəndi)

Kəndin ilk ali təhsillisi Teymurov Sabir İsmayıl oğlu –(Hüseynhacılı kəndi)

 Kəndin ilk alimi Cəfərov Cavid Ağalar oğlu - tarix üzrə fəlsəfə doktoru. 

                                                                                                          (Hüseynhacılı kəndi) 


Ərazidə şəhidlər:

Kəndin I Qarabağ şəhidləri:

  Məmmədov Ətrafil Mürüvvət oğlu    -                          (Öncəqala kəndi)

  Yusifov Söhbət Adəm oğlu                –                                   (Öncəqala kəndi)

  Tapdıqov Niyaməddin Rəcəb oğlu    -                         (Hüseynhacılı kəndi)      

  

  II Qarabağ çəhidləri:

Ağayev Şahin Azəroğlu                           -                                              (Öncəqala kəndi)


Novruzov Elçin Qismət oğlu               (Hüseynhacılı kəndi)


(Ətraflı hər kəndin “Şəhidlər” bölümündə”)


Yüksək Dövlət mükafatları, orden və medal alanlar:


Məmmədov Məmməd Abdulhəsən oğlu -  Lenin ordeni alıb. 

                                                                                                                      (Öncəqala kəndi)

Ağayev Museyib Əbil oğlu –Lenin ordeni alıb.              (Öncəqala kəndi)


Məmmədov Heybət Canhəsən oğlu – 1950-ci ildə Lenin ordeni alıb. 

                                                                                                                      (Öncəqala kəndi)

Şirəliyev Xanoğlan Firudin oğlu – 1950-ci ildə Lenin ordeni alıb.

                                                                                                                      (Öncəqala kəndi)

            (Ətraflı “Yüksək Dövlət mükafatları alanlar” bölümündə)


 
Kəndin tanınmışları:

Kənddə:


Niftullayev Fərzixan Rəfi oğlu1955-1956-cı illərdə kolxozun sədri vəzifələrində çalışmışdır.                                                    (Öncəqala kəndi)

Əliyev Məmməd Eyvaz oğlu – kolxoz sədri olub.         (Öncəqala kəndi)


Fərəcov Fərəculla Seyfi oğlu – kolxoz sədri olub.        (Öncəqala kəndi)


Məmmədov Nəcəfqulu Nəcəfəli oğlu –  kolxoz sədri olub. (Öncəqala kəndi)

            

Cəbiyev Şəkəralı Qənbər oğlu -  kolxoz sədri olub.  (Öncəqala kəndi)

            

            (Ətraflı “Kəndin tanınmışları” bölümündə)


Rayonda:

Saleh Eyvaz oğlu Zeynalov – Masallı Rayon Koperativlər İttifaqı İdarə heyətinin sədri olub.                                                                  (Öncəqala kəndi)


Zeynalov Fərid Ərəstun oğlu Bakı futbol klubunun viste-prezidentidir.

                                                                                                          (Öncəqala kəndi)

Məmmədov Məhərrəm Canhəsən oğlu  –1943-cü ildə Masallı Rayon Hərbi Komissarı olmuşdur.                                                          (Öncəqala kəndi)


Təhməzov Alışan Sahib oğlu – Cəlilabad, Masallı, Astara rayonlarında Məhkəmə-tibbi ekspertiza şöbələrində rəis olmuşdur. (Öncəqala kəndi)



Respublikada:

Məmmədov Məmməd Abdulhəsən oğlu -  Masallı RPK-nın I katibi, Azərbaycan Ali Sovetinin deputatı olub.                             (Öncəqala kəndi)


Hüquq-mühafizə sahəsində çalışanlar:


Əliyev Zahid Əsgər oğlu  polkovnik-leytenant.            (Öncəqala kəndi)


Məmmədov Əfsər Məmməd oğlu – polis mayoru.        (Öncəqala kəndi)


Məmmədov Roman Yunsur oğlu – polis kapitanı.        (Öncəqala kəndi)


İsmayılov Xanhüseyn Zəki oğlu – polis baş leytenantı.(Öncəqala kəndi)

            (Ətraflı “ Kəndin hüquq-mühafizə işçiləri” bölümündə)


Ərazinin yazarları:


Huseynzadə Hacı Mir İbadulla Mirxəlil oğlu – şair-tədqiqatçı. 

(Öncəqala kəndi)

Niftullayev Hacı Tahir – tədqiqatçı-yazıçı.                     (Öncəqala kəndi)


Musiqi və özfəaliyyət sahəsində tanınmışlar:


Əhmədov Əliqulu Əliş oğlu - Azərbaycan Dövlət Flarmoniyasının solisti olub.                                                                                                (Oncaqala kəndi)

Zahidov Atabala Kazım oğlu aşıq.                            (Öncəqala kəndi)

Müslümov Həbib Zəki oğlu – xanəndə.                       (Öncəqala kəndi)

Əhmədov Nəhmət Rzabala oğlu – xanəndə, “İstedadlar axtarırıq” müsabiqəsinin qalibi.                                                            (Öncəqala kəndi)


                        (Ətaraflı kəndin “Musuqu və özfəaliyyət” bölümündə) 







ÖNCƏQALA İnzibati  Ərazi Dairəsi 


1. Öncəqala İnzibati Əərazi Dairəsi 2 kəndi – Öncəqala və Hüseynhacılı kəndlərini əhatə edir.


2. Öncəqala İnzibati Ərazi Dairəsinin coğrafi mövqeyi: 

Ərazi dairəsi Masallı rayon mərkəzindən şərqdə, rayonun Muğan zonasında, aran ərazidə, düzənlik sahədə yerləşir.


3. Həmsərhəd olduğu ərazi dairələri:

Şimaldan Qarğalıq ərazi dairəsi ilə, cənubdan Musakücə ərazi dairəsi ilə, qərbdən Səmidxan ərazi dairəsi ilə, şərqdən Viləşkənd ərazi dairəsi ilə həmsərhəddir.


4. Öncəqala ərazi dairəsinin tarixi haqqında:

            Çar hökuməti vaxtı (1859-1917) Bakı quberniyasının  Lənkəran qəzası Muğan (Göytəpə) pristavlığına daxil olub. 1917-1929-cu illərdə Lənkəran qəzasının Prişib (Göytəpə) dairəsinə, 1930-cu ildən isə Masallı rayonunun tərkibində olmuşdur.

 Sovet dövründə - Kənd XDS İK-nin yarandığı tarix - 1930-cu ildə Masallı rayonuna daxil olub. Mərkəz əvvəl Səmidxan kəndində olub. 

Müstəqillik dövründə:    2013-cü il mart ayının 5-də Masallı Rayon İH-nin Öncəqala İnzibati Ərazi Dairəsi yarandı.


5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi:     Cəmi: 1194ha.

o cümlədən:

Əkin sahəsi:                                                                           822 ha.

Bələdiyyə torpaqları:                                                    208 ha

Yaşayış evləri və həyətyanı torpaq sahələri:   164 ha

            

6. Ərazi dairəsinin əhalisi:       3795   nəfər

            O cümlədən:   kişi:     1929 nəfər,     qadın:     1866 nəfər.


7. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik (çəltikçilik, taxılçılıq, tərəvəzçilik, tütünçülük), maldarlıq. 


8. Ərazi dairəsinin ərazisində suvarma sistemləri – istillər, su anbarları, su qurğuları:

            Öncəqala ilə Səmidxan kəndlərinin arasında “İstillər” deyilən su anbarları olub. İndi də yaşlı nəslin yaxşı xatırladığı “Sadıq istili”, “Böyük istil”, “Pələngatan istili”, “Söyüdlü istili” bu ərazilərdə olub. Yerli adamların dililə Oncakələ istili adlandırılan su anbarı indi də mövcuddur. Vaxtilə bu istilin suyundan çəltilikçilik təsərrüfatında istifadə olunurdu.   




Ərazinin adını daşıyan kəndin adı:                             Öncəqala

 

Əhalisi:  01. 01.   2021-ci il siyahıyaalınmasında      2428 nəfər

           O cümlədədn:   Kişi:    1234 nəfər;   qadın:   1194 nəfər


1849-cu il siyahıyaalınmasında          60 ev,    401 nəfər;

1863-cü il   --------------------------          81 ev,    417 nəfər;

1873-cü il   --------------------------          97 ev,    425 nəfər;

1886-cı il    --------------------------           102 ev,  514 nəfər;   

 

Ərazisi: 

620 hektar torpaq sahəsi var. Bundan: 

371 ha pay torpaqları, 

27 ha dövlətin tabeliyindədir, 

93 ha həyətyanı torpaqlardır, 

129 ha isə bələdiyyənin nəzarətindədir.

 

Coğrafi movqeyi:    Kənd rayon mərkəzinin şimal-şərqində, Xəzər dənizinin qərbində, Lənkəran ovalığının Muğan ərazisində,   duzənlik sahədə yerləşir.

 

Kənd əhalisinin əsas məşğuliyyəti:      1941-1945-ci illərə qədər taxılçılıq, bostançılıq, çəltikçilik , sonra bura tütünçülük də əlavə  olmuşdur. 1970-1980-ci illərdə əlavə olaraq tərəvəzçilik (pomidor və kələm) də inkişaf etdirilmişdir. Son illərdə kənd camaatı əsasən taxılçılıqla və badımcan əkini ilə məşğul olur.

 

Həmsərhəd olduğu kəndlər: Cənubdan Masallı şəhəri, şərqdən Huseynhacılı, cənub-şərqdən Musakücə, şimal-qərbdən Səmidxan, Alışanlı kəndləri ilə həmsərhəddir.

 

Kəndin adının mənası:
İrəlidə (qabaqda) olan qala deməkdir. Kəndin yaxınlığında qala yerinin izləri bu gunə kimi qalmaqdadır. Bu kənddə vaxtı ilə qala olmuş, yerli əhali bu qala vasitəsi ilə düşməndən qorunmuşdur.

 

Kəndin qısa tarixcəsi:

Tarixi mənbələrdən Öncəqala kəndi haqqında məlumat IX əsrə təsadüf edir. Belə ki, Xürrəmilər hərəkatının rəhbəri olan Babək ərəblərə qarşı mübarizə apararkən bir necə müdafiə xarakterli qalalar tikdirmişdir. Bu qalalardan birincisinin (öndə olanının) adı ilə bu kəndin adı Öndəqala və ya Öncəqala adlandırılmışdır. Həmin qalanın izlərinə bu gün də rast gəlmək olar. Belə ki, bu qala kəndin önündə yerləşən qəbiristanlığın ərazisindədir. Arxeoloji qazıntılar zamanı Qala yeri adlı yerdə orta əsr tarixinə dair Kurqan qəbirləri aşkar edilmişdir. Hazırda bu kənddə XIX əsrə aid məscid vardır.

Kənd haqqında Mir Abdulla Hüseynzadənin “Öncəqala (keçmişdə və indi)” kitabında deyilir: “Onlar (kənd camaatı) bu kəndə Cənubi Azərbaycanın Oncakələ kəndindən köçüb gələnlərdir. Bunu kəndin ağsaqqalı hacı Alkişi özündən əvvəlki yaşlıların dediklərinə əsasən deyir. Həmin fikri Məşədi Salman da təsdiq etdi və onların əvvəl Viləş çayının sahilində, sonra isə indiki Öncəqalada məskunlaşdıqlarını bildirdi”. 


Başqa bir mənbədə bu barədə yazılır:

“Şamaxının XVII əsrin əvvəllərinə aid arxivlərini yoxladıq. Məlum oldu ki, məsələ təkcə, Şah Səfəvinin fərmanında göstərildiyi kimi, Öncəqalanın əsasını qoyanların ulu əcdadının Şamaxıdan olması - Şeyx Məhəmmədəli bəy Şirvani əl-Gilaniyə qədər olan nəsil şəcərəsi ilə bitmir. Gürcüstan Dövlət Tarix Arxivində saxlanan sənəddə (1617-ci ildə Şamaxı əhalisinin siyahıyaalınması; 1857-ci ildə bu sənədi Zeydlis fars dilindən rus dilinə tərcümə etmişdir) göstərilir ki, Saritor paqda 43 nömrəli evdə 10 il öncə (yəni 1607-ci ildə Dağıstandan köç etmiş) Şeyx Məhəmməd Əli Mustafa oğlu və oğulları Mustafa, Məmməd, Nurulla , Abdulla və əkizlər Əliyar və Əsədulla yaşamışlar. Əlbəttə, tağılı və qədimli tayfalarının ağsaqqallarının müraciət etdiyi sənəddə yanlışlıq yoxdur. Həqiqətən, onlar Şeyx Məhəmməd Əlinin nəslindəndir və əvvəl Şamaxıda yaşamış, sonra isə Talış mahalına köçmüşlər”.

Mənbə: Haci Tahir Niftullayev.”Öncəqala salnaməsi”,   Bakı, "Elm və təhsil", 2019, səh. 352.

Kənd XDS – Öncəqala ərazisinə daxil olan Öncəqala və Hüseynhacılı kəndləri 1930-cu ildən Masallı rayonunun Səmidxan Kənd XDS-nin  tərkibində olub. İlk sədr Mirzəyev Fəttah Kərim oğlu olub.

1961-ci ildə Öncəqala kəndi Kalinovka (Viləş kəndi) Kənd XDS-yə birləşdirildi.

2013-cü il mart ayının 5-də Masallı Rayon İH-nin Öncəqala İnzibati Ərazi Dairəsi yarandı və Hüseynhacılı kəndi də bu dairəyə birləşdirildi.

Kənd özünü idarə forması – kənd bələdiyyəsi: 


1999-cu ilin 23 noyabrında ilk bələdiyyə seşkiləri keçirildi. Əhmədov Urşan ilk bələdiyyə sədri seçildi.


2009-cu ildə Öncəqala və Hüseynhacılı kənd bələdiyyələri birləşdirildi və Öncəqala sakini Ağayev Rafiq Museyib oğlu birləşmiş bələdiyyəyə sədr seçildi.

Kənddə 698 ailənin yaşadığı 440 yaşayış evi var. 


Kənddə Dövlət təsərrüfatı (kolxoz və sovxoz):


Kənddə kolxoz təsərrüfatının təşkili 1930-cu illərə təsadüf edir və Y.M. Sverdlovun adını daşıyıb. İlk kolxoz sədri 1896-cı il təvəllüdlü Əhmədov Mirzəkişi Təhməz oğlu seçilib. 


Sonrakı kolxoz sədrləri:

1. Əhməd Heydər oğlu                          (İskəndərli kəndindən)

2. Naib (soyadı məlum deyil)     (Ərkivan kəndindən)

3. Əliyev Məmməd                               (Öncəqala kəndindən)

4. Ağammədov Xəki                             (Öncəqala kəndindən)

5. Məmmədov Nəcəfqulu                      (Öncəqala kəndindən)

6. Cəbiyev Şəkəralı   - sonuncu sədr,     (Öncəqala kəndindən)    


Sovxoz təsərrüfatı 1960-cı illərdə təşkil olundu. Öncəqala Y. M. Sverdlov kolxozu ləğv olundu və Kalinovka kəndində ( Viləş kəndi) yaradılmış “1May” sovxozuna birləşdirildi. Sovxozun ilk direktoru milliyyətcə rus olan N. Brızqalin idi.


1989-cu ildə böyük sovxoz təsərrüfatları yenidən bölündü. Öncəqala sovxozu yarandı və ilk direktor Güləhməd Səmədov təyin edildi.


Sonrakı illərdə:

Siyab Şirəliyev              -           1992-1993-cü illərdə,

Müstəqim Bəşirov -       1993-1994-cü illərdə,

Urşan Əhmədov  -        1994-1996-cı illərdə direktor işləmişlər.


1997-ci ildə yeni aqrar siyasəti aparıldı və sovxozlar ləğv olundu. Əvəzində aqrar islahat komissiyaları yarandı. Torpaq kənlilərə paylandı.


Abidələr:

Məscid:

M.Mirzəyevin “Mənim Masallım” kitabında Öncəqala məscidinin tikilmə tarixi XVIII əsrə aid edilir. 




 

“Qarabağ Şəhidləri” abidə-kompleksi



Din xadimləri:

Hacı Mirzə Məhəmməd Molla Mücrüm Axund 

1930-cu ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Piləçay kəndində doğulub. Ali ruhani təhsilini Tehranda və Nəcəfdə almışdır.25 yaşında ikən – 1856-cı ildə Lənkəran qəzasının Öncəqala kəndinə köçüb. Bu kənddə məktəb açıb. Sonra Masallı rayonunun Xıl kəndindən bir qızla evləndiyindən o kəndə köçür və orada da məktəb açır. Molla Mücrüm (günahkar) şair kimi də tanınırdı və şeirlər yazırdı. Onun əsərlərini tədqiqatçı alim Salman Mümtaz Mücrimin oğlu Məmmədbağırdan alıb Bakıya aparmış və gümün edilir ki, Respublika Əlyazmalar İnstitutunda saxlanır.  1915-ci ildə Xıl kəndində vəfat etmişdir. 


Molla Əli Axund Nemət oğlu

1869-cu ildə Öncəqala kəndində doğulub. İlk təhsilimi mədrəsədə, orta ruhani təhsilini Ərdəbil şəhərində, ali ruhani təhsilini isə İraqın Nəcəf şəhərində almışdır. Təhsildən sonra Öncəqala kəndinə qayıtmış, molla məktəbində dərs deməklə məşğul olmuşdur. 1930-cu illərdə Sovetlərin repressiyası təhlükəsinin qorxusundan Ərdəbil şəhərinə - dayılarının yanına qaçmış və orada yaşamışdır. Lakin İran hakimiyyətinə qarşı apardığı əks-təbliğata görə orada da rejimin təqiblərinə məruz qalır və 1947-ci ildə yenidən Azərbaycana qayıdır. Yüksək elmi və savadı yerli hökumət tərəfindən müsbət qarşılanır və onu Quba rayon məscidinə molla göndərirlər. 1951-ci ildə vəfat edib. 


Molla Fərəculla Axund 

Təqribən 1860- 70-ci illərində  Cənubi Azərbaycanın Qocabəyli kəndində doğulub. İraqın Nəcəf şəhərində ali ruhani təhsil alıb Qocabəyliyə qayıdır. Şimali Azərbaycanda dini xidmət tələbatı yarandığı üçün Fərəculla Axund Biləsuvar ərazisinə gəlir. Bir müddət sonra Öncəqala kəndinə gəlir və burada evlənir. Yeni tikilmiş kənd məscidində dini dərslər deyir. Bu, Molla Mücrümün Xıla köçdüyü vaxtlarda olur. Təqribən 1910-11-ci illərdə vəfat edib.


Kənddə ilk məktəbin acılması: 

Təxminən 1928-ci ildə kənd sakini Məşədi Qəni kişinin ikimərtəbəli evində ibtidai məktəb açıldı. Məktəbdə Masallıdan gəlmiş Əlif müəllim dərs deyirdi. 

1951-ci ildə kənddə yeddiillik məktəb oldu. Məktəb bir tərəfi klub olan kolxoz binasında idi. 
            1990-cı ildə Masallı XTŞ-nin müdiri Hüseynbala Əhədovun yaxından köməkliyi ilə kənddə yeni məktəb binası inşa edildi və orta məktəb oldu. 

Məktəbin müdavimlərindən 242 nəfəri ali təhsilli, 80-dən çox isə orta ixtisas təhsilli kadr kimi rayonda və respublikada müxtəlif idarə və müəssisələrdə çalışırlar.



Kəndin ilk təhsillisi:

Cavadov Təyyar Əzim oğlu – 

 

1921-ci ildə Öncəqala kəndində doğulub. 1934-1938-ci illərdə Lənkəran Pedməktəbində oxuyub. 1938-ci ildə təyinatla Cəlilabad rayonunun kəndlərində müəllim və direktor işləmişdir. Qiyabi olaraq Azərbaycan Pİ-nun tarix fakültəsini bitirib. 1967-1976-cı illərdə Masallı rayonu Öncəqala kənd məktəbində direktor işləmişdir. 1976-cı ildə vəfat edib. 


Kəndin ilk ali təhsillisi:

 

Məmmədov Məmməd Abdulhəsən oğlu -  (Ətraflı “Tanınmışlar” bölümündə).


Kəndin ilk müəllimləri:

Şükürov Nuru Həsən oğlu – sinif müəllimi.

1918-ci ildə Öncəqala kəndində doğulub. 1938-ci ildə 1 illik müəllimlik kursunu bitirib. Öncəqala kənd ibtidai məktəbində müəllim işləyir. 1941-ci ildə II Dünya müharibəsinə gedir. 1943-cü ildə yaralanır və ordudan tərxis olunur. 1947-ci ilə kimi müəllim işləyir. Həmin il qəflətən vəfat edir.


Hüseynov Zakir Mirxəlil oğlu – coğrafiya müəllimi, baş müəllim.

 

1923-cü ildə Öncəqala kəndində doğulub. Orta məktəbi bitirən kimi müəllim kimi fəaliyyət göstərib. 1941-1945-ci il müharibəsində baş verən aclıq zamanı məktəb şagirdlərinin iştirakı ilə taxıl sahələrindən topladığı sünbülləri döyüb üyüdərək məktəbdə isti yemək bişirər və uşaqların aclıq çəkməsinin qarşısını alardı. 1948-1952-ci illərdə ADPİ-nin coğrafiya fakültəsində oxuyub. Müəllim olmaqla xeyriyyəçi kimi də fəaliyyət göstərib. 21.10. 2006-cı ildə vəfat edib.



Alimlər:

Zeynalov Naib Eynal oğlu - texnika elmləri doktoru, professor. 




1938-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakultəsinin neft və qaz quyuları qazma ixtisasını bitirib. Ümumittifaq ET Qaz İnstitutunun Türkmənistan filialında kicik və baş elmi işçi olub. 1965-1968-ci illərdə akademik İ.M.Qubkin adına MİNX və QP-in (Moskva) aspirantı olmuş və həmin il namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-1979-cu illərdə Azərbaycan ETİ-nin labarotoriyasında baş elmi işci işləmişdir. 1979-cu ildən hal-hazıra kimi Azərbaycan Dövlət Neft Akademiyasında işləyir. 2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 130-dan artıq elmi məqalənin  müəllifidir. Kəşf haqqında 18 müəlliflik şəhadətnaməsi, o cümlədən,  Azərbaycanın 3 patentini və Rusiya Federasiyasının 2 patentini alıb. 

Azərbaycan Dövlət Neft Akademiyasında işləyir və Akademiyanın dissertasiya şurasının üzvüdür.


Fərəcov Ədalət Nurulla oğlu - Kimya-biologiya elmləri doktoru, professor. 


 

1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu Fərqlənmə ilə bitirib. 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə Sankt-Peterburq şəhərində doktorluq dissertasiyasını müdafiə edərək biologiya-fiziologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Adı 2000-ci ildə Amerika və Kembric Bioqrafiya İnstitutunun “İlin alimləri” kitabına salınmış, Kembric Beynəlxalq Bioqrafiya İnstitutunun Qızıl medalını almışdır.  200-dən çox elmi məqalənin müəllifidir.

Məşhur "91-lər"dən biridir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziologiya kafedrasının müdiri, Prezident təqaudcüsüdür.

 


Rəfiyev Səxavət Fərzixan oğlu - tibb elmləri namizədi. 




2 yanvar 1948-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1965-ci ildə ATİ-nin müalicə profilaktika fakultəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu bitirmişdir.
1971-1973-cü illərdə Ukraynanın Karlatonu hərbi hissəsində hərbi həkim vəzifəsində çalışmışdır. 1974-cü ilin noyabr ayında müsabiqə yolu ilə Bakı şəhəri Klinik Təcili yardım xəstəxanasına cərrah vəzifəsinə seçilmişdir. 1981-ci ildə müsabiqə yolu ilə ATİ -nin cərrahi xəstəlikləri kafedrasına assisent vəzifəsinə seçilmiş və bu günə kimi həmin kafedrada işləyir. 1986--cı ildə "Qarın travmalarının diaqnostika müalicəsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. 1994-cü ildən Cərrahi xəstəliklər kafedrasının dossentidir. 81 elmi əsərin müəllifidir. Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür.

 

Bəşirov Ehtina Kalam oğlu - iqtisad elmləri namizədi. 




24 oktyabr 1961-ci ildə Masallı rayonu Öncəqala kəndində anadan olub. 1982-1986-ci illərdə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində mühasibat uçotu ixtisası üzrə təhsil alıb. 1986-1988-ci ilərdə Masallı rayon “1 May” sovxozunda baş muhasibin müavini vəzifəsində işləyib. 1989-1991-ci illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 01.01.1992-ci ildən 17.06.1992-cl ilədək həmin institutda kiçik elmi işçi vəzifəsində calışıb. 2009-cu ildən hal-hazıra kimi Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin Mühasibat Uçotu şöbəsinin müdir müavini vəzifəsində çalışır. 


Cavadov Azad Məlik oğlu - iqtisad elmləri uzrə fəlsəfə doktoru.

1965-ci ildə doğulub. 10 il Prezidentin Fərmanı ilə yeni təsis olunmuş Bankların Sığortalanması İdarə heyətinin sədri işləyib. Hazırda “GünayBank”ın sədridir.


Cavadov Süleyman Məlik oğlu – texniki elmlər üzrə fəlsəfə doktoru.

1961-ci ildə doğulub. M. Lomonosov adına Moskva Dövlət Universitetinin metallurgiya fakültəsini bitirib. 


Qurbanov Akif Ağaqulu oğlu – tibb elmləri namizədi.

Rusiyanın Perm şəhərində müdafiə edib alimlik dərəcəsi alıb. 1986-1988-ci illərdə Afrikanın Anqola Respublikasında hərbi həkim kimi fəaliyyət göstərib. Sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda pedaqoji işlə məşğul olub.

 

II Dünya müharibəsində iştirak edənlər:  105 nəfər iştirak edib.    52 nəfər vəfat edib, 53 nəfər sağ qalıb.




Kəndin I Qarabağ şəhidləri:


Məmmədov Ətrafil Mürüvvət oğlu – 




 1971-ci ildə Öncəqala kəndində doğulub. İyunun 22-də Ağdam, Ağbalı, Gülablı, Şilli kəndlərinin azad edilməsində böyük igidlik və şücaət göstərmişdir. İyunun 28-də beş nəfər döyuşçü ilə erməni quldurlarına qarşı qeyri-bərabər döyüşə girərək on ikisini məhv etmiş, bir nəfərini isə əsir götürmüşlər. 1992- ci il avqust ayının 18-də Gülablı kəndinin müdafiəsində şəhid olub.


Yusifov Söhbət Adəm oğlu




1976-cı il martın 21-də Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1994-cü ilin iyununda hərbi xidmətə çağırılmışdır. 1994-cü ilin dekabrında Tərtər rayonundakı döyüşlərdə şəhid olmuşdur.


I Qarabağ Müharibəsi veteranları:                                  14 nəfər (6 nəfər Qazi)

1. Sarıbalayev Azad Gülbala oğlu -   sıravi əsgər, Qazi.

2. İsayev Zamiq Əlisa oğlu – sıravi əsgər, Qazi. 

3. Hüseynov Şəmsəddin Mirfazil oğlu – sıravi əsgər, Qazi. 

4. Məmiyev Vəzir Məzlum oğlu -   sıravi əsgər, Qazi.

5. Mirzəyev Əşrəf Yəhya oğlu – sıravi əsgər, Qazi. 

6. Zahidov Bəhruz İxtiyar oğlu – sıravi əsgər, Qazi.

7. Rəsulov Şahlar Rəsul oğlu – sıravi əsgər.

8. Zeynalov Firdovsi Rahib oğlu -   sıravi əsgər.

9. Səmədov Fərrux Güləhməd oğlu – sıravi əsgər.

10. Səmədov Elbrus Güləhməd oğlu – sıravi əsgər.

11. Məmmədov Qeyrət Yunsur oğlu – sıravi əsgər.

12. Abbasov Rəqib Həsənalı oğlu – sıravi əsgər.

13. Məlikov Dünyamalı Elbəyi oğlu – sıravi əsgər.

14. Məmmədov Rəşad Arif oğlu – kiçik çavuş.



II Qarabağ müharibəsi haqqında:


Şəhid:


Ağayev Şahin Azəroğlu                           -    əsgər




13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Azər, anası Qətibə xanım Masallının Öncəqala kəndində doğulublar. Şahin 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı tam orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə pilot ixtisası üzrə aldığı təhsilini qırmızı diplomla başa vurmuşdur. 2016-2017-ci illərdə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə”sinə layiq görülmüşdür. Hərbi xidmətdən sonra bir müddət Azərbaycanın ən iri avia şirkəti olan AZAL Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. Milli Aviasiya Akademiyasının (MAA) məzunu kimi bir dəfə hava nəqliyyatında sınaq uçuşu keçirmişdir. 

 2020-ci ilin iyun ayında Tovuz istiqamətində düşmənin növbəti təxribatı zamanı general Polad Həşimovun və Azərbaycan Silahlı Qüvvələrinin başqa zabit heyətinin şəhid olmasından sonra Şahində Azərbaycan gənclərinin Milli Ordumuza dəstək aksiyasına qoşulanlar və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək arzusunda olanların cərgəsində yer alıb. 2020-ci il sentyabrın 29-dan səfərbərliyə çağırılan Ş. Ağayev Vətən müharibəsində döyüşlərə Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı ümumşəhər qəbiristanlığında dəfn olunan şəhid Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci Fəxri Xiyabana köçürülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Yasamal rayonunda şəhidin yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.


Malikov Nurlan Dünyamalıoğlu




19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. 2014-cü ildə həmin məktəbin onbirinci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında çağırışçı kimi həqiqi hərbi xidmətə yollanıb. Həqiqi  hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə davam etdirib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Ordu sıralarından tərxis olunduqdan sonra bir müddət Sankt-Peterburq şəhərində yaşayıb.

 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonları ərazilərində vuruşub.

Oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.

Şəhidin nəşi 70 gündən sonra - 31 dekabr 2020-ci ildə doğulduğu Öncəqala kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. 

Ölümündən sonra Vətən müharibəsində iştirakına görə Müdafiə Nazirliyi tərəfindən təltif olunmağa təqdim olunub.


Kəndin II Qarabağ müharibəsi veteranları:

1. İsmayılov Turan Muğdat oğlu

2. Həmidov Mərhəmət İltizam oğlu

3. Abbasov Rəvan Üzeyir oğlu

4. Fətullayev Emin Hörmət oğlu

5. Şirəliyev Baba Rasim oğlu

6. Zeynalov Murad Bəxdiyar oğlu

7. Kərimov Fərhad Amil oğlu

8. Məmmədov Elçin Məmməd oğlu         

9. Abdullayev Rauf Əlipənah oğlu

10. Eyvazov Səbuhi Baxşəli oğlu

11. Şükürov Nuru Mehralı oğlu




 


Rəhbər vəzifələrdə çalışmış və hal-hazırda işləyənlər:


Rizvan Rəfiyev -                                                Masallı Rayon Rabitə Şöbəsinin rəisi
Əhməd Hüseynov -                                          Rayon Maye-Qaz İdarəsinin rəisi
Müstəqim Bəşirov -                              Qızılağac Dövlət Qoruğunda böyük elmi 

                                                                                               işci
Üzeyir Ağayev -                                                Masallı RİH-in şöbə müdiri
Sərraf Əliyev -                                      YS İdarəsində baş inspektor, mayor
Əsəd Məmmədov    -                           "Aqroprom"da baş mühəndis
Sədrah Zeynalov    -                             Polis şöbəsində baş leytenant

Güşad Məmmədov    -                          "Aqroprom"da sədr
İslam Məmmədov    -                            Bitki Mühafizəsi İdarəsində rəis
Zəfər Məmmədov    -                            Masallı Rayon Kooperativlər İttifaqının

                                                                    sədri
Ceyhun Hüseynov    -                           Masallı Şəhər SMD-də Baş iqtisadçı


Yüksək Dövlət mükafatları, orden və medal alanlar:


Məmmədov Məmməd Abdulhəsən oğlu -  Lenin ordeni alıb.

(Ətraflı “Kəndin Respublikada tanınmışları” bölümündə)


Ağayev Museyib Əbil oğlu – 1950-ci ildə Lenin ordeni alıb.

1951-ci ildə Masallı Rayon Sovetinin deputatı seçilib, “Əmək veteranı” medalı ilə təltif olunub. 

 


Məmmədov Heybət Canhəsən oğlu – 1950-ci ildə Lenin ordeni alıb. 

 


Şirəliyev Xanoğlan Firudin oğlu – 1950-ci ildə Lenin ordeni alıb.




Kəndin tanınmışları:

Kənddə:


Fərzixan Rəfi oğlu Niftullayev – 1955-1956-cı illərdə kolxozun sədri vəzifəsində çalışmışdır.



1916-cı ildə Öncəqala kəndində anadan olmuşdur. O, ibtidai təhsilini kənddə almış, yeddi illik təhsili isə Masallı şəhərində almışdır. Sonra Sverdlov adına kolxozda mühasib işləmişdir. 1940-cı ildə II Dunya müharibəsində iştirak etmişdir. 1942-ci ilin axırında ağır yaralanmış və tərxis olunmuşdur. II qrup əlil idi. 1950-ci ildə Bakı şəhərində mühasibatlıq kursunu bitirmiş və 1950-1951 -ci illərdə kolxozun baş mühasibi olmuşdur. 1955-1956-cı illərdə kolxozun sədri vəzifəsində çalışmışdır. Ömrünün sonuna qədər mühasib vəzifəsində çalışmışdır. 1974-cü ildə vəfat etmişdir.

 

Əliyev Məmməd Eyvaz oğlu – Kənd XDS sədri olub.




1905-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 1942-ci ildə II Dünya Muharibəsinə getmişdir. 1943-cu ildə xəstələndiyinə görə Ordu sıralarından azad edilmişdir. 1944-cü ilin aprelində Səmidxan kənd sovetinin sədri təyin edilmişdir. 1951-ci ildən 1961-ci ilə kimi Öncəqala kəndindəki Sverdlov adına kolxozun sədr müavini olmuşdur. 1961-ci ildən ömrünün sonuna kimi "1 May" soxvozunda müxtəlif vəzifələrdə işləmişdir. 1987-ci ildə vəfat etmişdir.

 

Fərəcov Fərəculla Seyfi oğlu – kolxoz sədri olub.




1921-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 1939-cu ildə II Dünya müharibəsində iştirak edib. 1942-ci ildə 416-cı Taqanroq diviziyasında vuruşub. Yüksək orden və medallarla təltif olunmuşdur. 1945-ci ildə hərbidən tərxis olunub, Sovetlər İttifaqında hərbi nazir Qreckonun göstərişi ilə 9 May qələbə günü Moskvada keçirilən hərbi parada çağırılıb. 1946-1973-cü illərdə kolxoz sədri və digər müxtəlif vəzifələrdə işləmişdir. 1974-cü ildə vəfat etmişdir.

 

Məmmədov Nəcəfqulu Nəcəfəli oğlu –  kolxoz sədri olub.




1905-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1941-ci ildə II Dünya Müharibəsinə getmişdir. Moskva uğrunda gedən döyüşlərdə şücaət göstərdiyinə görə ordenlə təltif olunmuşdur. 1942-1943-cü illərdə Stalinqrad uğrundakı qanlı döyüşlərin iştirakçısı olmuş, 1945-ci ildə döyüşlərin birində ayağından ağır yaralanmışdır. Sağaldıqdan sonra 10 aprel 1945-ci ildə evə buraxılır. 9 dəfə orden və medallarla təltif olunmuşdur. 1954-1955-ci illərdə Gəncə şəhərində kolxoz sədrləri kursunu bitirmişdir. 1946-1961-ci illərdə briqadir, kolxoz sədri və kənd sovetinin sədri işləmişdir. 1962-ci ildən ömrünün sonuna kimi "1May" soxvozunda yanğından mühafizə təlimatçısı işləmişdir. Avqust 1967-ci ildə vəfat etmişdir.


Rayonda:

Cəbiyev Şəkəralı Qənbər oğlu -  1939-1944-cü ildə Masallıda əmanət kassasının müdiri vəzifəsində çalışıb. 

 

1919-cu ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. Gəncədə kolxoz sədrliyi və mühasiblik kurslarını bitirmişdir.1939-1944-cü ildə Masallıda əmanət kassasının müdiri vəzifəsində çalışıb. 1945-ci ildə Alışanlı kolxozuna sədr göndərilir. 1952-ci ildən Öncəqala kəndinə  Sverdlov adına kolxoza sədr göndərilir. 1961-ci ilə kimi Kalinovkanın (indi Viləş kəndi) "1 May” kolxozunda və sonra "1 May" sovxozunda 1979-cu ilə kimi işləyərək rəğbətləndirici təqaüdə çıxmışdır. Orden və medallarla təltif edilmişdir. 1992-ci ildə vəfat etmişdir.


 

Zeynalov Saleh Eyvaz oğlu – Masallı Rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri olub.




1923-cü il noyabrın 20-də Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. II Dünya müharibəsi başlayandan sonra  - 1942-ci ilin əvvəlində cəbhəyə gedib. 1943-cü ilin sonlarında sol qolundan ağır yaralanmış, Tiflis şəhər hərbi hospitalında müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanır. I qrup əlil idi. Muharibə qurtardıqdan sonra 1945-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə Masallı rayonu N.Gəncəvi adına Boradigah kənd orta məktəbinə tarix fənni üzrə müəllim təyin olunur. 1957-ci ildə həmin məktəbin direktoru, 1961-ci ildə Masallı RXMŞ-ın müdiri vəzifəsinə irəli çəkilir. 1963-cü ildən 1970-ci ilə kimi Masallı Rayon PK-nin Təşkilat-Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1970-1976-cı illərdə isə Masallı Rayon Kooperativlər İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir. 1976 -cı ildən Masallı rayon "Bilik cəmiyyəti"nin sədri vəzifəsində fəaliyyət göstərmişdir. Bir çox orden, medal, döş nişanı və fəxri fərmanlarla təltif olunmuşdur. Qabaqcıl Maarif xadimidir. İctimai-siyasi fəaliyyətinə görə 1965-ci ildə keçmiş Azərbaycan SSRİ-nin Ali Sovetinin fəxri fərmanı ilə, 1968-ci ildə isə "Bakinskiy Raboçi" qəzetinin fəxri fərmanı ilə təltif olunmuşdur. 2002-ci il avqust ayının 6-da vəfat etmişdir. 

Məmmədov Məhərrəm Canhəsən oğlu 1943-cü ildə Masallı Rayon Hərbi Komissarı olmuşdur.




1917-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 1940-cı ildə (bir illik) komandirlər məktəbini bitirmiş və baş leytenant rütbəsi almışdır. 1941-ci ildə II Dünya müharibəsində iştirak etmişdir. 1942-ci ilin avqustunda müharibədə bir gözünu itirmişdir. 1942-ci ilin dekabrında müharibədən evə buraxılmışdır. 1943-cü ildə Masallı Rayon Hərbi komissarı olmuşdur. 1943-cü ilin noyabrında Masallı Rayon Dosafının müdiri, Səmidxan Kənd XDS-nin sədri vəzifələrində işləmişdir. 1961-ci ilə qədər Kalinovka (indi Viləş) kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləmişdir. 1992-ci ildə vəfat etmişdir. I qrup müharibə əlili idi. 

            
Alışan Sahib oğlu Təhməzov – Cəlilabad, Masallı, Astara rayonlarında Məhkəmə-tibbi ekspertiza şöbələrində rəis olmuşdur.


 


1958-ci il aprel ayının 9-da Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunu 1981-ci ildə bitirmişdir. 1981-1982-ci illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura kursunu kecmişdir. Astara RMX-nın təcili yardım və qəbul şöbələrinin mudiri təyin olunmuşdur. 1983-cü ildən 1985-ci ilə kimi Cəlilabad, Masallı, Astara rayonlarında Məhkəmə-Tibbi Ekspertiza şöbəsində rəis olmuşdur. Ukrayna SSR Həkimləri Təkmilləşdirmə İnstitutunun Xarkov şəhərində "Məhkəmə-Tibbi Ekspertiza" uzrə ixtisaslaşma və 1990-cı ildə həmin institutda eyni ixtisas üzrə təkmilləşmə kursu kecmişdir. 1997-ci ildən Ali dərəcəli məhkəmə tibbi ekspertdir.


Əhmədov Urşan Bayram oğlu – Cənub bölgəsi üzrə Regional Fakt-Araşdırma İdarəsinin Baş direktoru.

 

01 avqust 1957-ci ildə doğulub. 1983-cü ildə Moskva Kooperativ İnstitutunu bitirib. 1983-1984-cü illərdə Masallı Rayon Kooperativlər İttifaqı İdarə heyətində mühasib, 1984-1987-ci illərdə Kalinovka (indi Viləş) Kənd İstehlak Cəmiyyətinin sədri, 1987-1994-cü illərdə Masallı Rayon Meyvə-Tərəvəz İdarəsinin direktoru, 1994-1999-cu illərdə Öncəqala sovxozunun direktoru, 1999-2010-cu illərdə Öncəqala bələdiyyəsinin sədri işləmişdir. 2012-ci ildən 14 rayonu birləşdirən Regional Fakt-Araşdırma İdarəsinin Baş direktoru işləyir. 


Zeynalov Fərid Ərəstun oğlu2009-2011-ci illərdə “Kredo Bank” ASC-nin Masallı filialında müdir işləmişdir.

 

1981-ci il iyun ayının 5-də Öncəqla kəndində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub, 2002-ci ildə bitirib. 2003-2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında coğrafiya müəlimi ixtisasına yiyələnmişdir. 2004-cü ildə "ƏmrahBank" SBASC-nin Masallı filialında müdir işləmişdir. 2009-2011-ci illərdə “Kredo Bank” ASC-nin Masallı filialında müdir işləmişdir. 2010-cu ildən Bakı futbol klubunun viste-prezidentidir. Hal-hazırda Bakı Dövlət Universitetinin magistrturasını bitirib.


Məmmədov Əlisəfa Ağadadaş oğlu – Rayon TŞ-də Baş mühasib işləyib.

 

07. 04. 1950-ci ildə Öncəqalada doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 01. 05. 1973- 12. 03. 2007-ci illərdə Masallı Rayon TŞ-də Baş mühasib, 12. 03 2007-ci ildən 05. 05. 2015-ci ilə qədər Masallı Rayon İH Başçısının Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Baş məsləhətçisi-Baş mühasibi vəzifələrində işləmişdir. II dərəcəli dövlət qulluqçusudur.  

 


Respublikada:

Məmmədov Məmməd Abdulhəsən oğlu -  Masallı RPK-nın I katibi olub.


1909-cu ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1948-ci ildə Bakı Dövlət Universitetində Kimya-Biologiya fakültəsini bitirmişdir. Masallı Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri,

1952-1958-ci illərdə Masallı Rayon Partiya Komitəsinin I katibi işləmişdir. Lenin ordeninə layiq görülmüş, dəfələrlə Azərbaycan SSRİ Ali Sovetinin və Rayon Sovetinin deputatı, müəllimlər qurultayının və digər ali məclislərin nümayəndəsi olmuşdur. Masallı şəhər 1 nömrəli orta məktəbin direktoru işləyib. 1983-cü ildə vəfat etmişdir.


Qurbanov Ağaqulu Qədir oğlu – hərbi prokuror.

 


15 sentyabr 1901-ci ildə doğulub. 1918-ci ildə gənc yaşlarında ikən könüllü olaraq Azərbaycan Dviziyasının cənub bölgəsində fəaliyyət göstərən alayının tərkibində əvvəl əsgər kimi, sonra “Dəmir alay”ın taqım komandirinin müavini kimi xidmət edir. Sovetlər zamanı bolşeviklər partiyasına üzv olur, 2 il hərbi-siyasi məktəbdə dərs alır. 1928-1929-cu illərdə Kiyev şəhərində Kamenev adına zabitlər məktəbinin müdavimi olur. 1930-1932-ci illərdə Azərbaycan Dviziyasının 1-ci alayında siyasi rəhbər, 1933-1936-cı illərdə dviziyanın hərbi müstəntiqi, 1 il sonra hərbi prokuroru olur. 1939-1940-cı illərdə Zaqafqaziya Hərbi Dairəsinin Azərbaycan SSR üzrə hərbi prokurorun müavini, 1941-ci ildə isə Bakı 8-ci aviasiya korpusunun hərbi prokuroru təyin edilir. II Dünya müharibəsi başlananda ədliyyə podpolkovniki A. Qurbanov hərbi prokuror kimi cəbhəyə göndərilir. 1942-1943-cü illərdə Şimali Qafqaz cəbhəsinin 223-cü dviziyasında hərbi prokuror kimi çalışarkən yaralanır. Müalicə alandan sonra 1945-1947-ci illərdə Bakı Aviakorpusunun hərbi prokuroru, 2 il sonra Azərbaycan SSR Prokurorunun köməkçisi təyin edilir. Təqaüdə çıxandan sonra Müharibə Veteranları Şurasının üzvü kimi fəaliyyət göstərib.   


Hüquq-mühafizə sahəsində çalışanlar:


Əliyev Zahid Əsgər oğlu  polkovnik-leytenant.


03 avqust 1967-ci ildə Masallı rayonunun Öncəqala kəndində doğulub. 1989-1993-cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ufa Şəhərindəki Ali Hüquq Məktəbibində oxumuşdur. RF-in Kurqan vilayətindəki ciddi-əmək koloniyasında dəstə rəisi təyin olunur. Azərbaycan-Ermənistan müharibəsi zamanı könüllü olaraq işdən azad olunur və 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lənkəran, Nabran və Quba şəhərlərindəki hərbi hissələrdə tabor komandirinin hüquq işləri üzrə köməkçi-təhqiqatçısı, 2001-ci ildən Bakı şəhərində yerləşən Daxili Qoşunların Tədris Mərkəzinin Tədris Şöbəsində hüquq müəllimi, 2003-cü ildən baş müəllim, 2004-cü ildən Tədris Şöbəsində ixtisas fənləri üzrə Silsilə rəisi təyin edilir. Türkiyədə ixtisasartırma kursunda oxuyub. 2006 və 2007-ci illərdə “Xidmətdə fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. 


Məmmədov Əfsər Məmməd oğlu – polis mayoru.


05 dekabr 1936-cı ildə Öncəqalada doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi yolla bitirib. 1959-cu ildə Masallı Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. Ardınca Lənkəran, Lerik və Salyan Rayon DİŞ-də müxtəlif vəzifələrdə çalışmışdır.1979-1987-ci illərdə Masallı Rayon DİŞ-də müstəntiq kimi fəaliyyət göstərib. 


Məmmədov Roman Yunsur oğlu – polis kapitanı.


1977-ci ildə Öncəqalada doğulub. 2007-ci ildə Ali Polis Akademiyasını bitirib. 2007-ci ilin avqustunda Bakı şəhəri Xəzər Rayon Baş Polis İdarəsində Baş təhqiqatçı kimi çalışır.


İsmayılov Xanhüseyn Zəki oğlu – polis baş leytenantı.


06 iyul 1956-cı ildə doğulub. 1978-1983-cü illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indi Texniki Universitet) təhsil alıb. 13 sentyabr 1983-cü ildə Bakı şəhər Dövlət Avtomobil Müfəttişliyində baş inspektor kimi çalışmışdır. 1986-cı ildə Dövlət Avtomobil Müfəttişliyində, Qaradağ Dövlət Yol Polisində müxtəlif vəzifələrdə işləmişdir. 1990-cı ilin 19-20 Yanvar hadisələri zamanı xidməti vəzifəsini yerinə yetirərkən dəfələrlə Sovet qoşunları tərifindən ölümlə təhdid olunmasına baxmayaraq, xidmətini davam etdirmişdir. 1992-1993-cü illərdə Qarabağ müharibəsində iştirak etmşdir. 



Xarici ölkələrdə yaşayan tanınmışlar:


Niftullayev Niftulla Tahir oğlu – Kurqan regional ictimai təşkilatının sədri.


1 avqust 1970-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1992-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft Akademiyasını bitirib. 1998-ci ildə Rusiya Federasiyası Kurqan şəhərində Ural Dövlət İqtisadiyyat və Huquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirib. 2000-ci ildən “Everest-5” kommersiya tikinti şirkətinə rəhbərlik edir. "Vahid Rusiya" partiyasının üzvüdür. 17 noyabr 2012-ci ildən "Rusiya-Azərbaycan Konqresi”nin Kurqan regional ictimai təşkilatının sədri secilmişdir. 2012-ci ilin dekabr ayından Rusiya Federasiyası Kurgan vilayətinin Miqrasiya Xidməti İctimai Şurasının üzvüdür. 


Məmmədov Adışırirn Heybət oğlu – RF-də sahibkar.


25.09. 1963-cü ildə doğulub. 1985-ci ildə Bakı Energetika Texnikomunu bitirib. 1992-ci ildə Saratov Politexnik İnstitutunu bitirib. 1992-1994-cü illərdə Saratovda İstilik-Texniki İşlər üzrə rəis işləyib. 1994-cü ildən Komi Muxtar Respublikasında sahibkarlıqla məşğuldur.


Yazarlar:

Hüseynzadə Hacı Mir İbadulla Mirxəlil oğlu – şair-tədqiqatçı.

 

1942-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Uzun illər məktəb direktoru işləyib. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. Dövri mətbuatda şeirləri və hekayələri çap olunub. 11 şeir və nəsr kitabının müəllifidir. Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş pyesləri N.B. Vəzirov adına Lənkəran Dram Teatrı və Masallı Xalq Teatrı aktyorlarının ifasında tamaşaya qoyulmuşdur. “Xocalıdan gələn səslər” tamaşası “Cənub TV”-nin Qızıl fonduna daxil edilmişdir. 24 aprel 2008-ci ildə Respublika Xalq Teatrlarının Bakı şəhərində kecirilən festivalında “Xocalıdan gələn səslər” tamaşası üçüncü yeri tutmuş, pul mükafatına və diploma layiq görülmüşdür. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. “Vətən” mükafatının laureatıdır. Onun yaradıcılığı barədə Azərbaycan Yazıçılar Ensiklopediyasında məlumat verilmişdir. Hal-hazırda təqaüddədir.


Niftullayev Hacı Tahir Məhbub oğlu – tədqiqatçı-yazıçı. “Öncəqala salnaməsi” kitabının müəllifidir. 

(Ətraflı “Xaricdə yaşayan tanınmışlar” bölümündə)


Musiqi və incəsənət:

Əhmədov Əliqulu Əliş oğlu: Azərbaycan Dövlət Flarmoniyasının solisti olub.


            1929-cu ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1957-ci ildə AzərSu-yun Ceyranbatan qəsəbəsində briqadir işləmişdir. 1959-cu ildə Bakı 12 saylı musiqi məktəbində Zülfi Adıgözəlovun sinfində oxumuşdur. 1965-1970-ci illərdə Flarmoniyanın solisti olub. Səsyazma studiyasında səsi Z. Xanlarova və A. Abdullayevlə birgə lentə alınmışdır. 


Zahidov Atabala Kazım oğlu aşıq. 



1929-cu ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur.   1971-ci ildə Ümumittifaq Bədii Özfəaliyyət kollektivlərinin II turunun qalibi olub. 1956-cı ildə ilk dəfə Azərbaycan LKTİ-nin fəxri fərmanı ilə təltif olunur. 1964-cü ildə Respubilka xalq yaradıcılığı festivalının laureatı, 1987-ci ildə ailə ansambllarının Ümumittifaq yarışının qalibi diplomu ilə təltif olunmuşdur. O, Masallı Rayon Mədəniyyət və Turizm Şobəsinin rəqs kollektivi olan "Halay" Qızlar ansamblı ilə dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 2012-ci ildə vəfat etmişdir.


Müslümov Həbib Zəki oğlu – xanəndə.



1928-ci ildə Öncəqala kəndində anadan olub. Fotoqrafçılıqla məşğul olmaqla yanaşı xanəndəlik də edirdi. 1964-cü ildə Bakı 10 saylı musiqi məktəbində Xan Şuşinskinin sinfində oxumuşdur. 1982-ci ildə Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirb. 2010-cu ildə vəfat edib.


Əhmədov Nəhmət Rzabala oğlu – xanəndə, “İstedadlar axtarırıq” müsabiqəsinin qalibi.



04 may 1956-cı ildə Öncəqalada doğulub. 1983-cü ildə Xalq Yaradıcılığı Müsabiqəsinin qalibi olmuş, 1985-ci ildə Azərbaycan LKTİ-nin fəxri fərmanını almış, 1988-ci ildə Respublika (indiki H.Əliyev) Sarayında keçirilən “İstedadlar axtarırıq” konsert müsabiqəsinin laureatı olmuşdur. 1989-cu ildə Masallı Rayon Təhsil İşçiləri Evində xalq çalğı alətləri ansanblının rəhbəri olub. 06.09.2007-ci ildə vəfat edib.  


Məmmədov Ehtiram Arif oğlu – rəssam.


1964-cü ildə Masallı rayonu Öncəqala kəndində anadan olmuşdur . 1980-84-cü illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşdur. 1977-ildən Masallı Rayon Mədəniyyət Evində Rəssam işləməyə başlayıb. Bu dövrdə müxtəlif respublika sərgilərində iştirak edib, kitablara illüstrasiya çəkməklə məşğul olub. 2008-ci ildən Masallı şəhər onbirillik İncəsənət məktəbində rəssamlıq ixtisası üzrə müəllim işləyir. 2011-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Türkiyənin İzmir, İstanbul, Kıbrız sərgilərində beynəlxalq mükafatlara layiq görülmüşdür. 2017-ci ildə Almaniyanın Liverkuzen şəhərində Beynəlxalq Portret Ustalarının iştirakı ilə keçirilən müsabiqədə 1-ci yeri tutaraq Avropa Rəssamlar İttifaqının sertifikatına layiq görülmüşdür.

Kətan üzərində yağlı boya ilə işlənmiş“Fədakar əsgər”əsəri    2021-ci il oktyabrın 20-də AMERİKADA keçirilən Beynəlxalq sərgiyə dəvət almış və bu sərgidə də SERTİFİKATLA mükafatlanmışdır.



İdman:

Ağayev Məmməd Rəşid oğlu – idman ustası, dəfələrlə Azərbaycan çempionu olub, ali dərəcəli müəllim. 

1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Yetirmələrindən Əli Əliyev üçqat Avropa çempionu, Yaqub Məmmədov Dünya çempionu, Ülvi Ağayev karate üzrə dünya və Avropa çempionu olublar. 




Qəhrəman analar:                     28  nəfər


Kəndin infrastrukturu:

Kənddə - 

1. 1 orta məktəb, 

2. 1 tibb-amblator məntəqə,

3. 1 kitabxana,

4. 1 klub,

Kənd İcra nümayəndəliyi, tibb məntəqəsi, kitabxana və klub ərazi nümayəndəliyinin binasında yerləşir.

Ərazi nümayəndiliyi





5. AETS


 


6. 1 poçtxana  fəaliyyət göstərir. 

 

6. Məişət evi – 1987-ci ildə Seyid Müctəba tərəfindən tikilmişdir.

 

Kəndin adı: Hüseynhacılı



Əhalisi:1367 nəfər

o cümlədən: kişi:  695 nəfər,      qadın 672 nəfər.

Ərazisi: 595 ha

Coğrafi mövqeyi:  Lənkəran ovalığında, rayonun Muğan zonasında, düzənlik sahədə yerləşir.

Kənd əhalisinin əsas məşğuliyyəti: əkinçilik (əvvəllər taxılçılıq, çəltikçilik, tütünçülük, indi taxılçılıq, tərəvəzçilik) və maldarlıqdır.

Həmsərhəd olduğu kəndlər:
Şərqdən Viləş, qərbdən Öncəqala, cənub-şərqdən  1-ci Yeddioymaq və Qasımlı, şimaldan Xallıcalı və Alışanlı kəndləri ilə həmsərhəddir.


Kəndin adının mənası: 
Burda ilk məskən salmış, Həcc ziyarətində olmuş Hüseyn adlı şəxsin şərəfinə adlandırılıb.

Kəndin qısa tarixçəsi:
Təxminən 250 il bundan əvvəl Hüseyn adında bir şəxs burda məskən salıb, sonralar Həcc ziyarətinə gedib. Qayıtdıqdan sonra, kənd onun şərəfinə belə adlanıb.

Kənddə ilk məktəbin açılması: Təxminən 1930-cu ildə ayrı-ayrı kənd sakinin evindən məktəb kimi istifadə edilmişdir.

2011-ci ildə yeni məktəb binası inşa edilib.



Kəndin ilk müəllimi: 

Ağayev Ağadadaş 1940-1947-ci illərdə məktəb binası olmadığı üçün öz evini məktəb edib və uşaqlara dərs deyib. 


Kəndin ilk ali təhsillisi haqqında məlumat:

Əzimov Bayram Paşa oğlu
Teymurov Sabir İsmayıl oğlu  –     qısa məlumat


Abidələr:

Məscid:

 



 “Qarabağ Azərbaycandır” abidə kompleksi

“Şəhidlər bulağı”


Mərasim evi:


Qəhrəman anaların sayı:                     5 nəfər.


II Dünya Müharibəsində iştirak edənlər:                                 20 nəfər


Alimlər: 
 
Cəfərov Cavid Ağalar oğlu - tarix üzrə fəlsəfə doktoru. 1982-ci il yanvar ayının 28-də Masallı rayonunun Hüseynhacılı kəndində anadan olub.1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olub. 2003-cü ildə magistraturaya qəbul olunub. 2005-2008-ci illərdə ictimai əsaslarla İctimai Televiziya və Radio Yayımları şirkətində “Rəqəmsal dünya” verilişinin aparıcısı və  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətində redaktor kimi fəaliyyət göstərib. 2008-ci ildən “Proqres” nəşriyyatının direktoru, 2009-cu ildən isə “Beynəlxalq Elmi Araşdırmalar Jurnalı”nın baş redaktorudur. 2012-ci ildə ABŞ-ın ALA və LITA Assosiasiyalarına tam hüququqlu üzv seçilib. Hazırda İ.Fyodorov adına MDPU-da ikinci ali təhsil alır. İngilis, rus, türk dillərini bilir. 


Kəndin I Qarabağ müharibəsi şəhidi:


Tapdıqov Niyaməddin Rəcəb oğlu - 08 iyun 1977- ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində anadan olmuşdur. 1995-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. O, 21 fevral 1997-ci ildə şəhid olmuşdur. 


Əzimov Mənsur Əzim oğlu – itkin düşüb.


I Qarabağ Müharibəsi veteranları:


Qənbərov Nəsimi Xeyrulla oğlu

Rəsulov Şahlar Rəsul oğlu

Şəmmədov Sədiyar Yunsur oğlu

Mirzəyev Natiq Sərdar oğlu

Əsədov Eldəniz Mərdan oğlu

Tapdıqov Xanlar Əvəz oğlu

Tabdıqov Ayaz Əvəz oğlu

Kişiyev Zahid Zahir oğlu

Babaşov Ağakişi İmanqulu oğlu

Məmmədov Zabil Zabit oğlu

Tabdıqov Niyaməddin Rəcəb oğlu

Quluyev Novruz Mazan oğlu


II Qarabağ müharibəsi haqqında: 

Şəhid:

Novruzov Elçin Qismət oğlu –



9 avqust 1989-cu ildə RF-in Voronej şəhərində doğulub. 1996-2005-ci illərdə Hüseyhacılı kənd məktəbində oxuyub. 2005-2007-ci illərdə Öncəqala kənd tam orta məktəbdə oxuyub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. 16 noyabr 2020-ci il tarixdə dəfn edilib.

“Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.




II Qarabağ Müharibəsi qazisi:

Nəcəfov Toğrul Nəriman oğlu 


II Qarabağ Müharibəsi veteranları:

Qənbərov Sadiq Mirəhməd oğlu

Əliyev Həmid Naib oğlu

Məmmədov Elmin Müqabil oğlu

Hüseynov Rasil Əliyar oğlu

Hüseynov Bəxtiyar Hamlet oğlu

Mustafayev Mustafa Faiq oğlu

Mustafayev Vaqif  Akif oğlu

Əzimov Camal Vasif oğlu


Rəhbər vəzifələrdə işləyənlər:

Əzimov Bayram Paşa oğlu

Abdullayev İnşallah Əmir oğlu

Kazımlı Yaqub Hüseyn oğlu

Nəcəfov Hacıbala Mövsüm oğlu

Şəmmədov Yadigar Misir oğlu

Məmmədov Möhübbət Əhmədalı oğlu – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Masallı Rayon Yanğından Mühafizə İdarəsinin rəisi olub.

Məmmədov Abı İmran oğlu – polkovnik-leytenant. Nəqliyyat Nazirliyində nazir müvini olub.

Məmmədov Əliməmməd İmran oğlu – Maliyyə Nazirliyində şöbə müdiri.

Sultanov Alışan Təyyar oğlu  - Masallı Rayon Təhsil İdarəsində metodist.

Məmmədov Sübhan Maşallah oğlu – DİN-də maliyyə şöbəsinin müdiri.

Məmmədov Sakit Maşallah oğlu – Ədliyyə Nazirliyinin penitensiar xidmət üzrə rəis müavini.



Orden, medal və digər yüksək Dövlət mükafatları alanlar:

Məmmədov Zabit Qüdrət oğlu

Ağayev Fərhad

Kazımova Gülazər Vahab qızı

Salmanova Rəbiə Abduləli qızı

Məmmədov Məmməd Nazir oğlu



HÜSEYNHACILI kəndi   -----    nə çatmır?

5. Rəhbər vəzifələrdə işləyənlərin bəziləri haqqında heç nə yoxdur.

6. Orden-medal və başqa dövlət mükafatları alanlar haqqında

7. Kənddən çıxmış digər məşhurlar

8. Ali təhsilli haqqında qısa məlumat.

Öncəqala İnzibati Ərazi Dairəsi haqqında məlumatların toplanmasında bizə yaxından kömək edən Məmmədov Nizami Əlisəfa oğluna və Hüseynhacılı kənd orta məktəbin müəllimi Babayev Rafis Yusif oğluna təşəkkür edirik.                                              









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10