- Astara, Salyan, Lənkəran əsilli Lürən kənd əhalisi
- Kəndin ilk ali təhsillisi, 1954-cü ildən ömrünün sonuna qədər 47 il məktəb direktoru vəzifəsində işləyən, öz maddi vəsaitini dostunun xatirəsinə abidənin qoyulmasına sərf edərək Həcc ziyarətini təxirə salan Əlabbas Talıbov
- Öz şəxsi vəsaiti hesabına M. Kazım Aslanlı - Sarəngin qəbirüstü abidə kom-pleksini inşa etdirən xeyriyyəçi Zakir Talıbov
- 2000 - 2002-ci illərdə Masallı rayonunun İcra Hakimiyyətinin başçısı vəzifə-sində işləyən alim - Şirəli Əhədov
- Kəndin 2 alimindən biri, yeganə şairi Vilayət Məmmədov
- Kinboksinq və muay-tay üzrə 9 qat Dünya çempionu, 3 qat Avropa çempi-onu, uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar İdman üstası – Araz Musayev
- Filoloq (ingilis dili üzrə), kinboks üzrə Azərbaycan çempionu, Respublika dərəcəli futbol hakimi Talıbov Vurğun Əlipənah oğlu
-
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qə-dim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi …, tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, tək-liflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupunun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qərib-lər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Lürən İnzi-bati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızlavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
Lürən İnzibati Ərazi Dairəsi
Tabeliyində olan kəndlər:
Lürən
Pircana
Yusifli
Kəndin yaranma tarixi:
Lürən kəndi 1850 illərdə yaranmışdır. Kəndin ilk sakinləri Astara, Salyan, Lənkərandan gələnlər olmuşlar.
Kəndin adının mənası
Lürən sözünün mənasıtalış dilində“Lır”(lür) “bataqlıq”, “sucaq yer” və “ən”(on) isə yer olmaqla "bataqlıqda salınan kənd" mənasını özündə ehtiva edir. Kəndin adı talış dilinddəLıron kimi tələffüs olunur.
Lürən toponimi talışça Lıron sözündən yaranmışdır. “Lır” - çirkli, palçıqlı su, bataqlıq, “on” isə cəm şəkilçisidir. Bu toponimin Lürən sözündən yaranmasını da ehtimal etmək olar. “Lur” (talışca: X.C.C.) ilan deməkdir. Qaynaqlarda bu topo-nimə “Loranq” şəklində də rast gəlmək mümkündür. Ola bilsin ki, bu toponim İran talışlarından gələn “lor” tayfalar ilə əlaqədar yaranmışdır (Musarza Mirzəyev, Şah-rza Ağayev. “Masallı toponimləri” səh. 33. “Maaraf” nəşriyyatı. Bakı - 1992., Mu-sarza Mirzəyev. “Talış toponimlərinin qısa izahlı lüğəti” səh. 45, “Azərbaycan” nəşriyyatı. Bakı - 1993).
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında 05.10.2001-ci il tarixli 191- IIQ №-li qanununa əsasən Lürən inzibati ərazi dairəsi yaradılımış, Lürən, Pircana, Yusifli kəndləri hə-min ərazi vahidinə daxil edilmişdir.
Rəhbər vəzifədə çalışanlar:
Ölkədə və rayonda
1. Əhədov Şirəli Ağalıoğlu - Masallı rayon İcra Hakimiyyətinin başçısı.
Azərbaycan Respublikası Prezident Aparatında məsul işçi.
2. Zakir Əlabbas oğlu Talıbov - Masallı rayon İcra hakimiyyətində şöbə müdiri.
3. Cabbarov Etibar Feyruz oğlu - Masallı Rayon Partiya Komitəsində 2-ci katib.
4. Məmmədov Vilayət Xudayar oğlu - Lənkəran regional Elektik Şəbəkəsində Həmkarlar Təşkilatının sədri.
5. Musayev Bəhruz Turqan oğlu –Lürən kəndində anadan olmuş, Bakı Hərbi Dənizçilik Məktəbinin hüquq fakültəsini bitirib, hazırda Bakı Qarnizonunun hərbi polisinin rəisi, Qarnizonun Hərbi komendantıdır, bir çox orden və me-dallarla təltif olunub.
6. Hüseynov Zahirəli Naib oğlu - 1983-1988-ci illərdə Respublika Baş Aptek-lər İdarəsinin Lənkəran rayonlararası şöbəsində inspektor vəzifəsində çalış-mışdır.
(Bu şəxslər haqqında daha ətraflı aşağıdakı bölümlərdə)
Əhalisi:
İnzibati Ərazi Dairəsi üzrə 1900 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 940 nəfər, 960 nəfər.
Lürən kəndi üzrə: 1171 nəfər. O cümlədən; kişi - 576, 595 nəfər.
Ərazisi:294 ha
1859 - 1864-cü illərdə Çar Rusiyası dövründə həyata keçirilmiş kameral siyahı-yaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfər kişilər, 71 nəfər qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. Kəndin əhali-si talış dili ilə yanaşı azərbaycan dilindən də geniş istifadə edir.
Həmsərhəd kəndlər:
Şimaldan Masallı şəhəri,
şimal - şərqdən Musakücə kəndi,
cənub - şərqdən Qızılavar kəndi
qərbdən Ərkivan qəsəbəsi
və cənubdan Yusifli kəndləri ilə həmsərhəddir.
Coğrafi mövqeyi
Lürən kəndi Lənkəran ovalığında Xəzər dənizindən 25 km qərb istiqamətdə yer-ləşir. Kəndin ərazisi düzənlik, sucaq torpaq örtüyünə malik olmaqla əkinçilik və maldarlıq üçün yararlı olan münbit torpaq sahəsinə malikdir. Həmin ərazilər əsasən yabanı bitən bitkilər və otlaq sahələrindən ibarətdir. Kəndin əkinçilik üçün yararlı olan torpaq sahələrində tarixən bol məhsul verən çəltik bitkisi əkilmişdir. Relyefin əlverişli olması, istilik və rütubətin hesabına kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar vardır.
Kəndin əsas məşğuliyyəti:
Əhalinin əsas məşğuliyyəti əvvəllər çəltikçilik, tərəvəzçilik, bostançılıq və mal-darlıq olmuş, indi əkinçilik və maldarlıqdır.
Kənddə ilk məktəbin açıldığı tarix:
Ilk məktəb 1932-1933-cü illərdə açılmışdır. 2007-ci ildə kənddə yeni 3 mərtə-bəli məktəb binası şagirdlərin və müəllim kollektivinin istifadəsinə verilmiş, 36 otağı vardır. Ərazisinin sahəsi 1600 m2-dır. Hazırda məktəbdə 246 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 23 müəllim məşqul olur.
Ilk müəllim:
Talıbov Əlabbas Nəzərəli oğlu
Kolxoz və sovxozlar
Lürən kəndi 1990-cə ilədək həm kolxoz, həm də sovxoz təsərrüfatı dövründə Musaküçə kəndi ilə birlikdə “Çapayev” adına təsərrüfarda birləşmişdir. 1990-cı ildən Lürən kəndində yeni sovxoz təsərrüfatı yayradılmış, Maral xanım Əjdər qızı Nəzərova (əslən rayonun Kubin kəndindən) sovxozun ilk direktoru olmuşdur.
Kənddə idarəçilik
1992-cı ilə qədər Lürən kəndi Musakücə XDS İK-nin tərkibində olmuşdur. Həmin tarixdə Lürən kənd İnzibati Ərazi Nümayəndəliyi yaradılmışdır.
Nəzərov İltimas Həşim oğlu 1952-ci ildə Masallı rayonun Lürən kəndində ana-dan olmuşdur. 8 illik təhsilini Lürən kənd 8 illik məktəbində almışdır. Orta təhsilini C. Cabbarlı adına Ərkivan kənd tam orta məktəbində başa vurmuşdur. 1970-ci ildə ADPİ-na daxil olmuş, 1974-cü ildə ali məktəbi bitirərək doğma kəndinə müəllim təyin edil-mişdir. Həmin məktəbdə müəllim, sonra isə tədris işləri üzrə direktor müavini işləmişdir. 2001-ci ildən 2010-cu ilədək Masallı Rayon İcra Hakimiyyəti başçısının Lürən inzibati Ərazi Dairəsi üzrə ilk ərazi nümayəndəsi vəzifəsində işləmişdir. 2011-ci ildən 2021-ci il sentyabr ayının 2-dək F. Şükürov adına Lürən kənd tam orta məktəbin direktoru işləmişdir. Hal hazırda pensiyaçıdır.
Bələdiyyələr
Əliyev Çingiz Şəhid oğlu - riyaziyyatçı, müəllim, xalq maarifi təşkilatçısı
Bütün Respublikada olduğu kimi Lürən kəndində də 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş və Əliyev Çingiz Şəhid oğlu ilk bələdiyyə sədri seçilmişdir. O, 1958-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuş, orta təhsilini C. Cabbarlı adına Ərkivan kənd tam orta məktəbində başa vurmuş, 1980-ci ildə BDU riyaziyyat fakultəsini bitirmişdir. Rayonun bir sıra məktəblərində sonra isə F. Şükürov adına Lürən kənd tam orta məktəbində müəllim və təşkilatçı müavin vəzifəsində işlə-mişdir. Ömrünün sonunadək bir neçə dəfə bələdiyyə sədri seçilmişdir. 13 noyabr 2011-ci ildə vəfat etmişdir.
Kəndin ilk ali təhsilliləri:
Əliyev Əli İbad oğlu - filoloq
1921-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuş-dur.1954-cü ildə BDU-nun filologiya fakültəsinin qiyabi şöbə-sinə daxil olub. 1959-cu ildə həmin təhsil ocağını bitirmişdir.
1954-cü ildən 1998-ci ilə qədər Masallı şəhər N. Nərimanov adına 2 nömrəli orta məktəbində müəllim işləmişdir. 2002-ci ildə vəfat etmişdir.
Əbilov Aslan İslam oğlu - aqronom,”Şərəf nişanı” ordenli
1927-ci ildə Masallı rayonun Lürən kəndində anadan olub.1957-ci ildə Gəncə kənd təsərrüfatı texnikumunu bitir-miş, 1965-ci ildə isə Gəncə Kənd Təsərrüfatı İnisitutunu bitir-mişdir. Müsakücə kəndindəki Çapayev adına sovxozda və Lürən sovxozunda aqranom vəzifəsində işləmişdir. ”Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 2009-cu il avqustun 13 vəfat etmişdir.
Talıbov Əliabas Nəzərəli oğlu - filoloq, xalq maarifi təşkilatçısı, I kareqoriyalı müəııim, Qabaqcıl maarif xadimi
25 aprel 1928-ci ildə lürən kəndində anadan olmuşdur. Lürən kənd ibtidai, Ərkivan kənd orta məktəbinin IX sinfini, 1944-cü ildə Masallı şəhər Digah orta məktəbini bitirmişdir. İ vaxtkı Astarxanbazar (indiki Cəlilibad) şəhərində Bakı Peda-qoji Texnikumunun filialında qiyabi təhsil aldıqdan sonra 1945-ci ildən Lürən kənd məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1958-ci ildə APİ-nin dilologiya fakültəsini bitir-mişdir. 1954-cü ilin yanvar ayından ömrünün sonuna qədər Lürən kənd məktəbinin direktoru vəzifəsində çalışmışdır. I katequriyalı müəllim kimi “Qabaqcıl maarif xadimi” fəxri adını qazanmışdır. Masallı rayon Təhsil Şura-sının üzvü olmuş, dəfələrlə Azərbaycan müəllimlərinin qurultaylarına nümayəndə seçilmişdir. 21 dekabr 2004-cü ildə 76 yaşında vəfat etmişdir.
Sadıqov Canəli Xanəli oğlu - ibtidai təhsil metodikası və pedaqoqikası üzrə müəllim, pedaq, xalq maarifi təşkilatçısı
1947-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. 7 illik təhsilini Lürən məktəbində, orta təhsilini isə C. Cabbarlı adına Ərkivan kənd tam orta məktəbində bitir-mişdir.1964-cü ildə ADPİ -nun ibtidai təhsil pedaqogikası və metodikası fakultəsinə daxil olmuş, 1968-ci ildə təhsilini başa vurmuş, Lürən kənd 8 illik məktəbinə müəllim təyin edilmiş-dir. O, müxtəlif vaxtlarda məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Hazırda pensiyaçıdır.
Hüseynov Həmzə Fərhad oğlu - partiya-sovet işçisi
1927-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olub.Ali Partiya məktəbini bitirmişdir. Masallı rayonunda ayrı-ayrı məsul vəzifələrdə işləmişdir.1995-ci ildə vəfat etmişdir.
Tarixi abidələr:
1. Lürən kəndində 1870-ci illərdə ilk məscid tikilmiş, 1993/94-cü illərdə isə əsaslı təmir edilmişdir.
II Dünya Müharibəsində iştirak edənlər:
İştirak edənlər: 32 nəfər +6=38
Həlak olanlar:19 nəfər
Sağ qalanlar: 13 nəfər
Seyfullayev Mansur Xəlil oğlu Hüseynov Qədiməli Mahmud o.
Talıbov Həşim Nəzərəli oğlu Hüseynov Hüseynəli Sərhəd o.
Əbilov Qulamhüseyn İslam oğlu Şükürov Adlişah Mehbəli oğlu
Bağırov Xanəli Bağır oğlu Şükürov Fətəlişah Mehbəli oğlu
Cabbarov Feyruz Həsən oğlu Novruzov Xıdır Cahangir oğlu
Talıbov Abuzər Nəzərəli oğlu Novruzov Xalıq Cahangir oğlu
Məhərrəməov Xalıq Məhərrəm oğlu
Hüseynov Qurban Sərhəd oğlu
Əliyev Şəhid Daxıl oğlu
Hüseynov Həsən Muxtar oğlu
Əliyev Əli İbad oğlu
Babayev Babaş Niftulla oğlu
Mirzəyev Ələsgər Qurban oğlu,
Kərimov İmran Yaqubcan oğlu
Səfərov Mirdaməd Səfər oğlu
Əsgərov Heydər Əhməd oğlu
Mahmudov Vahab Mahmud oğlu
Sadıqov Əyyub Bağır oğlu
Şükürov Zahid Mehbəli oğlu
Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar:
Döyüşənlər: 13 nəfər
Abdullayev Asif Möhsüm oğlu
Abdullayev Vasif Möhsüm oğlu
Abbasov Heydər İslam oğlu
Hüseynov Elvar Eldar oğlu
Cabbarov Nəcməddin Firudin oğlu
Kazımov Elşən Nurəddin oğlu
Şükürov Orduxan Əldadaş oğlu
Əliyev Rasif Vasif oğlu
Şükürov Müslüm Fəxrəddin oğlu
Seyfullayev Ravid Əbutalıb oğlu
Paşayev Cavanşir Həşim oğlu
Şəhidlər
Həmidov Namiq Nəcəf oğlu
15 mart 1994-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. 2001-ci ildə F. Şükürov adına orta mək-təbin 1-ci sinfinə daxil olmuş 2012-ci ildə orta məktəbi bitir-mişdir. 2012-ci ildə hərbi xidmətə çağırılmışdır. 28 may 2013-cü ildə düşmən gülləsinə tuş gəlmiş şəhidlik zirvəsinə ucalmışdır.Tərtər bölgəsində həlak olmuşdur. Hazırda Lürən kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Şükürov Faiq Xubalı oğlu
12 sentyabr 1973-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. Lürən kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 1994-cü il aprel ayının 26-də Qarabağ uğrunda gedən döyüşlərdə Ağdam istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Lürən kənd tam orta məktəbi Faiq Şüküro-vun adını daşıyır.
Rəhbər vəzifədə çalışanlar:
Ölkədə:
1. Əhədov Şirəli Ağalıoğlu (Bax “Alimlər” bölümünə)
2. Talıbov Zakir Əliabas oğlu - meşə təsərrüfatı mütəxəssisi, gömrük mütəxəs-sisisi, təsərrüfat rəhbəri
1954-cü ildə Lürən kəndində anadan olmuşdur. 1991-ci ildə Lürən sovxozunun direktoru 1992-ci ildə Masallı rayon Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri, 1993-cü ildə Ma-sallı rayon Yol İstismar İdarəsinin müdiri, 1994-cü ildə Gömrük Komitəsinin Masallı rayon şöbəsində çalışmış 2006-cı ildə vəfat etmişdir.
3. Məmmədov Vilayət Xudayar oğlu (Bax “Alimlər” bölümünə)
4. Paşayev Ağacəfər Mircəfəroğlu (Bax “Alimlər” bölümünə)
5. Fəttayev Mirəziz İbrahim oğlu (Bax Pircana kəndinin ziyalıları)
6. Musayev Araz Fırqan oğlu (Bax Pircana kəndinin ziyalıları)
Idmançılar
Musayev Araz Fırqan oğlu (Pircana kəndi)
1978-ci ildə Pircana kəndində anadan olmuşdur. Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Bey-nəlxalq dərəcəli və Əməkdar idman ustası. Hal hazırda Azərbaycan Respublika-sının Fövqəladə Hallar Nazirliyində çalışır.
Talıbov Vurğun Əlipənah oğlu - filoloq (ingilis dili üzrə), kinboks üzrə Azər-baycan çempionu
1987-ci ildə Masallı rayonun Lürən kəndində anadan olmuşdur. Orta təhsilini F. Şükürov adına Lürən kəndində almışdır. 2008-ci ildə LDU-nin ingilis dili fakül-təsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonralar F. Şükürov adına Lürən kənd tam orta məktəbində ingilis dili müəllimi vəzifəsində işləmişdir. İdmanın kinboks qay-dasız doyüş növü ilə məşğul olmuşdur. Kinboks üzrə Azərbaycan çenpionu olmuş-dur. Eyni zamanda futbol üzrə idman hakimi kimi də fəaliyyət göstərmiş, respub-ikla dərəcəli hakim adını almışdır.
Hazırda Qazaxıstan Respublikasında yaşayır.
Rayonda
1. Cabbarov Etibar Feyruz oğlu - aqronom, partiya işçisi
1953-cü ildə anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunu bitirib. Bakı Ala Partiya Məktəbində təhsil alıb. 1985-1991-ci ilə kimi Masallı rayon Partiya Komitəsinin II katibi vəzifəsində çalışmışdır. Hal-hazırda Masallı şəhərindəki Heydər Əliyev adı-na muzeydə işləyir.
2. Rəşid Niftəli oğlunun Masallı rayonunda ilk Dövlət bankının yaranmasında xidmətləri olmuşdur.
Kəndin ordenliləri
Nuriyev Şərbi Hüseynqulu oğlu - briqadir, “Lenin” ordenli
1910-cu ildə Masallı rayonunun Lürən kəndində anadan ol-muşdur. Çapayev adına sovxozda biriqadir işləmiş, ”Lelin ordeni“ ilə təltif edilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Talıbov Həşim Nəzərəli oğlu - manqa başçısı, “Şərəf Nişanı” ordenli
1925 ci ildə Masallı rayonun Lürən kəndində anadan olmuş-dur. 7 illik və orta təhsilini (axşam şöbəsində) Lürən kənd orta məktəbində almışdır. 1943-cü ildə Böyük Vətən Müharibəsinə getmiş, 1947-ci ildə hərbi xidməti başa vurmuşdur. Ömrünün sonunadək Çapayev adına sovxozda manqa başçısı işləmişdir. ”Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 200-ci ildə vəfat etmiş-dir.
Əmraslanov Qurbət Xalıq oğlu - aqronom, briqadir, “Şərəf Nişanı” ordenli
1940-cı ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Lürən kənd 7 illik məktəbini bitirmiş, sonra isə həmin kənddə təşkil edilmiş axşam məktəbində orta təhsilini başa vurmuşdur. 1966-cı ildə Gəncə Kənd Təsərrüfatı Texni-kumuna daxil olub, 1969-cu ildə həmin məktəbi bitirmişdir. Çapayev adına sovxozda və Lürən sovxozunda tərəvəzçilik biriqadiri vəzifəsində işləmişdir. ”Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Hazırda pensiyaçıdır.
Alimlər:
1. Əhədov Şirəli Ağalıoğlu - riyaziyyatçı, müəllim, pedaqoq, xalq maarifi təşki-latçısı, fizika-riyaziyyat elmləri namizədi
1955-ci ildə Pircana kəndində anadan olub. 1977-ci ildə APİ-nin riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmlər namizədidir. O, Masallı rayon Təhsil Şöbəsinin müdiri, Masallı RİHB-sı (2000-2002), Azərbaycan Respublikasının Prezidenti Aparatında məsul vəzifələrdə, Bakı şəhərində Qaradağ rayonu 233 saylı orta məktəbdə direktor vəzi-fəsində çalışmışdır.
2. Məmmədov Vilayət Xudayar oğlu - kənd təsərrüfatı mühəndisi, kənd təsər-rüfatı üzrə ilk elmlər namizədi
1960-cı ildə Lürən kəndində anadan olmuş, 1968-ci ildə Lürən kənd 8-illik məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmiş, 1976/78-ci illərdə Musaküçə kənd orta məktəbini bitirmişdir.
1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin təhsil ocağını bitirərək, 1989-cu ildə kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsinə layiq gö-rünmüşdür.
3. Paşayev Ağacəfər Mircəfəroğlu - tarixçi, tarix üzrə fəlsəfə doktoru
1946-cı ildə Pircana kəndində anadan olub. 1968-ci ildə APİ-nin tarix fakül-təsini bitirmişdir. Müxtəlif illərdə ali məktəblərdə tarix fənnini tədris etmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Hal hazırda Azərbaycan Dövlət Bədən Tər-biyəsi və İdman Akademiyasında çalışır. Ağacəfər Paşayev bir neçə kitabın müəl-lifidir. 2013-cü ildə onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akade-miyasının tələbələri üçün “Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixin-dən” adlı dərs vəsaitini çap etdirmişdir.
Tanınmış ziyalılar
Cəbiyev Mirzəxan Rza oğlu
1958-ci ildə iyulun 1-də Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. İlk təhsilini Lürən kənd 8-illik məktəbində, orta təhsili Musaküçə kənd orta məktəbində almışdır. 1982-ci ildə APİ-nin biologiya fakultəsinin qiyabi şöbəsinə daxil olmuş, 1986-cı ildə ali məktəbi bitirmişdir. 1985-ci ildə Musaküçə kənd orta məktəbinə müəllim təyin edilmişdir. 1993-cü ildən F. Şükü-rov adına Lürən kənd tam orta məktəbində müəllim, 1998-ci ildən tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2004-cü ildən 2011-ci ilədək F. Şükürov adına Lürən kənd tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2011-ci ildə vəfat etmişdir.
Din xadimləri:
Molla Mövsüm ... (atasının adı yoxdur)
Kərimov Yağubcan Kərim oğlu
Molla Bağı...(atasının adı yoxdur)
Adları çəkilən bu din alimləri İraqın Nəcəful-Əşrəf şəhərində ali dini təhsil almışlar.
Yaqubov Balakərim İmran oğlu Lürən kənd Cümə məscidinin imamı vəzifəsini daşıyır
Yazarlar:
Məmmədov Vilayət Xudayar oğlu - şair (Bax yuxarıda “Alimlər” bölümünə)
Kəndin ziyalıları:
Hüseynov Zahirəli Naib oğlu
1951-ci il 20 aprel tarixində Masallı rayonunun Lürən kəndində dünyaya gəlib.
1968-ci ildə Ərkivan kənd orta məktəbini bitirib. 1971-1976-cı illərdə N. Nəri-manov adına Azərbaycan Dövlət Tibb İnstitunun əzcacılıq fakultəsini birib. 1976-cı ildən əmək faəliyyətinə Masallı rayon Mərkəzi Aptekində reseptar-nəzarətçi kimi başlamış, daha sonra 1980-1983-cü illərdə Biləsuvar rayon Xırmandalı kənd aptekində əmək fəaliyyətini davam etmişdir. 1983-1988-ci illərdə Respublika Baş Apteklər İdarəsinin Lənkəran rayonlararası şöbəsində inspektor vəzifəsində çalış-mışdır.
1988-1994-cü illərdə 595 №-li Masallı rayon Mərkəzi Aptekində kimyaçı-ana-litik kimi əmək fəaliyyətinə davam etmişdir. 1994-2005-ci illərdə Ərkivan kəndin-də yerləşən 745 №-li aptekin müdiri vəzifəsində işləmişdir. Kənddə ali tibbi təhsil alan ilk şəxs olmşdur. 2011-ci il fevral ayının 8-də vəfat etmişdir.
İnfrastriktur
Kənddə 1 tam orta məktəb, 1 ATS, 1 poçt şöbəsi, 1 həkim məntəqəsi, 1 məscid, 4 kommersiya obyekti fəaliyyət göstərir.
Kəndin adı Pircana
Kəndin adının mənası
Pircana Lürənkəndinin ilə həmsərhəd ərazidə yerləşən bir məhəllə olmuşdur. Kənddə əsasən Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Pircana oykonimi kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır.
“Pir” - müqəddəs yer, ocaq, “Canı” isə şəxs adıdır. Bu toponimin farsca “piru-cəvani” sözündən yaranmasını ehtimal etmək olar. Pirü-cəvani “qocalı-cavanlı yer” deməkdir (M. Mirzəyev, Ş. Ağayev. “Masallı toponimləri”, səh. 42. “Maarif” nəş-riyyatı 1992, M. Mirzəyev. “Talış toponimlərinin qısa izahlı lüğəti”, səh. 49. “Azərbaycan” nəşriyyatı 1993.)
Kəndin qısa tarixçəsi:
Pircana kəndində yerləşən Seyidağa kişinin ocağının 1000 ildən yuxarı tarixi vardır. Seyidağa kişi İrandan gəlmiş seyid tayfasındandır. Talış sıra dağlarında yerləşən (İsi kəndi ərazisində) “Goy öküzün məzarı” tarixi abidəsinin yaranması ilə bağlı belə bir rəvayət vardır: Seyidağa kişinin göy rəngli bir öküzü olub, seyid lazımı əşyaları öküzə yük-ləmiş və onu sahibsiz İrana lazım olan ünvana gön-dərmiş, üstündəki malları oradakı adamlar götürüb və başqa mallar öküzə yüklə-yərək geri qaytarırmışlar. Öküz hər iki mənzilə vaxtında çatarmış. Bir gün təsadü-fən öküz mənzil başına kecikir, seyid hövsələdən çıxır və deyir: “Səni görüm qərq olasan“ və gəlib indiki ziyarətgaha çevrilən yerdə öküzün öldüyünü görür. Öküzü həmin yerdə də basdırır və beləliklə, öküzün basdırıldığı yer o vaxtdan ziyarətgaha çevrilir.
Əhalisi: 564 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 282, qadın 282
nəfər.
Ərazisi:194 ha
Həmsərhəd kəndlər:
Şərqdən Gəyəçöl kəndi,
cənub şərqdən Xıl kəndi,
cənubdan Qızılavar kəndi,
qərb və şimaldan Lürən kəndləri ilə həmsərhəddir.
Coğrafi mövqeyi:
Lənkəran ovalığında Xəzər dənizindən 25 km qərb istiqamətdə, rayon mərkə-zindən 7-8 km məsafədə yerləşir. Kəndin ərazisi düzənlik, sucaq torpaq örtüyünə malik olmaqla, əkinçilik və maldarlıq üçün yararlı olan münbit torpaq sahəsinə malikdir. Həmin ərazilər əsasən yabanı halda bitən bitkilər və otlaq sahələrindən ibarətdir. Kəndin əkinçilik üçün yararlı olan torpaq sahələrində tarixən bol məhsul verən çəltik bitkisi əkilmişdir. Relyefin əlverişli olması, istilik və rütubətin hesabı-na kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar vardır.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur.
Kənddə ilk məktəbin açıldığı tarix: yoxdur
Kəndin ilk ali təhsillisi:
Paşayev Ağacəfər Mircəfəroğlu (Bax yuxarıda “Alimlər” bölümünə)
Kəndin ziyalıları:
Fəttayev Mirəziz İbrahim oğlu - dövlət qulluqçusu
1923-cü ildə Pircana kəndində anadan olmuşdur. Uzun müddət Musaküçə ərazi nümayəndəsi (ərazi nümayəndəliyə Musaküçə, Gəyəçöl, Yusifli, Pircana və Lürən kəndləri daxil olub) vəzifəsində çalışmışdır.
Şirəli Əhədov Ağalı oğlu (Bax yuxarıda kəndin tanınmışları bölümünə)
Məmmədov Rəcəbəli Mirzəbala oğlu - həkim-pediatr
Lürən kənd həkim məntəqəsində müdir vəzifəsində işləmişdir. Əhaliyə təmən-nasız tibbi yardım göstərmək sahəsində əvəzsiz xidmətləri olmuşdur. 2020-ci ildə vaxtsız vəfat etmişdir.
II Dünya Müharibəsində iştirak edənlər:
İştirak edənlər: 22 nəfər
Salamat qayıdanlar: 8 nəfər
Ramazanov Ramazan
Cəfərov Əliağa
,Əhədov Səməd
Ağayev Cəlil İsmayıl oğlu
Ağayev Qafar İsmayıl oğlu
Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar:
Şükürov Faiq Xubali oğlu (Bax yuxarıda Şəhidlər bölümünə)
Kəndin tarixi abidələri: yoxdur
Yazarlar: Yoxdur
Din xadimləri: Yoxdur
İnfrastriktur: Yoxdur
Kəndin adı: Yusifli
Kəndin adının mənası
Keçmiş adı Mollaoba olmuş, yerli əhaliarasında Molla Yusiflər də adlanır. Yaşayış məntəqəsi Lürən kəndinin bir məhəlləsi əsasında yaranmışdır. Kəndin ilk sakinləri “mollayusiflər” nəslinə mənsub ailələr oldu-ğundan kənd belə adlandırıl-mışdır.
Digər bir rəvayətə görə isə Dərbənddən olan Yusif adında bir şəxs həmin ərazi-də çoxlu bulaqların olduğunu görə burada məskən salmışdır. Onun Qasım, Bayram, Novruz adında 3 oğlu olub. Kənd bu səbəbdən Yusifli adlanır. Hazırda kənd ərazi-sində yerləşən bulaqdan Masallı şəhəri və ətraf kəndlər içməli su ilə təmin edilir.
“Kəndin əvvəlki adı Mollayusifli olub. Yusifli nəslinin yaşadığı yer deməkdir” (M. Mirzəyev, Ş. Ağayev. “Masallı toponimləri”, səh 28. “Maarif” nəşriyyatı. Bakı - 1992, M. Mirzəyev. “Talış toponimlərinin qısa izahlı lüğəti”, səh. 44. “Azərbay-can” nəşriyyatı. Bakı - 1993)
Əhalisi: 165 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 82, qadın 83 nəfər
Ərazisi:46 ha
Həmsərhəd kəndlər:
Şimaldan və Şimal-qərbdən Ərkivan qəsəbəsi,
şimal-şərqdən Lürən kəndi,
cənubdan və şərqdən Dəlləkoba kəndləri ilə həmsərhəddir.
Coğrafi mövqeyi
Yusifli kəndi Lənkəran ovalığında Xəzər dənizindən 26 km qərb istiqamətdə, rayon mərkəzindən 6 km məsafədə Talış dağlarının aşağı ətəklərində yerləşir. Ərazi reyfeli xırda təpəlik və düzənlikdən ibarətdir. Həmin ərazilər əsasən yabanı bitən bitkilər və otlaq sahələrindən ibarətdir.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir.
Kənddə ilk məktəbin açıldığı tarix:Yoxdur
Kəndin ilk ali təhsilliləri:
Qafarov Xanbala Ağa oğlu
1956-cı ildə Yusidli kəndində anadan olmuşdur. Hal hazırda tikinti təşkilatında çalışır.
II Dünya Müharibəsində iştirak edənlər:
İştirak edənlər: 12 nəfər
Qasımov Ağa Zülfüqar oğlu
Kərimov Nəsir Kərim oğlu
Qasımov Yusif
Qarabağ uğrunda döyüşənlər və şəhid olanlar: yoxdur
Kəndin tarixi abidələri: yoxdur
Kəndin adlı-sanlı adamları: yoxdur
Yazarlar: yoxdur
Kəndin ziyalıları:
Novruzov Höccət İzzət oğlu - mühasib
1941 ci ildə anadan olmuşdur. İlk təhsilini Dəlləkoba məktəbində almış, orta təhsilini Qızılavar kənd tam orta məktəbində bitirmişdir. Bakı Plan-Uçot Texni-kumunu bitirmişdir. Çapayev adına sovxozda mühasib, Musaküçə kənd XDS İK-də katib, sonra isə Yusifli bələdiyyəsinin sədri işləmişdir. Hazırda pensiyaşıdır.
Həsənov Şahin Əvəz oğlu - gəmiçilik mütəxəssisi
1987-ci ildə anadan olmuş, təhsilini Qaradağ rayon orta məktəbində almışdır. Bakı Gəmiçilik Akademiyasını bitirmişdir. Əvvəllər Masallı rayon Mərkəzi Xəstə-xanasında, hazırda isə EMBAWOOD-da işləyir.
Məscidlər
Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.
Din xadimləri:
MollaYusif
Molla İbad
Molla Qasım
İnfrastriktur: Yoxdur