Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” – 25-ci yazı. Sərçuvar İnzibati Ərazi Dairəsi


Ərazinin özəllikləri:


1. Masallının ilk şəhidi və ilk Milli Qəhrəmanı Səfəralı Məmmədov bu kənddəndir.



Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.


İşçi qrupun telefonları:


Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)


Əlizaman Baxış:  - 0 50 427 70 25

Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)


     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Sərçuvar İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:


1. Boradigah
  2. 
Qızılağac
 
3.Kolatan
4.
Xırmandalı
5.
Qəriblər
6.
Qızılavar
7. 
Mahmudavar

8. Təzəkənd

9. Köhnə Alvadı

10.Qodman
11.
Yeyənkənd

12. Səmidxan

13. Çaxırlı

14. Miyanku

15. Təklə

16. Göyəçöl

17. Türkoba

18. Həsənli

19. Lürən

20. Şərəfə

21. Sığdaş

22. Öncəqala

23. Tüklə

24. Qarğalıq



1. Sərçuvar ərazi dairəsi 2 kəndi – Sərçuvar və Sirəbil kəndlərini əhatə edir.


2. Sərçuvar ərazi dairəsinin coğrafi mövqeyi: 

Ərazi dairəsi Masallı rayon mərkəzindən 

Cənub-şərqdə, Lənkəran ovalığında, Bakı-Astara magistral yolundan cənubda, düzənlik sahədə yerləşir.


3. Həmsərhəd olduğu ərazi dairələri:


Şimaldan Şıxlar ərazi dairəsi ilə, 

cənubdan Boradigah ərazi dairəsi ilə, 

cənub-şərqdən Lənkəran rayonunun Qumbaşı kəndi ilə, qərbdən Xıl ərazi dairəsi ilə,

 şərqdən Təzəkənd ərazi dairəsi ilə, 

şimal-şərqdən Yeddioymaq ərazi dairəsi ilə həmsərhəddir.


4. Ərazi dairəsinin yaranma tarixi:

            

1981-ci ilə qədər Sərçuvar və Sirəbil kəndləri Xıl kənd XDS İK-in tərkibində olub. Sovet dövründə 1981-ci ildə müstəqil Sərçuvar Kənd XDS İK yaradılb və Sirəbil kəndi də bu sovetliyə daxil edilib

            Müstəqillik dövründə Masallı RİH-nin 26 noyabr 1992-ci il sərəncamı ilə Sərçuvar XDS İK-nin fəaliyyətinə xitam verilib. Eyni tarixli qərarla RİH-in Sərçuvar ərazisi üzrə nümayəndəliyi yaradılıb və Sirəbil kəndi də bu ərazinin tərkibində qalıb.


5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi:     

Cəmi:                                       1054  ha.

            Əkin sahəsi:                             739 ha.

            

6. Ərazi dairəsinin əhalisi:  01. 01. 2021-ci il tarixə       2671 nəfər;

            o cümlədən:   

kişi:   1262 nəfər;          qadın:  1409 nəfər.


7. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, maldarlıq, kiçik sahibkarlıq (arıçılıq və tərəvəzçilik).


8. Ərazi dairəsində inzibati tikintilər barədə:

            a) Kolxoz-sovxoz idarələri 

            1985-ci ildə ikimərtəbəli inzibati bina tikilib.                                                                                                                                    Sərçuvar kəndi.

            b) Məktəb binası

            1999-cu ildə inşa edilib.                                  Sərçuvar kəndi.

c) Kənd XDS İK və İH-nin Ərazi nümayəndəliyi binası

1985-ci ildə tikilib. Yerli İcra nümayəndəliyi və Bələdiyyə bu binada yerləşir.                                   Sərçuvar kəndi.

            e) Həkim məntəqəsi

            Köhnə məktəb binasında yerləşir.       Sərçuvar kəndi.

            d) İdman qurğuları və stadionlar

            Sərçuvar orta məktəbinin hətyətində futbol stadionu.

            z) Uşaq bağçaları

            1957-ci ildən Sərçuvar kəndində bağça olub. İndi yeni təmir edilmiş binaya köçürülüb. 

            j) Məscidlər

            Köhnə məscid 1990-cı ildə tikilmişdi. 2002-ci ildə sökülüb yeni məscid tikilib.                                                                                                        Sərçuvar kəndindəki   Ziyarətgahlar:      Seyid Kamal Ocağı 

Sirəbil kəndində.

ə) Yollar

Sərçuvar-Sirəbil arasında 6 kilometrlik çınqıl yol vardır. 


9. Ərazi dairəsinin   suvarma sistemləri – istillər, su anbarları, su qurğuları


            1970-ci illərdə Sərçuvar kəndində süni suvarma üçün göl yaradılıb. Hazırda mövcuddur. 


Ərazinin ilkləri:


Məmmədov Qulaməli Ağabala oğlu ilk KXD sədri seçilib.

                                                                                                          Sərçuvar kəndi.

Kənddə ilk qadın müəllim Nina və Qarayeva Elmira Mirzağa qızı olmuşlar.                                                                                                                                                                                                      Sərçuvar kəndi.

İlk müəllim Abıyev Musa Nəcəfqulu oğlu olmuşdur.                                                                                                                             Sərçuvar kəndi.

İlk mühasiib Hüseynov Əlihüseyn Hüseynalı oğlu olub. 

Sərçuvar kəndi.

İlk baytar həkim Nəcəfov İsa Abı oğlu olub.                                                                                                                                                   Sərçuvar kəndi.

İlk tibb işçisi Aslanov Fərman Aslan oğlu olub.                                                                                                                                    Sərçuvar kəndi.

Sirəbil kəndində isə Əsgərov Hacırza Dəyyan oğlu  kənddə ilk müəllim olmuşdur.                                             


I Qarabağ müharibəsi şəhidləri:

Məmmədov Səfəralı Qurban oğlu  - Masallı rayonunda ilk Milli Qəhrəmanı.                                          Sərçuvar kəndi.

Eyvazov Elşən Gülağa oğlu -könüllü  Sərçuvar kəndi

Səmədov Niyaz İsabala oğlu                           Sirəbil kəndi


II Qarabağ – Vətən müharibəsi şəhidləri:

İsgəndərov Səməndər Vahid oğlu  Sərçuvar kəndi


Zabitlər:

Hilalov Cavanşir Rafiq oğlu – Polkovnik, Ali Hərbi məktəbdə müəllim – Bakı, Biləcəri qəsəbəsi.

Sirəbil kəndi


Əkbərov Fərhad Müştəba oğlu – Hərbi aviyasiya polkovniki – Bakı şəhəri                                 Sirəbil kəndi


İmanov Yaşar Əliş oğlu – Rus ordusunda Polkovnik –leytenant   – Vladiqafqaz şəhəri.   Sirəbil kəndi



 

Dadaşov Sübhan Dadaşbala oğlu – Polkovnik –  RF Sverdloviski vilayəti Cəzaçəkmə Müəssisəsində işləyir.

Sirəbil kəndi


Dadaşov Əlifağa Dadaşbala oğlu – Mayor - Sverdloviski vilayəti, Cəzaçəkmə Müəssisəsində işləyir. 

Sirəbil kəndi



Yüksək Dövlət mükafatları alanlar:


1.Hüseynov Əlihüseyin Hüseynəli oğlu –  sovxoz direktoru, “Qırmızı əmək bayrağı” ordeni və digər medallarla təltif olunmuşdur.

Sirəbil kəndi

2.Mikayılova Tənzilə Yağub qızı – “Qırmızı əmək bayrağı” ordeni.                                                        Sərçuvar kəndi

3.Məhərrəmova Havva İmamverdi qızı – “Qırmızı əmək bayrağı” ordeni                                                Sərçuvar kəndi

4.Məmmədova Qulaməli Ağabala oğlu – Qırmızı əmək bayrağı” ordeni                                                           Sərçuvar kəndi

5.Məhərrəmov Adəm İmanverdi oğlu -  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı  Sərçuvar kəndi




SƏRÇUVAR ərazi vahidi 2 kəndi əhatə edir:  Sərçuvar və Sirəbil kəndləri.


 


Ərazinin adını daşıyan kəndin adı:      Sərçuvar

 

Əhalisi:   01. 01. 2021-ci il tarixə  1833 nəfər;

            o cümlədən:     kişi:   852 nəfər;   qadın:  981 nəfər.

 

Ərazisi:                                               740 ha

 

Coğrafi mövqeyi:
 Sərçuvar kəndi rayonunun şərqində, Lənkəran ovalığında, düzənlik sahədə yerləşməklə Bakı-Astara yolunun 244 kilometrliyindədir. 

 

Kənd əhalisinin əsas məşğuliyyəti:    Heyvandarlıq, əkinçilik (tərəvəz, taxıl) və arıçılıq.

 

Həmsərhəd olduğu kəndlər: 
 
Qərbdən Xıl, cənubdan Sirəbil, Boradigah, cənub-şərqdən Lənkəran rayonunun Qumbaşı, şərqdən Yeddioymaq, Təzəkənd kəndləri ilə həmsərhəddir.

 

Kəndin adının mənası:
 Sərçuvar “salçuvar” (“səlçuvar”) sözündən olub, tor qurulan yer, ovçular məkanı deməkdir. Quş ovlamaq üçün tordan düzəldilmiş alətə “səl” deyilir. Səli quran adama “Səlçi” deyilirdi, “səlçi var” – yəni səlçi olan yer deməkdir.  Müxtəlif məqamlarda işlənərkən “Səlçi var”, “Sərçi var” şəklində tələffüz edilməyə başlamışdır.


Kəndin tarixi haqqında:


Kəndin tarixi XVIII əsrin ortalarına aiddir. Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarından Lənkəran qəzası adlanmışdır. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Sərçuvar kəndi onun tərkibinə daxil edildi. Kənd əhalisinin bir hissəsi Cənubi Azərbaycanın Urbar əyalətindən Qarabağa gəlmişdir. XVIII əsrin ortalarında oradan Sərçuvar kəndinə gəlib burada məskunlaşmışlar. Digər hissəsi isə İranın Nəmin əyalətinin kəndlərindən köçüb gələnlərdir. 


Ərazidə kollektivləşmə - kolxoz:


1950-ci ildə dövlətin qərarına əsasən Sirəbil, Sərçuvar və Təzəkənd kəndləri mərkəzi Sərçuvar kəndi olmaqla "9 yanvar" kolxozuna birləşdirilir. Sirəbilli Əlihüseyn Hüseynov kolxozun sədri seçilir.


İlk Kənd XDS İK 1981-ci ildə yaradılıb. Məmmədov Qulaməli Ağabala oğlu ilk sədr seçilib. Məmmədov Məmməd Rəhmət oğlu katib seçilib. 


Kənddə məktəb:

 

Sərçuvar kəndində ilk məktəb 1930-cu illərdə yaşayış evində yerləşib. Hələ 1920-ci ildən sonra ayrı-ayrı evlərdə həm gündüz məktəbləri, həm də savadsızlığın ləğv edilməsi ilə bağlı gecə kursları fəaliyyət göstərirdi. 


Kənddə ilk qadın müəllim Nina və Qarayeva Elmira Mirzağa qızı olmuşlar. 


Kəndin ilk təhsilliləri haqqında:


İlk müəllim:


Abıyev Musa Nəcəfqulu oğlu – 1941-ci ildə Lənkəran Pedaqoji məktəbini bitirib. Kənddə bir müddət müəllim işləmişdir. Şair idi, şeirləri dövrü mətbuatda çap olunurdu. II Dünya müharibəsi başlayanda Azərbaycan şair və yazıçıları ilə təbliğat briqadasında cəbhə xəttinə gedib əsgərlərin qarşısında çıxış edərdi. 1944-cü ildə döyüş zamanı həlak olmuşdur.



İlk baytar həkim:

Nəcəfov İsa Abı oğlu – 1954-cü ildə Salyan Kənd Təsərrüfatı Texnikumunu zoobaytar ixtisası üzrə bitirmişdir. Kolxozda baytar həkim işləyib. 


 
İlk tibb işçisi:


Aslanov Fərman Aslan oğlu – 1956-cı ildə Lənkəran Tibb Texnikumunu bitirib Sərçuvar kənd tibb məntəqəsində işləmişdir.


Digər təhsillilər:

 

Qafarov Qiyas Mahmud oğlu, Nəsrəddin, Əli, Gəncəli Divan oğlu, Hüseynağa Dağıstan oğlu kimi müəllimlər kənddə ilk ziyalılar olaraq yetişmişlər. 

 

Müxtəlif vəzifələrdə işləmiş kənd sakinləri:

Kənddə:

Sərçuvar kəndində 1918-ci ildə Müsavat Hakimiyyəti dövründə və 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra aşağıdakı şəxslər kəndə rəhbərlik etmişlər:

 
Abdullayev Göyüş Nurulla oğlu – İlk Musavatcı
 Abdullayev Xosrov Nəsir oğlu – İlk Musavatcı
 İsmayılov İsmayıl Xan oğlu – Kəndxuda
 Şükür kişi – Kəndxuda
 Qızlavarlı Nüsrət kişi – Kənd XDS-nin sədri
 Xıllı Bəhrəm kişi – Kolxoz sədri
 Qafarov Ramazan Abas oğlu – Kolxoz sədri
 Hüseynov Əlihüseyn Həsənalı oğlu – əvvəl kolxoz sədri olub, 1962 –ci ildən sovxoz drektoru işləyib. 

Abdullayev Paşa Yusub oğlu – Kommunist Partiyası Masallı Rayon Komitəsinin Sərçuvar kəndi üzrə İlk özək katibi.


Rayonda:


Məhərrəmov Adəm İmanverdi oğlu - Masallı RİH Başçısının müavini


 

                1 iyun 1957-ci ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Sentyabr 1963-1973-ci illərdə Sərçuvar, sonra Musakücə kənd orta məktəblərində oxumuşdur.

                               Noyabr 1981-ci ildən fevral 1985-ci ilə kimi Masallı Rayon Komsomol Komitəsində statist, təlimatçı, şöbə müdirinin müavini, fevral 1985-ci ildən noyabr 1985-ci ilə kimi Masallı RPK-də təlimatçı, noyabr 1985-ci ildən aprel 1994-cü ilə kimi Masallı Rayon Komsomol Komitəsinin I katibi və Rayon Məclisinin sədri vəzifəsində işləmişdir. Aprel 1994-cü ildən dekabr 1997-ci ilə kimi Sərçuvar sovxozunun direktoru olub. Aprel 2006-cı ildən may 2007-ci ilə kimi RİH-in Sərçuvar Ərazisi üzrə nümayəndəsi, may 2007-ci ildən iyun 2019-cu ilə kimi RİH Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində, iyun 2019-cu ildən hal-hazıra kimi Masallı RİH Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir.


1984-1994-cü illərdə Masallı Rayon Sovetinin deputatı olmuşdur.

                22.06.2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

                18.09.2019-cu il tarixində kiçik müşavir ixtisas dərəcəsi verilmişdir. SQ-lər zabitidir.


Məhərrəmov Yolbəyi Vəkil oğlu - Masallı Rayon Ağsaqqallar Şurasının üzvü.

1953-cü ildə Masallı rayonu Sərçuvar kəndində anadan olub. 1975-ci ildə Azərbaycan DPİ-nu bitirib. Müəllim, 1976-1983-cü illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1983-1994-cü illərdə Sərçuvar kənd orta məktəbinin direktoru işləmişdir.

1994-cü ildə ”Şölə-M” şirkəti yaradıb, müəllim işləməklə bizneslə məşğul olmuşdur. 2010-2014-cü illərdə  Sərçuvar kənd bələdiyyəsinin sədri olmuşdur. Hazırda Asan Xidmət nəzdində olan ABAD-da publik hüquqi şəxsdir. Arıçılıqla məşğul olur. ABAD xətti ilə dünyanın 65 ölkəsində arıçılıq məhsulu olan bal satışa çıxarılıb. Tez-tez beynəlxalq sərgilərdə arı məhsulları ilə iştirak edir.

Masallı Rayon Ağsaqqallar şurasının üzvüdür.


Hüseynov Gülhüseyn Həsən oğlu - 70 saylı Masallı Şəhər Seçki Dairəsi sədrinin müavini olmuşdur.


1951-ci ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1980-1992-ci illərdə Sirəbil əsas məktəbində direktor,  2006-2016-cı illərdə  Sərçuvar Ərazi nümayəndəsinin müavini, 2016-2021-ci ilə kimi 70 saylı Masallı Şəhər Seçki Dairəsi sədrinin müavini olmuşdur. II dərəcəli dövlət qulluqçusudur.

Masallı Rayon Ağsaqqallar Şurasının üzvüdür.


Müslümov Sakit Hüseynbala oğlu - N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində çalışır.


 

1959-çu il may ayının 15-də Masallı rayon Sərçuvar kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Mədəni Maarif texnikumunun xalq çalğı alətləri orkestr rəhbəri fakültəsinin I kursuna daxil olub, 1982-ci ildə həmin texnikumun tam kursunu fərqlənmə diplomi ilə bitirmişdir. 

1985-2002-ci illərdə Masallı Rayon Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışmışdır. Eyni zamanda işlədiyi dövrdə   1983-1988-ci illərdə D.Bünyadzadə   adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun qiyabi şöbəsinin tam kursunu bitirmişdir. 2021-ci ildən N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində çalışır.


Ölkədə:

Rayondan kənarda kəndin tanınmışları:
 

 
Hüseynov Əlimusa Əlihüseyn oğlu - ADT İnstitutunda işləmişdir.

 

1944-ci ilin sentyabr ayında Masallı rayon Sərçuvar kəndində anadan olmuşdur. 1961-1966-cı illərdə ADTİ-nin stomatologiya fakültəsində oxumuşdur. Göyəçöl kənd xəstəxanasında  həkim stomotoloq işləmişdir.1972- ci ildə ADT İnstitutunun ortapedik stamotologiya kafedrasının klinik ordinaturasına qəbul olmuşdur. Klinik ordinaturanı bitirdikdən sonra ADT İnstitutunda işləmişdir.

1975-ci ildə N.Nərimanov rayonun 3 sayılı stomatologiya polikilinikasında həkim işləmişdir.1983-ci ildə Moskva şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun ortopedik stamotologiyası kafedrasında 3 aylıq ixtisaslaşma kursunda olmuşdur. Əmək veteranıdır. 

Abdullayev Fuad Paşa oğlu - Neftçilər və Biləcəri Dəmir Yol xəstəxanasında cərrah – Bakı.
 
Hüseynov Ədalət Həsəsn oğlu – Diş Həkimi, Hövsan qəsəbəsi – Bakı şəhəri.
 
Hüseynov İsmayıl Nurpaşa oğlu – Əhmədli poliklinkası, Diş həkimi – Bakı.
 
Abdullayev Nurulla Paşa oğlu – Xırdalan Zəfəran Aptekində əczaçı – Bakı şəhəri.
 
Həmzəyev İlqar Hüseyn oğlu – Bibheybət Neft-Qaz İdarəsinin rəisi – Bakı.

 

Abidələr:

1941-1945-ci illərdə həlak olanların xatirəsinə abidə.

 

Milli Qəhrəman S. Məmmədova qoyulmuş abidə.

Şəhid Səməndər İsgəndərova qoyulmuş abidə.

 

Şəhid bulağı

 

Məscid: 

1. Köhnə məscid 1990-cı ildə tikilmişdir.

2. Yeni məscid 2002-ci ildə inşa edilmişdir.

 


Pir

 

Kəndin din xadimləri:

Sovet dövrünə qədər Sərçuvar kəndində yüksək dini təhsil görmüş adamlar olub. 

Səfərov Məşədi Abı Nəcəfalı oğlu - 1838-1946-ci illərdə yaşamışdır. 

Qafarov Ağababa Əlirza oğlu – 1884-1987-ci illərdə yaşamışdır.


Müstəqillik dövründə:
 
Qafarov Əlirza Ağakərim oğlu - Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri. (Ətraflı “Alimlər” bölümündə)
 
Miriyev Lətif Cahangir oğlu - Bakı şəhəri. Cümə Məscidinin Axundu. 

Nəcəfov Çingiz İsa oğlu – Axund – Bakı şəhəri.
 
Mehdiyev Coşqun Əvəz oğlu – Sabunçu qəsəbə məscidinin axundu – Bakı şəhəri.
 
İsmayılov Fizuli Dağıstan oğlu – Qaraçuxur qəsəbə məscidinin axundu – Bakı şəhəri.
 
İsmayılov Çingiz Cəngistan oğlu  - Axund – Bakı şəhəri.
 
İsgəndərov Əlisgəndər Əlibəndə oğlu - Axund  – Bakı şəhəri.

 

Böyük Vətən müharibəsində iştirak edənlər:   Cəmi 79 nəfər iştirak edib. 37 nəfər həlak olmuş, 42 nəfər sağ qayıtmışdır.   


Qəhrəman anaların sayı:                                 24 nəfər.


Kəndin I Qarabağ müharibəsində iştirak edənlər:

 

Şəhidlər: 

Məmmədov Səfəralı Qurban oğlu  - Masallı rayonunda ilk Milli Qəhrəman. 

 

14 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmiş və həmin il hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra Krasnovodsk Şəhəri Daxili İşlər Şöbəsi yanında Mühafizə Şöbəsində gözətçi işləmişdir. 1989-1990-cı illərdə Bakı Xüsusi Orta Milis məktəbində oxumuşdur. Həmin məktəbin kursantı ikən Qarabağ hadisələri ilə əlaqədar qaynar nöqtələrə ezam olunmuş, dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmişdir. 1990-cı ilin sentyabr ayında Ağdam Daxili İşlər Şöbəsinin Post Patrul Batalyonunda taqım komandiri vəzifəsində çalışmışdır. 1991-ci ildə Daxili İşlər Nazirliyində “Əla xidmətə görə” döş nişanı ilə təltif olunmuşdur. 1992-ci il fevral ayının 16-da erməni quldurlarının mühasirəsində olan Xocavənd rayonunun Qaravəlli kənd sakinlərini xilas edərkən onun komandir olduğu tağım minaya düşmüşdür. 1992-ci il fevral ayının 16-da Azərbaycan xalqının igid oğlu Səfəralı Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra ona Azərbaycan Respublikasının MİLLİ QƏHRƏMANI fəxri adı verilmişdir. Masallı səhərində küçəyə, Sərçuvar kəndində məktəbə onun adı verilmiş və adına abidə ucaldılmışdır.

 
Eyvazov Elşən Gülağa oğlu -  könüllü  

 

02 iyun 1973-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 
 1990-cı ildə Sərçuvar kənd orta məktəbinin bitirmişdir. Sonra “Sərçuvar” sovxozunda fəhlə işləmişdir. 1992-ci ilin may ayının 5-də könüllü olaraq Milli Orduya getmişdir. Eyvazov Elşən 1992-ci ilin yayında 701-ci Briqadanın tərkibində Ağdam ətrafında, sonra Laçın rayonunun ərazisində döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin oktyabr ayında Laçın rayonunun Pircahan qəsəbəsi, Şuş və Koçaz kəndləri uğrunda gedən qeyri-bərabər döyüşdə qarın nahiyəsindən yaralanmış və itkin düşmüşdür. Ona Masallı Rayon Məhkəməsinin Qərarı ilə “Şəhid” statusu verilmişdir.

II Qarabağ müharibəsi iştirakçıları:

 


İsgəndərov Səməndər Vahid oğlu – şəhid

 


23 iyun 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra Məşhəd və Kərbəla ziyarətlərində olub. Bir müddət avtomobil təmiri ustası kimi çalışıb. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsinə səfərbərliklə çağırılıb. Şuşa uğrunda gedən şiddətli döyüşlərdə12 noyabrda qəhrəmancasına şəhid olmuşdur. Səməndər Vahid oğlu İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

II Qarabağ müharibəsi veteranları:

Abdullayev Zaman Rüfət oğlu – leytenant. H. Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdir.

Məmmədov Kənan Sərraf oğlu – MAXE, qazi.

Məmmədov Əli Rəhman oğlu –                       qazi,                (səfərbərliklə çağırılıb).

Hüseynov Sabir Oğlanxan oğlu – könüllü.

İsgəndərov Sənan Azadxan oğlu – könüllü.

Hüseynov Salman Seymur oğlu -  səfərbərliklə çağırılıb.

İsgəndərov Çingiz Qoşqar oğlu – səfərbərliklə çağırılıb.

Abdullayev Xosrov Səlahəddin oğlu – səfərbərliklə çağırılıb.

Qafarov Əli Füzuli oğlu – səfərbərliklə çağırılıb. 

Abdullayev Aman Rüfət oğlu – çağırışçı.

Məmmədov Nəriman Bəhram oğlu – çağırışçı.


Zabitlər:

İsmayılov İxtiyar Balaxan oğlu     -        Gömrük xidməti polkovniki

08.06. 1965-ci ildə Sərçuvar kəndində doğulub. 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1982-1989-cu illərdə ADPİ-nin (indi ADPU) fizika və informatika, hesablama texnikasının əsasları fakültəsində oxumuşdur. 1989-1993-cü illərdə Sərçuvar kəndində müəllim işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrükxanasında ümumi şöbənin böyük inspektoru, 1997-ci ildən Astara gömrükxanasında müxtəlif şöbələrində bölmə rəisi vəzifələrində çalışıb. Hal-hazlrda Cənub Ərazi baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində çalışır. “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, “Gömrük Orqanlarında Xidmətə görə” 1-ci dərəcəli döş nişanı, Dövlət Gömrük Komitəsinin 20 illik Yubiley medalı və bir çox fəxri fərmanlarla təltif olunub. Gömrük xidməti polkovnikidir. 

Səmədov Rəşid Elyar oğlu     -       DİN xidməti mayoru     


1957-ci ildə Masallı rayonunun Sərçuvar kəndində doğulub. 1974-1976-cı illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda oxuyub. 1981-ci ildə hərbi xidmətdən gəlib milis sıralarında xidmətə başlayıb. 1989-cu ildə Səbayel rayonunda sahə müvəkkili işləyib və leytenant rütbəsi alıb. 1991-ci ildən Nərimanov rayonunda sahə müvəkkili, 2000-ci ildən Xətayi rayonunda sahə müvəkkili işləmişdir. Mayor   rütbəsi ilə təqaüdə çıxıb.

Əhmədov Xudayar Əvəz oğlu  - DİN xidməti mayoru



02.01. 1958-ci ildə Sərçuvar kəndində doğulub. 1976-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda oxuyub. 1980-ci ildən DİN xidmətinə qəbul edilmişdir.  1991-ci ildən Bakı şəhər Baş Polis İdarəsində cinayət-axtarış şöbəsində, 1995-ci ildən Lənkəran Şəhər Polis Şöbəsində Narkotiklərə Qarşı Mübarizə Şöbəsində çalışıb. 1914-cü ildən mayor rütbəsilə təqaüddədir.

Hüseynov Vidadi Həsən oğlu                  -   DİN xidməti mayoru 


17.08. 1959-cu ildə Sərçuvar kəndində doğulub. 1981-ci ildə DİN orqanlarında xidmətə qəbul edilib və Yardımlı rayon DİŞ-də mühafizə bölməsində xidmətə başlayıb. 1985-1987-ci illərdə Bakı şəhər Polis Məktəbində oxuyub. 1987-ci ildən Masallı Rayon DİŞ-də sahə inspektoru, 1991-ci ildən Masallı DİŞ-in Boradigah Polis Bölməsində əməliyyat müvəkkili, 2012-ci ildən Boradigah Polis Bölməsində sahə rəisi vəzifələrində çalışıb. 2016-cı ildən mayor rütbəsilə təqaüddədir.

Məmmədov Zəbulla Divan oğlu    -        DİN xidməti kapitanı


07.08. 1959-cu ildə Sərçuvar kəndində doğulub. 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1983-cü ildə Masallı Rayon DİŞ-də xidmətə başlayıb. 1990-1992-ci illərdə Qarabağın bütün bölgələrində gedən döyüşlərdə iştirak edib. I Qarabağ Müharibəsi veteranıdır. 2004-cü ildən kapitan rütbəsilə təqaüddədir.

Məhərrəmov Vüsal Yolbəyi oğlu   -        DİN xidməti kapitanı

14 aprel 1983-cü ildə Sərçuvar kəndində doğulub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub. 2004-2005-ci illərdə DİN-in Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmətdə olub. 2006-cı ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsində maliyyə işləri üzrə inspektor vəzifəsində çalışır. 


Alimlər: 

Qafarov Əlirza Ağakərim oğlu – dini elmlər üzrə fəlsəfə doktoru

 

1961-ci il martın 29-da Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Lənkəran şəhər 1 saylı orta məktəbi bitirib. Ali təhsilini Bakı İslam Universitetində alıb, bu təhsil ocağının ilk məzunlarından biridir. 1994-cü ildə ali təhsilini başa vurduqdan sonra Bakı İslam Universitetində müəllim kimi çalışıb, İslam fiqhindən dərs deyib. Universitetin şəriət elmləri kafedrasının müdiri vəzifəsinə qədər yüksəlib.

         1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsində işə qəbul olunaraq kitabxananın müdiri olub. 2000-2002-ci illərdə Bakının Sabunçu rayonundakı “Cümə” məscidində axund kimi fəaliyyət göstərib.

         Əlirza Qafarov 2003-cü ildən ömrünün sonuna kimi Qafqaz Müsəlmanları İdarəsinin Təşkilat şöbəsində çalışıb. Əvvəlcə idarədə referent kimi işə başlayan Ə.Qafarov 2003-cü il noyabrın 1-dən vəfatına qədər Təşkilat şöbəsinə başçılıq edib. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə reallaşan beynəlxalq və yerli səviyyəli konfransların hazırlığında və keçirilməsində fəallıq göstərib.


 
Yazarlar:

Yeganə Sərçuvarlı – şair.

Mikayılov ƏLİ - şair


 
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
 
Abıyev Həbib Bəhlul oğlu  - Rusiya Federasiyası, Tümen vilayətində sahibkar.
 
Qafarov Neymət Qafar oğlu – Rusiya Fedarasiyası, Tümen şəhəri, sahibkar .

Qafarov Hamin Qafar oğlu– Rusiya Fedarasiyası, Saratov şəhəri .

Mehdiyev Ərəstun Əvəz oğlu – Rusiya Federasiyası, Tümen vilayətində.

Abıyev Nəcəf Bəhlul oğlu – Rusiya Federasiyaeı, Tümün vilayəti.

Kəndin Bakıda yaşayan sahibkarlar:
 
Səmədov Əllamə Əhəd oğlu – Ticarət mağaza sahibi – Bakı şəhəri.
 
Quliyev Süleyman Səlim oğlu – Qaradağ Sement zavodu, Sahibkar – Bakı şəhəri.
 
Məmmədov Əfsər Divan oğlu – Tikinti Şirkətində – Bakı şəhəri.
 
Bağırov Əliəvəz Teti oğlu – Tikinti Şirkətində  – Bakı şəhəri. 


Sərçuvar kəndinin infrastrukturu:

Məktəb

 


Mərasim evi

 

AETS

Uşaq bağçası, EATS və tibb məntəqəsi bir binada yerləşir.

 

 

Poçt

İdman qurğuları: 

Futbol stadionu

 

Sərçuvar kəndi -------   nə çatmır?


(Qeyd Sərçuvar İnzibati Ərazi Dairəsinə daxil Sirəbil kəndi haqqında əlavə məlumat veriləcək)

“Masallı ensiklopediyası”nı hazırlayan qrup


Kəndin adı:                                         Sirəbil kəndi

 
Əhalisi                                  838  nəfər

o cümlədən:  kişi:   410 nəfər;   qadın:  428 nəfər.

 
Ərazisi:                                   315 ha

 
Coğrafi mövqeyi:         Lənkəran ovalığında, düzənliklik sahədə yerləşir.

 
Kəndin əsas məşğuliyyəti:     Heyvandarlıq, arıçılıq və əkinçilik

 
Həmsərhəd olduğu kəndlər:   Xıl, Sərçuvar, Boradigah, Bədalan,

 
Kəndin adının mənası: 
 

SİRƏBİL – “si-əbil” sözündən olub, si – qara, əbil – göl, çökəklik, bataqlıq deməkdir. 

Kəndin tarixi haqqında:

Kəndin tarixi XVII əsrin ortalarına aiddir. Əhalinin bir hissəsi bu dövrdə Şamaxıda olan Zəlzələdən bura köçənlərdir. Buraya vaxtı ilə Bakıdan, Şəkidən gedən, Lənkəranın dağ kəndlərindən də köçüb gəliblər. Burada xüsusi ilə Seyidlər deyilən tayfa yaşayır. Seyid Mali Ağanın nəslindəndirlər. Seyidlər əsasən Boradigahdan gəliblər. Sirəbil kəndi Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Lənkəran Qəzası adlanmışdır. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Sirəbil kəndi onun tərkibinə daxil edildi.

 
Kəndin tarixi abidələri: 


 
Bu kənddə Seyid Kamal ocağı yerləşir. İnsanların pənah yeridir. Xeyriyyəçi Hacı İbrahim tərəfindən çox müasir formada tikilib tam təmir edilmiş, əhalinin istifadəsinə verilmişdir. 


Məktəb:
Sirəbil kəndində ilk məktəb evlərdə açılmışdır. II Dünya müharibəsindən öncəki illərə təsadüf edir.

 
İlk müəllim: 

Əsgərov Hacırza Dəyyan oğlu  kənddə ilk müəllim olmuşdur. 1941 – 1945-ci il Müharibəsində həlak olmuşdur.

Böyük Vətən müharibəsində iştirak edənlər:   32 nəfər 


 
Kəndin I Qarabağ müharibəsində iştirak edənlər: 

                         Şəhidlər:
 
Səmədov Niyaz İsabala oğlu 

1974-cü ildə Sirəbil kəndində anadan olmuşdur. Sərçuvarda orta məktəbi bitirdikdən sonra “Sirəbil” sovxozunda fəhlə işləyib. 1993-cü ildə oktyabrın 16-da hərbi xidmətə gedib. Beyləqan və Füzuli bölgələrində vuruşub. Niyaz Səmədovun son döyüşü 1994-cü ilin fevral ayının 11-də Füzuli bölgəsində olub. Onun oxuduğu Sirəbil kənd məktəbi Niyazın adını daşıyır. 

Kəndin ilk Qazsi

Əsgərov Zadil İbrahim oğlu. 2-ci qrup Qaarabağ əlili. Şəhid Niyaz Səmədovun  döyüş və sinif yoldaşı. Müharibə Veteranı medalı ilə təltif olunub

II Qarabağ müharibəsi haqqında:


 
Alimlər:
Hüseynov Əlisa Əlihüseyn oğlu -
iqtisad elmləri namizədi 

 
 02.03.1942-ci ildə Masallı rayonu Sirəbil kəndində anadan olub. 1958-1962-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun zootexniklik fakültəsin bitirmişdir. Rayonda müxtəlif vəzifələrdə çalışmış, 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub, 1969-cu ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. İnstitutda şöbə müdiri, Həmkarlar Komitəsinin sədri və partiya təşkilat katibi işləmişdir. Ali Partiya məktəbində dərs demiş, çoxlu məqalə və kitabların müəllifidir. Siyasi fəaliyyətində Sosial Rifah Partiyasının yaradılmasında böyük xidməti olmuşdur. 1999-cu ildə vəfat etmişdir.

Kəndin din xadimləri:

Əsgərov Adll İbrahim - iş adamı, xeyriyyəçi
 
Məmmədov Surxay Məmməd oğlu – Cümə məscidinin axundu – Bakı şəhəri. 
 
Məmmədov Bərxudar Məmməd oğlu – Göy məscidin axundu – Bakı şəhəri.
 
Əyyubov Mirkazım Mirsəddin oğlu – Ceyranbatan məscidinin axundu - Bakı şəhəri.

Kəndin tanınmışları:

Kənddə:

Hüseynov Əlihüseyn Hüseynalı oğlu – kolxoz sədri və mühasib işləmişdir.

 

1913-cü ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuşdur. 1940-cı ildə Masallı rayon Boradigah Kənd İstehlak Cəmiyyətində mühasib işləyəndə 1941-ci ildə ordu sıralarına çağırılır. Döyüşlərdə ağır yaralanır, Masallıya qayıdaraq Alvadı kəndindaki kolxozda mühasib işləyir.

Müharibə hər yerdə çətinlik törətdiyi kimi Sirəbil kəndində də vəziyyət ağır idi. Həmyerliləri Əlihüseyn Hüseynovun kəndə gəlməsini məsləhət bilir və onu Sirəbil kolxozuna sədr seçirlər. 1950-ci ildə dövlətin qərarına əsasən Sirəbil, Sərçuvar və Təzəkənd mərkəzi Sərçuvar kəndi olmaqla "9 yanvar" kolxozuna birləşdirilir. Əlihüseyn Hüseynov onun sədri seçilir. Təsərrüfatın gəliri sürətlə artır və bu hesaba yeni idarə binası, məktəb, xəstəxana, hamam, uşaq bağçası, kino klubu, mexaniki tövlələr, dəyirman tikilir. Daimi elektrik işığı ilə təmin olunmaq 

üçün Bakıdan elektrik generatorları gətirilib kənddə quraşdırılır. Sakinləri içmali su ilə təmin etmək üçün Ərkivanda artizan quyuları qazılır, çuqun borularla 14 kilometr məsafədən kəndə su çəkilir.

Sirabil-Sərçuvar kəndləri arasında 6 kilometr yol salınır. II qrup Böyük Vətan müharibəsi əlili Əlihüseyn Hüseynov kolxoz və sovxoz təsərrüfatına faşiləsiz 37 il (1945-1982) şərəflə rəhbərlik etmişdir. Bununla yanaşı rayon partya komitəsinin büro üzvü, rayon sovetinin deputatı seçilmiş, "Qırmızı Əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.

8 oktyabr 1982-ci ildə vəfat etmişdir. 


Hüseynov Nurpaşa İsabala oğlu – “XXIV Partiya Qurultayı” sovxozunda boş aqronom işləmişdir.

 

1942-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuşdur. Lənkəran Kənd Təssərüfat  Texnikumunda oxumuşdur. Sərçuvar kəndində “9 Yanvar” kolxozunda manqa başçısı aqranom-entimoloq işləməklə qiyabi 1964-1969-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı  İnstututunda oxumuşdur. 1966-cı ildən Sərcuvar kəndində XXIV partiya qurultayı sovxozunda boş aqronom işləmişdir. 

2012-ci ildə vəfat etmişdir. 



Rayonda:

Musayev Ramiz Mədalı oğlu – Mebel  – Masallı şəhəri
Səmədov Amil Təyyar oğlu – Tikinti satış – Masallı şəhəri
Fətullayev Ramin Dadaş oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev Əlipənah Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev İqbal Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Şahmarov Əbülfəz Talıb oğlu – Baytarlıq apteki – Masallı şəhəri

Əsgərov Zadil İbrahim 0- Masallıda geyim mağazasının müdiri


Respublikada:

Əhmədov Kamran Xəlil oğlu – İqtisadi İnkişaf Nazirliyi – Bakı şəhəri
Məmmədov İbrahim Ağaməmməd oğlu – “Emruz” şirkəti – Bakı şəhəri
Məmmədov Rahib Ağaməmməd oğlu – Sədərək Ticarət Mərkəzi – Bakı şəhəri


Zabitlər:


Səmədov Əllamə Əlyar oğlu          -        polkovnik-leytenant


15.10. 1055-ci ildə Sirəbil kəndində doğulub. 1973-1977-ci illərdə V.İ.Lenin adına Azərbaycan DPİ-nun (indi Azərbaycan DPU) kimya-biologiya fakültəsində oxuyub, Sərçuvar kənd orta məktəbində müəllim işləyib. 1992-ci ildən Astara Gömrük İdarəsində Baş inspektor, növbə rəisi vəzifələrində çalışıb. 1996-1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Polkovnik-leytenant rütbəsilıə təqaüddədir.


Hilalov Cavanşir Rafiq oğlu – Polkovnik, Ali Hərbi məktəbində müəllim – Bakı, Biləcəri qəsəbəsi.


Əkbərov Fərhad Müştəba oğlu – Hərbi aviyasiya polkovniki – Bakı şəhəri


İmanov Yaşar Əliş oğlu – Rus ordusunda Polkovnik –leytenant   – Vladiqafqaz şəhəri.

 

Dadaşov Sübhan Dadaşbala oğlu – Polkovnik –  RF Sverdloviski vilayəti Cəzaçəkmə Müəssisəsində işləyir. 

Dadaşov Əlifağa Dadaşbala oğlu – Mayor - Sverdloviski vilayəti, Cəzaçəkmə Müəssisəsində işləyir. 


 Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:

Hilalov Telman Sərxan oğlu – Tümen vilayəti, Nabiblanki şəhəri.
Musayev Mahir Mədalı oğlu – Sankt-Peterburqda sahibkar.


 

Sirəbil:            Nə çatmır?

1. İlk məktəbin tarixi

2. Qəhrəman analar – sayı

3. Yüksək vəzifələrdə işləyənlər

4. Orden və medal alanlar

5. Yazarlar

6. Abidələr – köhnə tikililər və müasir inzibati tikililər







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10