Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Ensiklopediyası -24-cü yazı. QARĞALIQ İnzibati Ərazi Dairəsi


Ərazinin özəllikləri:


Bu inzibati ərazi dairəsinə daxil Eminli kəndində

1897-ci ildə Rus çarı II Aleksandrın fərmanı ilə Qızılağac ovalığında 4 dünyəvi məktəb açılmışdır.  O məktəbin biri də Qarğaliq ərazisində o vaxt Mahmudlu adlanan 

olmuşdur.


2012-ci ildə Erminli məktəbi Respublikada təhsildə göstərdiyi uğurlara görə “İlin qalibi” olmuş və Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.


Şəhriyar  kənd qəbristanlığında Orta əsrlər abidəsi sayılan  Qoç buynuzu mövcuddur. Heykəl əvvəllər qoşa olmuşdur. İndi  onlardan biri  hazırda qalır.


Şəhriyar kənddəki  9 ha ərazini əhatə edən “Qala” yerində 3 duz gölü vardır ki, yerli əhali buranı şəfa sayır.


Kürdabaz kəndinin sakini Mustafayev Heybət Mustafa oğlu Qazaxıstanın sabiq rəhbəri D. Kunayev tərəfindən “Moskviç-412” markalı minik maşını ilə mükafatlandırılıb.



Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

İşçi qrupun telefonları:

Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Əlizaman Baxış:  - 0 50 427 70 25
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Tüklə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

1. Boradigah
 2. 
Qızılağac
 3. 
Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
11.
Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə


Qarğalı  inzibati Ərazi Dairəsi

7 kəndi – Qarğalıq, Eminli, Kürdəbazlı, Dəlləkli, Qədirli, Şəhriyar və Xallıcalı kəndlərini əhatə edir.


 Qarğalıq inzibati ərazi dairəsinin coğrafi mövqeyi: 


Ərazi dairəsi Masallı rayon mərkəzindən şimal-şərqdə, Xəzər dənizinin qərb sahillərində, rayonun Muğan zonasında, aran ərazidə, düzənlik sahədə yerləşir.


Həmsərhəd olduğu ərazi dairələri:


Sənubdan Səmidxan ərazi dairəsi ilə, şimal-qərbdən Həsənli ərazi dairəsi ilə, şərqdən Viləşkənd ərazi dairəsi ilə və cənub-şərqdən Öncəqala ərazi dairəsi ilə həmsərhəddir.


4. Ərazi dairəsinin əhalisi: (01. 01. 2021-ci il tarixə) 6429 nəfər

O cümlədən:  kişi:  3266 nəfər;     qadın:  3163 nəfər.


5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi:     Cəmi: 3160 ha.



6. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, maldarlıq və sənətkarlıq  


7. Ərazi dairəsində inzibati tikintilərin tarixi haqqında:

                a) Kolxoz-sovxoz idarələri

                b) Məktəb binası 


a) Ərazidə məktəb:

Kolxoz üzvlərinin köməyi ilə 1950-ci ildə Qarğalıq kəndində ilk məktəb tikilib. 

Qarğalıq kəndində 1981-ci ildə Təhsil Nazirliyinin xətti ilə müasir tipli məktəb binası  inşa edilib.                                         

                Qədirli kəndində məktəb 1993-cü ildə inşa edilib.

                Xallıcalı kəndində məktəb 1990-cı ildə tikilib.

                Kürdabaz kəndində məktəb binası 1989-cı ildə tikilib. 2016-cı ildə məktəb bağlandığına görə bina sökülüb.

                

                c) Kənd XDS-i üçün   üçün 1975-ci ildə, 1990-cı illərdə isə İH-nin Ərazi nümayəndəliyi üçün bina tikilib

                e) 1965-ci ildə həkim məntəqəsi inşa edilib.

                d)  1981-ci ildə ərazinin mərkəzi sayılan Qarğalı kəndində stadion və idman quröuları tikilib. 

                z) Qarğalıq kəndində 1983-cü ildə 90 yerlik Uşaq bağças tikilib və bir neçə ildən sonra fəaliyyətini dayandırıb. 

                j) Məscidlər

i)  Ziyarətgahlar

ə) Yollar – Masallı-Qarğalıq yolu 2017-ci ildə yenidən qurulub. 


Ərazidə ilklər:

Qarğalıq kəndi:

İlk təhsilli və ilk müəllim:

Orucov Əsəd Abas oğlu ilk müəllim olub. 


Kəndin ilk ali təhsillisi:
 Ağayev Rüstəm İsgəndər oğlu –



Eminli kəndi:

İlk ali təhsilli:

Eminov Hacı Fərrux Fərhad oğlu


Qədirli kəndi:

İlk müəllim:

Camalov Mahmud Əli oğlu


Kəndin ilk ali təhsillisi:
Eynalov Əlimərdan Şahbaz oğlu –



Dəlləkli kəndi:


Xallıcalı kəndi:

Şükürov Hilal Abı oğlu – ilk ali təhsilli


Kürdabaz kəndi:

Kəndin ilk müəllimi:

Camalov Mahmud Əli oğlu

Kəndin ilk ali təhsillisi:

Əliyev Mirzə Meydan oğlu 


Şəhriyar kındi:

Kəndin ilk ali təhsillisi:
 
Nəzərov Eldar Orduxan oğlu –


Ərazidə yüksək Dövlət mükafatları və fəxri ad alanlar:


Zalıyev Allahverdi Namaz oğlu          -              Lenin ordenli.       Kürdabaz kəndi.

Mustafayev Heybət Mustafa oğlu -      “Şərəf nişanı” ordenli.Kürdabaz kəndi

Bəşirova Kübra Qənbər qızı              -        Kommunist əməyi zərbəçisi, Kürdabaz kəndi


Ərazidə müxtəlif yüksək vəzifələrdə işləyənlər:

Kənddə:

Eminli kəndi

Mehdiyev Əmrah, 

Əmənov Qaraxan, 

Nəciiyev Məmməd, 

Ələkbərov Xanlar, 

Əmirov Subhan, 

Abdullayev Qəni,

Kərimov Ağabala, 

Fəttahov Fəttah, 

Əsgərov Əziz, 

Əmənov Davud.

Hətəmov Həmzəli Həmzə oğlu                                                                                        Eminli kəndi

Nuriyev Sərxoş Əliqulu oğlu                                                                                            Eminli kəndi

Mehdiyev Əmrah Nəci oğlu                -              kolxoz sədri işləmişdir.       Dəlləkli kəndi

Nəciyev Məmməd Əmrah oğlu                          -  kolxoz sədri                       Dəlləkli kəndi

Eminov Tofiq İsa oğlu        -              Bələdiyyənin sədri olmuşdur.             Dəlləkli kəndi


Axundov Mirzədəyyan        -              kolxoz sədri,                                        Kürdəbaz kəndi


Zamanov Yahya Əli oğlu    -              Kənd XDS sədri    Kürdəbaz kəndi


Məmmədov Mehdi - Şərəfə-Qarğalıq ərazilərində KXDS-nin sədri. Kürdəbaz kəndi



Bəşirova Kübra Qənbər qızı              -              Kənd XDS sədri    Kürdəbaz kəndi


                


Əliyev Bayraməli Ağabala oğlu                         -              Kənd XDS sədri    Kürdəbaz kəndi


Qənbərov Habil Heybət oğlu             -                                                                             Qarğalıq kəndi      

İbayev Məhərrəm Abdulla oğlu -                                                                      Qarğalıq kəndi

Əhmədov Zəfər Zəki oğlu   -                                                                             Qarğalıq kəndi



Rayonda:


Həsənov Məmmədhüseyn Lətif oğlu –Masallı    RİK-in sədr müavini          Eminli kəndi

Mehdiyev Əyyub Məmməd oğlu –  Rayon qəzetinin Baş redaktoru                                           Dəlləkli kəndi


Zeynalov Firudin Mətləb oğlu – Masallı RPŞ-nin rəisi işləyib.      Qarğalıq kəndi

Qənbərov Hafiz Məmmədəli oğlu – Masallı RTŞ-də inspektor.    Qarğalıq kəndi

Əmənov Zahir Qardaşxan oğlu - Masallı RİH-də K/t-ı şöbəsində çalışıb.Qarğalıq kəndi

Eminbəyli Arastun Hacı Fərrux oğlu -               RİH-də məsul işdə                               Eminli kəndi

Ağayev Fərəc Cankişi oğlu                - Viləş kəndində Baş həkim işləmişdir. Qədirli kəndi


                


Xəlilov Nüsrət       - Masallı Rayon Torpaq Şöbəsinin müdiri və kolxoz sədri vəzifələrində işləyib.                                                                       Kürdəbaz kəndi



Mayılov Əlipənah                 -              Masallı Rayon Xalq Nəzarəti Komitəsinin inspektoru.     Kürdəbaz kəndi



Məmmədov Cavanşir Mehdi oğlu – Masallı Rayon Vərəm Dispanserin Baş həkimi işləyib.                                                                                                                  Kürdəbaz kəndi



Abuşov Həzərxan Feyruz oğlu – Masallı Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Məntəqəsində məsul vəzifədə işləmişdir.                                      Kürdəbaz kəndi



Respublikada:


Xəlilov Şamil Nüsrət oğlu     -  Bir neçə rayonda Partiya və Sovet işində çalışıb.                                                     (Ətraflı “İlk ali təsilli” bölümündə)                               Kürdəbaz kəndi



Əliyev Loğman Mirzə oğlu – Xocasən Sağlamlıq Mərkəzində Baş həkim. 

Kürdəbaz kəndi

Eynalov Məmməd Şahbaz oğlu –Daxili İşlər Nazirliyi İstintaq İdarəsində müstəntiq. Qədirli k..


Quliyev Nəzirməmməd Cankişi oğlu                -  Baki şəhərində bir neçə aparıcı qəzetdə müxbir.. Qədirli kəndi.



Alimlər:


Eminbəyli Ramazan Hacı Fərrux oğlu -                                           Qarğalıq kəndi

Nuriyev Dilxoş Əliqulu oğlu                                                                             Qarğalıq kəndi

Əhmədov Xatəm Hüseynqulu oğlu –                                                              Qarğalıq kəndi


Zabitlər:

İbayev Əlməddin Məhərrəm oğlu      -               polkovnik                             Qarğalıq kəndi

Ağayev Baratəli Rüstəm oğlu - kapitan. Masallı Təcridxanası.    Qarğalıq kəndi

 

Əliyev Əlisa Mirzə oğlu       - Respublika Hərbi Prokurorluğunda polkovnik.             

Kürdəbaz kəndi


Məmmədov Mehdi - Şirvan Şəhər Polis İdarəsində rəis müavini. Kürdəbaz kəndi


Qafil Əmənov – Müdafiə Nazirliyində məsul vəzifədə çalışır.         Şəhriyar kəndi

Rauf Məlikov – “N” saylı hərbi hissənin zabiti.                                                Şəhriyar kəndi.

 


Ərazinin I Qarabağ müharibəsi şəhidləri:


Rufullayev Ruhil Rufula oğlu –                                                                        Qarğalıq kəndi

Vəliyev Ədalət Hidayət oğlu –                                                                          Qarğalıq kəndi

Məmmədov Xanlar Xudaş oğlu –                                                     Qarğalıq kəndi

Sadıqov Mirhəbib Tapdıq oğlu –                                                      Eminli kəndi

Ağayev Rəşad Yusif oğlu –                                                                              Eminli kəndi

Abbasov Mehdi Bayram oğlu  -                                                        Eminli kəndi

Bəgişov Rahim Şahgəldi oğlu –                                                                      Kürdəbaz kəndi

Quliyev Mirzə Süleyman oğlu.                                                                         Qədirli kəndi


II Qarabağ Müharibəsi şəhidləri:


Hüseynov Rafail Teymur oğlu                                                                                         Qarğalıq kəndi

Əzizov Elvin Əfrail oğlu – gizir.                                                                                       Qarğalıq kəndi

Xəlilov Gürşad Elşad oğlu                                                                                Kürdəbaz kəndi

Qarayev Elşən Rəhman oğlu –                                                                                        Xallıcalı kəndi

İsmayılov Bahəddin Mirələm oğlu –                                                                                Xallıcalı kəndi



Yazarlar:


Mahmudlu Şakir İbrahim oğlu                                                                          Eminli kəndi

İsmayılov Ziyafət İsa oğlu  -                               şair                                        Eminli kəndi

Mikayılov Vaqif Yəhya oğlu –                            şair.                                       Xallıcalı kəndi

Teymurov Ədalət Sədulla oğlu                                                               Jurnalist.                               Qədirli kəndi

Nəzirməmməd Zöhrablı (Nəzirməmməd Cankişi oğlu Quliyev)Qədirli kəndi. 


Ərazinin adını daşıyan kəndin adı:   Qarğalıq


Kəndin adının mənası: 
 
Qarğalıq adı haqqında bir neçə mülahizə söylənilir. Birinci mülahizəyə görə, bu ərazidə çoxlu qarğa olduğuna görə Qarğalıq adı yaranmışdır. Kəndin yaşlı nəsli əsasən bu fikri təsdiq edir. Digər mülahizəyə görə, bu yaşayış yerinin adı türk mənşəli qarğa, karqa tayfaları ilə əlaqədar yaranmışdır. Bu tayfaların Azərbaycana gəlməsi təqribən ilk orta əsrlərə təsadüf edir. Sonralar bu söz fonetik dəyişkənliyə məruz qalaraq Qarğalıq adlandırılmışdır.


Əhalisi:  (01. 01. 2021-ci il tarixə)2028 nəfər

                O cümlədən:  kişi:   1090 nəfər;    qadın:  938 nəfər.


1849-cu il  siyahıyaalınmasında   38 ev,   276 nəfər;

1863-cü il ---------------------------    49 ev,   331 nəfər;

1873-cü il ---------------------------    61 ev,    388 nəfər;

1886-cı il   ---------------------------    99 ev,    596 nəfər;

 

Ərazisi:                                                 450ha 

 

Coğrafi mövqeyi:  Rayonun şimal-şərq hissəsində yerləşir, düzənlik sahədə.

 

Kənd əhalisinin əsas məşğuliyyəti: 
 
Keçmişdə çəltikçilik və heyvandarlıq, indiki zamanda taxılçılıq və heyvandarlıq 

 

Həmsərhəd olduğu kəndlər: Şimal-şərqdən Eminli, şərqdən Dəlləkli, Xallıcallı, şimal-qərbdənŞəhriyar, qərbdən Kürdəbaz kəndləri ilə.

 

Kənddə məktəb:
 
Kənddə ilk məktəb 1938-ci ildə açılmışdır. Kənd sakinlərinin köməyi ilə 1950-ci ildə natamam orta məktəb binası tikilib. 1982-ci ildə Azərbaycan Təhsil Nazirliyinin xətti ilə yeni məktəb inşa edilib.

 


İlk təhsilli və ilk müəllim:

Orucov Əsəd Abas oğlu ilk müəllim olub. 

 

25 may 1921-ci ildə anadan olub. 1941-1945-ci il müharibəsində iştirak edib.   1947-1948-ci illərdə Lənkəran (sonra Bakı) Pedaqoji Məktəbində və 1953-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrqfiya fakültəsində oxumuşdur. 1979-cu ildə “Əmək veteranı” medalı ilə təltif olunub.14 oktyabr 1998-ci ildə vəfat edib.


Kəndin ilk ali təhsillisi:
 Ağayev Rüstəm İsgəndər oğlu –


1935-ci ildə Masallı rayonun Qarğalıq kəndində anadan olub. 1952-1957-ci illərdə K. Marks adına ADU-nun iqtisad fakültəsində oxuyub. İlk iş yeri Yardımlı Rayon XDS İcra Hakimiyyəti, axırıncı iş yeri Masallı rayonunun “Varlı həyat” sovxozu olmuşdur. 1992-ci ilin noyabr ayında vəfat etmişdir.


II Dünya müharibəsində iştirak edənlər:          54 nəfər.



 Kəndin tanınmışları: bütün sahələrdə

Kənddə:

Qənbərov Habil Heybət oğlu             -              

İbayev Məhərrəm Abdulla oğlu -

Əhmədov Zəfər Zəki oğlu   -


Rayonda:

Zeynalov Firudin Mətləb oğlu – Masallı Payon Polis Şöbəsinin rəisi işləyib.

Qənbərov Hafiz Məmmədəli oğlu – Masallı Rayon Təhsil Şöbəsində inspektor. 

Əmənov Zahir Qardaşxan oğlu -          Masallı RİH-də K/t-ı şöbəsində çalışıb.

                

Respublikada:


Zabitlər:

İbayev Əlməddin Məhərrəm oğlu      -               polkovnik

Ağayev Baratəli Rüstəm oğlu                           - kapitan. Masallı Təcridxanasında işləmişdir.
 
 Hazırda təqaüddədir.



I Qarabağ müharibəsi şəhidləri: 

 


 Rufullayev Ruhil Rufula oğlu –


1973-cü ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, elə həmin il iyul ayının 19-da Ağdam şəhəri uğrunda gedən döyüşdə şəhid olub. Kənd qəbiristanlığında dəfn olunub. 


Vəliyev Ədalət Hidayət oğlu –

 

1973-cü ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Ağdərə, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ildə Umudlu kəndi uğrunda gedən döyüşdə şəhid olmuş. Bakıdakı Çəhidlər Xiyabanında dəfn olunub. 


Məmmədov Xanlar Xudaş oğlu – 


18 yanvar 1976-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 16 oktyabr 1995-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur.


I Qarabağ Müharibəsi veteranları və qaziləri:

Məmmədov Hidayət Ərzulla oğlu        -              qazi.



II Qarabağ müharibəsi şəhidləri: 


1. Hüseynov Rafail Teymur oğlu – Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri.

 


1 yanvar 2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində doğulub. 2018-ci ilin yanvarından 2019-cu ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olub. Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursunu bitirib kiçik gizir rütbəsində hərbi xidmətini davam etdirir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsinin 42 gününü döyüşlərdə olub. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Kəlbəcər və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin 5 noyabrında Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər düşmənlə üzbəüz vuruşub. Düşmən tərfdən atılan minamyot mərmisinin qəlpəsindən ağır yaralanır və şəhid olur. 

                “Vətən uğrunda” medalı ilə təltif olunub.            


2. Əzizov Elvin Əfrail oğlu – gizir.

 

26 fevral 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində doğulub.2004-cü ilin aprelindən 2005 ci ilin noyabr ayına kimi hərbi xidmətdə olub. 2009-cu ildə MAXE kimi hərbi xidmətini davam etdirib. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ”Gizir hazırlığı kursu”nu bitirib gizir rütbəsində tank komandiri vəzifəsini yerinə yetirib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsində Füzuli rayonu ərazisində döyüşə başlayıb. 15 oktyabrda Musabəyli kəndi uğrunda gedən döyüşlərdə vurulan tankdan yoldaşlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib şəhid olur. 

                “Vətən uğrunda” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub.    

 

II Qarabağ Müharibəsi veteranları:


Məmmədov Təbriz Əlisahib oğlu

Məmmədov Asif Məsləhət oğlu

Camalov Vəzir Murtuz oğlu

 

Tarixi abidələri:


1. Məscid XX əsr.

 


2. Hamam XX əsrin əvvəlləri.

Hamam uçub-dağılmışdır.


3. Şəhidlər bulağı.

 

Din xadimləri:


1. Əliyev Tofiq Baba oğlu – İraqın Nəcəf şəhərində təhsil alıb.

2. İbayev Cəmaləddin Məhərrəm oğlu – İraqın Nəcəf şəhərində təhsil alıb.

3. Səfərov Şahlar Həzərxan oğlu – İraqın Nəcəf şəhərində təhsil alıb.


İcra nümayəndəliyi:


Qarğalıq KXDS-nin binası 1975-ci ildə tikilib. Müstəqillik dövründə Rayon İH nümayəndəliyi və bələdiyyə idarəsi də bu binada yerləşir.

 

Həkim məntəqəsi:

Qarğalıq həkim-tibb məntəqəsi 1965-ci ildə inşa edilib.

 


Poçt:


 

Uşaq bağçası:


 Qarğalıq kəndində uşaq bağçası 1983-cü ildə tikilmişdir.


 


İdman qurğuları:

İdman qurğuları və stadionlar  - 1981-ci ildə kənddə stadion tikilib.


                Qarğalıq kəndi haqqında materialların toplanmasında bizə köməklik göstərmiş Niftiyev Telman Xıdır oğluna minnətdarlıq edirik. 


QARĞALIQ kəndi --- nə çatmır?

                                                                                                                                                                    

1. Orden və medal alanlar:

2. Yazarlar, musiqiçi və idmançılar (MƏŞHURLAR):

3. Qəhrəman analar

4. Dövlət mükafatları alanlar.

5. Yüksək vəzifələrdə işləyənlər.




Kəndin adı:         Eminli – Qarğalıq ərazi vahidinin tərkibində kənd.

 

Əhalisi:                1 yanvar 2021-ci il                 ---           1192 nəfər

                               O cümlədən:   kişi:   547 nəfər;   qadın: 645 nəfər.


Şakir Mahmudlunun “Mahmudabad və Mahmudlu salnaməsi” kitabından.

1849-cu il ------------------------ 201 ev, ------------------- 1502 nəfər.

1863-cü il ------------------------ 186 ev, ------------------- 1291 nəfər
 1873-cü il  -----------------172 ev,   596 kişi, 470 qadın,    cəmi --1066 nəfər

1886-cı il -------------------------- 161 ev,   ------------------ 904 nəfər.

(Gürcüstan Dövlət Arxivindən götürülüb).


Ərazisi: 880 ha


Kəndin adının mənası: 
 
Emin şəxs adı, (-li) məkan bildirən şəkilçidir. Eminli kəndi XIX əsrin ikinci yarısına qədər Mahmudlu adlanmışdır. Güman edilir ki, Şamaxıda baş verən zəlzələdən sonra bu yerlərə köçüb gələn Emin Eminalı oğlunun xeyriyyəçiliyinin nəticəsindən kənd əhalisi onun şərəfinə kəndin adını dəyişərək Eminli qoymuşlar. 1930-cu ilə qədər olan rəsmi sənədlərdə Eminli adlı kənd qeyd edilməmişdir.

 

Kəndin qısa tarixçəsi: 
 
Eminli kəndinin yerləşdiyi ərazidə XIII əsrin sonlarında, təqribən 1297-ci ildən sonra Elxani hökmdarı Mahmud Qazan xan tərfindən Mahmudabad qalası və eyniadlı şəhər salınmışdır. XIV-XV əsrlərdə gedən müharibələr başqa şəhərlər kimi Mahmudabadın da yandırılması və dağıdılması ilə nəticələnmişdir. Tarixi mənbələrdə XVIII əsrin əvvəllərinə qədər Mahmudabad haqqında məlumatlara rast gəlmək olur, lakin onun sonrakı taleyi haqqında heç bir qeyd yoxdur. Buna baxmayraraq, yerli əhalidən o yerdə qalanlar yenidən məskunlaşaraq eyniadlı yaşayış yerini – Mahmudlu kəndi adı ilə bərpa etmişlər. XX əsrin əvvəllərində kəndin adı dəyişdirilərək Eminli qoyulmuşdur. Qeyd edək ki, bəzi tarixi mənbələrdəki məlumatlara əsaslanıb indiki Şəhriyar adlandırılan qalanın elə Mahmudabad qalası olduğu qənaətinə gəlmək olar.   

(Qeydlər Şakir Mahmudlunun “Mahmudabad və Mahmudlu salnaməsi” kitabındandır.)


Coğrafi mövqeyi: 
 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, Muğan zonası, düzənlik ərazidə

 

Kəndin əsas məşğuliyyəti: 
 
Keçmişdə heyvandarlıq və çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

 

Həmsərhəd olduğu kəndlər:  Cənub-qərbdənQarğalıq, şimaldan Köçəkli, cənub-şərqdən Dəlləkli və şimaldan Neftçala rayonu ilə.

 

Kənddə ilk məktəbin açıldığı tarix:


(Qeydlər Şakir Mahmudlunun “Mahmudabad və Mahmudlu salnaməsi” kitabındandır.)


XIX əsrdə - 1897-ci ildə rus çarı II Aleksandrın fərmanı ilə Qızılağac ovalığında 4 məktəb açılmışdır. O vaxt ən böyük kənd olan Qızılağacda, rus kəndi Novonikolayevkada (Kalinovka), Masallıda və Mahmudluda. 1 sinifli 3 illik Mahmudlu məktəbinə ilk müəllim olaraq Qori seminariyasının məzunu Səməd bəy Acalov təyin edilir və hesab, rus dili və məntiq dərslərini deyir. Din müəllimi Molla Əmir məşədi Ələkbər oğlu olur. O, sonralar (XX əsrin əvvəlində) Lənkəran Qəzasının Şeyxül-İslamı olur. 1899-cu ildə S.B.Acalovu Dərbənd şəhərinə göndərirlər, onun yerinə Abdul Vəliyev təyin edilir. 


Paşa Yaqubun “Eminli ensklopediyası” kitabından məktəbin yaradılması haqqında qeydlər:


1920-ci ildə Mahmudluda (Eminlidə) ikiilllik dünyəvi məktəb açıldı. İbtidai məktəb 1964-cü ildə natamam orta məktəb oldu. Məktəb təşkil olunan gündən ona rəhbərlik etmiş müdir və direktorlar: 1.İbrahimov Surxay. 2.Hüseynov Abasqulu. 3. Verdiyev Əlimərdan. 4.Nuriyev Xudaverdi. 5.Hətəmov Həmzəli. 6. Eminov Ərəstun. 7.Nuriyev Sərxoş 


Kəndin ilk ali təhsillisi:

 

Eminov Hacı Fərrux Fərhad oğlu -1924-cü ildə Masallı rayonunun Eminli kəndində anadan olub. K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı (İndiki İqtisad Universiteti) İnstitutunu 1958-ci ildə fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə 85 yaşında Eminli kəndində vəfat edib.


Böyük Vətən Müharibəsində iştirak edənlər:  35 nəfər

 

Kəndin I Qarabağ müharibəsi şəhidləri:


Sadıqov Mirhəbib Tapdıq oğlu – (1963-1993-cü ilin iyulun 9-da Fizulidə şəhid olub)


Ağayev Rəşad Yusif oğlu –   (1975-1994-cü ilin yanvarın 1 də şəhid olub)


Abbasov Mehdi Bayram oğlu  - (1975-1994-cü ilin aprel ayının 25-də şəhid olub)


I Qarabağ veteranları: 11 nəfər.

 

II Qarabağ müharibəsində iştirak edənlər:


Alimlər:


Eminbəyli Ramazan Hacı Fərrux oğlu -1946-cı ildə Masallı rayonunun Eminli kəndində anadan olub. 1965-1970-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, həmin universiteti fərqlənmə ilə bitirmişdir. O ,1997-ci ildə Türkiyədə Müxtəlif səth potensiallı yarımkeçirici lövhələrdə kinetik effektlərin Kvant nəzəriyyəsi üzrə doktorluq müdafiəsi etmiş və fizika-riyaziyyat elmləri doktoru, professor olub. 2011-ci ilin avqustun 27-də vəfat etmişdir.


Nuriyev Dilxoş Əliqulu oğlu -1961-ci ildə Masallı rayonunun Eminli kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Prezident yanında İdarəçilik Akademiyasının Hüquq fakültəsini  də bitirmişdir. D. Nuriyev iqtisadiyyat üzrə fəlsəfə doktorudur, bir neçə elmi məqalə və kitabın müəllifidir. Hazırda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Şəhərsalmaya Nəzarət Şöbəsinin müdiridir.


Əhmədov Xatəm Hüseynqulu oğlu -1960(61)-cı ildə Masallı rayonunun Eminli kəndində anadan olub, 1968-1976-cı illərdə Eminli kənd məktəbində, 1976-1979-cu illərdə Bakı Dəmir Yolu texnikumunda təhsil alıb. X. Əhmədov Rusiya Federasiyasının Rostov şəhərində yaşayır. İxtisası üzrə ali təhsil alıb. Texniki elmlər namizədi. dosentdir.

 

Tanınmışları:


Kənddə:


Kolxoz və sovxoz dövründə təsərrüfata rəhbərlik edən şəxslər:

Mehdiyev Əmrah, 

Əmənov Qaraxan, 

Nəciiyev Məmməd, 

Ələkbərov Xanlar, 

Əmirov Subhan, 

Abdullayev Qəni,

Kərimov Ağabala, 

Fəttahov Fəttah, 

Əsgərov Əziz, 

Əmənov Davud.


Hətəmov Həmzəli Həmzə oğlu-13 mart 1948-ciil tarixdəEminli kəndində anadan olmuşdur.1961-ci ildə Eminli kənd yeddiillik məktəbini,1965-ci ildə Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbini bitirmişdir.1966-1970-ciillərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini bitirmiş və  təyinatla Eminli kənd səkkizillik məktəbinə ixtisası üzrə müəllim göndərilmişdir.1972-1982-ciillərdə məktəb direktoru,1982-1990-cıillərdə  Qarğalıq Ərazi Dairəsi üzrə Kənd Sovetinin sədri,1990-1995-ciillərdə həmin kənddə sovxoz direktoru vəzifəsində,1995-1999-cuillərdə isə Eminli kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.15 sentyabr 1999-cu ildə vəfat etmişdir.


Nuriyev Sərxoş Əliqulu oğlu – 1958-ci ildə doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1992-ci ildən H.Sadıqov adına Eminli kənd orta məktəbində direktor olub. Məktəbi 1912-ci ildə qazandığı uğurlara görə rayon rəhbərliyinin Fəxri Fərmanına layiq görülüb. S.Nuriyev Respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb.  



Rayonda:

Həsənov Məmmədhüseyn Lətif oğlu – 

 

1927-ci ildə doğulub. 1949-59-cu illərdə Masallı Rayon Komsomol Komitəsinin II və I katibi vəzifələrində işləyib. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini qiyabi yolla bitirib. 1959-60-cı illərdə Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri, ardınca Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini və sədr əvəzi vəzifələrində çalışıb. 1976-cı ildən 17 il Masallı Rayon Rabitə Şöbəsində rəis işləmişdir. Prezident təqaüdçüsüdür. 


Eminbəyli Arastun Hacı Fərrux oğlu -1953-cü ildə Masallı rayonunun Eminli kəndində anadan olub. 1976-1982-ci illərdə indiki BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. A. Eminbəyli 1992-1996-cı illərdə Masallı Rayon İH-də Ərazi Hakimiyyət və İdarəetmə orqanları ilə iş üzrə şöbə müdiri, Masallı Rayon ƏSMM-də direktor vəzifəsində çalışmışdır. Hazırda Eminli kənd tam orta məktəbində psixoloq kimi fəaliyyət göstərir. 


Yazarlar:

İsmayılov Ziyafət İsa oğlu , şair  – 1952-ci ildə doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində oxuyub. 1 şeirlər kitabı çapdan çıxıb. Vəfat edib.


Mahmudlu Şakir İbrahim oğlu -  1955-ci il 31 oktyabrda Eminli (Mahmudlu) kəndində doğulub. 1972-ci ildə Lenin adına ADPİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olub. 1980-ci ildən Masallı şəhər 2 saylı tam orta məktəbində müəllim işləmişdir. “Mahmudabad”, “İtirilmiş kənd”, “Dərs“ romanlarının müəllifidir. 2017-ci ildə çapdan çıxan “Mahmudabad və Mahmudlu” ensiklopedik məlumat kitabı tədqiqat əsəridir.  


Mahmudlu (Eminli) məscidi

Orta əsrlərdə Mahmudluda və onun ətrafında məscidlər olmuşdur. 1962-ci ildə kənd mollası Qulamhüseyn kişinin təşkilatçılığı ilə camaatdan maddi vəsait toplanılaraq iməcilik qaydası ilə çiy kərpicdən məscid inşa olundu. Hazırda kəndin mollaları hacı Rəbbi və hacı Hətəmdir. 


Eminlidə kolxoz və sovxoz

1933-cü ildə əsası qoyulan ilk kolxoz “Rot-front” adlanmışdır. İlk kolxoz sədri Əmralı Mehdiyev olub. II Dünya müharibəsi dövründə kolxoz “416-cı Taqonroq diviziyası” adlanıb. 1950 -ci ildə qonşu kolxozların birləşdirilməsi nəticəsində Eminli kəndi də Qarğalıq kəndinin “Varlı həyat” kolxozuna-sovxozuna birləşdirilib. 



 Tanınmış musiqiçisi:

Ağayev Elçin Firudin oğlu – 1951-ci ilin 8 aprelində doğulub. Mahir muğam ifaçısıdır. İlk olaraq “Çahargah” ansanblı yaradır. Ansanblla Az.Radio və Televiziyasında, el şənliklərində çıxışlar edir.  


                Eminli kəndi haqqında materiallar hazırlarkən Mahmudlu Şakir İbrahim oğlunun “Mahmudlu və Mahmudabad salnaməsi” və Paşa Yaqubun “Eminli ensklopediyası” kitablarına isnad edilmişdir. 


EMİNLİ kəndi   ---  Nə çatmır?

1. Alim Xatəm Hüseynqulu oğlunun soyadına düzəliş etmək.

2. Qəhrəman anaların sayı  

3. Ərazi dəqiqləşdirilməli

4. Kəndin digər tikililəri --- tikilmə tarixləri

5. Orden-medal alanlar və digər Dövlət mükafatları.

6. II Qarabağ müharibəsi iştirakçıları:   (qazi və veteranlar)

7. Şəkillər.




Kəndin adı:                                           Dəlləkli
 

 Əhalisi: 
(01. 01. 2021-ci il tarixə) 185 nəfər.

O cümlədən:  kişi:   96 nəfər;    qadın:  89 nəfər.

 Ərazisi:                                                 
170 ha


Kəndin adının mənası: 
 
Dəlləklik peşə sahəsi ilə əlaqədar yaranmış adlarından biri də Dəlləklidir. Dəlləkli-dəllək nəsli, dəllək obası deməkdir. Eyni zamanda da bu adın çox bilmiş kimi yozulması haqqında da mülahizələr vardır.


Coğrafi mövqeyi: Rayonun şimal-şərq hissəsində düzənlik sahədə yerləşir,                                                                                                                                                                                                                                                                                                                                                                                     

Kəndin əsas məşğuliyyəti:
 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: Qədirli, Qarğalıq , Eminli


Kəndin ilk ali təhsillisi:

Mehdiyev Əyyub Məmməd oğlu 

                (Ətraflı “Tanınmışlar” bölümündə)


Kəndin məktəbi yoxdur.


Kəndin tanınmışları:

Kənddə:

Mehdiyev Əmrah Nəci oğlu                -              kolxoz sədri işləmişdir.


Nəciyev Məmməd Əmrah oğlu                          -  kolxoz sədri

 


“Şəhriyar” sovxozunda Rayon Partiya Komitəsinin ştatlı partiya təşkilatçısı, rayonun Həsənli kəndində “Şən həyat” sovxozunda direktor (1967-1969-cu illərdə), Qarğalıq kəndində “Varlı həyat” sovxozundza direktor (1969-1976-cı illərdə), “Şəhriyar” sovxozunda direktor müavini vəzifələrində işləmişdir.


Eminov Tofiq İsa oğlu        -              Bələdiyyənin sədri olmuşdur.


Rayonda:
 Mehdiyev Əyyub Məmməd oğlu –  
Rayonda çıxan “Yeni həyat” qəzetinin Baş redaktoru olub.


 


1947-ci ildə Masallı rayon Dəlləkli kəndində anadan olub. 1972-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Masallı rayonunda müxtəlif vəzifələrdə işləmişdir. 1970-ci ildə rayonda çıxan “Çağırış” qəzetində ədəbi işçi, Baş ədəbi işçi, redaktor, “Yeni həyat” qəzetinin Baş redaktoru olmuşdur. Azərbaycan JB-nin üzvüdür. 2010-cu ildə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hazırda təqaüddədir. 


Respublikada:

II Dünya Müharibəsində iştirak edənlər:      2 nəfər

 

I Qarabağ Müharıbəsinin iştirakçıları:


II Qarabağ Müharibəsi iştirakçıları:




DƏLLƏKLİ kəndi   ------ nə çatmır?


1. Tarixi abidələri:

2. Məscid və din xadimləri:

3. Kəndin ilk məktəbi:

4. Kəndin ilk təhsillisi:

 5. Qarabağ iştirakçıları:      

6. Orden və medal alanlar:

7. Yazarlar, musiqiçi və idmançılar (MƏŞHURLAR):

8. Qəhrəman analar

9. Orden-medal və digər Dövlət mükafatları alanlar.




Kəndin adı:                                                          Xallıcallı
  


Əhalisi:  (01. 01. 2021-ci il tarixə) 819 nəfər;

O cümlədən:   kişi:  443 nəfər:   qadın:  376 nəfər.

Ərazisi:                                                580ha


Kəndin adının mənası: 
 
Xallıçallı, yəni çalada kiçik torpaq sahələrinin olması ilə əlaqədardır)

Kəndin qısa tarixçəsi:
 Kəndin tarixi 200 ilə yaxındır. Xallıcallı kəndinin ilk sakinləri Lənkəranın Gömüşavan kəndindən gələnlər olub. Onlar öz mal-qaralarını Xallıcallının ərazisinə ( onda bura çala olub) otlamaq üçün ötürüblər. Onda bu çalada adda-budda adaya oxşar kiçik torpaq sahələri var imiş. Ona görə də bu əraziyə Xallı-çala deyirmişlər. Bu ərazidə insanlar məskunlaşdıqdan sonra bura Xalııcallı adı ilə tanınmışdır.


Coğrafi mövqeyi:
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik sahədə.

Kəndin əsas məşğuliyyəti: 
 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər:
Qarğalıq, Qədirli, Dəlləkli, Hüseynhacılı və Alışanlı kəndləri ilə həmsərhəddir.

 

Tarixi abidələri:
 Məscid:

Din xadimləri:


Kənddə ilk məktəbin açıldığı tarix:     1990-cı il

 

Kəndin ilk ali təhsillisi:


Şükürov Hilal Abı oğlu - 1923-cü ildə Masallı rayonunun Xallıcallı kəndində anadan olub. İkinci dünya müharibəsindən sonra Ali təhsil alıb. Ali Partiya məktəbini bitirib. Masallı rayon Partiya komitəsində məsul vəzifələrdə işləyib. Nizami sovxozunun direktoru işləyib.


Böyük Vətən Müharibəsində iştirak edənlər:  20 nəfər


Orden və medal alanlar:


Qəhrəman analar: sayı


Kəndin tanımışları:


 Kəndin I Qarabağ müharibəsi şəhidləri:

Qarayev Elşən Rəhman oğlu – (1973-26 may 1992-ci ildə Fizulidfə) 


İsmayılov Bahəddin Mirələm oğlu - 1978-24 avqust 1998-ci ildə Ağdam rayonu 


Yazarlar:

Mikayılov Vaqif Yəhya oğlu – şair. “Ölüm sevinməsin qoy” kitabının müəllifidir.


XALLICALLI kəndi   ---- nə çatmır?

1. Tarixi abidələri və müasir tikililər:
 2. Məscid:

3. Din xadimləri:

4. Kəndin ilk müəllimi:
5. Orden və medal alanlar:

6. Qəhrəman analar: sayı

7. Kəndin digər sahələrdə tanınmışları:

8.   Alimlər – varsa.....


Xallıcalı kəndi haqqında məlumatlar yaxın günlərdə tamamlanacaq və Ərazi haqqında yazıya əlavə ediləcək.






Kəndin adı:                                          Kürdəbaz


 

Əhalisi: (01. 01. 2021-ci il tarixə)        819 nəfər

O cümlədən:  kişi: 819 nəfər;   qadın: 410 nəfər.

 Ərazisi:                                                 
300 ha


Kəndin adının mənası: 
 
Bəzilərinin fikrincə bu yaşayış yerinin əvvəlki Kürd Abbas olmuş, sonra adı Kürdəbaz şəklinə düşüb. Respublikamızın ayrı-ayrı bölgələrində Kürdlər, Kürd Hacı, Kürdəxanı adı vardır. Qaynaqlardan məlum olur ki, Masallıdakı Kürdəbaz adının əsasını Kürd Mahmudlu tayfası qoyub.


Coğrafi mövqeyi: 
 
Rayonun Şimal-Şərq hissəsində, Lənkəran ovalığında, Muğan zonasında düzənlik
 sahədə yerləşir.


Kəndəkilərin əsas məşğuliyyəti: 
 
Keçmişdə çəltikçilik, heyvandarlıq, indiki zamanda taxılçılıq və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
 
Qarğalıq, Alışanlı, Məmmədxanlı, Bala Təklə kəndləri ilə həmsərhəddir.

 

Tarixi abidələri:


  XX əsrdə tikilmiş Məscid


Qəhrəman analar:

1. Mirzəyeva Xanımnisə Əbil qızı.

2. Gözəlova Gülbikə

3. Məmiyeva Füruzə Məhəmməd qızı

4. Zalıyeva Sərgül Bəndalı qızı

5. İsmayılova Əsməgül İbrahim qızı (1940-2010) 

6. Səmədova Xədicə Qaraxan qızı

7. Əhmədova Xanımgül Bəyalı qızı

8. Mayılova Mənzər Nəzirməmməd qızı

9. Xəlilova Minarə Mahmud qızı

10. Əliyeva Gülcənnət Dədəkişi qızı

11. Şahbazova Balaqız Şirəli qızı

12. Məmmədova ağqız İslam qızı


II Dünya Müharibəsində iştirak edənlər:          10 nəfər

 

Kənddə ilk məktəbin açıldığı tarix:1989-cı ildə açılıb, 2016-cı ildə bağlanıb. 


Kəndin ilk müəllimi:

Camalov Mahmud Əli oğlu

1910-cu ildə Kürdəbaz kəndində doğulub. Lənkəranda Pedaqoji məktəbi bitirib.

 Kəndin ilk ali təhsillisi:

Əliyev Mirzə Meydan oğlu 

12 iyun 1921-ci ildə anadan olub. 1937-1945-ci illərdə II Dünya Müharibəsində iştirak edib. Berlinə qədər döyüşüb. Cəsur döyüşçü kimi 1943-cü ildə Kommunist Partiyası sıralarına qəbul edilib. Müharibədən sonra Cəlilabad rayonunda Bankın müdiri olub. Sonra Masallı Rayon Bankının müdiri təyin olunub. 1951-1956-cı illərdə ADU-nun iqtisadiyyat fakültəsində oxuyub. Masallı Rayon İcraiyyə Komitəsinin sədr müavini işləyib. Bakı Ali Partiya Məktəbini bitirib. Masallıda Artel müdiri, Rayon Tədarük İdarəsinin müdiri, Kalinovka (indi Viləş) Kənd İstehlak Cəmiyyətinin sədri, Masallı Konserv Zavodunuda direktor müavini, Xırmandalı sovxozunda direktor vəzifələrində işləmişdir. Bir çox orden və medallarla təltif olunub. 13 fevral 2005-ci ildə vəfat edib. 


 
Xəlilov Şamil Nüsrət oğlu -1934-cü ildə Masallı rayonun Kürdəbaz kəndində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. Keçmiş Puşkin (indi Biləsuvar) rayonunda II katib, Dəvəçi rayonunda Rayon İcra Hakimiyyətinin sədri işləmişdir. Masallı rayonunda “Varlı həyat” sovxozunda direktor işləmişdir. 2010-cu ildə Masallı rayon Kürdəbaz kəndində vəfat etmişdir.


Yüksək Dövlət mükafatları və fəxri ad alnlar:


Zalıyev Allahverdi Namaz oğlu          -              Lenin ordenli

1923-cü ildə doğulub. Qarğalıq kənd “Varlı həyat” kolxozunda tütünçülük briqadiri işləyib və 1952-ci ildə Lenin ordeni ilə təltif olunub. 2003-cü ildə vəfat edib.


Mustafayev Heybət Mustafa oğlu     -              mexanizator,  “Şərəf nişanı” ordenli

Qarğalıq kəndində “Varlı həyat” kolxozunda, sonra sovxozunda qabaqcıl mexanizator kimi Qazaxıstan SSR-yə Xam torpaqlarda işləməyə göndərilib. Yaxşı işinə görə “Şərəf nişanə” ordeni ilə təltif olunub. Qazaxıstan Kommunist Partiyasının I katibi D. Kunayev tərəfində “Moskviç-412” markalı maşınla mükafatlandırılıb. 

Bəşirova Kübra Qənbər qızı              -              Kommunist əməyi zərbəçisi.

                (Ətraflı “Kənddə Müxtəlif vəzifələrdə işləyənlər” bölümündə)


Müxtəlif vəzifələrdə işləyənlər:

Kənddə:

Axundov Mirzədəyyan        -              kolxoz sədri

1906-cı ildə doğulub. Savadsızlığın ləğvi kursunu bitirib. Kommunist Partiyasının üzvü olub. Həsənli kəndində “Şən həyat” kolxozunun sədri işləyib.


Zamanov Yahya Əli oğlu    -              Kənd XDS sədri    

1904-cü ildə doğulub. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanda kəndlərdə təşkil olunan savadsızlığın ləğvi kurslarında oxuyub. Qarğalıq və Qızılavar kəndlərində Kənd XDS-lərinin sədri kimi çalışıb. 


Məmmədov Mehdi               -              Şərəfə-Qarğalıq ərazilərində KXDS-nin sədri işləyib.


Bəşirova Kübra Qənbər qızı              -              Kənd XDS sədri

 

1925-ci ildə doğulub. Yaxşı işçi kimi “Varlı həyat” kolxozunda tərəvəzçilik briqadiri kimi irəli çəkilib. 1950-ci ildə Sov. İKP sıralarına qəbul edilib. 1968-ci ildə Kommunist əməyi zərbəçisi adını alıb. 1978-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunub. Qarğalıq Kənd XDS-nə 5 il sədrlik edib. 2009-cu ildə vəfat edib.        


Əliyev Bayraməli Ağabala oğlu                         -              Kənd XDS sədri

“Varlı həyat” sovxozunda yerli partiya təşkilatının katibi və Qarğalıq Kənd XDS-nin sədri vəzifələrində çalışıb.



Rayonda:


Xəlilov Nüsrət       - Masallı Rayon Torpaq Şöbəsinin müdiri və kolxoz sədri vəzifələrində işləyib.


Mayılov Əlipənah                 -              Masallı Rayon Xalq Nəzarəti Komitəsinin inspektoru.


Məmmədov Cavanşir Mehdi oğlu – Masallı Rayon Vərəm Dispanserin Baş həkimi işləyib.


Abuşov Həzərxan Feyruz oğlu – Masallı Rayon Hərbi Komissarlığında (indi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Məntəqəsi) məsul vəzifədə işləmişdir.


Respublikada:

Xəlilov Şamil Nüsrət oğlu     -  Bir neçə rayonda Partiya və Sovet işində çalışıb.

                                                           (Ətraflı “İlk ali təsilli” bölümündə)


Əliyev Loğman Mirzə oğlu 

 


1950-ci ildə doğulub. 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunubitirib. Bakı şəhəri Semaşko adına Mərkəzi Klinikada cərrah-farmotoloq işləmişdir. 10 il Bakı şəhəri Xocasən Sağlamlıq Mərkəzinin Baş həkimi işləmişdir. 


Əliyev Əlisa Mirzə oğlu       -              polkovnik.

 

1951-ci ildə doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib hərbi xidmətə gedib. Latviya SSR-in Riqa şəhərində Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Universiteti bitirib Latviyanın Yurmala şəhərində müstəntiq, Riqa şəhərinin Plovtar Rayon Prokurorluğunun Baş müstəntiqi kimi çalışmışdır. 1985-ci ildə təyinat yerini Azərbaycan SSR-yə dəyişərək Azərbaycan SSR Baş Prokurorluğunda şöbə müdiri, ardınca Respublika Hərbi Prokurorluğunda yüksək vəzivələrdə çalışmışdır. Çoxlu sayda orden və medallarla təltif olunmuşdur. Ədliyyə polkovnikidir. 


Məmmədov Mehdi                               -              Şirvan Şəhər Polis İdarəsində rəis müavini      


Kəndin I Qarabağ müharibəsi şəhidləri:

Bəgişov Rahim Şahgəldi oğlu –  (1973-1992-ci ildə Laçın rayonunda)


I Qarabağ Müharibəsi veteranı:

Bünyatov Əlikömək Xanverdi oğlu   


II Qarabağ Müharibəsi şəhidləri:

Xəlilov Gürşad Elşad oğlu

 


27 mart 2001-ci ildə Masallı rayonunun Kürdəbaz kəndində doğulub. 2019-cu ildən Ağdam rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində Füzulinin, Adamın və Ağdərənin azad olunması uğrunda döyüşlərdə iştirak edib. 15 oktyabr 2020-ci ildə şəhid olub. 


II Qarabağ veteranları və qaziləri:

Məmmədov Ceyhun Əlman oğlu      -              qazi.

İsmayılov Əliyağa Əlizamin oğlu       -              veteran.
Qaraşov Rafik Allahşükür oğlu         -              veteran

 

Kürdabaz kəndi haqqında məlumatların toplanmasında bizə köməklik göstərən Zalıyev Eynulla Dünyamalı oğluna təşəkkür edirik.



KÜRDƏBAZ kəndi    --- nə çatmır?

1. Tarixi abidələri (köhnə və yeni tikililər):       şəkilləri
 2. Məscid və din xadimləri:                şəkilləri

3. Kəndin ilk müəllimi:                        haqında və şəkilləri
 4. Qəhrəman analar – sayı:

5. Alimlər (varsa):                 haqqında və şəkilləri

6. Yazarlar (varsa):               haqqında və şəjkilləri          

7. I Qarabağ şəhidinin şəkli.



Kəndin adı: Qədirli

Əhalisi:(01. 01. 2021-ci il tarixə)1328 nəfər;

            O cümlədən:  kişi: 654 nəfər;  qadın:   674 nəfər

Ərazisi:                                             600 ha

Coğrafi mövqeyi: 


Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik.

Qədirlidən həm Dəlləkli, Eminli, həm də Qızılağac və Viləş kəndləri istiqamətlərinə el arasında köbər (yəni “dik yer”, “dikdir”, “dik torpaq qalağı”) kimi tanınan, kəndin mərkəzində birləşən iki qumsal yol zolağı uzanır. Kənd keçmişdə əsasən bu köbərlərin üstündə tikilmişdir. Müəyyən versiyalara görə, bu köbərlər zamanla ərazini Xəzər dənizinin ləpədöyənə çevirməsi nəticəsində yaranmışdır. Köbərlər xeyli hündür olduğundan indi də torpaq yol kimi istifadə olunur, müxtəlif növlü ağır texnika və mal-qaranın əsas hərəkət zolağında mütəmadi istifadə olunmasına rəğmən sıradan çıxmır, öz dikdirlik və yol funksiyasını itirmir. Salhacı çayı Qədirlinin ortasından axmaqla Xəzər dənizinin “çala” adlandırılan hissəsinə tökülür. 

 

Kəndin əsas məşğuliyyəti:
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
 
Dəlləkli, Qızılağac, Viləş (keşmiş Kalinovka), Xallıcallı kəndləri

Kəndin adının mənası: 
 
Kəndin tam adı Qoçaq Qədirli olmuşdur. Sonradan “Qoçaq” sözü ixtisar edilərək ad sadələşdirilmişdir. Qədirli adı tayfa, şəxs və nəsil adları əsasında yaranan yer adlarındandır. Qədirli - Qədir adlı kişinin adı və (-li) məkan, yer mənası verən şəkilçi ilə yaranmış nəslin məskunlaşdığı yerdir.

Kəndin qısa tarixçəsi: 
 
Yaşlı nəsilin bildirdiyinə görə, kəndin tarixi 200 ildən yuxarıdır. Qədir adlı bir şəxsin gəlişi ilə Qədirli adlandırılmışdır.Tarixi mənbələri araşdırarkən kəndin tarixi haqqında əlavə məlumatlar da almaq oldu: XVI əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, bəydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir.

XVII əsrin sonlarında Şah Abbasın göstərişi ilə şahsevən tayfaları Ərdəbil ətrafından Muğan bölgəsinə köçürülmüşlər. Təsadüfi deyil ki,Türkiyə, Qərbi Azərbaycan,İran , o cümlədən Qobustan,Tovuz,Qubadlı,Şamaxı rayonları ərazisində Qədirli toponiminə rast gəlinir, o cümlədən indiki İran İslam Respublikasının Leriklə həmsərhəd bölgəsində Qədirli, Həsənli kəndləri biri-birinə qonşu ərazilərdə yerləşir. Qədirli kəndinin qərb hissəsi (Dəlləkli kəndi ilə Qədirli kəndinin arası) yaşlı nəslin bildirdiyinə görə Ərəb Qədirlisi adlanırmış. Amma bu ərazidə eramızdan 3 min il əvvəlki dövrə aid küp qəbirlər, şumer yazıları, ilkin orta əsr maddi-mədəniyyət nümunələri, erkən orta əsr qəbirləri (hazırda ziyarətgahdır) və s. vardır. Qədirli kəndinin hazırda əhali məskunlaşmış hissəsində orta əsr islam qəbirləri mövcuddur. Qədirlinin ötən əsrin 50-60-cı illərinə kimi vəfat etmiş şəxsləri Qızılağac kəndində dəfn edilmişdir.

Digər versiyalara görə bu kəndin əhalisi Viləş çayı boyunca yerləşən Qədirli-Alçalı sakinlərinin xələfləridir. Alçalı deyilən ərazi indiki Qədirlidən bir qədər şərq tərəfdə yerləşir. Təsadüfi deyil ki, Viləş çayının axarı dəyişəndən sonra Alçalıların əhalisinin bir hissəsi əlverişsiz şəraitə görə qonşu Qızılağac kəndinə köçüb getmişlər. İndiki zamanda da onlara həmin kənddə “qədirlilər” deyə müraciət edirlər. Alçalı da  Qədirli kimi məşhur toponimdir. Salyan rayonu ərazisində  Alçalı adlı yaşayış məskəni mövcuddur.   
 
XX əsrin əvvəllərində rus bolşevik və erməni daşnak birləşmələri Cənub bölgəsi ərazisində törətdikləri qırğınlar zamanı Kərbəlayi Kərim rus hərbi birləşmələrinə qarşı xalqı səfərbər etmiş, molokan-ruslarla döyüşmüşdür. Azərbaycanın bir neçə - Bakı, Şamaxı, Lənkəran, Neftçala, Quba və s. bölgələrində  “Mart soyqırımı” qətliamı ərəfəsində baş verən bu döyüşlər zamanı Xəzər sahili boyunca Qədirli və digər ətraf kəndlər də molokan- ruslar tərəfindən yandırılmışdır. Bu hadisə bölgədə “Qaçaqaç” adı ilə məşhurdur.

Tarixi abidələri:

1. Ziyarətgah (Sökülmüş halda).

 2. Ərkivandan Kalinovkaya (indiki Viləş kəndi) 1914-cü ildə su xətti çəkilmişdir. Bu xəttin çəkilməsinə Məşhədi Nəhməd də maliyyə vəsaiti ayırmışdır. Nəhməd Müsavat partiyasının Lənkəran bölgəsi üzrə rəhbər şəxslərindən olub. 

Məscid:


Qədirli kəndində yeni məscid dinin yasaq olunduğu SSRİ dönəmində - ötən əsrin 60-cı illərində kəndin mərhum ağsaqqalları Mirağa Quliyev, Şahbaz Eynalov, Fərəc Fətullayev, Hacıxan Fətullayev və qonşu Dəlləkli kəndinin sakini Əmrah Mehdiyevin təşəbbüsü və maliyyə dəstəkləri ilə guya “sahibsiz, yetimdar bir qadına mənzil tikilir” adı altında inşa edilmişdir.Sonradan – müstəqillik illərində kənd sakinləri təmir-tikinti işləri apararaq məscidi genişləndirmiş və onu müasir formasına salmışlar.


 Kənddə ilk məktəbin açıldığı tarix:
Qədirli kəndində 1928-ci ildə ilk ibtidai məktəb fəaliyyətə başlamışdır (Məşhədi Nəhmədin evi müsadirə edilərək məktəb kimi fəaliyyət göstərmişdir).

Yeni məktəb 1993-cü ildə inşa edilib.

Kəndin ilk ali təhsillisi:


Verdalıyev Əlimərdan Şahbaz oğlu

1936-cı ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1957-ci ildə Xarici Dillər Universitetini bitirib. Milli Elmlər Akademiyasında və Bakı şəhərində müxtəlif təşkilatlarda çalışıb. Sonralar Eminli əsas məktəbinin direktoru, Qarğalıq kənd orta məktəbində müəllim işləmişdir. 1986-cı ildə vəfat etmişdir. Qədirli kənd qəbiristanlığında dəfn olunub.

Ağayev Söhbət İsbər oğlu – Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Bakıda Ticarət İdarələrində müxtəlif vəzifələrdə işləmişdir.

Qədirli kəndinin ilk müəllimləri:

Əlimərdan Verdalıyev, Loğman Eynalov, Hacıbaba Fətullayev, Bəndalı İbişov, Bahadur Əzizov olmuşdur.

Kəndin ilk təhsilliləri:

Fətullayev Hacıxan Kərim oğlu – zootexnik

İbrahimov Sərəncam Qənbər oğlu – maşın mühəndisi

Eynalova – Nüsrətova Bibixanım Şahbaz qızı – müəllimə

Ağayev Vaqif Cankişi oğlu – aqronom

Eynalov Eyvaz Şahbaz oğlu – mühasib

Eynalov Eynal Əlimərdan oğlu – müəllim

Səttarov Sudeyif Yadigar oğlu - aqronom

Qədirli kənd məktəbinin direktorları:

Əzizov Əlisa Əziz oğlu         – Masallı rayon Şərəfə kəndi

Mehdiyev Mehdi Sahib oğlu – Masallı rayon Şərəfə kəndi

Fətullayev Hacıbaba Fərəc oğlu – Qədirli kəndindən ilk məktəb direktoru


1941- ci ildə Qədirli kəndində anadan olub, 1967-1973- cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır, 1972-1973- cü illərdə Qədirli kənd natamam orta məktəbində məktəb direktoru işləmişdir, Qədirli kəndindən ilk məktəb direktoru olmuşdur. 1985- ci ildə vəfat etmişdir.

İbişov Bəndalı Qulam oğlu – Masallı rayon Qədirli kəndindən (1977-1989)

Eynalov Elman Əlimərdan oğlu – Masallı rayon Qədirli kəndindən (1989-1997)

Eynalov Loğman Dənizxan oğlu - Masallı rayon Qədirli kəndindən (1997-1998)

Əzizov Elxan İsmayıl oğlu - Masallı rayon Qədirli kəndindən (1999)

Kəndin ilk hüquq işçisi:

Eynalov Məmməd Şahbaz oğlu 



1940-cı ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. Bakı Dövlət Universiteti hüquqşünaslıq fakultəsinin məzunudur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi İstintaq İdarəsində müstəntiq işləyib, sonradan uzun müddət müxtəlif təsərrüfat subyektlərində hüquqşünas kimi fəaliyyət göstərib. 

Kəndin ilk ali təhsilli həkimi:

Ağayev Fərəc Cankişi oğlu



1947-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu, ixtisasca terapevtdir. Əvvəlcə Astara rayonunda həkim, sonradan uzun müddət Viləş (Kalinovka) kənd xəstəxanasının və Qızılağac kənd tibb məntəqəsinin Baş həkimi işləmişdir. 

Yazarlar:

Nəzirməmməd Zöhrablı (Nəzirməmməd Cankişi oğlu Quliyev)

Jurnalist-publisist 


1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1988-1993-cü illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yüzlərlə publisistik məqalənin, “Üçrəngli bayrağa bürünmüş şairə”, "Hər yarpaq bir sözümüz", Qarabağ şəhidlərinin həyat və döyüş yollarından bəhs edən “Gözlər yoldan yığılarmı…”, “İgid ömrü” kitablarının müəllifi, “Həsən bəy Zərdabi və “Əkinçi””, “Şuşa və Ağdamın Turizm Potensialı”, "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Azərbaycanda peşəkar jurnalistikanın formalaşdırılmasını, Qarabağ konfliktinin ölkə ictimaiyyətinin və beynəlxalq qurumların diqqətinə çatdırılmasını və Azərbaycan dilinin bütün səviyyələrdə qorunmasını stimullaşdıracaq çoxsaylı layihələrin müəllifi və icraçısıdır. Xalq şairi Musa Yaqubun “Dövrün dəyirmanı”, “Sevgi şeirləri”, “İndi bildim nağıldı...”, “Gərək bu sözümü daşlara yazam”, “Qara daşın sədası”, Moskvada yaşayan həmyerlimiz Elçin Qasanovun “Azəri qızı Yerevanda” kitablarının, məşhur detektiv yazarlar Aqata Kristinin “Üç pərdəli faciə”, Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", “Qələbənin səcdəgahı”, eləcə də Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçıları Mark Levinin "Hardasan", Frederik Beqbederin “Ona və Sellincer”, Ukrayna yazıçısı Pavel Zaqrebelnının "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin “11/22/63” Con Kennedi” kitablarının azərbaycancaya tərcüməsinin və digər ədəbi nümunələrin redaktorudur. Respublika miqyaslı bir sıra mətbuat orqanlarında müxbir, şöbə müdiri, redaktor, mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb.

Böyük Vətən Müharibəsində iştirak edənlər:           28 nəfər

Müxtəlif yüksək vəzifələrdə işləyənlər:

Kənddə:
 
Qədirli kəndinin tarixində Kərbəlayi Kərimin Məşhədi Nəhmədin  fəaliyyəti böyükdür. Bu şəxslər uzun illər Muğan pristavlığında  kəndxuda olmuşlar. 

Müstəqillik dövründə Respublikada kənd təsərrüfatı ilə əlaqədar gedən islahatlar zamanı sovxozlar ləğv olundu və Kəndli-fermer təsərrüfatları  yarandı. Kəndli-fermer təsərrüfatlarına və bələdiyyəyə rəhbərlik etmiş kənd sakinləri:

Ağayev Əziz Niftulla oğlu  - ilk kəndli-fermer təsərrüfatının rəhbəri


1957-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) “Kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1992-1994-cü illərdə Qədirli kəndinin ilk kəndli-fermer təsərrüfatının rəhbəri olmuşdur. 

Fətullayev Fətulla Fərəc oğlu - 1994-1995-ci illərdə kəndli-fermer təsərrüfatının rəhbəri

Zeynalov Nadir Nurbala oğlu - 1994-1999-cu illərdə kəndli-fermer təsərrüfatının rəhbəri, 1999-2009-cu illərdə bələdiyyə sədri.

Hüseynov Hüseyn Cahangir oğlu - 2009-2010-cu illərdə bələdiyyə sədri.

Fətullayev Səməd Hacıbaba oğlu - 2010-2014-cü illərdə bələdiyyə sədri.



 1980- cı ildə Qədirli kəndində anadan olub, 2009-2014- cü illərdə Qarğalıq bələdiyyəsində çalışmış, 2010-2014- cü illərdə bələdiyyə sədri olmuşdur.

Rayonda:

Ağayev Fərəc Cankişi oğlu  -Rayonun Viləş kəndində Baş həkim işləmişdir.

Respublikada:

Eynalov Məmməd Şahbaz oğlu – Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində mütəntiq işləyib.

Quliyev Nəzirməmməd Cankişi oğlu   -  ADU-nun (indi BDU) jurnalistika fakultəsini bitirib, Bakıda müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri, redaktor, mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb. 

(Ətraflı “Yazarlar” bölümündə)

Zabitlər:

Fətullayev Hacıağa Hacıxan oğlu  - polis polkovnik-leytenantı 



 1953- cü ildə Qədirli kəndində anadan olub, 1975-2005- cı ilədək Rusiya Federasiyası Daxili İşlər orqanlarında çalışmış, sahə inspektoru, bölmə rəisi, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır, polis polkovnik- leytenantı kimi təqaüdə çıxmışdır.

Fətullayev Şahsuvar Fətulla oğlu - Silahlı Qüvvələr mayoru


1973- cü ildə Qədirli kəndində anadan olub, 1996- cı ildə Azərbaycan Dövlət İqtisad institutunu bitirib, 2001- cı ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sıralarında müxtəlif vəzifələrdə çalışmışdır. Şöbə rəisi, hərbi hissə komandirinin müavini işləyir.

I Qarabağ nüharibəsinin şəhidləri:

Quliyev Mirzə Süleyman oğlu



Əslən Qədirli kəndindən olan Mirzə Quliyev 20 sentyabr 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 11 iyul 1995-ci ildən Azərbaycan Milli Ordusunun sıralarında Ağdamın işğal edilməmiş ərazilərindəki N saylı hərbi hissədə qulluq etməyə başlayıb. 22 dekabr 1997-ci il tarixində ermənilərin atəşkəsi pozaraq cəbhə xəttini keçməsi nəticəsində baş verən döyüşdə xüsusi fədakarlıq göstərərək şəhid olmuşdur. Onun nəşi dörd aya qədər neytral ərazidə qalmış, danışıqlardan sonra götürülüb ailəsinə təhvil verilmişdir. Mirzə Quliyev 5 aprel 1998-ci il tarixində Masallı rayon Qədirli kənd qəbristanlığında dəfn olunub.

II Qarabağ müharibəsi iştirakçıları:

IIQarabağ – Vətən müharibəsində Qədirli kəndindən 86 nəfər döyüşlərdə iştirak etmişdir. Onlardan 5 nəfəri qazidir:

İbişov Cahid Elçin oğlu

Ağayev Xanlar Əziz oğlu

Museyibov Elvin Rafail oğlu

Eynalov Eldar Elmidar oğlu

Mikayılov Əzim Nazim oğlu



Kəndin adı:         Şəhriyar
 

Əhalisi:  (01. 01. 2021-ci il tarixə)58 nəfər

o cümlədən:    kişi: 27 nəfər;                                qadın:   31 nəfər.

Ərazisi:           180 ha

 

Kəndin adının mənası:
 Şəhriyar kəndinin qədim yaşayış yeri olması şəksizdir. Bu yerdə arxeoloji qazıntıların aparılması Şəhriyar qalasının orta əsr şəhər yerinin sirləri bizim üçün hələ də açılmamışdır. Tədqiqatçı alim Əsgər Zahidovun yazdığına görə Şəhriyar - fars dilində şəhriyar sözündən olub mənası hökmdar, padşah və şahların oturduğu yer deməkdir.


Kəndin tarixi haqqında:


Əsgər Zahidov kəndin tarixi haqqında yazırdı: “Şəhriyar kəndində yerdən təxminən 2 metr hündürlükdə olan, 9 ha sahəni əhatə edən və “Qala” adlanan yer olduğunu müəyyən etdim. Müxtəlif mənbələrə müraciət edib öyrəndim ki, “Qala” ərazisinin arxa tərəfində dupduru suyu olan bir bulaq olub. Uçulub-dağılmış qala və ya qəsr divarlarını, içərisindəki binaları öyrəndikdə üzərində müxtəlif şəkillər çəkilmiş (oyma üsuli ilə) sütunlar olmuşdur. Bu binaların içərisində qazıntılar aparanda çoxlu kasalar, şirəli və üzərindəki rəngi solmamış rəsmli qablar tapdıq. Müəyyən etdik ki, bu yaşayış yeri Orta Əsrlərin birinci dövrünə aiddir. Qalada apardığımız qazıntılar zamanı köhnə bulağa rast gəldik. Müəyyən etdik ki, şirin suyu olan bu bulağa su saxsı borularla gətirilirmiş.


Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır. Lənkəran Dövlət arxivindən verilmiş sənədə (iş sayı 82, vərəqə 1) əsasən 1931-ci ildə Şəhriyarda “Komsomol” kolxozu təçkil edilib. 316 ha torpaq sahəsi olub.  1960-cı illərdə kənddə yaşayış şəraitinin aşağı olmasına görə bir çox sakinlər qonşu Eminli, Kürdəbaz və Təkdam kəndlərinə köçmüşlər. Hazırda Şəhriyarda 13 yaşayış evi var.  

 

Abidələr:

Qoç buynuzu (Qoç şəkilli daş abidə).  

Şəhriyar qəbristanlığında olan bu Qoç heykəli əvvəllər qoşa olmuşdur. Deyilənə görə, bunlardan birini qonşu Səmidxan sakinləri aparıb öz qəbristanlıqlarında qoymuş, oradan da Çaxırlılar aparmışlar.


 Duz gölü.

9 ha ərazini əhatə edən “Qala” yerində 3 duz gölü vardır. Şəfa gölü kimi tanınan bu gölün suyunda dəri xəstəlikləri olanlar istifadə ediblər.


Coğrafi mövqeyi: 
 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik

Kəndin əsas məşğuliyyəti:
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
 
Məmmədxanlı, Qarğalıq , Eminli, Təkdam


Məscid:

Şəhriyarda orta əsrlərdə inşa edilmiş məscid olub. 1955-1960-cı illərdə məscid təmir edilib. 1998-ci ildə məscid yenidən təmir edilmişdir.


II Dünya Müharibəsində iştirak edənlər: cəmi 17 nəfər, 15 nəfər həlak olub, 2 nəfər sağ qayıdıb:
 
1. Nəzərov Orduxan Əmir oğlu , 
 2. Əmirov Şahbaz Əmir oğlu 



Kəndin ilk ali təhsillisi:
 
Nəzərov Eldar Orduxan oğlu – 1935-ci ildə Masallı rayon Şəhriyar kəndində anadan olub. ADPU-nin kimya fakültəsini bitirib. Köçəkli və Eminli kənd orta məktəblərində ixtisası üzrə müəllim işləyib. Hal hazırda təqaüdçüdür.

Kənddə 75 nəfərə yaxın ali və orta ixtisas təhsilli sakin var. 


I Qarabağ müharibəsi iştirakçısı:

Nəzərov Hamlet

 

Zabitlər:

Qafil Əmənov – Müdafiə Nazirliyində məsul vəzifədə çalışır.

Rauf Məlikov – “N” saylı hərbi hissənin zabiti.

 

Şəhriyar kəndi ------- nə çatmır?



 Din xadimləri:
 Qarabağ veteranları (sayı):

 Digər tanınmışlar və məşhurlar:

Rəhbər vəzifələrdə işləyənlər:



“Masallı ensiklopediyası”nı hazırlayan qrup






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10