Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” –27-ci yazı Güllütəpə İnzibati Ərazi Dairəsi


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

İşçi qrupun telefonları:

Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Əlizaman Baxış:  - 0 50 427 70 25
Akif Ağayev – 0 50 371 35 13
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Gülllütəpə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

1. Boradigah
  2. 
Qızılağac
  3. 
Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
 11.
Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
24. Qarğalıq
25. Sərçuvar
26. Təzə Alvadı

Ərazinin özəllikləri:


1.Hamının Gürcüstan azərbaycanlısı kimi tanıdığı Sankt-Peterburq şəhərində çalışan məşhur iş adamı, sahibkar Vaqif Məmişovbu ərazinin Köhnə Zuvand kəndində anadan olub.


2. Masallı rayon mərkəzindən ən uzaq - 30 kilometr məsafədə yerləşən Köhnə Zuvand kəndi yeganə yaşayış məntəqəsidir ki, 2 rayonla - Cəlilabad və Yardımlı rayonları ilə həmsərhəddir.


3. Ərazinin “Baburum” adlanan yerində (Tatyanobada) yeni daş dövrünə aid (neolit, 7-5 min il əvvəl) əl çapacağı, oraq dişləri, bıçaqlar və qaşovlar tapılıb. 

 

4. Alimlərin fikrincə Əmirtürbədə tapılan - uzunluğu 4 metr, eni 1,8 metr olan torpaq qəbir e.ə. III-II minilliyə aiddir. Bununla yanaşı kənddə antik dövrə aid nekropol (I-III əsrlərə aid) da aşkar olunub.


5. Masallıda ən iri fındıq bağı bu ərazidədir. 


6. Güllütəpə kəndində ilk məktəb 1947-ci ildə  Əhədov Abı Cahangir oğlunun təşəbbüsü ilə yaradılıb.


7. 1954-cü ildə Güllütəpədəki ilk hamam, Alvadı-Güllütəpə yolu, ilk kənd klubu 1950-1958-ci illərdə kolxoz direktoru işləmiş Abasqulu Mirzəyevin təşəbbüsü və köməyilə inşa edilib.


8. Masallı rayonunda təhlükəli torpaq sürüşməsi zonası yalnız Güllütəpə kəndi ərazisindədir.


İlk ali təhsilli şəxs


Ərazinin ilk ali təhsilli şəxsi: Əhədov Alxas Abı oğlu. 1942-2019 (Güllütəpə kəndi)


ALIMLƏR:


Məmmədov Əliniyaz Əli oğlu - tibb elmləri doktoru, professor (Tatyanoba)


Təyyar Fərzulla oğlu Abbasov - (10.02.1941-7.10.2006), fizika-riyaziyyat elmləri doktoru, professor (Yolağac)


Bayramov Qılıncxan Həmzə oğlu (1943) – tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin professoru (Əmirtürbə)


Əlinağıyev Cəbrayıl Fərman oğlu - tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Əməkdar həkim (Köhnə Zuvand)


Əlinağıyev Babək Cəbrayıl oğlu - tibb üzrə fəlsəfə doktoru (Köhnə Zuvand)

 

Mirzəyev Arif Fərman oğlu – tibb üzrə fəlsəfə doktoru (Köhnə Zuvand)


Ərazinin kənddə vəzifə tutmuş şəxsləri:


Əhədov Abı Cahangir oğlu (1907-1985)  kolxoz sədri olub.(1939- 1943)

Rüstəm Baxşıyev Həmzalı (1905-1991) – Kolxoz sədri və rayonda digər məsul vəzifələrdə işləyib. (Tatyanoba)


Abasqulu Əlinağı oğlu Mirzəyev (1899-1985) – ”Paris Kommunası” (Köhnə Zuvand), “Andreyev” (Güllütəpə) adına kolxozun sədri olub. 

Ağayev Musaxan Mirzəmməd oğlu (1925-1992) – ilk kolxoz qurucularından olub. (Güllütəpə). 


Əhədov Cahangir Alışan oğlu – S.Vurğun sovxozunun direktoru, rayon taxıl tədarükü məntəqəsinin rəhbəri olub. (Güllütəpə). 


Məmmədəli Abasqulu oğlu Əlinağıyev (1950) – iqtisadçı, kəndin bələdiyyə sədri olub (Güllütəpə)      


Güləş Qulam oğlu Orucov – sahibkar, kəndin bələdiyyə sədri olub. (Tatyanoba)


Ərazinin rayonda vəzifədə olmuş şəxsləri


Bəybala Tağıyev (rəhmətə gedib) – Meşə İdarəsinin müdiri olub. (Tatyanoba)


Əhədov Əliniyaz Abı oğlu- (1953-2009) Ərazinin inşaat üzrə ilk ali təhsilli mühəndisi (Güllütəpə)


Əhədov Əflatun Abı oğlu (1950) Ərazinin ilk ali təhsilli mexaniki


Məmmədəli Abasqulu oğlu Əlinağıyev (1950) -iqtisadçı, (Köhnə Zuvand)     


Cavadov Ədalət Musaxan oğlu (1954-1988) – Güllütəpə kəndinin ilk polis işçisi (Güllütəpə)


Cavadov Rafət Musaxan oğlu polis serjantı-Prezident təqaüdçüsü.


Kərimov Talıb Mahmud oğlu rayon Maliyyə idarəsinin rəisi işləyib. (Güllütəpə)


Muxtarov Eminağa Mürsəl oğlu Viləşçay Su Anbarının İstismarı İdarəsinin rəisi vəzifəsində işləyib. (Güllütəpə)


Güləş Qulam oğlu Orucov – sahibkar, kəndin bələdiyyə sədri olub. (Tatyanoba)


Mürsəlov Miramin Seyidağa oğlu rayon Elektrik şəbəkəsinin rəisi olub. (Güllütəpə)


Şahin Bahadin oğlu Səmədov  – jurnalist (Tatyanoba)


Muxtarov Rəhman Mirəli oğlu  - Masallı Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin direktoru. (Güllütəpə)


Əhədov Emin Alxas oğlu-  ETSN-in Masallı rayon üzrə şöbə rəisi vəzifəsində işləyir. (Güllütəpə)


Oqtay Mütəllimov – Masallı rayon Gənclər və idman İdarəsinin rəis müavini.


Nurlan Şaiq oğlu Muradov - Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışır.(Köhnə Zuvand)


Nazim Abusət oğlu Muradov - Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi və s. vəzifələrdə çalışıb.
 

Ərazinin ölkə üzrə vəzifə tutmuş və tanınmış şəxsləri

Məmməd Kazım - şair, yazıçı-dramaturq, Hünər” və “Heç kim unudulmayıb” televiziya verilişlərinin rəhbəri və aparıcısı (Tatyanoba)


Müctəhid Şeyx Hacı Əbdülhüseyn Axund - ölkədən kənarda tanınmış din xadimi (Yolağac)


Çingiz Kiçikbəyov – Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışır. Prezidentin Sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. (Tatyanoba)

Ağayev Tahir Rüstəm oğlu (1968) – Müdafiə Nazirliyində işləyib. Ehtiyatda olan polkovnik-leytenantıdır. (Güllütəpə)


Muxtarov Nazir Mürsəl oğlu -  Tibb sahəsində çalışır. (Güllütəpə).


Abusəməd Abı oğlu Səmədov – hüquq-mühafizə orqanlarında çalışıb. (Tatyanoba)


Məhərrəm Sahib oğlu Nəsirov – Azərbaycan və Latviya daxili işlər orqanlarında məsul vəzifələrdə çalışıb. (Tatyanoba)


Əlipaşa Sahib oğlu Nəsirov – Pribaltikada Azərbaycan Cəmiyyətinin sədri (Tatyanoba)


İbişbəyli Fikrət Fəraməz oğlu   -  “Jurnalist Araşdırma Mərkəzi İctimai Birliyinin rəhbəri və Jamaz.info xəbər saytının baş redaktoru. (Güllütəpə)


Əhədov Əlişir Alxas oğlu - “Tribuna” İnformasiya Agentliyinin baş redaktoru. (Güllütəpə)


Elbəyi Kiçikbəyov (vəfat edib) – Masallı Rayon İcraiyyə Komitəsində, Dövlət gömrük Xidmətində çalışıb. (Tatyanoba)


Güloğlan Kiçibəyov – Daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib. (Tatyanoba)


Ramiz Balabəy oğlu Tağıyev – RİHB-nın Masallı şəhəri üzrə ərazi nümayəndəsi, Ucar və Masallı rayonlarının hərbi komissarı olub. (Tatyanoba)


Mürvət Nüsrət oğlu Abdullayev – Daxili işlər orqanlarında çalışıb. (Tatyanoba)


Mətləb Həmid oğlu – rayon sovetinin deputatı olub (Yolağac)


Həmzəli Babulla oğlu İsayev - Güllütəpə kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləyib. (Əmirtürbə)


Hüseyn Alışov –Yardımlı rayonunun hərbi komissarı və Qaz istismarı idarəsinin müdiri, eləcə də Masallı rayonunda digər məsul vəzifələrdə işləyib. (Əmirtürbə)


Tofiq Hüseyn oğlu Əzizov – arxeoloq-tarixçi müəllim. (Tatyanoba)


Abıyev Aqşin Əflatun oğlu- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Maliyyə və iqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. (Güllütəpə)


Muxtarov İxtiyar Mirağa oğlu- Dövlət Gömrük Komitəsinin tibbi xidmət idarəsinin sanitar karantin xidmətinin baş müfəttişi vəzifəsində işləyir. 

Maarif Sahib oğlu Nəsirov – Gömrük orqanlarında çalışır. Polkovnik leytinant (Tatyanoba)

 

Ağayev Ərəstun Musaxan oğlu – Ehtiyatda olan ədliyyə kapitanı, Respublika Metrologiya İnstitutunda işləyir. (Güllütəpə) 


Məmmədov Əliniyaz Əli oğlu - Respublika Elmi Cərrahiyyə Mərkəzinin cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsində çalışır. Tibb elmləri doktoru, professor. (Tatyanoba)


Şirəliyev Qeyrət Fərhad oglu - Təhsil Nazirliyində məsul vəzifədə çalışır. (Güllütəpə)

 

Kazımov Elçin Məmməd oğlu –Abşeron Rayon Məhkəməsinin sədri.(Tatyanoba)


Atabəy Qələbəy oğlu Kiçibəyov – Lerik Rayon Məhkəməsinin sədri. (Tatyanoba)


Çingiz Kiçikbəyov –Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı idarəsinin rəisi vəzifəsində çalışır. (Tatyanoba)


Mircəlal Fətullayev – Sumqayıt şəhərində, Vəkillər Kollegiyasının üzvü kimi çalışır. (Tatyanoba)


Taleh Elbəyi oğlu Məmmədov – Respublika Müdafiə nazirliyində işləyir. Polkovnikdir. (Tatyanoba)


Cabir Qardaş oğlu Məcidov – Sumqayıt şəhər Xəstəxanasının kardiologiya şöbəsinin müdiri. (Tatyanoba) 


Seyidzadə Ramil Miramin oğlu - Astara Gömrük İdarəsində gömrük xidməti mayoru vəzifəsində çalışır. (Güllütəpə)

 

Seyidzadə Miraqil Miramin oğlu - “Azərbaycan İdman Könüllüləri” ictimai birliyi idarə heyətinin sədri (Güllütəpə) 


Fərid Şahin oğlu Səmədbəyli (1997) – Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsində böyük məsləhətçi vəzifəsində çalışır. (Tatyanoba)


Ağayev Elçin Fəraməz oğlu-  Azərbaycan və Orta Asiyanın müştərək olduğu beynəlxalq şirkətə rəhbərlik edir. 




Ölkə hüdudlarından kənarda tanınmışlar


Baxşıyev Əligüşad Rüstəm oğlu- (1945-2006) SSR Daxili İşlər orqanlarında çalışıb. Rütbəsi Polkovnik (Tatyanoba) 

Baxşıyev Əhliman Rüstəm oğlu (1941-1998)SSR Daxili İşlər orqanlarında zabit kimi çalışıb. (Tatyanoba)


Əhədov Əhəd Yavər oğlu (1964) - Risyanın Xabarovsk vilayətində Azərbaycan diaisaporasının Umumrusiya Federasiynın Xabarovsk şəhəri üzrə nümayənədəsi



Güllütəpə ərazi dairəsi 6 kəndi – Güllütəpə, Əmirtürbə,Tatyanoba, Yeni Zuvand,Yolağac və Köhnə Zuvand kəndlərini əhatə edir.


Adının mənası:


“Güllütəpə” adı ərazinin qərbindəki təpədə çoxlu yabanı qızıl güllərin bitməsinə görə bu ad kəndə verilmişdir.Toponim "güllü, çiçəkli təpə" mənasındadır. Kənd Burovar silsiləsinin ətəyində yerləşir.


Coğrafi mövqeyi:


Masallı rayonunun şimal qərbində, dağətəyi ərazidə yerləşir.


Ərazi dairəsinə daxil olan torpaq sahəsi:


Cəmi: 1496 hektar

Əhaliyə verilən pay torpaqları: 434, 22 hektar  

Əkilən torpaq sahəsi:   43 hektar

Bələdiyyə mülkiyyəti: 768 hektar

Ərazi dairəsinin əhalisi:01.01.2021-ci il tarixə 7246 nəfər;


Ərazidə 1718 təsərrüfat olmaqla 1314 yaşayış evi var. 


Əhalinin kəndlər üzrə sayı:


Güllütəpə kəndi - 2510 nəfər
 Tatyanoba kəndi - 1586 nəfər
 Yeni Zuvand kəndi - 1056 nəfər
 Yolağac kəndi - 1014 nəfər
 Köhnə Zuvand kəndi - 645 nəfər
 Əmirturbə kəndi - 435 nəfər

  Şəkildə Əmirtürbə kəndindən mənzərə.


Əhalinin məşğuliyyəti: 


Əhali qismən əkinçiliklə, əsasən heyvandarlıqla məşğul olur.


Ərazi dairəsində inzibati tikintilər və infrastruktur barədə:


Ərazidə 6 məktəb (Güllütəpə, Yeni Zuvand, Yolağac tam orta məktəbləri, Tatyanoba, Əmirtürbə, Köhnə Zuvand ümumi orta məktəbləri),

1 həkim (Güllütəpə), 

2 tibb (Yolağac, Köhnə Zuvand) məntəqəsi, 

3 klub (Güllütəpə, Tatyanoba, Yolağac), 

5 kitabxana (Güllütəpə, Tatyanoba, Yeni Zuvand, Yolağac),

20 ticarət obyekti, 1 məişət xidməti obyekti, 1 avtomobil təmiri sexi və s. əhaliyə xidmət göstərir.

c, Köhnə Zuvand) fəaliyyət göstərir.

                                                    

 

Köhnə Alvadı-Güllütəpə - Yeni Zuvand-Əmirtürbə avtomobil yolu 2019-cu ildə əsaslı inşa edilib.


Ərazidə ilk dəfə:


1947-ci ildə ilk dəfə məktəb fəaliyyətə başlayıb.

1954-cü ildə ilk bağça Güllütəpə kəndindəki qonaq evində fəaliyyət göstərib. 1957-ci ildə ləğv edilib.

1955-56-cı illərdə kolxozun idarə binası tikilib. Bu binanın tərkibində klub, kitabxana (ilk müdiri Məmməd Kazım olub) fəaliyyət göstərib.

1963-cü ildə elektrik sistemi istifadəyə verilib.

1955-56-cı illərdə Güllütəpə-Köhnə Alvadı yolu çəkilib.

1956-cü ildə ilk hamam tikilib.


1966-cı ildə indiki Ərazi nümayəndəliyinin yerləşdiyi inzibati bina tikilib. 

1985-cı ildə ilk dəfə telefon xətti (150 abonent) çəkilib.

1976-cı ildə ilk məscid Güllütəpə kəndində tikilib.


Ərazidə ilk məktəb və müəllimlər:

1947-ci ildə yaradılan ilk məktəb Güllütəpə kəndində Səlim Mütəllimovun evində yerləşib. Ərkivan kəndindən Məmmədağa Xıdırov, Yeyənkənddən Adil Abbasov, Kosaküldən Ayaz İbadov və Salyan rayonundan Abdulrəhman və Xədicə Həsənovlar kənddə dərs deyən ilk müəllimlərdir.


Kolxoz, sovxoz rəhbərləri 


1961-64-cü illərdə Güllütəpə, Yolağac, Zuvand, Əmirtürbə, Tatyan, Xəlfələr, Allahyarlı, Abasbəyli kəndləri Yeyənkənd sovetliyində birləşib. 1964-cü ildən ərazi Yeyənkənd sovetliyindən ayrılıb. 


1938-50-ci illərdə “Paris Kommunası” (Köhnə Zuvandda) kolxozu, 1950-61-ci illərdə Andreyev adına kolxoz (Güllütəpədə) olub. 1961-ci ildə Yeyənkəndlə birləşib, 1964-cü ilin oktyabrın 1-dən kolxozlar ləğv edildikdə Səməd Vurğun adına sovxoz yaradılıb.  



İlk kolxoz sədrləri:

İmran İbrahimov – 1930-cu ildə (Güllütəpə)

Mürsəl Muxtar oğlu Fətullayev (Güllütəpə)

Əhədov Abı Cahangir   1939-1943-cü illərdə (Güllütəpə)

Baxşıyev Rüstəm Həmzalı oğlu 1905-1991 (Tatyanoba)

Abasqulu Mirzəyev – “Paris Kommunası” (Köhnə Zuvand) kolxozunda 1938-50-ci illərdə, “Andreyev” adına kolxozda (Güllütəpə) 1950-61-ci illərdə


İlk qadın kolxoz sədri:

Sona Nemətova (Güllütəpə)

İlk sovxoz direktorları:

Xanoğlan Kiçikbəyov (Tatyanoba) 1964-cü il

Həsənov - (Bədəlan kəndindən)

Əvəz Məmmədov – (Köhnə Alvadı)

Cahangir Əhədov – (Güllütəpə) 1975-80-ci illərdə

İlk tibb işçisi: 

Muxtarov Muxtar Qiyas oğlu (Güllütəpə)

İlk qadın tibb işçisi:

Muradova Zərxanım Aldost qızı (1936-2021) (Köhnə Zuvand)


 
Təltif olunanlar:

Tarverdiyev Şulduz Ataş oğlu (1938-1997) - “Qabaqcıl Maarif Xadimi” (Güllütəpə)


1961-68-ci illərdə Güllütəpə, Yolağac, Zuvand, Əmirtürbə, Tatyan, Xəlfələr, Allahyarlı, Abasbəyli kəndləri Yeyənkənd sovetliyində birləşib. 


1968-ci ildən, ərazi Yeyənkənd sovetliyindən ayrılandan sonra Güllütəpə kənd XDS-nin sədrləri:


Əliheydər Muradov (Köhnə Zuvand)

Ağamirzə Əzizov(Köhnə Zuvand)

Fərman Əlinağıyev (Köhnə Zuvand)

Əbil İsayev (Güllütəpə)

 

Şəkildə: Əliheydər Nüsrət oğlu Muradov


1992-ci ildən isə Masallı RİHB-nın Güllütəpə inzibati ərazi dairəsi üzrə nümayəndələri:


Fərəməz Ağayev (Güllütəpə)

Miramin Mürsəlov (Güllütəpə)

Nazim Muradov (Yeni Zuvand)

Əlövsət Muradov (Köhnə Zuvand)

 

           Şəkildə RİH-nin Güllütəpə Ərazi nümayəndəliyinin binası


 

Şəkildə Güllütəpə poçtu      

512 tutumlu EATS (abonentlərin sayı 460) 

Ərazidə torpaq sürüşməsi


Qeyri-sabit hava şəraiti Güllütəpə və Zuvand kəndlərində bir neçə dəfə torpaq sürüşmələri ilə nəticələnib. 

2008-ci il martın 3-də kənddə baş vermiş torpaq sürüşməsi nəticəsində təhlükəli sürüşmə zonasından köçürülən 11 ailəinin hər biri üçün ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsində 73,42 kvadratmetr sahəsi olan üçotaqlı fərdi ev və yardımçı tikililər inşa edilmişdir. 


Ərazidə qazılan artezian quyusundan bütün yeni evlərə içməli su xətti çəkilmişdir. 14.09.2009-cu il tarixdə Güllütəpə kəndində təhlükəli torpaq sürüşməsi zonasında yerləşən 11 ailəyə yeni fərdi evlərin açarları təqdim edilmişdir.

 

11 noyabr 2016. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib. Burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb. Kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəlib. 

Rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. 

 

Şəhidlər


I Qarabağ müharibəsi şəhidləri:


Cəmil Nurulla oğlu Ağaverdiyev– (Güllütəpə)

Taleh Ağamalı oğlu Əlinağıyev– (Yeni Zuvand)


Aprel şəhidi (2016) 

Firdovsi Əliş oğlu Bağırzadə (Güllütəpə)


II Qarabağ – Vətən müharibəsi şəhidləri:


Ülvi Nüsrətbəyli (Yeni Zuvand)

Şəmsəddin Sərvər oğlu Təhməzov (Güllütəpə)

Rəşid Güləhməd oğlu Lətifov (Tatyanoba)

Raqib Vidadi oğlu Əzizov (Yolağac)

Alışov Səfərəli Ələkbər oğlu (Əmirtürbə)


 

Şəkildə: Güllütəpədəki “Şəhidlər” abidəsi


Ərazidə 2 “Şəhidlər” abidəsi (Güllütəpə, Yeni Zuvand ), 5 “Şəhidlər bulağı” var (Tətyanobada 2, Yolağacda 1, Güllütəpədə 1, Yeni Zuvandda 1)


GÜLLÜTƏPƏ KƏNDİ


 

Əhalisi:
 2510 nəfər

Ərazisi: 
 460 ha

Coğrafi mövqeyi: 
 Masallı rayonunun şimal qərbində, dağətəyi ərazidə yerləşir.

Kəndin həmsərhəd olduğu ərazilər:

Şimaldan Cəlilabad rayonunun Həziabad,

cənubdan Tatyanoba və Əmirtürbə,

şərqdən Köhnə Alvadı, 

qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.

Kəndin tarixi:


XIX əsrin ikinci yarısında rayonun Xallıcalı kəndindən və 
Cənubi Azərbaycandan gəlmiş ailələrin Güllütəpə adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır.

Digər deyilənlərə görə isə kəndin əhalisi əsasən qonşu Banbaşı kəndindən (qədim adı Cəm-Cəm olub) heyvandarlığı inkişaf etdirmək üçün gələrək burada məskunlaşmışlar. 

85 yaşlı kənd sakini Qaraxan Ağayevin dediyinə görə, XVIII əsrin ortalarında müvafiq qurumlar tərəfindən Güllütəpədə aparılan xəritələşmə zamanı bu kənddə cəmi 4 ev (babam Ağaşirin, seyidlər, Ağaverdinin atası Eynulla və Ağalı kişiyə mənsub ev) qeydiyyata alınıb. Qışda Cəm-Cəmdə (Banbaşıda), yayda isə burda yaşayıblar. Banbaşıda gələn babam əvvəlcə “dəmir dərə“nin üstündə, sonra “Baba əmir”də, daha sonra isə burdakı bulaq başında, yuxarıdakı güllü təpəlikdə məskən salıb.

Vaxtilə Güllütəpədə yaşayan Xıl kəndinin sakinləri təxminən XV-XVI əsrlərdə Köhnə Alvadıdakı Becanlı tayfası ilə birgə burdan köçüblər.


Abidələri:


Kənddə yerləşən İskəndərtəpə torpaq qəbirləri nekropolu ölkə əhəmiyyətli arxeoloji abidənin tarixi e. ə. III-I əsrlərə təsadüf edir.

Ərazidəki kəndyeri yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir, tarixi son tunc – ilk dəmir dövrünə təsadüf edir. ( A.Əliyev, “Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar”)


Əhalinin əsas məşğuliyyəti:

Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul məşğul olublar. Hazırda əhali əkinçilik və maldarlıqla məşğuldur.

 

İlk kolxoz sədrləri:

İmran İbrahimov – 1930-cu ildə (Güllütəpə

Mürsəl Muxtar oğlu Fətullayev (Güllütəpə)

Rüstəm Həmzalı oğlu Baxşəliyev (Tətyanoba)

Ağaş Əliyev (1936-cı ildən sonra Qodmanda kolxoz sədri olub)

Abı Əhədov (Güllütəpə)

Abasqulu Əlinağı oğlu Mirzəyev – (Köhnə Zuvand) 1950-1961-ci illərdə


İlk qadın kolxoz sədri:

Sona Nemətova (Güllütəpə)


Səməd Vurğun sovxozunundirektorları:

Xanoğlan Kiçikbəyov (Tatyanoba) 1964-cü il

Həsənov (Bədəlan)

Əvəz Məmmədov (Köhnə Alvadı)

Cahangir Əhədov (Güllütəpə) 1982-ci il


 


Şəkildə Güllütəpə hamamı.


1954-cü ildə Güllütəpədəki ilk hamam (usta sovxozda mexanik işləyən Aleksey olub), Alvadı-Güllütəpə yolu, ilk kənd klubu 1950-1958-ci illərdə sovxoz direktoru işləmiş Abasqulu Mirzəyevin təşəbbüsü və köməyilə inşa edilib.


 

Şəkildə Güllütəpə tam orta məktəbi


Kənddə ilk məktəb və ilk müəllimlər:


 Kənddə ilk məktəb 1947-ci ildə Əhədov Abı tərəfindən yaradılıb. Həmin məktəb Səlim Mütəllimovun evində yerləşib. Kənddə müəllim olmadığı üçün kənar kəndlərdən müəllimlər göndərilib. Ərkivan kəndindən Məmmədağa Xıdırov, Yeyənkənddən Adil Abbasov, Kosaküldən Ayaz İbadov və Salyan rayonundan Abdulrəhman və Xədicə Həsənovlar kənddə dərs deyən ilk müəllimlərdir.


İlk qadın müəllimlər:


Xədicə Həsənova ibtidai məktəb direktoru olub.

Böyükxanım Azadxan qızı Qəniyeva


İlk yeddiillik məktəb1961-ci ildə, 1963-cü ildə isə kolxoz idarəsi binasında orta məktəb açılıb.


İlk ali təhsilli müəllimlər:

Əhədov Alxas Abı oğlu 1942-2019

Ağayev Fəraməz İbiş oğlu,

Əhədov Fəyyaz Abı (1936-2005), 

Tarverdiyev Şulduz,

Əbilov Əbülfəz Əbil oğlu- (1941-1985)


Güllütəpə kənd ərazisi (yeddi kəndin) üzrə ilk ali təhsili şəxsi və müəllimi Əhədov Alxas Abi oğlu. 

1942-ci ildə Güllütəpə kəndində doğulan Alxas Əhədov 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) kimya-biologiya fakültəsini bitirib. Bir müddət Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. 43 illik pedoqoji fəaliyyətdən   sonra təqaüdə çıxıb. 2020-ci ildə dünyasını dəyişib. 


 

Şəkildə Alxas Əhədov

**

Əhədov Fəyyaz Abı oğlu. 1938-2005.

Pedoqoji İnstitunun riyaziyyat fakültəsini bitirib. Kəndin ilk ali-təhsilli müəllimlərindədi.

 

Şəkildə Fəyyaz Əhədov

**


Şəkildə Ağayev Fəraməz İbiş oğlu. (1932-1995) Azərbaycan Dövlət Pedoqioji Universitetini bitib. 1978-ci ilə qədər Güllütəpə kənd orta məktəbində müəllim kimi daha sonra müxtəlif vəzifələrdə çalışıb. Rayonun içtimai həyatında fəal iştirak edib. Rayon üzrə böyük nufuz sahibi olub.

 


İlk ali təhsilli mühəndislər:

Əhədov Əliniyaz Abı 

Muradov İmanxan Sərdar oğlu 

Əzizov Sabir Mirnuh oğlu

Əhədov Əflatun Abı – Mexanik

Əhədov Bayram Abi oğlu. 

**

Ərzinin rayon da vəziufə tutmuş şəxsləri haqqında geniş bilgi

Ərazinin inşaat üzrə ilk ali təhsilli mühəndisi Əhədov Əliniyaz Abi oğlu. 1980-1996-cı illərdə Masallı PMK-da baş mühəndis vəzifəsində çalışıb. Masallı rayonunda H. Əliyev parkının, kəndlərdə bir çox məcidlərin tikintisinə mühəndisi olub. Rayonun ilk abadlıq –quruculuq işlərinə mühəndisik edib.

 

Şəkildəki Əhədov Əliniyaz

**

Ərzinin ilk ali təhsilli mexaniki Əhədov Əflatun Abı oğlu. 1980-86-cı illərdə Politexnik İnsitutunun Maşınqayırma fakültəsini bitirib. 1989-1992—ci illərdə Masallı 3 nömrəli Mexanizasiya idarəsində Mexanik kimi çalışıb. Ailəlidir. 3 övladı var (Güllütəpə)

 


**

-Kəndin ilk ali təhsilli energetiki Əhədov Bayram Abi oğlu. 1963-1969-cu illərdə Azərbaycan Neft Akademiyasında təhsil alıb.

**

İlk ali təhsilli iqtisadçı:

Əlinağıyev Məmmədəli Abasqulu oğlu

Fərdi evlərdə fəaliyyət göstərən tibb məntəqəsi ilk illərdə kənddəki mehmanxanada yerləşib.

İlk tibb işçisi:

Muxtarov Muxtar Qiyas oğlu

 

İlk qadın tibb işçisi:

Muradova Zərxanım Aldost qızı (1936-2021) – 1955-ci ildən Yardımlı rayonunda, 1957-ci ildən Köhnə Zuvand kəndində, 1968-ci ildən 2015-ci ilə kimi Güllütəpədəki tibb məntəqəsində işləyib.

**


 

Şəkildə Güllütəpə həkim məntəqəsi


Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 2014-cü ildə Güllütəpə kəndində Güllütəpə və qonşu beş kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi yeni həkim məntəqəsi tikilib.


Təsərrüfat:


Çəltikçilik

Güllütəpədə çəltikçilik bədəlanlı İsabalanın (30 minincilərin rayondakı 30 nümayəndəsindən biri olub) kolxoz sədri işlədiyi dövrdə (1955-1956-cı illərdə) inkişaf edib. Tətyançaydan ərazidəki 4 sututara (istilə) yığılan sular vasitəsilə sahələrdən bol məhsul əldə edilirmiş. 


Rayonun ən böyük fındıq bağı


Masallıda 5 hektarda fındıq bağı mövcuddur ki, bunun da əsas hissəsi Güllütəpə ərazisindədir. Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə Güllütəpə kənd sakini Xamməd Bağırov 3,2 hektar sahədə fındıq bağı salıb. 

Qeyd edək ki, bundan başqa Kolatanda 1,1 hektarda, Təzə Alvadıda isə 0,7 hektardakı bağlarda bütün aqrotexniki tədbirlər mütəmadi olaraq həyata keçirilir.

 

2017-ci ildə “700 min ağac əkək” kampaniyası çərçivəsində kəndin dağ massivində 2000 ədəd qoz tingi, 2019-cu ildə boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda, əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, meşəcinsli ağacların toxumları səpilib.



Güllütəpə kəndində birinci məscid 1997-ci ildə, ikinci məscid isə 2005-ci ildə yerli əhali tərəfindən tikilib.


Kəndin din xadimləri:


 İlk din xadimi Banbaşı kəndindən gəlib kənddə tütünçülük briqadasında manqa başçısı işləyən Kərbəlayi Salam kişi olub. Hazırda ərazinin tanınmış din xadimi Kərbəlayi Mirmahmud Mütəllimov ilk dəfə ondan dərs alıb.

 

Tanınmışlar: 

Ölkədə:


44 günlük Vətən müharibəsindən 5 medalla  qayıdan müəllim




 

Güllütəpə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Ceyhun Mirağa oğlu Muxtarov (1975) işğaldan azad edilən bütün ərazilərdə döyüş yolu keçib.

Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 5 medalla təltif edilib. İkinci atəş tağım komandiri olub. Ehtiyatda olan baş leytenantdır.

**

Əhədzadə Samir Əliniyaz oğlu: 1995-ci ildə Masallı rayon Güllütəpə kəndində anadan olub.

20013-2017-ci illərdə Sərhəd Qoşunları Akademiyasında təhsil alıb. Hazırda Dövlət Sərhəd Xidmətində çalışır.

**

Muxtarov İxtiyar Mirağa oğlu, 01.10.1972-ci ildə Masallı rayonun Güllütəpə kəndində anadan olub.

1989-1996-cu illərdə Azərbaycan tibb Universitetində ali tibbi təhsil alıb.

1996-1999-cu illər də Qazax, Tovuz, Şəmkir rayonlarında, döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrində hərbi həkim işləmişəm. 2000-ci ildən 2016-ci ilədək Sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsində, hərbi həkim işləyib.

2017-2021-ci illərdə Masalli rayon dizinfeksiya stansiyasında, baş həkim işləyib.

2021-ci ilin fevralından, hal hazıradək Dövlət Gömrük Komitəsinin tibbi xidmət idarəsinin sanitar karantin xidmətinin baş müfəttişi vəzifəsində işləyir. Ailəlidir. 3 övlad var, 

Dövlət təltifləri: 2004-cü i Silahlı Qüvvələrin 10 illik yubley medali

2008-ci il Qüsursuz xidmətlərə görə III dərəcəli medal

2008-ci il Silahlı Qüvvələrin 90 illik yubley medali

2009-cü il Sərhədin Mühafizəsinin 90 illik yubley medali

2013-cü il Qüsursuz xidmətlərə görə II dərəcəli medal

2013-cü il Silahlı Qüvvələrin 95 illik yubley medali, 2014-cü il Sərhədin Mühafizəsinin 95 illik yubley medali

 


**


ÖLKƏ DAXİLİNDƏ TANINMIŞ ŞƏXSLƏR


 

Cavadov Ədalət Musaxan oğlu (1954-1988) – Daxili İşlər nazirliyinin DYPB-dəçalışıb.Güllütəpə kəndinin ilk polis işçisi olub.


 

Ağayev Ərəstun Musaxan oğlu (1963) – Ədliyyə nazirliyində məsul vəzifələrdə çalışıb. Hazırda Pespublika Metrologiya İnstitutunda işləyir. Ehtiyatda olan ədliyyə kapitanıdır.  




 

Ağayev Tahir Rüstəm oğlu (1968) – Müdafiə Nazirliyində (1992-2011) işləyib. Birinci Qarabağ müharibəsi veteranı, polkovnik-leytenantdır. Hazırda pedaqoji sahədə çalışır.


Muxtarov Natiq Mürsəl oğlu -  Müdafiə Nazirliyində işləyib. Hazırda tibb sahəsində çalışır. Paytaxtda təcili yardım xidmətinin rəisidir.

Vəzifəliləri:

 

Abıyev Aqşin Əflatun oğlu 08.07.1996 cı ildə Masallı rayonun Güllütəpə kəndində anadan olub.

2002-2013-cu ildə Masalli rayonun Gullutəpə kənd orta məktəbini bitirib. 2013-2017-ci ildə Lənkəran Dovlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin Muhasibat ucotu və audit ixtisasi bitirib.2018- ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyin 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Muhasibat ucotu sektorunda məsləhətci iqtisadci vəzifəsinə tayinat alıb.  02.04.2020- ci ildən həmin sektorun mudiri vəzifəsində çalışıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Maliyyə və iqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır.

**


Şirəliyev Qeyrət Fərhad oglu (08.09.1991)- Azərbaycan Respublikasının Prezidenti yanında Dovlət İdarəçilik Akademiyasını bitirib. 2015-ci ildən Təhsil Nazirliyində məsul vəzifədə çalışır.

Seyidzadə Ramil Miramin oğlu (09.08.1985) - BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində, Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili ixtisası üzrə magistr təhsili alıb. 2008-ci ildən Astara Gömrük İdarəsində gömrük xidməti mayoru vəzifəsində çalışır. 



 

Seyidzadə Miraqil Miramin oğlu (1984) - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyətilə məşğul olur. “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin idarə heyətinin sədridir. 

Rayonda tanınmışlar:


 

Ağayev Musaxan Mirzəmməd oğlu (1925-1992) –ilk kolxoz qurucularından olub. Ömrün son gününəcən kənddə müxtəlif təsərrüfat sahələri üzrə briqadir kimi çalışıb. İşlədiyi müddətdə rayon sovetinin deputatı olub.


Əhədov Cahangir Alışan oğlu – kənddəki S.Vurğun sovxozunun direktoru, anbar müdiri, rayon taxıl tədarükü məntəqəsinin rəhbəri, aqrar-sənaye birliyində işləyib. 


Kərimov Talıb Mahmud oğlu rayon Maliyyə idarəsinin rəisi işləyib.


Muxtarov Eminağa Mürsəl oğlu Viləşçay Su Anbarının İstismarı İdarəsinin müdiri vəzifəsində işləyib.


Mürsəlov Miramin Seyidağa oğlu rayon Elektrik şəbəkəsinin rəisi olub.


Vahid Mütəllimov 14 saylı Әrazi Maliyyә Hesablaşma Mәrkәzində işləyir

 

Şahməddin Ağayev Masallı rayon Maliyyə İdarəsində işləyir

 

 

Ağayev Rafət Musaxan oğlu (1968) – uzun müddət (1990-2017) DİN DYPB-də çalışb. Birinci Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsüdür. 




 

Əhədov Emin Alxas oğlu ETSN-in Masallı rayon üzrə şöbə rəisi vəzifəsində işləyir.

Əhədov Emin Alxas oğlu. 24.12.1980-ci ildən anadan olub. 1998-ci ildə Masallı rayon Güllütəpə kənd orta məktəbini bitirib. 2003-2007-ci illərdə Kənd Təsərrüfatı Akademiyasının “Ekologiya və Təbii Sərfətlərin qorunması” fakultəsində təhsil alıb. 2007-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional MTM İdarəsində çalışıb. 2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional MTM şöbəsinə rəhbərlik edir. İxtisasi ilə bağlı Türkiyyə Cümhuriyyətində kurslarda iştirak edərək fərqlənmə diplomu ilə təltif olunub.


 
Muxtarov Rəhman Mirəli oğlu (06.06.1972) - Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Masallı rayon Gigiyena Epidemiologiya Mərkəzində həkim-epidemioloq, epidemiologiya şöbəsinin müdiri kimi çalışıb. 2013-cü ilin 15 iyul tarixindən GEM-in direktorudur.

 

Oktay Mütəllimov Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini 

vəzifəsində çalışır

 

**

Elnur Qiyasbəyli Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir

 

Ələddin Mirzəyev Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi çalışır


Elçin İsayevMasallı Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr işləyir


 
 
Rövşən Fətiağa oğlu Muxtarov(1991)–İctimai fəal,Güllütəpə kənd tam orta məktəbində direktor müavini, Güllütəpə bələdiyyəsinin, YAP Masallı rayon təşkilatının Gənclər birliyinin,Masallı Xalq Teatrının üzvüdür.


**

Ölkə hüdudlarından kənarda tanınmışlar


Baxşıyev Əligüşad Rüstəm oğlu - Baxşıyev Əligüşad Rüstəm oğlu 1945-ci il martın 8-də Masallı rayonu Tatyanoba kəndində anadan olmuşdur.  Ə.Baxşıyev Masallıda N.Nərimanov adına məktəbdə ümumi təhsil aldıqdan sonra 1964-67-ci illərdə hərbi xidmətdə olmuşdur.1968-ci ildə Kazan şəhərində SSSR MVD-yə milis işçisi kimi fəaliyyətə başlamışdır. 1972-75-ci illərdə Yelobuqa şəhərində milis məktəbində,1976-81-ci illərdə Kazanda Milis Akademiyasında ali təhsil almış, polkovnik rütbəsinə qədər yüksəlmişdir.İşlədiyi müddətdə müxtəlif orden və medallarla,təşəkkürnamələrlə təltif edilmişdir.

SSR Daxili İşlər Naziri (MVD) tərəfindən qüsürsuz xidmətlərinə görə medalla təltif edilmişdi.

Ə.Baxşıyevin 14 yanvar 2006-cı ildə Kazan şəhərində vəfat etmişdir. 17 yanvarda Vətənə gətirilmiş,doğma Tatyanoba kəndində dəfn edilmişdir.

 

--

Baxşıyev Əhliman Rüstəm oğlu. 1947-ci ildə Masallı rayon Tatyanoba kəndindən anadan olub. 1964-1970 Azərbaycan Politexnik İnsitutunun Sənaye və Mülki Tikinti ixtisasına qəbul olunub. 1970-1972 ci illərdəRusiyada hərbi xidmət keçib. 1974-1986-cı illərdə keçmiş SSSR Daxili İşlər orqanlarında milis zabti olaraq işə başlamışdı. 

7 oktyabr 1998-ci il tarixdə vəfat edib. Masalli rayon Tatyanoba kəndində dəfn olunmuşdu. 

 


Əhədov Əhəd Yavər oğlu – 1964 Risyanın Xabarovsk vilayətində Azərbaycan diaisaporasının Umumrusiya Federasiynın Xabarovsk şəhəri üzrə nümayənədəsi(Güllütəpə)

 


**

Kəndin yazarları:


Tarverdiyev Şulduz Ataş oğlu (1938-27.10.1997) – filoloq, müəllim, şair

 

1956-cı ildə Lənkəran şəhərindəki pedaqoji texnikumu bitirb.Zuvand kənd, Seybətin kənd yeddiillik, Güllütəpə kənd səkkizillik məktəblərində müəllim işləyib. 1957-ci ildə S.M.Kirov adına ADU-nun filologiya fakültəsinə (qiyabi) daxil olub. 1970-1975-ci illərdə Güllütəpə kənd orta məktəbində direktor müavini, 1975-1997-ci illərdə direktor vəzifəsində çalışıb. 1972-1982-ci illərdə “Kənd Xalq deputatları soveti”nə deputat seçilib. Yaradıcılıqla məşğul olub. Əsas şeirlərini 1955-1965-ci illərdə yazıb. Əsərləri bir sıra rayon və region qəzetlərində dəfələrlə çap olunub.

2 dekabr 1982-ci ildə “Qabaqcıl Maarif Xadimi” nişanı ilə təltif edilib.

**

 

İbişbəyli Fikrət Fəraməz oğlu(17.09.1976) -  Güllütəpə kənd orta məktəbini, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. “Məqam”, “Yeni Zaman” və “Bizim Yol” qəzetlərində baş redaktor müavini, “Üç Nöqtə” qəzetinin xüsusi müxbiri, “24 Saat” qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Jurnalist Araşdırma Mərkəzi İctimai Birliyinin rəhbəri və Jamaz.info xəbər saytının baş redaktorudur.

/**

 

Əhədov Əlişir Alxas oğlu (15.08.1979) - Güllütəpə kənd orta məktəbini, Azərbaycan Dövlət Pedoqoji Univerisitetini bitirib. “Məqam və “Reytinq” qəzetlərində, “Assa İrada” İnformasiya Agentliyində çalışlb, “Yeni Yol” qəzetinə rəhbərlik edib. Demokratik Jurnalistlər Liqası İctimai Biriliyində müxtəlif vəzifələrdə təmsil olunub. “Tribuna” İnformasiya Agentliyinin baş redaktorudur. 



  • Böyük Vətən müharibəsində iştirak edənlər: 

Güllütəpə kəndindən BVM-də 8 nəfər iştirak edib. Onlar, Abı Əhədov, Musa Mütəllimov, İsaq Mütəllimov, Ataxan Ağayev, Azadxan Qəniyev. Şahbaz Səmədov, Şərif Səmədov, Ağalar Səmədovdu və. 6 nəfərə qədər kənd sakini müharibədən qayıtmayıblar.


 

Şəkildə Güllütəpə şəhidlər bulağı


Şəhidlər:


I Qarabağ müharibəsi şəhidləri:


Cəmil Nurulla oğlu Ağaverdiyev – (28.08.1974-1994)

 

1991-ci ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. 1992-ci ilin oktyabrında Masallı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Beş aylıq hərbi təlimdən sonra ona çavuş rütbəsi verilib.

17 aprel 1994-cü il tarixdə Qusar rayonundan Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə köçürülüb. Ağdamın Güllücə, Füzulinin Seyidəhmədli, Əbdürrəhmanlı kəndlərindəki döyüşlərdə iştirak edib. 

Son döyüşü 1994-cü il 24 aprel tarixində, Tərtər rayonunun 3-cü sovxoz ərazisində olub. 

Kəndin küçələrindən birinə onun adı verilib, xatirə lövhəsi vurulub.

Şəhidin qardaşı Şakir də könüllü olaraq o illərdə cəbhə bölgəsində düşmənə qarşı igidliklə vuruşub. 1994-cü il yanvarın 10-da Füzulinin bölgəsinin Yuxarı Seyidəhmədli kəndində minaya düşüb, hazırda 2-ci qrup hərbi əlildir.  


Aprel şəhidi Firdovsi Bağırzadə 

 

Firdovsi Əliş oğlu Bağırzadə 1 sentyabr 1996-cı ildə Güllütəpə kəndində anadan olmuşdur. 

2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Atasını erkən itirmişdi. Bacısı ilə birlikdə anası Sehranənin himayəsində böyümüşdü. 2014-cü ildə tam orta təhsilini başa vuran Firdovsi Milli Ordumuzun sıralarında Qarabağ bölgəsində, ermənilərə qarşı təmas xəttində hərbi xidmətə başladı. 2016-cı ilin aprelin 2-dəcəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin nəşi Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılmışdır. 

Güllütəpə kəndində küçələrin birinə şəhidin adı verilib, ailəsi üçün ev tikilib.

 

Vətən müharibəsi şəhidi Şəmsəddin Təhməzov


 

Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci il tarixdə Güllütəpə kəndində anadan olmuşdur.
2007-ci ildən ibtidai təhsilini Yeni Zuvand kənd tam orta məktəbində alıb. Ailə vəziyyəti ilə əlaqədar təhsilini Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində davam etdirib.
2019-cu ilin aprelində SHXÇDX-nin Masallı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb..
Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənlərə qarşı mərdliklə vuruşub.Cəsur həmyerlimiz oktyabrın 7-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.8 oktyabr 2020-ci il tarixdə Güllütəpə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Subay idi.
Respublika Prezidentinin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.



 
TATYANOBA KƏNDİ


 

Əhalisi:    
 1586 nəfər

 Ərazisi:

 345 ha

 Coğrafi mövqeyi: 

 Kənd Masallı rayonunun şimal qərbində - dağətəyi ərazidə yerləşir.

 

Kəndin tarixi, adının mənası, abidələri:


Bu kəndin yaranma tarixi haqqında çoxlu mülahizələr var. 

Deyilənə görə “Tat” irandilli tayfa, “yan” türkdilli tayfaların əlavə etdikləri cəm şəkliçisidir.

Bəzilərinin fikrincə bu kəndin tatlarla heç bir əlaqəsi yoxdur. Kəndin əsası XVIII əsrin axırlarında qoyulub. Burada məskunlaşanlar ətraf yerlərdən gəlib. Şükür adlı bir şəxsin ehtiyatsızlığından kənd bütövlükdə yandığı üçün bu yerə zarafatca “tat yandıran” kənd deyilib, sonradan Tatyan kimi formalaşıb. Onların qənaətinə görə “Tat” sözü “qınamaq”, “danlamaq” deməkdir.(“Çağırış” qəzeti, 29 noyabr, 1990)

Digər mənbələrə əsasən kəndin əsl adı Tationobadır. Bu coğrafi ad Cənubi Azərbaycanda gəlmiş və muzdla işləyən ailələrə verilmiş tatı adından, talış dilindəki -on cəmlik bildirən şəkilçidən və oba coğrafi terminindən ibarət olub, “tatların obası“ mənasındadır. Bəzi məlumatlara görə, sahilində yerləşdiyi Tatyan çayının adı ilə adlanmışdır.

Qədim yaşayış yerlərindən olan bu kəndin “Baburum” adlanan yerində yeni daş dövrünə aid (neolit, 7-5 min il əvvəl) əl çapacağı, oraq dişləri, bıçaqlar və qaşovlar tapılıb. 

Bununla yanaşı kəndin “Köhnə qışlaq” və “İsgəndər təpəsi” adlanan yerlərində son tunc və dəmir dövrünə aid tapılmış ikiağızlı və şişuclu qılınclar, xəncərlər, baltalar, bəzək şeyləri - qolbaqlar, üzüklər, muncuqlar, sırğalar, əmək alətləri, keramika nümunələri bir daha sübut edir ki, bu ərazidə qədim insanlar dulusçuluq və metal emalı sirlərinə yiyələniblər... (M.Mirzəyev, “Mənim Masallım”). 

Burada yerləşən Alaşar yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Abidənin tarixi X-XV əsrlərə təsadüf edir.

Uzunqoruğu ölkə əhəmiyyətli arxeoloji abidədir. Nekropolun tarixi e. ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid edilir (A.Əliyev, “Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar”).

“Tatyan” adı Tatian - isti yer (atəşpərəstlərin yeri) kimi mənalandırılır. Tatyanoba adı isə 2003-cü ildə bu kəndə verilmişdir.

 

Qeyd: Ərazidə qazıntılar zamanıbəzi dağıdılmış qəbirlərin materiallarının nümunələri Tatyanoba kənd ümumu orta məktəbində arxeoloq-müəllim Tofiq Əzizovun yaratdığı tarix-diyarşünaslıq muzeyində saxlınılır.(şəkildə bax)

 

Əhalinin əsas məşğuliyyəti: 

Kəndin əhalisi əsasən qonşu Yeyənkənd kəndindən təsərrüfatlarını genişləndirmək üçün gələrək burada məskunlaşmışlar. Bu da təxminən XIX əsrin ortalarına təsadüf edir. Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul olublar. Sonra heyvandarlıq fermaları tikilir və tütün, taxıl və çəltik əkini ilə məşğul olurlar.

Həmsərhəd olduğu kəndlər

Şimaldan Güllütəpə kəndi, 

cənubdan Yeyənkənd ərazisi, 

şərqdən Köhnə Alvadı kəndi,

qərbdən isə Dövlət meşə fondu torpaqları ilə həmsərhəddir.

Kənddə ilk məktəbin açıldığı tarix: 

 Kənddə ilk məktəb müharibədən sonra təşkil edilib.

 Kəndin ilk ali təhsilliləri: 

İlk ali təhsilli müəllimləri :

İbrahimov İbiş Qəzənfər oğlu,

Kazımov Məmməd (Məmməd Kazım),

Tağıyev Yasər,

Abdullayev Əziz,

Əlihüseyn Məmmədov.


İlk ali təhsilli meşə mütəxəssisləri:

Nüsrət və Məmməd Abdullayev qardaşları, 


ilk tibb işçisi:

Abdullayev Əliheydər Əli oğlu 


ilk ali təhsilli həkimi

Məmmədov Əliniyaz(1955)


ilk hüquqşünasları

Səmədov Abusəməd,

Kiçbəyov Elbəyi,

Kiçbəyov Atabəy 


İlk polis işçiləri:

Həsənov Gülməmməd İsrafil oğlu (rəhmətə gedib) – polis mayoru, Daxili işlər orqanlarında çalışıb. 

Həsənov Şirməmməd İsrafil oğlu - polis kapitanı, Daxili işlər orqanlarında çalışıb. 


Kəndin tanınmışları:


Şair, yazıçı-dramaturq Məmməd Kazım

 

Məmməd İsrafil oğlu Kazımov - şair, yazıçı-dramaturq, jurnalist-publisist,  AYB-nin üzvü.

25 may 1934-cü ildə Tatyan kəndində anadan olub. 1950-ci ildə 7 illik təhsilini başa vurduqdan sonra Bakıya gedib, Siyasi Maarif Məktəbinə qəbul olub. İlk şeiri “Yeni həyat” (Masallı) qəzetində dərc edilib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib.

1953-cü ildən Masallı rayonunun məktəblərində direktor, ədəbiyyat müəllimi, yerli radioda aparıcı və redaktor kimi fəaliyyət göstərib. 1960-cı illərin əvvəllərində Masallıda ədəbiyyat dərnəyi yaradıb.1966-cı ildə paytaxtdakı ədəbi mühitə yaxın olmaq üçün Xırdalana köçüb, “Abşeron” qəzetinin şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin əməkdaşı olub. Eyni ildə şairin “Qönçə” adlı ilk şeirlər kitabı Xalq şairi Məmməd Arazın xeyir-duası ilə işıq üzü görüb.1969-1985-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində “Hünər” hərbi-vətənpərvərlik redaksiyasına rəhbərlik edib. “Hünər” və “Heç kim unudulmayıb” televiziya verilişlərini Azərbaycan hərb tarixinin bir parçasına çevirib. O, tamaşaçıların yaddaşında həm də “Ludza əfsanəsi” və “Xəzər laylası” tamaşaları ilə qalıb.

1990-cı ildə 70 min nüsxə ilə çap olunan “Hünər” kitabında İkinci Dünya Müharibəsində şəhid olan yüzlərlə həmvətənlərimiz haqqında oçerklər yer alıb. 

Onlarca nəzm və nəsr kitabı, eləcə də 3 cildlik “Seçilmiş əsərləri” M.Kazımın Azərbaycan ədəbiyyatına qiymətli töhfələridir. Əsərləri rus, ukrayna, tatar, latış, ingilis və başqa dünya dillərinə tərcümə olunub, qəzet və jurnallarda dərc edilib. M.Kazımın dilimizə tərcümə etdiyi Tatarıstanın xalq şairi Robert Minnullinin “Ətirli yarpaqlar” şeirlər kitabı tam orijinallığı ilə müstəqillik dövrünün poetik tərcümə işinə layiqli nümunədir.

Ssenariləri əsasında C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası tərəfindən 416-cı Azərbaycan Diviziyasının qəhrəmanlığına Taqanroqda ucaldılmış abidənin açılışından bəhs edən film, həmçinin, Azərbaycan Televizisiyasının sənədli filmlər studiyası tərəfindən "Dnepr qəhrəmanı", "Onu peşə məktəbi yetişdirmişdir" və "Hünər" filmləri çəkilib.

1990-cı illərdə təsisçisi və baş redaktoru olduğu “Qala” qəzeti ədəbi proseslərin canlanmasında böyük rol oynayıb.

2018-ci il martın 10-da Bakıda vəfat etmiş, Xırdalan qəbiristanlığında dəfn olunub.


Tanınmışlar, vəzifəlilər:

Ölkə hüdudlarından kənarda tanınmışlar


Baxşıyev Əligüşad Rüstəm oğlu - Baxşıyev Əligüşad Rüstəm oğlu 1945-ci il martın 8-də Masallı rayonu Tatyanoba kəndində anadan olmuşdur.  Ə.Baxşıyev Masallıda N.Nərimanov adına məktəbdə ümumi təhsil aldıqdan sonra 1964-67-ci illərdə hərbi xidmətdə olmuşdur.1968-ci ildə Kazan şəhərində SSSR MVD-yə milis işçisi kimi fəaliyyətə başlamışdır. 1972-75-ci illərdə Yelobuqa şəhərində milis məktəbində,1976-81-ci illərdə Kazanda Milis Akademiyasında ali təhsil almış, polkovnik rütbəsinə qədər yüksəlmişdir.İşlədiyi müddətdə müxtəlif orden və medallarla,təşəkkürnamələrlə təltif edilmişdir.

SSR Daxili İşlər Naziri (MVD) tərəfindən qüsürsuz xidmətlərinə görə medalla təltif edilmişdi.

Ə.Baxşıyevin 14 yanvar 2006-cı ildə Kazan şəhərində vəfat etmişdir. 17 yanvarda Vətənə gətirilmiş,doğma Tatyanoba kəndində dəfn edilmişdir.

 

--

Baxşıyev Əhliman Rüstəm oğlu. 1947-ci ildə Masallı rayon Tatyanoba kəndindən anadan olub. 1964-1970 Azərbaycan Politexnik İnsitutunun Sənaye və Mülki Tikinti ixtisasına qəbul olunub. 1970-1972 ci illərdəRusiyada hərbi xidmət keçib. 1974-1986-cı illərdə keçmiş SSSR Daxili İşlər orqanlarında milis zabti olaraq işə başlamışdı. 

7 oktyabr 1998-ci il tarixdə vəfat edib. Masalli rayon Tatyanoba kəndində dəfn olunmuşdu. 

 


**


Ölkədə:


Məmmədov Əliniyaz Əli oğlu (1955) - tibb elmləri doktoru, professor.

 

Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.Cəlilabad rayon mərkəzi xəstəxanasında şöbə müdiri, Azərbaycan Dövlət Tibb İnstitutunda dekan müavini, Respublika Klinik xəstəxanasında, Respublika Elmi Cərrahiyyə Mərkəzinin mədə bağırsaq cərrahiyyə şöbəsində şöbə müdiri vəzifələrində işləyib.

2012-ci ildən isə qaraciyər, öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsində çalışır. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının tibb elmləri doktoru, professordur.

Rusiya Lazer Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvüdür.


KiçikbəyovÇingiz Böyükağa oğlu – Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışır.Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala, Quba rayon şöbələrinin rəisi, Sabunçu və Suraxanı rayon idarə rəisi vəzifəsində çalışıb. Rütbəsi polkovnik leytinantdır. Hazırda Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətinSuraxanı rayon idarəsinin rəisi vəzifəsindədi. Qüsürsuz xidmətlərinə görə iki dəfə medalla təltif olunub.

 


Kazımov Elçin Məmməd oğlu – Azərbaycan Respublikası Ali Məhkəməsinin katibi, Astara Rayon Məhkəməsinin hakimi, Goranboy və Lənkəran Rayon Məhkəmələrinin sədri vəzifələrində çalışıb. Hazırda Bakı şəhəri, Abşeron Rayon Məhkəməsinin sədridir.


Atabəy Qələbəy oğlu Kiçibəyov – Lerik Rayon Məhkəməsinin sədridir. Bundan əvvəl Füzuli və Qax məhkəmələrinin sədri olub.


 Abusəməd Abı oğlu Səmədov – Naxçıvanda MR-da hüquq-mühafizə orqanlarında əmək fəaliyyitə başlayıb. Sonra Sabirabad rayon Prokurorluğunda baş müstəntiq, prokuror müavini, Salyan rayon  Prokurorunun müavini, Gəncənin nəqliyyat prokuroru, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nərimanov və Xətai rayon prokurorluqlarında böyük köməkçisi vəzifələrində işləyib. Hazırda təqaüddədir. Vəkillər Kollegiyasının üzvüdür.


Çingiz Kiçikbəyov– Neftçala, Quba, Sabunçu (Bakı) rayonlarının hərbi komissarı vəzifələrində işləyib. Hazırda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Suraxanı rayon idarəsinin rəisi vəzifəsindədi, polkovnik rütbəsində çalışır. Qüsürsuz xidmətlərinə görə iki dəfə medalla təltif olunub.

 



 

Mircəlal Fətullayev – Milli Məclisdə işləyib. Hazırda Sumqayıt şəhərində, Vəkillər Kollegiyasının üzvü kimi çalışır. 


Taleh Elbəyi oğlu Məmmədov – Respublika Müdafiə nazirliyində işləyir. Polkovnikdir.


Məhərrəm Sahib oğlu Nəsirov – Azərbaycan və Latviya daxili işlər orqanlarında məsul vəzifələrdə çalışıb.   Ehtiyatda olan polis polkovnikidir.


Əlgüşad Rüstəm oğlu Baxşıyev (rəhmətə gedib) – Kazan şəhərində (Tatarıstan), daxili işlər orqanlarında rəhbər vəzifədə çalışıb. 


Əhliman Rüstəm oğlu Baxşıyev – Rusiyada, daxili işlər orqanlarında rəhbər vəzifədə çalışıb. 


Əbdürrəhman İbrahim oğlu Cəbiyev (rəhmətə gedib) – Bakıda daxili işlər orqanlarında çalışıb.  


Kazım İbrahim oğlu Cəbiyev (rəhmətə gedib) – Bakıda daxili işlər orqanlarında çalışıb. Polis polkovnik-leytenantı olub.


Cabir Qardaş oğlu Məcidov – Sumqayıt şəhər Xəstəxanasının kardiologiya şöbəsinin müdiri. 


Əlipaşa Sahib oğlu Nəsirov – Pribaltikada Azərbaycan Cəmiyyətinin sədri


Fərid Şahin oğlu Səmədbəyli (1997) –Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsində böyük məsləhətçi vəzifəsində çalışır.


 

Əsəd Qaraqaplan – şair, bir neçə kitabın müəllifidir. 


Rayonda:


Elbəyi Kiçikbəyov (vəfat edib) – vaxtilə Masallı Rayon İcraiyyə Komitəsində, gömrük işində çalışıb. 


Güloğlan Kiçibəyov – vaxtilə daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib.


Ramiz Balabəy oğlu Tağıyev – RİHB-nınMasallışəhəri üzrə ərazi nümayəndəsi, Ucar və Masallı rayonlarının hərbi komissarı olub.


Bəybala Tağıyev (rəhmətə gedib) – Meşə İdarəsinin müdiri, şərab zavodunun direktoru vəzifələrində çalışıb.

Şahin Bahadin oğlu Səmədov (1966) – “Qala”, “Yeni həyat” qəzetlərində, “Kirpi” jurnalında, “İctimai” televiziyada müxbir, “Azərbaycan regionları” qəzetinin təsisçi və baş redaktoru işləyib. 


Kənddə:


Rüstəm Baxşıyev (rəhmətə gedib) – kəndin nüfuzlu ağsaqqallarından olub. Kolxoz sədri və rayonda digər məsul vəzifələrdə işləyib.


 

Qafar Ağabəy oğlu Tağıyev – sahibkar, kəndin nüfuzlu insanlarındandır.


Güləş Qulam oğlu Orucov – vaxtilə kəndin bələdiyyə sədri olub. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 


Mürvət Nüsrət oğlu Abdullayev – uzun müddət daxili işlər orqanlarında çalışıb, ehtiyatda olan polis-mayorudur.


Maarif Sahib oğlu Nəsirov – Gömrük orqanlarında çalışır.


 

Tofiq Hüseyn oğlu Əzizov – arxeoloq-tarixçi müəllim, bir neçə kitabın müəllifidir.



Kənd məscidi 1998-ci ildə yerli əhali tərəfindən tikilib. 


Abı Səmədov (rəhmətə gedib) – din xadimi



II Qarabağ müharibəsi şəhidi Rəşid Güləhməd oğlu Lətifov

 

Lətifov Rəşid Güləhməd oğlu (14.01.2000)

Tatyanoba kənd ümumi, Güllütəpə kənd tam orta məktəblərində təhsil alıb.
2018-ci ilin yanvarında SHXÇDX-nin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda xidmətdən tərxis olunub. 2019-cu ilin avqustunda MAXE kimi xidmətini Şəmkir şəhərindəki hərbi hissədə davam etdirib.
Vətən müharibəsi zamanı, oktyabrın 1-də Murovdağ istiqamətində gedən döyüşlərdəşəhid olub. 29 dekabr 2020-ci ildə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşid Lətifov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.



KÖHNƏ ZUVAND KƏNDİ


Əhalisi:
645 nəfər

Ərazisi:
330 ha

Coğrafi mövqeyi:

Rayon mərkəzindən 30 kilometr məsafədə, rayonunun şimal qərbində dağlıq ərazidə yerləşir.

Əhalinin əsas məşğuliyyəti:

Əhali əkinçilik və maldarlıqla məşğuldur. 


Kəndin adının mənası, tarixi:


 
“Zuvand” Şimali və Cənubi Azərbaycanda böyük bir ərazini əhatə edən mahal adıdır. Lerik rayonu 1930-cu ilə qədər Zuvand rayonu adlandırılmışdır. “Zuvan” – sözü eyni zamanda farscadan igid, qoçaq oğullar mənasını verir.
Kəndin əhalisi əsasən Lerik rayonunun Zuvand ərazisində yaşamış əhalidən ibarətdir. Bu da təxminən XIX əsrin axırlarına təsadüf edir. 

Həmsərhəd olduğu kəndlər:


Şimaldan Cəlilabad rayonunun meşə ərazisi,

cənubdan Masallı rayonunun meşə ərazisi,

şərqdən Yolağac kəndi,

qərbdən isə Yardımlı rayonu ərazisi ilə həmsərhəddir.


 Kənddə ilk məktəb:


Kənddə ilk məktəb 1948-ci ildə tikilib.

 

2016-cı ilin sentyabrında istifadəyə verilmiş 120 yerlik ümumi orta məktəb binası var.


Kəndin ilk ali təhsillisi:


Mirzəyev Fərman Əlinağı oğlu (1923-1995)

Kəndin ziyalıları:


Baxışov Dənzi, 

Əlinağıyev Yunsur, 

Əlinağıyev Ağamalı,

Bəşirov Əmənulla,

Bəşirov İltifat,

Əlgüşad Muradov ilk ali təhsilli müəllimlərdir. 


26 il (1945-1971) Köhnə Zuvand məktəbinin direktoru olmuş Fərman Əlinağıyevin oğlanlarının və nəvələrinin 8 üzvü ali təhsilli, ikisi də alimdir. 


Kəndin alimləri: 


İlk həkimlər


 

Cəbrayıl Fərman oğlu Əlinağıyev(1947) - tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinin rəhbəri

1965-ci ildə orta məktəbi gümüş medalla,1971-ci ildə Azərbaycan Dövlət Tibb İnustutunun müalicə-proflaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. 

1973-cü ild Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstaxanasının travmatalogiya şöbəsinin həkimi işləyib, 1974 cü ildən isə şöbə müdiri işləyir.

1976-cı ildən Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş mütəxəssisidir. Bakı Tramatalogiya və Ortopediya İnstutunun aspiranturasını bitirib. 

Kiyevdə tibb elmləri namizədi, alimlik dərəcəsini alıb. Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülüb. Ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Sumqayıtda bir neçə dəfə şəhər sovetinin deputatı, şəhər Bələdiyyəsinin üzvü seçilib


 

Arif Fərman oğlu Mirzəyev (1965) - tibb üzrə fəlsəfədoktorudur, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiyası şöbəsində çalışır.

1993-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib.Azərbaycan Elmi Tədqiqat Travmatalogiya İnstitutunda travmatoloq-ortaped ixsisasını alıb. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsində travmatoloq-ortaped ixtisası üzrə işləyir. 


 

Əlinağıyev Babək Cəbrayıl oğlu - tibb üzrə fəlsəfə doktoru, travmatoloq-ortoped.
 

Kəndin din xadimləri:


İlk din xadimiMolla Hüseyn 


Köhnə Züvand kənd məscidi 1994-cü ildə yerli əhali tərəfindən tikilmişdir.


Ölkədən kənarda yaşayan xeyriyyəçilər:


Hamının Gürcüstan azərbaycanlısı kimi tanıdığı, Masallıda anadan olan siyasətçi sahibkar...


Vaqif Məmişov 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişovsədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır...

(Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş, 20 dekabr 2019-cu il)


Rusiyada tanınmış iş adamı, Sankt-Peterburq azərbaycanlılarının ağsaqqalı, diaspor rəhbəri Məmişov Vaqif İmanqulu oğlu 1963-cü ildə bu kənddə anadan olub.

V.Məmişov Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri,Rusiya Biznes Dəyirmi Masasının uzvu,Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademiki, "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrəÜmumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti,Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviridir.

Rayon mərkəzinə - Masallı şəhərinə köçmələrinə səbəb isə atasının pedaqoji fəaliyyətil bağlı olub. 

Hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının huquq fakültəsini bitirib.

Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan "Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

V.Məmişov öz adını "Forbes”in milyarderlər siyahısına yazdırmağa nail olub. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür.

V.Məmişov həmçinin vaxtaşırı olaraq Azərbaycanla bağlı tədbirlərə təşkilatçılıq edir, Rusiyada keçirilən seçkilərdə fəallıq göstərir. 

1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordeni və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı, Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

İki qızı, bir oğlu var. 



Tanınmışlar:


Rayonda:


 

Abasqulu Əlinağı oğlu Mirzəyev (1899-1985) – orta-ixtisas təhsilli zootexnik olub. 1938-50-ci illərdə Zuvandlı kəndində ”Paris Kommunası” kolxozunun, 1950-61-ci illərdə Güllütəpə kəndində 4 kəndin – Güllütəpə, Tatyan, Yolağac və Zuvand kəndlərinin birləşdiyi “Andreyev” adına kolxozun sədri olub. İşlədiyi dövrdə kənd təsərrüfatının inkişafı, o cümlədən ərazidə bir neçə heyvandarlıq ferması, tütünqurutma sarayı, kirəmid sexi, mədəniyyət ocaqları və s. tikilməsində əvəzsiz xidməti olub. 1955-56-cı illərdə Güllütəpə kəndində sakinlərin yeganə su mənbəyi olan bulaq (tağlı şəkildə ikinovlu şəklində) düzəltdirib. 


 

Məmmədəli Abasqulu oğlu Əlinağıyev (1950) – Yeyənkənddəki “Odessa” sovxozunda baş iqtisadçı, Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini, Masallı Rayon İcra Hakimiyyətində nəqliyyat və rabitə şöbəsinin müdiri, Güllütəpə bələdiyyəsinin sədri və s. vəzifələrdə çalışıb.      


Nurlan Şaiq oğlu Muradov(1996) - Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışır.


Kənddə:


İlk tibb işçisi:

Əliheydər Muradov (rəhmətə gedib) – tibb işçisi


İlk qadın tibb işçisi:

Muradova Zərxanım Aldost qızı (1936-2021) – 1955-ci ildən Yardımlı rayonunda, 1957-ci ildən Köhnə Zuvand kəndində, 1968-ci ildən 2015-ci ilə kimi Güllütəpədəki tibb məntəqəsində işləyib. 


YOLAĞAC KƏNDİ


Əhalisi: 
 1014 nəfər

 Ərazisi:

 173 ha    

Coğrafi mövqeyi:

 Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.

Kəndin əsas məşğuliyyəti: 
 Əhalinin məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir.

Həmsərhəd olduğu kəndlər: 

 Şimaldan Yeni Zuvand kəndi,

cənubdan Dəmbəlov dağı,

şərqdən Mətərəcayı,

qərbdən isə Köhnə Zuvand kəndləri ilə həmsərhəddir.

Kəndin tarixi, adının mənası:

Oykonim haqqında bir neçə fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəliblər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılıb.

Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun Bərcan və Lerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salıblar. 

“Yolağac” adı araşdırmalara əsasən kənddən qərbdə dağlarda yaşayan əhalinin bazarlıq üçün Masallının Qala bazarına gedib qayıdarkən bu yolun kənarındakı bulaqların yanında dayanıb dincəlmələri, sonra da Yolağac adı kimi formalaşıb.
Həbib Musaxan oğlu Həbibov – ehtiyatda olan polkovnik, I və II Qarabağ müharibəsi iştirakçısı, Masallı RİHB-nın Banbaşı ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.
 

Kənd kitabxanası 1954-cü  ildən  fəaliyyət göstərir.


Kəndin ilk müəllimləri:

Sovziyev Xasay 

Sovziyev Vəli  


 
Alimlər:

Təyyar Fərzulla oğlu Abbasov (10.02.1941-7.10.2006), fizika-riyaziyyat elmləri doktoru, professor.

1968-ci ildə Azərbaycan DövlətUniversitetini bitirib. 1964-75-ciillərdə AzərbaycanSSREA-nınFizika İnstitutundayarımkeçiricilərvə dielektriklərfizikası laboratoriyasında,1975-78-ciillərdə radiasiyatədqiqatları bölməsində işləyib,1978-2006-cı illərdəAzərbaycanTexnikiUniversitetinin fizikakafedrasınınmüdiri, həmçininpolimermaterialları laboratoriyasınınrəhbəriolub. 130-danartıqelmi əsərinmüəllifidir.


Vətən müharibəsi şəhidi


Şəhid gizir Raqib Əzizov

 

Raqib Vidadi oğlu Əzizov 29 avqust 1991-ci ildə Yolağac kəndində dünyaya göz açmışdır. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil almışdır.

2009-cu ilin oktyabrın 4-də həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmiş, 2011-ci ilin aprelin 4-nə kimi Hərbi Dəniz Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmətini başa vurmuşdur. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprelin 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində təhsil almışdır. 2013-cü il aprelin 29-da Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini müxtəlif «N» saylı hərbi hissələrdə davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışmışdır.

Gizir Raqib Əzizov Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli istiqamətində şücaət göstərmiş, Hadrut uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Raqib Vidadi oğlu 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.

Ailəli idi. İki övladı yadigar qalıb.

Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.


Ölkədən kənarda tanınmış din xadimi:


Müctəhid Şeyx Hacı Əbdülhüseyn Axund 


Müctəhid Şeyx Hacı Əbdülhüseyn Axund Mirzə İbrahim oğlu Behbudi (Lənkərani) 1910-ci ildə Yelağac kəndində anadan olmuş, dövrünün fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənmişdir. 18 yaşında ikən kommunist rejiminin din və islam əleyhinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edib və Ərdəbil şəhərində «Molla İbrahim» mədrəsəsində təhsil almışdır. 1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilib. Şeyx Əbdülhüseyn və başqa azərbaycanlı tələbələr İran vətəndaşı olmadıqlarına və İran qanunlarına etiraz etdiklərinə görə həbs olunaraq Semnan şəhərinə sürgün olunmuşlar. O, buradakı Sadiqxan mədrəsəsində müəllimlik edib. Ələvi (seyyidə) bir qadınla ailə qurub, onun evində qalıb. 1940-cı ildə hökumət məmurları onu İranın Zəncan şəhərinə sürgün etdiriblər. 1943-cü ildə Zəncanda hökumət Azərbaycan demokrat partiyasının əlinə keçəndə Şeyx sürgündən azad olunub. O, Qum şəhərinə gəlib. Ayətullah Hacı Şeyx Əbdülhüseyn Lənkərani fiqh elmi üzrə müctəhidlik rütbəsinə layiq görülmüşdür. 

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Masallıya gəlib, ata-baba ocağı Yelağacda olmuşdur. (“Əsrin sönməz şamları”)


Kənd məscidi 1998-ci ildə yerli əhali tərəfindən tikilmişdir.



ƏMİRTÜRBƏ KƏNDİ


Əhalisi: 
 435 nəfər

 Ərazisi:

 110 ha

Coğrafi mövqeyi: 

 Kənd Masallı rayonunun şimal qərbində, dağətəyi ərazidə yerləşir.

Əhalinin əsas məşğuliyyəti: 

Əkinçilik və heyvandarlıq

Həmsərhəd olduğu kəndlər: 

Şimaldan Güllütəpə,

cənubdan Tokidərə,

şərqdən Tatyanoba,

qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.

Kəndin tarixi, adının mənası: 

Əmirtürbə kəndi qədim yaşayış yerlərindəndir.  

Toponim Əmir şəxs adı və türbə ərəb dlndə «məzar», «qəbir» sözlərinin birləşməsidir. Kənd Əmir türbəsi adlı türbənin yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır.

“Əmirtürbə” adı iki sözdən “Əmir” və “Türbə”sözlərindən ibarətdir. Əmir sözü ərəbcə başçı türbə isə görkəmli şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbri üzərində tikilən binaya deyilir.
İndiki kənd əhalisinin burda məskunlaşması XIX əsrdən başlayıb. Masallının Xocavar kənd sakinləri Kərbəlayi Aydın Həsən oğlu və Abi Səti oğlu Bakı quberniyasının Əmlak Komitəsinə müraciət edərək yaşayış üçün torpaq sahəsi istəyiblər. Bu müraciətə əsasən həmin şəxslərə Xocavar nahiyəsinə daxil olan və sahəsi 78 desyatin “Əmirtürbə” adlanan yerdə torpaq sahəsi verilib. Bu fakt Lənkəran qəza rəisinin 26 may 1880-ci il, 1336 nömrəli sərəncamı ilə təsdiqlənib.


Abidələri:

1989-cu ildə Əmirtürbə kəndində qədim torpaq qəbir aşkar edilmişdir. Alimlərin fikrincə uzunluğu 4 metr, eni 1,8 metr olan bu torpaq qəbir e.ə. III-II minilliyə aiddir. Bununla yanaşı kənddə antik dövrə aid nekropol (I-III əsrlərə aid) da aşkar olunub.

Əmirtəpə nekropolu ölkə əhəmiyyətli arxeoloji abidədir, kəndin şimal-şərqində yerləşir. Nekropolun tarixi XIII-XIV əsrlərə təsadüf edir (A.Əliyev “Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar”).

Babayi Əmir ocağı yerli əhəmiyyətli arxeoloji abdidədir, tarixi XIX əsrə aid edilir.

Əmirtürbə (Orand) kənd məscidi 2001-ci ildə yerli əhali tərəfindən tikilib.


Kəndin ilk ali təhsilliləri:


Həmzəli Babulla oğlu İsayev - Güllütəpə kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləyib. 


İlk ali təhsilli mühəndisləri:

Hüseyn Alışov, 

Mirzə Cavadov 


İlk ali təhsilli tibb işçiləri:

Rəsul İsayev,

Elçin Həmzalı oğlu

 

Alimləri:


Bayramov Qılıncxan Həmzə oğlu (1943) –tərcüməşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin professoru.

 

1967-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Fəaliyyəti dövründə Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti kimi ali məktəblərdə ingilis dili və tərcümə sahələri üzrə dərslər keçib. Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının ilk prezidenti olub. Ali məktəblər üçün “Tərcümə sənəti” ( 2008) dərsliyinin, bir sıra elmi-tənqidi məqalələrin müəllifidir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin rabitə daxili xidməti polkovniki Adil Bayramovun atasıdır.


Kəndin tanınmışları:


Mətləb Həmid oğlu – rayon sovetinin deputatı olub


Kəndin vəzifəliləri:

Hüseyn Alışov–Yardımlı rayonunun hərbi komissarı və Qaz istismarı idarəsinin müdiri, eləcə də Masallı rayonunda digər məsul vəzifələrdə işləyib.


Şəhid (mülki şəxs) Alışov Səfərəli Ələkbər oğlu(09.09.1958-03.10.2019) 

 

1958-ci il təvəllüdlü  Alışov Səfərəli Ələkbər oğlu düşmənlə təmas xəttinə yaxın ərazilərdə -Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində mövqelərimizdə təminat yollarının salınması ilə məşğul idi. Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsindəekskovator sürücüsü, mülki şəxs S.Alışov 2 oktyabr 2019-cu il tarixdə şəhid olub.

O, Aprel döyüşləri zamanı sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Bundan öncə “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi” medalına layiq görülüb.

3 oktyabr 2019-cu il tarixdə Əmirtürbə kənd qəbiristanlığında dəfn edilib.

Kəndin mərkəzi küçəsinə şəhidin adı verilib, barelyefi vurulub. Səfərəlinin xidmət apardığı kənd "Əmirtürbə postu" adlandırılıb.

 

YENİ ZUVAND KƏNDİ


Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim “Zuvanddan gələnlər, zuvandlılar” mə­nasındadır.

Milli Məclisin qərarına 27 mart 2001-ci il tarixli qərarına əsasən Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılıb.

Çayə dilənkə (Yeni Züvand kəndi) yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidəsinin tarixi XII-XIV əsrlərə təsadüf edir (A.Əliyev, “Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar”).


Yeni Züvand kənd məscidi 1998 -ci ildə yerli əhali tərəfindən tikilmişdir.


Alimləri:


Əlinağıyev Cəbrayıl Fərman oğlu - tibb üzrə fəlsəfə doktoru,

Əlinağıyev Babək Cəbrayıl oğlu - tibb üzrə fəlsəfə doktoru,
 Mirzəyev Arif Fərman oğlu – 
tibb üzrə fəlsəfə doktoru. 




I Qarabağ müharibəsi şəhidləri:


 

Taleh Ağamalı oğlu Əlinağıyev – (01.10.1980-26.02.2004)



Vətən müharibəsi şəhidi:


Şəhid Ülvi Nüsrətbəyli

 

Ülvi Nüsrətbəyli 14 fevral 1999-cu ildə Güllütəpə kəndində anadan olmuşdur. Yeni Zuvand tam orta məktəbini, Lənkəran Dövlət Universitetini bakalavr pilləsi üzrə bitirmişdir.
2020-ci ilin iyulunda SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
Hərbi xidmətini əsgər kimi Ağcəbədi rayonundakı «N» saylı hərbi hissədə yerinə yetirməyə başlamışdır.
Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
13 oktyabr 2020-ci ildə, valideynlərinin doğulub boya-başa çatdığı Masallı rayonunun Yeni Zuvand kənd qəbristanlığında torpağa tapşırılmışdır.
Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.


Kəndin tanınmışları:


Rayonda:


Nazim Abusət oğluMuradov (1973) - Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində müdir müavini, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifələrində çalışıb.

 

Məmmədəli Abasqulu oğlu Əlinağıyev (1950) -iqtisadçı, Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini, Masallı Rayon İcra Hakimiyyətində nəqliyyat və rabitə şöbəsinin müdiri, Güllütəpədə bələdiyyə sədri və s. vəzifələrində çalışıb.


Gülllütəpə Ərazi Inzibati Dairəsi ilə bağlı yazının hazırlanmasında işçi qrupuna yaxından kömək etdiyi üçün Əlişir Əhədə təşəkkür edirik.

“Masallı ensiklopediyası”nı hazırlayan qrup






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10