Ərazinin özəllikləri:
Şərəfə kəndi üzrə:
1. 1950-55-ci illərdə xalq rəssamı Mikayıl Abdullayev də Şərəfədə yaradıcılıq ezamiyyətində olub. Çəkdiyi “Manqabaşçısı Rəxşəndə” əsəri milli koloritinə görə yüksək qiymətləndirilib və hazırda Parisin Luvr muzeyində saxlanılır.
2. 1912-ci ildə Şərəfə kəndinə bir həkim kimi qayıdan Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində ilk dəfə xəstəxana binası tikilmişdir.
3. 1930-cu ilin yayında qəzaların ləğvi ilə əlaqədar Masallı inzibati rayonu yaradılıb və Mirzə İsmayıl Əzimov Rayon Maarif Şöbəsinə ilk müdir təyin edilib.
4. 50-ci illərdə Şərəfə kənd yeddillik məktəbində saldığı tədris-təcrübə sahəsi respublikada ən yaxşılardan olduğu üçün Mirzə İsmayıl müəllim bir neçə şagirdlə birgə Moskvaya SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinə göndərilib.
5. Mirzənəzir Bəşir oğlu Məmmədəliyev 1942-ci ildə Masallı rayonunda ilk olaraq SSRİ-nin Əməkdar müəllimi fəxri adını alıb
6. Bəşirov Məmməd Nəzir (Məmmədnəzir) oğlu 1984-cü ildə Masallı rayonunda ilk olaraq SSRİ-nin “Maarif əlaçısı” adını alıb.
8. Şəhid Xəlilov Hüsaməddin Xəlil oğlu Yunan-roma güləşi üzrə idman ustası normasını yerinə yetirmişdi.
9. 1944-cü ildə almanlara əsir düşən Subhan Seyfullayev dostları ilə birgə əsirlikdən qaçaraq partizanlara qoşulur. Hazırda Fransanın Şerburq şəhərində müharibə qəhrəmanlarına dair xatirə lövhəsində S. Seyfullayevin də adı vardır. O, iqtisad elmləri doktoru, professordur.
10. Sərəfə kənd mədəniyyət evinin direktoru Ağacavad Seyfullayevin rəhbərliyi ilə 1980 -cı ildə “Halay” kollektivinin fəaliyyəti “Buta” sənədli filiminin çəkilməsi ilə nəticələndi. Bu film hazırda respublikanın qızıl fondunda saxlanılır.
11. 2012-ci ildən yaradılan “Halay” qrupu rayon və respublikada keçirilən festifallarda, müxtəlif tədbirlərdə, televiziya çəkilişlərində iştirak edir.
12. Niftullayeva Gülgün Bayram qızı - “Taekvando” üzrə Azərbaycan çempionu olmuşdur. (Ağakişibəyli kəndi)
13. 1980 - cı ildə “Halay” kollektivinin fəaliyyəti “Buta” sənədli filiminin çəkilməsinə nail oldu. Hazırda respublikanın qızıl fondunda saxlanılır.
ŞƏRƏFƏ İnzibati Ərazi dairəsi
14. Bəşirov Məmməd Nəzir (Məmmədnəzir) oğlu – SSRİ Təhsil Nazirliyini “Miçurin” medalına layiq görülüb.
15. Kərim Xalid Camal oğlu - Azərbaycanda ilk dəfə olaraq kəndə aid marş onun tərəfindən bəstələnmişdir. Marş “Şərəfə marşı” adlanır.
Ağakişibəyli kəndi
16. Niftullayeva Gülgün Bayramqızı - “Taekvando” üzrə Azərbaycan çempionu.
17. Bu kənddə Azərbaycan Ali Sovetinin 2 deputatı olub:
Musayeva Sərmayə Musa qızı –
Kərimova Rəfiqə Fərzulla qızı –
Musayeva Sərmayə Musa qızı həm də Azərbaycan Komsomolu mükafatı laureatıdır.
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Faiq Huseynzadə +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar,
Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Şərəfə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
11.Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
ŞƏRƏFƏ İnzibati Ərazi dairəsi
1. Şərəfə inzibati ərazi dairəsi 2 kəndi - Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir.
2. Şərəfə inzibati ərazi dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən şimalda, Bakı-Astara magistral yolundan cənubda düzənlik sahədə yerləşir.
3. Ərazinin coğrafi koordinatı:39°03′56″ şm. e. və 48°40′48″ ş. u. – dur.
4. Həmsərhəd olduğu ərazi dairələri:
Şimaldan və qərbdən Çaxırlı, şimal-qərbdən Xocavar, şimal-şərqdən Qarğalıq, cənubdan Masallı, şərqdən Səmidxan ərazi dairələri ilə həmsərhəddir.
Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir, ərazisi 1141 hektar, əhalinin sayı 4535 nəfərdir.
5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi: Cəmi: 1141 ha.
Şərəfə kəndi: 802 ha;
Ağakişibəyli kəndi: 339 ha;
Təsərrüfatların sayı cəmi 1307 olmaqla 956 yaşayış evi vardır.
6. Ərazi dairəsinin əhalisi: 01. 01. 2021-ci ilə 4535 nəfər;
Kişilər: 2245 nəfər; qadınlar: 2290 nəfər.
7. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, heyvandarlıq və sənətkarlıq.
Ərazidə ilklər:
Şərəfə kəndi:
İlk ali təhsilli:Əzimov Mikayıl Məmmədbağır oğlu,1931-36-cı illərdə Moskvada Zoobaytarlıq İnstitutunda, indiki Baytarlıq Akademiyasında təhsil alıb.
İlk tibb məntəqəsi - Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində xəstəxana açılmışdır.
İlk dünyəvi məktəb 1921-ci ilin avqustunda açılmışdır.
Şərəfədə ilk komitə sədri 1923-cü ildə Kamil Kərimov olmuşdur.
İlk komsomol komitəsinin sədri 1930-cu ildə Həsən Kərimov Ağa oğlu olmuşdur.
İlk kitabxanaçı Məcidova Nənəbacı Kamil qızı olub.
İlk bələdiyyə sədriZiyadov Əliməmməd Güləhməd oğlu seçilmişdir.
İlk traktorçu Cəfərov Yədulla Əhəd oğlu ( rayon üzrə).
İlk ədliyyə müşaviri -Abbasov Cavid Qasım oğlu
İlk polis rəisi- Kərimov Nüsrət Qulamhüseyn oğlu
İlk alim: Əzimov Mikayıl Bağır oğlu - baytarlıq elmləri namizədi.
İlk professor: Seyfullayev Sübhan Məmməd oğlu
İlk dini-ali təhsilli:
Molla Fəttah Axund – İraqın Nəcəf şəhərində ali ruhani (dini) təhsili alıb.
İlk ali təhsillilər:
Əzimov Mirzə İsmayıl Bağır oğlu – Lənkəranda Pedaqoji Texnikum və Bakıda Ali pedaqoji (dünyəvi) təhsil alıb. Kərimov Baloğlan Əmiralı oğlu – Lənkəranda və Bakıda pedaqoji təhsil alıb.
İlk müəllimliər:
Mirzə İsmayıl Əzimov - müəllim və rəhbər işçi.
Nəzirməmməd Bəşir oğlu Məmmədəliyev – müəllim və rəhbər işçi.
Bəşirov Məmməd Nəzir (Məmmədnəzir) oğlu – Masallı rayonunda ilk olaraq “SSRİ-nin Maarif əlaçısı” döş nişanını alıb.
İlk qadın müəllimlər:
Ələkbərova Həcər Rəşid qızı - coğrafiya müəllimi
Əzimova Rahilə Mirzə İsmayıl qızı- coğrafiya müəllimi
Məmmədova Ruqiyyə Qənbər qızı – Az. dili və ədəbiyyatı müəllimi
İlk diş həkimi - Mirzəyev Fizuli Rza oğlu
İlk qadın direktor - Məmmədova Solmaz Hilal qızı olmuşdur.
İlk qadın alim - Əzimova Armella Mikayıl qızıdır.
İlk qəhrəman ana (həm də rayon üzrə) -Məmmədova Ağaxanım Nəbi qızı -16 uşaq anası
İlk neftçi - Ələkbərov İlyas Rəşid oğlu
İlk memar - Məmmədov Samir Şakir oğlu
(Ətraflı hər kəndin “İlklər” bölümündə)
Yüksək vəzifələrdə işləyənlər:
Kənddə:
1. Abbasov Qasım Hüseyn oğlu – Şərəfə XDS sədri və kolxoz sədri.
2. Ağababayev Qurbanqulu - Şərəfə kənd kolxozunun sədri işləmişdir.
3. Məmmədov Qafil Vəli oğlu - Sabir adına sovxozun direktoru
4. Seyfullayev Valeh Hüseyn oğlu - Şərəfə ərazi dairəsinin icra nümayəndəsi
5. Ziyadov Əliməmməd Güləhməd oğlu - bələdiyyə sədri (Şərəfə kəndi)
Rayonda:
1. Kərimov Həsən Ağa oğlu – Masallı Rayon Komsomol Komitəsinin I katibi olub. (Şərəfə kəndi)
2. Seyfullayev Adəm (Qızılbaş) İzzət oğlu – Masallı Raron Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləmişdir.(Şərəfə kəndi)
3. Xankişiyev Əyyub Soltan oğlu – Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri işləyib. (Şərəfə kəndi)
4. Kərimov Ağa Həsən oğlu – Masallı Rayon Təhsil Şöbəsində metodist işləmişdir. (Şərəfə kəndi)
5. Bəşirli Bəşir Abdulla oğlu - Masallı Rayon Mərkəzi Xəstəxanasında Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri. (Şərəfə kəndi)
6. Ağayev Məhbub Soltan oğlu - Masallı rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri,Uşaq-Gənclər İdman Məktəbinin direktoru.
7. Hüseyndadaş Əkbər oğlu Əsədli – Masallı Rayon Kənd Təsərrüfatı Şöbəsinin müdiri. (Ağakişibəyli kəndi)
8. İsmayılov İbrahim Tahir oğlu – Oğuz Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri işləyib. (Ağakişibəyli kəndi)
9. Şahverdiyev Yəhya Fəyyaz oğlu – Masallı Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri olub. (Ağakişibəyli kəndi)
10. Hadıyev Hamil Miriş oğlu – Masallıı Rayon Torpaq Şöbəsinin müdiri olub. (Ağakişibəyli kəndi)
(Ətraflı rayonda “Yüksək vəzifədə işləyənlər“ bölümündə)
Respublikada:
Rəhimov Əli Məhəmməd oğlu – Azərbaycan Musiqili Komediya Teatrınnın aktyoru olub. (Şərəfə kəndi)
Kərimov Şəkur Həsən oğlu – Respublika Prokurorluğunda müstəntiq.
(Şərəfə kəndi)
Cəlilov Məzahir Həmdulla oğlu – AZ.Dramanın aktyoru.(Şərəfə kəndi)
Qurbanov Akif Ağamirzə oğlu – Azərbaycan Müəllimlər İnstitutunda metodist-müəllim. (Şərəfə kəndi)
Ələkbərov Tahir Habil oğlu – Dövlət Sosial Müdafiə Fondunun kollegiya üzvü. (Şərəfə kəndi)
Cəlilov Məzahir Həmdulla oğlu - mədəniyyət xadimi , Azərbaycan Teatr İnstitutunu bitirmişdir. (Ağakişibəyli kəndi)
(Ətraflı Respublikada “Yüksək vəzifələrdə işləyənlər” bölümündə)
Zabitlər:
Məmmədov Rəhim Qafur oğlu - polkovnik (Şərəfə kəndi)
Qurbanov Alı Cəfər oğlu - polkovnik-leytenant (Şərəfə kəndi)
Ağayev Azad Ağahüseyn oğlu – mayor (Şərəfə kəndi)
Məmmədov İlqar Qabil oğlu - mayor (Şərəfə kəndi)
Hüseynov İmran Baba oğlu - kapitan (Şərəfə kəndi)
Ağayev Ülvi Məmmədəli oğlu - baş leytenant (Şərəfə kəndi)
Ağayev Zülfi Məmmədəli oğlu - baş leytenant (Şərəfə kəndi)
Əsgərov Mehralı Elşad oğlu - leytenant (Şərəfə kəndi)
Mürşüd Şahverdiyev - leytenant (Şərəfə kəndi)
Cəfərov Ramiz Şübhan oğlu -Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant. (Ağakişibəyli kəndi)
Tağıyev Rzaqulu Tağı oğlu - polis polkovniki , Rusiya Federasiyasında yaşayır. (Ağakişibəyli kəndi)
Babayev Səbuhi Eynulla oğlu - Ədliyyə polkovniki. Rusiya Federasiyasında yaşayır. (Ağakişibəyli kəndi)
(Ətraflı hər kəndin (“Zabitlər” bölümündə)
Ərazidə Fəxri ad və Dövlət mükafatları alanlar:
Nəzirməmməd Bəşir oğlu Məmmədəliyev – “Qırmızı Əmək bayrağı” ordenli, əməkdar müəllim.
(Ətraflı “ “Kəndin ilk müəllimləri” bölümündə)
Məmmədova Mədinə - tibb işçisi. “Şərəf nişanı” ordeni və “Əməkdar səhiyyə işçisi” fəxri adı almışdır.
(Ətraflı “Kənddə səhiyyə” bölməsində).
Əzimov Mikayıl Bağır oğlu - əməkdar baytar həkimi
(Ətraflı “Alimlər” bölümündə)
Məmmədov Əhməd Əbülfəz oğlu - əməkdar müəllim. (Ağakişibəyli kəndi)
(Ətraflı “Fəxri ad alanlar” bölümündə)
Polis xidməti zabitləri:
1. Məmmədov Sabir Qəmbər oğlu – daxili xidmət polkovnik-leytenantı.
(Şərəfə kəndi)
2. İsayev Ramiz Qulam oğlu – polis polkovnik-leytenantı. (Şərəfə kəndi)
3. Kərimov İlyas Həsən oğlu – polis mayoru. (Şərəfə kəndi)
4. Kərimov Nüstət Qulamhüseyn oğlu – polis mayoru. (Şərəfə kəndi)
5. Abasov Cavid Qasım oğlu – ədliyyə xidməti mayoru, ədliyyə müşaviri.
(Şərəfə kəndi)
6. Camalov Cəlal Abasqulu oğlu – polis mayoru. (Şərəfə kəndi)
7. Xankişiyev Cankişi Mustafa oğlu – polis kapitanı. (Şərəfə kəndi)
8. Məmmədov Zakir Qəmbər oğlu – polis mayoru. (Şərəfə kəndi)
9. Mustafayev Abbas Fətulla oğlu – Daxili Qoşunlar mayoru.
(Şərəfə kəndi)
10. Hüseynov İmran Baba oğlu – polis kapitanı. (Şərəfə kəndi)
11. Məmmədov Vaqif Əvəz oğlu – polis kapitanı. (Şərəfə kəndi)
12. Həsənov Rafiq Əli oğlu – prokurorluq əməkdaşı.(Şərəfə kəndi)
13. Mövsümov Əjdər Tağı oğlu – III dərəcəli hüquqşünas.(Şərəfə k.)
14. Əzimov İslam Rizvan oğlu – polis kapitanı. (Şərəfə kəndi)
15. Camalov Elmar Heybət oğlu – general- mayor. (Ağakişibəyli kəndi)
16. Tağıyev Rzaqulu Tağı oğlu - polis polkovniki, Rusiya Federasiyasında yaşayır. (Ağakişibəyli kəndi)
17. Babayev Səbuhi Eynulla oğlu -ədliyyə polkovniki. Rusiya Federasiyasında yaşayır. (Ağakişibəyli kəndi)
18. Əsgərov Bəhram Əsgər oğlu – polkovnik. (Ağakişibəyli kəndi)
(Ətraflı hər kəndin “Polis zabitləri” bölümündə)
I Qarabağ şəhidləri:
Kərimov Valeh Qulamhüseyn oğlu - (Şərəfə kəndi)
XəlilovHüsaməddin Xəlil oğlu - (Şərəfə kəndi)
Bəşirov Şaiq Bəxtiyar oğlu - (Ağakişibəyli kəndi)
İsmayılov Qəhrəman Həmzə oğlu - (Ağakişibəyli kəndi)
Əliquliyev Tələt Qulamhüseyn oğlu - (Ağakişibəyli kəndi)
II Qarabağ şəhidləri
Vəliyev Ramazan Hilal oğlu - çavuş (Şərəfə kəndi)
Cəfərov Ramiz Şübhan oğlu - polkovnik-leytenant (Ağakişibəyli kəndi)
Əbilov Nurlan Fərrux oğlu - könüllü, (Ağakişibəyli kəndi)
(Ətraflı hər kəndin “Qarabağ şəhidləri” bölümündə)
Alimlər:
1.Əzimov Mikayıl Bağır oğlu - baytarlıq elmləri namizədi. (Şərəfə kəndi)
2.Seyfullayev Sübhan Məmməd oğlu – iqt.elmləri namizədi.(Şərəfə k.)
3. Qurbanov Zəfər Cəfər oğlu - tibb elmləri namizədi, (Şərəfə kəndi)
4. Ağababayev Saday Ağadadaş oğlu - k/t-ı elmləri namizədi.(Şərəfə k.)
5. Ağayev Məmmədəli Hənnan oğlu – ped. elmləri namizədi.(Şərəfə k.)
6. Məmmədov Hafiz Hilal oğlu - biologiya elmləri namizədi. (Şərəfə kəndi)
7. Xəlilov Abdul Oruc oğlu - fizika-riyaziyyat elmləri namizədi (Şərəfə k.)
8. Zamanov Fəyyaz Məzahir oğlu - iqtisad elmləri namizədi. (Şərəfə k.)
9. Əkbərov Əsgər Mehman oğlu – inş. müh.-iyi üzrə f/dokt.(Şərəfə k.)
10. Əzimova Armilla Mikayıl qızı - biologiya elmləri namizədi. (Şərəfə k.)
11. Nəbiyev Adil Daxıl oğlu - texnika elmləri namizədi. (Şərəfə k.)
12. Əkbərov Mehman Əsgər oğlu – fiz.-riyaziyyat e/ namizədi.(Şərəfə k.)
13. Həsənov İsmayıl Cəfər oğlu - iqtisad elmləri namizədi. (Şərəfə kəndi)
14. Seyfullayeva Nərminə Səftər qızı - coğrafiya e\namizədi,(Şərəfə k.)
15. Seyfullayev İlqar Sübhan oğlu - iqtisad elmləri namizədi.(Şərəfə k.)
16.Ələkbərov Samid Fəyyaz oğlu - tibb elmləri doktoru (Şərəfə k.)
17. Ağababayev Müşfiq Saday oğlu - iqtisad elmləri namizədi. (Şərəfə k.)
18. Nəbiyev Natiq Adil oğlu - texnika elmləri üzrə f/doktoru.(Şərəfə k)
19. Quliyev Mahmudağa Əbülfəz oğlu – iqtisad elmləri namizədi.
20. Piriyev Məzahir İbrahim oğlu – tibb elmləri namizədi.
21. Zamanov Yasin Fəyyaz oğlu – iqtisad elmləri namizədi.
22. Ağababayev Saday Ağadadaş oğlu – k/t-tı elmləri namizədi
23. Mövsümova Təranə Fərahim qızı - biologiya elmləri namizəzədi
24. Kərimov Böyükxan Fərzulla oğlu - biologiya elmləri doktoru (Ağakişibəyli kəndi)\
25. Hüseynov Süleyman Səfər oğlu – filologiya elmləri namizədi (Ağakişibəyli kəndi)\
26. Əsədov Arif Əlipənah oğlu - iqtisad elmləri namizədi (Ağakişibəyli kəndi)/
27. Piriyev Həzi Həmdəm oğlu - tibb elmləri namizədi (Ağakişibəyli kəndi)\
(Ətraflı hər kəndin “Alimlər” bölümündə)
İdman:
1. Xəlilov Hüsaməddin Xəlil oğlu- yunan –roma güləşi üzrə idman ustası. Şərəfə
2. Cəfərzadə Əli Nazim oglu - “Kinqboks” üzrə ikiqat dünya çempionu, üçqat Azərbaycan çempionu Şərəfə kəndi
3. Kərimov Şəmsi- Azərbaycan Kinqboks Federasiyasınıın cənub bölgəsi üzrə prezidenti. Şərəfə kəndi
4. Niftullayeva Gülgün Bayram qızı - “Taekvando” üzrə Azərbaycan çempionu. Ağakişibəyli kəndu.
(Ətraflı “Kənddə idman” bölümündə)
Ərazinin adını daşıyan kənd:ŞƏRƏFƏ
Əhalisi:
1859-1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasınınLənkəran qəzasının Şərəfə (Şərəfabad) kəndində 54 ev olmuşdur. Əhalinin sayı 334 nəfərə çatmışdır. Onlardan 202 nəfəri kişi, 132 nəfəri isə qadın olmuşdur. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
İndi:
01. 01. 2021-ci il tarixə 2686 nəfər
O cümlədən: kişi: 1329 nəfər; qadın: 1357 nəfər.
2021-ci il statiskasına görə:
məktəblilərin sayı: 640 şagird;
65 yaşdan yuxarı olanların sayı: 283 nəfər.
Ərazisi: 802 ha
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Bala Təklə, cənubdan Seybətin və Digah, qərbdən Çaxırlı və Binə Xocavar, cənub-qərbdən Böyük Xocavar, şərqdən I Səmidxan, II Səmidxan, Alışanlı və Ətcələr, şimal-şərqdən Kürdəbazlı kəndləri ilə həmsərhəddir. Bakı - Astara magistral yolu kəndin şimal-qərbindən cənub şərqinə doğru əhatələyərək şərq tərəfdən təqribən 4,5 km-lik məsafə ilə sərhədlənir.
Şərəfə kəndinin xəritə sxemi:
Kənd əhalisinin əsas məşğuliyyəti: Əkinçilik, heyvandarlıq və sənətkarlıq.
Əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıqla əsas məşğuliyyət olmuşdur. Burada tərəvəz, bostan bitkiləri, düyü, buğda, arpa, soya, çiyələk, tütün, üzüm və s. becərilir. Xüsusilə, 1830-cu illərdən sonra Lənkəran qəzasında çəltikçiliyin inkişafı Şərəfədə də bu məhsulun yetişdirlməsinə diqqətin artmasına səbəb oldu. Suvarma tələb etdiyinə görə çəltik əkinlərinin su kanallarına, istillərə ehtiyac çox olurdu. Şərəfədəki Ağa istili isə Viləş çayından çəkilən arx vasitəsi ilə təmin olunurdu. İstildə bitən qamış və daladan kənd qadınları həsir toxumaq üçün istifadə edirdilər.
Çəltik əkinləri |
Çəltiyi düyüyə çevirmək üçün əsasən, ayaq və su dinglərindən istifadə edilirdi. Şərəfədə Hacı Məhəmməd, Hacı Teyyub dingi, Kərbəlayi Cəfər dingi, Hacı Baba və s. ayaq dingləri mövcud olmuşdur. İstehsal edilən yüksək keyfiyyətli sədri və haşımı düyü novləri Qızılağac həftə bazarında satılır və oradakı liman vasitəsi ilə Rusiya bazarlarına göndərilirdi.
1840-50-ci illərdə kəndə Cənubi Azərbaycandan ( xüsusilə Ərdəbil), Yardımlı və Lerikin ( xüsusilə Zuvand) dağ kəndlərindən əhalinin kasıb təbəqəsinin Şərəfə kəndinə köçü müşahidə olunmuşdur.
Şərəfədə tez yetişən, öz dadı və keyfiyyəti ilə seçilən "gərmək" yemiş sortu və xüsusi adla tanınan “Şərəfə qarpızı” becərilirdi.
Bununla yanaşı qədimdən bəri sənətkarlıqla məşğul olan el sənətkarları: dəmirçilər, nəccarlar, nalbəndlər, dülgərlər, xarratlar, bənnalar və s. sənət adamları da var idi.
Hazırda Şərəfədə iş yerləri dövlət və özəl müəssisələr olmaqla açılır. Ən böyük obyektlərdən biri kəndin şimal hissəsində olan istixana kompleksidir. Tərəvəz əkinləri üstünlük təşkil edir. Bundan başqa ABAD (Ailə Biznesinə Asan Dəstək) xətti ilə sahibkarlığın inkişafı da güclənməkdədir.
Respublikada böyük marketlərdə satılan, Şükürovlar ailəsinə məxsus “Şərəfə” brendi ilə tanınan Antep pendiri az tapılan məhsul kimi məşhurdur. Son illər çiyələk, göbələk, balıqçılıqla məşgul olan sahibkarların sayı artmaqdadır və bu da insanların işlə təmin olunmasına səbəb olur. Belə sahibkarlardan Seyfullayevlər, Ziyadovlar ailəsini göstərmək olar.
İstixana | Şərəfə Antep pendiri |
Kəndin relyefi:
Şərəfə kəndi ərazisinin relyefi tamamilə düzənlikdən ibarət olub okean səviyyəsindən 11 m aşağıda, Lənkəran ovalığının şimal hissəsində yerləşir. Kəndin cənub-qərb hissəsində yerləşən, hündürlüyü 17 m olan kurqan mövcuddur. Məxitəpə adlanan kurqan 1589 invertar nömrəsi və AJA001609 sistem kodu ilə ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilir. Kurqan E.ə. II-I minilliklərə aid edilir. Kurqana yaxın və sahəsi təqribən 30 hektar, dərinliyi isə təqribən 3,5 m olan çökəklikdə su dəryaçası ( istil) mövcuddur (İstilin dərinliyi 7 m-dən çox olmuşdur, təəssüf ki, su dəryaçası hazırda lillənmişdir). (Cənub bölgəsinin abidələr ensiklopediyasi. Müəllif, Mistanlı Aqşin. Nəşriyyat, Adiloğlu. Nəşr yeri, Bakı. Nəşr ili, 2020. Səh 386-443)
Su dəryaçası -İstil | Kurqan (təpə) |
ŞƏRƏFƏ TOPONİMİ HAQQINDA MƏLUMAT
Şərəfə kəndinin keçmiş adı Şərəfabad olmuş və təqribən 1870 -ci illərə qədər belə adlanmışdır. (E.Kondratenko- кафказский календарью тифлис 1902 ю Этнографическое карта ленкоранское уезда 1880 гг.). Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı)və abad (kənd) komponentlərindən düzəlib. Bu yanaşmaya görə kəndin yaranmasının Şərəf adlı şəxsin adı ilə əlaqəli olması versiyası da irəli sürülür. Lakin bu ad indiki Şərəfənin adı ilə əlaqəli deyil. İranda Şərəfabad adlı yaşayış məntəqələri çoxdur. Lakin Şərəfəlilər öz əcdadlarının İranın hazırda Şərqi Azərbaycan ostanlığındakı Vərziqan şəhərinin Şərəfabad kəndindən ( Ərdəbil şəhərinə yaxın) olduğunu qəbul edirlər. (Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.)
Şərəfə kəndinin adlanmasına aid müxtəlif ehtimallar vardır. Birinci versiyaya görə Səfəvi hakimiyyətinə həsr olunmuş “Şərəfnamə” əsərinin müəllifi, dövlət xadimi və tarixçi olan Şərəf xanın adı ilə əlaqəli ola bilər. Şərəf xan Qum şəhərində 1543 -cü ildə qızılbaş ələvi ailəsində anadan olmuş, 1603-cü ildə isə vəfat etmiş və Türkiyənin Bitlis şəhərində Şərəfiyyə Külliyəsinin həyətindəki türbədə dəfn olunmuşdur. 8 yaşından Təbrizdə xan sarayında təhsil almış Şərəf xan bacarıqlı idarəçi olmuşdur. O, Səfəvi hakimiyyətinin tapşırığı ilə müxtəlif əyalətlərdə vali kimi fəaliyyət göstərmiş, hakimiyyətdən xeyli hədiyyələr qazanmışdır. Hazırda İranda yerləşən Şərəfabad adlı kəndlərin adının əsasən Şərəf xan ilə əlaqəli olduğu qəbul edilir.
Şərəfə toponiminin mənasının təhlili “Şərəfə və onun layiqli övladları” kitabında (müəlliflər: Samir Məmmədov və Naidə Məmmədova) iki mənada təqdim olunur:
1. Xəzər dənizi sahilinə yaxın yerləşdiyinə görə “dənizə açılan eyvan” mənasında başa düşülə bilər. Bu, Xəzər dənizinin səviyyəsi yüksək olan dövrdə kəndin dənizə yaxın məsafədə yerləşməsi ilə əlaqədar ola bilər.
2. Digər mənada isə Şərəfə sözü məscid minarələrinin yuxarı hissəsində yerləşən və azan vermək üçün tikilən dairəvi, dəmir və ya daşdan sürahiləri (mühəccər) olan yeri ifadə edən - ”yüksək, şərəfli yer” kimi başa düşülə bilər.
ŞƏRƏFƏ KƏNDİNİN YARANMA TARİXİ
“Şərəfə və onun layiqli övladları” kitabına istinad etsək (müəlliflər: N.Ş.Məmmədova və S.Ş. Məmmədov): Şərəfə kəndinin sakinləri Ərdəbilin yaxınlığında yerləşən Şərəfabad kəndindən köçüb gəlmişlər. Şərəfə kəndinin XVI əsrin I rübündən gec olmayaraq salınması güman edilir. Şərəfabad adı sonralar Şərəfə kimi formalaşmışdır.
Şərəfə kəndinin yaranma tarixi Seyid Nəbiyəddin Ərdəbili və onunla birgə Ərdəbildən (İranın indiki Vərzaqan şəhristanının Şərəfabad kəndindən) köç etmiş yeddi ailənin bu ərazidə məskunlaşması ilə əlaqədardır. Seyid Nəbiyyəddinin yeddinci imam Museyi Kazımın nəslindən olduğu bildirilir. Şiə məzhəbinin möhkəmləndiyi həmin dövrlərdə adi insanlar imam nəslindən olanlara xüsusi hörmət bəsləyir, onların ardınca gedirdilər. Ona görə də əshabaları arasında Seyid Nəbiyəddin böyük hörmətə malik idi. Hazırda onun məzarı Çaxırlı kəndində yerləşən qəbristanlıqdakı təpədədir. Yerli əhali və Şərəfəlilər oranı ziyarətgah kimi qiymətləndirir.
| |
Seyid Nəbiyyəddin Ərdəbili piri | Seyid Nəbiyyəddin Ərdəbilinin məzarı |
Seyid Nəbiyəddin ilə birgə hərəkət edən ailələr ilk olaraq Çaxırlı kəndinin şimal qərbindəki təpədə, hazırda “Yiyəsiz ocaq“ kimi tanınan ərazidə binə salmışlar. Sonrakı mərhələdə şərq istiqamətində hərəkət edərək, əvvəlcə Banbaşı kəndi, sonra isə indiki Xocavar kəndinin ərazisində (“Qumlu bərə” deyilən yer), daha sonra isə müasir Şərəfənin cənubunda yerləşən “Köhnə Şərəfədə” (hazırda bu ərazi kənd qəbirstanlığıdır) məskunlaşmışlar. O dövrdə köç edən elatın harada yurd salması önəmli idi. Müqəddəs sayılan sacağın (sacaq - yemək bişirmək üçün dəmirdən hazırlanan üç ayaqlı dairəvi alət) atın üstündən yerə düşməsi şərəfəlilərin indiki ərazidə daimi məskunlaşması ilə nəticələnmişdir. Sacağın at belindən yerə düşməsi elat üçün xeyirliyə doğru bir işarə olmuş, bu yerin onlar üçün düşərli olacağına inanmışlar. İndiyədək Şərəfədə “sacaq düşdü, ocaq düşdü” deyimi məhşurdur.
Şərəfə kəndinin məskunlaşma tarixində iki versiya irəli sürülür:
1) Şeyx Nəbiyəddin və onunla birgə köç etmiş yeddi ailə 1492-1497-ci illər arasında Agqoyunlu dövlətinin hökmdarı olmuş Sultan Rüstəm Mirzənin təqibindən qaçaraq o vaxtlar sıx meşəliklə örtülü olmuş bu ərazilərdə məskunlaşmışlar.
2) Sultan Rüstəm Mirzənin hakimiyyəti illərində (1492-1497-ci illər) dövlətə xidmət müqabilində bəzi şəxslərə soyurqal - yəni, bəxşiş kimi torpaqlar verilirdi. İqtadan fərqli olaraq, soyurqal torpaqlar irsən keçir, sahibi isə dövlətə vergilərdən azad olunurdu. Doğma qardaşı Baysunqur ilə düşmən mövqeyində olan Rüstəm Mirzə Səfəvi soyundan olan sərkərdə və hörmət sahibi olan şəxsləri öz tərəfinə keçirmək siyasətini tətbiq edirdi. Ona görə də gənc, lakin böyük hörmət sahibi və imam nəslindən olan Seyid Nəbiyyəddinə torpaqları bəxşiş kimi verə bilmək ehtimalı da vardır. Seyid Nəbiyyəddin və onunla birgə köç etmiş yeddi ailəyə indiki Şərəfə və ona yaxın ərazidə məskunlaşması onlara verilən mükafat da ola bilər. ( И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв).
Müasir Şərəfə kəndinin yaranması aydın olsa da, ərazidə ilk məskunlaşma tarixinin tədqiq edilməsinə ehtiyac duyulur. Bunu kəndin şərq hissəsində “bağ” deyilən ərazidə və ya kəndin cənub-qərb hissəsindəki təpənin (kurqan) ətrafında tapılan və çox qədim tarixə malik olan saxsı qırıntıları, insan sümükləri və digər tapıntılar tələb edir. Hesab etmək olar ki, Xəzər dənizinin reqressiyasından (suyun geri çəkilməsi) əvvəl müasir Şərəfənin yerində məskunlaşma olmuşdur.
Kəndin tarixi abidələri:
1. Hacı İbrahim hamamı – XIX əsr memarlıq abidəsi. Tikintisi 1917-ci ildə Hacı Ağarəhim Qəmbəralı oğlunun maliyyə dəstəyi ilə (qeyd etmək lazımdır ki, bu işdə Hacı Ağarəhimə dostu, qonşu Bala Təklə kəndindən olan Hacı Nəhmət də maliyyə dəstəyi ilə dayaq durmuşdur), usta-memar, əslən Güney Azərbaycandan olan usta Həmzə tərəfindən inşa edilib. Təəssüf ki, hamam dağıdılmış və yerində yalnız qalıqları qalmışdır.
Şərəfə hamamı (1970-ci illər) |
2. Kənd məscidi:XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir (4932 nömrəli invertar sənədi ilə qeydiyyatdadır). Məscidin tikintisinin rəhbəri Molla Baba Axund, ustalardan isə seyid Məlik Məhəmməd, usta Hüseyn, usta Molla Allahverdi, şüşəçi usta Tağı olmuşlar. Bu məscid 1968-ci və 1989-cu illərdə kənd camaatından toplanan ianə hesabına restavrasiya edilmişdir. Hazırda Qafqaz Müsəlmanları idarəsinin tərkibində fəaliyyət göstərir.
Şərəfə məscidi restavrasiyadan əvvəl | Şərəfə məscidi restavrasiyadan sonra |
3. Mir Hüseyn məqbərəsi. Mir Hüseyn ziyarətgahı Şərəfə kənd qəbristanlığında yerləşir. Əslən Ərdəbil şəhərindən olan Mir Hüseyn 1860-cı ildə doğulmuş, 1925-ci ildə Şərəfə kəndində vəfat etmişdir. Məzarüstü məqbərə Rusiyanın Surqut şəhərində yaşayan şərəfəli Şükürov Əli İsrafil oğlunun xeyriyyəçiliyi ilə inşa edilmişdir.
Mir Hüseyn ziyarətgahı |
4. Şərəfə klubu - XX əsr memarlıq abidəsidir. 1955-ci ildə istifadəyə verilib.Vaxtı ilə Şərəfə kolxozu öndə getdiyinə görə dövlətimiz tərəfindən Şərəfə zəhmətkeşlərinə asudə vaxtlarını yaxşı keçirmək, istirahət etmək üçün hədiyyə edilmişdi. Bu mənada klub Şərəfəlilər üçün bir zəhmətkeşlik simvolu sayılır və çox dəyərlidir. Tikintiyə rəhbərliyi o vaxtkı kolxoz sədri Qurbanqulu Ağababayev etmişdir. Tikintidə usta Nikolay Çijikov, usta Nağı, usta Abdulla, Seyfullayev Cavad, Həsənli kəndindən Molla Abbas Fədai, rəssam və nəqqaşlardan Valentin və Novruz Axundov iştirak edib. Klubun pannolarını əməkdar incəsənət xadimi Ağa Mehdiyev çəkib. Həmən dövrdə xalq rəssamı Mikayıl Abdullayev də Şərəfədə yaradıcılıq ezamiyyətində olub. Çəkdiyi “Manqa başçısı Rəxşəndə” əsəri milli koloritinə görə yüksək qiymətləndirilib və hazırda Parisin Luvr muzeyində saxlanılır.
Sovet dövründə kolxoz (sonralar sovxoz) inzibati idarəsi burada yerləşirdi. Hazırda kəndin Mədəniyyət Mərkəzi bu klubda yerləşir. Lakin klubun tağlı tavanı tökülmüş, divarların rəngi solmuş, pəncərə şüşələri sınmış, döşəmə dağılmışdır. Klubun təmirə, daha mükəmməl restavrasiyaya ehtiyacı vardır.
Şərəfə klubu | Klubun interyeri |
5. Axund dəyirmanı - Dəyirmanı inşa etdirən 1806-cı ildə Şərəfədə anadan olmuş, Nəcəfdə mükəmməl ali mədrəsə təhsili almış Axund Molla Fəttahdır. Dəyirmanı su ilə təmin etmək üçün Axund Fəttah təpənin yanından kəndin ortası ilə cənub qurtaracağından şimala doğru arx çəkdirir. Arxın çəkilməsində ətraf kəndlərin camaatı da iməcilik adı altında iştirak etmişdir. Dəyirmanı uzun müddət Axund molla Fəttah özü işlətmişdir. Daha sonra isə oglu hacı Rəzzaq dəyirmana sahib olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra dəyirman müsadirə edilmişdir. Müxtəlif illərdə usta Ələkbər, Seyid Fəttah, Nüsrət kişi, Ağadadaş, Rəhimov Qulam, Məmmədov Rəsuldəyirmanda işləmişlər. Su dəyirmanından yalnız daşlar və su novunun ( su axınının hərəkət etdiyi daş yol) parçaları qalmışdır.
6. Mərasim evi
2018-1019-cu illərdə Şərəfə kənd ağsaqqalları və ziyalıların təşəbbüsü və kənd camaatının ianəsi ilə kənd qəbristanlığının yaxınlığında smeta lahiyə dəyəri 70 000 manatdan çox olan mərasim evi tikilib.
EKOLOJİ VƏZİYYƏTİN DƏYİŞMƏSİ
Tarixi faktlar sübut edir ki, Şərəfə kəndinin ərazisi bir zamanlar meşə və sıx kollarla örtülü olmuşdur. Bu barədə kəndin ilk alimi Mikayıl Əzimov xatirələrində söhbət açıb və kənddə axırıncı pələngin öldürülməsini öz gözləri ilə gördüyunu təsdiq edir. Lakin müəyyən zaman kəsiyində ərazinin təbii şəraiti çox dəyişmişdir. Bu da landşaftın dəyiməsinə səbəb olmuş və əhalinin həyat səviyyəsinə pis təsir etmişdir. Tarixi mənbələrin yazdığına görə 1871-ci ildə baş vermiş dəhşətli quraqlıq əkin sahələrinin kəskin azalmasına səbəb olmuşdu. Mənbələrdə Şərəfə kəndində 300 desyatindən 240-nın quraqlıqdan məhv olması bildirilir.
Məhəllələr:
Şərəfədə hər məhəllənin öz adı var: Vənlik, Şiri tingəsi, Dəyirman boyu, Təpə dibi, Qarabucaq, Qoşa palıd, Göygöl, Seyfulla palıdı, Əyri qarağac və s.
Kəndin ilk yüksək təhsil görmüş adamları:
Şərəfə kəndinin ilk ziyalıları mədrəsədə təhsil almış axundlar, mollalar olub. Bu təhsil ocaqlarının tarixi qədim Şərq mədəniyyəti ilə, ilk növbədə isə ərəb və fars təhsil sistemi ilə əlaqəlidir. Belə təhsil ocaqlarından biri də Şərəfə məscidinin nəzdində kənd camaatı tərəfindən mədrəsə adlandırılan dini məktəb olmuşdur.
Şərəfədə on bir orta təhsil, yeddi ali dini təhsil alan ruhani və bir müctəhid olmuşdur. Müctəhid Şeyx Əli İranda yaşadığından və orda da vəfat etdiyindən onun haqqında məlumat yoxdur. Lakin vaxtı ilə Axund Molla Qənbər təhsil aldığı dövrdə Müctəhid Əlinin yüksək mənsəb və hörmət sahibi olduğunu və hətta İran şahı ilə bir süfrədə nahar etdiyindən söhbət edirmiş.
Axund Molla Camal Kərimov İslam oğlu - 1884 cü ildə Şərəfə kəndində anadan olmuşdur. İlk dini təhsilini kəndin molla məktəbində almış, ərəb və fars dillərini öyrənmişdir. 1915-1920 ci illərdə əvvəlcə İraqın Nəcəf və sonra isə İranın Qum şəhərlərində ali dini təhsil almışdır. O, 1944-cü ildə 60 yaşında vəfat etmişdir.
Molla Fəttah Axund 1806-cı ildə Şərəfə kəndində anadan olmuşdur. İlk dini təhsilini kəndin molla məktəbində alıb. Ərdəbildə orta, Nəcəfdə ali dini təhsil alıb. Molla Fəttah öz evində dini məktəb açmış, kənd cavanlarının savad alması üçün burda dərs keçmişdir. Molla Fəttah Axund deyilənlərə görə, Lənkəran mahalının qazisi olmuşdur. Lakin onun bu fəaliyyəti barədə ətraflı məlumat almaq mümkün olmadı. Molla Fəttah Axund 80 yaşında -1886-cı ildə vəfat etmişdir.
Molla Baba Axund Zeynalabdin oğlu 1844-cü ildə Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini kəndin molla məktəbində aldıqdan sonra atasının arzusu və köməyi ilə İranın Ərdəbil şəhərinə gedərək orada ruhani məktəbində, sonra ali təhsil almaq məqsədi ilə İraqın Nəcəf şəhərində oxumuşdur. Ali təhsilini başa vurduqdan sonra 1886-cı ildə Şərəfə kəndinə qayıtmışdır.
Yaşlı adamların dediyinə görə, o zaman Bakı quberniyasında olan Baş qazinin qəza mərkəzlərində də qaziləri olmuşdur. O cümlədən, Lənkəran qəzasında fəaliyyət göstərən qazinin Masallı bölgəsi üzrə nümayəndəsi Molla Baba axund olmuşdur. Molla Baba axund 1917-ci ildə 73 yaşında vəfat etmişdir.
Molla Qənbər Məmmədsəfi oğlu
1875-ci ildə Şərəfə kəndində anadan olmuşdur. İlk təhsilini kəndin molla məktəbində almışdır. Böyük qardaşı Rəhim özünün maddi köməyi ilə Qənbəri mədrəsə təhsili almaq üçün Şərqin elm mərkəzlərindən olan Zəncana göndərir. Sonra o, Ərdəbil şəhərində oxuduğu beş il müddətində ərəb, fars dillərini, İslam tarixi və ilahiyyat elimlərini mükəmməl öyrənir. Təhsilini bitirdikdən sonra doğma kəndi Şərəfəyə qayıdır. Yaşlı adamların dediyinə görə, o, çox xeyirxah insan olmuş, aclıq illərində çıxılmaz vəziyyətdə qalanlara maddi köməklik göstərmişdir. Molla Qənbər uzun ömür sürmüş, 1978-ci ildə 103 yaşında vəfat etmişdir.
Molla Əli Axund Vəliyulla oğlu 1878-ci ildə anadan olmuşdur. O, ibtidai təhsilini kəndin molla məktəbində alıb, ardınca Ərdəbildə orta ruhani məktəbində, Tehran Univeristetində ali ruhani təhsil almışdır. Burada mükəmməl tibbi təhsil də verilirdi. Ona görə də Molla Əli Axund 1912-ci ildə Şərəfə kəndinə həm də bir həkim kimi qaytmışdır. Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində ilk dəfə xəstəxana binası tikilmişdir. Yüzlərlə xəstəyə şəfa verən Molla Əli Axund özü sağalmaz xəstəliyə düçar olur. 1927-ci ildə 49 yaşında Bakı şəhərində vəfat etmiş və Bibiheybət qəbrıistanlığında dəfn edilmişdir.
Molla Səməd Axund - Azərbaycandan kənarda ali təhsil alan ruhanilərdən biri də Molla Səməd olmuşdur. Molla Səməd Axund Kərbəlayi Cəfər oğlu 1890 –cı ildə Şərəfədə doğulub. İbtidai təhsilini Şərəfə kəndində mollaxanada aldıqdan sonra atası Kərbəlayi Cəfər kişi oğlunun elmə həvəsini görüb onu Ərdəbil şəhərində orta ruhani təhsili almağa göndərib. Burada ərəb-fars dilləri ilə yanaşı şəriəti, ədəbiyyatı, İslam dininin tarixini də öyrənib. Mədrəsədə orta ruhani təhsili aldıqdan sonra İranın Zəncan şəhərində Ali ruhani təhsili alıb. Dini elmlərlə yanaşı dünyəvi elmlərə də böyük həvəs göstərən Molla Səmədi müəllimləri ona qalıb müctəhidlik dərəcəsi almağı tövsiyə ediblər. Lakin atasının maddi imkansızlığı bu arzunu həyata keçirməyə imkan verməmiş,1920-ci ildə Şərəfəyə qayıtmışdır. Ovaxtkı digər mollalar kimi o da yas mərasimlərindən qazanc əldə etmək fikrində olmamış,1930-cu ildə kolxoz yarandıqdan sonra kənddə taxıl qarovulçusu işləmişdir. 1961-ci ildə 71 yaşında vəfat etmişdir.
Molla Dəyyan Axund 1897-ci ildə anadan olmuşdur. Əvvəl Ərdəbil şəhərində, sonra Tehran şəhərində Darülfündə oxuyur. Riyaziyyat, nücum, təbabət elimlərini yüksək dərəcədə mənimsəyən Molla Dəyyan Axunda ruhaniliklə bərabər həkimlik etmək hüququ da verilir. 1926-28 ci illərdə bir çox kəndlərdə yaranan sovet məktəblərində dərs verən müəllimlərin əksəriyyəti molla Dəyyan axunddan riyaziyyat elmini öyrənirdilər. Molla Dəyyan axundu da 1930- cu illərin repressiyası zamanı ciddi sarsıntı keçirərək xəstələnir və 1931-ci ildə vaxtsız dünyadan köçür.
Molla Allahverdi Əbülqasım oğlunun təvəllüdü məlum deyil. Tehran şəhərində mühəndislik və təbabət elmləri üzrə təhsil almışdır. Yüksək riyazi savadı olmuşdur. Çar Rusiyası dövründə ərazidə həkim olmadığından Molla Allahverdinin həkimlik fəaliyyəti ətraf kəndləri də əhatə edib. Mühəndislik və yerölçmə işinin bilicisi kimi də o dövrdə xüsusi fəaliyyət göstərib. 1921-ci ildə torpaqların kəndlilərə bölüşdürülməsi işində fəal iştirak edib. İnşaat işini də yaxşı bildiyindən kənddə bir çox tikintilərin inşasına rəhbərlik edib. Şərəfə məscidinin tikintisi zamanı onun minbərini nəfis şəkildə işləyib hazırlamışdır.
Kənddə ilk məktəbin açıldığı tarix:
Sovet hakimiyyətinin qurulmasından əvvəl kənddə dini elmləri öyrədən mədrəsə fəaliyyət göstərib.
İlk dünyəvi məktəb 1921-ci ilin avqustunda Mirzə İsmayıl Əzimov tərəfindən açılmışdır. İlk məktəb iki otaqlı, iki sinifli olub, əvvəllər məscidin nəzdində olan mədrəsədə yerləşib. Bu siniflər üçün lazımi təchizatlar Mirzə İsmayılın atası, təcrübəli dülgər olan Məhəmmədbağır və oğlu Əzim tərəfindən hazırlanmışdır.
İkinci məktəb binası 1959-60-cı illərdə Sabir adına kolxozun sədri Ağababayev Qurbanqulunun rəhbərliyi altında iki kəndin mərkəzində inşa edilib. Məktəb bir mərtəbəli olsa da, çoxlu tədris otaqlarından və yardımçı binalardan ibarət olub. Xankişiyev Əyyub Soltan oğlunun direktorluğu dövründə inşa edilmişdir.
Üçmərtəbəli, lazımi avadanlıqlarla təchiz olunmuş üçüncü məktəb binası 1986-cı ildə tikilib istifadəyə verilmişdir. Bu binanın Şərəfədə inşa olunmasında “Azərkənd” Tikinti Birliyi 3 saylı trestin rəisi, sonradan ixtisaslaşdırılmış layihə, sənaye-tikinti kombinatının direktoru Tofiq Feyzullayev və mühəndis-topoqraf, geodezist Şakir Qəmbər oğlu Məmmədovun məktəbin layihəsinin Şərəfəyə salınması təklifi və aparılan tikintiyə rəbərliyi sayəsində mümkün olmuşdur. Məktəb Qabil Məmmədovun direktorluğu dövründə inşa edilmişdir.
Şərəfənin ilk məktəbi | İkinci məktəb binası | Hazırkı məktəb |
Şərəfə məktəbinin ilk müəllimləri:
Nəzirməmməd Bəşir oğlu Məmmədəliyev –ilk əməkdar müəllim (Mirzə Nəzir müəllim)
1896-cı ildə Səmidxan kəndində anadan olub. 1913-cü ilə kimi yeddi il molla məktəbinə gedib. 1918-1919-cu illərdə Lənkəran şəhərində dini mədrəsə açıb və orada müəllim kimi də çalışıb. 1921-ci ildə Lənkəranda açılmış pedaqoji kursda oxuyub, müəllimlik peşəsinə yiyələnib.1921-ci ildən 1930-cu ilə kimi Şərəfə ibtidai məktəbində əvvəlcə müəllim və sonra müdir vəzifəsində çalışıb. Mirzə İsmayılla birgə savadsızlığı ləgvetmə kursları yaratmışdır. Bu kurslara qadınların cəlb olunmasında böyük fəaliyyət göstərmişdir. Savadsızlıqla mübarizəyə görə 1922-cü ildə “Zərbəçi”adı ilə mükafatlandırılır. 1932-ci ilə kimi Səmidxan ibtidai məktəbində müdir, 1932-ci ildən 1934-cü ilə kimi Təzə Alvadı kənd məktəbində direktor, 1934-cü ildən 1935-ilə kimi Masallı rayon ibtidai və orta məktəb işçiləri Həmkarlar İttifaqının sədri, 1935-ci ildən 1937-ci ilə kimi Çaparidze adına kolxozda sədr vəzifəsində işləmişdir. Həmən ildən 1942-ci ilə kimi Oncakələ məktəbində, 1949-cu ilə kimi isə Səmidxan məktəbində direktor,1949-cu ildən 1950-ci ilə kimi yenidən Oncakələ məktəbində direktor vəzifəsini icra etmişdir. Həyatını doğma xalqının mədəniyyətinin, maarifinin çiçəklənməsinə həsr edən Nəzirməmməd müəllimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1942-ci ildə Masallı rayonunda ilk olaraq “Əməkdar müəllim” adına layiq görülmüş, sonralar “Qırmızı əmək bayrağı” ordeni ilə mükafatlandırılmışdırb.
Təzə alvadıda savadsızlıq kursunun ilk banisi
Ömrünün 93 ilinin 70 ilini xalqının maariflənməsinə həsr edən bu el ağsaqqalını daima məktəblərdə, uşaq bağçalarında, tarla düşərgələrində, rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə görmək olardı. Prinsipiallıq, ədalətlilik, düzlük - bu idi Nəzirməmməd müəllimin həyat devizi.
Mirzə İsmayıl Əzimov -Rayon Xalq Maarif Şöbəsinin ilk müdiri.
1900-cu ildə Şərəfədə anadan olub. 1907-1916-cı illərdə Şərəfə ruhani məktəbində təhsil alıb, 1921-ci ildə Lənkəranda pedaqoji təhsil alıb. 1927-ci ildə kommunist partiyası sıralarına daxil olub. 1927-ci ilə qədər Şərəfə məktəbində həm müdir, həm müəllim vəzifəsində işləyib. 1930-cu ildə Lənkəran Qəza Firqə (partiya) Komitəsinin qurultayında plenum üzvü seçilib, bundan sonra müəllimlikdən Masallı dairə Firqə Komitəsinin təşkilat şöbə müdiri vəzifəsinə irəli çəkilib.1930-cu ilin yayında Qəzaların ləğvi ilə əlaqədar Masallı inzibati rayonu yaradılıb və İ.Əzimov Rayon Maarif Şöbəsinə ilk müdir təyin edilib. 1933-1934-cü illərdə Rayon Partiya Nəzarəti Komissiyasında işləyirb. 1934-cü ildə Lənkəran şəhər 3 saylı orta məktəbində direktor, Lənkəran Pedaqoji Texnikumunda isə ilk partiya təşkilat katibi vəzifələrində çalışıb. Sonradan Masallı rayonuna göndərilərək Masallı Rayon İcraiyyə Komitəsi sədrinin müavini, müxtəlif illərdə Rayon Torpaq Şöbəsinin müdiri, Nazirlər Sovetinin Masallı Rayonu üzrə Tədarük müvəkkili, Rayon İcraiyyə Komitəsinin müvəqqəti sədri işləyib. 1943-cü ilin əvvəlində öz doğma kəndində kolxoz sədri vəzifəsini icra edib. Rayon mərkəzindən kəndə çəkilən ilk yolun da təşəbbüsçüsü və rəhbəri olub. 1950-ci illərdə Şərəfə kənd yeddillik məktəbində saldığı tədris-təcrübə sahəsi respublikada ən yaxşılardan olduğu üçün Mirzə İsmayıl müəllim bir neçə şagirdlə birgə Moskvaya SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinə göndərilib. Məsul vəzifələrdən sonra ömrünün sonuna qədər Masallı, Boradigah, Şərəfə məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub.
Bəşirov Məmməd Nəzir (Məmmədnəzir) oğlu – Masallı rayonunda ilk SSRİ-nin Maarif əlaçısı
1928-ci ildə Masallı rayonunun Şərəfə kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutun təbiət-kimya fakültəsini bitirib. 1950-ci ildən 1958-ci ilə kimi Masallı rayon 1 saylı orta məktəbində müəllim, direktor, RXTŞ-də metodist, metodkabinetin müdiri işləmişdir. 1958-ci ildə ömrünün sonuna kimi Şərəfə kənd orta məktəbində təbiət-kimya müəllimi işləmişdir. Təbiət dərslərində apardığı təcrübələr zamanı əldə etdiyi nailiyyətlərə görə 1955-ci ildə SSRİ Təhsil Nazirliyinin “Miçurin” medalı ilə mükafatlandırılıb.1979-cu ildə “Sosializm yarışının qalibi, 24 sentyabr 1984-cü ildə Masallı rayonunda ilk olaraq “SSRİ-nin Maarif Əlaçısı” döş nişanları ilə təltif olunub. 1981-ci ildə metodist-müəllim adını almışdır. 31 yanvar 1989-cu ildə “Əmək veteranı” medalına layiq görülüb.
Şərəfə məktəbinin ilk qadın direktoru Məmmədova Solmaz Hilal qızı olmuşdur.
Şərəfə məktəbinə rəhbərlik etmiş şəxslər:
1.İsmayıl Əzimov 2. Nəzirməmməd Məmmədəliyev 3. Qasım Qafarzadə 4. Zeydulla Cəfərov 5. Qasım Abbasov 6. Nəcəf Əlizadə 7. Xanbaba Məmmədov 8. Zülfüqar Əhmədov 9. Fəyyaz Ələkbərov 10.Əlqiyas Mahmudov 11. Adəm Seyfullayev 12.Höccət Əbilov 13.Firudin Zamanov
14. Habil Ələkbərov 15. Məhərrəm Məmmədov 16.Məmməd Bəşirov
17.Əyyub Xankişiyev 18.Solmaz Məmmədova (Şərəfə məktəbinin ilk qadın direktoru) 19. Məmmədəli Ağayev 20. Elşad Əsgərov 21. Nəsir Abbasov 22.Qabil Məmmədov 23.Fatma Cəbrayılova 24.Əşrəf Möhsümov
25.Taleh Əkbərov 26.Gülcan Kərimova
Şərəfə məktəbində “Buraxılış yubileyləri” ənənəsi
Bu gözəl ənənənin əsası 1961-ci ildə orta məktəbi bitirənlər tərəfindən qoyulmuşdur. 20 il sonra (1981 -ci il) may ayının 25- də “Son zəng günü” Şərəfə məktəbdə onların görüşü keçirilmiş, daha sonralar bu tədbir geniş miqyas almışdır. Bundan sonra 10 illik yubilyarlar da bu ənənəyə qoşulur. Adətən görüşlər iki hissədən: rəsmi və bədii hissədən ibarət olur. Yubilyarlar tərəfindən müəyyən vəsait toplanır və bu vəsait kəndin və məktəbin abadlaşmasına sərf olunur. Tədbir təhsil aldıqları məktəbdən və dünyasını dəyişmiş müəllimlərə ehtiramlarını biıdirmək üçün qəbrüstü ziyarətdən başlanır.
Yubliyarlar həmçinin təqaüddə olan müəllimlərini ziyarət edir və ya onları tədbirə dəvət edirlər.
“20-10 illik yubilyarların” müxtəlif illərdə kənddə etdikləri xeyriyyə işləri:
1. Kəndin küçələrinin işıqlandırılması;
2. Kəndin girəcəyində ünvan lövhəsinin tərtib edilməsi;
3. Məktəbdə sinif otaqlarının təmir olunması;
4. Uşaq bağçasında otaqların təmir edilməsi;
5. Məktəbdə təmizlik-sanitariya otaqların təmir olunması;
6. Uşaq bağçasında təmizlik-sanitariya otaqların təmir olunması;
7. Uşaq bağçasında əyləncə meydançasının salınması;
8. Qəbristanlığa gedən yolların çınqılla örtülməsi;
9. Qəbristanlıq yaxınlığında artezian quyusunun qazılması;
10. Şəhid lövhələrinin düzəldilməsi;
11. Şəhid Valeh Kərimovun xatirəsinə bulağın inşa edilməsi;
12. Şəhid məzarları üzərində bayraq dirəklərinin ucaldılması və s.
Şəhid Valeh Kərimovun xatirəsinə bulaq, 1979-cu il məzunlarından xatirə. |
ŞƏRƏFƏLİLƏRİN İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI
İkinci Dünya müharibəsində Şərəfə kəndindən 113 nəfər iştirak etmişdir. Cəbhəyə gedənlərdən 69 nəfər itkin düşmüş və ya qara kağızı gəlmişdir.
49 nəfər sağ qayıtmışdır.
Kərimov Zəki Camal oğlu (1917-2014) –
İlk dəfə olaraq 1939 cu ildə Finlandiya müharibəsinə getmişdir. O, müharibə illərində “Böyük vətən müharibəsi veteranı” medalı (1941-1945), Böyük vətən müharibəsi qələbəsinin 30, 40, 50, 60 və 65 illiyi ilə əlaqədar medalları, “Kiev şəhərinin müdafiəsi” ordeni, “Stalin qələbə medalı”, “Əmək veteranı medalı” və sair dövlət mükafatları almışdır. Camal Kərimov Azərbaycanın böyük mütəfəkkirlərinin və şairlərinin şeirlərini əzbər bilərdi. Bir çox dillərdə sərbəst danışırdı (Ukrayna, Alman, İtaliya və sair).
Əliş Səfərov – mayor rtütbəsində müharibədən qayıtmışdır.
1942-ci ildən 1945-ci ilədək müharibədə iştirak eləmişdir. 1948-ci il yanvar ayından 1983-cü ilədək Azərbaycan Dəmiryolları İdarəsinin xətti ilə Bakıda, İmişlidə, Ağcaqabulda, Ələtdə və Naxçıvanda yanğından mühafizə işində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şöhrət” ordeni və “Böyük Vətən Müharibəsi” ordeni, 1-ci Dərəcəli Döyüş medalları ilə təltif olunub.
QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİDLƏRİ, QAZİ VƏ VETERANLARI
II Qarabağ müharibəsində Masallı rayonu üzrə Prezidentin sərəncamı ilə 2 nəfər əsgərimiz Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Onlardan biri də Ərazinin Ağakişibəyli kəndundən olan polkovnik-leytenant Ramiz Cəfərovdur ki, hazırda nəşi II Fəxri Xiyabanda uyuyur.
I Qarabağ Müharibəsində iştirak edənlər:
Məmmədov Rəhim Qafur oğlu - tibb xidməti polkovniki.
1945-ci ildə doğulub. 1971-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasının rəisi, DİN qospitalının müalicə şöbəsinin rəisi vəzifələrində çalışıb. “Səhiyyə əlaçısı”, “Polis əlaçısı” nişanları, “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.
Qurbanov Alı Cəfər oğlu - tibb xidməti polkovnik-leytenantı.
Ağayev Azad Ağahüseyn oğlu– tibb xidməti polkovnik-leytenantı.
1958-ci ildə doğulub. Cəlilabadda Narkoloji Dispanserin Baş həkimi olub. 1993-cü ildə könüllü olaraq I Qarabağ müharibəsinə qatılıb. Elə o vaxtdan MTN-in Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində tibb xidmətinin rəisidir.
İlqar Qabil oğlu Məmmədov - mayor
İmran Baba oğlu Hüseynov - kapitan
Ülvi Məmmədəli oğlu Ağayev - baş leytenant
Mehralı Elşad oğlu Əsgərli - leytenant
Mürşüd Şahverdiyev - leytenant
Cavanşir Mehdiyev - baş çavuş
Babayev Ağabala Sadıq oğlu - qazi
Həsənov Qılman Həsən oğlu - qazi
Quliyev Abış Allahyar oğlu - qazi
Əhmədov Daşqın Allahyar oğlu - qazi
İmanov Saday Nəzər oğlu - qazi
Babayev Saleh Sadıq oğlu - qazi
Zeynalov Şahin Zeynal oğlu - qazi
Əbilov Nicat Təzəxan oğlu - qazi
Əliyev Valeh Ağaqulu oğlu - qazi
Ceyhun Sudeyif oğlu - qazi
Xəlilov Əbilov Hüsaməddin
Mustafayev Abbas Fətulla oğlu
İsmayılov Qəhrəman Həmzə oğlu
Qorxmaz Mustafayev
Vəliyev Gülbala Vəli oğlu
Kərimov Yalçın Ağa oğlu
Ağayev Zülfi Məmmədəli oğlu
Bəşirov Qəşəm Məmməd oğlu
MəhərrəmNağıyev
Qadir Məmmədov
Cavanşir Möhsümov
Zahir Kərimov
Cəbrayılov Üzeyir Cəbrayıl oğlu
İsa Bağırov
Yadulla Ağamoğlanov
Əbilov Azər Sadiq oğlu
Əbilov Mais Sadıq oğlu
Vaqif Məmmədov
Ziya Zeynalov
Vazeh Şirinov
Natiq Məmmədov
İsayev Ramiz
Cəfərov Ağamoğlan
Fəyyaz Cəlilov
Nüsrət Kərimov
Yasər Kərimov
Rövşən Möhsümov
I Qarabağ müharibəsi şəhidləri
Kərimov Valeh Qulamhüseyn oğlu
1962-ci ildə Şərəfədə anadan olub. Şərəfə orta məktəbində ilk təhsilini alıb. 1980-82-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1984-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsində işə başlayıb. Könüllü olaraq müharibəyə gedib. Valeh Ağdamın Sirxavənd kəndinin azad olunmasında keçirilən ağır əməliyyat zamanıı itgin düşüb.
Xəlilov Hüsaməddin Xəlil oğlu
1961-ci ildə Şərəfədə anadan olub. VIII sinfi bitirdikdən sonra Bakı şəhərində texniki-peşə məktəbində təhsilini davam etdirir. Yunan-roma güləşi üzrə idman ustası normasını yerinə yetirib.1980-ci illərdə Sovet ordusu sıralarına çağırılıb. 1993-cü ilin fevral ayında Ağdərə bölgəsində leytenant Azər İbrahimovun rəhbərlik etdiyi kəşfiyyat qrupunda döyüşüb. 1993-cü ilin 28 martında bölüyün 20 döyüşçüsünü ölümün pəncəsindən xilas etmişdir. 1993-cü ilin aprelin 8-də şəhid olub. Məzarı Şərəfə qəbristanlığındadır.
II Qarabağ müharibəsi veteranları
1.Hadıyev Qəşəm Hamil oğlu, 2. Həsənov Azər Əflatun oğlu, 3. Cəfərov Rüstəm Elsevər oğlu, 4. Mənsimov Fuad Polad oğlu, 5. Cəfərov Zülfiqar Ağamoğlan oğlu, 6. Musayev Əli Rafael oğlu, 7. Şirəliyev Samir Fərhad oğlu, 8. Zeynallı Şəmistan Şahin oğlu, 9. İsgəndərov Elmir Cərraf oğlu, 10. Əsgərov Mircəmal Baxış oğlu, 11. Səmədzadə Elməddin Hikmət oğlu, 12.Qasımzadə Ümüd İman oğlu, 13. Ağababayev Merac Sərdar oğlu, 14. Xəlilli Kamran Nazir oğlu, 15. Abasov Emil Elman oğlu, 16. Zeynalov Nəsimi Nizami oğlu17. Möhsümov Elçin Səlahəddin oğlu,18. Ağazadə Fərid Azər oğlu, 19. Cəfərov Camal Rauf oğlu, 20. Mehdiyev Ülvi Nizami oğlu, 21. Kərimov Ülvi Əkrəm oğlu, 22. Nəcəfov Selnur Arif oğlu, 23. Piriyev Qulamhüseyn Rəhmət oğlu, 24. Camalov Əmrah Əfqan oğlu, 25. İbişov Sadiq Eldəniz oğlu, 26. Qurbanov Seymur Münasib oğlu, 27. Nəsirov Orxan Abı oğlu, 28. Hətəmov Vüsal Rasim oğlu 29. Qurbanov İlkin Alim oğlu 30. Qurbanov Telman Çingiz oğlu, 31. Şahverdiyev Kənan Azad oğlu 32. Ağakişili Əsgər Əşrəf oğlu 33. Qarayev Kənan Qoşqar oğlu 34. Mustafayev Eldəniz Şəfi oğlu 35. Mənsimli İlqar Vidadi oğlu 36. Əzizov İlham Fərrux oğlu 37. İbişov Nofəl Rüstəm oğlu 38. İsmayılov Neman Nizami oğlu 39. Əsgərov Vüsal Dəyyan oğlu 40. Yarıyev Cəmil Damət oğlu, 41. YariyevAmid Aməd oğlu 42. Cabbarov Seymur Samir oğlu 43. Xəlilzadə Cəmil Qismət oğlu 44. Kərimov Elnur Yalçın oğlu 45. Məmmədov Elgün Qüdrət oğlu 46. Əliquliyev Orxan Yadigar oğlu 47. Hüseynov Kamran İmran oğlu 48. Məmmədov Vüqar Umudəli oğlu.49. Zeynalov Qulam Əsədağa oğlu 50. Zeynalov Sahib Əsədağa oğlu.
II Qarabağ müharibəsi şəhidləri
Vəliyev Ramazan Hilal oğlu
18 iyun 1995-ci ildə Türkmənistanda anadan olub. 2013-cü ildə Şərəfə kənd tam orta məktəbini bitirib. 2012-2015-ci illərdə Bakı Dövlət Dənizçilik kollecində oxuyub. Kolleci bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətinə görə çavuş rütbəsini qazanıb. 27 sentyabrda işlədiyi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXQH çavuşu kimi döyüşlərə qatılıb. Ramazan Qubadlı və Şuşa uğrunda gedən döyüşlərə qatılır. Döyüş bölgəsinə yaxınlaşan avtobusa düşmən tərəfindən hücum edilir və nəticədə 23 hərbiçidən 17 nəfər şəhid olur, 6 nəfər sağ qalanların içərisində ağır yaralı Ramazan da olur. Sağalmağını gözləmədən Ramazan tez bir müddətdə döyüş bölgəsinə qayıdır. Şuşa alındıqdan sonra şəhərin təmizlənməsi ilə bağlı əməliyyat apararkən düşmənin qurduğu hiylənin qurbanı olur. 2020-ci il dekabr ayının 1-də Masallı rayonunun Şərəfə qəbristanlığında dəfn olunub. Ramazan Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidlər lövhəsi-II Qarabağ müharibəsi | ||
II-Qarabag müharibəsinin qaziləri.
2-ci Qarabağ müharibəsində 7 əsgərimiz bədənin müxtəlif nahiyəsindən güllə və qəlpə yaraları alaraq müharibə qazisi olmuşlar:
- Zeynalov Qulam Əsədağa oğlu - Füzuli istiqamətində gedən döyüşlərdə bel nahiyəsindən yaralanmış,”Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
- Əliquliyev Orxan Yadigar oğlu - Murovdağ uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən yaralanmış, ”Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
- Əsgərov Mircamal Baxış oğlu - Zəngilan istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən yaralanmış, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
- Kərimov Ülvi Əkrəm oğlu - Goranboy istiqamətində gedən döyüşlərdə ayaq nahiyəsindən yaralanmış, ”Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
- Mehdiyev Ülvi Nizami oğlu - Goranboy istiqamətində gedən döyüşlərdə yarlanmış, ”Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
- Xəlilov Kamran Nazir oğlu - Şuşa istiqamətində gedən döyüşlərdə ayaq nahiyəsindən yaralanmış, ”Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
- İsgəndərov Elmir Cərrah oğlu - Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmış, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə”, ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Alimlər:
1. Ələkbərov Samid Fəyyaz oğlu - tibb elmləri doktoru, professor.
1959-cu ildə Şərəfə kəndində anadan olmuş, 1974-cü ildə Şərəfə orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Bakı Tibb Universitetinin bazasında olan 5 nömrəli kimya-biologiya təmayüllü liseyə qəbul olmuş, 1976-cı ildə oranı fərqlənmə ilə bitirmişdir. Həmin ili Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1984-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Moskva şəhərində müdafiə edərək tibb elmlər namizədi alimlik dərəcəsi alır. 2013-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onlarla elmi məqalə və patentin müəllifidir. Hazırda Moskva şəhərində 1 saylı Tibb Akademiyasının bazası olan 67 nömrəli klinik xəstəxanada 2-ci cərrahiyə şöbəsinin müdiri və professorudur.
2. Əzimov Mikayıl Bağır oğlu - baytarlıq elmləri namizədi. Kəndin ilk alimi.
1910-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İlk təhsilini evdə, ərəb və fars dillərini mükəmməl bilən atası Molla Məhəmmədbağırdan almışdır. Şərəfə kənd məktəbinin ikinci sinfinə götürülür. 1924-cü ildə Lənkəranda Darülmüəllimin 4-cü sinfinə qəbul edilib. 1929-cu ildə buranı xüsusu mükafatla bitirən Mikayıl 1929-31-ci illərdə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə şəhəri) kəndində müəllim işləyib. 1931-36-cı illərədə Moskavada Zoobaytarlıq İnstitutunun (indiki Baytarlıq Akademiyası) baytarlıq fakültəsində oxuyub. Moskvada Ümumittifaq Elmi-Tətqiqat Baytarlıq İnstitutunda, daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda parazitologiya şöbəsində assisent, sonra baş müləllim və kafedra müdiri vəzifələrində çalışmış, 1972-ci ildə təqaüdə çıxmışdır. Əzimov Mikayıl Bağır oğlu respublikamızda da baytarlıq sahəsində qazandığı uğurlara görə 1966-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətənin fərmanı ilə Azərbaycanın əməkdar baytar həkimi fəxri adına layiq görülmüşdür. M.Əzimov 1998-ci ildə dünyasını dəyişmiş, Gəncə şəhərində dəfn olunmuşdur.
3. Seyfullayev Sübhan Məmməd oğlu - iqtisad elmləri namizədi, kənddə ilk professor.
Sübhan Seyfullayev 1925-ci ildə Şərəfə kəndində anadan olmuşdur. II Dünya Müharibəsi iştirakçısıdır. Ağır döyüşlərin birində əsir düşür. Rur kömür hövzəsində işləyir. 1944-cü ildə əsir dostları ilə birgə əsirlikdən qaçaraq partizanlara qoşulur. Hazırda Fransanın Şerburq şəhərində müharibə qəhrəmanlarına dair xatirə lövhəsində S. Seyfullayevin də adı vardır.
S. Seyfullayev 1951-ci ildə Azərbaycan Dövlət Üniveristetinin İqtisadiyyat fakültəsini bitirmiş, əmək faliyyətinə sıravi mühasiblikdən başlayaraq Azərbycan Dövlət Plan Komitəsində məsul vəzifədə, Nazirlər Kabinetinin Mərkəzi Mühasibat İdarəsinin rəisi vəzifəsidə çalışmışdır. İşlədiyi dövrdə ciddi elmi tədqiqatlar aparmışdır. “Aqrar-sənaye birliklərində istehsalın rentabelliyinin yüksəldilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqdisad elmlər namizədi adını almışdır. 1971-ci ildə Xalq Təsərrüüfatı İnstitunda (daha sonra Azərbaycan İqtisad Universitetində) prorektor, kafedra müdiri vəzifələrində çalışmışdır. Ümumi elmi fəaliyyətinə, ali məktəblərdə dərs vəsaitləri və elmi məqalələrin sayına görə Ali Atestasiya Komissiyası tərəfindən professor elmi vəzifəsinə layiq görmüşdür. 300 dən çox elmi əsəri, 7 kitabı, 25 metodik vəsaiti çap olunmuşdur. 50-yə qədər məqaləsi xarici ölkələrin müxtəlif jurnallarında dərc edilmişdir. Subhan Seyfullayev 2003-cü ildə vəfat etmişdir.
4. Qurbanov Zəfər Cəfər oğlu - tibb elmləri namizədi, professor.
1945-ci ildə Şərəfə kəndində anadan olmuş, 1961-ci ildə orta məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Tibb İnstitutuna daxil omuş, 1967-ci ildə institutu müvəffəqiyyətlə bitirib, əvvəl Səhiyyə Nazirliyinin sərəncamı ilə Salyan şəhər xəstəxanasına həkim təyin olunmuş, bir ildən sonra isə Masallı şəhər xəstəxanasına göndərilmişdir. 1971-ci ildə Respublika Uroloji xəstəxananın ordinaturasına daxil olmuşdur. Zəfər Qurbanov uzun illər akademik M.Cavadzadənin adına olan Respublika Uroloji Klinik xəstəxanasında ali dərəcəli uroloq-cərrah kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə “Təkböyrəklilərin dispanser müşahidəsi“ mövzusunda elmi işini müdafiə etmişdir. Zəfər Qurbanov Respublika Uroloji Xəstəxanasında şöbə müdiri olmuşdur. Bolqarıstanda, Çexiyada, Rumıniyada, Almaniyada, Yaponiyada tanınan Zəfər Qurbanovun təşəbbüsü ilə Masallı xəstəxanasında rayonlararası ixtisasartırma uroloji mərkəz açılmış, bütün tibbi ləvazimatlarla təchiz olunmuşdur. Mərkəzdə çalışan uroloq həkimlərdən Müslüm Sadıqov, Cavanşir Mustafayev, Cəlil Nəzərov, Vidadi Mirzəyev onun yanında təcrübə qazanmışlar. Qurbanov Zəfər 2019-cu ildə vəfat etmişdir.
5. Ağababayev Saday Ağadadaş oğlu - kənd təsərrüfatı elmləri namizədi.
1939-cü ildə anadan olmuşdur. A. Saday 1954-cü ildə Şərəfə kənd orta məktəbinin 7-ci sinfini, 1957-ci ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Həmin il Gəncə Kənd Təsərrüffatı Texnikumuna daxil olmuş, 60-cı ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüffatı İnstitutuna daxil olmuş, 1965-ci ildə ali məktəbi də fərqlənmə diplomu ilə bitirmiş və təyinata əsasən institutda saxlanılmışdır. 1966-cı ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş və sonra institutun tədris-təcrübə sahəsində baş aqronom işləmişdir. Pambıqçılığın müxtəlif sahələrinə dair 6 elmi əsərin müəllifidir. Kənd Təssərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 2015- ci ildə vəfat etmişdir.
6. Ağayev Məmmədəli Hənnan oğlu - pedaqoji elmləri namizədi.
1937-ci ildə Şərəfə kəndində anadan olmuş, kənddə orta məktəbi bitirmiş, M.F Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna daxil olmuş və buranı 1963-cü ildə bitirmişdir. Xeyli müddət Masallının Şərəfə, Səmidxan, Həsənli və Qızılağac kənd orta məktəblərində müəllim, Şərəfə məktəbinin direktoru olmuşdur. 1978-ci ildə pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması Baş İstitutunda metodist, pedaqogika kafedrasının Baş müəllimi və dosenti vəzifəsində çalışmış, 10 ilə yaxın “Humanitar fənlər və tərbiyə işləri” fakültəsinin dekanı olmuşdur. 1977-ci ildə “Yuxarı sinif şagirdlərinin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. M. Ağayev Moskva, Kiyev, Vilnüs və başqa şəhərlərdə elmi-praktik konfranslarda, müşavirələrdə, pedaqoji mühazirələrdə çıxış etmişdir. O, 14 kitabın, onlarla elmi məqalənin müəllifidir. M. Ağayev 2014-cü ildə vəfat etmişdir.
7. Məmmədov Hafiz Hilal oğlu - biologiya elmləri namizədi.
1936-cı ildə Şərəfə kəndində anadan olmuş, 1955-ci ildə Masallı şəhərində orta məktəbi bitirmişdir. Məmmdov Hafiz Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirdikdən sonra 1968-ci ildə sənədlərini Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutunun “Bitki fiziologiyası” şöbəsinə verib aspiranturaya daxil olmuşdur. 70-dən çox elmi məqalənin müəllifi olan H.Məmmədov respublikada nəşr olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edirdi. Vətəndaş mövqeyini ifadə edən H.Məmmədov Respublikanın siyası arenasında öz sözünü deyə bilən ziyalılardan biridir. Onun vaxtilə erməni S.Kapitukyanın azərbaycanlılara qarşı təhqiramiz fikirlərinə cavabı ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. H. Məmmədov 2007-ci ildə vəfat etmişdir.
8. Xəlilov Abdul Oruc oğlu - fizika-riyaziyyat elmləri namizədi .
1940-cı ildə Şərəfə kəndində anadan olub. 1958-ci ildə APİ-nin fizika –riyaziyyat fakültəsinə daxil olub. Əla qiymətlərlə təhsil aldığına görə III kursdan etibarən Lenin təqaüdünə layiq görülüb. 1963-cü ildə ali təhsilini başa vurduqdan sonra Masallı rayonunun Yeddioymaq və Səmidxan kəndlərində müəllim kimi fəaliyyət göstərib. 1969-cu ildə Azərbaycan SSR EA qeyri-üzvi və Fiziki-kimya İnstitutunun yarımkeçiricilərin kimyası laboratoriyasında aspiranturaya daxil olub. 1982-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi alıb. 6 müəlliflik şəhadətnaməsi, 40-dan artıq elmi məqalənin müəllifidir. Almaniya, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələrdə konftranslarda çıxışlar edib. Azərbaycanın Qeyri-Üzvi, Fiziki-Kimya İnstitutunda, Ümumittifaq Maşınqayırma və Texnologiya İnstitutunun Bakı filialında, 13 saylı BRİ-də elmi işçi və ya müəllim kimi çalışmışdır.
9. Zamanov Fəyyaz Məzahir oğlu - iqtisad elmləri namizədi.
1940-cı ildə Şərəfə kəndində anadan olmuşdur. 1955-ci ildə Şərəfədə yeddiillik məktəbi bitirərərək Bakıda Sovet Ticarəti Texnikumuna daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini Moskvada A. Plexanov adına Moskva Xalq Təsəsrrüfatı İnstitutunda almışdır. 1966-cı ildə Bakıya qayıtmış və D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayaraq “İctimai iaşə” kafedrasının yaradılmasına nail olmuşdur. Yenidən Moskvaya qaydaraq təhsil aldığı İnstitutda aspiranturaya daxıl olmuşdur. “İctimai iaşə müəssisələrinin texniki təhcizat materialları ilə təmin edilməsinin təkmilləşdiriliməsi məsələləri” mövzusunda tanınmış alim A.T.Foslyakinin başçılığı altında namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonrakı dövrlərdə Moskvada məhşur olan müxtəlif restoranların - “Türkmənistan”, “Vosxod”, o cümlədən “Bakı” restoranın təsisşisçisi və direktoru olmuşdur.
10. Əzimova Armella Mikayıl qızı - biologiya elmləri namizədi.
21 mart 1950-ci ildə anadan olub. 1956-ci ildə Baki şəhər 134 saylı məktəbə daxil olub.1966-cı ildə ildə Gəncə şəhər 1 saylı məktəbi bitirib.
1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
1973-1976-cı illərdə Russiyanın Sankt-Peterburg şəhərindəki İ.M.Seçenov adına İEFİB İnstitutunda aspirantura təhsili alaraq, 1984-cü ildə namizədlik dissertasiyasını müdafə edib və biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. A. Əzimovanın tədqiqatlarının nəticələri İngiltərədə J.Vision Research jurnalında nəşr olunmuşdur. ABŞ -da görmə biokimya və biofizikası sahəsindəki alimlər bu tədqiqatla tanış olub bəyənmişlər. 90-dan çox elmi əsərin müəllifidir. Xarici ölkə jurnallarında,elmi konfranslarda 40-dan çox məqalə və məruzələrlə çıxış etmişdir.
O, Fiziologiya İnstitutunun Həmkarlar Təşkilatının katibi və Dissertasiya Müdafiə Şurasının üzvü olmuşdur.
11. Nəbiyev Adil Daxıl oğlu - texnika elmləri namizədi.
9 noyabr 1946-cı ildə Şərəfə kəndində anadan olmuşdur. 1964-cü ildə orta məkltəbi, 1969-cu ildə Azərbaycan Texniki Universitetini bitirərək mühəndis- mexanik ixtisasına yiyələnmişdir. Neft-maşınqayırma üzrə ümumittifaq miqyaslı Xüsusi Konstruktor Bürosunda əvvəlcə mühəndis-kostruktor vəzifəsindən elmi- tədqiqat layihə konstruktor şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. 1974-cü ildə Azərbaycan Neft Akademiyasında aspiranturaya daxil olmuş, namizədlik dissertasiyasını müdafiə edərək texnuki elmləri namizədi elmi adını almışdır. İşlədiyi müddətdə 21 ixtira və potentin, həmçinin, 17 elmi məqalənin müəllifidir. Fəxri ixtiraçıdır. İxtiralarına görə dəfələrlə fəxri fərman və medallarla mükafatlandırılmışdır. 1976-cı ildən Azərbaycan Texniki Universitetində, Azərbaycan Neft Akademiyasında mühazirələr aparıb. Mütəmadi olaraq xarici ölkələrdə elmi və xidməti ezamiyyətlərdə olub. 1998-ci ildən Azərbaycan Neft Şirkətinin Neft-Mədən avadanlığı istehsal edən maşınqayırma zavodunda texniki şöbənin müdiri vəzifəsində çalışıb.
12. Əkbərov Mehman Əsgər oğlu - fizika-riyaziyyat elmləri namizədi.
1942-ci ildə Şərəfə kəndində anadan olmuş, 1958-ci ildə orta məktəbi bitirmiş və həmən ili Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1963-cü ildə təhsilini başa vurub Cəlilabad rayonuna göndərilmişdir. Orta məktəbdə müəllim işlədiyi dövrdə respublikanın müxtəlif pedaqoji jurnallarında məqalələrlə çıxış etmişdir. Elmi-metodiji fəaliyyətinə görə M. Əkbərov 1965-ci ildə APİ-nin aspirantura şöbəsinə dəvət edilmişdir. Akademik M.N. Şahtaxtinskinin elmi rəhbərliyi ilə “Stibium-arsenum bərk məhlullarında yükdaşıyıcıların qalvanamaqnit xassələri və enerji spektri” mövzusunda dissertasiya işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. Uzun müddət AMEA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 70-dən çox elmi məqalənin müəllifidir.
13. Həsənov İsmayıl Cəfər oğlu - iqtisad elmləri namizədi.
1965-ci ildə Şərəfə kəndində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirərək Azərbaycan İnşaat Mühəndisləri İstitutuna daxil olmuşdur, 1989-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Gənc mütəxəssis kimi əvvəlcə İnşaat Mühəndisləri İnstitutunda elmi pedaqoji fəaliyyətə başlamışdır. Bir neçə kitab və 30-dan çox elmi məqalənin müəllifidir.
14. Seyfullayeva Nərminə Səftər qızı - pedaqoji elmlər namizədi, dosent.
1957 –ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib.
1982-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda, 1989-cu ildə isə Bakı Pedoqoji Kadrların İxtisasartırma İnstitutunda (BPKİİ) Coğrafiya kabinetinin müdiri vəzifəsində çalışıb. N.S.Seyfullayeva 2005-ci ildə AMEA-da Coğrafiya İnstitutunda «Coğrafiya fənninin tədrisində praktik təlim metodlarından istifadə» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, pedaqoji elmlər namizədi adını almışdır. N.S.Seyfullayeva 70 –ə qədər elmi məqalə, 28 proqram, orta və ali məktəb dərsliklərinin müəllifidir.
15. Seyfullayev İlqar Sübhan oğlu - iqtisad elmləri namizədi.
1959-cu ildə ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakıda 248 saylı məktəbi bitirmiş və Azərbaycan Xalq Təsərrüfatı İnstitununa daxil olmuşdur. 1988-ci ildə “Elmi-texniki tərəqqidəki yeniliklərin kənd təsərrüfatında tətbiq edilməsinin iqtisadi nəticələri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. İ. Seyfullayev 65 elmi məqalənin müəllifidir.
16. Ağababayev Müşfiq Saday oğlu - iqtisad elmləri namizədi.
1970-ci ildə anadan olmuşdur. 1987-ci ildə Bakıda orta məktəbi bitirərək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş,1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin İnstitututda aspiranturaya daxil olaraq, elmi işini müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Müşfiq Ağababayev Xalq Təsərrüfatı və Ural Dövlət Universitetində müəllimdir.
17. Nəbiyev Natiq Adil oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru. \
1979-cu ildə anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərində 2 nömrəli Texniki Humanitar Liseyi bitirmiş və Azərbaycan Texniki Universitetinin Mühəndis Biznesi və İdarəetmə fakültəsinə daxil olmuşdur. 2000-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında Nəzəri mexanika kefedrasında namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru adını almışdır. 19 elmi məqalənin və biri Avrasiya Patent Təşkilatına aid olmaqla 8 patentin müəllifidir. Neft və neft məhsullarının aşırılması əməliyyatlarının texniki-texnoloji baxımdan idarə edilməsi üzrə respublikada gənc və təcrübəli mütəxəssis kimi tanınır. Neft Məhsulları Bazalarının layihələrinin texniki-texnoloji hissələrinin işlənməsində Rusiya, Qazaxstan, Əfqanstan, Türkiyə, Gürcüstan, Türkmənistan və digər ölkələrlə əməkdaşlıq edir.
18. Əkbərov Əsgər Mehman oğlu – inşaat mühəndisliyi üzrə fəlsəfə doktoru.
1975-ci ildə Baki şəhərində anadan olub.1992-ci ildə Bakı şəhərində 63 saylı orta məktəbin məzunu olub. 1992-1997-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Üniversitetinin iqtisadiyatın idarə edilməsi fakültəsində oxumuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirmiş və həmin il Türkiyə Respublikasinda İstanbul Texniki Unversitetində magistr təhsili almışdır. Daha sonra İTU-da elmi tədqiqatla məşgul olmuş və 2005-ci ildə inşaat materiallarinın tədqiqi sahəsində dissertasiya müdafiə edib. Uzun illər Türkiyə Respublikasında öz ixtisasi üzrə özəl sektorda işləmişdir.
19. Mövsümova Təranə Fərahim qızı - biologiya üzrə fəlsəfə doktoru
19 iyun 1970-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1987-ci ildə Masallı 1 saylı tam orta məktəbini bitirmişdir. Məktəb komsomol təşkilatının katibi kimi Azərbaycan Komsomolunun qurltay nümayəndəsi olmuşdur. 1987-1993-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxumuşdur. 1998-ci ildə Ə.İ. Qarayev adına Fiziologiya İnstitutunun dissertantura şöbəsinə qəbul olumuşdur. 2006-cı ildə elmi işini müdafiə edərək biologiya elmləri namizədi elmi adını almışdır. 1998-ci ildə Bakı 1 saylı Tibb Kollecində müəllim və 2008-ci ildən Azərbaycan Universitetində dosent kimi fəaliyyət göstərir. 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 1 metodik göstəriş kitabının, 3 elmi kitabın və 50-dən çox elmi məqalənin müəllifidir. 2020-ci ildən Ə.Qarayev adına Fiziologiya İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
21. Piriyev Həzrətqulu Həmdəm oğlu – tibb elmləri namizədi.
22. Quliyev Mahmudağa Əbülfəz oğlu – iqtisad elmləri namizədi.
23. Piriyev Məzahir İbrahim oğlu – tibb elmləri namizədi.
24. Zamanov Yasin Fəyyaz oğlu – iqtisad elmləri namizədi.
Qəhrəman analar: Kənddə 21 nəfər Qəhrəman Ana vardır.
KƏNDİN MƏNƏVİ İRSİ:
FOLKLOR
Kəndin toy və el şənliklərində halayın xüsusi rolu olmuş və bu davam etməkdədir. Şərəfə halayının tarixi çox qədimlərə gedib çıxır.
Halay deyən xanımlar önu öz övladlarına ötürmüşlər. Kənddə halay deyişmələrinin ustalarından biri olan Mirzəyeva Göyçəyin qızı Səkinə və ondan sonra nəvəsi Elxanım uzun müddət birinciliyi saxlayıblar.
Hazırcavab halayçılardan Fatma xala və onun qızı Mədinə xanım, Rzayeva Xədicə, Kövkəb, Şövkət, Mədinə Seyfullayeva bacıları, Əkbərova Nənəxanım, Ağababayeva Umleyla, Məmmədova Kəklik, Piriyeva Bəsti, Abbasova Teyifə, Əhədova Tükaz, Rəsulova Fatma, Məmmədova Rəxşəndə, Xəlilova Nənəbacı, Cəlilova Nisəxanım və digərləri olmuşlar.
Sərəfə kənd mədəniyyət evinin direktoru Ağacavad Seyfullayevin rəhbərliyi ilə 1980-ci ildə “Halay” kollektivinin fəaliyyəti “Buta” sənədli filiminin çəkilməsinə nail oldu. Hazırda Respublika Televiziyasının qızıl fondunda saxlanılan bu filmdə iştirak edənlərin (Mədinə, Kövkəb, Pakizə, Valiyə, Həcər, Fatma, Nənəbacı və digərləri) əksəriyyəti dünyasını dəyişmişdir.
2012-ci ildən yenidən yaradılan “Halay” qrupuna Şərəfə kənd Folklor Evinin direktoru Dürdanə xanım rəhbərlik edir.
Tarzən Cavad Seyfullayevin yaratdığı dərnək uzun müddət fəaliyyət göstərmişdir. Rayonda ailə ansamblı kimi tanınan və Seyfullayev Əsəd, Seyfullayev Sadiq, Seyfullayev Namiq, Seyfullayev Ramil, Seyfullayev Laiqdən ibarət olan qrupun müsbət işi təqdirəlayiqdir.
Halay qrupunun növbəti çəkilişlərdən sonrakı xatirə şəkli |
Bəşirova Nazilə Nəzir qızı ölkədən xaricdə - Almaniyada Şərəfə kənd folklor ənənələrini davam etdirir. Azərbaycan-Almaniya Dostluq Cəmiyyətində Azərbaycan Diasporasının xətti ilə keçirilən tədbirlərdə milli adət-ənənələrimizin, onun maddi-mənəvi dəyərlərinin təbliği ilə məşğuldur.
Kənddə səhiyyə – Şərəfədə ilk tibb təhsili alan Molla Əli Axund Vəliyullah oğlu olmuşdur. Dərmanların hazırlanması və satışında isə Şərəfəli Mirzə Rəfi fərqlənirdi. O, təkcə Şərəfədə deyil, Masallı rayonunda ilk aptekin (o vaxtlar əttar dükanı adlanırdı) yaradıcısıdır. Kərbəlayi Cəfər isə sınıqçı kimi ətraf rayonlarda da tanınırdı. Dövlətə məxsus ilk tibb məntəqəsi Mədinə həkimin adı ilə bağlıdır. Əslən Bakı şəhərindən olan Məmmədova Mədinə 1941-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib təyinatla Bakıdan Şərəfəyə gəlir. O vaxtlar rayonda tügyan edən malyariya xəstəliyilə mübarizədə Mədinə həkimin rolu böyükdur. Sonralar “Şərəf nişanı” ordeni, “Əməkdar səhiyyə işçisi” adına layiq görülən Mədinə həkim Şərəfədə ailə qurmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Uzun müddət kəndin tibb məntəqəsi Kərbəlayi Dadaşın müsadirə edilmiş evinin iki otağında yerləşmışdir.
Şərəfədə müasir tələblərə cavab verən tibb məntəqəsinin Baş həkimi Vasif Tağıyevdir.
Tibb məntəqəsi
İNZİBATİ- İAŞƏ OBYEKTLƏRİ
Fəaliyyəti dayanmış regional əhəmiyyətli obyektlər:
Qarışıq yemlər zavodu,
Kompleks heyvandarlıq ferma tövlələri
Fəaliyyətdə olan obyektlər:
-Uşaq bağçası
- İcma mərkəzi
-Toyuq ferması
-İstixana
-Məişət evi
-Avtomobil təmiri sexi
- Tibb məntəqəsi
-Aptek
-Kitabxana
-“Kəndimiz” və “Kamran” şadlıq sarayları
-Ərzaq və digər mallar üzrə ixtisaslaşan marketlər
- Avtomobillərin və kənd təsərrüfatı maşın və avadanlıqlarının ehtiyat hissələri mağazası
Şadlıq sarayı-Kamran | Tibb məntəqəsi |
Şadlıq sarayı-Kəndimiz | Mərasim evi |
Kitabxana - Şərəfə kəndində Mədəniyyət Evinin nəzdində ( 1938-ci ildə) Həmkaralar İttifaqına aid ( 1950 -ci il) iki kitabxana mövcud olmuşdur. Birlikdə bu kitabxanaların kitab fondu 8200-dən çox olub. İlk kitabxanaçı kimi Məcidova Nənəbacı, daha sonra isə Əbilova Minayə, Əsədova Xavər və digərləri fəaliyyət göstərmişlər. Latın qrafikasına keçid, ölkədə iqtisadi vəziyyətin ağırlaşması nəticəsində 90-cı illərdə həmkarlar ittifaqına aid, 2015-ci ildə isə mədəniyyət evinə məxsus kitabxana bağlanmışdır.
Şadlıq sarayları - 2007-ci ilin may ayında sahibkar Ələkbərov Əsəd tərəfindən “Kəndimiz”, 2007-ci ilin aprel ayında isə sahibkar Vəliyev Əfqan tərəfindən “Kamran” şadlıq sarayları tikilmişdir. Bu saraylarda kəndin digər mədəni-kütləvi tədbirləri də keçirilir.
Folklor evi - 1955-ci ildən fəaliyyət göstərir. 1990-cı illərə qədər klub, daha sonra Mədəniyyət Evi adlanmışdır. 2012-ci ildən sonra isə Folklor evi adlanır. 1971-ci ildə Ağacavad Seyfullayev müdir təyin olunur. Klubda ansambl yaradıldı, “Halay” qrupu fəaliyyətə başladı. Qısa müddət ərzində A. Seyfullayev başda olmaqla oğlanları Əsəd, Əhsən, Sadiq və Namiq ilə birgə “Ailə ansamblı” respublikada tanındı. Folklor evinə Hüseynova Dürdanə də rəhbərlik etmişdir.
Uşaq bağças ı- İlk uşaq bağçası 1930- cu illərin ikinci yarısında Axund Qəmbərin müsadirə olunmuş evində açılıb. Bağçaya Gülazər Tagıyeva adlı qadın rəhbərlik edib. Daha sonra uşaq bağçası “Əjdər həyəti” adlanan ərazidə, müsadirə olunmuş evdə yerləşdirilib. Bağça Sarı Tərlan adlı cəsur bir qadın tərəfindən idarə olunub. Uşaq bağçası üçüncü dəfə Baloğlan Cəlilovun həyətində iki otaqdan ibarət dövlətə məxsus binaya köçürülüb. Bağçada Mənsumə və Bahar adlı kənd qadınları tərbiyəçi işləyib. Bağçanın növbəti yerdəyişməsi onun klubun binasında yerləşməsi ilə nəticələnib. Direktor Abbasova Meyxanımın rəhbərliyi dövründə Şərəfə uşaq bağçası xeyli genişləndirilmiş uşaqların və tərbiyiçilərin sayı artmışdır. Kərimova Təzəgül, İsayeva Səlimə, Cəfərova Sevinc adlı mütəxəssislər müəllim-tərbiyəçi kimi fəaliyyət göstərmişlər. Sonralar Şərəfə kənd uşaq bağçası üçün xüsusi bina inşa edilmişdir.
1747-ci ildə Nadir şahın ölümündən sonra yaranan Talış xanlığının Ərkivan mahalının tərkibinə daxıl olan digər kəndlər kimi Şərəfə kəndinin idarə olunmasında da kəndxuda əsas söz sahibi idi. Kərbəlayı Dadaş Şərəfədə uzun müddət kəndxudalıq eləmişdir. Kəndin mühafizə edilməsini darğa yerinə yetirirdi. Kəndlərin kəndxudalar tərəfindən idarə edilməsi sovet hakimiyyəti qurulana qədər davam etmişdir.
Sovetləşmənin ilk illərində kəndlərdə seçki yolu ilə seçilən “Yoxsul komitələri” daha sonra isə “Kənd inqilab komitəsi” yaradıldı. Şərəfədə ilk komitə sədri 1923-cü ildə Kamil Kərimov olmuşdur. Təsərrüfat artellərdə inkişaf etdirilirdi. 1927-ci ildə artellər kommuna ilə əvəz edildi.
1932-ci ildə Şərəfə kommunası kolxozla əvəz edilir. Şərəfə kolxozu 1953-cü ilə qədər Teymur Quliyevin, daha sonra isə Mirzə Ələkbər Sabirin adını daşımışdır. Kəndin idarə edilməsi “Kənd şurası” tərəfindən həyata keçirilirdi. 1964-cü ildə təsərrüfatıın idarə edilməsində kolxoz sovxoz ilə əvəz edildi.
M.Ə.Sabir adına kolxoz – sovxoz mövcud olduğu müddətdə 3 binada yerləşmişdir:
1. 1950-ci ilə qədər - Sovet höküməti tərəfindən müsadirə edilmiş Ağababa bəyin evində.
2.1955-ci ilə qədər - birlikdə inşa edilmiş 3 otaqlı binada.
3. 1955 - ci ildən Şərəfə kənd Mədəniyyət evinin binasında.
ŞƏRƏFƏ KƏNDİNİN TANINMIŞ SİMALARI
1950-ci ildə kənd şuraları “Kənd Xalq Deputatları Sovetləri” ilə əvəz edildi. Kənd sovetlərinin sədrləri əslində kənd camaatı tərəfindən seçilmirdi, “yuxarıdan” təyin edilirdi. Kənd sovetinin binası 1955-ci ilə qədər Kərbəlayi Dadaş bəyin müsadirə edilmiş evində yerləşmişdir. Daha sonra kənd soveti 1987-ci ilə qədər kolxozun ikinci binasında yerləşdirildi. 1987-ci ildən Kənd soveti üçün xüsusi bina tikilmiş və ərazi nümayəndəliyi də həmin binada yerləşdirilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə kəndin idarəetmə orqanı Rayin İcra Hakimiyyəti İnzibati Ərazi Dairəsi üzrə ərazi nümayəndəliyidir.
Şərəfə kənd şurası, Kənd XDS-nin sədri, RİH-in ərazi dairəsi üzrə icra nümayəndəliyinə başçılıq etmiş şəxslər aşağıdakılardır:
Abbasov Qasım Hüseyn oğlu –
1911-ci ildə doğulub. 1925-ci ildə Lənkəran Pedməktəbini, 1935-ci ildə Şuşa Gimnaziyasının tarix-coğrafiya fakültəsini bitirib. Uzun müddət Şərəfə məktəbində müəllim və direktor müavini işləyib. 1932-ci ildən Çaxırlı kəndində XDS sədri və 1942-ci ildən Şərəfə məktəbinin partiya təşkilat katibi və direktoru, Şərəfədə kolxoz sədri işləyib. 1961-ci ildə vəfat edib.
Ağababyev Qurbanqulu - Şərəfə kolxozunun sədri işləmişdir.
Məmmədov Qafil Vəli oğlu - Sabir adına sovxozun direktoru.
Seyfullayev Valeh Hüseyn oğlu - Şərəfə ərazi dairəsinin icra nümayəndəsi.
Ziyadov Əliməmməd Güləhməd oğlu - bələdiyyə sədri.
Rayonda:
Kərimov Həsən Ağa oğlu –
1907-ci ildə doğulub. 1925-ci ildə komsomol sıralarına daxil olub. 1928-ci ildə Yeddioymaq Kənd XDS sədrinin katibi, 1929-cu ildə Lənkəran qəzasında Pioner bürosunun sədri, 1930-cu ildə Masallı Rayon Komsomol Komitəsinin I katibi, 1930-1932-ci illərdə Astarxanbazar ( indi Cəlilabad) Rayon Komsomol Komitəsinin I katibi, 1932-1934-cü illərdə Cəlilabadda digər yüksək vəzifələrdə işləmişdir. 1936-1939-cu illərdə Masallı Rayon Torpaq Şöbəsində Baş zootexnik, 1939-1942-ci illərdə Sabir adına kolxozun sədri seçilmişdir. 1942-1943-cü illərdə II Dünya Müharibəsinə cəlb edilmiş, Uzaq Şərqdə Voroşilov şəhəri 108-ci alayın tərkibində vuruşmuş, yaralanaraq arxa cəbhəyə göndərilmişdir.
1944-1947-ci illərdə Masallı Rayon Yerli Sənaye Kombinatının direktoru, 1947-1949-cu illərdə Səmidxan Kənd XDS-nin sədri, 1949-1952-ci illərdə Əmək Ehtiyatları Nazirliyinin Masallı rayonu üzrə müvəkkilliyində inspektor, 1952-1954-cü illərdə Sabir adına kolxozda briqadir, 1958-1964-cü illərdə MTS-də, 1964-1977-ci illərdə Masallı Rayon İK Yol Şöbəsində yol mühəndisi vəzifələrində çalışmışdır.
1994-cü ildə vəfat edib.
Seyfullayev Adəm (Qızılbaş) İzzət oğlu –
1925-ci ildə doğulub. 1941-ci ldə Lənkəran Pedməktəbini, 1951-ci ildə ADPİ-nin tarix fakültəsini bitirib. Masallı Raron Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1953-cü ildən Şərəfə məktəbinin direktoru, 1964-68-ci illərdə Masallı 2 saylı, sonra isə 3 saylı məktəblərdə müəllim işləmiş, ali dərəcəli müəllimdir. “Qızılbaşlar” adlı (1998) şeirlər kitabı və “Xanbulanın təranələri” adlı poeması nəşr olunmuşdur.
Xankişiyev Əyyub Soltan oğlu –
1927-ci ildə doğulub. 1946-50-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. Masallı 1 saylı məktəbində müəllim, Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri, Şərəfə məktəbində müəllim, Rayon Bilik Cəmiyyətinin sədri, Masallı 3 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1997-ci ildə vəfat edib.
Kərimov Ağa Həsən oğlu – Uzun illər Masallı Rayon Təhsil Şöbəsində metodist işləmişdir. Azərbaucan Dövlət Pedaqoji İnstitutunu bitirib.
Rəhimov Aslan Abdulla oğlu – Yol mühəndisi. Lənkəran Yol İstismar İdarəsində rəis olub.
1934-cü ildə doğulub. 1954-cü ildə Bakı Dəmir Yol Texnikumunu, daha sonra Xarkov Transport Mühəndisləri İnstitutunu və Moskva Ümumittifaq Yol Elmi-Tədqiqat İnstitutunu bitirmişdir. 1955-ci ildə komsomol çağırışı ilə Ufa dəmir yol tikintisinə ezam olunub. 1969-cu ildə Masallı 5 saylı Yol Tikinti İdarəsində istehsalat texniki şöbəsinin rəisi, 1973-cü ildən Baş mühəndis, 1976-cı ildən Lənkəran Yol İstismar İdarəsinə rəis təyin edilib. 1984-cü ildə “İstehsalat mədəniyyətinə görə” diplomuna layiq görülüb.
Şirəliyev Əbdül Əmirəli oğlu – Yol-Tikinti İdarəsinin rəisi olub.
1936-cı ildə doğulub. 1965-1971-ci illərdə Rostov Dəmir Yol İnstitutunda oxuyub. 1970-1972-ci illərdə Masallı Rayon Təmir-Tikinti İdarəsində, 1972-1975-ci illərdə Lənkəran şəhər 7 saylı Yol-İstismar idarəsində, 1975-78-ci illərdə İmişlidə 17 saylı yol-tikinti idarəsində, 1978-1980-ci illərdə Əlibayramlı (indi Şirvan) Şəhər Yol-Tikinti İdarəsində şöbə müdiri, 1993-cü ildə rəis vəzifələrində çalışmışdır.
Bəşirli Bəşir Abdulla oğlu - Masallı Rayon Mərkəzi Xəstəxanasında Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri.
1956-cı ildə doğulub. 1977-1985-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. Təyinatla Lənkəran rayonunun Nərimanabad qəsəbəsində həkim işləmişdir. Bir il sonra Masallı RMX-da əvvəl həkim, sonra isə Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri olmuşdur.
Feyzullayev Tofiq Müslim oğlu-Masallı Rayon İcra Hakimiyyətində icra başçısının müavini işləyib.
Axundov Vazeh Fəttah oğlu- Masallı Rayon Maliyyə İdarəsində xəzinə əməliyyatları uçotu sektorunun müdiri
Mənsimov Fuad Polad oglu- Masallı Gənclər Evinin direktoru
Seyfullayev Səftər Məhəmməd oğlu- Sabir adına sovxozun direktoru, Masallı-konserv zavodunun direktoru işləmişdir.
Ağayev Məhbub Soltan oğlu - Masallı Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri,Uşaq-Gənclər İdman Məktəbinin direktoru.
Mehdiyev Mehdi Sahib oğlu-Masallı Rayon İcra Hakimiyyətində Ərazi İdarəetmə şöbəsinin müdiri.
Mirzəyev Fazil Mirzəli oğlu- Masallı Rayon İşıq İdarəsinin müdiri
Ölkədə:
Seyfullayev Sübhan Məhəmməd oğlu- Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini işləmişdir
Ələkbərov Tahir Habil oğlu- Həmkarlar İttifaqları Respublika Komitəsində Komitə sədri işləyib
Seyfullayev Qüdrət Vəkil oğlu- Azərbaycan Respublikası Vergilər Nazirliyinin müşaviri işləyib
İsayev Nahid Gülməmməd oğlu- Azərbaycan Respublikası 6 saylı ərazi Vergilər İdarəsinin audit şöbəsinin rəisi
Cəbrayıl Fərid Zəbiulla oğlu- Bakı Şəhər Vergilər Departamentinin rəisi işləyib Axundov Rəzzaq Fəttah oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyində Maliyyə Təsərrüfatı idarəsinin maliyyə şöbəsinin rəisi
Əzimov Zakir Mikayıl oğlu- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Quşçuluq şöbəsinin müdiri
Nəbibəyli Vüqar Adil oğlu- “Azərişıq”-da məsul işçi
Yunisov İsmayıl Yunus oğlu-Ekologiya Nazirliyinin Qəbələ rayonunda balıqçılıq üzrə baş mütəxəssisi.
Niftullayev Rabil Abbas oğlu- Beynəlxalq sularda gəmi kapitanı
Nəbiyev Adil Daxıl oğlu-Azərbaycan Dövlət Neft şirkətinin Neft-mədən avadanlıqları istehsal edən maşınqayırma zavodunda texniki şöbənin müdiri vəzifəsində çalışıb.
Rzayev Sakit Ələsgər oğlu- Bakı Dəniz Gəmiçiliyi idarəsində gəmi kapitanı işləyib
Xankişiyev İbrahim İsaq oğlu-Xəzər dənizi sularında gəmi kapitanı .
Əbilov Qeys Südeyf oğlu – “Əbilov-Zeynalov və oğulları” nəşriyyatının direktoru
Məmmədov Elman Zakir oğlu - Xəzər-Dəniz neft donanması gəmilərində baş mexanik .
Ələkbərov İlyas Rəşid oğlu-əməkdar neftçi, prezident təqaüdçüsü, Azneft İstehsalat birliyində sahə rəisi, mədən müdiri vəzifəsində işləyib.
Ağababayev Saday - Respublika Kənd T-ı nazirinin pambıqçılıq və toxumçuluq sahələri üzrə müavini.
Ağababayev Sabir-Leytenant Şmit adına zavodda direktor müavini, baş mühasib, Bakı Tramvay-troleybus parkının direktoru.
HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ FƏALİYYƏT GÖSTƏRƏNLƏR
Camalov Çingiz Cəlal oğlu-Ədliyyə Nazirliyi Penitensiar xidməti Baş idarəsinin Maliyyə- İqtitsadiyyat İdarəsinin Baş mühasibi, bölmə rəisi işləyib. Ədliyyə polkovnik-leytenantıdır.
Məmmədov Sabir Qənbər oğlu-Daxili İşlər Nazirliyi İslah Əmək Müəssələri idarəsinin İslah əmək müəssəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı.
İsayev Ramiz Qulam oğlu- polkovnik- leytenant, Masallı Rayon Polis İdarəsinin rəis müavini
Kərimov İlyas Həsən oğlu – Polkovnik-leytenant, mühüm işlər üzrə baş müstəntiq.
Abbasov Cavid Qasım oğlu- Ədliyyə müşaviri
Mövsümov Əjdər Tağı oğlu - polis leytenantı, Oğuz rayonunda prokuror köməkçisi, mülki sahədə Kalinovka kənd istehlak cəmiyyətinin, Masallı Mərkəzi bazarının müdiri işləmişdir.
Camalov Cəlal Abasqulu oğlu - Daxili İşlər Nazirliyi İslah Əmək Müəssisələri İdarəsinin Cəzaçəkmə Müəssəsi rəisinin müvini, daxili xidmət mayoru, əməliyyat işləri üzrə 1-ci müavini işləyib.
Məmmədov Zakir Qənbər oğlu -Daxili İşlər Nazirliyi 1 saylı İslah Əmək Müəssisində bölmə rəisi, daxili xidmət mayoru.
Kərimov Şəkur Həsən oğlu- Göyçay və Şamaxı rayonlarında hakim, Ağsu rayonunda məhkəmə sədri işləmişdir.
Mustafayev Abbas Fətulla oğlu - Daxili Qoşunlar mayoru, Leninqrad Ali Hərbi AviasiyaMəktəbinin məzunu.
Məmmədov Qədir Muxtar oğlu - Ədliyyə müşaviri, Azərbaycan Respublikası Baş Prokurorluğunda idarənin böyük prokuroru.
Ağababyev Fəxrəddin Qurbanqulu oğlu - polis mayoru, Sank Peterbur şəhəri.
Xankişiyev Cankişi Mustafa oğlu- Kapitan, Bakı DYP-də bölmə rəisi.
Kərimov Şəmşir Dadaş oğlu- kapitan, Masallı rayon DYP bölməsinin Baş dövlət müfəttişi.
Hüseynov İmran Baba oğlu- polis kapitanı, sahə rəisi.
Məmmədov Vaqif Əvəz oğlu – polis kapitanı.
Əzimov İslam Rizvan – polis kapitanı, 9 saylı Penitensiar xidmət rəisinin köməkçisi.
Əbilov Arif Höccət oğlu - Kapitan, Binəqədi rayon polis idarəsində 5-ci bölmə rəisi.
Kərimli Nüsrət Qulamhüseyn oğlu- Bakı şəhər Nəsimi, Binəqədi, Səbayıl rayonlarında polis bölmə rəisi işləmişdir.
Həsənov Rafiq Əli oğlu- Bakı şəhər prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi işləyib
Məmmədov Vasif Əhməd oğlu- Ukrayna Respublikası, Xarkov şəhər polis idarəsində polis mayoru
İsayev Ramiz Qulam oğlu- polkovnik- leytenant, Masallı Rayon Polis İdarəsində rəis müavini .
Kərimov Nemət Ağa oğlu-Vəkillər Kollegiyasının üzvü,vəkil.
Xankişiyev Xanbaba Mustafa oğlu-Vəkillər Kollegiyasının üzvü,vəkil.
Yerli idarəetmə orqanı - Şərəfə bələdiyyəsi:
Yerli idarəetmə orqanı - Şərəfə bələdiyyəsi
Ölkənin hər yerində olduğu kimi Şərəfə kəndində də ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Obyektiv şəraitdə keçirilən seçkinin nəticəsində Ziyadov Əliməmməd ilk sədr olmaqla namizədlərdən 9 nəfəri bələdiyyə üzvü seçildi.
17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinin kəndin həyatında xüsusi rolu oldu. Bələdiyyə üzvlərinin yekdil istəyi ilə Ziyadov Əliməmməd Güləhməd oğlu yenidən bələdiyyənin sədri və Cəfərov Əlisa Əliş oğlu sədr müavini seçildilər.
Fəaliyyəti dövründə Şərəfə bələdiyyəsi çoxlu sayda uğurlu layihələrə imza atıb. Amerika Birləşmiş Ştatlarının bələdiyyələr arasında təşkil etdiyi müsabiqədə Şərəfə bələdiyyəsi üç qalib bələdiyyədən biri olaraq USAİD-in CHF- (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Ağentliyinin, İcma İnkişaf Faəaliyyəti) təşkilatına üzv olub.
USAİD-in CHF-təşkilatına üzv olan İİF-lərin arasında son layihəsində Şərəfə bələdiyyəsi qalib gəlmiş və bələdiyyə sədri ABŞ-a 10 günlük pulsuz səfərlə mükafatlandırılmışdır.
Bələdiyyədə layihələrin hazırlanması və həyata keçirilməsində Naidə Məmmədova, Pərvanə Ziyadova, Məshəti Seyfullayeva, Elşad Əsgərov, Əliməmməd Ziyadov, Əlisa Cəfərov, Xankişi Xankişiyev, Şəmi Kərimov, Südabə Məmmədova və digər kənd fəallarinin xüsusi rolu olmuşdur.
Sonuncu bələdiyyə seçkiləri 26 dekabr 2019-cu ildə keçirilmişdir.
SƏHİYYƏ SİSTEMİNDƏ FƏALİYYƏT GÖSTƏRƏNLƏR
Məmmədova Mədinə - kənddə ilk həkim (Ətraflı “Kənddə səhiyyə” bölümündə.
Bəşirov Sədi Nəzirməmməd oğlu - Bakı şəhər 5 saylı xəstəxanasının mədə -bağırsaq şöbəsinin müdiri
Ağayev Ağahüseyn Daxıl oğlu - Masallı rayon mərkəzi xəstəxanasının terapiya şöbəsinin müdiri işləyib.
Qurbanov Zəfər Cəfər oğlu - Respublika Uroloji klinik xəstəxanasında şöbə müdiri
Ələkbərov Hilal İsfəndiyar oğlu - Masallı İstisu xəstəxanasının baş həkimi
Rəhmanov Rasim Əliheydər oğlu - Masallı uşaq xəstəxanasının baş həkimi
Qurbanov Zöhrab Cəfər oğlu - Bakı, Neftçilər xəstəxanasının nevroloji şöbənin müdiri.
Tağıyev Vasif Mikayıl oğlu - Şərəfə kənd tibb məntəqəsinin müdiri
Tağıyev Şahin Mikayıl oğlu - Bakı Uşaq Bərpa Mərkəzinin baş həkimi
Cəfərov Eldar Əlisa oğlu - Masallı Vərəm Əleyhinə Dispanser Regional-Bakteroloji Laboratoriya Şöbəsinin müdiri
Bəşirov Bəşir Abdulla oğlu - Masallı Rayon Mərkəzi Xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin müdiri
ELM- TƏHSİL, MƏDƏNİYYƏT -İNCƏSƏNƏT SAHƏSİNDƏ ÇALIŞANLAR
Xankişiyev Əyyub Soltan oğlu - Masallı Rayon Mədəniyyət Evinin direktoru
Mövsümova Lətifə Əjdər qızı - Masallı rayon mədəniyyət evinin direktoru
Mövsümov Əşrəf Mövsüm oğlu – məktəb direktoru,Əməkdar müəllim
Məmmədova Naidə Şakir qızı - Prezident mükafatçısı,Qabaqcıl təhsil işçisi, Beynəlxalq ödül - Dədə Qorqud mükafatı laureatı
Seyfullayeva Jalə Adəm qızı - Qabaqcıl Təhsil İşçisi, Əməkdar müəllim
Cəlilov Məzahir Həmdulla oğlu - əməkdar artist
Zeynallı Zahid Novruz oğlu - “Şəki fəhləsi”, “Elm və həyat”, “Kirpi” jurnallarında şöbə müdiri, “Mingəçevir işıqları” qəzetinin redaktoru
Rəhimov Əli Məhəmməd oğlu - Göyçay Mədəniyyət Evinin, Maştağa kənd klubunun müdiri, Musiqili Komediya teatrının aktyoru
Musayev Məhərrəm Məhəmmədhəsən oğlu - Gənc Tamaşaçılar Teatrı, Lənkəran Dövlət Dram Teatrında aparıcı aktyor.
Mirzəyev Nizami Əbülfəz oğlu - əməkdar artist, gitara ifaçısı
Kərim Xalid Camal oğlu - Azərbaycanda ilk dəfə olaraq kəndə aid MARŞ onun tərəfindən bəstələnmişdir.
Seyfullayev İzzət Adəm oğlu-əməkdar müəllim,Qabaqcıl Təhsil işçisi
Cəbrayılov Üzeyir Cəbrayıl oğlu- jurnalist, yazıçı
Cəfərov Vüsal Əlisa oğlu- nasir, “Bir milyonluq xəyanət” və “İkinci ruhun kölgəsində” əsərlərinin müəllifi
Cəbraylov Süleyman İsmayıl oğlu - şair- həkim, “Ötən buludlar”, “Son yarpaqlar”
adlı şeir kitablarının müəllifi
Möhsümov Möhsüm Əşrəf oğlu-“Mozalan””, Qulp”, ”Radikal”, ”Azad fikir”, ”Sensasiya” qəzetlərinin təsisçisi, jurnalist
Əbilov Qeys Sudeyif oğlu-“Əbilov-Zeynalov qardaşları və oğulları“nəşriyyatının direktoru,naşir
Məmmədov Samir Şakir oğlu- “Şərəfə və onun layiqli öladları “ (müəlliflər Naidə və Samir Məmmədovlar) və ”Xəzəryanı bölgələrin tarixi”(rus dilində) ilə bağlı elmi- tədqiqat mövzulu kitabların müəllifi, memar
Əzimova Dürdanə Rizvan qızı-şairə, ”İlin vətənpərvə şairi”, ”Qızıl qələm” mükafatı laureatı”, ”Uğurun sirri” kitabının müəllifi
Cəbrayılov Zəbi Cəbrayıl oğlu - şair
Rəhimli Famil Aslan oğlu - şair
HƏRBİ SAHƏDƏ FƏALİYYƏT GÖSTƏRƏNLƏR
Ağayev Azad Əlihüseyn oğlu - polkovnik -leytenant, Cəlilabad rayon “N” saylı hərbi hissənin tibb xidməti rəisi olmuşdur.
Məmmədov Rəhim Qafur oğlu - polkovnik, Daxili İşlər Nazirliyinin 1saylı poliklinikasının rəisi işləmişdir, hərbi həkim.
Qurbanov Alı Cəfər oğlu - polkovnik-leytenant, Bakı Travmotologiya Ortopediya İnstitunun cərrahıdır.
Tağıyev Əfqan Mikayıl oğlu - mayor, Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul işçi.
Cəfərzadə Nazim Xanoğlan oğlu - Xüsusi Təyinatlı Qoşunlarda Baş gizir.
Mirzəyev Teymur Abbas oğlu - mayor, Fizuli rayon, Horadiz qəsəbəsində komendant xidmətinin rəisi işləmişdir.
Məmmədov İlqar Qabil oğlu - Horadiz rayon “N” saylı hərbi hissədə Sərhəd Qoşunları xidməti mayoru.
Kərimov Taleh Cabir oğlu-Daxili Qoşunlarda polkovnik-leytenant.
Abbasov Ziya Abas oğlu-Daxili Qoşunlarda mayor.
TİKİNTİ-YOL -MEMARLIQ SAHƏSİNDƏ ÇALIŞANLAR
Şirəliyev Abdul Əmraga oğlu - Salyan-Astara yol idarəsinin rəisi
Rəhimov Aslan Abdulla oğlu - Masallı 5 saylı Yol Tikinti idarəsinin istehsalat texniki şöbənin rəisi
Məmmədov Şakir Qənbər oğlu - Masallı PMK tikinti idarəsində mühəndis-memar, geodezist,tikintidə Həmkarlar Komitəsinin sədri vəzifəsində işləyib.
Məmmədov Samir Şəkur oğlu - Baki Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma Arxitektura Komitəsində mühəndis-memar.
Məmmədov Şakir Samir oglu - Föqəladə Hallar Nazirliyi tikintiyə təhlukəsizlik dövlət agentliyi Azərdövlətlayihə dövlət baş layihə İstitutunda memar.
Cəfərov Əliş – Azərbaycan Dəmiryol Nəqliyyatı İdarəsində yanğın mühafizə şöbəsinin müdiri, mayor
Seyfullayev Şövqi Xalid oğlu - ACS-nin “TunelMetroİnşaat” MMC nin direktoru.
İŞ ADAMLARI
Bağırov İsa Fəxrəddin oğlu - Quşçuluq fermasının sahibi
Kərimov Qeys Rza oğlu - Mebel istehsalı üzrə sahibkar
Ələkbərov Əsəd Əkbər oğlu - xeyriyyəçi, iş adamı
Ziyadov Əliməmmd Güləhməd oğlu - Maşın hissələrinin satışı, üzümçülük, bağçılıq üzrə sahibkar.
Məmmədova Naidə Şəkur qızı - “Kaspi” Təhsil Şirkətinin cənub regionu üzrə (Masallı,Cəlilabad,Yardımlı) nümayəndəliklərinin təsisçisi.
Məmmədov Yusif Hafis oğlu - Süd məhsulları istehsal edən müəssisənin sahibi, xeyriyyəçi olmuşdur.
Seyfullayev Nemət Vəkil oğlu - çiyələk sahələri olan sahibkar.
Məmmədov Pərviz Hafiz oğlu - Süd məhsulları istehsal edən müəssisənin sahibi, xeyriyyəçi olmuşdur.
Məmmədov Vəli Əkbər oglu - Süd məhsulları istehsalı müəssisəinin sahibi.
Seyfullayev Valeh Hüseyn oğlu - Balıqçılıq müəssisəsinin sahibi.
Seyfullayev Qüdrət Vəkil oğlu-iş adamı, xeyriyyəçi.
İdman:
1. Xəlilov Hüsaməddin Xəlil oğlu - yunan –roma güləşi üzrə idman ustası.
2.Cəfərzadə Əli Nazim oglu - “Kinqboks” üzrə ikiqat dünya çempionu, üçqat Azərbaycan çempionu.
4.Kərimov Şəmsi - Azərbaycan Kinqboks Federasiyasınıın cənub bölgəsi üzrə prezidenti.
Şərəfə kəndi haqqında məlumatların hazırlanması və yazılmasında bizə yaxından kömək edən Məmmədov Samir Şakir oğluna, Seyfullayeva Nərminə Səftər qızına, Naidə Şakir qızı Məmmədovaya, Elşad Mehralı oğlu Əsgərova, Əlisa Cəfərova təşəkkürlərimizi bildiririk.
Kəndin adı:Ağakişibəyli
Əhalisi: 1818 nəfər
o cümlədən: kişi: 916 nəfər; qadın: 933 nəfər.
1849-cu il siyahıyaalınmasında 12 ev, 137 nəfər;
1863-cü il --------------------------- 49 ev, 139 nəfər;
1873-cü il --------------------------- 17 ev, 154 nəfər;
1886-cı il --------------------------- 19 ev, 191 nəfər;
Ərazisi: 329 ha
Kəndin ərazisi vaxtilə daha çox olmuş, lakin Sovet dövründə yaranan kolxoz mülkiyyəti zamanı kəndlərin birləşməsi nəticəsində Şərəfə kolxozuna aid olan bir çox idarə, müəssisə, məktəb, Mədəniyyət sarayı, kənd XDS binası, maşın-traktor parkı, heyvandarlıq fermaları, həkim məntəqəsi və sair inzibati binalar Ağakişibəyli kəndinin ərazisində tikilmişdir. Bu isə kəndin ərazisinin xeyli azalmasına səbəb olmuşdur.
Həmsərhəd olduğu kəndlər:
Qərbdən Şərəfə kəndi, şərqdən I Səmidxan, cənubdan Seybətin və Digah kəndləri ilə həmsərhəddir.
Astara-Bakı “İpək yolu” magistralı Ağakişibəyli kəndinin şərq tərəfindən keçir.
Kəndin əsas məşğuliyyəti:
Vaxtilə kənddə tikinti materialları kimi istifadə olunan kirəmit və kərpic bişirmək üçün kürələr olub. Bu kürələr 1950-1960-cı illərə qədər fəaliyyət göstərirdi.
Hazırda əsas məşğuliyyət əkinçilik və heyvandarlıqdır
Kəndin adının mənası:
Ağakişibəyli kəndinin adı cənubi Azərbaycanın Ərdəbil şəhərindən gələn “Ağakişi” adlı bir kişinin adından götürülüb. 1954-cü ildə rəsmi ad alıb.
Kəndin yaranması haqqında:
Əslində rayonun əksər kəndlərinin yaranması XVIII- XIX əsrlərdə, bəzi kəndlərdə daha əvvəllərdən Cənubi Azərbaycandan köçüb gələn insanlarln ərazilərdə daimi məskunlaşması hesabına olmuşdur. O cümlədən, Ağakişibəyli kəndinin yaranmasında da Cənubi Azərbaycandan gələn bir çox tayfaların – Şahsevənlər, Məmmədlilər, Nənəxanımlılar, Kürdlər və başqa tayfaların hesabına kənd kimi formalaşmışdır. Bundan başqa XX əsrin ortalarında qonşu Yardımlı rayonundan da bir çox ailə bu kənddə məskunlaşıb.
Kəndin tarixi abidələri:
Ağakişibəyli kəndində olan tarixi abidə kənd məscididir. Məscid Şeyx Həsən Novruz oğlunun adını daşıyır. Dövlət qeydiyyatından keçmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Sovet quruluşuna qədər Ağakişibəyli kəndində Haclı Rüstəmin, Kərbəlayı Novruzun evlərində mədrəsə tipli məktəblər olub. Bu məktəblərdə dünyəvi elmlərdən tibb, riyaziyyat, ədəbiyyat da öyrədilirdi.
Ağakişibəyli kəndində1924-1925ci illərdə ilk 4 illik məktəb açılıb. Kolxoz vaxtı məktəb kolxozun binasında olub. Kolxozlar birləşəndən sonra bu məktəb fəaliyyətini dayandırıb, Şərəfə məktəbinə birləşdirildi və Şərəfə kənd tam orta məktəbi kimi fəaliyyət göstərdi.
Kəndin ilk ali təhsillisi:
Kərimov Baloğlan Kərim oğlu – Lənkəran Pedməktəbini, 1920-ci illərin əvvəllərində Azərbaycan Dövlət Pedaqoji Darilfünunu (indi Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirib. Bir müddət müəllim, sonra Masallı Rayon Xalq Maarif Komissarlığında şöbə müdir vəzifəsində işləmişdir. II Dünya müharibəsinə gedib, qayıtmamışdır.
II Dünya müharibəsində iştirak edənlər:
Ağakişibəyli kəndindən II Dünya Müharibəsində 167 nəfər iştirak etmiş, 34 nəfər həlak olmuşdur.
I Qarabağ Müharibəsi iştirakçıları:
İsmayılov Qəhrəman Həmzə oğlu
1973-cü il aprelin 4-də Ağakişibəyli kəndində anadan olub, Şərəfə kənd orta məktəbində təhsil alıb.1991-ci ilin mayında hərbi xidmətə çağrılıb, 1992-ci ilin fevralından isə Milli ordunun tərkibində xidmətini davam etdirib. Qəhrəman Füzuli bölgəsinin erməni faşistlərindən azad olunmasında iştirak edib. Avqustun 10-da 27 nəfər erməni quldurunun əsir alınmasında böyük şücaət göstərib və cəsur döyüşçü kimi tanınıb. 1993-cü ilin yanvarında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hazirda oxuduğu məktəb Qəhrəman İsmayılovun adını daşıyır.
Əliquliyev Tələt Qulamhüseyn oğlu
1975-ci ildə Salyan rayonunun Ballıcalı kəndində anadan olmuşdu.1982-ci ildə Şərəfə kənd orta məktəbində I sinfə getmiş,1990-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Həmən il Prişib qəsəbəsində ( indiki Göytəpə şəhəri) 108 nömrəli texniki-peşə məktəbinə daxil olmuşdu.1992-ci ildə peşə məktəbini bitirmiş,1993-cü ildə vətənin müdafiəsində iştirak üçün getmiş, Füzulidə, Beyləqanda ağır döyüşlərdə vuruşmuşdu.Son döyüşü isə 1994-cü ilinyanvarın 4-də Beyləqanda olub. T. Əliquliyevin nəşi Şərəfə kənd qəbristanlığında dəfn olunub.
Bəşirov Şaiq Bəxtiyar oğlu
26.09.1974-cü ildə Sumqayıt şəhərində anadan olub.1981-91-ci ci illərdə Şumqayıt şəhərində orta təhsilini alıb. 1993-cü ilin aprelində Laçın və Kəlbəcər rayonlarının düşməndən azad olunmasında iştirak edib. Aprelin 3-ü Laçın uğrunda gedən döyüş onun son döyüşü olur. Şaiq 1993-cü il 6 aprel tarixində Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
II Qarabağ müharibəsi şəhidləri:
1. Cəfərov Ramiz Şübhan oğlu - Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant.
1974-cü il 10 dekabrda Ukranyada anadan olub. Sumqayıt şəhərinin 11 saylı tam orta məktəbində təhsil alıb. Alman, ingilis, rus dillərini sərbəst bilib.1989-92-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,1992-96-cı illərdə Ryazan Hava Desant Hərbi məktəbində ali təhsil alıb. 28 il qüsursuz xidmət edən qəhrəmanımız NATO-nun hərbi təlimlərində də iştirak edib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci ilin sentyabrın 27-də başlanan müharibədə və sonda Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, düşmənin xeyli sayda texnikasını ələ keçirib, canlı qüvvəsini məhv edib və noyabrın 5-də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə XTQ-nin qərargah rəisi Ramiz Cəfərov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb və II Fəxri Xiyabanda dəfn olunub.
Ramiz Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, general – mayor Polad Həşimovla Ryazanda bir yerdə hərbi təhsil almışdı. Hər iki qəhrəmanın yeniyetməlik və gənclik çağları Sumqayıt şəhərində keçmişdi.
2. Əbilov Nurlan Fərrux oğlu - könüllü.
2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Orta təhsilini şəhid Q. İsmayılov adına Şərəfə kənd tam orta məktəbində alıb. 2012-ci ildə orta məktəbi bitirib BDU-nun coğrafiya fakültəsinə daxil olur. Hərbi xidmətini 2018-ci ildə başa vurub ailəsinə qayıdır. 2020-ci ilin 21 sentyabrında Nurlan da yenidən ordu sıralarına cəlb olunur və vətənin müdafiəsinə qalxır. 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə beyninin sol yarımkürəsindən ağır güllə yarası alır. 6 ay 11 gün komada qalan Nurlan 27 yaşında Mərkəzi Hərbi Qospitalda şəhadətə yetişir. Nurlan Şərəfə kənd qəbristanlığında dəfn olunub. Ailəli idi, 2 körpə oğlu qaldı.
3. Şahbazov Kənan Natiq oğlu
23 iyul 2002-ci ildə Masallı rayonunun Ağakişibəyli kəndində doğulub. 2019-cu ildə Kazan şəhərində Açıq Federal Universitetin hüquq fakültəsinə daxil olub. 2020-ci ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılıb. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində iştirak edib. Füzuli rayonu istiqamətində keçirilən əks-hücum əməlioyyatı zamanı şəhid olub. “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəhbər vəzivələrdə işləmiş kənd sakinləri:
1. Əsədli Hüseyndadaş Əkbər oğlu – Masallı Rayon Kənd Təsərrüfatı Şöbəsinin müdiri
1910-cu ildə Ağakişibəyli kəndində doğulub. Lənkəran Kənd Təsərrüfatı texnikomunu bitirib. Cəlilabad Rayon Torpaq şöbəsinin müdiri, 1944-cü ildə Masallı Rayon İcraiyyə Komitəsinin katibi, 1945-ci ildə RPK-da I katibin köməkçisi, 1948-ci ildə Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri və sair rəhbər vəzifələrdə işləmişdir. 1941-45-ci illərdə Masallı rayonunda hərbi çağırışla bağlı komissiyanın üzvü olub, faktlar və sənədlər əsasında “Masallı müharibə illərində” kitabını yazıb. “Əsrin sönməz şamları” kitabının həmmüəllifidir. “Adların dqzgün yazılışı və mənası” kitabının müəllifidir. Bir neçə şeir və qəzəlləri də vardır.Masallı Rayon Sovetinin deputatı, rayon Partiya Komitəsinin plenum üzvü olub. 8 medal və çox sayda Fəxri fərmanlarla təltif olunub.
2. İsmayılov İbrahim Tahir oğlu – Oğuz Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri işləyib.
Masallı rayonuna gələndən sonra kolxoz sədri və digər vəzifələrdə çalışıb.
3. Şahverdiyev Yəhya Fəyyaz oğlu – Masallı Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri olub.
Çərəfə kənd orta məktəbində müəllim, Sabir adına Şərəfə sovxozunda Partiya Təşkilat katibi vəzifələrində çalışıb.
4. Hadıyev Hamil Miriş oğlu – Masallıı Rayon Torpaq Şöbəsinin müdiri olub.
Bakı Yer Quruluşu Texnikumunu bitirib, sonra qiyabi yolla Moskvada ali təhsil alıb.
Kəndin alimləri haqqında:
1. Kərimov Böyükxan Fərzulla oğlu – biologiya elmlər doktoru.
3 may 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Şərəfə kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1975 –ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakultəsini fərqlənmə diplomu ilə qurtarmış və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının A. Qarayev adına Fiziologiya İnstitutunda fizioloq kimi elmi fəaliyyətə başlamışdır. O, gənc yaşlarından “Təbii birləşmələrin kimyası” sahəsi üzrə uğurlu tədqiqatlar aparan mütəxəssis kimi formalaşmış və keçmiş İttifaqda tanınmışdır. 1982-ci ildə strateji cəhətdən indiyə qədər aktual olan “Ekstermal faktorların orqanizmə təsiri zamanı tiol mübadiləsinin adaptasiyanın mexanizmində iştirakı “ mövzuda namizədlik dissertasiyası müdafiə edib. B.Kərimov hazırladığı “Zülal makromolekulunda olan sulfihidril qrupların yeni təsnifatı” dünya alimləri tərəfindən qəbul edilmişdir. Alim “sinir toxumasında qlütationun oynadığı rolu” na dair apardığı elmi tədqiqatlarına görə onlarla müəlliflik şəhadətnaməsi almışdır. Apardığı ciddi araşdırmaların yekunu olaraq B.Kərimov 2004 cü ildə “ Biokimya” ixtisası üzrə “ Normal və aclığa məruz qalmış heyvanların beyninin müxtəlif şöbələrində qlütation sisteminin metabolik xüsusiyyətləri” (“Метаболические особенности глутатионовой системы разных отделах мозга нормальных и голодавших животных”) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elməri doktoru adını almışdır.
B.Kərimovun dünyanın və Azərbaycanın aparıcı jurnallarında 70-dən çox məqaləsi və bir neçə elmi əsəri çap olunub.
2006-cı il noyabrın 19-da 55 yaşında qəflətən vəfat etmişdir.
2. Hüseynov Süleyman Səfər oğlu - filologiya elmləri namizədi, dosent.
1942-ci ildə Yardımlı rayonu Telavar kəndində anadan olmuşdur. 1952-ci ildə ailəsinin Masallı rayonu Şərəfə kəndinə köçməsi ilə əlaqədar olaraq təhsilini Şərəfə kəndində davam etdirməyə başlamışdır. 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna, fransız dili fakultəsinə daxil olur. Gənc yaşlarında respublikanın müxtəlif qəzet və jurnallarında şeir və hekayələrlə çıxış edir. İnstitututu 1965-ci ildə bitirərək Masallı rayonunun Xırmandalı kəndində fransız dili müəllimi işləyir. Bu dövrdə 1968-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat və Dil institutunda dissertant kimi qəbul olunur. 1973-cü ildə “Qasım bəy Zakirin əsərlərinin leksika və frazalogiyası “ mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ( indiki İdman Akademiyası) müəllim kimi fəaliyyətini davam etdirmişdir.1993-cü ildə Naxşıvan Universitetində kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. S. Hüseynov 50-dən çox elmi-metodik məqalənin, ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının müəllifidir. 1997 və 2001-ci illərdə kütləvi tirajla nəşr olunan “Yaşanmış ömür” şeirlər kitabı çapdan çıxmışdır.
3. Əsədov Arif Əlipənah oğlu - iqtisad elmləri namizədi.
1934-cü ildə Ağakişibəyli kəndində anadan olub. Masallı rayonunda orta təhsilini alıb.1953-cü ildə Azərbaycan İqtisad İnstitutuna daxil olub, 1957-ci ildə oranı bitirib və Masallı Rayon Statistika İdarəsinin müdiri vəzifəsində işləyib.. 1962-ci ildə Moskva şəhərində aspiranturaya daxil olub,1966-cı ildə isə Voronej şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1966-cı ildən 1971-ci ilə kimi Xalq Təsərrüfatı İnstitutunda müəllim işləyib. 1971-ci ilin yanvar ayından 1974-cü ilə kimi Şərəfə kənd Sabir adına sovxozda direktor, 1974-1991-ci illərdə rayonda baş mütəxəssis işləyib,1991-1997-ci illərdə Masallı rayonunda texnikumda müəllim kimi çalışıb. Əsədov Arif 2014-cü il iyul ayının 28-də vəfat edib.
4. Piriyev Həzi Həmdəm oğlu – tibb elmləri namizədi.
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Balakən rayonunda həkim işləmişdir. Qiyabi yolla aspirantura təhsili alıb. Tibb üzrə müdafiə etmişdir.
Azərbaycan Ali Sovetinin deputatları:
1. Kərimova Rəfiqə Fərzulla qızı – Sabir adına Şərəfə kolxozunda (sonra sovxozunda) tütünçülük briqadasında manqabaşçısı, briqadir vəzifələrində çalışıb. 1965-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
2. Musayeva Sərmayə Musa qızı – Sabir adına Şərəfə kolxozunda (sonra sovxozunda) tərəvəzçi kimi çalışıb. Yüksək əmək nailiyyətinə görə Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülüb. Daha sonra Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Qiyabi yolla ADU-nun (indi BDU) tarix fakültəsini bitirib. Hazırda Şərəfə kənd orta məktəbində tarix müəllimi işləyir.
Yüksək Dövlət mükafatı, orden və medal alanlar:
Məmmədov Əhməd Əbülfəz oğlu - əməkdar müəllim.
1961-ci ildə Ağakişibəyli kəndində doğulub. ADPU-nun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 2000-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. 2009-cu ildə əməkdar müəllim adını almışdır. “Dəfnə” liseyində tədris işləri üzrə direktor müavinidir.
Zabitlər:
1. Camalov Elmar Heybət oğlu – general- mayor
Azərbaycan Dövlət Universuitetinin hüquq fakültəsini bitirib. Təyinatla Respublika Prokurorluğunda, sonralar isə Şəki və Mingəçevir şəhərlərində prokuror kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublika Prokurorunun müavini vəzifəsində çalışır.
2. Əsgərov Bəhram Əsgər oğlu – polkovnik.
Azərbaycan Politexnik İnstitutunu bitirib. Bakı Cəzaçəkmə Müəssisəsində işləmişdir. Hazırda təqaüddədir.
3. Tağıyev Rzaqulu Tağı oğlu -polis polkovniki.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Təqaüddədir.
4. Babayev Səbuhi Eynulla oğlu - Ədliyyə polkovniki.
Azərbaycan Politexnik İnstitutunu bitirib. Hərbi xidmətdən sonra Moskvada ədliyyə orqanlarında çalışmışdır. Moskva Cəzaçəkmə müəssisələrinin birində rəis vəzifəsində çalışıb. Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.
Qəhrəman anaların sayı: 14 nəfər.
Kəndin din xadimləri:
Adilov Şeyx Həsən Kərbəlayı Novruz oğlu
İranda ali dini təhsil almışdır. Sovet dövründə təqib olunduğuna görə Astarxanbazar (indi Cəlilabad) rayonuna köçmüş, orada da vəfat etmişdir.
Piriyev Məşədi Molla Nağı Əlibala oğlu
Səmərqənd şəhərində ali dini təhsil alıb. Bakı şəhər məscidlərinin birində axund rütbəsində çalışmışdır.
Kəndin digər tanınmışları:
İdman:
Niftullayeva Gülgün Bayramqızı - “Taekvando” üzrə Azərbaycan çempionu.
İncəsənət:
İsmayılov Rakif Rəhim oğlu – rəssam
1957-ci ildə Ağakişibəyli kəndində doğulub. 1972-1974-cü illərdə Masallı Rayon Pionerlər Evində rəssamlıq dərnəyində təhsil alıb. Bakı şəhərində Ə.Əzimzadı adına Rəssamlıq Məktəbində oxuyub.Hərbi xidməti bitirəndən sonra Moskvanın Rəssamlıq Akademiyasında təhsil alıb və burada SSRİ xalq rəssamı Tahir Salahovun tələbəsi olub. Tələbəykən bir çox Avropa şəhərlərində sərgilərdə iştirak edib. Bakıya qayıdaraq bir neçə beynəlxalq sərgilərdə əsərlərini nümayiş etdirib. Azərbaycan Rəssamlıq İttifaqının üzvü olub. Amerikanın Nyu-York şəhərindəki Endurxo müzeyinin fəxri üzvü olub. Fransada keçirilən sərgilərdə 750 rəssam arasında 1-ci yerə layiq olub. Dünyanın 1650 rəssamının iştirak etdiyi sərgidə qalib kimi dəyərləndirilib. Türkiyənin Topqapı Muzeyi Azərbaycan Mədəniyyət Nazirliyindən Atatürkün portretini çəkməyi xahiş edib və bu iş ona həvalə edilmişdi. Portret Topqapı Muzeyində nümayiş etdirilir.
Kəndin infrastrukturu:
Ağakişibəyli kəndinin ərazisində Əraiyə məxsus Mədəniyyət Evi, ATS, bərbərxana, maşın təmiri sexləri, su anbarında balıq saxlanılan obyekt, tibb məntəqəsi, məktəb, ərazi nümayəndəliyinin binası, uşaq bağçası, çayxana, bir neçə ticarət obyektləri yerləşir.
2
AĞAKİŞİBƏYLİ kəndi ---- nə çatmır?
1. Kəndin ilk müəllimi
Şərəfə İnzibati Ərazi Dairəsinin Ağakişibəyli kəndi haqqında məlumatların toplanmasında köməyə görə kənd sakini, təqaüddə olan müəllim Zeynalov Əyyar Səməd oğluna təşəkkür edirik.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Bir adın izi ilə - Təklə. Bilal Alarlı məqalə 2014. Bakı
2. E.Kondratenko- кафказский календарью тифлис 1902 ю Этнографическое карта ленкоранское уезда 1880 гг. Масштаб 1:1080000)
3. “Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti” II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.
4. Samir Məmmədov və Naidə Məmmədova. “Şərəfə və onun layiqli övladları” Bakı. “Nagıl evi” mətbəəsi 2002 ci il. 244 s
5. И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.
6. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtib edən S.Əliyarlı), Bakı, 2007, səh.490
7. Cənub bölgəsinin abidələr ensiklopediyasi. Müəllif, Mistanlı Aqşin. Nəşriyyat, Adiloğlu. Nəşr yeri, Bakı. Nəşr ili, 2020. Səh 386-443) ISBN, 978-9952-37-379-0.
8. https://az.wikipedia.org/wiki/səfəvi dövlətinin_inzibati_quruluşu
9. https://az.wikipedia.org/wiki_xan_Bitlisi
10. http://www.masalli-ih.gov.az/news/453.html
11.M.H.Əhmədov- XİX əsr Azərbaycan məktəbi, Maarif nəşriyyatı,1985.
12. N.Q.Novruzov ”Masallı”, Bakı,TN-nin mətbəəsi,1990
13. Mir Qiyas ağa, Nurəddin Ədiloğlu, ”Əsrin sönməz şamları” Əbilov, Zeynalov qardaşları.
14. Sabir Rüstəmxanlı, “Ömür kitabı”, Bakı,Gənclik.
15. Novruz Novruzov, Masallının şəhid oğulları, Bakı,Azərbaycan nəşriyyatı,1994.
16. Mahmud İsmayıl, Azərbaycan xalqının yaranması, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1995.və s.
“Masallı ensiklopediyası”nı hazırlayan qrup