Ərazidə özəlliklər:
Kəndin Yuxarıbaş adlanan hissəsində yerin 2 metr dərinliyindən (2010-cu ildə) aşkar edilən sərkərdə qəbrindən 2 qılınc, 5 ox ucluğu, 5 qızıl düymə, 1 daş balta, 1 xəncər Respublika Muzeyinə təhvil verilmişdir. Arxeoloqlar bu qəbri III-V əsrlərə aid etmişdilər. Təzə Alvadı kəndi
Vəliyev Zahid Nəsir oğlu - Həm tanınmış rəssam, həm də Uşu üzrə 6-cı DAN dərəcəli idman ustası. Təzə Alvadı kəndi
Azərbaycanın Milli Qəhrəmanı Əhədov Elşad Saday oğlu bu ərazinin Təzə Alvadı kəndindəndir. Təzə Alvadı kəndi
Rayonda yeganə kənd olaraq Əhmədli kəndinin ortasından 2 çay keçir: a) Yazqıraqçay (Alvadı çayı), b) Tatyançay Əhmədli kəndi
Nemətov Ədalət Əlövsət oğlunun 1977-ci ildə “Tək bir alətlə qurma məsələləri” adlı kitabı Postsovet məklanında bu səpkidə yeganə vəsaitdir. Əhmədli kəndi
Kənd ərazisində Tunc dövrünə aid edilən ölkə əhəmiyyətli Qaravəllitəpə nekropolu (invertar nömrəsi 1586, sistem kodu AJAOO1606) mövcuddur.
Meşəkənarı kəndi
Ərazinin Meşəkənarı kəndi rayonda ən gənc kəndlərdən biridir. 1950-ci ildə salınmış kənd ilk dəfə Pitomnik (Şitillik) kimi qeyd olunmuşdur. Meşəkənarı kəndi
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Akif Ağayev – 050 3713513
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Təzə Alvadı İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
11.Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
24. Qarğalıq
25. Sərçuvar
TƏZƏ ALVADI İNZİBATİ ƏRAZİ DAİRƏSİ
1. Təzə Alvadı ərazi dairəsi 3 kəndi – Təzə Alvadı, Əhmədli, Meşəkənarı kəndlərini əhatə edir.
2. Təzə Alvadı ərazi dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən Cənub-qərqdə, Bakı-Astara magistral yolundan cənubda düzənlik sahədə yerləşir.
3. Həmsərhəd olduğu ərazi dairələri:
Şimaldan Təklə dairəsi ilə, cənubdan Güllütəpə ərazi dairəsi ilə, qərbdən Cəlilabad rayonunun Göytəpə şəhəri ilə, şərqdən Çaxırlı ərazi dairəsi ilə həmsərhəddir.
4. Təzə Alvadı ərazi dairəsinin tarixi haqqında:
a) Çar hakimiyyəti dövründən başlayaraq 1929-cu ilə qədər kənd Lənkəran Qəzasının Muğan pristavlığının tərkibində olmuşdur. 1930-cu ildə qəzalar ləğv edilərək inzibati idarəetmə sistemi kimi rayonlar yarandı. Təzə Alvadı kəndi Masallı rayonunun tərkibinə daxil edildi.
b) Sovet dövründə 1930-cu ildə Təzə Alvadı Kənd XDS İH yarandı.
c) Müstəqillik dövründə 1991-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin Təzə Alvadı İnzibati Ərazi Dairəsi (əvvəl nümayəndəlik) adlandırıldı.
5. Ərazi dairəsinə daxil olan torpaq sahəsi: Cəmi: 2170 ha.
6. Ərazi dairəsinin əhalisi: 9967 nəfər
O cümlədən: kişi: 5065 nəfər; qadın: 4902 nəfər.
7. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, maldarlıq və sənətkarlıq ( mebel, bənnalıq və s.)
Ərazidə ilklər:
Ərazidə ilk müəllimlər:
Nadirov Məhəmməd Seyfulla oğlu Təzə Alvadı kəndi
Məmmədov Mahmud İmran oğlu – Əhmədli kəndi
Meşəkənar kənd məktəbində ilk müəllim Təzə Alvadı kəndindıən Əli Alışov olmuşdur.
İlk ali təhsilliləri:
Novruzov Yusif Yəhya oğlu - Təzə Alvadı kəndi
Əhmədov Əhməd Kərim oğlu (1927-1955) – ADU-nun filologiyasını bitirib. Əhmədli kəndi
Lətifov Sərxan Məcid oğlu (1927). Meşəkənarı kəndi
Kənddə ilk ali təhsilli həkim:
Bəndəliyeva Təhminə Saleh qızı olmuşdur. Təzə Alvadı kəndi.
Ərazidə ilk məktəb direktorları:
Heydərov Qəhrəman kərbəlayı Məhəmməd oğlu Təzə Alvadı kəndi
Kərimov Əbülfəz Dadaş oğlu
1930-cu ildə Əhmədfli məktəbinin ilk direktoru olub (1905-1995). APİ-nin tarix fakültəsini bitirib. Əhmədli kəndi
Lətifov Bəhriş Bəhram oğlu (1983-2006). – Meşəkənarı k.
Səfərov İsaq Emin oğlu – ilk ali təhsilli həkim. Əhmədli kəndi
İlk ali təhsilli qadınlar:
Vəliyeva Afər Əsgər qızı
Nemətova Rəvayət Əlövsət qızı
Əhmədli kəndi
Yüksək Dövlət mükafatları və fəxri adlar alanlar:
Əliyev Yavər Vəli oğlu – SSRİ-nin Maarif əlaçısı Təzə Alvadlı k.
??? Abışov Kərim Əjdər oğlu - metodist müəllim. Təzə Alvadı k.
Abuşov Əliş (1937) – Lenin ordenli, Qırmızı Əmək Bayrağı ordenli. Əhmədli k.
Nemətov Əlisa Fəti oğlu - SSRİ-nin Əməkdar Şaxtaçısı. Əhmədli kəndi
İsmayılov Hadı Səid oğlu–Kəndli-Fermer təsərrüfatının başçısı. “Tərəqqi” medallı.
Əhmədli kəndi
Ağayev Şəmsəddin Əlihüseyn oğlu (1950-2009)- Respublikanın “Qabaqcıl maarif xadimi”. Əhmədli kəndi
Rəhbər vəzifələrdə işləyənlər:
Kənddə:
Kərimov Allahşükür - Kənd XDS-nin sədri Təzə Alvadı k.
Mehbalıyev İltifat - Kənd XDS-nin sədri Təzə Alvadı k.
Hacı Quliyev - Rayon İH-nin ərazi n-si Təzə Alvadı k.
İrasər Novruzov - Rayon İH-nin ərazi n-si Təzə Alvadı k.
Mehman Muxtarov - Rayon İH-nin ərazi n-si Təzə Alvadı k.
Fəxrəddin Məmmədov - Rayon İH-nin ərazi n-si Təzə Alvadı k.
Ağabala Kərimov - “Varlı həyat” sov. direktoru Təzə Alvadı k.
Əliağa Əliyev - “Sosializm” sov. direktoru olub. Təzə Alvadı k.
Ələm İbadullayev - “Sosializm” sov. direktoru olub. Təzə Alvadı k.
İsmayılov Hadı Səid oğlu–Bələdiyyə sədri. Əhmədli kəndi
Əliyev Əli - kolxoz sədri Əhmədli kəndi
Əliyev Dadaş - kolxoz sədri. Əhmədli kəndi
Qafarov Təyyar - XDS-nin sədri. Əhmədli kəndi
İsmayılov Məmmədrəsul Həşim oğlu (1925) –sovxoz direktoru. Əhmədli k.
Alışov Yusuf Həbulla oğlu - RİH-in Ərazi nümayəndəsi Meşəkənarı k.
Rayonda:
Heydərov Mehdi Məmməd oğlu – Masallı Rayon Ət Tədarükü Məntəqəsinin müdiri
Təzə Alvadı k.
Zakir Məmmədov - Masallı Çay Fabrikinin direktoru Təzə Alvadı k.
Quliyev Vəlihəd Yəhya oğlu – Masallı Rayon Maarif Şöbəsinin müdiri olub. RPK-nin şöbə müdiri Təzə Alvadı k.
İnşallah Kərimov - Cəlilabad SMD 2 saylı idarənin rəisi Təzə Alvadı k.
Astan İbişov - Masallı Rayon TŞ-nin müdiri Təzə Alvadı k.
İbrahim İbrahimov - Masallıda çıxan “Çağırış” qəzetinin Baş redaktoru olub. Təzə Alvadı k.
Əlihüseyn Dadaşov - Masallı Rayon Ət Tədarükü İdarəsinin müdiri. Təzə Alvadı k.
Kamil Ələkbərov - Masallı Raron SMD-də mühəndis işləyir. Təzə Alvadı k.
Xəlil Hüseynov - Cəlilabad Rayon Yol İdarəsinin müdiri işləyir. Təzə Alvadı k.
Xudaş Bəndəliyev - Kalinovka (Viləş) İstehlak Cəmiyyətinin sədri olub. Təzə Alvadı k.
Əlövsət Cəfərov - Masallı “VAZ”-ın direktoru olub Təzə Alvadı k.
Abdullayev Azər Abı oğlu – Masallı Rayon Maliyyə İdarəsinin müdiri. Təzə Alvadı k.
Kərimov Maşallah Əbülfəz oğlu – Rayon İH-də Başçının I müavini olub Təzə Alvadı k.
Vidadi Muxtarov - Masallı ASAN xidmətin rəisi Təzə Alvadı k.
Quliyev Təhmasib Vəlihəd oğlu - EMBAVOOD MMS-də mebel fabrikinin direktoru olub.
Təzə Alvadı k.
Əliyev Əliağa Abı oğlu - Salyan rayonunda Maliyyə Şöbəsinin müdiri olub.
Təzə Alvadı kəndi
Nemətov Əlövsət Fəti oğlu -. 50 il məktəb direktoru işləyib, Əhmədli k.
Nemətov Ədalət Əlövsət oğlu - Masallı RTŞ-nin müdiri işləmişdir. Əhmədli k.
Əhədov Yasər Əli oğlu Masallı Panel-zavodun rəhbəri. Əhmədli k.
??? Məmmədov İbrahim – Uzun müddət rəhbər vəzifələrdə işləyib. Əhmədli kəndi
Novruzov Rəzzaq Təyyar oğlu– Masallı RPK-də şöbə müdiri işləyib. Əhmədli k.
Nemətov Şəfahət Əlövsət oğlu (1963) – Masallı TKQ-da Baş mühəndis. Əhmədfli k..
Nemətov Arif Əlövsət oğlu - Masallı Rayon Yol İdarəsində mühəndis. Əhmədli kəndi.
İsmayıllov Səxavət Məmmədrəsul oğlu (1953) – rayonda rəhbər vəzifələrdə işləyib.
İmranov Ağasəf - Rayonda rəhbər vəzifələrdə işləyib. Əhmədli kəndi
Qəfərov Tarqulu Yaqub oğlu (1948) – Polis orqanlarında rəhbər vəzifələrdə işləyib.
Muxtarov Ehtiram Babaxan oğlu -Təhsil Naziliyi Masallı 14 saylı Masallı Maliyələşmə idarəsinin rəisi.. oğlu Əhmədli kəndi
İslamov Kamil Tapdıq oğlu - Beyləqan Subartezian Quyularının İstismarı İdarəsində Masallı Rayonu üzrə sahə rəisi Meşəkənarı kəndi
Mirzəyev Samit Adil oğlu – Mühafizə üzrə taqım komandiri Meşəkənarı kəndi
Mirzəyev Əlizadə Adil oğlu – Masallı Rayonlararası Mühafizə Bölməsinin Baş mühasibi. Meşəkənarı kəndi
Respublikada:
Vəliyev Zahid Nəsir oğlu - rəssam. Uşu idmanı üzrə 6-cı dan dərəcəli.
Təzə Alvadı kəndi
Muxtarov Novruz Babaxan oğlu - Dövlət Vergilər Nazirliyinin işçisi. Təzə Alvadı k.
Muxtarov Toğrul Novruz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı. Təzə Alvadı kəndi.
Nemətov Maarif Əlövsət oğlu (1961) – SOKAR-da sahə rəisi vəzifəsində işləyir.
Əhmədli kəndi
Nemətov Bəxtiyar Əlihüseyn oğlu – “Ekvator” Şirkətinin və Bankının müdiri işləyib.
Əhmədli kəndi
Gülüşov Əzizulla Həmdulla oğlu – AZ. Enerji İdarəsində Baş mühəndis işləyib.
Əhmədli kəndi
Abdullayev Vüqar Sərdar oğlu – Bakı Qərb Universitetində Baş müəllimdir. Əhmədli k.
Mirzəyev Rüstəm Asif oğlu - Xarici İşlər nazirliyində məsul işçi. Meşəkənarı k.
Kəndin I Qarabağ şəhidləri:
Əhədov Elşad Saday oğlu – Azərbaycanın Milli Qəhrəmanı Təzə Alvadı kəndi
Kərimov Etibar İman oğlu - Təzə Alvadı kəndi
Qəniyev Zahid Rəfail oğlu - Təzə Alvadı kəndi
Abışov Məhəmməd Əlinağı oğlu Əhmədli kəndi
İsmayılov Mübariz Xəlil oğlu - Əhmədli kəndi
Əliyev Şərafət Ağahəsən oğlu - Əhmədli kəndi
II Qarabağ müharibəsi şəhidləri:
Musayev Vüsal Zakir oğlu - Təzə Alvadı kəndi
Səlimov Sənan Nasif oğlu – Təzə Alvadı kəndi
Ərazinin alimləri:
Əzizəliyeva Qurbanov Firsənd Əliheydər oğlu – iqtisad elmləri namizədi Təzə Alvadı kəndi
Qurbanov Vaqif Abdulhüseyn oğlu – pedaqoji elmləri namizədi Təzə Alvadı kəndi
İmranov Ağasəf Məmməd oğlu - iqtisad elmləri namizədi Əhmədli kəndi
Əhədov YavərVahab oğlu– Pedaqoji elmlər namizədi. Əhmədli kəndi
Abdullayev Məmməd Həmdulla oğlu – fizika-riyaziyyat elmləri namizədi.Əhmədli k.
Abdullayev Anar Sərdar oğlu – tibb elmləri namizədi. Əhmədli k.
Abdullayev Vüqar Sərdar oğlu – sənətşünaslıq elmləri namizədi. Əhmədli k.
Əhədov Şəkur Vahab oğlu – tibb elmləri namizədi. Əhmədli k.
Bəsirə Höccət qızı – filologiya elmləri doktoru. Əhmədli k.
Mirzəyev Elman Savad oğlu - Filologiya üzrə fəlsəfə doktoru. Meşəkənarı k.
Zabitlər:
Qorxmaz Məmiyev - Polkovnik, “N” saylı hərbi hissədə qərargah rəisi
Təzə Alvadı kəndi
Abdullayev Rövşən Hafiz oğlu – Hərbi hissə komandiri. Təzə Alvadı kəndi
Nadirov Rəşad Soltanağa oğlu – polkovnik. Əhmədli kəndi
Qəfərov Tarqulu Yaqub oğlu (1948) – polis kapitanı. Əhmədli kəndi
Kəndin adı: Təzə Alvadı
Əhalisi: 7730 nəfər
O cümlədən: kişi: 3950 nəfər; qadın: 3780 nəfər.
Ərazisi: 1570 ha
Kəndin əsas məşğuliyyəti: Əkinçilik və heyvandarlıq
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Çaxırlı kəndi, Əhmədli kəndi ilə, qərbdən Cəlilabad rayonunun Həziabad və Şıxlar kəndi ilə, Şimaldan Cəlilabad rayonunu Göytəpə şəhəri və cənubdan Köhnə Alvadı və Güllütəpə kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Təzə Alvadı kəndi təqribən 300 ildir yaradılıb. Kənd Əl çayı sahilində yerləşən vadi-sahə güllük olduğu üçün Əlvadi adlanıb. Bir varianta görə bu ərazidə çoxlu qırmızı güllər açdığına görə al (qırmızı) vadi kimi adlanıb.
Kəndin tarixi haqqında:
Təzə Alvadı kəndi nəinki Masallı rayonunda, hətta Azərbaycanda ən qədim yaşayış məskənlərindən sayılır. Kəndin ərazisində çoxlu sayda kurqan tipli qəbirllər, müxtəlif dövrlərə aid qədim yaşayış məskənlərinin izləri və qalıqları bunu deməyə əsas verir. Bu izləri biz kəndin Üş(ç)dərə, Kürə çayı, Kolatdığ(q), Qobu adlanan ərazilərində indi də görə bilərik. Həmin ərazilərdən tapılan boyalı saxsı qabları arxeoloqlar IX-XII əsrlərə aid edirlər.
Təsərrüfat işləri görülən zaman kəndin Yuxarıbaş adlanan hissəsində yerin 2 metr dərinliyindən (2010-cu ildə) aşkar edilən sərkərdə qəbrindən 2 qılınc, 5 ox ucluğu, 5 qızıl düymə, 1 daş balta, 1 xəncər Respublika Muzeyinə təhvil verilmişdir. Arxeoloqlar bu qəbri III-V əsrlərə aid etmişdilər.
Kənd ərazisində yerləşən Ölütəpə, Təzəlitəpə, Məmməd təpəsi, Qaravəllitəpə, Hacağa təpəsi və bir neçə adsız təpələr tunc dövrünə aid kurqan qəbirlərdir.
Kənd ərazisində bir neçə qəbristanlıq izlərinin olması buranın qədim insan məskənlərindən olmasını sübut edir.
Təzə Alvadı kəndinin adı Çar Rusiyasının dövründə tərtib olunan xəritələrdə Yazqırax (Yazqıran) kimi göstərilmişdir. Təzə Alvadı adı SSRİ vaxtında verilmişdir. Xalq etimologiyasına görə Yazqıran toponimi burada yazda mal-qaranın qırılması hadisəsi ilə bağlı verilmişdir. Lakin bu, heç də ağlabatan deyil. Nəzərə alsaq ki, 24 oğuz boylarından birinin adı Yazqır olmuşdur və Mahmud Kaşğari məlum divanında Yazqırların Xəzər dənizinin qərb sahillərində yaşadıqlarını qeyd etmişdir, onda belə məlum olur ki, yazqırların, yəni yazqır tayfalarının yaşadığı məskənlər elə məhz indiki Təzə Alvadı kəndinin yerləşdiyi ərazilərdir.
Taixi abidələri:
Məscid:
Mərasim evi:
Din xadimləri:
Şeyx Ələsgər Axund – Ali ruhani təhsilli.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1940-cı ildə açılıb.
Yeni məktəb:
Kəndin ilk müəllimi:
Nadirov Məhəmməd Seyfulla oğlu – Sovet-Finlandiya müharibəsində həlak olub.
Kəndin ilk ali təhsilliləri:
Novruzov İdris Novruzəli oğlu –
1919-cu ildə anadan olub. Kənddə ilk kolxoz sədrlərindən olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib. İmişli rayonunda, sonra isə masallı rayonunda bir çox məktəblərdə müəllim, Təzə Alvadı məktəbində direktor işləyib. 1989-cu ildə vəfat edib.
Novruzov Yusif Yəhya oğlu,
Novruzov Yasər Yəhya oğlu,
Məmmədov Əli Şahpələng oğlu,
Xanalıyev Əhməd Abdulla oğlu.
Kənddə ilk ali təhsilli həkim:
Bəndəliyeva Təhminə Saleh qızı olmuşdur. 21 oktyabr 1967-ci ildə doğulub. 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. 2010-cu ildən Masallı Rayon MX-da Baş mama-ginekoloqdur.
Məktəbə rəhbərlik edənlər:
Heydərov Qəhrəman kərbəlayı Məhəmməd oğlu – Təzə Alvadı 2 saylı məktəbinin ilk qurucularından olub.
1927-ci ildə Təzə Alvadı kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Rayonun Güllütəpə kəndində direktor kimi fəaliyyətə başlayıb. Təzə Alvadı 2 saylı orta məktəbinin qurucusu və ilk direktoru olub. “Əmək veteranı medalı” ilə təltif olunub. Bir neçə dəfə Təzə Alvadı Kənd XDS-nin deputatı seçilib. 1999-cu ildə vəfat edib.
Həbişov Məhəmməd Əbdülhəsən oğlu – Baş müəllim, məktəb direktoru
1947-ci ildə doğulub. 1964-cü ildə Bakıda Peşə Təmayüllü orta məktəbi bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Pİ-un “İbtidai təhsil pedaqogikası və metodikası” fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1974-cü ildə hərbi xidməti başa vurub Təzə Alvadı məktəbuində müəllim işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Pİ-un filologiya fakültəsinə daxil olub. 1980-ci ildən Təzə Alvadı kənd orta məktəbində dərs hissə müdiri, sonra direktor işləmişdir. 1985-ci ildə “Baş müəllim” olmuşdur. 2006-cı ildə vəfat etmişdir.
Süleymanov Möhsüm Cabir oğlu – Elşad Əhədov adına Təzə Alvadı kənd tam orta məktəbin direktoru.
01 mart 1958-ci ildə doğulub. ADU-nun kimya fakültəsini bitirib. Təzə Alvadı, Masallı Şəhər 1 saylı orta məktəblərində kimya müəllimi, 10.02.2010-cu ildən Təzə Alvadı kənd orta məktəbində direktor işləyir. Respublika mətbuatında bir sıra elmi və metodiki məqalələri ilə çıxış etmişdir. 1988-ci ildə “Baş müəllim”, “Ali dərəcəli müəllim” adlarına və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Baş leytenant rütbəsində ehtiyatda
olan zabitdir.
II Dünya müharibəsində iştirak edənlər:
Təzə Alvadı kəndindən II Dünya müharibəsində 361 nəfər iştirak edib. Hal-hazırda 3 nəfər sağ qalıb.
Yüksək dövlət mükafatları və fəxri adlar alanlar:
Əliyev Yavər Vəli oğlu – SSRİ-nin Maarif əlaçısı
1947-ci ildə Təzə Alvadı kəndində doğulub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi oxuyub. 1972-ci ildə “Respublika dərəcəli hakim”, 1983-cü ildə “Qabaqcıl maarif xadimi”, 1989-cu ildə “SSRİ-nin maarif əlaçısı”, 1989-cu ildən “Ali dərəcəli müəllim” kimi adlar alıb. 1982-ci ildə MAMEİİHK-nın Fəxri fərmanı ilə rəğbətləndirilib. Rayonun “Çağırış” qəzetinin müxbiri, “Sovet kəndi” qəzetində, “Məhsul” cəmiyyətinin və Respublika İdman Jurnalistləri Federasiyasının idman jurnalisti kimi mükafatçısı olub. Müharibə və Əmək veteranıdır.
Abışov Kərim Əjdər oğlu - metodist müəllim.
15 mart 1941-ci ildə doğulub. 1969-cu ildə Aərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 1982-ci ildə “Metodist müəllim” adını alıb. A. Kərim müəllim həm də yaxşı rəssam olub. Əsərləri Təzə Alvadı kənd məktəbində nümayiş etdirilir. 2019-cu ildə vəfat edib.
Kəndin müxtəlif vəzifələrdə işləyən tanınmışları haqqında:
Kənddə:
Mehdi Heydərov - Təzə Alvadı kolxozunun sədri
Kərimov Allahşükür - Kənd XDS-nin sədri
Hacı Quliyev - Rayon İH-nin ərazi üzrə nümayəndəsi
İrasər Novruzov - Rayon İH-nin ərazi üzrə nümayəndəsi
Mehman Muxtarov - Rayon İH-nin ərazi üzrə nümayəndəsi
Vidadi Muxtarov - Rayon İH-nin ərazi üzrə nümayəndəsi
Fəxrəddin Məmmədov - Rayon İH-nin ərazi üzrə nümayəndəsi
Ağabala Kərimov - “Varlı həyat” sovxozunun direktoru
Ələm İbadullayev - “Sosializm” sovxozunun direktoru olub.
Nəhmətov Vüsal İsaq oğlu- rejissor-operator
1981-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində doğulub. 2000-ci ildən rejissor-operator kimi Təzə Alvadı və kənd ziyalıları haqqında bir neçə sənədli filmlər çəkib.
Rayondan kənarda
Əliyev Əliağa Abı oğlu - Salyan rayonunda Maliyyə Şöbəsinin müdiri olub.
1910-cu ildə Təzə Alvadı kəndində doğulub. Müharibəyə qədər Salyan rayonunda Maliyyə şöbəsinin müdiri işləyib. 1941-ci ildə II Dünya müharibəsinə gedib, 1942-ci ildə yaralanaraq arxaya göndərilib. Müharibədən sonra 1958-ci ilədək Masallı rayonunda bank müdiri işləyib. 1958-ci ildən 1973-cü ilə qədər Təzə Alvadı kəndində kolxoz sədri olub.
Heydərov Mehdi Məmməd oğlu – Masallı Rayon Ət Tədarükü Məntəqəsinin müdiri.
1914-cü ildə anadan olub. Şamaxı Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1946-1959-cu illərdə “Sosializm” kolxozunun sədri olub. İşlədiyi müddətdə kənddə ilk olaraq orta məktəb, kənd hamamı, kolxoz idarəsi, klub, kitabxana, tibb məntəqəsi üçün binalar tikdirmiş, kirəmid zavodu, qaramal və qoyun fermaları, su dəyirmanı, ağac emalı sexi yaratmışdır. 1959-1972-ci illərdə Masallı Rayon Ət Tədarükü Məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1981-ci il 15 oktyabrda vəfat edib.
Zakir Məmmədov - Masallı Çay Fabrikinin direktoru olub.
Quliyev Vəlihəd Yəhya oğlu – Masallı Rayon XMŞ-nın müdiri.
1930-cu ildə doğulub. 1951-ci ildə Lənkəran Pedaqoji Məktəbini bitirib. 1955-1961-ci illərdə ADU-nun tarix fakültəsində oxuyub. 1964-cü ildən Masallı Payon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1968-1976-cı illərdə Masallı RXMŞ-ın müdiri və 2 il sıravi müəllim işlədikdən sonra Bədəlan Texniki-Peşə məxtəbinə direktor təyin olunmuşdur. 1984-cü ildə vəfat etmişdir.
İnşallah Kərimov - Cəlilabad SMD 2 saylı idarənin rəisi olub.
Astan İbişov - Masallı Rayon TŞ-nin müdiri olub.
İbrahim İbrahimov - Masallı Rayon PK-də təlimatçı, şöbə müdiri, Masallıda çıxan “Çağırış” qəzetinin Baş redaktoru olub.
Dadaşov Əlihüseyn Abdulhüseyn oğlu – Masallı Rayon Kənd Təsərrüfatı Məhsullarının satın alınması və keyfiyyəti üzrə Baş Dövlət müfəttişi olub.
1932-ci ildə Təzə Alvadı kəndində anadan olub. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub. 1965-1972-ci illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehlakı İdarəsində Baş zootexnik, 1972-1976-cı illərdə Baş dövlət müfəttişi, 1976-1989-cu illərdə Mal-qara qəbulu idarəsinin müdiri vəzifələrində işləyib.
Xəlil Hüseynov - Cəlilabad Rayon Yol İdarəsinin müdiri işləyir.
Xudaş Bəndəliyev - Kalinovka (Viləş) İstehlak Cəmiyyətinin sədri olub.
Əlövsət Cəfərov - Masallı “VAZ”-ın direktoru olub.
Abdullayev Azər Abı oğlu – Masallı Rayon Maliyyə İdarəsinin Müdiri olub.
Kərimov Maşallah Əbülfəz oğlu – Rayon İH-ndə Başçının I müavini və Masallı rayon Melorasiya Su Təsərrüfatı İdarəsinin rəisi işləyib.
Respublikada:
Qurbanov Firsənd Əliheydər oğlu - Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
1986-cı ildə D, Bünyadzadə adına Azərbaycan XTİ-nin maliyyə-statistika fakültəsini bitirib. 1986-1988-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı işləmişdir. 1988-1991-ci illərdə Leninqrad (indi Sankt-Peterburq) Maliyyə-İqtisad İnstitutunda aspirant olmuşdur. 1991-ci ildə elə orada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işçi, laborotoriya müdiri, müəllim işləmişdir. 1992-1996-cı illərdə Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyəti Başçısının müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.1996-2007-ci illərdə Səbayel Rayon Maliyyə İdarəsinin rəisi, Maliyyə Nazirliyində şöbə rəisi, sektor müdiri olmuşdur. 2007-2015-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının Təhsil, Elm, Səhiyyə və Mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2015-ci ildən Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Əlisa Qurbanov - Bakı şəhərində Vergi İdarəsinin rəisi
Təhmasib Quliyev Vəlihəd oğlu - EMBAVOD-un Ev mebeli satışı üzrə direktoru olub.
1964-cü ildə doğulub. 1981-1986-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunda oxuyub. Müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildə EMBAVOOD MMC fabrikinin mebel satışı direktorluğunun Astara-Muğan bölgəsinə direktor vəzifəsinə təyin edilmidir. 2012-ci ildə vəfat edib.
Yasər Eynullayev - Azərbaycan Dəmiryiol Nazirliyində sahə rəisi.
Muxtarov Novruz Babaxan oğlu – Bakı Şəhər Vergilər Departamentinin rəis müavini,
Şərifov Ramiz Ağababa oğlu – Azərbaycan Respublikası Müdafiə Nazirliyində şöbə rəisidir.
Ələkbərov Ələkbər - M.Cavadzadə adına Uroloji Klinikanın baş həkiminin müavini.
Bağırov Arif Əli oğlu – Masallı-Cəlilabad Regional İctimai Nəzarət Koolisiyasında sədr müavini.
2005-2016-cı illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Cənub Regionu üzrə rəis vəzifələrində çalışmışdır.
2020-ci ildən Masallı-Cəlilabad Regional İctimai Nəzarət Koolisiyası sədrinin müavinidir.
Vəliyev Zahid Nəsir oğlu - rəssam. Uşu idmanı üzrə 6-cı dan dərəcəli.
1970-ci ildə Təzə Alvadı kəndində doğulub. İxtisasca rəssamdır. Uşu idmanı ilə məşğul olur. Ustadı keçmiş SSRİ-də uşu üzrə ilk məşqçi-müəllim və peşəkar rəssam Hüseyn Maqomayev olub. 1993-1994-cü illərdə Beynəlxalq yarışda 1-ci yer, 2005-ci ildə Dünya Döyüş sənətləri kubokunda, 2006-cı ildə Avropa kubokunun komanda yarışında çempion adını qazanıb. 6-cı dan Beynəlxalq idman dərəcəsinə yiyələnib. 2007-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Yaxşıların yaxşısı” medalı ilə təltif olunub. Rəssam kimi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. Tanınmış rəssam Bayram Hacızadənin “100 illik karikatura tariximiz” kitabında rəsm əsərləri verilib.2018-ci ildə Türkiyədə əsərləri dövlət səviyyəsində sərgilənib.
Muxtarov Novruz Babaxan oğlu – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarə rəisinin müavini.
Muxtarov Toğrul Novruz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili İşlər Orqanlarında İstintaq-təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini.
Kəndin I Qarabağ şəhidləri:
Əhədov Elşad Saday oğlu – Azərbaycanın Milli Qəhrəmanı
4 mart 1968-ci ildə Təzə Alvadı kəndində doğulub. C. Naxçıvanski adına hərbi liseydə oxuyub. 1989-cu ildə Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirib və Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin olunmuşdur. Azərbaycanın müstəqilliyi dövründə ölkəyə qayıdan E. Əhədov Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonundakı hərbi hissələrdə rota komandiri kimi xidmət edir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda gedən döyüş zamanı şəhid olur.
Kərimov Etibar İman oğlu - 31. 07. 1975. - 12. 02. 1994. (itkin düşüb)
Qəniyev Zahid Rəfail oğlu - 12. 11. 1974. 1993. (itkin düşüb)
I Qarabağ müharibəsi veteranları:
II Qarabağ müharibəsi şəhidləri:
Musayev Vüsal Zakir oğlu -
12. 06. 1996-cı ildə doğulub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliklə hərbi hazırlıq üçün çağırılıb. 27 sentyabrda başlayan müharibəyə Füzuli cəbhəsində başlayıb. 13 oktyabrda Ərgünəş dağında şəhid olub. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Səlimov Sənan Nasif oğlu –
31 mart 2001-ci ildə Təzə Alvadı kəndində doğulub. 2019-cu ilin aprelində Hərbi xidmətə çağırılıb. Beyləqan rayonu ərazisində xidmət edib. Hərbi xidmətinin başa çatması ərəfəsində erməni işğalçılarının hərbi müdaxiləsi ilə 27 sentyabr 2020-ci ildə başlanan müharibəyə qatılıb. 14 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
II Qarabağ veteranları:
Alimlər:
Qurbanov Firsənd Əliheydər oğlu – iqtisad elmləri namizədi
(Ətraflı “Yüksək vəzifələrdə işləyənlər” bölümündə)
Qurbanov Vaqif Abdulhüseyn oğlu – pedaqoji elmləri namizədi
1943-cü ildə Təzə Alvadı kəndində anadan olub. 1981-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində elmi işini müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi adını almışdır. Əvvəl Təzə Alvadı kənd orta məktəbində müəllim, sonra isə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında kafedra müdiri işləmişdir. 2009-cu ildə vəfat edib.
Qurbanov Rövşən Yusif oğlu – filologiya üzrə fəlsəfə doktoru
1978-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 20-dən çox elmi məqalə və tezislərin müəllifidir. ADPU Cəlilabad filialında və Masallı Regional Kollecində müəllim işləyir.
Ölkədən kənarda müxtəlif vəzifələrdə çalışanlar:
Ədalət Xanəliyev - RF-in Tümen vilayətində MKT-nin rəisi
Zabitlər:
Qorxmaz Məmiyev - Polkovnik, “N” saylı hərbi hissədə qərargah rəisi
Abdullayev Rövşən Hafiz oğlu – Hərbi hissə komandiri
Kəndin din xadimləri:
1. Şeyx Ələsgər Axund - 1851-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində doğulub. İbtidai təhsilini atasından alıb. Ərdəbil və Qum şəhərlərində orta təhsil aldıqdan sonra İraqın Nəcəf şəhərində ali ruhani təhsil alıb. Müctəhid dərəcəsinə çatmasını və bir çox risalələrini gizli saxlamışdır. 1939-cu ildə vəfat edib.
2. Şeyx Məmmədhüseyn Axund – 1902-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində doğulub. 1918-ci ildə İranda ibtidai təhsil alıb, İraqda 25 illik ali ruhani təhsili almışdır. Cənubi Azərbaycanın Zərgər kəndində məskunlaşıb.
2.Şeyx Həsən.
3.Molla Məmməd
Kəndin digər tanınmışları:
1.Qurbanov Vaqif Abdulhüseyin oğlu – işi və vəzifəsi
2.Quliyev Vasif Məmmədqulu oğlu - ..........................
3.Kazımov Fizuli Ağabala oğlu - ..................................
4.Məmmədov Məmməd Yəhya oğlu - ...........................
Yazarlar:
Qəni Abdullayev Abusət oğlu (Bəxtəvər) - şair
Süleymanov Süleyman Əlisa oğlu - tədqiqatçı-yazıçı
II Dünya müharibəsində iştirak edən və vəfat edənlərin sayı:
Qəhrəman anaların sayı ----
İcra nümayəndəliyinin və Ərazi Bələdiyyəsinin inzibati binası:
Uşaq bağçası:
Poçt:
EATS:
İdman qurğuları:
TƏZƏ ALVADI kəndi ---- nə çatmır?
1. Kənddəki tikililərin inşa tarixləri.
2. yeni – son məktəb binası nə vaxt tikilib?
3. İlk ali təhsillinin təvəllüd və ...
4. Şəhidlərin haqqında – doğum və şəhid olma tarixləri
5. alimin haqqında – təvəllüdü və sair
6. Bütün kadrların təvəllüd tarixləri yoxdur.
7. Qəhrəman analar – sayı..
8. Yüksək dövlət mükafatları alanalr və təltiflər.
9. Kəndin yazarları..
10. Digər məşhurlar.
Təzə Alvadı jkəndi haqqında məlumatların toplanmasında bizə yaxından kömək edən Süleymanov Möhsüm Cabir oğluna və Qurbanov Rövşən Yusif oğluna təşəkkür edirik.
Kəndin adı: Əhmədli
Əhalisi: 1635 nəfər
O cümlədən: kişi: 831 nəfər; qadın: 804 nəfər.
Ərazisi: 570 ha
Coğrafi mövqeyi:
Masallı rayon mərkəzindən 17 km qərbdə, Astara-Bakı magistralından cənubda, düzənlik sahədə yerləşir.
Kəndin özəlliyi:
Əhmədli kəndinin ortasından 2 çay keçir: a) Yazqıraqçay (Alvadı çayı), b) Tatyançay
Kəndin əsas məşğuliyyəti: Əkinçilik və heyvandarlıq
Həmsərhəd olduğu kəndlər:
Masallı Dəmiryol stansiyası,Təzə Alvadı, Çaxırlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli kəndləri və Cəlilabad rayonu Göytəpə şəhəri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Keçmiş adı Sultan Əhmədli olmuşdur. Şahsevənlərin əhmədli tirəsinin adı ilə bağlıdır. 2-ci məlumat belədir ki, kəndin bünövrəsini qoyan Əhməd kişinin adı ilə əlaqədardır. (Azərbaycan toponimlərinin ensklopedik lüğəti. Bakı-2007)
Kəndin tarixi abidələri:
Əhmədli kənd məscidi və tut bağı abidə kimi qalır. Kənddə Çirvan istili, Qalaça Qabanlı, İstil toponimləri yaddaşlarda qalan tarixi yer adlarıdır.
100 yaşdan çox yaşayan kənd sakinləri:
1. Abdullayeva Reyhan
2. Axundov Hüseyn
3. Axundova Dürrə
4. Rəhmətullayeva Vəsxanım
5. Əhədov Zeyni
Kənddə ilk məktəbin açıldığı tarix:
İlk məktəb 1930-cu ildə açılmışdır. Həmin ildən məktəbin ilk direktoru Kərimov Əbülfəz Dadaş oğlu olub (1905-1995). APİ-nin tarix fakültəsini bitirib.
Əhmədli məktəbində 1930-2000-ci illərdə işləmiş qocaman müəllimlər:
1. Kərimov Əbülfəz. 2. Nemətov Əlövsət. 3. Ağayev Əlihüseyn.
4. Məcidov Əlihüseyn. 5. Paddobnaya Anna Müharibədən qabaq Əhmədli məktəbində müəllim işləməyə başlayıb. 1965-ci ildə Ukraynaya qayıdıb.
6. Korotkova Valya 2001-ci ildə Ukraynaya qayıdıb. 7. Hüseynov Yusif.
8. İmranov İmran. 9. Səfərov Abdulbağı. 10. Bəşirov Müzəffər (çaxırlı)
11. Vəliyev Vəli. 12. Niftiyev Ələşrəf (Masallı) 13. Mustafayev Əlihüseyn.
14. Vəliyeva Afər. 15. Hüseynov İbrahim. 16. Qurbanov Vilayət.
17. Qurbanova Solmaz (Şəki)
Yeni məktəb: 2005-ci ildə inşa edilmişdir.
Kəndin ilk müəllimi:
Məmmədov Mahmud İmran oğlu –
Az. Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib. Rayonun Təklə məktəbində direktor və Masallı 3 saylı məktəbində müəllim işləyib.
Kəndin ilk ali təhsillisi:
Əhmədov Əhməd Kərim oğlu (1927-1955) – müəllim
1953-cü ildə ADU-nun (indi BDU) filologiya fakültəsini bitirib. Yardımlıda müəllim işləyib. Hərbi xidmətə gedib, xəstələnib və vəfat edib.
İlk ali təhsilli həkim.
Səfərov İsaq Emin oğlu – həkim-pediatr
1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Boradigah və Masallı xəstəxanalarında həkim-pediatr işləyib. Vəfat edib.
İlk ali təhsilli riyaziyyat müəllimi:
Hüseynov İbrahim Məmmədağa oğlu – Azərbaycan Dövlət Universitetinin (indi BDU) riyaziyyat fakültəsini bitirib. Kənddə ilk riyaziyyat müəllimi olub.
Kənddə ilk ali təhsilli qadın müəllimlər:
Vəliyeva Afər Əsgər qızı
Nemətova Rəvayət Əlövsət qızı
Kənddə təhsillilər:
Kənddə 100 nəfərdən çox ali təhsilli, 100 nəfərə qədər orta ixtisas təhsilli var.
II Dünya müharibəsində iştirak edənlər:
Əhmədli kəndindən II Dünya müharibəsində 30 nəfər iştirak edib.
Bələdiyyə:
İlk bələdiyyə 1999-cu ildə yaranıb. İlk Bələdiyyə sədri İsmayılov Hadı Səid oğlu olub.
Kəndin I Qarabağ Müharibəsi şəhidləri:
Abışov Məhəmməd Əlinağı oğlu - 30. 05. 1973 – 09. 10. 1992. Əhmədli kənd məktəbi şəhidin adını daşıyır.
İsmayılov Mübariz Xəlil oğlu - 09. 01. 1972. - 08. 03. 1992.
Əliyev Şərafət Ağahəsən oğlu - 08. 01. 1973. - 22. 01. 1992.
I Qarabağ müharibəsi veteranları:
Ağayev Firsət Ağamoğlan oğlu - qazi, II qrup əlil, taqım komandiri, gizir.
1973-cü ildə doğulub. 1992-ci ilin yanvar ayından Daxili Qoşunlarda gizir rütbəsində taqım komandiri vəzifəsində xidmət edir. I Qarabağ müharibəsində iştirak edib, II qrup əlildir, qazidir.
II Qarabağ Müharibəsində iştirak edənlər haqqında:
II Qarabağ müharibəsi veteranları və qaziləri:
Səfərov Mənsur - qazi
Səfərov Elnur Qabil oğlu - qazi
Həmidov Həsən - qazi
Həmidov Hüseyn - qazi
Bağırov İsaq - qazi - II qrup əlil
Museyibov Tehran - qazi
Bağırov Maşallah - qazi
Əliyev Əlfariz Rasif oğlu – 4 medalla təltif olunub.
Abdullayev Məmmədbağır Musa oğlu – 2 medalla təltif olunub.
Mərasim evi: 2019-2020-ci illərdə inşa edilib.
Məscid: Köhnə məscid XIX əsrin sonunda inşa edilmişdir.
1992-ci ildə yeni məscid inşa edilmişdir.
Kəndin din xadimləri:
1. Axund Şeyx Rəhmətullah Həsən oğlu – XIX əsrin əvvəllərində doğulub. Nəcəf şəhərindəki İslam Universitetində təhsil almışdır. Təzə Alvadı kənd məzarlığında dəfn edilmişdir.
2. Şeyx Həsən Axund Rəhmətullah oğlu - 1849-cu ildə doğulmuşdur. Əvvəlcə Ərdəbildə orta dini təhsil alıb, sonra İraqın Nəcəf-ül-Əşrəf ali ruhani məktəbində təhsil almışdır. 1939-cu ildə 90 yaşında vəfat edib.
3. Şeyx Mehdi Axund Rəhmətullah oğlu – 1847-ci ildə doğulub. İlk təhsilini atasından alıb, sonra Nəcəf-ül-Əşrəfdə ali ruhani təhsil almışdır. Təhsildə yüksək nəticələrə gəlib və Höccət-ül-İslam rütbəsinə yüksəlmişdir. 1886-cı ildə - 40 yaşında vəfat edib.
4. Molla Əbdülhüseyn Axund Şeyx Həsən oğlu – 1888-ci ildə doğulub. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra Ərdəbildə orta ruhani, Nəcəf şəhərində isə ali ruhani təhsil almışdır. 1930-cu ildə - 40 yaşında vəfat edib.
5. Molla Əhməd axund Şeyx Həsən oğlu - 1890-cı ildə doğulub. Atasından mükəmməl dini təhsil alıb. 1969-cu ildə vəfat edib.
6. Molla hacı İsmayıl – Bakıdakı Göy məscidin axundu.
7. Məşədi Hüseyn Məhəmməd oğlu – kənd məscidinin axundu
8. Molla Yəhya – Salyan bölgəsinin qazisi olub.
9. Molla Zəkəriyyə - Lənkəran məscidinin axundu olub.
10. Məşədi Xeybər – Əhmədli kənd məscidinin axundu.
11. Gülağa İsmayılov – Bakıda Təzə Pir məscidinin axundu.
12. Məmmədov Əhməd Məmmədhüseyn oğlu – din xadimi, axund.
13. Abdullayev Abdulla Abusət oğlu (1956) – kənd məscidinin imamı.
14. İsmayılov Gülağa Hadı oğlu – Bakı İslam universitetinin doktoranturasında oxuyur.
06.08. 1984-cü ildə Əhmədli kəndində doğulub. 2001-2006-cı illərdə Bakı İslam Universitetində oxuyub. 2010-cu ildə Misirin Əl-Əhrər Universitetini bitirib. Sumqayıt şəhəri Cümə məscidinin imamıdır.
15. Molla Əhməd - kəndin axundu.
Qəhrəman analar:
1. Nemətova Kifayət
2. Əhədova Ceyran
3. Abdullayeva Səkinə
4. Məmmədova Fatma
5. Əliyeva Zivər
6. Abuşova Şəhrəbanı
7. Abdullayeva Fatma
8. Museyibova Gülüstan Cümşüd qızı
Yüksək Dövlət mükafatları alanlar:
Abuşov Əliş (1937) – Lenin ordenli, Qırmızı Əmək Bayrağı ordenli, Masallı RPK-nin Büro üzvü olub.
Nemətov Əlisa Fəti oğlu - SSRİ-nin əməkdar şaxtaçısı.
Kemerovo vilayətində kömürçıxarma şaxtalarında briqadir işləmişdir.
İsmayılov Hadı Səid oğlu–Kəndli-Fermer təsərrüfatının başçısı. “Tərəqqi” medallı.
01 iyul 1948-ci ildə doğulub. Əhmədli sovxozunun direktoru, “Sosializm” sovxozunda partiya təşkiltının katibi, kəndin ilk bələdiyyə sədri kimi vəzifələrdə çalışmışdır. “Tərəqqi” medalı və “II dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur.
Zabitlər:
1. Nadirov Rəşad Soltanağa oğlu – polkovnik.
13 iyun 1982-ci ildə doğulub. Bakı şəhəri Nizami tayonu 129 saylı tam orta məktəbini bitirib. 2002-ci ildə H. Əliyev adına Ali Hərbi Məktəbi, 2013-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2018-ci ildə isə Almaniya Federasiyasının General-Admiral Akademiyasını bitirib. Polkovnik R. Nadirov 2020-ci ildə keçirilən Zəfər paradında avia uçuşlara rəhbərlik edib. Hazırda “N” saylı hərbi hissədə Qərargah rəisidir. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına (2020-ci il) layiq görülüb. “Qüsursuz xidmətə görə” medalın I, II, III dərəcələrinə, “Ordunun 90 illiyi” və “Ordunun 100 illiyi” medallarını alıb. Hərbi Hava Qüvvələri Komandanlığında Xüsusi Təyinatlı Qoşunların komandiridir.
Qəfərov Tarqulu Yaqub oğlu (1948) – polis kapitanı.
Polis orqanlarında bir çox rəhbər vəzifələrdə işləyib.
Məmmədov Cəmaləddin Məmmədsadıq oğlu - Azərbaycan Silahlı Qüvvələri mayoru.
31.08. 1970-ci ildə Əhmədli kəndində doğulub. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirib. “N” saylı hərbi hissədə taqım komandiri, Zenit Artilleriya Dvizionu Qərargah rəisinin köməkçisi, müavini, bölük komandiri, Əlahiddə kəşfiyyat taborunun qərargah rəisinin müavini, sonra rəisi kimi vəzifələrdə çalışmışdır. II Qarabağ müharibəsi veteranıdır. “Şücaət” ordeni və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. İstefada olan mayordur. Masallı rayonunun Qəriblər və Seybətin kənd orta məktəblərində hərbiyə hazırlıq üzrə müəllimdir.
Müxtəlif rəhbər vəzifələrdə işləyənlər:
Kənddə:
İsmayılov Hadı Səid oğlu–Bələdiyyə sədri, fermer t-nın başçısı, “Tərəqqi” medallı.
Əliyev Əli - kolxoz sədri
Əliyev Dadaş - kolxoz sədri.
Qafarov Təyyar - XDS-nin sədri.
İsmayılov Məmmədrəsul Həşim oğlu (1925) – Rayonun Xırmandalı kəndində Lenin adına sovxozda direktor işləyib.
Rayonda:
1. Nemətov Əlövsət Fəti oğlu (1928-2001) -. 50 il məktəb direktoru işləyib, Respublikanın Qabaqcıl Maarif işçisidir.
02 fevral 1928-ci ildə doğulub. 1947-ci ildə Lənkəran pedməktəbini, 1957-ci ildə N. Tusi adına Az. Dövlət Pedoqoji İnstitutunu bitirib. 1947-ci ildən 1995-ci ilə qədər Əhmədli əsas məktəbinin direktoru, sonra müəllimi işləmişdir. 1960-cı illərdə “Məktəblərdə özünəxidmətin təşkili” sahəsindəki işi Respublika TN tərəfindən bəyənilmiş və yayılması tövsiyə edilmişdir. Pedaqoji məqalələri Respublika mətbuatında dərc olunub. Masallı RPK-nın “Şərəf lövhəsində” şəkli asılıb. Bir neçə dəfə Azərbaycan Müəllimlərinin Qurultay nümayəndəsi olub. 29 yanvar 2001-ci ildə vəfat edib.
2. Nemətov Ədalət Əlövsət oğlu - “Tərəqqi medallı”, uzun müddət məktəb direktoru və Masallı RTŞ-nin müdiri işləmişdir.
14 aprel 1952-ci ildə doğulub. 1969-cu ildə Təklə kənd orta məktəbini, 1973-cü ildə N. Tusi adına ADPU-nin riyaziyyat fakültəsini bitirib. 1991-ci ilə qədər müəllim, 1991-1993-cü illərdə Bakı Plan-İqtisad texnikumunun Masalı filialında müəllim, 1993-2000-ci illərdə Masallı RTŞ-də metodist, 2000-2007-ci illərdə Masallı RTŞ-nin müdiri olmuşdur. 2008-2011-ci illərdə Masallı şəhəri “Dəfnə” liseyində direktor və müəllim işləmişdir. Elmi-pedaqoji məqalələri Respublikanın və keçmiş SSRİ məkanının bir çox mətbuat orqanlarında dərc olunmuşdur. 1977-ci ildə “Tək bir alətlə qurma məsələləri” adlı kitabı Postsovet məklanında bu səpkidə yeganə vəsaitdir. Pedaqoji mühazirələrin Respublika müsabiqəsində 5 dəfə I və II yerləri tutmuşdur. “Qabaqcıl maarif xadimi”, “SSRİ-nin maarif əlaçısı”, “UİLKGİ-nin ən yaxşı gənc müəllimi” döş nişanlarını və “Baş müəllim”, “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim”, “Ali kateqoriyalı metodist” fəxri adlarına layiq görülüb. 2008-ci ildə “Tərəqqi” medalını alıb. 2008-ci ildə direktoru olduğu “Dəfnə” liseyi ilk dəfə “İlin məktəbi” adlanıb.
15 ildən artıq Masallı Rayon Uşaq Fondunun İdarə heyətinin üzvü olub. TN-nin orqanı olan “Fizika, riyaziyyat və informatikanın tədrisi” jurnalının redaksiya heyətinin üzvüdür. Uzun müddət Masallı RTŞ-nin Şərəf lövhəsində şəkli asılıb. 1 dəfə YAP qurultayına, 5 dəfə Azərbaycan Müəllimlərinin qurultayına nümayəndə seçilib.
3. Əhədov Yasər Əli oğlu - Masallı Panel-Zavodunun direktoru olub.
12 fevral 1938-ci ildə doğulub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 34 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin rəisi, 3 saylı Trestdə şöbə müdiri, müxtəlif illərdə Masallı Mebel fabrikinin, Məişət Xidməti Kombinatının, Masallı Panel-Zavodun rəhbəri kimi fəaliyyət göstərib. Həcc ziyarətində olub.
4. Məmmədov İbrahim (1941- vəfat tarixi məlum deyil) – Uzun müddət rəhbər vəzifələrdə işləyib.
5. Novruzov Rəzzaq Təyyar oğlu– Masallı RPK-də şöbə müdiri və digər rəhbər vəzifələrdə çalışıb.
01. 07. 1947-ci ildə Əhmədli kəndində doğulub. 1968-1973-cü illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda oxuyub və əməyin iqtisadiyyatı ixtisası üzrə oranı bitirib.1970-1973-cü illərdə rayonun “Sosializm” sovxozunda mühasib, 1973-1977-ci illərdə Masallı Rayon Komsomol Komitəsində uçot-bölmə müdiri, 1977-1978-ci illərdə Rayon Aqrar Sənaye birliyində əməkhaqqı şöbəsinin müdiri, 1978-1984-cü illərdə Masallı Rayon PK-də uçot bölməsinin müdiri, 1984-1987-ci illərdə Rayon PK-də ümumi şöbənin müdiri, 1989-1990-cı illərdə Masallı RPK-nin yanında Partiya Komissiyasının sədri, 1990-1991-ci illərdə RPK Nəzarət Komissiyasının sədri, 1991-1995-ci illərdə Masallı Rayon Əmanət Bankında Baş təftişçi, 1995-1996-cı illərdə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində nəzarətçi-mühasib və inspektor, 1996-2003-cü illərdə Masallı Telekommunikasiya Qovşağında abunə şöbəsinin rəisi, 2004-cü ildən ömrünün sonuna kimi “Azərpoçt DM-nin Masallı Poçt Filialında əməliyyatçı vəzifələrində işləmişdir. Dəfələrlə Masallı Rayon XDS-nə deputat seçilmişdir. 20 oktyabr 2014-cü ildə vəfat edib.
7. Nemətov Şəfahət Əlövsət oğlu (1963) – Masallı TKQ-da Baş mühəndisdir.
15 il Azərsellin Cənub bölgəsi üzrə koordinatoru olmuşdur.
8. Nemətov Arif Əlövsət oğlu – SMD-in rəisi, Masallı Rayon Yol İdarəsində mühəndis olub.
9. İsmayılov Səxavət Məmmədrəsul oğlu (1953) – rayonda SMD-nin rəisi işləyib.
10. Süleymanov Məmmədhəsən Yəhya oğlu – Cəlilabad rayon Göytəbə İƏD-si Nümayəndəliyində Baş məsləhətçi.
01 fevral 1961-ci ildə Əhmədli kəndində anadan olub. 1978-1982-ci illərdə D. Bünyadzadə adına Azərbaycan XTİ-də oxuyub. Təyinatla Cəlilabad Rayon Təsərrüfatlararası Nəqliyyat İdarəsində iqtisadçı, 1985-ci ildən Cəlilabad rayonu Prişib (indiki Göytəpə) şəhər XDS İK-də, sonra Göytəpə İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin bəş məsləhətçisi- baş mühasibi işləyir. 2-ci dərəcəli dövlət qulluqçusudur.
12. İmranov Ağasəf - Rayonda rəhbər vəzifələrdə işləyib.
13. Qəfərov Tarqulu Yaqub oğlu (1948) – Daxili İşlər orqanının mayoru.
02 fevral 1948-ci ildə doğulub. 1990-cı ildə Aşqabad Polis Akademiyasını bitirib. Cəlilabad İctimai Təhlükəsizlik bölməsinin rəisi işləyib.
14. Səfərov Yavər İmaş oğlu – həkim-terapevt
Masallı Rayon Mərkəzi Xəstəxanasında növbətçi-terapevt həkim işləmişdir.
15. Ağayev Şəmsəddin Əlihüseyn oğlu (1950-2009)- Respublikanın “Qabaqcıl maarif xadimi”. Təklə və “Dəfinə” liseyində müəllim işləyib.
.
16. Əhədov Əhsən Vahab oğlu (1956) – Masallı Əmək Müfəttişliyində Baş məsləhətçi, Təzə Alvadı Üzüm Emalı Zavodunda Baş şərabçı.
17. Mehbaliyev İltifat Ağaqulu oğlu – Masallı RPK-də təlimatçı olub.
Mehbaliyev İltifat Ağaqulu oğlu 1922-ci il Masallı rayon Əhmədli kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib. “Böyük Vətən” müharibəsinin iştirakçısı olub. 1950-ci ildə iki illik ali partiya məktəbini bitirib. 1950-1953-cü illərdə Təzə Alvadı kənd 7 illik məktəbin direktoru olmuşdur.1955-ci ildə RPK-nə təlimatçı seçilmişdir. 1963-1966-cı illərdə Nizami sovxozunun direktoru işləmişdir.1967-ci ildən ömrünün sonuna qədər Təzə Alvadı Kənd XDS-nin sədri vəzifəsində işləmişdir.
18. Əhədov Söhbət Əlövsət oğlu – Göytəpə Şəhər Xəstəxanasında şöbə müdiri.
19. Məmmədov Məmmədkazım Əkbər oğlu – iqtisadçı-mühəndis.
1950-ci ildə doğulub. 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun iqtisadçı-mühəndis fakültəsini bitirib. 1978-ci ildən Masallı 3 saylı Azərkəndtikinti Trestində iqtisadçı, maliyyə şöbəsinin rəisi, iqtisadi təhlil laboratoriyasının rəisi, Baş mühasibin müavini vəzifələrində işləyib.
Səfərov Mirzəli Abdulbağı oğlu – Masallı RMX-nın həkimi
1981-1987-ci illərəd Amur vilayətinin Blaqoveşşensk Dövlət Tibb İnstitutunda oxuyub. Sverdlovsk vilayətinin Alapayevsk şəhərində həkim-terapevt işləyib. 1990-cı ildən Masallı Rayon MX-da həkim-terapevt işləyir.
Respublikada:
Nemətov Maarif Əlövsət oğlu (1961) – SOKAR-da sahə rəisi vəzifəsində işləyir.
Bakı Xəritəçəkmə və Kartoqrafiya fabrikində Baş mühəndis işləyib.
Gülüşov Əzizulla Həmdulla oğlu – AZ. Enerji İdarəsində Baş mühəndis işləyib.
Bağırov Abturab İbrahim oğlu – Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı rayonu üzrə nümayəndəsi.
Abdullayev Vüqar Sərdar oğlu – Bakı Qərb Universitetində Baş müəllimdir.
Məmmədov Bəxtiyar - “Ekvator” mətbəəsi və “Ekvator” Bankının müdiri.
Nemətov Maarif Əlövsət oğlu – Sokarda sahə rəisi.
20 aprel 1961-ci ildə Əhmədli kəndində doğulub. 1978-1982-ci illərdə Lvov Poliqrafiya İnstitutunda oxuyub. Bakı Kartoqrafiya və Xəritəçəkmə Fabrikində Baş mexanik, Baş mühəndis və sahə mühəndisi vəzifələrində işləmişdir.
Nemətov Nemət Ədalət oğlu (1983) – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyində (RİNN-də) Tezliklər İdarəsində aparıcı mühəndis.
Ölkədə və ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
1. Abuşov Fuad – maddi imkanı zəif ailələrə mütəmadi yardımlar edir.
2. İsmayılov Bayram – Rusiya Federasiyasında yaşayır, kəndə su çəkilişinə yardım edib.
3. Məmmədov İlham - Məscidin tikintisinə kömək edib.
Ölkədən kənarda yaşayan mütəxəssis kadrlar haqqında:
1. Əhədov Şəkur - Moskvada həkim işləyir.
2. Səfərov Nurəli -- Rusiyada
3. Səfərov Fərhad --- Rusiyada
4. Səfərov Zülfüqar - Rusiyada
5. Əzizəliyev Vüsal – Amerikada Universitet müəllimi.
6. Əzizəliyev Ceyhun – Amerikada Universitet müəllimi.
7. Abdullayev Məmmədrza – Rusiyada bizneslə məşğul olub, vəfat edib.
8. Abdullayev Mahir – Rusiyada tikinti şitkətinə rəhbərlik edir.
10. Əhmədov Kərim Davud oğlu –
1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunu bitirib Rusiyanın Abakan vilayətindəki Dəmir-Beton zavodunda direktor müavini işləyib. 1983-cü ildə Masallıya gəlib, rayondakı Dəmir-Beton zavodunda şöbə rəisi işləyib.1990-cı ildə vəfat edib.
Məmmədov Şakir Məmmədsadıq oğlu – Başqırdıstan Respublikası Ufa şəhərində “Nerud-İnvest” Şirkətində direktorun tikinti üzrə müavini.
1958-ci ildə Masallı rayonunun Əhmədli kəndində doğulub. 1986-cı ildə Kuybışev (indi Samara) Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutnunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Başqırdıstan Elmi-Tədqiqat Neft Sənayesi İnstitutunda tikinti-layihə şöbəsində mühəndislikdən müxtəlif zavod və şirkətlərdə məsul vəzifələrdə işləmişdir. Sonuncu iş yeri “Nerud-İnvest” Şirkətində direktorun tikinti üzrə müavini olmuşdur.
Məmmədov Ruslan Şakir oğlu – Rusiya Xarici işlər Nazirliyinin əməkdaşı. Siyasi elmlər namizədi.
Abdullayev umudəli Əkbər oğlu – Rusiya Federasiyasının Ufa şəhərində ali təhsil
alıb.
10 may 1968-ci ildə Təzə Alvadı kəndində doğulub. 1989-1993-cü illərdə Samara Dəmiryol İnstitutunda oxuyub. 1995-ci ildən Ufa Teplovoz Təmiri zavodunda işləyir. Ufa şəhərinin ictimai-siyasi həyatında iştirak edir.
Kəndin alimləri:
1. İmranov Ağasəf Məmməd oğlu – iqtisad elmləri üzrə fəlsəfə doktoru
15 yanvar 1942-ci ildə Əhmədli kəndində doğulub. 1948-1958-ci illərdə Əhmədli və Təklə məktəblərində oxuyub. 1959-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. 1967-ci ildə Aərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda işləmişdir. 1991-ci ildən Böyük mühəndis, Bölmə rəhbəri, Labarotoriya müdiri, elmi şöbənin müdiri vəzifələrində çalışmışdır. 1986-cı ildə elmi işini müdafiə edərək iqtisad elmləri namizədi olub. 1991-ci ildə baş elmi işçi, 2019-cu ilə kimi ADNA-da dosent kimi çalışıb. 1998-ci ildə “İqtisadi fikir” ictimai birliyini təsis edib. 2005-2011-ci illərdə TQDK-da ekspert olub. 150-dən çox elmi əsərin müəllifidir. 15 bədii-publisistik kitabın müəllifidir.
2. Əhədov Yavər Vahab oğlu– Pedaqoji elmlər namizədi. 16 oktyabr 1948-ci ildə doğulub.
1965-ci ildə Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. 1975-ci ildə Xırdalan şəhər 2 saylı orta məktəbində müəllim, 1987-ci ildən Abşeron Rayon Təhsil Şöbəsində mütodist işləmişdir. Elmi yaradıcılıqla məşğul olmuş, 1991-ci ildə İ. Nəsimi adına Dilçilik İnstitutunda elmi işini müdafiə edib elmlər namizədi adını alıb. Müxtəlif illərdə Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləmişdir. 2017-ci ildən dövlət qulluğu üzrə təqaüddədir. Hazırda Tyanşi Beynəlxalq Şirkətdə Baş menecer kimi fəaliyyət göstərir.
3. Abdullayev Məmməd Həmdulla oğlu – fizika-riyaziyyat elmləri namizədi.
06 avqust 1951-ci ildə doğulub. 1969-74-cü illərdə N.Tusi adına ADPİ-nin riyaziyyat fakültəsində oxuyub. 1985-87-ci illərdə aspiranturada oxuyub. 1991-ci ildə namizədlik işini müdafiə edib. 1992-ci ildən Memarlıq və İnşaat Universitetində əvvəlcə müəllim, sonra dosent kimi fəaliyyət göstərib. 30 elmi əsərin müəllifi olub. 19. 04. 2020-ci ildə vəfat edib.
4. Abdullayev Anar Sərdar oğlu – tibb elmləri namizədi.
21 iyul 1972-ci ildə Bakı şəhərində doğulub. 1989-cu ildə Bakı şəhəri 132 saylı orta məktəbi Qızıl medalla bitirb. 1994-cü ildə Azərbaycan Tİ-nu fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə elmi işini müdafiə edib. 41 elmi işin – 2 monoqrafiyanın, 7 dərs vəsaitinin, 1 metodik vəsaitin və elmi məqalələrin müəllifidir.2018-ci ildən ATİ-nin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, kafedra müdiri olub.
5. Abdullayev Vüqar Sərdar oğlu – sənətşünaslıq elmləri namizədi.
21 iyul 1974-cü ildə doğulub. 1990-cı ildə Bakı 132 saylı orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. 1998-2001-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin alman dili tərcüməçisi fakültəsində, 2001-2003-cü illərdə həmin Universitetin magistraturasınıda oxuyub. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasında aspirantura təhsili alıb. 2009-cu ildə müdafiə etmişdir. 3 kitab müəllifidir.
6. Əhədov Şəkur Vahab oğlu – tibb elmləri namizədi.
1959-cu ildə Əhmədli kəndində doğulub. Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirib. 1983-cü ildə elmi işini müdafiə edib. Moskva şəhərindəki “Paratsels” tibb mərkəzində kardioloq-həkim işləyir.
7. Əzizəliyeva Bəsirə Höccət qızı – filologiya elmləri doktoru.
08 dekabr 1974-cü ildə doğulub. Çaxırlı kənd orta məktəbini bitirdikdən sonra 1992-1997-ci illərdə BDU-da oxumuşdur. 1997-2000-ci illərdə BDU-da aspirantura təhsili almış və 2003-cü ildə elmi işini müdafiə edərək fəlsəfə doktoru elmi adını almışdır. 2004-cü ildən Azərbaycan MEA N. Gəncəvi adına İnstitutda çalışır. Həmin institutun “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin aparıcı elmi işçisi, dosenti olub. İndi filologiya elmləri doktorudur.
8. Məmmədov Ruslan Şakir oğlu – Siyasi elmlər namizədi.
Rusiya Xarici işlər Nazirliyinin əməkdaşı.
Yazarlar:
1. Vəliyev Ələsgər – jurnalist, İctimai TV-nin əməkdaşı
2. Qəfərov Həsənbala Təyyar oğlu ((Səyyad Həsən) – şair, “Talisman” qəzetində şöbə müdiri olub, vəfat edib.
3. Əliyev Əlixas Dadaş oğlu - şair, qəzəlxan, 3 kitab müəllifidir.
ƏHMƏDLİ kəndi ---- nə çatmır?
1. Kənddəki abidələrin inşa tarixləri.
2. yeni – son məktəb binası nə vaxt tikilib?
3. İlk ali təhsillinin təvəllüd və ...
4. I və II Qarabağ Müharibəsində iştirak edənlər haqqında ətraflı:
doğum və şəhid olma tarixləri
5. Bəzi alimlərin haqqında – təvəllüdü və sair
6. Bəzi kadrların təvəllüd tarixləri və fəaliyyəti haqqında yoxdur.
7. Qəhrəman analar – sayı..
8. Yüksək dövlət mükafatları alanalr və təltiflər.
9. Kəndin yazarları haqqında məlumat yoxdur.
10. Digər məşhurlar.
Əhmədli kəndi haqqında məlumatların toplanmasında yaxından köməyinə görə Ədalət Nemətova təşəkkür edirik).
Kəndin adı: Meşəkənarı
Əhalisi: 602 nəfər
o cümlədən: kişi: 284 nəfər; qadın: 318 nəfər
Ərazisi: 30 ha
Kəndin əsas məşğuliyyəti: Əkinçilik və heyvandarlıq
Coğrafi mövqeyi: Meşəlik və düzənlik
Həmsərhəd olduğu kəndlər:
Şimal və şərqdən Təzə Alvadı, qərbdən meşə ərazisi, cənubdan isə Köhnə Alvadı kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Kənd meşə kənarında yerləşdiyi üçün Meşəkənarı adlandırılıb.
Kəndin yaranma tarixi:.
Meşəkənarı kəndinin əsası 1950-ci ildə qoyulmuşdur. Buna qədər heyvandarlıqla məşğul olan yerli əhali yarımköçəri olmuşdur. Hazırki kənd ərazisində qışlaq binələri olmuşdur. Bununla belə, elat olaraq ilin müəyyən aylarında Muğan və Lerik rayonu ərazilərindəki yaylaq-qışlaqlarda da sakin olmuşlar. 1949-cu ilin payızında əhalinin mal-qarası yerli hökumət tərəfindən məcburu qaydada əlindən alınaraq, Çaxırlı, Təzə Alvadı kənd sovxozlarındakı fermalara verilmiş, əhalisi bu və ya digər kəndlərdə məskunlaşdırılmışdır.
1950-ci ildə ərazidə “Lənkəran-Masallı Meşə Şitilliyi” idarəsi tərəfindən şitillik sahələri salınmış, ilk olaraq 6 ailədən (ailə başçıları Nərçə, Ağaddin, Xudakərim, Şulu, Xıdır, Tapdıq) ibarət olan yaşayış məntəqəsi təşkil olunmuşdur. Bu səbəbdən, 50-60-cı illərə dair bəzi sənədlərdə yaşayış məntəqəsinin adı Pitomnik (rus dilində “şitillik” deməkdir) şəklində qeydə alınmışdır.
1950-ci ildə dövlət tərəfindən birmərtəbəli 3 yaşayış binasının tikilməsi yaşayış məntəqəsini genişləndirmiş, vaxtilə qonşu kəndlərdə məskunlaşdırılmış bəzi ailələrin qayıdışına səbəb olmuşdur. Yaşayış məntəqəsi meşə fondunun balansında salındığı üçün bir çox kənd zəhmətkeşi uzun müddət bu sahədə çalışmış və onların rayonda yeni meşə sahələrinin salınması və bərpasında böyük əməyi olmuşdur.
Tarixi abidələri:
Kənd ərazisində Tunc dövrünə aid edilən ölkə əhəmiyyətli Qaravəllitəpə nekropolu (invertar nömrəsi 1586, sistem kodu AJAOO1606) mövcuddur.
II Dünya müharibəsində iştirak edən və vəfat edənlərin sayı:
Kəndin 2 nəfər sakini – Eminov Feyruz Alış oğlu və Lətifov Fazil Məcid oğlu II Dünya müharibəsində iştirak etmiş və hər ikisinin ölüm kağızı gəlmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
İlk ibtidai məktəb 1956-cı ildə təşkil edilmişdir. İbtidai məktəbin ilk müəllimi Təzə Alvadı kəndindən olan Əli Alışov, sonrakı illərdə isə Təzə Alvadıdan Əlibala Əsgərov, Kosaküldən Ayaz İbayev, Ərkivandan Xanverdi müəllim olmuşdur. İlk 8 illik məktəbin açılışı isə 1983-cü ildə reallaşmışdır. Məktəbin ilk direktoru Lətifov Bəhriş Bəhram oğlu olmuşdur (1983-2006).
Hazırda ümumi orta məktəb kimi fəaliyyət göstərən Meşəkənarı kənd məktəbi üçün 2017-ci ildə 80 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
Kənd məscidi:
Məscid 1991-ci ildə kənd əhalisi tərəfindən inşa olunmuş, 2016-cı idə dövlət qeydiyyatına alınmışdır. Məscidin axundu Bakı İslam Universitetinin məzunu Mirzəyev Ələddin Savad oğludir.
Kənd kitabxanası:
Kənd kitabxanası 1971-ci ildə yaradılmışdır. İlk kitabxanaçı kənd sakini Lətifova Şövkət Sərxan qızı olmuşdur. Kitabxana 2012-ci ildə ləğv edilmiş və Təzə Alvadı kənd kitabxanasına birləşdirilmişdir.
Kəndin ilk təhsillisi:
Lətifov Sərxan Məcid oğlu (1927).
Lənkəran Pedaqoji məktəbini (1949), sonrakı illərdə isə Ağdam Müəllimlər İnstitutunu, Şəkidəki Gəncə Pedaqoji Texnikumunun filialını və 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Müxtəlif illərdə Lerik rayonunun Bülüdül və Livədirkə kənd ibtidai məktəblərində müdir, Masallı rayonunun Zuvandlı və Köhnə Alvadı kənd 7 illik məktəblərində dərs hissə müdiri, Güllütəpə kənd 8 illik məktəbinin direktoru, Təzə Alvadı kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi və ilk partiya təşkilatının katibi (1966-1983), Meşəkənarı kənd 8 illik məktəbinin dil-ədəbiyyat müəllimi (1983-1998) vəzifələrində işləmişdir. Pedaqoji sahədə və rayonun ictimai işlərindəki fəaliyyətinə görə bir çox fəxri fərmanlara, medal və döş nişanlarına layiq görülmüşdür.
Kənd icmaları:
2014-cü ildə kənddə sosial layihələri reallaşdırmaq məqsədi ilə “Orand” icması təsis edilmişdir. İcma 2014-cü ildə “Yolun təmiri”, 2016-cı ildə isə “İcmanın abadlaşdırılması” layihələrini həyata keçirmişdi. İcmaya kənd sakini Mirzəyev Rza Hidayət oğlu rəhbərlik edir.
2016-cı ildə kənddə ikinci bir icma – Meşəkənarı kənd məscidi dini icması dövlət qeydiyyatına alınmışdır. İcmaya kənd məscidinin axundu, ilahiyyatçı Mirzəyev Ələddin Savad oğlu rəhbərlik edir.
Kəndin alimləri:
Mirzəyev Elman Savad oğlu - Filologiya üzrə fəlsəfə doktoru. Lənkəran Dövlət Universitetinin dosentidir.
28 mart 1979-cu ildə Meşəkənarı kəndində anadan olmuşdur. Meşəkənarı kənd ümumi orta məktəbini (1994) və Təzə Alvadı kənd 1 saylı tam orta məktəbini (1996) bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-2007-ci illərdə həmin universitetin magistrantı və aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetində dosent vəzifələrində çalışmışdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. 2017-2018-ci illərdə Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 2021-ci ilin noyabrından “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanıdır. 2 monoqrafiya, bir neçə fənn proqramı və dərs vəsaitinin, yerli və xarici (Türkiyə, Rusiya, Qazaxıstan) elmi jurnallarda çap olunmuş 40-a yaxın elmi məqalənin müəllifidir.
Kənddə ali və orta ixtisas təhsili alanlar:
35 nəfər ali,
19 nəfər isə orta ixtisas təhsili almışdır.
Kəndin tanınmışları – rəhbər işdə çalışanları:
Kənddə:
Alışov Yusuf Həbulla oğlu - RİH-in kənd Ərazi nümayəndəsinin müavini.
1947-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Masallı rayonu Təzə Alvadı kənd XDS İK katibi (1981-1992), Təzə Alvadı kənd Ərazi İcra nümayəndəsinin müavini (1995-1997) vəzifələrində işləmişdir.
Rayonda:
İslamov Kamil Tapdıq oğlu - Beyləqan Subartezian Quyularının İstismarı İdarəsində Masallı Rayonu üzrə sahə rəisi
30 dekabr 1954-cü ildə anadan olmuşdur. 1978-ci ildə Bakı Energetika Texnikumunu bitirmişdir. Beyləqan Subartezian Quyularının İstismarı idarəsinidə Masallı rayonu üzrə sahə rəisi (1985-1997) vəzifəsində işləmişdir.
Mirzəyev Samit Adil oğlu – Mühafizə üzrə taqım komandiri
9 noyabr 1959-cu ildə anadan olmuşdur. 1977-82-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) “Enetgetika” fakültəsini bitirmişdir. Müxtəlif illərdə Masallı Rayonlararası Mühafizə bölməsində Mərkəzləşdirilmiş mühavizə məntəqəsinin rəisi (1991-1992), Mühafizə üzrə Baş inspektor (1992-1997), Bölük komandiri (1997-2000), Tağım komandiri (2000-2012) vəzifələrində çalışmışdır.
Mirzəyev Əlizadə Adil oğlu – Masallı Rayonlararası Mühafizə Bölməsinin Baş mühasibi
13 sentyabr 1962-ci ildə anadan olmuşdur.1995-ci ildən Masallı Rayonlararası Mühafizə bölməsinin Baş mühasibi vəzifəsində işləyir.
Respublikada:
Mirzəyev Rüstəm Asif oğlu - Xarici İşlər Nazirliyində məsul işçi
03 aprel 1992-ci ildə Rusiya Federasiyasının Tolyatti şəhərində anadan olmuşdur. 2013-cü ildə Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasını bitirmişdir. Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışır.
Ölkədən kənarda yaşayan kəndin tanınmışları haqqında:
Mirzəyev Cəbrayıl Hidayət oğlu - Krasnodar vilayətinin Timaşevski rayonu üzrə Azərbaycan diasporunun rəhbəri.
10 sentyabr 1961-ci ildə Meşəkənarı kəndində anadan olmuşdur. Kənd ibtidai məktəbində və Köhnə Alvadı kənd orta məktəbində təhsil almışdır (1968-1978). Yeyski Pedaqoji Texnikumunun “Bədən tərbiyəsi” ixtisasını (1990) və Kuban Dövlət Universitetinin “Fiziki tərbiyə, idman və turizm” ixtisaslarını bitirmişdir (2004). Rusiyanın Krasnodar vilayəti üzrə ali məktəb tələbələri arasında keçirilmiş idman çempionatında “400 metr qaçış üzrə” çempion” (1989), futbol üzrə I dərəcəli hakim (1992), Rusiya Fedarasiyası Krasnodar vilayətinin əməkdar idman xadimi (22 iyun 2017-ci il) adlarına layiq görülmüşdür. Hazırda Krasnodar vilayətinin Timaşevsk rayonu üzrə Azərbaycan diasporunun rəhbəridir.
RF-in Krasnodar vilayətinin qubernatoru V.İ. Kondratyev Cəbrayıl Mirzəyevə “Krasnodar vilayətinin Əməkdar İdman Xadimi” fəxri adını təqdim edir.
Lətifov Əhəd Əjdər oğlu - RF-də polis mayorudur.
04 may 1955-ci ildə Meşəkənarı kəndində anadan olmuşdur. 1973-cü ildə Bədəlan Peşə məktəbini fərqlənmə ilə bitirmişdir. Sonrakı illərdə təhsilini Rusiyanın Sverdlovski Vilayətində davam etdirmişdir. 1977-2011-ci illərdə Sverdlovski Vilayətinin Tavda şəhərindəki Daxili İşlər Şöbəsində müxtəllif məsul vəzifələrdə işləmişdir. İstefeda olan polis mayorudur.
Mirzəyev Asif İltifat oğlu - sahibkar
25 avqust 1963-cü ildə Meşəkənarı kəndində anadan olmuşdur. 1986-92-ci illərdə Tolyatti Dövlət İnstitutunda (indiki Tolyatti Dövlət Universitetində) təhsil almışdır. 1984-92-ci illərdə Tolyatti şəhərindəki Volski Avtomobil Zavodunda müxtəlif məsul vəzifələrdə işləmişdir. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Mirzəyev Elsevər Cəbrayıl oğlu - RF-in Krasnodar vilayətində Timaşevski RX-da həkim-cərrah
Rusiyanın Krasnodar vilyətinin Timaşevski rayonunda anadan olmuşdur (1994). X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində və Kuban Dövlət Tibb Universitetində təhsil almışdır. Hazırda Timaşevski Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, həkim-cərrah kimi fəaliyyət göstərir.
Mirzəyev Aydın Cəbrayıl oğlu - Krasnodar vilayəti çempionatının baş liqasında “Rus” komandasının əsas heyətində futbolçudur.
Rusiyanın Krasnodar vilyətinin Timaşevski rayonunda anadan olmuşdur (1996). Tolyatti şəhərindəki Rusiya Milli Futbol Akademiyasında təhsil almışdır (2008-2010). 2011-2017-ci illərdə Podolski şəhərindəki “Vityaz” futbol komandasının Rusiya Federasiyası çempionatının II liqasının əsas heyətində oynamışdır. 2017-ci ildən Krasnadar vilayəti çempionatının baş liqasında “Rus” komandasının əsas heyətində futbolçudur.
Kəndin din xadimləri:
Muradov Kərbəlayi Fətiş Xuduş oğlu (1942-2015)
Mirzəyev Hacı Ələddin Savad oğlu - kənd məscidinin axundu
04 may 1974-cü ildə Meşəkənarı kəndində anadan olmuşdur. 1994-1998-ci illərdə Bakı İslam Universitetində təhsil almışdır. İlahiyyatçıdır. 2016-cı ildən kənd məscidinin axundudur.
Kəndin uzunömürlüləri:
Mirzəyev Nərçə Miriş oğlu (1870-1972);
Lətifov Böyüş Ağabala oğlu (1880-1995);
Qurbanov Xudakərim Əziz oğlu (1900-2007),
Lətifova Züleyxa Əsədulla qızı (1903-2008).
Qəhrəman anaların sayı:
Kənddə aşağıdakı şəxslər “Qəhrəman ana” medalına layiq görülmüşdür:
Gülverdiyeva Şəfiqə Balaqardaş qızı (1942-2004),
Lətifova Kiçxanım Bəhram qızı (1932-2019),
Qurbanova Qızbəs Xudakərim qızı (1947-2017),
Alışova İstək Həbulla qızı (1945).
I Qarabağ müharibəsi iştirakçısı:
Lətifov Elman Vəlixan oğlu –
22 sentyabr 1975-ci ildə anadan olmuşdur. 1993-97-ci ildə hərbi xidmətdə olmuşdur. I Qarabağ müharibəsi veteranıdır (1997).
II Qarabağ müharibəsi işrtirakçısı:
Mirzəyev Fərid Samit oğlu - II Qarabağ Müharibəsi veteranı
10 avqust 2001-ci ildə Meşəkənarı kəndində anadan olmuşdur. 2019-2021-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. II Qarabağ müharibəsində “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
(Meşəkənarı kəndi haqqında məlumatların toplanmasında köməyə görə filologiya üzrə fəlsəfə doktoru Elman Mirzəyevə təşəkkür edirik).
“Masallı ensiklopediyası”nı hazırlayan qrup