Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23
(Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Akif Ağayev – 050 3713513
Faiq Hüseynzadə - +7 921 278 51 21
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Güllütəpə, Musaküçə, Banbaşı, Şıxlar, Hişgədərə İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Xıl İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
11.Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
24. Qarğalıq
25. Sərçuvar
26. Təzə Alvadı
27. Güllütəpə
28. Musaküçə
29. Şıxlar
30. Banbaşı
31. HişkədərəXıl inzibati ərazi dairəsi bir kəndi – Xıl kəndini əhatə edir.
Özəllikləri:
Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu
Hüseynov bu kənddəndir.
29 yaşında general-mayor rütbəsinə layiq görülən, Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi (1922-1924), ilk Daxili İşlər Komissarı Əli bəy Bəylərbəyov bu kənddəndir.
10 il Azərbaycan SSR-in Yerli Sənaye Naziri (1965-1975) vəzifəsində çalışmış Ramazan Yusif oğlu Məmmədli bu kənddəndir.
SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru Vaqif Mirəsgər oğlu Nağıyev bu kənddəndir.
Coğrafi mövqeyi:
Rayon mərkəzindən 9 kilometr cənub-şərqdə, Bakı-Astara magistral yolundan qərbdə, düzənlik sahədə yerləşir.
Həmsərhədləri:
Göyəçöl, Sərçuvar, Sirəbil, Şıxlar, Çayqırağı və Lürən kəndləri
Tarixi və adının mənası:
Yaşlı nəslinin dediyinə görə keçmişdə bir neçə türk tayfasıı kəndin mərkəzində məskunlaşıb. Əhalinin sayı artdıqca, kəndin adı “Çoxluq” kimi adlanır. Əsasən çəmənlikdən ibarət olan bu böyük əraziyə “Çoxluq”, yəni Xıl deyiblər
Xatirladaq ki, Xıllı adında ərəb tayfası da olub.
Alimlərin fikrincə, bu söz talışca bataqlıq deməkdir. (Bax: R. Yüzbaşov, K. Əliyev, Ş.Sədiyev "Azərbaycanın coğrafi adları", s-46, B-1972). Bu fikri daha da dəqiqləşdirmək üçün L. A. Pireykonun "Talışca-rusca" kitabına müraciət et: Xıl sözü talışca olub burulğan, dərin gölməçə, nohur, bataqlıqlaşmış yer, suyun dərin yeri mənalarında işlənir.
Lənkəran rayonundakı Sardaxıl, Yardımlıdakı Hoəxıl, Masallıdakı Nəşixıl toponimləri də fikrimizi sübut edir.
Neftçala rayonu ərazisində Xıllı toponimi vardır. Akademik Z. Bunyadov yazır: "Vaxtilə İraqdakı Xillidən Azərbaycanın indiki rayon mərkəzi Xilliyə gəlmiş rəbiilər məskən salmışdılar". Xil adlı türk tayfası da olmuşdur. Xıl, xil, xilli ifadələri nə qədər oxşar olsalar da, ayrı-ayrı məfhumlardır (Musarza Mirzəyev. "Talış toponimlərinin qısa izahlı lüğəti".Bakı-1993. səh-52.)
Xıl kəndində Seyidlər məhəlləsinin olması bu adın ərəb mənşəli olması ehtimalını da yaradır.
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Xıl kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Sirəbil kəndində toplam 76 evdə 280 nəfəri kişilər, 212 nəfəri isə qadınlar olmaqla 492 nəfər şiə təriqətli müsəlman azərbaycanlılaryaşayıb.Hərkiş (Qodman) çayı sahilində yerləşən Xıl kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus olub və kənddə bir məscid var imiş.
Həmçinin Xıl ərazisindəki qədim “Qala”-nın da mövcudluğundan bəhs edilir. Xıl ərazisində ilkin məskunlaşma Nadir şahın köçürmə siyasətindən də öncə mövcud olmuş və bu ərazilər sonradan gəlmə və ya köçməyə məcbur qalmış tayfalar üçün əlverişli və bünövrəli yaşayış yeri olduğundan özlərinə buranı daimi məskən olaraq seçmişlər. AMEA Arxeologiya və Etoqrafiya İnstitutunun tarix elmlər doktoru Tufan Axundovun sözlərinə görə bu ərazilər ta qədim dövrlərdən insanlar üçün yaşayış yeri olmuş və burada onlar öz gündəlik həyat və təsərrüfatlarını formalaşdırmışlar.
“Qala”nın qalıqları 1956-cı ilə kimi mövcud olmuş və kənd yolunun genişləndirilməsi zamanı dağıdılmışdır.
Xıl kəndinin qədim əsas yaşayış yerləri: indiki Hərkiş çayı ətrafı, Güllük adlanan ərazi, Morofta (və ya Morabuta) adlanan yer, Qobu adlanan yer, Qala ətrafı ərazilər (indiki ərazi numayəndəliyinin və ya köhnə idarənin yeri), Vələvənd məhəlləsindən üzü Sərçuvar və Sirəbil kəndləri arası Hərkiş çayı boyunca (Xıl kəndinə məxsus) olan ərazilər, Xıl kəndindən Gəyəçöl (Göy çöl) istiqamətinə gedən yol kənarında yerləşən indiki su anbarı ətraf əraziləri, köhnə məktəbin və köhnə məhsul anbarı ətraf əraziləri, Talış xanlarına (Qara xan, Mir Mustafa xan və d.) məxsus heyvandarlıq və əkinçilik üçün nəzərdə tutulan “xanlar çölü” və başqa digər yerlər olmaqla hesab edilir.
Xıl kəndi 6 məhəllədən ibarətdir:
Vələvənd: Bu məhəlləyə qonşu Sərçuvar kənd əhalisinin bir hissəsi Cənubi Azərbaycanın Urbar əyalətindən Qarabağa gəlmişdir. XVIII əsrin ortalarında oradan Sərçuvar kəndinə gəlib məskunlaşıblar. Digər hissəsi isə İranın Nəmin əyalətinin kəndlərindən köçüb gələnlərdir. Vələvənd məhəlləsinin sakini mərhum Məmməd Yusif oğlu Məmmədov tayfanın bu məhəlləyə gəlməsi haqqında danışarkən Araz Urbun adını çəkirmiş.
Becanlı: Keçmiş adamlar Becanlıya gedəndə deyirdilər ki, Xıla gedirəm. Xıl əsasən Becanlıların yaşadığı yerə deyirdilər. Xanlıqlar, Lənkəran xanlığı qurulmamışdan əvvəl bu zona Uluf mahalı adlanıb. Həmən dövrdə Xılda müstəqil Bəylik olub.
Qaraxanlı: Oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Talış xanı, general-leytenant Mir Mustafa xanın atası Cəmaləddin xan (Qaraxan) seyid olması ilə yanaşı, həm də Səfəvilər nəslinə mənsub olub. Dərisinin rənginə görə "Qara xan" ləqəbini qazanıb. Bu məhəllədə qaraxanlılar yaşayırlar.
Çaxırlı:Çaxırlı etnotoponimdir, yəni türk tayfa adı ilə bağlı olan yer adıdır. O, gah çakar, gah çakirli və gah da çakərli tayfasının adı ilə əlaqələndirilir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Çakirli tayfaları həmçinin Cəyirlilər kimi tanınmışdır. Çaxırlı toponimi XVI əsrdən sonrakı yüziliklərdə yaranmışdır.
Kürd: Eyni adlı xalqla əlaqəsi yoxdur. Çünki bu məhəllədə yaşayanlar türkmənşəlidir. Bu da sözün təhrif olunması ilə yarandığını ehtimal edir. Belə ki, türk dilində kürümək sözü ilə eyni kökdən olan sürülmüş yerə, əkin sahəsinə kürüd deyilir.
Seyidlər: İstər əməvi, istərsə də abbasilər dövründə seyyidlər təqib olunmuşdur. Yəni seyyidlərin də Xıla gəlməyi min ildən yuxarıdır. Kəndin əvvəllər yaşayış yeri Hərkiş ətrafı olub. Seyidlər məhəlləsində əsili seyid olanlardan başqa Agahüseyinli, Nəsirobası və İbaobası nəsil şəcərəsi də yaşayır. Nəsirobası və İbaobasının tarixi 19-cu əsrin əvvələrində Qarabag xanlıgı ərazisindən köcub gəlmiş Xan nəslindən olan Zalı xandan başlanır. Zalı xan Xılın “Xanlar çölu” adlanan ərazilərini almış və burada yurd salıb. Ağahüseyinli nəsli isə Qarabağdan köcub Xılda məskunlaşıb.
Ərazisi:
1471 hektar
Xüsusi mülkiyyətdə 943 hektar,
bələdiyyə mülkiyyətində 501,61 hektar,
dövlət mülkiyyətində 28,5 hektar
Əhalisi:
4749 nəfər
Ərazidə 1286 təsərrüfat olmaqla, 1002 yaşayış evi vardır.
Əhalinin məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq əkinçilik, qismən arıçılıq və sənətkarlıq (zərgərlik, bənnalıq və s.)
Stalin adına kolxozun sədrləri:
1951-53-cü illərdə Ağayev Rəzzaq Muxtar oğlu (1906-1988)
1953-59-cu illərdə Aslan Bolu oğlu Qafarov (1909-1968)
1959-64-cü illərdə Hüseynov Əlihüseyn Hüseynalı oğlu (Sərçuvarlı)
1964-cü ilə qədər kolxozun tərkibinə Sərçuvar, Xıl, Sirəbil əraziləri daxil olub.
Sonrakı illərdə Xıl kəndi sadalanan ərazilərdən ayrılıb və
“Oktyabr” sovxozuna xıllı Nurəliyev Muxtar Qəni oğlu 1964-1972-ci illərdə rəhbərlik edib.
İnzibati tikililər və infrastruktur:
RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binası
1989-90-cı ildə tikilib. Yerli İcra nümayəndəliyi, Bələdiyyə, kənd kitabxanası və bədii qiraət klubu bu binada yerləşir.
Kənd ZDS sədri
1941-43-cü illərdə Mahmudov Ağamir İlyas oğlu (1913-1970).
Sonradan kolxozda baş zootexnik, sovxoz partiya təşkilatının katibi işləyib.
Kənd XDS sədri
1954-62 ci illərdə Nəzərov Əli Teymur oğlu (1912-1966) işləyib.
Bəşirov Vəli Qubad oğlu – müxtəlif vaxtlarda kənd XDS İK-nin katibi və sədri vəzifəsində çalışıb.
1981-ci ilə qədər Sərçuvar və Sirəbil kəndləri Xıl kənd XDS İK-in tərkibində olub.
İlk ərazi nümayəndəsi
Əmirov Əbdülrza Ələkbər oğlu
Məktəb binası
2013-cü ildə inşa edilən yeni məktəb binası .
Hazırda məktəbdə 447 şagirdin təlim-tərbiyəsilə 49 müəllim məşğul olur.
Həkim məntəqəsini yeni binası 2016-cı ildə tikilib
EATS
Ərazidə 5 ticarət, 3 məişət, 2 iaşə xidməti obyekti, 1 avtomobil təmiri sexi və s. əhaliyə xidmət göstərir.
Məscidlər:
Kənddə 5 məscid var.
İlk məscid (1890-1895-ci illərdə) Mirnuh bəy Talışxanovun dəstəyi ilə inşa edilib.Qaraxan mollaxanada xəlifə olub, Molla Kərim həmən məsciddə Mücrümdən dərs alıb.
Yerli əhəmiyyətli memarlıq abidəsi sayılan“İmam Zaman” məscidnin tarixi XIX əsrə - 1865-ci ilə təsadüf edir.
Ziyarətgahlar:
XIX əsrdə yaşamış Mirqabil adlı seyidin adı ilə bağlı olan Mirqabil ocağı Seyidlər qəbiristanlığında yerləşir..
Kənddə 3 Mərasim Evi, 3 qəbiristanlıq var
İlklər:
İlk məktəb:
İlk məktəb 1919-cu ildə açılmışdır.
İlk orta məktəb binası isə 1933-37-ci illərdə Əli bəy Bəylərbəyov tərəfindən tikilib.
O vaxta qədər Abdul Ağayevin (ömrünün sonuna kimi Xıl kənd məktəbində riyaziyyat müəllimi işləmiş Hüseyn Ağayevin (1938-2001) atası) evində kənd sakinlərinə təhsil verilib.
1941-50-ci illərdə məktəb Uşaq Evi kimi fəaliyyət göstərib.
Məktəb direktorları:
Yolu Niftiyev (Göyəçöl kəndindən) – 1937-38-ci illərdə
Əliş müəllim (Gəncəli) – 1949-51-ci illərdə
Yəhya müəllim (Masallı ş. Digah) – 1951-53-cü illərdə
Zakir Hüseynov (Öncəqala) – 1953-57-ci illərdə
Soltanov Əlişan Fəyyaz oğlu (Masallı şəhəri) – 1957-59-cu illərdə
Ağayev Əbülqasım Ağakişi oğlu (Xıl) – 1959-61-ci illərdə
Abıyev Əli Yunus oğlu (Ərkivan) – 1961-64-ci illərdə
Əmirov Məmmədyar Calal oğlu (Xıl) – 1964-66-cı illərdə
Ağayev Sabir Soltan oğlu (Xıl) – 1966-72-ci illərdə
Qafarov Canəli Məmi oğlu (Xıl) – 1972-76-cı illərdə
Ağayev Abıəli Abdul oğlu (Xıl) – 1976-82-ci illərdə
Ağayev Məmməd Mürşüd oğlu (Xıl) – 1982-2010-cu illərdə
Ağayeva Şəmsiyyə Ağadadaş qızı (Xıl)- 2010-2011-ci illərdə
Qafarova Aybəniz Oqtay qızı (Xıl) – 2011-2016-cı illərdə
Tağıyev Xalıq Rəhim oğlu (Xıl) – 2016-cı ildən
İlk ali təhsillilər:
Səməd bəy Şahkərim oğlu Bəylərbəyov (1874-1958)
Əli bəy Şahkərim oğlu Bəylərbəyov (1894-1938)
İlk müəllim
Salmanov Fətəli Ağababa oğlu (1913-1998) - Orta təhsilini Boradigah kəndində alıb, 19320-cu ildə Baki Pedoqoji Texnikumunu bitirib. 60 illik pedaqoji fəaliyyəti Xıl, Sirəbil ve Sərçuvar kəndlərini əhatə edir. 2-ci Dünya müharibəsi iştirakçısı olub. 1975-ci ildə “Əmək Veteranı” medali, 1986-cı ildə “Vətən Müharibəsi” ordeni ilə təltif edilib.
İlk ali təhsilli müəllim:
Əfruz Xalıq oğlu Məmmədov (1931-2005) - fizika-riyaziyyat müəllimi
İlk qadın müəllim:
Daşdəmirova Fizzə Tağı qızı – 1948-1959-cu illərdə
Şəfiqə İsa qızı Zaidova (vəfat edib)
İlk ali təhsilli qadın müəllim
Zivər Həsənova (vəfat edib)
İlk tibb işçiləri:
Bəyim (Gəncə)
Mina
Eynulla (Musakücə)
Akif Abbasov (Xıl)
İlk ali təhsilli həkim:
Bəylərbəyov Şahkərim Əli bəy oğlu (1924-1990) - tibb elmləri doktoru və professor.
Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, Səhiyyə nazirinin müavini işləyib.
Nəvələri Alim Şahkərim oğlu Bəylərbəyov, Akif Şahkərim oğlu Bəylərbəyov, Məhəmməd Şahkərim oğlu Bəylərbəyov, Gülnarə Şahkərim qızı Bəylərbəyova .
Əlisa Mirzağa oğlu Əliyev (1956-2011) – Xıl kənd həkim məntəqəsinin müdiri, Masallı RMX poliknikasının baş həkimi, Masallı Rayon Məhkəmə-Tibbi eksperti vəzifələrində çalışıb.
İlk baytar həkim
Əliyev İmran Xanış oğlu (1924-1987) – kolxozun baş zootexniki olub.
İslamov Əbil Aslan oğlu – 1973-75-ci illərdə kənddə sovxoz dorektoru işləyib
İlk hüquqşünas
Mirağa Nağı oğlu Talışxanov
Şəhidlər
Hüseynov Elşad Eynulla oğlu (08.10.1960-15.06.1992) - Azərbaycanın Milli Qəhrəmanı.
1978-ci ildə Xıl kənd məktəbini bitirib. 1979-1981-ci illərdə qonşu Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olub. Əsgərlikdən gələndən sonra Bakının Səbail rayon Dİİ mühafizə bölməsində milis nəfəri kimi işləyib. N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis məktəbində oxuyub (1986-1989).
Erməni daşnaklarının torpaqlarımıza hücum etdiyi vaxtdan E. Hüseynov könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb. 1991-ci ildə onun sınaq döyüşləri Füzuli və Tərtər bölgələrində olub. Elşad Hüseynov Cuvarlı, Ağbulaq, Marquşavan, Marağa daxil olmaqla ona yaxın kəndin azad edilməsində rəşadətlə vuruşub.
Ağdamın Fərrux dağında gedən döyüşlərdə - 15 iyun 1992-ci ildə qəhrəmancasına şəhid olub.
Ailəli idi, üç övladı yadigar qalıb.
1992-ci il 8 oktyabr tarixində Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Xıl kəndində dəfn edilib, kənddə, Masallı şəhər Qəhrəmanlar parkında büstü qoyulub, şəhər küçələrindən birinə adı verilib.
Elgün Aqil oğlu Mikayıllı (13/05/2001- 14/10/2020) – Vətən müharibəsinin (II Qarabağ müharibəsi) şəhidi
Xıl kənd tam orta məktəbində (2007-2018) təhsil alıb.
2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Kənd qəbiristanlığında dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.
Böyük Vətən Müharibəsində (1941-1945) 290 nəfərə yaxın kənd sakini iştirakedib,
onlardan 103 nəfəri geri qayıtmayıb.
İkinci Qarabağ müharibəsində 54 nəfər iştirak edib.
Ərazidə 1 nəfər Əfqanıstan müharibəsi, 2 nəfər Çernobıl iştirakçısı, 1 nəfər 1-ci qrup Çernobıl əlili, 2 nəfər I Qarabağ müharibəsi əlili var.
Kəndin ilk zabitlərindən:
İlk general Vaqif Nağıyev Mirəsgər oğlu
Məmmədov Nüsrət Əhəd oğlu – Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Lənkəran cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb
Əkbərov Əkbər Yaqub oğlu – Masallı RPŞ-də polis kapitanı rütbəsində çalışıb
Təltif olunanalar:
Məmmədli Ramazan Yusif oğlu - “Qırmızı Əmək Bayrağı” ordenli, Respublikanın Əməkdar Mühəndisi.
Növrəstə Həsən qızı Rzayeva – “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenli
Rəhimağa Rəhimov - “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenli
Həmiş Dəmir oğlu Bəşirov – Lenin ordeni
Babaxan Ağabala oğlu Abbasov – “Qırmızı Əmək Bayrağı”, “Rəşadətli Əməyə görə” ordenli
Ağacəfər Qəni oğlu Ağayev - “Qırmızı Əmək Bayrağı” ordeni
Musa Quluzadə - Respublikanın “Qabaqcıl təhsil işçisi”.
Qafarov Əlipaşa– “SSRİ-nin Əməkdar Energetiki”
Əliyev Hidayət İmran oğlu – “Tərəqqi” medalı, Bakı şəhəri, Suraxanı Maşınqayırma zavodunda sex rəisi işləyir.
İsrail Səməd bəy oğlu Bəylərbəyov - Əməkdar müəllim
Alimlər
(ətraflı “Tanınmışlar” bölümündə)
Vaqif Mirəsgər oğlu Nağıyev – texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru.
Bəylərbəyov Şahkərim Əlibəy oğlu(1923-1990) – tibb elmlər doktoru, professor.
Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, Səhiyyə nazirinin müavini vəzifələrində çalışıb.
Musa Quluzadə - tarix elmlər doktoru, professor.
Qədirov Heydər Əliheydər oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, Neft Akademiyasının professoru.
Məmmədli Ramazan Yusif oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru,
Nəsirov Xəlil Qubad oğlu (1923-1995) – iqtisad üzrə fəlsəfə doktoru
Salmanov Valid Fətəli oğlu - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent.
Hüseynov Əlməmməd Həsənqulu oğlu - tibb üzrə fəlsəfə doktoru.
İslamov İslam Camal oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru, dosent.
Nağıyev Adil Mirağa oğlu (1941-1984) – kənd təsərrüfatı elmləriüzrə fəlsəfə doktoru, rayonun baş baytar həkimi işləyib.
Məmmədov Rəhim Məmmədəli oğlu - fəlsəfə elmləri namizədi, dosent.
Əzizova Könül Əziz qızı - filologiya üzrə fəlsəfə doktoru.
Məmmədov Nəriman Ağabəy oğlu(vəfat edib) – filologiya elmləri doktoru, Azərbaycan Dillər Universiteti, dosent
Məmmədov Şakir Ağabəy oğlu– - texnika elmləri üzrə fəlsəfə doktoru, N.Tusi adına APİ, dekan
Ağayev İbrahim Məmməd oğlu – Siyasi elmər üzrə fəlsəfə doktoru,
Ağayev Emin Famil oğlu - Filologiya üzrə fəlsəfə doktoru, Qafqaz Universitetində filologiya kafedrasının müdiri vəzifəsində çalışır.
Kazımova Səkinə Bəhmən qızı – fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetində çalışıb.
Məmmədov Füzuli Yusif oğlu – tarix üzrə fəlsəfə doktoru
Müxtəlif vəzifələrdə işləmiş və işləyən kənd sakinləri:
Kənddə
Qafarov Miraslan Mirbali oğlu (1909 - 1968) – 1956-60-cı illərdə Xılda kolxoz sədri olub.Ələt-Astara magistral şossesindən kəndə ilk yolu çəkdirib, Xılda ilk fermanı tikdirib.Uzun müddətŞıxlar kəndində mühasib işləyib.
Kazımov Bəhmən Məmməd oğlu(1914-1978) – 1941-1945-ci illər müharibəsində L.İ.Brejnevlə (vaxtilə Sov.İKP MK-nın baş katibi olmuş) eyni cəbhədə döyüşüb, kapitan rütbəsində xidmət edib.
Hüseynov Təhməz Məmməd oğlu (1905 - ?) – Azərbaycan SSRDaxili İşlər Komissarlığının Bakı şəhərində bölmə rəisi vəzifəsində çalışıb.
Hüseynov Ənvər Məmməd oğlu (1918- 1945) –1940-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Respublika Xalq Maliyyə Komissarlığında statistika ştat idarəsinin katibi, sosial-mədəni sektorunun maarif və büdcə müfəttişi, Dövlət Əmək Əmanət kassası və Dövlət Kredit İdarəsində, Xalq Maliyyə Komitəsinin Dövlət Nəzarət Xidmətində nəzarətçi müfəttiş, Keşlə rayonunun baş müfəttişi, Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi, Voroşilov (indiki Səbayıl) rayonunda Dövlət Gəlir Xidmətinin baş inspektoru vəzifələrində çalışıb.
Abbasov Akif Qulu oğlu (1941- 2015) – kənd həkim məntəqəsinin müdiri işləyib. 50 il tibb sahəsində çalışıb.
Kazımov Ağaşirin Böyükağa oğlu (1957) – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib. 1979-cu ildən Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2007-ci ildə Təhsil Nazirliyinin keçirdiyi pedaqoji mühazirədə respublika üzrə 1-ci yerə layiq görülüb. Şagirdləri rayon və respublika fənn olimpiadalarında fərqlənir və müxtəlif yerlər tuturlar. İki mindən artıq şagirdi ali məktəb məzunudur və müxtəlif vəzifələrdə çalışırlar.
Qafarov Mirtalıb Atabəy oğlu (1895-1925) – Leninqradda (indiki Sankt-Peterburq) ali təhsil alıb. Gürcüstanda (Tbilisidə) və Bakı şəhərində hüquq-mühafizə orqanlarında çalışıb.
Ağayev Abıəli Abdul oğlu (1943) - 1976-1982-ci illərdə Xıl kənd orta məktəbinin direktoru, 1995-2001-ci illərdə Xıl kənd “Oktyabr” sovxozunun direktoru, 2001-2006-cı illərdə Xıl kənd icra nümayəndəsi işləyib.
Rayonda
Nurəliyev Muxtar Qənibəy (Muxtarbəy Nurəlibəyli (1918-1996) - ilk təhsilini Xıl kənd orta məktəbində alıb, ali təhsilini Lənkəranda davam etdirib. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində top komandiri olub. Müharibədə iki dəfə ağır yaralanıb.
Müharibədən sonra Masallı rayon Məhkəməsində icra məmuru, Xılda“Oktyabr” sovxozunun direktoru (1964-1972-ci ilərdə) vəzifələrində işləyib. Sovxoz direktoru olduğu illərdə kənddə yolların əsaslı təmiri və işıqlandırılması, hamamın tikilməsi, çoxyaşayışlı mənzillərin tikilməsi, Böyük Vətən Muharibəsi abidəsinin ucaldılması və s. işlərdə xidməti olub. Böyük nailiyyətlərə imza atmış nümunəvi sovxoz direktoru kimi Sovet İKP MK-nın I katibi Leonid Brejnevlə görüşüb.
"Bu kitabı ehtiramla vərəqlə, əzizim" adlı kitabın müəllifidir.
İsrail Səməd bəy oğlu Bəylərbəyov (1921-2011) – Əli bəy Bəylərbəyovun qardaşı oğlu. Əməkdar müəllim.
İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə və əmək veteranı, orden və medallarla təltif olunub
Növrəstə Həsən qızı Rzayeva (1947) – X çağırış (1980-1984) Azərbaycan SSR Ali Sovetinin deputatı, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenli “Oktyabr” sovxozunun sağıçısı
Qafarova Aybəniz Oqtay qızı- Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.
Masallı əsillidir. Valideynləri Masallı rayonunda anadan olub. Daha sonra ailə vəziyyəti ilə Bakıya köçüblər.
Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
Ali təhsil aldıqdan sonra Lənkəran şəhər 2 saylı tam orta məktəbində, Masallı rayonunun Xıl kəndində müəllim, 2011-ci ildən isə həmin məktəbdə direktor vəzifəsində çalışıb. A. Qafarova Ə.Bəylərbəyov adına Xıl tam orta məktəbində direktor işlədiyi müddətdə kənddə yuxarı siniflərdə qızların təhsilə cəlb olunmasında ciddi dönüş yaranıb. Belə ki, onun direktor olduğu beş il müddətində bu məktəbdən 40-dan artıq qız ali məktəblərə qəbul olunub.
Aybəniz Qafarova hazırda Masallı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsində çalışır.
Qafarov Əlipaşa (1941) -- uzun müddət Masallı Rayonlararası Elektrik Şəbəkəsinin direktoru (1974-2004) vəzifəsində işləyib. “SSRİ-nin Əməkdar Energetiki” fəxri adına (1989) layiq görülüb.
Sevindik Əliməmməd oğlu Becanlı(1971) – 2012-2018-ci illərdə “Planeta” MMC-nin cənub bölgəsi üzrə meneceri vəzifəsində çalışıb. 2018-ci ildən Bioloji Təbabət Klinikasının Masallı filialının direktorudur.
Kənan Əlövsət oğlu Sadıqov(1983) – “Röyal” Bankın “Odlar Yurdu” şöbəsinin rəisi, Respublika SHXÇDX-nin nəzdində “Hərbi-Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının direktoru, “Azərpoçt” MMC-nin Masallı Poçt Filialının rəisi vəzifələrində çalışıb. Hazırda sahibkarlıqla məşğuldur - “PAŞA Holding”in cənub bölgəsi üzrə distribütorudur.
Nəsirov Qardaşbala Qubad oğlu (1929-1974) – Azərbaycan SSR-nin Dövlət Tikinti Sənaye Nazirliyinin 10 nömrəli trestinin müdiri vəzifəsində çalışıb (1963-1974-cü illərdə).
Fikrət Turabxan oğlu Dadaşov (1941- 2021) - 1958-ci ildə kənddə orta təhsilini başa vurub. 1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu (mühəndis-elektrik fakültəsi) bitirib. \
1967-ci ildə Lənkərən 4 saylı elektrik montaj idarəsində iş icraçısı, 1975-82-ci illərdə Masallı Elektrik Şəbəkəsinin direktoru vəzifəsində, Masallıda Viləşçay dəryaçasında, rayon Aqrar-Sənaye Birliyinin təchizat şöbəsində mühəndis, Xıl kəndində sovxoz direktoru, Masallı MTS-də direktor işləyib.Masallı Elektrik Şəbəkəsinə rəhbərliyi dövründə Masallı şəhərində, Boradigah qəsəbəsində, rayonun bəzi kəndlərində küçə işıqlarının çəkilməsi, Ərkivan, Xıl və Bambaşı kəndlərində, Yardımlıda yarımstansiyaların quraşdırılması, Şəbəkədə çalışanlar üçün 50 ailəlik yaşayış binasının tikilməsi və s. işlər həyata keçirilib.
Əkbərov Əsgərağa Soltanağa oğlu (1950) - Xıl kənd orta məktəbini qızıl medalla bitirən ilk və yeganə məzun (1967).
Azərbaycan Politexnik İnstitutunu bitirib. Rusiya Federasiyasında, Şadrinsk şəhər Avtoaqreqatlar Zavodunda mühəndis-konstruktor, Masalli Elektrik Şəbəkəsində böyük muhəndis, enerji satışı idarəsinin rəisi, satış üzrə rəis müavini, satış şöbəsinin rəisi vəzifələrində çalışıb. Hazırda təqaüddədir.
Nəsirov Xəlil Qubad oğlu (1923-1995) – iqtisad üzrə fəlsəfə doktoru
Xıl kənd XDS-nin sədri, Masallı rayon Xalq Deputatları Soveti İK-də baş iqtisadçı, Xıl kəndində, sovxoz partiya təşkilatının katibi, Həsənli kəndində baş mühasib, Xıl kənd icra nümayəndəliyində mühasib vəzifələrində çalışıb.
Ölkədə
Əli bəy Bəylərbəyov (Əli bəy Şahkərim oğlu Bəylərbəyov.1894, Xıl k. - 2 yanvar1938, Bakı) — Azərbaycan hərbi xadimi, I Dünya Müharibəsi iştirakçısı (1914-1918), Azərbaycan SSR Baş Milis İdarəsininrəisi (1922-1924), ilk daxili işlər komissarı, general-mayor.
Kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki rus məktəbini - Gimnaziyanı(1911),Tiflis şəhərindəki ali hərbi məktəbi(1919) bitirib.
I Dünya Müharibəsində,Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə Ali Baş komandan tərəfindən “QızılQılınc”la mükafatlandırılıb.
1918-1920-ci illərdə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə B.Qubaalayının komandiri olub, sonralar Respublikada Zabitlər hazırlayan məktəbin hərbi vəzifələrində və direktor vəzifəsində işləyib. 1918-ci ildə Qubada ermənilərin və Qızıl Ordunun Azərbaycanlıların kütləvi qətliaminin qarşısın alıb, bu və digər səmərəli fəaliyyətinə görə ADR tərəfindən “Gümüşmedal”la mükafatlanıb (1921). Ermənilərin "kabusu" ləqəbini alan Əli bəy qısa ömrünü Azərbaycana həsr edib.
O, Azərbaycan Sovet Respublikasında Baş Milis İdarəsinin rəisi, ilk daxili işlər komissarı vəzifələrində işləyib (1922-1924). Ona 1923-cü ildə yüksək və səmərəli fəaliyyət göstərdiyinə görə general-mayor rütbəsi verilib.
Azərbaycan Balıq Trestində şöbə müdiri işləyən Əli bəy Bəylərbəyova şər atılaraq töhmət verilib. O, bu dövrdə könüllü olaraq vəzifəsindən istefa edib. Mülki işdə çalışmaq məqsədilə Azərbaycan Pedaqoji İnstitutunun plan-iqtisad şöbəsinə daxil olmuş, təhsil aldığı vaxtlarda – 1934-cü ildən Azərbaycan SSSR Xalq Komissarlığı yanında Plan- iqtisadiyyat və statistika şöbəsinin müdiri, Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifələrində çalışıb. Həmin illərdə doğulduğu kənddə geniş həcmli orta məktəb tikilməsinə nail olub.
1937-ci il 19 sentyabrda həbs edilib, SSRİ-nin hərbi kollegiyasının 1938-ci il 2 yanvar qərarı ilə “xalq düşməni” kimi mühakimə olunaraq güllələnmişdir.
Ölümündən sonra SSRİ Ali Məhkəməsinin 28 noyabr1956-cı il qərarı ilə bəraət qazanıb.
1933-37-ci illər arasında Əli bəy Bəylərbəyovun Masallı rayon Xıl kəndində tikdirdiyi tam orta məktəb onun adını daşıyır. 2017-ci ildən Masallı rayon Xıl kəndində küçə adın daşıyır.
Mirağa bəy Nağı oğlu Talışxanov - Peterburq Universitetinin hüquq fakültəsini bitirib. 1937-ci ilə kimi Cəlilabadda məhkəmə sədri işləyib. 1947-ci ildə Xıl kəndində vəfat edib.
Məmmədli Ramazan Yusif oğlu (1912- ?) - texnika elmləri namizədi, “Qırmızı Əmək Bayrağı” ordenli, Respublikanın Əməkdar Mühəndisi, üç çağırış (1955, 1959,1967) Azərbaycan SSR Ali Sovetinin deputatı, S.M.Kirov adına zavodun direktoru (1947-1952), L.Şmidt adına zavodun direktoru (1952-1965), Azərbaycan SSR Yerli Sənaye Naziri (1965-1975).
Azərbaycan Yerli Sənaye Texnikumunu, Tbilisi Sənaye İnstitutunu bitirib. Əmək fəaliyyətinə texnik, energetik, baş energetik, mühəndis-energetik kimi başlayan R.Məmmədli S.M.Kirov və L.Şmidt adına zavodlarda direktor, 1965-1975-ci illərdə isə Azərbaycan SSR Yerli Sənaye Naziri vəzifələrində çalışıb.
Azərbaycan KP Təftiş Komissiyasının üzvü olub.
Keçən əsrin 90-cı illərinin sonunda Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə, Azərbaycan torpağının yetirməsi, keçmiş Sovet İttifaqı və Azərbaycan Respublikasında neft sənayesinin inkişafında misilsiz xidmətləri olan N.K. Baybakovun Moskva şəhərində 90 illiyi keçirilən zaman Baybakov öz çıxışında qeyd etmişdir:
“Azərbaycan xalqının Böyük Vətən Müharibəsinin qalibiyyətində böyük rolu olmuşdur. Neftlə bərabər Bakıda fəaliyyət göstərən bütün maşınqayırma zavodları istehsal etdikləri məhsulları cəbhəyə göndərərək faşizm üzərində qələbəyə nail olmaqda səy göstərmişlər. Bakının maşınqayırma müəssisələrində aparılan işlərin koordinasiyası böyük mühəndis Ramazan Yusif oğlu Məmmədli tərəfindən tənzimlənirdi.”
Üç çağırış (1955, 1959,1967) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
“Qırmızı Əmək Bayrağı” ordeni, “1941-1945-ci illərdə Qafqazı müdafıəyə görə”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Rəşadətli Əməyə görə” medalları ilə təltif edilib.
1970-ci ildə Azərbaycan SSR-in Əməkdar Mühəndisi fəxri adına layiq görülüb.
Vaqif Mirəsgər oğlu Nağıyev (20.04.1941-03.12.1992) –texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının həqiqi üzvü, tibb xidməti general-mayoru.
Azərbaycan Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirib (1963). Azərbaycan EA-da, Moskvada yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə etdikdən sonra Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda şöbəmüdiri (həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri olub) vəzifələrində işləyib.
V.Nağıyev SSRİ elektron sənayesinin fəxri işçisi olub. O, eyni zamanda SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşıyıb.
Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olub. 5 monoqrafiyanın, 23 ixtiranın, 200-dən artıq elmi məqalənin müəllifidir.
Bakıda, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Lənkəran şəhərində adına küçə var.
Məmmədov Qəhrəman Ağabəy oğlu (vəfat edib) – Azərbaycan Respublikası Su və Meliorasiya Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Əkbərov Rzaqulu Nəcəf oğlu (vəfat edib) – “Azneft” İstehsalat Birliyinin rəisi müavini vəzifəsində işləyib.
Qədirov Heydər Əliheydər oğlu (22.05.1946-2021) –riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru, Neft Akademiyasının professoru.
Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi (1970-1978) vəzifəsində, eyni zamanda Azərbaycan Neft-Kimya İnstitutunun ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışıb. Azərbaycan EA-nın Rəyasət Heyəti aparatında (1978-1997) işləyib, eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi, EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru, Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989-1992), “Ziya Bünyadov” Elm və Təhsil Fondunun nəzdində yaradılmış “Ziya” Universitetinin rektoru (1996-1998) vəzifələrini icra edib. Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri (1997-2000), Dövlət Neft Akademiyasının “Yanacaq-energetika kompleksinin iqtisadiyyatı” kafedrasının professoru (1998-2002), MEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri (2000-2002), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin şöbə müdiri (2004-2006) vəzifələrində çalışıb. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra edib. 2007-ci ildən Milli Aviasiya Akademiyasının “Menecment” kafedrasında işləyib.
Neft-qaz yataqlarının riyazi məsələlərinin həlli və iqtisadiyyatda inovasiya məsələlərinin həllinə aid 100-dən çox elmi əsər və məqalələrin müəllifidir.
Musa Quluzadə (Quliyev Musa Nizam oğlu, 20.05.1939) - Tarix elmlər doktoru, professor, Respublikanın qabaqcıl təhsil işçisi.
Xıl kənd orta məktəbinin yeddinci sinfini, Lənkəran Kənd Təsərrüfatı Texnikumunu, Azərbaycan Dövlət Universitetini bitirib.
ADU-da tarix müəllimi, Bilik cəmiyyətində sədr müavini işləyib. Lenin muzeyində direktor müavini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun tarix kafedrasında dosent vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura, doktorantura şöbəsinin müdiridir.
20-dən çox elmi və bədii kitabın, 200-dən artıq elmi, publisistik məqalələrin müəllifidir. Əsərləri Rusiyada, Türkiyədə, İran, Ukrayna və başqa ölkələrdə dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kazımova Səkinə Bəhmən qızı (1952-2019) – fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetində dosent kimi çalışıb.
1975-ci ildə Azərbaycan Dövlət Univeristetinin (indiki BDU) fizika fakültəsini əla qiymətlərlə bitirib. Elmi-Tədqiqat Fotoelektronika İnstitutunda mühəndis, böyük elmi işçi (1976-2001), ADU-nun “Molekulyar fizika” kafedrasında müəllim (1987-89), Azərbaycan MEA Fizika İnstitutunda elmi, böyük elmi və aparıcı elmi işçi (2004-2009)kimi çalışıb.
1988-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə elektronika ixtisası üzrə dosent və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri alıb.
Atmosferin ekologiyası, astrofizika və difər mövzulu layihələrlə bağlı bir çox beynəlxalq konfrans və seminarlarda iştirak edib.
Salmanov Valid Fətəli oğlu (1973) - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda böyükelmi işçi (2005-2017) işləyib.
2017-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti vəsifəsində çalışır.
40 elmivətədris-metodikiişinmüəllifidir.
Məmmədov Rəhim Məmmədəli oğlu (1949) - fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib (1972). Xıl kənd orta məktəbində müəllim işləyib.
1973-cü ildə aspiranturaya daxil olub. 1978-ci ildə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunda namizədlik dissertasiyasını müdafiə edib.
1990-cu ildən 10 ilə yaxın müddətdə Moskva Kooperativ İnstitutunun Bakı filialında müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasında dosent vəzifəsində çalışıb.
30 elmi məqaləsi, 6 metodik vəsaiti nəşr olunub.
İslamov İslam Camal oğlu (1968) - texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika” fakültəsini bitirib. Ali təhsil aldıqdan sonra aspiranturaya qəbul olub.
Azərbaycan Texniki Universitetinin «Texniki elektrodinamika və ifrat yüksək tezlikli qurğular» kafedrasının böyük laborantı, «Elektrodinamika və radioelektron vasitələri» kafedrasında assistent, baş müəllim, dosent, «Radiotexnika və rabitə» fakültəsinin dekan müavini,
2002-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi, 2008-ci ildə dosent elmi adı alıb.
150-dan çox elmi və metodiki işlərin, o cümlədən 4 dərsliyin, 4 monoqrafiyanın, 9 dərs vəsaitinin müəllifidir. Azərbaycan Texniki Universitetinin “Elmi əsərlər” jurnalının məsul katibi, «Elektrodinamika və radioelektron vasitələri» kafedrasında yerinə yetirilən dövlət büdcəli elmi-tədqiqat işinin məsul icraçısıdır.
2017-ci ildən Azərbaycan Texniki Universitetinin «Elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya» şöbəsinin müdiri vəzifəsində çalışır.
İbrahim Məmməd oğlu Ağayev (1964-2011) - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası). Azərbaycan MEA-nın Milli Münasibətlər İnstitutunda “Etnosiyasi proseslər” şöbəsində elmi işçisi kimi çalışıb.
Çoxsaylı məqalələrin, elmi əsərlərin müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında namizədlik dissertasiyası müdafiə edib.
Agayev İlqar Hüseyn oglu (1957) – 1990-2000-ci illərdə “Azərittifaq”da şöbə rəisi, Respublika Məlumat Hesablama Mərkəzinin direktoru vəzifəsində işləyib. Hazırda “GEN - SERVİS LT” MMC-nin rəhbəridir. Bu şirkət 44 günlük Vətən müharibəsi başlayandan bu günəcən əsgərlərimizin yanındadır və onları fasiləsiz enerji ilə təmin edir.
Məmmədov Nurulla Nurulla oğlu (1953) – Respublika Gigiyena Epidemiologiya Mərkəzində şöbə müdiri
Nurəliyev Elşad Rabil oğlu (1961) – Respublika Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
Əliyev İmran Hidayət oğlu (1991) – Respublika Daxili İşlər Nazirliyinin baş inspektoru, polis mayoru.
İbayev Əzizağa Xosrov oğlu (vəfat edib) – Respublika Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində şöbə müdiri
İbayev Daxıl Xosrov oğlu (vəfat edib) – “Lənkəran Sutikinti” idarəsinin 8 nömrəli tikinti-quraşdırma idarəsinin rəisi vəzifəsində çalışıb .
Elçin Musaoğlu ( Quliyev Elçin Musa oğlu, 1966) – Kinorejissor, Azərbaycanın Əməkdar İncəsənət xadimi.
M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində, Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında, Akademstudioda, "Azərbaycantelefilm" YB-də çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "SinemaEvi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür.
50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
“40-cı qapı” və “Nabat” filmləri Azərbaycana onlarla Beynəlxalq mükafat gətirib. ABŞ-ın Hyüstan şəhərində keçirilən Beynəlxalq kino festivalında “40-cı qapı” filminə görə Elçin Musaoğlu “Qızıl mükafata” layiq görülüb.
Ağayev Emin Famil oğlu (1980) –filologiya üzrə fəlsəfə doktoru. Lənkəran Dövlət Universitetini, magistraturanı bitirib.
2009-cu ildə Qafqaz Universiteti Pedaqoji fakültə, Azərbaycan dili və ədəbiyyatı bölməsində müəllim, baş müəllim, bölmə müdiri müavini vəzifəsində çalışıb, 2016-cı ildə bölmə müdiri vəzifəsinə təyin olunub. 2017-2021-ci illərdə Bakı Mühəndislik Universiteti Pedaqoji fakültə, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti və kafedranın müdiri işləyib, 2021-ci ildən həmin universitetdə Azərbaycan dili və pedaqogika kafedrasının dosenti və kafedranın müdiridir.
Emin Ağayev bir elmi monoqrafiyanın, bir dərs vəsaitinin, bir tərtib olunmuş kitabın, çoxlu fənn proqramlarının, otuza yaxın elmi məqalənin və “Şeir olmaq istəyi” kitabının müəllifidir.
Nurəliyev Ramin Əfrahim oğlu (1981) - Lənkəran Dövlət Universitetini(filologiya) bitirib.
2016-ci ildən “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyininin baş katibi, “AYNHA Hüquq Jurnalı”nın baş redaktorudur.
“Təhsil Platformu” sosial səhifəsinin qurucusu və rəhbəridir. Təhsil sahəsi üzrə ekspert, ixtisas seçimi və karyera üzrə mütəxəssisdir.
Sehran Səfərov – “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının (Təhsil Nazirliyinin elmi-metodik nəşri) baş redaktoru.
Ölkədən kənarda:
Nəsirov İlham Xəlil oğlu (1958) – SSRİ Elektrik Texniki Sənayesi Nazirliyinin Mərkəzi Eletrotökmə Zavodunun Əsaslı Tikintisi üzrə baş mühəndisi (1980-1986), SSRİ Nəqliyyat Yolları Tikintisi Nazirliyinin Zaqafqaziya Yol Nəqliyyat Tikinti trestinin müdiri (1986-1991), Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Tikinti trestinin müdiri (1991-1993), Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki tikinti trestinin müdiri (1993-1998), Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsinin sədr müavini, tikilməkdə olan obyektlərin birləşmiş müdiriyyətinin sədri (1998-2004), Texniki Sənaye Tikinti şirkətinin təsisçisi və icraçı direktoru (2004-2010) vəzifələrində çalışıb. 2010-cu ildən “HESİN İnşaat” LTD-nin Türkiyə, Afrika ökələri və ABŞ-da fəaliyyət göstərən şirkətinin təsisçisi və icraçı direktorudur.
Nəsirov Taleh Atabala oğlu (1965) – “Xaricdə Yaşayan Xıllılar Cəmiyyəti”nin sədri.
“Dənizneftqazlayihə” dövlət elmi tədqiqat layihə institutunda aparıcı-mühəndis (1986-1997) kimi çalışıb.
100 nəfərdən artıq üzvü olan bu xeyriyyə cəmiyyətinin təşkilatçılığı və dəstəyilə kənddə əksər yollar təmir edilib, “Ağsaqqallar Evi” tikilib, 44 günlük Vətən müharibəsi dövründə 40-dan artıq əsgər ailəsinə, eləcə də şəhid, qazi və imkansız ailələrə yardım edilib.
Şahbazov Əbülfəz Saleh oğlu (1996) - Rusiya Federasiyasının hökuməti yanında Maliyyə Universitetində İspan və İngilis dilləri müəllimi.
2018-ci ildə ispan, ingilis və rus dillərinin ardıcıl şifahi və yazılı tərcümə fakültəsini bitirib, həmin il Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Siyasi Elm və Regionşünaslıq istiqaməti üzrə aspiranturasına daxil olub. Hazırda Rusiya Federasiyasının hökuməti yanında Maliyyə Universitetində İspan və İngilis dilləri müəllimi vəzifəsində çalışır. İspaniyanın xarici siyasətinin problematikasına həsr olunmuş məqalələri Ali Attestasiya Komissiyasının siyahısından olan elmi jurnallarda dərc edilir, ali məktəblər üçün kommunikativ xarakterli metodikalar hazırlayır.
Məmmədov Samit Təvəkkül oğlu (1960 -2019) - 1998-ci ildən Hollandiyada Azərbaycan Diasporasının sədri işləyib.
Cabbarov Zahid Qüreyş oğlu (1957-2020) – Özbəkistan və Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Polkovnik-leytenant.
Cəfərov Mirhəmid Ağacəfər oğlu (1958) - Rusiyanın Tomsk vilayətində polis rəisinin müavini işləyib. Polkovnik-leytenantdır, bir neçə kitabın müəllifidir.
Süleyman İsi oğlu Fərzəliyev (1971) – Beynəlxalq Əl-Mustafa Universitetini, Tehran Universitetinin ikiillik beynəlxalq jurnalistika və regionşünaslıq bölümünü bitirib. AZARMEDİA A.Ş-nin prezidenti, yüzlərlə sənədli film və serialların Azərbaycan dilinə tərcüməsi və sinxron dublyajını həyata keçirən "CineSalam" və "KainatFilm" prodakşınlarının təsisçisi. İman” verilişinin (AzTV) prodüsseri, “Yaşananlar” teleserialının (Xəzər TV) ssenari yazarı və filmin direktoru, Birinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş çoxseriyalı bədii və sənədli filmlərin baş prodüsseri və müəllifi. Oskat kino şirkətinin baş direktoru.
Qeyd edək ki, "Space" TV-də yayımlanan “Həzrəti Yusif” serialı da CineSalam şirkətində tərcümə və dublyaj olunub.
2009-cu ildən APA xəbər agentliyinin xarici şöbəsində işə başlayıb. 2015-ci ildən APA-nın Tehran ofisinin müdiri, xəbər agentliyinin İranda xüsusi müxbiridir.
Sahibkarlar:
Nəzərov Emin Ramiz oğlu – “Nord” şirkətlər qrupunun prezidenti
Paşayev Mübariz Qurban oğlu – “Berlin MP” mağazalar şəbəkəsinin prezidenti
Nadim Nağıyev – “Veysəloğlu” MMC Cənub bölgə müdiri, Salyan lokal ofis müdir müavini, “Araz Market”in (Cənub – Bakıya qədər) bölgə müdiri.
İdman üzrə:
Nurəliyev Səməd Əşrəf oğlu – sərbəst güləş üzrə Avropa çempionu (1970-ci illərdə)
Bəylərbəyov Alim Şahkərim oğlu - sərbəst güləş üzrə SSRİ çempionu (1960-cı illərdə)
Məmmədov Rəhim Məmmədəli oğlu - sərbəst güləş üzrə Universiada (tələbələr arasında SSRİ çempionatı) çempionu (1960-cı illərdə)
Kəndin din xadimləri:
Molla Məhəmməd Mücrüm Axund (1830-...) - 1870-ci ildə cənubu Azərbaycanın Ərdəbil şəhərinin Piləçay kəndindən Xıl kəndinə gəlib.
Molla Mücrüm Axund Lənkəranda fəaliyyət göstərən “Məclisi Üns”ün üzvü olub. Çoxlu sayda mərsiyələri və qəzəlləri vardır.
Hacı Mirzə Məhəmməd Hacı Əli oğlu 1830-cu ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Pilaçay kəndində dünyaya gəlib. Ruhani təhsilini Tehranda və Nəcəfdə alandan sonra, təqribən, 25 yaşında (1855-56-cı illərdə) Masallının Öncəqala kəndinə köçüb. İlk dəfə burada məktəb açıb.
1869-cu ildə Xıl kəndinin Becanlı tayfasından olan Zeynəb adlı qızla ailə qurub. Ona görə xıllılar onu 1871-ci ildə müəllim kimi öz kəndlərinə dəvət ediblər.
El arasında xıllı Molla Mücrim kimi tanınan Hacı Mirzə Məhəmməd Lənkəranda Mirzə İsmayıl Qasirin başçılıq etdiyi “Fövcül – füsaha” («Gözəl danışanlar dəstəsi») ədəbi məclisinin ən istedadlı üzvlərindən biri olub. “Mücrim” (günahkar) təxəllüsü ilə farsca, ərəbcə şeirlər yazıb.
1915-ci ildə Xıl kəndində vəfat edib, Seyidlər qəbiristanlığıda dəfn edilib.
Molla Mücrimin qəbir daşında “Ərdəbildən olan Hacı Molla Məhəmməd Hacı Molla Əlizadənin qəbridir. 1339-cu hicri ilinin (miladi təqvimi ilə “1919” – İ.Ş.) Məhərrəm ayında rəhmətə gedib” sözləri yazılıb.
Tələbəsi Şirəli Talıb oğlunun verdiyi məlumata görə, Mücrimin yüzlərcə qəsidə, münacat, mərsiyələrdən ibarət şeirləri, nəsrlə qələmə aldığı qısa hekayələrindən ibarət “Divan”ı 1925-ci ildə Astarxanbazarın (indiki Cəlilabadın) Köyüzbulaq kəndində yaşayan oğlu Məmmədbağır tərəfindən ədəbiyyatşünas Salman Mümtaza verilib.
Kərimov Məşhədi Feyzulla Zeydulla oğlu (1928-2011) - Xıllı Axund Şirəlidən, ərkivanlı Ayətullah Şeyx Bəşirdən dini təhsil alıb.
Abidələr
Ərazidə yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr – Güllük yaşayışyerinin tarixi X-XII əsrlərə, kəndin cənub-şərqindəki Morabuta kurqanının tarixi isə Tunc dövrünə təsadüf edir.
Kəndin 1941-1945-ci il Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə vaxtilə sovxoz direktoru işləmiş, BVM iştirakçısı, şair Nurəliyev Muxtar Qənibəy oğlu tərəfindən tikilib. Abidə uzərində müharibə iştirakçıları və 101 şəhidin adı yazılıb.
9 may Qələbə gününün 76-cı ildönümündə Xıl kənd orta məktəbinin 1995-ci il məzunlarının dəstəyilə, əsası 1968-ci ildə qoyulmuş xatirə-abidəsini əsaslı təmir edilib.
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun abidəsi
Şəhid Elgün Mikayıllının xatirə abidə-komleksi
Ziyarətgahlar:
XIX əsrdə yaşamış Mirqabil adlı seyidin adı ilə bağlı olan Mirqabil ocağıSeyidlər qəbiristanlığında yerləşir. Kənd sakinlərinin vəsaiti hesabına tikilən məqbərənin içində Mirqabil Ağanın qəbri ilə yanaşı atasının və böyük din alimi, şair Molla Mücrimin (Mücrim Ərdəbili) də qəbri var.
Mirqabil Ağanın övladlarının yaşadıqları həyətdə də tikili inşa edilmiş və həmin tikilidən məclis zalı və məscidkimi istifadə olunur.
Yazarlar
Tahir Murad oğlu Heydərli (Hüseynov, 1953)– şair. Milli Qəhrəman Elşad Hüseynova həsr edilmiş “Vətən oğlu” poemasının müəllifidir.
Uzun müddət Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini işləyib.
“Masallı ensiklopediyası”nı hazırlayan qrup