Ərazinin özəllikləri:
Banbaşıda üçdaş adlanan un dəyirmanı olub. Bu dəyirman ərazidə ilk və yeganə un dəyirmanı olub. (Banbaşı kəndi)
Hacıyev Atabala Həzi oğlu -. Lenin ordeni.
Müharibə zamanı Sovet İttifaqı Qəhrəmanı adını almaq üçün təqdim olunmuşdur. Lakin o, indiki mənfur düşmənlərimizin nümayəndəsi müharibə zamanı komandir olmuş Baqramyanın yaxından müdaxiləsi hesabına bu adı almaqdan uzaqlaşdırılmışdır.
Bir neçə il əvvəl Belorusiyanın Prezidenti Lukaşenko A.Hacıyevi ölkəsinə dəvət edib. O, Masallı rayon Veteranlar Şurasının sədri olub.
(Binə Xocavar)
Hacıyeva Mələk Həzi qızı – Sovet dövrünün 3 ən yüksək ordeni ilə təltif olunmuşdur – Lenin, Qırmızı Əmək Bayrağı və Oktyabr İnqilabı ordenləri ilə!! (Binə Xocavar)
Ərazidə 4 təpə-kurqan var – Bizim eradan əvvələ aiddir. (Binə Xocavar)
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): - 050 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Akif Ağayev – 050 3713513
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Təzə Alvadı, Güllütəpə, Musakücə, Şıxlar İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Banbaşı İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
1. Boradigah
2. Qızılağac
3. Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
11.Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
24. Qarğalıq
25. Sərçuvar
26. Təzə Alvadı
27. Güllütəpə
28. Musakücə
29. Şıxlar
Banbaşı İnzibati Ərazi Dairəsi
Banbaşı ərazi dairəsi üç kəndi – Banbaşı, Böyük Xocavar, Binə Xocavar kəndlərini əhatə edir.
Banbaşı ərazi dairəsinin coğrafi mövqeyi:
Ərazi dairəsi Masallı rayon mərkəzindən Cənub-qərbdə, Bakı-Astara magistral yolundan cənub-qərbdə düzənlik sahədə yerləşir.
Həmsərhəd olduğu ərazi dairələri:
Şimaldan Çaxırlı ərazi dairəsi ilə, cənubdan Yeyənkənd ərazi dairəsi ilə, cənub-qərbdən Köhnə Alvadı ərazi dairəsi ilə, qərbdən Təzə Alvadı ərazi dairəsi ilə, şərqdən Masallı ərazi dairəsi ilə həmsərhəddir.
Ərazi dairəsinə daxil olan torpaq sahəsi: 837 ha.
Ərazi dairəsinin əhalisi: 6478 nəfər;
O cümlədən: kişi: 3336 nəfər; qadın: 3142 nəfər.
Ərazidə ilklər:
İlk professor:
Ağayev Soltanağa Hacağa oğlu - texnika üzrə elmlər doktoru, professor. Vəfat edib. (Banbaşı kəndi)
İlk alim:
Bəşirov Museyib Yadulla oğlu - fizika-riyaziyyat elmləri namizədi. Vəfat edib.
(Böyük Xocavar kəndi)
Ərazinin ilk təhsilliləri:
Nağıyev Yadulla Bəşir oğlu və Abdulhəsən Balakişi oğlu – rus dilində təhsil alıblar. (Böyük Xocavar kəndi)
Ərazinin ilk ali təhsilliləri:
Əmrahov Yusif Bağır oğlu (Banbaşi kəndi)
Qədiməliyev Abdul Qənbər oğlu (Banbaşı kəndi)
Allahverdiyev Höccət Əsəd oğlu (Banbaşı kəndi)
Zeynalov Abusət Əşrəf oğlu (Böyük Xocavar kəndi)
Quliyev Nəriman Məmmədəli oğlu (Böyük Xocavar kəndi)
Hacıyev Atabala Həzi oğlu (Binə Xocavar kəndi)
İlk bələdiyyə sədrləri:
Əliyev Arif Əsgər oğlu. (Böyük Xocavar kəndi)
Məstəliyev Şölət Malik oğlu. (Banbaşı kəndi)
Əzimov İxtiyar Alxas oğlu (Binə Xocavar kəndi)
Ərazi üzrə bütün kəndləri birləşdirən bələdiyyənin ilk sədri:
Rəhimov Böyükxan Həsən oğlu (Böyük Xocavar kəndi)
İlk bağça
1937-1941-ci illərdə fəaliyyət göstərib, müharibə başlayanda fəaliyyəti dayandırılıb. Bağça müdiri Alxas müəllim olub. (Binə Xocavar kəndi)
Alimlər:
Ağayev Məmmədhəsən Məmməd oğlu - tibb üzrə elmlər doktoru, professor. (Banbaşı kəndi)
Ağayev Soltanağa Hacağa oğlu - texnika üzrə elmləri doktoru. Vəfat edib. (Banbaşı kəndi)
Qədiməliyev Fikrət Gülverdi oğlu - tibb üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Hospitalının rəisi işləyib, General-mayor. (Banbaşı kəndi)
Əliyev Eldar Rəhman oğlu - biokimya üzrə fəlsəfə doktoru.
(Banbaşı kəndi)
Məmmədsadıqov Hüseyn Həsən oğlu – texnika üzrə elmlər doktoru, professor. (Böyük Xocavar kəndi)
Bəşirov Museyib Yadulla oğlu – fizika üzrə fəlsəfə doktoru.
(Böyük Xocavar kəndi)
Məmmədov Alim İslam oğlu – tibb üzrə fəlsəfə doktoru.
(Böyük Xocavar kəndi)
Məmmədov İlqar İslam oğlu – tibb üzrə fəlsəfə doktoru.
(Böyük Xocavar kəndi)
Rəhimli Ədalət Böyükxan oğlu – hüquq üzrə elmlər doktoru.
(Böyük Xocavar kəndi)
Rəşidzadə Loğman Rəşid oğlu – filologiya üzrə elmlər namizədi.
(Böyük Xocavar kəndi)
Əkbərov Yaşar Sabir oğlu – energetika üzrə fəlsəfə doktoru.
(Böyük Xocavar kəndi)
Cəbiyeva Sara Əli qızı – kimya üzrə fəlsəfə doktoru.
(Böyük Xocavar kəndi)
Əmənov Yəhya Abdulhəsən oğlu – texnika üzrə elmlər namizədi, dosent. (Binə Xocavar kəndi)
Alışov Fariz Ələsgər oğlu – tibb üzrə elmlər namizədi.
(Binə Xocavar kəndi)
Yüksək dövlət mükafatı alanlar:
Hacıyev Atabala Həzi oğlu -. Lenin ordeni. (Binə Xocavar kəndi)
Hacıyeva Mələk Həzi qızı – Lenin, Qırmızı Əmək Bayrağı və Oktyabr İnqilabı ordenləri. (Binə Xocavar kəndi)
Zabitlər:
Qədiməliyev Fikrət Gülverdi oğlu – general-mayor.
(ətraflı “Alimlər” bölümündə) (Banbaşı kəndi)
Bəşirov Xanlar – polkovnik. (Banbaşı kəndi)
Qurbanov Rəsul – polkovnik. (Banbaşı kəndi)
Qarabağ müharibəsi haqqında:
Banbaşı kəndi:
I Qarabağ şəhidləri:
1. Qasımov Cavanşir Beytulla oğlu- 1992-ci il,
2. Abdullayev Mürüvvət Əli oğlu - 1993-cü il.
3. Mirzəyev Nail Nadir oğlu - 2004-cü il.
4. Həsənov Etiram Ağabəy oğlu - 2006-cı il.
II Qarabağ müharibəsi şəhidi:
Akifzadə Elmir Gündüz oğlu – 18.09.1997 - 09.10.2020.
Böyük Xocavar kəndi:
I Qarabağ şəhidləri:
1. Məmmədov Bəyalı İlyas oğlu - 14.12.1972 - 13.08.1992, Ağdərə.
2. Əzizov Emil Əbil oğlu - 15.09.1971 – 27.04.1994, Ağdərə.
3. Alışov Nahid Güləli oğlu – 03.03.1975 – 25.02.1994, Füzuli.
4. Bayramov Qismət İlyas oğlu – 20.12.1967 – 08.05.1992.
Atəşkəs dövründə Qarabağda şəhid olan:
Məlikov Aqil Qismət oğlu – 12.08.1990 – 15.11.2016.
II Qarabağ şəhidi:
Əliyev Məhəmməd İlham oğlu - 09.01.1999 – 08.11.2020.
Binə Xocavar kəndi:
I Qarabağ şəhidi:
Nuriyev Bəşir Nuru oğlu – 05.06.1973 - 05.01.1994.
II Qarabağ şəhidi:
Nəzərov Elməddin İsmayıl oğlu – 22.11.1996 - 30.10.2020.
Ərazidə müxtəlif rəhbər vəzifələrdə işləyən tanınmışlar:
Kənddə:
Məstəliyev Şölət Malik oğlu - Banbaşı kəndi üzrə ilk bələdiyyə sədri seçilib. (Banbaşı kəndi).
Məmmədov İlyas İdris oğlu – Bambaşı Kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir. “Əmək Veteranı” adına layiq görülmüşdür. Böyük Xocavarda ilk Kollektiv Kəndli Fermer Təsərrüfatının Başçısı olmuşdur.
(Böyük Xocavar kəndi).
Ağayev Xankişi Ağaş oğlu - Daxili İşlər Orqanlarında müxtəlif rəhbər vəzifələrdə və Ərazi nümayəndəsi işləyib. (Böyük Xocavar kəndi).
Rəhimov Böyükxan Həsən oğlu – İnzibati ərazidəki ilk özəl şirkətin
direktoru (1988) və ərazi üzrə bütün kəndləri birləşdirən Bələdiyyənin ilk
sədri olmuşdur (2009). (Böyük Xocavar kəndi).
Zeynalov Abusət İsaq oğlu – “Tərəqqi” medallı (2018-ci il), məktəb direktoru. (Böyük Xocavar kəndi)
Nəhmətov Şakir Qulu oğlu – Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Masallı şəhər 3 saylı məktəbin direktoru, Ərazi nümayəndəsi və digər vəzifələrdə işləyib. (Böyük Xocavar kəndi)
Balakişiyev Hörmət Şahüseyn oğlu – Ərazi nümayəndəsi işləyib.
(Böyük Xocavar kəndi)
Məcidov Elsevər Nəzəralı oğlu - Ərazi nümayəndəsi işləyib.
(Böyük Xocavar kəndi)
Rayonda:
Mirzəyev Yasər Abı oğlu - Masallı Rayon Komsomol Komitəsinin 1-ci katibi, Masallı Rayon Partiya Komitəsində şöbə müdiri işləmişdir. (Banbaşı kəndi)
Mirzəyev Fail Abı oğlu – Masallı Rayon İcraiyyə Komitəsində müavin.
(Banbaşı kəndi)
Bağırov Mədət Əli oğlu - Masallı Rayon Partiya Komitəsində məsul vəzifədə işləmişdir. (Banbaşı kəndi)
Həsənov Sabir Musa oğlu - (Banbaşı kəndi)
Əliyev Əsgər Əbil oğlu – 1940-cı illərdə Masallı Rayon Partiya Komitəsində şöbə müdiri işləmişdir. (Böyük Xocavar kəndi)
Məmmədov Nəzir Mirzəhəsən oğlu – Masallı Rayon Qeydiyyat Şöbəsinin (ZAQS) müdiri işləmişdir. (Böyük Xocavar kəndi)
Nəhmətov Qulu Ağabala oğlu – Masallı rayon Səhiyyə şöbəsinin Baş Mühasibi işləmişdir. (Böyük Xocavar kəndi)
Qəzənfərov Ağacəfər Heydər oğlu– Masallı rayon Mühafizə şöbəsinin rəisi işləmişdir. (Böyük Xocavar kəndi)
Mikayılov Allahyar Qüdrət oğlu - Masallı RPK-nin təşkilat şöbəsinin müdiri olmuşdur. (Böyük Xocavar kəndi)
Quliyev Ağadədə Abdulmənəf oğlu - Masallı Rayon Komsomol Komitəsinin birinci katibi, sovxoz direktoru işləmişdir.(Böyük Xocavar kəndi)
Bayramov İmanəli Əbülhəsən oğlu - Lerik Rayon Prokuroru olmuşdur.
(Böyük Xocavar kəndi)
Əliyev Arif Əsgər oğlu – Masallı Rayon PK-də siyasi-maarif şöbəsinin müdiri və digər məsul vəzifələrdə işləyib. (Böyük Xocavar kəndi)
Zeynalov Ələşrəf Böyükağa oğlu – Böyük Xocavar kənd məktəbinin direktoru və Masallı rayon Təhsil şöbəsində müdir müavini işləmişdir. Böyük Xocavar kənd Dini İcmasının rəhbəri və tanınmış din xadimidir.
(Böyük Xocavar kəndi)
Əliyev Mahir Arif oğlu – Viləşçay Su İdarəsinin müdiri və digər məsul vəzifələrdə işləyib. (Böyük Xocavar kəndi)
Əzimov İxtiyar Alxas oğlu – 3 saylı Rayonlararası Təmir-Tikinti Quraşdırma idarəsinin rəisi və digər vəzifələrdə işləmişdir.
(Binə Xocavar kəndi)
Məlikov İsmayıl Orucəli oğlu – Masallı Rayon Kimya Birliyinin sədri və digər yüksək vəzifələrdə işləmişdir. (Binə Xocavar kəndi)
Məlikov Zülfüqar Orucəli oğlu – Masallı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi. (Binə Xocavar kəndi)
Nurullayev Səməd İsa oğlu – Masallı Rayon Qaz İstismarı İdarəsinin rəisi.
(Binə Xocavar kəndi)
Həmidov Akif Dəyyan oğlu – Masallı Rayon Su-Kanalizasiya İdarəsinin rəisi. (Binə Xocavar kəndi)
Ölkədə:
Qədiməliyev Fikrət Gülverdi oğlu - Dövlət Kömrük Komitəsi Tibb xidməti idarəsinin rəisi işləmişdir, Tibb xidməti general-mayorudur. (Banbaşı kəndi)
Quliyev İsa Mustafa oğlu – Bakı şəhəri Yasamal rayon Prokuroru işləmişdir. (Böyük Xocavar kəndi)
Bayramov Dadaş Əjdər oğlu – Cəlilabad rayonunda Yol polisinin rəisi işləmişdir. (Böyük Xocavar kəndi)
Ağayev Təvəkkül Ağaş oğlu – Cəlilabad rayonunda Dəmiryol stansiyasının rəisi işləmişdir. (Böyük Xocavar kəndi)
Bayramov Bəhrəm Davud oğlu – RF Tümen vilayətində neft sənayesində rəhbər vəzifədə çalışmışdır. (Böyük Xocavar kəndi)
Sadıqov Xanlar Həsən oğlu – Rabitə Nazirliyində regional tikinti quraşdırma idarəsinin rəisi işləmişdir. (Böyük Xocavar kəndi)
Məmmədov Firudin Nəzir oğlu – Bakı şəhərində “Azon” zavodunda laboratoriya müdiri işləmişdir. (Böyük Xocavar kəndi)
Sadıqov Tofiq Həsən oğlu – Vergilər Nazirliyində şöbə müdiri işləmişdir. (Böyük Xocavar kəndi)
Məmmədsadıqov İsgəndər Həsən oğlu - Bakı şəhərində Beynəlxalq yardım cəmiyyətinin sədri işləmişdir. (Böyük Xocavar kəndi)
Quliyev Əliməmməd İslam oğlu – Bakı şəhərində Tikinti quraşdırma İdarəsinin direktoru işləmişdir. (Böyük Xocavar kəndi)
Feyzullayev Abuş Adil oğlu - Yardımlı rayonunda Yol polisinin rəisi işləmişdir. (Böyük Xocavar kəndi)
Rəşidzadə Loğman Rəşid oğlu –“Sovet kəndi” qəzetinin şöbə müdiri işləmişdir. (Böyük Xocavar kəndi)
Məmmədov Həzrətqulu İslam oğlu – AR Rabitə Nazirliyi Aztelekomda şöbə müdiri vəzifəsində çalışır. (Böyük Xocavar kəndi)
Əməşov Feyzulla Sabir oğlu – Prokurorluq orqanlarında işləmişdir. (Böyük Xocavar kəndi)
Mikayılov Seyran Allahyar oğlu – Azərbaycanlmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda şöbə müdiri işləyib. (Böyük Xocavar kəndi)
Zeynalov Emin Ələşrəf oğlu – AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində Aparıcı məsləhətçi vəzifəsində çalışır.
(Böyük Xocavar kəndi)
Rəhimli Orxan Böyükxan oğlu - Fövqəladə Hallar Nazirliyinin Hospitalında həkim, şöbə müdiri vəzifəsində çalışır.
(Böyük Xocavar kəndi)
Leysanov Bahaddin Dəyyan oğlu – Neftçala Rayon İcraiyyə Komitəsinin sədri və rayonda bir sıra digər vəzifələrdə işləmişdir. (Binə Xocavar kəndi)
Alışov Eyvaz Ələsgər oğlu – Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyində Baş məsləhətçi və Nazirlər Kabinetində məsləhətçi kimi fəaliyyət göstərib. Hazırda Almaniya Respublikasında çalışır. (Binə Xocavar kəndi)
Məmmədov Roman Ağamalı oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir. (Binə Xocavar kəndi)
Ərazinin adını daşıyan kəndin adı: Banbaşı
Əhalisi: 2559 nəfər:
o cümlədən: kişi: 1329 nəfər; qadın: 1230 nəfər.
1849-cu il siyahıya alınmasında 42 ev, 309 nəfər;
1863-cü il --------------------------- 49 ev, 341 nəfər;
1873-cü il --------------------------- 53 ev, 349 nəfər;
1886-cı il --------------------------- 62 ev, 412 nəfər;
Kəndin əhalisi haqqında əlavə məlumat:
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin Banbaşı kənd cəmiyyətinin mərkəzi olan Banbaşı kəndində 50 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 377 nəfər – o cümlədən, 205 nəfər kişi, 172 nəfər qadın yaşayırdı.
( “Vikipediyadan” çıxarış)
Ərazisi: 399 ha
Kəndin adının mənası:
Ehtimal olunur ki, Banbaşı “ ban “ sözündən yaranmışdır. Ban evin yuxarısı, çardağı, ən yüksək hissəsidir. Kənd Viləş şayı sahilində yüksəklikdə yerləşdiyi üçün Banbaşı sözünün yüksək yer, yuxarı yer, baş yer mənasında olduğunu ehtımal edənlər də var.
Kəndin tarixi haqqında:
Banbaşı kəndi Masallı rayonunun ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Yaşı min illər ehtimal edilən Cəm-Cəm şəhəri burada olmuşdur. Cəm-Cəm şəhərinin tarixi ilə bağlı böyük elmi-arxeoloji araşdırmalar aparılmasa da, kənd əhalisi tərəfindən aparılan qazıntılar zamanı həyətlərdən qədim kərpiclər, qızıl əşyalar, yeraltı pilləkənli quyular və s. tapılmışdır. Şəhər dağıldıqdan sonra bu ərazidə yenidən məskunlaşma olmuş və Banbaşı kəndi yaranmışdır. Kənddə 4 təpə kurqan var ki, bu da kəndin strateji məntəqə olduğuna işarədir. Kurqanların ətrafından tapılan kərpiclər, daşlar, müxtəlif əşyalar onların yaşının çox olduğuna işarədir.
Əhalinin bu kənddə məskunlaşma tarixi 1980-ci ildən başlanır. Əhali buna qədər Viləş çayının sol sahilində yaşamışdır.
Coğrafi mövqeyi:
Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı - Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır.Rayon mərkəzindən 4 km məsafədə, Masallı-Təzə Alvadı magistral yolunun cənub-qərb hissəsində yerləşir.
Həmsərhəd kəndlər:
Cənub-şərqdən Masallı şəhəri, Kosakül, cənubdan Yeyənkənd, qərbdən Köhnə Alvadı və şimaldan Böyük Xocavar kəndləri ilə həmsərhəddir.
Məşğuliyyəti:
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Abidələr:
4 Təpə-kurqan – Bizim eradan əvvələ aiddir.
Mirheydər ağa sərdabəsi - XX əsr abidəsidir.
Məscid – 1921-ci ildə inşa edilib.
Mərasim evi:
Kolxoz:
1930-cu ildə Banbaşı kəndində Molotov adına kolxoz yaranır. 1960-cı ildə kolxozun adı dəyişərək C.Cabbarlı, kolxozların sovxoz təsərrüfatına keçidindən sonra isə “Sovet Azərbaycanı” adını daşıyır.
Kənd XDS İK:
1930-cu illərdə masallı rayonu yarananda Banbaşı sovetliyi təşkil olunur. Bura Banbaşı, Cəbili, Böyük Xocavar, Binə Xocavar, Köhnə Alvadı və Kosakül kəndləri daxil olur. İlk XDS İK sədri rayonun Boradigah kəndindən Zəkəriyyə adlı şəxs olub.
Un dəyirmanı:
1725-ci ildə Rus çarı I Pyotr malakanlardan birv qrupunu Azərbaycana sürgün eləmişdi. Onlardan İvan İvanoviç adlı biri un dəyirmanı ustası olub. Onu Banbaşı kəndində dəyirman tikmək üçün dəvət edirlər. İvan ilk olaraq su arxı qazdırır. Bu arx indi də mövcuddur. 1932-ci ildə dəyirman fəaliyyətə başlayır. Burada həm də çəltiyi döyüb düyü də alırdılar.
Bundan başqa Banbaşıda üçdaş adlanan dəyirman da olub. Bu dəyirman ərazidə ilk və yeganə un dəyirmanı olub.
Kənddə ilk məktəb:
Kənddə ilk 4 illik məktəb1930-cu illərin əvvələrində açılmışdır. Məktəb Məşədi Səməd Xanəli oğlunun evində olub. Bakıdan Hüseyn müəllim, Salyandan Seyfulla müəllim, Şərəfədən Bilal müəllim məktəbin ilk müəllimləri olmuşlar. Məktəbin ilk müdiri (direktoru) Talışxanovlar nəslindən olan Baba Həbibov olub.
Sonrakı illərdə işləyən məktəb direktorları:
Höccət Allahverdiyev - 1965-ci ildən 1972-ci ilə kimi
Məcidov Arif - 1972-ci ildən 1996-cı ilə kimi
Vəliyev Azadəli - 1996-cı ildən 2001-ci ilə kimi
Bürhanov Əyyar - 2001-ci ildən 2008-ci ilə kimi
Vəliyev Azadəli - 2008-ci ildən hal-hazıra kimi
Yeni məktəb.
İlk ali təhsillilər:
Əmrahov Yusif Bağır oğlu, Qədiməliyev Abdul Qənbər oğlu, Allahverdiyev Höccət Əsəd oğlu.
II Dünya müharibəsində iştirak edənlər: 150 nəfər cəbhəyə getmiş, onlardan 50-si cəbhədən sağ qayıtmışdır.
Qəhrəman analar: 5 nəfər.
Kənddə bələdiyyə: 1999-cu ildə yaradılıb.
Məstəliyev Şölət Malik oğlu Banbaşı kənd bələdiyyəsinin ilk sədri seçilib.
Banbaşı bələdiyyəsinin binası
Yüksək dövlət mükafatları alanlar:
.................................
Banbaşı kəndindən yüksək vəzifələrdə işləyən tanınmışlar:
Kənddə:
Əbil Bağır oğlu - kolxoz sədri (Banbaşı kəndi)
Əsəd Museyib oğlu - kolxoz sədri (Banbaşı kəndi)
Dövlət - kolxoz sədri (Kolatan kəndi)
İsa Nəsir oğlu - kolxoz sədri (Böyük Xocavar kəndi)
Məmmədov Alxas - 1952-ci ildə kolxoz sədri (Köhnə Alvadı)
Seyfullayev Mansur - 1955-ci ildə kolxoz sədri (Köhnə Alvadı kəndi)
Qədiməliyev Abdul - 1962-ci ildə sovxoz direktoru (Banbaşı kəndi)
Hacıyev Atabala - 1967-ci ildə sovxoz direktoru (Binə Xocavar k.)
Əsgərov Müctəba - 1982-ci ildə sovxoz direktoru (Köhnə Alvadı)
Əliyev Arif - 1986-cı ildə sovxoz direktoru (Böyük Xocavar)
Rayonda:
1. Mirzəyev Yasər Abı oğlu - Masallı Rayon Komsomol Komitəsinin 1-ci katibi, Masallı Rayon Partiya Komitəsində şöbə müdiri işləmişdir.
2. Mirzəyev Fail Abı oğlu – Masallı Rayon İcraiyyə Komitəsində müavin.
3. Bağırov Mədət Əli oğlu - Masallı Rayon Partiya Komitəsində məsul vəzifədə işləmişdir.
4. Həsənov Sabir Musa oğlu -
Ölkədə:
Qədiməliyev Fikrət Gülverdi oğlu - Dövlət Kömrük Komitəsi Tibb xidməti idarəsinin rəisi işləmişdir, Tibb xidməti general-mayorudur. (Ətraflı “Alimlər” bölümündə).
Ərazi nümayəndiliyinin binası
Banbaşı Kənd XDS İK sədrləri:
Zəkəriyyə - 1936-cı ildə (Boradigah kəndindən)
Bayram - Şərəfə kəndindən
Bağırov Mədət - Banbaşı kəndindən
Hacıyev Atabala - Binə Xocavar kəndindən
Teymurov Novruz - Binə Xocavar kəndindən
Əzimov Cümşüd - Banbaşı kəndindən
Sadıq Sadıqov - Böyük Xocavar kəndindən
Əbülhəsən - Köhnə Alvadı kəndindən
Ərazi nümayəndələri:
Şakir Nəhmətov - Böyük Xocavar kəndindən
Xankişi Ağayev - Böyük Xocavar kəndindən
Xanoğlan Əzimov - Banbaşı kəndindən
Hörmət Balakişiyev - Böyük Xocavar kəndindən
Elsevər Məcidov - Böyük Xocavar kəndindən
Həbib Həbibov - Yolağacı kəndindən
Din xadimləri:
Əhmədov Əhmədağa Abdulbağı oğlu – İraqın Nəcəf şəhərində təhsil alıb. 25 ildən sonra kəndə qayıdanda Sovet hakimiyyəti yenicə qurulmağa başlayırdı. Din xadimi kimi təqib olunur. Qonşu Cəlilabad (Astarxanbazar) rayonunun kəndlərində gizlənir. 1937-ci ildə könüllü təslim olur. Həbs edilərək sürgün edilir.
Alimlər:
1. Ağayev Soltanağa Hacağa oğlu - texnika üzrə elmlər doktoru, professor. Vəfat edib.
Azərbaycan Respublikasının Masallı rayonu Banbaşı kəndində anadan olmuşdur. 1965-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan elmi tədqiqat qazma institutunda laborant, mühəndis, aspirant olmuşdur. 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970-1995-ci illərdə ADNA "Nəzəri mexanika" kafedrasında assistent, dosent, professor olmuşdur. 70-dən artıq elmi məqalənin müəllifidir.
2. Ağayev Məmmədhəsən Məmmədhüseyn oğlu - tibb elmləri doktorudur, Azərbaycan Dövlət Tibb Univeristetinin müəllimidir.
3. Qədiməliyev Fikrət Gülverdi oğlu - tibb üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Hospitalının rəisi işləmişdir, General-mayor.
1962-ci ilin iyun ayının 2-də Masallı rayonunun Banbaşı kəndində anadan olmuşdur. 1979 - 1985-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1986-1989-cu illərdə Sağlamlıq Zonası poliklinikasında uroloq həkimi işləmişdir. 1989 – 2000-ci illərdə M.N Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında uroloq kimi çalışmışdır. 2000-2008-ci illərdə M.N Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında Urologiya şöbəsinin müdiri vəzifəsində işləyib. 2008-ci ildən Mərkəzi Gömrük Hospitalında çalışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi işləmişdir. Tibb elmləri namizədidir.
4. Əliyev Eldar Rəhman oğlu - biokimya üzrə fəlsəfə doktoru.
Qarabağ müharibəsi haqqında:
I Qarabağ şəhidləri:
1. Qasımov Cavanşir Beytulla oğlu- 1992-ci ildə,
2. Abdullayev Mürüvvət Əli oğlu - 1993-cü ildə.
3. Mirzəyev Nail Nadir oğlu - 2004-cü ildə.
4. Həsənov Etiram Ağabəy oğlu - 2006-cı ildə.
I Qarabağ müharibəsi veteranları:
??????????????????????
II Qarabağ müharibəsi şəhidi:
Akifzadə Elmir Gündüz oğlu – 18.09.1997 - 09.10.2020.
II Qarabağ müharibəsi veteranları:
1. Əzizov Cavid Akif oğlu
2. Feyzullayev Mircəlal
3. Tağıyev Sarxan
4. Sabirov Fərid
5. Tağıyev Xəzər
6. Teymurov Mikayıl
Zabitlər:
Qədiməliyev Fikrət Gülverdi oğlu – general-mayor. (ətraflı “Alimlər” bölümündə)
Bəşirov Xanlar – polkovnik.
Qurbanov Rəsul – polkovnik.
Kəndin yazarları:
Əhədov Hacıəli Ağami oğlu –
İnfrastruktur:
Kənddə 2009-cu ildə istifadəyə verilmiş 480 yerlik müasir tipli məktəb, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. 1 məscid dindarların istifadəsindədir. Kənddə 1 yanacaq doldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 1elektrik yarımstansiyası, 4 artezian quyusu, mədəniyyət mərkəzi, stadion, çörəkbişirmə sexi və 4 tarixi abidə vardır.
BANBAŞI kəndi ------ nə çatmır?
1. Şəhidlərin doğum tarixləri, veteranların ata adları yoxdur.
2. orden-medal alanlar
3. yüksək vəzifələrdə işləyənlər haqqında məlumat azdır (doğum tarixləri, vəzifəsinin adı), şəkilləri yoxdur, kənddə-rayonda, ölkədə vəzifəlilər.
4. Kəndin yazarları haqqında məlumat yoxdur.
5. Zabitlər ---- rütbələri və vəzifələri haqqında məlumat azdır.
Banbaşı kəndi haqqında məlumatların toplanmasında bəzə yaxından kömək edən Bürhanov Əyyar müəllimə təşəkkür edirik.
Kəndin adı: Böyük Xocavar
Əhalisi: (01.01.2021-ci il tarixə) 2640 nəfər;
O cümlədən: kişi: 1354 nəfər; qadın: 1286 nəfər.
Ərazisi: 270 ha
Kəndin adı və tarixi haqqında:
Böyük Xocavar kəndinin yaranma tarixi XIV-XV əsrdən əvvələ aid edilir. Kənd məzarlığından tapılan qoç formalı məzar daşları və digər tarixi nümunələr bunu söyləməyə əsas verir. Kənddə ilk məskunlaşanlar İrandan, Qarabağdan, Şamaxıdan və Kürqırağı ərazilərdən gələnlər olduğu güman edilir.
Kəndin adının Xoca sözündən əmələ gəlməsi ehtimal olunur. Xocavar sözü iki mənada yozulur:
- Böyük Xocavar kəndi ticarət yollarının kəsişdiyi rahat bir yerdə yerləşdiyindən bura ticarətin olduğu, tacirlərin əlverişli bildiyi, məskən saldığı yer olmuşdur. Xocavar- xoca, yəni tacir adından əmələ gəlməsi ehtimal olunur.
- Böyük Xocavar kəndi həm də elmin, təhsilin inkişaf etdiyi yer olmuşdur. Kənddə demək olar hər bir dövrdə dövrünə uyğun mədrəsə və ya məktəb olmuşdur. Xocavar sözünü xoca, yəni müəllim, elmli, elm adamlarının kəndi kimi ehtimal edənlər də var.
Kəndin ilkin adı Xocavar olmuşdur. Binə Xocavar kəndi yarandıqdan sonra Xocavar kəndi Böyük Xocavar adlandırılmışdır.
Coğrafi mövqeyi:
Böyük Xocavar kəndi rayon mərkəzindən 5 km məsafədə Masallı-Təzə Alvadı magistral yolunun şimal hissəsində yerləşir.
Həmsərhəd kəndlər:
Şərqdən Masallı şəhəri, cənubdan Banbaşı, şimaldan Binə Xocavar və qərbdən Köhnə Alvadı kəndləri ilə həmsərhəddir.
Əhalinin məşğuliyyəti:
Əhalinin əsas məşğuliyyəti sənətkarlıq, əkinçilik, heyvandarlıq və fərdi əmək fəaliyyətidir.
Abidələr:
Böyük Xocavar kəndinin şimal-qərbində təpə-kurqan olmuşdur. Keçən əsrin 70-ci illərində əkinçiliklə əlaqədar traktorlar kurqanı da şumlayaraq torpaq altında qoymuşdur.
İnzibati tikililər:
Böyük Xocavar kəndində Ərazi nümayəndəliyi, Bələdiyyə, Kitabxana və Banbaşı poçt şöbəsi, məktəb, Həkim məntəqəsi, Mədəniyyət evi, iki məscid, mərasim evi yerləşir.
Masallı rayon İcra hakimiyyəti başçısının Banbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Böyük Xocavar kəndində yerləşir.
İndiyə qədər fəaliyyət göstərmiş ərazi nümayəndələri:
Şakir Nəhmətov - Böyük Xocavar kəndindən
Xankişi Ağayev - Böyük Xocavar kəndindən
Xanoğlan Əzimov - Banbaşı kəndindən
Hörmət Balakişiyev - Böyük Xocavar kəndindən
Elsevər Məcidov - Böyük Xocavar kəndindən
Həbib Həbibov - Yolağacı kəndindən
Bütün Respublikada olduğu kimi ilk Bələdiyyə 1999-cu ildə inzibati ərazidəki hər bir kənd üzrə ayrı-ayrı bələdiyyələr kimi yaradılmışdır. 2009-cu ildə Banbaşı, Böyük Xocavar, Binə Xocavar, Kosakül kənd Bələdiyyələri birləşdirilərək Banbaşı Bələdiyyəsi yaradılmışdır. Bələdiyyənin inzibati binası Böyük Xocavar kəndində yerləşir.
İndiyə qədər fəaliyyət göstərmiş Bələdiyyə sədrləri:
Əliyev Arif - Böyük Xocavar kəndindən
Rəhimov Böyükxan - Böyük Xocavar kəndindən
140 yerlik Böyük Xocavar kənd uşaq bağçası 1984-cü ildən 1998-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda uşaq bağçasının əsaslı təmir olunması və yenidən fəaliyyətə başlaması nəzərdə tutulur.
Din xadimləri:
Axund Hacı Zeynalabidin Qurban oğlu - Təxminən XVIII-XIX əsrlərdə yaşamışdır. İranda və İraqda ali ruhani təhsil almışdır. Tanınmış din xadimi olmuşdur. Bölgədə islam dininin təbliği və tədrisi ilə bağlı rəsmi vəzifələndirilmişdir.
Axund Abdulla Hacı Zeynalabidin oğlu – Təxminən XIX əsrdə yaşamışdır. İranda və İraqda ali ruhani təhsil almışdır. Tanınmış din xadimi olmuşdur. İndiki Azərbaycanın cənub bölgəsi üzrə rəsmi təyin olunmuş axund olmuşdur.
Axund Zeynalov Əşrəf Abdulla oğlu – Təxminən 1870-ci illərdə anadan olub. XIX əsrin sonlarında İraqın Nəcəf-ül-Əşrəf şəhərində ali ruhani təhsil alıb. Dindar olduğu üçün repressiyaya uğrayıb və “kulak” kimi əmlakı müsadirə edilib. 4 aprel 1938-ci ildə vəfat etmişdir.
Rzayev Məşhədi Soltan Məmməd oğlu – 1893-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. XX əsrin əvvəlində İranın Qum şəhərində uzunmüddətli ali ruhani təhsil alaraq geri qayıtmışdir. Dindar olduğu üçün təqiblərə məruz qalmış, 1939-cu ildə vəfat etmişdir.
Axund İsmayılov Baba İsmayıl oğlu – XX əsrin əvvəlində İranda Qum və İraqın Nəcəf şəhərində ali ruhani təhsil alıb kəndə qayıtmışdır. Kənddə axund kimi dini fəaliyyətlə məşğul olmuşdur.
İlk məktəb:
Kənddə ilk ibtidai məktəb 1930-cu ildə Axund Əşrəfin evində olub. Axund Əşrəf İraqın Nəcəf şəhərində ali ruhani təhsil aldığı üçün Sovet hökuməti tərəfindən “kulak” edilmiş və evi müsadirə olunaraq, məktəb və kənd soveti idarəsi kimi istifadə edilmişdir. 2 ildən sonra məktəb Məşhədi Qulamın evinə və “Dəyirman boyu” deyilən yerə köçürülüb. 1942-ci ildə kənddə yeni məktəb – 7 illik natamam orta məktəb açılıb və daha böyük olan Balakişinin evinə köçürülüb. Məktəbin direktoru Quliyev Adil Mustafa oğlu olmuşdur. 1951-ci ildə məktəb kolxozun binasına köçürülmüş və 1964-cü ildə 8 illik məktəb olub. 1967-ci ildən 1970-ci ilə kimi köhnə yerində yeni məktəb binası tikildiyinə görə məktəbi müvəqqəti xəstəxana binasına köçürüblər. 1989-cu ildə müasir tipli məktəb binası inşa edilib və tam orta məktəbə çevrilib. 1994-cü ildən şəhid Bəyalı Məmmədovun adını daşıyır.
Şəhid B.Məmmədov adına Böyük Xocavar kənd orta məktəbi
Kəndin ilk təhsilliləri:
Kəndin ilk rus dilində təhsil almış ziyalıları Nağıyev Yadulla Bəşir oğlu və Abdulhəsən Balakişi oğlu olmuşlar. Onlar Prişibin (indiki Göytəpə) Privolnoye rus-tatar məktəbində təhsil almışlar.
İlk ali təhsillilər:
Zeynalov Abusət Əşrəf oğlu – Həkim
1944-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş və bundan az müddət sonra vəfat etmişdir.
Quliyev Nəriman Məmmədəli oğlu – Baş müəllim
11 fevral 1932-ci ildə Böyük Xocavar kəndində doğulub.1940-1950-ci illərdə Böyük Xocavar kənd və Masallı1 saylı şəhər məktəblərində orta təhsil almışdır.1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxuyub.1955-1978-ci illərdə Masallı rayonunun müxtəlif kənd və şəhər məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. “Baş müəllim” adını almış və Fəxri fərman və “Əmək veteranı” medalı ilə təltif olunub. 03.04.2000-ci ildə vəfat edib.
II Dünya Müharibəsi iştirakçıları:
Böyük Xocavar kəndindən 36 nəfər II Dünya Müharibəsində iştirak etmişdir. Onlardan 15 nəfəri sağ qayıtmış, digərləri isə həlak olmuşlar.
Qəhrəman anaların sayı: 14 nəfər.
Yazarlar:
Qiyasi Həmid – şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. Vəfat edib.
Loğman Rəşidzadə - Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. 2 kitabın müəllifi. (Ətraflı “Alimlər” bölümündə).
Alimlər:
Məmmədsadıqov Hüseyn Həsən oğlu - texnika üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Memarlıq və Arxitektura Akademiyasında işləyir.
Bəşirov Museyib Yadulla oğlu - kəndin ilk alimi, fizika-riyaziyyat elmləri namizədi, ADPU-nin dosenti (vəfat edib).
Məmmədov Alim İslam oğlu – tibb üzrə fəlsəfə doktoru.
1963-cü ildə yanvarın 14-də Böyük Xocavar kəndində anadan olub. 1980-ci ildə Masallı şəhər 2 saylı orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və orada ordinatura keçmişdir. Həmin dövrün ən yüksək mükafatçısı - Lenin təqaüdçüsü olmuşdur. 1992-1995-ci illərdə ATU-nun aspiranturasında təhsil almışdır. 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən hal-hazıra kimi Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında çalışır. ATU-nun Ümumi Cərrahiyyə kafedrasının dosentidir. 1 elmi monoqrafiya, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklif, 2 metodik tövsiyənin, 2 metodik dərs vəsaitinin, 70 -dən artıq elmi məqalə və tezisin müəllifidir. 2006-cı ildə “Vector” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan Ziyalıları” Beynəlxalq Layihəsinin qalibi olmuşdur.
İbrahimov Mehman Səyədulla oğlu - Fəlsəfə doktoru
16.06.1966-cı ildə Böyük Xocavar kəndində doğulub. 1973-1981-ci illərdə B. Xocavar kənd, 1981-1983-cü illərdə Masallı şəhər 2 saylı məktəbində təhsil alıb. 1983-1988-ci illərdə Ukrayna SSR-in Dnepr şəhərində Metallurgiya İnstitutunda təhsil almışdır. Dnepropetrovski şəhərindəki Metallurgiya Zavodunda Baş mühəndis vəzifəsində işləmişdir. Fəlsəfə doktorudur.
Məmmədov İlqar İslam oğlu - tibb üzrə fəlsəfə doktoru
1971-ci il noyabr ayının 26-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1989-cu ildə Masallı rayonu 2№-li şəhər orta məktəbini bitirmişdir. 1989-cu ilin dekabr ayından 1991-ci ilin noyabr ayına kimi Ukrayna SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilin noyabr ayına kimi “Azərbaycan Kurortlararası Təmir-Tikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, 1998-cı ildə həmin universiteti bitirmişdir. 1998-ci ilin avqust ayından 1999-ci ilin iyul ayına kimi anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura keçmişdir. 2007-ci ildən 2012-ci ilə kimi Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin dissertantı olmuşdur. 2012-ci ildə “Qaraciyərdə və öd yollarında cərrahi əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011-ci ildən Masallı Rayon Mərkəzi Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. İşlədiyi illər ərzində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müxtəlif klinikalarında ixtisasartırma kurslarında olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi fəal iştirak etmişdir.
Rəhimli Ədalət Böyükxan oğlu – Hüquq üzrə elmlər doktoru.
Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr ali təhsil pillələrini hər birini fərlənmə diplomu ilə bitirmişdir. Təhsilini doktoranturada davam etdirmişdir. Hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Əkbərov Yaşar Sabir oğlu –Energetika üzrə fəlsəfə doktoru.
1963-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. ADNSU-da müəllim işləmişdir. 2022-ci ildə vəfat etmişdir.
Cəbiyeva Sarə Əli qızı - Kimya üzrə fəlsəfə doktoru.
Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutunda Böyük laborant işləyir.
Qarabağ müharibəsi haqqında:
I Qarabağ müharibəsi şəhidləri: I Qarabağ müharibəsində Böyük Xocavar kəndi 4 şəhid vermişdir:
1. Məmmədov Bəyalı İlyas oğlu – 14.12.1972 – 13.08.1992-ci il, Ağdərə.
14.12.1972-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Böyük Xocavar kənd tam orta məktəbi onun adını daşıyır. Masallı rayonunda məktəbə adı verilən və xatirə lövhəsi qoyulan ilk şəhiddir. Anası Mustafayeva Tahirə 1980-ci ildə SSRİ Ali Sovetin Rəyasət Heyyəti tərəfindən “Qəhrəman Ana” adına layiq görülmüşdür. Birinci Qarabağ müharibəsi zamanı Belorusiyanın Brest şəhərində hərbi xidmətdə olmasına baxmayaraq, erməni quldurlarının ölkəmizə qarşı müharibəyə başlamasını eşitdikdə hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və cəbhəyə yollanmışdır. Bir çox ağır döyüşlərdə iştirak etmiş, xüsusilə Xocavənd və Ağdərə uğrunda öz tankı ilə qəhrəmanlıqla döyüşmüşdür. 1992-ci il avqustun 13-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
2. Əzizov Emil Əbil oğlu - 15.09.1971 – 27.04.1994-cü il Ağdərə.
3. Alışov Nahid Güləli oğlu - 03.03.1975 – 25.02.1994-cü il Füzuli.
4. Bayramov Qismət İlyas oğlu - 20.12.1967 – 08.05.1992-ci il.
Atəşkəs dövründə Qarabağda şəhid olan:
Məlikov Aqil Qismət oğlu – 12.08.1990 – 15.11.2016-cı il.
II Qarabağ müharibəsi şəhidi:
Əliyev Məhəmməd İlham oğlu - 09.01.1999 - 11.11.2020-ci il.
II Qarabağ müharibəsində 34 nəfər iştirak edib. 6 nəfəri qazidir.
Böyük Xocavar kəndindən yüksək vəzifələrdə işləyən tanınmışlar:
Kənddə:
Məmmədov İlyas İdris oğlu – 1929-cu ildə Böyük Xocavar kəndində anadan olub. 1989-cu ildə SSRİ Ali Sovetin Rəyasət Heyyəti tərəfindən “Əmək Veteranı” adına layiq görülmüşdür. Bambaşı Kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Böyük Xocavarda ilk Kollektiv Kəndli Fermer Təsərrüfatının Başçısı olmuşdur. 2002-ci ildə vəfat etmişdir.
Ağayev Xankişi Ağaş oğlu – 1940-cı ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Daxili İşlər Orqanlarında müxtəlif rəhbər vəzifələrdə və Ərazi nümayəndəsi işləyib. 2021-ci ildə vəfat etmişdir.
Rəhimov Böyükxan Həsən oğlu - 1956-cı ildə Böyük Xocavar kəndində anadan olmuşdur. İnzibati ərazidəki ilk özəl “Qələbə” şirkətinin direktoru (1988) və ərazi üzrə bütün kəndləri birləşdirən Bələdiyyənin ilk sədri olmuşdur (2009).
Nəhmətov Şakir Qulu oğlu – 1957-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Masallı şəhər 3 saylı məktəbin direktoru, Ərazi nümayəndəsi və digər vəzifələrdə çalışmışdır.
Zeynalov Abusət İsaq oğlu – 1959-cu ildə Böyük Xocavar kəndində anadan olmuşdur. “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2018-ci il), Böyük Xocavar kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Balakişiyev Hörmət Şahüseyn oğlu – Rayon Təhsil Şöbəsində Baş məsləhətçi vəzifəsində çalışır.
01.01.1961-ci ildə Böyük Xocavar kəndində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan DPİ-da oxuyub. Zaqafqaziya Komsomol Məktəbinin məzunudur. 2008-2018-ci illərdə Masallı RİH Başçısının Banbaşı Ərazisi üzrə nümayəndəsi olub. 2018-ci ildən Masallı rayon Təhsil İdarəsində Baş məsləhətçi vəzifəsində çalışır. 2-ci dərəcəli Dövlət qulluqçusudur.
Məcidov Elsevər Nəzəralı oğlu - 1993-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Ərazi nümayəndəsi işləyib.
Rayonda:
Əliyev Əsgər Əbil oğlu – təxminən 1910-cu ildə Böyük Xocavar kəndində anadan olmuşdur.1940-cı illərdə Masallı Rayon Partiya Komitəsində şöbə müdiri işləmişdir. II Dünya Müharibəsində iştirak etmiş və həlak olmuşdur.
Məmmədov Nəzir Mirzəhəsən oğlu – 1923-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı rayon Qeydiyyat (ZAKS) şöbəsinin müdiri işləmişdir.1988-ci ildə vəfat etmişdir.
Nəhmətov Qulu Ağabala oğlu – 1930-cu ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı rayon Səhiyyə şöbəsinin Baş Mühasibi işləmişdir. 1988-ci ildə vəfat etmişdir.
Qəzənfərov Ağacəfər Heydər oğlu – 1935-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı rayon Mühafizə şöbəsinin rəisi işləmişdir. 2013-cü ildə vəfat etmişdir.
Mikayılov Allahyar Qüdrət oğlu - Masallı RPK-nin təşkilat şöbəsinin müdiri olmuş və başqa bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
1939-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində doğulub. 1960-cı ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumunu, 1973-cü ildə ADU-nun jurnalistika fakültəsini bitirmişdir.1974-1976-cı illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 1976-1978-ci illərdə Masallı Rayon Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978-1984-cü illərdə Masallı Rayon PK-da Təşkilat Şöbəsinin müdiri, 1985-1986-cı illərdə rayonun “Sosializm” sovxozunda direktor, 1990-1992-ci illərdə Masallı Rayon Məişət Xidməti Kombinatında Baş direktor, 1993-1996-cı illərdə Masallı Rayon Özəlləşdirmıə idarəsində Baş mütəxəssis, 1997-2000-ci illərdə Masallı rayon Sosial-Müdafiə Şöbəsində direktorun müavini, 2000-2003-cü illərdə Masallı rayon Bitki-Mühafizəsi İdarəsində Baş mütəxəssis vəzifələrində çalışmışdır.
Əliyev Arif Əsgər oğlu – 1941-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı Rayon PK-də siyasi-maarif şöbəsinin müdiri, sovxoz direktoru, ilk bələdiyyə sədri və digər məsul vəzifələrdə işləyib. 2016-cı ildə vəfat etmişdir.
Quliyev Ağadədə Abdulmənəf oğlu - 1943-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Masallı Rayon Komsomol Komitəsinin birinci katibi və Aqrar İstehsalat Birliyinin Baş direktorunun müavini, sovxoz direktoru və digər rəhbər vəzifələrdə işləmişdir. 1991-ci ildə vəfat etmişdir.
Bayramov İmanəli Əbülhəsən oğlu - Lerik Rayon Prokuroru olmuşdur.
Zeynalov Ələşrəf Böyükağa oğlu – 1948-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Böyük Xocavar kənd məktəbinin direktoru və Masallı rayon Təhsil şöbəsində müdir müavini işləmişdir. Böyük Xocavar kənd Dini İcmasının rəhbəri və tanınmış din xadimidir.
Əliyev Mahir Arif oğlu – 1960-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Viləşçay Su İdarəsinin müdiri və digər məsul vəzifələrdə işləyib.
Babayev Musa İsa oğlu – 1976-cı ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Masallı rayon Prokurorluğunda Dəftərxana müdiri vəzifəsində çalışır.
Ölkədə:
Quliyev İsa Mustafa oğlu – 1923-cü ildə Böyük Xocavar kəndində anadan olmuşdur. 1942-ci ildə Böyük Xocavar kəndində açılan yeni məktəbdə müəllim işləmişdir. Sonra ali hüquq təhsili almışdır. Bakı şəhəri Yasamal rayon Prokuroru işləmişdir. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Ağayev Təvəkkül Ağaş oğlu – 1926-cı ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Cəlilabad rayonunda Dəmiryol stansiyasının rəisi işləmişdir. 1977-ci ildə vəfat etmişdir.
Bayramov Dadaş Əjdər oğlu – 1932-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Cəlilabad rayonunda Yol polisinin rəisi işləmişdir. 2006-cı ildə vəfat etmişdir.
Bayramov Bəhrəm Davud oğlu – RF Tümen vilayətində neft sənayesində rəhbər vəzifədə çalışmışdır.
Sadıqov Xanlar Həsən oğlu – 1941-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Rabitə Nazirliyində regional tikinti quraşdırma idarəsinin rəisi işləmişdir. 2020-ci ildə vəfat etmişdir.
Məmmədov Firudin Nəzir oğlu – 1947-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Bakı şəhərində “Azon” zavodunda laboratoriya müdiri işləmişdir. 2007-ci ildə vəfat etmişdir.
Sadıqov Tofiq Həsən oğlu – 1948-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Vergilər Nazirliyində şöbə müdiri işləmişdir. 2013-cü ildə vəfat etmişdir.
Məmmədsadıqov İsgəndər Həsən oğlu - 1950-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Bakı şəhərində Beynəlxalq yardım cəmiyyətinin sədri işləmişdir. 2020-ci ildə vəfat etmişdir.
Quliyev Əliməmməd İslam oğlu – 1952-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Bakı şəhərində Tikinti quraşdırma İdarəsinin direktoru işləmişdir.
Feyzullayev Abuş Adil oğlu - 1952-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Yardımlı rayonunda Yol polisinin rəisi işləmişdir.
Rəşidzadə Loğman Rəşid oğlu – “Sovet kəndi” qəzetinin şöbə müdiri işləmişdir.
1955-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Sovet kəndi” qəzetində müxbir, şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Bölməsinin müdiri vəzifəsində çalışıb.
Məmmədov Həzrətqulu İslam oğlu – 1958-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Rabitə Nazirliyi Aztelekomda şöbə müdiri vəzifəsində çalışır.
Əməşov Feyzulla Sabir oğlu – 1958-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. Prokurorluq orqanlarında işləmişdir.
Mikayılov Seyran Allahyar oğlu – Azərbaycanlmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda şöbə müdiri işləyib.
29.08.1960-cı ildə Xocavar kəndində doğulub. 1978-1984-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. 1986-2003-cü illərdə Bakı şəhər 13, 1 və 33 saylı poliklinikalarında həkim-terapevt kimi çalışıb. 2004-cü ildən Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda şöbə müdiri, Elmi Şuranın üzvü, elmi işçi, Həmkarlar İttifaqı yerli komitəsinin sədri kimi çalışıb. Ali dərəcəli həkim adını alıb.
Zeynalov Emin Ələşrəf oğlu – 1982-ci ildə Böyük Xocavar kəndində anadan olmuşdur. AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində Aparıcı məsləhətçi vəzifəsində çalışır. Dövlət qulluqçusudur.
Rəhimli Orxan Böyükxan oğlu - Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil almışdır. Sonra Azərbaycan Tibb Universitetində Nevroloq/Nevropatoloq ixtisası üzrə rezidentura təhsilini başa vurmuşdur. Xaricdə müxtəlif klinikalarda tədris və təcrübi ixtisasartırma təlimlərində iştirak etmişdir. Fövqəladə Hallar Nazirliyinin Hospitalında həkim, şöbə müdiri vəzifəsində çalışır.
İnfrastruktur:
Böyük Xocavar kəndində Ərazi nümayəndəliyi, Bələdiyyə, Kitabxana və Banbaşı poçt şöbəsi, Həkim məntəqəsi, Mədəniyyət evi, 1 məktəb, 2 məscid, 1 mərasim evi fəaliyyət göstərir.
Banbaşı poçt şöbəsi Böyük Xocavarda yerləşir.
Kəndin adı: Binə Xocavar
Əhalisi: 1279 nəfər
O cümlədən: Kişi: 653 nəfər; qadın: 626 nəfər.
Ərazisi: 168 ha
Kəndi adının mənası:
Kəndin tarixi:
Binə Xocavar kəndi Böyük Xocavar kəndindən köçüb gedən bir qrup əhalinin hesabına yaranmışdır. Belə ki, Xocavar kənd əhalisi indiki Binə Xocavar kəndi ərazisində əkinçiliklə məşğul olmuş, lakin texnikanın olmaması ucbatından gedib-gəlmək çətin olmuşdur. Odur ki, həmin ərazidə əkinçiliklə məşğul olan insanlar orada yurd salmağa, yəni binə tutmağa qərar vermişlər və Binə Xocavar kəndi yaranmışdır. Bundan sonra Xocavar kəndi Böyük Xocavar adlandırılmışdır. Bu da təxminən XVIII əsrin II yarısına təsadüf edir. Beləliklə, kəndin yaşını 250 il müəyyən etmək olar.
Coğrafi mövqeyi:
Masallı rayon mərkəzindən 3 km məsafədədir. Bakı-Astara magistral yolu Binə Xocavar kəndinin ərazisindən keçir. Lənkəran ovalığında, muğan zonasında yerləşir.
Həmsərhəd kəndlər:
Qərbdən Təzə Alvadı və Köhnə Alvadı, cənubdan Böyük Xocavar, şərqdən Şərəfə, şimaldan Çaxırlı və İmanlı, cənub şərqdən Masallı şəhəri ilə həmsərhəddir.
Əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və fərdi əmək fəaliyyətidir.
İlk bağça
1937-1941-ci illərdə fəaliyyət göstərib, müharibə başlayanda fəaliyyəti dayandırılıb. Bağça müdiri Alxas müəllim olub.
İlk kolxoz:
1930-cu ildə “Pioner” kolxozu yaradılıb.
İlk ali təhsilli:
Hacıyev Atabala Həzi oğlu - 1954-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.
İlk bələdiyyə:
1999-cu ildə ilk kənd bələdiyyəsi yaranıb. İlk bələdiyyə sədri Əzimov İxtiyar Alxas oğlu seçilib, 1999-2009-cu illərdə bələdiyyəyə sədrlik etmişdir.
(Ətraflı “Rayonda” bölməsində)
II Dünya Müharibəsində iştirak edənlər: 32 nəfər iştirak edib; Onlardan 16 nəfər həlak olub, 16 nəfər sağ qayıdıb.
Abidələr və müasir inzibati tikililər:
1. 1941- 45-ci illərdə II Dünya Müharibəsində həlak olan kənd sakinlərinin xatirəsinə abidə - 1986-cı ildə inşa edilib.
2. I və II Qarabağ döyüşlərində şəhid olan və veteranların xatirəsinə yeni abidə kompleksi – 2021-ci ildə inşa edilib.
3. I Qarabağ şəhidi Nuriyev Bəşir Nuru oğlunun xatirəsinə “Şəhid bulağı” – 2000-ci ildə inşa edilib.
4. II Qarabağ şəhidi Nəzərov Elməddin İsmayıl oğlunun xatirəsinə “Şəhid bulağı” – 2021-ci ildə inşa edilib.
Məscid:
1989-cu ildə tikilib.
İlk məktəb:
Binə Xocavar kəndində ilk məktəb 1937-ci ildə açılmış, ibtidai məktəb kimi kənd sakinləri Baba, Abdul və Qulunun evlərində fəaliyyət göstərmişdir. İlk müəllim Lənkərandan gəlmiş Sərhəng müəllim olmuşdur. Sonra Çaxırlı kəndindən Bağırov Məmmədşah, Məmmədova Maynisə, Ələkbərov Məmmədhüseyn, Gözəlov Səfər müəllimlər ayrı-ayrı vaxtlarda ibtidai məktəbdə müəllimlik etmişlər.
1991-ci ildə məktəb üçün yeni bina tikilmiş və orta məktəb olmuşdur. Məktəbə 1991-ci il şəhidi Bəşir Nuriyevin adı verilmişdir.
Məktəbdə direktor işləmiş müəllimlər:
Rufullayev Rəcəb Şahverdi oğlu
1937-ci ildə Binə Xocavar kəndində doğulmuşdur. 1957-ci ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai sinif müəllimi fakültəsini bitirib. 1962-1964-cü illərdə Binə Xocavar məktəbində müəllim, 1964-2004-cü illərdə direktor kimi fəaliyyət göstərib. 2008-ci ildə vəfat edib.
Həsənov Allahverdi Həsən oğlu
1960-cı ildə Binə Xocavar kəndində doğulub. 1981-ci ildə Azərbaycan DPİ-nu bitirb.1981-2004-cü illərdə müxtəlif məktəblərdə müəllim, 2004-2016-cı illərdə Binə Xocavar kənd tam orta məktəbinin direktoru olmuşdur. 2018-ci ildə vəfat edib.
Rufullayev Ülvi Bəylər oğlu
1990-cı ildə Binə Xocavar kəndində doğulub. 2012-ci ildə Lənkəran Dövlət Universitetini bitirib. 2012-2017-ci illərdə rayonun Kəlbəhüseynli və Binə Xocavar kəndlərində müəllim, 2017-ci ildən Binə Xocavar məktəbinin direktoru işləmişdir.
Binə Xocavar kəndindən yüksək vəzifələrdə işləyən tanınmışlar:
Kənddə:
Hacıyev Həzrətqulu Atabala oğlu - Binə Xocavar Fermer-Təsərrüfatının başçısı olub.
1951-ci ildə Binə Xocavar kəndində doğulmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik Texnikumunun inşaat fakültəsini bitirib. 1973-1975-ci illərdə Masallı Rayon Təmir-Tikinti İdarəsində usta, 1976-1992-ci illərdə “Sovet Azərbaycanı” sovxozunda kadr şöbəsinin rəisi və inşaatçı-texnik vəzifələrində çalışmışdır. 1995-1996-cı illərdə Binə Xocavar Kəndli-Fermer təsərrüfatının Başçısı olub.
Teymurov Novruz Alış oğlu – Banbaşı Kənd XDS İK-in sədri olub.
1912-ci ildə Binə Xocavar kəndində doğulub. 1946-1950-ci illərdə “Pioner” kolxozunun sədri olmuşdur. 1949-cu ildə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edib.1950-1954-cü illərdə kolxozlar birləşəndən sonra o, Molotov adına kolxoza sədr seçilmişdir. 1954-1962-ci illərdə Banbaşı Kənd XDS İK-in sədri olmuşdur. 1956-cı ildə Salyan Kənd Təsərrüfatı Tüxnikumunu bitirmiş və sovxozlar yarandıqda “Sovet Azərbaycanı” sovxozunda tərəvəzçilik üzrə aqronom işləmişdir. İctimai vəzifə olaraq ilk partiya təşkilatçısı və sovxozun xalq nəzarəti komitəsinin sədri kimi fəaliyyət də göstərib. Sovxozda müxtəlif məsul vəzifələrdə və bir neçə xeyriyyə işlərində çalışmışdır. 26 yanvar 1987-ci ildə vəfat edib.
Rayonda:
Hacıyev Atabala Həzi oğlu -. Müharibə Veteranları Şurasının sədri olub.
(Ətraflı “Yüksək Dövlət mükafatları alanlar” bölümündə)
İbrahimov Fəxrəddin Həsənqulu oğlu - Masallı Rayon Suvarma İdarəsinin rəisi olub.
1952-ci ildə Binə Xocavarda doğulub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1974-1977-ci illərdə RF-in Saratov vilayətində Ural-Maş Tikintidə Baş iş icraçısı işləmişdir. 1980-1981-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunda oxuyub. 1982-1984-cü illərdə Dövlət xəttilə Yəmən Respublikasında su elektrik stansiyasının tikintisində mütəxəssis kimi çalışıb. 1986-1989-cu illərdə Masallı Rayon Suvarma İdarəsinin rəisi kimi fəaliyyət göstərib. 2018-ci ildə vəfat edib.
Nurullayev Səməd İsa oğlu – Azərbaycan Elm İstehsalat birliyində sahə rəisi.
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Masallı Qaz İstismarı İdarəsində usta, Baş usta, sahə rəisi, xidmət rəisi, Baş mühəndis, 2012-2019-cu illərdə Azərbaycan Elmi İstehsalat Birliyində sahə rəisi, 2019-cu ildən Azəriqaz Layihə-İnşaat QSC-də mühəndis vəzivələrində işləmişdir.
Leysanov Həbib Dəyyan oğlu - Masallı Rayon PK Təşkilat Şöbəsində təlimatçı olub.
1954-cü ildə Binə Xocavar kəndində doğulub. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1980-1982-ci illərdə müxtəlif təşkilatlarda mühəndis, Baş mühəndis işləmişdir. 1982-1990-cı illərdə Masallı Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı kimi çalışıb. 1990-1992-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub. 1992-1993-cü illərdə Masallı Rayon İH-də aparıcı mütəxəssis, 1995-ci ildən “Nihad” şirkətinin direktoru kimi çalışıb. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərnanı ilə təltif olunub. Masallı Rayon Ağsaqqallar Şurasının üzvüdür.
Məlikov İsmayıl Orucəli oğlu – Masallı Rayon Kimya Birliyinin sədri və digər yüksək vəzifələrdə işləmişdir.
1953-cü ildə Binə Xocavar kəndində doğulub. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib 1985-1991-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, 1991-1998-ci illərdə Masallı Rayon Kənd Kimya Birliyinin sədri vəzifələrində çalışmışdır. 1976 və1982-ci illərdə Azərbaycan LKGİ-nın qurultay nümayəndəsi olmuşdur.
Məlikov Zülfüqar Orucəli oğlu – Masallı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi.
1956-cı ildə Binə Xocavar kəndində doğulub. 1984-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1985-1992-ci illərdə Masallı Rayon Suvarma İdarəsində sahə rəisi, 1993-2005-ci illərdə həmin idarənin rəisi kimi çalışmışdır. Vəfat edib.
Həmidov Akif Dəyyan oğlu – Masallı Rayon Su-Kanalizasiya İdarəsinin rəisi.
1967-ci ildə Binə Xocavar kəndində doğulub.1991-ci ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1997-2001-ci illərdə Masallı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi işləmişdir.2006-2007-ci illərdə Qızılağac Dövlət Qoruğunda direktor, 2016-2020-ci illərdə Masallı Rayon Su-Kanal idarəsində rəisi vəzifələrində işləmişdir.
Alışov Ələsgər Daxıl oğlu - “Binə” şirkətinin direktoru olub.
1952-ci ildə Masallı rayonunun Binə Xocavar kəndində doğulmuşdur. 1969-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində oxumuşdur. 1975-ci ildə Neftçala rayonunun kolxoz tikinti idarəsində usta vəzifəsində işə başlamışdır. Qısa müddətdə baş iş icraçısı vəzifəsinə qədər yüksəlmişdir. 1977-1983-cü illər arasında SMU-22 İdarsinin Texniki (Materialların hesabatı) şöbəsində mühəndis, daha sonra həmin şöbənin rəisi vəzifələrində çalışmışdır. 1983-cü ildən etibarən 1989-cu ilə qədər Masallı rayonunda yerləşən Panel İstehsalı Zavodunda Texniki şöbənin rəisi vəzifəsində çalışmışdır. 1989-cu ildən etibarən ölkədə ilk dəfə yaradılmış kərpic istehsalı üzrə Kooperativin baş mühasibi vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 1995-ci ildən etibarən “Binə” şirkətinin mühasibi vəzifəsində, 2019-cu ildən etibarən isə həmin şirkətin direktoru vəzifəsində çalışmışdır.
Uzun müddət ərzində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda həyata keçirdiyi “İcma İnkişafı Proqramı” çərçivəsində yaradılmış kənd icma şurasının sədri vəzifəsində çalışmış və bu müddət ərzində “Binə-Xocavar kəndində məktəb istilik sisteminin bərpası”, “Binə-Xocavar kəndində kənddaxili yolların abadlaşdırılması”, “Binə-Xocavar kəndinin daimi qaz və elektrik xətti ilə təmini”, “Kəndin içməli su təchizatının yaxşılaşdırılması” və s. kimi bir çox layihələrin təşəbbüsçüsü kimi çıxış edərək onların həyata keçirilməsində bilavasitə xidmətləri olmuşdur.
Alışov Ələsgər 2020-ci ilin noyabrında Bakı şəhərində vəfat etmişdir.
Əzimov İxtiyar Alxas oğlu – 3 saylı Zonalararası Təmir-Tikinti Quraşdırma İdarəsinin rəisi olub.
1958-ci ildə Binə Xocavar kəndində doğulub. 1978-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini bitirmişdir.1981-1990-cı illərdə 37 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə Böyük iqtisadçı, 1991-1999-cu illərdə 3 saylı Zonalararası Təmir-Tikinti Quraşdırma İdarəsinin rəisi işləmişdir. 1999-2009-cu illərdə Binə Xocavar kənd bələdiyyəsinin sədri kimi fəaliyyət göstərib.
Ölkədə:
Leysanov Bahaddin Dəyyan oğlu – Neftçala Rayon İcraiyyə Komitəsinin sədri
1950-ci ildə Binə Xocavar kəndində doğulub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub. Azərbaycan Baş Meliorasiya və Su Tikinti İdarəsində işləmişdir. 1984-cü ildə Neftçala Kolxozlararası Tikinti İdarəsində usta, iş icraçısı, Baş mühəndis və rəis vəzifələrində işləmişdir. 1985-1990-cı illərdə Neftçala Pambıqtəmizləmə Zavodunda direktor, 1990-1991-ci illərdə Neftçala Rayon İcraiyyə Komitəsinin sədri, 1991-1997-ci illərdə Pambıqtəmizləmə Zavodunun direktoru, 1997-ci ildən “Neftçala –Pambıq” ASC-nin sədri vəzifələrində işləmişdir. 1999-cu ildən Neftçala Şəhər Bələdiyyəsinin üzvüdür.
Teymurov Firuz Novruz oğlu - Lənkəran Konserv Kombinatının direktoru olub.
1973-cü ildə Azərbaycan Politexnik İnstitutnun( indiki Texniki Unversitet) texnologiya fakültəsini bitirmişdir. "Konservləşdirmənin texnoloğiyası" ixtisasına yiyələnmişdir. Göndərişlə tikilməkdə olan Lənkəran konserv kombinatında növbə rəisi kimi işləmişdir. Bu müəsisədə işlədiyi 38 ilin 18 ilini Baş mühəndis,12 ilini direktor kimi fəaliyyət göstərmişdir. Hal- hazırda yaşla əlaqədar təqaüddədir.
Seyfullayev Asif Novruz oğlu - "ANAY-M" özəl tibb mərkəzinin direktoru
9 sentyabr 1954-cü ildə doğulub. 1971-ci ildə Masallı şəhəri 2 saylı orta məktəbini bitirib. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Türkmənistan Respublikasının Qızıl-Arvad şəhərinə göndərilib. 1990-ci ilədək həmin şəhərdə həkim kimi müxtəlif vəzifələrdə çalışıb, şəhərin Baş pediatrı olub. Əfqanıstan müharibəsində ordu sıralarında həkim kimi qulluq edib. 1990-1993-cü illərdə Bakı şəhəri 5 saylı Uşaq Yolxucu Xəstəxanasında həkim-reanimatoloq vəzifəsində, 1993-2005-ci illərdə həmin xəstəxananın baş həkim vəzifəsində işləyib. 2002-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının UNICEF xətti üzrə "Uşaq xəstəliklərinin birgə aparılması" proqramının Azərbaycanda rəhbəri olub. 2005-ci ildə "ANAY-M" özəl tibb mərkəzini təsis edib və hal-hazırda həmin mərkəzin direktoru vəzifəsində çalışır. Ali dərəcəli həkimdir.
Məmmədov Roman Ağamalı oğlu - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi
28 may 1981-ci ildə doğulub. 1998-ci illdə Masallı rayonu Bəşir Nuriyev adına Binə Xocavar kənd orta məktəbini bitirib. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb. 2002–2003-cü illərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib. 2004–2011-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, Baş məsləhətçi, Hüquq sektorunun müdiri vəzifələrində çalışıb. 2011–2015-ci illərdə müxtəlif özəl sirkətlərdə hüquqşünas, hüquq və insan resursları sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2014-cü ildə Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvlüyünə qəbul olunub. 2015–2020-ci il illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsində İnsan resursları sektorunun müdiri, daha sonra İdarə müdirinin müavini vəzifələrində çalışıb. 2020-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib və hazırda həmin vəzifədə çalışır.
Alışov Eyvaz Ələsgər oğlu - CoMoon Ltd. şirkətinin icraçı direktoru olaraq biznes fəaliyyətini Almaniyada davam etdirir.
1982-ci ildə Masallı rayonunda doğulmuşdur. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyub. Türkiyə Respublikasının Ege Universitetində eyni ixtisas üzrə magistr kursuna qəbul olmuşdur. 2009-cu ildə dövlət qulluğuna qəbul imtahanından keçərək Rabiyə və İnformasiya Texnologiyaları Nazirliyində (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) aparıcı məsləhətçi vəzifəsinə qəbul olmuş və Baş məsləhətçi vəzifəsinə yüksəlmişdir. 2014-cü il sentyabr ayından Nazirlər Kabinetinin Nəqliyyat və Rabitə Şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin aprel ayında şəxsi təşəbbüsü ilə Nazirlər Kabinetindəki vəzifəsindən ayrılmış və ailəsi ilə birlikdə Finlandiya Respublikasına köçmüşdür. Bu illər ərzində Helsinki Universitetində Nordik ölkələrin siyasi elmləri ixtisası üzrə magistr pilləsində təhsil almış, müxtəlif ictimai və biznes fəaliyyətləri ilə məşğul olmuşdur. 2019-cu ildə qardaşı Çingiz Alışovla birlikdə başladıqları biznes fəaliyyətini Almaniyada davam etdirməyə başlamışdır. Hazırda CoMoon Ltd. şirkətinin icraçı direktoru olaraq biznes fəaliyyətini Almaniyada davam etdirir. Finlandiyanın Helsinki şəhərində yaşayır.
İbrahimov Rza Yusif oğlu - Bakı Şəhər Təkrar Emal Zavodunda Baş mühəndis işləmişdir.
10 mart 1946-cı ildə Masallı rayonunun Binə Xocavar kəndində doğulub. 1954-1964-cü illərdə orta məktəbdə, 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub. 1975-1977-ci illərdə Baki şəhəri Lenin adına Toxuculuq Kombinatında sex rəisi, 1977-1984-cü illərdə Bakı Şəhər Təkrar Emal Zavodunda Baş mühəndis işləmişdir. Vəfat edib.
İbrahimov Əli İsaq oğlu - Müdafiə Sənayesi Nazirliyinin xüsusi struktur sahəsində işləyir.
10 avqust 1965-ci ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuşdur. 1982-ci ildə tam orta məktəbi bitirmişdir. 1982-ci ildən Bakı Aqreqat İstehsalat Birliyində əmək fəaliyyətinə başlamışdır. 1987-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. Hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin xüsusi struktur sahəsində işləyir.
Alimlər:
Əmənov Yəhya Abdulhəsən oğlu - texnika elmləri namizədi, dosentdir, Azərbaycan Dövlət Politexnik Univerisitetində işləyir
25 may 1942-ci ildə Binə Xocavar kəndində doğulub. Kənddə 4 illik, Çaxırlı 7 illik, Masallı N.Nərimanov adına orta məktəblərini bitirib.1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub. Hərbi xidmətdən qayıdandan sonra müsabiqədən keçərək Azərbaycan Politexnik İnstitutunda müəllim işləmişdir. 1982-ci ildə Moskvada dissertasiya müdafiə edərək texniki elmlər namizədi olub. İnstitutun dosentidir. 100-ə yaxın elmi işin müəllifidir.
Alışov Fariz Ələsgər oğlu – tibb elmləri namizədi.
16 aprel 1977-ci ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuşdur. 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almış, 2000-2001-ci illərdə Kübra Fərəcova adına Elmi Təhqiqat Pediatriya İnstitutunda Neonatoloq ixtisası üzrə İnternatura təhsilini başa vurmuşdur. 2003-2005-ci illərdə M.F. Vladimirski adına Moskva əyaləti Elmi-Tədqiqat Klinik İnstitutu, Otorinolarinqologiya kafedrasının Klinik Ordinatura, 2005 ci ildə həmin kafedranın klinik aspirantura pillələrini başa vurmuşdur. 2006-ci ildə Rusiya Dövlət Lazer Təbabəti Elmi Mərkəzi, Lazer cərrahlığı və Lazer müalicəsi üzrə dərəcəni tamamlayaraq, 2008-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini müdafiə etmişdir.
2003-2005-ci illərdə M.F. Vladimirski adına Moskva əyaləti Elmi Təhqiqat Klinik İnstitutunun Otorinolarinqologiya kafedrasında həkim ordinator, 2005-2008-ci illərdə həmin kafedrada həkim-aspirant, 2008-ci ildə Oksigen klinikasında Otorinolarinqoloq (Qulaq-Burun-Boğaz həkimi), 2009-cu ildə Ankara klinikasında Otorinolarinqoloq, 2009-2015 ci illər Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında Tibb Xidməti İdarəsinin Həkim tibb komissiyasında həkim-otolarinqoloq, həmçinin həmin xəstəxananın Otorinolorinqologiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci ildən MediStyle Hospitalında və Hind Klinikasında Qulaq-Burun-Boğaz həkimi kimi fəaliyyət göstərir. 30 dan artıq elmi məqalələrin, 3 patentin müəllifi və həmmüəlifidir. İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Şuşanın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Bayramova Aygün Asif qızı – hüquq üzrə fəlsəfə doktoru
11 aprel 1983-cü ildə doğulub. 2000-ci ildə Bakı şəhərində Fikrət Tağıyev adına 72 saylı məktəb-liseyi bitirib. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. 2005-2006-cı illərdə Dövlət Tələbə Qəbulu Komissiyasında məsləhətçi, 2006-cı ildən H. Əliyev adına Müasir Təhsil Kompleksində Kadr Şöbəsinin rəisi, Hüquq və İnsan resursları şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 2012-2020-ci illərdə BDU-nin hüquq fakültəsinin Əmək və Ekologiya hüququ kafedrasının müəllimi kimi çalışır. 2017-ci ildə elmi işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2021-ci ildən ABŞ İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin Beynəlxalq Peşəkar sertifikasiyasından keçən üzvüdür.
Yüksək dövlət mükafatları alanlar:
Hacıyev Atabala Həzi oğlu -. Lenin ordeni.
1924-cü ildə anadan olub. 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak edib. Müharibə zamanı Sovet İttifaqı Qəhrəmanı adını almaq üçün təqdim olunmuşdur. Lakin o, indiki mənfur düşmənlərimizin nümayəndəsi müharibə zamanı komandir olmuş Baqramyanın yaxından müdaxiləsi hesabına bu adı almaqdan uzaqlaşdırılmışdır. Atabala Hacıyevin müharibədəki qəhrəmanlıqları haqqında Belorusiya Respublikasında kitab yazılmış, adını müxtəlif küçə və məktəblərə verməklə əbədiləşdiriblər. Bir neçə il əvvəl Belorusiyanın Prezidenti Lukaşenko H. Hacıyevi ölkəsinə dəvət edib. 1948-1951-ci illərdə Kənd XDS İK-nin sədri olub. 1952-1956-cı illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub. 1960-1963-cü illərdə Binə Xocavar kəndində kolxoz sədri olub. Digah kəndində Baş aqronom və sovxoz direktoru kimi çalışıb. 1979-1992-ci illərdə “Sovet Azərbaycanı” sovxozunda Baş aqronom işləyib. 1992-1996-cı illərdə Kəndli-Fermer təsərrüfatının başçısı olub. 1987-ci ildən 2014-cü ilə kimi Masallı Rayon Veteranlar Şurasının sədri olmuşdur.
II Dünya müharibəsində “Qızıl ulduz”, “Varşavanın azad olmasına görə”, “Döyüşdə igidliyə görə”, “Almaniya üzərində qələbəyə görə”, “ Sovet İttifaqı marşalı Jukov”, “Böyük Vətən Müharibəsi” və sair medallarla təltif edilib.
Əmək sahəsində göstərdiyi xüsusi xidmətlərinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Hacıyeva Mələk Həzi qızı – Lenin ordeni və Qırmızı əmək bayrağı ordeni və Oktyabr İnqilabı ordeni.
1938-ci ildə Binə Xocavar kəndində doğulub. 1956-cı ildən “Sovet Azərbaycanı” kolxozunda, sonra bu sovxozda fəhlə, manqa başçısı kimi çalışıb. 1973-cü ildə Qırmızı Əmək Bayrağı ordeni, 1976-cı ildə Oktyabr İnqilabı ordeni və “Sosializm yarışının qalibi” döş nişanı, 1978-ci ildə Lenin ordeni kimi ən yüksək Dövlət mükafatlarını almışdır.1985, 1987 və 1990-cı illərdə Masallı Rayon Sovetinə deputat seçilmişdir. Qaz-24 markalı “Volqa” avtomobili ilə mükafatlandırılmışdır. 2007-ci ildə vəfat edib.
Qəhrəman analar: 8 nəfər.
Ölkədən xaricdə fəaliyyət göstərən tanınmış kənd sakinləri:
Teymurov Ramiz Novruz oğlu – Rusiya Federasiyası Qroznı şəhərindəki “Krasnıy Molot” maşınqayırma zavodunda İstehsalat rəhbəri olub.
1971-ci ildə orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna daxil olur. 1976-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib Rusiya Federasiyasının Qroznı şəhərindəki “Krasnıy Molot” zavodunda poladəridən köməkçisi, usta, Baş usta, şöbə müdiri, sex rəisi, istehsalat rəhbəri kimi vəzifələrdə çalışmışdır. Qiyabi olaraq Azərbaycan Politexnik İnstitutunun aspiranturasına daxıl olmuşdur. Rusiya-Çeçenistan müharibəsinin başlanması onun təhsilini və zavoddakı işini yarımçıq qoymuşdur. 1995-ci ildə Azərbaycana qayıdan Ramiz Teymurov Masallıda Oturacaq Mebellərin İstehsalı Müəssisəsi açır və işsizliyin aradan qaldırılmasında böyük rol oynayır.
Qarabağ müharibəsi haqqında:
I Qarabağ müharibəsi şəhidi:
Nuriyev Bəşir Nuru oğlu – (05. 06. 1973 - 05. 01. 1994-cü il) Binə Xocavar kənd tam orta məktəbi onun adını daşıyır.
I Qarabağ müharibəsi veteranları:14 nəfər.
1. Həsənov Faiq Hüseyn oğlu
2. Dadaşov Vidadi Abdulhüseyn oğlu
3. Nəcəfov İlham Nadir oğlu oğlu
4. Dadaşov Tərlan Abdulhüseyn oğlu
5. Abdullayev Malik Abdulla oğlu
6. Dadaşov Rəşid Yasər oğlu
7. Hüseynov Ədalət Səxavət oğlu
8. Məhərrəmov Əflan Qurban oğlu
9. İsmayılov Yalçın Əliağa oğlu
10. Əhmədov Habil Sabir oğlu
11. Əmənov Şahsuvar Gülhüseyn oğlu
12.İbrahimov Cavid İsaq oğlu
13. Nuriyev Nurulla Nuru oğlu
14. Həsənov Rəfail Əlibaba oğlu
II Qarabağ müharibəsi şəhidi:
Nəzərov Elməddin İsmayıl oğlu – 22. XI. 1996 - 30.X.2020-ci il
II Qarabağ müharibəsi veteranları: 24 nəfər.
1. Nurullayev Qabil İsa oğlu
2. Məmmədli Hikmət Zeynal oğlu
3. Alışov Fariz Ələsgər oğlu
4. Teymurov Şahlar Ələşrəf oğlu
5. Məmmədli Heydər Əli oğlu
6. Məhərrəmov Ramil Kamil oğlu
7. Murtuzayev Şaməddin Xalid oğlu
8. Dadaşov Elxan Abdul oğlu
9. Məmmədli Qeyrət Məhəmməd oğlu
10. Vəliyev Sadiq Güləli oğlu
11. Həsənov Pərvin Allahverdi oğlu
12. Həmidov İntiqam İltifat oğlu
13. Həmidli Eldar Əsgəralı oğlu
14. Dadaşov Dadaş Əhsən oğlu
15. Teymurov Tural
16. Musayev Araz Ariz oğlu
17. Məmmədov Elnur Aftandil oğlu
18. Hüseynov Elvin
19. Əsgərov Əmiraslan Şöhrət oğlu
20. Səmədov Sərviz Səməd oğlu
21. Cəlilov Sadiq Ramid oğlu
22. Məmmədli Emil İslam oğlu
23. Nurullayev Rəhman Səid oğlu
24. Dadaşov Camal Vəkil oğlu
Kəndin infrastrukturu:
Kənddə 1 orta məktəb (1991-ci il),
1 feldşer-mama məntəqəsi (1991-ci il)
1 EATS (2010-cu il)
Mərasim evi (2020-21-ci illərdə inşa edilib)
1 kitabxana (1991-ci il), İki məscid (1-cisi 1961-ci ildə, 2-cisi 1989-cu ildə inşa edilib) dindarların istifadəsindədir.
Binə Xocavar kəndi haqqında materialların toplanmasında yaxından kömək edən Əzimov İxtiyar Alxas oğluna təşəkkür edirik.