Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşhur Məmmədov: - Masallılı heç bir istedad diqqətdən kənarda qalmayacaq



“Gənc heykəltəraşa emalatxana lazımdırsa, o şərait yaradılacaq, gənc rəssamlara sərgi lazımdırsa, o imkan yaradılacaq, gənc yazarın ölkə mətbuatına çıxmasına dəstək olunacaq, gənc, xüsusi istedadlı musiqiçimizin ölkədən kənarda konsertini təşkil etmək lazımdırsa, ona da yardımçı olacağıq”- Masallıdakı istedadlarla görüşündə millət vəkili Məşhur Məmmədov  bunları xüsusi ilə vurğuladı

                                                   Digərlərinə bənzəməyən bir tədbir

Cenub.az bildirir ki, Millət vəkili Məşhur müəllimin bir çox maraqlı təşəbbüslərinin, mətbuatda dəyərli fikirlərinin şahidi olmuşuq. Onun bu il yanvarın 12-də Masallıdakı Təhsil Fondunda istedadlarla  keçirtdiyi görüş isə heç də digərlərinə bənzəmirdi. Mətbuatdan, eləcə də cenub.az saytından istedadlı gənclərin uğurlarını izləyən millət vəkili onların bir qrupu ilə görüş keçirtmək qərarına gəlmişdi. Pandemiya qaydaları nəzərə alınaraq həmin gənclərdən biri telefonla olmaqla tədbirə cəmi 5 nəfər qatılmışdı.

                                                    Həmin gənclərlə tanış olun

1. Sara Samizadə - (Ərkivan qəsəbəsi) Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, gənc rəssam;



2. Səma Qasımova – Masallı şəhəri, Qərbi Kaspi Universitetnin tələbəsi, gənc yazar;


3-4. Müstəqil və  Aqsin Balayev qardaşları. Qasımlı kəndi. Gənc heykəltaraşlar


5. Mehdi Rzayev- Bədəlan kəndi. Beynəlxalq müsabiqə qalibi olan musiqiçi. (Telefonla)

                                          Hər bir istedad bir kəndin, bir rayonun yox, ölkənin, dünyanın sərvətidir

   Məşhur müəllim öncə iştirakçıları salamlayıb, istedadların ölkəmiz üçün necə dəyərli bir kapital olduğundan danışdı. Vurğuladı ki, hər bir istedad bir kəndin, bir rayonun yox, ölkənin, dünyanın sərvətidir. Millət vəkili görüşün əvvəlində bu yaxınlarda ABŞ-da virtual qaydada 82 ölkə təmsilçisinin minə yaxın iştirakçısı ilə keçirilən müsabiqədə qaliblər sırasında yer tutan, pandemiya səbəbindən tədbirə qatıla bilməyən Mehdi Rzayevlə telefon bağlantısı qurdu.

Məmmədov Mehdini böyük uğuru münasibəti ilə təbrik edib, yaradıcılıq planları ilə maraqlandı. Növbəti həftə Bakıda onunla görüşəcəyini, lazım gələrsə qalib olduğu ABŞ-da konsertini təşkil edəcəyini, daim arxasında olacağını bildirdi.

Mehdi Rzayevlə bağlı bu yaxınlarda cenub.az saytında gedən yazının linqin məqaləmizə əlavə edirik.


https://cenub.az/8829-masall-ab-n-tkil-etdiyi-msabiqd-81-lk-irisind-1-ci-olan-masallll-musiqii-vdeo.html

Məşhur müəllim telefon bağlantısından sonra gənclərlə bağlı arzularından, planlarından danışdı. Qeyd etdi ki, bu yaxınlarda Masallı Gənclər Evində “Davam” hərəkatı yaradılacaq. Həmin bina bütünlüklə yaradıcı, yeni fikirli, xüsusi bacarığı olan gənclərin sərəncamına veriləcək, burada gəclərin iştirakı ilə müsabiqələr, sərgilər, yarışmalar görkəmli insanlarla görüşlər keçiriləcək. 

Daha sonra M. Məmmədov gənc istedadlarla fikir mübadiləsi etdi. Onlara dünya rəssamlığından,   heykəltəraşlığından maraqlı nümunələr gətirdi, istedadların qarşıdakı hədəfləri, qayğıları ilə maraqlandı.

M. Məmmədov:-Sizin  tanınmağınız   Masallının tanınmasıdır.Masallının tanınması ölkənin tanınmasıdır. Biz hamımız bu ölkənin vətəndaşlarıyıq və bizim hər bir vətəndaşımız nə qədər güclü olarsa, ölkəmizdə bir o qədər güclü olar .Ölkəmiz nə qədər güclü olarsa  vətəndaşlarımız o qədər yaxşı yaşayaar.Yəni insanların yaşaması təkcə qidalanma, geyim deyil. Onların mənəvi qidahamısı daha dəyərlidir .Bu gün elə varlı adamlar var ki,  mənən çox kasıbdırlar. Hər şeyləri var, amma xalqına, millətinə, dövlətinə xeyri yoxdur. Dövlətə, millətə olan xeyirlə-şəri dəyərləndirə bilmirlər. Məsələn:, özünə təmtəraqlı ev tikir, milyonların içərinsində yaşayır, amma evinin qabağındakı yolu düzəltdirmir.Yəni, beləsi varlı adam deyil, ən kasıb adamdır. Öz ətrafındakı insanlar belə ona hörmət etmirlər.

Biz hamımız müsəlmanıq. İmam Əlinin  bir hədisi  var .” O nədir ki, insan üçün ən dəyərlidir? O nədir ki, onu nə sata bilər, nə ala bilər, nə bağışlaya bilər, nə qoyub gedə bilər, nə də vərəsəliklə ötürə bilər ?

Hamı fikirləşir, Biri deyir:

-Övlad.

-Övlad sənindir.

Biri deyir:

-Ağacdır, əkirsən, meyvə verir.

Deyir :-İldırım düşə, yana bilər.

Axırda deyir:

  • Bu insanda olan istedad, bilikdir. İnsan onu, nə ala bilər, nə  vərəsəliklə sata bilər.Və bunu da Allah həmin seçilmiş insanlaına verir.

Siz bu günlərin  istedadlı insanlarısınız və biz sizinlə görüşürük. Məqsədimiz burada nədir? Siz öz istedadınıza daha çox vaxt ayırasınız. Bunu daha çox ictimailəşdirib, cəmiyyətə layiqincə təqdim edə biləsiniz ki, bundan daha çox insanın xəbəri olsun. İstedad müəyyən vaxt tələb edir.Onun üzərində işləyib, onu artırasınız. Heç bir şey əvvəldən mükəmməl olmur. Dünyada çox böyük imkanlar var. Bütün dünyaya indi bəlli olur ki, bir çox şeyləri indi daha az vaxt itirməklə, daha az vəsait ayırmaqla öyrənmək  lazımdır. İnternetdə hal-hazırda hər şey mövcuddur.Və bunları öyrənmək, axtarmaq lazımdır.


İlk söz alan Sara Samizədə texniki təhsil alsa da rəssamlığa böyük həvəsi olduğunu, çoxlu portret rəsmlər çəkdiyii, toxuma işlərinin olduğunu bildirdi. Həmin işlərdən bəzilərini sizə təqdim edirik.     

https://www.youtube.com/watch?v=EyOxpmVQ5u0





Tədbirin 2-ci xanım işçisi Səma Qasımova isə hələ bir neçə il öncə esse yaradıcılığı ilə məşğul olduğunu söylədi. Sosial şəbəkədə payladığı esselerin cenub.az saytını cəlb etdiyini, saytın ona xüsusi yazı  həsr etdikdən sonra daha çox həvəsləndiyini bildirdi. (Həmin yazının linkini əlavə edirik).

https://cenub.az/8768-masallnn-smas-shvlriml-sev-mni.html



Nəhayət, növbə gənc heykəltəraş qardaşlara gəldi. Ərkivanlı, şəhid mayorumuz Anar Novruzovun büstü ilə gündəmə gələn Müstəqil və Aksin qardaşlar daha sonra da bir neçə şəhid və digər dəyərli insan üçün büstlər hazırladıqlarını xatırlatdılar. Onlar əl işlərindən nümunələri sizə təqdim edirik.















    (Heykəltəraş qardaşların fəaliyyəti ilə bağlı süfeti isə yaxın günlərdə cənub xəbər tv internet kanalından izləyə bilərsiniz)

“Gənc heykəltəraşa emalatxana lazımdırsa, o şəraiti yaradılacaq, gənc rəssamlara sərgi lazımdırsa, o imkan yaradılacaq, gənc yazarın ölkə mətbuatına çıxmasına dəstək olunacaq, gənc, xüsusi istedadlı musiqiçimizin ölkədən kənarda konsertini təşkil etmək lazımdırsa, ona da yardımçı olacağıq”- Masallıdakı istedadlarla görüşündə millət vəkili Məşhur Məmmədov bunları xüsusi ilə  vurğuladı

                                                      İstedadı nişan ver, dəstək olaq 

Tədbirdə həm də vurğulandı ki, bütün maraqlı təşkilatların birgə səyi ilə rayonumuzdakı bütün gənc istedadlar müəyyənləşmə, onlara dəstək verilməli, istedadlarının inkişafı üçün hərtərəfli şərait yaradılmalıdır. Məşhur müəllim qeyd etdi ki, kimsə hansı istedadlı gənci tanıyırsa   köməkçim Hekayət Nəzərov (051 8374114) həm də WhatcApp  və cenub.az saytına – Zahir Əmənova müraciət edə bilər. (Əlaqə 0 50 322 7523)  WhatcApp/

Sonda gənc istedadlara hədiyyələr verildi, onlarla birgə xatirə şəkili çəkildi/. 

Hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10