Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdakı Cənub Futbol Klubu yarım finala vəsiqə qazandı


Gənclər futbol istəyir,

yaxud Masallıda futbolu niyə “öldürmək” olmur


Şənbə günü, iyulun 22-də Masallı futbolsevərləri rayondakı Gənclər Evində bir araya gəlmişdi.

Tədbirin adı “Cənub Futbol Klubunun və onun məşqçisinin təqdimatı” olsa da, həmin məclisdə əsl futbol müzakirəsi başlandı.


Tədbiri veteran futbolçu Balayar İbayev açdı.



Daha sonra bir neçə futbol təəssübkeşi danışdı. “Viləş” futbol klubunun sabiq rəhbəri İldırım Allahyar öz çıxışında keçmiş xatirələrə yer ayırdı.



O. Son 20 ildə Masallının Futbol uğurlarından, başına gələn qəribə hadisələrdən, vəzifədən çıxdıqdan sonra nəinki “Viləş” klubunun rəhbərliyindən, eləcə də Cənub Futbol Federasiyasının rəhbərliyindən uzaqlaşdırıldığından danışdı və komandaya daim dəstək olacağını bildirdi.

Məlumat üçün bir daha xatırladırıq ki, hazırda “Xəzər-Lənkəran” başda olmaqla cənub bölgəsində bütün futbol klubları öz fəaliyyətini dayandırıb.
Nəinki güclülər, heç 1-ci dəstədə də bu bölgənin komandası yoxdur.


Son ilə qədər həvəskarlar klubunda yalnız Masallının
“Ərkivan” “Boradigah” futbol klubları yarışırdı.

Maliyyə məsələsinə görə sonuncular da fəaliyyətini dayandırdı
.

İndi cənubda “Cənub Futbol Klubu” ndan başqa (uşaq futbolu istisna olmaqla) futbol adına heç nə yoxdur.




CFK-nun fəaliyyəti isə ondan ibarət olub ki, çox məhdud imkanlarla, yalnız konüllülərin dəstəyi ilə kubok yarışlarına qatılıb.



Bakının “Qobustan” komandasına Bakıda və Masallıda böyük hesabla qalib gəldikdən sonra Bakının “Mübariz” komandasına Masallıda qalib gəlib.

İyulun 23-də Bakıda keçirilməli olan cavab görüşündə “Mübariz” komandası heyətə kənar futbolçular daxil etdiyi üçün texniki məğlubiyyət verilib.

Beləliklə, Cənub Futbol Klubu ½ finala vəsiqə qazanıb.

Əslinə qalanda Masallı futbolu dəfələrlə “ölüb-dirilib”. Lakin Masallıda futbol ənənələri o qədər güclüdür ki, bütün imkanlar tükənəndə belə könüllülər hər hansı formada Masallı futboluna həyat verməyə can atırlar.

Masallıda futbolun yenidən dirçəlməsi bəzi könüllülərin təşəbbüsü olub. Sonra bu təşəbbüsə dəstək olanlar tapılıb. Hazırda komandada hamı könüllü kimi çalışır.




“Xəzər-Lənkəran”dan tutmuş “Boradigah” komandasınadək keçmiş futbolçular yeni kluba dəstək olur.

Vəziyyət isə elə də sadə deyil. Masallı şəhər stadionu bərbad vəziyyətdədir.

Boradigah qəsəbəsində 1 milyondan artıq vəsaitə başa gələn qapalı qəsəbə stadionu aradan 3 il ötsə də hələ də üzünü idmançıların üzünə aça bilmir.

Komanda hazırda təsadüfi yardımların hesabına maliyyələşir. Komandaya yardım üçün bankda hesab da açılıb.

Komandaya komandanın yeni məşqçisi, bundan əvvəl “Boradigah” komandasının məşqçisi olmuş, Lənkəranın Liman şəhərində boya-başa çatmış
Mahir Bağırov rəhbərlik edir.


Məlumatları cenub.az saytına Cənub Futbol Klubunun mətbuat katibi Mirələm Həşimov vermişdir.

Bu linklərə də bax


cenub.az/776-masalli-futbolu-kefeni-yirtmaq-isteyir.html

cenub.az/780-erkivanda-mini-futbol-meydanchasi-insha-edilib.html





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10