“Cənub xəbərlər” - ona gedən yollar
və onun keçdiyi yollar” kitabından bir parça
Doğma yurda hesabat
Son vaxtlar yuxarıda adını çəkdiyim kitabın üzərində gərgin işləyirəm. Bu, təkcə qəzetin keçdiyi yollar deyil, həm də öz həyat yolum haqqında da parçalardan ibarət olacaq – yaşadığım uğurlu, uğursuz vaxtlar, səhvlərim, etiraflarım, səyahətlərim, başıma gələn qəribə əhvalatlar, üzləşdiyim məhkəmələr, mənə qarşı qurulan tələlər, 5-ci sort adamların qarayaxmaları, müsahibələr, mənimlə bağlı məzəli söhbətlər və sair və ilaxır.
Bu gün sizə həmin kitabdan Ərkivanla bağlı bir parçanı təqdim etmək istəyirəm.
Qürur duyuram ki ərkivanlıyam
Taleh elə gətirdi ki, Ərkivan adlı gözəl bir məkanda dünyaya göz açdım. Səhhətimlə bağlı qiyabi oxuduğum və hərbi xidmətdən azad olduğum üçün 67 illik ömrümdə bir dəfə də olsun, müvəqqəti olsa da belə Ərkivanın qeydiyyatından çıxmadım.
Deyirlər, 3 məqam insandan asılı deyil –
harada anadan olmaq,
kimin övladı olmaq və
dünyaya oğlan, yaxud qız gəlmək.
1-si oğlan doğulmağıma peşiman deyiləm,
2-si valideynlərimdən narazılığım yoxdur - atam xeyirxahlığına, anam alicənablığına, analar anası olduğuna görə qürur duyuram.
Qaldı 3-sü, harada anadan olmağım. Əgər bu sahədə seçim özümün olsaydı belə, yəqin ki, yenə Ərkivanda doğulmağımı istərdim- həm insanları, həm təbiət, həm tarixi mənə çox doğmadır.
Necə deyərlər dağ burada, dərə burada, bulaq burada, alim burada, dindar burada, idmançı burada, jurnalist burada-belə yuradla necə qürur duymayasan.Deyirlər ki, demə, vətən mənim üçün nə etdi, de ki, sən Vətən üçün nə etdin.
İxtisasım jurnalist olduğu üçün Ərkivanın onlarla layiqli övladı haqqında yazılar yazdım.Həmin yazıların bir qisminin adını və linklərinisizə təqdim edirəm (yəni həmin linki tıklayıbyazını oxuya bilərsiniz):
1. “Ərkivanlı amerikalılar” Mikayılov qardaşları.
http://cenub.az/669-erkivanli-amerkalilar.html
http://cenub.az/1332-daha-bir-erkivanli-amerikali-alim.html
http://arkivan.az/index.php?newsid=211
http://arkivan.az/index.php?newsid=209
5-6. Rəsmiyyə Sabir haqqında. Bir kənd qızının yüksəlişi (1-2 hissə)
http://cenub.az/639-1-ve-2-hisse-bir-kend-qizinin-yukselishi.html
http://cenub.az/274-nsan-mr-axar-sudur-dedilr-drya-tk-iim-axb-qaytdm.ht
7. “Ərkivanın mənəvi zirvələr- Əvəz Cəbiyevi”
http://arkivan.az/index.php?newsid=201
http://arkivan.az/index.php?newsid=210
8. Yurda şərəf gətirən oğullar. 4 qardaş Xıdırovların uğurları.
http://arkivan.az/index.php?newsid=203
http://arkivan.az/index.php?newsid=207
9. Ərkivanda mini futbol meydançası tikilir Bağlaküçə. Rafiq Babayev
http://cenub.az/780-erkivanda-mini-futbol-meydanchasi-insha-edilib.html
10. Ərkivanda könüllülər hərəkatı. Bədirli məhəllə komitəsi
http://cenub.az/702-erkivanda-konulluler-herekati.html
11. “Ümidim səsnsən” xeyriyyə icmasından silsilə tədbirlər http://arkivan.az/index.php?newsid=191
12. Ərkivanlı qız 25 min yarışmaçı arasında 1-ci oldu
http://cenub.az/1309-erkivanli-qiz-25-min-yarishmachi-sirasinda-5-birinciden-1-i-oldu.html
13. Gülağa Tənha ilə bağlı silsilə yazılar
-------------------------------------------------------
Ərkivanla bağlı, lakin elektron variantı
olmayan yazılarım
(Təəssüf ki, sıraladığım bu 8 yazının elektron variantı yoxdur)
1994-cü ildən 2001-ci ilin yanvarınadək Ərkivan Ərazi nümayəndəsi vəzifəsində çalışdım
Həmin vəzifədə ən yadda qalan işlərim.
(Sadaladığım son 10 işin reallaşmasında, maliyyə və təşkilatı dəstəyində ərkivanlı Sücəddin Novruzovun da yaxından köməyi olub)
Bacarmadığımız işlər də oldu, səhvlərə də yol verdik. Torpağın mülkiyyətçisi ərazi nümayəndəliyi olmadığı üçün bəzən başımız üstündən görülən işlər də oldu. Bunlar barədə kitabda ətraflı məlumat veriləcək
Ərazi nümayəndəsi vəzifəsini tərk edəndən sonra
Yenə Sücəddin Novruzovun yaxından köməyi ilə “Allo, Ərkivan” adlı olduqca orijinal telefon kitabçası buraxdıq. Bu kitabda sakinlərin məhəllə-məhəllə telefon nömrələrindən savayı qəsəbənin həkimlərinin, mollalarının, ustalarının. Bakıya sərnişin daşıyan sürücülərinin, baş daşı düzəldənlərin... ev və mobil telefonları öz əksini tapmışdı.
Arkivan.az
Daha sonra proqramçı Tural Rasulovun texniki dəstəyi ilə (C. Cəfərovun da bu işdə qismən zəhməti olub) yaratdıq.“Ərkivanlı alimlər” adlı enklopedik məlumat toplusunun elektron variantını hazırladıq.
http://arkivan.az/index.php?newsid=171
Ərkivanlı polislər. Elektron variant. Zahir Amanov profilində
Ərkivan və vətəndaş cəmiyyəti
Ərkivanda vətəndaş cəmiyyəti formalaşdırmaqüçün 3 il onca Abbaslı, İsoba və Göllü məhəllələrini əhatə edən icma yaratdıq.
Daha sonra bu icmanı daha da genişləndirərəkqızım Fidan Abbaslının təşkilatçılığı ilə“Ümidim sənsən” xeyriyyə icması, daha sonra eyni adlı ictimai birlik yaratdıq. Yüzlərlə məktəbliyəpulsuz kitab yardımı,xəstələrə əlil arabası , pulsuz xidmət göstərən həkimler, müxtəlif şənliklər, yüzlərlə imkansıza yardımlar təşkil etdik. Bu işlərin daha fəal təbliği üçün umidensensen.az saytını yaratdıq. Siz bu sayta daxil olmaqla həmin işlərlə əyani və ətraflı tanış ola bilərsiniz.
http://arkivan.az/index.php?newsid=214
Daha bir Ərkivan nümunəsi (Gözəlovlar şəhid pulunu tikdikləri ilə bağlı)
http://arkivan.az/index.php?newsid=216
Ərkivanın səhiyyə tarixi
http://arkivan.az/index.php?newsid=96
Bağlaküçə məktəbində necə dönüş yarandı
http://arkivan.az/index.php?newsid=142
Ərkivanın mətbuat tarixi
http://arkivan.az/index.php?newsid=184
http://arkivan.az/index.php?newsid=70
“Ümidim sənsən” hesabat verir
http://cenub.az/1228-umidim-sensen-hesabat-verir.html
Ərkivanlı tələbələr Əriştədə. Ali məktəbə qəbul olunmuş 40 ərkivanlı tələbə ilə görüş.
http://cenub.az/1342-yeni-telebe-adini-qazanan-erkivanlilar-erishtede.html
http://arkivan.az/index.php?newsid=142
http://arkivan.az/index.php?newsid=100
Gülağa Tənha ilə bağlı silsilə yazılar.
Zahir Əmənovun təqdimatı ilə bir çox ölkə qəzet və saytlarında öz əksini tapdı.
http://azpress.az/index.php?lang=az§ionid=news&id=19465
Qısası, Ərkivanda təşkil edilən hər yaxşı işin tərənnümçüsü olmağa çalışdıq. Eləcə də Ərkivanın inkişafına əngəl olanlara iradları bildirməkdən də çəkinmədik.
Ümumilikdə, “Cənub xəbərləri” qəzetində, cenub.az, arkivan.az,umidimsensen.az saytallarında Ərkivanının tarixi və bu günü ilə bağlı 50-dan artıq geniş yazılar təqdim etdik.
Qeyd: Digər hansı ərkivanlı hesabat vermək istəsə ona da yer ayıra bilərik.
Bu məlumatlar, yəqin ki, Ərkivanın tarixindən film çəkənlərə, kitab yazanlara bir mənbədir ki, onlar nə isə hazırlayanda yağla şoru qarışdırmasınlar.
Zahir Əmənov