Bir də Neftçalada Vəfa Nağıyevanın maraqlı seçki kompaniyası barədə.
“YAP, cənub bölgəsindən namizədliyi irəli sürülən 10 namizədiən 4-nü niyə müdafiə etmir?” sualının cavabı varmı?
Ölkəmizdə növbəti parlament seçkilərinin təbliğat dövrü başa çatmaq üzrədir. Yəni, sabah (31 avqust ) sükut günü , birisi gün, 1 sentyabr- seçki günüdür.
Ölkəmizdə seçki kompaniyası ilə yayımladığımız yazılardan yəqin ki, məlumatlısınız. Həmin yazıların bəzisinin linklərini bu yazının sonuna atacağıq.
https://www.youtube.com/live/5VWQ1mkliIg?si=bB7SuRO0dxwyy_IyWI
Ölkəmizdə artıq yekunlaşmaqda olan seçki təbliğatında çoxlarının diqqətini çəkən 70 saylı Neftçala Seçki Dairəsində deputatlığa namizədliyi irəli sürülən Vəfa Nağıyevadı. Səsgücləndirici ilə Neftçalanın küçələrini evbəev gəzən Vəfa xanım səmimiliyi və arqumentli çıxışları ilə də diqqəti çox çəkir.
Əksər dairələrdə təbliğatın çox primitiv aparıldığını nəzərə alsaq, Vəfa xanım bu çıxışları ilə maraqlı bir təcrübənin əsasını qoydu.
Hazırda diqqətimizi çəkən digər bir məqam da odur ki, cənub bölgəsində namizədliyi irəli sürülən 10 Seçki Dairəsində YAP öz namizədlərdən 4-nün təbliğatı ilə demək olar ki, məşğul deyil
2. 75 saylı Yardımlı- Masallı Seçki Dairəsi Sərvər Əliyev. Yardımlıda məktəb direktoru.
3. Lerik-Lənkəran 80 saylı Seçki Dairəsi. Elman Rəcəbov
4. 78 saylı Lənkəran Seçki Dairəsi – (Əlimərdan Əliyev)
Lerik rayonunda isə əməlli - başlı seçki döyüşü gedir.
Bundan əvvəlki seçkilərdə bu rayondan millət vəkili İqbal Məmmədov növbəti seçkilərdən geri çəkiləndən sonra bu dairədə maraqlı proseslər baş verib.
Bir qədər keçmişə qayıtsaq, bundan əvvəlki seçkidə də lerikli namizədlər çox fəallıq göstərirdi. Bu dəfə ki seçkilərdə də olduqca maraqlı mənzərə yaranıb.
Belə ki,
YAP birini deyir,
yerli hakimiyyət başqasını deyir,
xalq isə tam başqasın deyir.
Bir az da xırdalıaq:
-YAP-ın namizədi bundan əvvəl ki Millət Vəkilinin ofisində çalışan
Elman Cəfərovdur.
Yerli hökumət isə Vasif Qafarovu dəstəkləyir.
Xatırladaq ki, bu şəxs keçən seçkilərdə də namizədliyini irəli sürmüşdü və etirazçı namizədlər olan qrupda bilrləşmidi. Onun ən yadda qalan gedişi isə seçkidən sonra seçki saxtakarlığı ilə bağlı çox kəskin bir video çıxış etmişdi.
(Həmin çıxışın linkin əlavə edirik).
https://www.youtube.com/live/5VWQ1mkliIg?si=bB7SuRO0dxwyy_IyWI
Tarix elmləri üzrə fəlsəfə doktoru olan bu şəxs hazırda hakimiyyətin dəstəklədiyi şəxsə çevrilib.
Nəhayət, 3-cü namizəd - Lerik Rayonun tanınmış həkimi TəyyarYəhyayevdir.
Lerikdə əksər seçicilər “Təyyar” deyir.
Hökumətin namizədi sayılan Vasif müəllim haqqında isə yerli sakinlər çox kəskin tənqidi paylaşımlar edirlər.
Belə paylaşımlardan biri də, İqtisad elmələri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovdur. Firdovsi müəllim öz FB səhifəsində paylaşdığı yazını kiçik ixtisarla sizə təqdim edirik.
Firdovsi Şahbazovun FB səhifəsindən
Təyinatı nəzərdə tutulan adamı 24 ildir tanıyıram, eyni universitetdə oxumuşuq, tələbəlik dövründə eyni ərazidə yataqxanada qalmışıq, indi iş yerlərimiz eyni binadadır - mən 1-ci, o 6-cı mərtəbədə.
Bizim rayon və bizim bölgədən olmaqla bir neçə ortaq tanışlarımız olsa da, heç birindən onun haqqında xoş söz eşitməmişəm, yanında dostu demirəm, heç tanış həmyaşıdı da yoxdur.
Adam ifrat eqoist, mənfətpərəst və karyeristdir.
Adama elə gəlir ki, arxivdən 68 səhifə köçürdüb, onu kitab adı ilə millətə sırıyanda, olursan dünya dahisi.
Rayonda hörmətli bir adam ondan soruşub ki, Firdovsi ilə aran necədir? Deyib ki, çox yaxşıdır. Sonra soruşub ki, bəs çox yaxşıdısa, niyə o sənin yanında deyil? Başqa yerdədir, deyə cavab verə bilməyib, başlayıb yalan uydurmağa.
Eyni şeyi Təyyar müəllimlə görüşəndə də, Hikmət müəllimlə də bağlı edib.
Adam Nücü kəndində mənimlə görüşəndə deyib görüş təşkil edin görüşək, təşkil eləmişəm, qərargahına getmişəm ki, Təyyar müəllim və Hikmət müəllim gözləyir, gedək görüşək, adam min bir bəhanə uydurub, görüşə gəlməyib, faktiki bizi ələ salmağa çalışıb,
Adama mənim suallarım var: sən xəstəsən? Sən fərarisən? Sən “NEQODNISƏN?” Sən 2005-ci ildə magistratura bitirmisən, 1 il sonra doktoranturaya qəbul olmusan, o müddətdə fərari olmusan?
Yaxşı, “neqodni” olmusansa, xəstəliyin nə olub? Millətə açıqla.
2009-cu ildə elmi işini müdafiə eləmisən, təsdiqi nə vaxt almısan?
O müddətdə niyə hərbi xidmətdən yayınmısan?
Bu sualları bəlkə yazmazdım. Bir vəkili onun haqqında deyirdi ki, bunun biznesi yoxdur. Milli Məclisdə daha yaxşı çıxış edəcək. İndi o vəkilə sual edirəm: çıxış edəndə ona deməzlər ki, səsini kəs, neqodni?
Qeyd:- biz yazıda bildirilənlərlə bağlı qarşı tərəfə - Vasif Qafarlıya zəng etdik. Müəllim deyilənlərə münasibət bildirmək istəmədiyini bildirdi.
Cenub.az üçün hazırladı; Zahir Əmənov
Movzu ilə bağlı əvvəlki yazıların linkləri;