Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənovun 3-cü seçki yazısı- Cənub bölgəsində lider namizədlər kimdir?


 


Lənkəran 77 saylı və Lerik-Astara 80  saylı seçki dairələrində alternativ namizədlər bilinsə də, hələ ki, əsas namizəd müəyyənləşib. Qısası, bu dairələrdə 2 -ci yer bəlli,  birinci yerin sahibi isə hələlik  tapılmır.

(Əvvəlki yazının linki buradahttps://cenub.az/15897-zahir-emenovun-secki-yazisi-qiz-alanda-goyceyin-al-agli-qalib-bextine.html -)

Sentyabrın 1-nə  təyin olunan Azərbaycanda parlament seçkilərinin artıq 3-cü həftəsi arxada qalıb.   Xatırladaq ki, parlamentdə yer alacaq 125 millət vəkilinin 10-u cənub bölgəsindən seçiləcək.

Bölgəmizdəki seçki dairələrinin ünvanını  həmin dairələrdən namizədliyi irəli sürülən  YAP-ın namizədləri ilə birgə sizə təqdim edirik:

71 saylı Cəlilabad Seçki Dairəsi – Malik Həsənov, 


72 saylı Cəlilabad Seçki Dairəsi - Elman Nəsirov,


73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi- Aytən Əliyeva,


74 saylı  Masallı Seçki Dairəsi- Məşhur Məmmədov,







75 saylı Yardımlı-Masallı Seçki Dairəsi- Sərvər Əliyev,


76 saylı Lənkəran-Masallı  Seçki Dairəsi  - Cavanşir Paşazadə,



77 saylı Lənkəran Seçki Dairəsi - Əlimərdan Əliyev,


78 saylı Lənkəran Seçki Dairəsi - Anar İsgəndərov,


79 saylı Astara Seçki Dairəsi - Rəşad  Mahmudov,


10.  80 saylı Lerik-Astara Seçki Dairəsi - Elman Rəcəbov. 

Göründüyü kimi  namizədlərdən 6-sı- Malik Həsənov, Elman Nəsirov, Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə və Vüqar Mahmudov ötən seçkilərdə millət vəkili olmuş şəxslərdir.

Onu da xatırladaq ki, əvvəlki  seçkilərdə cənub bölgəsində 12 seçki dairəsi var idi. Seçki qanununda son dəyişikliyə görə seçki dairələrində seçicilərin sayı 40 mindən 50 minə qaldırıldığından dairələrin sayı bölgəmizdə 12-dən 10-a endi. 

Siyahıdan da göründüyü kimi ötən çağırış bu dairələrdən seçkiyə qatılmış Ziyafət Abbasov (hazırda Naxçıvan MR-dan irəli sürülüb), Hadı Rəcəbov (Onun seçildiyi dairədə   seçkinin nəticələri ləğv edilmişdi. Ötən il rəhmətə gedib), Musa Qasımlı (Yardımlıdan) , İqbal Məmmədov (Lerikdən) və Rüfət Quliyev (Lənkərandan) isə bu dəfə ki seçkilərə qatılmayıb.

Digər partiyalardan seçkiyə qatılan  şəxslər haqqında tam məlumat əldə edə bilməsək də, bizə bəlli olan odur ki, 73 saylı Masallı- Cəlilabad seçki dairəsindən keçmiş millət vəkili, yardımlılı Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi partiyasının  nümayəndəsi kimi  bu dairədən seçkiyə qatılacaq.

Onu da qeyd edək ki, ölkəmizin digər seçki dairələrindən də bu seçkiyə qatılan cenublular var.

Belə ki, Mirmahmud Mirəlioğlu  Sumqayıt şəhərindən bu seçkiyə qatılıb. Xatırladaq ki, M. Mirəli oğlu Yardımlı rayonundandır. O, bundan əvvəl də bir neçə dəfə parlament seçkilərinə qatılmışdı. Bir dəfə hətta qaliblərdən olsa da, mandatdan imtina edib.

Bakı şəhərindən, 32 saylı Suraxanı Seçki Dairəsindən seçkiyə qatılan Fikrət Cəfərli isə Masallı rayonunun Şıxlar İnzibati Ərazi Dairəsindəndir. Hazırda “İşgəncələr Əleyhinə Araşdıma Mərkəzinin” sədridir. Ölkənin ən fəal hüquq müdaifəçilərindən sayılır.

 

Yenidən qayıdaq cənub bölgəsindəki millət vəkilliyinə namizədlərə - kimlər fovaritdir, kimlər əvvəldən 2-ci olmağa  razılaşıb.

  1. Məşhur Məmmədov. Masallı Rayonunun Yeddioymaq kəndində dünyaya göz açıb.   Ölkənin tanınmış sahibkarlarından olub.   Ötən çağırış Masallı rayonundan millət vəkili seçilib.  Məşhur Məmmədova QHT rəhbəri, Masallı raayonun Dəmirçi məktəbinin müəllimi Tünzalə Qardaşovanın rəqib olacağı gözlənilir.

Məşhur Məmmədov ideal sayılmasa  da, bəzi addımları ürəkaçan olmasa da, (bunları sadalayıb seçki öncəsi onun yaxşı işlərinə kölgə salmaq istəmirik), digərləri ilə müqayisədə müsbət mənada daha fərqli bir millət vəkili olub. 

  1. Məşhur Məmmədovun

-- Keçmişində “qaraıq nöqtələr” tapmaq çətindir.

-- Hər hansı korrupsiya əməlində adı hallanmır.

              --Masallının əvvəlki millət vəkillərindən fərqli olaraq, kiminsə mülkinə göz dikməyib, kiməsə qərəzkarlıq göstərməyib, hətta seçkilərdə ona rəqib olmuş bir neçə nəfərə maksimum diqqət göstərib.

 

--Çoxlu xeyriyyə aksiyalarında, məktəb-bağça tikintisində uğurlu işləri var , şəhid və qazi ailələrinə, kimsəsizlərə,  istedadlı şəxslərə maksimum qayğı göstərib.

    --Onun təşəbbüsü ilə yaradılan “Masallı Təhsil Fondu” vasitəsi ilə yüzlərlə masallı qızın ödəniş xərclərinin qarşılanmasına, onlara təqaüd verilməsinə yardımçı olub.  

  1. Əliməmməd Nuriyev. Müstəqil namizəd.

Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olub. BDU-nun hüquq fakültəsini bitirib. Bir dəfə Yasamal rayonundan millət vəkili seçilib. Bundan əlavə 2 dəfə Ərkivanın da  daxil olduğu seçki dairələrində seçkiyə qatılsa da, kifayət qədər səs toplasa da, sonda Əhəd Abiyevə və Elmira Axundovaya “üdüzub”. 

Əlimməd Nuriyev bu dəfə mübarizəyə Yardımlı-Masallı seçki dairəsindən müstəqil namizəd kimi qoşulub və açıq-aşkar bu dairənin fovariti kimi görünür.

  1. Bu Dairəyə 10 minə yaxın seçicisi olan onun  doğma qəsəbəsi Ərkivan  də daxildir.
  2. Ərkivanda tanınmış iş adamlarından,  ziyalılarınadan, din xadimlərindən tutmuş, sıravi vətəndaşlara qədər onun kifayət qədər dostları var. Qısası, bu dairədə iqtidar da, müxalifət də, yarım müxalifət də,  ictimai təşkilatlar da onun yanındadır.
  3. Onun rəqibi, YAP-ın nümayəndəsi, Yardımlı rayonunda məktəb direktoru işləyən Sərvər Əliyev onunla müqayisədə çox zəifdir.  Görünən odur ki, Əliməmməd müəllim bu seçkilərdə Vasif Talıbovun sözü olmasın, lap (200 faiz də) səs toplaya bilər.

3. Rəşad Mahmudov. Rəşad müəllim bundan öncə Astara rayonundan millət vəkili seçilmişdi. Ölkədə çox bacarıqlı ürək cərrahı, eləcə də gözəl insani keyfiyyətlər malik, xeyirxah şəxs kimi tanınıb. Belə ki, astaralıların ona səs verəcəyi şübhə doğurmur.

  1.  Lənkərandan millət vəkilliyinə namizədliyi irəli sürülmüş masallılı, tarix elmləri doktoru Anar İsgəndərovun alim kimi bir sıra uğurlu işləri olsa da, millət vəkili kimi yadda qalan işlərini tapmaq bir qədər çətindir.
  2. Digər YAP-çı namizədlər – Malik Həsənov, Elman Nəsirov (Cəlilabad), Cavanşir Paşazadə (Lənkəran) ötən seçkilərdə “dədə-baba” qaydası ilə necə seçilmişdilərsə, yəqin ki, eləcə də seçiləcəklər.
  3. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyi irəli sürülən Fəzail İbrahimlinin arxasınadı “qızıl əl” olmasa, işləri rəvan getməyə də bilər. Belə ki, onun namizədlyinin irəli sürüldüyü dairə Cəlilabad Göytəpə şəhərini və Masallının 10-a yaxın Muğan kəndlərini əhatə edir. Bu ərazilərdən bir neçəsi – Xırmandalı, Həsənli, Şərəfə, Çaxırlı, Banbaşı, Yeddioymaq, Şıxlar, Musaküçə, Lürən inzibati ərazi dairələrindəki kəndlər bundan əvvəl Məşhur Məmmdəovun deputat olduğu ərazilərdir və onlar Məşhur müəllimin xeyirxah aksiyalarından kifayət qədər faydalanıblar.

         Eləcə də, Fəzail müəllimin əvvəlki seçicilərinin- Cəlilabadın Göytəpə şəhəri, Masallının Təklə, Köhnə Alvadı, Təzə Alvadı sakinlərinin ondan giley-güzarları kifayət qədərdir.

Ən maraqlı   mənzərə isə Lənkəran şəhər və Lerik-Lənkəran seçki dairələrindəki vəziyyətdir.

Lerikin əvvəlki deputatı- İqbal Məmmədovun adı YAP-ın hazırkı siyahısında yoxdur. YAP-ın siyahısında isə onun ofisində əməkdaş olan, bu vaxta qədər hər hansı yadda qalan fəaliyyəti ilə seçilməyən  Elman Rəcəbovun adı yer alıb. Yəni, Lerikdə 2-ci namizəd bəlli olsa da, hələ ki, əsas namizəd bəlli deyil.

Lənkəran Seçki Dairəsində isə namizəd kimi Əlimərdan Əliyevin adı yer alıb. Ə. Əliyev uzun müddət Lənkəran Şəhər İcra hakimiyyətində şöbə müdiri işləyib. Hazırda uzun fasilələrlə işıq üzü görən “Lənkəran” qəzetinin redaktordur. Onun bu dairədə 2-ci yerlə əvvəldən razılaşdığı kimsə də şübhə doğurmur.

Qeyd:- Hazırda seçkiyə qoşulmuş Musavat, Real, Demokrat və digər partiyalardan təqdim olunacaq şəxslərin hələlik əsas namizədi bilinməyən bu dairələrdən yer ala biləcəyi gözlənilir.

Bir məqam da maraq doğurur.

Yuxarıda qeyd etdiyim kimi, millət vəkili Məşhur Məmmədovun yaratdığı “Masallı Təhsil Fondu” onun ötən çağırış  seçildiyi seçki dairələrini əhatə edirdi. Bu seçkilərdə isə dairə dəyişdiyi üçün onun bu yardımından faydalanmayan – Masallının Boradigah qəsəbəsi, Mahmudavar, Türkoba, Hişgədərə, Miyankü, Tüklə,  Bədəlan, Qızılavar, Kolatan, Sığdaş, Musaküçə, Lürən, Qızılağac, Viləş, Göyəçöl inzibati Ərazi dairələrindəki kəndlər də onun səs veriləcəyi məkanlar içərisindədir.

İndi sual yaranır-

-Məşhur müəllim bundan əvvəl onun, hazırda 73 saylı seçki dairəsinin əhatəsində olan Masallının Masallı Şəhər, Yeddioymaq, Şıxlar, Xırmandalı, Həsənli, Şərəfə Çaxırlı, Banbaş  kəndlərindəki qızların təhsil xərclərini yenə qarşılayacaqmı?

 Yaxud, Məşhur müəllimin namizədliyi bu seçkidə irəli sürülən 74 saylı dairədəki əksər Talış kəndlərindəki  ail təhsil almaq istəyən qızlar da “Masallı Təhsil Fondu”nun təsir dairəsinə düşəcəkmi?

Bu isə əlavə on minlərlə xərc deməkdir.

Əgər Məşhur müəllim maksimum xeyirxahlıq göstərib  əvvəlki və indiki  seçki dairəlrindəki kəndləri də bu sahədə sevindirsə, hər iki dairədən kənarda qalan Ərkivan qəsəbəsi, Təzəkənd, Sərçuvar, Xıl, Qodman, Qəriblər, Yeyənkənd, Güllütəpə ərazilərində  təhsil almaq istəyən qızlar bundan inciməzi?

Cənub bölgəısindən seçilmiş və seçiləcək namizədlərdən  bəzi gözləntilər və diləklər də var.

  1. Cənub bölgəsində 40-dan yuxarı tarixi abidə var, onların hamısı bərbaddır. Qısası,  adları var, özləri yox. Halbu ki, bölgəmizdən seçilən deputatların çoxu tarix üzrə elmlər doktorudur.- Anar İsgəndərov, Musa Qasımlı, Fəzail İbrahimli, Cavanşir Paşazadənin isə özü olmasa da, qadası AllahşüküPaşazadə tarix üzrə elmlər doktorudur.  Yəni, bölgəmizdən olan tarixçilər başqa hər yerin tarixini araşdıra deputatlığa namizədləri bu sahədə diqqət göstərməyi arzulayırıq.

 

Lənkəran-Astara iqtisadi məkanına daxil olan 6 rayonun hamısında mərkəzi stadionlar bərbad vəziyyətdədir. Bu məsələ gündəmə gələcəkmi?

 

Bölgədə onlarla insanın haqqı pozulub və pozulur - əlil adamı şəhərin mərkəzində döyürlər, günahkarlar  meydan sulayır- millət vəkilinin səsi çıxmır. 

 

Ölkə üzrə tanınmış jurnalisti şərləyib həbs edirlər - ölkənin az qala bütün tanınmış jurnalistləri, ictimai fəalları haray çəkir, bölgənin deputatları susur.

Bölgədə səhiyyə başqanı, tikinti maqnatı, nə bilim aparıcı idarələrin rəhbərləri tutulur- deputat susur.

 

8 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün (Onların bir neçə yüzü cənub bölgəsindəndir) ali məktəbdən qovulur.  Deputatlarımız susur.

Dünyanın o başında olan hər hansı hadisəyə münasibət bildirsələr də, “qulaqlarının dibində” baş verən haqsızlıqlara göz yumurlar.

Dünənə qədər bir olaya da münasibət göstərməyən

şəxs,  deputat olan kimi filosofa çevrilir

 

Bəzi qudurğan icra başçısının hər bəd əməlinə   dözürlər, onlar da bunun mükafatı kimi rayondan qaçanda bu şəxslərə 50-60 min atıb gedir. 

 

Bütün dövrlərdə millət vəkillərini digərlərindən fərqləndirən  cəhətlərindən biri də onların cəsarətli çıxışları olub.

 

Cəsarətdən söz düşmüşkən unutmayaq ki, parlamentin qubalı deputatı Vahid Əhmədovdan bu sahədə nümunə götürmək pis olmaz.

Ya da, haqqı deyə bilməyəndə bəzi keçmiş deputatlar kimi, yalana doğru donu geyindirib, qaraya  ağ deməklə, bizi xəcalətli etməyin.

Bütün namizədlərə ədalətli, obyektiv və şəffaf mübarizə arzulayırıq.

Cənub.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10