İmza yığmaq, səsini satmaq, “böyüklərlə” dil tapmaq, sözə baxan alternativ təşkil etmək və sair seçki oyunları artıq növbəti mərhələyə keçdi.
Cənub bölgəsi üzrə 10 seçki dairəsidə 74 nəfərin namizədliyi qeydə alınıb və həmin şəxslər seçki yarışına qoşulub.
Seçki yarışmasına - Rəşad Mahmudov, Musa Qasımlı, Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, Malik Həsənov ötən seçkilərdə millət vəkili olan şəxslərdir və bu seçkilərdə də həmin adı qoruyacaqlarına şübhə yoxdur.
Köhnələrdən İqbal Məmmədov, Rüfət Quliyev, Hadı Rəcəbov (Vəfat edib) bu siyahıda yoxdur. “Musavat”, AXP, MÇP, ADP, Ümid, Azad Vətən, Vətəndaş Həmrəyliyi partiyalarının namizədləri də iddiaçılar sırasındadır. Hər seçki dairəsində YAP-ın da öz namizədi var.
Astara-Lerik və Lənkəran şəhər Seçki Dairəsində kimin “Nişanlanmış” namizədlər sırasında olacağı hələ tam bəlli deyil.
“Oyuna” ciddi başlayan bir neçə nəfərin bəzisi “bələkdə” boğuldu, kimisi özü-özünü “boğdu”. Bəzilərİ geriyə gedişlərinə görə özlərinə bəraət qazandırmaq istəsə də, amma çoxları hələ də “Qorxurdunsa pişikdən, niyə çıxdın deşikdən” atalar sözünü unutmayıblar.
Bəzi əsas namizədlərin özlərinə olduqca “ucuz”, “nimdaş” şəxslərdən alternativ düzəltməsi olduqca gülünc görsənirdi. Hələ hansısa kargüzar, çilingər və digər şəxslərdən özlərinə alternativ təşkil etmələrini demirəm.10-dan artıq işsiz sayılan şəxsin isə namizədlər sırasında olması isə çox qəribədir. Belələri illərlə özünə iş tapa bilməyibsə, hansı seçicinin iş məsələsini həll edəcək?
Xatırladaq ki, futbol azarkeşləri məşhur futbolçu Peleqapıçını da aldadıb boş qapı qarşısında ona ötürülən topu qapıya vurmağı özünə yaraşdırmamışdı. Amma.., nə isə, söhbəti uzatsaq, çox xatalı yerlərə çıxır.
İndi isə cənub rayonlarında fəaliyyət göstərən 10 Seçki Dairəsində təbliğat meydanına buraxılmış namizədləri sizə təqdim edirik. (Məlumatlar MSK-nın saytından götürülüb).
80 saylı Astara Seçki Dairəsi üzrə
1. Ağagülov Mehti Məmmədağa oğlu. “Əkinçi-2021” MMC-nin direktoru. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Hacıyev Nurəddin Höccət oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü.
3. Hüseynov Tahir Əli oğlu. İşləmir. Müsavatpartiyasından.
4. Məmmədov Cavid Rövşən oğlu. “Ekol VEYST MANAGEMENT” MMC-nın icraçı direktoru. Bitərəf. Öz təşəbbüsü ilə.
5. Məmmədov Şahlar Akif oğlu. “GLOVA CONNECTİON” MMC-nin direktoru. Bitərəf. Öz təşəbbüsü ilə .
6. Mirzəzadə Aydın Arif oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü.
7. Paşayeva Mehriban Əli qızı. Sabunçu rayonu. Bakıxanov bələdiyyəsində “Hüquq” şöbəsinin müdiri. Bitərəf. Öz təşəbbüsü ilə.
8. Qafarov Yusif Vaqif oğlu. AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Baş elmi işçi. Bitərəf. Öz təşəbbüsü.
9. Rəcəbov Elman Əlheydər oğlu. YAP-ın Lerik Rayon Təşkilatında məsləhətçi.
10. Yəhyayev Təyyar Kazım oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü.
79 saylı Astara Seçki Dairəsi
1. Əhmədova Valentina Mixayilovna. Astara rayonu Polad Həşimov adına adına Çayovakənd tam orta məktəbinin müəllimi. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Həkimov Fəzail Xanoğlan oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
3. Hidayətov Tural Mirzağa oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
4. Mahmudov Rəşad Məmmədqulu oğlu. Azərbaycan Respublikası Milli Məclisinindeputatı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi. YAP.
5. Rəhmanov Çingiz Məmməd oğlu. Hərbi pensiyaçı. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Yunuszadə Yunus Vasif oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüs ilə.
78 saylı Lənkəran Kənd Seçki Dairəsi
1.Əzizov Əzizxan İman oğlu. Şirvan ApellyasiyaMəhkəməsinində hakim köməkçisi. Bitərəf. Öz təşəbbüsü ilə.
2. İsgəndərov Anar Camal oğlu. Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Bakı Dövlət Universitetinin Tarix FakültəsininMənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri. Professor. YAP.
3. Kazımlı Tural Mais oğlu. İşləmir. Öz təşəbbüsü ilə.
4. Məmmədov Nəsrulla Naib oğlu. BDU-nun Şərqşünaslı fakultəsinin “Ərəb” filologiyası kafedrasının professoru. Bitərəf. Öz təşəbbüsü ilə.
5. Quluzadə Tural Səxavət oğlu.“ŞAKHATOĞLU” MMC-nın direktoru. Bitərəf. Öz təşəbbüsü.
6. Rəhimzadə Xoşbəxt Zahid oğlu. Lənkəran şəhəri 9 №-li məktəbində müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
7. Səfərov Elçin Ağahəsən oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü.
77 saylı Lənkəran Şəhər Seçki Dairəsi
1. Abbasova Sevanə Rasuf qızı. Lənkəran rayonu. Şiləvar kənd tam orta məktəbində müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Əliyev Əlimərdan Ələkbər oğlu. “Lənkəran” qəzetinin redaktoru. YAP.
3. Əliyev Məmməd Ağalar oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
4. İsmayılzadə Fariz Akif oğlu. ADA Universitetinin prorektoru. Bitərəf. Öz təşəbbüsü ilə.
5. Məmmədov Fuad Firdovsi oğlu. “Azərqlobalserviz” QSC-nin direktoru. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Qəhrəmanzadə Orxan Elxan oğlu. Lənkəran RMX TTTYS. Həkim. Terapevt. Bitərəf. Öz təşəbbüsü ilə.
7. Rəhimli Fəridə Rafiq qızı. “Mədəd Azərbaycan” MMC-nin qrafik dizayn üzrə mütəxəssis. Bitərəf. Öz təşəbbüsü ilə.
76 saylı Lənkəran - Masallı Seçki Dairəsi
1. Əsədov Murad Əyyar oğlu. Sahibkar. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Heydərli Yalçın Yəhya oğlu. Lənkəran rayonu. Mahir Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbinin müəllimi. Bitərəf. Öz təşəbbüsü ilə.
3. Kazımov Fərid Zakir oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
4. Məmiyev Rövşən Məmi oğlu. Lənkəran rayonu İlqar Mahmudov adına Liman şəhər 1 saylı tam orta məktəbinin direktor müavini. Bitərəf. Öz təşəbbüsü ilə.
5. Nəhmətova Natiqə Xanlar qızı. Lənkəran rayon. Canəli Əzimov adına Viravul 2 saylı kənd orta məktəbində müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Paşazadə Cavanşir Hümmət oğlu. Milli Məclisin deputatı. YAP
75 saylı Yardımlı Masallı Seçki Dairəsi
1. Baxışlı Türkanə Fizuli qızı. Yardımlı şəhər 1 saylı. M. F. Axundova adına tam orta məktəbin müəllimi. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Dadaşov Vüqar Piri oğlu. Milli Cəbhə Partiyasının Başqan müavini. Hüquq şöbəsinin müdiri. MCP.
3. Əliyev Sərvər Məlikməmməd oğlu. Yardımlı Rayonu Qaraqaya kənd tam orta məktəbinin direktoru. YAP
4. Əsədli Samir Şakir oğlu. Vətəndaş Həmrəyliyi Partiyası. Təşkilatı məsələlər üzrə müavin, Mərkəzi İcra Aparatının rəhbəri. VHP
5. Məmişov Elşən Ənvər oğlu. Yardımlı Rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin təlimatçı-metodisti.
6. Nəhmətov İqbal Həmzə oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
7. Qasımlı Musa Cəfər oğlu. Milli Məclisin deputatı. Elm və Təhsil Komitəsinin sədr müavini.
74 saylı Masallı Seçki Dairəsi
1.Ağayeva Aysun Firdovsi qızı. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Əzimov Şəfa Sevdagar oğlu. Masallı rayon N. Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində müəllim. Böyük Azərbaycan Partiyası.
3. Hüseynov Elşən Hüseyn oğlu. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
4. Məmmədov Məşhur Şahbaz oğlu. Milli Məclisin deputatı. YAP.
5. Məmmədova Nuranə Rüstəm qızı. Masallı şəhəri, “Şəkərbala” Uşaq Bağçasında müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Nəcəfov Seyran Bürhan oğlu. Fərdi sahibkar. Bitərəf. Öz təşəbbüsü ilə.
7. Xalıqzadə Cavidan Siyasət oğlu. EMBAVOOD MMC-nin satış meneceri. Bitərəf. Öz təşəbbüsü ilə.
73 saylı Masallı- Cəlilabad Seçki Dairəsi
1. Bağışov Şamxal İmaməddin oğlu. İşsiz. Bitərəf. Öz təşəbbüsü ilə.
2. Ələkbərov Zaur Zakir oğlu. Cəlilabad rayonu Göytəpə şəhərə V. Mürsəlov adına 1 saylı tam orta məktəbində müəllim. “Azad Vətən” partiyasından. 3. Əliyeva Aytən Ədalət qızı. Masallı rayonu Musaküçə kəndi F. Xancanov adına tam orta məktəbinin direktor müavini. YAP.
4. Əmirov Şəmsəddin Dəhəzxan oğlu. Cəlilabad rayonu. Vənlik kənd ümumi orta məktəbinin müəllimi. Musavat partiyası.
5. Həsənov Elman Həsən oğlu. Təqaüdçü. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Hüseynov Murad Əli oğlu. Cəlilabad rayonu. Göytəpə şəhər V. Mürsəlov adına 1 saylı tam orta məktəbində müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
7. İbrahimli Fəzail Feyruz oğlu. Milli Məclisin deputatı. Sədr müavini. “Vətəndaş Həmrəyliyi Partiyası”.
8. Məmmədov Kamran Hakim oğlu. Fiziki şəxs Əliyev Şamo Şəhid oğlu. Daşınmaz ƏMLAKIN Alqı-Satqı üzrə agenti.
9. Nəzərova Lalə Qalib qızı. İşsiz. Bitərəf. Öz təşəbbüsü ilə.
10. Nuriyev Daşqın Ağarıza oğlu. İşsiz. ADP.
72 saylı Cəlilabad kənd Seçki Dairəsi
1. Axundov Rahim Adış oğlu. İşləmir. Musavatpartiyasından.
2. Bayramov Cəmşid Fərəhməd oğlu. Cəlilabad rayonu Məmmədcanlı kənd ümumi orta məktəbində müəllim. Bitərəf. Öz təşəbbüs ilə.
3. Hüseynov Zamiq Aqil oğlu. Lənkəran Regional Qaz İstismarı İdarəsi. Cəlilabad xidmət sahəsi. Bitərəf. Çilingər. Öz təşəbbüsü ilə.
4. İbrahimova Hicran Kamran qızı. İşləmir. Bitərəf. Öz təşəbbüsü ilə.
5. Nəsirov Elman Xudam oğli. Milli Məclisin deputatı. YAP
6. Nuriyeva Xuraman Şakir qızı. Cəlilabad rayonu Kürdlər kənd orta məktəbinin müəllimi. Bitərəf. Öz təşəbbüsü ilə.
7. Quluzadə Novruz Misir oğlu. AXP. İşləmir.
71 saylı Cəlilabad şəhər Seçki Dairəsi
1.Əsgərov Azər Əbülfəz oğlu. Müsavat. Təqaüdçü.
2. Əzimov Aslan İsmayıl oğlu. Cəlilabad Şəhər 3 saylı tam orta məktəbinin fizika müəllimi. “ÜMİD” partiyası.
3. Əzizxanlı Əzizxan Ağakərim oğli.Təqaüdçü. Bitərəf. Öz təşəbbüsü ilə.
4. Həsənov Malik Əvəz oğlu. Milli Məclisin deputatı. YAP.
5. Hidayətov Mahir Sücayət oğlu. Cəlilabad rayon, Sərdar Sadıqov adına Ecarə kənd tam orta məktəbində müəllim. Bitərəf. Öz təşəbbüsü ilə.
6. Məmmədzadə Anar Ərəstun oğlu.Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rayonlararası təşkilatının sədri. Öz təşəbbüsü ilə. Bitərəf.
7. Qocazadə Zəhra Əlizamin qızı.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının kargüzarı. Bitərəf. Öz təşəbbüsü ilə.
Hazırladı: Zahir Əmənov. Cenub.az üçün.
Buna da bax: https://cenub.az/15897-zahir-emenovun-secki-yazisi-qiz-alanda-goyceyin-al-agli-qalib-bextine.html