Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdan 3 ay öncə hərbi xidmətə getmiş gənc öldürülüb, ya intihar edib?



Masallı rayonunun Təklə İnzibati Dairəsinin Sığıncaq kəndində anadan olmuş, Masallı Dövlət Regional Kollecində təhsil almış Həsənov Murad İbad oğlu Laçın rayonunda hərbi xidmətdə olarkən güllələnib. Yaxın qohumlarının bildirdiyinə görə o, alnından güllə ilə vurulub. O aldığı güllə yarasından dünyasını dəyişib.  Murad Həsənov boya-başa çatdığı  Sığıncaq kəndində dəfn olunub.

Verilən məlumata görə M. Həsənov ailənin 3 övladından biri və birincisidir. Atası Neft Daşlarında işləyir.

M. Həsənovun güllələndiyi, yaxud intihar etdiyi dəqiq bilinmir. Qubadlı Rayon Proqulluğunda olayla  bağlı cinayət işi açılıb.

M. Həsənovun dəfnində  onun əsgər yoldaşları, 3 mərasimində isə Masallı İHB-nin Başçısı Araz Əhmədov və digər rəsmi şəxslər iştirak edib.

Əsgərin ölümünün təfərrüatları  ilə bağlı valideynlərinə hər hansı rəsmi məlumat verilməyib.

Adının çəkilməsini istəməyən mənbə mərhumun 7 mərasimindən sonra müvafiq orqanlara  müraciət etmək

 fikrində olduğu bildirilir.

Allah rəhmət eləsin.

Cenub.az. Turan Əlisoy.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10