Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

RƏŞAD NURİ GÜNTƏKİNİN “DƏYİRMAN” ROMANININ YENİ NƏŞRİ



 

Bu günlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin (1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı yenidən yayınlanmışdırİlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayınlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır. Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlının İmperiyasınınson dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdədünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.

Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılmış, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.

Romandan hasil olan sonuc budur ki, vazifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açıridarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.

Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirmanromanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilmişdir.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10