Rayon ərazisindəki Ərazi Dairəsi nümayəndəliklərinin də həmin bələdiyyələr üzrə birləşəcəyi gözlənilir.
25 ildir ki ölkəmizdə bələdiyyə strukturu yaradılıb. Əvvəl sayı 100 yuxarı olsa da (100-ü kənd, qəsəbə, 1 şəhər bələdiyyəsi ) . 10 il öncə isə bir çox bələdiyyələr birləşdi. Masallıda bələdiyyələrin sayı təxminən ərazi dairələrinin sayı qədər- 36 oldu. Biz həmin vaxt yazdığım “Böyüdükcə balacalaşan bələdiyyələr” yazımizda geniş şəkildə incələmişdik.
Milli Məclisin bu günkü iclasında bələdiyyələrin isə bələdiyyələr bir daha birləşdi. Belə ki, kiçik bələdiyyələr, yəni təsərrüfatların sayı 1000 mindən, əhalisinin sayı isə 3 mindən aşağı olan bələdiyyələr daha böyük bələdiyyələrə birləşir.
Masallı rayonu üzrə 36 bələdiyyə qurumunun 17 qurumda birləşməsi məqsədəuyğun sayılıb.
Bunlar Masallı şəhəri, Ərkivan qəsəbəsi (Allahyarlı kəndi də daxil), Boradigah qəsəbəsi (Molloba və Babaser kəndləri də daxil), Təzə Alvadı, eləcə də 14 digər kənd bələdiyəsidir.
Həmin 14 bələdiyyədə birləşən kəndlərin siyahısı təqdim edirik.
(Rayon ərazisindəki Ərazi Dairəsi nümayəndəliklərinin də həmin bələdiyyələrüzrə birləşəcəyi nəzərdə tutulub. Bununla bağlı ayrıca şərhimiz olacaq)
Masallı rayonu üzrə:
1. Banbaşı və Yeyənkənd bələdiyyələrinin əhatə etdiyi Abasbəyli, Banbaşı, Binə Xocavar, Böyük Xocavar, Xəlfələr və Yeyənkənd kəndlərində Banbaşı bələdiyyəsi;
2. Bədəlan və Qızılavar bələdiyyələrinin əhatə etdiyi Aşurlu, Bədəlan, Çayqıraq, Dəlləkoba, Dəmirçi və Qızılavar kəndlərində Bədəlan bələdiyyəsi;
3. Çaxırlı və Təklə bələdiyyələrinin əhatə etdiyi Bala Təklə, Çaxırlı, Xoşçobanlı, İmanlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli, Sarıcəfərli, Sığıncaq və Təklə kəndlərində Təklə bələdiyyəsi;
4. Göyəçöl, Lürən və Musakücəbələdiyyələrinin əhatə etdiyi Göyəçöl, Lürən, Musakücə, Pircana və Yusifli kəndlərində Musakücə bələdiyyəsi;
5. Güllütəpə və Köhnə Alvadı bələdiyyələrinin əhatə etdiyi Əmirtürbə, Güllütəpə, Köhnə Alvadı, Köhnə Zuvand, Tatyanoba, Yeni Zuvand və Yolağackəndlərində Güllütəpə bələdiyyəsi;
6. Həsənli və Xırmandalı bələdiyyələrinin əhatə etdiyi Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı, Köcəkli, Məmmədxanlı və Təkdam kəndlərində Xırmandalı bələdiyyəsi;
7. Hişkədərə, Miyanku və Tüklə bələdiyyələrinin əhatə etdiyi Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndlərində Hişkədərə bələdiyyəsi;
8. Xıl, Sərçuvar və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Xıl, Sərçuvar, Sirəbil və Təzəkənd kəndlərində Xıl bələdiyyəsi;
.
9. Kolatan və Sığdaş bələdiyyələrinin əhatə etdiyi Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyan, Ninəlov və Sığdaş kəndlərində Kolatan bələdiyyəsi;
10. Qarğalıq, Səmədxanlı və Şərəfə bələdiyyələrinin əhatə etdiyi Ağakişibəyli, Alışanlı, Birinci Səmədxanlı, Dəlləkli, Əminli, Ətcələr, Xallıcalı, İkinci Səmədxanlı, Kürdəbazlı, Qarğalıq, Qədirli, Şəhriyar və Şərəfə kəndlərində Şərəfə bələdiyyəsi;
11. Qəriblər və Qodman bələdiyyələrinin əhatə etdiyi Dəmbəlov, Əzizabad, İsi, Qəriblər, Qodman, Məmmədrzakücə və Şıxlar kəndlərində Qəriblər bələdiyyəsi;
12. Qızılağac və Viləş bələdiyyələrinin əhatə etdiyi Hüseynhacılı, Qızılağac, Öncəqala və Viləş kəndlərində Viləşbələdiyyəsi;
13. Mahmudavar və Türkoba bələdiyyələrinin əhatə etdiyi Qəzvinoba, Mahmudavar, Molalan, Rüdəkənar, Şatıroba və Türkoba kəndlərində Mahmudavar bələdiyyəsi;
14. Şıxlar və Yeddioymaq bələdiyyələrinin əhatə etdiyi Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndlərində Yeddioymaq bələdiyyəsi.
cenub.az üçün hazırladı: Zahir Əmənov
(Yaxın günlərdə oxuyun- Bələdiyyələrin birləşməsindən kim udub, kim uduzacq?)