Belə sualların cavabını İsrafil Əliyev və Mətn Zalıyev daha yaxşı bilir
Söhbət Su Ehtiyatları Agentliyinin Masallıdakı filialına gözlənilən müdir müavini vəzifəsinə namizədlərdən gedir
Masallıda fəaliyyət göstərən, qısaca, “Su idarəsi”, rəsmi Azərbaycan Su Ehtiyatları Agentliyi ladlanan təşkilat son vaxtlar müxtəlif qalmaqallar, hətta cinayət işləri ilə yadda qalıb.
20 ilə yaxın bu təşkilata ərkivanlı Ağabəy Ağayev, daha sonra xocavarlı Mahir Əliyev, bir neçə il bundan öncə isə yenə ərkivanlı Rusif Kərimov, bir ay öncə isə yenə xocavarlı Akif Həmidov rəhbərlik etməyə başlayıb.
Çoxunun adi bir təşkilat saydığı bu idarə, sən demə, əsil “çörək” yeri imiş. Hüquq mühafizə orqanlarının yoxlaması nəticəsində buradamilyon manatdan artıq yeyinti (bəzi məlumatlara görə yüzdən artıq adı olub, özü olmayan əmək haqqı kartları ) aşkarlanıb.
Təşkilatın əvvəlki rəhbər Ağabəy Ağayev və Mahir Əliyev haqqında cinayət işi açılıb və hazırda aylarladır ki, məhkəmə prosesi gedir.
Rusif Kərimov bu təşkilata rəhbər gələndən sonra isə bu müəssisədədə əsil canlanma baş verdi. R. Kərimov həm təşkilatçılığı, həm xeyriyyəçiliyi, həm də səmimiliyi ilə çoxlarının rəğbətini qazandı.
Təxminən 1 ay öncə isə R. Kərimov gözlənilmədən işindən azad olunub, Masallıdan xeyli kiçik, Lerik rayonuna eyni vəzifəyə təyin olundu. Bu vəzifə isə Akif Həmidova etibar edildi.
Bəlkə də bunu normal saymaq olardı, hazırda həmin təşkilatda müavin vəzifəsinə keçmiş fəaliyyəti xoşagəlməz əməllərə görə tanınan şəxslərin adı hallanmasaydı.
Əsas namizəd kimi isə İsrafil Əliyevin adı hallanır.
İsrafil Əliyev kimdir. Bir il öncə cenub.az saytında onun haqqında belə bir yazı getmişdi:
“...20 ildən artıq bu vəzifədə (ərazi nümayəndəsi) vəzifəsində çalışan, adi bir sıra bəd əməllərdə hallandırılan, özü əksər şəxsləri, hətta yaxın qohumlarını, eləcə də bəzi jurnalistləri yalançı məlumatlarla hədələsə də, əslində özü çoxlarına hədə-qorxu gəlib. “Qarayaxma”üzrə ixtisaslaşan, bu yolla 20 ildən artıq vəzifəsini qoruyub saxlayan İsrafil Əliyevin vəzifəsindən kənarlaşdırılmasıxüsusi maraq doğurur . Bu 20 ildə 7 icra başçısı ilə “dil” tapan, bir sıra xoşagəlməz əməlləri ilə çoxlarının qəzəbinə tuş gələn İsrafil Əliyev bəzi şəxslərlə əlaqələrindən istifadə edib vəzifəsini qoruya bilirdi. Hətta pandemiya dövründə övladına təntənəli toy edən, bir neçə şəxsə saxta arayış verən və digər xoşagəlməz əməllərlə məşğul olan (Yəqin ki bu barədə daha detallı yazı təqdim edəcəyik), youtubekanalında tənqidi ruhlu çoxlu verilişlərin hədəf olan İsrafil Əliyev İcra başçısının son qəzəbindən qurtula bilmədi. Bu gün, 2023-cü il, noyabrın 1-də , axşamüstü idarənin möhürünü, “kitab-dəftəri” təhvil verməli olub”.
Bu, İ. Əliyev haqqında məlumatların az bir qismidir.
20 il vəzifə kreslosunun və möhürün ləzzətini yaşayan bu şəxs vəzifəsiz çətin nəfəs alırdı. Bir müddət Masallı, daha sonra Astara Statistika idarəsinə müdir keçmək üçün uğursuz cəhd edən İsrafil Əliyev son vaxtlar Masallı YAP-ına sədr müavin gəlmək arzusuna düşdü. Bu da alınmayandan sonra Masallıdakı “Su idarəsi”nin müdirmüavini vəzifəsini ələ keçirtməyə çalışdı.
Bu təşkilata müavin gəlmək istəyənlərdən biri də uzun illər adı bir çox saxtakarlıqlarda adı hallanan Mətin Zalıyevdir. Bu saxtakarlıqlarla bağlı videolar hələ də internet resurslarındadır.
https://www.youtube.com/watch?v=tb9KI_knkMs
https://www.youtube.com/watch?v=YyYvqPiRadI
Bacarıqlı rəhbər, dürüst insan kimi tanıdığımız Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur müəllim hansı arqumentlərlə belələrini vəzifəyə gətirmək istəyir?
Kimdən soruşursan, Mətin Zalıyevin saxtakar əməllərindən film kimi hadisələr
danışır. Xüsusən onun 100 metrlərlə boruları əsaslı səbəb olmadan çıxartdırıb, satması, hektarla əkin sahəsini, bağları susuz qoyub məhv etməsi ciddi cinayətlərdən xəbər verir.
Bu çəkilişləri aparan video-operator Murad Hüseynov deyir ki, lentə aldığımız məqamlar çox kəskinliklə araşdırılmağa başlayanda onun Mətin Zalıyevin atası, Qarğalıq kənd Ərazi Dairəsinə uzun illər rəhbərlik etmiş Sübhan Zalıyev korrupsiya əməllərinə görə həbs edildiyi üçün biz araşdırmaları dayandırmalı olduq.
Yuxarıda adların sadaladığım, suda yox, “quru da boğulan” şəxslərin burada suyu necə bulandıracağı çox adam da şübhə doğurmur. Belə ki, hələ əvvəlki müdirlərin – A. Ağayevin və M. Əliyevin zibillərini təmizləyib qurtarmamış , çalışdığı sahəni zibilləməkdə daha “səriştəsi” olanlara mühüm vəzifələrə gətirilməsi öz ayağına balta çalmağa bənzəyir.
Mətn Zalıyevin “Bunlar öz aramızda qalsın” xahişinin açıqlaması isə növbəti yazıda.
Qısası, belələrini himayə etməsi bu Agentliyin nüfuzun ciddi xələl gətirir.
Bir el məsəlini də unutmayaq- su murdarlıq götürmür.
Cenub.az. Zahir Əmənov