Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəyərli jurnalistimiz Arif Əliyevin oğlunun toyunda



Elə toylar var ki, can dərdi gedirik, toy  var  "qaça-qaça". Amma dünən, sentyabrın  21-də getdiyimiz toy  "uça-uça" getdiyimiz toy idi.

Arif Əliyevin oğlu Ayxanın dünən Bakının Gənclər Parkında baş tutan toyu da belə şənliklərdən biri idi.

Xatırladım ki, Ayxan Kanadada təhsil alıb, ömür yoldaşı seçdiyi xanım da Kanadadandır.

Təm-taraqdan uzaq, daha çox sadəliyi və maraqlı musiqi proqramı ilə seçilən, 100 nəfərdən bir az çox adamın toplaşdığı bu toyun dəyəri həm də onda idi ki, bu şənliyə bəyin qohumları ilə yanaşı ölkəmizdə həqiqi mənada “sözün namusun qoruyan” jurnalistlər toplaşmışdı. Zeynal Məmmədli, Qulu Məhərrəmli, Elçin Şıxlı, Bahaddin Həziyev, Qabil Abbasoğlu, Rəşad Məcid, Elçin Rüstəmli, İlham Səfərov, Akif Aşırlı... və başqaların iştirak etdiyi bu şənlik səhv etmirəmsə, son illər bu tərkibdə jurnalistlərin bir arada olduğu azsaylı məclislərdən biri idi. Nə iqtidar, nə müxalifət havası hiss olunmayan , ən əsası, sadəliyi ilə seçilən bu tədbirdə toy sahibi Arif bəydən özgə başqa qələm əhli çıxış etməsə  də, (“fasilələrdəki", atüstü söhbətləri çıxmaq şərti ilə) amma sübut etdilər ki, bu söz sahibləri oynamağı da pis bacarmırlar.

Şəhərə köçdüyüm son 9 ayda burada bir neçə teatr tamaşasında olsam da,  belə rahat, belə “şirin” dincəlməmişdim.

Doğrudan da, səni duyanlarla eyni məkanı bölüşmək çox gözəldir.

Bir daha Arif bəyi, övladının bu xoşbəxt günün təbrik etməklə yanaşı arzu edirəm, bütün həqiqi söz sahiblərinin həyatında belə bəxtəvər günlər çox olsun, ömür yollarındakı ağrı-acılar keçmişdə qalsın.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10